Məhkəmə qərarları › İş №1(101)-727/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi (order və etibarnamə əsasında ) Nümayəndə, müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxx 2005-ci ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, İmişli rayonu, Xubyarlı kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri, xx xxxxx 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, İİ Qarabağ müharibəsi iştirakçısı, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 18, mənzil 9-da qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, xx xxxxxxx 2005-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Pirəhmədli ərazi dairəsi, Musabəyli kəndində qeydiyyatda olan, hazırda Abşeron rayonu, Məmmədli kəndi, N.Tusi küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmiş, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında gəzərkən oradan keçən, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək öz daxili eqoizm hisslərinə qapanıb, sonuncuları sorğusuala tutub verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib ilk olaraq Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançıları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, tanışı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə, üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyəni nümayiş etdirmiş, digər tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan, həmçinin Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirib ictimai yerdə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik göstərib səs-küyə yaxınlaşmış şəxslərin onu sakitləşdirməyə çalışmasına məhəl qoymadan, tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb, öz eqosunu dostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədilə mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün oradan uzaqlaşmaq istəyən Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə Rahib Daşdiyevin baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla, zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, eləcə də təpik zərbəsi ilə Zərərçəkmiş şəxs2 vurub yerə yıxaraq sonuncuya pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək, sonuncuları sorğu-suala tutub, mübahisə yaradaraq döymələrini görüb mübahisəyə qoşularaq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, tanışı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə üzərində gəzdirdiyi və istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyani nümayiş etdirmiş, digər tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sonuncuya sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetiımiş, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb oradan uzaqlaşmaq istəyən Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında gəzərkən oradan keçən əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək öz daxili eqoizm hislərinə qapanıb onları sorğu-sual tutub verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Elsunun Həsənovun başının sağ nahiyəsinə 1 (bir) dəfə təpiklə qəsdən zərbə vurmaqla sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 öz eqosunu dostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədilə mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyani nümayiş etdirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmiş, tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs2 üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə sonuncunun baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmiş, eləcə də Zərərçəkmiş şəxs2 pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş, digər tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, davanın baş verdiyi gün Təqsirləndirilən şəxs3 ona zəng edərək Təqsirləndirilən şəxs2 evində olduğunu bildirib onu həmin evə dəvət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 evinə getmiş və həmin evdə hardasa 5-10 dəqiqə olduqdan sonra Təqsirləndirilən şəxs3la birgə həmin evdən çıxmışdır. O, davanın baş verdiyi gün spirtli içki qəbul etməmişdir. O və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 evindən çıxdıqdan sonra, yəni məhəllədə olan zaman binanın komendantı ona zəng edərək özünün hazırda rayonda olduğunu və məhəllədə quraşdırılmış olan videoçəkiliş cihazı vasitəsilə komendant binasının ətrafında tanımadığı bir şəxsin olduğunu bildirərək ondan həmin şəxsin kim olduğunu aydınlaşdırmasını istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin şəxsin kimliyini aydınlaşdırmaq məqsədilə komendant binasının yanına getmişlər və bu zaman həmin şəxsin komendant binasında işləyən əməkdaş olduğunu görmüşlər. Sonra o, dayanmış şəxsin komendant binasında işləyən əməkdaş olduğunu binanın komendantına bildirərək Təqsirləndirilən şəxs3la birgə yenidən məhəlləyə, yəni davanın baş verdiyi yerə qayıtmışdır. Davanın baş verdiyi yerdə bir aptek də mövcud olmuş, lakin həmin vaxt aptek fəaliyyət göstərməmişdir. O və Təqsirləndirilən şəxs3 davanın baş verəcəyi yerə gələn zaman Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və daha bir nəfəri görmüşlər. Səhv etmirsə, həmin şəxs Vilayət olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və adını dəqiq xatırlamadığı digər şəxs uca səslə söyüş söymüşlər. Davanın baş verdiyi yerdə çoxsaylı yaşayış binaları olmuş və həmin binaların sakinləri mütəmadi olaraq eyvanlara çıxmışlar. Ona görə də o, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 müraciət edərək niyə söyüş söydüklərini soruşmuşdur. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 isə aqressiv bir səs tonu ilə ona cavab qaytarmağa başlamışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs2 kənara çəkərək sonuncu ilə söhbət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs2lə söhbət edən zaman Zərərçəkmiş şəxs1 onun ünvanına söyüş söymüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs1 1 (bir) yumruq zərbəsi endirmiş və həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra o, Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava etdiklərinin şahidi olmuş və Təqsirləndirilən şəxs2 kömək etmək üçün Zərərçəkmiş şəxs2 1 (bir) təpik zərbəsi endirmişdir. O, Zərərçəkmiş şəxs2 1 (bir) təpik zərbəsi endirdikdən sonra Zərərçəkmiş şəxs2 ayağı davanın baş verdiyi yerdə yerləşən aptekin pilləkənlarına ilişmiş və Zərərçəkmiş şəxs2 yerə yıxılaraq ayağını sındırmışdır. Zərərçəkmiş şəxs2 təpik zərbəsindən dolayı yerə yıxılan zaman o, Zərərçəkmiş şəxs2 ayağının sınacağını heç düşünməmişdir. Onlar Zərərçəkmiş şəxs2 ayağının sındığını gördükdən sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə Zərərçəkmiş şəxs2 səliqəli bir şəkildə kənarda uzandırmışlar. Dava zamanı davanın şahidi olan şəxslərin sayı çox az olmuş, daha dəqiq desə, 1-2 nəfər məhəllə sakini olmuşdur. Dava zamanı dava iştirakçılarını bir-birindən heç kəs ayırmamış, çünki ayırmağa ehtiyac olmamışdır. Sözügedən dava təxminən 5-10 dəqiqə çəkmişdir. Bir də ibtidai istintaq zamanı onun adından yazılmış ifadəsi tamamilə səhvdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin məhbus həyatı yaşamamış, çünki həmin vaxt yetkinlik yaşına çatmadığından məhkəmə ona şərti cəza təyin etmiş, dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 1 (bir) yumruq zərbəsi, Zərərçəkmiş şəxs2 isə 1 (bir) təpik zərbəsi vurmuş, Zərərçəkmiş şəxs2 ayağının sınmasını sonuncu yerdə qışqıran zaman bilmiş, ibtidai istintaq zamanı vermiş ifadəni təsdiq etmir, Zərərçəkmiş şəxs2 ayağı sındıqdan sonra yerdə uzanan zaman sonuncuya heç bir zərbə endirməmiş, dava-dalaş zamanı orada cəmi bir nəfər kənar şəxs olmuş, həmin şəxs də onun qonşusudur, valideynləri barışıq əldə edilməsi məqsədi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yanına getsələr də, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlamamışlar. Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə bəraətverici əsaslarla ona aid hissədə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, saat 23:00 radələrində yaşadığı məhəllədə dostu Vahidlə gəzmişdir. Gəzə-gəzə aptekin qarşısına gəlmişlər. Həmin vaxt o, uzaqdan Təqsirləndirilən şəxs2, Yunisi və dayısı Fuadın “Qız qalası” internet klubunun qarşısında oturduqlarını görmüşdür. O, yaxınlaşmaq istədikdə, 3 (üç) nəfər tanımadığı şəxsin uca səslə danışdığını, öz aralarında söyüşlə söhbət etdiklərini eşitmiş və ona görə də həmin şəxslərə yaxınlaşıb salamlaşmış, nə baş verdiyini soruşmuşdur. Bu zaman Rahib adlı şəxs “sən kimsən” ifadəsini işlətmişdir. O isə Rahibə içkili olmasını bildirib getməsini bildirmişdir. Rahib isə cavabında “məni yola verirsən?” demişdir. Tanışları Təqsirləndirilən şəxs2 və Şahid3 də, onlara yaxınlaşmışlar. Bu zaman Rahibin yanındakı Elsun adlı şəxs onların ünvanına nalayiq ifadə işlətmişdir. O da, sağ əli ilə Rahibin yanında dayanan Elsunun sifətinin sağ qulaq nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmuşdur. Elsun zərbənin təsirindən dərhal yerə yıxılmış, yerə yıxılarkən Elsunun sağ əli ilkin olaraq yerə dəymiş və arxası, yəni yan nahiyəsi üstə yerə dəymişdir. Elsun yerdə uzanılı vəziyyətdə ola-ola o, Elsunun ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmuşdur. Bu vaxt digər dostu Təqsirləndirilən şəxs3 Elsun yerdə uzanılı olarkən sonuncunun baş nahiyəsinə təpiklə zərbə vurmuşdur. Elsun onun zərbəsindən yerə yıxılıb ayağa durduqdan sonra Təqsirləndirilən şəxs2 Elsunun dodaq nahiyəsinə yumruqla zərbə vurmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs2 Rahib adlı şəxs arxaya hərəkət edərkən ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbələr atdığını görmüşdür. Daha sonra dostu Vahid Elsunun söyüş söyməsindən istifadə edib hər hansı ciddi zərurət olmadığı halda belinin kəmər nahiyəsində gəzdirdiyi, mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmış, lakin yaxınlıqda olan şəxslər Vahidin qolundan tutaraq saxlamışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs2lə Rahibin bir biri ilə yaxalarından tutaraq çəkişdiklərini görmüş və ona görə də qaçaraq Rahibə çatıb təpiklə sonuncuya zərbə vurmuşdur. Zərbənin təsirindən Rahib aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış və qışqıraraq “ay ana, öldüm, məni öldürdülər” cümləsini işlətmişdir. Hirsi soyumadığı üçün o, Rahibin ayağa durmaq istədiyini görüb yenidən dizi ilə Rahibin baş nahiyəsinə 1 (bir) dəfə bərk zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 Rahibin qışqırdığını görüb onu tutaraq sakitləşdirmiş, növbəti zərbələr vurmağına mane olmuşdur. Səs-küyə qonşular, təxminən 30-40 nəfər şəxs yaxınlaşmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Onlar eyni məhəllədə yaşayırlar və dostdurlar. Hadisə günü onun bacısının uşağının xeyir işi ilə əlaqədar qonaqlıq verilmişdir. Onlar həmin qonaqlıqda iştirak etmişlər. Məclisin ortasında onlar siqaret çəkmək üçün həyətə düşmüşlər. Bu zaman zərərçəkmiş şəxslər Elsun və Rahib, eləcə də sonuncuların yanında olan bir nəfər şəxs yüksək səslə söyüş söyərək məhəllədən keçmişlər. Onlar əvvəlcə həmin şəxslərin dava etdiyini düşünmüşlər. Buna görə də onlar zərərçəkmiş şəxslərə yaxınlaşmışlar. Yaxınlaşmaqda məqsəd əgər həmin şəxslər dava edirdilərsə, həmin mübahisəni yoluna qoymaq olmuşdur. Bu zaman zərərçəkmiş şəxslər onlarla əsəbi formada danışmağa başlamışlar. Onların zərərçəkmiş şəxslərlə mübahisə etmək kimi fikirləri olmamışdır. Lakin zərərçəkmiş şəxslər onlara qarşı söyüş söymüşlər. Zərərçəkmiş şəxslər onlara qarşı söyüş söydüklərinə görə onlar zərərçəkmiş şəxslərlə dava etmişlər. O, həmin hadisədə zərərçəkmiş şəxslərdən birinə, yəni Rahibə yalnız ayaqla zərbə vurmuşdur. Bundan başqa, o, zərərçəkmiş şəxslərə heç nə etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, hadisə günü Vahid, Vəfadar, Tural və Yunis adlı dostları onun bacısı uşağının yığıncağı üçün onların yaşadığı evə gəlmişlər, həmin vaxt onlar bir stəkan spirtli içki qəbul etmişlər, lakin spirtli içkinin təsiri altında olmamışlar, oturduqları məclisdən Vəfadar və Vahid ondan əvvəl həyətə düşmüşlər, o da, Vəfadargilin arxasınca həyətə düşmüş, zərərçəkmiş şəxslərə yaxınlaşmaq istəyən zaman artıq Vəfadar və Vahidin zərərçəkmiş şəxslərə yaxınlaşdıqlarını görmüş, Vəfadar və Vahid zərərçəkmiş şəxslərdən nə baş verdiyini soruşmuşlar, buna görə də Vəfadargilin yanına getmiş, zərərçəkmiş şəxslərin yanına gəldikdə, görmüşdür ki, zərərçəkmiş şəxslər Vəfadar və Vahidlə əsəbi şəkildə danışmışlar, sonra zərərçəkmiş şəxslər onlara qarşı söyüş söymüşlər, lakin zərərçəkmiş şəxslərin onlara hansı səbəbdən söyüş söydüklərini bilmir, düşünür ki, zərərçəkmiş şəxslər onların yaxınlaşmasını pis qəbul etmişlər, əvvəlcə Rahib onları söymüş, bundan sonra dava başlamış, Elsunun söyüş söydüyünü xatırlamır, birinci zərbənin kimin kimə vurduğunu bilmir, lakin özü Rahibə 1 (bir) dəfə ayaqla zərbə endirmiş, Rahibi vuran zaman sonuncu ayaq üstə olmuş, həmin vaxt Vahiddə mətbəx bıçağı olmuş, amma hadisə zamanı heç kəs bıçaqdan istifadə etməmiş, zərərçəkmiş şəxslərlə onların arasında davam edən davadalaş təxminən 1-3 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, İİ Qarabağ döyüşləri iştirakçısıdır, 2 ildir ki, spirtli içki qəbul edir. Saat 20:00 radələrində nənəsi Bəturayə məxsus olan yaşadıqları məhəllədə yerləşən evdə bacısı oğlunun sünnət mərasimi ilə əlaqədar o, tanışları Yunis, Fuad, Mirşahin, qıvırcıq Tural ilə yığışaraq yeyibiçmişlər. Əvvəlcə onlar 0,7 litr həcmində spirtli içki olan araq içmişlər, daha sonra yenidən həmin həcmdə araq alaraq içmişlər, məclisin ortasında tanışı Vəfadar da, onlara gəlmişdir. Daha sonra hamısı məhəlləyə düşmüşlər və “Zamin” marketin qarşısında əyləşib söhbət etmişlər. Vəfadarla Vahid isə məhəllədə gəzmişlər. Saat 23:00 radələrində tanımadığı 3 (üç) nəfər onların yanından söyüş söyə-söyə keçmiş, həmin şəxslər aptek tərəfə getmişlər. O da, həmin şəxslərin arxası ilə hərəkət etməyə başlamış, çünki həmin şəxslərin dava etdiyini düşünmüşdür. Zərərçəkmiş şəxslər nisbətən aralıda olarkən Vəfadarla Vahid zərərçəkmiş şəxslərə yaxınlaşmışlar. O, zərərçəkmiş şəxslərə çatandək hansı mövzuda söhbət etdiklərini eşitməmişdir. O, çatdıqda Vəfadarla Rahibin söhbət etdiyini görmüş, hər iki tərəf içkili olduğundan söhbəti sonraya saxlamağı məsləhət görmüşdür. Bu zaman dostu Vəfadar anidən Rahibin yanındakı Elsunun sifətinin sağ tərəfindən 1 (bir) dəfə yumruq zərbəsi vurmuş və Elsun zərbənin təsirindən dərhal yerə yıxılmışdır. Elsun yerdə olarkən Vəfadar Elsunun ayağına təpiklə zərbə vurmuş, Vahid isə Elsunun başına təpiklə zərbə vurmuşdur. Elsun ayağa durduqdan sonra o da, Elsunun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. Sonra o, Rahibin üzərinə doğru qaçaraq ayağı ilə Rahibin sol tərəfindən bel nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbələr vurmuş, digər dostu Vahid isə Elsun adlı şəxsin söyüş söyməsindən istifadə edib belinin kəmər nahiyəsində gəzdirdiyi mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmışdır. Lakin yaxınlıqda olan şəxslər Vahidin qolundan tutub saxlamışlar. Həmin vaxt Vəfadar onunla Rahibin əlbəyaxa olduğunu görüb onlara tərəf qaçmağa başlamışdır. Bu zaman Rahib də, hərəkətə başlamışdır. Vəfadar Rahibə çatıb təpikə Rahibin qarın nahiyəsinə zərbə vurmuş və Rahib zərbənin təsirindən aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış, həmin vaxt qışqıraraq “ay ana, öldüm, məni öldürdülər” cümləsini işlətmişdir. Ardınca Vəfadar dərhal dizi ilə ayağa durmaq istəyən Rahibin baş nahiyəsinə zərbə vurmuşdur. Onlar Rahibin ayağa durmadığını görüb sonuncuya yaxınlaşaraq ayağa durmasında kömək etmişlər. Qışqırıq səslərinə, səs-küyə qonşular, təxminən 30-40 nəfər şəxs yaxınlaşmışdır. Sonra o, həmin ərazini tərk etmiş, evə pul götürmək üçün getsə də, anası ona pul verməmişdir. Sonra o, “Koroğlu” parkına getmiş və səhərə kimi parkda yatmış, növbəti gün isə evə qayıtmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 uzun zamandır ki, tanıyır və onlar dostluq edirlər. O, kənddə həyət evində yaşayır, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 isə bina evində yaşayırlar. Təqsirləndirilən şəxs2 yenicə dayı olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 evində yeyib-içmək məclisi təşkil edilmişdir. Həmin məclisdə o və Təqsirləndirilən şəxs1 da, iştirak etmişlər. Həmin məclisdə yeyib-içdikdən sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə gəzinti məqsədilə məhəlləyə çıxmışdır. Gəzinti zamanı onunla Təqsirləndirilən şəxs1 qarşısına Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 hələ onların yanında olmamışdır. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmaqla yanaşı, həmçinin yüksək səslə söyüş söymüşlər. Bu zaman o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaxınlaşaraq niyə söyüş söydüklərini soruşmuşlar. Zərərçəkmiş şəxs2 isə yüksək səs tonu ilə və aqressiv şəkildə onu və Təqsirləndirilən şəxs1 söymüşdür. Bundan sonra o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yumruqla döyməyə başlamışlar. İlk yumruq zərbəsini Təqsirləndirilən şəxs1 endirməklə, birinci növbədə Zərərçəkmiş şəxs2 vurmuşdur. Bu zərbədən sonra Zərərçəkmiş şəxs2 yerə yıxılmışdır. Növbəti yumruq zərbəsini isə o, endirməklə, Zərərçəkmiş şəxs1 vurmuşdur. Bundan sonra onunla Təqsirləndirilən şəxs1 aralıda dayanmış Təqsirləndirilən şəxs2 onların dalaşdığını görüb dərhal özünü dava yerinə çatdırmışdır. Özünü dava yerinə çatdırmış Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la dalaşmağa başlamışdır. Davanın başladığı andan hardasa 2-3 dəqiqə sonra məhəllədə xidmət aparan polis əməkdaşları dava yerinə qaçmağa başlamışlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə polis əməkdaşlarına yaxalanmamaq üçün dava yerindən qaçmışlar. Təqsirləndirilən şəxs3 qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, saat 20:00 radələrində dostu Turalın bacısı oğlunun dünyaya gəlməsi məqsədilə Turalın dayısı və nənəsinin yaşadıqları evdə o, tanışları Yunis, Fuad, Mirşahin, “qıvırcıq” Tural, eləcə də Təqsirləndirilən şəxs2lə yığışaraq yeyib-içmişlər. İlk olaraq 0,7 litr həcmində spirtli içki olan araq içmişlər, daha sonra yenidən 01 litr həcmli araq alaraq içmişlər. Məclisin ortasında Vəfadar da, məclisə gəlmişdir. Daha sonra hamısı məhəlləyə düşmüşlər və “Zamin” marketin qarşısında əyləşmişlər. Daha sonra o, Vəfadarla məhəllədə gəzişməyə başlamışdır. Yunis, Təqsirləndirilən şəxs2 və Şahid3, Fuad və Taleh isə "Qız qalası" internet klubunun qarşısında oturub söhbət etmişlər. O, Vəfadarla məhəllədə gəzərkən saat 23:00 radələrində tanımadıqları 3 (üç) nəfər şəxsin uca səslə danışdıqlarını, öz aralarında söyüşlə söhbət etdiklərini eşitmişdir. Onlar həmin şəxslərə yaxınlaşıb salamlaşmışlar və nə baş verdiyini soruşmuşlar. Bu zaman Rahib adlı şəxs "sən kimsən” ifadəsini işlətmiş, o isə cavabında normal danışmasını məsləhət görmüşdür. Mübahisə etdiklərini görən və eşidən Təqsirləndirilən şəxs2 də, onlara yaxınlaşmışdır. Bu vaxt dostu Vəfadar anidən Rahibin yanındakı Elsunun sifətinin sağ tərəfindən 1 (bir) dəfə yumruq zərbəsi vurmuş və Rahib zərbənin təsirindən dərhal yerə yıxılmışdır. Yerdə olarkən Vəfadar Elsunun ayağına təpiklə də vurmuşdur. Elsun yerdə uzanılı vəziyyətdə olarkən o, Elsunun başına və sağ qulaq nahiyəsinə təpiklə zərbə vurmuşdur. Elsun ayağa durduqdan sonra dostu Təqsirləndirilən şəxs2 Elsunun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurmuş, daha sonra Təqsirləndirilən şəxs2 Rahibin üzərinə doğru qaçaraq ayağı ilə sol tərəfindən Rahibin bel nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbələr vurmuşdur. O da, Elsunun söyüş söyməsindən istifadə edib belində kəmər nahiyəsində gəzdirdiyi, mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmışdır. Lakin yaxınlıqda olan şəxslər onun qolundan tutaraq saxlamışlar. Həmin vaxt X5 əlbəyaxa olduqlarını görüb Turalgil tərəf qaçaraq hərəkətdə olan Rahibə təpiklə qarın nahiyəsinə zərbə vurmuşdur. Rahib zərbənin təsirindən aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış və qışqıraraq “ay ayağım” sözlərini işlətmiş, ardınca Vəfadar dərhal dizi ilə ayağa durmaq istəyən Rahibin baş nahiyəsinə zərbə vurmuşdur. Qışqırıq səslərinə, səs-küyə qonşular, təxminən 15-20 nəfər şəxs yaxınlaşmışdır. Arif adlı polis əməkdaşı hadisə yerinə yaxın qaldığı üçün əraziyə gəldikdə, o, Vəfadar və qıvırcıq Turalla birlikdə Kürdəxanı qəsəbəsində yerləşən parka getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1la birlikdə kafedə yemək yedikdən sonra hərəsi öz evlərinə getmək məqsədilə çölə çıxmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs1la birgə çöldə gedən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onunla Zərərçəkmiş şəxs1 qarşısını kəsərək ondan və Zərərçəkmiş şəxs1 haradan gəlib hara getdiklərini və nə kimi köməklik göstərə biləcəklərini soruşmuşlar. Bu zaman o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir köməyə ehtiyac olmadığını bildirərək yaxınlıqda yerləşən 17 saylı binada yaşadıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 onu kənara çəkmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 döyməyə başlamışlar. O, Zərərçəkmiş şəxs1 kömək etmək məqsədilə Elsuna tərəf qaçmaq istəmiş, lakin Təqsirləndirilən şəxs2 onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxs2 onu döyən zaman onun üz və böyür nahiyəsinə zərbələr endirmiş, habelə döyülmə zamanı onun ayağı da sınmışdır. O və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun telefonunu götürmüşlər və hüquq mühafizə orqanlarına şikayətçi olmayacağı təqdirdə telefonunu qaytaracaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, döyülmə zamanı onun ayağı qırılmış, aldığı zərbələrə görə həmin vaxt çox pis vəziyyətdə olmuş, həmin vaxt huşu da bulanıq olmuş, bu səbəbdən də ayağının qırılmasına kimin səbəb olduğunu dəqiq xatırlamır, ayağının qırılmasına səbəb olan şəxsin Təqsirləndirilən şəxs1 olmasını ona ibtidai istintaq zamanı müstəntiq bildirmiş, lakin özü dəqiq bir şəkildə ayağının qırılmasına səbəbkar olan şəxsin məhz Təqsirləndirilən şəxs1 olmasını deyə bilmir, lakin onu və Elsunu döyən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşlar, döyülmə zamanı ətrafda əlavə olaraq 10-15 nəfər olmuş, dava-dalaş xeyli müddət çəkmiş, huşunu ayağının qırılması nəticəsində keçirmiş olduğu travmatik şok səbəbilə itirmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs2lə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ağır cəza təyin edilməsini, digər Təqsirləndirilən şəxs2 isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o və Zərərçəkmiş şəxs2 subaydırlar, eyni yerdə əmək fəaliyyətilə məşğuldurlar və buna görə də eyni evdə yaşayırlar. Hadisənin baş verdiyi gün yeznəsi Şahid4 ona zəng edərək yaşadığı evə qonaq gələcəyini bildirmişdir. O da, Şahid4 bu fikrinə razılıq vermişdir. Həmin vaxt evdə hazır yemək olmadığından o, Şahid4 kafeyə gəlməsini tapşırmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs2, Şahid4 və qardaşı Şahid2 ilə birlikdə kafedə yemək yemişlər, habelə 0,7 litr spirtli içki olan araq və iki bakal pivə içmişlər. Saat 22:40-22:45 radələrində o, Zərərçəkmiş şəxs2, Şahid4 və Şahid2 ilə birlikdə sözügedən kafedən çıxmış, çünki kafe saat 23:00-da bağlanmalı olmuşdur. Bundan sonra Şahid4 onlardan ayrılaraq taksi ilə evinə yollanmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə evlərinə doğru getmişdir. O, qardaşı Şahid2 gecələmək üçün yaşadığı evə dəvət etmiş, Şahid2 isə onunla razılaşmamış və öz evinə gedəcəyini bildirmişdir. Şahid2 Maştağa qəsəbəsindəki “Savalan” yaşayış massivində yaşayır. O, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə addımlayan zaman Şahid2 onunla evində gecələməklə bağlı bir az uca səslə və acıqlı bir şəkildə danışmışdır. Bu vaxt Təqsirləndirilən şəxs1 onunla Şahid2 dava etdiyini zənn edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə onlara yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs2 və Şahid2 həmin vaxt söyüş söyməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ona “qaqa, nəsə bir problem var?” sualını vermişdir. O da, Təqsirləndirilən şəxs1 heç bir problemin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ondan hara getdiyini soruşmuş, o isə, Təqsirləndirilən şəxs1 evə getdiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 17 saylı binaya getdiyini demişdir. Sonra o, Təqsirləndirilən şəxs1 “başa düşmədim, sən bizi niyə sorğu-sual edirsən ki?” sualını vermişdir. Bu sual isə Təqsirləndirilən şəxs1 pis təsir etmiş və Təqsirləndirilən şəxs1 ondan niyə bu cür aqressiv şəkildə danışdığını soruşmuşdur. O da, Təqsirləndirilən şəxs1 “mən səninlə necə danışmalıyam ki?” məzmunda cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 söhbətə aydınlıq gətirmək məqsədilə onu kənara çəkmişdir. Yəni davanın düşməsinə səbəb onunla Təqsirləndirilən şəxs1 arasında olan bu söhbət olmuşdur. O, yalandan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onu, Zərərçəkmiş şəxs2 və Şahid2 görən kimi onların üzərinə hücum çəkdiklərini deyə bilməz. Çünki bunu deməsi yalan olar. Təqsirləndirilən şəxs1 onu kənara çəkən zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 “qaqa, biz indi o vəziyyətdə deyilik ki, səninlə burada dayanıb mübahisə edək. Biz burada yaxınlıqda qalırıq, sabah səhər söhbət edərik” söyləmişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində Zərərçəkmiş şəxs2 cavab olaraq “qaqa, sənlik bir şey yoxdur, qoy mən bu qaqa ilə bir dənə söhbət edim” demişdir. O, həmin vaxt davanın düşəcəyini heç ağlına belə gətirməmişdir. Təqsirləndirilən şəxs1 onu kənara çəkən zaman Şahid2 onu qolundan tutaraq öz tərəfinə çəkməyə çalışmışdır. O isə, Şahid2 əlini onun qolundan çəkməsini istəmişdir. Bu zaman anidən Təqsirləndirilən şəxs2 onun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi endirmişdir. Bu zərbəyədək Təqsirləndirilən şəxs1 bir dəfə də olsun ona qarşı hansısa bir fiziki zor tədbiq etməmişdir. Bu zaman o, alkoqol sərxoşluğu vəziyyətində olduğu üçün Təqsirləndirilən şəxs2 onun dodaq nahiyəsinə endirmiş olduğu yumruq zərbəsindən yerə yıxılmışdır. O, yerdə uzanmış vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs1 ona 1 (bir) dəfə təpik zərbəsi endirmişdir. Daha sonra o, ayağa qalxmış və ayaq üstdə olan zaman Təqsirləndirilən şəxs3 belindən 1 (bir) ədəd bıçaq çıxararaq həmin bıçağı ona doğru yönəltmişdir. O, bir daha qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 heç bir halda dava etmək niyyəti olmamış, Təqsirləndirilən şəxs1 sadəcə olaraq onunla söhbət etmək istəmişdir. Təqsirləndirilən şəxs3 ona doğru bıçağı yönəldən zaman ətrafdakı insanlar Təqsirləndirilən şəxs3 əl-qolundan tutmuşlar. Bu zaman Şahid2 onu qolundan tutaraq kənara çəkmişdir. O isə, Şahid2 Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətdə qaldığını və ona görə də Rahibə yardım etməli olduqlarını, əks halda Zərərçəkmiş şəxs2 öldürüləcəyini bildirmişdir. Sonra o, Zərərçəkmiş şəxs2 uca səslə “Ay Allah, öldüm!” dediyi sözlərini eşitmişdir. Bu vaxt o, qaçaraq Zərərçəkmiş şəxs2 yanına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yerdə uzanmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 yanında, yəni yerdə oturmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 telefonunun özündə olduğunu bildirərək Rahibə narahat olmamasını, telefonu qaytaracağını söyləmişdir. O, həmin vaxt ona endirilmiş ilk zərbənin məhz Təqsirləndirilən şəxs2 tərəfindən endirildiyi bilməmiş, ilk zərbənin məhz Təqsirləndirilən şəxs2 tərəfindən ona endirildiyini ibtidai istintaq zamanı öyrənmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs2lə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ağır cəza təyin edilməsini, digər Təqsirləndirilən şəxs2 isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün iş yerindən çıxaraq evə getmişdir. Bu zaman yeznəsi Şahid4 ona zəng edərək kafeyə çay içməyə dəvət etmişdir. O da, Orxanın dəvət etdiyi kafeyə getmişdir. O, həmin kafeyə gəldikdə, orada Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid4 yemək yediyini görmüşdür. Ona spirtli içki içmək təklifi etmişlər, lakin o, içki içmədiyini bildirmişdir. Sonra onlar yeməklərini yemişlər və saat 23:00 radələrində birlikdə kafeni tərk etmişlər. Yeznəsi Orxan bir qədər onlardan qabaq kafeni tərk etmişdir. Onlar isə, 3 (üç) nəfər, yəni Zərərçəkmiş şəxs2, qardaşı Zərərçəkmiş şəxs1 və o, yola çıxmışlar. Qardaşı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 eyni binada eyni evdə kirayədə yaşamışlar. O da, həmin binada bir neçə mərtəbə aşağıda yaşamışdır. Onlar yol ilə gedən zaman bir nəfər şəxs yaxınlaşmışdır. Onlara yaxınlaşan həmin şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Vəfadar onlardan hara getdiklərini soruşmuşdur. Qardaşı Zərərçəkmiş şəxs1 da, Vəfadara evlərinə getdiklərini bildirmişdir. Vəfadar bir daha demişdir ki, “deyin görüm hara gedirsiniz”. Qardaşı Zərərçəkmiş şəxs1 da, Vəfadara “sənə hesabat verməliyəm?” deyə səslənmişdir. Elsun ondan əlini buraxmağını və Vəfadarın onlardan nə istədiyini aydınlaşdırmağı istədiyini bildirmişdir. Bu zaman kimsə arxadan onlara yumruqla zərbə endirmişdir. Onlara yumruq vuran Təqsirləndirilən şəxs2 olmuşdur. Bu yumruq zərbəsinin təsirindən qardaşı Elsun yerə yıxılmış və bu zaman qardaşına yerdə ikən təpiklə də zərbə vurmuşlar. Qardaşına təpiklə vuranın kim olduğunu o, bilməmişdir. O, həmin şəxslərə davanı bitirməklərini, yerə yıxılanın qardaşı olduğunu bildirmişdir. Bu zaman sanki qarışqa kimi qardaşının üstünə bir neçə nəfər hücum çəkmişdir. Onun qardaşının telefonunu da kimsə götürmüşdür. O, qardaşı Elsuna evə getməsini və bir qədər sonra Zərərçəkmiş şəxs2 də gətirəcəyini bildirmişdir. Çünki onlara hücum edən şəxslərin sayı 15-20 nəfər olmuşdur. Hətta o, hücum edənlərə güclərinin çatmayacağını qardaşına da demişdir. Sonra o, qardaşı Elsunu həmin şəxslərin əlindən almış və bir qədər başqa tərəfə aparmışdır. Bu vaxt o, Zərərçəkmiş şəxs2 vurub şikəst etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs2 ayağı sınmış və ona görə də Rahib yerdə çapalamışdır. Rahibi hadisə yerindən uzaqlaşdırmaq üçün X7 zəng etmişlər. X9 Yardım maşını hadisə yerinə gəlmiş və Rahibi xəstəxanaya aparmışlar. Bundan sonra o, evinə getmişdir. O, kimin Zərərçəkmiş şəxs2 vurduğunu dəqiq olaraq bilmir, çünki hadisə yerində aləm bir-birinə qarışmışdır. Buna görə də o, yalandan Rahibin kim tərəfindən vurulduğunu deyə bilməz, bunu dəqiq olaraq görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, baş vermiş davanın hansı səbəbdən baş verdiyini bilmir. O, yalnızca Zərərçəkmiş şəxs2 ayağının qırılmasını görmüşdür. Zərərçəkmiş şəxs2 ayağının qırılmasında Təqsirləndirilən şəxs1 heç bir təqsiri olmamışdır. Zərərçəkmiş şəxs2 pilləkənin yuxarı hissəsində dayanmış və birdən arxaya addımlamağa başlamışdır. Rahib arxaya addımladığı üçün yıxılaraq ayağını qırmışdır. O, bu xüsusatdan başqa cinayət hadisəsi ilə əlaqədar heç nə görməmiş və heç nə bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynıdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə birgə Məhəmmədli qəsəbəsində kirayədə, o isə, Hövsan qəsəbəsində yaşayır. O, bir gün Zərərçəkmiş şəxs1 yaşadığı ünvana qonaq gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 evdə yemək olmadığını bildirib onu kafeyə dəvət etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə kafedə əyləşərək yeyib-içmişlər və söhbət etmişlər. Zərərçəkmiş şəxs2 kafeyə gəldikdə, o və Zərərçəkmiş şəxs1 artıq 1-2 bakal pivə içmişlər. Zərərçəkmiş şəxs2 kafeyə gəldikdən sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 və o, araq içmişlər. Sonra onlar birlikdə kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra o, ayrılaraq taksi ilə evinə getmişdir. O, evə çatdıqdan 30 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 dava etdikləri barədə ona telefon zəngi gəlmişdir. Bundan sonra o, dərhal Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaşadıqları evə yollanmışdır. O, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaşadıqları evə çatdıqda, küçədə qan izlərinin şahidi olmuşdur. O, qan izlərini görən kimi dərhal “102” xidməti mərkəzinə zəng edərək bıçaqlanma hadisəsi barədə məlumat vermişdir. Bu zaman “102” xidməti mərkəzinin əməkdaşı ona sözügedən hadisə barədə məlumatlı olduğunu bildirmişdir. Bu müddət ərzində o, dayanmadan Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 zəng edirmiş, lakin Elsunla Rahib onun zənglərinə cavab verməmişlər. Bir müddət sonra o, Zərərçəkmiş şəxs1 xəstəxanaların birində tapmışdır. O, Zərərçəkmiş şəxs1la xəstəxanada söhbət edən zaman Elsun ona Rahibin ayağının qırıldığını bildirərək bıçaqlanma hadisəsinin olmadığını demişdir. Zərərçəkmiş şəxs1 ağız nahiyəsi partlamışdır. Davanın baş verdiyi günün səhərisi gün o, Zərərçəkmiş şəxs1la birlikdə Sabunçu Rayon Polis İdarəsinə gedərək izahat yazmışlar. Onlar izahat yazdıqdan sonra o, öz evinə, Zərərçəkmiş şəxs1 isə Şahid2 yaşadığı evə yollanmışdır. O, Elsunla birlikdə xəstəxanada Zərərçəkmiş şəxs2 görmək istəsələr də, həkimlər buna icazə verməmişlər. Sonradan isə ona davanın Zərərçəkmiş şəxs1 böyük qardaşı Şahid2 kirayədə qaldığı evdə gecələmək məqsədilə çağırması, lakin Şahid2 bu təklifi qəbul etməməsi və bu söhbətin yüksək səslə aparılmasından dolayı 10-20 nəfərin Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaxınlaşması ilə baş verdiyi, habelə dava zamanı Zərərçəkmiş şəxs2 yaxılaraq ayağının qırıldığı məlum olmuşdur. Dava küçədə, gecə saatlarında baş vermiş və 10-20 nəfərlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sözlərinin çəp gəlməsinə baş vermişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, hadisə baş verən gün saat 20:00 radələrində Kürdəxanıda yaşadığı evdən 173 saylı xətt avtobusu ilə dostu Mirşahinlə birlikdə Məhəmmədli qəsəbəsinə gəlmiş və “Zamin” marketin yaxınlığında avtobusdan düşmüşdür. Həmin vaxt o, qıvırcıq Turalı görmüş və sonuncunu səsləyib çağırmışdır. Onlar biraz gəzmişlər. Sonra onları Təqsirləndirilən şəxs2 dayısı Fuadın qohumunun uşağının dünyaya gəlməsi münasibətilə təşkil edilmiş məclisə dəvət etmişlər. O, Şahid3lə birlikdə yaxınlıqda yerləşən binanın 4-cü mərtəbəsinə Fuadgilin evinə qalxmış, evə girərkən Təqsirləndirilən şəxs2, Fuadı və Vahidi evdə görmüşdür. Bundan sonra onlar birlikdə əyləşib yeyib-içmişlər, həmin vaxt araq da içmişlər. Belə ki, əvvəlcə 0,5 litr həcmli arağı içmişlər, sonra o, qıvırcıq Turalla yaxınlıqda yerləşən marketdən 0,5 litr həcmli əlavə araq almışdır. Bir müddət yeyib içdikdən sonra Vəfadarla Taleh də, məclisə qoşulmuşlar. Sonra dostu Mirşahin də, evə gəlmişdir. Mirşahindən başqa hamısı araq içmişdir. Sonra hamısı aşağı həyətə düşmüşlər. O, Təqsirləndirilən şəxs2 dayısı Fuad, qıvırcıq Turalla birlikdə “Qız qalası” adlı kafenin qabağında oturub söhbət etmişlər. Saat 23:00 radələrində onların qarşısından tanımadıqları 3 (üç) nəfər keçmiş. Həmin şəxslərin xarici görünüşünə, yeriş tərzinə diqqətlə baxdıqda, içkli olduqları açıq şəkildə bilinmişdir. Lakin həmin şəxslər sakit şəkildə, mübahisə etmədən, söyüş söymədən sakitcə hərəkət etmişlər. Söhbət əsnasında o, sol tərəfə baxdıqda, Vəfadarla Vahidin həmin tanımadıqları 3 (üç) nəfərlə mübahisə etdiyini görmüşdür. O, Fuad və qıvırcıq Tural ilə birlikdə dərhal Vəfadargilə yaxınlaşmışdır. Bu vaxt onlar Təqsirləndirilən şəxs2 də, orada görmüşlər. Onlar yaxınlaşdıqda, Vəfadarla Vahidin açıq-aşkar formada həmin zərərçəkmiş şəxslərə sataşdığı ona bəlli olmuşdur. O, həmin şəxslərin qarşılıqlı şəkildə söyüş söydüklərinin şahidi olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə yumruq zərbəsi vuraraq sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Elsunun ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs3 isə yerə yıxlmış vəziyyətdə olan Elsunun baş nahiyəsinə təpiklə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 ayağa durduğunu görərək sonuncunun dodaq nahiyəsinə yumruq zərbəsi vurmuş, həmçinin Təqsirləndirilən şəxs2 ayağı sınan Rahibin üzərinə doğru hücüm çəkərək ayaqla Rahibin bel nahiyəsinə və yumruqla sifətinə zərbələr vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs3 belində gəzdirdiyi bıçağı çıxararaq Elsuna tərəf qaçmağa başlamışdır. Lakin o, Vahidi tutub saxlamışdır. Bu zaman anidən Vəfadar zərərçəkmiş şəxs Rahib istiqamətinə qaçaraq 1 (bir) dəfə təpik zərbəsi vuraraq sonuncunu yerə yıxmış, eləcə də Rahibin ayağa durmasına mane olaraq dizi ilə sonuncunun başına zərbə vurmuşdur. Həmin anda Rahib “Ay allah öldüm” deyə qışqırmışdır. O, dava vaxtı yerdən boz rəngli “Samsung” markalı telefonu götürüb tanımadığı qırmızı rəngli gödəkçə geyinmiş şəxsə vermişdir. Sonra qıvırcıq Tural markasını və modelini bilmədiyi telefonu ona tərəf uzadıb saxlamağını bildirmişdir. O, telefonu götürsə də, təxminən 1 dəqiqə sonra yenidən telefonu həmin şəxsin özünə qaytarmışdır. Sonra o, qıvırcıq Turalla birlikdə Kürdəxanıya “Zeytun parkına” getmiş, daha sonra isə Vahidlə Vəfadar da, taksi ilə onların yanına gəlmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 7-9) görünür ki, cinayət hadisəsinin baş verdiyi əraziyə, yəni Məhəmmədi qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən “Qız Qalası” adlanan kafenin və yaxınlıqdakı aptekin qarşısına baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 10) görünür ki, Zərərçəkmiş şəxs1 polis orqanına müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat 24:00 radələrində Məmmədli dairəsi yaxınlığında olarkən tanımadığı bir neçə nəfər şəxs onu və dostu Zərərçəkmiş şəxs2 döyərək onlara bədən xəsarəti yetirdiklərini bildirmişdir. xx.xx.2023-cü il tarixli canlı şəxsin 830 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası, sağ əlin sıyrıqları, sağ qulaq seyvanı və sağ sağrı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. xx.xx.2023-cü il tarixli canlı şəxsin 881 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 47-50) görünür ki, Zərərçəkmiş şəxs2 pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası; sol bazu oynağı, sol said nahiyələrinin qançırları və sol diz oynağı nahiyələrinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; sol bazu oynağı, sol said nahiyələrinin qançırları və sol diz oynağı nahiyələrinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlər müxtəlif şəraitlərdə törənə bilər, eləcə də qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən döyülərək öz boyu hündürlüyündən zərblə yıxılması nəticəsində törənməsi də inkar olunmur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 67-68) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 95-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 107) görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində başlayır. Bir neçə şəxs “Zamin” marketin qarşısında dayanıb, Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə Rahibin baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə də Təqsirləndirilən şəxs1 anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ayağının sağ diz nahiyəsi ilə ayağa durmağa çalışan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən 1 (bir) zərbə vurur. Ətrafdakı şəxslərin köməkliyi ilə Vəfadar sakitləşdirir. Zərərçəkmiş şəxs2 ayağa dura bilmir, şahidlərin köməkliyi ilə ayağa durur. Səs-küyə sonradan ətrafdakı şəxslər yaxınlaşır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-441/2023 saylı qərarından (cild 1, iş vərəqə 113-118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 172-173) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 179-181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 196) görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində başlayır. Bir neçə şəxs “Zamin” marketin qarşısında dayanıb, Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə onun baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxardaraq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə Təqsirləndirilən şəxs1 anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ayağının sağ diz nahiyəsi ilə ayağa durmağa çalışan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən bir zərbə vurur. Ətrafdakı şəxslərin köməkliyi ilə Vəfadar sakitləşdirir. Zərərçəkmiş şəxs2 ayağa dura bilmir, şahidlərin köməkliyi ilə ayağa durur. Səs-küyə sonradan ətrafdakı şəxslər yaxınlaşır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-451/2023 saylı qərarından (cild 1, iş vərəqə 202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cüil tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 209-210) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 219) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 243-245) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-476/2023 saylı qərarından (cild 2, iş vərəqə 261-265) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarxili qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 266-268) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Respublika Psixiatrik Ekspertiza Mərkəzi” X8 1881 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyindən (cild 2, iş vərəqə 347-350) görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır; Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onarlı idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir; Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa ifadə vermək qabiliyyətinə malikdir; Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür, onun hazırkı, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. O, baş vermiş hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur; Onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İnadkarlıq, söz götürməmək, hövsələsizlik, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi; Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs1 şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-607/2023 saylı qərarından (cild 2, iş vərəqə 321-326) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılmışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan (cild 2, iş vərəqə 332-335) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı istintaqa verdiyi ifadəni bir daha bildirərək, onu yerdə olarkən baş nahiyəsindən təpiklə zərbə vurduğunu, daha sonra bel nahiyəsindən bıçaq çıxararaq onu qorxutduğunu bildirmiş, təqisirləndirilən Təqsirləndirilən şəxs3 isə etdiyi əməli səmimi etiraf etmiş, istintaqa verdiyi ifadəni bir daha təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-737/2023 saylı qərarından (cild 2, iş vərəqə 336) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarxili qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 338-339) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan (cild 2, iş vərəqə 342-345) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə qarşı istintaqa verdiyi ifadəni bir daha bildirərək, səbəbsiz yerə onun və dostlarının qarşısını kəsərək lüzumsuz suallar verdiyini, ona kənara çəkilməyi təklif edib anidən sifətinin sağ tərəfinə yumruq zərbəsi vuraraq yerə yıxdığını, yerdə uzanılı vəziyyətdə olarkən onun ayağına bir dəfə təpik zərbəsi vurduğunu, eləcə də ifadəsində qeyd etdiyi digər xüsusatları bildirmiş, təqisirləndirilən Təqsirləndirilən şəxs1 isə etdiyi əməli səmimi etiraf etmiş, istintaqa verdiyi ifadəni bir daha təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 358-372) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında baş vermiş hadisəsini özündə əks 01 ədəd CD diskin maddi sübut kimi tanınması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus mobil telefonların tapılması üçün ********* nömrəli cinayət işindən materialların ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 376-378) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 389-391) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan (cild 2, iş vərəqə 404-407) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı istintaqa verdiyi ifadəni bildirərək, səbəbsiz yerə onun və dostlarının qarşısını kəsərək lüzumsuz suallar verdiklərini, Vəfadarın, Vahidin zərbələrindən sonra Turalın onun dodağından vurduğunu, daha sonra Rahibin üzərinə qaçaraq ayaqla Rahibin bel nahiyəsinə və yumruqla sifətinə zərbələr vurduğunu bildirmiş, eləcə də istintaqa verdiyi ifadəsini bir daha təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 410-412) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-398/2023 saylı hökmündən (cild 1, iş vərəə 351-357) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilmişdir. İ-11462 saylı və İ-7527 saylı medal vəsiqələrinin surətindən (cild 1, iş vərəqə 191) görünür ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif edilmişdir. İ-10297 saylı və İ-6511 saylı medal vəsiqələrinin surətindən (cild 1, iş vərəqə 192) görünür ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına” və “Xocavəndin azad olunmasına” görə medalları ilə təltif edilmişdir. İ-52259 saylı medal vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 193) görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər və müdafiəçiləri həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 və həmin vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Cinayət hadisəsi isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında olarkən oradan keçən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək zərərçəkmiş şəxsləri əsassız sorğu-suala tutmuşlar, zərərçəkmiş şəxslərin verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançıları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə, üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyəni nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan, həmçinin Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib ictimai yerdə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik göstərib səs-küyə yaxınlaşmış şəxslərin onu sakitləşdirməyə çalışmasına məhəl qoymadan, tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb, Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını almış, yəni sonuncunun hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə Rahib Daşdiyevin baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vuraraq zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, bundan başqa, təpik zərbəsi ilə Zərərçəkmiş şəxs2 vurub yerə yıxaraq sonuncuya pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin əməllərini qəsdən törətmişlər. Hər bir əməl ayrı-ayrılıqda başa çatmış cinayətdir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) az ağır cinayət, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydasında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təqsirli bilindikləri maddələrin sanksiyasına uyğun cəzalandırılmalıdırlar. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına”, “Qubadlının azad olunmasına”, “Cəbrayılın azad olunmasına” və “Xocavəndin azad olunmasına” görə medalları ilə təltif edilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-398/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə, həmin cəza Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilsə və sınaq müddətində yenidən qəsdən cinayət törətsə də, həmin cinayəti törədərkən yetkinlik yaşına çatmadığından bu hal hazırkı iş üzrə cinayətlərin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal mövcud olmasa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-398/2023 saylı hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə cinayətlərin məcmusu üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 67.4cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə hökmlərin məcmusu üzrə təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakterini, ağırlıq dərəcəsini və şəxsiyyətlərini xarakterizə edən halları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayətlərə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza ilə bağlı məhkəmə qeyd edir ki, onların törətdikləri cinayət az ağır cinayət kateqoriyasına aid olduğundan, həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin digər cəzalar da nəzərdə tutulduğundan, bundan başqa, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsinin iştirakçısı olduğundan, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına”, “Qubadlının azad olunmasına”, “Cəbrayılın azad olunmasına” və “Xocavəndin azad olunmasına” görə medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyindən, zərərçəkmiş şəxslərlə baışdığından, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi olmadığından, Təqsirləndirilən şəxs3 isə cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığından onlara cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə onların həyat və tərbiyə şəraitinə, eləcə də psixi inkişafına və ailəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onları islah etməyə kifayət edəcək. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Musayev X3 rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 31, Təqsirləndirilən şəxs3 isə ünvan 1 ünvanda çəkməlidirlər, cəzanın çəkildiyi bütün dövr ərzində onlara elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzanı çəkdikləri dövrdə onların davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış və təhsil yerini dəyişdirməmək, işləyəcəkləri halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni qayda Təqsirləndirilən şəxs3 da şamil edilməli və onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(101)-398/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və göstərilən hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 05 iyun 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə 4 (dörd) ay 4 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 22:00dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 22:00dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar