Məhkəmə qərarları › İş №1(101)-729/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-729/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-729/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1982-ci il sentyabrın 06-da Şamxor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il noyabrın 28-də saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 73 ünvanında yerləşən binanın 3-cü blokunun 7-ci və 8-ci mərtəbələrinin arasındakı liftin qarşısında bacısı Şahid2 əri Zərərçəkmiş şəxs Şahid2 qarşı şiddət göstərməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı liftin yanından yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs bel hissəsindən vurduqdan sonra sonuncunun bədəninin müxtəlif nahiyələrindən bıçaqla dörd dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs başın sağ alın, burun beli və boyun nahiyələrindəki kəsilmiş səthi dəri yaraları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər, sağ bud və sağ diz oynağı nahiyələrində deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin ön səthinin sol yarısından və döş qəfəsinin sol yan səthindən daxilə, sol plevra və qarın boşluqlarına nüfuz edən, sol tərəfli hemopnevmotoraks, diafraqmanın sol yarısının kəsilmiş-deşilmiş yaraları, mədənin seroz qişasının kəsilmiş yarası, böyük piyliyin kəsilmiş-deşilmiş yarası və daxili qanaxma ilə müşayət olunan iki ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaralarından ibarət ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, bacısı Hicran Şamil qızı X2 Mahmudov ilə 2006-cı ildə bağladığı nikahdan iki azyaşlı övladı vardır. Bir müddət əvvəl bacısı ilə kobud rəftar etməyə başlayan yeznəsi ilə söhbətlər etsə də nəticəsiz qalmışdır. 2021-ci il noyabrın 28-də saat 17 radələrində evdə olduğu vaxt Hicran zəng edərək Eldənizin onun qabyuyan işlədiyi «Monte Kristo» şadlıq sarayına gəlməklə səs-küy saldığını demişdir. O, ilk öncə Eldənizlə əlaqə saxlamaq istəsə də sonuncu onun zənglərinə cavab verməmişdir. Bacısı Eldənizin qardaşı Şahid1 gəlib Eldənizi sakitləşdirməsini və onu özünün yaşadığı evə aparmasını xahiş etmiş, bir qədər keçmiş o, bacısına zəng edərək harada qaldığını soruşanda sonuncu Azərin onu düşürtdükdə bloka daxil olduğunu, lakin sonra Azər ona zəng çalaraq Eldənizin binaya doğru gəldiyi barədə məlumat verdiyindən qorxmaqla yan blokda gizləndiyini söyləmişdir. O, qapını açıb həyətə çıxmaq istəyəndə girişin qarşısında olan Eldəniz onu çölə çağırmış, o isə ayaqqabılarını geyinərək 7-ci mərtəbənin dəhlizinə çıxdıqda Eldənizin üzərindən bıçağa bənzər predmet çıxartdığını görməklə liftin qarşısındakı taxta parçasını götürüb sonuncunun əlindən vurmuş, cəld tərpənərək Eldənizin əlindən yerə düşən bıçağı qaldırmaqla sonuncunu vurmuşdur. Daha sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gedib əməlini etiraf etmişdir. Hərəkətindən həddindən artıq peşmandır. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Nişanlıdır, tutularkən ailə qurmaq ərəfəsində olmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qayını Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2021-ci il noyabrın 28-də evdə olarkən arvadı Hicran Şamil qızı Hacıyevanın işə hazırlaşdığı zaman aralarında münaqişə yaranmış, əsəbi sakitləşmədiyindən həmin tarixdə saat 17 radələrində sonuncunun iş yerinə yollanaraq Hicranla bir neçə dəqiqə mübahisə etdikdən sonra yaşadığı ünvana qayıtmış, bir neçə saat ötmüş Vüsal ona zəng etdikdə cavab verməməklə sonuncunun kirayədə qaldığı ünvan 3 ünvanının qarşısına gedəndə Vüsalın qapıda olduğunu görmüş, sonuncu onu liftə tərəf itələyib orada gözləməsini tapşırmış, bir neçə saniyə keçmiş Vüsal liftin yanına gələrək yerdəki taxta parçasını götürməklə onu vurmaq istəmiş, o, belini çevirdiyindən zərbə göstərilən nahiyədən dəyib onu yerə yıxmış və Vüsal sağ əlində tutduğu bıçaqla onun döş qəfəsinin sol nahiyəsindən bir dəfə zərbə endirmişdir. Özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Hadisənin səbəbi onun ailədə özünü düzgün aparmaması olmuşdur, Vüsalın azadlığa buraxılmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs evləndiyi Hicran Şamil qızı Hacıyeva onların gəlinləridir. 2021-ci il noyabrın 28-də saat 17 radələrində sonuncu zəng edərək Eldənizin onun iş yerində səs-küy saldığını dedikdə o, dərhal özünü Hicranın yanına çatdırsa da Eldəniz artıq orada olmamışdır. O, Hicranı sakitləşdirərək idarə etdiyi avtomobillə sonuncunun qardaşı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına apardıqdan sonra Eldəniz ilə danışmaq üçün uzaqlaşmış, lakin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin qarşısında olduğu vaxt Hicran ona zəng etməklə Vüsalın Eldənizi bıçaqla vurduğunu bildirmişdir. O, təxirəsalınmadan hadisə yerinə sürmüş və huşunu itirib yerdə uzanan Eldənizi təcili tibbi yardım stansiyasına aparmışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə uyğun ifadə verərək bununla yanaşı göstərdi ki hazırda əri Zərərçəkmiş şəxs ilə ailə münasibətləri bərpa edilmiş, sonuncudan qardaşı Təqsirləndirilən şəxs daim şikayət etməsi qardaşını qıcıqlandırmaqla sonuncunun Eldənizi, əri Vüsalın yaşadığı ünvana mübahisə etmək üçün gələndə, bıçaqla vurduğunun səbəbi olmuşdur. Vüsal nişanlıdır, toyu olmalı idi. İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 noyabr tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 73 ünvanındakı binanın 3-cü blokunun 7-ci və 8-ci mərtəbələrinin arasındakı liftin qarşısında olan hadisə yerinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 4-7). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin tərtib etdiyi şəxsin istintaqa könüllü gəlməsi barədə 2021-ci il 28 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də gələrək 2021-ci il noyabrın 28-də saat 18 radələrində ünvan 5 ünvanının qarşısında bacısı Şahid2 əri Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir (iş vərəqi 11). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 25). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 30 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 39-40). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 28-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72-75). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 16-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 77). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 dekabr tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynindəki bir ədəd boz rəngli pijamanın ön nahiyəsinin sol hissəsində 1 sm uzunluğunda dəlib-keçən zədə izinin olması və zədənin ətrafında qana bənzər maddə aşkarlanmışdır (iş vərəqi 90). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 2021-ci il 25 dekabr tarixli 104-4627-1221 №-li məktubundan görünür ki, Vüsal Şamil oğlu X3 Mahmudovu vurduğu bıçağı aşkar etmək mümkün olmamaqla hadisə yerində şahidlərin olmaması müəyyənləşdirilmişdir (iş vərəqi 91). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon MKTB-nin 85 saylı MKİS-inin tərtib etdiyi 2022-ci il 06 yanvar tarixli arayışdan və eyni tarixli 06 №-li xasiyyətnamədən görünür ki, ünvan 2nında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqi 92-93). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 07 yanvar tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 73 ünvanında yerləşən binanın 3-cü blokunun 7-ci və 8-ci mərtəbələrinin arasındakı liftin qarşısını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 99-101). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 08 yanvar tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu dediklərinin bir qismi ilə razılaşıb Eldənizin əlindəki bıçağı gördükdə yerdən götürdüyü taxta parçası ilə sonuncunun əlindən vuraraq yerə düşən bıçağı ələ keçirməklə Eldənizi vurduğunu bildirmişdir (iş vərəqi 102-105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2022-ci il 10 yanvar tarixli 14 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısından və döş qəfəsinin sol yan səthindən daxilə, sol plevra və qarın boşluqlarına nüfuz edən, sol tərəfli hemopnevmotoraks, diafraqmanın sol yarısının kəsilmiş-deşilmiş yaraları, mədənin seroz qişasının kəsilmiş yarası, böyük piyliyin kəsilmiş-deşilmiş yarası və daxili qanaxma ilə müşayət olunan iki ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara, sağ bud və sağ diz oynağı nahiyələrində deşilmiş-kəsilmiş yaralar, başın sağ alın, burun beli və boyun nahiyələrindəki kəsilmiş səthi dəri yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il noyabrın 28-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, qeyd olunan xəsarətlər sayına, xarakterinə və lokalizasiyasına görə şəxsin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (iş vərəqi 116-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin 2022-ci il 18 yanvar tarixli 03-MTKŞ/2022 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus alt köynəyinin ön səthində iki ədəd, alt şalvarının ön səthində sağda bir ədəd və solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkarlanmaqla bunlar küpü, kafi itilikdə ülgücü olan, iti uclu, yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki bıçağın təsirindən törənə bilərdi, alt şalvarının ön səthində sağda bir ədəd və solda bir ədəd deşilmiş-kəsilmiş zədələr xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxili olma səviyyəsində 1,5 sm-ə, alt köynəyinin ön səthindəki iki ədəd deşilmiş-kəsilmiş zədə xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxili olma səviyyəsində 2 sm-ə qədər ola bilər (iş vərəqi 122-123). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin 2022-ci il 18 yanvar tarixli 04/2022-MTB Şnömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/İ/ olub tədqiqata təqdim edilən sonuncuya məxsus köynəyin və şalvarın üzərindəki ləkələrdə aşkarlanan insan qanının qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alınmaqla bu ləkələr ABO sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqi 124-127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2022-ci il 08 yanvar tarixli 22 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 128-131). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 22 yanvar tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, habelə 2022-ci il 24 yanvar tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.4.-cü, 221-ci, 36-cı, 38-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd pijama saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 132-142 və 153- 160). İş materiallarındakı notariat qaydasında təsdiq olunan 2022-ci il 11 yanvar tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmaqla sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqi 174). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmuş 2022-ci il 31 mart tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla əməlindən səmimi peşman olmasını, ilk məhkumluğunu, yaşadığı yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 30 aprel tarixli Qərarının 2.21.-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 2021-ci il noyanrın 28-dən 2022-ci il iyunun 10-dək, yəni hökm çıxarılacaq günədək 06 (altı) ay 13 ( on üç) gün həbsdə saxlanır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gəlməklə barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd pijama məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd pijama məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar