Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-728/2025 13.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Yasin» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Yasin» adlı şəxslə «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi ünvanlara çatdırmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 12891,64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, bir hissəsini yaşadığı ünvan 2 ünvanına satış məqsədi ilə daşıyaraq saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımış, 28 iyun 2024-cü il tarixdə, saat 19:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 21,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tədbirlərin davamı olaraq həmin gün saat 23:00-da yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən həyətyanı sahənin daş hasarının kənarında kardon qutunun içərisindən 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 4265 qram və 8605 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən, ümumi çəkisi 12891,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulia hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı vaxt üzərində ittiham aktında üzərindən aşkar olunduğu qeyd olunmuş narkotik vasitə həqiqətən də olmuş, amma evdə aşkar olunanlar ona aid deyildir. Saxlanıldığı gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları evə daxil olmuş, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Yanında olan 2 nəfər Əli və Faiq adlı qohumlarını ona əlbir qoşmamaq üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, həmin evdə qonaq kimi qalırdı, həmin evi kirayəyə götürməmişdir. Polis əməkdaşlarından 3 nəfər onu baş idarəyə aparmışlar. 6 nəfər polis əməkdaşı isə evdə olan şəxslərin yanında qalmışlar. Baş idarədə hər şeyi onun üzərinə qoyduqdan sonra onu saxlanıldığı evə geri gətirmişlər. 2 nəfər qohumuna görə polis əməkdaşlarının dediklərini öz üzərinə götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı vaxt yanında olan Əli adlı şəxs arvadının dayısıdır, Faiq adlı şəxs isə Əligilin qohumudur. Faiq onunla birlikdə metal yerində işləyirdi. Saxlanıldığı evdə arvadının xalasıgil, yəni Əlinin bacısıgil qalırdılar. Həmin günü həmin evə ev sahibinin qardaşıgil qonaq gəlmişdilər, o da işlədiyi üçün həmin evdə qalırdı. Hadisə günü onu saat 5-6 radələrində polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları onu ünvan 4 ünvanında, yəni qonaq olduğu evin içərisindən tutub aparmışlar. Polis əməkdaşları onu baş idarəyə tək aparmışlar. Üzərində olan narkotik vasitəni polis əməkdaşları onu evin içərisində saxlayan kimi özləri cibindən çıxartmışlar. Üzərində aşkar olunan narkotik vasitə ona məxsus olduğu üçün qalan şəxslərin aparılmasına razı olmamışdır. Baş idarədə üzərinə baxış keçirilmiş və ittiham aktında üzərindən aşkar olunması qeyd olunan narkotik vasitə aşkar olunmuşdur. Daha sonra isə evdə qalan şəxslərin tutulmamaları üçün polis əməkdaşları onunla razılaşma etmişlər. İttiham aktında qeyd olunan digər narkotik vasitələr qonaq qaldığı evin hasarının yanından aşkar olunmuşdur. Evdə aşkar olunan narkotik vasitələrin evdə olan şəxslərə aid olub-olmadığını da bilmir, narkotik vasitələrin 2 nəfərin də ola bilməsini demir. Üzərindən aşkar olunan narkotik vasitəyə görə digər 2 nəfər də tutulacaq deyə evdə aşkar olunanlarla da razlaşmışdır. Evə baxış keçirilən vaxt videoçəkilişlə evə daxil olmuşlar və hansı tərəfə getmək lazımdır ona göstərmişlər və o da dedikləri kimi etmişdir. Videoçəkiliş vaxtı heç bir narazıçılıq bildirməmişdir. Evdən tərəzi və dəftər aşkar olunmuşdur. Dəftərdən xəbəri yoxdur, yəni ona aidiyyatı yoxdur. Həmin dəftər evdə olan digər şəxslərində ola bilməz. Polis əməkdaşları ona qarşı heç bir fizki təzyiq göstərmədən dedikləri ilə razılaşmışdır. İttiham aktında evdən aşkar olunması qeyd olunan narkotik vasitələr hasarın yanında var idi, amma aşkar olunanları hadisədən əvvəl görməmişdir. Aşkar olunanları ancaq çəkiliş vaxtı görmüşdür. Üzərindən aşkar olunanı etiraf etmiş, amma polis əməkdaşları evdə olan şəxsləri aparmamaqları üçün evdən aşkar olunan narkotik vasitələrə görə ondan imza çəkməyini istəmişlər. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özü əvvəllər narkotik vasitələrin digər növlərindən, yəni heroin və metamfetamindən istifadə etsə də sonradan tərgitmiş və azadlığa çıxdıqdan sonra ancaq “nəşə” adlanan narkotik vasitədən istifadə etməyə başlamışdır. “Yasin” adlı İran vətəndaşı olan şəxsi 2019-cu il tarixindən öz istifadəsi üçün narkotik vasitə alan zaman “Whatsap” programı ilə danışmış və həmin vaxtdan münasibətləri yaranmışdır. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq və satış üçün lazım olan məkanlara narkotikləri çatdırmaq təklifinə əvvəllər razı olmamış və bu barədə heç bir əməli olmamışdır. Sonuncu dəfə azadlığa çıxdıqdan sonra bir ay sonra yenə narkotik vasitə “nəşə” dən istifadə etməyə başlamış və həmin ərəfədə yenə İran vətəndaşı “Yasin” adlı şəxslə “Whatsap” programı ilə əlaqə yaratmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Yasin”lə Whatssap” programı ilə danışdıqda sonuncu ona 2000 manat pul müqabilində ona göndərəcəyi məkandan gedib narkotik vasitəni götürüb saxlamağı və növbəti məkan ona bildirəndə həmin yerə çatdırıb qoymağı təklif etmişdir. Onun da həmin vaxt vacib pula ehtiyacı olduğundan Yasinin təklifi ilə razılaşmışdır. “Yasin” ona həmin gün saat 11 radələrində “Whatsap” programı ilə göndərdiyi məkan üzrə həmin vaxt icarə əsasında idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford-transit” markalı avtomobil ilə Bakı şəhəri, Yeni Yasmal qəsəbəsindən kardon qutunun içində olan 2 ədəd qara sellofan bağlamadakı narkotik vasitə qurudulmuş marixuananı götürüb avtomobili idarə edərək yaşadığı Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 70 ünvanına gətirib gecə 01 radələrində heç kim görməyən vaxtda həyətin içəri tərəfində hasar divarının dibində gizlətmişdir. Razılaşmalarına əsasən növbəti gün həmin bağlamadakı nəşəni “Whatsap” programı ilə “Yasin”in ona göndərəcəyi ünvana çatdırmalı və bunun üçün axşam düşməsini gözləmişdir. 28 iyun 2024-cü il tarixdə, saat 19:30-da ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində o|an şalvarın sol yan çibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi-9” markalı mobil telefon və 1 ədəd açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 28 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi-9” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran islam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Yasin” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin, Bakı şəhəri Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları ilə təhqiqatçı tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra mənzildə hasarın qırağında olan kardon qutunun içərisindən 2 ədəd bağlamada qurudulmuş marixuananı, 1 ədəd dəftəri və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumilikdə çəkisi təxminən 12 kq 950 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər möhürlənmiş və üzəri o, Əli, Faiq, müdafiəçi tərəfindən imzalanmışdır. Əli onun arvadı Ayselin doğma dayısıdır, Şahid6 isə onun dəmir yığmaq və səyyar satmaq işi ilə birgə məşğul olduğu dostudur və həmin gün Əli və Faiq təsadüfən eyni vaxtda onun yaşadığı evdə olmuşlar. Həmin araşdırma aparılan zaman və narkotik vasitə aşkar edilən zaman arvadı Aysel Sadıqova və uşaqları evdə olmamışlar, belə ki, təxminən xx.xx.2024cü il tarixdə həyat yoldaşı Aysel uşaqları ilə birlikdə Bərdə şəhərinə əmisigilə qonaq getmişdir. Üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə İran İslam Respublikası vətəndaşı “Yasin” adlı şəxsin göstərişi ilə başqa ünvanlara aparmalı imiş, Yasin adlı şəxs də bunun müqabilində ona 2000 manat pul verməli idi. Yaşadığı evdən aşkar edilmiş 2 ədəd elektron tərəzilər “Yasin” ona məkan atdıqda götürdüyü bağlamanın içində əvvəlcədən olmuş, həmçinin, dəftər də eyni qaydada həmin bağlamanın içində olmuş və dəftərdəki yazıları o yazmamışdır. Ola bilər ki, İranlı “Yasin” tanıdığı kimsə əvvəllər onun göndərdiyi narkotikləri satmış və dəftərdə qeydlər aparmış, tərəzilərdən də istifadə edib və sonradan bağlamalarla birlikdə başqa ünvana “Yasin” başqa bir şəxsə narkotiki, tərəziləri və dəftəri çatdırmalı imiş. Həmin tərəzilərdən istfadə etməmiş, nə də dəftərə heç bir yazı yazmamışdır. Saxlanılan zaman və ya BNMİ-nin inzibati binasında olan zaman ona polislər tərəfindən heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Yasinin anket məlumatlarını bilmir, lakin “Whatsap” programı ilə danışdığı mobil nömrəsi onun üzərindən götürülmüş “Redmi-9” markalı mobil telefonda vardır, lakin, həmin nömrəni əzbər olaraq bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-də ona narkotik vasitə marixuana təqdim olunmuşdur. Həmin günü o, növbətçi idi. Onlar aşağıda qəbul otağında kamera müşayəti altında təqdim olunan bütün maddələri açırlar, çəkilərini müəyyənləşdirib aktlaşdırırlar. Bundan əlavə 2 ədəd tərəzi təqdim olunmuşdur. Təqdim olunmuş bitki mənşəli kütlənin tədqiqatı aparılmışdır. Tədqiqat 2 hissədən, yəni botaniki və xromo kimyəvi üsullardan ibarətdir. Kimyəvi tədqiqat xromoqrafik üsulla aparılmışdır və müəyyən olunmuşdur ki, təqdim olunmuş bitki mənşəli kütlələr, yəni narkotik tərkibli çətənə analiz bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Təqdim olunan 2 ədəd tərəzilərin üzərində heç bir marixuana hissəciyi aşkar olunmamışdır. Qərarda müqayisəli tədqiqatın aparılması göstərilmişdir, amma tərəzinin üzərindən heç bir hissəcik aşkar olunmadığından müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi rəyi təsdiq edir. Rəydə kütlənin çəkisinin 1289,34 qram qeyd olunması texniki səhvdir. Tərtib olunan aktda hesablamalar düzgün göstərilib, sadəcə texniki səhv 1 rəqəmi qeyd olunmamışdır. Texniki səhvlə bağlı heç bir prosessual sənəd yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsi, E.Mehdiyev küçəsinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Sonra isə təqsirləndirilən şəxs BNMİ-yə dəvət etmişlər. BNMİ-də şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən bükümün içərisindəkinin narkotik vasitə marixuanaya bənzər maddə olduğu və çəkisi ölçdükdə çəkisinin 28 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təqsirləndirilən şəxsdən üzərindən aşkar olunan narkotik vasitəni hardan əldə etdiyini soruşduqda, təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Yasin” adlı şəxsin bildirdiyi Yasamal rayonu ərazisindən əldə etdiyini və götürdüyü narkotik vasitəni deyilən ünvanlara qoyduğu təqdirdə qarşılığında 2000 manat pul alacağını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs bildirdiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 195 saylı evə getmişlər. Qeyd olunan evin həyətində 2 ədəd qutusunun içərisində olan narkotik vasitələri Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Qutuların içərisində olan kütlələri ölçdükdə, çəkilərinin 13 kiloqram olduğu müəyyən olunmuşdur. Təqdim olunan narkotik vasitələri 1 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Yasin” adlı şəxsin dediyi Yasamal rayonu ərazisindən götürdüyünü və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının dediyi yerə qoyacağını və qarşılığında 2000 manat pul alacağını bildirmişdir. Evə baxış keçirilən vaxt evdə Əli və Faiq adlı şəxslər var idi. Həmin şəxslər aşkar olunan narkotik vasitələrdən məlumatsız olduqlarını bildirmişdilər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş məlumata əsasən təqsirləndirilən şəxsdə narkotik vasitənin olması barədə məlumatları var idi. Təqsirləndirilən şəxs xüsusən yaşadığı evdə narkotik vasitənin olması barədə məlumatları yox idi, sadəcə Təqsirləndirilən şəxs özü səmimi olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxsi yaşadığı evdən deyil, E.Mehdiyev küçəsində, yaşadığı evin yaxınlığında saxlamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması ilə əlaqədar saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra BNMİ-yə gətirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs üzərindən 28 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra isə yaşadığı evə baxış keçirilən zaman hasarın yanından təxminən 13 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1 gün əvvəl İran İslam Respublikasının vətəndaşı adının “Yasin” kimi qeyd etmiş şəxsdən götürdüyünü və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının dediyi yerə qoyacağını və qarşılığında 2000 manat pul alacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid5 və Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında keçirilən axtarışlar videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs özü səmimi olaraq yaşadığı evdə, hasarın yanında narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitənin yeri ilə bağlı digər məlumatları sonuncunun barəsində məlumat daxil olmuş qrup rəhbəri lap dəqiq fikir söyləyə bilər. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında, piyada hərəkətdə olan zaman saxlamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 28 iyun 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq idarənin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması ona tapşırılmışdır. Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutularaq onun müdafiə hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək ona təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən video çəkiliş aparılmaqla keçirilmişdir. Əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefon cihazı, 01 ədəd açar aşkar edilərək tərəfindən götürülmüşdür. Tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılaraq içərisinə baxış keçirildikdə içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 28 qram olması müəyyən edilmişdir. Tərəfindən həmin büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sonuncu üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran islam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Yasin” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd açar isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra, qeyd olunan tarixdə, saat 23:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5, ünvan 2 ünvanında yaşayan Şahid6, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şahid7, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə tərəfindən baxış keçirilmişdir. Baxış və götürmə baş əməliyyat müvəkkili Şahid5 video çəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri təqim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin həyətyanı sahəsində daş hasarın kənarında qoyulmuş karton qutunun içərisində olan 02 ədəd qara rəngli bağlamanı təqdim etmişdir. Həmin qara rəngli bağlamalar açılaraq içərisinə baxış keçirilən zaman içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd bağlamanın içərisində olan göy rəngli sellofan torba açıldıqda içərisində 02 ədəd elektron tərəzi və 01 ədəd dəftər olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd elektron tərəzi göy rəngli sellofana qoyularaq qablaşdırılmış və narkotik vasitə qurudulumuş marixuanaya bənzər kütlələr 02 ədəd bağlamalara qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 02 ədəd bağlama elektron tərəzidə çəkildikdə çəkilərinin 8,660 və 4,290 qram olmaqla cəmi 12,950 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd dəftər araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilsə də narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Yasin" adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin ediimiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, yaşadığı ünvanda narkotik vasitə saxlaması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Baxış və götürmədə iştirak edən Şahid6 və Şahid7 evdə narkotik vasitə olmasından məlumatlarının olmadığını, Eminin onlara evdə narkotik vasitə saxlamasını demədiyini bildirmişlər. Şəxsi axtarış protokolu tərtib edilərkən tərəfindən texniki səhvə yol verilmişdir. Qeyd edilən texniki səhv nəzərindən yayınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, üzərində olan 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Qeyd edilən ziddiyyəti texniki səhv kimi nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə zamanı tərəfindən tərtib edilmiş protokolda narkotik vasitələrin çəkisi ilə bağlı texniki səhvlərə yol verilmişdir. Qeyd edilən texniki səhvlər nəzərindən yayınmışdır. Ziddiyyətin texniki səhv kimi nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə baxış və götürmə keçirilən zaman aşkar edilmiş 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman ayrı-ayrılıqda çəkiləri 8,660 qram və 4,290 qram, ümumi çəkisi 12,950 qram olmuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 28 iyun 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatın yoxlanılması, məlumat təsdiq olunduğu halda onun törətdiyi cinayətin ifşa edilərək qarşısının alınması məqsədi ilə həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək BNMİ-nin rəisinə raportla məruzə etmiş və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün BNMİ-nin rəisinin əmri ilə Şahid3 rəhbərliyi altında, baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamışlar və həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 70 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Bununla bağlı əməliyyat müvəkkili Şahid3 raportla BNMİ-nin rəisinə məruzə etdikdən sonra araşdırmanın aparılması idarənin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Şahid1 tapşırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun müdafiə hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefon cihazı, 01 ədəd açar aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılaraq içərisinə baxış keçirildikdə içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 28 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmş və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O da həmçinin qablaşdırma üzərində imza etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sonuncu üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran islam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Yasin” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd açar isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə tərəfindən video çəkiliş aparılmaqla keçirilmişdir. Bundan sonra, həmin tarixdə, saat 23:00da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə təhqiqatçı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ünvan 2 ünvanında yaşayan Şahid6, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şahid7, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış və götürmə tərəfindən video çəkiliş aparıimaqla keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin həyətyanı sahəsində daş hasarın kənarında qoyulmuş karton qutunun içərisində olan 02 ədəd qara rəngli bağlamanı təqdim etmişdir. Həmin bağlamalar açılaraq içərisinə baxış keçirilən zaman içərisində açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd bağlamanın içərisində olan göy rəngli sellofan torba açıldıqda içərisində 02 ədəd elektron tərəzi və 01 ədəd dəftər olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd elektron tərəzi göy rəngli sellofana qoyularaq qablaşdırılmış və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr 02 ədəd bağlamalara qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 02 ədəd bağlama elektron tərəzidə çəkildikdə çəkilərinin 8,660 və 4,290 qram olmaqla cəmi 12,950 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd dəftər əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilsə də narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Yasin" adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, yaşadığı ünvanda narkotik vasitə saxlaması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Baxışda iştirak edən Şahid6 və Şahid7 verilən suallara cavab olaraq qeyd olunan ünvandakı evdə narkotik vasitə olmasından məlumatlarının olmadığını, Eminin onlara evdə narkotik vasitə saxlamasını demədiyini bildirmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərkən və inzibati binada ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, onu təxminən 3 il olar ki, tanıyır. Emin tutulandan təxminən 15 gün əvvəl o, işləmək üçün Bakı şəhərinə gəlmiş, qalmağa yeri olmadığından bir neçə günlük Eminin yaşadığı ünvan 2 ünvanında qalmışdır. Emin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyindən 28 iyun 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanın yaxınlığında saxlanılmışdır. Həmin vaxt Eminin qohumu Əli yaşadıqları evə qonaq gəlmişdir. Emin polis əməkdaşları tərəfindən saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Emin idarədə olan zaman yaşadığı ünvanda narkotik saxladığını etiraf etmişdir. Həmin tarixdə polis əməkdaşları Eminin yaşadığı ünvana gələrək baxış keçirəcəklərini bildirmişlər. O və evdə olan Eminin qohumu Əli mənzilə baxış keçirilməsinə etiraz etməmişlər və bununla bağlı ərizə təqdim etmişlər. Baxış zamanı polis əməkdaşı Eminə yaşadığı ünvanda olması ehtimal olunan narkotik vasitələri təqdim etməsini təklif etdikdə sonuncu yaşadığı ünvanın həyətyanı sahəsinin hasarının kənarında olan karton qutunun içərisindən iki ədəd bağlamada qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bağlamalar açılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bağlamalardan birinin içərisində kütlələrin üzərində bir ədəd dəftər və iki ədəd elektron tərəzi də aşkar olunmuşdur. Həmin kütlələr və elektron tərəzilər qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bağlamalar elektron tərəzidə çəkildikdə çəkilərinin 12,950 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən bağlamanın içərisindən aşkar edilmiş 01 ədəd dəftər əhəmiyyətli olması izah edilərək götürülmüşdür. Bundan sonra yaşadıqları mənzilə əlavə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətli digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi iiə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin “Yasin” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaq müqabilində sonuncunun ona 2000 manat pul verəcəyini bildirmişdir. Baxış keçirilən zaman həmin ünvanda olan Eminin qohumu Şahid7 da baxışda iştirak etmişdir. Onun və Əlinin baxış keçirilən ünvanda Eminin narkotik vasitə saxlamasından məlumatları olmamışdır. Emin də bu barədə onlara əvvəl nəsə deməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində görünür ki, digər Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:30-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 20) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, xx.xx.2024-cü il tarixli DVD diskinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon və 1 ədəd açar aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 28 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Yasin” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v 29-31, 70-71) xx.xx.2024-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan, xx.xx.2024-cü il tarixli DVD diskinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə hasarın kənarında olan kardon qutunun içərisindən 2 ədəd bağlamada açıq yaşıl rəngli, spesifiki iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd dəftəri və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 12 kq 950 qram olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini, ünvanda kütlə olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid6 və Şahid7 onlara verilən suallara cavab olaraq evdə narkotik vasitə olmasından məlumatlarının olmadığını, Eminin onlara evdə narkotik vasitə saxlamasını demədiyini bildirmişlər. (l cild i.v 36-38, 72-73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1071 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd sellofan bükülüdə təmiz çəkisi 21,64 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ünvanda...” sözləri yazılmış iki ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 4265 qram və 8605 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 12891,64 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar (kağız paketdə və iki ədəd qara rəngli polietilen torbada olan) tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın, hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. (İ cild i.v. 51-55) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 76-77) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-402/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-661/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 92-98, 250-251) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-699/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar mənzilə baxış keçirilmə hissəsində qanuni hesab edilmişdir. (İ cild i.v. 106-107) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. ( İ cild, i.v. 140-141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 153-154) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarlardan görünür ki, cinayət işi üzrə əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 12891,64 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 12891,34 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ cild i.v. 100-102, 163-180) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə aparılan zaman aşkar edilmiş 01 ədəd dəftərə baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən dəftər 100 vərəqdən ibarət olmaqla üzlüyü qara rənglidir, üzərində mavi rəngli təsvir vardır, “Black & White” məzmunlu çap üsulu ilə yazılmış qeydlər vardır. Dəftər açıldıqda birinci səhifəsində “22 iyun, 1 kq, 60 gül, 50 gül”, “24 iyun, 50 gül, 50 gül, 50 gül”, “24 iyun, 30 gül, 100 gül, 2 kq, 50 gül”, “25 iyun, 100 gül, 100 gül, 30 gül, 250 gül”, “26 iyun, 100 gül, 50 gül, 50 gül, 200 gül, 1 kq” məzmunlu əlyazma üsulu ilə yazılmış qeydlər vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin dəftərin ona məxsus olmadığını, lakin, dəftərdə qeyd edilən “gül” sözünün narkotik vasitə marixuananın kod adı olmasını bildirmişdir. (İ cild i.v. 199-200) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir. (İ cild i.v. 201-202) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, evdə aşkar olunan narkotik vasitənin, dəftərin ona aid olmaması, yanında olan Əli və Faiq adlı qohumlarının ona əlbir qoşmamaqları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və mənzilə baxış keçirilməsi və götürmə haqqında protokollar, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, şübhəli şəxsin üstünün yoxlanılması və mənzilə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Yasin” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Yasin” adlı şəxsin ona 2000 manat pul verəcəyini səmimi etiraf edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması, narkotik vasitənin olduğu yerdən həmçinin tərəzinin, dəftərin də aşkar edilməsi, Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:30-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024cü il tarixədək uzadılmşdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 89 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalan 12891,34 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 saat hüquqi yardıma görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 390 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalan 12891,34 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-728/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-728/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver