Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-731/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2, Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1981-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 27 oktyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Abşeron rayonu, Xırdalan şəhərində şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsdən satış məqsədi ilə 300 manat pulun qarşılığında 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram, 0,412 qram, 0,429 qram, 0,475 qram, 0,428 qram, 0,417 qram, 0,451 qram, 0,429 qram, 0,457 qram, 0,489 qram, 0,432 qram, ümumi təmiz çəkisi 4,837 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 28 oktyabr 2021-ci il tarixdə, saat 15:10 radələrində ünvan 3 ünvanın qarşısında olarkən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və idarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan hərbi modelə uyğun gödəkçənin sağ yan cibindən 11 ədəd bükümdə, ümumi təmiz çəkisi 4,837 qram külli miqdarda narkotik vasitə heroin və 1 ədəd işlək vəziyyətdə, üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 15:10 radələrində ünvan 5 ünvanda köhnə uçulu binanın qarşısında dayanan zaman ona iki mülki geyimli polis əməkdaşları yaxınlaşıb Nəsimi RPİ-nin əməliyyat müvəkkilləri olduqlarını demiş və onu Nəsimi RPİ-yə dəvət etmişlər. O, heç bir etiraz etməmiş, idarəyə gəldikdən sonra ondan müdafiəçisinin olub-olmadığını soruşulmuş, maddi cəhətdən imkansız olduğunu bildirib polis əməkdaşlarından onun üçün dövlət hesabına müdafiəçi dəvət etmələrini istəmiş, idarənin xidməti otaqlarından birində onun üzərinə video görüntü ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt əynində olan hərbi modelə uyğun gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan kiçik aşkar edilərək götürülmüş, həmin kiçik torbaya baxış keçirilən zaman polis əməkdaşları qeyd olunan torbanın içərisində 11 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə olduğunu görmüş, həmin bükümlərə baxış keçirilən zaman həmin maddələrin heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bu zaman ondan həmin narkotik maddəni haradan əldə etməyi barədə soruşulduqda cavabında həmin narkotik maddəni 27 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən özünün istifadəsi üçün 300 manata aldığını demişdir. O, daha sonra göstərmişdir ki, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, tutulan zaman üzərində tərəzi olsada tərəzi ona məxsus olmamşdır. İran İslam Respublikası vətəndaşı "Səccad" adlı şəxsi tanımır. İstintaq zamanı ona deyilənləri yazıb imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi satış məqsədilə narkotik vasitə əldə etməməsi, üzərində aşkar edilmiş həmin bükümləri şəxsi istifadəsi üçün əldə etməsi və üzərində elektron tərəzinin olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 28 oktyabr 2021-ci il tarixdə «Rüfət» adlı şəxsin Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 88 ünvanının qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən rəhbərliyin adına raportla müraciət olunmuşdur. Daha sonra isə, ondan və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və “Rüfət” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 28 oktyabr 2021-ci il tarixdə qeyd edilən ünvana Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə yollanmışdır. Əməliyyat qrupunun üzvü ilə birlikdə 28 oktyabr 2021-ci il tarixdə, saat 15:10-da sonradan şəxsiyyəti onlara məlum olan xx.xx.1981-ci il tarixdə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs tərəflərindən ünvan 7 ünvanın qarşısında saxlanılmışdır. Ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olduğunu elan edərək əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişdir. Üzərinə baxış keçirilməsi məqsədilə o, Nəsimi RPİ-nin inzibati binasına dəvət edilmiş, Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, təhqiqatçı Mirdamət Qədirlinin və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki hərbi modelə uyğun gödəkçəsinin sol yan cibindən 01 ədəd 1 AZN pul, 01 ədəd “Bakıkart’ platik kartı, 03 ədəd açar və 01 ədəd dırnaq tutan, gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan kiçik torba və üzərində “500 gv 0.0lg X4 Trade, Made in China” yazılı elektron tərəzini masanın üzərinə qoymuşdur. Daha sonra həmin kiçik sellofan torbaya baxış keçirilmiş və içərisindən sellofana bükülmüş 11 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümlərin içərisində “Kakos” adlı maddənin olmasını, qeyd olunan maddələri 27.10.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində İran İslam Respublikasının vətəndaşı olan, “Səccad” adlı şəxsdən 300 manat pul qarşılığında satmaq məqsədilə əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi boz rəngli, cins şalvarının sağ, sol, arxa ciblərinə, daha sonra ayaqqabısına və corablarına baxılsa da, hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan ayaqqabısını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmiş, iştirakçılara həmin 11 ədəd şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər maddələrin olduğu bükümlərin ekspertiza tədqiqatına göndərilməsi, zərfə qoyularaq qablaşdırılması və möhürlənərək götürülməsi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra 11 ədəd şəffaf selofana bükülmüş içərisində narkotik maddəyə bənzər bükümlər zərfə qoyulmuş, zərfin üzəri Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş ”186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİnin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 29 oktyabr 2021ci il tarixli 6/4795 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 186” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən... və s. yazılar, imzalar olan kağız paketdəki 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram, 0,412 qram, 0,429 qram, 0,475 qram, 0,428 qram, 0,417 qram, 0,451 qram, 0,429 qram, 0.457 qram, 0,489 qram, 0,432 qram, ümumi təmiz çəkiləri 4,837 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd “500gv 0.01 g X4 TRADE” göstəricili elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli 26 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş məhkəmə psixiatrik ekspertizanın 17 yanvar 2022-ci il tarixli, 96 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq və cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdür. Belə ki, cinayət işinin 61-62-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə müdafiəçisi Fizuli Qasımovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 15:10 radələrində ünvan 8 ünvanda dayanan zaman ona iki mülki geyimli polis əməkdaşları yaxınlaşmış, həmin vaxt onlar özlərini ona təqdim etmiş və Nəsimi RPİ-nin əməliyyat müvəkkilləri olduqlarını demiş, bundan sonra həmin iki şəxs əməliyyat məlumatlarının olduğunu və onun üzərində narkotik maddə olubolmadığını soruşmuşdur. O, səmimi etiraf edərək onlara üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Bundan sonra həmin şəxslər onu Nəsimi RPİ-yə dəvət etmiş, o isə qarşılığında heç bir etiraz etməmiş, idarənin xidməti otaqlarından birində müdafiəçinin iştirakı ilə onun üzərinə video görüntü ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt əynində olan hərbi modelə uyğun gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan kiçik torba və üzərində “500gv 0.0 lg X4 TRADE Made in China” yazılı elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kiçik torbaya baxış keçirilən zaman polis əməkdaşları qeyd olunan torbanın içərisində 11 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə olduğunu görmüş, həmin bükümlərə baxış keçirilən zaman həmin maddələrin el arasında "KAKOS" kimi tanınmasını və onların heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bu zaman ondan həmin narkotik maddəni haradan əldə etməyi barədə soruşulduqda cavabında həmin narkotik maddəni 27 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində İran İslam Respublikası vətandaşı "Səccad" adlı şəxsdən satmaq üçün 300 AZN pula aldığını demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, özü də narkotik vasitələrdən istifadə edir. Məhz bu səbəbdən də 27 oktyabr 2021-ci il tarixdə onu həm istifadə etmək, həm də satmaq üçün almışdır. O, narkotik vasitələri tanımadığı şəxslərə satdığını bildirmişdir. Cinayət işinin 96-100-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə müdafiəçisi Fizuli Qasımovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Bundan başqa cinayət işinə əlavə olunmuş 04 fevral 2021-ci il tarixli “SMS məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmiş və baxış zamanı aşağıdakı mesajlar müəyyən edilmişdir: 04/01/2021,11:07:05,**********49,**********77,Qaqa senol utandigimnan aca bilmirem her defe tema daliycan gelende 50 50 vererem 1 manat pulum yoxdu ikimizin cani maya axdariram ki gelim goruwek 06/01/2021,10:42:47,**********77,**********36,4169 7413 4226 7794 kapital bank 07/01/2021,03:34:22,**********77,**********49,Kapital bankrı 07/01/2021,03:34:39,**********77,**********49,Bura vur sora sel 07/01/2021,03:35:52,**********49,**********77,Qara gelem goruwek ozumuz qaqa cani bawim cixmir 08/01/2021,00:06:03,**********49,**********77,Qaqa teli gotur pulda var gelim tez goruwek qiznanam pul goturmuwuk 08/01/2021,18:07:39,**********35,**********77,Camaati iranda tutublar galmiwam sene gore kucelerde. Getir pulu catdir hamisini,kiwiliyin olsun ala. Yeke oğlansan,kiwiliyin bura kimidi??? Camaatin ana 09/01/2021,18:18:33,**********10,**********77,Cavab verde sey isdiyan var 12/01/2021,16:34:36,**********77,**********49,15 qram patı var naxdı 28 verirem mene tecil ev yiyesin pul vermeliye 12/01/2021,16:46:49,**********77,**********60,Sende kola var 12/01/2021,16:51:06,**********77,**********22,Elimde 15 qram patı var 28 verirem naxdı pula ev yiyesine vermeliyem 14/01/2021,22:17:54,**********77,**********94,Ramin sen gurban karta vura bilersen pulu 15/01/2021,17:48:35,**********77,**********43,4169 7413 4226 7794 kapital bank 17/01/2021,00:17:27,**********77,**********75, Anar men emanwt dalican getmeliyem niye bele eleyirsen men cox saxolundu 17/01/2021,00:20:17,**********77,**********75,Seni qinamram elin baska yerden arpaya catib deye mene got atrsan at ama mene mohtacin olanda men sen bunu soracam cox saxol men goyduxun hormete 17/01/2021,21:42:12,**********77,**********75, Gelende hkmeten 2 5 cet al lomkadayam sen patin nece cixmsan pat kar elemeri tez gel pis lomkam kelib 17/01/2021,22:47:34,**********77,**********43,satmaxa ozumde lomkad oturmusam evde 17/01/2021,22:50:48,**********77,**********43,insalah brat ozumde yomkad qalmisam bele piz veziyete 18/01/2021,05:06:53,**********43,**********77,qara ehmed bizdedi onun nomresinnen yigirdim seni varyoxuna nehlet birteher ehmedden 50 manat almisam nolar yol usdu 2 denede mene verin 18/01/2021,05:11:51,**********77,**********43,2 dene lazmdi 18/01/2021,05:12:12,**********43,**********77,he brat 2 dene 18/01/2021,05:29:09,**********77,**********05,Revo kola duzelmedi didene metadon var isteyirsen 18/01/2021,05:29:37,**********77,**********05,Getrim 18/01/2021,05:29:53,**********05,**********77,He qaqam zor olar 18/01/2021,05:29:56,**********05,**********77,Getir 18/01/2021,19:33:30,**********44,**********77,Qaqaw tema dyzeler 15dene? 18/01/2021,19:45:22,**********77,**********44,Can bahad atam atam 18/01/2021,19:47:37,**********44,**********77,Ata shef bawa duwdun meni. Kola istiyirdim men 15 dene. 18/01/2021,19:52:09,**********77,**********44,Can vare atam 22 veriler 22/01/2021,22:33:16,**********25,**********77,brat meni lomkada qoymusan borca gore cixa bilmirem telefonu aca bilmirem niye bele elisen.ne pisdiyim deyib axi sene 26/01/2021,23:50:26,**********75,**********77,Qara qrami necedendi mena 30/01/2021,02:27:46,**********78,**********77,Mana cox oxlanlar dedilarki gara sani burur man İnanmadim amma indi gordumki bu hagigatdi coxsaxol mana 15 dan vermalisan 25 dan yox. 03/02/2021,13:42:56,**********00,**********77,Gara mamaya yixdim xais eladim verdi mana 20 manat manim pulum oldu 100 manat xais ediram patida goyda zahmat olmasa kolanida sanin urayina buraxiram m 03/02/2021,14:51:17,**********77,**********91,4169 7413 4226 7794 kapital bank 03/02/2021,22:56:07,**********77,**********72,4169 7413 4224 7794 kapital bak 03/02/2021,23:52:18,**********99,**********77,Qara tüli gotur qaqaş, pis vezyetde qalmişam senol. Kolada yari gel 06/02/2021,14:27:03,**********75,**********77,Qara nese var 06/02/2021,15:08:59,**********62,**********77,mənəm Lenin 10/02/2021,14:53:53,**********61,**********77,Rufat man baxdan cixmisam galiram yavas,yavas gardasimsan teli sondurma 100 manatda pulum var sannan basga guman yerim yoxdi 23/02/2021,23:02:26,**********77,**********20,2 gramid 23/02/2021,23:50:07,**********20,**********77,Bratim sheer tezden 50 azn mende gele bilmedim 25/02/2021,23:49:55,**********20,**********77,Qaqawim 25 varimdi lazimdiye mene 27/02/2021,03:20:08,**********20,**********77,Qara 60 azn var mene ldene k 0.2 de pat 27/02/2021,03:20:44,**********77,**********20,Pati valah yoxdu 28/02/2021,22:12:52,**********77,**********20,4169 7413 4226 7794 01/03/2021,01:09:20,**********06,**********77,Gelende bi dene kola goturde icey 01/03/2021,01:52:21,**********77,**********15,4169 7413 4226 7794 kapital 02/03/2021,09:45:18,**********02,**********77,Qaqaw neynim men 40 man pulum var 02/03/2021,20:01:04,**********20,**********77,Qara tema duzeldi? 02/03/2021,21:44:06,**********77,**********05,4169 7413 4226 7794 05/03/2021,14:11:17,**********01,**********77,**********103482 05/03/2021,23:25:25,**********77,**********50,4169 7413 4226 7794 07/03/2021,21:56:18,**********77,**********94,5404 0852 3837 6513. Kapital bank 26/03/2021,17:11:12,**********46,**********77,Qara yari kola.bird 15 pati .gelim 26/03/2021,17:28:13,**********46,**********77,Qara 05 kola .birde 15 pati varssa viz at gelim 29/03/2021,15:52:20,**********46,**********77,Qaqa kola var varsa viz at zeng vur gelim 29/03/2021,16:37:15,**********46,**********77, Qara 1 Qiram .qaqa yuz faiz gelire bir saat duz sen yandam 19/04/2021,21:27:54,**********77,**********00,Gerdesh rovnu 92.28 27/04/2021,21:16:26,**********77,**********42,5404 0852 3837 6513 kapital bankdi 04/05/2021,15:42:48,**********77,**********64,Atm atm bizim şotumuz 0 3 olcax 04/05/2021,16:34:12,**********50,**********77,Brat onu 2 elede 06/05/2021,16:00:25,**********01,**********77,**********103482 17/05/2021,04:20:55,**********74,**********77,Bayağ keçdim ordan sesviz gelirdi ona gore yigdim. 22 manatdan 10 dene lazimdi.getirim gelim pulu Qaqaw.,.!bir soz dide mene 17/05/2021,19:06:51,**********77,**********02,4169 7413 4226 7794 17/05/2021,19:09:36,**********77,**********02,Geldi brat 17/05/2021,19:19:37,**********77,**********74,4169 7413 4226 7794 kapital bank 17/05/2021,20:21:03,**********74,**********77.5deyqeye karta atıram.bayağ 40 manat pul var ıdı.ne qeder yığdım go 17/05/2021,20:21:10,**********74,**********77,turmedın bildim rayondasan.tema goturdum elim bow olmasan.mdı vali 17/05/2021,20:21:14,**********74,**********77,ah 16 manat pulum var utanıram atım 30 edim atım. 10... 15 deyqe sebi 17/05/2021,20:21:49,**********74,**********77,İndi 20 oldu vurum 17/05/2021,20:23:00,**********77,**********60,n pulu 4169 7413 4226 7794 kapital 17/05/2021,20:23:18,**********77,**********60,20 mnat 19/05/2021,18:30:33,**********50,**********77,Gara 50manat verir .indi.dir gozda veram galannida.sebr et 23/05/2021,14:10:07,**********50,**********77,Dolamisan brat lomka bilirsan axi nece olur.sani gÄ^zdiram axi 26/05/2021,14:33:42,**********23,**********77,Qaqaw 25 isdemir 23 den isdeyir 230 Mende axda ra m 07/06/2021,14:15:20,**********02,**********77,DERMAN LAZİMDİ 14/06/2021,11:01:04,**********51,**********77,BRAT İDENE FALQA 04/07/2021,13:15:01,**********77,**********80,Gelende qalın flqa götür 04/07/2021,21:05:07,**********20,**********77,Mene falqada verersen 04/07/2021,23:51:39,**********77,**********14,Salam qardaw whatsaapim yoxdu menim mene kola lazim idi menem Rufet pul vursam atdira bilersen ? 11/08/2021,22:12:54,**********98,**********77,Qara yari pat.. isdiyen var.yigda meni isin olmasa 05/09/2021,22:39:20,**********77,**********81 ,Atam atam lomkada seni gozleyirem gelesi olmadun sen deyesen 20/09/2021,12:24:57,**********77,**********59, 4169 7413 8934 4696 kapital bank 20/09/2021,14:11:13,**********59,**********77,Atdim qaqaw 21/09/2021,18:32:28,**********59,**********77,Gagas sabaha tema lazimdi cavab di bilim olacey gozduyurem 02/10/2021,17:54:50,**********46,**********77,Qara pat var? 19/10/2021,16:28:10,**********03,**********77,Varindisa 5m lOm kolada ver 21/10/2021,13:59:14,**********63,**********77,4169 7385 5824 9342 Kapital 21/10/2021,22:46:32,**********77,**********09, 4169 7413 8934 4696 kapital 26/10/2021,00:31:10,**********77,**********55,Bu ne hereketdi eliyirsen sen 15 manat adiynan lOverirsen bu nomreye yigma bide 26/10/2021,17:56:13,**********46,**********77,Qara koka var 26/10/2021,18:09:53,**********46,**********77,Qara evde daniwa bilmire cix yigcam kola var ? 27/10/2021,18:32:38,**********20,**********77,Tema var?????? 27/10/2021,20:02:35,**********46,**********77,Qara deqiq gelisen gÄ^zdeyim ? Cinayət işinə əlavə olunmuş 28 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki hərbi modelə uyğun gödəkçənin sağ, yan cibindən 11 ədəd şəffaf selofana bükülmüş içərisində narkotik maddəyə bənzər bükümlər və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin 11 ədəd ayrı-ayrı bükümlərdə və külli miqdarda olması, həmçinin ondan üzərində heroin izləri olan elektron tərəzi aşkar olunması onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 170.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 08 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.08.2005-ci il tarixdə isə 01 il 02 gün müddətinə vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs cəzadan azad edildiyi tarixdən 2 ildən artıq vaxt keçmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, arvadının heç bir yerdə işləməməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 4,727 qram təşkil edən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinə əlavə olunmuş maddi sübut kimi tanınmış bir ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks edən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, təqsirləndirilən şəxsə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 4,727 qram təşkil edən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinə əlavə olunmuş maddi sübut kimi tanınmış bir ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks edən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-731/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-731/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver