Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-730/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Həsən bəy ünvan 2 ünvanda yaşayan, barəsində 21 avqust 2024-cü il tarixli qərar ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Şahid3 həmin Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük savxozunda yerləşən tikinti aparılacaq torpaq sahəsinin və mövcud tikililərinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış sənədlərini alacağına dair yalan vəd verib aldadaraq, 2022-ci ilin avqust ayının əvvəllərində 5.000 manat, 30 avqust 2022-ci il tarixdə 30.000 manat, 01 sentyabr 2022-ci il tarixdə 40.000 manat, 05 sentyabr 2022-ci il tarixdə 20.000 manat olmaqla, ümumilikdə 95.000 manat pulu ünvan 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, işlədiyi şirkətə Şahid3 ərazisinə aid tikinti ilə bağlı müraciət daxil olmuşdur. Şirkətin rəhbəri Şahid3la görüşərkən başqa obyektlərinin də olduğu, həmin obyektə dair də işlərin onun tərəfindən aparılması təklif edilmişdir. Tərəfindən əvvəlcədən lahiyə və qiymət təklifi verilmiş, 30 faiz avans istənilmişdir. Aralarında razılıq əldə edildikdən sonra ona təklif etdiyi qiymətin 30% məbləğində deyil, daha az miqdarda avans verilmiş, həmin avans hesabına zavoddan məhsullar alınmış, işçilərin əmək haqları üçün ödənişlər edilmiş, işlərin görülməsinə başlanmışdır. Lakin qazıntı işləri görülərkən ortaya əlavə işlərin görülməsi məsələsi çıxdığından qiymətlərdə artım baş vermişdir. Belə ki, əvvəlki danışıqlar əsasında təklif edilən lahiyədə zirzəmi üçün sahənin işlənməsi nəzərdə tutulmamışdır. Qazıntı zamanı tikilinin zirzəmisinin olacağı bildirilmişdir. Sentyabr ayının əvvəlindən razılaşdırılmış qazıntı işi dekabr ayının sonuna kimi uzanmışdır. Bununla əlaqədar tikinti materiallarının bazar qiyməti artdığından, o, Şahid3la qiymət barədə yenidən görüşmək istəmişdir. Fevral ayında əraziyə baxmaq üçün gedərkən qazıntı işlərinin başqa şəxslər tərəfindən həyata keçirildiyini görmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əməl törədilən dövrdə o, tikinti, təmir bərpa şirkətində lahiyələr üzrə direktor vəzifəsində işləmişdir. Layihəyə əsasən Şahid3 ət kombinatı anbarı tikmək istəmişdir. Tikintinin aparılması Ramana qəsəbəsi Südçülük Sovxozunda planlaşdırılmışdır. Şirkət tərəfindən ilk dəfə ödəniş vəsaiti nağd şəkildə verilmişdir. Tikinti üçün ona 70000 manata yaxın pul köçürülmüşdür. Köçürülən pullar işçilərə əmək haqqı, lahiyə üçün, qazıntı və sair sahələrə xərclənmişdir. Vurulan zərər 95000 manat təşkil edir. Zərərçəkmiş şəxsə 5000 manat bir, 35000 manat bir, istintaq dövründə isə 38000 manat bir pul qaytarılmışdır. İstintaq dövründə pulların qaytarılması müstəntiqin nəzarəti ilə baş vermişdir. Hal hazırda ödənməmiş ziyan 17000 manat pul təşkil edir ki, həmin pul vəsaitindən 12000 manat hissəsi qazıntı aparılması üçün görülmüş işlərə çəkilən xərclər olduğundan əslində zərərçəkmiş şəxsə borclu olduğu məbləğ 5000 manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, təqsirləndirilən şəxsin verdiyi ifadə yalandır. Şahid3 əvvəlcə 15000 manat pulu təqsirləndirilən şəxsə vermişdir. Təqsirləndirilən şəxs beton alınması ilə bağlı 11800 manat da pul almış, lakin beton işləri görülməmişdir. Sonuncunun betonu sifariş etdiyi şirkətə müraciət ediləndə o, verildiyi yerə getdikdə betonun təqsirləndirilən şəxsə təhvil verildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldatmağa çalışmışdır. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, 2022-ci ildə “S.A.T İnvest” şirkətində işləyərkən Ramana qəsəbəsində tikinti işləri aparılmışdır. Həmin zaman şirkətdə təchizat işinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs tikinti aparılan əraziyə gəlib gedərkən görmüşdür. Müəssisəyə vurulan zərər 95000 manat təşkil edir. Tikinti aparılan yerdə hər hansı iş təhvil alınmamışdır. Təqsirləndirilən şəxs Şahid2 40000 manat, 20000 manat və 30000 manat pul almışdır. Zeynəbə pullar onun iştirakı ilə verilmişdir. Təqsirləndirilən şəxs ilə “armatur”, qəlib və digər materialların qiymətini soruşmağa birlikdə getmişdir. Məhkəmə iclasında Şahid2 Tofiq qızı ifadə verərək göstərmişdir ki, “S.A.T İnvest” şirkətində mühasib vəzifəsində işləyir. Ramana Südçülük sovxozunda inşa edilməsi nəzərdə tutulan şirkətə məxsus olan obyektlərə dair sənədləşmə işlərinin görülməsi Təqsirləndirilən şəxs tapşırılmışdır. Razılaşmanın məzmunu Təqsirləndirilən şəxs tərəfindən həmin obyektlərə dair mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çıxarış almaqdan ibarət olmuşdur. 95000 manat pul vəsaiti Təqsirləndirilən şəxs nağd şəkildə verilmişdir. Təqsirləndirilən şəxs pulları alarkən dəftərə aldığı məbləğlə bağlı imza çəkmişdir. Təqsirləndirilən şəxs pulları ondan almışdır. Samirə Zeynalova bir müddət sonra işlərinin alınmadığı üçün pulları qaytaracağını bildirmişdir. X5rdaşı kimi tanıdan Hüseyn adlı şəxs vurulan zərərdən 35000 manat onlara geri qaytarmışdır. Şahid2 Tofiq qızı məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, 2022-ci ildə Şahid3 göstərişi əsasında 95000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. 11800 manat məbləğində pul vəsaiti beton tökülməsi üçün "xxxx" adlanan şirkətə köçürülmüş, lakin Zeynəb tərəfindən həmin betonun tökülməsi təmin edilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, "xxxx" MMC-nin təsisçisidir. Təsisçisi olduğu MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozunda tikintiləri vardır. Həmin tikililərdən bəziləri hazır olmuş, bəzilərinin isə tikintisi aparılmalı idi. 2022-ci ilin yay aylarının əvvəllərində əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs ümumi tanışları vasitəsi ilə onun yanına gəlib təklif etmişdir ki, aparmaq istədikləri tikintiləri ona həvalə etsin. Həmin vaxt Zeynəbə bildirmişdir ki, tikinti aparmaq istədikləri torpaq sahəsinin çıxarış sənədləri yoxdur. Buna görə də tikintiyə başlaya bilmirlər. Zeynəb isə ona bildirmişdir ki, torpağın çıxarış sənədini və orada mövcud olan əvvəlcədən tikilmiş obyektlərin də çıxarış sənədlərini (kupçası) özü həll edib alacaqdır. Zeynəb müxtəlif qurumlarda olan tanışlarından və əlaqələrindən istifadə edib qeyd olunan torpaq sahəsinin və mövcud tikililərin Bələdiyyə, İcra orqanlarından müvafiq sənədlərinin hazırlanması, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış sənədlərinin alınması üçün 120.000 manat pul istədikdə ona inanaraq razılaşmışdır. Bundan sonra Zeynəb qeyd olunan sənədləşmə üçün "xxxx" MMC-nin mühasibi Şahid2 Tofiq qızından özünün tapşırığına əsasən 2022-ci ilin avqust ayının əvvəllərində 5.000 manat, xx.xx.2022-ci il tarixdə 30.000 manat, xx.xx.2022-ci il tarixdə 40.000 manat, xx.xx.2022-ci il tarixdə isə 20.000 manat olmaqla, ümumilikdə 95.000 manat pul almışdır. Samirə həmin pulların hamısını ünvan 3 ünvanında yerləşən MMC-nin ofisində vermişdir. Zeynəb pulu götürdükdən sonra sənədləşmə işlərinə başlayıb qısa müddət ərzində çıxarış sənədlərini alacağına söz versə də, hər dəfə maraqlandıqda Zeynəb gah pulun bir hissəsini bələdiyyəyə verdiyini, gah İcra Hakimiyyətində kiməsə verdiyini demiş və artıq sənədləşdirmə işləri getdiyini bildirmişdir. Sonradan isə Zeynəb demişdir ki, sənədlər Mətin müəllimin stolunun üstündədir, yaxın günlərdə imza edib təsdiqləyəcək və çıxarış sənədləri hazır olacaqdır. Lakin, Zeynəbin dedikləri hamısı yalan çıxmışdır. Əslində Zeynəb torpaq sahəsinin və tikintilərin sənədləşdirilməsi üçün heç bir iş görməmiş, bu adla onu aldadıb "xxxx" MMC-yə məxsus 95.000 manat pulu alıb ələ keçirmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında MMC-də aparılan tikinti işləri ilə əlaqədar 100 kubmetr beton lazım olmuşdur. Zeynəb bildirmişdir ki, "xxxx" MMC-ni işlədən şəxslər onun yaxın dostlarıdır, artıq onlarda beton qurtarır, əgər lazımdırsa tez həmin MMC-yə 11.800 manat pulu köçürmə etsinlər, betonu özləri göndərəcəkdir. Həmin müddət ərzində Zeynəb guya tikililərin çıxarış sənədlərini hazırlamış və buna görə ona inanmışlar. Zeynəblə razılaşıb MMC-nin hesabından "xxxx" MMC-yə köçürmə yolu ilə 11.800 manat pul köçürülmüş, lakin beton göndərilməmişdir. Sonradan Zeynəbin onları aldatması məlum olduqdan sonra MMC olaraq bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər və "xxxx" MMC tərəfindən 11.800 manat pul şirkətə geri qaytarılmışdır. Buna görə də həmin xüsusatla bağlı hazırda hər hansı bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozunda yerləşən tikinti aparmaq istədikləri torpaq sahəsinin və mövcud tikililərinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış sənədlərini alacağına dair yalan vəd verib aldadaraq, 2022-ci ilin avqust ayının əvvəllərində 5.000 manat, xx.xx.2022-ci il tarixdə 30.000 manat, xx.xx.2022-ci il tarixdə 40.000 manat, xx.xx.2022-ci il tarixdə isə 20.000 manat olmaqla, ümumilikdə MMC-yə məxsus 95.000 manat pulu alıb ələ keçirmişdir (cild 1, iş vərəqə 80-82). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş əlyazma sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs illəri göstərilməsə də 30 avqust tarixdə 30000 manat, 01 sentyabr tarixdə 40000 manat, 05 sentyabr tarixdə 20000 manat, 13 dekabr tarixdə 5000 manat pul təhvil almasını imzası ilə təsdiq etmişdir ( cild 1, iş vərəqə 4). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış iltizamnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Şahid3 30 avqust 2022-ci il tarixdə 30000 manat,01 sentyabr 2022-ci il tarixdə 40000 manat, 05 sentyabr 2022-ci il tarixdə 20000 manat pul, bundan başqa Şahid3 tikintidə istifadə olunan beton üçün 11800 manat pul olmaqla ümumilikdə 106800 manat pul aldığını yazmış, 25 may 2023-cü il tarixədək həmin pulların qaytarılmasına söz vermiş, əgər qaytarmasa qanun çərçivəsində cavab verməyə hazır olduğunu bildirmiş, iltizamnaməni özü yazmış və 08 may 2023-cü il tarixdə imzalamışdır (cild 1, iş vərəqə 4). Cinayət işinin materiallarına əlavə edilmiş 26 may 2023-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 75000 manat borcundan 15000 manat qaytarılmışdır (cild 1, iş vərəqə 5). İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə məhsulun təqdim edilməsinə görə 11800 manat pul ödənilmiş, 1800 manat ƏDV məbləği uzun sürən təkidlərdən sonra qaytarılsa da 10000 manat əsas borc ödənilməmiş qalmışdır. Buna görə də məhkəmə qətnaməsi ilə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 10000 manat əsas borcun, 6879 manat müqavilədən irəli gələn öhdəliklərin pozulması əsasında hesablanmış dəbbə pulu və 200 manat mediasiya prosesinə çəkilmiş xərcin iddiaçının xeyrinə tutulması barədə iddia qismən təmin edilmiş 10216 manat 44 qəpik məbləğində pulun "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (cild 1, iş vərəqə 10-17). 31 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Nümayəndə ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 66-70). 31 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 Tofiq qızı arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 71-74). 12 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 83-86). 02 iyul 2024-cü il tarixli 8117 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 102). Cinayət işinin materiallarına əlavə edilmiş 21 avqust 2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 10000 manatın ödənildiyini, Məhdud Məsuliyyətli Cəmiyyətə 24000 manat borcunun qaldığını bildirmişdir (cild 1, iş vərəqə 138). Cinayət işinin materiallarına əlavə edilmiş 12 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 73000 manat pulun ödənildiyini, 22000 manat borcunun qaldığını bildirmişdir (cild 1, iş vərəqə 167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən daxil olmuş 04 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 79). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxsə ümumilikdə 95.000 manat məbləğində maddi ziyanın vurulması ilə yolu ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq gedişində ərizə göndərərək qazıntı işlərinin aparılması ilə bağlı Babək Seyidovun kartına 12.000 manat pul vəsaiti ödənildiyini bildirsə də, (cild 1, iş vərəqə 87), cinayət işi materialları ilə tanış olarkən 5000 manat pul vəsaitini ofisin təmiri üçün xərclədiyini, 9000 manatı isə qazıntı işləri ilə əlaqədar sərf etdiyini bildirməklə bir-biri ilə ziddiyyət təşkil edən fərqli məzmunda ifadələr vermişdir. Məhkəmə iclasında isə qeyd edilən xərclərlə bağlı dindirilərkən təqsirləndirilən şəxs istər "xxxx" MMC, istərsə də başqa şəxslərlə qazıntı işlərinin aparılması və ya zərərçəkmiş şəxsdən alınmış pul hesabına digər şəxslərə hər hansı digər xidmətlərin göstərilməsinə dair bağlanmış hər hansı müqavilə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsndə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 may 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 55). Bundan başqa məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş, təmsil etdiyi hüquqi şəxsin direktorunun imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şirkətə olan borc tamamilə ödənilmişdir. Bu səbəblərdən onlar zərərçəkmiş şəxsin barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, tərəfindən vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, ona vurulmuş ziyanı tamamilə könüllü olaraq ödəməsi kimi barəsində cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi və xarakterini nəzərə alaraq, cəzanın məqsədlərinə nail olmaq nöqteyi nəzərindən hesab edir ki, ona Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri rəhbər tutulmaqla həmin Məcəllənin 178.3.2-ci maddəsinin sanksiyasında göstərilən hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Ailədə yeganə qazanc mənbəyidir. Himayəsində bir az yaşlı qızı vardır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi və mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığının müəyyən edilməsidir. Cinayət işi materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən mülki iddia ərizəsi verilmişdir. O, mülki iddia ərizəsində maddi ziyana görə 22000 (iyirmi iki min) manat pulun, ödənilmiş 188 (yüz səksən səkkiz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 29 iyul 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək mülki iddia ərizəsindən imtina etdiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur . Qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iddiadan imtina etməsi səbəbindən mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddiadan imtina etməsi səbəbindən mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-730/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-730/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver