Məhkəmə qərarları › İş №1(101)-728/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-728/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-728/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) -728/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 13 iyul 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Pro Bono” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.10.2014-cü il tarixli hökmünə əsasən CMnin 177.2.1, 177.2.2, 1770.2.3, 177.2.4, 232.2.1 və 232.2.2- maddələri ilə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.02.2015-ci il tarixli qərarı ilə cəzası 6 ilə endirilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20.07.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib hökmlərin məcmusu üzrə 2 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 sentyabr 2020-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarından qanunsuz olaraq evin həyətinə daxil olmuş, daha sonra həmin həyətdə yerləşən üç mərtəbəli yaşayış evinin açıq qalmış əsas giriş qapısından evə qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsinə qalxaraq həmin mərtəbədə yerləşən yataq otağında saxlanılan bir ədəd dəmir seyfi otaqdan çıxararaq evin həyətində yerləşən avtomobil qarajına aparmış, həmin qarajdan tapdığı balta və vintaçan vasitəsilə seyfin qapısının kilidini sındırmaqla açaraq saxlanc yeri hesab edilən həmin seyfə qanunsuz daxil olub seyfin içərisindən 10.000 manat, həmin dövrün manat məzənnəsinə nisbətdə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, həmin dövrün milli manat məzənnəsinə nisbətdə 19.837 manat təşkil edən 10.000 avro nağd pul vəsaitini, bir ədəd dəyəri 1200 manat olan 750 əyarlı qadın qızıl üzüyünü, bir ədəd dəyəri 1000 manat olan 750 əyarlı qadın qızıl üzüyünü, bir cüt dəyəri 750 manat olan 750 əyarlı sırğanı, bir ədəd dəyəri 3500 manat olan 750 əyarlı qızıl boyunbağını və 1000 manat dəyərində «Samsung» markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumlikdə 54287 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mən ünvan 1 ünvanında qeydiyatda olsa da Gəncə şəhəri, Nizami rayonu, Maxrasa bağları yaşayış massivi, ev 8 “A” ünvanda kirayə yaşamışdır. Ailə üzvləri Almaniya Federativ Respublikasında yaşayırlar. 25 sentyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı Gəncə şəhərindən taksi avtomobili ilə Bakı şəhərinə yola düşərək həmin günü saat 23 radələrində Bakı şəhərinə çatmışdır. Bakı şəhərinə gəlməkdə məqsədi oğurluq etmək olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Kontinent” oteldə qalmışdır. 26 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində həmin oteldən çıxaraq piyada Badamdar qəsəbəsində gəzməyə başlamış, həmin qəsəbədə həyət evləri yerləşən küçələrdə piyada hərəkət edərək həyət evlərinin qapılarının zəngini sıxaraq evdə kiminsə olub-olmadığını yoxlamış, qapılarını döydüyü evlərin sahibləri qapını açdıqda isə guya ki, ev sahiblərinə səhv ünvana gəldiyini bildirib oradan uzaqlaşmışdır. Badamdar qəsəbəsində zərərçəkmiş şəxsin yaşadığı yaşadığı həyət evinin qarşısından keçən zaman qapının zəngini vurmuş, qapını açan olmadığını gördükdə o, həmin evin hasarından həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdəki 3 mərtəbəli fərdi yaşayış evinin giriş qapısına yaxınlaşmış və qapının dəstəyini yoxladıqda qapının açıq vəziyyətdə olduğunu görüb qapını açaraq evin içərisinə daxil olmuşdur. Həmin evin birinci mərtəbəsində otaqlara girərək ortalıqda qiymətli əşya və ya pulun olmasına baxmış, otaqlara daxil olan zaman orada olan şkaf və digər yerlərdə olan əşyaları dağıtmayaraq sadəcə nəzər yetirmişdir. Evin birinci mərtəbəsində olan qonaq otağında masanın üzərində bir ədəd “Samsung” markalı mobil telefon olduğunu görüb götürmüş, daha sonra evin içərisində olan pilləkənlə ikinci mərtəbəyə qalxmış və həmin mərtəbədə olan otaqlara nəzər yetirmişdir. O, qapısı bağlı olan otaqlara daxil olmamışdır. İkinci mərtəbədə açıq qapıdan yataq otağına girmiş, yataq otağından digər yataq otağına giriş qapısının olduğunu görüb otağa daxil olmuş, ikinci daxil olduğu yataq otağında ortalıqda hər hansı bir dəyərli əşya və ya pulun olduğunu görməmişdir. Daha sonra həmin yataq otağının içərisindən digər yataq otağına tərəf keçmiş, yataq otağında dəyərli əşya və ya pul görməmişdir. Yataq otağında iki ədəd seyfin olduğunu görmüşdür. Həmin seyflərin biri hündür, digəri isə kiçik ölçülü olmuşdur. Kiçik ölçüdə olan seyfi götürüb yataq otağından çıxmış və pilləkənlə birinci mərtəbəyə, oradan da evin arxa hissəsinə çıxışı olan qapıdan çölə çıxmışdır. Evə ilkin olaraq daxil olduqdan sonra o, birinci mərtəbədə olan zaman həmin qapını açmış və həmin vaxt ona məlum olmuşdur kif həmin qapı evin arxa tərəfindəki həyətə çıxır. Bununla da o, seyfi bir neçə dəfə istirahət etməklə evin ikinci mərtəbəsindəki yataq otağından birinci mərtəbəsinə düşürmüş və daha sonra evin arxa tərəfinə çıxan qapıdan həyətə çıxmışdır. Çöldə olarkən o, seyfin qapısını sındırıb açmaq üçün həyətdə münasib yer axtarmış və evin yan tərəfində qarajın olduğunu görüb seyfi həmin qaraja apamışdır. Həmin qarajda o, “Maserrati” markalı avtomobilin də olduğunu görmüş və həmin avtomobilin yan tərəfində gizlənmiş, daha sonra qarajdan tapdığı balta və vintaçanla seyfin kilidini sındırmışdır. Kilid sınaraq seyfin içərisinə düşdüyündən o, seyfin qapısını aça bilməmişdir. Daha sonra o, vintaçan və balta ilə seyfin qapısında olan petlələrini çıxartmağa çalışmış, petlənin birini çıxartmağa nail olsa da, ikincisini çıxara bilməmişdir. Həmin vaxt qarajın qapısında olan şüşədən görmüşdür ki, küçədə evin qarşısında avtomobil saxlanılmış, avtomobilin içərisindən iki nəfər cavan oğlan düşərək evin giriş qapısından həyətə, daha sonra evin əsas giriş qapısından evə daxil olmuşlar. O, qarajın jalüz qapısını onun kənarında olan düymə vasitəsilə açaraq həmin qapıdan çıxıb oradan uzaqlaşmışdır. Qarajın qapısının düyməsini iki dəfə sıxdığı üçün o, qarajdan çıxdıqdan sonra qapı avtomatik olaraq bağlanmışdır. Oradan uzaqlaşdıqdan sonra bir qədər gedib “Aztv”-nin binasının yaxınlığına çatanda orada taksiyə minib Lökbatan dairəsinə, oradan da yol maşını ilə Gəncə şəhərinə getmişdir. Gəncəyə çatdıqdan sonra əvvəl aldığı, lakin mülki etibarnamə əsasında idarə etdiyi «Volkswagen Passât» markalı Az**-BV-*** nömrə nişanlı avtomobili ilə yenidən Bakı şəhərinə yola düşmüş, 27 sentyabr 2020-ci il tarixdə gecə saatlarında, Bakı şəhərinə çatmışdır. Bakıya təkrar qayıtmaqda məqsədi hava limanına gedib oradan hər hansı bir xarici ölkəyə uçuşun olub-olmadığını öyrənmək olmuşdur. Ona məlum olmuşdur ki, uçuşlar yoxdur, yalnız çarter reysləridir ki, həmin reyslərlə isə ancaq xarici vətəndaşlar təyyarə ilə uça bilər. 27 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərinə geri qayıtmışdır. Həmin gün, saat 16 radələrində Qusar rayonuna getmək üçün idarə etdiyi avtomobillə yola düşmüş, avtomobillə Şabran rayonu ərazisindən keçən zaman onu yol polisi saxlamış, onu polis idarəsinə aparmışlar, oradan da Bakı şəhərinə 9-cu polis bölməsinə gətirmişilər. Evə oğurluq məqsədi ilə daxil olsa da həmin evdə olan sefi aça bilməmiş, seyfin içərisindən 10.000 manat, 10.000 ABŞ dollar və 10.000 avro pul, evdən qızıl zinət əşyaları oğurlamamışdır. Həmin evdən yalnız bir ədəd “Samsıng” markalı mobil telefon oğurlamışdır ki, həmin mobil telefon da Gəncə şəhərində kirayədə yaşadığı evdə olub. Telefonun üzərində olan iki ədəd sim nömrələri isə oğurluqdan sonra Gəncə şəhərinə gedərkən xatırlamadığı yerdə atmış, telefon isə Gəncə şəhərində kirayə yaşadığı evdən müstəntiq Emil Abdullayev tərəfindən götürülüb. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" ASC Bank olmayan Kredit Təşkilatında Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləyir. ünvan 4 ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivində fərdi yaşayış evində yaşayır. Həmin evdə o, ailə üzvləri olan atası X7, anası Şahid2 qızı, qardaşı X6, X8, həyat yoldaşı X3, azyaşlı övladları Elxan Quliyev, Səid Quliyev, Mikayıl Quliyev və Məryəm Quliyeva ilə birlikdə yaşayır. Yaşadqları evdə bağban kimi Xanlar, arabir lazım olduğu halda Xanların yoldaşı Mehbarə adlı qadın, bundan əlavə dayə kimi Aygün, xadiməçi kimi Nigar adlı xanımlar da işləyirlər. Xanlar artıq 15 ildir ki, onların evində işləyir və Xanlar hər gün səhər saat 06 radələrində gəlir, axşam saat 17 radələrinədək yaşadığımız evdə və həyətdə olur. Lazım olduğu hallarda isə Xanlar evin həyətində ayrılmış otaqda gecələyir. Xanların həyat yoldaşı Mehparə də ara bir kömək lazım olduğu hallarda xidmət etmək üçün onların evinə gəlir və lazım olduğu hallarda evin həyətində ayırlmış otaqda Mehparə də qalır. Evdə xidmətçi işləyən Nigar adlı xanım artıq 5 ildir ki, onların evində işləyir və hər gün evdə xidmət edərək onlarla birlikdə ona ayrılmış otaqda qalır. Evdə dayə işləyən Aygün də 5 ildən artıqdır ki, onların evində dayə işləyir. Aygün həftənin 5 günü, yəni 1-ci gündən 5-ci günədək onların yaşadığı evdə xidmət edərək həmin evdə qalır, həftənin şənbə və bazar günləri isə Aygün istirahət günü olduğundan onlarda qalmır. Karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından sentyabr ayınadək Aygün və işçilər daima onların yaşadığı evdə işçilər üçün ayrılmış otaqlarda qalmışlar. 26 sentyabr 2020- ci il tarixdə saat 22:30 radələrində qardaşı Vəli ona zəng edərək yaşadıqları Badamdar qəsəbəsində yerləşən evdə olan seyfin yerində olmadığını və ona evə gəlib seyfi tapmaqda köməklik etməyini bildirmişdir. O, dərhal dostu Elnurla birlikdə Badamdar qəsəbəsində yerləşən evə getmişdir. Məlum olmuşdur ki, onun anası evin ikinci mərtəbəsində olan yataq otağına daxil olarkən həmin otaqda saxlanılan seyfin yerində olmadığını aşkar etmiş və bu barədə Vəliyə, Vəli də ona bildirmişdir. Evin içində və həyətində seyfi axtarmağa başlamışlar, lakin tapa bilməmişlər. Daha sonra Elnur evin həyətində yerləşən avtomobil qarajına daxil olmuş və seyfin orada olduğu aşkar etmişdir. Elnur seyfi aşkar etdikdən sonra bu barədə onlara bildirmiş, onlar qaraja daxil olaraq seyfin qapısının üzərində olan kilidin və qapısının məntəşəsinin sındırılaraq açılmış vəziyyətdə olduğunu aşkar etmişlər. Daha sonra seyfin içərisinə baxdıqda məlum olmuşdur ki, seyfin içərisində saxladığı 10.000 manat, 10.000 ABŞ dollar və 10.000 avro pul yerində yoxdur. Həmçinin seyfin içərisində bir neçə qızıl əşyalarının və ona məxsus olan “Samsung” markalı mobil telefonun olmadığını aşkar etmişlər. Lakin, seyfin içərisində saxladığı 4 ədəd qol saatı, qızıl zinyət əşyalarının bir hissəsi və etibarnamə və digər sənədləri yerində olmuşdur. Onlara aydın olmuşdur ki, naməlum şəxs evə daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağında olan həmin seyfi oğurladıqdan sonra həyətdə yerləşən avtomobil qarajına aparmış, orada seyfin qapısının kilidini və məntəşəsini balta və vintaçanla sındıraraq açdıqdan sonra içərisində olan 10.000 manat, 10.000 ABŞ dollar və 10.000 avro pul, ona məxsus olan bir ədəd dəyəri 1000 manat olan «Samsung» markalı mobil telefonu, bir ədəd dəyəri 1200 manat və bir ədəd dəyəri 1000 manat olan qadın üzükləri, bir cüt dəyəri 750 manat olan sırğanı və bir ədəd dəyəri 3500 manat olan qızıl boyunbağını oğurlayaraq ona cəmi 54287 manat məbləğində maddi ziyan vurmuşdur. Qızıl zinyət əşyalarının hər birinin əyarı 750 olmuşdur. Mobil telefonda olan nömrələr telefon istifadə olunmadığından seyfdə qalmışdır. Həmin mobil nömrələri çoxdan aldığı üçün neçəyə aldığını unutmuş və telefonda olan nömrərlərin hesabında pul olmamışdır. Ona məxsus olan “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatının qiyməti 1000 manat olmuşdur. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Şahid qismində didirilmiş Şahid1 cinayət işinin 1-ci cildinin 166-167-ci vərəqlərində olan, məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi dalan 5, ev 8 “A” ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evi 01 avqust 2020-ci il tarixdə aylıq icarə haqqı 130 manat olmaqla Təqsirləndirilən şəxs kirayə vermişdir.Kəmaləddin ona iki ayına görə 260 manat pulu öncədən ödəmiş və həmin evdə yaşamağa başlamışdır. Kəmaləddinin cinayətlə məşğul olmasını bilməmişdir. 26 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində oğurluq cinayəti törətməsi barədə ona polis tərəfindən məlumat verilərkən bilmişdir. Polis əməkdaşları həmin ünvanda, yəni, ünvan 6 şahidlərinin iştirakı ilə axtarış aparmışlar. Axtarış zamanı bir ədəd mobil telefon aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür.” Şahid qismində didirilmiş Şahid2 qızı cinayət işinin 1-ci cildinin 33-35-ci vərəqlərində olan, məhkəmədə tədqiq edilən ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, evin ikinci mərtəbəsində olan yataq otağına daxil olarkən həmin otaqda saxlanılan seyfin yerində olmadığını aşkar etmiş və bu barədə oğlu Vəliyə, qardaşı Vəli də öz növbəsində bu barədə Elnura bildirmişdir. Onlar evin içində və həyətində seyfi axtarmağa başlamışlar, lakin tapa bilməmişlər. Daha sonra Elnurun dostu Elnar evin həyətində yerləşən avtomobil qarajına daxil olmuş və seyfin orada olduğu aşkar etmişdir. Elnur seyfi aşkar etdikdən sonra bu barədə onlara bildirmiş, onlar qaraja daxil olaraq seyfə yaxınlaşdıqda seyfin qapısının üzərində olan kilidin və qapısının məntəşəsinin sındırılaraq açılmış vəziyyətdə olduğunu aşkar etmişlər. Daha sonra seyfin içərisinə baxdıqda məlum olmuşdur ki, onun seyfin içərisində saxladığı 10.000 manat, 10.000 ABŞ dollar və 10.000 avro pul və qızıl əşyaları yerində yoxdur. Onlara aydın olmuşdur ki, naməlum şəxs evə daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağında olan həmin seyfi oğurladıqdan sonra həyətdə yerləşən avtomobil qarajına aparmış, orada seyfin qapısının kilidini və məntəşəsini balta və vintaçanla sındıraraq açmışdır.” Cinayət işinin 2-ci cildinin 190-194-cü vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərkəti apaırlmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 4-22-cü vərqlərində olan 27 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin baxışı zamanı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin müşahidə kameraları ilə qeydə alınmış görüntülər 02 ədəd “DVD” diskə köçürülərək götürülmüş və iş materillarına əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən fərdi həyət evinə daxil olması bir daha müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 68-72-cı vərəqlərində olan 30 sentyabr 2020-ci il tarixli prtokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış “Şəxsi axtarış və götümə” istintaq hərəkəti zamanı iş üçün əhəmiyyət kəsb etdiyinə görə 1218 manat pul götürülmüşdür. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Cinayəyət işinin 1-ci cildinin 152-165-ci vərəqlərində olan 04 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi dalan 5, ev 8 “A” ünvanında yerləşən evdə “Axtarış və götürmə” istintaq hərəkəti aparılmış və iş üçün əhəmiyyət kəsb etdiyinə görə evdən “Samsung” markalı, “SM G960F/DS” modelli mobil te efon aparatı götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 43-45-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Bakcell” mobil operatoruna məxsus *** *** ** **, 055 *** ** ** mobil cin telefon nömrələrinə və “Azercell” mobil operatoruna məxsus olan 050 *** ** ** mobil sim telefon nömrəsinə aid texniki məlumatları özündə əks etdirən “CD” diskə baxış aparılaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinin 1-ci cildinin 212-ci vərəqində olan 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi dalan 5, ev 8 “A” ünvanında yerləşən evdən götürülmüş “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatı zərərçəkmiş şəxs Eldar Quliyevə tanınmaya təqdim edilmiş və Eldar Quliyev mobil telefon aparatını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cildinin 171-72-ci vərəqlərində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 9/73 nömrəli rəyindən görünnür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 450,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cildinin 213-214-cü vərəqlərində olan Ambulator məhkəmə psixiatrik ekspertizasının 03.11.2020-ci il tarixli 2194 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətəri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, isitntaqa verdiyi ifadəsində cinayət əməli dövründə məqsədyönlü hərəkətlər etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs halhazırda psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl hissəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən anlaqlı/anlaqsız anlayışı ictimai təhlükəli əməl törədilən dövrə aid edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və ondan hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur və o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin 2-ci cildinin 196-212-ci vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə aparılmış “Şəxsi axtarış və götümə” istintaq hərəkəti zamanı götürülmüş 1218 manat pul maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər BPİ-nin Maliyyə Plan İdarəsinin depozitinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi dalan 5, ev 8 “A” ünvanında yerləşən evdən götürülmüş zərərçəkmiş şəxs Eldar Quliyevə məxsus “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxs Eldar Quliyevə təhvil verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertizası rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan zərərçəkmiş şəxsin və şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 59-60, 118-120-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-cildinin 1-15-ci vərəqlərində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə 2 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 196-199-cu vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.10.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2- maddələri ilə təqsirli bilinib 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş həmin cəza Sumqayıt Apelyasiya Məhkəməsinin 25.02.2015-ci il tarixli qərarı ilə 6 ilə endirilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20.07.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə hökmlərin məcmusu üzrə 2 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş və 10.09.2020ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında müəyyən edilmişdir k, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.” Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə Məhkəməsinin 16.10.2014-cü il tarixli hökmünə əsasən məhkum olunduğu əməllər üzrə CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci madəsinə əsasən cəzasını ağirlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində vurulmuş maddi ziyanının ödənilməməsini, təqsirlənedirilən şəxsin şəxsiyyətinin əvvəllər də dəfələrlə eynicinsli cinayət törətməkdə təqsirli bilinməsini və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi ilə xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, mülki iddia vermədiyindən Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar olaraq “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Bakı şəhər BPİ- nin Maliyyə Plan İdarəsinin depozitinə təhvil verilmiş 1218 (bir min iki yüz on səkkiz) manat pul vurulmuş maddi zərərin hesabına Zərərçəkmiş şəxsn oğluna qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut “Samsung” markalı, “SM-G960F/DS” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, Bakı şəhər BPİ-nin Maliyyə Plan İdarəsinin depozitinə təhvil verilmiş 1218 (bir min iki yüz on səkkiz) manat pul vurulmuş maddi zərərin hesabına Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş ziyanın tam ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar