Məhkəmə qərarları › İş №1(101)-726/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1961-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2v 12-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istnitaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır; İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Talib oğlu istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 5,491 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra narkotik vasitə heroinin 03 bükümdə 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 2,864 qram hissəsini istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Şahid1 pul müqabilində satmış, narkotik vasitə heroinin qalan külli miqdarda 2,627 qram hissəsini isə üzərində saxlamaqla daşımış. Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyvat-axtarış tədbirləri nəticəsində 20 sentyabr 2022-ci il tarixdə saat 15:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildir ki, Bakı şəhəridə ««Şamaxinka»» adlanan yerdə yaşayır və orada meyvə, əsasəndə, limon satmaqla məşğul olur, uzun müddət orada işlədiyindən «Malış» ləqəbli şəxsi narkotik vasitələri satan şəxs kimi tanımışdır. Əlikram adlı şəxsi təxminən 2 ildir ki, tanımış və münasibəti yaranmışdır. Əlikram onun yerlisi olmuş və sonucunun narkotik vasitələrin istifadəçisi və aludəçisi olduğunu bilmişdir. Özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadə etməmişdir. Tutulmamışdan 1 gün qabaq tanışı Əlikram onun yanına gələrək «Malış» adlı şəxsin ona (Əlikrama) narkotik satmaq istəmədiyini, ağrılarının olduğunu, narkotik vasitə istifadə etməli olduğunu bildirmiş və «Malış» adlı şəxsdən onun üçün narkotik vasitə almasını xahiş etmişdir. O da «Malış» ləqəbli şəxsə Əlikrama narkotik vasitə verməsini, pulunu Əlikramın sabahısı gün ödəyəcəyini, ödəmədiyi halda özünün ödəyəcəyini demiş, «Malış» ləqəbli şəxs 20 manat dəyərində nakroik vasiəni onun xahişindən sonra Əlikrama verməyə razılaşmışdır. Əlikram onun vasitəsilə «Malış» ləqəbli şəxsdən narkotik vasitəni alıb getmiş, səhəri gün isə onun yanına gələrək 15 manat düzəltdiyini bildirmişdir; qalan 5 manatı Əlikrama özü vermiş, Əlikram isə aparıb 20 manatı «Malış» ləqəbli şəxsə ödəmişdir. Sabahısı gün yəni, 20 sentyabr 2022-ci il tarixdə həmişəki kimi «Şamaxinka» adlanan yerdə olarkən sonradan 20-ci Polis Bölməsinin əməkdaşı olduğunu öyrəndiyi Şahid2 tək ona yaxınlaşmış, özünü təqdim etmiş, yaxınlaşdığı yerdə onun üzərində axtarış aparmış, qanunsuz heç nə aşkar etməmiş, Şahid2 onu öz avtomobili ilə 20-ci Polis Bölməsinə aparmış, orada onu daha 3 nəfər polis əməkdaşı ilə birlikdə döymüşlər, Şahid2 onun qoluna qandal vurduqdan sonra taxta parçası ilə ayaq, bud nahiyələrinə, bədənin müxtəlif nahiyələrinə vurmuş, digər polis əməkdaşları da onu döymüşlər və ondan narkotik vasitələri harada gizlətməsni deməsini tələb etmişlər, o, artıq işgəncələrə dözməyib yalandan Şahid2 tərəfindən saxlanıldığı yerdə yerə narkotik vasitə atdığını demiş, polis əməkdaşları onu həmin yerə aparmışlar, lakin heç bir narkotik vasitə tapa bilməmişlər, onu geri 20-ci Polis Bölməsinə aparmışlar və orada yenə narkotik vastənin yerini demədiyi üçün döymüşlər və fiziki təzyiqlərdən sonra videoçəkiliş zamanı polis əməkdaşlarının ona verdiyi bükümdə narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etməyə və etirafedici ifadələr verməyə məcbur olmuşdur. Polis əməkdaşlarının fiziki təsiri və döymələr nəticəsində onun bədəni üzərində xəsarətlər yaranmış, Bakı İstintaq Təcridxanasına daxil oduğu vaxt həmin xəsarətlər qeydiyyata alınmışdır. İlkin izahat və ifadələrini də polis əməkdaşlarının təzyiqi ilə vermiş, müdafiəçi Rafiq Mriyev onun hquqlarını müdafəi etməyə başladıqdan sonra isə hadisələri olduğu kimi danışaraq müstəntiqə həqiqətə uyğun ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin istifadəsi ilə məşğul olmasa da, satışı ilə məşğul olur. Belə ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında “Şamaxinka” kimi adlanan yerdən tanımadığı şəxsdən satış məqsədilə 60 manata narkotik vasitə olan heroini alaraq üzərində saxlamışdır. Həmin narkotik vasitə heroini tanışı Şahid1 70 manata satmaq istəmişdir. O, bir neçə dəfə Şahid1 narkotik vasitə satmışdır. xx.xx.2022-ci il tarixdə saat 15:30-da ünvan 4 ünvanın qarşısında olan zaman, ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin əldə etmə və satışında şübhəli olduğunu bildirib ondan onlarla birlikdə polis bölməsinə getməyini xahiş etmişlər. O da etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Polis bölməsinin xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra xahiş etmişdir ki, ona dövlət hesabına müdafiəçi təqdim edilsin. Ona müdafiəçi təqdim edilmiş, vəkilin şəxsi axtarışda iştirak etməməsinə etiraz etməmiş və hər ikisi bu barədə ərizə vermişlər. Bundan sonra ona təklif edilmişdir ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Bu zaman o, əynində olan qara rəngli uzunqol köynəyin iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan qara rəngli şalvarın sol yan cibindən ona məxsus “Nokia 206” markalı üzərində (055) ***-**-** saylı nömrə olan mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik maddə heroindir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “«Şamaxinka»” kimi adlanan ərazidən tanımadığı şəxsdən tanışı Şahid1 70 manata satmaq üçün 60 manata almışdır. Külli miqdarda narkotik vasitə heroini aldığı şəxsi tanımır, anket məlumatları haqqında heç bir məlumatı yoxdur. Şahid1 sadəcə ad, soyad və ata adını bilir, barəsində başqa hər hansı bir məlumatı yoxdur. Onun tanımadığı həmin şəxsdən narkotik vasitə əldə etdikdən sonra əvvəlcədən onunla aralarında narkotik vasitələrin satışını həyata keçirərək əldə etdikləri pulları birlikdə bölməyə dair heç bır razılıq və ya danışıq olmamışdır. O, narkotik vasitəni sadəcə tanışı Şahid1 satmaq üçün əldə etmişdir. Hazırda o, bundan başqa heç bir cinayət əməli törətməmişdir. Narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən heç bir məlumatı olmamışdır. O, polis bölməsinə gətirilərkən ona qarşı heç bir zor tətbiq edilməmişdir (1-ci cild iş vərəqi 107-109). Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilmir. İlkin olaraq vermiş olduğu ifadələri təzyiq altında qaldığından və qorxduğundan etiraf yönümlü ifadə vermişdir. O, narkotik vasitələrin istifadəçisi deyil, nə də ki narkotik vasitələrin satışıyla məşğul olmamışdır. O, saxlanılan zaman Nəsimi RPİ-nin 20-ci PB-nin adını xatırlamadığı polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis böməsinə getmişdir. Orada ona fiziki təzyiqlər göstərərək onların dediyi kimi izahat verməyə onu məcbur etmişlər. Polis bölməsində xidməti otaqların birində onun üzərinə bir büküm narkotik vasitə qoyaraq ona bildirmişlər ki, videoçəkiliş olacaq, həmin narkotik vasitəni cibindən çıxarıb təqdim etməlidir, o da döyülməyindən qorxaraq onların dediyi kimi, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu, satmağa aldığını deməyə məcbur olmuşdur. Əslində isə o, heç vaxt narkotik vasitələrin nə istifadəsi, nə də ki satışıyla məşğul olmamışdır. Əlikram adlı şəxsi də işlədiyi Nəsimi rayonu, ««Şamaxinka»» deyilən yerdən həmyerlisi kimi tanıyır. Əlikramın narkotik vasitələrin istifadəçisi olduğunu bilmiş, bərk ağrıları olduğuna görə Əlikram ondan narkotik vasitə təşkil etməyini istəmişdir. O da işlədiyi yerdə çox adamı üzdən tanıdığı üçün orada narkotik vasitənin satışıyla məşğul olanlardan birindən xahiş etmişdir ki, az miqdarda da olsa Əlikrama narkotik versinlər səhər pulunu verəcək əgər pulunu verməsə özünün pulu verəcəyinə həmin şəxsi əmin etmişdir. Həmin şəxsi üzdən tanımış, həmin şəxsin heç bir anket məlumatlarını bilmir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ilkin izahatını təzyiq altında vermiş, narkotik vasitə istifadəçisi deyil, heç vaxt narkotikin satışıyla məşğul olmamışdır. Yalnız bir dəfə Şahid1 işlədiyi yerə gələrək ondan xahiş etmişdir ki, pulu yoxdur, pulsuz narkotik maddə vermirlər, o da üzdən tanıdığı o işlə məşğul olan adamdan Əlikrama narkotik maddə verməyini xahiş etmiş, vəd vermişdir ki, əgər Əlikram narkotikin pulunu səhəri günü verməsə özü pulunu həmin adama verəcək. Əlikram dediyi vaxta narkotikin pulun vermədiyi üçün həmin pulu o adama o, vermişdir. O, uzun müddətdir Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə limon satışı ilə məşğul olduğu üçün orada bir çox adamı üzdən tanıyır, narkotik maddələr satan şəxsdən yalnız bir dəfə Əlikramın ağrıları və narkotik almağa pulu olmadığı üçün sonuncuya narkotik təşkil etmişdir. Narkotik satan şəxsi üzdən tanıyır, anket məlumatları haqqında heç bir məlumatı yoxdur. Şahid1lə üzləşdirmə zamanı əvvəlki ifadəsində bildirdiyi kimi qorxduğundan, narahat olduğundan Əlikram üzünə qarşı dediklərini təsdiq etmiş, elə bilirdi ki, bölmədəki kimi burda da ona nəsə təzyiq edəcəklər. Narkotik vasitələrin nə istifadəçisi, nə də satışı ilə məşğul olmamış, Şahid1 yalnız bir dəfə narkotik vasitə təşkil etmişdir. Yalnız bir dələ Əlikrama onun xahişi ilə narkotik verilmiş, sonuncu da həmin narkotik vasitəni istifadə etmiş, onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Qeyd etdiyi kimi heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik maddə satmamışdır (1-ci cild iş vərəqi 227-229). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Müslüm oğlu ifadə verərək göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə polis bölməsinin əməkdaşları tərəfindən Əlikram adlı şəxs saxlanılmış və həmin şəxsin üzərindən 20-ci Polis Bölməsində narkotik vasitə çıxmışdır. Əlikram adlı şəxs həmin narkotik vasitəni Fərhad adlı şəxsdən aldığını bildirmişdir. Bölmənin təhiqiqatçısı Elşən Rəsulov əməliyyat tapşırığı vermiş və əməliyyat tapşırığına əsasən əməliyyat müvəkkili Şahid3lə «Şamaxinka» adlanan yerə getmiş və orada Fərhad adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin axtardıqları şəxs olduğunu dəqiqləşdirdikdən sonra onu Polis Bölməsinə dəvət etmiş, Polis Bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşuldu və həmin şəxs «Nokia» markalı mobil telefonunu və sağ yan cibindən siqaret kağızına bükülmüş maddəni çıxarıb stolun üstünə qoymuş və içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini satış məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmiş onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq omlamış, Fərhadı döyməmiş, saxlanıldıqdan sonar Fərhadın bədəni üzərində heç bir xəsarət izləri olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 Müslüm oğlu oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, onun bacısı və qardaşları Bakının «Şamaxinka» adlanan ərazisində yaşadıqlarından oraya tez-tez gedib gəlmiş, «Şamaxinka» deyilən yerdə limon satışı ilə məşğul olan Fərhadı tanımış, özü narkotik vasitələrin aludəçisi olmuş, adətən həmin ərazidə «Malış» ləqəbli şəxsdən narkotik vasitə almış, sonuncu dəfə «Malış» ləqəbli şəxsdən 20 manat dəyərində 0,5 qram çəkidə narkotik vasitə heroin almaq istəmiş, lakin üzərində cəmi 10 manat pul olmuş. «Malış» ləqəbli şəxs ona 10 manata 0,5 qram heroini satmaq istəməmiş, ağrıları olduğundan Fərhaddan «Malış» ləqəbli şəxsdən ona 10 manata narkotik vasitəni satmasını deməsini xahiş etmiş, Fərhad da «Malış» ləqəbli şəxsdən ona nakotik vasitə satmasını, pulunu vermədiyi halda Fərhad özü gətirib verəcəyini demiş, «Malış» da ona 0,5 qram narkotik vasitə vermiş, 10 manatı götürməmiş, 20 manatı tam düzəltdikdən sonra gətirib verməsini demiş, sabahıı gün polis əməkdaşları tərəifndən tutulmş, 20-ci Polis Bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi altında düzgün olmayaraq üzərində 2 qramdan çox narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamış, «Malış» ləqəbli şəxsdən 0,5 qram çəkidə narkotik vasitə almağa köməklik etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir, adətən istifadə etdiyi narkotik vasitələri «Şamaxinka» kimi tanınan ərazidə Təqsirləndirilən şəxs Talib oğlundan alır; xx.xx.2022-ci il tarixdə səhər saatlarında növbəti dəfə narkotik vasitə almaq üçün «Şamaxinka» kimi tanınan ərazidə «Sa raci C» kafesinin qarşısında olan parkda Fərhadla görüşərək sonuncudan 80 manata 03 büküm narkotik vasitə heroin almışdır, bundan sonra yaşadığı ünvana getmiş və günorta saatlarında polis əməkdaşları tərəfindən ünvan 5 ünvanda saxlanılaraq Polis Bölməsinə gətirilmiş, Polis Bölməsində olan zaman üzərində keçirilmiş şəxsi axtarış zamanı 03 ədəd bükümdə narkotik vasitələri təqdim etmişdir; xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Talib oğlundan 3 ədəd bükümdə 80 manat pul müqabilində narkotik vasitə heroin almış, həmin vaxt Fərhada onun üçün yenə də narkotik vasitə satmasını dedikdə, sonuncu onun üçün təkrar narkotik vasitə tapacağını demişdir. Yəqin Fərhad bunu nəzərdə tutub ona 01 bükümdə 70 manata narkotik vasitə satacağını demişdir. Təqsirləndirilən şəxsla aralarında narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı hər hansı bir razılaşma olmamışdır (1-ci cild iş vərəqi 91-93). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 21 sentyabr 2022-ci il tarixli 6/5361 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-in «Zərflər üçün №188» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən...» və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,627 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 60-64). İşdə olan əlavə məhkəmə-kimyəvi ekspertizası üzrə 02 dekabr 2022-ci il tarixli 6/6539 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Şahid1 aşkar edilmiş 03 ədəd biikümdəki narkotik vasitə heroin kütlələri həm öz aralarında, həmçinin Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar olunmuş 01 ədəd biikümdəki narkotik vasitə heroin kütləsi ilə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 180-183). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 07 noyabr 2022-ci il tarixli 6673 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Talib oğlunda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 178-179). İşdə olan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 28 noyabr 2022-ci il tarixli 3158 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Talib oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə məxsus mövqe və prinsipə malik olmaq, inadkarlıq, ünsiyyətçilik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (1-ci cild iş vərəqi 184-187) İşdə olan 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar olunaraq götürülmüş 2,627 qram narkotik vasitə heroin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir (1-ci cild iş vərəqi 201-211). İstintaq zamanı Təqsirləndirilən şəxs Talib oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid1 narkotik vasitə satmadığını göstərmiş, həmin xüsusat vəsatət kimi qəbul edilərək özünü müdafiə xarakteri daşımasına və iş materialları ilə tam təkzib olunmasına istinad edilərək istintaq orqanı tərəfindən müvafiq qərarla təkrar olaraq rədd edilmişdir (1-ci cild iş vərəqi 194-195, 241-243). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon xalq məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin qərarı ilə AR CM-in 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vərəqi 160-162). Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə törətdiyi cinayət əməli (az ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Talib oğlu məhkumluğu olmayan hesab edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 115-117). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarından və 07 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 20 sentyabr 2022-ci il tarixli Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Elşən Rəsulovun əməliyyat tapşırığından görünür ki, 20 sentyabr 2022-ci il tarixində tutulmuş Şahid1 üzərində keçirlən şəxsi axtarış zamanı üzərindən 3 bükümdə qəhvəyi rəngli maddə aşkar edilmiş, Əltikram Abdullayev bildirmişdir ki, onun üzərində olan 3 bükümdə maddələr heroindir, həmin bükümləri xx.xx.2022-ci il tarixdə ««Şamaxinka»» adlanan yerdə «Əlibaba» kafesinin qarşısında «Fərhad» adlı şəxsdən 80 manata almışdır. Aparılan araşdırma ilə bağlı olaraq zərurət yarandığından Fərhad adlı şəxsin müəyyənlişdirilərək bölməyə gətiriməsini təmin etmək məqsədi ilə müvafiq əməkdaşlara göstəriş verilməsi 20ci Polis Bölməsinin rəisindən xahiş edilmişdir (1-ci cild iş vərəqi 3). İşdə olan 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, «Fərhad» adlı şəxsin yaşadığı ünvanı, şəxsiyyətini və digər halları müəyyənləşdirmək üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (1-ci cild iş vərəqi 04). İşdə olan 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, «Fərhad» adlı şəxsin şəxsyyətinin müəyən edilib onun cinayət əməlinin ifşa olunması və cinayət başında yaxalanması məqsədi ilə RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkilləri X7 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır (cild 01, iş vərəqi 07). İşdə olan 20 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayon ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olan narkotik vasitə əldə edərək özündə saxlamaqla daşımaqda və satışında şübhəli olan «Fərhad» adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsidə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində sonradan şəxsiyyəti məlum olan xx.xx.1961ci ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 2/15 ünvanını qarşısında saxlanılaraq Nəsimi RPİ 20-ci polis bölməsinə gətirilmişdir (1-ci cild iş vərəqi 3). İşdə olan 20 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20-21 və 24-24). 20 sentyabr 2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X11təhqiqat orqanına müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzürlü səbəbdən iştirak edə bilməyəcək (1-ci cild iş vərəqi 46). 20 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına müraciət edərək üzərində şəxsi axtarış aparılan zaman dövlət hesabına təyin edilmiş müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 iştirak etməməsinə heç bir etirazı və vəsatəti olmamışdır (1-ci cild iş vərəqi 47). İşdə olan 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının cibində, əşyalarında və bədnində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlini əynində olan qara rəngli uzunqol köynəyinin döş cibinə salaraq oradan özünə məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsini, əynində olan qara rəngli şalvarının sol yan cibinə salaraq oradan 1 ədəd ağ rəngli «Nokia 206» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarının sağ yan cibinə əlini salaraq oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuş, sonra isə həmin maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə «Şamaxinka» adlanan yerdən tanımadığı şəxsdən 60 manat alaraq, tanışı X2 70 manata satmaq istədiyini bildirmişdir(1ci cild iş vərəqi 48-53). Qeyd edilən 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, prosessual hərəkətin aparılması zamanı (götürmə və axtarış) müdafiəçi iştirak etməmişdir. Belə ki, cinayət işində olan 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkeili X8 Təqsirləndirilən şəxs təqdim edilmiş (protokolda təqdim etmə saatı göstərilməmişdir), həmin tarixdə saat 17:30-da müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən tutulmuş, bundan sonra həmin tarixdə tərtib edilmə saatları göstərilmədən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə prosessual hərəktələr aparılaraq prosessual sənədlər tərtib edilmiş (protokollar, qərarlar və ərizələr), o cümlədən şəxsi axtarış və götürmə haqqında qərar qəbul edlərək təqsirləndirilən şəxsə və müdafiəçiyə imza etdirilməklə elan edilmişdir (1-ci cildi iş vərəqi 19-21, 24-25, 28-32, 41-43, 46-47). Bundan sonra isə təqsirləndirilən şəxsin müdafiə hüququ kobud formada pozulmaqla təqsirləndirilən şəxsin üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmıdır. İstintaq materiallarına əsasən, müdafiəçi X21 bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs təqdim edilmiş, ilkin hərəkətlərdə iştirak etmiş, bundan sonra isə müdafiəçi şəxsi axtarış və götürmədə iştirak etməkdən qeyri-müəyyən səbəblərdən imtina etmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin və onun müdafiçisinin mühüm kriminalistik üsul kimi qəbul edilmiş prosessual mexanizmdə iştirakdan imtina etmələrinə dair iradə ifadələrinin könüllü olmasını inandırıcı hesab etmir. Videoçəkilişdən istifadə olunmaqla şübhəli şəxsin üzərində axtarış və götürmə aparılaraq narkotik vasitənin müəyyən edilməsi və götürülməsinə dair mühüm prosessual hərəkətin prosessual qanunvericiliyin kobud və yolverilməz dərəcədə pozulması ilə, yəni polis əməkdaşlarının iştirak etməsi, lakin müdafiəçinin iştirak etməməsi ilə aparıldığından, həmin istintaq hərəkəti zamanı əldə edilmiş hallar sübut kimi qəbul edilə bilməz. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü tarixli məktubundan görünür ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalmasını bildirdyindən məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən prosessual rəhbəriyi həyata keçirən prokurora dərhal baxılması üçün məlumat verilmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncəyə məruz qalması faktı ilə bağlı yoxlama aparılıb-aparılmaması, yoxlama aparıldığı halda yoxlamanın nəticəsi barədə məlumat verilməsi və qəbul edilmiş qərarın əsaslığı barədə rəyi BakıAğır Cinayətlər məhkəməsinə göndərilməsi barədə sorğu göndərilmişdir (2-ci cild iş vərəqi 45). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü tarixli məktubundan görünür ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalması barədə məlumat verildiyindən, Nəsimi RPİ-nin X15 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasına onun şəxsi müayinəsinə dair məlumatların təqdim edilməsi barədə sorğu göndərilmişdir(1-ci cild iş vərəqi 46). İşdə olan Bakı şəhəri Nəsimi rayon prokurorunun təliqəsi ilə məhkəməyə daxil olmuş 20 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 348c-22 №-li material üzrə cinayət işinin başlanması rədd edilişdir (2-ci cild). Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən sorğu edilərək cinayət işinə əlavə edilmiş tibb və digər sənədlərdən görünür ki, cinayət işinin başlanması haqqında 20 oktyabr 2022-ci il tarixli qərar Nəsimi rayon prokurorluğu tərəfndən tam, hərtərəfli və obyektiv yoxlama aparılmadan qəbul edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş Nəsimi RPİ-nin 15 may 2022-ci il tarixli 51/2- 14757 tarixli məktub və ona əlavə edilmiş 20 sentyabr 2022-ci tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin MSY-yə daxl olmuş və 23 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, Nəsimi RPİ-nin MSY-yə daxil olarkən üzərində heç bir xəsarət aşkar edilməmişdir (2-ci cild). Bakı İstintaq Təcridxanasının 05 may 2023-cü il tarixli təliqəsi ilə məhkəməyə daxil olmuş «məhkumun tibbi kitabçasından çıxarış»dan isə görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - hər iki bazunun hər iki çiyin nahiyyəsinin bənövşəyi qançırları, sol dirsək, sol diz və sol baldır nahiyəsində üzəri qərtməkli yaralar mövcud olmuşdur (2-ci cild). Göründüyü kimi şübhəli şəxs qismində tutulmuş Mayılov X6 Saxlama Yerinə təhvil verilən vaxtadək, yəni 20 sentyabr 2022-ci il tarixdə üzərində xəsarətlərin olmadığı müəyyən edilmiş, Bakı İstintaq Təcridxanasına daxil olduğu 22 sentyabr 2022-ci il tarixdə isə bədəni üzərində xəsarətlərin olması müəyyən edilmiş, yəni Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin X9 saxlanıldığı 20 sentyabr 2022ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan dövr ərzində yaranması müəyyən edilir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda X1 dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalması, xüsusən də, bu kimi halın təqsirləndirilən şəxsin dövlətin nəzarətinə keçdikdən sonra baş verməsi faktiki olaraq cinayət əməlləri təşkil edir. Təəssüf ki, müdafiə tərəfinin şikayəti əsasında Nəsimi rayon prokurorluğunda bu barədə araşdırma aparılsa da, müxtəlif ekspertiza rəyləri ilə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olması müəyyən edilsə də və həmin xəsarətlərin xx.xx.2022-ci il tarixdən 3-5 gün əvvəl, yəni Təqsirləndirilən şəxs tutulması günündə əmələ gəlməsi təsdiq edilsə də, habelə polis əməkdaşları barəsində cinayət təqibinin başlanması rədd edilsə də, nəticə etibarı ilə təqsirləndirilən şəxsə həmin xəsarətləri yetirən təqsirkar şəxslər müəyyən edilməmiş və qanunsuz əməllərə yol vermiş təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqiliynə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. Cinayət-Prosessual Məcəllənin 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutulduğu vaxta təsadüf edən xəsarətlərin aşkar edilməsi təqsirləndirilən şəxsə zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyri-insani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına üzərindən narkotik vasitə aşkar olunması barədə verdiyi etirafedici ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, üzərindən Polis bölməsində narkotik vasitə aşkar edilməsi barədə təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadəsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Eyni zamanda Nəsimi rayon prokurorluğunda Mayıl Fərhadovun şikayəti üzrə araşdırma aparılarkən və həmin araşdırma zamanı təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olması, bu xəsarətlərin onun tutularaq X15 təhvil verildiyi vaxtdan sonra istintaq təcridxanasına təhvil verilən dövrədək təsadüf etməsi kimi mötəbər sübutlar, o cümlədən ekspertiza rəyləri ilə təsdiq olunsa da, Nəsimi rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş - həmin qərar əsasında polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla da həmin xəsarətlərin yetirilmə mexanizmi və vasitəsi, onların hansı şəraitdə və yaxud kim tərəfindən - özü və ya başqa şəxs tərəfindən yetirilməsi, yəni onları yetirmiş şəxslər müəyyən edilməmiş və cinayət məsuliyyətinə cəlb edilməmişlər. Cinayət işnin materiallarında həmin xəsarətlərin Mayıl Fərhadovun özü-özünə yetirilməsi barədə X10 əməkdaşları tərəfindən də heç bir qeydiyyat aparılmamış - akt və ya sair sənəd tərtib edilməmiş, Bakı istintaq təcridxanasına təhvil verilən zaman Mayıl Fərhadovun bədənində aşkar edilmiş xəsarətlər məhkəmə-tibb tədqiqatına əsasən tutulduğu dövrdən sonrakı dövrə təsadüf edir. Bu səbəbdən də məhkəmə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Nəsimi rayon prokurorluğunun qərarı ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onu üzərində yaranmış xəsarətlərlə bağlı nəticəyə gəlməyə mane olmur. Başqa sözlə, təqsirləndirilən şəxsin tutulanadək üzərində xəsarət olmadığı halda tutulduqdan sonra onun bədəni üzərində xəsarətlərin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxslərə işgəncənin verilməsini və onların qeyri-insani rəftara məruz qalmasını təsdiq edir. Qeyd edilən halları hazırki məsələyə nisbətdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində təhqiqat hərəkətləri qanunla müəyyən edilmiş imperativ tələblərin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən bu tədbirlər qanunsuzdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında israrla təkrar etdiyi işgəncə barədə iddialarının (müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə) məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan, yəni qeyd edilən tarixdə, saat 18:00-dan 19:30-dək Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı polis mayoru Rasim Əliyev tərəfindən aparılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və maddi sübutun götürülməsi istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan - cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin protokol və ona əlavə edilmiş diskdəki videogörüntülər, eləcə də, həmin halla bağlı digər materiallar (ifadə, üzləşdirmə, digər istintaq hərəkəti protokolları və sair) sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs ittihamının sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə ibtidai istintaq orqanı tərəfindən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş hallar sübut əhəmiyyətini itirmiş hesab olunduğundan ittihamın sübuta yetirilməsində, onun əməlinin tövsif edilməsində və cəza təyini zamanı nəzərə alına bilməz. Qeyd edilənlərə və tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşıması və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində şəxsi axtarış keçirilən zaman üzərindən həmin narkotik vasitənin aşkar edilməsi sübuta yetmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə, milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikası CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Talib oğlu istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,491 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra narkotik vasitə heroinin 03 bükümdə 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 2,864 qram hissəsini istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Şahid1 pul müqabilində satmış, narkotik vasitə heroinin qalan külli miqdarda 2,627 qram hissəsini isə üzərində saxlamaqla daşımış. Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 sentyabr 2022-ci il saat 15:30-da ünvan 7 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Lakin məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşıması və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis bölməsində şəxsi axtarış keçirilən zaman üzərindən həmin narkotik vasitənin aşkar edilməsi ittihamı üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası CPM-in 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis bölməsində şəxsi axtarış keçirilən zaman üzərindən həmin narkotik vasitənin aşkar edilməsi hissəsində verilmiş ittiham, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissədə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs oğunun Şahid1 2,864 qram narkotik vasitə satmaması barədə həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə, həmçinin məhkəmə icraatı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması barədə ifadələrinə tənqidi yanaşaraq həm Şahid1, həm də Təqsirləndirilən şəxs törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, onların məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək Təqsirləndirilən şəxs Şahid1 2,864 qram çəkidə narkotik vasitə satmasını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə zamanı Şahid1 və Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr vermiş, bir dindirmə zamanı verilən suallara verilən cavablarda bir neçə dəfə qısa müddət kəsiyində verdiyi ifadələri əhəmiyyətli dərəcədə fərqli ifadələr vermiş. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində narkotik vasitə heroini adını bilmədiyi şəxsdən 70 manat alaraq Şahid1 80 manat satdığını bildirmişdir. İbtidai istintaqının növbəti mərhəllərində yeni müdafiəçi dəvət edildikdən sonra təqsirləndirilən şəxs Mayıl Fərhadov ilkin ifadəsini dəyişərək anket məlumatlarını bilmədiyi, ancaq üzdən tanıdığı şəxsdən narkotik vasitə heroin tanışı Şahid1 nisyə satmasını, 20 manat təşkil edən dəyəri Əlikram tərəfindən ödənilmədiyi halda özü (Təqsirləndirilən şəxs) ödəyəcəyinə vəd vermişdir. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs Mayıl Fərhadov bir-birindən fərqli olan ifadələr verərək, gah Şahid1 narkotik vasitəni alması üçün 10 manatının olmasının, bu səbəbdən narkotik vasitəni satan şəxsin Əlikrama satmasından imtina etməsini, bu səbədən Əlikramın ona müraciət etməsini, Əlikramın xahişi ilə nakotik vasitə satan şəxsdən Əlikrama narkotik vasitəni nisyə verməsini xahiş etməsini, Əlikram tərəfindən ödənilmədiyi halda özü (Təqsirləndirilən şəxs) ödəyəcəyinə vəd verməsini, gah Əlikramın yerinə narkotik vasitə satan şəxsə heroinin dəyərini özü tərəifndən tam ödənilməsini, gah Əlikramın ona (Təqsirləndirilən şəxs) 15 manat verməsini, qalan 5 manatı isə özü ödəməsini bildirmiş, lakin eyni məhkəmə iclasında verilən suallara cavab olaraq Əlikramın narkotik vasitəyə görə ona (Təqsirləndirilən şəxs) 5 manat verməsini, qalan 15 manatını isə özü ödəməsini göstərmişdir. Eyni zamanda iş üzrə Şahid1 məhkəmə zamanı narkotik vasitəni «Malış» ləqəbli şəxsin satmasını bildirdikdən sonra, Təqsirləndirilən şəxs da narkotik vasitənin satan şəxsin «Malış» ləqəbli şəxs olmasını. Həmin şəxsi 10 ildən artıqdır ki, tanıdığını, həmin şəxsin «Şamaxinka» adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatının olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, Mayıl Fərhadovun narkotik vasitələrin mütamadi satışı ilə məşğul olmamasını, yeganə hal olaraq Əlikram Abudllayevə həmin heroini əldəedilməsində vasitəçilik etməsi barədə ifadələri müdafiə xarakterli olmaqla, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Beləliklə, ittiham aşağıdakı redaksiyada qəbul edilməlidir: Təqsirləndirilən şəxs Talib oğlu məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 bükümdə 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 2,864 qram çəkidə narkotik vasitə heroini 70 manata əldə etdikdən sonra 20 sentyabr 2023-cü il tarixdə tanışı Şahid1 80 manat pul müqabilində satmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini - Şahid1 külli miqdar təşkil edən 2,864 qram qram narkotik vasitə heroin satması hissəsində tam sübuta yetirilmiş və həmin epizod üzrə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. .Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi isə 2 qram edilmişdir; Təqsirləndirilən şəxs Şahid1 satdığı narkotik vasitə heroinin çəkisi 2,864 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olmadığından barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - 2,467 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə, şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 219 (iki yüz on doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı kobud prosessual qanun pozuntulara yol verdiklərinə görə Bakı şəhəri Nəsimi RPİ-nin 20-cı Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rasim Əliyevin və Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X5 barələrində xüsusi qərar çıxarılmalı və xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə külli miqdarda 2,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis bölməsində şəxsi axtarış keçirilən zaman üzərindən həmin narkotik vasiətənin aşkar edilməsi sübuta yetmədiyindən, həmin epizod üzrə Təqsirləndirilən şəxs hissəvi bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon RPİ-nin saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,467 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 219 (iki yüz on doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar