Məhkəmə qərarları › İş №1(101)-73/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-73/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-73/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X21 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Müdafiəçi2, “Verdiktum” Vəkil Bürosunun vəkili X9 və “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxslərin nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi: Binəqədi rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, həmçinin Binəqədi rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Qanuni nümayəndə, Tərcüməçilər: X5, X11 və X2 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-L2.2, 144- 1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələri ilə xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş və saxlamış, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmiş və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsləri aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cəlb edib təkrarən tamah niyyəti ilə iki və daha çox yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının sonlarından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq, həmçinin yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismara məruz qoymaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama barədə qızı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının sonlarında özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışı fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, cinsi istismara məruz qalan xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 həmin fərdi yaşayış evində kişi müştəriləri Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 30-200 manat məbləğində pul almaqla ödənişli əsaslarla qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq, həmçinin yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismara məruz qoymaq üçün üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 gəlir əldə etmək məqsədilə qadını fahişəliyə cəlb etmə barədə qızı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2019-cu ilin noyabr ayının sonlarından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində, həmçinin Bakı şəhərində istintaqa məlum olmayan müxtəlif yerlərdə tanışı olan kişi müştərilərlə 30-200 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15 və 100 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə qızı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 tanışı xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə danışaraq onu yaşadıqları ünvan 3 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra onu 2020-ci ilin ortalarında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxsin yaş və fərdi-psixi xüsusiyyətlərinə görə onunla edilən, həmçinin özünün etdiyi hərəkətlərin mahiyyətini, sosial və etik-əxlaqi cəhətlərini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2020-ci ilin ortalarından 2021-ci ilin əvvəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə qızı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ilə danışaraq onu yaşadıqları ünvan 2 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra onu 2020-ci ilin oktyabr ayında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə qarşı edilmiş hərəkətlərin sosial mahiyyətini və etik-əxlaqi cəhətlərini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə, iki yetkinlik yaşına çatmayan şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə qızı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı xx xxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ilə danışaraq onu yaşadıqları ünvan 2 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra onu 2021-ci ilin aprel ayında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə qarşı edilmiş hərəkətlərin sosial və etik-əxlaqi mahiyyətini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2021-ci ilin aprel ayından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə, iki və daha çox yetkinlik yaşına çatmayan şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədilə qadını fahişəliyə cəlb etmə və tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar etmək barədə qızı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə danışaraq kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını almış, həmçinin aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etdiyi xx xxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ilə danışdıqdan sonra 08 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 və X1 Razi Allahverdi oğlu və Şahid10 ilə cinsi əlaqədə olması müqabilində Zərərçəkmiş şəxs1 40 manat, Zərərçəkmiş şəxs4 20 manat, özünün isə 40 manat gəlir əldə edəcəyinə dair Razı Mehdiyevlə razılıq əldə etmiş, DİN-in X24 Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 iyul 2022-ci il tarixdə saat 00:40-da Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən “Gorgud” hotelinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 cinsi əlaqədə olmaq üçün müştəriləri Şahid11 və Şahid10 təqdim edərkən saxlanılmış və Razı Mehdiyevin qadınlarla cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs2 verdiyi 100 (yüz) manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş və saxlamış, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmiş və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsləri aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cəlb edib təkrarən tamah niyyəti ilə iki və daha çox yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq cinayətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddətinin təyin edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən 2019-cu ilin noyabr ayının sonlarından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq, həmçinin yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismara məruz qoymaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama, barədə anası Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının sonlarında özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışı fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, cinsi istismara məruz qalan xx.xx.2005ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 həmin fərdi yaşayış evində kişi müştəriləri Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 30-200 manat məbləğində pul almaqla ödənişli əsaslarla qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq, həmçinin yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismara məruz qoymaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq cinayətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddətinin təyin edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən gəlir əldə etmək məqsədilə qadını fahişəliyə cəlb etmə barədə anası Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2019-cu ilin noyabr ayının sonlarından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində, həmçinin Bakı şəhərində istintaqa məlum olmayan müxtəlif yerlərdə tanışı olan kişi müştərilərlə 30-200 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15 və 100 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə anası Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 tanışı xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə danışaraq onu yaşadıqları ünvan 2 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra onu 2020-ci ilin ortalarında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxsin yaş və fərdi-psixi xüsusiyyətlərinə görə onunla edilən, həmçinin özünün etdiyi hərəkətlərin mahiyyətini, sosial və etik-əxlaqi cəhətlərini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2020-ci ilin ortalarından 2021-ci ilin əwəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə anası Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ilə danışaraq onu yaşadıqları ünvan 2 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra onu 2020-ci ilin oktyabr ayında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə qarşı edilmiş hərəkətlərin sosial mahiyyətini və etik-əxlaqi cəhətlərini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə, iki yetkinlik yaşına çatmayan şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq cinayətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddətinin təyin edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən, tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə anası Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı xx xxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ilə danışaraq onu yaşadıqları ünvan 2 ünvanında yaxşı şəraitdə yaşamaq adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını aldıqdan sonra onu 2021-ci ilin aprel ayında yaşadığı fərdi yaşayış evində yerləşdirib saxlayaraq qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə qarşı edilmiş hərəkətlərin sosial və etik-əxlaqi mahiyyətini dərk etməməsindən eyni zamanda zəiflik vəziyyətindən məcburetmə vasitəsi kimi istifadə etməklə 2021-ci ilin aprel ayından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus olan fərdi yaşayış evində və Bakı şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə, iki və daha çox yetkinlik yaşına çatmayan şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq cinayətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddətinin təyin edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən, təkrarən gəlir əldə etmək məqsədilə qadını fahişəliyə cəlb etmə və tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək barədə anası Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə danışaraq kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını almış, həmçinin aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etdiyi xx xxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ilə danışdıqdan sonra 08 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 və X1 Razi Allahverdi oğlu və Şahid10 ilə cinsi əlaqədə olması müqabilində Zərərçəkmiş şəxs1 40 manat, Zərərçəkmiş şəxs4 20 manat, özünün isə 40 manat gəlir əldə edəcəyinə dair Razı Mehdiyevlə razılıq əldə etmiş, DİN-in X24 Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 iyul 2022-ci il tarixdə saat 00:40da Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən “Gorgud” hotelinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 cinsi əlaqədə olmaq üçün müştəriləri Şahid11 və Şahid10 təqdim edərkən saxlanılmış və Razı Mehdiyevin qadınlarla cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs2 verdiyi 100 (yüz) manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsləri Suraxanı rayonundan tanıyır. Belə ki, onun əvvəllər Suraxanıda evi olmuş, anası əvvəllər orada yaşamışdır. O, həmin evdə zərərçəkmiş şəxslərə kömək etmişdir. Zərərçəkmiş şəxslər ömür boyu ac-susuz və evsiz yaşamış, nə yeməkləri, nə də paltarları olmamışdır. Anaları onlara baxmamış, onların bütün ailəsini tanımış və bütün Əmircan qəsəbəsi də onları tanımışdır. Həmin şəxslər bir neçə dəfə oğurluğa görə tutulmuş, ac-yalavac soyuqda bayırda yaşamış, həmişə onlara köməklik etməsi, yemək verməsi üçün ona yalvarmışlar. Onun həmin qızlara yazığı gəlmiş və daim onlara yardım etmiş, lakin sonradan qızların onun bütün qızıllarını oğurladığını öyrənmişdir. Hətta bir müddət sonra Veronikanın qardaşı onun qızının maşınını cızmışdır. O, bu əməllərinə baxmayaraq həmin qızları bağışlamışdır. Onun evinin qapısı həmişə açıq olmuş, qonşuluqda nə qədər kasıb, ac insan olmuşsa onun yanına gəlmiş, o da həmişə acları yedizdirmiş, geyim vermiş və çantasına yemək qoyub evinə yola salmışdır. O, qızı ilə birlikdə yaşamış, başqa heç kimləri olmamış, qohumları olmamış, yalnız itləri olmuşdur. Bu evsizlər sonra dəfələrlə yenə gəlmiş, onlardan yemək istəmişlər. Veronika dəfələrlə oğurluğa görə polis tərəfindən saxlanılmış, lakin azyaşlı olduğuna görə həmişə buraxılmışdır. Səbinə ilə tanış olduğu zaman Maksim evinə gəlmiş və Nigara Səbinə barəsində demişdir. Maksim bir zəncir gətirib anasının Səbinəni zəncirlədiyini demişdir. Bu barədə polisə məlumat vermişlər. Səbinə yalvarıb onu şöbəyə aparmamalarını, anasının qaçmaması üçün onu yenidən zəncirləyəcəyini demişdir. Onlar Səbinəni belə tanımışlar. Veronikanın da evi olmamış, zibilxanada yaşamış, oğurluqla məşğul olmuşdur. Səbinə Veronika ilə birlikdə telefon oğurlamış, o da polislərdən həmin uşaqları xahiş etmiş, bu yolla da Veronikanı tanımışdır. Veronika nənəsi olmuş, lakin nənəsi heç onunla maraqlanmamış, buna görə də yalnız onun yanına gəlmişlər. Veronika evdə qalmamış, bir oğlanla 5 ay, digəri ilə 6 ay yaşamış, hətta Binədə bir oğlanla tanış olmuş, sonra qonşu ilə yaşamış, evdə yaşamamışdır. Sahə müvəkkili onu internat məktəbinə getməyə məcbur edə bilməmiş, o, yazıb oxuya bilməmişdir. Veronika, onun qardaşı Dima boş evləri qarət etməklə məşğul olmuşlar. O, heç kimi yanında məcbur saxlamamış, onlar özləri istədikləri üçün, gedəcək yerləri olmadığı üçün, öz ailələri onları zəncirlədiyi, evdən bayıra atdıqları üçün onun evində qalmışlar. Onun evinin qarşısında daim post patrul əməkdaşları hərkət etmiş, qızları küçədə itlərlə gəzərkən görmüşlər. O, qızları evdə zorla saxlasa onlar itləri gəzdirməyə çıxa bilməz, gecə saat 5-də şöbəyə düşməzdilər. O, Katyanı və Milenanı Suraxanı rayonundan tanımış, onlar tez-tez Suraxanıya getmişlər, bu evsizlərlə onların evi yaxın olmuş, doğulduğu evin arxasında, 15-ci evdə, mənzil 1-də yaşamışlar. Gecəni çardaqda yatmışlar. O, Milenanı gətirmiş, anası hələ sağ ikən ona uşaq evlərinə getməyi öyrətmişdir. O, tez-tez hədiyyələr alıb uşaq evinə getmişdir. İllərdir kimsəsiz uşaqlara yazığı gəldiyi üçün onlar üçün əlindən gələni etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt ailə qurmamış, sevgilisi olmuş, son vaxtlar 2019 ildə bir oğlanla tanış olmuşdur. Yaxşı tikiş tikmək qabiliyyəti olmuş, evində tikiş maşını ilə qonşuların tikiş işlərini görmüşdür. Onun 3 otaqlı mənzili və itlər üçün 1 kiçik otağı olmuş, 3 otaqdan biri yataq otağı, digəri bütün oyuncaqlar içində qızının otağı və qonaq otağı olmuşdur. Qızların hamısı onunla birlikdə yaşamışlar. Hətta Katya onun evinə qeydiyyata düşmüşdür. Belə ki, Katyanın anası iki övladı olduğunu, qızının bu evsizlər kimi olmasını istəmədiyini, doğum haqqında şəhadətnaməsinin olmadığını deyib, ondan bunu xahiş etmiş, o da Katya üçün əlindən gələni etmişdir. Nə Katya, nə də evində qalan digər qızlar onun evində heç kimlə cinsi əlaqədə olmamış, yalnız özlərinin tanış olduqları şəxslərlə kənarda görüşmüşlər. Sonluğu 39-86 olan mobil telefon nömrəsindən qızlar istifadə etmiş, həmin nömrə ona məxsus olmamışdır. Zərərçəkmiş kimi tanınmış bütün qızlar müxtəlif vaxtlarda bu telefonla danışmışlar. Katya Nigara onu gözləməsini, otelden tez çıxacağını demiş, Nigar da qapıda onu gözləmiş, Nigarın həmin 100 manat puldan xəbəri olmamışdır. Katya ona yüz manatı özünün aldığını demişdir. O, İbiş və Razi adlı şəxsləri tanımamışdır, həmin şəxslərlə heç bir danışığı və yazışması olmamışdır. O, kimsəsiz uşaqlara öz pulu hesabına ərzaqlar almış, qızı Nigarın şəxsi münasibətdə olduğu şəxs onlara pul göndərmiş, onlar da həmin pullarla dolanmışlar. Zərərçəkmimş şəxslər onun üzüyünü oğurladıqda polisə şikayət etməmiş, ona görə ki, onlar azyaşlı olduqları üçün dəfələrlə oğurluqla bağlı tutulub sonra buraxılmışlar. Post Patrul xidmətinin əməkdaşları daim onların evinin qarşısı ilə hərkət etmiş, zərərçəkmiş şəxslər bir dəfə də olsun onların məcburi şəkildə evdə saxlanılması ilə bağlı heç kimə şikayət etməmişlər. Zərərçəkənlərin hər birinin mobil telefonu olmuşdur. Əvvəlcə yalnız Milenada mobil telefon olmamış, daha sonra Səbinə telefonu Milenaya vermiş və özünə yenisini almışdır. Onlar sərbəst şəkildə istədikləri adamlarla yazışmış, oğlanlarla zəngləşmişdir. Qızların heç biri görüşdüyü şəxslərdən, müştərilərdən qazandıqları pulu ona verməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında karantin rejiminin yeni tətbiq edilməsi ilə əlaqədar hər yer bağlı olduğu üçün ad gününü dostunun evində qeyd etmişdir. Ad gününə Veronika Yuriyevna və Zərərçəkmiş şəxs3 də gəlmişlər. Ad günü bitdikdən sonra onları gedəcəyi yerə aparmışdır. İlk dəfə onları 2020-ci ildə tanımış və bundan sonra da dərhal dostluq münasibəti yaratmamışdır. Onun Veronika adlı 2 tanışı olmuşdur. Kiçik Veronikanın qardaşlarını və mərhum anasını uzun müddət əvvəldən tanımışdır. Onun qardaşları və anası ilə dostluq etmiş, tez-tez nənəsigilə gedib-gəlmişdir. Veronikanı uşaqlıqdan tanımış, ancaq həmin vaxtlar onunla danışmamışdır. Bir müddət sonra aralarında yaxınlıq olmuş, icra hakimiyyətinin yaxınlığındaki parkda görüşüb, gəzmişlər. Beləliklə, birlikdə dənizə, marketə getməyə, dostluq etməyə başlamışlar. Yeni ilə yaxın kiçik Veronika və qardaşı onlara gəlmiş, yeni ili birlikdə keçirmişlər. Sonra isə o, Maştağaya getmişdir. X13 adlı dostu olmuşdur. Veronika onun evində daimi yaşamamış, arada qonaq kimi gəlmişdir. Səbinəni isə o ad günündə iştirak etdikdən sonra Maksim vasitəçiliyi ilə tanımışdır. Maksim Veronikanın xalası oğludur. Maksim bir gün onlara gələrək Səbinənin anasının onu evə zəncirlə bağlaması barədə məlumat vermiş və onlara gedib-gedə bilməyəcəklərini soruşmuşdur. O polisə zəng etməyi təklif etmiş, Maksim anasının evdə olmadığını bildirərək, əvvəlcə evə gedib Səbinəni götürüb, daha sonra polisə getmələrini demişdir. O bu zaman evdən kəlbətin götürmüş və onlar Səbinənin evinə getmişlər. Onlar Səbinənin bağlandığı dəmiri qırsalar da, boynundakı zənciri qıra bilməmişlər. Daha sonra Binədə 3-cü Polis Bölməsinə getmişlər. Orada isə anasının da qeyd etdiyi kimi, onlara problemin lazım olmadığı və bu işlə məşğul olmayacaqları deyilmişdir. Onlar daha sonra X16 getmişlər, lakin axırda Səbinə anasından şikayətçi olmadığını demişdir. Səbinənin boynundaki qıfılı açdıqdan sonra o, onlarda qalmamış, Suraxanıda prokurorluğun yanında yarı tikilmiş baxçada, “Razin”də qalmışdır. Onunla görüşdüyü zaman bir dəfə onun baxçadan çıxdığını görmüş və orada nə etdiyini soruşmuş və o, orada yaşadığını demişdir. Bundan sonra bir neçə gün gəlib onlarda qalmış və sonra yenə getmişdir. O, yeni ildə onlarda qalmamış, bundan sonra isə onlara Katya, yəni Ekaterina gəlmişdir. Bundan sonra Ekaterina ilə Şahdağa, dostunun ad gününə, 8 martda restorana getmişdir. 2021-ci ildə Ekaterina və Veronika onun ad günündə də olmuşlar. Milenanı isə yay aylarında Suraxanı rayonunda məhəllədə tanımışdır. Bu qızlardan heç biri onların evində daimi yaşamamışdır. O bu ittihamın ona qarşı niyə irəli sürüldüyünü bilmir, tamamilə təqsirsizdir. Polis əməkdaşları onu saxlamağa gəldikləri zaman şokda olmuş, onları gördüyü zaman kim olduqlarını bilmədiyi üçün qorxmuş və kim olduqlarını soruşmuşdur. Onlar isə susmağını və onlarla getməli olduğunu bildirmişlər. Ona insan alveri ilə bağlı saxlanıldığı ilə bağlı məlumat verildikdə daha da şoka düşmüşdür, çünki onun bu əməllə heç bir əlaqəsi olmamışdır. O, həmin gün məhəllədən olan tanışları Ceyhun, Maksim və Milena ilə Nərimanov rayonunda olmuşlar. Bu zaman axşam saatlarında Katya ona zəng edərək onu götürməyə gəlməyini xahiş etmiş, ona saatın çox gec olması və gəzmək üçün çıxmağı səbəbiylə gələ bilməyəcəyini demişdir. O isə taksi çağırmağı və pulu onun verməyini istəmiş, o bunu qəbul edərək, ona pulu ya özünün, ya da anasının verəcəyini demişdir. Katya Nərimanov rayonuna gəlmiş, taksi pulunu isə o ödəmişdir. Daha sonra Katya onu aparmasını demiş, o, taksi ilə gedə biləcəyini dedikdə, Katya gedəcəyi yerin yaxınlıqda olduğunu demişdir. Katya “Yaşıl bazar”ın yanında yerləşən otelə bir nəfərlə görüşməyə gedirmiş. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərmişdir ki, maşınla həmin otel olan yerə çatdıqda Ekaterina Milenaya da getməyi təklif etdikdə, o da buna etiraz etməmiş və hər ikisi otelə getmişlər. O, Ceyhun və Maksim isə maşında qalmışlar. Onlar telefonla oynayarkən maşının qapıları tanımadığı kişilər tərəfindən açılmış və telefonları əllərindən alınmış, o qorxduğu üçün onlara kim olduqlarını soruşduqda insan alveri ilə bağlı saxlanıldığı bildirilmişdir. O, Milena və Ekaterinanın görüşdüyü şəxsləri tanımamış, heç bir müştəri ilə razılıq və ya danışıq aparmamışdır. Cinayət işinin materiallarında olan sonu 99-la bitən nömrə ona məxsus olmamışdır. Həmin nömrəni əvvəllər Veronika, sonra Səbinə, daha sonra isə Ekaterina istifadə etmişdir. Ekaterina telefonu xarab olduğu üçün həmin nömrəni onun işlətmədiyi köhnə telefona salaraq istifadə etmişdir. Həmin gün Ekaterina Azərbaycan dilində oxuya və yaza bilmədiyi üçün telefondan bir oğlan tərəfindən “mənəm, tanımadın?” yazılmış bir sms-i göstərmiş və o, oxuduqdan sonra həmin mesajı Ekaterinaya tərcümə etmişdir. Həmin şəxsin “görüşək?” mesajını da dedikdən sonra onun yerinə dediklərini sms şəklində ifadə edərək, cavab mesajı yazmışdır. Həmin şəxslərin oteldə görüşməsi ilə onun heç bir əlaqəsi olmamış, ona pul verilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, 1997-ci ildə anadan olmuş, 9-cu sinifədək təhsil almış, evlənənədək model kimi işləmiş, hazırda işləməyə ehtiyacı olmadığı üçün uzun müddətdir işləmir. Onun maddi imkanı olmuş, tez-tez İstanbula gedib-gəlmiş və bank hesabına şəxsi münasibətdə olduğu şəxs tərəfindən daim pul göndərilmişdir. Ekaterina, Səbinə və Milena onların evində daimi olaraq yaşamamışlar. Ekaterina fahişə kimi fəaliyyət göstərmiş, Veronika hamı ilə sevgili olmuş, Səbinə də onlar kimi olmuşdur. Milena isə elə bir qız olmasa da, digər qızlar onu da yoldan çıxarmışdır. Onların hamısı narkotik vasitə qəbul etmiş, onun bu işlərlə heç bir əlaqəsi olmamış, heç siqaret də çəkməmişdir. Həmin qızların belə pis vərdişləri olduğunu bilməmiş, sadəcə Ekaterinanın siqaret çəkib, içki içməsi barədə məlumatı olmuşdur. Adı çəkilən qızlar onların evində heç kimlə görüşməmiş, o da, anası da qızların kimləsə tanış olmaları üçün vasitəçi olmamışdır. O, Ekaterinanı uzun müddət tanımış, belə ki, O, Veronikanın mərhum qardaşı ilə sevgili olmuş, Ekaterina onlarda daimi yaşamamış, bəzən gedib gəlmişdir. Veronika bəzən Suraxanıda qalmış, Veronika, Milena və Ekaterina oxumaq və yazmağı bacarmasa da, Səbinə yazmağı və oxumağı bilmişdir. Milena nənəsi tərəfindən qovulduğu üçün onlarla qalmış, lakin uzun müddət qalmamış, çünki o, həm də Suraxanıda qalmışdır. Qızların ilk dəfə olaraq onlarda qaldığı müddətdə axşam və ya gündüzlər onlara kimsə zəng edir və onlar da evdən çıxıb harasa getmişlər. Onlar bəzən gecə gələcəklərini desələr də, gəlməmişlər. O, bəzən evdən narkotik vasitənin iyi gəldiyini hiss etmişdir. Qızlara yeməyi öz pulları ilə vermişlər. Onlara nə qədər pul xərclədiyini hesablamamış, onlara qalmağa gələndə gəzməyə getmişlər və bu zaman onların istədiyi yemək və içkiləri almışdır. Qızlar tərəfindən onları harasa aparmağı qarşılığında və ya onların alveri ilə bağlı ona pul verilməmişdir. Həmin qızların heç pulları olmamış, bəzən onlara paltar almış və köhnə paltarlarını geyinmələri üçün onlara vermişdir. Tutulduğundan indiyə qədər heç bir şikayət verməmiş, ibtidai istintaqda verdiyi ifadə ona məxsus olmamış, bu ifadə ona yazdırılmış, ona hədə-qorxu gəlindiyi üçün qəbul etmiş, səhəri gün onlar tərəfindən sərbəst buraxılmış, yay ayları bitdikdən sonra yenidən çağırılmışdır. Adı çəkilən Şahid11 tanımamışdır. Bir il əvvəl Səbinə bütün bu hadisələrdən, yəni o, insan alveri ilə əlaqədar saxlanıldıqdan sonra ona yeni nömrəsi ilə zəng etmiş, ona yanına gəlməyini, Milenanın harada olması daxil olmaqla bəzi məlumatlar vermək istədiyini demişdir. Daha sonra Səbinə gəlmiş, parkda danışmışlar. Səbinə ona insan alveri ilə əlaqədar çağırıldığını və suallar verildiyini, beləliklə onun sual-cavab zamanı yalan danışdığını bildirmişdir. Niyə belə etdiyini soruşduqda isə onların ona pul təklif etdiyini, amma vermədiklərini demişdir. Nömrə onun adına olmamış, o, maşına mindiriləndə ona qışqırmış və hədə-qorxu gəlmiş, dərisini soyacaqlarını və döyəcəklərini demişlər. Həmin polis əməkdaşlarının adlarını bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri 2019-cu ildən tanıyır. O, əvvəllər bir oğlanla birlikdə yaşamış, əvvəlcə Nigarla tanış olmuş, Nigarla yaxşı münasibəti olmuşdur. Sonradan artıq onu müştərilərlə görüşdürmək söhbətləri ortaya çıxmışdır. Nigar və onun anası Aliya onu kişlərlə görüşdürmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq X3 göstərmişdir ki, o, müştərilərlə həm Aliyanın evində, həm də oteldə görüşmüşdür. Ona görüşdüyü şəxslərdən çox az pul qalmışdır. Polis əməkdaşları onları otelin qabağında saxlamışlar. Onları otelə kişilərlə cinsi əlaqədə olması üçün Nigar aparmışdır. Həmin an onların yanına mülki geyimdə polis əməkdaşları yaxınlaşmışlar. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, Nigar və Aliyanı tanımamışdan əvvəl də bu işlə məşğul olmuş, öz evində müxtəlif şəxslərlə görüşmüşdür. Nigarla onun evində tanış olmuş, sonradan onların evinə qeydiyyata düşmüşdür. O, Nigargili tanımadan əvvəl də fahişəliklə məşğul olmuşdur. O, həmin vaxt uşaq olmuş, ağlı kəsməmişdir. O, sonradan başa düşmüşdür ki, ondan istifadə edirlər. Nigargillə işlədiyi müddətdə uşaqlarını anasına vermişdir. O, qorxduğu üçün Nigargilin əməlindən heç yerə şikayət etməmişdir. O, Nigarı 14 yaşında tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Aliya və Nigarı Suraxanı rayonundan tanıyır. Belə ki, o, küçədə yaşamış, Maksim onun Aliyagilin evinə gətirmiş, həmin vaxt o qız uşağı olmuş, Aliyagilin evində Veronika, Səbinə və Katyanı tanımışdır. O, Aliyagilin evindən qaçmış, həmin vaxt onu tanımadığı şəxs zorlamışdır, sonra Aliyagil onu küçədə tapıb evə aparmışlar. Aliya və Nigar artıq onun bakirə olmadığını bilərək kişilərlə cinsi əlaqədə olması üçün ona təzyiqlər etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Veronika, Səbinə və Katya Aliyagilin evində yaşamışlar, onlar kişilərlə oteldə və ya həmin evdə görüşmüşlər. Maksim Aliyagilə artıq onun bakirə olmadığını demişdir. O, qaçıb getməyə qorxmuş, Aliya və Nigarın icazəsi olmadan başqa şəxslərlə yaxınlıq etməmişdir, onun telefonu olmamış, Aliya və Nigar öz telefonları ilə müştərilərlə danışmışlar, onların avtomobili ilə görüşə getmişdir. O, bir neçə ay ərzində küçədə yaşamışdır. Küçədə yaşayan zaman Maksimlə tanış olmuş, lakin onun Maksimlə münasibəti olmamışdır. Teymur Maksimin qardaşı olmuşdur, onunla heç bir münasibəti olmamışdır. Küçədə qalanda heç kimlə münasibəti olmamışdır. Maksim onu Nigargilin evinə gətirəndə o, bakirə olmuşdur. Aliyagil ona kişilərlə münasibətdə olmağı təklif etdiyi üçün o, həmin evdən qaçmışdır. Qorxduğu üçün heç kimə Aliya və Nigar barəsində şikayət etməmişdir. Bir neçə dəfə belə işlərə görə Binədə polis şöbəsində olmuşdur. Aliyagil hər dəfə pul vermiş və onları polis şöbəsindən buraxmışlar. Parkda yaşayanda Maksim həmişə onun yanında olmuşdur, istədiyi vaxt Yekaterina ilə birlikdə dükana və ya gəzməyə getmiş, küçədə post patrul maşınları görsə də onlara heç nə deməmişdir. Məhkəmə iclasına X24 mübarizə idarəsinin əməkdaşının maşını ilə gəlmiş, ona məhkəmədə nə deməsi barədə heç kəs tapşırıq verməmişdir. O, 3 il Aliya ilə Nigarın evində qalmış, bu müddət ərzində onlardan şikayət etməmişdir. Nigar Türkiyədən onlar üçün paltar alıb gətirmiş, ona görə də qazandığı bütün pulları ona verməli olmuşdur. O, hər müştəridən 20-30 manat pul qazanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun anası onu təqsirləndirilən şəxslərin evinə aparmış, onlarda qalmasını demişdi. Aliya ondan pul qazanmaq istəyib-istəmədiyini soruşmuş, o da pul qazanmaq istədiyini demişdir. Bundan sonra Aliya ona bunun üçün kişilərlə görüşməli olduğunu demişdir. O, da Aliyadan qorxub qaçmışdır. Bir gün Maksimlə ad gününü keçirməyə getmiş, sonra Nigar onu görüb evlərinə çağırmışdır. Ona bir nəfər kişi ilə görüşməsini demiş, o da görüşmüşdür. Həmin müştəridən qazandığı puldanda ona 5-10 manat ödəniş etmişdir. Aliyagilin evində Eldəniz adlı kişi yaşamış, Eldəniz onları döymüşdür. Aliyagil onu klublara aparıb satmış, “28 May” metrostansiyasının yaxınlığında hamam yerlərinə onu, Milenanı və Katyanı aparmışlar. Aliya axşam onları götürüb evə aparmış, pulları da özünə götürmüşdür. Aliya onları klublara aparıb, orada kimlərisə tapmağa təhrik etmiş, Nigar isə “instagram” sosial şəbəkəsində səhifə açaraq, onların adından kişilərlə otellərdə görüş təyin etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 göstərmişdir ki, kişilərdən pulu Nigar götürmüşdür. O, valideynlərinin yanından qaçmışdır. Gecə vaxtı evə getməyə qorxduğu üçün Aliyagilə getmişdir. O, 2-3 dəfə evdən qaçmış, Vadim adlı tanışının evində qalmışdır. Nigargilə gəlməzdən əvvəl Milena, Veronika və Katyanı tanımışdır. Vadim Katya ilə yaşamış, o da Vadimgildə 1 ilə yaxın yaşamışdır. O, ilk dəfə Teymur adlı şəxslə münasibətdə olmuşdur. O,Teymurdan qabaq da Aliyagili tanımışdır. Teymurun Aliya ilə əlaqəsi olmamışdır, Teymur Veronikanın qardaşıdır. O, Teymurla könüllü şəkildə münasibətdə olmuşdur. O, Nigar və Aliya ilə dalaşdığına görə 3-cü PB-ə getmiş, belə ki, Aliyagilin maşınına daş atmış, Aliya da onu polisə vermişdir. O, Aliyadan polisə şikayət vermiş, lakin Aliya onları polislərə satdığı üçün onun şikayətinə baxılmamışdır. O, 3-cü PB-nin əməkdaşı Sübhan adlı şəxslə birlikdə olmuşdur. O, Nigargilində qalanda rahat şəkildə mağazaya və digər yerlərə gedə bilmiş, onun pasportunu və ya paltarlarını əlindən alan olmamışdır. O, öz evlərindən qaçanda 14-15 yaşı olmuş, saat gec olduğuna görə evə qayıda bilməmiş, Maksim də Aliyanın evində qalmağı məsləhət görmüşdür. Onun kişi ilə görüşməsi üçün onu qorxutmuşlar. Nigargilin birinci dəfə onu nə vaxt məcbur etdiklərini xatırlamır. O, birinci dəfədən sonra Nigargildən qaçmış, lakin qalmağa yeri olmadığına görə Nigargilə qayıtmışdır. O, hər dəfə cinsi əlaqədə olduqdan sonra kişilər ona 20,30,50 manat pul vermişlər. Daha sonar o, Nigarın maşınına əyləşəndə pulun yarısını ona verməsini tələb etmişdir. Ona Vadim başa salmışdır ki, belə işlə məşğul olmasın və Nigargildən qaçsın. Onu onlarla Maksim tanış etmişdir. Aliya ona pul qazanmaq istəyirsə kişlərlə cinsi əlaqədə olmalı olduğunu demişdir. O, Aliyanın evində qalanda pasportunu götürməmişlər, qapı da bağlı olmamışdır. Nigar onu Maksimlə yaşamağa məcbur etməmiş, ona psixi zor göstərməmişdir. O, öz evinə getməyə qorxmuşdur. Nigar parkda onun üzünə qaz balonu istifadə etmişdir. O, Nigargildən gizlənmiş, qaçıb ya başqa bir qızın, ya da Vadimin evində qalmışdır. X23 tanış etmişdir. Onun qalmağa yeri olmadığı üçün gedib orada qalmışdır. Onun evində problemlər olduğuna görə evinə getmək istəməmişdir. O, çöldə gəzəndə skamyada oturan vaxt arxadan gəlib, onu tutmuşlar, ona qarşı qaz balonundan istifadə edib evini yandırmaqla təhdid ediblər. O, heç kimlə görüşmək istəməmiş, lakin Nigar onu məcbur etmişdir. Nigar həmişə onu qorxutmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Aliya və Nigar onun qardaşını tanımış, sonradan onlarla tanış olmuşdur. O, internat məktəbində oxumuş, nənəsi ilə yaşamışdır. Aliyagil də onun vəziyyətini bilmişlər. O, Aliyagillə tanış olanda onu evlərinə çay içməyə dəvət etmişlər, bundan sonra təqsirləndirilən şəxslərin evində qalmağa başlamışdır. Nigar və anası onları 1 həftə saxlayıb sonra pul qazanmaq istəyib-istəmədiklərini soruşmuşlar. Aliyagil ona yataqda uzanmasını, bir adam gələcəyini demiş, o da uşaq olduğuna görə heç nə anlamamışdır. O, müxtəlif şəxslərlə əlaqədə olduqdan sonra Nigargil ona az pul vermişlər, onu müştərilərlə əlaqədə olması üçün başqa yerlərə də aparmışlar. Aliya müştəriləri yaxşı tanımışdır. Onların evində Eldəniz adlı kişi qalmış, onun vasitəsi ilə ona hədə-qorxu gəlmişlər. Sonra onun sevgilisi olmuş və o, evi tərk etmiş, lakin sonradan kafedə işləyən zaman Aliyagil gəlib orada dava salıb, onu qorxutmuşlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, onun yanına kişiləri Aliya və Nigar gətirmişdir. O, sevgili tapandan həmin evdən qaçmasına sevgilisi kömək etmişdir. O, azyaşlı olduğunu Nigara və Aliyaya demişdir. O, evdən çıxa bilsə də, bir müddət sonra qayıtmayanda şübhələnib onları polisə verə bilərdilər. O, evdən qaçandan sonra Aliya və Nigarın qarşısına çıxmamağa çalışmışdır. Onlar kişilərlə görüşməkdən imtina etdikdə onlara nə yemək verməmişlər, nə də başqa bir şey. Onlar kişlərlə müxtəlif yerlərdə, o cümlədən otellerdə görüşmüşlər. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, atası yoxdur, nənəsi və babası var. Onların öz evləri olmuş, onun anasının evi yanmışdır. O, sonradan bilmişdir ki, doğma anası var. Aliya ilə Nigar onları kişilərə satmışlar. O, birinci dəfə kişi ilə Aliyanın evində görüşmüşdür. Evdən sərbəst çıxa bilsələr də, qayıtmayanda Nigargil onları axtarışa vermişlər. Evdən qaçmamaları üçün onları qorxutmuşlar. O, Aliya və qızından polisə şikayət etsə də, 31-ci PB-də hər kəs onları tanıdığı üçün onları tutmazdılar. Kafedə baş verən dava zamanı Aliyagilin nə danışdığı tam yadında qalmamışdır. O, evdə olanda qapını bağlamamışlar, lakin onun şəxsiyyət vəsiqəsi həmişə Aliyada qalmışdır. Nigar və Aliya onu müştərilərlə göğrüşdürmüşlər. Ondan başqa qızlar da Nigargilin evində olmuşdur. Heç kimi tanımadığı üçün müştəriləri Nigar tapmışdır. Pulu da Nigar almış, ona 10 manat pul vermişdir. 2021-ci ilin əvvəllərində özünə sevgili tapmış, sevgilisi ona Nigargilin yanından ayrılmasını demiş, sevgilisilə birlikdə qalmaq üçün onların yanından ayrılmışdır. Nigar və Aliya onun 9-cu sinifi bitirməyi barədə bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 öz ifadəsində bildirmişdir ki, o, X24 Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxl olmuş məlumat əsasında 08 iyul 2022-ci il tarixdə hadisə yerinə getmişlər. Hadisə yerində Nigar Səttarova, iki kişi və iki qadın olduğu müəyyən edilmiş, həmin şəxslərə yaxınlaşıb, sorğusual etmişlər, bu zaman məlum olmuşdur ki, Nigar Səttarova yanındaki iki qadını fahişəliyə cəlb etmişdir. Həmin qadınlarla cinsi əlaqədə olmaq üçün pul təqdim edilmiş, belə ki, Razi adlı şəxs Nigar Səttarova ilə danışıb, sövdələşmiş və 40 manat Nigara, 60 manat isə digər qızlara verilməsi üçün razılaşmışlar. Sorğu-sual zamanı şəxs pulu təqdim etmiş, maddi sübut kimi götürülərək qablaşdırılmışdır.Daha sonra həmin şəxslər Baş İdarəyə dəvət edilmiş, orada protokol tərtib olunaraq izahatları alınmış və material istintaqa təqdim olunmuşdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qadınlar üçün pulu Razi adlı vətəndaş vermişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Razi adlı vətəndaş Nigar Səttarova ilə danışıb sövdələşən şəxsdir. Həmin şəxslər barədə əməliyyat məlumatı ona ilk dəfə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 qadınları fahişəliyə cəlb etməsi barədə əvvəl də şifahi məlumatları olmuşdur. Şəxs müxtəlif qadınları müxtəlif şəxslərlə görüşdürmək qarşılığında gəlir əldə edirsə, deməli həmin şəxsləri fahişəliyə cəlb edir. Əməliyyat qrupuna o, Xəyyam, Nicat və Vüsal daxil olmuşdur. O, üç ildir ki, əməliyyatçı işləyir. Hal şahidləri olan Vüsal və Nicat adlı şəxsləri o, dəvət etmişdir. Vüsal və Nicat adlı şəxslər həmin zaman otelin yaxınlığında olmuşlar. O, həmin şəxsləri ilk dəfə həmin gün tanımışdır. Onların daha əvvəl hansısa işdə hal şahidi kimi iştirak edibetmədiklərini bilmir. Vüsal və Nicatı həmin gün təsadüfən otelin ətrafında görüb dəvət etmişdir. Pulları Təqsirləndirilən şəxs2 götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində bildirmişdir ki, təxminən il yarım, iki il əvvəl onun qonağı gəlmiş, o da Nigara zəng edərək, özündən əlavə iki qız götürüb “Qorqud” otelin yanına gəlməsini demişdir. Təxminən saat 18-19 radələri olmuş, həmin şəxslər markasını xatırlamadığı 102 nömrəli maşınla gəlmişlər. O, “Qorqud” otelin qarşısında yenidən Nigara zəng etmiş, Nigar telefona cavab vermiş, maşından iki qadın düşüb gəlmişdir. O, Nigara 100 manat pul vermiş, elə həmin anda da polislər onları saxlamışlar. Polislər onları başqa maşına, qızları isə başqa maşına oturdub idarəyə aparmışlar. Nigarın idarə etdiyi maşın isə orda qalmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nigarı əvvəllər tanımamış, sadəcə onun nömrəsi onda olmuşdur. O, Nigarla bir neçə gün telefonda danışmış, sonra görüş təyin etmişlər. Nigarla əlaqə saxladığı mobil nömrə ***- ***-**-** nömrəsi olmuşdur. O, nömrəni dəqiq xatırlamır, yanlış demiş ola bilər. Hadisədən sonra o, həmin nömrəni qırıb atmışdır. O, istifadə etmədiyi üçün, həm də hadisənin üzərindən iki il keçdiyi üçün nömrəni dəqiq xatırlamır. O, Nigarın da nömrəsini xatırlamır, səhv etmirsə nömrə 700 ilə başlamışdır. O, həmin nömrəni bu hadisə olmamışdan 4-5 ay əvvəldən işlətmişdir. Hazırda ***-***-**-** saylı mobil nömrədən istifadə edir. İki qadından biri onun, digəri İbiş adlı tanışı üçün gəlmişdir. Dostu İbiş otelə istirahət etmək üçün getdiklərini bilmişdir. O, Nigara müxtəlif günlərdə zəng etmiş və danışmışlar. Nigar əvvəllər ona qadın gətirməmişdir. Görüşdən iki-üç gün əvvəl Nigarla telefonla danışanda seçməsi üçün mənə üç nəfər qadının şəklini göndərmişdir. O, pulu Nigara vermişdir. O, həmin gün oteşlin yanından zəng etmiş, Nigar ya “Audi”, ya da “Mercedes” markalı maşından düşmüşdür. Avtomobil qara və ya yaş asfalt rəngdə olmuş, qaranlıq olduğu üçün dəqiq yadında qalmamışdır. Nigar qızları maşından endirdikdən sonra ona 40 dəqiqəyə qayıdıb gələcəyini demişdir. Telefonda danışan zaman Nigar 40 manat ona, qızların hər birinə isə 30 manat verəcəyini demişdir. Buna görə də o, Nigara 100 manat pul vermişdir. O, pulu Nigara verən kimi polislər onları tutmuşlar. Ona görə Nigarla nəsə danışmağa imkan olmamışdır. Qızlardan biri rusdilli olmuşdur. O, zəng edəndən sonra Nigar 102 nömrəli maşından düşmüş, yanında da iki qadın olmuş, o, həmin vaxt Nigara telefonla danışdığı şəxsin o olub-olmadığını soruşmamışdır. Təqsirləndirilən şəxs2 orada görmüşdür. Yaranmış ziddiyyətlə əlaqədar şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən 15-20 gün əvvəl Nigarla danışmağa başlamış, bir iki dəfə zəng vurub danışa bilməmişlər. Daha sonra bir dəfə də Nigar ona zəng etmiş, həmin vaxt o, rayonda olduğu üçün sohbətləri alınmamışdır. Axırıncı dəfə danışıb görüşmüşlər, həmin vaxt da polislər onalrı tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 öz ifadəsində bildirmişdir ki, o, Razini tanıyır, lakin gördüyü qadınları tanımamışdır. Onalr Razi ilə şəhərdə olduqları vaxt Razi qadınlara zəng etmiş, onlar da deyilən otelin qarşısına gəlmişlər. Daha sonra onlara pul vermişlər, sonra isə polis gəlib onları aparmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qadınlarla pul məsələsini Razi danışmışdır. O, Nigar adlı qadının Binə qəsəbəsində yaşadığını bilmişdir. Onlar qadınlarla görüşə bilməmiş, belə ki, polis əməkdaşları onları tutmuşlar. Razi həmin vaxt Nigarla danışmışdır. O, Təqsirləndirilən şəxs2 otelin qabağında görmüşdür. Nigarın hansısa bir işlə məşğul olduğunu bilməmişdir. O, Razi ilə çoxdan yaxındır. Razi özü ona zəng edib birlikdə istirahətə getmələrini təklif etmiş, o da razılaşmışdır. Razi yolda Nigarla telefonda danışmışdır. O, Nigara verilən pulun məbləğini bilməmişdir. Sonradan bu məsələ ilə əlaqədar Razi ilə münasibətləri pozulmuşdur. Onlar Razi ilə yeməyə getmiş, hesabı razı vermişdir. O, Razinin Nigara pul verməsinin şahidi olmuş, lakin pulun məbləğini bilməmişdir. O, Razinin pulu Nigara verdiyini görmüşdür. Qızların gəldiyi maşın “Audi” markalı olmuşdur. Maşının nömrəsi 102 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsləri qəsəbə sakini olaraq tanımış, Aliya dəfələrlə onu itinə baxması üçün yollamış, o, dəfələrlə Aliyanın itini gəzdirmişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin avtomobilləri olmuş, sürəndə görmüşdür. Təqsirləndirilən şəxslərin insan alveri ilə məşğul olmaları ilə bağlı məlumatı olmamışdır. O, təqsirləndirilən şəxslərin həyətində bir dəfə başqa bir şəxs görmüş, Həmin zaman onu xalça yumağa kömək etmək üçün çağırmışlar. Həmin şəxsi evdə deyil, həyətdə görmüşdür. O, təqsirləndirilən şəxslərin hansı işlə məşğul olduqlarını bilməmişdir. Təqsirləndirilən şəxslərin qadınları fahişəliyə məcbur etmələri məsələsini o, polislərdən eşitmişdir. Təqsirləndirilən şəxslərin kimisə fahişəliyə cəlb etməsi barədə bir dəfə taksi sürücüsündən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Mübariz oğlu öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusu olmuşdur. Onun başqa heç nə barədə məlumatı yoxdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bir dəfə su axdığına görə qonşu onun telefonundan Aliyaya zəng etmişdir. Onun Aliya və onun qızı ilə yalnız “salam və sağ ol” münasibəti olmuşdur. O, Nigar sadəcə görmüş, lakin Aliyani tanımışdır. Onun təqsirləndirilən şəxslərin nə işlə məşğul olmaları barədə məlumatı yoxdur. İstintaq vaxtı o, sadəcə danışmış, müstəntiq də onun dediklərini yazmışdır. O, Aliya ilə bağlı hər hansı söz-söhbət eşitməmişdir. O, heç vaxt Aliyaya hansı qızla görüşmək üçün müraciət etməmişdir. Onun istintaq zamanı yidfadəsində nə yazıldığından xəbəri olmamışdır. Yaranmış ziddiyyətlə bağlı Şahid8 Mübariz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilmiş, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Aliya həmişə onu acılamış, o, Aliyaya onu qadınla görüşdürməsi üçün müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 öz ifadəsində bildirmişdir ki, 08 iyul 2022-ci il tarixdə baş idarəyə daxil olmuş məlumat əsasında baş idarənin əməliyyat müvəkkili Şahid14 tərəfindən əməliyyat qrupu yaradılmış, Xətai prospekti 15 ünvanında “Qorqud” otelinin qarşısına getmişlər. X14 2 qadını 2 kişiyə pul qarşılığında təklif etməsini müəyyən etmişlər. Qeyd olunan şəxslər hadisə yerində saxlanılaraq baş idarəyə dəvət olunmuşlar. Həmin şəxslərdən izahatlar alınmış, toplanmış materiallar BMCMİ-nin istintaq idarəsinə göndərilmişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin İdarədə uzun müddətdir ki işləyir. Hal şahidlərini əməliyyat qrupunu yaradan əməliyyat müvəkkili dəvət etmişdir. Hal şahidlərinin iştirakı ilə hadisə baş verdiyini aşkar etdik. Həmin vaxt Təqsirləndirilən şəxs2, 2 qadını və 2 oğlanı saxlamışlar. Tərəflər arasında olan pul məbləği Rövşən müəllimə təqdim edilmişdir. Hal şahidləri pul məbləği verilən vaxt orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 öz ifadəsində bildirmişdir ki, hadisə 2 il əvvəl baş vermişdir. Həmkin gün onun ad günü olmuş, 1 nəfər şəxs ona yaxınlaşıb vəsiqəsini göstərək, bir hadisə ilə bağlı hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, bu təklifə etiraz etməmiş, Təhsil Nazirliyinin arxasında yerləşən “Qorqud” otel tərəfdə dayanmışlar. Həmin vaxt 2 nəfər kişi durub gözləmiş, daha sonra 1 nəfər qadın yanında 2 qadınla birlikdə həmin şəxslərə yaxınlaşmışdır. Onlara yalnız kənarda dayanıb hadisənin şahidi olacaqlarını demişdlər. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə 2 kişi dayanmış, daha sonra təqsirləndirilən şəxs olan qadın 2 qızla birlikdə onlara yaxınlaşmış, kişilər pulu verən vaxt polislər onları saxlamışlar. Həmin kişilər polisə qadınlarla cinsi əlaqədə olmaq niyyəti ilə oraya gəldiklərini bildirmişlər. Verilən pulun məbləği yadında qalmamışdır. Hadisənin baş verdiyi yerlə aralarında təxminən 20-30 metr məsafə olmuşdur. Otelin qabağı işıqlı olmuş, buna görə də pulun verildiyi aydın görünmüşdür. Hadisənin baş verdiyi vaxtdan 2 il keçdiyi üçün tam detallar yadında qalmamışdır. O, fərdi sahibkardır. O, yolda dayanıb dostunu gözləyən vaxt polis əməkdaşları ona yaxınlaşmışlar. Onunla birlikdə olan digər hal şahidini tanımır. O, əməliyyat müvəkkili Şahid13 da tanımamışdır. O, ümumiyyətlə yalnız 1 dəfə mərhum qardaşının cinayət işində ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, həmin məsələ çoxdan olmuş, o, Aliya adlı qadını Binədə görmüş, qızlardan biri ilə pul qarşılığında görüşmüşdür. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, “Azəriqaz”-da işləyir, abunəçilikləri ilə əlaqədar təqsirləndirilən şəxslərlə telefonla əlaqə saxlamışdır. O, Aliyanı 2 ildən artıqdır ki, tanıyır, lakin onunla heç bir münasibəti olmamışdır. O, Aliyanın mobil telefonu olub-olmamasını bilməmişdir. Qaz sayğacı evin çölündə, küçədə olmuş, o da mənzillərə daxil olmamışdır. o, Aliyaya hər hansı bir qadınla münasibət qurmaq üçün müraciət etməmişdir. Sadəcə olaraq onun görüşdüyü qızın Aliyanın evinə daxil olduğunu görmüşdür. Həmin qızı onunla kimin görüşdürdüyü yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu məsələ çoxdan olmuş, Aliya xanımı Binədə görmüş, qızlardan biri ilə pul qarşılığında görüşmüş, xanımlardan birini Binədə məktəb tərəfdə görmüşdür. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, xanımlarla əlaqə saxlamış, xanımların nömrəsi ilə əlaqə saxlaya bilmiş, çünki “Azəriqaz”-da işləmişdir. Aliya xanımı məktəb tərəfdə görmüşdür. 2 ildən artıqdır ki, Aliya xanımı tanımış, Aliya xanımla münasibəti olmamış, Aliya xanımın mobil telefonu olub-olmamasını bilməmiş, qaz sayğacı evin çölündə, küçədə olmuş, mənzilə daxil olmamış, Aliyaya hər hansı bir qadınla münasibət qurmaq üçün müraciət etməmiş, münasibətdə olduğu qızın Aliyanın evinə daxil olduğunu görmüş, o qızı ona kimin düzəltdiyi yadında qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 055 *** ** ** rəqəmli mobil nömrəni təxminən 5 ildir ki istifadə edir. ********** rəqəmli mobil nömrə istifadəçisini təxminən 2021-ci ilin iyun ayında etibarən tanıyır. O, həmin qadını Şəbinə kimi tanımış, ona həmin mobil nömrəni hazırda xatırlamadığı tanışı vermişdi ki, bu nömrənin sahibi qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olur. O da həmin mobil nömrə ilə danışmış və cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini həmin qadından istəmişdir. Həmin qadm da onu yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət etmiş və cinsi əlaqədə olmağa 20 manat ödəməli olduğumu bildirmişdir. O da həmin qadınla razılaşmış, onu həmin evdə bir nəfər qadın qarşılamış və evə aparmışdır. Ev gördüyü qədəri ilə 2 yataq otağı və bir mətbəxdən ibarət olmuş, o evə daxil olduqda orada Alla kimi səsləndikləri yaşlı qadm da olmuş, o dəhlizin sonunda olan otağa keçmiş və həmin otaqda Şəbinə adlı qadınla cinsi əlaqədə olmuşdur. İşin sonunda Şəbinə adlı qadına 20 manat pul vermiş, bundan sonra 3-4 dəfə həmin qaydada eyni ünvana gedib orada Şəbinə ilə cinsi əlaqədə olub 20 manat pul ödəmiş, bir dəfə də Katya kimi çağırdıqları qadınla cinsi əlaqədə olub Katiyaya 20 manat pul ödəmişdir. Sonuncu dəfə təxminən 2022-ci ilin iyun ayında həmin evdə Katya ilə cinsi əlaqədə olmuş, həmin zaman cinsi əlaqədə olduğu Şəbinə orada olmamışdır. O, 070 *** ** ** rəqəmli mobil nömrənin istifadəçisini tanımamış, lakin həmin mobil nömrə ilə danışan qadın ona özünü Şəbinə kimi təqdim etmiş, lakin həmin səs cinsi əlaqədə olduğu Səbinənin səsəinə oxşamamışdır. O, 20 manat pulu cinsi əlaqədə olduğu qadına vermiş, o cinsi əlaqədə olduğu X6 neçə yaşı olması barədə məlumatı olmamaış, ona bu barədə heç kim heç nə deməmiş, lakin o həmin qadının yaşının çox olmasını təsəvvür etmişdir. (cild İ, i/v: 174-176) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 077 *** ** ** və 077 *** ** ** rəqəmli mobil nömrələri təxminən 2019-cu ilin aprel ayından etibarən istifadə edir. Alla adlı qadını təxminən 2021-ci ildən etibarən tanımış, belə ki, o Allanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Cahargah adlı klubda görmüş, Alla yanında qızlarla gəlib orada rəqs etmiş, o hmin qızlardan Şəbinə və Veronikanı tanımış, belə ki, 2021-ci ildə o klubda olan zaman Şəbinə ilə danışmış və cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Şəbinə ona 30 manat pul müqabilində görüşüb cinsi əlaqədə ola biləcəyini qeyd etmiş, o da Şəbinə ilə razılaşmış və Cahargahda 10 manat müqabilində otaq götürüb Şəbinə ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra Şəbinə ilə cinsi əlaqədə olmuş və Səbinəyə 30 manat pul vermişdir. Şəbinə həmin pulu aparıb Allaya vermiş, bundan sonra o Alla ilə telefon vasitəsilə əlaqə saxlasa da daha sonra görşüməmiş, lakin bildiyi qədəri ilə həmin mobil nömrəni Şəbinə istifadə etmişdir. O, istintaqa verdiyi ilkin ifadəsində qorxduğu üçün heç kimlə cinsi əlaqədə olmadığını və mobil telefon əlaqəsi saxlamadığını bildirmiş, o X6 15 yaşı olması barədə məlumatlı olmamış, o Səbinənin 19- 20 yaşı olmasım bilmişdir. (cild İ, i/v: 185-187) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 050 *** ** ** rəqəmli mobil nömrəni təxminən 7 ildən çoxdur ki istifadə edir. Mobil nömrə onun öz adma qeydiyyatdadır. 070 *** ** ** rəqəmli mobil nömrə istifadəçisi olan Nigar adlı qadını təxminən 2022-ci ilin yanvar ayından etibarən tanımış, o Nigarla instagram sosial şəbəkəsi vasitəsilə tanış olmuş, belə ki, instagram sosial şəbəkəsində “intim.masaj” profilinə yazmış, orada Nigarla tanış olmuş, daha sonra Nigarla mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. O, bir müddət Nigarla danışdıqdan sonra təxminən 2022-cİ ilin fevral ayında Nigara görüşmək üçün bir nəfər qadın göndərməsini bildirmiş, Nigar da Mehdiabad qəsəbəsinə hazırda xatırlamadığı istirahət mərkəzində bir qadın göndərmiş, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra qadına 40 mana pul vermiş, bundan sonra o qadınla mobil telefon vsitəsilə əlaqə saxlasa da görüşməmişdir. O, Nigarın fahişəliyə cəlb etdiyi qadınlardan heç kimi tanımamış, biri ilə görüşmüş və hazırda həmin qadının adını xatırlamamışdır. (cild İ, i/v: 190-192) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid9 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 08 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku electronics mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş, X24 Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə getmişlər. Orada onlara hüqüq və vəzifələri izah olunmuşdur. Digər hal şahidinin Şahid12 olduğunu bilmişdir. Polis əməkdaşları izah etmişlər ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə etmişlər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. 00:35 radələrində o və Nicat polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən “Gorgud” hotelinin qarşına gəlmişlər. Orada polis əməkdaşları mövqe seçərək restoranın qarşısını müşahidəyə götürmüşlər. Təxminən 5 dəqiqə sonra saat 00:40 radələrində həmin hotelin qarşısına iki nəfər kişi, ondan 2-3 dəqiqə sonra isə üç qadının gəldiyini görmüşlər. Kişilərdən birinin həmin qadınlardan birinə pul verdiyini gördükdən sonra onun və Nicatın iştirakı ilə polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, əməliyyat tədbiri keçirdiklərini bildirərək qərarı göstərmişlər və həmin şəxslərə bir neçə sual vermişlər. Sorğu-sual zamanı kişilərin Şahid11 və Şahid10, digər qadınların isə Zərərçəkmiş şəxs4 və Yekaterina Semyanova olması müəyyən edilmişdir. Özünü Şahid11 kimi təqdim edən şəxs dostu Şahid10lə istirahət etmək üçün iki nəfər qadınla görüşüb cinsi əlaqədə olmaq istədiklərini, buna görə onun Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq cinsi əlaqədə olmaq üçün Nigardan iki nəfər qadın istədiyini, Təqsirləndirilən şəxs2 onlara cinsi əlaqədə olmaq üçün 100 manat pul qarşılığında iki qadın təşkil edə biləcəyini, buna görə qeyd olunan ünvanda görüşdüklərini bildirmişdir. Özünü Şahid10 kimi təqdim şəxs də Şahid11 dediklərini təsdiq etmişdir. X15 kimi təqdim edən qadın fahişəliklə məşğul olduğunu, Təqsirləndirilən şəxs2 ona zəng edib müştərisi olduğunu, müştəri ilə cinsi əlaqədə olduğu halda 40 manat pul alacağını, Təqsirləndirilən şəxs2 ilə razılaşdıqdan sonra həmin ünvana gəldiyini bildirmişdir. Özünü Zərərçəkmiş şəxs4 kimi təqdim edən qadın da Təqsirləndirilən şəxs2 onu zorla öz müştəriləri ilə görüşdürdüyü, hər dəfə müştəri ilə görüşdürdükdən sonra Təqsirləndirilən şəxs2 özünə qazanc götürdüyünü, Təqsirləndirilən şəxs2 qorxduğu üçün Nigarın dediklərinə əməl etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 da həmin qadınları müştəriləri ilə görüşdürmək üçün oraya gətirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 Şahid11 aldığı pulu təqdim etmək tələb olunmuşdur. Təqsirləndirilən şəxs2 onun və Nicatın ştirakı ilə 100 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Həmin pul Nicatın və onun iştirakı ilə polis əməkdaşları tərədindən zərfə qoyulub, 16 saylı möhürlə möhürlənmişdir. Bundan sonra sənədləşmə işləri aparılması üçün iştirakçılar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş idarədə protokol tərtib olunmuşdur. Protokolla tanış olduqdan sonra doğru olduğu üçün protokolu imzalamış, sonra Baş İdarəni tərk etmişdir. Polis əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsinin şahidi olmamışdır. (cild İ i/v 233-235) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - «Diskə baxış keçirilməsi haqqında» 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş 070 *** ** ** rəqəmli mobil nömrə ilə Şahid8 Mübariz oğluna məxsus 070 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin iyun ayından 2022-ci ilin yanvar avına kimi, Şahid2 məxsus 070 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayına kimi, Şahid1 məxsus 055 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin iyun ayından 2022-ci ilin yanvar ayına kimi, Şahid5 məxsus 050 *** ** ** rəqəmli mobil nömrə arasında 2022-ci ilin yanvar ayından həmin ilin iyun ayına kimi, Şahid6 məxsus 070 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin iyun ayından həmin ilin avqus ayına kimi, Şahid3 məxsus 050 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin avqust və sentyabr aylarında, Şahid4 məxsus 077 *** ** ** və 077 *** ** ** rəqəmli mobil nömrələr arasında 2021-ci ilin avqust ayında, X4 məxsus 050 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin avqust ayında, Şahid7 məxsus 055 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin mart ayından həmin ilin iyul ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş 070 *** ** ** rəqəmli mobil telefon nömrəsinə gələn və gedən zənglərə baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş 070 *** ** ** rəqəmli mobil nömrə ilə Şahid6 məxsus 070 *** ** ** rəqəmli mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə bir dəfə danışıq aparıldığı müəyyən edilmişdir. (cild İ i/v: 213-214; 215, cild İİ, i/v: 171-192) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 664 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs4 ünsiyyətçillik, həssaslıq, emosionallıq, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, sadəlöhvlük, etiraz edə bilməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs4 onunla baş verən hadisələr zamanı əqli-intellektual inkişaf xüsusiyyətlərindən asılı olaraq ümumən dərk etmək qabiliyyətində olsa da onun sosial və etik-əxlaqi mahiyyətini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs4 qərarda göstərilən, ona qarşı edilən qanunazidd hərəkətlər zamanı yaş və fərdi-psixi xüsusiyyətləri, həmçinin ona qarşı, olunan psixoloji təzyiqlərə görə düşdüyü situasiyada çıxış yolu tapa bilməmiş, yuxarıda adı çəkilən şəxslərə müqavimət göstərmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs4 yaş və fərdi-psixi xüsusiyyətlərinə görə, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birgə yaşadığı dövr ərzində mütəmadi olaraq psixoloji təzyiq və təsirlərə məruz qaldığından saxlanıldığı ünvanı tərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs4 istintaq orqanına verdiyi ifadəsində adı çəkilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən psixoloji təzyiq və təsirlərə məruz qalması qənaətinə gəlinir. (cild İ, i/v: 268-271) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 665 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə sakit təbiətli, emosional, hər kəslə yaxşı yola gedən, sadəlöhv, konfliktə meyilli olmayan, sərbəst həyat tərzinə meyilli şəxsdir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları normaya uyğun olsa da, qərarın təsviri hissəsində qeyd olunan əmələ cəlb edilən zaman yaş və fərdi-psixi xüsusiyyətlərinə görə onunla edilən və özünün etdiyi hərəkətlərin mahiyyətini, sosial və etik-əxlaqi cəhətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır, Zərərçəkmiş şəxs2 qərarın təsviri hissəsində qeyd olunan zaman ərzində, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birgə yaşadığı dövrdə həmin təzyiq və təsirlərinə məruz qaldığından, düşdüyü situasiyada onlara göstərməyə və yaşadığı ünvanı tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 qərarın təsviri hissəsində qeyd olunan zaman ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslər tərəfindən psixoloji təzyiq və təsirlərə məruz qalmışdır. Zərərçəkmiş şəxs2 qərarın təsviri hissəsində qeyd olunan zaman ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslər tərəfindən psixoloji təzyiq və təsirlərə məruz qalmışdır. (cild İ, i/v: 272-274) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 666 saylı rəyindən görünür ki, yoxlanilan şəxs Zərərçəkmiş şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs3 xroniki psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik edilmir. Zərərçəkmiş şəxs3 ünsiyyətçillik, inadkarlıq, sərbəstliyə can atmaq, aktivlik, konfliktə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs3 onunla baş verən qanunazidd hərəkətlər zamanı öz hərəkətlərinin mahiyyətini əqli-intellektual imkanları çərçivəsində dərk etsə də, onun sosial mahiyyətini və etik-əxlaqi cəhətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatmadığından, həmçinin yuxarıda adı qeyd olunan şəxslər tərəfindən psixoloji təzyiqlərə məruz qaldığından müqavimət göstərmək iqtidarında olmaya bilərdi. Tereşko X8 Nigar Murad qızı və Təqsirləndirilən şəxs1 tərəfindən psixoloji təzyiq və təsirə məruz qaldığından, onun adı çəkilən şəxslərə qarşı çıxması və yaşadığı ünvanı tərk etməsi mümkün olmaya bilərdi. Belə qənaətə gəlmək mümkündür ki, Zərərçəkmiş şəxs3 qərarın təsviri hissəsində qeyd olunan zaman ərzində psixoloji təsir və təzyiqlərə məruz qalmışdır. (cild İ, i/v: 275-278) - Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 800 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda isterik tipli şəxsiyyət pozuntusu (f60.4) aşkar olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs2 aşkar edilən “isterik pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild İ, i/v: 286-287) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild İ, i/v: 288-289) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X24 Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid14 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X24 Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov tərəfindən təsdiq edilmiş 08 iyul 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (cild İ, i/v: 43) - 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 fahişəliyə cəlb etmiş, fahişəliklə məşğul olan qadınlarla cinsi əlaqədə olmaq üçün gəlmiş Şahid11 və Şahid10 100 manat pul verməsi müqabilində Zərərçəkmiş şəxs1ni və Zərərçəkmiş şəxs4 cinsi əlaqədə olması üçün təqdim etmiş, keçirilmiş tədbir nəticəsində qeyd edilən cinayət faktı yerində aşkar edilmiş, əməliyyat tədbirinin davamı olaraq Şahid11 Təqsirləndirilən şəxs2 verdiyi 100 manat pul götürülərək qablaşdırılmışdır. (cild İ, i/v: 20- 23) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrinə ayrı-ayrılıqda qiymət verilməsini də zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hər biri məhkəmə iclasında verdikləri ifadələrində özlərini təqsirli bilməyərək zərərçəkmiş şəxsləri heç vaxt kiminləsə cinsi əlaqədə olmağa məcbur etmədiklərini, həmin şəxslərin yaşamağa yerləri olmadığı və küçələrdə ac yaşadıqları üçün onlara yalnız köməklik etdiklərini, zərərçəkmiş şəxslərin sərbəst şəkildə evə girib-çıxmaq imkanlarının olduğunu bildirsələr də, məhkəmə, təqsirləndirilən şəxslərin öz ifadələrinə istinadən zərərçəkmiş şəxslərin onlara zərər vurmalarına, mənzillərindən oğurluq etmələrinə, əmlaklarına ziyan vurmalarına, narkotik vasitədən istifadə edib, fahişəliklə məşğul olmalarına baxmayaraq, təqsirləndirilən şəxslərin həmin tanımadıqları yetkinlik yaşına çatmayan qızları öz evlərində saxlamalarını, öz maddi hesablarına onların bütün ehtiyaclarını qarşılamalarını ağlabatan və inandırıcı hesab etmir. Həmçinin məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin hər biri təqsirləndirilən şəxslərin onlara hədə-qorxu gəldiklərini, onları müxtəlif şəxslərlə cinsi əlaqədə olmağa məcbur etdiklərini, onların görüşəcəkləri müştəriləri təqsirləndirilən şəxslərin özlərinin tapdığını, cinsi əlaqədə olmalarının qarşılığında müştərilərdən alınan pulun böyük qismini özlərinə götürdüklərini, onların evdən uzaqlaşmaması üçün onları qorxutduqlarını bildirmişlər. Bundan başqa müdafiə tərəfi məhkəməyə müəyyən fotoşəkillər təqdim edərək zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərlə birlikdə müxtəlif rayonlara, otellərə istirahətə getdiklərini, bununla da onların heç bir məcburiyyətə məruz qalmamalarının sübuta yetirildiyini bildirsələr də, zərərçəkmiş şəxslər məhkəmə iclasında verdikləri ifadələrində təqsirləndirilən şəxslərin onları müxtəlif yerlərə, o cümlədən klublara, otellərə aparıb orada “müştərilər“ tapmağa məcbur etdiklərini bildirmişlər. Məhkəmə müdafiə tərəfinin zərərçəkmiş şəxslərin evə sərbəst giriş-çıxışlarının olmasını, istənilən zaman təqsirləndirilən şəxslərdən şikayət etmək, evdən qaçmaq imkanlarının olması ilə bağlı mövqeyinə əsasən qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin hədəf kütləsi məhz yetkinlik yaşına çatmayan, ağır həyat şəraiti olan, kimsəsiz və gedəcək yeri olmayan qızlar olmuş, bununla da onlar zərərçəkmiş şəxslərin üzərində daha rahat təzyiq yaratmaq imkanı əldə etmişlər. Məhkəmə bu nəticəyə gələrkən zərərçəkmiş şəxslərin hər birinin barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası zamanı zərərçəkmiş şəxslərin onlarla baş verən qanunazidd hərəkətlər zamanı öz hərəkətlərinin mahiyyətini əqli-intellektual imkanları çərçivəsində dərk etsələr də, onların sosial mahiyyətini və etik-əxlaqi cəhətlərini dərk etmək qabiliyyətinə malik olmamaları, yetkinlik yaşına çatmadıqlarından, həmçinin qeyd olunan şəxslər tərəfindən psixoloji təzyiqlərə məruz qaldıqlarından müqavimət göstərmək iqtidarında olmamaları, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən psixoloji təzyiq və təsirə məruz qaldıqlarından adı çəkilən şəxslərə qarşı çıxmaları və yaşadıqları ünvanı tərk etmələrinin mümkün olmaması ilə bağlı rəy verilməsini də nəzərə alır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini həqiqətə uyğun hesab etmir və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş tələbnamələrdən, müvafiq məhkəmə hökmü və qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddətinin təyin edilmiş, digər Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 19 noyabr 2028-ci ildə islah işi icra olunduğuna görə təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v 218-220; 290-292) Məhkəmə bu hissədə qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən cinayət törətməsi qeyd olunsa da, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə cinayət əməli 2019-cu ilin noyabr ayının sonlarından 09 iyul 2022-ci il tarixədək olan müddət ərzində, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmündən əvvəlki tarixlərdə törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxs hesab edilə bilməz, buna görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə şərti məhkumetmə müstəqil icra olunmalıdır. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin ana-övlad olmaqla bir ailənin iki üzvü olmalarını, başqa hər hansı bir yaxın qohumlarının olmamasını, Təqsirləndirilən şəxs2 gənc olmasını, onda isterik tipli şəxsiyyət pozuntusu (f60.4) aşkar olunmasını onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onların hər birinin ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduqları 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək DİN-in Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 100 (yüz) manat məbləğində pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülməlidir. İş üzrə məhkəmə xərci yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.5, 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək saxlanılması üçün DİNin Maliyyə-Plan İdarəsinə təhvil verimiş 100 manat pul vəsaiti xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və X7 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar