Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-73/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən X10, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X24, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri, MBM vəkil bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, 3 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanından qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, Şahid10 mülkiyyətində olmaqla Şahid1 saxta sənəd əsasında (dayısı) Şahid2 vasitəsilə özünə aldatmaqla əmlakını ələ keçirmək məqsədilə satdıqları ünvan 2 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsinə 2017-ci ilin yanvar ayının ortalarında gedib giriş qapısını açdığı zaman "xxxx" ASC-nin Nərimanov RETSİ-nin nəzarətçi-mühəndisi qismində həmin əraziyə xidmət göstərən Şahid8 gördükdən və sonuncu Şahid10 bir neçə gün əvvəl həmin qeyri-yaşayış sahəsində olması və sayğac göstəricisi ilə əlaqədar Şahid8lə telefonla danışması barədə özünə bildirdikdən sonra həmin gün Şahid2 və Şahid1lə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zorge parkı”nda (hazırkı “Koroğlu parkı”nda) görüşdükləri vaxt sonunculara Şahid8 özünə dedikləri, Şahid10 Ukraynada olmasına dair yalan demələri barədə və həmin sahəni satmaq adı ilə özünün aldadılaraq pulunun ələ keçirilməsinə dair bildirdiyi zaman Şahid2 və Şahid1 həmin sahəni həqiqətən Şahid10 xəbəri olmadan satmalarını özünə birgə etiraf etdikdə şəxsən qeyri-yaşayış sahəsinə görə ödədiyi 65000 manat pulunu geri tələb etməsi ilə əlaqədar Şahid1 və Şahid2lə aralarında həmin qeyri-yaşayış sahəsini yeni alıcı taparaq ona, obyektin əsl mülkiyyətçisinin Şahid10 olmasını və onun adından özünə qanunsuz olaraq satılmasını gizlətməklə, daha baha qiymətə satmaqla pulunu dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin qeyri-yaşayış sahəsinin satılması barədə istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə məlumat yaydıqdan sonra 2017-ci ilin yanvar ayının son ongünlüyündə fərdi qaydada ev və ticarət obyektlərinin alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid4 vasitəsilə həmin qeyri-yaşayış sahəsini almaq üçün Şahid2 və Şahid1 müraciət edən Zərərçəkmiş şəxs Şahid2 və Şahid1 tərəfindən həmin sahənin guya bacısı oğlanları olan Təqsirləndirilən şəxs, yəni özünə məxsus olması, saxta sənədlər əsasında həmin sahənin özünün adına sənədləşdirilməsi gizlədilməklə həmin qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs 111300 manata sata biləcəklərini Şahid1 və Şahid2 vasitəsilə bildirdikdən sonra sahənin Zərərçəkmiş şəxs qızı Fatimə Məmmədovanın adına alqı-satqı edilməsinə dair razılığa gələrək, 24 yanvar 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, 53 saylı Notariat kontoruna Şahid2, Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə gedib, həmin notariusun inzibati binasının içərisində Şahid1 Zərərçəkmiş şəxs özünü guya onun doğma bacısı oğlu və qeyd edilən qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi yalandan təqdim etdiyi zaman, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Şahid1 Şahid2lə birlikdə Zərərçəkmiş şəxs yalandan dediklərini təsdiq edib həqiqət barədə susaraq, yəni Zərərçəkmiş şəxs həmin qeyriyaşayış sahəsinin əslində özünə deyil, Şahid10 məxsus olmasını, özünün həmin obyektin satılması adı ilə Şahid2lə birlikdə Şahid1 tərəfindən aldadılaraq 65000 manat pulunun ələ keçirilməsini və onun Zərərçəkmiş şəxs obyektin satılmasına görə alacağı puldan məhz öz pulunu götürmək üçün Şahid2 və Şahid1 ilə əlbir olub onu aldatmalarını gizlədərək, Zərərçəkmiş şəxs yaratdıqları inam və etibardan sui-istifadə edərək həmin gün qeyd edilən notariusda özü ilə Fatimə Məmmədovanın etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən atası Zərərçəkmiş şəxs arasında bağlanmış eyni tarixli, reyestrdə 3M-121 nömrəsi ilə qeydiyyata alınan beh müqaviləsi əsasında sonuncu tərəfindən 37100 manat məbləğində pul vəsaitinin həmin notariusun fəaliyyət göstərdiyi inzibati binada yerləşən "xxxx" ASC-nin 2 saylı şöbəsində olan (AZ74MUGA**********00004AZM65 saylı) notariusun depozit hesabına yerləşdirildikdən sonra həmin gün şəxsən qeyd edilən məbləği həmin hesabdan çıxarıb götürməklə, həmçinin, sabahkı gün qeyd edilən notariat kontorunda həmin qeyri-yaşayış sahəsinin özü tərəfindən Fatimə Məmmədovaya 111300 manata satılması ilə əlaqədar özü ilə Fatimə Məmmədovanın etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən atası Zərərçəkmiş şəxs arasında bağlanmış eyni tarixli, reyestrdə 4Ə-101 nömrəsi ilə qeydiyyata alınan AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, sonuncu tərəfindən, beh müqaviləsi üzrə ödəniş nəzərə alınmaqla, 74200 manat pul vəsaiti həmin notariusun qeyd edilən depozit hesabına yerləşdirildikdən sonra həmin gün şəxsən qeyd edilən məbləği də müvafiq hesabdan çıxarıb götürməklə, əldə etdikləri cəmi 111300 manat məbləğində pul vəsaitinin 69835 manatını özünə götürdükdən və qalan 41465 manatı Şahid1 Şahid2lə aralarında bölmələri üçün verdikdən sonra pul vəsaitini özlərinin şəxsi ehtiyaclarına sərf etməklə, Şahid1 və Şahid2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs məxsus 111300 (yüz on bir min üç yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 2016-cı ilin sonlarında Abbas adlı bir şəxs Əlirzagillə onu tanış eləmişdir ki, belə bir obyekt satılır. Həmin obyekt yeni tikilinin altında, 77 kv.m qeyri yaşayış sahəsi olmuşdur. Obyekt Bayramın adına olmuşdur. O, Bayramı görməmiş, obyekti 2016-cı ilin dekabr ayında Əlirzadan almışdır. Onlar obyektə gedib baxmış, maklerlər aparıb qiymət qoydurmuş, bir müddət sonra razılığa gəlmişlər. Razılığa gəldikdən sonra notariusa getmiş, orada alqı-satqı müqaviləsi ilə adına keçirmişdir. Əlirza bir iki günlüyünə ondan açarı götürmüşdür ki, obyekti boşaldacaqlar. İki gün keçdikdən sonra zəng etmiş, Əlirzaya zəng çatmamışdır. Obyektə gəlib görmüşdür ki, obyekt boşaldılmamış, heç bir iş görülməmişdir. Yenidən makleri yığmışdır ki, Əlirzanı tapsın ki, açarları qaytarsın. Səhəri gün ona demişdir ki, Əlirza da, orada iştirak etmiş adamlar da gələcək. Orada söz-söhbətləri olmuş, Əlirza ona demişdir ki, dayısı obyekti ucuz satdıqları üçün narazılıq edir, onlar obyekti qaytarmaq istəyir. Söz-söhbətdən sonra Əlirza dayısını yığmış, öz telefonu ilə onunla danışdırmışdır. Dayısı demişdir ki, ya obyekti qaytar, ya da üstündə 40000 manat pul ver. O da bildirmişdir ki, onun həmin məbləğə gücü çatmır, o, obyekti rəsmi olaraq öz adına almışdır. Həmin günü aralarında narazılıq yaranmış, arada bir neçə dəfə onunla telefonla danışmışdır. Bir dəfə Əlirza telefonu ona vermişdir ki, onunla danışmaq istəyən var. O da telefonla danışanda görmüşdür ki, hansısa oğru aləminin adamları olmuş, demişlər ki, ya obyekti qaytar, ya da üstündə pul verməlisən. O, həmin şəxsləri rədd edib çıxıb getmişdir. Evə gedəndən sonra da onun telefonuna xaricdən zənglər gəlmiş, onu hədələmiş, övladları və ailəsi ilə bağlı təzyiqlər etmişlər. Buna görə o obyekti qaytarmaq qərarına gəlmişdir. Sonda atası da məsləhət bilmişdir ki, obyekti qaytarsın. Ona orada başqa təzyiqlər də olmuşdur. Qayıdıb gələndə söhbət eləmişlər. Orada söhbət olmuşdur ki, obyekti satmırlar, obyekti Əlirzanın dayısının dostunun adına keçirib faizə pul götürəcəklər. O da bir iki dostu ilə getmiş, obyekti alqı-satqı etmişdir. O, nə Akifi orada görmüş, nə onunla alqı-satqı etmiş, nə də ki söz-söhbət etmişdir. Zərərçəkmiş şəxsla notariusda tanış olmuşdur. Orada Ruslan adlı makler olmuş, onun şəxsiyyət vəsiqəsini istəmiş, bir qədər sonra demişdir ki, evli olduğu üçün yoldaşının da razılığı lazımdır. O da qayıdıb lazım olan sənədləri götürmüş, nahardan sonra gəlib alqı-satqını həyata keçirmişlər. O sadəcə orada imza edib çıxmışdır. Pulu orada Əlirza ilə dostları götürüb çıxmışlar. Orada Akifin dostunun obyekti olmuşdur. Alqı-satqıdan bir gün qabaq Zorge parkında 65000 manat pulu Əlirza ona qaytarmışdır. Yerdə 5000 dollar maklerə verdiyi, bir də 4.136 manat ASAN xidmətə çəkilən xərclər qalmışdır. 5000 manat qaytarılmış, 4.136 manat qalmışdır. O artıq onlara qarşı inamını itirmişdi. Sonra Abbas adlı şəxs gəlmişdir ki, narahat olma, gəl, pulu sənə qaytaracaq. Çayxanaya gəlmişlər. Əlirza da dostaları ilə Niva markalı avtomaşınla gəlmiş, qalan 4.136 manat pulu qaytarmışdır. İlk dəfə prokurorluq orqanında nə vaxt izahat verdiyi yadında deyil, təxminən yaz, yay ayları idi. Onu prokurorluğa dəvət edən müstəntiqin soyadı “Abıyev” olmuşdur. Abıyevlə görüşdə izahat vermiş, oxumadan qol çəkmişdir. Onun müstəntiqə izahat verdikdən sonra neçə dəfə ifadə verdiyi yadında deyil. Müstəntiq ona həmin fakt üzrə cinayət işinin başlanmasını demiş, bildirmişdir ki, dələduzları axtarırlar. X37 İdarəsinə şikayət etməsinin səbəbi odur ki, müstəntiq işi düz aparmırdı, şikayət etmişdi. Birinci Nərimanov Rayon Polis İdarəsinə onun şikayətini özləri göndərmiş, demişlər ki, həmin adamlarla bağlı, şikayətlər var, sən də müraciətini ora et. Müstəntiq onun dediyi şahidləri çağırmırdı. Ona görə də ondan narazı olmuş, şikayət etmişdir. Məhkəmə iclaslarında verilmiş suallara cavab olaraq məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyəti onunla izah etmişdir ki, həmin ifadələri müstəntiq yazmış, o da oxumadan imza etmiş, sonradan da müstəntiqdən şikayət etmişdir ki, onu aldatmışdır. Əlirza və İsmayılı o obyektə gəlib baxanda görmüşdür. Onun həmin adamlarla başqa işi olmamış, onlardan avtomobil almamışdır. Avtomobili Abbas adlı şəxs almış, pulunu isə o vermişdir. O, notariusda Zərərçəkmiş şəxsla kəlimə də kəsməmişdir. Alqı-satqıdan sonra bankdan pulu Əlirza almışdır. Pulun alınması barədə qaiməyə o imza etmişdir. O, həmin obyekti 65000 manat almışdı. Ona təzyiq oldu deyə həmin obyekti qaytarmışdır. Təzyiqin mahiyyəti o idi ki, onun telefonuna zənglər gəlmiş, onu hədələmişlər. Alanda 65000 manatı notariusun hesabına köçürmüş, etibarnamə ilə İsmayıl götürmüşdür. Qaytaranda onun pulunu Əlirza qaytarmışdır. O pulunu almağı barədə onlara hər hansı qəbz verməmişdir. Həmin obyektin başqasına satılması barədə onlara etibarnamə verməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2014-cü ilə kimi "xxxx" QSC-nin baş ofisində Problemli Departament şöbəsində satış meneceri vəzifəsində işləmişdir. Lakin, 2014-cü ilin yay aylarında öz ərizəsi ilə işdən azad olmuşdur. Bundan sonra rəsmi olaraq heç bir yerdə işləməsə də ailəsini dolandırmaq üçün xırda sahibkarlıq fəaliyyəti ilə, yəni maşın və maşın avadanlıqları alıb-satmaq işi ilə məşğul olmuşdur. Həmin müddətdə müəyyən məbləğdə pul düzəltmişdir ki, münasib qiymətə qeyriyaşayış sahəsi olsa alıb bacısı oğlu ilə yoldaşı diş həkimi olduğundan onlar üçün klinika açsın. Bu barədə danışıqlarını Şahid11 adlı tanışı eşitmişdir. Belə ki, Abbasla maşınla bağlı alış-verişi olmuş və bundan sonra münasibəti yaranmışdır. 2017-ci ilin yanvar ayının əvvəllərində Abbas ona zəng edərək əlimyandıda, yəni dəyərindən ucuz qiymətə qeyri-yaşayış sahəsi satıldığını deyərək ondan istəyib-istəmədiyini soruşmuşdur. Abbasa da bu barədə tanışı Sirac adlı şəxs demişdir. Münasib qiymətə yer almaq istədiyindən Abbasın təklifi ona maraqlı gəlmiş və gedib yerə baxmaq qərarına gəlmişdir. Abbasa yerə baxmaq istədiyini bildirmiş və səhəri gün Abbasla görüşərək Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən 77,9 m2 olan qeyri-yaşayış sahəsinə gedib baxmışlar. Həmçinin Sirac da Abbasla olduğundan o, da onlarla getmişdir. Həmin yerə çatdıqda orada onları Əli kimi çağırdıqları Şahid1 qarşılamışdır. Əlirza həmin yeri göstərib yerin Ukrayna Respublikasında yaşayan Bayram adlı dayısına məxsus olduğunu, dayısı ilə birlikdə Ukraynadan mal dırnağı satışı ilə məşğul olduqlarını, dayısının hazırda Ukraynada olmasını, onun çıxışına qadağa qoyulduğu üçün Bakı şəhərinə gələ bilməməsini və işləri ilə əlaqədar onlara təcili pul lazım olduğundan ucuz qiymətə həmin yeri satmaq istədiklərini bildirmişdir. Yerə baxmış və bəyəndiyi üçün, yəni fikrində olan diş klinikası açmaq üçün münasib yer olduğu üçün almaq qərarına gələrək yerin qiymətini soruşmuşdur. Əlirza həmin yeri 80.000 manata satdıqlarını dedikdə onunla qiymət söhbəti etməyə başlamışdır. Lakin, Əlirza dediyi qiymətdən aşağı düşməmişdir. Bir neçə dəfə gedib-gəldikdən sonra nəhayət Əlirza 70.000 manata razılaşmışdır. Belə ki, yerə görə 65.000 manat, digər məsrəfələrə görə də 5.000 manat xərc çıxmışdır. Bundan sonra sənədlər hazırlanmış və 13 yanvar 2017-ci il tarixdə 1 saylı Asan Xidmət Mərkəzinə getmişlər. Həmin zaman Əlirza ilə birlikdə ora Şahid2 adlı şəxs də gəlmiş və Əlirza onu dayısı kimi təqdim etmişdir. İsmayıl özü də ona narahat olmamasını, yerin dayılarına məxsus olduğunu demişdir. Orada işləri notarius Aytəkin xanıma verilmiş və sənədlər yoxlanıldıqdan sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, yerin sahibi olan Bayramın adından Ukrayna Respublikasına da etibarnamə verildiyindən iş dayandırılaraq həmin etibarnamə və Bayramın şəxsiyyəti yoxlanılmış, hər şeyin qaydasında olduğunu bildirdiklərindən müqavilə bağlanmışdır. Pulu banka qoymuş və yerin açarlarını götürərək çıxıb getmişdir. Bir-iki gün sonra əlində olan sənədlə, yəni alqı-satqı müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə gedib sənədləri ora vermiş və bir neçə gündən sonra yerə aid yeni çıxarış almışdır. Təxminən 3-4 gün sonra Əlirza ona zəng edərək yerin açarını ondan orada olan əşyalarını götürməsi üçün istəmişdir. Əvvəldən bununla bağlı danışıqları olduğundan etiraz etməyib Əlirza ilə görüşüb açarı ona vermişdir. Bir-iki gün sonra açarı götürmək üçün Əlirza ilə əlaqə saxladıqda o, telefona cavab verməmiş, sonra Abbasla əlaqə saxlayıb həmin yerə getmiş və qapıdan baxdıqda Əlirzanın əşyalarını oradan götürmədiyini görmüşdür. Yenidən sonuncu ilə əlaqə yaratmaq istəsə də o, telefona cavab verməmişdir. Sirac Əlirzanın məhlə uşağı olduğundan Abbas ona zəng vurub Əlirzadan açarı alıb qaytarmasını demişdir. Sirac da öz növbəsində Əlirzanı tapıb deyəcəyini bildirmişdir. Səhəri gün Abbasla Zorgi parkında oturub çay içən zaman Abbas yenidən Siracla əlaqə saxlamış və bir neçə dəqiqədən sonra Siracla Əlirza ora gəlmişlər. Əlirzaya etirazını bildirərək nəyə görə yerin açarını götürüb qaytarmadığını soruşmuş, Əlirza isə cavabında yeri ucuz satdıqlarını, dayısının da buna narazılıq etdiyini, həmçinin işləri düzəldiyindən bu yeri satası olmadıqlarını demişdir. Əlirzaya bunun ona aidiyyatı olmadığını, həmin obyekti satdıqlarını, o da pul verib aldığını, dayısının narazılıqlarının yeri olmadığını demişdir. Əlirza yenidən “bəs imkan varsa yeri geri qaytar, nə xərc çekmisənsə sənə ödəyərik” demişdir. Lakin, ona razılıq verməmiş və aralarında sözlə mübahisə yaranmışdır. Sonra açarı ondan alıb çıxıb getməsini bildirmişdir. Səhəri günü yerə gedib qapının açarlarının dəyişmək istəyən zaman bir nəfər şəxs ona yaxınlaşaraq işıq idarəsinin əməkdaşı olduğunu və yerin sahibi Bayram müəllimin 2-3 gün əvvəl işıq pulundan bir hissəsini ödədiyini, qalan hissəsini isə bir neçə günə ödəyəcəyini deyərək ondan ödəyib-ödəməyəciyini soruşmuşdur. Bu zaman ilişib qalmış, belə ki, Əlirza ona dayısı Bayramın Ukrayna Respublikasında yaşadığını və çıxışına qadağa qoyulduğu üçün Bakıya gələ bilmədiyini demişdi. İşıq idarəsinin əməkdaşına bu yeri bir neçə gün əvvəl aldığını və yerin ona məxsus olduğunu demişdir. Həmin əməkdaş isə “bu necə ola bilər, 1-2 gün əvvəl Bayram müəllim özü bura gələrək ödəniş eləyib” demişdir. Bu söhbəti eşitdikdə artıq əsəbləşmiş və Əlirzagilin nəsə oyun çıxartdıqlarını başa düşmüşdür. Sonra isə Abbasla əlaqə saxlamış və Siracla Əlirza ilə Nərimanov rayonunda yerləşən çayçıda görüşmüşlər. Əlirzadan bu barədə soruşduqda sonuncu elə şeyin mümkün olmadığını, nəsə səhvlik olduğunu demiş, həmin zaman İsmayıl da ora gəlmişdir. İsmayıl da, narahat olmamasını, Bayramın onların dayısı olduğunu, burada yaşamadığını, onun çıxışına qadağa qoyulduğunu, Ukraynadan çıxa bilmədiyini demişdir. Bu zaman da aralarında mübahisə yaranmış və onlara bu işdən şübhələndiyini, ona haram yer lazım olmadığını, pulunu qaytarmalarını, yerlərini götürmələrini demişdir. Bu zaman Əlirza ona məbləğin üstünə 20.000 manat da qoyarsa dayısı ilə danışıb bu söhbəti yoluna qoya biləcəyini demişdir. Əlirzaya bir daha etiraz edib bu yeri istəmədiyini bildirərək pulunu geri tələb etmişdir. Həmçinin Bayramla danışmaq üçün telefonunu istəmiş, lakin telefonu verməyərək Bayramın iş adamı olduğunu, danışmağa imkanı olmayacağını demişdir. Yenidən sözlə mübahisə etmişlər və 2-3 gün ərzində pulunu qaytarmasını və yerlərini kimə istəyirlərsə satmalarını demişdir. Vaxt çatdıqda yenidən Əlirzaya zəng vurub onunla görüşərək pulunu tələb etmişdir. Əlirza yekə-yekə danışdıqda yenidən aralarında sözlə mübahisə yaranmış, sonra isə Əlirza dayısının yeri öz həkim tanışına satdığını, bir gün vaxt verməsini demişdir. Həmçinin yerin açarını ondan istəmişdir. Etiraz etməyib açarı ona vermiş və səhəri günü Əlirzagil zəng vurub Yasamal rayonunda yerləşən 53 saylı notariusa gəlməsini demişlər. Abbasla danışıb onunla birlikdə həmin notariusa getmişdir. Ora çatdıqda orada Sirac, Əlirza, yeri almaq istəyən Akif adlı şəxs, Ruslan adlı makler və adını bilmədiyi başqa bir şəxsin olduğunu görmüşdür. Əlirza ona yaxınlaşıb tez bir vaxtda onun pulunun veriləcəyini demişdir. Orada da bütün danışıqları makler Ruslan aparmışdır. Orada ona yeri almaq istəyən şəxsin Akif olduğu məlum olmuşdur. Sonra sənədləri təqdim etmiş və sənədlər yoxlanıldıqdan sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı zamanı Akif ona “obyekti qızı üçün aldığını deyərək ona görə də ondan halallıq istəmişdir. İlk əvvəl yerin neçəyə satılmasını bilməsə də müqavilə bağlandıqda yerin təxminən 60- 65.000 ABŞ dollarına satdıqlarını görmüşdür. Müqavilə bağlandıqdan sonra pul elə notariusun içərisində olan banka verilmiş və Ruslan ona ora yaxınlaşmağı bildirmişdir. Ora yaxınlaşdıqda pulu təhvil almağı barədə qəbz verilmiş və qəbzi oxumadan imzalamışdır. Sonra isə Ruslan ondan qəbzi alaraq bankın içərisiən keçmiş və pullar sayıldıqdan sonra Ruslan Əlirzagilə verdiyi 69.835 manatı dollara çevirib ona vermiş, qalan pulu isə Ruslan götürmüşdür. Sonra isə onlar çıxıb getmişlər. Orada olduğu zaman yeri alan Akiflə onun demək olar ki, danışığı olmamışdır. Çünki Ruslan və adını bilmədiyi şəxs Akifin onunla münasibət saxlamasına şərait yaratmamışdır. Akifi ondan aralı saxladıqlarını hiss etmişdir. Bundan sonra isə onlarla heç bir əlaqəsi olmamışdır. Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsinin bu günkü günə real qiyməti barədə heç bir məlumatı yoxdur. Həmin yerə baxan zaman Əlirza həmin yeri 80.000 manata satdığını demişdir. Təxmini bildiyinə görə həmin vaxta yerin qiyməti 100-120.000 manat arası olardı. Əlirza da işə görə pul lazım olduğundan yeri dəyərindən ucuz satdıqlarını dediyi üçün həmin yeri almışdır. İsmayıl və Əlirza adlı şəxsləri tanışı Abbasın vasitəsi ilə tanımışdır. Şahid10 tanımamışdır. Həmin yerə tanışı Abbasın vasitəsi ilə getmiş və orada Əlirza adlı şəxs həmin yerin dayısı Bayrama məxsus olduğunu və satdıqlarını bildirmişdir. Lakin, Bayramı görməmişdir. Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsini 53 saylı Notariat kontorunda Akif adlı şəxsə satan zaman ona bu adamların özlərini şübhəli aparmaları, yerin sahibi olan Bayramın Ukrayna Respublikasında olduğunu desələr də əslində Bakıda olmasını öyrənməsi barədə bir söz deyibdeməməsi ilə bağlı göstərmişdir ki, bu barədə ona heç bir söz deməmişdir. İstintaq materiallarından onun Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən 77.9 m2 qeyri-yaşayış sahəsini aldıqdan sonra Əlirzagil özlərini şübhəli apardıqlarına görə pulunu tələb etməsinin görünməsi, Əlirza da ona həmin yeri başqasına satacaqlarını dedikdə onunla razılaşaraq alqı-satqıda iştirak edib pulunu götürməsi, Əlirzagilin özlərini şübhəli aparmalarını və həmin yerlə bağlı nəyinsə qaydasında olmadığını bilməsi halda nəyə görə alqı-satqı zamanı yeri alan Zərərçəkmiş şəxs heç bir məlumat verməməsi ilə bağlı göstərmişdir ki, həmin zaman sadəcə verdiyi pulu geri almağı düşünmüşdür. Həmçinin Əlirzagilin alverinə müdaxilə etmək istəməmişdir. Bundan əlavə konkret olaraq yerin saxta etibarnamə ilə satılmasını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə verdiyi ifadəsində isə göstərmişdir ki, istintaqa daha əvvəl verdiyi ifadələrini xatırlamır. Şahid1 ifadəsində 2017-ci ilin yanvar ayında Şahid10 məxsus ünvan 5 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs faizə pul alınacağı üçün onun adına rəsmiləşdirilməsi, həmin obyektə görə ona pul verməməsi, obyektin satılmasına köməklik etmək üçün aralarında 5.000 manat ona verilməsi ilə bağlı razılaşma olması, bunu təsdiq edəcək nüans isə obyekt adına keçərkən obyektə görə pulu öz hesabından notariusun hesabına köçürülməsi, daha sonra isə pulun yenidən onun hesaba qayıtması, Şahid10 məxsus obyekt Zərərçəkmiş şəxs satıldıqdan sonra 60.000 ABŞ dolları pulu onun götürməsi, həmin pulu götürdükdən sonra 20.000 ABŞ dollarını özünə götürməsi, qalan pulu isə Əlirzaya verməsi ilə bağlı göstərmişdir ki, Şahid1 dedikləri tamamilə yalandır. Belə ki, əvvəlki ifadələrində göstərdiyi kimi obyekti qanuni şəkildə almışdır. Həmin obyektə görə 65.000 manat notariusun hesabına əlbəəl nağd qaydada X9 rayon filialına ödəmişdir. Həmin pulu da obyekti satan İsmayılla Əlirza götürmüşdür. Onlar elə bütün söhbətlərdə bir yerdə olmuşlar. Eyni zamanda Şahid1lə hər hansı bir razılaşma olmamışdır. Əlirza ona şər atır. Özünü məsuliyyətdən yayındırır. Onun obyekti saxta yolla almasından məlumatı alan və satan zaman olmamışdır. Nərimanov rayon prokurorluğuna izahatında və eyni zamanda xx.xx.2017-ci il tarixli ifadəsində obyekti aldıqdan sonra obyektin açarlarını dəyişmək istəyən zaman bir nəfər şəxsin ona yaxınlaşaraq işıq idarəsinin əməkdaşı olduğunu və yerin sahibi Bayramın 2-3 gün əvvəl işıq pulundan bir hissəsini ödədiyini, qalan hissəsini isə bir neçə günə ödəyəcəyini deyərək ondan ödəyib ödəməyəcəyini soruşması, bu zaman ilişib qalması, belə ki, Əlirzanın ona dayısı Bayramın Ukrayna Respublikasında yaşadığını və Bakı şəhərinə gəlmədiyini deməsi, işıq idarəsinin əməkdaşına bu obyektin ona məxsus olduğunu, bu yeri bir neçə gün əvvəl aldığını deməsi, həmin əməkdaşın isə bunun necə baş verdiyini, 1-2 gün əvvəl Bayram müəllimin özünün bura gələrək ödəniş etdiyini deməsindən sonra əsəbləşməsi və Əlirzagilin nəsə oyun çıxartdıqlarını başa düşməsi, sonra isə Abbasla əlaqə saxlaması və Siracla Əlirza ilə Nərimanov rayonunda yerləşən çayçıda görüşməsi, Əlirzadan bu barədə soruşduqda Əlirza belə bir şeyin ola bilməyəcəyini, səhvlik olduğunu deməsi, həmin zaman İsmayıl da oraya gələrək Bayramın dayıları olduğunu, narahat olmamağını, dayısının burda yaşamadığını, onun stopu olduğuna görə Ukrayna Respublikasından çıxa bilmədiyini deməsi, bu zaman aralarında mübahisə yaranması və onlara bu işdən şübhələnməsini, ona haram yer lazım olmadığını, pulunu qaytarmalarını və yerlərini götürmələrini bildirməsi, bu zaman Əlirzanın ona məbləğin üstünə 20.000 manat da qoyarsa dayısı ilə danışıb bu söhbəti bağlaya biləcəyini deməsi, bir daha etiraz edərək bu yeri istəmədiyini deməsi, həmçinin Bayramın telefonunu danışmaq üçün istəsə də onlar Bayramın telefonunu verməyərək onun iş adamı olduğunu, danışmağa imkanı olmayacağını demələri, yenidən sözlə mübahisə edib və 2-3 gün ərzində pulunu qaytarmalarını və yeri kimə istəyirlərsə vermələrini bildirməsi, vaxt çatdıqda yenidən Əlirzaya zəng vurub onunla görüşərək pulunu tələb etməsi, Əlirza yekə-yekə danışdıqda yenidən aralarında sözlə mübahisə yaranması, sonra Əlirza dayısının o yeri öz həkim tanışına satdığını, onlara bir gün vaxt verməyini deyərək açarı ondan istəməsi, Əlirzaya etiraz etməyib açarı verməsi, ertəsi gün zəng vuraraq Yasamal rayonunda yerləşən 53 saylı notariusa gəlməyini bildirməsi, Abbasla danışıb onunla birlikdə notariusa getməsi, oraya çatdıqda orada Sirac, Əlirza, yeri almaq istəyən Akif adlı şəxs və Ruslan adlı maklerin olması, sənədləri təqdim etməsi və sənədlər yoxlanıldıqdan sonra alqı-satqı müqaviləsi bağlanması, yeri təxminən 60000-65000 ABŞ dollarına satılması, pul bankdan götürdükdən sonra verdiyi 69.835 manatı dollara çevirib ona verilməsi, qalan pulu isə Ruslanın götürməsi barədə göstərdikləri ilə hazırki ifadəsində isə obyektin qanunsuz yolla satılmasından məlumatı olmadığını göstərməsi ilə bağlı ziddiyyətlərlə əlaqədar göstərmişdir ki, Nərimanov rayon prokurorluğuna verdiyi izahat və ifadə zamanı əsəbi olduğundan ifadəni oxumamış imzalamışdır. Tam səmimi olaraq göstərir ki, Şahid1 2016-cı ilin dekabr ayında dostu Abbas vasitəsilə tanımışdır. Dostu Abbas həm makler kimi fəaliyyət göstərir, həm də avtomaşın alqı-satqısı ilə məşğul olur. Belə ki, özünə məxsus avtomaşını onun işlədiyi “057” avtosalonuna satışa qoymuşdur. Münasibəti də oradan yaranmışdı. 2016-cı ilin dekabr ayında Abbasla görüşlərinin birində Abbas Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsi olduğunu, “əlim yandıda” satıldığını, deyərək həmin obyekti almaq istəyib-istəmədiyini soruşmuşdur. Abbas ona obyekti satanların Siracın qonşusu olduğunu demişdir. Həmin obyekt qonşusunun dayısının obyektidir. Sirac adlı şəxsi həmin söhbətə qədər tanımışdır. Belə ki, onu bir dəfə Abbasın yanında görmüşdür. Abbasın dediyinə görə o “Kia RİO” markalı maşını satmaq üçün turbo.az saytına yerləşdirəndə Siracın xoşuna gəlmiş və həmin maşını elə Sirac almış, münasibətləri də ordan yaranmışdı. Abbasla Siracın görüşlərin birində orda iştirak etmişdir. Amma Siracla münasibəti olmamış, ümumiyyətlə hər hansı bir əlaqələri olmamışdır. Siracı Abbasın yanında görmüşdür. Amma münasibət yaratmasa da, bilmişdir ki, həmin şəxs Siracdır. Abbas həmin obyekti deyəndən sonra ona münasib qiymətə olarsa ala biləcəyini demişdir. Eyni zamanda Abbas ona obyekti satanların Ukrayna Respublikasından ölkəyə mal dırnağı gətirməklə məşğul olduğunu demişlər. Bir gündən sonra Abbasla həmin obyektə getmiş, obyektə çatanda oraya Siracla Əlirza gəlmişdir. Bundan sonra onlarla görüşüb obyektə daxil olub baxmışlar. Obyekt böyük ölçüdə sahəsi olmayan obyekt idi. Bundan sonra obyektin bazarda qiymətini bilmədiyi üçün ayrı-ayrı vaxtlarda üç nəfər makleri həmin obyektə baxmaq üçün gətirmişdir. Həmin vaxtı Abbas da onunla birlikdə olmuşdur. Maklerə baxdırdıqdan sonra Abbasla birlikdə gedib Nərimanov rayonu ərazisində “Köhnə BT” idarəsinin yanında çayxanada Sirac, Əlirza və tanımadığı bir iki nəfər də onların yanında olan şəxslərlə görüşmüşlər. Qiymət söhbətində razılaşma əldə edə bilməmişlər. Belə ki, Əlirza həmin obyekti 80.000 manata satmaq istəmişdir. Həmin pulun baha olduğunu demiş, ona görə də bir neçə dəfə aralarında belə görüş olmuşdur. Sonra Abbas onun yanına gələrək həmin obyekti neçiyə almaq istədiyini soruşmuşdur. Həmin obyekti Abbasa 60.000 manata ala biləcəyini demişdir. Daha sonra Abbas gedib gələrək obyekti 65.000 manata almağın mümkün olduğunu demişdir. Bir şərtlə ki, maklerin pulunu və daşınmaz əmlakın alqı-satqısı ilə bağlı xərcləri verəcəkdir. Ona Əlirzaya danışmasını, razılıq verəcəyi təqdirdə ala biləcəyini demişdir. Əlirza razılıq verdikdən sonra Abbas ona 2017-ci ilin yanvar ayının əvvəllərində zəng edərək artıq Əlirzanın razılıq verdiyini, notariusa gedib, alqı-satqı edə biləcəklərini demişdir. 2017-ci ilin yanvar ayının 13-də Abbasla birlikdə 1 saylı “Asan Xidmət” mərkəzində yerləşən ədliyyə nazirliyinin notariat kontoruna getmişlər. Orada Əlirza, Sirac və İsmayıl olmuş, sənədlərini alqı-satqı prosesinin aparılması üçün notariusa vermişlər. Notarius Aytəkin xanım sənədlərin yoxlanılmasını tanımadığı bir sarı saç qadına tapşırmışdır. Sarı saç qadın da sənədləri yoxlamışdır. Eyni zamanda obyektin sahibinin İsmayıla Ukrayna Respublikasında vermiş olduğu etibarnamənin düzgünlüyünü yoxlamaq üçün “Google” axtarış şəbəkəsində axtarıb tapmışlar və həmin notariusa zəng edib dəqiqləşdirmə apardıqdan sonra bu barədə notarius Şahid5 sənədlərin qaydasında olduğunu demişlər. Bundan sonra alqı-satqı əməliyyatının aparılmasına icazə verilmişdir. Şəkilləri çəkilərək yazılı ərizələri alınmışdır. Daha sonra ona depozitə pul qoymağı barədə məktub verilmiş, xidmətin ikinci mərtəbəsində yerləşən "xxxx" ASC-nin Nərimanov rayon filialına ödəsin. Deyilən mərtəbəyə qalxıb 65.000 manat pulu nağd şəkildə əlbəəl bankın işçisinə vermişdir. O, da notariusun depozit hesabına mədaxil etdikdən sonra aşağı düşmüşlər. Sənədlər hazırlandıqdan sonra imzalanmış və İsmayıla pulu götürməsi üçün qəbz vermişlər. Notariusdan çıxdıqdan sonra Əlirza obyektə olan əşyaları boşaltmalı olduqları üçün bir-iki günlük açarı ona verilməsini istəmiş, Əlirzaya etiraz etməyərək açarları ona vermişdir. İki-üç gün keçdikdən sonra Abbasa zəng edib Əlirzadan açarları almasını bildirmiş, eyni zamanda Əlirzaya özü də zəng edib açarları qaytarmasını istəmişdir. Lakin Əlirza müxtəlif bəhanələr gətirib vaxt qazanmış, daha sonra növbəti dəfə zəng edəndə Əlirzaya zəng çatmadığını görmüşdür. Abbasa zəng edib bu barədə bildirmiş, Abbas ona narahatçılıq olmadığını demiş, Abbas da Siraca zəng edib bu barədə dedikdən sonra Siracla birlikdə Əlirza “Zorge” parkına gəlmişlər. Əlirzadan açarı istədikdə Əlirza problem yarandığını, belə ki, dayısı obyektin ucuz satılmağından narazılıq etdiyini, ona görə obyekti qaytarmasını, ya da ki, obyektə görə əlavə 40000-50000 manat da əlavə pul verməsini bildirmişdir. Əlirzaya obyektə görə pulu verib aldığını və obyekti geri qaytarmayacağını acıqlı şəkildə bildirmişdir. Əlirza onlardan aralanıb telefonla danışaraq daha sonra ona yaxınlaşıb telefonda olan şəxslə danışması üçün ona uzatmışdır. Əlirzadan telefonda olan şəxsin kim olduğunu soruşduqda o dayısı olduğunu ona görə danışmağını demişdir. Telefonu götürüb həmin şəxslə danışanda həmin şəxs Əlirzanın dayısı olduğunu desə də, adını deməmişdir. Amma onun adını sənəddə Bayram kimi gördüyünə görə telefondakının Bayram olduğunu düşünmüşdür. Həmin şəxs obyektin ona məxsus olduğunu, lakin obyektin ucuz satıldığını, ona görə də obyektə görə əlavə pul verməyini, ya da obyekti geri qaytarmağını demişdir. Həmin şəxsi obyekti dediyi qiymətə razılaşıb aldığını, obyektin artıq adına olduğunu və heç kimə verməyəcəyini demişdir. Bundan sonra telefonu Əlirzaya qaytarıb daha danışmaq istəmədiyini demişdir. Bundan sonra Əlirza ona pis vəziyyətdə qaldığını demiş, Əlirzaya obyekti onun dediyi qiymətə aldığını demişdir. Bundan sonra öz nömrəsinə gizli nömrələrlə zənglər gəlməyə başlamış, telefonu götürdükdə adını bilmədiyi və tanımadığı bir şəxs özünü Ukrayna Respublikasında yaşadığını və həmin obyektin dostunun dayısına məxsus olduğunu deyərək obyekti xoşluqla qaytarmağını bildirmiş, mədəni formada onu hədələyərək iki uşağının olduğunu ona mətnaltı xatırlatmış, kriminal aləmin adamı olduğunu görüb bu hədəsindən qorxmuşdur. Daha sonra Abbasa zəng edib bu barədə demiş və Əlirzaya ona hədə-qorxu gəlməsi barədə zəngləri yığışdırmasını çatdırmasını bildirmişdir. Abbas da narahat olmamağı Əlirzayla söhbət edib məsələni yoluna qoyacağını demişdir. Bundan sonra Abbas gedib Əlirza ilə görüşüb gəlmiş və bütün söz-söhbət obyektin ucuz satılmağına görə olduğunu və dayısı Əlirzanı buna görə pis vəziyyətə qoyduğunu, obyektdə halallıq olmalı olduğunu demişdir. Abbas Əlirzanın obyektə çəkdiyi xərclərin hamısını qaytaracağını dediyini ona bildirmişdir. Gedib evdə atası və anası ilə bu barədə məsləhətləşmiş, halallıq olmayan obyektin alınmasının tərəfdarı olmadığını bildirmişlər. Bundan sonra razılaşmış, Abbasla yenidən görüşmüşlər. Abbasa çəkdiyi xərclər qarşılanmaqla obyektin qaytarılmasına razı olduğunu bildirmişdir. Bundan sonra Abbas Əlirza ilə danışdıqdan sonra onun yanına gəlib səbrli olmasını bir neçə günə pulunu gətirib qaytaracağını demişdir. Eyni zamanda Abbas Əlirzanın obyekti dayısının dostuna girova qoyub faizə pul götürəcəyini, obyekti satmayacağını demişdir. Səhv etmirəmsə 2017-ci ilin yanvar ayının axırlarında Əlirza “Zorge” parkında oturduğu çayxanaya gələrək ona 65.000 manat pul qaytarmışdır. Əlirza ona pulu qaytararkən orada Abbas da olmuşdur. Eyni zamanda Əlirza alqısatqı zamanı çəkdiyi xərcləri də sabah qaytaracağını demişdir. Belə ki, sabah notariusda görüşüb alqı-satqı həyata keçirəciləcəkdi. Ertəsi gün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariusa getmişlər. Oraya Ramin, Elvinlə getmişdir. Abbas isə öz maşını ilə gəlmişdir. Əlirza isə Siracla gəlmişdi. Əlirza şəxsiyyət vəsiqəsini alqı-satqı aparılması üçün verməsini demiş, o da şəxsiyyət vəsiqəsini Əlirzaya vermiş, Əlirza içəri keçmiş, təxminən 10 dəqiqədən sonra Əlirza və makler Şəkili Ruslan çölə çıxmışlar. Şəkili Ruslanı orada birinci dəfə görmüşdür. Əlirza ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsində evli yazıldığı üçün yoldaşının razılıq ərizəsi lazım olduğunu demiş, bundan sonra evə qayıdıb həyat yoldaşını götürüb “Olimp”-in yanındakı notariusa aparıb oradan razılıq ərizəsi almışlar. Daha sonra həyat yoldaşını evə qoyub yenidən 53 saylı notariusa gəlmişlər. Razılıq ərizəsini Əlirzaya vermişdir. Əlirza da həmin ərizəni Ruslana vermişdir. Obyekti alan Akif adlı şəxs isə arada notariusun qapısından çıxıb çölə baxıb içəri keçmişdir. Daha sonra imza etmək üçün onu içəri çağırmışlar. İmzanı alqı-satqı müqaviləsinə çəkmiş, obyekti alan Zərərçəkmiş şəxsla şəkilləri çəkildikdən sonra bəzi sənədlərə imza etmişlər. Daha sonra kassaya yaxınlaşdıqdan sonra kassadan ona sənəd vermişlər. Həmin sənədi imzalayıb özlərinə qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs pulları sayıb qatlama ilə bağlayıb Ruslana vermişdir. Ruslan da həmin pulları pul sayan aparatdan keçirtdikdən sonra klyoka qoymuşdur. Həmin vaxtı Əlirza ilə şəkili Ruslan obyektin girov qoyulması və əvəzində faizə pul verməsi ilə bağlı söhbətlər aparmışlar. Həmin vaxtı obyekti Əlirzanın Akifə satmadığını, sadəcə girova qoyub pul götürdüyünü başa düşmüşdür. Belə ki, X28 əvvəlcədən faizin pulunu götürəcəyini demişdir. Ruslan Akifin nə qədər pul götürəcəyini deməsini də eşitməmişdir. Daha sonra çölə çıxaraq Abbasa, çəkdiyi qalan xərcləri vermələrini bildirmişdir. Abbas da içəri keçib qayıtdıqdan sonra narahat olmamasını, əvvəlcə Akifin faizə verdiyi puldan faizin ilkin ödənişi kimi Akifə müəyyən məbləğdə pul qaytarmalı olduğunu, onu qaytardıqdan sonra qalan puldan yerdə qalan xərc çəkdiyi 5.000 ABŞ dolları Abbasa makler haqqı kimi verdiyi pulu, 4136 manat isə alqı-satqı ilə bağlı vergi və sığorta xərclərini geri qaytaracağını demişdir. Daha sonra Əlirza, Ruslan, Akif notariusdan çıxmışlar. Akif notariusda çox rahat hərəkət etmiş, elə bil notariusla münasibətləri çox yaxşı olmuşdur. Çünki alqı-satqı olarkən pul bir gün ərzində bankda qalmalı olduğu halda elə həmin gün pul notariusdakı bankdan çıxmışdır. Onlar notariusdan çıxdıqdan sonra Zərərçəkmiş şəxs idarə etdiyi “Land Cruiser” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişdir. Həmin vaxtı Akifin maşınında dostu da olmuşdur. Notariusda olarkən onu görməmişdir. Dostunu həmin vaxtı maşında görmüşdür. Onun yanında isə Akifin maşınında şəkili Ruslan oturmuşdur. Pul klyokda Ruslanın əlində olmuşdur. Pul notariusdan çıxanda Şəkili Ruslan da olmuşdur. Sirac və Əlirza isə göy rəngli “Niva” maşında gəlmişlər. Onun arxasınca isə Abbas öz maşınında gəlmişdir. Birlikdə Badamdarda “Çənlibel” restoranına getmişlər və orada maşınlardan düşüb pilləkanla restoranın ikinci mərtəbəsinə qalxmışlar. Orada Akif, şəkili Ruslan, Əlirza olmuşdur. Sirac aşağıda Nivada Əlirzanı gözləmişdir. Abbas isə hələ yuxarı qalxmamışdır. Həmin vaxtı Əlirza telefonla danışmaq üçün qırağa çəkilmiş, amma onları görmüşdür. Həmin vaxtı Akif pulu götürüb bağlamadan bir neçə ayın faizinin ilkin ödənişini götürmüş və şəkili Ruslana puldan çıxdığını, Əlirzaya deməsini bildirmişdir. Şəkili Ruslan isə Akifə narahat olmamasını demişdir. X29 çox yaxın münasibətləri var idi. Əlirza da Akifin puldan götürməsini gözləri ilə görmüşdür. Bundan sonra Əlirza telefonla danışıb qurtardıqdan sonra ona pulunu verməsini bildirmişdir. Əlirza isə narahat olmamasını demişdir. Daha sonra şəkili Ruslan və orda bir nəfər şəxslə pulu götürüb kabinetə keçən vaxtı Əlirza pul əlində onlarla söhbət edib gələcəyini bildirmişdir. Bundan sonra onlar kabinetdən qayıtdıqdan sonra Əlirza 5.000 ABŞ dolları pulunu vermişdir. Lakin 4136 manatını qaytarmamışdır. Pilləkanla aşağı düşüb Abbasa bu barədə demiş, Abbas da yuxarı qalxıb danışıb qurtardıqdan sonra narahat olmamağını, Əlirzada pulun dollarla olduğunu, həmin pulu manata çevirib qaytaracağını demişdir. Onunla razılaşıb oradan ayrılmışlar. Bundan sonra həmin gün bir neçə saat sonra Əlirza Abbasa zəng edib pulun qalan hissəsini də qaytarmaq istədiyini demiş, Abbas da ona bu barədə demişdir. “Zorge” parkında çayxanada görüşmüşlər və Əlirza orada ona 4136 manat pul vermişdir. Bundan sonra aralarında münasibət tamamilə kəsilmişdir. Bundan bir neçə ay sonra 2017-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini demiş, onunla razılaşaraq “Drujba” kinoteatrının yaxınlığında Bakıxanov küçəsində 9 mərtəbənin qarşısında görüşmüşlər. Akif Əlirzanın yerini soruşaraq onu tapa bilmədiyini demişdir. Akifə Əlirza ilə əlaqəsinin olmadığını onunla Abbas vasitəsilə o vaxtı obyekt alqı-satqısında münasibət qurduğunu, ondan sonra isə əlaqəsinin olmadığını demişdir. Akif bildirmişdir ki, onu narahat etməsinə səbəb isə Əlirzanı neçə ay olar ki, tapa bilməməsidir. Amma Akifin sözündən əvvəlcədən faizə verdiyi pulun bir neçə ayını Əlirzanı aldığına görə Əlirzanı axtarmadığını başa düşmüşdür. Amma faizə verdiyi pulun vaxtı çatdığına görə Əlirzanı axtarmağa başlamış, lakin tapa bilməmişdir. Akif həmçinin buna görə aldığı obyektə getmiş, orada başqa bir şəxslə qarşılaşmışdır. Həmin şəxs obyektin ona məxsus olduğunu demişdir. Akif Əlirzanın həmin obyekti saxta sənədlə satdığını, bununla bağlı prokurorluqda araşdırma getdiyini, ora çağıranda faiz söhbətini izahatlarında qeyd etməməsini bildirmişdir. Akiflə razılaşaraq bu söhbətin ona aidiyyəti olmadığını demişdir. Obyektin ona saxta yolla satılmasından 2017-ci ilin yay ayında Akiflə qeyd etdiyi görüşdən sonra Akifin deməsindən sonra məlumatı olmuşdur. Buna qədər isə məlumatı olmamışdır. Eyni zamanda Şahid1, Şahid2lə hər hansı bir əlbirliyi olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2017-ci ilin aprel ayının ortalarında çayxanada oturan zaman Şəkili Ruslan adlı tanışı söhbət zamanı bildirmişdir ki, əlimyandıda olan obyekt satılır. Həmin obyekti Şahid4 vasitəsi ilə almışdır, obyekt onun olmamışdır, amma obyekti o göstərmişdir. O da həmin vaxt qızı üçün almağa obyekt axtarırmış. Qiymətini soruşanda demişdir ki, gedib danışaq. Şahid4 bir nəfərə zəng vurub danışmış, Nərimanov rayonunda həmin obyektin qarşısına gəlmişlər. Adları Əlirza və İsmayıl olan iki nəfər gəlmişdir. Obyekti açmışlar, baxıb görmüşdür ki sərf edir, sənədlərin harda olduğunu soruşmuşdur. Onlar çıxarışı çıxardıqdan sonra baxmışdır ki, Təqsirləndirilən şəxs adı yazılıb. O, çıxarışın onların adına olmadığını bildirmişdir. Əlirza demişdir ki, Ruslan bacısı oğludur, obyekti satmağı onlara həvalə etmişdir. Qiymətini soruşanda 80000 dollar olduğunu demişdir. O da bildirmişdir ki, həmin qiymət ona sərf etmir. Demişdir ki, ona 55-60 min civarında sərf edir. O da vaxt istəmiş, bacısı oğlu ilə danışıb bir söz deyəcəyini söyləmişdir. Bir gün sonra Əlirza zəng vurub demişdir ki, bacısı oğlu obyekti 60000 dollara satmağa razılıq vermişdir. Obyekti yoxlatdırıb görmüşdür ki, təmizdir, yüklülüyü yoxdur. Əlirza demişdir ki, iki günə gedib notariusda alqı-satqını həyata keçirək. O zamana kimi o, Ruslanı görməmişdir. O demişdir ki, bütün işlərini 53 saylı notariusda görür. Razılaşmış, yanvar ayının 24-nə danışmışlar. Alqı-satqı notariusda olmuşdur. Səhər saat 11-də ora gələndə Təqsirləndirilən şəxs və iki nəfər dostu da gəlmişdir. Notariusda Əlirza ilə Ruslan arasında çox yaxın münasibət olmuşdur. Əlirza deyəndə ki, Ruslan mənim bacım oğludur, Ruslanın heç bir reaksiyası olmamışdır. Notariusa girmiş, Səma adlı xanımın yanına gəlmişlər. Orada sənədlərə baxanda Ruslan evli olduğuna görə demişdirlər ki, ailə üzvlərinin razılığı olmalıdır. Ruslan getmiş, sənədləri, razılıq ərizələrini düzəldib gətirmişdir. Səma xanım demişdir ki, pul banka oturmalı, bir gün bankda qalmalıdır və səhəri günü pulu götürə bilərsiz. Əlirza çölə çıxmış, ya Ruslanla ya da başqas ilə danışıb gəlib demişdir ki, vergiyə borcları var, imkan varsa beh müqaviləsi bağlayaq, pulun bir hissəsini indi ver, qalanını isə sonra verərsən. Onun üçün fərqi olmamışdır, onsuz da o pulu verəsi idi. Səma xanımın yanına gəlmiş, o da bildimişdir ki, belə qeydiyyata almaq olar. Mədaxil orderinə o, məxaric orderinə isə Təqsirləndirilən şəxs qol çəkmişdir. Həmin obyektə görə 111300 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs 37000 pulu həmin gün kassadan götürmüşdür. Səhəri günü saat 12-də alqı-satqı müqaviləsi bağlanmış, o kassaya yaxınlaşıb pulu Muğan bankının Nəsimi filialına mədaxil etmişdir. 24 yanvarda Muğanbankın notariusdakı şöbəsinə beh müqaviləsinə əsasən qoyulmuş 37100 manat pulu Ruslan və Əlirza götürmüş, yanvarın 25-də notariusun depozit hesabında olan 74200 manatı da Təqsirləndirilən şəxs götürmüşdür. Bu pulları o 24 yanvarda hesaba qoymuşdur. Oradan çıxdıqdan sonra uşaqlar demişdirlər ki, halallıq ver, obyekt almısan qonaqlıq ver. Kafeyə getmişlər, Ruslan demişdir ki, uşağı məktəbdən götürməyə getməlidir. 3-4 gündən sonra gedib obyektə baxmış, sonra müalicəyə getmişdir. Qayıdıb gəlmişdir ki, artıq təmir işlərinə başlasın, yay ayları olmuşdur. Obyektə gəlib, qapıya açarı salanda görmüşdür ki, qapı açılmır, təqribən iyul ayı idi. Baxmışdır ki, elan vurulub yazılmışdır ki, satılır, kirayəyə verilir. Zəng vurub reklamdakı nömrəyə demişdir ki, obyektə görə zəng vurur, görüşmək istəyir. Ona demişdir ki, Şəmkirdə toydadır. O demişdir ki, bu obyekt başqa adamın adınadır, siz necə sata bilərsiz, əlində çıxarış olduğunu bildirmişdir. O da demişdir ki, birinci gün gələcək, görüşərik. Birinci gün həmin şəxs gəlib görüşmüş, qalxıb yuxarıdan öz çıxarışını göstərmişdir ki, 2010-cu ildən obyekt bu adamın adına olmuşdur. O, demişdir ki, obyekti Əlirza ilə İsmayıla kirayəyə vermiş, onlar da həmin adamdan şəxsiyyət vəsiqəsinin surətini Səhiyyə Nazirliyindən lisenziya götürmək adı ilə ondan götürmüş, dublikatını çıxarıb obyekti satmışlar. Həmin adamlardan şikayət edəcəyini söyləmişdir. O isə şikayət etməyəcəyini demişdir. Bu şəxs həmin günü gedib öz vəkili ilə şikayət etmişdir. Bir neçə gün sonra Nərimanov rayon prokurorluğundan zəng gəlmiş, demişdir ki, müstəntiqdir. Ora gedib izahatını vermiş, çıxarışını göstərmişdir. O, zəng vurub Ruslana demişdir ki, sənədləri gətir, saxtakarlıq ortaya çıxıb. Ruslan sənədin saxta olmasından xəbərinin olmadığını demişdir. Sonra ASAN xidmətə getmiş, orada notariusun böyüyü ilə görüşmüşdür, o arxivi qaldırmışdır. Çıxarış dublikat idi, çıxarışın əsli Bayramda olmuşdur. Çıxarmışdırlar ki, Ruslanla Əlirza və İsmayıl arasında alqısatqı dublikat vasitəsi ilə aparılmışdır. Müstəntiq İsmayıl müəllim onu da, Ruslanı da çağırıb ifadələrini almışdır. Sonra ona demişdir ki, Əlirza ilə İsmayılın ölkədən çıxışına stop qoyulmuş, Nərimanov polis idarəsi tərəfindən axtarış elan olunmuşdur. Tapılana kimi işin icraatını dayandırmışlar, tutulandan sonra işi bərpa edəcəklərini söyləmişdir. Bir müddət keçmiş, müstəntiq zəng vurub demişdir ki, İsmayılla Əlirza tutulmuşdur. İşi korrupsiyanın onlardan aldığını, işin korrupsiyada aparılacağını demişdir. O, korrupsiyaya dəvət olunmuş, necə lazımdı ifadəsini vermişdir. Bakı Ağır Cinayətlər məhkəməsində iş gedərkən bu işin üstü açılmış və oma məlum olmuşdur ki, Ruslan obyektin qarşısında işıq idarəsinin əməkdaşı ilə qarşılaşarkən Ruslana obyektin Bayrama məxsus olmasını deyəndə Ruslan zəng vurub Əlirza və İsmayılla görüşmüşlər, onlar da Ruslana demişlər ki, onlara vaxt versin, müştəri tapdıqdan sonra obyekti satıb onun pulunu qaytaracaqlar. Sonda aldanan o olmuşdur. 111300 manatdan bir manat da ona qaytarılmamışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ********* saylı və hazırkı cinayət işi üzrə ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ev 9-da yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı danışıqları Şahid1 və Şahid2lə aparmışdır. Həmin danışıqları Şahid4 iştirakı ilə aparmışdır. Belə ki, şəkili Şahid4 onunla görüşləri zamanı Nərimanov rayonu ərazisində “əlimyandıda” obyektin satıldığını, həmin obyekti almaq istəyib-istəmədiyini soruşmuşdur. Obyektə baxıb qiymət münasibət olduqdan sonra ala biləcəyini demişdir. Bundan sonra şəkili Ruslanla birlikdə həmin obyektin yerləşdiyi əraziyə gedib baxmış, orada Əlirza və Şahid2 də olmuşdur. Obyektə baxdıqdan sonra həmin obyektin ipotekada olub-olmamasını yoxlamaq üçün onlardan obyektin çıxarışını istəmiş, Əlirza obyektin çıxarışını ona təqdim edəndə obyektin Təqsirləndirilən şəxs adına olduğunu görmüşdür. Bu barədə onlardan soruşanda Əlirza ilə İsmayıl Təqsirləndirilən şəxs onun bacısı oğlu olduğunu, obyekti onun satdığını demişlər. Onlar isə bacısı oğluna həmin obyektin satılmasına köməklik edirlər. Bundan sonra çıxarışı yoxlatmış və obyektin sənədləri tam qaydasında olduğunu, ipoteka ilə yüklü edilmədiyini, üzərində hər hansı məhdudiyyət olmadığını görmüşdür. Əlirzagillə obyektin 60.000 ABŞ dollarına satılması barədə razılığa gəlmişlər. Belə ki, Əlirza obyektin satılması ilə bağlı bacısı oğlu Ruslanla danışıb bildirəcəyini demiş, Əlirza da bundan sonra ona həmin qiyməti demişdir. xx.xx.2017-ci il tarixdə özü tək “Land Cruiser” markalı avtomaşını ilə 53 saylı notariusa getmişlər. Belə ki, bir gün əvvəlcədən onlara həmin notariat kontoruna gəlmələrini bildirmişdir. Ora çatanda orada Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və şəkili Ruslan olmuşdur. Təqsirləndirilən şəxs ona qədər görməmiş və telefonla belə əlaqə saxlamamışdır. Bundan sonra Təqsirləndirilən şəxslə notariat kontoruna daxil olmuşlar. Notariat kontorunda notarius Səma xanımın yanında olmuşlar. Orada Səma xanım sənədlərin düzgünlüyünü yoxlamış, həmin vaxtı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində evli yazıldığından həyat yoldaşının razılığı lazım olmuş, buna görə də o gedib başqa notariat kontorunda həyat yoldaşını aparıb razılıq ərizəsi alıb gətirmişdir. Bundan sonra alqı-satqı baş tutmuş və Səma xanım pulun bir gün depozitdə qalacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs Əlirza ilə beh barədə söhbət etmişlər. Notarius beh müqaviləsi ilə pulu həmin gün götürməyin mümkün olduğunu demiş, ona görə ilkin olaraq beh müqaviləsində nəzərdə tutulan 37.100 manat pulu “Muğanbank ASC-də notarius Səma Ələkbərovanın bank hesabına ödəmiş, bundan sonra isə 74200 manat pulu da notariusun həmin hesabına ödəmişdir. Beh müqaviləsində nəzərdə tutulan pulu Təqsirləndirilən şəxs həmin gün götürmüşdür. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra oradan ayrılıb öz işlərinin dalınca getmişlər və həmin gün görüşməmişlər. Ertəsi gün yəni xx.xx.2017-ci il tarixdə notariusda görüşmüşlər. Alqı-satqı müqaviləsi imzalanmış və pulun qalan hissəsini yəni 74.200 manat pulu Təqsirləndirilən şəxs kassadan məxaric orderi ilə qəbul etmişdir. Bundan sonra obyektin açarını götürüb oradan ayrılmışdır. Həmin gün onlarla görüşməmişlər. Ertəsi gün Əlirza ona zəng vurub obyektdə borular olduğunu, onları götürmək istədiyini demiş, həmin gün də gəlib boruları götürmüşdür. Daha sonra obyektə dair çıxarışı 2017-ci ilin mart ayında müraciət etmişdir. Daha sonra müalicəyə getmişdir. 2017-ci ilin yay ayında isə obyektin saxta yolla Təqsirləndirilən şəxs satıldığını, onun tərəfindən də obyektin ona satıldığını öyrənmişdir. Bundan sonra obyektin əvvəlki sahibi Şahid10 məhkəməyə müraciət edib çıxarışın etibarsızlığına dair Nərimanov rayon məhkəməsində iddia ərizəsi qaldırmış, məhkəmənin qətnaməsinə əsasən çıxarışın etibarsız sayılması barədə qərar çıxmış, bundan sonra həmin məhkəmə qərarından apellyasiya məhkəməsinə şikayət verərək ödədiyi əqdin qayıtması barədə iddia ərizəsi qaldırmışdır. Bakı Apellyasiya məhkəməsi iddianı təmin etmiş, Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən Ali məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə iddianı qəbul etmədən Bakı Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq işi icraya yönəltmişdir. Belə ki, məhkəmənin qərarına əsasən 111.300 manat Təqsirləndirilən şəxs tutulub ona qaytarılmalı olmuş, icra Yasamal rayon icra şöbəsinə yönəltmişlər. Təqsirləndirilən şəxs həmin şöbəyə dəvət olunmuş, həmin pulu 6 ay ərzində ödəyəcəyi barədə söz vermişdir. İstintaq sənədlərindən Şahid1 obyekti ona girov kimi qoyularaq faizə pul götürülməsinin görünməsi ilə bağlı göstərmişdir ki, yalandır, bu ona qarşı atılmış şərdir. Obyekti pul verib qanuni şəkildə almışdır. İş materiallarından alqı-satqıdan əldə olunmuş pulun Şahid1 çatdığının göründüyü ilə bağlı göstərmişdir ki, alqı-satqı müqaviləsi bağlanan zaman pulu kassadan Təqsirləndirilən şəxs götürmüşdür. Bankın kassa mədaxil orderinə özü, kassa məxaric orderinə isə Təqsirləndirilən şəxs imza edərək pulu götürmüşdür. Obyektin saxta üsulla satılmasını öyrəndikdən sonra Təqsirləndirilən şəxs 2017-ci ilin yay ayında zəng vuraraq görüşmüş, Ruslan ona həmin obyekti “Asan Xidmət”-də aparılmış əməliyyat zamanı aldığını, həmin vaxtı da heç bir problem olmadığını öyrənmişdir. Ona obyektin saxta üsulla ələ keçirildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsinin surətini alıb ilkin əməliyyatın aparıldığı, yəni obyektin Təqsirləndirilən şəxs adına keçdiyi İnqilab küçəsində yerləşən “Asan Xidmət”-ə gedib orada alqı-satqının aparılması üçün sənədlərin yenidən yoxlanılmasını tələb etmişdir. Həmin alqısatqı müqaviləsində olan Ukrayna Respublikasından verilmiş etibarnaməni yoxlamalarını tələb etmiş, həmin etibarnamənin yoxlanılması üçün Ukrayna Respublikasında yerləşən notariusla əlaqə saxlanmış, orada həmin etibarnamənin qeydiyyatda olduğu bildirilmişdir. Daha sonra Nərimanov rayon prokurorluğunda araşdırma aparılarkən həmin etibarnamənin saxta olduğu və etibarnamə verilərkən Şahid10 Ukrayna ərazisində olmadığı müəyyən olunmuşdur. Alqı-satqıya dair danışıqları Şahid1 və Şahid2lə apardığını göstərdiyi halda nəyə görə alqı-satqı gününə qədər bir dəfə də olsun obyektin sahibi Təqsirləndirilən şəxslə əlaqə saxlamaması ilə bağlı göstərmişdir ki, Şahid1 və Şahid2 özlərini Ruslanın bacısı oğlu kimi təqdim etmişdirlər. Eyni zamanda Ruslana obyektin satılmasına köməklik etdiklərini ona bildirmişdilər. Obyektin sənədlərini yoxlayanda qaydasında olduğunu görmüş, buna görə də əlaqə saxlamamışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs əlavə ifadəsində istintaq sənədlərində olan "xxxx" MMC-dən götürülmüş diskə baxışdan Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə “Dede meni bıraxmırlar. 20 min vermeliyem.xafiz bilir.abyek ele senin olsun.kimese qismet olana kimi.sene olsun.220 mine verirem sene oz pulunu qotr 120 mini.100 de mene ver.xalal xoşun olsun.sexer onu xel et çalış.xalalaşaq.menede komek et.allax suvab yazar.qabaqına çıxar.” Bir boyuk qardaş kimi mene komek et.sexer ya oyanıq ya da buyanıq o(......)lmalıdı.bilmirem neyneyim.xaiş edirem komek et.umudum sense(......)n.allaxa xatir.çavanam.bir daxa xaiş edirem. Dayı xaiş edirem.qurban olum.lavarıram.150 de olsa ver.çavanam içerde çurumek istemirem.komek et.qoyde allax erde sen.meni qoyma batım. Balana qurbn.umudum sensen.yalvarıram mene komek et.vaxtım azdı.aldadıram bunları.ki qelirem.xaiş edirem komek et.” şəklində mesaj yazılması ilə bağlı göstərmişdir ki, Əlirza ilə yazılan mesajların Təqsirləndirilən şəxs aldığı obyektlə heç bir əlaqəsi yoxdur. Bu mesajlardan isə heç məlumatı yoxdur. İstintaq materiallarında olan "xxxx" diskinə baxışdan xx.xx.2017-ci il tarixdə onun istifadəsində olan mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli salam telefona cavab verməmək hörmətsizlikdir Gədirə görə bankın məsələsini həll etməmək düzğün ğərar deyil Təcili Gədirlə birlikdə ğörüşməyimiz vacibdir Vəziyyət bank tərəfindən gərginləşə bilər. Mənim agsaggal kimi borcum sizə xəbər verməkdir.” Şəklində mesaj göndərilməsinin görünməsi ilə bağlı göstərmişdir ki, həmin mesaj onun tərəfindən yazılmışdır. Belə ki, Qədirlə Əlirza arasında pul söhbəti var idi. Amma məsələni tam xatırlamır. İstintaq materiallarında olan "xxxx" diskinə baxışda xx.xx.2017-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli bu məsələ bitdi Bank son sözünü dedi Məsələ başga formada müzakirə olunacag Ayıb olsun sənə ki telefona cavab vermirsən Özünü Gədirə bərabər etdin Dostlarınla birlikdə iç üzünüzü göstərdiniz Telefona cavab verməmək kişi işi deyil Sənə böyük hörmətim var idi əfsuslar olsun Sən yaxşı oglansan Özünü onlara tay goyma Mənim işim bundan sonra Ruslanla olacag. Kişi verdiyi sözün agası.olar” Şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, bu mesajın aldığı obyektlə heç bir əlaqəsi yoxdur. Bu məsələ biznes sövdələşməsi ilə bağlıdır. Bu mövzu Əlirzanın ona biznes təklif etməsi ilə əlaqədardır. İstintaq materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017ci il tarixdə “İsmail bu nə oyundur Əli çıxarır Mən artıg.bankda müdafiə edə bilmirəm Obyekti tələb edirlər Ya açarı çatdırın ya da zamoku dəyişib obyekti götürürlər Mənə konkret bir cavab verin” şəklində mesaj yazılması ilə bağl göstərmişdir ki, Bizneslə əlaqədar Əlirzanın banka girov qoyub kredit götürmək məqsədilə başqa obyekt barədə söhbət gedir. Həmin obyekt yadında deyil, yerini bilmir, xatırlamıram. Kredit götürmək üçün bank tərəfindən obyektin kilidi ilə bağlı olduğundan baxış keçirə bilməmişlər. Ona görə Əlirza ilə əlaqə saxlamışdır. İstintaq materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə “Ruslan mən artıg bankda Əlini müdafiə edə bilmirəm. Heç kim məndən inciməsin Ya Əlidən açarı götür ya da bank polislə zamoku dəyişib obyekti təhvil götürür Mənə bir cavab ver” şəklində mesaj yazılması ilə bağlı göstərmişdir ki, Əlirzanın adına kredit götürmək istəmiş, obyektin də qapısı bağlı olduğuna görə banka göstərə bilməmişdir. Obyekti Təqsirləndirilən şəxs aldığı halda nəyə görə danışıqları Şahid1lə aparması ilə bağlı göstərmişdir ki, Əlirza ilə yazılmış mesajlar başqa obyektlə əlaqədardır. Aralarında aparılan mesajlar biznes fəaliyyəti ilə bağlıdır. İstintaq zamanı ifadəsi alınmış Şahid9 ifadəsində obyektə dair 2017-ci ilin yanvar ayında alqı-satqı olduqdan sonra “Çənlibel” restoranında olarkən pullar şəkili Şahid4la Şahid1 olmasını göstərməsi ilə bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi aparılan gün kafeni işlədən Qədir ona zəng vuraraq vergi ilə problemi olduğunu, onunla görüşmək istədiyini notariusda olduğunu demiş, Qədir ora gəlmişdir. Alqı-satqı müqaviləsi qurtardıqdan sonra yoldaşlar ondan obyektə dair qonaqlıq verməyini xahiş etmişlər. Qədirə kafedə stol açmasını, orada oturacaqlarını demişdir. Pulu bankdan Təqsirləndirilən şəxs tərəfindən alınandan sonra kimə verilməsindən xəbəri yoxdur. İstintaq materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “İsmail hörmətsizlik edib telefona cavab verməməklə iş həll olmur Məni məcbur etməyin başqa addım atmaga Telefona cavab ver obyektlə baglı sözüm var deməyə” şəklində mesaj yazılması ilə bağlı göstərmişdir ki, bütün bu mesajlaşmalar bizneslə əlaqədar söhbətdir. Bu söhbətin qeyd olunan obyektin alqı-satqısına aidiyyəti yoxdur. İstintaq sənədlərində olan "xxxx" MMC-dən götürülmüş diskdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “Əli belə hərəkətinlə heç nə əldə edə bilməyəcəksən Ganacagın olsun telefona cavab ver Obyekt onsuz da əldən gedib Mən artıq səni müdafiə edə bilmirəm Məndən incimə” şəklində mesaj yazılması, İstintaq sənədlərində olan ifadəsindən də qeyd olunan ərəfələrdə, yəni 2017-ci ilin yay ayında obyektin saxta yolla Təqsirləndirilən şəxs satıldığını, onun tərəfindən də obyektin ona satıldığını öyrəndiyini göstərməsi, 2017-ci ilin yanvar ayında aldığını göstərdiyi obyektə 2017-ci ilin yay ayına kimi getməməsi, qeyd olunan mesajlaşmalar, işdə olan ifadələr də ona obyektin Şahid1 tərəfindən girov qoyularaq faizə pul götürüldüyün göstərməsi ilə bağlı qeyd etmişdir ki, bütün bunlar ona qarşı atılan şər və böhtandır. Həmin obyekti almışdır. İfadəsində göstərmişdir ki, obyekti alqı-satqı etdikdən sonra xəstəliyi ilə əlaqədar xaricə müalicəyə getmişdir. Gələndən sonra obyektin profilini müəyyən etməkdən ötrü müəyyən məsləhətlər etmişdir. Ona görə vaxt uzanmışdır. Qeyd olunan mesajlaşmalar da həmin obyektlə bağlı deyil. Qeyd olunan mesajlaşmaların Şahid10 məxsus obyektlə bağlı deyilsə, hansı obyektlə bağlı olması barədə göstərmişdir ki, həmin obyektin ünvanını bilmir. Yadında deyil. Həmin obyektdə olmamışdır. İstintaqa ifadəsində Şahid10 məxsus obyektin alqı-satqısı zamanı pulu notariusdan Təqsirləndirilən şəxs götürdüyünü göstərməsi, lakin Şahid1lə, Şahid4la, Şahid2lə aralarında olan mesajların isə həmin pulun Şahid1 tərəfindən götürüldüyünü təsdiq etməsi ilə bağlı göstərmişdir ki, Mesajlaşmaların həmin obyektlə əlaqəsi yoxdur. Alqı-satqı notariusda aparılarkən obyektin pulunu bank vasitəsilə mədaxil orderi əsasında notarius Səma xanımın depozit hesabına köçürmüşdür. Bir hissəsini beh müqaviləsini köçürmüşdür. Pulun gələcək taleyindən xəbəri yoxdur. Yazılmış mesajlarda tez-tez bank sözündən istifadə etməsi ilə əlaqədar söhbətin hansı bankdan getməsi ilə bağlı göstərmişdir ki, yadında qalmamışdır. Mesajlaşmada “Əli mən səni artıq müdafiə edə bimirəm.” Mesajı yazmaqla Şahid1 harda müdafiə etməsi, bununla nəyi göstərmək istəməsi ilə bağlı göstərmişdir ki, mesaj tərəfindən düzgün yazılmamışdır. Bizneslə əlaqədar olan söhbətdir. Mesajlarda “obyekt onsuz da əldən gedib” yazmaqla nəyi demək istəməsi, söhbətin hansı obyektdən getməsi ilə bağlı göstərmişdir ki, biznes üçün xatırlamadığı yerdə təklif etdiyi obyektdən gedir. Qeyd olunan mesajlaşmaların mətnindən söhbətin hansısa obyekti banka girov qoyub faizə pul götürmək istəyindən getməməsi, sırf artıq girovda olan obyektin pulunun ödənilməməsi ilə bağlı məzmunu ifadə etməsinin görünməsi ilə bağlı göstərmişdir ki, mesajlaşma yerini bilmədiyi və tanımadığı obyektlə bağlıdır. Həmin obyektdə heç vaxt olmamışdır. Bundan başqa o, istintaqa ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi ilə bağlı bildirmişdir ki, həmin ərizə özü tərəfindən yazılmışdır. Belə ki, ********* saylı cinayət işi üzrə aparılmış istintaq zamanı Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid10 məxsus ünvan 5 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsini ona qarşı dələduzluq edərək külli miqdarda ziyan vurmaqla satmaları sübuta yetirilmiş, bununla bağlı Şahid1 və Şahid2 ittiham verilərək həmin ittihamda Təqsirləndirilən şəxs də əlbirliyi göstərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə də həmin ittiham öz təsdiqini tapmışdır. Yəni Təqsirləndirilən şəxs və Şahid2lə əlbir olaraq ona qarşı dələduzluq etdikləri də sübuta yetirilmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək Şahid1 və Təqsirləndirilən şəxslə əlbir olmadığını göstərmişdir. Lakin işə baxan Bakı Apellyasiya məhkəməsində də araşdırma zamanı Bakı Ağır Cinayətlər məhkəməsinin əlbirliklə bağlı mövqeyi öz təsdiqini tapmışdır. Yəni Bakı Apellyasiya məhkəməsi də Təqsirləndirilən şəxs Şahid1 və İsmayıl Nəzərliyevlə əlbir olub ona qarşı dələduzluq etdiklərini təsdiq etmişlər. Lakin məhkəmə araşdırması zamanı bildirilmişdir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar olmadığından onun adını Şahid1 və Şahid2 verilmiş ittihamda göstərilməsi Cinayət Prosessual Məcəlləsinə əsasən düzgün deyil. Eyni zamanda şərh vermişlər ki, Təqsirləndirilən şəxs əlbirliyi iş materialları ilə təsdiq olunur. Sadəcə bunla bağlı ittiham verilməlidir. Ona görə də ona əlbirliklə bağlı həmin ittiham verilənədək adı Şahid1 və Şahid2 verilmiş ittihamdan çıxarılaraq qeyriləri sözü ilə əvəz olunmalıdır. Ona görə də bu barədə qərar qəbul olunmuşdur. Məhz bu səbəbdən də Təqsirləndirilən şəxs adı qərardan çıxarılaraq qeyriləri sözü ilə əvəz olunmuşdur. Həmçinin ona qeyriləri sözünün Təqsirləndirilən şəxs özündə ehtiva etdiyi deyilmişdir. Çünki ona qarşı dələduzluq olunması epizodu üzrə konkret olaraq üç nəfərin əlbirliyi göstərilmiş, yəni verilmiş ittihamda Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və qeyriləri sözü yoxdur. Ona qarşı olan dələduzluq üzrə konkret Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs əlbirliyi göstərilmişdir. Həmin ərizəni yazmaqda məqsədi Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayətlə bağlı ittiham verilməsi ona vurmuş olduğu ziyanın ödənilməsinə köməklik edilməsi və hüquqlarının bərpası olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Ruslan notariusda Zərərçəkmiş şəxs 110000 manat civarında pul alıb. O, isə bu işlə bağlı sənədlərlə məşğul olub. O, obyekti Ruslanın adına çevirib. Alqı-satqı zamanı onlar notariusun qabağında olublar. Daha sonra restorana gediblər. Ruslan Əlirzaya pul verməli olduğu halda vermədən çıxıb gedib. O,Ruslanı maşın alveri etdikləri vaxtdan tanıyır. O, həmin obyekti Ruslanın adına qeyri-qanuni bir şəkildə keçirmişdir. Bunu etməkdə məqsəd isə başqasının adına pul götürmək olub. O, obyektin Bayram adlı şəxsə məxsus olduğunu və onun Moskvada olduğunu bildirib. O,Bayramın adından olan etibarnaməni Ukraynadan düzəldərək göndərib. Obyekt onun adına keçməli idi. Lakin proses zamanı obyekt başqasının adına keçməli daha sonra onun adına rəsmiləşdirilməli idi. Alqı-satqı zamanı notariusa qoyulan pul Ruslan tərəfindən verilmişdir. Hesaba qoyulan pulun məbləği 60000- 65000 min arası pul olub. Daha sonra Akif müəllimlə tanış olmuş, Ruslanı Akif müəllimə qohumu kimi tanış etmişdir. O,Ruslanın Akif müəllim ilə 60000 dollara razılaşdığını bildirib. Alqı-satqı prosesindən sonra onlar restoranda olublar. Ruslanın onlara pul verməli olduğunu lakin verməyəciyini bildirdiyini deyib. Əlavə olaraq bildirmişdir ki, Ruslanın həmin obyektin problemli olması ilə bağlı məlumatının olmuşdur və və kriminal aləmdən heç kim ona hədə-qorxu gəlməmişdir. Ruslan pulu notarius hesabına qoymalı, Əlirza da Ruslana 5000 pul verməli idi. Onun Ruslan ilə obyekti ona ucuz satmasına görə qaytarması barədə heç bir danışığı olmayıb. O,Ruslana etibarnamənin surətini göstərərək nə qədər pul istədiyini soruşub. Ruslan isə 5000 istədiyini bildirmiş və aralarında razılıq olmuşdur. O, etibarnamənin surəti alınmadığına görə Ukraynaya gedərək etibarnamənin əslini gətirib Ruslanın adına keçirmişdir. Onun obyekti Ruslanın adına keçirməsinə səbəb kimi ona 5000 manat veriləcəyinə inandırmaq üçün olduğunu bildirib. Ruslan əsl etibarnamə gələn zaman sənədlərin saxta olduğunu bilmişdir. Onun obyekti alqısatqı etmək üçün kifayət qədər pulu olmadığı üçün pulu olan adam axtarıb. Onun Akif müəllimlə başqa işi yəni heç bir alveri olmayıb. İbtidai araşdırma zamanı şahid (170066105 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs) Şahid1 ifadələrində göstərmişdir ki, 2015-ci ilin sonlarında dostu Tərlan onun vasitəsilə tanıdığı 4 nəfər şəxsi işə düzəltmək adı ilə 30.000 manat pul yığmış və bundan sonra qaçıb getmişdir. Həmin şəxslər də işin düzəlmədiyini görüb Tərlanı tapa bilmədikdə barəsində Nərimanov RPİ-yə şikayət etmişlər. Həmin vaxt araşdırma ilə bağlı ifadə vermiş və bu işdə əli olmadığını Tərlanın etdiyini bildirmiş, lakin zərərçəkənlər ondan Tərlana verdikləri pulu tələb etmişlər. Buna görə Tərlan barəsində 102 xidmətinə zəng edib bildirmiş, həmin il Ukrayna Respublikasına getmək istəyərkən barəsində araşdırma olduğu üçün saxlanılmış və yenidən Nərimanov RPİ-yə gətirilmişdir. Zərərçəkənlərin barəsində olan işin bağlanması üçün pul axtarmağa başlamış, belə ki, bu barədə dayısı Şahid2lə danışmışdır. Dayısı ilə məsləhətləşib faizə pul götürüb həmin zərəri qaytarmaları, götürdükləri pulu isə hissə hissə ödəməkləri barədə qərara gəlmişlər. 2016-cı aprel ayında bu barədə Ruslan adlı maklerlə danışmışlar. Ruslan bir neçə günə xəbər edəcəyini bildirmişdir. 1 həftə sonra Ruslan Ummuxanım adlı qadınla gəlib onların yaşadığı ünvan 6 ünvana baxmış, sonuncu evi bəyənmiş və 30.000 manat faizə pul verə biləcəyini demişdir. Həmin evdə dayısı Nəbi, xalaları, xalası uşaqları, anası, nənəsi və özü, ümumilikdə 9 nəfər qeydiyyatda olmuşdur. Ummuxanım ancaq alqı-satqı qarşılığında faizə pul verə biləcəyini demişdir. Bunu evdəkilərə də danışmış, dayısı Nəbidən başqa digərləri razılıq vermişdir. Dayısı Nəbi razı, Nəzərəli dayısı isə Azərbaycanda olmadığından evi satmaq üçün onları qeydiyyatdan çıxarmaq lazım olmuşdur. Onların qeydiyyatdan çıxarmaq üçün Nərimanov rayon qeydiyyat şöbəsində işləyən polis əməkdaşı Rəşad adlı şəxsə müraciət etmişdir. Rəşad 5.000 manat müqabilində dayılarını qeydiyyatdan çıxarıb yenidən sala biləcəyini demiş və həmin pulu ona vermişdir. Beləliklə dayılarını qeydiyyatdan çıxarıb evi Ummunun adına keçirtmişlər. Ummu ona Ruslanın vasitəsilə 30.000 manat faizə pul vermiş, həmin pulun faizlərini çıxdıqda ona təxminən 20.000 manat pul qalmışdır. Həmin pulu götürüb barəsində şikayət yazan zərərçəkmişlərə ödəmiş və iş bağlanmışdır. O, ifadəsində eləcə də göstərmişdir ki, hər ay Ummuxanıma 1500 manat pul vermiş, get-gedə faizlər artmış və Ummuxanım Dinlerə olan pulu ödəyə bilməmişdir. Buna görə də tanışı Almazla əlaqə saxlayıb olanları danışmışdır. Almazdan onun evini girov qoyaraq yenidən faizə pul götürüb Ummuxanıma olan borcu bağlamağı və evlərini geri qaytarmaq istədiyini bildirmişdir. Bu dəfə aşağı faizlə pul götürəcəyini və onu ödəyə biləcəyini, tez bir zamanda da evinin geri qaytarılacağını demişdir. Almaz onunla razılaşmış və ona evin çıxarışını vermişdir. Həmin evi girov qoyaraq Ruslanın tapdığı Mehralı adlı şəxsdən 20.000 manat faizə pul götürmüş, faizləri çıxdıqdan sonra ona 14.000 manat pul qalmışdır. Bu pulun az olduğunu görmüş, Ruslan ona öz evlərini ipotekaya qoyub təxminən 80.000 manata yaxın pul götürməsini və hər iki borcu da bağlayıb təkcə onu ödəməsini təklif etmiş, Ruslanın bu fikrini bəyənmişdir. Bu işi görməsi üçün Ruslana 8.000 manat pul vermişdir. Geri qalan pulla Ummuxanımın faizini qaytarmış və taksi fəaliyyəti ilə məşğul olub pul qazanmaq üçün "Mersedes-Benz C-280" markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili İlham Kərimovdan almışdır. Həmin maşını İlhama ilkin ödəniş 6.000 manat verib götürmüşdür. Ümumilikdə 13.000 manata razılaşmış və hər ay 500-600 manat pul vermişdir. Təxminən 5-6 ay keçmiş, Ruslan ipotekanı düzəldə bilməmişdir. Artıq həm Ummuxanım və Mehralıya olan faizlər, həm də İlhama olan kredit borcu get gedə artmışdır. Ruslan yanına gələrək Mehralının pulunu tələb etdiyini demişdir. Ruslana nə edə biləcəklərini soruşmuşdur. Ruslan ona obyekt tapmasını, faizə pul götürmələrini və borcları bağlamalarını demişdir. O, internet vasitəsilə Bayram adlı şəxsi tapmışdır. O, Nərimanov rayonu, Həsənoğlu küçəsi 9-da yerləşən 77,9 m2 dən ibarət qeyri-yaşayış sahəsini aylıq 2.000 manat müqabilində kirayəyə vermişdir. Bayramla əlaqə saxlayıb həmin obyekti 2.000 manat müqabilində kirayə götürmüşdür. Ruslana bu barədə bildirmiş, Ruslan həmin obyekti girov qoymaq üçün sənədləşmə və 10.000 manat lazım olduğunu demişdir. Həmin pulun çox olduğunu bildirmiş, dostu Abbasla oturub danışmış, Abbas sənədləşmə işləri görmək üçün Təqsirləndirilən şəxs adlı bir şəxs olduğunu demiş və onun yanında Ruslanla danışmışdır. Təqsirləndirilən şəxs də onların yanına gəlmiş və sənədləşməni 5.000 manata edə biləcəyini demişdir. Lakin, həmin obyekti adına keçirmək üçün Bayramın adından kiməsə etibarnamə olmalı olduğunu bildirmiş, o dayısı İsmayılın adına edə biləcəyini demişdir. Bunu etmək üçün yuxarıda adını qeyd etdiyi polis əməkdaşı Rəşadla əlaqə saxlayıb məsləhətləşmiş, Rəşad ona öyrətmiş, Ukrayna Respublikasından verilmiş olan etibarnaməni götürüb üzərində dəyişikliklər etmiş və yenidən faksa vermişdir. Beləliklə də, etibarnamə məsələsi həll olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs alqı-satqı işini görmüş və həmin obyekti onun adına yox, öz adına keçirtmişdir. Bundan sonra obyektə çıxarış və digər sənədləri düzəltmişdir. Makler Ruslana obyektin hazır olduğunu demişdir. O isə Akif adlı bir şəxs tapmış, Akiflə 60 000 manat qarşılığında razılaşmışlar. Akifin yanında Qədir adlı şəxs də olmuş, bundan sonra Təqsirləndirilən şəxs, Akif, Qədir, makler Ruslan və özü 53 saylı notariusa getmişlər. Orada sənədləşmə aparılmış və obyekt Akifin adına keçirilmişdir. Təqsirləndirilən şəxs 60.000 manat pulu kassadan götürüb çölə çıxdıqdan sonra 20.000 manat pulu özünə götürəcəyini demiş, lakin onunla 5000 manata razılaşmışlar. Aralarında mübahisə olmuş və Ruslan polisə məlumat verəcəyini demiş, Ruslanın çox üstünə getməmiş və 20.000 manat pulu Təqsirləndirilən şəxs götürmüş, 40.000 manat ona qalmışdır. Daha sonra yerini dəqiq xatırlamadığı Akifin tanışı Qədirə məxsus olan kafeyə getmişlər. Orada həmin puldan faiz pulu, maklerlərə faiz pulu, daha sonra isə, Ummuxanıma 3.000 manat və Mehralıya 4.000 manat vermişdir. Bundan sonra İlhama da olan borcunu bağlamış, lakin "Mersedes-Benz C-280" markalı avtomobili öz adıına keçirtməmişdir. Qalan pulla da İlhamdan "Mersedes Benz C-180" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını kredit götürmüş, 12.000 manat razılaşmışlar, ilkin olaraq 5.500 manat da pul ödəmişdir. Makler Ruslanın dediyi ipoteka məsələsi alınmamış, faizləri vermək üçün yenidən saxta etibarnamə düzəldib avtomaşınları satmışdır. İlham hər iki maşının pulunu ödədikdən sonra ikisini də adına keçirəcəyini dediyi üçün məcbur qalıb saxta etibarnamə düzəltmişdir. Maşınları satıb götürdüyü pulla faizləri bağlamışdır. Lakin əsas məbləğ yenə də ödənilmədən qalmışdır. Yenidən makler Ruslanla oturub məsləhətləşmişlər. Ruslan yenidən bir obyekt tapıb girov qoymağı demiş, ona inanıb ünvan 7 ünvanında yerləşən obyekt tapmışdır. Yenə də ilkin olaraq həmin obyekti 2000 manat müqabilində kirayə götürmüşlər. Daha sonra həmin obyekti girov qoymaq üçün sənədləşmə işini makler Ruslan etmişdir. Ona 7000 manat pul vermişdir. Belə ki, həmin obyekt sahibi tərəfindən dayısı İsmayıla etibarnamə verilmiş, dayısı isə ona satmışdır. Makler Ruslan bu sənədləşməni 9 saylı notariusda etmişdir. Həmin notariusə gedib forma 2 çıxartmış və görmüşdür ki, həmin obyekt həqiqətən də onun adınadır. Həmin obyektə getdikdə Ruslanın tanışı makler Rəşad və faizə pul götürəcəyini adını bilmədiyi onu gözləyir. Çıxarışı və açarları Rəşada vermişdir. Bu zaman polis əməkdaşları onu tutmuş və Nərimanov RPİ-nə gətirmişlər. İzahat verdikdən sonra buraxılmışdır. Bundan sonra polis əməkdaşı Rəşad və makler Ruslan ona Bakıdan qaçmasını və gizlənməsini bildirmişlər. Balakən rayonuna gedib orada qalmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, ifadəsində eləcə də, göstərmişdir ki, barəsində Nərimanov RPİ-də 30000 manatla bağlı araşdırma aparılarkən ziyanın ödənilməsi ilə bağlı köməklik üçün dayısına müraciət etmişdir. Dayısı İsmayılla birlikdə çıxış yolu axtarmağa başlamış, zərərçəkmiş şəxslərə pulu qaytarmaq üçün faizə pul götürmək qərarına gəlmişlər. Həmin vaxtı faizə pul verən axtararkən şəkili Ruslan adlı maklerə rast gəlmişlər. X16 rayon ərasizində kafedə görüşmüşlər. Kafedə dayısı İsmayıl, Ruslan və onun şəriki Hafiz adlı şəxslər olmuşlar. Söhbət əsnasında Ruslana və Hafizə mövcud vəziyyəti izah edib faizə 30.000 manat lazım olduğunu bildirmişlər. Ruslan və Hafiz isə həmin pulun qarşılığında girova ev qoyulmalı olduğunu demişlər. Bu barədə söhbət aparmış və girova yaşadıqları Nərimanov rayonu, Daş Karxanası 329-da yerləşən həyət evinin qoyulması barədə razılığa gəlmişlər. Lakin həmin ev böyük dayısı Nəbinin adına olduğundan evdə evin kiçik dayısı İsmayılın adına keçirilməsi barədə söhbət salmışlar. Evdə Nəbi dayısından başqa hər kəs razı olmuşdur. Lakin sonra dayısı Nəbi həmin vaxtı Rusiyada olan dayısı Nəzərəlinin də həmin evin İsmayılın adına keçməsinə razılıq verməli olduğunu demişdir. Belə ki, evdə qeydiyyatda olan hamı evin İsmayıl dayısına bağışlamasına razı olmalı idi. Lakin Nəzərəli dayısı Azərbaycan Respublikasında olmadığından çıxış yolu axtarmışlar. Bundan sonra növbəti dəfə 2015-ci ilin axırlarında yenidən şəkili Ruslanla zəngləşib Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşdə yenə, dayısı İsmayıl, Ruslan və Hafiz iştirak etmişdir. Ruslana dayısı Nəzərəlinin Azərbaycan Respublikasında olmadığını demiş, Ruslan və Hafiz problem olmadığını, Ukraynadan bir notariusdan mülki etibarnamə almasını, bu gündan sonra həmin etibarnamənin üzərində dəyişiklik aparılacağını və faksla göndərilərək poçtdan çıxarılıb tərcümə olunaraq notariusa təqdim olunacağını və bilinməyəcəyini demişlər. Onlarla razılaşaraq 2015-ci ilin səhv etmirsə axırlarında Ukraynanın Xarkov şəhərinə gedib, orada notariusdan adi mülki etibarnamə almış və etibarnaməni götürərək Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində həmin etibarnaməni Ruslanla Hafizə vermiş və onlar Nəzərəlinin adından razılıq ərizəsi hazırlayıb onun yerinə imzalamış və faksla səhv etmirsə ya Qara Qarayev metrostansiyasının, ya da Nərimanov rayonu ərazisində yerləşən poçtdan Mərkəzi poçta göndərmişlər. Daha sonra həmin ərizəni götürüb ertəsi gün Nərimanov rayonu 9 saylı Notariat Kontorunun notariusu Rəşadətin yanında evin bağışlamasını həyata keçirmişlər. Belə ki, dayısı Nəbi evi İsmayıla bağışlamışdır. Çünki evdə qeydiyyatda olan bütün ailə üzvləri evin İsmayılın adına keçməsinə razılıq vermişdir. Bundan sonra evdəki ailə üzvlərinə problemi danışılmış və dayısı İsmayılla bu evi girov qoyub faizə pul götürərək həmin pulla zərər çəkənlərin pulunu qaytarmaq istədiklərini demişlər. Lakin evdə yenə digər ailə üzvləri razı olsa da, dayısı Nəbi buna qarşı olmuş, Nəzərəli dayısı isə ölkədə olmamışdır. Lakin həmin pulu ödəməli olduğundan bu barədə Nərimanov rayon Polis İdarəsinin pasport qeydiyyatı şöbəsində işləyən uşaqlıqdan tanıdığı Rəşad Hüseynovun istifadəsində olan ***-***-**-** ya da ki, 70 olan mobil nömrəsinə zəng edib bu barədə demiş, Rəşad onu Nərimanov parkına çağırmış və orda onunla çayxanada görüşmüşlər. Çayxanada, dayısı İsmayıl və Rəşad olmuşdur. Ona vəziyyəti danışaraq, evi girov qoymaq üçün evdə qeydiyyatda olanların razılığı lazım olduğunu, ailə üzvlərinin hamısı razı olsa da, dayısı Nəbinin razı olmadığını və dayısı Nəzərəlinin isə ölkədə olmadığını, buna görə də, onların qeydiyyatdan çıxarmaq lazım olduğunu demiş, Rəşad onlara bu məsələni həll edə biləcəyini, belə ki, alqı-satqı zamanı dayıları Nəbi və Nəzərəlinin qeydiyyatdan çıxaracağını və alqı-satqı bitdikdən sonra qeydiyyata sala biləcəyini deyərək bunun üçün 5000 manat pul istəmiş, onunla razılaşaraq 5000 manat pul tapıb dayısı İsmayılla birgə 5000 manat pulu 2016-cı ilin may ayında Rəşada Nərimanov rayon Polis İdarəsinin yaxınlığında yerləşən adını hazırda xatırlamadığı kafedə vermişlər. Rəşad da dayısı Nəbi və Nəzərəlini üç günlük qeydiyyatdan çıxarmış və evi makler şəkili Ruslanın tapdığı Ummu adlı qadına alqı-satqı əsasında vermişlər. Aqlı-satqı 5 saylı Asan xidmətdə notarius Altay müəllim tərəfindən edilmişdir. Bildiyinə görə, alqı-satqı zamanı Altay adlı notariusa hər hansı bir məbləğdə rüşvət verilməmişdir. Amma Altay adlı notariusu ona şəkili Ruslan məsləhət görmüşdür. Şəkili Ruslan bu alqı-satqı üzrə Altaya da pul verməli olduğunu onlara bildirmiş, belə ki, Altay müəllim həmin rüşvət qarşılığında tərəflərindən hazırlanmış sənədlərə göz yumacağını demişdir. Ev alqı-satqı əsasında verilsə də, lakin danışıqlarına görə 30.000 pul geri qayıtdıqdan sonra ev geri qaytarılacaqdı. Əvvəldən həmin evin girov qoyulmasını istəsələr də, bu cür müqavilənin adi şəxslər arasında aparılmasının mümkün olmadığı onlara bildirilmiş və Ummu xanım onlara pul qaytarılandan sonra evlərini geri qaytaracağına dair söz vermişdir. Əslində faizə pul verənlər bu üsuldan istifadə edirlər, yəni alqı-satqı müqaviləsi bağlansa da, bu girov xarakteri daşıyır, yəni pul qaytarılandan sonra ev geri qaytarılır. Bundan sonra Ummuxanım Dinlerdən 28.400 manat faizə pul almışlar. Həmin puldan 20 faizini, təxminən 6.000 manatını Ruslana bu işi, yəni faizə pulu təşkil etdiyinə görə vermişlər. 30.000 manat pul faizə razılaşdırılsa da, həmin pulun 1600 manatını Ummu özünə əvvəlcədən götürərək bunun qayda olduğunu, pul verirsə 5 faizinin onun olduğunu demişdir. Eyni zamanda 1500 manatını da ilkin ayın faiz pulu kimi Ummuya vermişlər. Daha sonra yerdə qalan pulu aparıb Nərimanov RPİ-də barəsində gedən araşdırma zamanı zərərərçəkmiş şəxlərə ödəmişlər və barəsində cinayət işi başlanmamışdır. Daha sonra hər ay Ummuya 1500 manat faiz pulu vermişlər. Həmin pulu bir dəfə Biləcəridə, dəmir yolunun yanında, bir dəfə də Mərdəkanda Ummunun evinin yanında vermişlər. Digər vaxtlarda isə Ummuya pulu çatdırması üçün makler şəkili Ruslana pulu vermişlər. Ümumilikdə Ummuya 18.000 manat pul vermişlər. Həmin 8 ay ərzində Ummuxanım alqı-satqı müqaviləsini həmin evin mülkiyyətinə keçməsi ilə əlaqədar ƏMDK yanında DƏDRX-ə təqdim etməmişdir. Bu bir daha onun dediklərini, yəni əslində evin satıldığını deyil, girov qoyulduğunu sübut edir. Daha sonra tanışı Almaz vəzifəyə getmək istəmiş, bunun üçün ona 20.000 manat lazım olmuşdur. Almazı 2009-cu ildən tanıyır. Belə ki, o onların evinə gedib gələrkən onunla tanış olmuş, onunla yaxın münasibətləri olmuşdur. Onun evinə bir neçə dəfə gedib gəlmişdir. Onun evi Bakı şəhəri, Binəqədi rayonu, Mir.Cəlal küçəsində yerləşən Leyla şadlıq sarayının yaxınlığında yerləşən köhnə 9 mərtəbəlinin arxasında yerləşən yeni tikilmiş binanın səhv etmirsə ya 5-ci, ya da 6-cı mərtəbəsindədir. Ev bir otaqlı olmaqla evin giriş qapısı qırmızı rəngdədir, Evin içərisinə daxil olduqda sağ tərəfdə şkaf yerləşir, solda yataq otağı, qapı ilə üzbəüz isə mətbəx yerləşir. Hamam və tualet isə sağda yerləşir. Hamam və tualet bir yerdədir, bir birindən təcrid olunmamışdır. Almaz ona 20.000 manat pul lazım olduğunu bildirmişdir. Əvvəlcə Almaz evini ipotekaya qoyub 20.000 manat pul götürmək istəsə də, alınmamışdır, ipoteka üçün hansı banka müraciət etdiyini xatırlamır. Daha sonra Ruslangillə yenə evi girov qoyub faizə pul götürmək söhbətini danışmış, lakin bu söhbətdən Almazın xəbəri olmamışdır. Daha sonra Almazla bu barədə danışıb ona faizə pul verənlər olduğunu, onlara evi girov qoyub pul götürməyin mümkün olduğunu demiş, Almaz onunla razılaşdıqdan sonra Ruslangillə danışmış, Ruslan faizə pul verən Mehralı adlı şəxsi tapmışdır. Mehralı ilə Ruslan Hafizlə birlikdə gəlib Almazın həmin evinə baxmışlar. Həmin vaxtı Almaz evdə olmamış, evin əlavə açarı isə onda olmuşdur. Belə ki, Almaz ona həmin açarı, eyni zamanda binanın giriş qapısının açan vasitəni də ona vermişdir. Mehralıgil evə gəlib baxıb getmişlər. Daha sonra həmin evin 40.000 manata faizə girov qoyulması razılaşdırılmışdır. Daha sonra ona həmin 40.000 manatdan az pul qalacağını düşünüb, ona görə də Almaza pul verməmək üçün onun xəbəri olmadan evi girov qoymaq qərarına gəlmişdir. Buna görə də X25 adından etibarnamə hazırlanmasını xahiş etmişdir. Belə ki, Almazın şəxsiyyət vəsiqəsinin surəti və evin çıxarışı (yəni kupçası) olmuş, Ruslanla Hafiz həmin sənədi hazırlamışlar. Belə ki, əvvəlki mülki etibarnamənin üzərində dəyişiklik aparıb Almazın adından guya ona Ukraynada etibarnamə verilməsi hazırlanmış və yenə eyni qaydada Mərkəzi poçta faksla göndərilmiş və yenə eyni qaydada 5 saylı Asan Xidmətdəki notarius Altay müəllimin iştirakı ilə alqı-satqı prosesi həyata keçirilmiş və evi Mehralının nənəsi Rəfiqə Hüseynovanın adına sənədləşdirmişlər. Lakin Almazın bundan xəbəri olmamışdır. Mehralı ona 40.000 manat pul vermiş, amma alqı-satqı müqaviləsində 20.000 manat kimi qeyd olunmuşdur. Mehralı ilə danışıqlarına əsasən ona hər ay 2000 manat pul verməli idi. 40.000 manat pulun 10.000 manatını şəkili Ruslana və Hafizə vermişdir. 2000 manatını isə ilkin ödəniş kimi Mehralıya vermişdir. Həmin 40000 manat pulu qaytardıqdan sonra isə ev yenidən Almaza qayıdacaqdı. Bütün bu proseslərdəki saxta sənədlər Şahid4 və Şahid7 tərəfindən hazırlanmışdır. O həmçinin ifadəsində göstərmişdir ki, Almaz Həsənovanın evini saxta üsulla girova Mehralı adlı şəxsə 40.000 manata verdikdən sonra özünə maşın alıb taksi fəaliyyəti ilə məşğul olmaq istəmiş, bunun üçün 2016-cı ilin yay aylarında Nərimanov rayonunda onunla eyni məhəllədə yaşayan İlham Kərimova müraciət etmişdir. İlham kirayəyə maşın verməklə məşğuldur. İlhama istifadəsində olan “Mercedes C 280” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona satmasını bildirmiş, İlham Kərimov həmin maşını 12000-13000 manata satdığını demişdir. İlhamla razılaşaraq ilkin olaraq ona səhv etmirsə 4500 manat pul verməyi təklif etmiş, İlham da onunla razılaşmış və maşının pulu bağlandıqdan sonra maşını adlarına keçirməyə razılaşacağını bildirmiş, hələlik isə maşına dair baş etibarnamə verəcəkdir. İlhama etibarnaməni dayısı Şahid2 verməsini demiş, İlham da razılaşmış və həmin maşına görə İlhama təxminən 4500 manat vermişdir. Həmin söhbət zamanı dayısı Şahid2 orada olmamış və bütün söhbətləri özü aparmışdır. Bundan sonra İlham da dayısı İsmayıla ya həmin gün, ya da ertəsi gün etibarnamə vermişdir. Bundan sonra həmin maşını idarə etmiş və hər ay həmin avtomaşına görə ***-**** manat arası pullar vermişdir və həmin maşına dair pulu tam şəkildə İlhama ödəmiş və axırıncı dəfə 2017-ci aprel ayında pulu ödəyən zaman İlhama istifadəsində olan ona məxsus Mercedes C-180 markalı avtomaşını da ona satmasını bildirmişdir. İlham isə həmin maşını ona 10000 manata sata biləcəyini demişdir. İlhama ilkin olaraq 4000 manat pul ödəyə biləcəyini demiş, İlham da razılaşmış və ona etibarnaməni əvvəlki kimi dayısı İsmayılın adına verməsini demiş, İlham da razılaşdıqdan sonra ona 4000 manat pulu verdikdən sonra İlham 9 saylı notarius Rəşadətin yanında maşına dair dayısına etibarnamə vermişdir. Həmin maşın İlhamın həyat yoldaşının adına olmuşdur. İki-üç ay səhv etmirsə həmin maşına görə İlhama pul ödəsə də, sonradan maşının pulunu ödəməkdə çətinlik çəkmiş və həmin maşına görə İlhama səhv etmirsə 5000-6000 manat borcu qalmışdır. Eyni zamanda Ummu xanıma və Mehralıya olan faiz borcunu ödəməkdə çətinlik çəkdiyi üçün maşınları saxta yolla rəsmiləşdirib başqasına satmağı qərara almışdır. Bundan sonra, Ukraynadan götürdüyü etibarnamənin üzərində düzəlişlər aparıb guya İlham Kərimovun adından etibarnamə düzəldib Bakı şəhərində yerləşən poçtlardan birində Mərkəzi poçta faksa göndərmişlər. Həmin sənədi “Asan Xidmət”in tərcümə mərkəzinə təqdim etmişlər və tərcümə olunmuş sənədlə həmin notariusda İmaməli adlı şəxsə etibarnamə vermişlər. Bununla İmaməliyə satdığı “Mercedes Benz C 280” markalı maşına görə ondan 6500 manat pul almışdır. Həmin puldan 5000 manatını şəkili Ruslana Ummuxanıma və Mehralıya olan faiz borcunu ödəməsi üçün vermişdir. Bu hadisə 2016-cı ilin oktyabr tarixdə baş vermişdir. Bundan sonra, Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən obyekti icarəyə götürmək fikrinə düşmüş, obyektin sahibi Bayram adlı şəxslə makler vasitəsilə tanış olmuş, birinci dəfə görüşə tək gedərək Bayramla danışıb həmin sözügedən obyekti ayda 2000 manat olmaqla şifahi icarə müqaviləsi əsasında götürmüşdür. Oranı diş klinikası etmək fikrində olmuş, ilkin olaraq Bayrama beh olaraq 200 manat vermiş, qalanını isə 2-3 sonra vermişdir. Həmin vaxtlar pula görə biraz sıxıntı keçirmiş, bu barədə şəkili Ruslana bildirdikdə sonuncu Bayramın obyektini saxta yolla bir başqa adamın adına keçirərək girov qoyub faizə pul götürməyi təklif etmiş, Ruslan və Hafiz saxta sənədi hazırlamağı öz üzərinə götürmüşlər. Eyni qaydada saxta etibarnamə düzəldib faksla mərkəzi poçta göndərmişlər və oradan sənədi götürüb Bakı şəhərində xatırlamadığı notariuslara müraciət etmişlər. Lakin Ruslan və Hafiz həmin sənəd əsasında rəsmiləşdirməni apara bilməmiş və ona etibarnamənin əsli lazım olduğunu demişlər. Ona görə də, Ukraynaya getmiş, tanımadığı bir şəxs Bayramın şəxsiyyət vəsiqəsinin surəti üzərində düzəlişlər edib onun şəklini qoymuş və evli yerində və təvəllüddə də dəyişiklik etmiş, eyni zamanda xarici pasportu üzərində dəyişiklik etmişdir. Bundan sonra tanımadığı şəxslə Ukraynanın Xarkov şəhərində notariusa gedib Şahid10 adından dayısı Şahid2 daşınmaz əmlakın alqı-satqısı ilə bağlı etibarnamə vermişdir. Notarius yoxlayarkən şəkildə özü olduğuna görə Bayramın o olduğuna inanmış, ona görə də etibarnaməni təsdiq etmiş, bundan sonra həmin etibarnaməni götürüb Bakıya qayıtmış və Bakı şəhərində 2017-ci ilin yanvar ayında ilkin olaraq daşınmaz əmlakın Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin vaxtı obyekti Zərərçəkmiş şəxs faizə pul verərək qızının adına keçirəcəyini demişdir. Zərərçəkmiş şəxs isə faizə pul verməsi üçün şəkili Ruslan tapmışdır. Zərərçəkmiş şəxsla razılaşmalarına əsasən 60.000 ABŞ dolları faizə pul götürməli idi. 2017-ci ilin yanvar ayında 1 saylı ASAN Xidmətdə dayısının adına verilmiş saxta etibarnamə əsasında obyekt Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Həmin vaxtı notariusda dayısı İsmayıl, Təqsirləndirilən şəxs və tanımadığı bir şəxs də olmuşdur. Ruslan obyektə görə pulu öz bank hesabından notariusun hesabına köçürmüş və qanuna əsasən pul ertəsi gün dayısı İsmayıl tərəfindən götürülməli olduğu halda pul eyni qaydada Təqsirləndirilən şəxs hesabına qayıtmışdır. Yəni Ruslan həmin obyektə görə pul verməmişdir. Sadəcə bu obyektin satılmasına köməklik edilməsinə görə 5000 manat pul istəmişdir. Daha sonra evə dair Ruslan öz adına çıxarış almış və 25 yanvar 2018-ci il tarixdə Ruslan şəkili Ruslan, Hafiz və Zərərçəkmiş şəxs 53 saylı notariusda görüşmüşlər və notariusda evi Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs qızı Fatimə Məmmədovanın adına keçirtmişlər. Zərərçəkmiş şəxs faizə 60.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermiş, bundan sonra Təqsirləndirilən şəxs çölə çıxmış, digərləri də çölə çıxmışdır. Pul Təqsirləndirilən şəxs olmuş, Akif “Çənlibel” restoranında çörək yeməyə getməyi təklif etmiş, X40 və Akif Çənlibel restoranına getmişlər. Dayısı Şahid2 Təqsirləndirilən şəxslə pulun haqq-hesabını etmək üçün notariusun qabağında qalmışlar. Təqsirləndirilən şəxs həmin puldan 20.000 ABŞ dollarını özünə götürərək qalan pulu qaytaranda ona əsəbiləşmiş, belə ki, onunla 5.000 manata razılaşmışlar. Ona görə də, mübahisələri düşmüşdür. Daha sonra birlikdə “Çənlibel” restoranına gedib orada yemək yeyən zaman şəkili Ruslan onu qırağa çəkərək o puldan 20.000 ABŞ dollarını istəyərək həmin 15.000 ABŞ dollarının ona çatacağını, 5000 ABŞ dolları isə Qədir adlı şəxsə çatacağını demişdir. Qədir adlı şəxsi “Çənlibel” restoranında görmüş, amma bu işlərdə nə dərəcədə rolu olub-olmamasını bilmir. Amma şəkili Ruslan ona çatacaq adla ondan 5.000 ABŞ dolları pul almışdır. Həmin puldan 17.000 ABŞ dolları onda qalmış, həmin pulla borclarını qaytarmışdır. Bundan sonra 2017-ci ilin aprel ayında obyekt icarəyə götürüb orada tikinti avadanlıqları satışı ilə məşğul olmaq istəmişdir. Ona görə də, Nərimanov rayon ərazisində yerləşən obyekt icarəyə götürüb bu işlə məşğul olmaq istəmiş, maklerlər vasitəsilə Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verildiyini öyrənmişdir. Həmin əraziyə gedib orada adını bilmədiyi orta boy bir kişi ilə görüşmüşdür. Həmin vaxtı tək olmuş, onunla görüş zamanı ondan həmin yeri icarəyə götürmək istədiyini demiş və burada sahibkarlıqla məşğul olacağını bildirmişdir. Söhbət əsnasında həmin şəxs obyekti 2000 manata icarəyə verildiyini demiş, onunla razılaşmış və ilkin olaraq ona 2000 manat pul vermişdir. Bundan sonra şəkili Ruslan obyekti saxta sənədlə başqasına girov qoyaraq 280.000 manat faizə pul götürərək bir nəfərə faiz pulunu ödəmələrini təklif etmişdir. Ruslan daşınmaz əmlakdan sənədi almaq üçün 5000 manat pul lazım olduğunu, həmin pulu verməsinim demiş, ona bu sənəd işlərini düz qoş etməsindən sonra 5000 manat verəcəyini demişdir. Ruslan da razılaşaraq bir neçə günə Daşınmaz əmlakdan həmin obyektin kupçasını almışdır. Daha sonra eyni qaydada Ruslan və Hafiz etibarnamə üzərində saxtakarlıq edərək Ağayev Farizin adından etibarnamə düzəltmişdir. Daha sonra bir neçə günə obyekti onun adına keçirtmişdir. Obyekt onun adına keçərkən heç notariusda olmamış, etibarnamənin necə düzəldiyini də görməmişdir. Yalnız Ruslana iki ədəd. yəni özünün və dayısının İsmayılın şəkillərini vermişdir. Qalan sənədləşmə işlərini şəkili Ruslan aparmışdır. Ruslan həmin vaxtı faizə verən bir kişi tapıb obyektin qarşısına gətirmişdir, həmin kişini tanımır, kişi əlində 280.000 manat pulla ora gəlmişdir. Kişi pulu əlbəəl ona vermək istəmişdir. Həmin adama əlbəəl pul götürmədiyini, notariusa getmək lazım olduğunu demiş, həmin vaxtı da polis əməkdaşları gəlib onu tutmuşlar. Bundan sonra polis idarəsinə getmişlər. Orada izahat verdikdən sonra sərbəst buraxılmışdır. Həmin obyektə görə heç kim ona hər hansı bir məbləğdə pul verməmişdir. Həmin söhbətdə də obyekt sahibi ilə söhbətləri özü aparmışdır, dayısı İsmayıl orda iştirak etməmişdir. Bundan sonra İlhamdan 2017-ci ilin aprel ayında götürdüyü **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını da Ruslan və Hafizin köməkliyi ilə dayısı Şahid2 adına saxta etibarnamə düzəldərək Mərkəzi poçta faksla göndərmişlər. Daha sonra hazırda xatırlamadığı notariusda həmin avtomaşına dair dayısı ona etibarnamə vermiş, həmin avtomaşını 2017-ci ilin may ayında Edqar Əmirov adlı şəxsə səhv etmirsə 5000 manata satmışdır. Həmin puldan 2500 manatını şəkili Ruslana vermişdir. Şahid1 eləcə də, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona Şahid10 məxsus obyektin alqı-satqısı ilə bağlı pul verilməmişdir. Alqı-satqı formal olmuşdur. Belə ki, pul Təqsirləndirilən şəxs tərəfindən bank hesabından notariusun hesabına köçmüş, yenə eyni qaydada notariusun hesabından həmin hesaba qayıtmışdır. Yəni pulu görməmişlər, səhv etmirsə həmin kart bir qadının adına olmalı idi. Təqsirləndirilən şəxslə aralarında obyektin ilkin olaraq onun adına keçilməsi və həmin obyekt girova qoyulduqdan sonra ona 5000 manat pulun verilməsi ilə bağlı razılaşma olmuşdur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında 53 saylı notariusda alqı-satqı həyata keçirildikdən sonra pulu notariusdan Təqsirləndirilən şəxs götürmüşdür. Həmin vaxt Şahid4 da onun yanında olmuşdur. Bundan sonra Şahid4 və Zərərçəkmiş şəxs çıxıb getmişlər. Orada Təqsirləndirilən şəxslə qalmış, Təqsirləndirilən şəxs həmin puldan 20.000 ABŞ dolları pulunu özünə götürmüş, qalan pulu isə ona verdikdən sonra Badamdarda “Çənlibel” restoranına getmişlər. Orada puldan 20.000 ABŞ dollarını Şahid4 özünə götürmüşdür. Həmin pulun 5.000 ABŞ dollarının Şahid4 Qədirə borc vermək üçün ondan almışdır. Qədirə həmin pul borca verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Bakı şəhər Ərazi İdarəsindən Şahid10 məxsus obyektə dair dublikatın alınmasında iştirak etməmiş, bunların hamısını Təqsirləndirilən şəxs özü düzüb qoşmuşdur. Təqsirləndirilən şəxs həmin sənədləri necə əldə etməsi barədə onda heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında obyektə dair alqı-satqı aparılan gün notariusa dayısı İsmayıl ilə birlikdə dostuna məxsus Niva markalı avtomobil ilə getmişlər. 53 saylı notariusun qarşısına çatarkən orada Akif, Qədir, Təqsirləndirilən şəxs, Şahid4 olmuşdur. 53 saylı notariusda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında alqı-satqı notariusda həyata keçirilərkən Şahid4 notariat kontorunun daxilində olmuşdur. İş materiallarından Şahid10 məxsus obyektin alqı-satqısına dair danışıqların onunla Zərərçəkmiş şəxs arasında aparılması, obyekt Təqsirləndirilən şəxs adına olduğu halda nəyə görə danışıqlar onun tərəfindən aparılması və Təqsirləndirilən şəxs danışıqların son mərhələsində, yəni alqı-satqı mərhələsində iştirak etməsi ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilkin alqı-satqı zamanı onlara pul vermədiyindən, alqı-satqı bank kartı vasitəsilə getdiyindən və həmin alqı-satqıdakı pul məbləği yenidən həmin Təqsirləndirilən şəxs yaxınına məxsus karta qayıtdığından və onlar tərəfindən pul alınmadığından, həmin obyektin satılmasında və pulun dirilməsində maraqlı olmuşlar, buna görə də, Zərərçəkmiş şəxs makler şəkili Ruslan vasitəsilə tapmışlar və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bacısı oğlu olduğunu və obyektin onun mülkiyyətində olduğunu demişdir. Zərərçəkmiş şəxs ilə özü də cəmisi iki dəfə görüşmüşdür. Obyekt Təqsirləndirilən şəxs adına keçdikdən sonra onunla arasında obyektin ucuz satılması ilə bağlı söz-söhbətlərin olub-olmaması, o cümlədən tərəfindən Təqsirləndirilən şəxs təzyiqlər olubolmaması, kriminal aləmin üzvlərinə Təqsirləndirilən şəxs zəng elətdirmənin olub-olmaması ilə bağlı göstərmişdir ki, bundan əvvəl də dediyi kimi, Təqsirləndirilən şəxslə aralarında alqı-satqı formal olmuş və əvvəlcədən obyektin onun adına rəsmiləşdirilməsi, satıldıqdan sonra Təqsirləndirilən şəxs işi gördüyünə görə 5.000 manat pul verilməsi barədə razılıq olmuş, lakin Təqsirləndirilən şəxs ona güvənsizlik göstərdiyindən obyekti öz adına rəsmiləşdirmiş və alqısatqıdan sonra 20.000 manat tələb edərək verməyəcəyi halda bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyi ilə təhdid etdiyindən onunla razılaşmışdır. Kriminal aləmlə heç bir əlaqəsi yoxdur və Təqsirləndirilən şəxs heç kimin vasitəsilə təhdid etməmişdir. İfadəsində Təqsirləndirilən şəxs onu 20.000 manat tələb edərək verməyəcəyi halda bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyi ilə təhdid etməsi, eyni zamanda ifadəsində Təqsirləndirilən şəxs ilə Şahid10 obyektinin alqı-satqısında əlbir olmasını göstərdiyi halda Təqsirləndirilən şəxs şikayət edəcəyi təqdirdə özünün də məsuliyyətə cəlb olunacağını bildiyi halda nəyə görə belə bir addım atmalı olması ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs ona təcili pul lazım olduğunu və tələsdiyini bildiyi üçün onun həmin vəziyyətindən istifadə edərək onu təhdid etmişdir. Bundan başqa, onu təhdid edərkən onunla əlbir olduğunu bildirərsə Təqsirləndirilən şəxs polisə şikayət edərkən bütün bunlardan guya xəbərsiz olduğunu və bütün əməlləri onun tək etdiyini bildirəcəyini demişdir. Artıq problem ortaya çıxmasın deyə onunla razılaşmışdır. Təqsirləndirilən şəxs 53 saylı notariusa əvvəldən tanımadığı bir şəxslə “Mercedes Benz” markalı E seriyalı, köhnə “124” kuzalı avtomobil ilə gəlmişdir. İş materiallarından Almaz Həsənovanın evi xaric digər daşınar və daşınmaz əmlaklarının saxta yolla ələ keçirərək alqısatqısında Şahid2 ilə birlikdə iştirak etməsinin görünməsi ilə bağlı göstərmişdir ki, Şahid2 əslində heç bir işin təşkilatçılığında və aparılmasında xəbəri olmamışdır. Sadəcə olaraq doğma dayısıdır, yaş fərqləri azdır və onunla həmişə yoldaş olmuşlar, bu proseslərdə də onunla yoldaş kimi ona nə demisə etmişdir. Mehralı adlı şəxsi şəkili Şahid4 vasitəsilə tanımışdır. Belə ki, şəkili X21 evini girov qoyaraq faizə pul götürməsi üçün tapmışdır. Almazın evinin saxta sənədlərlə düzəldilməsini işini də şəkili Şahid4 etmişdir. İstifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə “Dede meni bıraxmırlar.20 min vermeliyem.xafiz bilir.abyek ele senin olsun.kimese qismet olana kimi.sene olsun.220 mine verirem sene oz pulunu qotr 120 mini.100 de mene ver.xalal xoşun olsun.sexer onu xel et çalış.xalalaşaq.menede komek et.allax suvab yazar.qabaqına çıxar.” Bir boyuk qardaş kimi mene komek et.sexer ya oyanıq ya da buyanıq o(......)lmalıdı.bilmirem neyneyim.xaiş edirem komek et.umudum sense(......)n.allaxa xatir.çavanam.bir daxa xaiş edirem. Dayı xaiş edirem.qurban olum.lavarıram.150 de olsa ver.çavanam içerde çurumek istemirem.komek et.qoyde allax erde sen.meni qoyma batım. Balana qurbn.umudum sensen.lalvarıram mene komek et.vaxtım azdı.aldadıram bunları.ki qelirem.xaiş edirem komek et.” şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, Zərərçəkmiş şəxs həmin vaxtı yalnız 20.000 manat borca pul istəmişdir. Digər xüsusatlarla bağlı göstərdiklərini təsdiq etmir. İstintaq sənədlərindən görünür ki, onunla Zərərçəkmiş şəxs arasında olan bu mesajlaşma X19 məxsus obyekti saxta sənəd əsasında başqasına satmağa cəhd edərkən Nərimanov rayon polis idarəsi tərəfindən saxlanıldığı dövrlə üst-üstə düşməsi ilə bağlı göstərmişdir ki, qeyd olunan pulu borca istəmişdir. Həmin pulun Nərimanov rayon Polis İdarəsində saxlanılmağına aidiyyəti yoxdur. xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli salam telefona cavab verməmək hörmətsizlikdir Gədirə ğörə bankın məsələsini həll etməmək düzğün ğərar deyil Təcili Gədirlə birlikdə ğörüşməyimiz vacibdir Vəziyyət bank tərəfindən ğərginləşə bilər. Mənim agsaggal kimi borcum sizə xəbər verməkdir.” şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, bu xüsusat yadından çıxmışdır. Bu barədə heç bir məlumatı yoxdur. Akiflə mal-dırnağı biznesi qurmaq istəyirdilər. Mesajlaşma da yəqin bununla bağlı olmuşdur. xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli bu məsələ bitdi Bank son sözünü dedi Məsələ başga formada müzakirə olunacag Ayıb olsun sənə ki telefona cavab vermirsən Özünü Gədirə bərabər etdin Dostlarınla birlikdə iç üzünüzü göstərdiniz Telefona cavab verməmək kişi işi deyil Sənə böyük hörmətim var idi əfsuslar olsun Sən yaxşı oglansan Özünü onlara tay goyma Mənim işim bundan sonra Ruslanla olacag. Kişi verdiyi sözün agası.olar” Şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, bizneslərinin alınmaması ilə bağlı bu mesajlaşma olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə “Ruslan mən artıg bankda Əlini müdafiə edə bilmirəm. Heç kim məndən inciməsin Ya Əlidən açarı götür ya da bank polislə zamoku dəyişib obyekti təhvil götürür Mənə bir cavab ver” şəklində mesaj yazılması ilə bağlı göstərmişdir ki, Ruslanla Akifin arasında olan bu söhbətdən məlumatı yoxdur. Onunla Zərərçəkmiş şəxs arasında olan mesajlaşmada bank sözündən istifadə olunması, Akifin onu bankda müdafiə edə bilməyəcəyindən söhbət getməsi, söhbət hansı bankdan getməsi ilə bağlı göstərmişdir ki, Zərərçəkmiş şəxs bankdan obyekt girov qoyub pul götürəcəkdi. Həmin mesajlaşma qeyd olunan xüsusatla bağlıdır. Həmin mesajlaşmaların Şahid10 məxsus obyektlə heç bir bağlılığı yoxdur. Zərərçəkmiş şəxsla mal-dırnağı biznesi quracaqdılar. Bununla bağlı danışıqları şəhərdə xatırlamadığı yerdə aparmışlar. Zərərçəkmiş şəxsla aralarında olan mesajlaşmada “obyekt” sözündən istifadə olunması, söhbətin hansı obyektdən getməsi ilə bağlı göstərmişdir ki, həmin obyekt Zərərçəkmiş şəxs məxsus olan obyektlərdən biridir. Akifin hansı obyektindən söhbət getdiyini xatırlamır. İstintaqa verdiyi ifadələrdən birində Zərərçəkmiş şəxs obyektə dair alınmış puldan 20.000 ABŞ dolları Təqsirləndirilən şəxs verildiyini göstərməsi, lakin sonrakı ifadəsində isə pulun hamısının Təqsirləndirilən şəxs verildiyini göstərməsi ilə bağlı göstərmişdir ki, həmin vaxtı fikirləri səhv olmuşdur. Obyektə dair pulların hamısı Təqsirləndirilən şəxs çatmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs nə ona nə də ki, onun bacısı oğluna pul verməyib. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs öz aralarında alqı-satqı edilib. Zərərçəkmiş şəxs pulları nə ona nə də ki onun bacısı oğluna verməyib. Pullar Təqsirləndirilən şəxs verilib. O, Bayramın obyektinə sənəd çıxararaq həmin obyekti faizə qoyub ordan pul götürmək istəyib. O,alqı-satqı vaxtı notariusun hesabına pul qoymaq üçün əlində yetərincə pul olmadığını və ona pul lazım olduğunu bildirib. Ruslan isə onunla razılaşmış və qarşılığında 5000 manat pul istəmişdir. Onlar razılaşaraq obyekti Ruslanın adına keçirdiblər. Obyektin sahibi Bayram olmuşdur. O, Akif müəllimi alqı-satqı zamanı tanıyıb. Həmin obyekt Akif müəllimə 110000 manata satılmışdır. Bundan sonra isə Ruslana onların xahişi ilə kriminal aləmdən heç kəs təzyiq göstərməmişdir. Onun obyekti satmaq fikri olmayıb. O, obyekti Ruslanın adına keçirmiş, Ruslan isə obyekti Akif müəllimə satmışdır. Obyektin satışından ona pul çatmamış və pulun kimə çatdığı barədə məlumatı olmamışdır. İbtidai araşdırma zamanı şahid (170066105 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs) Şahid2 ifadələrində göstərmişdir ki, təxminən 2015-ci ilin payızında bacısı oğlu Əlirza evə gəlib tanışı Tərlan adlı şəxsin 4 nəfər şəxsi işə düzəltmək adı ilə 30.000 manat pul yığdığını və bundan sonra qaçıb getdiyini və həmin şəxslərində onun barəsində Nərimanov RPİ-yə şikayət etdiyini demişdir. Bundan sonra Tərlanı axtarsalar da, tapa bilməmişlər. Bununla bağlı da Əlirza Tərlan barəsində 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Əlirza saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. Zərərçəkənlərin şikayətini geri götürməsi üçün onlara dəyən ziyan geri qayıtmalı idi. Əlirza ilə məsləhətləşib faizə pul götürüb həmin zərəri qaytarmaları, götürdükləri pulu isə hissə hissə ödəmələri barədə qərara gəlmişlər. Bu zaman Ruslan adlı maklerlə danışmışlar. Ruslan bir neçə günə xəbər edəcəyini bildirmişdir. 1 həftə sonra X26 adlı qadınla gəlib onların yaşadığı ünvan 6 ünvana baxmışlar. Ummuxanım evi bəyənərək 30.000 manat faizə pul verə biləcəyini demişdir. Həmin evdə qardaşı Nəbi və Nəzərəli, bacıları, bacısı uşaqları, anası, və özü, ümumilikdə 9 nəfər qeydiyyatda olmuşdur. Ummuxanım ancaq alqı-satqı qarşılığında faizə pul verə biləcəyini demişdir. Əlirza bunu evdəkilərə də danışmış, qardaşı Nəbidən başqa digərləri razılıq vermişdir. Nəbi razı olmadığından, Nəzərəli isə Azərbaycanda olmadığından evi satmaq üçün onları qeydiyyatdan çıxarmaq lazım idi. Onların qeydiyyatdan çıxarmaq üçün Nərimanov rayon qeydiyyat şöbəsində işləyən polis əməkdaşı X5 müraciət etmişlər. Rəşad 5000 manat müqabilində qardaşlarını müvəqqəti olaraq qeydiyyatdan çıxarıb yenidən sala biləcəyini demiş və onunla razılaşıb həmin pulu ona vermişlər. Lakin, Rəşad sonradan Nəzərəlini evə qeydiyyata salmamış, beləliklə qardaşlarını qeydiyyatdan çıxarıb evi Ummuxanımın adına keçirtmişlər. Ummuxanım pulu banka keçirtmiş və pulu bankdan götürüb Əlirzaya vermişdir. Əlirza həmin pulla zərərçəkənlərin pulunu ödəmiş və iş bağlanmışdır. Hər ay Ummuya 1500 manat pul vermişlər. Get gedə faiz artmış və Ummuya olanı pulu ödəyə bilməmişlər. Bundan sonra Əlirza ona Almaz adlı tanışın evi olduğunu və həmin evi girov qoyaraq pul götürüb Ummuya olan faizi ödəməyi demiş, çünki Ummuxanıma olan faiz get gedə artmışdır. Onlar da həmin evi girov qoyaraq Ruslanın tapdığı Mehralı adlı şəxsdən 20.000 manat faizə pul götürmüşlər. Şapka və faizləri çıxdıqdan sonra Əlirza ondan 14.000 manat pul almışdır. Bu pul az olduğundan makler Ruslan öz evlərini ipotekaya qoyub təxminən 80.000 manata yaxın pul götürmələrini və hər iki borcuda bağlamalarını demiş, bununla razılaşmışlar və işi görməsi üçün Ruslana 8000 manat pul vermişlər. Geri qalan pulla Ummuxanımın verdiyi pulun faizini qaytarmışlar. Əlirza taksi fəaliyyəti ilə məşğul olub pul qazanmaq üçün maşın lazım olduğunu demiş, "Mersedes-Benz C-280" markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili İlham Kərimovdan almışlar. Həmin maşını İlhamdan ilkin ödəniş 6000 manat verib götürmüşdür. Ümumilikdə 13.000 manata razılaşmışlar və hər ay 500-600 manat pul vermişlər. Təxminən 5-6 ay keçmiş, Ruslan ipotekanı düzəldə bilməmişdir. Artıq həm Ummuxanım və Mehralıya olan faizlər, həm də İlhama olan kredit borcu get gedə artmışdır. Ruslan Mehralının pulunu tələb etdiyini onlara demiş, Ruslandan nə edə biləcəklərini soruşduqda sonuncu obyekt tapmalarını, girov qoyub faizə pul götürüb borcları bağlamalarını demişdir. Bundan sonra Əlirza Nərimanov rayonu, Həsənoğlu küçəsi 9-da yerləşən qeyri yaşayış sahəsi tapmış, həmin obyekti kirayəyə verən Bayram adlı şəxsi tapmış və obyekti kirayə götürmüşlər. Ruslana bu barədə dedikdə, həmin obyekti girov qoymaq üçün sənədləşməyə 10.000 manat lazım olduğunu bildirmişdir. Daha sonra Əlirza Abbasın vasitəsilə Təqsirləndirilən şəxs adlı bir şəxsi tapmış və onunla danışıb 5000 manata razılaşmışlar. Lakin, həmin obyekti adına keçirmək üçün Bayramın adından kiməsə etibarnamə olmalı idi. Bunları Əlirzaya danışdıqda obyekti onun adına keçirməsini istəmişdir. Bunu etmək üçün yuxarıda adını qeyd etdiyi polis əməkdaşı Rəşad Hüseynovla əlaqə saxlayıb məsləhətləşmişlər. Rəşad bunu öyrətmiş, Ukraynada verilmiş olan etibarnaməni götürüb üzərində dəyişikliklər etmişlər və komputerdər çıxarıb yenidən faksa vermişlər. Beləliklə də, etibarnamə məsələsi həll olunmuş, daha sonra Təqsirləndirilən şəxs alqı-satqı işini görmüş və həmin obyekti öz adına keçirtmişdir. Bundan sonra obyektə kupça və digər sənədlər düzəltmişdir. Bundan sonra makler Ruslana obyektin hazır olduğunu demişlər. O isə, Akif adlı bir şəxs tapmış, Akiflə 60.000 manat qarşılığında razılaşmışlar. Akifin yanında Qədir adlı şəxs də olmuşdur. Bundan sonra Əlirza onlarla notariusa getmiş, orada sənədləşmə aparılmış və obyekt Akifin adına keçirilmişdir. Əlirza və makler Ruslanın danışdıqlarından Təqsirləndirilən şəxs 60.000 manat pulu kassadan götürüb çölə çıxdıqdan sonra 20.000 manat pulu özünə götürəcəyini dediyini öyrənmiş, lakin onunla ilkin razılıq 5.000 manat olmuşdur. Aralarında söz mübahisəsi olmuş və polisə məlumat verəcəyıni dediyi üçün Əlirza çox üstünə getməmiş və 20.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Akifin tanışı Qədirə məxus olan Çənlibel restoranına getmişlər. Orada həmin puldan maklerlərə faiz pulu verilmiş, həmçinin sonra Ummuxanım Dinlerə 3000 manat və Mehralıya 4000 manat vermişlər. Bundan sonra İlhama da olan borcunu bağlamışlar, lakin "Mersedes-Benz C-280" markalı avtomobili Əlirzanın adına keçirtməmişdir. Qalan pulla da İlhamdan "Mersedes-Benz C-180" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını kredit götürüb 12.000 manat razılaşmışlar, ilkin olaraq 5500 manat da pul ödənmişdir. Makler Ruslanın dediyi ipoteka məsələsi alınmamışdır. Faizləri vermək üçün yenidən saxta etibarnamə düzəldib avtomaşınları satmışlar. İlham hər iki maşının pulunu ödədikdən sonra ikisini də Əlirzanın adına keçirəcəyini dediyi üçün məcbur qalıb saxta etibarnamə düzəltmişlər. Maşınları satıb götürdükləri pulla faizləri bağlamışlar. Lakin əsas məbləğ yenə də ödənilmədən qalmışdır. Yenidən makler Ruslanla oturub məsləhətləşmişlər. Ruslan yenidən bir obyekt tapıb girov qoymağı demişdir. Yenə də ona inanıb ünvan 7 ünvanında yerləşən 124 m2 qeyri yaşayış sahəsini tapmışlar. İlkin olaraq həmin obyekti 2000 manat müqabilində kirayə götürmüşlər. Daha sonra həmin obyekti girov qoymaq üçün sənədləşmə işini makler Ruslan etmişdir. Ona isə, 7000 manat pul vermişdir. Belə ki, həmin obyekt sahibi tərəfindən ona etibarnamə verilmiş, adından isə Əlirzaya satılmışdır. Bu dəfə faizi Ruslanın tanışı makler Rəşad tapmalı idi. Bundan sonra şikayət olduğunu, polisin onları axtardığını demişlər. Polis əməkdaşı Rəşad Hüseynov və makler Ruslan onlara Bakıdan qaçıb gizlənmələrini, məsələləri həll edəcəklərini demişlər. Balakən rayonuna gedib orada qalmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, o, işin mahiyyətinə varmamış və bacısı oğlu Şahid1 dediyi sənədlərə imza etmişdir. X6 məxsus Bakı şəhəri, 9-cu mkr ərazisində yerləşən binanın alqı-satqısının həyata keçirilməsi prosesi barədə göstərmişdir ki, Almaz Həsənovanı evlərinə gələn həkim kimi tanıyır. Belə ki, Əlirzanın uşağının həkimi olub. Onu yalnız bir dəfə onun evi Şahid1 tərəfindən saxta sənəd düzəldilərək faizə qoyulması söhbətindən sonra onlara gələrkən görmüşdür. Həmin vaxtı eşitmişdir ki, evinin faizə qoyulmasında Almaz Həsənovanın razılığı olmuşdur. Bu barədə Əlirzadan eşitmişdir. Belə ki, Əlirza evdə Almazın üzünə qarşı demişdir. Şahid10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən qeyri yaşayış sahəsinin saxta sənədlə satılmasının necə həyata keçirilməsi ilə bağlı göstərmişdir ki, elanda Şahid10 həmin obyekti icarəyə verdiyini görmüşlər. Bundan sonra həmin ünvana Əlirza ilə birlikdə getmişlər və Bayrama həmin obyekti neçəyə icarəyə verdiyini soruşmuşlar. Bayram da həmin obyekti 2000 manata icarəyə verdiyini demişdir. Həmin obyekti götürüb orada diş klinikası açmaq istəmişlər. Daha sonra Təqsirləndirilən şəxslə hazırda xatırlamadığı bir ünvanda görüşmüşlər. Təqsirləndirilən şəxs onlardan nə işlə məşğul olduqlarını soruşmuş, diş klinikası açmaq istədiklərini demişlər. Ruslan ordan gələn gəlirin az olduğunu, faizə pul verən olduğunu, həmin obyekti girov qoyub faizə pul götürmələrini və böyük bir bizneslə məşğul olmalarını, eyni zamanda sənədləri də düzüb-qoşmağın onluq olduğunu demiş və Ruslanla razılaşmışlar. Daha sonra Ruslan saxta sənədləri düzəldib gətirmiş, həmin sənədlərə qol çəkmişdir. Belə ki, Bakı şəhəri H.Əliyev küçəsində yerləşən “Asan Xidmət”-in notariusunda alqısatqı müqaviləsi bağlanmış və obyekt Ruslana satılmışdır. Amma həmin alqı-satqı formal olmuşdur. Belə ki, Ruslan obyektə görə pulu notariusun hesabına kartdan keçirtmiş və həmin notariusun hesabından da geri karta qayıtmışdır. Yəni alqı-satqı zamanı göstərilən 65.000 manat pulu götürməmişdir. Həmin pul Təqsirləndirilən şəxs çatmışdır. Bundan sonra həmin obyektin aqibəti barədə maraqlanmamışdır. Zərərçəkmiş şəxs tanımır. Onu görməmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında həmin obyektin alqı-satqısı zamanı 53 saylı notariat kontorunda iştirak etməmişdir. X19 məxsus obyektin saxta üsulla ələ keçirilməsindən məlumatı yoxdur. Həmin xüsusatda iştirak etməmişdir. X6 məxsus evin saxta sənəd əsasında satılması ilə bağlı heç bir məlumatı yoxdur. Ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 329-da yerləşən evin satılması ilə bağlı göstərmişdir ki, həmin ev ona bağışlanarkən saxtakarlığa yol verilmişdir. Belə ki, qardaşı Nəzərəlinin adından ərizə saxtalaşdırılmışdır. Bu barədə sonradan məlumatı olmuşdur. Ev onun adına keçdikdən sonra da Ummuxanım Dinler adlı qadına girov qoyulub faizə pul götürülmüşdür. Həmin evə görə ümumilikdə Ummuxanım faizə 28.400 manat pul vermişdir. İlkin olaraq alqı-satqı üçün notarius Rəşadətin yanına gedilmiş, Rəşadətin yanında beh müqaviləsi bağlanmış və ilkin olaraq 10.000 manat faizə pul götürülmüşdür. Sonradan Rəşadət heç bir səbəb göstərmədən alqı-satqı əməliyyatının aparılmasından imtina etmişdir. Ona görə də Dinler Ummuxanım əməliyyatı Altay Abbasovun yanında aparılmasını demişdir. Bundan sonra beh müqaviləsi bağlanan gün günorta saatlarında notarius Altay Abbasovun yanına getmişlər. X22 tanışı idi. Orada alqı-satqı əməliyyatı keçirilmiş və Ummuxanım Dinler 18.400 manat pulu onlara vermişdir. Alqı-satqı günündən əvvəl qardaşı Nəbi və Nəzərəlinin həmin evdə qeydiyyatdan qanunsuz çıxarılması üçün Əlirza onun yanında Rəşada 5000 manat pulu iş yerinin yaxınlığında vermişdir. Həmin pulun 3000 manatı qeydiyyatdan çıxarmaq üçün, 2000 manatını isə qeydiyyata salmaq üçün verilmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Nəbini qeydiyyata salsa da, Nəzərəlini qeydiyyata salmamışdır. Ukraynadan etibarnamələr alınsa belə, mütləq şəkildə həmin etibar edən şəxsin şəxsiyyət vəsiqələri, o cümlədən xarici pasportları həmin ölkənin notariat kontorlarına təqdim olunmalı idi. Belə olan halda adlarından etibarnamə aldıqları şəxslərin şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının əsllərini hardan əldə etmələri ilə bağlı göstərmişdir ki, həmin şəxslərin sənədlərini Nərimanov rayon Pasport qeydiyyatı şöbəsinin əməkdaşı X14 təşkil etmişdir. Çünki qeyd edilən kimi həmin şəxslərin şəxsiyyət vəsiqələrinin və xarici pasportlarının əsilləri lazımdır. Bütün bunlara görə Rəşada 50.000 manata yaxın pul onun yanında Əlirza tərəfindən evində, iş yerinin yaxınlığında verilmişdir. Bundan başqa ölkədən qaçmaqlarını təşkil etmək üçün Rəşad onlara xarici pasport və şəxsiyyət vəsiqəsi düzəldəcəkdi. Hətta düzəltdiyi saxta şəxsiyyət vəsiqəsinin şəklini də çəkib telefonlarına göndərmişdi. Hazırda telefonunun harda olduğunu bilmir. Onları ölkədən çıxarmasını təşkil etməsi üçün Rəşada 12.000 manat iş yerində otağında verilmiş, 13.000 manat isə evində verilmişdir. X46 rayonu ərazisində yerləşir, 2 ya da 3 mərtəbəli ağ laylı həyət evidir. X23 nəyə görə evləri ilə bağlı alqı-satqının həyata keçirilməsindən imtina etməsi ilə bağlı göstərmişdir ki, bu barədə heç nə bilmir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində bildirmişdir ki, toyda olan zaman Zərərçəkmiş şəxs ona zəng gəlmiş. Zərərçəkmiş şəxs ona obyektini icarəyə vermə səbəbini soruşmuşdur. O, isə telefonla danışanın dostu olduğunu və onunla zarafat etdiyini hesab etmişdir. Lakin daha sonra işin ciddi olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs ona obyekti özünün aldığını bildirmişdir. O, isə obyektin çıxarışının onda olduğunu demişdir. Bir neçə gün keçdikdən sonra komendant ona zəng edərək iki nəfərin əllərində çıxarışla gələrək obyektin onlara məxsusu olduğunu bildirdiyini demişdir. O, Zərərçəkmiş şəxsla danışaraq obyekti kimdən aldığını və çıxarışının olub olmadığını soruşmuş, Akif isə Ruslan adlı şəxsdən aldığını və çıxarışının olduğunu demişdir. Daha sonra o Bakıya gələrək Zərərçəkmiş şəxsla obyektin yanında görüşmüş və onun da çıxarışının olduğunu görmüşdür. O, vəkili ilə birlikdə Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Prokrorluğuna şikayət yazıb onlayn qaydada göndərmişdir. 1 həftə sonra ona DİN-dən zəng gəlmiş və məsələ ilə bağlı bəzi suallar verilmişdir. Daha sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsindən zəng gəlmiş və ona hara şikayət etdiyini soruşmuş və müstəntiqin nömrəsini istəmişlər. Həmin obyekti o, 2010cu ildə alıb icarəyə vermişdir. İsmayıl və Əlirza ilə maklerlər vasitəsi ilə tanış olub. Daha sonra onlar obyektə baxaraq bəyənmiş və 200 manat beh vermişlər. O,vatsap vasitəsi ilə onlra lisenziya almaq üçün şəxsiyyət vəsiqəsinin sürətini atmışdır. O, həmin şəxslərə obyekti nə məqsədlə istifadə edəcəklərini soruşmuş, onlar isə hal-hazırda başlarının qarışıq olduğunu, Ukraynadan ət vurduqlarını və daha sonra işlədəcəklərini demişdirlər. 6 ay mağaza işlək vəziyyətdə olmamışdır. Ruslanı ilk dəfə Apellyasiya Məhkəməsinin həyətində görüb. Obyektin onun adına olduğunu bildirib. O,Ruslanın bir dəfə obyektə girdiyini və işıq pulu yığan ilə söhbət etdiyini bildirib. İşıq pulu yığan ona kim olduğunu soruşan zaman Ruslan isə obyekti aldığını deyib. İşıq pulu yığan isə obyektin Bayrama məxsus olduğunu bildirib. X3 və dostlarının obyekti ona satdığını deyib.Ruslanın obyektə getdiyini işıq idarəsində işləyən işçi ona bildirib. O,işığın pulunu 2-3 gün qabaqcadan ödəyib. Obyekt satılsa da, sayğac obyektin əvvəlki sahibinin adında qalıb. İbtidai araşdırma zamanı şahid (170066105 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs) Şahid10 ifadəsində göstərmişdir ki, 2007-ci ildə ünvan 8 ünvanında yeləşən 77,9 m2 ibarət qeyriyaşayış sahəsini almış və xx.xx.2010-cu il tarixdə həmin qeyri-yaşayış sahəsinə ********** qeydiyyat və **********93-05301-083003 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış” verilmişdir. Aldığı vaxtdan sonra həmin yeri təmir etdirərək icarəyə vermişdir. 2016-cı ilin sentyabr ayında icarəyə verdiyi şəxs oranı təhvil verdiyindən yenidən qeyri-yaşayış sahəsini icarəyə verməyi barədə elan yazmışdır. 2016-cı ilin oktyabr ayında alqı-satqı işi ilə məşğul olan Şahid3 tərəfindən Şahid2 və Əli kimi tanıdığı Şahid1 həmin yerə gəlib baxaraq bəyənmişlər və qiymət barədə razılaşdıqda aralarında şifahi razılaşma əldə olunmuş, həmin razılaşmaya görə adları çəkilən şəxslər ona məxsus obyekti bir ay üzrə 2000 manat olmaqla icarəyə götürmüşdürlər. Şahid2 ona 200 manat verərək həmin obyekti stomotoloji klinika kimi istifadə edəcəklərini bildirmişdir. Həmin klinikaya lisenziya almaq üçün onlar yerin çıxarışının surətini və açarlarını götürmüşlər. İki həftə sonra İsmayıl daha 1.800 manat verərək yaxın müddətdə mülkiyyətində olan obyektə dair “İcarə Müqaviləsi” bağlayacaqlarını bildirmişdir. Bir müddət keçdikdən sonra Şahid2 ona zəng edərək lisenziya almaq üçün şəxsiyyət vəsiqəsinin surətini tələb etmişlər. Öz növbəsində “WhatsApp” proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsinin surətini İsmayıla göndərmişdir. 2016-ci ilin dekabr ayı üçün icarə haqqını ödəmədiklərinə görə Şahid2 zəng vurduqda sonuncu zənglərinə cavab verməmişdir. Uzun müddət zənglərinə cavab vermədiyi üçün Şahid3 zəng vurub Şahid2 ya yerinin icarə haqqını ödəməsini, ya da açarlarını qaytarmasını tələb etmişdir. Bir müddət keçdikdən sonra Şahid2 özü onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb hazırda Azərbaycan Respublikasında olmadığını, gələndə icarə haqqı üzrə borcunu tam həcmdə ödəyəcəyini demişdir. Lakin, buna baxmayaraq o, həmin ay da icarə haqqını ödəməmişdir. Bu məzmunda aralarında saysız-hesabsız “WhatsApp” proqramı yazışmaları vardır. 2017-ci ilin yanvar ayında Şahid2 ona daha 3000 manat verərək işlərində biraz çətinlik yarandığını, ona görə də gecikmə olduğunu, bundan sonra daha gecikmə olmayacağını demişdir. Lakin bu sözlərinə baxmayaraq həmin vaxtdan bu günə kimi nə Şahid2, nə də ki, Əlirza ona icarə haqqı üzrə borclarını ödəməmişlər, nə də ki, mülkiyyətində olan obyektin açarlarını qaytarmamışlar. Sonuncu dəfə 30 iyun 2017-ci il tarixində Şahid2 “WhatsApp” proqram vasitəsi ilə ona öz pasportunun şəklini göndərmiş və Gürcüstan Respublikasında olduğunu və Azərbaycana qayıdan kimi onunla görüşüb icarə haqqı üzrə bütün borclarını ödəyəcəklərini demişdir. Lakin, İsmayıl yenə onu aldadaraq gəlib borcunu ödəməmiş və telefonlarını bağlamışdır. Sonra yenidən yeri icarəyə verməyi və ya satmağı barədə elan vermişdir. 17 iyul 2017-ci il tarixdə bir nəfər şəxs ona zəng edərək yeri neçəyə satdığını və sənədlərinin olub-olmamasını soruşmuşdur. Cavabında ona yerin hər bir sənədinin olduğunu demişdir. Elə həmin ərəfədə yenidən həmin şəxs ona zəng edərək ona məxsus qeyri-yaşayış sahəsini aldığını və onun mülkiyyətində olduğunu demişdir. Həmin şəxsə iradını bildirərək həmin yerin 2007-ci il tarixdən onun mülkiyyətində olduğunu və heç kimə də satmadığını göstərmişdir. Lakin, adının sonradan Akif olduğunu bildiyi şəxs bu yeri təzəlikdə aldığını demişdir. İlk əvvəl ona inanmayaraq dostları tərəfindən zarafat olduğunu başa düşüb gülərək həmin yerin ona məxsus olduğunu demişdir. 18 iyul 2017-ci il tarixdə binanın komendantı Əhmədova Səbinə də ona zəng edərək Zərərçəkmiş şəxs adlı bir şəxsin əlində “Çıxarış”la gəlib ünvan 8 ünvanında mülkiyyətində olan 77,9 m2 ibarət qeyri-yaşayış sahəsini 53 saylı notariat kontorunda (notarius Ələkbərova Səma) Təqsirləndirilən şəxs adlı şəxsdən (telefonu: ***-***-**-**) 25 yanvar 2017-ci ildə qızı X7 aldığını demişdir. Lakin, Akif yenidən həmin yeri aldığını dedikdə əsəbləşib evdən çıxaraq Bakı şəhərinə gəlmiş və elə həmin həyətdə Akiflə görüşmüşdür. Onun sənədlərinə baxdıqda ona məxsus yerin ona satılması barədə alqı-satqı müqaviləsinin olduğunu görmüşdür. Akifə bunun müqabilində yerin çıxarışını göstərib bu yerin 2007-ci ildən ona məxsus olduğunu demişdir. Akif də belə şeyin mümkün olmadığını, bu yeri Ruslan adlı şəxsdən aldığını demişdir. Yenidən sənədləri ona göstərək bu yerin ona məxsus olmaqla heç kimə satmadığını qeyd etmişdir. Akif isə bu yeri onun Xarkov şəhərində verdiyi etibarnamə əsasında satıldığını demiş, Akifə ümumiyyətlə heç vaxt Xarkov şəhərində olmadığını bildirmişdir. Həmçinin ona Şahid2 və Əli adlı şəxsin onun etibarından sui istifadə edərək İsmayıla göndərdiyi şəxsiyyət vəsiqəsinin şəklini saxtalaşdırıb orada evli yerini subay elədikləri və adından saxta etibarnamə düzəldib mülkiyyətində olan əmlakını saxta sənədlər düzəltməkə başqasını da aldadaraq ona satdıqlarını öyrənmişdir. 19 iyul 2017-ci il tarixində özündə olan “Çıxarış”-ın və “Daşınmaz əmlakın texniki pasportu”-nu götürüb 53 saylı notariat kontorunda notarius Ələkbərova Səma xanıma yaxınlaşıb qeyd etdiyi alqı-satqıya dair notariat işini almış və əldə etdiyi sənədlərə asasən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs mülkiyyətində olan və heç kimə satmadığı ünvan 8 ünvanında yeləçən 77,9 m2 ibarət qeyriyaşayış sahəsinə dair özünün mülkiyyət hüququnu təsdiq edən 18 yanvar 2017-ci il tarixində ********** qeydiyyat və **********93-05301-083003 reyestr nömrəsi ilə qeydə aldırmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsidən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış” almışdır. 25 yanvar 2017-ci il tarixində isə Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında yeləçən 77,9 m2 ibarət qeyriyaşayış sahəsini X1. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 1 saylı Asan xidmətdə notarius vəzifəsində işləyir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsi sənədlərin təsdiqində aparılan əməliyyat zamanı tanıyıb. Notariusda vətəndaşlar növbə götürərək pəncərəyə yaxınlaşır və o da prosedura uyğun olaraq vətəndaşları qəbul edir. O, alıcı və satıcını qəbul etmiş, İsmayılın etibarnaməsinin Ukraynada təsdiq edilmiş olduğundan apostil tələb etmədiyini, lakin notariusla əlaqə saxlayaraq yoxlamışdır. Etibarnamə notariusda təsdiq edildikdən sonra tərcümə edilib. Sistemdə Şahid10 evli ya da subay olması ilə bağlı məlumat olmadığı üçün ondan şəxsiyyət vəsiqəsi tələb olunub. Şəxsin evli ya da subay olmasını şəxsin nümayəndəsi təsdiq etdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. İsmayıl tərəfindən onun şəxsiyyət vəsiqəsi gətirilmiş və sənədləşdirmə prosesi baş vermişdir. O,bu məsələ ilə bağlı araşdırma aparan zaman həmin şəxs Ukrayna Respublikasında biznesinin olduğunu, Bakı şəhərindəki obyektlərini sataraq Ukraynada olan biznesini dirçəltmək istədiyini bildirib. Pul banka qoyulduqdan sonra çekləri verib. Daha sonra araşdırılma aparılan zaman etibarnamənin saxta olduğu bilinib. Prokurorluğa izahat verib müstəntiqlə əlaqə saxlayıb. Daha sonra o, notariusda olan xanımla əlaqə saxlamış və müqaviləni təsdiq edən zaman kopyasını saxlayıb saxlamadıqlarını soruşmuşdur. Notariusda işləyən xanım isə sənədlərin kopyasının olduğunu və ona vatsapla göndərəcəyini deyib.O,sənədi aldıqdan sonra sistemə vurmuş və Bayramın pasportunda olan şəkil ilə ona gələn sənəddəki şəkilin fərqli olduğunu görüb. Daha sonra məlum olub ki,İsmayılgil pasportu saxtalaşdıraraq notariusdan saxta etibarnamə əldə ediblər.Ona qeyri yaşayış sahəsinin çıxarışı təqdim edilib.Çıxarışın dublikat olub olmadığını xatırlamadığını belə hal olsa belə sistemdə yoxlanıldığını bildirib.O vətəndaşa proses ilə bağlı məlumat verərək bildirmişdir ki,real qiyməti qeyd etsinlər.Verginin zonaya görə hesablandığını və bankın xidmət haqqı olaraq hər 10.000 manata görə 20 manat tuttuduğunu bildirib.Buna görə məbləği gizlətməməyi tövsiyə etmiş və sonrasında mübahisə olarsa müqavilədən kənar verdikləri pulu izah edə bilməyəcklərini bildirib.O,obyektin bazar qiymətini bilmədiyini,dami olaraq alqı-satqı işləri ilə məşğul olduğu üçün bəzi ərazilərdə mənzil və obyektlərin qiymətlərini təxmini olaraq bilmişdir.Şahid10 ona təqdim edilən şəxsiyyət vəsiqəsinin özü olduğunu sonradan saxtalaşdırıldığını bildirib.Onun otağında İsmayıl və Ruslan olub.O vaxt vəsiqənin nömrəsini sistemə vuranda şəkil,ad,soyadın eyni olduğunu görüb.O,sənədlərin yoxladığı zaman notariat palataların səhifələrindən notariusun nömrəsini əldə edərək onlarla əlaqə saxladıqlarını bildirib.Sənəd yoxlanılan zaman sənədin aşağısında hansı nömrə ilə əlaqə saxlanılaraq yoxlanıldığı qeyd edilmişdir. İbtidai araşdırma zamanı Şahid5 ifadəsində göstərmişdir ki, 2009-cu ildən notarius kimi fəaliyyət göstərməklə 2013-cü ildən 1 saylı Asan Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Notariat kontorunun xüsusi notariusu vəzifəsində çalışır. Notarius kimi vəzifəsi notariat hərəkətlərini aparmaqdan ibarətdir. Bu hərəkətləri aparan zaman Notariat haqqında qanuna və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında təlimata əsaslanır. İş rejimim həftənin beş günü iş, iki günü isə istirahət günündən ibarətdir. 13 yanvar 2017-ci il tarixdə işdə olan zaman saat 11-12 radələrində növbə kağızı ilə Şahid2 və Təqsirləndirilən şəxs ona yaxınlaşaraq alqı-satqı aparmaq istədiklərini bildirmişlər. Sənədləri qəbul etdikdə Şahid2 tərəfindən ünvan 2 ünvanında yerləşən 77.9 m2 sahəsi olan qeyri yaşayış sahəsinə dair dublikat çıxarış, özünün şəxsiyyət vəsiqəsi, Ukrayna Respublikası, Xarkov şəhərində qeyri yaşayış sahəsinin sahibi tərəfindən onun adına verilmiş etibarnaməni təqdim etmişdir. Həmçinin alıcının da şəxsiyyət vəsiqəsi götürülmüşdür. Etibarnamə Ukrayna Respublikasında verildiyindən ilk öncə onu yoxlamaq məqsədi ilə “Google” sosial şəbəkəsi vasitəsi ilə Ukrayna Respublikası Xarkov şəhərində fəaliyyət göstərən xüsusi notariusların siyahısından etibarnamədə olan notarius X13 fəaliyyət göstərdiyi kontorun istifadəsində olan +380 (50) ***-**-** telefon nömrəsi ilə əlaqə saxlayaraq Nadejda xanımla danışmış və ondan xx.xx.2017-ci il tarixdə Şahid10 adından ünvan 2 ünvanında yerləşən 77.9 m2 sahəsi olan qeyri yaşayış sahəsini alıb-satmaqla bağlı Şahid2 reyestrdə 51 nömrəsi ilə qeydə alınmış və üzərində HBİ 898125 blank nömrəsi olan etibarnamə verilib-verilməməsini soruşmuşdur. Nadejda xanım da sənədləri yoxlayaraq həqiqətən də belə bir etibarnamənin verildiyini bildirmişdir. Etibarnamənin saxta olmamasını müəyyən etdikdən sonra onu tərcüməyə göndərmiş, sonra isə çıxarış dublikat olduğundan “Elektron Notariat informasiya sistemi”ndə onu yoxlamış və müəyyən etmişdir ki, sistemdə həmin əmlakla bağlı heç bir alqı-satqı və bağışlama əməliyyatı aparılmamışdır. Çıxarışın itməsi səbəbindən dublikat olması qənaətinə gəldikdən sonra əmlak üzərində məhdudiyyət və qadağanın olub-olmaması barədə real vaxt rejimində həbs və yüklülüyün olmaması barədə arayış alınmışdır. Bundan sonra İsmayıldan Şahid10 ailə vəziyyəti haqqında maraqlandıqda o, Bayramın subay olduğunu bildirmişdir. Bu zaman aparıcı mütəxəssiskarguzar X8 tapşırıq vermişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat informasiya sistemi”nin vasitəsi ilə Şahid10 ailə vəziyyətini yoxlasın. 5-10 dəqiqə yoxlama aparıldıqdan sonra Təranə xanım onu yanına çağırmış və kompyuterə yaxınlaşdıqda sistemdə heç bir məlumatın aşkar olunmadığını görmüşdür. Sonra otağa qayıtmış və alıcının iştirakı ilə Şahid2 Şahid10 ailə vəziyyəti ilə əlaqədar sistemdə heç bir məlumatın olmadığını bildirmişdir. Buna görə də Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında təlimatın 49-cu maddəsinin 7-ci bəndinə əsasən Bayramın subay olması barədə ərizə yazmalı olduğunu və bununla bağlı bütün məsuliyyət öz üzərinə götürməli olduğunu demişdir. İsmayıl da heç bir problem olmadığını, onun subay olmasına əmin olduğunu, elə həmin yeri o, subay olduğu üçün onun adına almışdır ki, satanda başqa şəsin iddiası olmasın. İsmayıl həmçinin Bayramın etibarnamə ilə birlikdə şəxsiyyət vəsiqəsini də ona göndərdiyini, lazım olarsa gətirə biləcəyini demişdir. İsmayıla Bayramın şəxsiyyət vəsiqəsini gətirməsini demiş, bir saatdan sonra Bayramın şəxsiyyət vəsiqəsinin əsli və kompyuterdən çıxmış surətini ona təqdim etmiş əsli ilə surəti eyniləşdirmiş, və həqiqətən də hər ikisində Bayramın subay olmasını müəyyən etdiyi üçün əslin özünə qaytarmış, surətini isə saxlatmışdır. Həmçinin etibarnamədə olan şəxsiyyət vəsiqəsi ilə Bayramın şəxsiyyət vəsiqəsində olan nömrəni eyniləşdirmiş, nömrələr eyni olduğundan həmin nömrəni sistemdə də yoxlamış və orada çıxan şəkillə Bayramın şəkili eyni olduğundan artıq hər şeyin qaydasında olduğunu müəyyən edib alqı-satqıya başlamışdır. Qeyri yaşayış sahəsinin qiyməti yazıldıqda qiymətin aşağı olmasını gördükdə onlara əgər vergiyə və ya bankın 0.2 faizinə görə görə qiyməti aşağı yazdırırlarsa buna ehtiyac olmadığını, orada elə bir böyük məbləğin tutulmadığını demişdir. Bu zaman alıcı Təqsirləndirilən şəxs ona sərt şəkildə “Siz qiymətə qarışa bilmərsiz, tərəf olaraq biz müstəqilik və artıq razılaşmışıq”. İsmayıl da pula ehtiyacı olduğu üçün belə satdığını və artıq razılaşdıqlarını demişdir. Növbəti mərhələdə pulun banka qoyulması üçün banka məktub yazmış və təqdim olunmuş sənədlər əsasında yığılmış alqı-satqı müqaviləsi elektron notariat sisteminə vergi yoxlanılması üçün daxil edilmişdir. Həmin yoxlama bir gün çekdiyindən onlara ertəsi gün gəlmələrini bildirmişdir. Ertəsi günü, yəni xx.xx.2017-ci il tarixdə, saat 12 radələrində onlar gəlmişlər və müvafiq ödəmələri həyata keçirtdikdən sonra müqavilə çap olunaraq iştirakı ilə imzalanmışdır. Həmçinin subaylıq ərizəsi də İsmayıl tərəfindən imzalanmış, bundan sonra onlar çıxıb getmişlər və bir daha onları görməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, “Google” sosial şəbəkəsi vasitəsi ilə Ukrayna Respublikası Xarkov şəhərində fəaliyyət göstərən xüsusi notariusların siyahısından etibarnamədə olan notarius Qrib N.M. axtardıqda yalnız X13 adı çıxmış, sonra yuxarı mərtəbədə olan tərcümə mərkəzi ilə əlaqə saxladıqda onlar Ukrain dilində Nikolayın Mikolay kimi yazıldığını demişlər. Həmçinin notarius özü də təsdiq etdiyi üçün etibarnamənin saxta olmaması qənaətinə gəlmişlər. Şahid10 adından ünvan 2 ünvanında yerləşən 77,9 m2 sahəsi olan qeyri yaşayış sahəsini alıb-satmaqla bağlı Şahid2 reyestrdə 51 nömrəsi ilə qeydə alınmış və üzərində HBİ 898125 blank nömrəsi olan etibarnamədə onların hər ikisinin şəxsiyyət vəsiqəsinə istinad edilməsi, yəni Ukrayna Respublikasında Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə istinad edilməsi onda hər hansı bir şübhə yaradıb yaratmaması ilə bağlı göstərmişdir ki, özü də işlədiyi dövrdə vətəndaşın xahişi ilə onun öz sənədinə istinda etdiyi üçün bu onda heç bir şübhə yaratmamışdır. Hətta izahat vermək üçün ilk dəfə prokurorluğa dəvət olunan zaman yenidən Nadejda xanımla əlaqə saxladıqda o, bunun heç bir əhəmiyyətinin olmamasını bildirmişdir. Şahid10 adından ünvan 2 ünvanında yerləşən 77,9 m2 sahəsi olan qeyri yaşayış sahəsini alıb-satmaqla bağlı Şahid2 reyestrdə 51 nömrəsi ilə qeydə alınmış və üzərində HBİ 898125 blank nömrəsi olan etibarnamədə olan imza ilə alqı-satqı işinə əlavə olunmuş Şahid10 adına olan şəxsiyyət vəsiqəsinin surətində olan imzanın bir-birindən əsaslı şəkildə fərqlənməsi ilə bağlı göstərmişdir ki, həmin imzaların başı ilə sonluğu oxşar oldundan, həmçinin təcrübəsində vətəndaşı şəxsiyyət vəsiqəsində fərqli imza çəkməsi halları olduğundan onda bununla bağlı hər hansı şübhə yaranmamışdır. Qeyd olunan etibarnamə ona verildikdə etibarnamə Ukrayna Respublikasında verildiyindən ilk öncə onu yoxlamaq məqsədi ilə “Google” sosial şəbəkəsi vasitəsi ilə Ukrayna Respublikası Xarkov şəhərində fəaliyyət göstərən xüsusi notariusların siyahısından etibarnamədə olan notarius X13 fəaliyyət göstərdiyi kontorun istifadəsində olan +380 (50) ***-**-** telefon nömrəsi ilə əlaqə saxlayaraq Nadejda xanımla danışmış və ondan xx.xx.2017-ci il tarixdə Şahid10 adından ünvan 2 ünvanında yerləşən 77,9 m2 sahəsi olan qeyri yaşayış sahəsini alıb-satmaqla bağlı Şahid2 reyestrdə 51 nömrəsi ilə qeydə alınmış və üzərində HBİ 898125 blank nömrəsi olan etibarnamə verilib-verilməməsini soruşmuş, Nadejda xanım da sənədləri yoxlayaraq həqiqətən də belə bir etibarnamənin verilməsini bildirmişdir. Ona görə də etibarnamənin saxta olmamasını müəyyən etmişdir. Lakin, Nərimanov rayon prokurorluğuna izahat verilməsi ilə əlaqədar ilk əvvəl çağırıldıqda yenidən Nadejda xanımla əlaqə saxladıqda o, bir daha etibarnamənin həqiqiliyini təsdiq etmiş və ondan Şahid10 şəxsiyyət vəsiqəsinin surətini göndərməsini xahiş etdikdə Nadejda, Şahid10 şəxsiyyət vəsiqəsinin və pasportunun şəklini çəkərək “Watsapp” sosial şəbəkəsi ilə ona göndərdikdə Şahid10 vəsiqəsində olan bütün məlumatların ona təqdim olunmuş vəsiqədə olan məlumatlarla eyni, lakin şəkillərində fərqlilik olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, Nərimanov rayonunda işiq idaərəsində nəzarətçi vəzifəsində çalışır. Xidmət ərazisində iş aparan zaman Bayram adlı şəxsin obyektinin debitor borcu olduğu üçün o, obyektə yaxınlaşmışdır. Əvvəllər obyekt bağlı olduğu üçün həmin obyektə girə bilməmişdir. Həmin gün obyekt açığ olduğu üçün içəri daxil olmuş, içərdə iki nəfər görmüş, sayğacın bildirişini yazaraq həmin şəxslərə təqdim etmişdir. Həmin şəxslərdən kim olduqlarını soruşmuş, onlar isə Bayram müəllimin Moskvada olduğunu, onun qarşısında krasnıy olduğunu və Azərbaycana gələ bilmədiyini demişlər. Bayram müəllim gələnə kimi obyektə həmin şəxslərin baxacaqlarını bildirmişlər. Bir müddət keçdikdən sonra Bayram müəllimi görmüş, Bayram müəllim ona onun obyektini ondan xəbərsiz qeyri-qanuni şəkildə özəlləşdirdiklərini bildirmişdir. Korrupsiya idarəsində izahat verən zaman, ona şəkillər göstərilib. Daha sonra o da, barmağıyla obyektdə gördüyü şəxsə oxşatdığı şəxsi göstərmişdir. Lakin konkret olaraq obyektdə gördüyü adamın məhz Təqsirləndirilən şəxs olub-olmadığını xatırlamır. İbtidai araşdırma zamanı Şahid8 ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" ASC-nin Nərimanov RETSİ-nin nəzarətçi mühəndisi vəzifəsində işləyir. Vəzifəsi sayğacların oxunub işlədilmiş sərfiyyatın müəyyən edilib bu barədə bildiriş təqdim edib abonentə təqdim edilməsi, işıq sayğaclarının saz vəziyyətdə olub-olmamasını yoxlamaqdan ibarətdir. 2017-ci ilin yanvar ayında öz sahəsində, yəni Nərimanov rayonu, Həsənoğlu küçəsində obyektlərdə sərfiyyatını öyrənmək üçün ərazidə olmuş, bu vaxtı Şahid10 məxsus obyektin qarşısına gələndə orada iki nəfər şəxsin qapını açdığını görmüşdür. Həmin biri təxminən 178-182 sm hündürlükdə bir kök, saçının qarşısı seyrək bir nəfər idi. Digəri isə orta boylu arıq bir oğlan idi. Onlara obyektin Şahid10 məxsus olduğunu demiş, həmin vaxtı hündür oğlan ona Bayram müəllimin Ukraynada olduğunu, “stop”u olduğunu, ona görə ölkə ərazisinə buraxılmadığını demiş, ona bunun mümkün olmadığını, belə ki, Bayram müəllimin iki-üç həftə bundan qabaq ona zəng edərək obyektdə olduğunu, sayğaca baxıb sərfiyyatını hesablayıb ona deməsini, çünki Şəmkir rayonuna gedəcəyini dediyini onlara demişdir. Bunu deyəndə oğlan Şahid10 Ukraynada olduğunu, bundan sonra obyektə baxacaqlarını demişdir. Daha sonra öz işi ilə məşğul olmuş, çünki bu məsələnin ona aidiyyəti olmamışdır. Şahid10 tez-tez ölkə xaricinə çıxdığına görə belə bir halı ehtimal edib şübhələnməmişdir. Bu söhbətdən təxminən 6-7 ay sonra həmin obyektə başqa şəxslərin gəldiyini görmüş, həmin vaxt Şahid10 obyektinin saxta sənədlər əsasında başqa şəxsə satıldığını, bununla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparıldığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində bildirmişdir ki, o, Ruslanla restoranda tanış olmuşdur. Şəxslər arasındakı söz-söhbətlərin obyektlə bağlı olduğunu və alış-veriş məsələsində problemlər yaşadıqlarını bilmişdir. O, da alq-satqı zamanı notariusda olmuşdur. Alqı-satqı zamanı notariusda pulun kim tərəfindən götürüldüyünü xatırlamır. İbtidai araşdırma zamanı ********* saylı cinayət işi üzrə Şahid9 ifadəsində göstərmişdir ki, əvvəllər 178-ci maddə ilə bir neçə dəfə məhkum olmuşdur. Hazırda isə Sahib adlı şəxsin Bakı şəhər Baş Polis İdarəsinə şikayəti əsasında tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs həmyerlisidir. 2016-cı ildən 2018-ci ilə kimi Badamdar qəsəbəsində “Çənlibel” restoranını icarəyə götürüb işlətmişdir. Təxminən 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində həmin restorana şəkili Ruslan və Hafiz adlı şəxs tez-tez gəlib getməyə başlamışlar. Orada oturub yemək yemişlər. Onlarla münasibəti yaranmışdır. Həmin ərəfələrdə şəkili Ruslan ona obyekti olduğunu, həmin obyekti girov qoyub faizə pul götürmək istədiyini, əgər faizə pul verən varsa ona bildirməsini, eyni zamanda əgər faizə pul verən olsa ona hörmət edəcəyini demiş, Şahid4la razılaşmışdır. Bundan sonra bu barədə həmyerlisi Zərərçəkmiş şəxs demişdir. Akif də razılaşmış və həmin şəxslərlə onu tanış etməsini bildirmişdir. Akif həmin vaxta qədər şəkili Ruslanı tanımamışdır. Ruslanla Akifi yeməkxanada tanış etmiş, onlar bir-birləri ilə obyektlə bağlı söhbət etmişlər. Daha sonra Akiflə Ruslan arasında olan söhbətdən xəbəri olmamışdır. Belə ki, onlar birlikdə həmin obyektə baxmaq üçün getmişlər. 2017-ci ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs maşınında birlikdə notariusa getmişlər. Orada alqı-satqı olmuş, Zərərçəkmiş şəxs şəkili Ruslan, Hafiz, Əlirza və başqa tanımadığı bir-iki şəxs onun işlətdiyi obyektə gəlmişlər. Orada ikinci mərtəbəyə qalxıb yemək yemişlər. Həmin vaxtı pullar şəkili Ruslanla Əlirzada olmuşdur. Əlirzanı həmin günə qədər tanımamışdır. Obyektlə bağlı söhbətləri Şahid4 aparmış, daha sonra onlar arasında nə söhbət olduğunu bilməmişdir. Biraz oturduqdan sonra hamı halallışıb çıxıb getmişlər. Bir-iki gündən sonra Zərərçəkmiş şəxs iş alındığına görə ona 500 manat pul vermişdir. Bundan sonra Əlirza, Ruslan və Hafiz ayda bir dəfə həmin restorana gəlib yemək yeyib getmişlər. Alqı-satqı günündən sonra o söhbətlərə qarışmamışdır. Bir də təxminən 7-8 ay sonra Akif ona satılmış obyektin saxta sənəd əsasında Əlirzagilin ələ keçirib ona satdıqlarını bildirmişdir. Buna inana bilməmiş, Zərərçəkmiş şəxs bu barədə ona deyənə qədər bu cinayətdən xəbəri, eləcə də qarışacağı olmamışdır. Təqsirləndirilən şəxs, Şahid11, Şahid6, Şahid2 tanımır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, Lotos ticarət mərkəzində işləyir. X18 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs ondan evinə pərdələr almış və bu vasitə ilə tanış olaraq yaxın münasibətləri olmuşdur. O, 3-4 il bundan əvvəl 8-ci kilometrdə yerləşən Vərəm dispanserinin yaxınlığında bir kafedə oturub nərd oynayırmış. Əlirza həmin vaxtı orada yerləşən avtoyuma yerinə gələrək maşınını yuduzdurduqdan sonra onun yanına getmişdir. Daha sonra ona qohumundan zəng gəlmiş və qohumu ona evini satmaq istədiyini demişdir. Söhbət əsnasında Əlirza ona dayısının obyekti olduğunu və satmaq istədiyini demişdir. O,obyektin neçəyə satıldığını maraqlanan zaman Əlirza 65000 dollara satıldığını bildirmişdir. Daha sonra o əgər alan olsa Əlirzaya xəbər verəcəyini demişdir. Sonra isə o, bu barədə Akif müəllimə zəng vuraraq xəbər vermişdir. Akif müəllim isə görüşüb danışmaq istədiyini bildirmişdir. O Əlirzanı çağırmış, Əlirza, İsmayıl və Akif müəllim obyektin yanına getmişlər. Akif müəllim Ruslanın kim olduğunu soruşmuş, Əlirza isə Ruslanın onun dayısı olduğunu bildirmişdir. Akif müəllim sənədləri yoxlatdırmaq üçün götürüb getmişdir. Daha sonra ona zəng edərək obyekti götürmək istədiyini və həmin şəxsləri çağırmasını istəmiş, adamları çağırdıqdan sonra Ruslan gəlmiş və aralarında danışıq olmuş daha sonra getmişlər. Akif müəllim ona zəng edərək obyekti almaq istədiyini və Elmlər Akademiyası metrosunda notariusun qabağına gəlməsini istəmişdir. O, notariusun qarşısına gəlmiş Akif ilə Ruslan alqı-satqı etmiş və sonra ayrılmışlar.Daha sonra o Akif, Əlirza, İsmayıl və başqa 2 nəfər ilə birlikdə kafedə yemək yedikləri zaman Ruslana zəng gəlmiş və o da çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə Əlirzanı o tanış etmişdir. O, İsmayılı orada Əlirza ilə birlikdə görmüşdür. O, obyektə Akif müəllimlə birgə baxmış lakin qiymət barəsində onlar öz aralarında danışıq aparıblar. O, obyektin əsl sahibini tanımır. Notarial kontorda alqı-satqı pulunu Ruslan götürmüşdür. O,bunu şəxsən görmüşdür. Çünkü çek orada Ruslanın adına rəsmiləşmişdi. Pul ondan başqa heçkimə verilə bilməzdi. O,girib çıxan zaman Ruslanın 65000 manat götürüb getdiyini görmüşdürü. Akif müəllimlə Əlirzanı o tanış etmiş və başqa heçnəyə qarışmamışdır. Ruslanın isə özünü oranın sahibi kimi aparmışdır. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, ticarətlə məşğul olmaqla iki olar ki, 8-ci km bazarında yerləşən “Lotos” ticarət mərkəzində kirayə yer götürərək pərdə və yataq dəsti satışı ilə məşğul olur. 2016-cı ilin sentyabr ayında yoldaşının Moskva şəhərində yaşayan bibisi oğlu mərhum Ramizin yoldaşı Bakı şəhərində yerləşən evlərini satmaq üçün ondan kömək istəmiş, bu işdə onlara kömək edəcəyini bildirmişdir. Ona görə də müəyyən tanışlarına bu barədə bildirmişdir. İşdən sonrakı saatlarda da adətən işlədiyi evin yaxınlığında yerləşən adını xatırlamadığı kafedə tanışları ilə oturmuş və orada da yoldaşının bibisi oğlunun evini onlara məsləhət görmüşdür. 2016-cı ilin oktyabr-noyabr aylarında elə həmin kafedə təsadüfən Əli və sonradan dayısı İsmayılla tanış olmuşdur. Lakin, onlarla elə də yaxın münasibəti olmamışdır. Tanışlıq zamanı Əli FHN-nin yanğın söndürmə xidmətində işlədiyini və kapitan rütbəsində olduğunu bildirmişdir. 2016-cı ilin dekabr ayının sonlarında elə həmin kafedə Əli, İsmayıl və başqa tanışları ilə oturan zaman müraciət etdiyi maklerlərdən biri ona zəng vurub evin satılıb-satılmamasını soruşduqda onunla ev barədə danışmağa başlamış, danışıb qurtardıqdan sonra Əli ona Nərimanov rayonunda qeyri-yaşayış sahələri olduğunu və onu münasib qiymətə, yəni 70.000 ABŞ dollarına satdığını, əgər istəsə qohumu evi satdıqdan sonra oranı olara sata biləcəyini demişdir. Həmçinin həmin yerin aylıq 3000 manata kirayə istəyən olduğunu, lakin satışa çıxartdığı üçün vermədiyini demişdir. Əlirzaya həmin qohumuna deyəcəyini bildirmişdir. Sonra qohumu ilə əlaqə saxladıqda o, istəmədiyini demiş, bu barədə Əlirzaya dedikdə o da nəzərində saxlamasını, istəyən olsa ona deməsini bildirmişdir. Bundan təxinən 10-15 gün sonra işdə olan zaman “N brothers” qrupunun produsseri olan Namiq yanına gəlmişdir. Belə ki, o, əvvəl də ondan evi üçün müəyyən ev əşyaları aldığı üçün münasibətləri yaranmışdır. Namiqlə oturub çay içərək ordan-burdan söhbət etməyə başlamışlar. Söhbət zamanı Namiq ipoteka ilə özünə yeni ev götürmək istədiyini demiş, bu zaman yadına Əlirzanin təklifi düşdüyü üçün ona Əlirza adlı tanışı olduğunu, münasib qiymətə Nərimanov rayonunda qeyri-yaşayış sahəsi satdığını demişdir. Namiq qeyri-yaşayış sahəsi istəmədiyini, lakin müəyyən tanışlarına deyəcəyini, istəyən olarsa xəbər edəcəyini demişdir. Bundan təxminən 10 gün sonra, 2017-ci ilin yanvar ayında Namiq ona zəng vuraraq ona təklif etdiyi qeyri-yaşayış sahəsinin satılıb-satılmamasını soruşaraq bir tanışının almaq istədiyini demişdir. Əlirza ilə əlaqə saxlayıb ondan həmin yer barədə soruşduqda Əli hələ də yerin satılmadığını demiş, sonra Namiqə bu barədə demiş və onun təklifi ilə Badamdar qəsəbəsində yerləşən Çənlibel kafesində görüşmüşlər. Həmin zaman orada yeri almaq istəyən və orada tanış olduğu Akif müəllim və adını bilmədiyi başqa birisi olmuşdur. Oturub söhbət etmişlər və Əlirzanın ona dediyi kimi həmin yer barədə ona danışmışdır. Danışıq zamanı Akif müəllim ondan nə işi ilə məşğul olmağını soruşduqda pərdə satışı ilə məşğul olduğunu demişdir. Akif müəllim də ona Sədərək ticarət mərkəzində tanışı olduğunu, nisyə mal götürməsi üçün onunla tanış edə biləcəyini demiş, Akifə təşəkkürünü bildirmişdir. Sonra Akif müəllim həmin yerə baxmaq istədiyini deyərək ondan obyektə baxmaq üçün yerin sahibinə zəng eləyib ora çağırmasını bildirmişdir. Əlirzanın telefonun ona verərək özlərinin getməsini bildirmiş, lakin, Akif müəllim onunla getməyini xahiş etdiyi üçün etiraz etməmiş və Əliyə zəng vurub həmin yerə baxmaq istədiklərini bildirmişdir. Əli də heç bir etiraz etmədiyi üçün elə həmin gün Akif müəllimlə gedib yerə baxmışlar. Əli də ora dayısı İsmayılla gəlmişdir. Akif müəllim yerə baxaraq bəyəndiyi üçün öz aralarında qiymət barədə danışmağa başlamışlar. Əligil oranı 70.000 ABŞ dollarına təklif edir, Akif isə 60.000 ABŞ dollarına ala biləcəyini demişdir. Bir qədər danışdıqdan sonra öz aralarında nəyəsə razılaşmışlar və Akif müəllim onlardan yoxlatdırmaq üçün yerin sənədinin surətini almışdır. Sonra isə ayrılmışlar. Bundan təxminən 5-6 gün sonra Akif müəllim ona zəng vurub həmin yeri almaq istədiyini deyərək Əligilə zəng vurub sabah səhər 10 radələrində Yasamal rayonunda yerləşən notariusa alqı-satqı etmələri üçün gəlmələrini deməyini xahiş etmiş, həmçinin ona orada şahidlik etməsini, ordan çıxandan sonra da Sədərək ticarət mərkəzində işləyən tanışı ilə tanış edəcəyini demişdir. Akiflə razılaşmış və Əliyə zəng eləyib Akif müəllimin sözünü demişdir. Əli də etiraz etməmiş və səhəri günü saat 10 radələrində notariusa getmişdir. Ora çatdıqda Akif müəllim, Əli, Ruslan adlı şəxs və onun yanında adını bilmədiyi bir şəxs də olmuşdur. Orada ona həmin yerin Ruslanın adına olduğu məlum olmuşdur. Hətta bu barədə Əlirzadan soruşduqda sonuncu yerin Ruslanın olduğunu, aralarında öz işləri olduğunu demişdir. X41 müəllim müqavilə hazırlanması üçün içəri keçmişlər. Ara-sıra kontora girib çıxmış, bütün sənədlər hazırlandıqdan sonra müqavilə bağlanmış və Akif müəllim 60.000 ABŞ dollarını kontorun içərisində olan banka vermişdir. Sonra isə Ruslan yaxınlaşaraq qəbzi imzalayıb pulu götürərək çölə çıxmış və qara rəngli Mersedes maşınına oturmuş, Əli də onun yanında oturduqdan sonra Ruslan maşını sürüb çıxıb getmişdir. Akif müəllimlə gedib nahar etmiş və sonra telefonla dediyi tanışı ilə tanış etmişdir. Bundan sonra Akif müəllimlə və Əligilnən əlaqəsi olmamışdır. 2017-ci ilin yay aylarında Akif müəllim ona zəng vuraraq görüşmək istədiyini dedikdə onunla görüşmüş və görüş zamanı Bayram adlı şəxsi tanıyıbtanımamağını soruşmuşdur. Həmin şəxsi tanımadığını dedikdə Akif ona aldığı yerin əslində Bayram adlı şəxsə məxsus olduğunu, Əligilin saxta sənədnən onu Ruslana, sonra isə ona satdıqlarını demişdir. Lakin, bu işdən xəbərdar olmadığı və Bayramı tanımadığını bildirmişdir. Sonra Əli və İsmayılla əlaqə saxlasa da onların telefonları bağlı olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində 2017-ci ilin yanvar ayında tanışı Şamxal ona Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 77.9 m2 ölçüdə qeyri-yaşayış sahəsinin münasib qiymətə satıldığını dedikdə həmin yerə baxmaq istədiyini və Şamxalın onu Ruslanla tanış etdiyini və birlikdə həmin yerə gedib baxdığını göstərməsi ilə bağlı qeyd etmişdir ki, onu Akif müəllimlə Namiq tanış etmişdir. Həmin zaman oların yanında adını bilmədiyi başqa birisi olmuşdur. Lakin, o Şamxalı tanımır. Həmçinin yerə baxmağa Akif müəllimlə ikisi getmişlər. Əlinin həmin yeri hansı səbəbdən məhz ona təklif etməsi barədə gösətrmişdir ki, Əli söz əsnasında həmin yeri ona demişdir. Əli ona yerin satılacağı təqdirdə nəsə hörmət edəcəyi barədə heç bir vəd verməmişdir. Özünün də oradan hansısa qazanc əldə etmək marağı olmamışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. Ruslanı yalnız bir dəfə 53 saylı kontorda olan zaman görmüş və orada ona Akif müəllimin aldığı yerin Ruslanın adına olduğu məlum olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində 53 saylı notariat kontorunda olan zaman orada bütün danışıqları Şahid4 aparması, alqı-satqı müqaviləsi bağlandıqdan sonra da pulun elə notariusun içərisində olan banka verilməsi və ona ora yaxınlaşmağı bildirdiyi üçün ora yaxınlaşdıqda pulu təhvil alması barədə qəbzi oxumadan imzalaması, sonra isə ondan qəbzi alaraq bankın içərisinə keçməsi, Akif müəllimin verdiyi pullar sayıldıqdan sonra onun ilk alqı-satqı zamanı Əlirzagilə verdiyi 69.835 manatı dollara çevirib ona verib qalan pulu da özünə götürərək oradan çıxması, Sonra Şahid4 çıxıb getməsi, onun orada qalması, kontorda olan zaman Şahid4 adını bilmədiyi başqa şəxs Akifin onunla münasibət saxlamasına şərait yaratmamasını göstərməsi ilə bağlı göstərmişdir ki, Ruslanın dedikləri hamısı yalandır. Kontorda olan zaman heç bir danışıq aparmamış və onunla Akif müəllimin danışmaması üçün heç bir maneçilik törətməmişdir. Həmçinin qəbzi Ruslan özü imzalamış və pulu da özü sayaraq götürmüşdür. Sonra isə çölə çıxıb idarə etdiyi qara rəngli Mersedes markalı maşına oturmuş, Əli də onun yanında oturduqdan sonra Ruslan maşını sürüb çıxıb getmişdir. Pulu Ruslanın özünün götürməsini orada olan bankın işçisi də təsdiq edə bilər. Əgər alqı-satqı onların arasında bağlanılırsa pulu o necə götürə bilər? Pulu ona heç kim verməz axı. Bundan başqa o ifadəsində göstərmişdir ki, 2016-cı ilin axırlarında Əlirza ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində 5 nömrəli xəstəxananm qabağında yeni tikilmiş binanın aşağısında obyekt olduğunu, Həmin obyekt, bacısı oğluna məxsus olmaqla 125.000 manata satdığını demişdir. Zərərçəkmiş şəxs isə 5-6 ay bundan əvvəl ona obyekt satılarsa bu barədə ona bildirməsini dediyindən Zərərçəkmiş şəxs zəng edib bu barədə bildirmişdir. Akif ondan obyektin sahəsini soruşmuş, obyektin sahəsini bilmədiyini, lakin 125.000 manata satıldığını demişdir. Zərərçəkmiş şəxs sabah zəng vurub vaxtını təyin edib gedib obyektə baxmağı demişdir. Əlirzaya zəng vurub ertəsi gün obyektə, baxmaq istədiyini bildirmişdir. Ertəsi gün Əlirzayla obyektin yanında görüşmüşlər. Obyektin yanında Akif, İsmayıl və Əlirza var idi. Əlirza obyekti açmış, onlar içərisinə baxmışlar. Zərərçəkmiş şəxs həmin obyektin 125.000 manata baha olduğunu demiş, həmin obyektə görə 117.000 manat pul verə biləcəyini demişdir. Əlirza da bacısı oğlu ilə danışacağını, razı olarsa əlaqə saxlayacağını demişdir. Bir gün keçəndən sonra Əlirza zəng vurub həmin pula satmağa razı olduqlarını demişdir. Zərərçəkmiş şəxs zəng vurub bu barədə ona bildirmiş, Zərərçəkmiş şəxs da ertəsi gün Elmlər Metrostansiyasının yanında yerləşən notariusa gəlmələrini demişdir. 2017-ci ilin yanvar ayının sonlarında təxminən saat 11-də Zərərçəkmiş şəxs və özü notariusun yanına gəlmişlər. Notariusun qarşısında həmin vaxtı Təqsirləndirilən şəxs, Əlirza, İsmayıl, tanımadığı bir oğlan var idi. Əlirza Təqsirləndirilən şəxs göstərib bacısı oğlu olduğunu demişdir. Zərərçəkmiş şəxs isə ondan obyektin onun olub-olmadığmı soruşmuşdur. Bundan sonra onlar içəri keçmişlər. Özü isə çöldə dayanmışdır. Alqı-satqı olduqdan sonra Zərərçəkmiş şəxs pulu notariusun depozitinə qoymuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs Akifə ona beh lazım olduğunu demiş, ona görə beh müqaviləsi bağlamağı bildirmişdir. Daha sonra qalan pul notariusun hesabında qalmışdır. Demişlər ki, Təqsirləndirilən şəxs özü gəlib götürəcək. Çünki çek onda idi. Bundan sonra Təqsirləndirilən şəxs beh kimi verilmiş pulu götürmüşdür. Əli ilə Ruslan qara "Hyundai" markalı avtomaşınına əyləşmişlər. Həmin maşına İsmayıl və tanımadığı bir nəfər də əyləşmişdi. Onlar çıxıb getmişlər. Özü isə Zərərçəkmiş şəxs maşınına əyləşmişdir. Təqsirləndirilən şəxs onlara “siz gedin, biz 15-20 dəqiqəyə gəlirik.” Eyni zamanda hara getdiklərini soruşmuşlar, Badamdarda "Çənlibel" restoranına gedəcəklərini demişlər. Zərərçəkmiş şəxsla "Çənlibel restoranına getmişdir. Maşında Zərərçəkmiş şəxs və yanında bir nəfər tanımadığı şəxs var idi. Kafeyə çatdıqda, orada çörək yeyərkən Ruslanla Əlirza gəlmişdir. Onlar da çörək yeyib 15-20 dəqiqə oturandan sonra Təqsirləndirilən şəxs uşağı bağçadan götürməli olduğunu deyib ordan çıxıb getmişdir. Onlar gedəndən biraz sonra özü də ordan ayrılmışdır. Şahid1 ifadəsində Şahid7 Şahid4la birlikdə Şahid10 obyektini saxta sənədlə rəsmiləşdirmək istəsə də, nail olmaması, ona görə etibarnamənin əslinin lazım olduğunu bildirmələri, buna görə də Ukraynaya gedərək notariusdan Bayramın obyektinə dair etibarnamə alıb Bakıya qayıtması, Bakı şəhərində 2017-ci ilin yanvar ayında ilkin olaraq daşınmaz əmlak Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsinin qərara alınması, həmin vaxtı obyekti Zərərçəkmiş şəxs faizə pul verərək qızının adına keçirilməsinin razılaşdırılması, Zərərçəkmiş şəxs isə faizə pul verməsi üçün şəkili Ruslanın tapması, Zərərçəkmiş şəxsla razılaşmalarına əsasən 60.000 ABŞ dolları faizə pul götürülməsi, 2017-ci ilin yanvar ayında 1 saylı ASAN XiDMƏTdə dayısının adına verilmiş saxta etibarnamə əsasında obyektin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi, 25 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs, onunla şəkili Ruslanın və Zərərçəkmiş şəxs 53 saylı notariusda görüşməsi, notariusda evi Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs qızı Fatimə Məmmədovanın adına keçirilməsi, Zərərçəkmiş şəxs faizə 60.000 ABŞ dollarını Təqsirləndirilən şəxs verməsi, bundan sonra Təqsirləndirilən şəxs çölə çıxması, pulun Təqsirləndirilən şəxs qalması, Akifin “Çənlibel” restoranında çörək yemələrini təklif etməsi, Şəkili Ruslanla onun və Akifin Çənlibel restoranına getməsi, dayısı Şahid2lə birlikdə Təqsirləndirilən şəxslə pulun haqq-hesabını etmək üçün notariusun qabağında qalması, Təqsirləndirilən şəxs həmin puldan 20.000 ABŞ dollarını özünə götürməsi, qalan pulu isə ona qaytarması, pulu ona qaytaranda əsəbləşməsi, belə ki, onunla 5.000 manata razılaşması, ona görə də mübahisələri düşməsi, daha sonra birlikdə “Çənlibel” restoranına gedib orada yemək yemələri, orada da Ruslanla Hafizin onu qırağa çəkərək o puldan 20.000 ABŞ dollarını istəməsi, Belə ki həmin puldan 15.000 ABŞ dollarının Ruslana çatacağını, 5000 ABŞ dolları isə Qədir adlı şəxsə çatacağını deməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd etmişdir ki, Şahid1 dedikləri yalandır. Bütün olanlar dediyi şəkildə olmuşdur. O puldan Əlirza ona 1000 manat pul vermişdir. 20.000 ABŞ dolları pul verməmişdir. Qədir adlı şəxsi tanımır. Onun adı ilə də Əlirzadan pul almamışdır. O həmçinin göstərmişdir ki, pulu notariusdan Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs 60.000 ABŞ dolları pulu özü kassadan götürmüşdür. Sonra da notariusdan Əlirza ilə birlikdə çıxıb avtomaşına əyləşib getmişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. X19 məxsus Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən qeyri-yaşayış sahəsinin saxta sənədlə rəsmiləşdirməsi xüsusatından heç bir məlumatı yoxdur. Birinci dəfədir ki, eşidir. Şahid1 ifadəsində Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən qeyri-yaşayış sahəsini Şahid7la Şahid4 saxta sənədlə girov qoyulmasını və 280000 manat faizə pul götürülməsini və bir nəfərə faizin pulunu ödənilməsini təklif etməsi, Hafizin və Ruslanın daşınmaz əmlakdan sənədi almaq üçün 5000 manat pul lazım olduğunu və həmin pulu verməsini bildirməsi, ona sənəd işlərini düz qoş etdikdən sonra 5000 manat verəcəyini deməsi, bir neçə günə Daşınmaz əmlakdan həmin obyektin kupçasını almaları, daha sonra eyni qaydada Ruslanla birlikdə etibarnamə üzərində saxtakarlıq edərək Ağayev Farizin adından etibarnamə düzəltmələri, bir neçə günə obyekti onun adına keçirtmələri ilə bağlı göstərmişdir ki, Şahid1 yalan deyir. həmin obyektdən məlumatı belə olmamışdır. Əlirza onlara şər atır. Həmin obyektlə bağlı alqı-satqıda, danışıqlarda iştirak etməmiş, məlumatı belə olmamışdır. Şahid1 Şahid7 və Şahid4 onunla əlbir olduğunu ifadələrində göstərməsinin səbəbini bilmir. Amma düşünür ki, Mehralıya satdığı evin qanunsuz olduğunun üstünü açanda Əlirza ilə aralarında söz-söhbət olmuşdur. Əlirza ona acıqlı şəkildə niyə bu işlərə qarışdığını bildirmişdir. Şahid4 əlavə ifadəsində Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “Cayi icib qurtarmadiz qaqa.ureyim partadi, Ordasiz helde? Qiraqa cekil imkan varsa zeng et .gozduyurem” şəklində mesaj göndərilməsi, həmin gün, yəni xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında beh müqaviləsi bağlanması ilə bağlı göstərmişdir ki, üzərindən 3 il keçdiyinə görə yadında qalmamışdır. Şahid1lə aralarında heç bir gizli söhbət olmamışdır. Şahid1lə Aralarında hər hansı sövdələşmə yox idisə, həmin diskə baxışdan xx.xx.2017-ci il tarixdə saat 13:15-də qeyd olunan tarixdə Şahid1 “ƏLİ SƏNİ GÖRDUM ELEMLƏRDƏ MƏNƏ SƏN YAXİNLAŞMA” şəklində mesajın göndərilməsi ilə bağlı göstərmişdir ki, həmin mesajı nəyə görə yazdığını xatırlamır. Ümumiyyətlə 3 il bundan əvvəl göndərdiyi mesajları hansı məqsədlə göndərdiyini xatırlamır. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli bu məsələ bitdi Bank son sözünü dedi Məsələ başga formada müzakirə olunacag Ayıb olsun sənə ki telefona cavab vermirsən Özünü Gədirə bərabər etdin Dostlarınla birlikdə iç üzünüzü göstərdiniz Telefona cavab verməmək kişi işi deyil Sənə böyük hörmətim var idi əfsuslar olsun Sən yaxşı oglansan Özünü onlara tay goyma Mənim işim bundan sonra Ruslanla olacag” şəklində mesajın göndərilməsi ilə bağlı göstərmişdir ki, həmin mesajı görməmiş və oxumamışdır. Həmin mesajdan məlumatı yoxdur. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə “Ruslan mən artıg bankda Əlini müdafiə edə bilmirəm Heç kim məndən inciməsin Ya Əlidən açarı götür ya da bank polislə zamoku dəyişib obyekti təhvil götürür Mənə bir cavab ver” şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, həmin mesajı oxumamış, həmin mesajdan məlumatı yoxdur. Şahid9 ifadəsində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında Şahid10 məxsus obyektə dair alqı-satqı baş tutduqdan sonra “Çənlibel” restoranında olarkən pul onunla Şahid1 olmasını göstərməsi ilə bağlı qeyd etmişdir ki, Şahid9 yalan danışır. Pul onda olmamışdır. Pul Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs Şahid1 ifadəsində yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanındakı ev Ummuxanım Dinlerə girov qoyularaq faizə pul götürülməsi, faiz pulunu da hər ay Ummuxanım Dinlərə onun çatdırmasını göstərməsi ilə bağlı qeyd etmişdir ki, Şahid1 düz danışmır. Ummuxanım həmin evi girov götürüb faizə pul verməmişdir. Ummuxanım almağa ev axtarmış, Ummuxanımla Şahid1 tanış etmiş, yəni maklerlik etmişdir. Şahid1 törətdiyi cinayətlərdən məlumatı olmamışdır. İstintaq sənədlərindən onunla Şahid1 arasında dost münasibətlərinin olması, Şahid1 saxta sənədlərlə ələ keçirdiyi Şahid10 məxsus obyektin, Almaz Həsənovaya məxsus evin satılmasında onun vasitəçilik etməsi, Şahid1 işsiz olduğunu da bilməsi halında Şahid1 daşınmaz əmlaklara sahib olmasının onda şübhə yaratmasının səbəbi barədə göstərmişdir ki, həmin obyektlər Əlirzanın adına olmamış, Əlirza hər dəfə həmin əmlakların yaxınlarına aid olduğunu demiş, buna görə də onda şübhə yaratmamışdır. Həm də Əlirza Ukraynadan mal-dırnaq gətirdiyini demişdir. Şahid1 və Şahid2 tərəfindən törədilmiş cinayətlərə hər hansı aidiyyəti yoxdur. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, o, Akifi Təqsirləndirilən şəxs sonra tanıyıb. Bu işlə bağlı Akif müəllimin obyekt alması münasibəti ilə qonaqlıq verdiyini bilir. O,kafeyə gələrək onlarla oturmuş, Təqsirləndirilən şəxs də onun yanında oturmuşdur. O, Təqsirləndirilən şəxslə zarafatlaşaraq “niyə qaçırsan qaçma səni oğurlmayacaqlar” kimi ifadə işlətmişdir. Ruslan isə uşağı bağçadan götürməli olduğunu deyib ordan bir oğlan ilə çıxıb getmişdir. İstintaq zamanı heç kim ona təzyiq göstərməmişdir. Alqı-satqı zamanı onun Ruslan adında başqa bir dostu ona zəng edərək qonaqlıq olacağını demişdir. Daha sonra o, Akif müəllimin qonqlıq verdiyi restorana getmiş, orada qiymət barəsində söhbət getmiş, o da obyekti ucuz aldıqlarını demişdir. Məclisdə Təqsirləndirilən şəxs onun yanında oturmuş və onun gödəkcəsinin altına pul olmuşdur. İbtidai araşdırma zamanı Şahid7 ifadəsində göstərmişdir ki, əsasən heyvandarlıqla məşğul olur. Arada Bakı şəhərində ev-alqı satqısı ilə də məşğul olur. Şahid4 dostudur. Onu 5 ilə yaxındır ki, tanıyır. Aralarında münasibət təsadüfən yaranmışdır. Şahid1 da təxminən 5 ildir ki, tanıyır. İlkin olaraq onun dayısı Şahid2 tanımışdır. Belə ki, Fərid adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, onlar Nərimanov rayon ərazisində “Topaz” işlətmişlər. Orada futbol oyunlarına pul qoymuşdur. Elə orada İsmayılla münasibət yaranmışdır. Daha sonra da Əlirzanı tanımışdır. Onlarla münasibəti normal olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Onların cinayətlərindən xəbəri olmamışdır. Yalnız onlar qaçıb-gizləndikdən sonra məlumat almışdır ki, onlar saxta sənəd düzəldərək bir neçə şəxsin əmlakını ələ keçirib satmışlar. Bununla bağlı da cinayət işi qaldırılmışdır. Şahid1 ifadəsində barəsində Nərimanov RPİ-də araşdırma aparılarkən ziyanın ödənilməsi ilə bağlı faizə pul verən axtararkən Şahid7 Şahid4 rast gəlməsi, onlarla Nərimanov rayon ərazisində kafedə görüşməsi, kafedə onlara mövcud vəziyyəti izah edib 30.000 manat lazım olduğunu bildirdikdə X30 Kazımovun ona həmin pulun qarşılığında girova ev qoyulmalı olduğunu deməsi, ona görə yaşadıqları Nərimanov rayonu, Daş Karxanası 329-da yerləşən evi dayısı İsmayılın adına keçirmək üçün evdəkilərin razılığının lazım olması, Nəzərəli dayısı Azərbaycanda olmadığından çıxış yolu axtarması və növbəti dəfə 2015-ci ilin axırlarında Şahid4 və Şahid7la zəngləşib Qara Qarayev metrosunun yaxınlığında görüşməsi, həmin görüşdə onun dayısı Nəzərəlinin Azərbaycanda olmadığını deməsi, Ruslanla Hafizin problem olmadığını, Ukraynadan notariusdan mülki etibarnamə almasını, həmin etibarnamənin üzərində dəyişiklik aparacağını və faksla göndərilərək poçtdan çıxarılıb tərcümə etdirib notariusa təqdim olunacağını və bilinməyəcəyini demələri, onlarla razılaşaraq 2015-ci ilin səhv etmirsə axırlarında Ukraynanın Xarkov şəhərinə gedib, orada notariusdan adi mülki etibarnamə alması və etibarnaməni götürərək Bakı şəhərinə qayıtması, Bakı şəhərində həmin etibarnaməni Ruslanla Hafizə verməsi və Nəzərəlinin adından razılıq ərizəsi hazırlayıb onun yerinə imzalaması və faksla səhv etmirsə ya Qara Qarayev metrostasiyasının, ya da Nərimanov rayonu ərazisində yerləşən poçtdan Mərkəzi poçta göndərməsi, daha sonra həmin ərizəni götürüb ertəsi gün Nərimanov rayonu 9 saylı Notariat Kontorunun notariusu Rəşadətin yanında evin bağışlamasını həyata keçirməsi barədə göstərdikləri ilə əlaqədar qeyd etmişdir ki, Şahid1 yalan deyir, belə söhbətlər olmamışdır. Onun yaşadığı evin satılması söhbətində iştirak etməmişdir. Bu barədə sonradan məlumatı olmuşdur. Qeyd olunanlar yalandır. Şahid1 ifadəsində göstərdiyi saxtakarlıq xüsusatlarında isə heç ümumiyyətlə iştirakı belə olmamışdır. Əlirzanın bu uydurmasıdır. Həmin evin alqı-satqısına da heç bir aidiyyəti yoxdur. Şahid1 ifadəsində alqı-satqıdan sonra Ummudan 28400 manat faizə pul alması, həmin puldan 20 faizini, təxminən 6.000 manatını Ruslanla Şahid7 bu işi, yəni faizə pulu təşkil etdiyinə görə verməsi, 30.000 manat pul faizə razılaşdırılsa da, həmin pulun 1600 manatını Ummu özünə əvvəlcədən götürməsi və pul verirsə 5 faizi həmin pulun qabaqcadan onun olduğunu bildirməsi, barədə göstərdikləri ilə əlaqədar qeyd etmişdir ki, Şahid1 yalan danışır, həmin ev alqısatqısında iştirak etməmişdir. Şahid1 ifadəsində Almaz Həsənovaya məxsus Binəqədi rayonu, 9cu mkr, Müdafiəçi küçəsi ev 16, mənzil 60 ünvanını da faizə pul verib girov qoyulmasından ötrü Ruslan və Şahid7la danışması, faizə pul verən Mehralı adlı şəxsi tapmaları, Mehralı ilə Hafiz və Ruslan birlikdə gəlib Almazın həmin evinə baxması, Daha sonra həmin evin 40.000 manata faizə girov qoyulmasının razılaşdırılması, Almazın xəbəri olmadan evi girov qoymaq qərarına gəldiyi üçün onlara, yəni X25 adından etibarnamə hazırlanmasını deməsi, Ruslanla həmin sənədi hazırlayaraq əvvəlki mülki etibarnamənin üzərində dəyişiklik aparıb Almazın adından guya ona Ukraynada etibarnamə verilməsi hazırlaması və yenə eyni qaydada Mərkəzi poçta faksla göndərilərək yenə eyni qaydada 5 saylı Asan Xidmətdəki notarius Altay müəllimin iştirakı ilə alqısatqı prosesi həyata keçirilərək evi Mehralının nənəsi Rəfiqə Hüseynovanın adına sənədləşdirilməsi, Mehralı ona 40.000 manat pul versə də, amma alqı-satqı müqaviləsində 20.000 manat kimi qeyd olunması, 40.000 manat pulun 10.000 manatını Hafizlə Ruslana verməsi, bütün bu proseslərdəki saxta sənədlər Şahid7 və Ruslan tərəfindən hazırlanmasını göstərməsi ilə bağlı qeyd etmişdir ki, Şahid1 yalan danışır, ona və Şahid4 şər atır. Belə ki, həmin evin alqı-satqısında ümumiyyətlə iştirak etməmişdir. Yalnız Almaz onların evinə gəlib səs-küy salanda Əlirzanın ailəsi, anası Laləzar, dayısı Nəbi ondan Almazdan şikayətçi olmamalarını xahiş etməsini istəmişlər. Elə həmin vaxtı Almaz Həsənova da onların evinə gəlmişdir. Almaz səs-küy salaraq evini qaytarılmasını tələb etmiş, Almazdan Əlirzanın evi qaytarması üçün bir həftə vaxt verməsini xahiş etmiş, həmin vaxtı saxta sənəd söhbətindən məlumatı olmamış, bildiyi qədəri ilə Almazın da saxta sənəd söhbətindən məlumatı olmamış, Almaz da onunla razılaşmış, Almaza bir həftədən sonra ev qayıtmayacağı təqdirdə şikayət etməməsini bildirmiş, Almaz Həsənovanın evinə getməmiş, onun evinin harada yerləşməsindən məlumatı yoxdur. Həmin evin satılmasından da ona hər hansı bir məbləğdə pul çatmamışdır. Şahid10 məxsus Bakı şəhəri, Həsən Əliyev küçəsindəki obyektin satılmasında bu və ya digər şəkildə iştirakı olmamışdır. Şahid1 ifadəsində Şahid7 Şahid4la birlikdə Şahid10 obyektini saxta sənədlə rəsmiləşdirmək istəsə də, nail olmaması, ona görə etibarnamənin əslinin lazım olduğunu bildirmələri, buna görə də Ukraynaya gedərək notariusdan Bayramın obyektinə dair etibarnamə alıb Bakıya qayıtması, Bakı şəhərində 2017-ci ilin yanvar ayında ilkin olaraq daşınmaz əmlak Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsinin qərara alınması, həmin vaxtı obyekti Zərərçəkmiş şəxs faizə pul verərək qızının adına keçirilməsinin razılaşdırılması, Zərərçəkmiş şəxs isə faizə pul verməsi üçün şəkili Ruslanın tapması, Zərərçəkmiş şəxsla razılaşmalarına əsasən 60.000 ABŞ dolları faizə pul götürülməsi, 2017-ci ilin yanvar ayında 1 saylı ASAN Xidmətdə dayısının adına verilmiş saxta etibarnamə əsasında obyektin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi, 25 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs, onunla şəkili Ruslanın və Zərərçəkmiş şəxs 53 saylı notariusda görüşməsi, notariusda evi Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs qızı Fatimə Məmmədovanın adına keçirilməsi, Zərərçəkmiş şəxs faizə 60.000 ABŞ dollarını Təqsirləndirilən şəxs verməsi, bundan sonra Təqsirləndirilən şəxs çölə çıxması, pulun Təqsirləndirilən şəxs qalması, Akifin “Çənlibel” restoranında çörək yemələrini təklif etməsi, Şəkili Ruslanla onun və Akifin Çənlibel restoranına getməsi, Dayısı Şahid2lə birlikdə Təqsirləndirilən şəxslə pulun haqq-hesabını etmək üçün notariusun qabağında qalması, Təqsirləndirilən şəxs həmin puldan 20.000 ABŞ dollarını özünə götürməsi, qalan pulu isə ona qaytarması, pulu ona qaytaranda əsəbləşməsi, belə ki, onunla 5.000 manata razılaşması, ona görə də mübahisələri düşməsi, daha sonra birlikdə “Çənlibel” restoranına gedib orada yemək yemələri, orada da Ruslanla Hafizin onu qırağa çəkərək o puldan 20.000 ABŞ dollarını istəməsi, Belə ki həmin puldan 15.000 ABŞ dollarının Ruslana çatacağını, 5000 ABŞ dolları isə Qədir adlı şəxsə çatacağını deməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd etmişdir ki, Şahid1 dedikləri yalandır. Alqı-satqı prosesində olmamışdır. Yalnız həmin günü “Çənlibel” restoranında onlarla birlikdə olmuşdur. Həmin vaxtı Əlirzanın Şahid4 pul verməsinin şahidi olmamışdır. O cümlədən ona də hər hans bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə həmin evin alqı-satqısından onlara hər hansı bir məbləğdə pul çatmamışdır. X19 məxsus Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən qeyri-yaşayış sahəsinin saxta sənədlə rəsmiləşdirməsi xüsusatından heç bir məlumatı yoxdur. Birinci dəfədir ki, eşidir. Şahid1 ifadəsində Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən qeyri-yaşayış sahəsini Şahid7la Şahid4 saxta sənədlə girov qoyulmasını və 280000 manat faizə pul götürülməsini və bir nəfərə faizin pulunu ödənilməsini təklif etməsi, Hafizin və Ruslanın daşınmaz əmlakdan sənədi almaq üçün 5000 manat pul lazım olduğunu və həmin pulu verməsini bildirməsi, ona sənəd işlərini düz qoş etdikdən sonra 5000 manat verəcəyini deməsi, bir neçə günə Daşınmaz əmlakdan həmin obyektin kupçasını almaları, daha sonra eyni qaydada Ruslanla birlikdə etibarnamə üzərində saxtakarlıq edərək Ağayev Farizin adından etibarnamə düzəltmələri, bir neçə günə obyekti onun adına keçirtmələri ilə bağlı göstərmişdir ki, Şahid1 yalan deyir. həmin obyektdən məlumatı belə olmamışdır. Əlirza onlara şər atır. Həmin obyektlə bağlı alqı-satqıda, danışıqlarda iştirak etməmiş, məlumatı belə olmamışdır. Şahid1 onun və Şahid4 onunla əlbir olduğunu ifadələrində göstərməsinin səbəbini bilmir. Almaz Həsənova yalan danışır. Onun evinin saxta yolla satılmasından məlumatı olmamışdır. Eyni zamanda Şahid1 anasının Laləzar Nəzərəliyeva həmin sözlərini işlətməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs tanıyır. Onu Şahid4 vasitəsilə tanıyır. Onu “Çənlibel” restoranında görmüşdür. Onunla münasibətləri görüşəndə salamlaşmaq olmuşdur. Alqı-satqıdan əldə olunmuş pulun kimin əlində olduğunu görməmiş, amma Təqsirləndirilən şəxs sol qoltuğunun altında klyokda nəsə var idi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, təxminən 20 il olar ki, ev və qeyri-yaşayış sahələrinin alqısatqısı və icarəsi ilə məşğul olmaqla Vaqif və Yaşar adlı tanışları ilə Nərimanov rayonu, F.X.Xoyski prospekti 146 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb orada otururlar. 2016-cı ilin oktyabr ayında ünvan 8 ünvanında yeləşən 77,9 m2 ibarət qeyri-yaşayış sahəsinin sahibi Şahid10 həmin yeri aylıq 3000 manata icarəyə verməsi ilə əlaqədar onlara müraciət etdiyi üçün bununla bağlı işləməyə başlamışdır. Belə ki, Nərimanov rayonunda olan bütün alqı-satqı işi ilə məşğul olan şəxslərlə əlaqələri olduğundan və yer olduqda hamı bir-birinə müraciət etdiyindən bu yerlə bağlı da müxtəlif şəxslərə məlumat vermişdir. Bir neçə gün sonra A.Nemətulla küçəsində ünvanını dəqiq bilmədiyi vaxtda alqı-satqı işi ilə məşğul olan Seyid kimi çağırdıqları Mirxalıq ona zəng vuraraq həmin yerin boş olub-olmamasını soruşaraq istəyən olduğunu demişdir. Elə həmin zaman Bayram müəllimlə əlaqə saxladıqda o, yerin hələ boş olmasını bildirmiş, sonra Mirxalıqa zəng vurub yerin boş olmasını bildirmişlər. Elə həmin gün Mirxalıqın yanında gələn adlarının İsmayıl və Əli olduğunu bildiyi şəxslərlə həmin yerə getmişlər. Artıq Bayram müəllim də orda olmuş və o, qeyri-yaşayış sahəsini açaraq müştərilərə göstərmişdir. İsmayıl və Əli yeri bəyənsələr də qiymətdə razılaşmadıqları üçün fikirləşəcəklərini bildirib çıxıb getmişlər. Bundan 3 gün sonra Bayram müəllim ona zəng vuraraq həmin şəxslərin gələrək onunla aylıq 2000 manata razılaşdıqlarını və onlardan 200 manat beh götürdüyün demişdir. Bayram müəllimə beh almamışdan qabaq gərək müqavilə bağlanması üçün onlara deməyini bildirmişdir. Bayram müəllim pulu tam verdikdə müqaviləni notariusda bağlayacaqlarını, onda xəbər edəcəyini demişdir. Təxminən 4-5 gün sonra Bayram müəllim ona zəng vuraraq İsmayıldan xəbər olmadığını, onlarla əlaqə saxlamağını xahiş etmişdir. İsmayıla bir neçə dəfə zəng vursa da o, telefona cavab verməmiş, 2-3 gün sonra İsmayıl özü ona zəng vuraraq Balakən rayonunda olduğunu və 2-3 günə gəlib pulu verərək yeri götürəcəyini demişdir. Bu barədə yığıb Bayram müəllimə məlumat verdikdə o, Bakı şəhərində olacağını, gəldikdə ona xəbər verməyini demişdir. Bundan 2-3 gün sonra İsmayıl ona zəng vuraraq şəhərdə olduğunu və yanına gəldiyini demişdir. Öz növbəsində zəng vurub Bayram müəllimə demiş, İsmayıl gəlib çatdıqda birlikdə Bayram müəllim də ofisə gəlmiş və ofisdə İsmayıl 2500 manat sayıb Bayram müəllimə vermişdir. Sonra ona icarə müqaviləsi bağlanması üçün notariusa getmələri təklif olunsa da, İsmayıl üstündə şəxsiyyət vəsiqəsinin olmadığı bildirib 1- 2 günə gəlib müqaviləni bağlayacağını demişdir. Həmçinin Bayram müəllimə orada diş klinikası açacaqlarını və bununla bağlı lisenziya almaq üçün qeyri-yaşayış sahəsinin çıxarışının surəti lazım olduğunu demiş, Bayram müəllim də etiraz etməyərək çıxarışın surətini vermişdir. Təxminən iki ay sonra Bayram müəllim zəng edərək İsmayılın iki aydı icarə haqqını vermədiyini və onunla əlaqə saxlaya bilmədiyini deyərək İsmayılı tapmağını xahiş etmişdir. Bir neçə dəfə İsmayıla zəng vursa da, onunla əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra İsmayıl ona zəng vuraraq işlə bağlı şəhərdə olmadığını bildirərək 3000 manat düzəltdiyini və gətirib verəcəyini demişdir. Bu barədə Bayram müəllimə məlumat verdikdə o, rayonda olduğunu demiş, sonra isə Bayram müəllim ona zəng vuraraq İsmayıl gəldiyini, lakin özü rayonda olduğu üçün pulu onun tanışına verdiyini demişdir. Bayram müəllimə narazılıq edərək öz pullarını niyə vermədiyini bildirmişdir. Çünki, aralarında olan danışığa görə Bayram icarə haqqından 30 % onlara verməli olmuşdur. Bayram isə rayondan gəldikdən sonra pulunu verəcəyini demiş, bundan sonra yenə İsmayıl yoxa çıxaraq aylıq pulları verməmişdir. Bayram müəllim də, özü də dəfələrlə onunla əlaqə saxlasamağa çalışsalar da, onunla danışa bilməmişlər. Artıq 2017-ci ilin yay aylarında Bayramla danışdıqda ona İsmayılın yalançı adama oxşadığını, yerin açarlarını dəyişməsini və başqa adam tapıb ona verməyi demişdir. Bayram müəllim də o deyən kimi edib rayona qayıtmışdır. Bayram bir neçə gün sonra ona zəng vurub bir nəfərin əlində çıxarışla gələrək obyektin onun yeri olduğunu bildirmişdir. Həmçinin ondan da ora gəlməsini xahiş etmişdir. Öz növbəsində Mirxalıqla danışıb ora getmiş və Akif adlı şəxslə görüşdükdə o, əlindəki çıxarışı göstərib bir neçə ay əvvəl bu yeri 60000 ABŞ dollarına aldığını demişdir. Bu barədə Bayram müəllimə dedikdə o, rayondan çıxdığını və şəhərə gəldiyini demişdir. Sonradan İsmayılın saxta etibarnamə ilə Bayram müəllimin yerini satdığını bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsı da, Əlirzanı da tanıyır. 2016-cı ildə Əlirza ona demişdir ki, Ukraynadan yaşayan dayısının obyekti var, təcili pul lazım olduğu üçün satılır. O, da bu barədə tanışı Abbasa demişdir. Növbəti gün isə Abbas ona zəng edərək obyekti Əliyev Rusalnın almaq istədiyini bildirmişdir. Sonra isə görüşüb qiymət barədə razılaşmışlar və notarial qaydada alqı-satqı olmuşdur. Sonra isə Əlirza obyektin açarlarını Təqsirləndirilən şəxs vermədiyi üçün həmin şəxslər arasında narazılıq yaranmışdır. Görüş zamanı isə Əlirza Ruslana bildirmişdir ki, obyekti ucuz satdığına görə peşmandır. Sonra isə Ruslan obyekti geri qaytarmaq qərarına gəlmiş və obyekt Akif adlı şəxsə satılmışdır. Obyekt satıldıqdan sonra isə Ruslanın pulu verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2017-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 178.3.2-ci maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Şahid2 tərəfindən ünvan 2 ünvanından yerləşən qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs 65000 manata satılmışdır. xx.xx.2017-ci il tarixli mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən notarius Şahid5 "xxxx" ASC-nin Nərimanov filialında olan depozit hesabına 65000 manat mədaxil edilmişdir. xx.xx.2017-ci il tarixli məxaric orderindən görünür ki, Şahid2 tərəfindən Bakı şəhər 1 saylı “Asan Xidmət” mərkəzinin notariusu Şahid5 "xxxx" ASC-nin Nərimanov filialında olan depozit hesabından 61143,95 manat məxaric edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, xx.xx.2010-cu il tarixdə Şahid10 ünvan 5-da yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ ********** saylı qeydiyyat nömrəsi altında qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 5-da yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ ********** saylı qeydiyyat nömrəsi altında qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli beh müqaviləsindən görünür ki, X15 nümayəndəsi Zərərçəkmiş şəxs vasitəsilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 9-da yerləşən qeyri-yaşayış sahəsinə görə 37100 manat beh kimi ödənilmişdir. xx.xx.2017-ci il tarixli mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 53 saylı notarius X4 "xxxx" ASC-də olan depozit hesabına alqı-satqı müqaviləsi üzrə 74200 manat mədaxil etmişdir. xx.xx.2017-ci il tarixli mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 53 saylı notarius X4 "xxxx" ASC-də olan depozit hesabına beh müqaviləsi üzrə 37100 manat mədaxil etmişdir. xx.xx.2017-ci il tarixli 296806 saylı çekin kötüyündən görünür ki, 53 saylı notariusda Şahid10 məxsus ünvan 2-da yerləşən qeyri-yaşayış sahəsinin Təqsirləndirilən şəxs ilə X15 arasında alqısatqı əməliyyatı ilə bağlı Fatimə Məmmədovanın nümayəndəsi atası Zərərçəkmiş şəxs tərəfindən beh müqaviləsi üzrə notariusun depozit hesabına qoyulmuş pulun götürülməsi ilə bağlı çek Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 ünvan 2-da yerləşən qeyri-yaşayış sahəsi 111300 manata satılmışdır. Həmin məbləğin 37100 manatı beh müqaviləsi vasitəsilə ödənmişdir. Eyni zamanda həmin müqavilədən görünür ki, Fatimə Məmmədovanı etibarnamə əsasında alqı-satqı zamanı atası Zərərçəkmiş şəxs nümayəndəsi qismində təmsil etmişdir. xx.xx.2017-ci il tarixli 296807 saylı çekin kötüyündən görünür ki, 53 saylı notariusda Şahid10 məxsus ünvan 2-da yerləşən qeyri-yaşayış sahəsinin Təqsirləndirilən şəxs ilə X15 arasında alqısatqı əməliyyatı ilə bağlı Fatimə Məmmədovanın nümayəndəsi atası Zərərçəkmiş şəxs tərəfindən alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına qoyulmuş pulun götürülməsi ilə bağlı çek Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, Ukraynanın Xarkov vilayətinin Xarkov şəhər notarial dairəsinin xüsusi notariusu N.M.Qrib tərəfindən xx.xx.2017-ci il tarixdə 51 reyestr nömrəsilə Şahid10 adından Şahid2 adına rəsmiləşdirilmiş etibarnamə əsasında mülkiyyətindəki Həsənoğlu küçəsi 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci ildə 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunda (Şahid5) digər şəxsə satılması rəsmiləşdirilmişdir. Araşdırma zamanı əldə olunmuş sənədlərdən məlum olur ki, notarius N.M.Qrib özünü Şahid10 kimi təqdim etmiş Şahid1 (mülkiyyətçiyə məxsus müvafiqq sənədləri əldə etməklə onun xarici pasport və şəxsiyyət vəsiqəsindəki fotoşəkilinin yerinə özünün fotoşəkilini yerləşdirmişdir) tərəfindən aldadılmış və nəticədə sənədlərdəki saxtakarlığı aşkarlanmayaraq müraciət etmiş şəxsin şəxsiyyətini düzgün müəyyən etmədən adıçəkilən etibarnaməni rəsmiləşdirmişdir. Xüsusi notarius Şahid5 verdiyi izahatında bildirmişdir ki, həmin etibarnamənin verilməsini və qüvvədə olmasını onu təsdiqləmiş notarius N.M.Qribdən telefon (+380 50-182-39-58) vasitəsilə öyrəndikdən sonra müqaviləni rəsmiləşdirmişdir. Qeyd edilir ki, məhz mülkiyyətçi Şahid10 Qeydiyyat və notariat baş idarəsinə xx.xx.2017-ci ildə daxil olmuş müraciətinin araşdırılması gedişatında saxtakarlıq aşkarlanmışdır. Belə ki, hər iki notariusa təqdim olunmuş sənədlərdə şəxsiyyətin düzgün müəyyən edilibedilməməsini dəqiqləşdirmək məqsədilə N.M.Qribə 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsindəki mülkiyyətçi Şahid10 şəxsiyyət vəsiqəsinin, eyni zamanda qarşı tərəfdə surəti saxlanılan saxta xarici pasportla yanaşı şəxsiyyət vəsiqəsinin surəti mobil telefon vasitəsilə göndərildikdən sonra N.M.Qrib Şahid10 həqiqi şəxsiyyət vəsiqəsindəki fotoşəkilə baxmaqla bu saxtakarlığı anlayaraq Şahid1 tərəfindən aldadıldığını etiraf etmişdir. xx.xx.2017-ci il tarixli 28683 saylı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid10 adına Azərbaycan Respublikası vətəndaşının AZE 15928516 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətləri, Şahid10 adına P3905621 nömrəli Azərbaycan Respublikası pasportunun anket məlumatları olan vərəqinin, Şahid10 adına P3278070 nömrəli Azərbaycan Respublikası pasportunun anket məlumatları olan vərəqinin kserosurətləri elektrofotoqrafik çoxaldıcı qurğuda hazırlanmışdır. Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən “2” rəqəmi ilə işarə edilmiş Şahid10 adına Azərbaycan Respublikası vətəndaşının AZE 15928516 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki “Vəsiqə sahibinin imzası” qrafasındakı imza təqdim edilmiş və “1” rəqəmi ilə işarə edilmiş eyni nömrəli şəxsiyyət vəsiqəsinin eyni qrafasındakı imzadan köçürülməsi istisna edilmir. xx.xx.2017-ci il tarixli 28684 saylı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş Şahid10 adına olan 15928516 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “Vəsiqə sahibinin imzası” qrafasında əks olunmuş imza Şahid10 tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş, Şahid10 adından olan HBİ-898125 nömrəli 10 yanvar 2017-ci il tarixli 51 reyestr nömrəli etibarnamədə “Pidpis” qrafasındakı imza və “Şahid10M” yazısı- Şahid10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2018-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3867/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, X11 113000 manat məbləğində pulun tutularaq X12 ödənilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxışdan və protokoldan görünür ki, Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrəyə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx.xx.2016-cı il tarixdə “Hörmətli vətəndaş! Sizi hazır sənədlərin alınması üçün DƏDRX Bakı şəhər ərazi idarəsinə (BTi) yə gəlməyinizi xahiş edirik. İş vaxtı saat 09:00 - 18:00. Ünvan NƏRİMANOV rayonu, ƏLYAR ƏLİYEV 13.” Şəklində mesaj göndərilmişdir. İş materiallarından görünr ki, Şahid1 Ukraynada tərtib olunduğu kimi görünən etibarnamə əsasında Şahid10 səlahiyyətli nümayəndəsi kimi xx.xx.2016-cı il tarixdə DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə ərizə ilə müraciət edərək Şahid10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxarışının itməsini dublikatının verilməsini xahiş etmişdir. Ukrayna nömrəsi olan “**********87” mobil nömrəsindən Şahid1 istifadəsində olan “506229494” mobil nömrəsinə xx/xx/2016-ciı il tarixdə saat 16:59:50-də “Nə oldu qaqa bir xəbər var. Bu gün nəsə göndərəceysən”, həmin tarixdə saat 18:07də isə “Deyəsən bu gün alınmadı qaqa” şəklində mesaj göndərilmişdir. Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrədən Ukrayna nömrəsi olan “**********86” mobil nömrəsinə xx.xx.2016-cı il tarixdə saat 14:39-da “Niye bele edirsen qaqa,qotur çavab ver.duzunu de .xer şey olaçaq qeşenq, Vermeliyem terçumeye ,vaxtım qedir”, xx.xx.2016-cı il tarixdə saat 10:40-da “Qaqa tel çavab ver de.ne oldu qozduyurem axı,menim işimi niye burur san.qaqa.sroçnu zenq et”, həmin tarixdə saat 13:46-da “Qaqa xaş edirem tel kotur”, həmin tarixdə saat 14:13-də “Qaqa tel qotur pasport lazım deyil, Sroçnu”, həmin tarixdə 14:35-də “Qaqa ne olar telefonu qotur.ureyim partadı ,soz soruşaçam.duzelmir”, həmin tarixdə 16:31-də “Qaqa tel qoturde.notarus zenq edir çavab veren yoxdu, Qaqa bu poxu qotur çavab ver de .niye bele edirsen” şəklində mesajlar göndərilmişdir. Həmin tarixdə 18:29-da, 18:37-də Şahid1 istifadəsində olan mobil nömrədən “**********87” mobil nömrəsinə “Adam ol da zeng edirem telefonu Cavab ver, Qaqa tel qotu çavab ver xe yox, İş qoruuruk axı, Notarus zenq edir çavab veren yoxdu, Neter edim, Tel qotur” şəklində mesajlar göndərilmişdir. Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrədən Ukrayna nömrəsi olan “**********86” mobil nömrəsinə xx.xx.2016-cı il tarixdə saat 18:46-da “Qaqa kimnen danışırsan.tel otur bir soz de, İşimi bilim,”, “Senen xaiş edirem tel qotur”, “Qaqa bu xerektdi .bin yaraşmaz axı.tel aç bir çavab ver”, “İşin varsa qotur de işim var ,1-5 saata boşalaçam”, “Qaqa ne oldu bu qeder sen zanitsen,qotveren.sexer çavab vereçen not arusa?xe yox de işimi bilim.nomreleri deyişdirim.xe yox”, xx.xx.2016-cı il tarixdə saat 10:29-da “Çavab verirsen .xe yox de bilim.notarosa qetmeliyem.nomreleri deyiş dirim.bir soz de de.qexbe kimi xereket edirsen.yeke kişisen.bir Kelme de bilek” şəklində mesaj göndərilmişdir. Həmin diskə baxışdan eləcə də, görünür ki, Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrədən Ukrayna nömrəsi olan “**********87” mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə saat 10:48-də “Tel çavab ver.bunu seyf yazmısan”, həmin gün saat 11:05-də “Tele çavab ver de qaqa.pulu qonderdim .bunu seyf yazmısan.duzeltmek lazımdı sroçnu”, saat 11:25-də “Varyoxnu sikim saat 5 pulu qotureçen.bu seneti duzeltmek lazımdı” şəklində mesaj göndərilmişdir. Cinayət işinin materiallarından görünür ki, eyni tarixdə X20 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən obyektə dair dublikatı əldə etmək üçün sonuncunun adından Ukraynada verildiyi kimi görünən etibarnamə düzəldilmişdir. Həmin diskə baxışdan bundan əlavə görünür ki, Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrədən Ukrayna nömrəsi olan “**********87” mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə saat 12:57də “Qaqa çavab ver de Ne yerdedi.neynedin ?” həmin gün saat 13:01:07-də “Kişisen yalandan Allaya verirsen tel.seneti bes neçe vereçen.maşın saat 1 de çıxır”, xx.xx.2017-ci il tarixdə ***-***- **-** mobil nömrəsindən Ukrayna nömrəsi olan yuxarıda qeyd olunan “**********86” mobil nömrəsinə” “Qaqa tel qotur .bir xeber de.ne yerde qaldı ,neynedin .işimi bilim. Bu ne xereketdi .notarusdan zenq edirler telefonu qotur çavab ver.” şəklində mesaj göndərilmişdir. İş materiallarından görünür ki, Şahid1 və Şahid2 İlham Kərimova məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı avtomaşını İlham Kərimovdan icarəyə götürüb həmin ayda saxta sənəd əsasında başqasına satmışlar. Həmin diskə baxışdan həmçinin, görünür ki, xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli bu məsələ bitdi Bank son sözünü dedi Məsələ başga formada müzak irə olunacag Ayıb olsun sənə ki telefona cavab vermirsən Özünü Gədirə bərabər etdin Dostlarınla birlikdə iç üzünüzü göstərdiniz Telefona cavab verməmək kişi işi deyil Sənə böyük hörmətim var idi əfsuslar olsun Sən yaxşı oglansan Özünü onlara tay goyma Mənim işim bundan sonra Ruslanla olacag. Kişi verdiyi sözün agası.olar”, “Əli salam telefona cavab verməmək hörmətsizlikdir Gədirə ğörə bankın məsələsini həll etməmək düzğün ğərar deyil Təcili Gədirlə birlikdə ğörüşməyimiz vacibdir Vəziyyət bank tərəfindən ğərginləşə bilər. Mənim agsaggal kimi borcum sizə xəbər verməkdir.” şəklində mesajlar göndərilmişdir. "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxışdan və protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə “Dede meni bıraxmırlar.20 min vermeliyem.xafiz bilir.abyek ele senin olsun.kimese qismet olana kimi.sene olsun.220 mine verirem sene oz pulunu qotr 120 mini.100 de mene ver.xalal xoşun olsun.sexer onu xel et çalış.xalalaşaq.menede komek et.allax suvab yazar.qabaqına çıxar.” Bir boyuk qardaş kimi mene komek et.sexer ya oyanıq ya da buyanıq o(......)lmalıdı.bilmirem neyneyim.xaiş edirem komek et.umudum sense(......)n.allaxa xatir.çavanam.bir daxa xaiş edirem. Dayı xaiş edirem.qurban olum.lavarıram.150 de olsa ver.çavanam içerde çurumek istemirem.komek et.qoyde allax erde sen.meni qoyma batım. Balana qurbn.umudum sensen.lalvarıram mene komek et.vaxtım azdı.aldadıram bunları.ki qelirem.xaiş edirem komek et.” şəklində mesaj göndərilmişdir. Qeyd olunan diskə baxışdan bundan başqa, görünür ki, Şahid1 istifadəsində olan qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və eləcə də əks istiqamətdə xx.xx.2017-ci ildə saat 12:10:05-də, xx.xx.2017-ci ildə saat 22:04:06-da, xx.xx.2017-ci ildə saat 16:57:43-də və saat 21:03:44-də, xx.xx.2017-ci ildə saat 13:18:02-də və saat 15:02:46-da, xx.xx.2017-ci ildə saat 23:43:16-da müxtəlif danışıq müddətlərində zənglər olmuşdur. Qeyd olunan diskə baxışdan bununla yanaşı, görünür ki, Şahid1 istifadəsində olmuş qeyd olunan nömrədən də Almaz Həsənovanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və ya əks istiqamətdə hər hansı zəng və mesaj mətni göndərilməmişdir. Qeyd olunan diskə baxışdan bundan əlavə, görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən göndərilmiş mesaj mətnlərinə baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmadı. Qeyd olunan diskə baxışdan eləcə də, görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə baxdıqda görünür ki, onun istifadəsində olan qeyd olunan mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2017-ci ildə saat 18:22:18, 18:28:22, 18:40:17, 19:50:28-də, xx.xx.2017-ci ildə saat 12:23:54 və 13:19:33, 14:00:39, 14:15:57-də müsxtəlif danışıq müddətlərində zənglər olmuşdur. Qeyd olunan diskə baxışdan həmçinin görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil nömrənin anten məlumatlarından görünür ki, o xx.xx.2017 saat 15:23-də və xx.xx.2017-ci il tarixdə isə saat 12:04-də Yasamal rayonu, Alesger Alekberov 13a-16 unvaninda yerleshen besh (5) mertebeli yashayish binasinin daminda yerləşən anten dairəsində olmuşdur. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə baxdıqda görünür ki, onun istifadəsində olan qeyd olunan mobil nömrədən Şahid11 istifadəsində olan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixə kimi mütəmadi zənglər olunaraq müsxtəlif danışıq müddətində danışıqlar aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllə ev E.-də yerləşən 53 saylı notariat kontorunda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Şahid10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair beh müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixdə isə alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxışdan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, eləcə də həmin nömrələrdən müxtəlif vaxtlarda edilən SMS-lərin siyahısından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə “Деде мени бырахмырлар.20 мин вермелийем.хафиз билир.абйек еле сенин олсун.кимесе гисмет олана кими.сене олсун.220 мине верирем сене оз пулуну готр 120 мини.100 де мене вер.халал хошун олсун.сехер ону хел ет чалыш.халалашаг.менеде комек ет.аллах суваб йазар.габагына чыхар.” Бир бойук гардаш кими мене комек ет.сехер йа ойаныг йа да буйаныг о(......)лмалыды.билмирем нейнейим.хаиш едирем комек ет.умудум сенсе(......)н.аллаха хатир.чаванам.бир даха хаиш едирем. Дайы хаиш едирем.гурбан олум.лаварырам.150 де олса вер.чаванам ичерде чурумек истемирем.комек ет.гойде аллах ерде сен.мени гойма батым. Балана гурбн.умудум сенсен.лалварырам мене комек ет.вахтым азды.алдадырам бунлары.ки гелирем.хаиш едирем комек ет.” şəklində mesaj yazılmışdır. Həmin diskə baxışdan həmçinin görünür ki, Eyni zamanda Zərərçəkmiş şəxs istifadəsində olan qeyd olunan nömrədən xx.xx.2017-ci il tarixdə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli salam telefona cavab verməmək hörmətsizlikdir Gədirə ğörə bankın məsələsini həll etməmək düzğün ğərar deyil Təcili Gədirlə birlikdə ğörüşməyimiz vacibdir Vəziyyət bank tərəfindən ğərginləşə bilər. Mənim agsaggal kimi borcum sizə xəbər verməkdir.” Şəklində mesaj göndərilmişdir. Həmin diskə baxışdan eləcə də, görünür ki, qeyd olunan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Əli bu məsələ bitdi Bank son sözünü dedi Məsələ başga formada müzakirə olunacag Ayıb olsun sənə ki telefona cavab vermirsən Özünü Gədirə bərabər etdin Dostlarınla birlikdə iç üzünüzü göstərdiniz Telefona cavab verməmək kişi işi deyil Sənə böyük hörmətim var idi əfsuslar olsun Sən yaxşı oglansan Özünü onlara tay goyma Mənim işim bundan sonra Ruslanla olacag. Kişi verdiyi sözün agası.olar” Şəklində mesaj göndərilmişdir. Bundan başqa, həmin diskə baxışdan görünür ki, ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “İsmail bu nə oyundur Əli çıxarır Mən artıg.bankda müdafiə edə bilmirəm Obyekti tələb edirlər Ya açarı çatdırın ya da zamoku dəyişib obyekti götürürlər Mənə konkret bir cavab verin” şəklində mesaj yazılmışdır. Həmçinin, həmin diskə baxışdan görünür ki, ***-***-**-** mobil nömrəsindən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2017-ci il tarixdə “Ruslan mən artıg bankda Əlini müdafiə edə bilmirəm. Heç kim məndən inciməsin Ya Əlidən açarı götür ya da bank polislə zamoku dəyişib obyekti təhvil götürür Mənə bir cavab ver” şəklində mesaj yazılmışdır. Eyni zamanda həmin diskə baxışdan görünür ki, ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “Əli belə hərəkətinlə heç nə əldə edə bilməyəcəksən Ganacagın olsun telefona cavab ver Obyekt onsuz da əldən gedib Mən artıq səni müdafiə edə bilmirəm Məndən incimə” şəklində mesaj yazılmışdır. Eləcə də, həmin diskə baxışdan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxdıqda görünür ki, qeyd olunan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında zəng xx.xx.2017-ci il tarixə təsadüf edir. Bununla yanaşı, həmin diskə baxışdan görünür ki, Eləcə də qeyd olunan mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında zəng xx.xx.2017-cü il tarixə təsadüf edir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. xx.xx.2022-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2(103)- 266/2022 nömrəli hökmünə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Şahid2 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halından birləşməklə cinayətkar əlaqəyə girməsinə dair epizod ittihamdan xaric edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs müraciət edərək Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, əməl cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.1, 320.1 və 320.2-ci maddələrindən həmin məcəllənin 178.3.2, 29,178.3.2, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl həmin məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə görə mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs obyektin ona ucuz satılması səbəbindən ondan hədə qorxu ilə geri tələb edilməsini, obyekti geri qaytarmadığına görə Şahid1 ona hədəqorxu gəlməsini və bununla bağlı gizli nömrədən zənglər etdirilməsini, bundna sonra isə obyektə görə ödədiyi 65000 manat pulun obyekt satılmadan bir gün əvvəlcədən ona qaytarılmasını, alqısatqı günü isə obyekt adına olduğundan gedib yalnız alqı-satqı sənədlərinə imza etməsini, sənədlərə imza etsə də, pulun notariusdan Şahid4 tərəfindən götürülməsini, pulun notariusun depozit hesabında bir gün qalmaması və həmin gün çıxarılmasını, obyektin dələduzluq (aldatma) yolu ilə satılmasından məlumatsız olmasını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, obyektə dair Zərərçəkmiş şəxs ilə alqı-satqı aparıldıqdan sonra pulun təqsirləndirilən şəxs tərəfindən götürülməsi şahid ifadələri, notariusdan götürülmüş çeklərlə, həmçinin özünü ilkin ifadəsi ilə də tam təsdiq olunmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxs qeyd olunan notariusda yalnız bir gün olmasını bildirsə də, onun həm beh müqaviləsi, həm də alqı-satqı müqaviləsi bağlanan zaman mobil nömrəsinə məxsus anten məlumatlarında göstərilən vaxtda notariat kontorunun yerləşdiyi Ə.Ələkbərov küçəsində olan anten dairəsinə dair məlumatlarla da, tam təkzib olunmuşdur. Belə ki, "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxışdan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten məlumatlarından görünür ki, o xx.xx.2017 saat 15:23-də və xx.xx.2017-ci il tarixdə isə saat 12:04-də Yasamal rayonu, Alesger Alekberov 13a-16 unvaninda yerleshen besh (5) mertebeli yashayish binasinin daminda yerləşən anten dairəsində olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllə ev E.-də yerləşən 53 saylı notariat kontorunda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Şahid10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair beh müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixdə isə alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs də özünün ilkin ifadəsində, həmçinin Şahid4la ilkin üzləşdirməsində onun pulunun obyekt satıldıqdan sonra qaytarıldığını bildirmişdir. Bundan başqa pulun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla obyektə dair alqı-satqı olduqdan sonra qaytarılması təkcə alınmış şahid ifadələri ilə deyil, pulun məhz Təqsirləndirilən şəxs tərəfindən götürülməsinə dair sonuncu tərəfindən imzalanmış çeklərlə də, sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Göründüyü kimi, Təqsirləndirilən şəxs obyektin ona saxta yollarla satıldığından məlumatlı olmuş, öz pulunu geri qaytarmaq üçün Şahid1 və Şahid2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs qarşı dələduzluq etmiş və həqiqət barədə Zərərçəkmiş şəxs heç bir məlumat verməməsinə, yəni susmağına səbəb də məhz Zərərçəkmiş şəxsla alqı-satqı zamanı sadəcə verdiyi pulu geri qaytarmağı düşünməsi olmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X31rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs məhkum edilməmişdir. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 3 yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin 3 yetkinlik yaşına çatmayan uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin vurulmuş ziyanın ödənilmədiyini, zərərçəkmiş şəxsin şiakəytinin olmasını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) ibtidai araşdırma və məhkəmə istintaqı zamanı zamanı 01 (bir) il 02 (iki) ay 22 gün müddətində tutularaq həbsdə və ev dustaqlığında olmuşdur. Bundan sonra isə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində (təkrarən) “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə (təkrarən) tutulmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutularaq həbsdə və ev dustaqlığında 01 (bir) il 02 (iki) ay 22 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə və ev dustaqlığında saxlanıldığı) 01 (bir) il 02 (iki) ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-73/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-73/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver