Məhkəmə qərarları › İş №1(101)-731/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-731/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-731/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, "xxxx" ASC-də satış meneceri işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 7,356 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 14:20-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 16:08-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 7,356 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Abşeron Ticarət mərkəzində dükan icarəyə götürüb işlətmişdir. Saxlanılarkən də orada olmuşdur. 26 iyul 2024-cü il tarixdə günorta 1-2 radələrində su almaq üçün marketə getmişdir. Marketin qapısında bir neçə nəfər dayanmışdır. Həmin şəxslərdən biri ona yaxınlaşaraq “Aslan, salam, necəsən?” demişdir. Ona səslənən şəxsin müştərisi olduğunu düşünüb “sağol” cavabını vermişdir. Marketdən çıxan kimi soldan və sağdan 2 nəfər olmaqla 4 nəfər mülki geyimli şəxs qolundan tutmuşdur. Onu saxlayan şəxslər üzərində soyuq silah olub-olmadığını soruşmuşdur. O, isə üzərində soyuq silah olmadığını demişdir. Üzərinə baxış keçirdikdən sonra onu öz maşınına əyləşdirmiş və qollarını qandallamışlar. Onu saxlayan şəxslər polis əməkdaşları olduqlarını demiş, lakin hansı idarənin əməkdaşları olduqlarını deməmişlər. Maşında olarkən üzərində bank kartı, telefon və 13 manat nağd pul olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və idarənin 3-cü mərtəbəsindəki “rəis”in otağına aparmışlar. Rəis polislərə “aparın yükləyin” demişdir. Bundan sonra onu başqa otağa aparmışlar. Orada əməliyyatçılardan biri onun qarşısına bir ədəd büküm qoymuşdur. Lakin o, həmin bükümü boynuna götürmək istəməmişdir. Əməliyyatçı narkotik vasitələri boynuna götürməyəcəyi halda ailə üzvləri ilə hədələmişdir. Məcbur olduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Bir müddət otaqda qaldıqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış iki dəfə təkrarlanmış, 3-cü videoçəkilişdə başa çatmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona verilən suallara cavab olaraq bildirdi ki, idarəyə aparıldıqdan sonra üzərinə bir saat, bəlkə də daha çox vaxt keçmişdir. Orada ona müdafiəçi dəvət etsələr də, müdafiəçisi ilə danışmamışdır. Saxlanılma səbəbini əməliyyatçılardan soruşmuş və ona “səhvin var” demişlər. Barəsində həbs qətimkan tədbiri seçilərkən də narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Çünki oradan çıxdıqdan sonra da təkrar BMCMİ-ə aparılacaqdı. Əgər idarəyə aparılmasa hər şeyi olduğu kimi danışardı. Şəxsi axtarışdan qabaq fiziki təzyiqə məruz qalmamışdır. Polislər onu şəxsi axtarışdan və etirafedici ifadəni verdikdən sonra döymüşlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlaması və daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatına əsasən 26 iyul 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Əməliyyat qrupuna Şahid4 rəhbərlik etmişdir. Əməliyyat məlumatı əsasında Xocasən qəsəbəsi istiqamətində Təqsirləndirilən şəxs saxlayaraq Baş İdarəyə aparmışlar. Baş idarədə sonuncunun üzərinə videoçəkilişlə şəxsi keçirilən zaman bir büküm psixotrop maddə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşdirilmə aparılmışdır. Saxlanıldıqdan bölməyə aparılana qədər Aslanın qolunda qandal olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Saxlanıldıqdan üzərinə şəxsi axtarış keçirilənə qədər ümumilikdə neçə saat keçməsini dəqiq bilmir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı formada təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatına əsasən 26 iyul 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Əməliyyat məlumatı əsasında Xocasən qəsəbəsi istiqamətində Təqsirləndirilən şəxs saxlayaraq Baş İdarəyə aparmışlar. Baş idarədə sonuncunun üzərinə videoçəkilişlə müdafiçi və tərcüməçinin iştirakı şəxsi axtarış keçirilən zaman bir büküm psixotrop maddə metamfetamin təqdim etmiş və həmin maddəni Binəqədi ərazisində əldə etdiyini bildirmişdir. Saxlanılan zaman əlverişli şərait olmadığı üçün Aslanın üzərinə baxış keçirilməmişdir. Sonuncunu idarəyə öz avtomobili ilə aparmışlar. Məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması göstərilsə də, sonradan həmin məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatına əsasən 26 iyul 2024-cü il tarixli qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Həmin tarixdə saat təxminən 2-3 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən ərazisində olması müəyyən edilmişdir. Onlar həmin əraziyə yollanmış, Xocasən qəsəbəsi istiqamətində təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Baş idarədə şəxsin üzərinə vəkilin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman şəxs özü bir büküm psixotrop maddə metanfetamini cibindən çıxararaq təqdim etmiş, daha sonra üzərinə baxış keçirildikdə qanunsuz bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bükümü Binəqədi rayonu ərazisində əldə etdiyini bildirmişdir. Bükümdəki maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə məvafiq protokol tərtib edilməklə imzalanmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş, maşında qanunsuz bir predmet aşkar olunmamışdır. Saxlanılmasından üzərinə şəxsi axtarış keçirilənə qədər ümumilikdə neçə saat keçməsini dəqiq bilmir. 26 iyul 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Aslan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. Müəyyən edilmişdir ki, “Aslan” adlı şəxs xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 4) 26 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən “Abşeron” ticarət mərkəzinin yaxınlığında idarə etdiyi “Opel Astra” markal **-BV- *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərinə şəxsi axtarış aparılmasına, eləcə də, avtomobilinə baxış keçirilməsinə şərait olmadığına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. (Cild 1 i.v. 9) 26 iyul 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 15:45-də (faktiki saxlanılma saat 14:20-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 20) 27 iyul 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək tutulduqdan dörd gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədilə aldığını satış niyyəti olmadığını bildirmişdir. (Cild 1 i.v. 125-129) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli 5(005)- 1882/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 26 iyul 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1 i.v. 147) 26 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən “Abşeron” Ticarət Mərkəzinin yaxınlığında idarə etdiyi “Opel Astra” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 13 manat pulu, həmin şalvarının sol yan cibindən 01 ədəd “İphone 15 Pro” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və 01 ədəd avtomobil açarını təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan maddə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi “İphone 15 Pro” markalı mobil telefon götürülmüş, 13 manat pul və 01 ədəd avtomobil açarı ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 26 iyul 2024-cü il tarixdə saat 16:08-də başlamış və həmin tarixdə saat 16:20-də bitmişdir. (Cild 1 i.v. 41-43) 26 iyul 2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsunun idarə etdiyi “Opel Astra” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 47-48) 27 sentyabr 2024-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “iPhone 15 Pro” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 184) 27 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3842 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş ... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,356 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1 i.v. 59-62) 27 iyul 2024-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının 5141 saylı rəyindən görünür ki, müayinə zamanı Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 138-139) Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 155) Səhiyyə Nazirliyi 2 nöməli X2 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 155) Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2024-cü il tarixli 413/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthindən aşkar edilmiş xəsarətlər – sağ kürək nahiyəsinin qançırları bər küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər, dəqiq olaraq hansı şəratdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. (Cild 1 i.v.191-193) 29 iyul 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 7,256 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v.137-138) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 1i.v.152-153) Cinayət işi materillarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olduğu müddət ərzində hər hansı şikayət daxil olmamışdır. (Cild 1 i.v.166) Cinayət işi materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 may 2021-ci il təvəllüdlü X8 və 04 avqust 2023-cü il təvəllüdlü X9 adlarında iki azyaşlı övladı vardır. (Cild 1 i.v.169-170) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Şahid3, Şahid4, tərcüməçi X4 və müdafiəçi X10 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 şəffaf sellofan bükümü və 13 manat pul vəsaitini, həmin şalvarının sol yan cibindən 01 ədəd “İphone 15 Pro” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və 01 ədəd avtomobil açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 03 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə aldığını və həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxladığını, təxminən bir ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, üstündən aşkar olunmuş psixotrop maddə metamfetamindən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “İphone 15 Pro” markalı mobil telefon götürülmüş, 13 manat pul və avtomobil açarı isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı, avtomobilinə keçirilmiş baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. Müdafiə tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə təqsirləndirilən şəxsin saxlanılmazdan əvvəl üzərində psixotrop maddə olub-olmadığını, olmadığı halda üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən edilən təzyqilər nəticəsində üzərinə qoyulub-qoyulmadığını araşdırmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə BMCMİ-nin əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutulmuş, 27 iyul 2024-cü il tarixli qərarla barəsində məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərar qəbul edilmiş və 27 iyul 2024-cü il tarixdə ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı Təqsirləndirilən şəxs dəri xəstəliyi olduğu üçün döş nahiyəsinin sol tərəfində ləkə izlərinin əmələ gəldiyini, bundan başqa sağ çiyinində xəsarət izinin olduğunu, həmin xəsarəti nə vaxt aldığını xatırlamadığını göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2024-cü il tarixli 413/MEŞ saylı rəyi ilə Təqsirləndirilən şəxs bədən səthindən aşkar edilmiş xəsarətlər müayinədən 3-4 gün əvvəl əmələ gəldiyi, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana biləcəyi qeyd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində xəsarətlər olması təsdiq olunmuş, lakin həmin xəsarətlərin onun tutulduğu tarixdən əvvəlki tarixlərə uyğun gəlməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə işin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və üzərində narkotik vasitə olmamış, idarədə “rəis” deyə müraciət edilən şəxs göstəriş verdikdən sonra başqa otağa aparılmış və orada əməliyyatçı ona etiraf etməsi üçün bir ədəd narkotik vasitə vermiş, narkotik vasitəni boynuna götürməyəcəyini bildirdiyi üçün ailə üzvlərinin də saxlanılması ilə hədələnmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarəyə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan bir ədəd bükümdə metamfetamini təqdim etmiş, barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bir fikir bildirməmiş, sonradan məhkəmə baxışında da şəxsi axtarışdan əvvəl döyülmədiyini qeyd etmişdir. Həmçinin təqsirləndirilən şəxs istintaqdakı bütün ifadələrində, o cümlədən Bakı istintaq təcridxanasında verdiyi ifadəsində etirafedici ifadələr vermişdir. Halbuki həm Bakı isitntaq təcridxanasında etirafedici ifadə verərkən, cinayət işinin materialları ilə tanış olarkən, barəsində həbs qətimkan tədbirinə baxılarkən ona təcridxanada və məhkəmədə təzyiqlər olunması qeyri-mümkündür. Eləcə də, isitntaq dövründə fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə heç yerə müraciət etməmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən metamfetamim aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni psixotrop maddənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədinin olmasını əldə edib saxladığı 7,356 qram narkotik vasitənin külli miqdar təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 7,356 qram metamfetamin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 7,256 qram metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 iyul 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 26 iyul 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,256 qram metamfetamin məhv edilməli, 2 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,256 qram metamfetamin məhv edilsin, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar