Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-730/2023 06.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Səbuhi Sabir oğlu Hüseynovdan və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1987-ci il fevralın 23-də Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 2,301 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış və 2022-ci il sentyabrın 18-də saat 18:30 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılmaqla əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 2,301 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində narkotik aludəçisi olduğunu, polis əməkdaşlarının onu kirayədə yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında olan «Granmarket» marketinin yaxınlığında tutub əvvəlcə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparmalarını, daha sonra digər polis işçilərinin gəlməklə onu təhvil alaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin gətirdiklərini, onun üzərindəki istifadə etdiyi narkotik vasitə heroinin şəffaf sellofandakı narkotikin miqdarı çox az olduğunu, polislər tərəfindən iki dəfə videoçəkiliş aparıldığını, birinci çəkilişdə onun cibindəki qeyd etdiyi büküm aşkarlansa da ikinci çəkilişdə ittiham olunduğu maddənin aşkar edildiyini, onun Anar adlı tanışına 190 manat borcu olduğundan sonuncunun «102» xidmətinə şikayət etdiyini və 12ci Polis Bölməsinin əməkdaşlarının onu həmin müraciət əsasında tutmalarını, üzərindəki narkotikin isə 18-ci Polis Şöbəsində aşkar olunduğunu, polis işçilərinin psixi təzyiqi nəticəsində ittiham olunduğu maddənin ona məxsus olduğunu bildirib ibtidai istintaqdakı sənədlərə qol çəkdiyini, bu barədə heç bir rəsmi orqana şikayət etmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində 2022-ci il sentyabrın 18-də saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində şöbənin polis sahə inspektoru polis mayoru Şahid2lə birlikdə xidməti vəzifəsini icra edən zaman göstərilən küçə ilə piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər edərək özünü şübhəli apardığını müşahidə etdiklərindən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməklə sonuncudan adını və soyadını, həmçinin yaşayış ünvanını soruşduqda qeyd olunan şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından üzərində narkotik vasitə olmasından şübhələnib sonuncunu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmələrini, orada göstərilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, təqdim etməsi təklif olunanda sonuncunun əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd qızılı rəngli kağız bükülü çıxarmaqla içərisindəki narkotik vasitə heroini 10 manat müqabilində tanımadığı şəxsdən alaraq əldə etdiyini bildirdiyini, həmin bükümün zərfə qablaşdırılıb götürüldüyünü, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir formada təzyiq tətbiq olunmadığını göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı verdiyi izahatda və şübhəli şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf edərək təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CMnin 234.1-1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib 2022-ci il sentyabrın 18-də saat 12 radələrində Bakı şəhərinin Yasamal rayonundakı “Nizami” metrostansiyasının yaxınlığındakı «Sovetski» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə heroin almaqla əynində olan boz rəngli cins şalvarın sol arxa cibinə qoyaraq gizlətdiyini, göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki binaların arasında, insanların olmadığı yerdə üzərindəki heroinin kiçik bir hissəsini yandırıb tüstüsünü çəkməklə istifadə etdiyini, orada bir qədər gəzişdikdən sonra Ağa Nemətulla küçəsi, 19 ünvanının qarşısından keçərkən iki nəfər polis işçisinin ona diqqətlə baxdıqlarını hiss edərək uzaqlaşmağa çalışdıqda sonuncuların yaxınlaşıb Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirməklə ondan adını, soyadını, yaşadığı ünvanı soruşaraq yayınmaq istədiyni görüb onu şöbəyə dəvət etməklə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqanı, sol arxa cibindən bir ədəd bükümü çıxararaq təqdim edib içərisindəki narkotik vasitə heroini «Sovetski» deyilən ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor, təzyiq olmadığını göstərmişdir (iş vərəqi 31-32, 49-52 və 69-72). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2022-ci il 18 sentyabr tarixli raportundan görünür ki, 2022-ci il sentyabrın 18-də saat 18:30 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında olan bir nəfər şəxs hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışı ilə narkotik vasitə aludəçisinə bənzədiyindən sonuncuya yaxınlaşanda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs rabitəsiz şəkildə danışmaqla hadisə yerindən yayınmaq istədiyindən şöbəyə gətirilmişdir (iş vərəqi 5). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2022-ci il sentyabrın 18-də tərtib etdiyi protokoldan və eyni tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qanunsuz olaraq narkotik vasitələri saxlaması haqqında şübhələrin olması səbəbindən şübhəli şəxs qismində tutulmuş, bu barədə Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğuna və Təqsirləndirilən şəxs anası X3 məlumat verilmiş, heç bir şikayət və vəsatət daxil olmamışdır (iş vərəqi 19-21). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 sentyabr tarixli və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 19 sentyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqanı, sol arxa cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini 2022-ci il sentyabrın 18-də saat 12 radələrində Bakı şəhərinin Yasamal rayonundakı “Nizami” metrostansiyasının qarşısında üzdən tanıdığı şəxsdən 10 manata əldə etdiyini bildirmiş, aşkar olunan büküm qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət və ya vəsatət daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd CD-R diskinə baxış vaxtı qeyd olunanlar müəyyənləşdirilmişdir (iş vərəqi 28-29 və 53-54). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 19 sentyabr tarixli 6/5313 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №244» dairəvi möhür əksi, «Vət.Təqsirləndirilən şəxs (imza)...» sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,301 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub tədqiqatdan sonrakı qalığı 2,251 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 55 manatdır (iş vərəqi 38-39). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 20 sentyabr tarixli qərarlarından görünür ki, ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.1-1.-ci maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 55-56 və 61-62). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 20 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il sentyabrın 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 87-91). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli qərarından və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 oktyabr tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında axtarış aparılan ünvanın sahibinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində axtarış aparılarkən iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamış, fotocədvəlin kserosurətləri protokola əlavə olunmuşdur (iş vərəqi 116-117 və 120-127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 27 sentyabr tarixli 9042 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (iş vərəqi 118). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2022-ci il 28 sentyabr tarixli ***-**** №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinin əldə edildiyi mənbəni, sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqi 119). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il oktyabrın 01-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 129). İş materiallarındakı Saatlı Rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 05 oktyabr tarixli 2140 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən, habelə AA seriyalı ******* №-li və AZE seriyalı 12042316 №-li şəxsiyyət vəsiqələrinin, AZ-İİİ seriyalı 561800 №-li doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1955-ci il təvəllüdlü anası X2, 2011-ci il 01 noyabr təvəllüdlü X5 və 2014-cü il 23 fevral təvəllüdlü və X6 adlı övladları ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 132-133 və 148-149). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 17 oktyabr tarixli xx/xx-13770 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamaqla qeydiyyatda deyildir (iş vərəqi 144). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il 12 oktyabr tarixli **********1 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı növ sosial müavinət və ya təqaüd təyin edilməmişdir (iş vərəqi 145). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 dekabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 30 noyabr tarixli AZF/LGL-20360/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (iş vərəqi 151-152). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının 2022-ci il 01 oktyabr tarixli 2605 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 154- 155). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 27 oktyabr tarixli 6385 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 156-157). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 24 dekabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,251 qram çəkidə qalığı saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanışına təhvil verilmiş, maddi sübut kimi tanınan bir ədəd CD-R diski cinayət işinin materaillarına əlavə olunmuşdır (iş vərəqi 165- 173 və 176-177). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2023-cü il 24 fevral tarixli 3-13-7/27110/23 №-li məktubundan görünür ki, sorğuda soyadı, adı, atasının adı, telefon nömrəsi və müraciətin daxilolma tarixi göstərlmədiindən müvafiq araşdırmanın aparılması mümkün olmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert rəyi, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, aidə vəziyyətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanışına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,251 qram çəkidə qalığı məhv edilməli, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 55 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxs X4 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Fides» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il sentyabrın 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il sentyabrın 18-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 55 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Fides» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanışına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,251 qram çəkidə qalığı məhv edilsin, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Səbuhi Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-730/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-730/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver