Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 4nda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitələri külli miqdarda qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək 29 oktyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığında yerdə gizlədilmiş külli miqdarda 8,779 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 30 oktyabr 2021-ci il tarixdə saat 00:15-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində piyada keçidinin yaxınlığında olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə təmiz çəkisi 8,779 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 29 oktyabr 2021ci il tarixdə saat təxminən 23:55 radələrində sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, iranlı ilə razılaşmaya əsasən sonuncudan 150 manat pul müqabilində narkotik vasitə alacağı barədə razılığa gəlmiş, iranlının dediyi hesab kartına 150 manat pul ödəmiş, sonra həmin şəxsin ona dediyi Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığına gəlmiş, həmin yerdə gizlətdiyi bükümü tapmış və götürmüşdür. 30 oktyabr 2021-ci il tarixdə saat təxminən 00:15 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə dəvət etmişlər. Orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm və şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra şalvarının, gödəkçəsinin ciblərini açmağı və ayaqqabılarının çıxarılması tələb olunmuş, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra onun masanın üzərinə qoyduğu şəffaf sellofanın içərisindəki tünd qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroin nümayiş etdirilmişdir. Ondan həmin kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 29 oktyabr 2021-ci il tarixdə saat 23:55 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində piyada keçidinin yaxınlığından götürüb istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 2015-ci ildən narkotik vasitə istifadə etməyə başlamış, 2019-cu ildən isə gündəlik olaraq 2 qram olmaqla narkotikdən istifadə etmiş, narkotiki tanımadığı şəxslərdən əldə etmiş, ondan aşkar olunan narkotik vasitəni özünü İran vətəndaşı kimi təqdim edən, internetdə tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur. Həmin qrupa o, şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişlər. Bundan sonra, həmin tarixdə saat 00:15-də birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs həmin yerdə olduğu müəyyən edilmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və sonra ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında, gəzdirməsində şübhəlü olduğu bildirilmiş, bununla bağlı onlarla birlikdə 40-cı Polis bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmiş, bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmiş, həmin faktın araşdırılması bölmənin təhqiqatçısı X2 həvalə olunmuşdur. Bundan sonra, onlar və inspektor krminalist Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə axtarış davam etdirilmiş, lakin hər hansı bir əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxılmış və içərisində spesifik iyli, qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tutulmazdan əvvəl 29 oktyabr 2021-ci il tarixdə saat 23:55 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmiş, sonradan söhbət zamanı o, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almasını dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığında gizlədildiyi yerdən götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs telefonuna baxan zaman telefonun “Whatsapp”ında narkotik vasitələrin satışına dair mesajlar aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi, Təqsirləndirilən şəxs telefonunun “Whatsapp”ında narkotik vasitələrin satışına dair mesajların aşkar edilməsinə dair məqamlar istisna olmaqla digər xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.10.2021-ci il tarixli raportdan görünür ki, xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirirlir (iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 30.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.10.2021-ci il tarixli raportdan görünür ki, 30 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 4nda yaşayan Təqsirləndirilən şəxs tutulması üçün onun hərəkətləri bir müddət müşahidə edildikdən sonra 30.10.2021-ci il tarixdə saat 00:15-də Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi piyada keçidinin yaxınlığında olduğu zaman əlverişli şərait yarandığı üçün saxlanılaraq Binəqədi RPİ-nin 40-ci PB-nə gətirilmişdir (iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30.10.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 01:30da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olumuş, o, 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin heroin narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 29.10.2021-ci il tarixdə Binəqədi rayonu Xocasən qəsəbəsində sosial şəbəkə vasitəsi ilə tanış olduğu tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 30.10.2021-ci il tarixli, 6/4819 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət.Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,779 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (iş vərəqi 41-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12.01.2022-ci il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqi 115-116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 24.01.2022-ci il tarixli, 165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 119-120). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş video diskə baxış keçirilməsi haqqında 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ yan cibindən bir ədəd “Samsung” markalı telefonu çıxarıb təqdim edir, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs üzərində hər hansı başqa bir əşya olmadığını bildirdiyi, daha sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının və gödəkçəsinin ciblərini açması, corabları və ayaqqabısını çıxardılması tələb olunduğu, onun şalvarının, gödəkçəsinin ciblərində və ayaqqabısında hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadığı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükülülər iştirakçılar tərəfindən baxılaraq içərisindən kütlə aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirdiyi, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Binəqədi rayonu Xocasən qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manat müqabilində aldığını bildirdiyi aydın görsənmişdir. Bundan sonra həmin bir ədəd büküm içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırıldığı və zərifin içərisinin boş olması əvvəlcədən göstərildiyi, həmin zərfin üzəri möhürləndiyi və iştirakçılar tərəfindən imzalandığı müəyyən edilmişdir (iş vərəqi 89-90). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.10.2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-ci PB-də şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş bir ədəd “Samsung” markalı “**********08431, **********07439” imei-kodlu mobil telefon cihazının yaddaşında olan bütün fayllara baxış zamanı telefon cihazının yaddaşında istintaq üçün sübut əhəmiyyət kəsb edən fotoşəkillər, səs və videoyazmalar aşkar edilməmişdir (iş vərəqi 91). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 30.10.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 102- 103). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 104). İşdə olan Binəqədi RPİ-nin 40-cı PB-nin 06.01.2022-ci il tarixli, 060-1221-841 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbulu və satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsi müəyyən olunsa da, narkotik vasitəni hansı mənbədən əldə etməsi, narkotik maddələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqi 113). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 03.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə üzərinə videoçəklişlə keçirilmiş şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən 01 ədəd video disk və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 8,779 qram (qalıq qalmış 8,729 qram) heroin cinayət iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, disk iş materiallarına əlavə edilmiş və qalıq qalmış heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 123-132). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi barədə 03.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi icraata ayrılmışdır (iş vərəqi 133-134). İşdə olan 07.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi işlə məşğul olan, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 4nda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir. Yaşadığı ərazinin sakinləri arasında müsbət qarşılanmayan şəxsdir. Təqsirləndirilən şəxs barəsində son illərdə yaşadığı yerin sakinləri tərəfindən hüquq-mühafizə orqanlarına hər hansı ərizə, şikayət daxil olmamışdır (iş vərəqi 114). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermək imkanı yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroin əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda, ümumilikdə 8,779 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olubolmamasını, əldə etdiyi narkotik vasitəni satış məqsədilə üzərində saxlamasını ayndılaşdırmaq məqsədi ilə əməliyyat orqanına müraciət edilmişdir. Əməliyyat orqanının cavabından isə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbulu və satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsi müəyyən olunsa da, narkotik vasitəni hansı mənbədən əldə etməsi, narkotik maddələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da aydın olur ki, təqsirləndirilən şəxsin dəqiq olaraq hansısa şəxsə narkotik vasitə satması müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş cavab formal xarakter daşıyır. Belə ki, həmin cavabda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq məhz satış məqsədilə əldə edib-etmədiyi barədə dəqiq məlumatı təsdiq edə biləcək heç bir müddəa yoxdur. Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, əməliyyat tapşırığına cavab verən Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin rəisi, eyni zamanda təqsirləndirilən şəxs barəsində tərtib etdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs narkotik vasitənin yalnız aludəçisi olduğunu qeyd etmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat yazmamışdır. Bundan başqa, əməliyyat tağşırığına 06.01.2022-ci il tarixdə verilən cavabdan sonra təqsirləndirilən şəxs bir dəfə, yəni 03.02.2022-ci il tarixdə müstəntiq tərəfindən dindirilmiş, lakin əməliyyat tapşırığına verilən cavabda qeyd edilmiş, onun əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmasının aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə ümumiyyətlə sual verilməmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş qeyri-müəyyən və formal cavab əsasında təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olması və ya üzərində aşkarlanmış vasitəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə əldə etməsinə nəticəsinə gəlmək mümkün deyildir. Odur ki, məhkəmə əməliyyat tapşırığına dair verilmiş qeyri-müəyyən və formal cavabı təqsirləndirilən şəxsin hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi nəticəsinə gəlməsi üçün kifayət hesab etmir. Təqsirləndirilən şəxs telefonunun “Whatsapp”ında narkotik vasitələrin satışına dair mesajların aşkar edilməsinə dair Şahid1 məhkəmədə verdiyi ifadəsinə isə məhkəmədə tənqidi yanaşır və həqiqəti əks etdirməyən hal kimi qəbul edir. Belə ki, şahidin həmin ifadəsi təqsirləndirilən şəxsin mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında 01.11.2021-ci il tarixli protokolla tam təkzib olunur. Belə ki, həmin cihaza keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, mobil telefon cihazının yaddaşında istintaq üçün sübut əhəmiyyəti kəsb edən fotoşəkillər, səs və videoyazmalar aşkar edilməmişdir. Bununla yanaşı, 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatının daxil olmasını bildirmişlər. Yəni onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Başqa sözlə, 30 oktyabr 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitələri satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin hər hansı digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun kiminlə cinayət əlaqəsinə girərək narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitə ilə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 30 oktyabr 2021-ci il tarixdə onun üzərindən külli miqdarda 8,779 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs polis bölməsində cibindən narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim edərkən həmin vasitədən öz istifadəsi məqsədini güddüyünü bildirmişdir. Hazırkı cinayət işi üzrə şahid ifadələri də kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini, eləcə də qadağan olunmuş həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini məhz şəxsən istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir mötəbər sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroini çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin onun həmin vasitəni satmaq kimi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 31 oktyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmiş, 01 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 28, 59-60, 84-88). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs tutlduğu bir gün ona təyin ediəcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbs edildiyi 01 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,729 qram qalmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,729 qram qalmış narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Eldar İsmayılov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-726/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver