Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-730/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə,, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1ci Aşıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Bakı” otelin 208-ci otağında əri Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ayaq nahiyəsinə təpik zərbəsi vurması səbəbindən sonuncudan qisas almaq məqsədilə otaqda olan masanın üzərindən istintaqa məlum olmayan bıçağı götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını zədələyən və hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamışlar. Ailəlidir. Emini təsadüfi tanımış, münasibətləri yaxşı olduğu üçün evlənməyə qərara gəlmişlər, onların övladları yoxdur, Eminin dəfələrlə ona xəyanət etdiyini sonuncunun mobil telefonunda görmüşdür. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən, “Yaşıl Bazar” ilə üzbəüz olan “Bakı Hotel”-də qalmışdır. Emin dəfələrlə onunla mobil telefonla əlaqə saxlayaraq barışmaq istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Emin ilə barışmaq qərarına gəlmiş, Emin onun qaldığı otelə gəlmiş, Eminlə təxminən bir saat söhbət etdikdən sonra sonuncu getmişdir. xx.xx.2021-ci il tarixdə, saat təxminən 00 radələrində istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Eminin istifadəsində olan (055) ***- **-** saylı mobil nömrəyə zəng vuraraq yenidən sonuncunu “Bakı” otelində 208-ci otağına çağırmışdır, Emin gəldikdən sonra xeyli söhbət etmişlər. Söhbət edən zaman Eminin telefonuna “sms” gəldiyini görmüş, sonuncunun telefonunu götürərək “Whats app”, “İnstagram” mesajlarına baxmış, həmin mesajlarda Eminin müxtəlif qızlar ilə ədəbsiz yazışmalarını aşkar etmiş, çox pis vəziyyətə düşmüş, Emindən həmin qızların kim olduğunu soruşmuşdur. Emin isə onunla əsəbi danışmağa başlamışdır. Onlar mübahisə etmişlər. Emin onu döymüşdür. Emin onun baldır nahiyəsinə ayağı ilə zərbələr vurmuşdur. O da, həmin vaxt çox əsəbi olmuş, masanın üzərindəki taxta tiyəli, mətbəx bıçağını götürərək Eminin kürək nahiyəsindən bir dəfə zərbə vurmuş, bıçağı nə qədər dərinliyinə saldığını bilməmiş, həmin vaxt ağlamağa başlamışdır. Emini bıçaqla vurduğu zaman sonuncunun əynində köynək olmamışdır. Emin ona “bağışla, Könül” demiş, o isə Eminə “gəl, həkimə gedək” demişdir, sonra Emin orada olan qəhvəyi rəngli qısaqol köynəyini əyninə geyinmişdir. Onlar saat təxminən 07 radələrində gecəni bir yerdə qaldıqları “Bakı” otelindən çıxmışlar. Eminin “Opel Astra” markalı, tünd göy rəngli, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə bacısıgilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinə getmişlər. Emin onu orada düşürdüb öz evlərinə getmişdir. O, narahat olduğu üçün qayınanası olan Şahid2 zəng edərək Eminin halını soruşmuşdur, Aynurə Eminin əməliyyatda olduğunu bildirmişdir, o, gözləyə bilməyib 3 saylı ŞKX-yə getmiş, Emin ayıldıqdan sonra sonuncu onun Emini bıçaqla vurduğunu polis əməkdaşlarına demişdir. Bundan sonra o da, polis əməkdaşlarına əri Emini Bakı şəhəri, Nəsimi rayonu, “Yaşıl Bazar” deyilən yerin yaxınlığında yerləşən “Bakı Hotel”-də bıçaqla bir dəfə vurduğunu bildirmişdir. O, əri Emini öldürmək məqsədi ilə bıçaqlamamış, Eminin ona xəyanət etdiyi üçün aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqladığını və bıçaqla zərbə endirdiyi zaman Eminin oyaq vəziyyətdə olduğunu bildirmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin, həyat yoldaşı Təqsirləndirilən şəxs barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. O, Təqsirləndirilən şəxs 2017-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində təsadüfən tanımışdır. Sonradan münasibətləri daha yaxşı olduğu üçün Təqsirləndirilən şəxs ilə 2019-cu ildə rəsmi nigaha daxil olmuşdur. Rəsmi nigaha daxil olanadək Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bacısıgildə yaşamışdır. O isə valideynləri ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, ev 5B ünvanında yaşamışdır. Rəsmi nigaha daxil olduqdan sonra Təqsirləndirilən şəxs və o valideynləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşamışlar. Könül ilə arabir ailə daxili problemləri olmuşdur. Onun valideynləri ilə münasibətləri həmişə yaxşı olmuşdur. Hadisə baş verdiyi tarixdən təxminən bir ay əvvəl Könül ilə dava etmişlər. Bu səbəbdən Könül bacısıgildə, yəni Ramana qəsəbəsində qalmışdır. 07 avqust 2021-ci il tarixdə Könül onun istifadəsində olan mobil nömrəsinə zəng edərək Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “ünvan 4siyaya gedəcəyini bildirmişdir. Belə olan halda o da, qeyd olunan ünvandakı hotelə getmişdir. 208 saylı otağın girişində masa, sağ tərəfində yataq və sanitar qovşaq olmuşdur. O, təxminən orada bir saat qalmışdır. Könül ilə söhbət etmişlər. Sonra o, sağollaşaraq öz işinə getmişdir. Növbəti gün saat 23 radələrində Könül ona yenidən zəng edərək həmin hotelə gəlməyini istəmişdir. O da, razılaşaraq hotelə getmişdir. Könül 208 saylı otaqda olmuşdur. Onlar söhbət etməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə, saat təxminən 01 radələrində onun mobil telefonunun “Whats app” sosial şəbəkəsinə mesajlar gəlmişdir. Könül də onun mobil telefonunu açaraq həmin mesaj mətnlərini oxumuşdur. Könül həmin mesajları oxuduqdan sonra onunla mübahisə etməyə başlamışdır. Mübahisə etdikləri vaxt Könül masanın üzərində olan meyvə qabının içərisindəki bıçağı götürərək onun kürək nahiyyəsinə bıçaqla bir dəfə zərbə endirmişdir. Könül ona zərbə endirdiyi vaxt saat təxminən 06 radələri olmuşdur. Onun həmin vaxt əynində köynək olmamışdır. Könül ona bıçaqla zərbə endirdikdən sonra özünü itirmişdir. O, kürəyindən qan gəldiyini görmüşdür. Belə olan halda o, köynəyini geyinmişdir. Könülü də götürüb hoteldən çıxmışlar. Sonra özünə məxsus “Opel” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Könülü Ramanı qəsəbəsində bacısıgilə aparmaq üçün yola düşmüşdür. Xatırlamadığı yerdə olduqları zaman Könülün avtomobilin pəncərəsindən bıçağı yerə atdığını görmüşdür. O, Könülü bacısıgilə qoymuşdur. Sonra o, yenidən avtomobili ilə öz yaşadığı ünvana getmişdir. O, evə daxil olan zaman anası Şahid2 Talib qızı onun köynəyinin qanlı olduğunu ona bildirmişdir. Ona təcili olaraq xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. Sonra 3 saylı ŞKX-yə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Bakı Hotel”-də qeydiyyatçı işləyir, səhər saat 09:00-da işə gəlir, növbəti gün səhər saat 09:00-da işdən çıxır. Onun işi otelə gələn qonaqları qeydiyyata almaq və bəyənilən otağı müştəriyə təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 06 radələrində, otelin qarşısında siqaret çəkdiyi vaxt taksi ilə gəlmişdir. Təqsirləndirilən şəxs ona oteldə otaq olub-olmadığını sorumuşdur. O, xanıma otağın olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədinin surətini götürmüşdür. Sonra xanımı 2-ci mərtəbəyə dəvət edərək 207-ci otağı göstərmişdir. Xanım sonra ona taksidə əşyalarının olduğunu bildirmişdir və ona yuxarı qaldırmağına kömək etməsi barədə xahiş etmişdir. O da, xanımla birlikdə əşyaları ikinci mərtəbədə yerləşən 207-ci otağa aparmışdır. Növbəti gün, yəni xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs otağını dəyişərək 208-ci otağa keçmək istədiyini bildirərək həmin otağa yerləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hoteldə əlavə bir gün də qalmaq istədiyini bildirmiş və ödəniş edəcəyini demişdir. Xəsarət alan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, günorta saat 15 radələrində otelə gələrək Təqsirləndirilən şəxs qaldığı 208-ci otağa yerləşmişdir. xx.xx.2021-ci il tarixdə, saat 06:53-də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə normal qaydada oteldən çıxaraq “Opel Astra” markalı avtomobilə əyləşərək oteldən uzaqlaşmışlar. Hadisə baş verdiyi zaman heç bir səs eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Talib qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə oğlu Eminin həyat yoldaşıdır. Eminlə Könül xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Təqsirləndirilən şəxs təxminən 2 il onlarla birlikdə ünvan 6 ünvanında yaşamışdır. Onlarla birlikdə yaşadığı dövrdə Könülün oğlu Emin ilə münasibətləri ər-arvad kimi həmişə yaxşı olmuşdur. Lakin son 2 ay ərzində aralarında yaranımş ailədaxili mübahisələrə görə Könül Ramana qəsəbəsində bacısıgildə qalmışdır. Emin 09 avqust 2021-ci il tarixdə, saat 08 radələrində evə tək gəlmişdir. Həmin vaxt o, Eminin köynəyinin kürək nahiyəsində qan ləkələrinin olduğunu görmüşdür. Köynəyi qaldırıb baxdıqda Eminin kürəyində qanlı yaranın olduğunu görmüşdür. O, Eminə belə olan halda təcili olaraq xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. Sonra o, Eminlə birlikdə Sabunçu rayonuda yerləşən 3 saylı ŞKX-yə getmişlər. Orada Emini cərrahi əməliyyat etmişlər. Orada olduğu vaxt Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək Eminin vəziyyətini soruşmuşdur. O da, cavab olaraq Eminin əməliyyatda olduğunu bildirmişdir. Sonra Könülün polis tərəfindən saxlanıldığını öyrənmişdir. Şahid Mirzəyevə Südabə Murtuzəİİ qızı ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, təxminən bir həftədir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Bakı Hotel”-də xadimə işləyir. Onun işi oteldə müştəri qaldığı otağı tərk etdikdən sonra həmin otağı təmizləməkdir. O, xx.xx.2021ci il tarixdə, saat 07 radələrində 208-ci otaqdakı müştərilər getdikdən sonra həmin otağı yığışdırmışdır. Həmin otağı təmizləyən zaman qan izləri görməmiş və həmçinin hadisə baş verdiyi zaman heç bir səs eşitməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hadisə zamanı heç bir səs-küy olmayıb, səs eşitsəydilər mütləq polisə xəbər verərdilər. Bu barədə hadisədən sonrakı gün məlumatları olmuşdur. O, “Bakı” otelin işə götürənidir. Şahid1 və Şahid2 hadisə ərəfəsində “Bakı” otelin işçiləri olublar. Cinayət işinin 213-217-ci vərəqlərində olan 14 yanvar 2022-ci il tarixli “istintaq eksperimentinin aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021 tarixdə, gecə saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Bakı” oteldə aralarında yaranmış mübahisə zamanı zərər çəkmiş şəxsə xəsarət yetirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Bakı” otelin 208-ci otağını əyani olaraq göstərərək təsvir etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin olaraq əri Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, Zərərçəkmiş şəxs onun baldır nahiyəsinə ayağı ilə zərbə endirdiyini, Zərərçəkmiş şəxs üzünü qapıya çevirdiyi zaman masanın üzərindəki bıçağı götürərək sonuncunun kürək nahiyəsinə bir dəfə zərbə endirdiyini bildirdi. Daha sonra məhkəmə tibb ekspertinə qeyd olunan şəraitdə Zərərçəkmiş şəxs bədənində xəsarətin əmələ gəlmə ehtimalı sual edildi. Məhkəmə tibb eksperti bildirdi ki, qeyd olunan şəraitdə Zərərçəkmiş şəxs bədənində həmin xəsarət əmələ gələ bilməsi inandırıcıdır. Habelə istintaq eksperimentinin davamı olaraq sol yan üstdə yataqda uzandığı vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirə biləcəyi ehtimalı yoxlanıldı. Təqsirləndirilən şəxs əyani olaraq bildirdi ki, əri Zərərçəkmiş şəxs həmin vaxt yatmamışdır. Qeyd olunan şəraitdə Zərərçəkmiş şəxs bıçaqlamamışdır. Həmçinin məhkəmə tibb eksperti bildirdi ki, Zərərçəkmiş şəxs sol yan üstündə uzanması, bədənindəki xəsarətin döş qəfəsinin sol səthində olması xəsarətin qeyd olunan şəraitdə əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs bədənindəki xəsarətin digər şəraitdə əmələ gəlməsi daha inandırıcıdır. Cinayət işinin 103-104-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu, sağ said, sağ bud; sağ və sol baldır nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələrinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 135-137-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını zədələyən və hemopnevmotoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun tibbi yardım üçün X5 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin 133-134-cu vərəqində olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2657 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 138-140-cı vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 718/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 141-142-ci vərəqlərində olan məhkəmə kriminalistik ekspertizasının 21 may 2021 -ci il tarixli, 213/2021 nömrəli rəyindən görünür ki, eskpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə zədə və zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını zədələyən və hemopnevmotoraksla müşayət olunan bir ədəd deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə öz əksini tapmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 33-34-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-81-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut olaraq Nəsimi RPİ-də saxlanılan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qəhvəyi rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Maddi sübut olaraq Nəsimi RPİ-də saxlanılan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qəhvəyi rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov