Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-729/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X7, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, yetkinlik yaşına çatmayan iki uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 9-cu Ümid küçəsində yerləşən 38 nömrəli evdə birlikdə yaşadığı anası Zərərçəkmiş şəxs ilə aralarında daha əvvəllər də baş vermiş təhqirlə müşayiət olunan, onun tüfeyli həyat tərzi yaşamasına irad bildirilməsi məzmununda olan ailə daxili münaqişənin yenidən baş verməsindən hiddətlənərək sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək qərarına gəlib, cinayətkar niyyətini reallaşdırmaq məqsədilə həmin vaxt qeyd olunan evin həyətindəki daşın altında əvvəlcədən gizlətdiyi bir ədəd qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət olan, ümumi uzunluğu 305 mm olan, soyuq silah hesab olunmayan mətbəx bıçağını götürərək həmin evin həyətində təmizlik işləri görən Zərərçəkmiş şəxs yaxınlaşıb qeyd edilən bıçaqla müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla sonuncunun bədənin müxtəlif nahiyələrinə şüurlu surətdə xüsusi əzab verməklə zərbələr endirib ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik ürəyin zirvə hissəsi və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan sol süd vəzinin iki ədəd deşilmiş - kəsilmiş yaraları, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin sol yarısının bir ədəd deşilmiş - kəsilmiş yarası, boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi ilə müşayiət olunan boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri, həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol çiyin qurşağı nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd, sol süd vəzi nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən, qarın nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən, sol bud nahiyəsinin iki ədəd, sol sağrı nahiyəsinin bir ədəd, sağ bazu nahiyəsinin dörd ədəd, sağ bud nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yarası və sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yarası xəsarətləri, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan sol qulaq seyvanının bir ədəd, boyun nahiyəsinin bir ədəd, alt çənə bucağının iki ədəd səthi kəsilmiş yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs ürəyin zirvə hissəsi və sol mədəciyinin, qaraciyərin, sol böyrəyin zədələnməsi və boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi nəticəsində baş vermiş daxili və xarici qanitirmədən ölümünə səbəb olmaqla sonuncunu qəsdən öldürmüş, yəni onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.Bununla da, o,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə zamanı həyətdə iş görürmüş, anası səhv etdiyi üçün onu ölmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, evdə özü, atası və ölən adam yaşayırmış. Əvvəllər də aralarında mübahisə olmuşdur. Hadisə zamanı həyətdə iş görürmüş, bıçaq həyətdə imiş. Aralarında mübahisə olduğu üçün anasını bıçaqla vurmuşdur. Anası həmin vaxt ona çox ağır sözlər demişdir. Ona görə də anasını öldürmüşdür. Psixi xəstəliyi olduğu üçün vurduğu bıçaq zərbələrinin sayı yadında deyil. 3 bıçaq zərbəsi vurmağını xatırlayır. Məqsədi qorxutmaq imiş. Ona dediyi sözlərdən sonra ölməyini istəmişdir. Hadisə zamanı həyətdə ikisindən başqası olmayıb və o, hadisəni törətdikdən sonra polisə getmişdir. Törətdiyi əmələ görə peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, atası Şahid2 yük avtomobili sürücüsüdür, anası mərhum X3 Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında aşpaz işləyirmiş, bacısı X5 2011-ci il tarixdə Əşrəflə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində başqa yerdə yaşayır. 2014-cü il tarixdə xalası qızı Şahid4 Əlizamin qızı ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı dünyaya gəlmişdir; böyük oğlu X6 2011-ci il təvəllüdlüdür, balaca oğlu Şükürzadə Ayaz 2013-cü il təvəllüdlüdür. Arvadı və uşaqları 2022-ci il tarixdən Yevlax şəhərinə köçmüşdür. Köçməklərinə səbəb atası və anasının söz-söhbətləri olmuşdur. Hazırda arvad və uşaqları ilə heç bir əlaqəsi yoxdur. Uzun illərdir ki ev daxilində münaqişələr səngimək bilmir, atası və anası davamlı olaraq onu söyür, təhqir edir və ailəsini götürüb aparmağı tələb edirlərmiş. O da səbr edirmiş. Bu söhbətlərə görə 2022-ci il tarixdə qayın atası Əlizamin o işdə olduğu vaxt evə gələrək arvadı və uşaqlarını Yevlax şəhərinə aparmışdır. Bu məsələdən sonra valideynlərilə münasibəti kəskinləşmişdir. Ümumiyyətlə, ailədaxili münasibətlərin pisləşməsi atası Etibar cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra başlamışdır. Hadisədən təxminən 3 gün qabaq, yəni 17 iyul 2024-cü il tarixdə yenə evdə mübahisələri olmuşdur. Evi yandırdığı üçün onu təhqir etməyə başlamışlar, ona “ biz səni görmək istəmirik, çıx get burdan” demişlər. O da əsəbləşib evdən çıxıb getmişdir. Buna görə valideynlərini cəzalandırmaq istəsə də, uşaqlıq xatirələri yadına düşdüyü və onlara yazığı gəldiyi üçün heç nə etmək istəmirmiş. Hadisədən bir gün qabaq yenə evdə atası və anası ilə dalaşmışdır. Axşam saat 20 radələrində evdən çıxıb Ümid qəsəbəsində gəzintiyə getmişdir. Bir neçə saat özü ilə tək qalıb evə qayıtmışdır. Həmin vaxt spirtli içki qəbul etməmişdir. O artıq evə gələndə valideynləri yatmışdılar. Həmin vaxt onları öldürmək istəməmişdir. 20 iyul 2024-cü il tarixdə, saat 07 radələrində yuxudan durmuşdur. Bu vaxtı atası Etibar işə getmiş, Aybəniz həyətdə iş görürmüş. O, zirzəmiyə düşmüşdür. Bu zaman Aybəniz ona “ biqeyrət, oğraş, çıx get burdan” demişdir. O da əsəbləşib marketə gedərək spirtli içki almışdır. Qəsəbədə olan Məzahirin marketinə getmişdir. Həmin market evdən 15 dəqiqəlik məsafədədir. Marketdən iki ədəd sarı rəngli, “GO” spirtli içkisi almışdır. Marketin kənarında olan fermanın həyətinə girib iki spirtli içkini də içmişdir. Evə tərəf getmişdir. Mətbəxə qalxıb çay içmişdir. Anası bu zaman həyətdə alaq otları təmizləyirmiş. O, çay içdikdən sonra aşağı düşmüş, zirzəmiyə girib bıçağı belinə qoymuşdur. Bıçağı belinə qoyub həyətə anasının yanına düşmüşdür. Onu görən Aybəniz ünvanına yenə nalayıq ifadələr işlətməyə başlamışdır. O, əlini belinə ataraq bıçağı götürüb Aybənizi vurmaq istəsə də, fikrindən dönmüşdür. Sonra Aybəniz yenə onu söymüşdür. Bu dəfə dözə bilməmiş və Aybənizi bıçaqla vurmaq qərarına gəlmişdir. Aybənizin sol tərəfi onun istiqamətində imiş. Sağ əlini belinə ataraq Aybənizin sol tərəfinə bıçaq zərbəsi endirmişdir. Onun yadında qalan səkkiz bıçaq zərbəsi vurmasıdır. Həmin vaxtı hislərini cilovlaya bilməmiş, əsəbdən gözləri heç nə görmürmüş. Birdən artıq Aybənizin qanlar içərisində yerdə uzandığını görmüşdür. Aybəniz artıq ölmüşdür. Bıçağı Aybənizin boğaz nahiyəsində qoyub evə getmişdir. Evdə əynini dəyişib, əlini-üzünü yuyub, törətdiyi cinayət əməlini dərk etdiyi üçün qaçmağın mənasız olduğunu fikirləşib polis bölməsinə gedib təslim olmaq istəmişdir. Salyan şosesinə çıxıb “manatlıq taksi”-ə minib 38-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki; hadisə 20 iyul 2024-cü il tarixdə 08 radələrində ünvan 2 ünvanında baş vermişdir. Hadisə baş verən zaman anası ilə evdə ikisi olmuşdur. Başqa adam yox imiş. Hadisəni görən olmamışdır. Hadisə vaxtı onun əynində bir ədəd yaşıl rəngli qısa qol köynək, bir ədəd qara rəngli idman şalvarı var imiş. Aybənizi bıçaqla öldürəndən sonra paltarlarını evdə dəyişib bölməyə getmişdir. Hadisə zamanı əynində olan paltarları olduğu kimi yataq otağında yerə atıb getmişdir. Bu barədə bölmədə olan zaman polis əməkdaşlarına məlumat vermişdir. X2 ən azı səkkiz bıçaq zərbəsi vurması yadındadır. Aybənizin sol tərəfi onun qarşısına düşdüyü üçün elə sol nahiyəsindən bıçaqlamışdır. Valideynlərindən hər hansı birini öldürməyi son 3-4 ayda düşünürmüş. Lakin, əsas niyyəti anasını öldürmək imiş. Çünki, atası onun arvadı ilə arasını vurub boşanmalarına səbəb olmuşdur. Ona görə də anası öldürüb atasından qisas almaq istəmişdir. Atasını öldürmək niyyəti olmamışdır. Cinayəti törətməkdə istifadə etdiyi bıçaq bir il müddətində evdə imiş. Evdə olan zaman zirzəmidə və ya üzərində gəzdirirmiş. Çölə çıxanda isə heç vaxt üstündə gəzdirməmişdir. Həmişə evdə zirzəmidə gizlədib getmişdir. O, hadisədən bir gün qabaq mübahisə olduğu üçün bıçağı götürüb çölə çıxmışdır. Məqsədi evə gəlib anasını öldürmək imiş. Lakin, məscidə getmiş, sonra sakitləşərək evə gəlib bıçağı gizlətmişdir. Zərərçəkmiş şəxsm qətlə yetirən zaman istifadə etdiyi bıçaq qara- gümüşü rəngdə, uzun bıçaq imiş. Tutacağında balaca dairələr var imiş. Aybənizi öldürəndən sonra bıçağı elə meyitin üstünə atıb getmişdir. Onun atası Etibarı öldürmək niyyəti yox imiş. Atasını öldürəcəyi təqdirdə atasının “canı qurtaracaq”-nı düşünürmüş. Ona görə də anasını öldürmək istəyirmiş. Hər dəfəsində uşaqlıq xatirələri yadına düşürmüş və həmin anlıq əsəbləri keçirmiş və sakitləşirmiş. Münaqişələr həmişə söyüşlə müşahidə olunurmuş. Hətta Etibar dəfələrlə onu öz ailəsinin qabağında döyürmüş. Lakin, o, heç vaxt nə atasına, nə də ki, anasına əl qaldırmamışdır. İlk dəfə idi ki 20 iyul 2024-cü il tarixdə səbri dözməyərək, hiddətlənərək anası Aybəniz Şükürzadəni qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, hadisədən sonradan xəbəri olmuşdur. Ona zəng vurmuşlar ki, anan ağırlaşıb gəl. Gedəndə görmüşdür ki, bu hadisə baş verib. Məhkmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Kamranın anası ilə münasibəti yaxşı olmuşdur, aralarında mübahisə olmamışdır. Kamran ailəsinə baxa bilmədiynə görə ayrılıblar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona ömürlük cəza verilməməsini, amma törətmiş olduğu əmələ görə müvafiq cəza təyin olunmasını istəyir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, 1988-ci il tarixdə atası Etibar anası Aybənizlə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı o və qardaşı Kamran dünyaya gəlmişdir. 2000-ci il tarixə kimi birlikdə Sahil qəsəbəsində yaşamışlar, 2000-ci il tarixdən sonra isə Ümid qəsəbəsində hazırda yaşadıqları evə köçmüşlər. O 2012-ci il tarixdə Əşrəf adlı şəxslə rəsmi nikaha daxil olaraq Ümid qəsəbəsində başqa evə köçmüşdür, Kamran isə 2014-cü il tarixdə Rəqsanə adlı xanımla rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı Etibar və Ayaz dünyaya gəlmiş, 2023-cü ilin iyul ayında Rəqsanə Kamrandan boşanmaq niyyətinin olduğunu bildirmişdir. Səbəb kimi Kamranla yola getmədikləri olmuşdur. Təqsirləndirilən şəxs təbiət etibarı ilə sakit oğlan idi, heç kimlə davası olmamışdır, qorxaq idi. Hətta hərbi xidmətə gedəndən bir ay yarım sonra “yararsız” kimi təxris olmuşdur. Epilepsiya xəstəliyi var idi. “Azfen”, "xxxx" MMC-lərdə və “Qaradağ” marketdə fəhlə işləyirmiş. Hadisədən qabaq 1 həftə ərzində isə işsiz idi. Təqsirləndirilən şəxs spirtli içki içir, siqaret çəkir, narkotik vasitə qəbul edirmiş. Təqsirləndirilən şəxs psixi xəstəliyi olamamışdır, travma almamışdır. O gəlin köçəndən sonra da ailəsi ilə münasibətləri qalmışdır. Ailələrində heç bir problem yox imiş. Təqsirləndirilən şəxs boşanandan sonra psixoloji sarsıntı keçirməyə başlamışdır. Rəqsanənin boşandığını heç cür qəbul edə bilmirmiş. Günahı valdeynlərində görürmüş. Etibar və Aybəniz isə tərsinə günahı Kamranda görürlərmiş. Kamran tənbəl olduğu üçün işə çox həvəsi olmamışdır. Ailəsində də bununla bağlı söhbət çox olurmuş. Rəqsanə, Etibar və Aybəniz işləmədiyi üçün Kamranı həmişə tənbeh edirmiş. Kamranın, ümumiyyətlə, ailəyə bağlılığı yox imiş. Boşanandan sonra hətta Etibar Kamranın bir-iki dəfə cibinə pul qoyaraq Yevlax şəhərinə, ailəsinin yanına göndərmişdir ki, uşaqlarına baxsın, ciblərinə pul qoysun, ailəsini himayə etsin. X18 şəhərinə çatan kimi avtovağzalda spirtli içki içib cibindəki pulu xərcləyib evə qayıdırmış. Bir sözlə ailəsini himayə etməmişdir. 2023-cü ilin dekabr ayında Kamran Şükürov yaşadıqları evdə arvadı ilə qaldığı otağa gəlinin cehizlərini yığıb yandırmışdır. Yandırandan sonra özü polisə könüllü təslim olaraq əməlini etiraf etmişdir. Etibar Aybənizin təkidi ilə Kamranı bağışlamış və şikayətçi olmamışdır. Hadisədən qabaq, dördüncü gün Etibargilə getmişdir. Kamran, Aybəniz və o ailəvi oturub söhbət edirlərmiş. Hər şey qaydasında imiş. Saat 18 radələrində öz evinə getmişdir. Bu müddət ərzində heç bir mübahisənin şahidi olmamışdır. 5-ci gün də Aybəniz mobil telefon vasitəsi ilə ona zəng etmişdir. Səsi yaxşı gəlirmiş, mehribancasına söhbət edirlərmiş. Kamran barəsində bir dəfə də söz deməmişdir. Kamran zəng vaxtı evdə imiş. 20 iyul 2024-cü il tarixdə o, evdə imiş. Saat 10 radələrində adını unutduğu qonşu ona mobil telefonla zəng edərək “qapınızın qabağında TTY avtomobili var, dur gəl bura”. O, dərhal ata evinə getmişdir. Buraya çatan zaman prokurorluq və polis əməkdaşlarını görmüşdür. X5 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı niyyətlə 20 iyul 2024-cü il tarixdə, saat 08 radələrində anası Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürməsi barədə fikri yoxdur. Çünki Kamran anasını çox istəmişdir. Ailədə sözsöhbət çox olsa da, öldürmək həddinə heç vaxt çatmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, mərhum arvadı ilə səhər 5-də yuxudan durmuşlar birlikdə səhər yeməyi yedikdən sonra o, işə getmişdir. Ona sonradan zəng vurublar ki, belə bir hadisə olub. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu (Təqsirləndirilən şəxs) onlarla birlikdə yaşayırdı. Münasibətləri pis olmayıb, bəzi hallarda onun sözünə qulaq asmırmış, ona görə də Kamranı tənbeh edirmiş. Anası onu hamıdan çox istəyirmiş, təklikdə bəlkə aralarında mübahisə olsada onun yanında olmayıb. Hadisə günü o, işə gedəndə Kamran evdə yatmışdır. Kamran axırıncı dəfə “Qaradağ” marketdə işləyirmiş, sonra işdən çıxmış evdə oturmuşdur. Hadisə ilə bağlı ona qayını zəng vurmuşdur. Kamran arvadından boşandıdıqdan sonra qız evi gəlib cehizləri evdən aparmış və bundan sonra onda bir az dəyişkənlik olmuşdur. Onlar Kamrana bir az səbirli olmasını məsləhət bilmişlər. Hadisənin səbəbini bunda gördüyünü bildirmişdir. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 1988-ci il tarixdə Aybənizlə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı - qızı Aytəkin, oğlu Kamran dünyaya gəlmişdir. 2000-ci il tarixə kimi ailəsi ilə birlikdə Sahil qəsəbəsində yaşamış, 2000-ci il tarixdən sonra isə Ümid qəsəbəsində hazırda yaşadıqları evə köşmüşlər. Aytəkin 2011-ci il tarixdə Əşrəf adlı şəxslə rəsmi nikaha daxil olaraq Ümid qəsəbəsində başqa evə köçmüş, Kamran isə 2013-cü il tarixdə Rəqsanə adlı xanımla rəsmi nikaha daxil olmuş, 2023-cü ilin iyul ayında Rəqsanə Kamrandan boşanmaq niyyətinin olduğunu bildirmiş və həmin tarixdə də Yevlax şəhərinə gedərək rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Rəqsanə Kamranla “yola getmədiyi” üçün boşanmaq istədiyini demiş, o da etiraz etməmişdir. Həmin vaxtdan bu yana nə Rəqsanə ilə, nə də ki nəvələri Etibar və Ayaz ilə heç bir əlaqəsi olmamışdır. Kamran da ailəsi ilə maraqlanmırmış, ailəsinin qeydinə qalmırmış. Ancaq arvadı Aybəniz Rəqsanəgilə gedirmiş. Kamran onlarla birlikdə yaşayırmış. Ailədə boşanma söhbəti olana kimi heç bir problem olmamışdır. Kamran Şükürov təbiət etibarı ilə sakit oğlan imiş, heç kimlə davası olmamışdır, qorxaq imiş. Hətta hərbi xidmətə gedəndən bir ay yarım sonra “yararsız” kimi təxris olmuşdur. Epilepsiya xəstəliyi var idi. “Azfen”, "xxxx" MMC-lərdə və “Qaradağ” marketdə fəhlə işləyirmiş. Hadisədən qabaq 1 həftə ərzində isə işsiz imiş. Təqsirləndirilən şəxs spirtli içki içir, siqaret çəkir, narkotik vasitə qəbul edirmiş. Lakin, son bir il ərzində narkotik vasitə qəbul etmədiyini ona demişdir. Təqsirləndirilən şəxs psixi i xəstəliyi olamamışdır, travma almamışdır. O, 2018-cı il tarixdə Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə ailədə münasibətlər qaydasında imiş. Kamran da bütün görüşlərə gəlirmiş. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra da münasibətləri normal imiş. Təqsirləndirilən şəxs laqeyd oğlan olduğu üçün ailəsi ilə maraqlanmırmış, işləmək istəmirmiş. Kamranın bu xasiyyətinə görə də evdə tez-tez söz-söhbət olurmuş. Rəqsanə də Kamranın bu xasiyyətinə dözə bilmədiyi üçün evi tərk etmişdir. Rəqsanə gedəndən sonra Kamranın psixologiyası pozulmuşdur. Hər gün arvadının getməsində onları günahlandırır, onlar isə ailəsini yiyəlik edə bilmədiyi üçün Kamranı günahlandırırlarmış. Ailədaxili söhbətlər çox olurmuş. Kamranı döyür, söyür, evdən qovalayırmışlar ki, bəlkə düzələr, ancaq bir xeyri olmurmuş. Hətta iki dəfə Kamranın cibinə pul qoyub Yevlax şəhərinə göndərmişdir ki, ailəsini görsün, uşaqlarının cibinə pul qoysun, himayə etsin. Lakin, Kamran hər dəfəsində Yevlax şəhərinə gedib, avtovağzalda spirtli içki içib, ailəsini görmədən geri qayıdırmış. Ailəsinə heç bir bağlılığı yox imiş. 2023cü ilin dekabr ayında Kamran Şükürov yaşadıqları evdə arvadı ilə qaldığı otağa arvadının cehizlərini yığıb yandırmışdır. Yandırandan sonra özü polisə könüllü təslim olaraq əməlini etiraf etmişdir. O, arvadı Aybənizin təkidi ilə i Kamranı bağışlamış və şikayətçi olmamışdır. Hadisədən qabaq 2-3 gün ərzində münasibətləri normal imiş. Bu günlər ərzində Kamranı dəfələrlə marketə göndərmiş, pul vermişdir ki, evə yemək-içmək alsın. Pulun qalığı ilə də özünə istədiyi şeyləri də alırmış. Kamranın mimikasından nəyəsə əsəbi olduğunu hiss edirmiş, ancaq baş qoşmaq istəmirmiş. Çünki Rəqsanə gedəndən sonra Kamran həmişə dava-dalaş axtarırmış. Hadisədən qabaqkı gecə də münasibətləri həmişəki kimi imiş. Kamran yenə marketə getmiş, evə əşyaları verəndən sonra çölə çıxmışdır. O həmin gecə saat 01 radələrində yatmağa gedəndə Kamran hələ evdə yox imiş. Sabahkı gün saat 05 radələrində yuxudan durmuş, Aybəniz ilə səhər yeməyi yemiş, işə tez çıxmalı olduğu üçün saat 06 radələrində evdən çıxmışdır. **-CH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə minib işə getmişdir. İki saat keçməmişdir ki, qaynı Məhərrəm onun mobil telefonuna zəng etmişdir. İlkin olaraq Aybənizin yıxıldığını və pis olduğunu demişdir. O, dərhal avtomobili geriyə, ev tərəfə sürməyə başlamışdır. Sonra ikinci dəfə ona yığmış və Kamranın Aybənizi öldürdüyünü demişdir. Şahid2 verilən suallara cavab olaraq qeyd etmişdir ki, Kamranın anası Aybənizi hansı niyyətlə bıçaqla vuraraq qəsdən həyatdan məhrum etməsi ilə bağlı fikri yoxdur, ailədə söz-söhbət çox olsa da, öldürmək həddinə heç vaxt çatmamışdır. O, Kamranı döymüş, söymüş ancaq Kamran onu və Aybənizi heç vaxt döyməmiş, hədələməmişdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman istifadə etdiyi bıçağı heç vaxt görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 1999-cu il tarixdən hazırda yaşadığı ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev hadisənin baş verdiyi ünvan 3 ünvanı ilə divar qonşuluğunda yerləşir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2m qonşuluqdan tanıyır. Qeyd olunan şəxslərlə və Etibar ilə qonşu kimi normal münasibəti olmuşdur. Etibar atası Hüseyni işlədiyi sement zavodundan tanıyır. Tanıdığı müddət ərzində Etibarın ailəsi ilə heç bir problemi olmamışdır. O, Etibarın evinə girməsə də, Etibar onun evinə girib-çıxan adam imiş. Etibar 2019-cu il tarixdə dələduzluq cinayətini törətdiyi üçün məhkum edilmişdir. Etibarın məhkum olduğu dövr ərzində oğlu Kamran həmişə atasının görüşlərinə getmişdir. Etibar cəzaçəkmə müəssisəsindən çıxandan sonra da münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs ilə arvadı Günəşin də münasibətləri yaxşı olmuşdur. Aybənizin və ya Etibarın qonşuluqda kimləsə mübahisəsinin və ya davasının şahidi olmamışdır. Kamranı da sakit uşaq kimi tanımışdır. Kamranın pis vərdişləri barəsində məlumatı yoxdur. Kamranın da qonşuluqda kimləsə mübahisəsinin və ya ədavətinin şahidi olmamışdır. Kamranın evli olduğunu, iki övladının olduğunu bilir. Arvadının adı Rəqsanə idi, başı aşağı qadın idi. Kamranın ailəsi ilə münasibəti qaydasında olmuşdur. Lakin, sonradan hansısa səbəbdən Kamranla Rəqsanə boşanmış, Rəqsanə Yevlax şəhərinə köçmüşdür. Kamranın bu hadisədən sonra hərəkətlərində qəribəliyin şahidi olmuşdur. Arvadı atıb gedəndən sonra Kamran ailəsində davalar yaradır, Rəqsanənin getməsində Etibarla Aybənizi günahlandırırmış. O, bu davaları evdən eşidirmiş. Həyət evləri olduğu üçün həyətdə baş verən yüksək səsli davalar onların evində eşidilir. Lakin, bu söz- söhbətlərə baxmayaraq, Kamranın Etibarı və ya Aybənizi vurması və ya digər şəkildə zor tətbiq etməsinin şahidi olmamışdır. Neçə dəfə Kamranla məhəllədə qarşılaşanda fikirli və qəmgin olduğunu görmüşdür. Bu barədə Etibardan soruşanda Rəqsanənin getməyini qəbul edə bilmədiyi üçün Kamranın belə hala düşdüyünü demişdir. Kamran hətta bir dəfə yaşadıqları evi yandırmışdır. Yanğın olanda o avtobus ilə evin qabağından keçirmiş, evin bir otağının yandığını görmüşdür. X9 ilə birgə yaşadığı otağı yandırdığını, ancaq Etibar ilə Aybəniz Kamrandan şikayətçi olmadığını bilmişdir. Ümumiyyətlə, Rəqsanədən ayrılandan sonra Kamranın hərəkətlərində əməlli dəyişikliklər baş vermişdir. Hadisə olan günü o, evdə imiş. Evdə o, arvadı, oğlu Məhəmməd, Məhəmmədin uşaqları, Məhəmmədin arvadı imişlər. Hamı yatmışdır. Onun pəncərəsi Etibargilin evinə tərəf açılır. Yuxudan qonşuluqda olan səsə durmuşdur. Lakin, ailədaxili məsələ olduğu üçün qarışmaq istəməmişdir. Bir az keçəndən sonra arvadı səsə maraq salıb çölə çıxmış, onu da çölə səsləmişdir. Çöldə polislərin və camaatın yığışdığını görmüşlər. Orada yığışan insanlardan Kamranın bıçaqla Aybənizi qətlə yetirdiyini öyrənmişdir. O və ailəsi hadisənin bilavasitə şahidi olmamış, hadisə baş verən vaxt evdə yatırmışlar. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o 08 radələrində Etibargilin həyətində söz- söhbətin olduğunu eşitmiş, lakin həmin söhbətin məzmununu anlaya bilməmişdir. Onsuz da Etibargildə belə söz-söhbətlər çox olduğu üçün məhəl qoymayaraq yatmışdır. Ancaq səslərdən söhbət edənlərin Aybənizlə Kamran olduğunu anlamışdır. Məhəl qoymayaraq yatmağa davam etmişdir. Bir neçə saat keçəndən sonra yenə səslər eşitmişdir. Bu dəfə çoxlu sayda adam səsi gəlirmiş. Buna görə də arvadı çölə çıxıb səsə baxmışdır. Çöldə polislərin və camaatın yığışdığını ona demişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman, ümumiyyətlə, heç nə eşitməmişdir. Oğlu Məhəmməd ilə Kamranın “salam-sağol” münasibəti olmuşdur. Məhəmməd gecə növbəsində işlədiyi üçün məhəllədə heç kimlə münasibəti yoxdur. Hadisə olan vaxt da Məhəmməd növbədən təzə gəldiyi üçün yatmışdır. Məhəmmədin ailəsi də oyaq olmamışdır. Onun fikrincə Kamran Rəqsanənin tərk edib getməyində ailəsini günahlandırmışdır. Bu mövzuda çox söz-söhbətləri olmuş, yəqin ki, bu mövzudan qaynaqlanan məsələ ilə bağlı Kamran bu əməli törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2005-ci il tarixdən hazırda yaşadığı ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev hadisənin baş verdiyi ünvan 4 ünvanı ilə divar qonşuluğunda yerləşir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 qonşuluqdan tanıyır. Qeyd olunan şəxslərlə və Etibar ilə qonşu kimi normal münasibəti olmuşdur. Kamranın evli olduğunu, iki övladının olduğunu bilir. Arvadının adı Rəqsanə idi, başı aşağı qadın idi. Kamranla Etibarın arasında həmişə dava-dalaş olmuşdur. Kamran tüfeyli həyat tərzi yaşayırmış. İşdə qazandığı pulu kef məclislərinə xərcləyirmiş, evə pul gətirmirmiş. Bu səbəbdən Etibarla arasında həmişə dava-dalaş olmuşdur. O, divar qonşusu olduğu üçün evdə olan söz-söhbətləri eşidirmiş. Etibarla Kamran təhqirlə müşayiət olunan münaqişələr edirlərmiş. Kamran dəfələrlə bu münaqişələrdən sonra evi tərk etmişdir. O, Etibarla bununla bağlı söhbət etmişdir. Bir neçə dəfə Etibarın söydüyü söyüşlər onların yaşadığı evdə eşidildiyi üçün Etibara bu barədə xəbərdarlıq etmişdir. Lakin, Aybənizlə Kamranın arasında münaqişənin şahidi olmamışdır. Aybəniz sakit qadın idi. Evdə olan bu söhbətlərdən sonra Kamranın arvadı Rəqsanə iki övladı ilə Kamranı tərk edərək ata evinə getmişdir. Rəqsanə gedəndən sonra Kamranın halı lap pisləşdir. Kamran Rəqsanənin getməyində atası və anasını günahlandırır, Etibar və Aybəniz isə tərsinə Kamranı günahlandırırdı. Təqsirləndirilən şəxs digər qonşularla mehriban imiş. O, neçə dəfə Kamranı evinə çağırmış, iş tapşırmış, işi həll etdiyi üçün pul da vermişdir. Kamranın hərəkətlərində qəribəlik görməmişdir. Lakin, Rəqsanə Kamranı tərk edəndən sonra Kamranın psixologiyası pozulmuşdur. Rəqsanənin tərk edişini qəbul edə bilmirmiş. Hətta bir dəfəsində 2023- cü ilin sonları, 2024-cü ilin əvvəllərində Kamran ailəsinə acıq vermək üçün evi yandırmışdır. Evi yandırandan sonra polisə gedib könüllü təslim olmuşdur. Ona bu barədə ailəsi demişdir. Bu hadisədən sonra Etibar və Kamranla çox sərt danışmış, evdə uşaqların yatdığını, yanğının onun evinə keçəcəyi halda nələr baş verə biləcəyini onlara demişdir. Etibar Kamranı tutduracağını bildirsə də, Aybənizin təkidi ilə bu baş verməmişdir. Şikayət və tələb olmadığı üçün Kamranı buraxmışlar. X17 adlı tanışı ilə birlikdə evi təmir etməyə başlamışdır. Evi yandırandan sonra Etibar ilə Aybənizin Kamranla münasibətləri lap kəskinləşmişdir. Demək olar ki, artıq hər gün evlərində söhbət olurmuş. Hətta, bir neçə dəfə Kamranı gecə çöldə gecələyəndə görmüşdür. Hadisədən bir-iki həftə qabaq Kamranı “Qaradağ” marketində görmüş, söhbət etmişlər, söhbət zamanı Kamran Bakı şəhərindən ailəsinin yanına getmək istədiyini, Yevlax rayonunda iş tapıb işləyəcəyini bildirmişdir. O da Kamrana düzgün qərar verdiyini demişdir. Hadisədən iki gün qabaq ***- ***-**-** mobil telefon nömrəsinə zəng edərək Kamranı yaşadığı evin həyətində olan alaq otlarını biçmək üçün çağırmışdır. Kamran can-başla həmin otları biçmiş, o da mükafat olaraq Kamrana siqaret vermişdir. Sabahkı gün Kamran onu saat 10 radələrində şossenin kənarında görmüş və siqaret istəmişdir. O, iki ədəd siqareti vermişdir. Kamranın bu zaman kefi yaxşı imiş. Hadisə olan günü isə o saat 06 radələrində evdən çıxmış, bu zaman ailəsi yatmışdır. Çölə çıxan zaman Etibarın yük avtomobilini evin qarşısında görmüşdür. Şosseyə çıxıb servis avtobusuna minmiş, işə getmişdir. Saat 10 radələrində Kamranın xalası oğlu Emin ona zəng edərək hadisə barəsində məlumat vermişdir. O dərhal arvadı Jaləyə zəng etmiş, Jalə telefonu götürməmiş, ikinci zəngdən sonra telefonu götürmüş və hadisə barəsində Jalədən məlumatının olub- olmamasını soruşduqda Jalə yatdıqlarını, heç bir şey eşitmədiyini bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında münaqişələr zamanı xəsarət alan olması barədə məlumatı yoxdur, Kamranın evi tərk etdiyini görmüşdür. Səbəbini Etibardan soruşduqda Kamranın içib yenə “giclədiyini”, bu səbəbdən Kamranı vurduğunu demişdir. Hadisə baş verən vaxt o artıq avtobusla işə gedirmiş. Evdə olduğu müddətdə isə heç bir mübahisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxs hansı niyyətlə 20 iyul 2024-cü il tarixdə, saat 08 radələrində anası Zərərçəkmiş şəxs bıçaqla vurub qəsdən həyatdan məhrum etməsi barədə fikri yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2014-cü ilin mart aytnda xalası oğlu Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş, həmin nikahdan 2014-cü il təvəllüdlü oğlu Etibar və 2016-cı il təvəllüdlü Ayaz dünyaya gəlmişdir. O, həyat yoldaşı Kamran, qaynanası Aybəniz və qaynatası Etibar ilə Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayırlarmış. Keçmiş əri Kamran və qaynanası Aybəniz işləyir, hər gün işə gedib-gəlirdilər, Etibar isə işləmir, çox vaxt evdə olurmuş. Kamran ailəsini dolandıra bilmədiyi üçün və ona qarşı şiddət göstərdiyi üçün boşanmaq qərarına gəlmişdir. Kamrandan boşanmaq üçün 2023-cü ilin dekabr ayında Yevlax rayon məhkəməsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə isə Kamrandan rəsmi boşanması barədə həmin məhkəmə qətnamə qəbul etmişdir. Bundan sonra, Kamranla münasibətləri olmamış, bir daha Kamranı görməmişdir. 2024-cü ilin mart ayında, onlar rəsmi boşanmamışdan qabaq Aybəniz Yevlax şəhərinə gələrək uşaqları, yəni nəvələrini görmüşdür. Kamran həmişə aqressiv olmuş, onu və uşaqlarını döyürmüş, təhqir edirmiş. Kamranın narkotik vasitədən istifadə etməsi barədə məlumatı yoxdur, istifadə etdiyini görməmişdir. Kamranın anası Aybəniz və atası Etibar ilə münasibətləri soyuq imiş, aralarında çox zaman mübahisə olurmuş. Mübahisələrin səbəbi Kamranın öz ailəsinə baxmaması, evə gec gəlməsinə bildirdikləri iradlar olmuşdur. Aybənizlə Etibarın münasibətləri isə həmişə yaxşı və mehriban olmuşdur. Kamran heç vaxt anası Aybənizi və ya atası Etibarı öldürmək barəsində ona deməmişdir. Aybənizi sonuncu dəfə 05 iyul 2024-cü il tarixdə Yevlax şəhərində ortaq qohumlarını görməyə gələndə görmüşdür. Bu zaman onunla Aybənizin arasında söhbət olmamışdır. 20 iyul 2024-cü il tarixdə hadisənin baş verdiyi evlə qonşuluqda yaşayan Aysel cinayət hadisəsi barədə ona məlumat vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, hadisə yeri ünvan 2 ünvanında olan ərazidə yerləşir. Qeyd olunan ünvanda həyəti daşlarla hasarlanmış bir mərtəbəli, gümüşü rəngli damı olan, divarları suvaqlı həyət evi vardır. Evə giriş gümüşü rəngli dəmir darvazadandır. Darvazadan içəri daxil olduqdan sonra ev sol tərəfdə, həyət isə sağ tərəfə düşür. Evin qarşısında evə paralel pilləkən, qırmızı rəngli masa vardır. Evin darvazaya baxan hissəsində bir pəncərə vardır. Evin girişi qırmızı rəngli dəmir qapıdandır. Qapıdan içəri daxil olduqda 3 yan-yana otaq olduğu müəyyən edildi. Otaqlar hamısı səliqəlidir. Yalnız Təqsirləndirilən şəxs otağı dağınıq vəziyyətdə idi. Otaqda yerdə bir ədəd yaşıl rəngli köynək və oturacağa qoyulmuş bir ədəd qara rəngli idman şalvarı idi. Hər iki geyim parçasının üzərində müxtəlif ləkələr müəyyən olunduğundan tərəfimdən qablaşdırılaraq götürüldü. Digər otaqlarda iş üçün əhəmiyyətli heç bir hal aşkar edilmədi. Evin içərisinə baxış bitdikdən sonra həyətyanı sahəyə çıxıldı. Həyətyanı sahə iki hissədən ibarətdir. Bir hissədə yerə səpələnmiş daşlar və alaq otları, digər hissədə isə əlavə otaq kimi nəzərdə tutulmuş yarımtikili var. Həmin tikili digər sahədən hündürlüyü 33 sm, eni 3.4 m olan daşdan hörülmüş divar vasitəsi ilə ayrılmışdır. Yarımtikiliyə daxil olduqda sol divardan sağ divara qədər olan məsafə isə 8-metrdir. Zərərçəkmiş şəxs meyiti buradadır. Meyitin baş nahiyəsi sol divardan 4.1 m məsafədə, ayaq nahiyəsi 4.2 m məsafədə, meyitin başı ikinci divardan 6 sm məsafədə, ayağı 1.58 m məsafədə yerləşmişdir. Meyitin üzəri ağ- bənövşəyi naxışları olan adyalla örtülmüşdür. Meyitin yanında bir ədəd çöl süpürgəsi, bir ədəd göy rəngdə şəpit vardır. Örtüyü qaldırdıqda meyitin əynində qara rəngli don, boğazının üzərində qırmızı rəngli şərf, yanında göy rəngli şəpit, əllərində əlcək olduğu müəyyən edilmişdir. Meyitin bədənin bütün səthində demək olar ki, qana bənzər ləkələr vardır. Meyitlə üzbəüz dayandıqda meyitin sol boğaz nahiyəsində bir ədəd mətbəx bıçağının olduğu müəyyən edildi. Bıçaq qara saplı olmaqla ucundan qınına kimi 30 sm uzunluğundadır, üzərində qanabənzər ləkələr vardır. İş üçün əhəmiyyət kəsb etdiyi üçün meyitin üzərində aşkar edilmiş bıçaq tərəfimdən qablaşdırılaraq götürüldü. Daha sonra 1-dən 3-ə kimi nömrələməklə meyitin üzərində ətrafında olan qana bənzər ləkələri işarələndi. Birinci nömrə meyitin üzərində olan qana bənzər ləkələr üçün, ikinci nömrə divarda olan qana bənzər ləkələrin nümunələri üçün, üçüncü nömrə meyitin altındakı qana bənzər ləkə nümunələri üçün nəzərdə tutulmuşdur. Hər bir nümunə tamponla götürülərək qablaşdırılmışdır. Bundan sonra hadisə yerinə yaxın olan digər ərazilərə də baxış keçirildi. Həmin ərazilərdə də iş üçün əhəmiyyət kəsb edən hər hansı iz, predmet və ya əşya aşkar edilmədi. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs Həmin Məcəllənin 120.2.4-cü maddəsi ilə ittiham elan edimişdir. 21 iyul 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokolda qeyd olunmuşdur ki, tanınmalı olan bir ədəd bıçaq eyni növdən olan 1- dən 4-dək nömrələnmiş bıçaqlar sırasında “3” nömrə altında tanınmaya təqdim olundu. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərərək bildirdi ki, ona təqdim edilən 4 ədəd bıçaq içərisindən “3” nömrə ilə işarələnmiş bıçağı dəstəyi ağ və qara rəngli plastmas materialdan, tiyə hissəsi isə gümüşü rəngli metaldan olmasına və ölçülərindən tanımışdır. 20 iyul 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, meyitin əynində qara rəngli don, qırmızı rəngli şal, bir cüt əlcək, çəhrayı rəngli tuman var idi. Meyit qadın cinsi olub, düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyu 154 m-dir. Meyit qacıması çənə əzələlərində yaxşı, yoxlanılan digər qrup əzələlərində zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində olub, bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi avazıyır 30 saniyə - bir dəqiqə müddətində bərpa olunur. Saçları qəhvəyi rəngdədir, 30 sm uzunluğundadır. Ağzı qapalıdır. Dişləri tamdır, sünidir, üst çənədə sağ öndə 3 ədəd diş sarı metaldandır. Meyitin boyun nahiyəsinin orta 1/3-nin ön səthində 2 x 3 sm ölçüdə, sol qulaq seyvanın orta hissəsində 2 x 0 1 sm ölçüdə, sol çiyin qurşağında 2 x 0,8 sm ölçüdə, sol bazu nahiyəsinin aşağı 1/3-nin yan səthində 2,8 x 1,5 sm ölçüdə, sol dirsək oynağı nahiyəsinin arxa səthində 5 x 2 sm ölçüdə, sol süd vəzi nahiyəsinin yuxarı kvadratında 3,5 x 17 sm ölçüdə həmin nahiyəsinin aşağı boyu kvadratında 4,5 x 2 sm ölçüdə və 1,5 x 1 sm ölçüdə, qarın sol yan divarında bir- birinə yaxın məsafədə iki ədəd 3 x1,5 və 3,2 x 1 sm ölçüdə, sol bud nahiyəsinin yuxarı 1/3-nin yan səthində 1 x 0,8 sm ölçüdə, həmin nahiyənin aşağı 1/3-nin ön səthində 3 x 1,5 sm ölçüdə, sol əlin ovuc səthində 2,5 x 1 sm ölçüdə, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthində 3,5 x 1, həmin nahiyənin yan səthində 4 x 1,3 sm ölçüdə, həmin nahiyənin 1/3nin arxa səthində 3,5 x 1 sm ölçüdə, həmin nahiyənin aşağı 1/3-nin yan səthində 2 x 1,5 sm ölçüdə, sağ bud nahiyəsinin aşağı 1/3-ni arxa səthində 4x 1,5 sm ölçüdə bir ucu iti digər ucu küt kənarları olan, hamar mənfəri açıq yaralar, boyun nahiyəsinin yuxarı 1/3-də 9 x 0,1 sm ölçüdə, alt çənə bucağının sol yan səthində 2 ədəd 13 x 0,1 və 11 x 0,1 ölçülərdə, döş qəfəsi nahiyəsinin sol arxa səthində Vİİ və Vİİİ qabırğa səviyyəsində 3 x 1 sm ölçüdə, bel nahiyəsinin sol yan səthində 3 x 1 sm ölçüdə, sol sağır nahiyəsinin aşağı bayır kvadratında 3, 5 x 1 sm ölçüdə xətti formalı, köndələn istiqamətli kənarları hamar, ucu iti səthi kəsilmiş yaralar vardır. 19 avqust 2024-cü il tarixli, 69 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar olunmuş xəsarətlər - ürəyin zirvə hissəsini və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan sol süd vəzinin iki ədəd deşilmiş - kəsilmiş yaraları, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin sol yarısının bir ədəd deşilmiş kəsilmiş yarası, boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi ilə müşayiət olunan boyun nahiyəsinin bir ədəd deşilmiş- kəsilmiş yarası, sol çiyin qurşağı nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd, sol süd vəzi nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən, qarın nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən, sol bud nahiyəsinin iki ədəd, sol sağrı nahiyəsinin bir ədəd, sol əlin ovuc səthinin bir ədəd, sağ bazu nahiyəsinin dörd ədəd, sağ bud nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yaraları, sol qulaq seyvanının bir ədəd, boyun nahiyəsinin bir ədəd, alt çənə bucağının iki ədəd səthi kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər həyati olub ölümündən az əvvəl deşici- kəsici əşya (alət) təsirindən, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yarana bilərdilər və dərəcələrinə görə ölümü ilə birbaşa səbəbli əlaqəsi olan ürəyin zirvə hissəsini və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan sol süd vəzinin iki ədəd deşilmiş - kəsilmiş yaraları, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin sol yarısının bir ədəd deşilmiş - kəsilmiş yarası, boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi ilə müşayiət olunan boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, sol çiyin qurşağı nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd, sol süd vəzi nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən, qarın nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən, sol bud nahiyəsinin iki ədəd, sol sağrı nahiyəsinin bir ədəd, sağ bazu nahiyəsinin dörd ədəd, sağ bud nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yaraları və sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yarası dərəcələrinə görə həm ümumilikdə və həmdə ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvrumaya, sol qulaq seyvanının bir ədəd, boyun nahiyəsinin bir ədəd, alt çənə bucağının iki ədəd səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zirvə hissəsini və sol mədəciyinin, qaraciyərin, sol böyrəyin zədələnməsi və boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, demək olur ki, ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2024-cü il tarixdə, saat 11:30-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş ürəyin zirvə hissəsini və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan sol süd vəzinin iki ədəd deşilmiş - kəsilmiş yaraların yara kanalı öndən - arxaya, bir qədər çəp, yuxarıdan aşağıyadır, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yara kanalı arxadan - önə, bir qədər çəp, yuxarıdan - aşağıyadır, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan behnahiyəsinin sol yarısının bir ədəd deşilmiş kəsilmiş yara kanalı arxadan-önə, bir qədər çəp, yuxarıdan - aşağıyadır, boyunun səthi və dərin vena və arteriyalarının kəsilməsi ila müşayiət olunan boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yara kanalı öndən - arxaya, bir qədər çəp, yuxarıdan -aşağıya olmuşdur. Bədən səthində aşkar olunmuş xəsarətlər ümumilikdə 24 ədəd olmaqla bədənin müxtəlif nahiyələrində və səthlərində yerləşdiyindən onların yara kanalını və istiqamətlərini fərqli olduğundan mərhum Zərərçəkmiş şəxs xəsarət yetirən şəxslə hansı qarşılıqlı vəziyyətdə olması, eləcə də yetirilən xəsarətlər qısa zaman çərçivəsində yarandığı üçün yaraların hansı ardıcılıqla yetirilməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Mərhum Zərərçəkmiş şəxs bədən səthində küt əşya təsirindən (əllə, yumruqla, təpiklə) yaranmasına xarakterik xəsarətlər aşkar edilmədi. Bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini, ölçülərini nəzərə alıb demək olar ki, qeyd olunan xəsarətlər ekspertiza şöbəsinə maddi sübut qismində təqdim olunmuş bıçaqla, eləcə də ona oxşar xarakterə malik bıçağın təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlərlə şöbəyə təqdim olunmuş zaman əynindəki paltarlarla zədələrin bir - neçəsinin yerləşmə nahiyələrinə görə biri-birinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirit və narkotik maddələr aşkar edilməmişdir. 03 avqust 2024-cü il tarixli, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında labillik, emosional dayanıqsızlıq aşkar olunmaqla, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, kinlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə digər şəxsi qəsdən həyatdan məhrum etmə - qəsdən adam öldürmə cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 120.1ci maddəsində nəzərdə tutulmuş əməl xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayəti törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələi, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarından və elekteron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, təqsirləndirilən şəxs özü polis bölməsinə yaxınlaşaraq zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək onu öldürməsi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan 2 (iki) uşağının olmasını, gənc olmasını, polis əməkdaşlarına könüllü təqdim olmasını və zərərçəkmişin hüquqi varisinin şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Qaradağ Rayon Prokurorluğunun maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə yerindən götürülmüş “1”, “2” və “3” rəqəmləri ilə nömrələnmiş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd don, bir ədəd çəhrayı rəngli alt-paltarı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd yaşıl rəngli köynək, bir ədəd idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, Azərbaycan Respublikası DİN-dən daxil olmuş 01 ədəd “hard disk” cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Prokurorluğunun maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə yerindən götürülmüş “1”, “2” və “3” rəqəmləri ilə nömrələnmiş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd don, bir ədəd çəhrayı rəngli alt-paltarı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya qohumlarına qaytarılsın (verilsin), Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd yaşıl rəngli köynək, bir ədəd idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya qohumlarına qaytarılsın (verilsin), "xxxx" MMC-dən təqdim olunmuş 01 ədəd disk, Azərbaycan Respublikası DİN-dən təqdim olunmuş 01 ədəd “hard disk” cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi yardıma görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-729/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-729/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver