Məhkəmə qərarları › İş №1(101)-726/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2020 29.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mirzəyev Emil Fərəməz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxsmüdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu ildə Ağdam rayonu, Mollalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 50/1, mənzil 12-də qeydiyyatda olan və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 653,475 qram çəkidə narkotik vasitə heroini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən 77 saylı marşrut avtobusunun sonuncu dayanacağına daşıyaraq orada gizlətmiş, cinayətkar plana uyğun olaraq “Qurban” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının ikinci on günlüyündə həmin külli miqdarda 653,475 qram çəkidə narkotik vasitə heroini qeyd edilən ünvanda satış məqsədilə qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala kəndi, dalan 1 ünvanında yerləşən 131 nömrəli evə qanunsuz daşımış, bundan sonra həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsin göstərişi ilə ayrı-ayrı şəxslərin götürməsi üçün müxtəlif yerlərə yerləşdirmək məqsədilə 112,752 qram və 206,324 qramını iki bükümdəüzərində, qalan 334,399 qramını isə 50,930 qram, 122,484 qram və 160,985 qram olmaqla üç ədəd ayrı-ayrı bükümdə qablaşdıraraq yaşadığı evdə yataq otağında qutunun içərisində gizlətməklə qanunsuz saxlamış, onun mütəmadi olaraq narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 00:50-də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala kəndi, dalan 1, ev 131 ünvanının qarşısında saxlanılmış, özünün dəvəti və icazəsi ilə yaşadığı həmin evdə polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynindəki gödəkçəsinin sol iç cibindən iki ədəd bükümdə ayrı-ayrlılıqda təmiz çəkiləri 112,752 qram və 206,324 qram olmaqla külli miqdarda cəmi 319,076 qram, daha sonra evin yataq otağında paltarları yığdığı qutunun içərisindən üç ədəd bükümlərdə ayrı-ayrlılıqda çəkiləri 50,930 qram, 122,484 qram və 160,985 qram olmaqla satış məqsədilə əldə edib gizlətməklə saxladığı ümumilikdə külli miqdarda 334,399 qram narkotikvasitəheroini və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o, əsasən narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. Hazırda xatırlamadığı tanışlarından biri ona İran İslam Respublikası vətəndaşı olan “Qurban” adlı şəxsin istifadə etdiyi +**********56 nömrəsini vermiş və narkotik vasitə almaq istəyən zaman onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Tutulmamışdan bir neçə gün qabaq Qurban ona həmin nömrədən onun istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə «whatsapp» ani mesajlaşma proqramı vasitəsilə zəng edərək birlikdə işləməyi, yəni narkotik vasitə satmağı təklif etmiş və o da təklifi qəbul etmişdir. Qurban ona narkotik vasitənin harada olduğunu bildirdikdən sonra o, həmin narkotik vasitəni qeyd edilən yerdən gedib götürməli və həmin narkotik vasitələri ayrı-ayrı bükümlərə bölərək, Qurbanın dediyi yerlərə qoymalı imiş. Bunun əvəzində də Qurban ona konkret olaraq nə qədər pul verəcəyini bildirməsə də pulun problem olmadığını yaxşı pul qazanacaqlarını bildirmişdi. Həmçinin göndərdiyi narkotik vasitədən istədiyi qədər götürüb istifadə edə biləcəyini də demişdir. Qurban ona narkotik vasitəni İrandan göndərəcəyini bildirsə də o, malın gömrükdən necə keçiriləcəyini bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə «Qurban» adlı şəxs ona «whatsapp» ani mesajlaşma sistemi vasitəsilə zəng edərək, narkotik vasitənin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində yerləşən 77 nömrəli avtobus marşrutunun sonuncu duracağının yaxınlığında qoydurduğunu demişdir. O da həmin yerdən içərisində narkotik vasitə olduğunu bildiyi bir ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan torbanı götürmüşdür. Həmin narkotik vasitəni yaşadığı evə gətirmişdir. Həmin sellofan torbanı açmış və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin heroinləri ayrı-ayrı beş ədəd bükümlərə bölmüşdür ki, Qurban dediyi yerlərə yerləşdirsin. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində həmin narkotik vasitələrdən iki ədəd bükümünü geyindiyi gödəkçənin sol iç cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 00:50-də yaşadığı evdən bayıra çıxan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək, Baş X1 əməkdaşları olduqlarını bildirmişlər. Ondan anket məlumatlarını soruşduqda özü barədə məlumat vermişdir. Ona izah etmişlər ki, narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəlidir. O da ətrafda kiminsə onları görməməsi üçün söhbətin yaşadığı evdə davam etdirilməsini xahiş etmişdir və polis əməkdaşlarını evə dəvət etmişdir. Evdə ona barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarı təqdim edərək onu həmin qərarla tanış etmişlər. Üzərində olan əşyaları təqdim etmək təklifindən sonra əynində olan qara rəngli gödəkçənin ciblərindən 01 ədəd alışqanı və 01 ədəd «Vinçester» markalı siqaret qutusunu, «kgtel» və «Samsung» markalı mobil telefonlarını, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd içərisində narkotik vasitə olan şəffaf polietilen bükümü, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 70 manat pulu və şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. O, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir və həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. O da zərfin üzərini imzalamışdır. 70 manat pul, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu özünə qaytarılmışdır. 02 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsini isə polis əməkdaşları götürmüşdür. Bundan sonra üstünü yoxlasalar da heç nə aşkar olunmamışdır. O, səmimi şəkildə yaşadığı evdə də narkotik vasitə olan heroin olduğunu bildirmişdir və yataq otağında olan paltarlarını yığdığı qutunun içərisindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd şəffaf polietilen torbada içərisində iki ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümlərin də içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər də zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı o, narkotik vasitəni necə əldə etməyi barədə ətraflı məlumat vermişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada ona müdafiəçi təqdim olunmuşdur və müdafiəçinin iştirakı ilə baş verənlər barədə protokol tərtib edilmişdir. Doğru yazıldığı üçün imzası ilə təsdiq etmişdir. Onu saxlayan zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təziq edilməmişdir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyatmüvəkkilivəzifəsindəişləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Hadisəyə qədər sonradan adının Müşviq olduğunu bildiyi şəxsi tanımamış, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. İşlədiyi Baş İdarəyə xx xxxxxx 2020-ci il tarixdə əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Xəzər rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Xəzər rayonu, Qala kəndinə getmişlər. Oraya getdikdən sonra əməliyyat mövqeyi seçilmiş və xx.xx.2020-ci il tarixdə saat 00:50-də Bakı şəhəri, Xəzər rayonu, Qala kəndi, dalan 1, ev 131 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsə xidməti vəsiqə göstərilmiş və özlərini təqdim etmişlər. Saxlanılan şəxs özünü 1979-cu ildə Ağdam rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs kimi təqdim etmiş və ona mütəmadi olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonşuların bu halı görməsini istəmədiyi üçün söhbətin onun yaşadığı ünvanda davam etdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmiş və tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və ona üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqanı və bir ədəd «Vinçester» markalı siqaret qutusunu, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən «kgtel» və «Samsung» markalı mobil telefonlarını, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən iki ədəd şəffaf polietilen bükümü, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 70 manat pulu, əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb onlara təqdim etmiş və o, üzərindən təqdim etdiyi iki ədəd şəffaf polietilen bükümlərdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs və tədbir iştirakçıları zərfin üzərini imzalamışdır. Aşkar edilmiş digər əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İki ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əməliyyat marağı kəsb edən əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan paltarlarını yığdığı qutunun içərisindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd şəffaf polietilen torbada içərisində iki ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm və bir ədəd şəffaf polietilen torbada içərisində iki ədəd şəffaf polietilen bükümlər və bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs və tədbir iştirakçıları zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan təqdim etdiyi beş ədəd bükümdə narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı «Qurban» adlı şəxsin vasitəsilə əldə etdiyini, İİR vətəndaşı «Qurban» adlı şəxslə «whatsapp» ani mesajlaşma şəbəkəsi vasitəsilə əlaqə saxladığını, xx.xx.2020-ci il tarixdə İİR vətəndaşı «Qurban» adlı şəxsin ona «whatsapp» ani mesajlaşma şəbəkəsi vasitəsilə zəng edərək narkotik vasitənin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində yerləşən 77 nömrəli avtobus marşrutunun sonuncu duracağının yaxınlığında qoydurduğu yeri dediyini, həmin yerdən narkotik vasitəni götürərək İİR vətəndaşı «Qurban» adlı şəxsin deyəcəyi şəxslərə çatdırmaq məqsədilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, aralarında olan razılaşmaya əsasən «Qurban» adlı şəxs gördüyü işə görə pul və istifadə etmək üçün narkotik vasitələr verəcəkmiş. Bundan sonra tədbir iştirakçıları və saxlanan şəxs Təqsirləndirilən şəxsla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə onun hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Vəkilin iştirakı ilə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Nürəddin oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4780 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “......Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş......” sözlər və imzalar olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 112,752 qram, 206,324 qram; ümumi çəkisi – 319,076 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözlər və imzalar olan zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 50,930 qram, 122,484 qram, 160,985 qram; ümumi təmiz çəkisi – 334,399 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmaq mümkün deyildir.Tədqiqata təqdim edilmiş üzərində “......Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş......” və üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evdən....” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumi sayı 05 ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd:-heroinin çəkisi-319,076qr, tədqiqata sərf edildi-0,1qr, qalıq-318,976 qr. heroinin təmiz çəkisi-334,399qr, tədqiqata sərf edildi-0,15qr, qalıq-334,249 qr. Cinayət işi materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1313 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx xxxxxx 2020-ciil tarixli protokollardan görünür ki, həmin tarixdə videoya çəkilməklə həyata keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:50dəyaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala kəndi, dalan 1, ev 131 ünvanının qarşısında saxlanılmış, özünün dəvəti, icazəsi və iştirakı ilə yaşadığı həmin evdə polis əməkdaşlarının təklifindən sonra əvvəlcə əynindəki gödəkçəsinin sol iç cibindən iki ədəd bükümlərdə narkotik vasitə heroin və daha sonra evin yataq otağında paltarları yığdığı qutunun içərisindən üç ədəd bükümlərdə narkotikvasitəheroini və üzərində bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etdi. Cinayət işində mobil telefonun baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan birədəd «Samsung» markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, telefon qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefonun əsas menyusunda “WhatsApp” proqramının olması müəyyən edilmişdir. Həmin proqrama daxil olduqda “Qardas” adı ilə qeydiyyatda alınmış İran İslam Respublikası mobil operatoruna məxsus +98 903 *** ** ** mobil nömrənin olması müəyyən edilsə də həmin şəxs Təqsirləndirilən şəxs arasında olan bütün danışıqlar silindiyindən heç bir məlumat aşkar edilməmişdir. Həmin proqramın “Aramalar” adlı bölməsində Təqsirləndirilən şəxs “Qardas” adı ilə qeydə aldığı İran İslam Respublikası mobil operatoruna məxsus +98 903 *** ** ** mobil nömrə ilə arasında xx xxxxxx 2020-ci il tarixdə saat 15:16, 19:05, 20:26, 20:42 və sonuncu dəfə 22:14-də danışıqların olması müəyyən edilmişdir. Həmin hissənin fotoşəkili çəkilərək 04 vərəqdə protokola əlavə edilmişdir. “kgtel” markalı mobil telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, himayəsində üç az yaşlı uşağının olması işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerində saxlanan təmiz çəkisi 653,225qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş video görüntülər olan bir ədəd disk iş materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatı sahibinə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanan təmiz çəkisi 653,225 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş video görüntülər olan bir ədəd disk iş materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş birədəd «Samsung» markalı mobil telefon aparatı sahibinə qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar