Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının iştirakı ilə, 8 iyul 1987-ci ildə Gürcüstanın Bolnisi rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gürcüstanın Bolnisi rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsində fərdi evdə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Səlim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Səlim oğlu «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Fazil adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, 9,168 qram ümumi təmiz çəkisi 18,209 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,306 qram, 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1.020,802 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 99,246 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və üzərində heroin izləri olan 1 ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi əldə edib daşımış, 4 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu Bakı şəhəri Suraxanı rayonu, H.Əliyev prospektində idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat nişanlı avtomobilində saxlanaraq ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış və baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd, onlardan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı arxa yük yerində daşıdığı bir ədəd tünd boz rəngli çantanın içərisində 5 ədəd onlardan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1012,496 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və üzərində heroin izləri olan 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Səlim oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, orta təhsilini Azərbaycanda almışdır. Azərbaycan dilində sərbəst danışa və latın qrafikalı əlifba ilə yazıb oxuya bilir. Ailəlidir, himayəsində üç azyaşlı uşağı vardır. Özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. İran İslam Respublikasının vətəndaşı Fazil adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə tanış olmuş və narkotik vasitələri sonuncudan almışdır. Fazil ona «İnstaqram»da bank kartının şəklini göndərmiş və o, həmin karta müvafiq məbləğdə pul göndərmişdir. Bundan sonra Fazil ona narkotik vasitələrin qoyulduğu yerin şəkillərini göndərmiş və o, gedib narkotik vasitəni həmin yerdən götürmüşdür. Tutulmamışdan əvvəl sonuncu dəfə Fazilə 270 manat pul göndərdikdən sonra Hövsan qəsəbəsində ümumilikdə 8 ədəd bükümdə narkotik vasitə götürmüşdür. 4 oktyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Suraxanı rayonu Heydər Əliyev prospektində özünə məxsus avtomobili yolun kənarında saxlayarkən polis əməkdaşları yaxınlaşıb, ondan nə köməklik lazım olduğunu soruşmuşlar. Sonuncuları görüb dərhal avtomobildən düşmüş, arxa yük yerini açıb avtomobilin təkərinin havasının azaldığını, hava vurmaq lazım olduğunu bildirmişdir. Bu vaxt polis əməkdaşı avtomobilin təkərlərinə baxıb, havasının normal olduğunu bildirərək, ondan şübhələnmişlər. Bunu görüb polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçmaq istəmiş, lakin, sonuncular onu saxlayıb Suraxanı RPİ-nə gətirib təhvil vermişlər. İdarədə ona hüquq və vəzifələri izah olunduqdan sonra, videoçəkiliş aparılmaqla üzərində axtarış keçirilmişdir. Polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd metamfetamin və 1 ədəd heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər zərfə qoyularaq zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşlarına ona məxsus avtomobildə də narkotik vasitələr olduğunu etiraf etmiş və avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Özü avtomobilin salon hissəsindən oturacağın üstündən tünd boz rəngli çantanı götürürək polis əməkdaşlarına təqdim etmişdir. Həmin çantanın içərisindən 5 ədəd bükümdə narkotik vasitə və 1 ədəd tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitələr və tərəzi qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun yaşadığı evə də baxış keçirilmiş, lakin evdən heç nə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təsir-təzyiq göstərilməmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri işləyir. 4 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində 5663 çağrışlı avto patrulla 5-ci sektorda, Bülbülə qəsəbəsində xidmətdə olarkən Heydər Əliyev prospektində yolun kənarında üzü Mərdəkan qəsəbəsi istiqamətində «Mersedes» markalı Gürcüstana məxsus CC510LL dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşlər. Avtomobilə yaxınlaşıb sürücü Təqsirləndirilən şəxs Səlim oğlundan nə kimi köməyə ehtiyacı olduğunu soruşmuşlar. Sürücü onları görən kimi dərhal maşından düşüb yük yerini açıb hava doldurucunu götürüb təkərin havasının azaldığını bildirmişdir. Onlar avtomobilin təkərlərinə nəzər yetirdikdə, heç birinin havasının azalmadığını görmüşlər. Təqsirləndirilən şəxs özünü bu cür aparması onlarda şübhə yaratmışdır. Təqsirləndirilən şəxs sorğu-sual etmək istədikdə sonuncu, onları itələyərək magistral yolla qaçmağa başlamışdır. Odur ki, Təqsirləndirilən şəxs saxlayıb avtopatrula əyləşdirib, RPİ-nə gətirib təhvil vermişlər. İdarədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Sonuncu onların təklifi ilə könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin 3 ədəd büküm zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri imzalanmış və möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Həmin gün saat təxminən 23:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes» markalı Gürcüstana məxus CC510LL dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin arxa yük yerindən bir ədəd tünd boz rəngli çanta aşkar olunmuşdur. Həmin çanta açılaraq içərisinə baxış keçirildikdə orada 5 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddələr və 1 ədəd tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr və 1 ədəd tərəzi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və zərflərin üzəri möhürlənmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Səlim oğlunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Sonuncuya qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. İşin 26-27-ci vərəqlərindəki 4 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd bükümdə, 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 30-cu vərəqindəki 4 oktyabr 2021-ci il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat naşanlı avtomobilə Suraxanı RPİ-nin inzibati binasının yerləşdiyi həyətdə axtarış keçirilərkən, qeyd olunan avtomobilin yük yerində olan tünd boz rəngli çantanın içərsindən 5 ədəd bükümdə, 3 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə tiryək və bir ədəd «Mesko» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 86-cı vərəqindəki protokoldan görünür ki, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş maddələri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Radik (Radık) Məmmədov (Mamedov) həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə və psixotrop maddələr olması, həmin bükümləri İran vətəndaşı Fazil adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə danışaraq kuryer qismində narkotik vasitələri və psixotrop maddələri müxtəlif təyinat yerlərindən götürməsi və müxtəlif təyinat yerlərinə çatdırması üçün həmin yerlərin şəkillərini ona göndərməklə Radik (Radık) Məmmədov (Mamedov) da öz nöbəsində avtomobili ilə həmin narkotik vasitə və psixotrop maddələri daşıyaraq müxtəlif yerlərə qoymaqla çatdırdığını bildirməsi narkotik vasitə və psixotrop maddələri satmaq niyyətinin olmadığını, lakin üzərində və avtomobilində saxlamasını və daşımasını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Radik (Radık) Məmmədovun (Mamedovun) üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İşin 87-ci vərəqindəki protokoldan görünür ki, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun idarə etdiyi avtomobildə axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Bu zaman Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun avtomobilində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi, əvvəllcə ondan avtomobilində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat naşalnlı avtomobilin arxa yük yerini açması və orada 1 ədəd tünd boz rəngli çantanı polis əməkdaşlarına təqdim etməsi və polis əməkdaşan tərəfində həmin çanta açılaraq içərisindən 5 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə və psixatrik maddələr və 1 ədəd «Mesko» markalı elektron tərəzi aşkar olması, daha sonra isə avtomobildə axtarış davam etdirilməsi və avtomobilin salonundan hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İşin 40-46-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 6/4400 saylı 5 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №45» dairəvi möhür əks olunan 3 (üç) ədəd kağız zərfdə üzərində «vət. Radik (Radık) Məmmədovun (Mamedovun) üzərindən aşkar edilmiş...» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581qram və 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qaram ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkibilərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində Radik (Radık) Məmmədovun (Mamedovun) avtomobilində yerləşən çantanın içərisindən aşkar edilmiş ...» yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram, ümumi təmiz çəkisi 1012,496 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Vət. Radik (Radık) Məmmədovun (Mamedovun) üzərindən va avtomobilindən aşkar olunmuş heroinin ümumi təmiz çəkisi 1020,802qramdır, (1 kq 20,802qr) və həmin heroinilər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə əyindirlər. Radik (Radık) Məmmədovun (Mamedovun) üzərindən və avtomobilindən aşkar olunmuş metamfetaminlərin ümumi təmiz çəkisi 18,209 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. İşin 127-129-cu vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 2787 saylı 27 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət içindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, R.S.Mamedov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində ona hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunda törətiyi əməl dövründə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs Səlim oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 130-131-ci vərəqlərindəki ambulator məhkəmə-narkoloji ekspertizasının 5130 saylı 16 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunda opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq Sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 143-152-ci vərəqlərindəki 25 yanvar 2022-ci il tarixli «Sübuların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, 4 oktyabr 2021-ci il tarixdə Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd, onlardan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram narkotik vasitə heroin, idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL qeydiyyat nişanlı avtomobilinə baxış zamanı arxa yük yerində daşıdığı bir ədəd tünd boz rəngli çantanın içərisində 5 ədəd onlardan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1012,496 qram narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram narkotik vasitə tiryək və üzərində heroin izləri olan 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk və avtomobilində axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq ümumi təmiz çəkisi 1020,802 qram heroin, ümumi təmiz çəkisi 18,209 qram metamfetamin, ümumi təmiz çəkisi 99,246 qram tiryək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iki ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. İşin 125-126-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu əvvəllər məhkum olunmamışdır. İşin 15-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səlim oğlu 4 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 100-102-ci vərəqlərindəki Azərbaycan Respublikasına məxsus doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Səlim oğlunun himayəsində 5 mart 2011-ci il təvəllüdlü Turanə Məmmədova, 14 iyun 2012-ci il təvəllüdlü Sadiq Məmmədov və 22 aprel 2018-ci il təvəllüdlü Raul Məmmədov olmaqla üç azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Səlim oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs Səlim oğlu məhkəmə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Səlim oğlunun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Səlim oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Səlim oğlunun himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Səlim oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.6-cı maddəsinə əsasən həmin cəza növü himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə şamil edilmir. Təqsirləndirilən şəxs Səlim oğlunun himayəsində üç azyaşlı Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları olduğundan ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilmir. Təqsirləndirilən şəxs Səlim oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 4 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan 4 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səlim oğlunun üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd, onlardan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram narkotik vasitə heroin, idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL qeydiyyat nişanlı avtomobilinə baxış zamanı arxa yük yerində daşıdığı bir ədəd tünd boz rəngli çantanın içərisində 5 ədəd onlardan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1012,496 qram narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram narkotik vasitə tiryəkdən məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra ümumi qalıq çəkisi 1020,802 qram heroin, ümumi qalıq çəkisi 18,209 qram metamfetamin, ümumi qalıq çəkisi 99,246 qram tiryək və üzərində heroin izləri olan 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs Səlim oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk və avtomobilində axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs Səlim oğlundan dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Səlim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Səlim oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Səlim oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan 4 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səlim oğlunun üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd, onlardan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram narkotik vasitə heroin, idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL qeydiyyat nişanlı avtomobilinə baxış zamanı arxa yük yerində daşıdığı bir ədəd tünd boz rəngli çantanın içərisində 5 ədəd onlardan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1012,496 qram narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram narkotik vasitə tiryəkdən məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra ümumi qalıq çəkisi 1020,802 qram heroin, ümumi qalıq çəkisi 18,209 qram metamfetamin, ümumi qalıq çəkisi 99,246 qram tiryək və üzərində heroin izləri olan 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Səlim oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk və avtomobilində axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Səlim oğlundan dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-727/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver