Məhkəmə qərarları › İş №1(101)-731/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-731/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-731/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 1 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, ev 33 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə ümumi təmiz çəkisi 3,355 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 4 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də qeyd edilən ünvanın qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 20:04-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib “LD” markalı siqaret qutusunun içərisində saxlamaqla daşıdığı dörd ədəd şəffaf sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,809 qram, 0,725 qram, 0,798 qram və 1,023 qram olmaqla, ümumi təmiz çəkisi 3,355 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil şəxsi istifadə üçün əldə etmiş, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, tutulduğu gün, yəni 4 sentyabr 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində istifadəsi üçün psixotrop maddə metamfetamin almaq üçün “Papanin” deyilən yerə getmiş, üzdən tanıdığı şəxsi orada taparaq həmin şəxsdən istifadəsi üçün cəmi 1 ədəd bükümdə “şüşə” kimi tanıdığı metamfetamin maddəsini almış, həmin maddəni alıb üzərində saxlamış, həmin gün saat təxminən 2-3 radələrində yaşadığı Bibiheybət qəsəbəsində tanıdığı Şahid5 və X1 ilə görüşmüş, sonuncular da məhəllədə yaşayaraq onun kimi bir müddətdir “şüşə” adlı maddələrdən istifadə etməyə başlamışlar, o, həmin şəxslərə üzərində həmin maddədən olduğunu bildirmiş, Elbəyinin şəhərdə olan işlərini bitirdikdən sonra geri qayıtdıqda həmin maddələrdən istifadə edəcəkləri barədə razılığa gəlmişlər, Elbəyi və Ənvərlə birlikdə Elbəyiyə məxsus telefonu satmaq üçün bir nəfər şəxslə görüşmək məqsədi ilə Bakı şəhərində, Slavyan Universiteti yaxınlığında, olan zaman onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını, onu, o cümlədən də onunla birlikdə olan, Elbəyi və Ənvəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, onlar həmin İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş, bundan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilin, həmçinin də Elbəyi və Ənvərin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, bu vaxt ona üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etmək təklif olunmuş, səmimi olaraq üzərində psixotrop maddə olan metamfetamin olduğunu, şalvarının cibində olan içərisində bir bükümdə psixotrop maddə olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra digər ciblərini boşaldaraq şalvarının sağ yan cibində olan ona məxsus istifadəsində olan “Samsung” markalı mobil telefonu və arxa cibində olan 12 manat pul əsginasını təqdim etmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şalvarının cibləri yenidən yoxlanılmış, lakin əlavə olaraq heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamış, üzərindən aşkarlanan əşya və predmetlərə bir-bir nəzər salınmış, 12 manat pul özünə qaytarılmış, mobil telefon isə işə əlavə olunması məqsədi ilə götürülmüş, təqdim etdiyi siqaret qutusunun içərisində olan dörd ədəd sellofan büküm açılmış, içərisində kristal formalı maddələrin olması müəyyən edilmiş, həmin vaxt o, polis əməkdaşlarından çəkindiyi üçün üzərində 4 deyil, cəmi 1 büküm oduğu barədə təkid etməmiş, ondan həmin maddə barədə sorğu-sual edildikdə o, həmin maddənin metamfetamin olduğunu, “Papanin” deyilən yerdən alıb üzərində saxladığını bildirmiş, həmin dörd ədəd büküm götürülərək zərfdə qablaşdırılmış, möhürlənərək tərəflərindən imzalanmış, Bundan sonra Ənvərlə Elbəyinin də üzərinə baxış keçirilmiş, lakin üzərlərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, tutulduğu gün səhər saatlarında saat təxminən 10-11 arası yenidən “Papanin” deyilən yerə getmişdir ki, istifadəsi üçün psixotrop maddə metamfetamin alsın; üzdən tanıdığı şəxsi orada taparaq həmin şəxsdən 150 manata 4 (dörd) ədəd bükümdə “şüşə” kimi tanıdığı metamfetamin maddəsini almış ki, istifadə etsin; həmin maddələri alıb üzərində saxlamışdır; maşını ilə taksi fəaliyyəti ilə məşğul olmağı davam etmişdir; Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmçinin göstərmişdir ki,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Elbəyi və Ənvərin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin; o da həmin vaxt səmimi olaraq bildirmişdir ki, üzərində psixotrop maddə olan metamfetamin vardır və 4 (dörd) ədəd sellofan bükümü əynində olan şalvarın cibinə qoymuş olduğu siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir; Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 4 sentyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda 1 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmiş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra müvafiq qərar qəbul edilmiş, həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 təyin edilmişlər, 4 sentyabr 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:20-də ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs yanında həmin vaxt olan iki nəfər şəxslə birlikdə tərəflərindən saxlanılmış, onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxslərə təqdim etmiş, həmin şəxs də özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün həmin vaxt sonuncu ilə birlikdə saxlanılmış şəxslər Şahid5 və Elbəyi Abdullayevlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında 4 sentyabr 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə yaradılmış əməliyyat qrupunun üzvləri, saxlanılarkən yanında olmuş iki nəfər şəxs və dəvət edilmiş vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ilk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və arxa sol cibindən 12 manat məbləğində nağd pulu çıxarıb təqdim etmiş, həmin siqaret qutusunun içərisində matemfetamin adlı psixotrop maddənin olduğunu bildirib siqaret qutusunu açaraq içərisindən 4 (dörd) ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümlər açıldıqda hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı onlara qeyd edilən bükümləri həmin gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 150 manata şəxsi istifadəsi üçün əldə edib üzərində daşıdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər-hansı əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər götürülərək zərfdə qablaşdırılmış, cibindən aşkar edilmiş nağd pul özünə geri qaytarılmış, mobil telefonu iş üçün sübut əhəmiyyətinə malik ola bilmə biləcəyi üçün ehtimalından götürülmüş, götürülmüş zərf tərəflərindən imzalanmış, Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən özü ilə birlikdə olmuş Şahid5lə Elbəyi Abdullayevin üzərinə baxış keçirilmiş, baxış zamanı hər iki şəxsin üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər-hansı maddə və ya əşya aşkarlanmamış, şifahi sorğu zamanı hər iki şəxs şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxsla qonşuluqda yaşadıqlarını və saxlanılarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin adlı maddənin olmasından xəbərsiz olduqlarını, buna baxmayaraq hər ikisinin psixotrop maddə metamfetamin istifadəçisi olmasını, həmin maddəni biri 20 yanvar dairəsi yaxınlığında, digəri Yasamal rayonu ərazisində “Asan” xidmətin inzibati binası yaxınlığında üzdən tanıdıqları şəxsdən alıb istifadə etdiklərini, bir neçə gün əvvəl isə Təqsirləndirilən şəxs hər birinə ayrılıqda istifadə etmək üçün bir bükümdə psixotrop maddə metamfetamin verdiyini, bunun müqabilində heç bir məbləğdə pul almadığını, bir dəfə də özü ilə gətirdiyi maddəni həmin şəxslərlə ayrılıqda çəkərək qəbul etdiyini bildirmişlər, barəsində deyilənləri Təqsirləndirilən şəxs təsdiq etmiş, daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, X4 və Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs 5-6 yaşından tanıyır; Elşad da onun kimi həmin məhəllədə yaşamış təxminən 7-8 ay olar ki, narkotik vasitə olan heroindən yandırıb tüstüsünü udmaqla qəbul etmiş, həmin maddələri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almış, təxminən 20 gün müddətdir, tanıdığı Təqsirləndirilən şəxs ona çəkmək üçün bir ədəd xırda bükümdə psixotrop maddə vermiş, o, həmin maddəni öz evində təklikdə çəkmiş, bundan təxminən 2 gün sonra Elşadla ikisi birlikdə Elşada məxsus olan həmin maddədən məhəllədə yerləşən qapalı bir yerdə ikisi eyni üsulla qəbul edib çəkmişlər, 4 sentyabr 2020-ci il tarixdə o, özünə məxsus olan telefona aid olan aksesuarları götürüb satmalı olduğu adama təqdim etmək üçün işlədiyi tikinti şirkətinə getməli olmuş, bunun üçün o, həmin yerə dostu olan Ənvərlə getmiş, lakin həmin yer uzaq olduğundan onlar Elşadın taksi fəaliyyəti ilə məşğul olduğu üçün sonuncuya onları həmin yerə aparmasını təklif etmiş, Elşad onları deyilən yerə aparmış, o, telefonu “Sahil” bağı deyilən yerdə 110 manata satmış, Elşad Slavyan Universiteti yaxınlığında işi olduğunu demiş, onlar Elşadla birlikdə həmin yerə getmişlər, həmin yerə çatanda Elşad maşından düşüb harasa getmiş, o, isə Ənvərlə maşında gözləmiş, Elşad geri qayıdandan sonra işinin bir qədər uzandığını, təxminən 5 dəqiqəyə yekunlaşdıracağını və gedəcəklərini bildirmiş, həmin vaxt onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq BMCMİ-nin əməkdaşları olduqlarını bildirib Elşadın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmiş, onların hamısını həmin idarəyə dəvət etmişlər, orada Elşada vəkil təyin edilmiş, həmin vaxt Elşadın üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı üzərində olan siqaret qutusunun içərisindən 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmiş, bundan sonra onunla Ənvərin üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, onlar həmin protokolu və Elşadın üzərindən aşkar edilmiş maddələrin qablaşdırıldığı zərfi imza etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını, Elşaddan pul əvəzində heç bir narkotik vasitə və ya psixotrop maddə almadığını, sadəcə olaraq Elşadın ona bir dəfə isə pay kimi sonradan istifadə etməsi üçün bir büküm metamfetamin verdiyini, bir dəfə Elşada məxsus olan “şüşə” adlı maddədən Elşadla birlikdə ikisinin qəbul etdiyini, Elşadın başqa şəxslərə bu kimi maddələrdən verməsi barədə heç bir məlumatının olmadığınıbildirmiş, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə heç bir məlumatının olmadığını, qeyd etdiyi heroin adlı maddələri əldə etdiyi şəxsi üzdən tanıdığı, həmin şəxsin anket məlumatlarının ona məlum olmadığını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, tanıyır; Elşad onun yaşadığı məhəllədə yaşayır, onlar qonşudurlar, təxminən 1 il olar ki, narkotik vasitə olan heroindən yandırıb tüstüsünü udmaqla qəbul edir; 2019-cu ilin avqust ayında həmin maddədən istifadə etdiyinə görə AR CM-in 234.1-ci maddəsi ilə ittiham edilmiş və nəticədə ona narkomaniyadan müalicə təyin olunmuşdur; qeyd etmiş ki, buna baxmayaraq arabir həmin maddədən və əlavə olaraq psixotrop maddə olan metamfetamindən qəbul edirmiş; təxminən 15 gün olar ki, Təqsirləndirilən şəxs ona çəkmək üçün bir ədəd xırda bükümdə psixotrop maddə metamfetamin vermişdir; o da həmin maddəni öz evində təklikdə çəkmişdir; bundan təxminən 4-5 gün sonra Elşadla ikisi Elşada məxsus olan həmin maddədən məhəllədə eyni üsulla qəbul edib çəkmişlər; 4 sentyabr 2020-ci il tarixdə o, dostu Elbəyiyə məxsus olan mobil telefonu satmaq məqsədi ilə sonuncu ilə birlikdə şəhərə getməli imiş; yol uzaq olduğundan onlar Elşadın taksi fəaliyyəti ilə məşğul olduğu üçün Elşaddan xahiş etmişlər ki, onları həmin yerə aparsın; Elşad da onları deyilən yerə aparmış, onlar telefonu “Sahil” bağı deyilən yerdə 110 manata satmışlar və bu vaxt Elşad demişdir ki, Slavyan Universiteti yaxınlığında işi vardır; ona görə də onlar Elşadla birlikdə həmin yerə getmişlər; həmin yerə çatanda Elşad maşından düşüb harasa getmişdir, Elbəyi ilə maşında gözləmişlər, Elşad geri qayıdandan sonra bildirmiş ki, işi bir qədər uzanır, təxminən 5 dəqiqəyə yekunlaşdıracaq və onlar gedəcəklər; lakin bu vaxt onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq BMCMİ-nin əməkdaşları olduqlarını bildirib Elşadın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onların hamısını həmin idarəyə dəvət etmişlər; orada Elşada vəkil təyin edilmişdir; həmin vaxt Elşadın üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı üzərində olan siqaret qutusunun içərisindən 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir; bundan sonra onunla Elbəyinin üzərinə baxış keçirilmiş lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir; bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu və Elşadın üzərindən aşkar edilmiş maddələrin qablaşdırıldığı zərfi imza etmişlər; Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs pul əvəzində heç bir narkotik vasitə və ya psixotrop maddə almadığını, sadəcə olaraq Elşadın ona bir dəfə pay kimi sonradan istifadə etməsi üçün bir büküm metamfetamin verdiyini, bir dəfə də Elşada məxsus olan “şüşə” adlı maddədən sonuncu ilə birlikdə ikisinin qəbul etdiyini, Elşadın başqa şəxslərə bu kimi maddələrdən verməsi barədə heç bir məlumatının olmadığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə heç bir məlumatının olmadığını, qeyd etdiyi heroin adlı maddələri əldə etdiyi şəxsi üzdən tanıdığını, həmin şəxsdən adı çəkilən maddələri 20 yanvar metrosu yaxınlığında aldığını, həmin şəxsin anket məlumatlarının ona məlum olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 5 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dindirilmiş X1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə aralarında keçirilən üzləşdirmə zamanı təsdiq etmiş və sonuncunun bir neçə dəfə qəbul etmək üçün ona narkotik maddələr verdiyini bildirmişdir (1-ci cild iş vərəqi 108-111). İşdə olan 5 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid5 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə aralarında keçirilən üzləşdirmə zamanı təsdiq etmiş və sonuncunun bir neçə dəfə qəbul etmək üçün ona narkotik maddələr verdiyini bildirmişdir (1-ci cild iş vərəqi 112-115). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 5 sentyabr 2020-ci il tarixli 6/1779 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN-ə məxsus “Zərflər üçün N.6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 bükümdə...’' və s. yazılar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,809 qram; 0,725 qram; 0,798 qram; 1,023 qram; ümumi təmiz çəkiləri 3,355 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 04 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 3,355qr, tədqiqata sərf edildi 0,08qr, qalıq - 3,275qr. (1-ci cild iş vərəqi 55-58). İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 23 noyabr 2020-ci il tarixli 3272 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; təxminən 2 aydır ki, mütəmadi olaraq həftədə 2-3 dəfə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandıraraq tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (1-ci cild iş vərəqi 193-194). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 4 sentyabr 2020-ci il tarixli qərar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 131-132). İşdə olan 4 sentyabr 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin İHHH əməkdaşları tərəfindən 4 sentyabr 2020-ci il tarixdə saat 18:20-də ünvan 4 ünvanın qarşısında yanında olan tanışları Şahid5 Batiq oğlu və X1 ilə birlikdə saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və İdarədə barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins materiallı şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi “LD” markalı siqaret qutusunun içərisindən dörd ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,809 qram, 0,725 qram, 0,798 qram və 1,023 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 28-31). İşdə olan “xxxx” MMC-dən daxil olmuş 27 oktyabr 2020-ci il tarixli AZF/LGL-11035/20 saylı məktubla müşayiət olunan 1 ədəd diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** saylı mobil telefon nömrəsinə aid olan 5 iyun 2020-ci il tarixdən 5 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində məlumatların SMS bölməsinə keçirilən baxış zamanı məlum olmuşdur ki, (077) ***-**-** saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs 9 iyun 2020-ci il tarixdə saat 00:03-də SMS yazaraq “Ele bil her gun meni veziyyetden cixardirsan çıxardanda da 5 man alirsan en asagisi” sözlərini yazmışdır; bundan sonra baxış zamanı məlum oldu ki, həmin istifadəçi 31 iyun 2020-ci il tarixdə saat 03:38-də Təqsirləndirilən şəxs SMS yazaraq “Men seni burmuşam birden ikiye meni buranda bilirsende adam gozdadmak bu alemde yalandan ozunde bilirsen duz deyil onu mualica kimi atib yatirdim pulum yox idi sozumu yere salmadim ki qaqas... ” sözlərini yazmışdır; istintaq araşdırması zamanı məlum olmuşdur ki, həmin (077) ***-**-** saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilən zaman “Whatsapp” telefon tətbiqinin söhbətlər bölməsində adı “Fred Məhlə” kimi qeyd olunmuş istifadəçidir; qeyd edilən mobil telefon nömrəsinin yuxarıda qeyd olunan zaman kəsiyinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan məlum olmuşdur ki, həmin nömrənin istifadəçisi Bibiheybət qəsəbəsi ərazisində, həmin tarixdə sonuncu dəfə isə 4 sentyabr 2020-ci il tarixdə saat isə 17:47-də ünvan 5 ünvan, 67-ci binanın üzərində quraşdırılmış antena tərəfindən qeydə alınmışdır; odur ki, həmin disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 158-160, 195-205). İş üzrə təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı “A51” modelli mobil telefon aparatına keçirilmiş baxış zamanı mobil telefonda (077) ***-**-** saylı GSM nömrə ilə “Eliş” kimi adı qeyd olunmuş istifadəçinin qeydiyyatdan keçmiş olduğu “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqinin “söhbətlər” bölməsində (051) ***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Elbəyi” adı ilə qeyd olunmuş istintaq zamanı həmin şəxsin X1 olması müəyyən edilmiş şəxslə Təqsirləndirilən şəxs arasında çoxsaylı səsli və elektron yazışmaların olması, yazışmalara nəzər salan zaman müəyyən edilmişdir ki, 2 sentyabr 2020-ci il tarixdə X7 Dadaşova İsmarıc göndərək “he yarım götürürsen ya nece?...Men buğunku 5-nen biryerdə 15m verecem sene brat kelme dedimde sene oyam buyam ola bilmez..” deyib, həmin tarixdə yenidən yazaraq “Vüsala deyesi olsan brat 1 dene get menimçün atda qırağa., sene pulu ver er em ” bildirmişdir; bundan sonra 2 sentyabr 2020-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs ”3 var bu deq..sen hardasan ” yazmış, Təqsirləndirilən şəxs da cavab olaraq “Ee 5 elədə brat” bildirmişdir; daha sonra X7 Dadaşova “Düzəldirəm də üstünü..Menim çeiimi atda qırağa quzu keserem..pulu verende götürüm..tezden aramızda, qalsın lOm sabah küt bağlıyım.. ” yazmışdır; bundan başqa, söhbətlər bölməsinə baxış zamanı (070) ***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Tüklü meymun” kimi adı qeyd olunmuş istifadəçi ilə Təqsirləndirilən şəxs arasında çoxsaylı səsli və elektron yazışmaların olması aşkar edilərək danışqılara keçirilmiş baxış zamanı həmin istifadəçi Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdə “axşam işdən çıxanda 10 manat verəcəm..dəydə mənə..normalı bir şey ver...xaiş dobru bir şey ver.. ” sözləri yazmış, Təqsirləndirilən şəxs da buna cavab olaraq “Dəyim yığaram sənə..arxain ol birazdan” sözlərini yazmışdır; 2 sentyabr 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs ‘Men 11 de cixacam...5 diy mene otur.Aşden çıxanda bidene de 5 diy ver er sen 10 verecem” sözlərini yazmış, Təqsirləndirilən şəxs da ona səsli mesaj formasında “Brat olar..indi sənə 5-lik verəcəm, bir də 5-lik çıxanda verəcəm sən də mənə 10 manat verəcəksən hə?..olar..olar gözlə sənə deyirəm... ” cavab vermişdir; 3 sentyabr 2020-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs “Falqada verde mene..hele ele 5-6 tustu çıxsın” sözlərini yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Elə folqadadır..belə pis çıxmasın..nə çıxacaqsa, ordadır..sənə dediyim kimi brat..bəlkə sən ondan 10 tüstü çıxartdın...birdəki pulu axşama hazırla götürsəm sənə normal bir şey olacaq..narahat olma” səsli mesaj göndərmişdir; daha sonra, baxış zamanı söhbətlər bölməsində (077) ***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Fred Məhi ə” kimi adı qeyd olunmuş istifadəçi ilə Təqsirləndirilən şəxs arasında çoxsaylı səsli və elektron yazışmaların olması aşkar edilərək danışqılara baxış zamanı həmin istifadəçinin Təqsirləndirilən şəxs 4 sentyabr 2020-ci il tarixdə saat 03:44-də "Qaqa bayaq dedin narmalni olacey..hec yuxarıdan tokdum aşağıya çatmadı dibine..bes adam i bele draznit ederler qaqa...heene..sabah belke pulum olmadı hec.. ” sözlərini yazması, Təqsirləndirilən şəxs da ona cavab olaraq "Yaxşı olar sabah..kefini zor elə” yazması müəyyən edilmişdir; bu səbəbdən həmin mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 152-156, 195-205,234). İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin Xüsusilə Mühüm İşlər Üzrə baş təhqiqatçısı polis mayoru Mirata Seyidov tərəfindən şəxsi axtarış və götürülmə aparılması haqqında protokol təıtib edilərkən “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş diskə əlavə olunmuşdur; qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 28-32, 195-205). Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,355 qram çəkidə psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,275 qramı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 4 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 19-20). İşdə olan Nəriman Rayon Məhkəməsinin 5 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 4 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 103-107). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs üzərindən 4 büküm deyil, cəmi 1 bükümün aşkar edələrək götürülmüsi barədə ifadəsinin özünü müdafiə xarakteri daşıması işin materialları ilə, yəni Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, videoçəkilişlə keçirilmiş baxış və axtarış aparılmısa barədə protokollar, şahid ifadələri, üzləşdirmə protokolları ilə təsdiq olunur (1-ci cild iş vərəqi 28-31). «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahıpsixotrop maddələr)» əsasən psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddə metamfetaminin çəkisi 3,355 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların müəyyən edilməməsi səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 4 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 23 noyabr 2020-ci il tarixli 3272 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; təxminən 2 aydır ki, mütəmadi olaraq həftədə 2-3 dəfə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandıraraq tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (1-ci cild iş vərəqi 193-194). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd zərfdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalan 3,275 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir; bir ədəd “Samsung A51” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarından birinə qaytarılmalıdır; 1 ədəd DVD və 1 ədəd CD disklər isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 4 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3,275 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; bir ədəd “Samsung A51” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarından birinə qaytarılsın; 1 ədəd DVD və 1 ədəd CD disklər isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar