Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Qobustan şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla, Qobustan rayonu, Nərimankənd kəndində yaşamış, ********* saylı cinayət işi üzrə 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmiş, ********* saylı cinayət işi üzrə 03 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 04 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuş, 01 iyul 2024-cü il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və 19 sentyabr 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə xeyli miqdarda - təmiz çəkisi 0,558 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 bükümdə xeyli miqdarda - təmiz çəkisi 58,7 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üstündə saxlamaqla daşımış, 30 mart 2024-cü il tarixdə saat 09:50-də Qobustan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon Polis şöbəsinə gətirilib üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindəki qara rəngli çantanın ciblərindən birində olan qəhvəyi rəngli pulqabının içərisindən 2 ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qram və 0,366 qram olmaqla xeyli miqdarda - ümumi təmiz çəkisi 0,558 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin çantanın digər cibindən 1 ədəd qara rəngli polietilen bağlamanın içərisində xeyli miqdarda - təmiz çəkisi 58,7 qram təşkil edən bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar, məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd şəffaf rəngli selofan bükümdə xeyli miqdarda - təmiz çəkiləri 0,424 qram və 0,074 qram olmaqla, ümumilikdə 0,498 qram narkotik vasitə heroin əldə edərək üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 17-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılıb, ünvan 4manov RPİ-nin 17-ci Polis şöbəsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram və 0,074 qram olmaqla xeyli miqdarda - ümumi təmiz çəkisi 0,498 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəlcə Qobustan rayonunda narkotiklərdən istifadə etmə cinayətinə görə tutulmuş, bir gün saxlanıldıqdan sonra buraxılmışdır. Lakin onun barəsində həmin cinayət işinin istintaqı davam etmişdir. O, 03 may 2024-cü il tarixdə Bakı şəhərində olmuş, həmin gün Nərimanov ərazisində saxlanılmışdır. Baxmayaraq ki, onun barəsində olan hər iki cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış, lakin sonradan özünün səhlənkarlığı ucbatından Nərimanov rayon polis idarəsində başlanmış cinayət işi ilə əlaqədar Qobustan polis şöbəsinə getməmişdir. Bu səbəbdən o, axtarışa verilmiş və tutulmuşdur. Məhkəməyə sanksiyaya çıxdıqda isə barəsində Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət işi açıldığını ona demişlər. Lakin o, hər iki epizodla bağlı müxtəlif vaxtlarda tutulmuşdur. Saxlanılarkən üzərində ittiham aktında göstərilən çəkidə narkotik vasitə olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, *** ** ** mobil nömrə onun istifadə etdiyi nömrə olmuş, bundan başqa da çoxlu nömrələrdən istifadə etmişdir. Tutulduqdan sonra ona məxsus mobil telefonu müstəntiqdə olmuşdur. Daha sonra ona telefonunda təxminən 60-70 sms olduğunu göstərmişlər. Lakin o, kimdənsə narkotik vasitə istəsə də, heç vaxt ondan narkotik istəyən olmamışdır. İstintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Heç vaxt narkotik vasitə satmaq məqsədi olmamışdır. Narkotikləri sadəcə şəxsi istifadəsi üçün almışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə işləri ilə əlaqədar Bakı şəhərində olmuşdur. Həmin tarixdə axşam saatlarında taksi ilə Qobustan şəhərinə yola düşmüş və axşam saatlarında oraya çatmışdır. “Nərimankəndin dairəsi” deyilən yerdə taksidən düşüb yolla təkbaşına piyada getmiş, bir az getdikdən sonra yol kənarında yerdə bir ədəd qara rəngli çiyin çantasının olduğunu görmüş və diqqətini cəlb etdiyindən çantanı götürüb ciblərinə baxdıqda çantanın ciblərindən birində bir ədəd qara rəngli bağlamada nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra çantanın digər cibinə baxdıqda, orada bir ədəd pulqabı aşkar etmiş və həmin pulqabını açdıqda, içərisində 2 ədəd ayrı-ayrı selofan bükümlərdə kokos, yəni narkotik vasitə heroin olduğunu görmüşdür. O, içərisində qurudulmuş marixuana və heroin olan həmin çantanı içərisindəki narkotik vasitələrdən daha sonra istifadə etmək məqsədi ilə özü ilə götürüb yoluna davam etmişdir. Yaşadığı ünvana çatdıqdan sonra heç kimin xəbər tutmaması üçün içərisində narkotik vasitələr olan həmin çantanı evin həyətindəki yarımtiklidə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 09-10 radələrində işləri ilə əlaqədar Bakı şəhərinə getmək üçün Qobustan şəhərində “Nərimankəndin dairəsi” deyilən yerə gedərkən həmin yerin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olmalarını, onun üzərində narkotik vasitə saxlamağı barədə məlumat olmasını bildirmişlər. Onların dəvəti ilə polis şöbəsinə getmişlər. Orada vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman üzərində olan xx.xx.2024cü il tarixdə küçədən tapdığı, içərisində qurudulmuş marixuana və heroin olan qara rəngli çiyin çantasını təqdim etmiş, çantanın ciblərindən birini açaraq içərisindəki pulqabını çıxarıb, pulqabıdan hər birinin içərisində heroin olan 2 ədəd selofan bükümü masanın üzərinə qoymuşdur. Həmin kütlələr haqqında soruşulduqda o, həmin kütlələrin kokos, yəni heroin olduğunu, çəkmək üçün istifadə etdiyini, çantanın digər cibindən içərisində qurudulmuş marixuana olan 1 ədəd qara rəngli bağlamanı təqdim edib onları çanta ilə birlikdə yol kənarından tapdığını bildirmişdir. Sonra həmin 2 ədəd bükümün içərisində narkotk vasitə heroin, bağlamada isə marixuana aşkar edilmişdir. Həmin bükümlər və bağlama içərisindəki heroin və marixuana ilə birlikdə boş zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Sorğu zamanı həmin narkotik vasitələrin özünə məxsus olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitələri satmaq və ya pay vermək niyyətinin olmadığını, polis əməkdaşları tərəfindən hər hansı bır təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra ona məxsus «Samsung» markalı mobil telefon götürülmüş, protokol tərtib edilərək ucadan oxunmuşdur. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «Nərimanov» metrostansiyasının yaxınlığında olan zaman üzdən tanıdığı, adının Rafiq olduğunu, digər anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşaraq görüşmüş və Rafiqin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Üzərində 20 manat pulun olmuş, həmin pula Rafiqdən 20 manat qarşılığında 2 bükümdə narkotik vasitə heroin vermişdir. 03 may 2024-cü il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, onu 16-cı Polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada ona müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sol yan cibindən iki ədəd bükümü, sağ yan cibindən isə 4 manat pulu masanın üzərinə qoyaraq bükümlərin içərisində narkotik vasitə olduğunu, həmin maddələrin narkotik vasitə heroin olmasını və bir neçə saat əvvəl «Nərimanov» metrostansiyasının yaxınlığında Rafiq adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və təzyiqlər göstərilməmişdir. O, Rafiq adlı şəxsi tanımamış, sadəcə olaraq adını bilmiş, digər anket məlumatlarını bilməmişdir (cild 2, iş vərəqi 80-85). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarında olan imzaların ona məxsus olduğunu, ona qarşı heç bir təsir və təzyiq olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 17-ci Polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, 03 may 2024-cü il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində xidmətdə olduğu zaman bir nəfərin özünü şübhəli apardığını görmüş və Şahid1la birlikdə ona yaxınlaşıb 17-ci Polis şöbəsinə dəvət etmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, sonuncunun üzərinə baxış keçirərkən şalvarının sol yan cibindən iki büküm, sağ yan cibindən 3-4 manat pul təqdim etmişdir. Orxan narkotik vasitəni Rafiq adlı şəxsdən «Nərimanov» metrostansiyasının yanında 20 manata aldığını bildirmişdir. Verilən sualları cavablandıran Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və 3-4 manat pul aşkar olunduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsi, Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, təxminən 1 il qabaq etibarlı mənbədən daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlamışlar. Bu zaman əməliyyat tədbirinin keçirilməsində ondan başqa Nicat Əliverdiyev də iştirak etmişdir. X6 rayonu, Nərmankənd kəndi yaxınlığında saxlayıb polis şöbəsinə gətirmişlər. Orada onun, Şahid6 və Nicat Əliverdiyevin də iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs özündə olan çantanın içərisindən pulqabını, onun da içərisindən 2 ədəd selofan bükümü, digər cibindən 1 ədəd qara rəngli bağlamanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı Orxandan həmin bükümlərdəki kütlələrin nə olduğunu soruşduqda, sonuncu, həmin kütlələrin heroin və marixuana olduğunu bildirmişdir. Orxan özünün narkotik vasitə istifadəçisi olduğunu, heç kəsə narkotik satmadığını bildirmişdir. Daha sonra narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və təhqiqatçı tərəfindən götürülmüşdür. Verilən sualları cavablandıran Şahid4 ifadəsinə görə, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təziq göstərilməmiş, həmçinin o da, polis şöbəsinə gətirilərkən müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsi, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri X2 və Şahid6 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Qobustan rayon Polis şöbəsinin inzibati binasına gətirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülməsi tədbirində iştirak etdiklərini bildirib, həmkarları Vüsal Məmmədlinin məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Nərimanov RPİ, 17-ci Polis bölməsinin əməlliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması, polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitələrin aşkar edilib götürülməsi zamanı tədbirində iştirak etdiyi, həmin xüsusatla bağlı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 108-110). Məhkəmə iclasında şahid - Qobustan RPŞ, Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Qobustan rayon Polis şöbəsinin inzibati binasına gətirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyi, həmkarları Vüsal Məmmədlinin, Nicat Əliverdiyevin və Şahid6 məhkəmədə verdiyi ifadələrlə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 222-224). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2024-cü il tarixli protokola əsasən, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən həmin istintaq hərəkəti zamanı sonuncunun çiynindən asdığı qara rəngli əl çantasının ciblərindən birində olan qəhvəyi rəngli pulqabının içərisindən 2 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmin çantanın digər cibindən isə 1 ədəd qara rəngli polietilen bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 140-141). Cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 03 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 27-29). Məhkəmə-kimyəvi ekspertizasının 03 may 2024-cü il tarixli 6/2427 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,424 qram olmaqla, ümumi təmiz çəkisi 0,498 qram olan qəhvəyi rəngli maddələr - kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 35-39). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ilkin təmiz çəkisi 0,498 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,398 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 121-139, 151). Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2024-cü il tarixli 6/1741 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 142” -li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qram və 0,366 qram, ümumi təmiz çəkisi 0,558 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibini görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqi 146-149). Məhkəmə-bioloji ekspertizasının 31 mart 2024-cü il tarixli 7/510 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen bağlamada ümumi çəkisi 73,9 qram olan qarışıq kütlədə təmiz çəkisi 58,7 qram olan mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 150-152). Məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 6408 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimuluyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 115-116). Məhkəmə-psixiatrik ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 1247 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissəsi: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 117-120). İş materiallarına əlavə edilmiş videogörüntülərin qeydə alındığı diskə baxış keçirilməsi haqqında 03 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2023-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 2, iş vərəqi 48-49). Cinayət işinə əlavə edilmiş videogörüntülərin qeydə alındığı diskə baxış keçirilməsi haqqında 30 mart 2024-cü il tarixli protokola əsasən, həmin diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2024cü il tarixli protokolda əks olunanlarla uyğunluq təşkil edir (cild 2, iş vərəqi 50-51). "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 08 iyun 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif mobil nömrələrə aşağıdakı məzmunda qeyd olunmuş: - “xx/xx/2023,18:24:13,**********22,**********91,Gele meneye neqeder istursen ???? De getrim, -xx/xx/2023,02:25:32,**********56,**********22,Qaqa bele isdesen vatcapda yazılara baxarsan ismayilnan yazismani deyirem o barede onunla ünsiyet qurma sabah nese olanda men kurs olmus olacam ve dediki güya senin elinden eseblesib kakosa qurşanıb - xx/xx/2023,19:42:11,**********22,**********19,Ay qaqaw gel reddolda day yagw yagr bu sikilmiw colde terg olacaq - xx/xx/2023,06:07:15,**********22,**********62,Atacam arxayin ol qaqaw pulu cox gotrsen pas at mene 3 dord dene veri. GeddeAtacam arxayin ol qaqaw pulu cox gotrsen pas at mene 3 dord dene veri. Gedde,Kontr uoxdu bawqasinin telefoniynan yazram - xx/xx/2023,17:17:08,**********39,**********22,3 baw nese getirmek yerine para nese getirib sen mene pul atddin he seni tapacam gorum 30manata gore deyir bu hereket kiwilikden kecmeye - ene sikiw gelenin her weyini sikim werefsiz biqeyret. Mene pul atan anasin bacisina tuman alar werefiniz olsune bariqa werefsizleri cindir blet tapacam,seni werefsiz xx/xx/2023,20:20:46,**********22,**********65,A. 10 manatdi varyox ???utanmirsan? -xx/xx/2023,20:23:58,**********65,**********22,SEOL HELE ATMİYİB 10MAN TA GO GACİB GİZLENMERİK -xx/xx/2023,01:51:13,**********19,**********22,Aye mawennik men agriyiram hardaaasan sen? Ne vaxt kecessen bu terefe taksi pulvada komek ederem,cvb de mene,durammiram Orxan cani -xx/xx/2023,23:27:39,**********22,**********70,Samir menem orxan ac teli kola verm cx vezyetden -xx/xx/2023,19:21:55,**********22,**********33,Ay qaqaş sen öl gözdyrləerdə rəsad çəni 6 denesinin pulun göteennen bir saat sora atacam qalam 4 denenide sabahki gun erzinde -xx/xx/2023,08:52:04,**********61,**********22,Qaqaş onu narmal edərsən hem dusur həmdə lazım olan adamdı deyəcəm ,sora neye -xx/xx/2023,23:46:00,**********15,**********22,Qaqaw deyirsen xeber edirem teli sondurursan adama bele gotnu mal vermezler bunu vastanavid edersen verdiyin kimide -xx/xx/2024,20:59:25,**********22,**********49,omrum tatib qalmiwam deye daw gecikir 1 saata dawi gotrub ele gekecem -xx/xx/2024,21:00:03,**********44,**********22,AY QAQA MƏN ÖLLƏM AXİ.QADOY ALİM MƏNİ YADDAN ÇİXARTMA .SƏN CANUN ÖLÜRƏM QAQA .BİR DE GƏL MƏN GƏLİM. -xx/xx/2024,21:32:57,**********99,**********22,Qa qa menem rafael pulnan isdiyirəm hə yox de mənə -xx/xx/2024,15:00:14,**********22,**********27,15 denesinin pulu hazr weherdeyem tez yer de rayona cxrlar -xx/xx/2024,14:38:51,**********16,**********22,orxan yari lazimdi qaqas vpyada girmemisen cavab yazda gelsin meni gotursun geley ne deyirsen -xx/xx/2024,21:58:13,**********37,**********22,Emioglu camaatın yanında pis vezyetde buna duşen payı verey ayibdi yaxşı qardaşdır dostumuzdu -xx/xx/2024,00:08:49,**********99,**********22,Qaqas alimirsa ozuvu incitme canin sag olsun utaniram senide yığmaq uje qaqa mənim gelib gedmeyim -3/02/2024,00:15:01,**********99,**********22,Qadasin alim bidene uzatmiyaq da agriyiram uje he he yox yox bir kelme ac bir soz de -xx/xx/2024,00:20:36,**********99,**********22,Qaqad bir kelme ac soz de gozduyum ya yox agriyiram alimir dinen alinmir burda ne var ki -xx/xx/2024,21:56:06,**********75,**********22,Qaqa daw azdı axı burda -xx/xx/2024,00:36:43,**********16,**********22,tima ata bilersen tecili lazidmi mb qurtarib ezizlerimin cani bakce -xx/xx/2024,20:00:59,**********52,**********22,Qaqaş sən lomsan o gün ki sənə verdime dedime 30 zad olsa onı derem, biraz var ama kola zeyifdi sen güclisin tap daş 5 6 dənə var məndə -xx/xx/2024,00:33:28,**********22,**********16,emoglu hormetsizdy elyrsen mene ama litika gotrmusdumnsene oncun ygdim gecen xeyre -xx/xx/2024,06:07:39,**********22,**********36,qaqa 3 dene lazimfi -xx/xx/2024,11:51:46,**********11,**********22,Gardasim dasda goyarsan 10manatliq birde sey -xx/xx/2024,21:04:50,**********78,**********22,Emogli menem taleh telfonum sondi gor ne direm 2 kamaz das karyerden gotrmey olar -xx/xx/2024,03:16:03,**********57,**********22, Qaqa. Tüpürüm o kolaya ki sənol qalmiwam kucərədə nərmənovun senol ,bilmək istəyirəm ki bu hərəkət mənə duşur?” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqi 23-25). Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokola əsasən, mobil telefonun iş masası üzərində yerləşən “Fotolar” bölməsində elektron tərəzi üzərində və əldə narkotik vasitəyə bənzər maddələrin çəkilməsinin fotoşəkilləri aşkar edilmişdir. Eyni zamanda baxış zamanı “WhatsApp” proqramında “Orxan qayi” adı ilə qeyd olunmuş ***- ***-**-** saylı mobil nömrənin sahibini Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istəməsi, “ferrr” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs narkotik vasitə istəməsi, “Nicat Rusi” adı ilə qeydiyyata alınmış ***- ***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında “ay qaqaş sən belə elə də bu karta pul at ki, sənə daşda ot da verəcəm” deyə yazışması, Təqsirləndirilən şəxs “Fetus” adı ilə qeyd olunmuş ***-***-**-** saylı və “Lale qurtul” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrələrin istifadəçilərinə mesaj yazaraq onlardan narkotik vasitə istəyib-istəməsi barədə yazışması aşkar olunmuşdur. Bununla bağlı, baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda olan yazışmaların və səs yazılarının ona məxsus olduğunu, ***-***-**-** saylı mobil nömrənin də ona məxsus olduğunu, həmin mobil nömrəni həm danışıqda, həm də “Whatsapp” proqramında istifadə etdiyini bildirmişdir (cild 2, iş vərəqi 52-53). İbtidai istintaq orqanının 22 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ilkin təmiz çəkisi 0,498 qram olan narkotik vasitə heroin, 2 ədəd bükümdə ilkin təmiz çəkisi 0,558 qram olan narkotik vasitə heroin, 1 ədəd bükümdə ilkin təmiz çəkisi 58,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin şəxsi axtarış və götürmə aparılması görüntülərinin əks olunduğu 2 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung » markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,398 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına və 0,458 qram çəkidə narkotik vasitə heroin, 58,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə Qobustan RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 121-139). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022ci il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 iyun 2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmədən vaxtından əvvəl şərti olaraq vaxtından əvvələ azad edilmiş və 27 noyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 232-234). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız ondan istifadə etdiyini, ona görə də narkotik vasitələri təkrar satış məqsədi ilə əldə etməsi barədə verilmiş ittihamı qəbul etmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hər iki cinayət epizodu üzrə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Həmin maddələri satış məqsədi ilə əldə etməməsi barədə təqsirləndirilən şəxsin gətirdiyi dəlilə qiymət verən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iş materiallarına görə hər iki epizodda təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş narkotik vasitələr həm heroin, həm də qurudulmuş marixuana olmuş, həmin narkotik vasitələr ayrı-ayrı bükümlərdə olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-dən daxil olan 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 08 iyun 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif mobil nömrələrə kriminal aləmdə işlədilən terminlərdən istifadə edilməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair çoxsaylı SMS yazışmalarının göndərildiyi müəyyən olunmuş, onların məzmununa görə çox hallarda istintaqla müəyyən edilməmiş şəxslər narkotik və psixotrop maddələr almaq üçün Təqsirləndirilən şəxs müraciət etmişlər. Qeyd olunan sübutlar və cinayət işi üzrə toplanmış digər çoxsaylı sübutlarla Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayətlərini törətməkdə təqsiri təsdiq olunmuşdur.. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamaması barədə məhkəmədə gətirdiyi dəlilləri Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 27 noyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Qobustan rayon Polis şöbəsi İsçtintaq qrupunun icraatında olan ********* saylı cinayət işi üzrə 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona ittiham verilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə 03 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 04 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuşdur. 01 iyul 2024-cü il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. 19 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tutulmuş, iş üzrə icraat təzələnmiş, onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif edilərək həmin maddə ilə yeni ittiham elan olunmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan halhazıra qədər Təqsirləndirilən şəxs həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək və 03 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 6408 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimuluyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Qobustan RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,458 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 58,65 qram olan narkotik vasitə marixuana məhv edilməli; - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,398 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 2 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 272 (iki yüz yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 272 (iki yüz yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək və 03 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Qobustan RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,458 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 58,65 qram olan narkotik vasitə marixuana məhv edilsin; - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,398 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 2 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 272 (iki yüz yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-726/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver