Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-729/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın şəhəri, H.Aslanov küçəsi, ev 19-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Abşeron rayonu, Gənclər şəhərciyi, ev 10, mənzil 69-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərdən irəli gələn etibarından sui-istifadə edib ona verəcəyi nağd pulların müqabilində həmin pullarla valyuta dəyişmə işi ilə məşğul olacağını, əldə edəcəyi gəlirdən Zərərçəkmiş şəxs hər ay yaxşı qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2017-ci ilin mart-aprel aylarında ünvan 1 ünvanının qarşısında hissə-hissə olmaqla, ümumilikdə həmin dövrdə azərbaycan manatı məzənnəsi ilə 41.520 manat təşkil edən 24.000 ABŞ dolları pul alıb ələ keçirmiş, özündə inam yaratmaq və gələcəkdə əlavə pul almaq məqsədi ilə aldığı puldan hər ay 900 manat olmaqla iki ay müddətində ümumilikdə 1.800 manat pul qaytarmışdır. O, vahid qəsdini davam etdirib eyni adla 2017-ci ilin iyun ayının ortalarında həmin ünvanda Zərərçəkmiş şəxs əlavə 11.800 manat pul alıb ələ ələ keçirmişdir. Bundan sonra o, aldığı pulları verdiyi vədlərə uyğun olmayaraq öz xeyrinə yönəldərək Zərərçəkmiş şəxs qazanc kimi pul verməkdən və aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə qəsdən boyun qaçırıb zərərçəkən şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan «Bəhram» adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Bəhram» adlı İran İslam Respublikası vətəndaşının naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Cəlilabad rayonu ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda təmiz çəkisi 301,740 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 242,241 qram psixotrop maddə metamfetamini sonuncudan satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi”, 10 saylı evin 69 nömrəli mənzilinə qanunsuz daşıyaraq narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri 95,720 qram, 95,571 qram və 110,449 qram olmaqla üç ədəd şəffaf sellofan bükümlərdə, metamfetamini isə bir ədəd sellofan bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazır vəziyyətə gətirmişdir. Bundan sonra o, xx xxxxxxxx 2019-cu il tarixdə mənzilində saxladığı külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 ünvanında yerləşən binanın qarşısına qanunsuz daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq Baş X2 İdarəsinə dəvət edilmişdir. Baş İdarənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun sağ əlində saxladığı bir ədəd sellofan torbanın içərisində üç ədəd şəffaf sellofan bükümlərdə külli miqdarda təmiz çəkiləri 95,720 qram, 95,571 qram və 110,449 qram, ümumilikdə təmiz çəkisi 301,740 qram olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 242,241 qram olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı başlananadək Zərərçəkmiş şəxs “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törədərək külli miqdarda ziyan vurmuş və buna görə də Zərərçəkmiş şəxs 51.000 (əlli bir min) manat məbləğində pulun Təqsirləndirilən şəxs öz xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli bilərək və mülki iddianı qəbul edərək ifadəsində göstərdi ki, o, əvvəllər metronun “28 May” stansiyasının yaxınlığında səyyar şəkildə valyuta dəyişmə ilə məşğul olmuşdur. 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs bir neçə dəfə onun yanına gələrək onunla valyuta mübadiləsi aparmış və bundan sonra onun Altayla şəxsi münasibətləri yaranmışdır. Onların arasında şəxsi münasibətlər yarandıqdan sonra o, Altaya müraciət edərək sərmayə şəklində pul qoymasını və bunun müqabilində onun Zərərçəkmiş şəxs qazanc verəciyini bildirmişdir. Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Bundan sonra o, Altaydan birinci dəfə 10.000 manat pul almış və sonra da həmin pulu qaytarmışdır. Həmin ərəfələrdə onun pula ehtiyacı olduğundan o, Altaya valyuta dəyişməklə bağlı birgə iş görməyi təklif etmişdir. Altay ona pul verəcəyi təqdirdə onun əldə edəcəyi qazancdan o, Altaya hər ay 1.000- 2.000 manat məbləğində qazanc verəcəyini və gələcəkdə istədiyi vaxt qoyduğu pulu geri götürə biləcəyini bildirmişdir. Altay da ona inanıb razılaşmış və buna görə də Altay ona təxminən 2017-ci ilin mart-aprel aylarında Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, məhəllə 1934 ünvanın qarşısında üç dəfəyə, birinci dəfə 10.000 ABŞ dolları, ikinci dəfə 5.000 ABŞ dolları, üçüncü dəfə isə 9.000 ABŞ dolları olmaqla, ümumilikdə 24.000 ABŞ dolları mənləğində pul vermişdir. O, Zərərçəkmiş şəxs iki ay qazanc şəklində hər dəfə 900 manat, ümumilikdə isə 1.800 manat pul vermişdir. Bundan sonra o, Altaydan yenidən 11.800 manat məbləğində sərmayə üçün pul almışdır. Həmin pullara görə o, əldə etdiyi qazancdan ayda 1.000-1.500 manat, ümumilikdə isə 20.000 manata yaxın pulu Altaya qaytarmışdır. Onun Altaya hazırda 24.000 ABŞ dolları və 10.000 manat məbləğində borcu qalmışdır. Həmin puldan da 4.500 manat məbləğində pulu onun yaxın qohumları ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs ödəmişlər. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı bildirdi ki, o, Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətməsə də, həqiqətən də 24.000 ABŞ dolları və 11.800 manat məbləğində pulu Zərərçəkmiş şəxs almış, həmin pulun bir hissəsini ödəsə də, qalan hissəsini ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs mülki iddianı qəbul etdiyini bildirərək qalan pulun yaxın vaxtlarda Zərərçəkmiş şəxs ödəniləcəyini bildirmişdir. Digər epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində onun Ramin adlı keçmiş iş yoldaşının xalasının yas mərasimində iştirak etmək üçün o, taksi ilə Cəlilabad şəhərinə getmişdir. O, mərasimdə iştirak etdikdən sonra oradan çıxıb yenidən Bakı şəhərinə qayıtmaq üçün Cəlilabad şəhərindən Bakı şəhərinə gələn taksi avtomobillərinin dayandığı yerə gəlmiş və orada evə qayıtmaq üçün taksi gözləyən zaman yaxınlıqda yerləşən çayxanaya getmişdir. O, çaynaxanada oturub çay içərkən təxminən 10-15 dəqiqədən sonra əvvəllər tanımadığı, təxminən 32-35 yaşlarında olan bir nəfər şəxs çayxanaya gəlmiş və həmin vaxt çayxanada boş yer olmadığı üçün o, hörmət əlaməti olaraq həmin şəxsi öz masasına dəvət etmişdir. Sohbət zamanı həmin şəxs ona adının Bəhram olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. O, Bəhramla söhbət etdiyi zaman sonuncuya işsiz olduğunu və çətinliklə ailəsini dolandırdığını bildirmişdir. Bundan sonra Bəhram ona ucuz qiymətə narkotik vasitə alıb Bakı şəhərində satışı ilə məşğul olarsa yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Sonra Bəhram ona özündə çox keyfiyyətli narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu, heroinin 1 (bir) qramını ona 12-13 manata, metamfetaminin 1 (bir) qramını isə 24-25 manata verə biləcəyini və onun həmin heroini və metamfetamini Bakı şəhərində daha baha qiymətə sata biləcəyini bildirmişdir. Ona həmin vaxt pul lazım olduğundan Bəhramın təklifi onun xoşuna gəlmiş və o, Bəhrama öz mobil telefon nömrəsini vermişdir. Bəhram onun mobil telefon nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını bildirmişdir. Lakin Bəhram ona öz telefon nömrəsini verməmişdir. Bəhram özü ona “Votsap” proqramı vasitəsilə zəng edirmiş. O, Bakı şəhərinə çatdıqdan 4- 5 gün sonra Bəhram ona zəng edərək narkotik vasitələri Bakı şəhəri, Lökbatan qəsəbəsindən yolun kənarından götürə biləcəyini demişdir. Sonra o, Lökbatan qəsəbəsinə gedib narkotik vasitələri götürmüşdür. Bəhram ona satmaq üçün 300 qram narkotik vasitə heroin və 240 qram psixotrop maddə metamfetamin göndərmişdir. Bəhram narkotik vasitə heroinin 1 (bir) qramının qiymətini 12 manatdan və psixotrop maddə metamfetaminin 1 (bir) qramını isə 23 manatdan hesablamışdır. Narkotik vasitə və psixotrop maddənin ümumilikdə qiyməti təxminən 9.120 manat təşkil etmişdir. Lakin o, həmin narkotik vasitə və psixotrop maddələrə görə Bəhrama 8.000 manat məbləğində pulu nağd şəkildə ödəmişdir. O, 8.000 manat məbləğində pulu Bəhramın ona ”Votsap” proqramı ilə dediyi yerə qoymuşdur. O, həmin pulu kimin götürüb-götürməməsini bilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 saylı ünvanın qarşısından piyada keçən zaman saat 23:30-da iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərmişlər və özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları olduqlarını bildirib onu saxlamışlar. Polis əməkdaşları ondan üzərində və yaşadığı evdə narkotik vasitələr saxlayıb-saxlamamasını soruşmuşlar. O da əlində olan sellofan torbanın içirəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu bildirmiş və həmin maddələri polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini, həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, himayəsində bir qız övladının olduğunu, ibtidai istintaq dövründə zərərçəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş olduğunu bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə bəraətin verilməsini, həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, habelə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və onlara hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini cinayətin icraçısı qismində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı onun əməlini həmin cinayətə nisbətdə düzgün tövsif etməmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. Onun Aqili tanımağına səbəb ticarətlə əlaqədar bəzən xarici və milli valyutanın mübadiləsi ilə bağlı Aqilə müraciət etməsi olmuşdur. Aqil “28 May” metrosunun yaxınlığında yerləşən Səməd Vurğun bağının yaxınlığında səyyar şəkildə valyuta dəyişməklə məşğul olmuşdur. Banklar limitlə valyuta dəyişdiyindən o, həmin vaxtlar özünə məxsus olan təxminən 5.000- 10.000 ABŞ dolları məbləğində pulu hissə-hissə Aqilə verib əvəzində milli valyuta almışdır. Onun Aqillə pul dəyişməklə bağlı münasibətləri olan dövrdə Aqil özünü ona işgüzar və geniş əlaqələrə malik olan şəxs kimi tanıtmışdır. Onlar görüşdükləri zaman Aqilin üzərində həmişə böyük məbləğlərdə pul olmuşdur. Görüşlərin birində söhbət zamanı Aqil ona iş quracağını, onun sərmayə kimi pul vəsaiti verəcəyi təqdirdə ona hər ay yaxşı qazanc verəcəyini bildirmişdir. Belə ki, Aqil onun təxminən 50.000-60.000 manat məbləğində pul verəcəyi təqdirdə həmin pulla müvafiq obyekt icarəyə götürüb orada valyuta dəyişmə işi ilə məşğul olacağını, əvəzində isə ona əldə edəcəyi gəlirdən hər ay təxminən 1.000-2.000 manat qazanc verəcəyini demişdir. Hətta söhbət zamanı Aqil ona istədiyi vaxt verdiyi vasaiti geri götürə biləcəyini demişdir. Aqilin vədləri onun xoşuna gəlmiş və o, Aqilə sərmayə kimi pul vermək qərarına gəlmişdir. Lakin onun bu işdən anlayışı olmamışdır. Ona görə də o, Aqilin sözlərindən bu işin gəlirli iş olduğunu düşünmüşdür. O, Aqilə verdiyi pulları istədiyi vaxt geri ala biləcəyini, Aqilin üzərində daim yüksək məbləğdə pul vəsaitinin olmasını, Aqilin özünü ona işgüzar və bu işlərdən anlayışı olan şəxs kimi təqdim etməsini nəzərə alaraq, Aqilin sözlərinə inanmış və Aqilin təklifi ilə razılaşmışdır. O, Aqilə 2017-ci ilin mart-aprel aylarında Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evin qarşısında hissə-hissə, ümumilikdə 24.000 ABŞ dolları məbləğində pul vermişdir. O, 24.000 ABŞ dollarını məbləğinin 15.000 ABŞ dolları hissəsini birinci dəfə, 9.000 ABŞ dolları hissəsini isə ikinci dəfə Aqilə vermişdir. Təqsirləndirilən şəxs pulları ondan aldıqdan sonra 2 ay ərzində, hər ay 900 manat manat, ümumilikdə isə 1.800 manat məbləğində pulu qazanc adı ilə vermişdir. O, Aqillə söhbət edən zaman aralarındaki razılığa əsasən ona hər ay 1.000-2.000 manat arası qazanc verəcəyini, bu işlə məşğul olmaq üçün icarəyə obyekt götürüb orada valyuta dəyişmə işi ilə məşğul olacağını bildirdiyini, lakin bugünədək hansısa obyekti icarəyə götürmədiyini və qazanc kimi 900 manat məbləğində pul verdiyini bildirdikdə də, Aqil ona işə yeni başladığını, müvafiq gəlir əldə etdikdən sonra icarəyə obyekt götürüb işi genişləndirəcəyini, qazancı isə dediyi kimi 1.000-2.000 manat arası verəcəyini, əksik verdiyi ayların pulunu isə gələcəkdə ödəyəcəyini bildirmişdir. 2017-ci ilin təxminən iyun ayının ortalarında Aqil onunla görüşlərin birində əlavə olaraq 10.000-12.000 manat pul vəsaitinə ehtiyacı olduğunu bildirmişdir. O da Aqilə inandığından və Aqilin ona iki dəfəyə 1.800 manat pul verdiyindən yenidən 2017-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yaşadığı evin qarşısında Aqilin qazanc kimi ona verdiyi 1.800 manat pulu və özünə məxsus əlavə 10.000 manat pulu Aqilə vermişdir. Aqil pulu aldıqdan sonra ona narahat olmamağını, artıq işlərinin yaxşı getdiyini, tezliklə icarəyə obyekt götürüb valyuta dəyişmə işini davam etdirəcəyini bir daha vəd etmişdir. Bir müddətdən sonra o, Aqillə əlaqə saxlayıb işlərinin nə yerdə olduğunu soruşsa da, Aqil ona müxtəlif bəhanələr gətirməyə və qazanc verməkdən imtina etməyə başlamışdır. Aqilin ona dediyi bəhanələrdən biri də hələki icarəyə yaxşı yer tapmaması olmuşdur. Aqil onun verdiyi pullara görə ona tezliklə qazanc verəcəyini bildirmişdir. Sonradan Aqil ümumiyyətlə ona qazanc verməmiş və onunla görüşməkdən yayınmışdır. O, Aqildən nəyə görə verdiyi vədə uyğun qazancı ona vermədiyini soruşduqda, Aqil ona bəhanələr gətirib guya pulu hansısa işə verdiyini, tezliklə pulu alıb onun qazancını verəcəyini söyləmişdir. 2018-ci ilin əvvəlinə kimi Aqilin ona verdiyi bəhanələrə görə o, gözləmişdir. Lakin o, Aqilin yalan danışdığını görüb Aqildən verdiyi pulları qaytarmasını tələb etmişdir. Aqil isə onun pullarını qazancla birlikdə qaytaracağına söz versə də, sonradan Aqil onun telefon zənglərinə cavab verməmişdir. O da məcbur olub Aqili axtarmağa başlamışdır. O, Aqili 2018-ci ilin təxminən aprel ayında tapıb pulunu verməsini tələb etdikdə, Aqil ona qısa müddətdə pulunu qaytaracağına dair söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ümumiyyətlə onun telefon zənglərinə cavab verməmiş və həmin dövrdən sonra o, Aqillə əlaqə yarada bilməmişdir. Lakin Aqilin barəsində ibtidai araşdırma getdiyi dövrdə Aqilin qohumları bir neçə dəfə, ümumilikdə isə təxminən 3.500 manat məbləğində pulu ona ödəmişlər. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınmasını, mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman o, Zərərçəkmiş şəxs yanında işləmişdir. O, Zərərçəkmiş şəxs kömək etdiyindən iş vaxtı ərzində çox vaxt Zərərçəkmiş şəxslə birlikdə olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə dəfələrlə valyuta dəyişmələrinin, iş söhbətlərinin şahidi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs danışan vaxt Aqil Zərərçəkmiş şəxsyevdən aldığı pulların müqabilində ofis icarəyə götürüb valyuta dəyişmə işi ilə məşğul olacağını, əldə etdiyi qazancdan Zərərçəkmiş şəxs də verəcəyini demişdir. Zərərçəkmiş şəxs əvvəlcə 24.000 ABŞ dolları, sonra isə 11.800 manat məbləğində pulu Aqilə vermişdir. 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Aqil Zərərçəkmiş şəxsyevi aldatmış və götürdüyü pulları qaytarmamışdır. Zərərçəkmiş şəxs onun yanında bir neçə dəfə telefonla Aqilə zəng edərək Təqsirləndirilən şəxs pulunu tələb etmiş, lakin hər dəfə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək qisa zamanda pulu Zərərçəkmiş şəxs qaytaracağını demişdir. Lakin Aqil Zərərçəkmiş şəxsyevdən götürdüyü pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Altay 2015-ci ildən 2018-ci ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Altay əsasən heyvanların alışı və satışı ilə məşğul olmuşdur. Təxminən 2017-ci ilin mart ayında Altay ona bildirmişdir ki, valyuta dəyişən zaman Aqil adlı şəxslə tanış olmuş və Altayın Aqillə səmimi münasibəti yaranmışdır. X8 24.000 ABŞ dolları və 11.800 manat məbləğində pul vermişdir. Aqil Altayı şirnikləndirmək məqsədi ilə iki dəfə, ümumilikdə 1.800 manat pulu qazanc adı ilə vermişdir. Sonradan isə həmin pulu və üstündə 10.000 manat pulu yenidən gəlir əldə etmək məqsədi ilə Aqil Altaydan almışdır. Altayın Aqilə verdiyi 11.800 manat pulun 1.800 manat hissəsi Aqilin qazanc adı ilə verdiyi pul olmuşdur. Aqil Altayın verdiyi pulla valyuta dəyişmə ilə məşğul olub əldə edəcəyi qazancdan Altaya ayda təxminən 1.000-1.500 manat məbləğində qazanc verməli imiş. O, Altayın Aqilə pul verməsini görməsə də, Altay pulu evdən aparanda Aqilə verəcəyini demişdir. Sonradan o, Altayın danışıqlarından Aqilin Altaydan götürdüyü pulları qaytarmamasını və bununla da Altayı aldatmasını başa düşmüşdür. O və Altay Aqildən pulu geri almaq üçün dəfələrlə Aqilin yaşadığı evə getmişlər. Aqil evdə olmasa da, Aqilin anası və atası evdə olmuşlar. Altay Aqilin valideynlərinə Aqilin Altaydan aldığı pulu ələ keçirdiyini və geri qaytarmadığını bildirmişdir. Aqilin valideynləri isə Aqilin pulu qaytaracağını bildirmişdilər. X10 aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafentamini əldə etməsi, daşıması, saxlaması və satması barədə Baş X2 İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. İdarəyə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Baş X2 İdarəsinin rəhbərinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu barədə qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyənləşdirilməsi istiqamətində dərhal müvafiq tədbirlərə başlanılmışdır. Həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 ünvanının qarşısında onlar tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs İdarəyə gətirilərkən əlində sellofan torba olmuşdur. İdarədə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əlindəki sellofan torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu bildirmiş və sellofan torbanın içərisində olan 3 (üç) ədəd sellofan bükümləri və 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış bükümü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan bükümlərin içində narkotik vasitə heroinin və yapışqan lentlə bağlanmış bükümün içində isə psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər onun və həmin prosessual hərəkətdə iştirak edən digər polis əməkdaşı Şahid4 şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə və üzəri yapışqan lentlə bağlanmış bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni təxminən 10 gün əvvəl Cəlilabad rayonunda olarkən “Bəhram” adlı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 8.000 manat pulun müqabilində aldığını, bundan sonra həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı ünvan 4 mənzil 69 saylı ünvanına daşıyıb orada gizlədərək saxladığını və sonra isə həmin malları satmaq məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibində saxladığı 30 (otuz) manat pulu və «Nokia TA- 1017» markalı mobil telefonu onlara təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddələr və bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarışın elan edilməsi və tutulması haqqında qərardan (cild 1, iş vərəqə 153-154) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində axtarışın elan edilməsi və onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan (cild 1, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 18-ci Polis bölməsinə getmiş və o, aidiyyatı üzrə səlahiyyətli orqana təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 173- 174) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 190-194) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 195-196) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli iltizamdan (cild 1, iş vərəqə 197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 204-207) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 24.000 ABŞ dolları və 11.800 manat məbləğində pulları verdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli pulun ödənilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 208) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2.000 manat məbləğində pul ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 216-220) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 221-223) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən də onun cinayət əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və onun tutulmasının xx xxxxxxxx 2019-cu il, saat 23:30-dan hesablanması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün saat 00:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun tutulduğu vaxt xx xxxxxxxx 2019-cu il, saat 23:30-dan hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, Təqsirləndirilən şəxs əlindəki sellofan torbanın içərisindən 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr və 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkarlanmışdır. Həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli izahatdan (cild 1, iş vərəqə 30-33) görünür ki,Təqsirləndirilən şəxs izahat verərək əlində saxladığı sellofan torbada olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tutulmamışdan 10 gün əvvəl Cəlilabad rayonunda İran İslam Respublikasının vətəndaşı olan “Bəhram” adlı şəxsdən 8.000 (səkkiz min) manata aldığını ətraflı şəkildə bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23977 nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən (cild 1, iş vərəqə 38-42) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...» sözləri və yazıları olan bir ədəd zərfdəki üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 95,720 qram, 95, 571 qram və 110,449 qram, ümumi təmiz çəkisi 301,740 qram maddələr tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd sellofan bükümdə təmiz çəkisi 242,241 qram ağ rəngli kristal formada maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 76-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 44) görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2805 nömrəli rəyindən (cild 2, iş vərəqə 14-15) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 120) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 33-38) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürməni əks etdirən və xx xxxxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd disk maddi sübut qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 49-50) görünür ki, 1 ədəd paketdə qablaşdırılmış və ekspertiza tədqiqindən sonra qalığı 301,590 qram təşkil edən narkotik vasitə heroin və qalığı 242,191 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 2, iş vərəqə 54-62) görünür ki,Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin və psxotrop maddələrin satışı ilə bağlı müxtəlif şəxslərlə yazışmış və bu barədə danışıqlar aparmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 63-64) görünür ki, “xxxx” MMC-dən götürülmüş telefonla ötürülən məlumatların qeydə alındığı 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 71-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 97-100) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 101-118) görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, tədqiqatdan sonra qalıq çəkisi 301,590 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 242,191 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut qismində tanınması, qeyd edilən vasitə və maddələrin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X2 İdarəsinin saxlancına təhvil verilməsi, şəxsi axtarış və götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd diskin və “xxxx” MMC-dən götürülmüş telefonla ötürülən məlumatların qeydə alındığı 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli pulun ödənilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1.500 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X7 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, bundan başqa, o, müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamın bir hissəsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nisbətdə) mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bir hissəsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nisbətdə) mübahisələndirsə də, ittihamı qalan hissədə mübahisələndirməsə də və təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qalan hissədə qəbul etsə də, eləcə də özünü qalan ittihamlar üzrə təqsirli hesab etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr: BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən - psixotrop maddələr: BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsidedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərdən irəli gələn etibarından sui-istifadə edib ona verəcəyi nağd pulların müqabilində həmin pullarla valyuta dəyişmə işi ilə məşğul olacağını, əldə edəcəyi gəlirdən ona hər ay yaxşı qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2017-ci ilin mart-aprel aylarında ünvan 5 ünvanın qarşısında hissə-hissə olmaqla, ümumilikdə həmin dövr üzrə azərbaycan manatı məzənnəsi ilə 41.520 manat təşkil edən 24.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirmişdir. Aqil Zərərçəkmiş şəxsyevə verdiyi vədin həqiqi vəd görünüşünü yaratmaq məqsədi ilə iki dəfə ayrı-ayrılıqda 900 manat, ümumilikdə isə 1.800 manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə 1.800 manat məbləğində pulu qazanc adı ilə aldıqdan sonra onun Təqsirləndirilən şəxs inamı və etibarı daha da artmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə vahid qəsdini davam etdirərək 2017-ci ilin iyun ayının ortalarında ünvan 1 ünvanının qarşısında əlavə olaraq Zərərçəkmiş şəxs 11.800 manat pulu alıb ələ keçirmişdir. Aqil Zərərçəkmiş şəxsyevin 24.000 ABŞ dolları və 11.800 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirdikdən sonra verdiyi vədlərinə əməl etməmiş, əksinə ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına istifadə etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs öz pulunu tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək dələduzluq yolu ilə ələ keçirdiyi pulları qaytarmaqdan imtina etmişdir. Bununla da Aqil Zərərçəkmiş şəxsyevə qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş digər ittihamlarla (Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə) bağlı məhkəmə qeyd edir ki, onun tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayətlərinin törədilməsi (Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər) məhkəmə istintaqında sübuta yetirilsə də, onun tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə cinayətinin törədilməsi sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq dedikdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə görə həmin maddə üzrə məsuliyyət yalnız o halda yarana bilər ki, təqsirkar şəxslər həmin Məcəllənin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qabaqcadan əlbir bir qrup şəxs halında törətmiş olsunlar. Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi başa düşülür. Qeyd edilən maddi hüquq normasında göstərilən qaçaqmalçılıq cinayətinin dispozitiv şərtləri narkotik vasitə və psixotrop maddələrin məhz Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsini nəzərdə tutur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində 8.000 manat məbləğində pulun müqabilində «Bəhram» adlı İran İslam Respublikasının vətəndaşındankülli miqdarda təmiz çəkisi 301,740 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 242,241 qram psixotrop maddə metamfetamin almış və ona görə də ona narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ağır ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı hazırki iş üzrə bütün əhəmiyyət kəsb edən halları araşdırmadan və təhlil etmədən Təqsirləndirilən şəxs əməlini səhvən Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edilən hissədə qətiyyən ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər bilavasitə icra edilmədiyindən, başqa sözlə, onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı hərəkətlər icraçı qismində törədilmədiyindən, onun Bəhram adlı şəxslə və ya başqa şəxslərlə birlikdəkülli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə ilə bağlı hərəkətlər etməsi təsdiq edilmədiyindən, yəni həmin cinayətə nisbətdə o, icraçı qismində çıxış etmədiyindən onun əməlinin Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi qanunsuzdur. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində “Bəhram” adlı şəxsdən ümumilikdə 8.000 manata külli miqdarda təmiz çəkisi 301,740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 242,241 qram olan psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisində alması təsdiq olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs öz ifadəsində və cinayət prosesinin iştirakçılarının suallarına verdiyi cavablarda İran İslam Respublikasının vətəndaşı olan Bəhram adlı şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, daşınması, saxlanması və satılması, o cümlədən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə və psixotrop maddələrin haradan, hansı qaydada, hansı qiymətə alması və hər dəfə ona hansı məbləğdə qazanc qalacağı ilə əlaqədar mütəmadi şəkildə əlaqə saxladığını və bununla bağlı Bəhramdan göstərişlər aldığını, bu məsələlərdə Bəhrama kömək edə biləcəyini, bütün bunların müqabilində Bəhramın narkotik vasitə və psixotrop maddələrin qiymətində ona güzəşt edəcəyini açıq şəkildə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində, yəni Cəlilabad rayonunda 8.000 manata İran İslam Respublikasının vətəndaşı olan Bəhram adlı şəxsin göstərişinə əsasən külli miqdarda narkotik vasitə və psixotrop maddələri alması artıq onun Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti icraçı qismində törətməsini istisna edir. Məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən hərəkətləri edərək faktiki olaraq İran İslam Respublikasının vətəndaşı olan Bəhram adlı şəxsə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsində köməkçi qismində çıxış etmişdir. Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri bilavasitə icra etmiş olsun, başqa sözlə, həmin cinayətin icraçısı olmuş olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığına nisbətdə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri olduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Həmin cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, bilavasitə təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur . Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs məcburi köçkün olmasını, cavan və evli olmasını, himayəsində uşağının olmasını, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs qismən ödəniş etməsini, onun zərərçəkmiş şəxslə barışmasına cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onun əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olduğunu, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına əsasən yuxarıda həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və ona cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3, 32.5, 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli, bundan başqa, onun xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə) ona təyin edilmiş cəzadan çıxılmalıdır, onun üzərində saxlanılacaq qəti cəzanın əvvəli isə onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Mülki iddiaya gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətin törədilməsi və həmin cinayətin törədilməsi nəticəsində Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyanın vurulması sübuta yetirildiyindən həmin cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və 51.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qüvvəyə mindikdən sonra maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin saxlanc yerində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 301,590 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 242,191 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd disk və “xxxx” MMC-dən götürülmüş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə əsasən 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinə əsasən 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılmış cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. 51.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökm qqanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin saxlanc yerində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 301,590 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 242,191 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd disk və “xxxx” MMC-dən götürülmüş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-729/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-729/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver