Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-730/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1959-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin sonuncu dekadasında başqa mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,221 qram və 1,129 qram olmaqla, ümumi çəkisi 2,350 qram tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 07 ədəd kibrit qutularında qablaşıdırılmış, ayrıayrılıqda təmiz çəkiləri 2,876 qram, 2,127 qram, 3,515 qram, 4,667 qram, 3,293 qram, 3,937 qram, 4,287 qram olmaqla, ümumi çəkisi 24,702 qram tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana əldə edib, üstündə saxlayaraq daşımış, 06 dekabr 2019-cu il tarixdə saat 21:00 radələrində hüquq mühafizə orqanının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi 22 nömrəli binanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-in 35-ci PB-nə gətirilmiş, Polis Bölməsində xidməti otaqların birində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin iç cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükülüdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,221 qram və 1,129 qram olmaqla, ümumi çəkisi 2,350 qram tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroin və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qram, 2,127 qram, 3,515 qram, 4,667 qram, 3,293 qram, 3,937 qram, 4,287 qram olmaqla ümumi çəkisi 24,702 qram, bitki mənşəli kütlələr, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, heroin və marixuana istifadəçisidir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Tutulmamışdan təxminən 2 ay əvvəl Cəlilabad rayonu Üçtəpə qəsəbəsinə getmiş, qəsəbədə olduğu zaman bədənində möhkəm ağrılar başladığından, orada narkotik vasitə tapmağa çalışmışdır. Əvvəllər tanımadığı bir nəfərlə tanış olmuşdur. Həmin şəxs onda həm heroin, həm də, marixuana olduğunu bildirib, sata biləcəyini, çox alarsa dəyərindən daha ucuz qiymətə satacağını dedi. Mütəmadi narkotika istifadəçisi olduğu və hər dəfə mütxəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitələr almaq məcburiyyətində qalmamaq üçün nakotik vasitələri çox alıb lazım olduqca istifadə etmək qərarına gəlib həmin şəxsə 190 manat pul verib, ondan beş bükümdə heroin və 10 bükümdə marixuananı almışdır. Təxminən iki ay aldığı narkotik vasitələrdən istifadə etmişdir. 06 dekabr 2019-cu il tarixdə axşam saatlarında evdən çıxarkən aldığı narkotik vasitələr də üzərində olmuşdur. Saat 21:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə hərəkətdə olduğu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan narkotik vasitə əldə edib, saxlamada şübhələndiklərini izah edib, onlarla birlikdə bölməyə getməli olduğunu dedilər. O da onlarla Xətai rayon Polis İdarəsinin 35-ci PB-nə gəlmiş, orada videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxs axtarış aparmışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edildikdə, o, üzərində saxladığı iki büküm heroini və yeddi ədəd bükümdə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun şəxsi axtarışı keçirilmişdir. Axtarış zamanı onun əynindəki gödəkçəsinin cibindən elektron tərəzi, mobil telefon, şalvarının cibindən bir qutu siqaret aşkar edilib götürülmüşdür. O, nakotik vasitə əldə etdiyi zaman onların satışını həyata keçirmək niyyəti olmamışdır. Narkotik vasitə almağa gedərkən də bu qədər çox almaq niyyəti olmamış, bu təsadüf nəticəsində alınmışdır. Elektron tərəzini üstündə gəzdirməyinə səbəb isə heroini qəbul etdiyi zaman onun miqdarını müəyyən etmək olmuşdur. Yaşı çox olduğu üçün narkotik vasitəni müəyyən edilmiş miqdardan artıq qəbul etməsi sağlamlığına ciddi zərər vuracağından, əvvəllər heroini lazım olduğundan çox qəbul etdiyindən səhhətində ciddi fəsadlar törətdiyndən noktikin miqdarını dəqiq bilmək üçün tərəzini üstündə gəzdirmişdir. Törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır, aralarında ədavətləri və yaxınlıqları yoxdur. Nəsrəddin adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və qanunsusz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat əldə olmuşdu. Məlumatın yoxlanılması məqsədi ilə Xətai RPİ-in 35-ci PB-in rəhbərliyinə müraciət edilmiş və birgə əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edildi. Onun rəhbərliyi ilə 35-ci PB-in əməliyyat müvəkkili Elvin Qənizadədən və sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. 06 dekabr 2019-cu ildə saat 21:00 radələrində ünvan 5 ünvanın qarşısında narkotik vasitələrin qəbulunda şübhəli bilinən Nəsrəddin saxlanılıb polis bölməsinə gətirildi. Polis bölməsində onun şəxsiyyəti dəqiqləşdirilib onun üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış vəkilin, onun, Elvin Qənizadənin və Şahid3 iştirakı ilə videoçəkiliş aparılmaqla keçirildi. Şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu, ona videoçəkiliş aparılacağı bildirilib, üzərində qadağan olunan əşya varsa təqdim etməsi təklif edildikdə, Nəsrəddin əynindəki gödəkçənin iç cibindən səkkiz ədəd kibrit qutusunu təqdim etdi. Nəsrəddinin təqdim etdiyi kibrit qutusunun birində iki büküm heroin, qalan yeddi ədəd bükümün içərisində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri təxminən iki ay əvvəl Cəlilabad rayonunda olarkən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alıb saxladığını dedi. Bundan sonra təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildi və onun əynində olan gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi, gödəkçəsinin sağ cibindən mobil telefon və şalvarının cibindən bir qutu siqareti aşkar edilib götürüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi və səkkiz ədəd kibrit qutusunda olan narkotik vasitələr qablaşdırılıb götürüldü. Bu barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitənin çəkisini dəqiqləşdirməkdən ötrü gəzdirdiyini dedi, lakin o, bunu narkotiki istifadə edərkən etdiyiyni demədi. Şahid X3 və həmin polis bölməsinin sahə inspektoru, polis leytenantı Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadələr verdilər. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, məhəllə adamı kimi Nəsrəddinlə aralarında yoldaşlıq münasibətləri var, ədavətləri yoxdur. Təqsirləndirilən şəxsla qonşu olduğundan onun narkotik vasitələrdən istifadə etməsini bilmiş, lakin heç vaxt Nəsrəddinin üstündə narkotik vasitə saxlamasını bilməmiş, onun narkotik vasitələrin satmasını görməmişdir. Nəsrəddin dəfələrlə ona yaxınlaşaraq bədənində möhkəm ağrıları olması ilə əlaqədar ağrıkəsici dərman almalı olmasını deyib, ondan borca 10-20 manat mələğlədə pul götürürdü. Təqsirləndirilən şəxsla mütəmadi ünsiyyətdə olduğundan o, onun üstündə eletron tərəzi olduğunu görmüşdür. Bir dəfə evin həyətində olduqları zaman Nəsrəddinin ailə üzvləri onu köməyə çağıraraq, səhətinin ağır olması ilə əlaqədar xəstəxanaya çatırlmasında köməklik etməsini xahiş etmişdilər. O, Nəsrəddinin yaşadığı evə qalxıb, onu xəstəxanaya aparılmaqdan ötrü evdən çıxarmaq istəmiş, lakin Nəsrəddin təkidlə bundan imtina etmiş, təklikdə qaldıqları zaman o, narkotik vasitəni “doza”dan artıq qəbul etdiyi üçün zəhərləndiyini, bu vəziyyətdə xəstəxanaya aparıldığı zaman onun üçün problem yaranacağını dedi. Daha sonra Nəsrəddinlə söhbət zamanı bu halın bir daha təkrarlanmayacağını, belə ki, düşdüyü vəziyyətdən sonra özü üçün elektron tərəzi aldığını və gələcəkdə narkotik vasitəni yalnız müəyyən doza daxilində qəbul edəcəyini dedi. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs mütəmadi olaraq heroin, arabir isə nakrotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Bir neçə dəfə Nəsrəddin onun yanında cibindən bir ədəd büküm çıxarıb, bükümdə olan narkotik vasitə heroinin bir hissəsini elektron tərəzidə çəkib, iynə ilə vumuşdu. Onunla yoldaşlıq münasibətində olduğu üçün dəfələrlə Nəsrəddindən narkotik vasitələrdən istifadəni dayandırmasmı xahiş etmiş, bununla bağlı ona bir çox iradlar bildirmişdir. O, Nəsrəddinin narkotik vasitə satmasını görməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır tanıyır. Aralarında yoldaşlıq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsla mütəmadi olaraq görüşüb əlaqə saxladığı üçün, onun narkotik vasitə qəbul etdiyini bilmişdir. Bir neçə dəfə Nəsrəddin onun yanında heroin çıxarıb, tərəzi ilə çəkib, daha sonra iynə ilə vurmuşdu. O, həmçinin marixuana da çəkirdi. Nəsrəddindən heroini hansı səbəbdən elektron tərəzi vasitəsi ilə çəkib, daha sonra qəbul etməsi barədə soruşduqda, o, narkotik vaistəni müəyyən edilmiş dozadan artıq qəbul etdiyi təqdirdə bu halm zəhərlənmə və hətta ölümə nəticələnə biləcəyini dedi. O, Nəsrəddinin hər hansı şəxsə narkotik vasitə satmasını görməmiş, eşitməmişdir. Hətta bir dəfə o, marixuananın dadma baxmaq üçün Nəsrəddindən ona az miqdarda marixuana verməsini xahiş etmiş, Nəsrəddin isə bundan imtina edərək, əsəbiləşdi, hətta bu hal aralarında münaqişəyə belə gətirib çıxarmışdır. Nəsrəddin ətrafında olan şəxsləri daim narkotik vasitələrdən uzaq tutmağa çalışırdı. Özü isə narkoman olduğunu etiraf etməklə, sadəcə düşdüyü bu yoldan çıxa bilmədiyini, heç kimə sürdüyü həyatı arzu etmədiyini deyirdi. Məhkəmədə elan edilib araşdırılmış 06 dekabr 2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki,06 dekabr 2019-cu il tarixdə saat 22:50-dən saat 23:05-ə qədər olan müddətdə Xətai RPİ-in 35-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükülüdə narkotik vasitə heroinə oxşar maddə və 07 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanya oxşar əşya və gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 06 dekabr 2019-cu il tarixli, 30221 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs...» sözlər və imza olan bir ədəd zərfdəki 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri, 1,221 qram; 1,129 qram; ümumi çəkisi-2,350 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər, 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 0 2,876 qram; 2,127 qram; 3,515 qram; 4,667 qram; 3,293 qram; 3,937 qram; 4,287 qram; ümumi çəkisi - 24,702 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd kibrit qutularmdakı marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd eletron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqat aparmaq (eynilik) mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 mart 2020-ci il tarixli, 701 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 2,350 qram narkotik vasitə olan heroin, ümumi çəkisi 24,702 qram narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 2,250 qram heroin, 24,562 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinin saxlancma təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri öz istifadəsi üçün əldə edib, saxlaması, mütəmadi narkotik vasitə istifadəçisi olduğu və hər dəfə mütxəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitələr almaq məcburiyyətində qalmamaq üçün nakotik vasitələri çox alması, narkotik vasitənin satışı ilə məşğul olmaması, elektron tərəzini üstündə gəzdirməyinə səbəb heroini qəbul etdiyi zaman onun miqdarını müəyyən etmək olması barədə ifadələrininin iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymtələndirir.Çünkü üzərində on bükümdə qablaşdırılmıq müxtəlif çeşidli narkotik vasitə gəzdirən şəxsin bu iddiası ağlabatan deyildir. Əks halda o,heroini qramlarla deyil,istifadə etldiyi miqdarda öz üzərində gəzdirərdi. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə edib özünün müdafiəsinə, bu ifadələrə uyğun ifadə vermiş şahidlərin ifadələrini isə həmin şahidlərın təqsirləndirilən şəxslə münasibətləri nəzərə alınmaqla onların təqsirləndirilən şəxsə yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, göstərilənləri nəzərə alıb ittiham orqanın təqdim etdiyi ittihamedici sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onu bu əməli törətməyə görə təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 11 mart 2020ci il tarixli 701 say rəyinə əsasən yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini nəzərə alıb onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 65 manat (altmış beş) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləqlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,250 qram heroinin, ümumi çəkisi 24,562 qram qurudulmuş marixuananın dövriyyəsi qadağan edildiyi üçün, 01 ədəd elektron tərəzinin isə cinayətin aləti kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmm dövriyyəsi haqqmda» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ayrı-ayrı vaxtlarda,o cümlədən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmişdir. Hazırda hazırda məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə iclas zalından həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 06 dekabr 2019-cu il tarixdə tutulub, 07 dekabr 2019-cu il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilməsi, 04 iyul 2020-ci il tarixdə həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilib məhkəmə zalından azad edilməsi, 04 iyul 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi müəyyən edildi. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən qanunun tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və onun həbsdə saxlanıldığı 06 dekabr 2019-cu il tarixdən 04 iyul 2020-ci il tarixə qədər olan 6 (altı) ay 28 (iyirmi səkkiz) günün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasmı və təyin ediləcək cəzanın əvvəlinin onun həbs olunduğu 07 iyul 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə həmin halları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə seçilib azadlıqda olduğu dövrdə yenidən narkotik vasitələrlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilməsi müəyyən olundu. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əmələ münasibətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirli bilindiyi əməli törətməmişdən qabaq və sonrakı davranışını xarakterizə edən yuxarıda göstərilən halları, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 dekabr 2019-cu il tarixdən 04 iyul 2020-ci il tarixə qədər olan 6 (altı) ay 28 (iyirmi səkkiz) gün ona təyin ediləcək cəzanın müddətinə daxil edilsin, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 7 (yeddi) il 5 (beş ) ay 02 (iki) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloyi dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Müdafiəçi qızma ödənilməsi üçün Bakı şəhəri «Fides» vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləqlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin Növbətçi hissəsinin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,250 qram heroin, ümumi çəkisi 24,562 qram qurudulmuş marixuana sərbəst dövriyyəsi qadağan edilən əşyalar kimi, 01 ədəd elektron tərəzisi isə cinayətin aləti kimi məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-730/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-730/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver