Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Şəki rayonunun Babaratma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zərərçəkmiş şəxs2 MMC-də yuyucu işləmiş, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, Çələbixan küçəsi, ev 16-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, ********** VÖEN ilə qeydiyyata alınmış Zərərçəkmiş şəxs2 MMC ilə olan əmək müqaviləsi əsasında yuyucu işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən qarajda xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yuduğu texniki cəhətdən saz vəziyyətdə olan “DAEW00 BS090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan qarajın həyətində idarə edib həyətin küncündə park etmək istədiyi vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyərək avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtobusu idarə edərək diqqətini avtomobilin idarə etməsindən yayındırmamalı, qarşısında divarın yanında piyada Zərərçəkmiş şəxs1 dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə dayanmış piyadaya çatmadan idarə etdiyi “Daevvoo BS090” markalı avtobusu dayandırmalı və hərəkətin təhlükəsizliyini təmin etməli olduğu halda bunu etməyərək ehtiyatsızlıqdan avtobusun qabaq hissəsi ilə piyada Zərərçəkmiş şəxs1 vurması nəticəsində ona ölümünə səbəb olan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol gözün bayır kənarının qançırı, burun, onurğa sütununun bel şöbəsinin, sağ bazu nahiyəsinin siyrıqları ilə nəticələnən xəsarətlər yetirmiş və idarə etdiyi “Daevvoo BS090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsi nəticəsində avtobusun məxsus olduğu Zərərçəkmiş şəxs2 MMC-ə 250 manat maddi ziyan vurmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də avtoyuyucu işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində qaraja gətirilmiş və açarı üstündə olan **-TG-*** nömrə nişanlı avtobusu yuyub həyətin sağ küncündə park etmək istəmişdir. Bundan sonra avtobusu qarajın içərisində işə salıb avtobus parkının künc hissəsində divara yaxın sürmüş və saxlayanda mühərriki söndürmək istəmiş, əyləcdə ayağını saxlamış, sürət qutusunun 5-ci ötürücüsünə keçirib ayağını buraxanda avtobusun qabağında divarın yanında olan sonradan adını bildiyi Təbriz adında oğlanı vurmuşdur. Təbriz divarla maşının arasında qalmış, həmin vaxt divarın yanında olan dəmir isə avtobusun şüşəsini qırmışdır. Dərhal maşından düşmüş, qışqırıb kömək istəmiş, insanlar ora yığışandan sonra Təbrizi başqa bir avtobusa qoyub xəstəxanaya aparmışlar, o isə orada qalmışdır. Bir qədər sonra isə hadisə yerinə polislər gəlmişdir. Avtobusu sürüb park etmək istəmişdir. Onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. Təbriz avtobus ilə divar arasında qalmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, məhum oğlu Təbriz Zərərçəkmiş şəxs2 şirkətində avtoyuyucu işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində evə gələndə oğlu Orxan Təbrizlə səhərə qədər avtobus yuyacaqlarını və 400 manat da maaş alacaqlarını demişdir. Bir neçə saat sonra oğlu Orxana kimsə zəng edib Təbrizin öldüyünü və təcili polisə gəlmək lazım olduğunu bildirmişdir. Bundan sonra dərhal onun halı pisləşmiş və qohumları polisə gədəndən sonra oğlunun meyitinin Respublika Xəstəxanasının yanındakı morqa aparıldığını demişlər. Səhərə yaxın oğlu Orxan və qohumları morqa getmiş, onun getməyinə isə imkan verməmişlər. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdən hazırki vaxta qədər Xırdalan şəhərində yerləşən Zərərçəkmiş şəxs2 MMCnin qarajında baş mexanik vəzifəsində işləyir. 2020-ci ilin mart ayından həmin ilin avqust ayının sonuna qədər müdir vəzifəsi boş olduğundan şirkətin müdiriyyəti tərəfindən qaraj müdiri vəzifəsi ona həvalə edilmişdir. Baş mexanik və həmçinin qarajın müdiri kimi işi şirkətin sərniş avtobuslarının texniki vəziyyətini yoxlamaq, ehtiyac olarsa təmir işlərinin aparılmasına və texniki vəziyyətdə saz olan marşrut xəttinə buraxılmasına razılıq vermək, avtomobillərin hər gün işdən sonra yuyulmasını və dezinfeksiya edilməsini təmin etməkdən ibarət olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmişəki kimi qarajda işdə olmuş və iş vaxtı qurtaran kimi işdən çıxıb atasıgilə getmişdir. Həmin gün saat 22 radələrində oğlu Orxan zəng edərək yuyucu işləyən Elgün adında şəxsin qarajın həyətində bir nəfəri avtobusla vurduğunu dedikdə ona xəsarət alan şəxsi təcili xəstəxanaya aparılmasını tapşırdır. Həmin gün oğlu şirkətdə ambardar işləyən bacısı oğlunun yanına getmişdir. Bundan sonra o da dərhal Travmatologiya Xəstəxanasına getmiş və xəstəxanada həmin şəxsin öldüyünü öyrənmişdir. Avtobus sürücüsü Nail Hidayətov və digər avtobus sürücüləri işdən sonra avtobusu qarajın həyətində park edirmiş, sonra da park edilmiş avtobusların içi və çölü yuyucu tərəfindən avtobuslar saxlanılan yerdə yuyulub dezinfeksiya olunmuşdur ki, sabahısı gün növbədə olan sürücü avtobusu idarə edə bilsin. Avtobuslar axşamlar park edildikdən sonra sürücü olmadan heç kimə avtobusun yuyulması, təmir edilməsi və digər işlərin görülməsi ilə əlaqədar sürülməsi həvalə edilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs və Şahid1 ifadələrinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 16). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X8 Hüquqi Şəxsinin x xxxxxxxx 2020-ci il tarixli 79 nömrəli ekspert rəyindən görünür ki, 1987-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol gözün bayır kənarının qançırı, burun, onurğa sütununun bel şöbəsinin, sağ bazu nahiyəsinin siyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində baş-beynin əzilməsi, baş- beyin maddəsinə və qişaları altına qansızmalar, baş-beyin maddəsinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınığı olmuşdur (cild 1, iş vərəqə 130-132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxxxx 2020-ci il tarixli 8/1321 nömrəli ekspert rəyindən görünür ki, “Daewoo BS090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 136-137). Cinayət işinin materiallarından görünür ki, “Daewoo BS090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibinə qaytarılmış, həmin avtomobildə quraşdırılmış və çəkiliş edilərək videodiskə köçürülmüş CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 141; 180; 187- 191). Cinayət işinin materiallarından görünür ki, “Daewoo BS090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun məxsus olduğu Zərərçəkmiş şəxs2 MMC-nə 250 manat maddi ziyan vurulmuş, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayətinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir (cild 1, iş vərəqə 73; cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 109). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan “Daewoo BS090” markalı 10TG083 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, həmin avtomobildə quraşdırılmış və çəkiliş edilərək videodiskə köçürülmüş CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan “Daewoo BS090” markalı 10TG083 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, həmin avtomobildə quraşdırılmış və çəkiliş edilərək videodiskə köçürülmüş CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-727/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver