Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3 (üç) ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,747 qram, 0,357 qram, 0,883 qram, ümumi təmiz çəkiləri 1,987 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 3,356 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,940 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki əldə edərək üzərində daşıyıb, əynində olan boz rəngli şalvarın arxa cibində qara rəngli pul kisəsinin içərisində olan iki ədəd kibrit qutusunda saxlamış, özünü şübhəli apardığı üçün 02 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Sabunçu RPİ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Ş.Vazeh küçəsində saxlanılmış və 13-cü PB-nə aparılmış, onun üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitələr və psixotrop maddələr əynində olan boz rəngli şalvarın arxa cibində saxladığı qara rəngli pul kisəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitələrdən, marixuana, tiryək, şüşə və kakosdan istifadə etmişdir. Onlardan istifadə etməkdə məqsədi bədənində ağrıların olması olmuşdur. O, Caspian hoteldə olan zaman adını və ünvanını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, 31 iyul 2020-ci il tarixdə «WhatsApp» ani mesajlaşma sistemi vasitəsi ilə həmin şəxslə əlaqə saxlayaraq, onun kart hesabına Milliön ödəmə terminalı vasitəsi ilə 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs narkotik maddəni qoyduğu yeri, yəni Nizami rayonu ərazisində yerləşən “Ekspress” bankın qarşısının şəklini çəkib ona göndərmişdir. O da həmin yerə gedib narkotik maddəni götürmüşdür. Əvvəllər də bu yolla həmin şəxsdən narkotik maddə almış, aldığı narkotik maddələri yandırıb çəkmək yolu ilə qəbul etmişdir. Sonuncu dəfə aldığı narkotik maddənin bir hissəsini istifadə etmişdir. 02 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Ş.Vazeh küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib onu PB-nə dəvət etmişlər. O, üzərində narkotik maddə olduğu üçün polis bölməsinə getmək istəməmiş, buna görə yerdən götürdüyü şüşə parçası ilə sol bilək nahiyyəsini kəsmişdir ki, polis əməkdaşları qorxub onu aparmasınlar. Lakin polis əməkdaşları onu 13-cü PB-nə apararaq üzərində axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsini təklif etmişlər. O da əynində olan boz rəngli şalvarının arxa cibində olan qara rəngli pul kisəsinin içərisində gizlətdiyi iki ədəd kibrit qutusunu içərisində olan narkotik maddələrlə birlikdə çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə olan kakos, tiryək və metamfetamin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, narkotik vasitələrdən istifadə etsə də heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Günay və Leyla adlı xanımları dost kimi tanımışdır. Onlardan narkotik vasitə almamışdır. ***-***-**-**, ***-***-**-** mobil nömrələr ona məxsus olmuşdur və özü istifadə etmişdir. ***-***-**-** mobil nömrə X4 məxsus olmuşdur. Günay və Leyla adlı xanımların bank kartlarına onların xahişi ilə ehtiyacları olduğu üçün pul yükləmişdir. Onlardan narkotik vasitə almamışdır. Ona məxsus ***-***-**-** mobil nömrə ilə X4 məxsus ***-***-**-** mobil nömrə arasında narkotik vasitələrin satışı, alışı, birgə satışı ilə bağlı smslərlə bağlı sualları cavablandıra bilməmişdir. Ona məxsus ***-***-**-** mobil nömrə ilə çoxlu sayda mobil nömrələr arasında narkotik vasitələrin satışı, alışı, birgə satışı ilə bağlı smslərlə bağlı sualları da cavablandıra bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 02 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Sabunçu RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Ş.Vazeh küçəsində Təqsirləndirilən şəxs adlı şəxsin özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq, özlərini təqdim edib onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Vüsal əvvəlcə polis bölməsinə getmək istəmədiyi üçün yerdən götürdüyü şüşə parçası ilə sol bilək nahiyyəsinə xəsarət yetirmişdir. Lakin buna baxmayaraq onu 13-cü PB-nə aparmışlar. Bölmədə şəxsi axtarış keçirilən zaman ona ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının arxa cibində olan qara rəngli pul kisəsinin içərisində gizlətdiyi iki ədəd kibrit qutusunun içərisində olan narkotik maddələrlə birlikdə çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə olan heroin, tiryək və metamfetamin götürülərək qablaşdırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə ifadə vermiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 02 avqust 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə 03 avqust 2020-ci il tarixli 4(008)-439/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəli 02 avqust 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/1441 saylı, 02 avqust 2020-ci il tarixli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs...” və s. yazılar olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.747 qram; 0.357 qram; 0.883 qram; ümumi təmiz çəkiləri 1.987 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 3.356 qram qəhvəyi rəngli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.940 qram qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 03 bükümdəki metamfetamin kütlələri öz aralarında həm xarici əlamətlərinə, həm də kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin və Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 02 avqust 2020-ci il tarixli 1/4061 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidikdə sərxoşluq əlamətləri olmadan Marixuana, OPİ və amtetemta aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 2607 saylı, 21 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,747 qram; 0,357 qram; 0,883 qram; ümumi təmiz çəkiləri 1,987 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 3,356 qram qəhvəyi rəngli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,940 qram qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübüt kimi tanınmış və qalıq çəkiləri 1,927 qram metamfetamin, 3,306 qram narkotik vasitə heroin, 0,840 qram narkotik vasitə tiryək Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD- R diski maddi sübut kimi tanınmışdır. Cinayət işnin materiallarına əlavə edilmiş Azercell Telekom MMC-dən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 5(008)-392/2020 saylı qərarı ilə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə aid məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi haqqında 25 dekabr 2020-ci il tarixli protokoldan məlum olur ki, həmin diskdə iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. Cinayət işnin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 5(008)-392/2020 saylı qərarından məlum olur ki, məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə yanaşı, onun istifadəsində olmuş ***-***-**-**, 077- 233- 73- 96 mobil nömrələrə aid məlumatların da götürülməsi barədə qərar qəbul etmişdir. Lakin nədənsə müstəntiq həmin məlumatları cinayət işinin materiallarına əlavə etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 099-830- 31-11, ***-***- **-** mobil nömrələrə aid məlumatların təkrar götürülməsi barədə qərar qəbul edilmiş və həmin məlumatlar müvafiq operatorlardan götürülmüşdür. Bakcell MMC-dən götürülmüş məlumatlardan məlum olmuşdur ki, ***-***-**-** mobil nömrə X2 adına qeydiyatdadır. Həmin məlumatlara keçirilmiş baxış zamanı müəyyn edilmişdir ki, X2 narkotik vasitələrin satışı ilə bağlı Təqsirləndirilən şəxs ilə və digər şəxslərlə çoxlu sayda SMS-ləri vardır. “xxxx” MMC-dən götürülmüş məlumatlardan məlum olmuşdur ki, ***-***-**-** mobil nömrə MECHANİC SERVİCES RHQ MMC-nin adına qeydiyatdadır. Həmin məlumatlara keçirilmiş baxış zamanı müəyyn edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı X6 və digər şəxslərlə çoxlu sayda SMS-ləri vardır. Cinayət işinin materiallarına əlavə edilmiş X11 Səhmdar Cəmiyyətindən daxil olmuş X6 və X3 adına olan plastik bank kartları üzrə keçilmiş əməliyyatlara dair məlumatlardan məlum olur ki, hər iki kartla çoxlu sayda əməliyyatlar keçirilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olsa da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə əsasən ona qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində işə baxdığından onun barəsində yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitlərin satışı ilə məşğul olmaması ilə bağlı ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlibilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə sasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların vəşəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülərək maddi sübut kimi tanınaraq Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,747 qram; 0,357 qram; 0,883 qram; ümumi təmiz çəkiləri 1,987 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 3,356 qram qəhvəyi rəngli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,940 qram qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübüt kimi tanınmış və qalıq çəkiləri 1,927 qram metamfetamin, 3,306 qram narkotik vasitə heroin, 0.840 qram narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski və mobil operatorlardan götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**- **, ***-***-**-** mobil nömrələrə aid məlumatları özündə əks etdirən 3 ədəd disk cinayətişinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş“ həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan –02 avqust 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 (yüz doqquz) manat, 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməmlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 (yüz doqquz) manat, 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,747 qram; 0,357 qram; 0,883 qram; ümumi təmiz çəkiləri 1,987 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 01 ədəd bükümdə təmiz çəkisi 3,356 qram qəhvəyi rəngli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,940 qram qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübüt kimi tanınmış və qalıq çəkiləri 1,927 qram metamfetamin, 3,306 qram narkotik vasitə heroin, 0,840 qram narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski və mobil operatorlardan götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**- **, 077-233- 73-96 mobil nömrələrə aid məlumatları özündə əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-726/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver