Məhkəmə qərarları › İş №1(101)-732/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-732/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-732/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olan, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 181.2.2 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1-cı maddəsi ilə təqsirli bilinərək, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, həmin cəzanın 02 il şərti sınaq müddəti ilə əvəz edilməsinə, Gəncə Apellasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmasına baxmayaraq, yəni, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 22:30-da ünvan 1 ünvanında fəaliyyət göstərən vətəndaşların azad girib-çıxa bildiyi “Lion” trenajor zalında məşqdə olan vaxt soyunubgeyinmə otağındakı qapısı açarla bağlanmış, saxlanc yeri olan paltar dolabın qapısına fiziki güc tətbiq edərək, sıxıb açmaqla paltar dolabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Xiaomi Mİ9 SE” markalı, 980 manat dəyərində, üzərində 30 manat dəyərində ***-***-**-** GSM nömrə, 17 manat danışıq limiti olan mobil telefonu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1027 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində ünvan 2 ünvanının qarşısından keçib “Bakmil” metrostansiyasına gedən Zərərçəkmiş şəxs5 sonuncuya məxsus bir ədəd “X8 8” markalı, 410 manat dəyərində üzərində 5 manat dəyərində ***-***- **-** GSM nömrəsi və 2 manat danışıq limiti olan mobil telefonunu zəng etmək adı ilə alıb uzaqlaşarkən, Zərərçəkmiş şəxs5 telefonunu qaytarmasını tələb etdikdə, cibindən çıxardığı qatlanan bıçağın tiyəsini açaraq, nümayiş etdirməklə ona xəsarət yetirəcəyi ilə hədələyərək, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 417 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanının yerləşən Şahid3 məxsus evdə gecələyib, saat 04 radələrində evdən gedərkən həmin evdə onunla bir otaqda yatmış kirayəçi Zərərçəkmiş şəxs2 əynindən çıxarıb, divara vurulmuş asılqandan asılmış gödəkcəsinin iç döş cibindən sonuncuya məxsus xx.xx.2013ci ildə Astara RPŞ tərəfindən verilmiş, xx.xx.2027-ci ilədək etibarlı olan AZE № ******** saylı Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda təkrar törədilməklə tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu, İ.Dadaşov küçəsi 76 yaxınlığında, “Access Bank”-n qarşısından keçən Zərərçəkmiş şəxs3 sonuncuya məxsus 1 ədəd “Xiaomi” markalı, “Redmi Note7” modelli, “**********31727”, ”**********91729” İMEİ kodlu 240,0 manat dəyərində, üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 2 manat danışıq limiti olan mobil telefonunu zəng edib qaytarmaq adı ilə alıb uzaqlaşarkən, Zərərçəkmiş şəxs3 telefonunu qaytarmasını tələb etdikdə, onu xəsarət yetirəcəyi ilə hədələyərək, oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 252,0 manat dəyərində əmlakını açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda təkrar törədilməklə tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da ünvan 4 ünvanının qarşısından keçən Zərərçəkmiş şəxs4 sonuncuya məxsus bir ədəd “X8 7” markalı, 250 manat dəyərində, üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 3 manat danışıq limiti olan mobil telefonunu zəng edib qaytarmaq adı ilə alıb uzaqlaşarkən, Zərərçəkmiş şəxs4 telefonunu qaytarmasını tələb etdikdə, cibində olan bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələyərək, oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 258 manat dəyərində əmlakını açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2, 181.2.2 və 326.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası Yeganə 2013-cu ildə vəfat etmiş, bundan sonra atası İbrahim onları atıb başqa ailə qurmuşdur. Atası ilə əlaqəsi yoxdur və harada olmasını da bilmir. Özündən başqa Səyid və Nurlan adında 2 balaca qardaşı vardır. Polis əməkdaşları tərəfindən saxlanılanadək gecələri Bakı şəhərində, adətən 2 manatlıq kirayə evlərdə və bəzən də dəmiryol vağzalında oturacaqların üzərində yataraq gecələmişdir. Heç bir yerdə işləməmiş, işləmədiyindən maddi vəziyyəti pis olmuş və pula ehtiyacı olmuşdur. Özü idmanla məşğul olduğundan fikirləşmişdir ki, idman zalına gedib, orada idmanla məşğul olan şəxslərin mobil telefonlarını, qiymətli əşyalarını, pullarını oğurlasın. Buna görə də xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Nəsimi rayonu, A.Məhərrəmov 22 ünvanında fəaliyyət göstərən “Lion” trenajor zalına getmişdir. Zalda ondan başqa tanımadığı bir neçə nəfər şəxs idmanla məşğul olmuşdur. Onlardan birinə yaxınlaşaraq, ondan mobil telefonunu danışmaq üçün istəmiş, həmin şəxs ona “Xiaomi Mi9 SE” markalı mobil telefonunu vermişdir. O, təxminən 10-15 dəqiqə mobil telefonu özündə saxladıqdan sonra sahibinə qaytarmış, saat 22 radələrində həmin şəxs idman zalının içərisində olan soyunub-geyinmə otağına getmişdir. Sonra onun əynindəki paltarları soyunub, duş otağına girdiyini görmüş, əlində telefonu olmamış, ona görə də telefonunu qoyduğu yeri öyrənmək üçün duş otağına girib, ondan zəng etmək üçün yenə də telefon istəmişdir. Həmin şəxs də duş otağından çıxaraq, soyunduğu dolabın qarşısına gəlib, açarla dolabın qapısını açaraq oradan telefonu çıxarıb, danışmaq üçün ona vermişdir. O da yadından çıxardığı yerə zəng edib, ona qaytarmış, həmin şəxs də telefonu yenidən dolaba qoyub, açarla qapısını bağlayıb, duşa qayıtmışdır. Onun telefonu qoyduğu dolabın yerini öyrəndiyindən, həmin şəxs duşa gedən kimi o, onun mobil telefonu qoyduğu dolabın qapısını orada olan ayaqqabı geyinərkən istifadə edilən alətlə sıxıb açmış, görünən yerdə, paltarların üstündə olan mobil telefonu götürüb, tələsik zaldan çıxmışdır. Səhərisi gün, yəni xx.xx.2019-cu il tarixdə həmin mobil telefonu Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən, mobil telefon mağazasında həmin mağazanı işlədən Pərviz adlı şəxsə 150 manata satmışdır. Pərvizə telefonun özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğundan satdığını demiş, əldə etdiyi pulu ehtiyacına xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixə keçən gecə Bakı Sumqayıt yolunun üstündə olan kafelərin birində səhərədək yeyib içdikdən sonra səhər üzü “Bakı Beynəlxalq Avtovağzal kompleksi”-nə gedib, oradan “Avtovağzal” metrostansiyasından şəhərə tərəf gedən metro qatarına minmişdir. Yolda onu yuxu tutmuş və qatarda yatmış, bir qədər sonra ona özünü Bakı Metropoliteninin əməkdaşı kimi təqdim edən adını bilmədiyi, tanımadığı şəxs onu yuxudan oyadıb, ona mindiyi qatarın depoya çatdığını, vaqonu tərk etməli olduğunu bildirmişdir. Bundan sonra o, deponun yaxınlığındakı “Bakmil” stansiyasına getmək üçün depodan çıxıb, adını bilmədiyi küçə boyunca hərəkət etmişdir. Saat 07 radələrində yolla gedərkən qatarın vaqonunda gördüyü, onun kimi vaqonda yuxuya qalmış cavan oğlanında eyni istiqamətdə getdiyini görüb, yaxınlaşıb, salam vermişdir. Ondan tələbə olub-olmadığını soruşmuş, oğlan ona tələbə olduğunu bildirmiş, adını soruşduqda, adının Azad olduğunu bildirmişdir. Azad ondan adını soruşduqda, o, adını deməmiş, aralarında olan söhbət zamanı həmin cavan oğlana Lökbatan qəsəbəsində yaşadığını və işsiz olduğunu bildirmişdir. Bundan sonra həmin oğlana özündə mobil telefonu olmadığını bildirib, zəng etmək üçün ondan mobil telefonunu istəmiş, həmin oğlan da cibindən mobil telefonunu çıxarıb ona vermişdir. O, telefona baxanda “X8 8” markalı olduğunu görmüş, hər ikisi dayandıqda o, əvvəlcə özünü telefonda nömrə yığıb zəng edirmiş kimi göstərmişdir. Ancaq sonra zəng etmədən telefonu əynindəki şalvarının sağ cibinə qoymuş və telefonu ona verən oğlana “Telefon mənimdir” demişdir. Həmin oğlan ondan telefonu ona geri qaytarmasını tələb etdikdə, o, oğlana yenidən “telefon mənimdir, polisə xəbər vermə” demişdir. Bundan sonra oğlana başı ilə onunla birlikdə irəliyə, metrostansiyaya getməyini işarə etmiş, həmin oğlan heç bir cavab verməmiş və onunla birlikdə yaxınlıqdakı “Bakmil” metrostansiyasına getmişdir. Onlar birlikdə həmin stansiyanın sərnişin platformasına keçmiş və birlikdə təxminən 5 dəqiqə gözlədikdən sonra qatar gəlmiş, həmin oğlanla eyni vaqona minmişlər. Qatar “Nəriman Nərimanov” stansiyasına çatdıqda vaqondan düşmüş, lakin həmin oğlanın üstünə bıçaq çıxartmamışdır. O, həqiqətən xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 adına olan şəxsiyyət vəsiqəsini təqdim etməklə Binəqədi rayonu Xocahəsən qəsəbəsindəki “Sahil” restoranının binasında yerləşən telefon alqı-satqı mağazasına bir ədəd mobil telefon satmışdır. Həmin mobil telefonu xx.xx.2020-ci il tarixdə saat 07 radələrində “Bakmil” stansiyasına gedərkən ələ keçirdiyi “X8 8” markalı mobil telefon olması yadında qalıbdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi Ruslan Abdullayev küçəsində həyət evlərinin arası ilə gəzərkən kirayə otaq və ya mənzil verildiyi barədə elektrik dirəyinə yapışdırılmış elan görüb, həmin elanda göstərilən həyət evini axtarıb tapmışdır. Həyətə girib, maraqlandıqda adının Müşgünaz olduğunu deyən qadın həyətindəki mənzildə 3 nəfər kirayəçi kişinin yaşadığını bildirərək, həmin kişilərlə razılaşaraq onlarla birlikdə həmin mənzildə kirayədə qala biləcəyini bildirmişdir. Soruşduqda qadın həmin kişilərin hansı rayondan olduqlarını demiş, ancaq yadında qalmamışdır. O, qadının təklifi ilə razılaşmış, qadın kişilərdən birinin rayona getdiyini bildirərək, bir günlüyə onun yerində yata biləcəyini demişdir. O, yorğun olduğunu bildirərək, yatmaq istədiyini demiş, bundan sonra həmin qadının göstərdiyi yataqda uzanıb yatmışdır. Gecə oyandıqda otaqda daha bir kişinin yatdığını görmüş, ayaqyoluna gedərkən yerdə bir şəxsiyyət vəsiqəsi görərək, götürmüşdür. Fikirləşmişdir ki, özünün şəxsiyyət vəsiqəsi olmadığından, həmin şəxsiyyət vəsiqəsini göstərməklə oğurladığı telefonları sata bilər. Paltarını geyinib çıxmaq istəyəndə səsə həmin kişi yuxudan ayılmış, kişi onunla söhbət etmək istəyəndə işə tələsdiyini deyib, otaqdan çıxmışdır. Yəni o, həmin şəxsiyyət vəsiqəni oğurlamamış, yatdığı otaqdan döşəmənin üzərində görüb, götürmüşdür. Sonra həmin şəxsiyyət vəsiqəsinə baxanda Zərərçəkmiş şəxs2 adlı şəxsin adına olduğunu görmüşdür. Sonrakı günlərdə daha doğrusu təxminən xx xxxxxx 2020-ci il tarixdə həmin şəxsiyyət vəsiqəsini təqdim etməklə Binəqədi rayonu Xocahəsən qəsəbəsindəki “Sahil” restoranının binasında yerləşən telefon alqı-satqı mağazasına bir ədəd mobil telefon satmışdır. Yəni həmin şəxsiyyət vəsiqəsini götürməkdə məqsədi həmin vəsiqəni təqdim etməklə oğurladığı telefonları satmaq olmuşdur. Həmin şəxsiyyət vəsiqəsini başqasının istifadəsi üçün kiməsə verməmiş, həmin şəxsiyyət vəsiqəsi sonradan üstünə baxış keçirilərkən ondan aşkar edilərək götürülmüşdür. Eləcə də xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhərində metroda olduğu zaman yuxuya getmiş və “Bakmil” stansiyasında polis əməkdaşı onu oyatmış, “Bakmil” stansiyasından çıxdıqda bir nəfər cavan oğlanı görmüş və ondan telefonu olub-olmamasını soruşmuşdur. Həmin şəxs telefonu olduğunu dedikdə, pul əldə etmək üçün həmin telefonu ələ keçirməyi fikirləşmiş, həmin şəxs telefonunu ona verdikdən sonra hər hansı bir nömrəyə zəng etməmişdir. Telefonun sahibi ondan telefonunu geri istədikdə, ona telefonu qaytarmayacağını bildirmişdir. Adının sonradan Ömər kimi bildiyi həmin oğlan ondan telefonu qaytarmağını xahiş etmiş, əvəzində ona pul verəcəyini desə də, o, razı olmamış, fikirləşmişdir ki, oğlan onu aldadıb polisə aparar. Həmin oğlanla danışanda əlləri əynində olan gödəkcənin cibində olmuş, əynindəki şalvarın arxa sağ cibində dəstəyi və tiyəsi qara rəngli materialdan olan bıçaq olmuş, lakin o, həmin şəxsin üzərinə bıçaq çıxarmamışdır. Həmin şəxs bundan sonra heç nə demədən çıxıb getmiş, sonra o, özü də oradan uzaqlaşmışdır. Həmin oğlandan aldığı mobil telefona baxanda “X8 7” markalı olduğunu görmüş, həmin mobil telefonla hər hansı bir telefon nömrəsinə zəng etməmişdir. Həmin telefonla Bakı şəhəri Nəsimi rayonu “28 May” metrostansiyasının yaxınlığında yerləşən kafedə olarkən ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək, ondan telefon götürübgötürmədiyi soruşmuş, o, bir qədər əvvəl tanımadığı şəxsin telefonunu aldığını etiraf edərək, masanın üstünə qoyduğu həmin “X8 7” markalı mobil telefonu polisə vermişdir. Həmin “X8 7” markalı mobil telefonunu aldığı şəxsi əvvəllər tanımırmış, ancaq polisdə olarkən adının Ömər olduğunu öyrənmiş, Ömər adlı şəxsin mobil telefonunu almaqda məqsədi həmin telefonu sonradan satıb pul əldə etmək olmuşdur. Ondan götürülən bir ədəd qara dəstəkli, qara tiyəli qatlanan bıçağı o, bir neçə müddət əvvəl Bakı şəhəri “20 Yanvar” metrostansiyasının ətrafında olan marketdən 5 manata almışdır. Məqsədi həmin bıçaqdan məişətdə, meyvə tərəvəz soymaqda istifadə etmək olmuş, ancaq həmin bıçaqla kimsəni vurmamışdır. 2020-ci ilin fevral ayında Xocahəsən qəsəbəsində “Sahil” adlanan restoranın binasında fəaliyyət göstərən Rafael adlı şəxsin işlətdiyi mobil telefon alqı-satqı mağazasına gələrək ona fevral ayının əvvəllərində adını sonradan Azad olduğunu bildiyi şəxsdən aldığı “X8 8” markalı mobil telefonu Xocahəsən qəsəbəsində gecə qaldığı evdən götürdüyü Zərərçəkmiş şəxs2 adlı şəxsin şəxsiyyət vəsiqəsini göstərərək, əmisinin vəsiqəsi olduğunu deyərək mobil telefonu 200 manata ona satmışdır. Bir neçə gün sonra özünə məxsus mobil telefonu da satmaq üçün Rafaelin mağazasına getmiş, Rafael pulu olmadığını deyərək başqa birisinə zəng etmiş, bir azdan bir nəfər cavan oğlan gəlib ondan həmin telefonu alıb baxmış, sonra da Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini götürüb, surətini çıxararaq mobil telefonun imei kodunu şəxsiyyət vəsiqəsinin surətinin üstünə yazaraq ona 110 manat pul verib həmin mobil telefonu ondan almışdır. Ancaq həmin mobil telefon onun özünə məxsus olmuş, hazırda markası yadında qalmamışdır. Zərərçəkmiş şəxs3 xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 6 ünvanın yaxınlığında “Access bank”-nın qarşısında zəng etmək adı ilə “X8 7” markalı mobil telefonunu almamışdır. Zərərçəkmiş şəxs3 adlı şəxsi əvvəllər tanımırmış, onu ilk dəfə üzləşdirmə zamanı görmüşdür. Bildirmişdir ki, hazırda etdiyi əməllərdən səmimi peşmandır və məhkəmədən onun barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Astara rayonu, Artura kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu Xocahəsən qəsəbəsində kirayədə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” adlanan meyvə bazarında günəmuzd olaraq arabaçı işləyir. xx xxxxxx 2020-ci il tarixədək Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Ruslan Abdullayev küçəsi 2A ünvanında yerləşən Müşgünaz adlı yaşlı qadına məxsus həyət evindəki bir otaqda aylıq adambaşına 60 manat verməklə, Samir və Mais adlı şəxslərlə birlikdə kirayədə yaşamışdır. Hazırda isə həmin qəsəbədə başqa evdə kirayədə yaşayır, Samir və Maisin hazırda harada yaşadıqlarını və soyadlarını bilmir. xx xxxxxx 2020-ci il tarixdə o, işdən gecə saat 01 radələrində gəlib, yorğun olduğundan soyunub, paltarlarını asılqandan asıb, yatağına girmiş, fikir verdikdə rayona getmiş Maisin yatağında kiminsə yatdığını görmüşdür. Səhər saat 04 radələrində Maisin yatağında yatmış həmin şəxs otaqda səs saldığından oyanmış və həmin şəxsin geyinib getmək istədiyini görmüşdür. Həmin şəxsdən kim olduğunu soruşduqda, o, Astaranın Ərcivan kəndindən olduğunu demiş, ancaq danışığından və ləhcəsindən Lənkəranlı olduğunu başa düşmüşdür. Bununla belə onunla söhbəti davam etmək istəyəndə, o, işə gecikdiyini deyərək, getməli olduğunu bildirmiş və otaqdan çıxmışdır. Həmin günün səhərisi, yəni, xx xxxxxx 2020-ci il tarixdə, bazar günü o, Biləcəri qəsəbəsindəki hərbi hissədə hərbi xidmətdə olan oğlunun görüşünə getməli idi. Paltarlarını qaydaya salanda, həmişə əynindəki gödəkcənin iç döş cibində saxladığı şəxsiyyət vəsiqəsini yoxlamaq istəmiş, çünki hərbi hissəyə şəxsiyyət vəsiqəsiz buraxmırlar. Gödəkcəsinin cibinə baxdıqda şəxsiyyət vəsiqəsinin cibində olmadığını aşkar etmiş, halbuki, həmin gecə paltarlarını soyunanda şəxsiyyət vəsiqəsini cibində olduğunu görmüşdür. Cibindən və otaqdan başqa sənəd və ya əşya itməmiş, oğurlanmamış, o, şəxsiyyət vəsiqəsinin gecə onların otağında yatan oğlanın oğurlamasından şübhələnib, bu barədə ev sahibəsi Müşgünaz xanıma demiş, o da ona inanmamışdır. Şəxsiyyət vəsiqəsinin oğurlanmasında həmin gecəni onların yaşadığı otaqda yatmış və səhər tezdən çıxıb gedən şəxsdən şübhələnirmiş, yəqin ki, o, yuxuya getdikdən sonra həmin oğlan onun cibini axtarıb və şəxsiyyət vəsiqəsini oğurlayıbdır. Ancaq onun nə məqsədlə bunu etdiyini bilməmiş, otaqda işıq sönülü olsa da həyətin işığı otağa düşdüyündən həmin oğlanın sifətini aydın görmüşdür. Ona görə də ona təqdim edilən fotoşəkillərin arasında həmin şəxsin fotosunu asanlıqla tanımışdır. Ona təqdim edilənxx.xx.2013-ci ildə Astara RPŞ tərəfindən verilmiş, xx.xx.2027-ci ilədək etibarlı olan AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun özünündür onu Astara RPŞ-dən almışdır. 08 fevral tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə yaşadığı otaqdan oğurlanmış həmin şəxsiyyət vəsiqəsi, gödəkcəsinin iç döş cibində olmuşdur. Həmin sənədin yanında hər hansı başqa sənəd, qiymətli əşya olmamış və oğurlanmamış, şəxsiyyət vəsiqəsinin oğurlanması və ya itməsi barədə polisə müraciət etməmişdir. Çünki ev sahibəsi ona şəxsiyyət vəsiqəsinin ASAN xidmətdə yenisinin çıxarılmasında köməklik edəcəyini dediyindən məsələni böyütməmişdir. Ancaq sonrakı günlərdə həmin evdən başqa yerə köçdüyündən, əvvəlki ev sahibəsi ilə görüşməmişdir. Üzərindən ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişTəqsirləndirilən şəxs ona məxsus şəxsiyyət vəsiqəsinin tapdığını desə də o yalan deyir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini xx xxxxxx 2020-ci il tarixə keçən gecə onların kirayədə qaldığı otaqda gecələyərkən divardakı asılqandan asdığı gödəkcəsinin iş döş cibindən oğurlamışdır. Oğurlanmış şəxsiyyət vəsiqənin əvəzinə yenisini almamış, itməsi və ya oğurlanması barədə də polisə müraciət etməmişdir. Bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Azərbaycan DİU-nin 4-cü kursunda oxumaqla, ünvan 7 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu Ə.Qayıbov küçəsi 12 ünvanında yerləşən “Sübhan Plaza”-da fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxxxx” MMC-də praktikada olmuşdur. Həmin tarixdə saat 20:30-da praktikadan çıxıb evə qayıdırmış, yaxınlıqda yerləşən “Bakmil” metro- stansiyasından şəhərə çıxan qatara gecikdiyindən və bir saatdan sonra çıxacaq yeni qatarı gözləmək istəmədiyindən, piyada “Ulduz” metrostansiyasına tərəf gedərkən yolda ona bir nəfər 20-22 yaşlarında, orta boylu, enlikürək saqqallı oğlan yaxınlaşmışdır. Həmin şəxs ondan hara getdiyini soruşduqda, o, “Ulduz” metrostaniyasına getdiyini demişdir. Həmin şəxs ona heç nə demədən onunla yanaşı addımlamağa başlamış, yolda gedərkən ondan mobil telefonu olub-olmamasını soruşduqda o, telefonu olduğunu demişdir. Həmin şəxs də ondan zəng etmək üçün telefonunu istəmiş, o, özünə məxsus “X8 7” markalı, imei kodunu xatırlamadığı, üzərində 5 manata aldığı ***-***-**-** mobil nömrəsi, təxminən 3 manat danışıq limiti olan qara rəngli telefonunu ona vermişdir. Daha doğrusu ondan zəng etmək istədiyi telefon nömrəsini soruşaraq həmin nömrəni yığmış və zəngin ünvana çatıb çatmadığına fikir vermədən danışmaq üçün telefonu ona vermişdir. Həmin şəxs əvvəlcə telefonu qulağına tutmuş, sonra isə əynindəki şalvarının cibinə qoymuşdur. O, ondan telefonunu qaytarmasını tələb etdikdə, şəxs ona telefonu qaytarmayacağını demişdir. O, həmin şəxsə onun hərəkətinin oğurluq soyğunçuluq olduğunu demiş və şəxsin telefonu aparıb başqasına ucuz qiymətə satacağını düşündüyündən, ona telefonu onun özünə qaytarmasını, əvəzində ona pul verəcəyini demişdir. Ancaq cibində nağd pulunun olmadığını bildirərək, bankomatdan pul çıxarmaq üçün birlikdə yaxınlıqdakı “Sübhan Plaza”-ya getməyi təklif etmişdir. Lakin həmin şəxs buna razı olmayaraq, ona birlikdə heç bir yerə getməyəcəyini və əgər o, telefonunu götürüb getdikdən sonra polisə şikayət etsə onu axtarıb taparaq, bıçaqla vuracağını demişdir. Bundan sonra sol əlini şalvarının cibinə salaraq guya orada bıçaq olduğuna işarə etmiş, ancaq cibindən hər hansı bir bıçaq, kəsici-deşici alət, silah çıxarmamış və ona göstərməmişdir. O, həmin şəxslə birlikdə Ə.Qayıbov küçəsinə tərəf qayıtdıqdan sonra şəxs ondan aralanıb getməsini istəmiş, o da həmin şəxsin öz xoşu ilə telefonu qaytarmayacağını başa düşdüyündən ondan ayrılmışdır. Bundan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək hadisə barəsində xəbər vermiş və 17-ci PŞnə getmişdir. Onun həmin şəxs tərəfindən əlindən alınan “X8 7” markalı mobil telefonunda GPS izləmə proqramı olmuş, həmin proqram vasitəsi ilə telefonun harada olduğunu izləmək olmuşdur. O, bu barədə polis əməkdaşlarına bildirmiş və özündə olan ikinci mobil telefonunun vasitəsi ilə aparılan telefonun harada olduğunu öyrənmişdir. Telefonun “28 May” metrostansiyasının arxasında, dəmir yolu vağzalının yanında olduğu müəyyən edildikdə polis əməkdaşları ilə onların xidməti avtomobilində həmin yerə getmişlər. “Dəmir Yolu” vağzalının yaxınlığında yerləşən “NZS” adlanan pivə kafesində stol arxasında oturmuş onun telefonunu aparan şəxsi görüb, onu polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları həmin şəxsə yaxınlaşmış, ona isə kənarda dayanmağı məsləhət görmüşlər. Sonra polis əməkdaşları həmin şəxsə yaxınlaşıb, ondan nə isə soruşmuş, ancaq o, kənarda olduğundan eşitməmişdir. Bununla belə həmin şəxsin masasın üstündə olan onun telefonuna oxşar bir ədəd telefonu götürərək polis əməkdaşlarına verdiyini görmüşdür. Polis əməkdaşları həmin telefonu ona göstərdikdə, o, həmin telefonun üzərindəki mobil nömrəsindən, rəngindən, marka-modelindən, içərisindəki məlumatlardan onun olduğunu bilmiş və bu barədə polislərə demişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 17-ci PŞ-nə aparılmışdır. Polis şöbəsində onun adının Ruslan olduğunu öyrənmiş, həmin şəxsi əvvəllər görməmiş və onunla heç bir münasibəti olmamışdır. Həmin “X8 7” markalı mobil telefonunun imei kodunu əzbərdən bilməmiş, ancaq telefonun sənədləri yaşadığı evdə olmuşdur. Telefonu 2019-cu ilin may ayında “Gənclik Mall” TM- də yerləşən telefon satışı dükanından nağd olaraq 565 manata almışdır. Telefonun üzərində 5 manata aldığı ***-***-**-** mobil nömrə və 3 manatlıq danışıq limiti olmuşdur. Bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində “Azadlıq” metrostansiyasının yaxınlığında 88 saylı avtobusdan düşərək İ.Dadaşov küçəsi 76 ünvanının yanından yolun kənarı ilə addımlamağa başlamışdır. “Access Bank”-ın qarşında olarkən bir nəfər idmançı bədən quruluşlu və orta boylu, əynində göy rəngli cins şalvar və göy rəngli parça gödəkcəsi olan şəxs ona yaxınlaşaraq tanışına zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. O da mobil telefonunu zəng edib, danışmaq üçün həmin şəxsə vermiş, həmin şəxs ondan telefonu alıb, kənara çəkilərək telefonu qulağına qoyaraq danışmağa başlasa da, danışmaq üçün nömrə yığdığını görməmiş, kiminlə danışdığını eşitməmişdir. Həmin şəxs telefon qulağında danışa-danışa, iti addımlarla ondan uzaqlaşmağa başladığından, o da onun arxası ilə addımlamışdır. Bunu görən həmin şəxs dayandıqda, ondan telefonunu qaytarmasını istəmişdir. Bunu eşidən həmin şəxs ona yaxınlaşaraq sol əlində onun telefonunu tutaraq, sağ əlini əynindəki göy rəngli cins şalvarının arxa cibinə salaraq «səsini çıxartma yoxsa səni vuraram»- demişdir. O, həmin şəxsin əlini arxa cibinə salaraq bıçaq çıxaracağını zənn edib, qorxduğundan başqa bir söz deməmiş, bundan sonra həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. O, həmin şəxsin qaçmasını görüb telefonunu qaytarması üçün səsləmiş, lakin o, onun sözlərinə məhəl qoymayaraq oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, anasına bu barədə bildirmiş, anası da zəng edərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Az sonra Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək hadisə barədə ərizə və izahat vermiş, onun mobil telefonu “X8 7” markalı, İMEİ:**********31727 və İMEİ:**********91729 kodlarlı, qara rəngli, üzərində 10 manata aldığı ***-***-**-** saylı mobil nömrəsi və 2 manat danışıq limiti olmuşdur. Mobil telefonu 2019-cu ilin noyabr ayında Şəki şəhərində mobil telefon dükanlarının birindən 600 manata almışdır. O, onun mobil telefonunu ələ keçirən şəxsin əlində bıçaq görməmiş, ancaq həmin şəxs əlini arxa cibinə salaraq ona- «səsini çıxartma yoxsa səni vuraram» - demiş, o da onun cibindən bıçaq çıxaracağını zənn etmişdir. Onun üçün də ərizəsində onun bıçaqla hədə gəlməsini qeyd etmiş, həmçinin də anasına belə məlumat verdiyi üçün anası da 102 xidmətinə bu cür məlumat vermişdir. Lakin o, həmin şəxsin əlində-üzərində bıçaq görməmiş və həmin şəxs onun üzərinə bıçaq çıxarmamış, ona qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, heç bir bədən xəsarəti yetirməmişdir. Bildirmişdir ki, telefonu ona geri qaytarılmışdır, hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin fevral ayının əvvəllərində səhhətində olan problemlərlə bağlı həkim müayinəsindən keçmək üçün Bakı şəhəri, Tbilisi prospektində yerləşən “20 Yanvar” metrostansiyasmın yaxınlığındakı klinikalardan birinə getməli imiş. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə saat 00°°-0030 radələrində Şəki-Bakı marşrut avtobusu ilə Bakı şəhərinə yola düşmüş və həmin gün saat 05°°-0530 radələrində Bakı Beynəlxalq Avtovağzalına çatmışdır. Bundan sonra Bakı Metropoliteninin “Avtovağzal” stansiyasından metroya daxil olaraq qatarda əyləşmiş, “Memar Əcəmi” stansiyasında “20 Yanvar” stansiyasına getmək məqsədi ilə yeraltı keçiddən keçib, başqa qatarda əyləşsə də, yolda onu yuxu tutmuş və qatarda yatmışdır. Bir qədər sonra ona özünü Bakı Metropoliteninin əməkdaşı kimi təqdim edən adını bilmədiyi, tanımadığı şəxs onu yuxudan oyadıb, ona mindiyi qatarın depoya çatdığını, vaqonu tərk etməli olduğunu bildirmişdir. O, ətrafına baxdıqda qatarın vaqonunda Metropolitenin əməkdaşından başqa vaqonun digər ucunda daha bir nəfər, təxminən 20-25 yaşlarında kişinin oturacaqların üzərində yatmış halda olduğunu görmüşdür. Metropolitenin əməkdaşı ondan sonra həmin şəxsi də yuxudan oyadaraq, ona da vaqonu tərk etməli olduğunu bildirmişdir. Bundan sonra o, yenidən metroya daxil olub “20 Yanvar” stansiyasına getmək məqsədi ilə deponun yaxınlığındakı “Bakmil” stansiyasına getmək üçün depodan çıxıb, adını bilmədiyi küçə boyunca hərəkət etmişdir. Təxminən saat 07°°- 0730 radələrində yolda qatarın vaqonunda gördüyü həmin 20-25 yaşlarındakı kim olduğunu bilmədiyi kişi ona yaxınlaşıb, salam verdikdən sonra, ondan tələbə olub-olmadığını soruşduqda, ona tələbə olduğunu bildirmişdir. Adını soruşduqda, ona adının Azad olduğunu bildirsə də, ondan adını soruşduqda, həmin şəxs ona adını heç kimə demədiyini bildirərək, ona adını deməmişdir. Həmçinin, söhbət zamanı həmin şəxs ona Abşeron rayonunun Lökbatan qəsəbəsində yaşadığını və işsiz olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona özünün mobil telefonu olmadığını bildirib, zəng etmək üçün mobil telefonunu ona verməyini xahiş etmişdir. O, özünə məxsus olan “X8 8” markalı mobil telefonu həmin şəxsə verdikdə, hər ikisi ayaq saxlamış, həmin kişi onun telefonunu alıb, qarşısında dayanıb, əvvəlcə hansısa nömrəni yığıb zəng edirmiş kimi etsə də, zəng etmədən telefonu öz şalvarının sağ cibinə qoymuş və ona “telefon mənimdir”- demişdir. O, həmin şəxsdən telefonunu ona geri qaytarmasını tələb etdikdə o, yenidən “Telefon mənimdir”- deyib, əyninə geyindiyi “cins” materialdan hazırlanmış mavi rəngli gödəkcənin sol yan cibindən çıxardığı qatlanan bıçağın tiyəsini əlilə açıb, həmin bıçağı sağ əlində tutaraq onun qarşısında dayanaraq, ona nümayiş etdirərək bir dəfə sola və sağa tərəf hərəkət etdirib, ona telefon mənimdir. Səni bıçaqlayaram. Polisə xəbər vermə. Əgər içəri girsəm, çıxanda səni tapacağam. Mən səni tapanda sənin üçün pis olacaq.” - demiş və həmin bıçağı sol əlinə alıb, həmin əlində olmaqla tiyəsini qatlamadan açıq vəziyyətdə əlində tutaraq əlilə birlikdə geyindiyi gödəkcənin sol cibinə salmışdır. Bundan sonra ona başı ilə irəliyə getməyini işarə edib, onunla birlikdə metrostansiyaya getməyini tələb etmişdir. Həmin vaxt o, həmin şəxsin bıçaqla ona xəsarət yetirə biləcəyindən qorxduğuna görə ona cavab qaytarmamış və onunla birlikdə yaxınlıqdakı “Bakmil” metrostansiyasına getmişdir. Birlikdə metroya daxil olduqda girişdə polis əməkdaşlarının olduğunu görsə də həmin şəxsin bıçaqla ona xəsarət yetirə biləcəyindən ehtiyat etdiyi üçün həmin vaxt polis əməkdaşlarına və ya ətrafdakı şəxslərə heç bir şey bildirməmişdir. Birlikdə həmin stansiyanın sərnişin platformasına keçdikdən və birlikdə təxminən 5 (beş) dəqiqə gözlədikdən sonra qatar gəlmişdir. Yanaşı dayandıqlarına görə o həmin şəxslə eyni vaqona minmişdir. Qatar “Nəriman Nərimanov” stansiyasına çatdıqda həmin şəxs ona “mən neçə dəfə içəridə yatmışam. Polis məni tutsa, içəridən çıxanda səni tapacağam. Sənin üçün yaxşı olmayacaq” - demiş və vaqondan düşmüşdür. Qatar növbəti adını xatırlamadığı stansiyaya çatdıqda o da vaqondan düşmüş və dərhal həmin stansiyadakı polis əməkdaşlarına yaxınlaşıb, başına gələn hadisə baradə onlara danışmışdır. Həmin vaxt polis əməkdaşları ona Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra o, şikayət ərizəsi ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etmişdir. Həmin kişinin ondan aldığı həmin “X8 8” markalı mobil telefonu xx.xx.2020-ci il tarixdə Şəki şəhərindəki telefon satılan mağazaların birindən nağd olaraq 410 manata almışdır, onun özünə məxsusdur. Üzərindəki ***-***-**-** GSM nömrəsi 2017-ci ildə atası X2 adına 5 manata alınmışdır və onun istifadəsində olmuşdur. GSM nömrəsinin balansında təxminən 2 manat məbləğində pul olmuşdur. İstintaqdan və onun mobil telefonunu talayan şəxsdən tələbi mobil telefonunu geri qaytarılması və ya həmin mobil telefonun talanması nəticəsində ona dəymiş ziyanın ödənməsi, həmçinin əmlakını talayan şəxsin qanuna uyğun qaydada məsuliyyətə cəlb edilməsidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Nəsimi rayonu, A.Məhərrəmov 22 ünvanında fəaliyyət göstərən “Lion” trenajor zalına idman etmək üçün getmişdir. Zalda ondan başqa tanımadığı bir neçə nəfər şəxs idman edirmişlər. Onlardan biri idman zalında olan zaman ona yaxınlaşaraq, ondan mobil telefonunu danışmaq üçün istəmişdir. O da ona mobil telefonunu vermişdir. Həmin şəxs təxminən 10-15 dəqiqə sonra mobil telefonu gətirib qaytarmışdır. İdman zalı bazar günləri saat 22:00-da bağlandığı üçün, məşqi yekunlaşdıraraq idman zalında içərisində olan soyunub-geyinmə otağına daxil olmuşdur. Əynindəki paltarları soyunub, üzərində 27 nömrəsi olan dolaba qoyub, açarla bağlamışdır. Həmin otaqda olan dolabların hamısı açar ilə bağlanırmış. Oradan duşlar olan otağa keçdikdən sonra həmin şəxs, yəni zalda ondan telefonu danışmaq üçün götürübqaytaran şəxs yenidən ondan telefonu zəng etmək üçün istəmişdir. O da həmin şəxslə birlikdə geyinib-soyunma otağına qayıdaraq, öz əşyaları olan dolabın qapısını açarla açıb, mobil telefonu ona vermiş və danışıb qurtaranadək yanında gözləmişdir. Həmin kişi telefonla kiminləsə danışıb telefonu ona geri qaytarmışdır. Lakin, kiminlə və nə barədə danışdığına fikir verməmişdir. Mobil telefonu ona qaytardıqdan sonra o, telefonu əşyaları olan dolaba qoyub, qapını açarla bağlamış və 3 dəfə qapının bağlı olduğunu yoxladıqdan sonra duş olan yerə keçmişdir. Ondan telefonu istəyən şəxs özünü şübhəli apardığından, həmin şəxsdən şübhələnmişdir. Duş qəbul etdikdən sonra soyunub-geyinmə yerinə, yəni dolablar olan otağa keçəndə əşyaları və paltarları olan dolabın qapısının yarı açıq olduğunu görmüşdür. Yaxınlaşıb dolabı qapısını açanda dolabda görünən yerə qoyduğu özünə məxsus olan “Xiaomi Mİ9 SE” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Telefonun danışmaq adı ilə ondan istəyən kişi tərəfindən oğurlandığından şübhələnmişdir. Çünki ikinci dəfə həmin şəxs ondan telefonu istəyəndən sonra onun həmin telefonu hansı dolaba qoyduğunu görmüşdür. Həmin şəxsi əvvəllər və hadisədən sonra görməmişdir, adını, soyadını, ünvanını tanımırmış, lakin görsə bədən quruluşundan və üz cizgilərindən tanıya bilərmiş. Həmin “Xiaomi Mİ9 SE” markalı mobil telefonun imei kodu **********02957 və **********02965 olmuşdur, xx xxx 2019-cu il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Multi Mobile” adlı telefon satışı dükanından kreditlə 980 manata almış, krediti tam olaraq ödəmişdir. Telefonda 30 manata aldığı ***-***- **-** mobil nömrə və 17 manatlıq danışıq limiti olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində 17-ci PŞ-də xidmətdə olarkən bir nəfər cavan oğlan PŞ-nin növbətçi hissəsinə gələrək, özünü Zərərçəkmiş şəxs4 kimi təqdim edərək, həmin günü saat 20:30-da Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 ünvanının qarşısında gedən zaman 20 yaşlarında bir nəfər cavan oğlanın ona yaxınlaşıb danışmaq adı ilə mobil telefonunu istədiyini, buna görə də özünə məxsus “X8 7” markalı mobil telefonunu həmin şəxsə verdiyini, ancaq həmin şəxs mobil telefonu ondan aldıqdan sonra telefonu ona qaytarmayacağını bildirərək, əlini cibinə salıb, polisə bildirəcəyi halda onu bıçaqla vuracağını deyərək, uzaqlaşdığını bildirmişdir. Eləcə də Zərərçəkmiş şəxs4 bildirmişdir ki, həmin şəxs tərəfindən əlindən alınan “X8 7” markalı mobil telefonunda GPS izləmə proqramı vardır. Yəni həmin proqram vasitəsi ilə əlindən alınmış telefonun harada olduğunu izləmək olurmuş. Daha sonra Zərərçəkmiş şəxs4 özündə olan ikinci mobil telefonunun vasitəsi ilə əlindən alınmış həmin telefonun harada olduğunu öyrənərək, telefonun “28 May” metrostansiyasının arxasında, “Dəmir Yolu” vağzalının yanında olduğu müəyyən etdiyindən 17-ci PŞ-nin rəis müavini, polis mayoru Roman Xəlilovun rəhbərliyi ilə, sahə rəisi, polis mayoru Şahid2, təhqiqatçı Sahil Quliyev və o, Zərərçəkmiş şəxs4 ilə birlikdə xidməti avtomobilində həmin yerə getmişlər. Zərərçəkmiş şəxs4 “Dəmir Yolu” vağzalının yaxınlığında yerləşən “NZS” adlanan pivə kafesində stol arxasında oturmuş bir nəfər 20 yaşlarında, əynində göy cins şalvar, cins gödəkcə, qara rəngli papaq olan kişini göstərərək həmin şəxsin onun telefonunu əlindən aldığını və onu hədələdiyini bildirmişdir. Yaxınlaşıb həmin şəxsə özlərini təqdim etməklə, şəxsiyyətini təsdiq edən sənəd istədikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirsə də üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını demişdir. Həmin şəxsdən masanın üzərində olan mobil telefonun kimə məxsus olduğunu soruşduqda o, onlar çağırdıqdan sonra yaxınlaşan Zərərçəkmiş şəxs4 göstərərək, bir az əvvəl “Bakmil” metrostansiyasının yaxınlığında ondan aldığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 həmin telefona baxaraq içərisindəki məlumatlardan ona məxsus olduğunu, tanıdığını bildirmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə üzərində qanunsuz olaraq əldə etdiyi əşya varsa təqdim etməsi təklif edildikdə həmin şəxs əynindəki gödəkcənin cibindən bir ədəd Zərərçəkmiş şəxs2 adına olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmişdir. Ondan həmin vəsiqəni haradan əldə etdiyi soruşulduqda cavab verməmişdir. Həmin şəxs saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş, ondan telefon və şəxsiyyət vəsiqəsi aşkar edilməsi və götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bu barədə 17-ci PŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və araşdırmanın aparılması 17-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Sahil Quliyevə tapşırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 17-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Sahil Quliyev tərəfindən ona üzərində də olan əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd qara rəngli qatlanan bıçağı çıxararaq təqdim etmişdir. Həmin bıçaq təhqiqatçı tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ibtidai istintaq zamanı Şahid1 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 adlı şəxs ona məxsus həyət evində Samir və Mais adlı şəxslərlə birlikdə xx xxxxxx 2020-ci il tarixədək kirayəçi olaraq yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə bir nəfər cavan oğlan onun evinə gələrək, kirayə otaq axtardığını bildirmişdir. O da həmin oğlanı Zərərçəkmiş şəxs2 Samir və Maislə yaşadığı mənzilə aparıb, həmin mənzildə 3 nəfər kişi yaşadığını bildirərək, onlarla razılığa gələrsə həmin mənzildə onlarla yaşaya biləcəyini demişdir. Həmin gün Mais rayona getdiyindən onun yatağı boş olmuş və müvəqqəti olaraq həmin yataqda yata biləcəyini ona demişdir. Bundan sonra həmin cavan oğlan razılaşaraq, yorğun olduğunu bildirərək, Maisin yatağında yatmışdır. Sabahısı gün Zərərçəkmiş şəxs2 ona müraciət edərək, özünə məxsus şəxsiyyət vəsiqəsinin gecə cibindən oğurlandığını bildirmiş və oğurluqda Maisin yatağında yatmış şəxsdən şübhələndiyini və həmin şəxsin gecə saat 04 radələrində mənzildən çıxıb getdiyini demişdir. Həmin şəxs 22-24 yaşlarında, orta bədən quruluşlu oğlan olmuş, ancaq onun sifət cizgiləri dəqiq yadında qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Binəqədi rayonu Xocahəsən qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən əvvəlki adı “Sahil”, hazırkı adı “Angel palace” olan restoranının binasının zirzəmisində yerləşən bir otağı kirayə götürməklə, mobil telefonların təmiri ilə məşğul olmaqla, istifadədə olmuş mobil telefonların alqı-satqısı ilə də məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində bir nəfər 20-22 yaşlarında, əynində göy rəngli cins gödəkcə və cins şalvar olan üzü saqqallı oğlan onun iş yerinə gəlib, bir ədəd qara rəngli mobil telefonunu gətirərək, özünə məxsus olduğunu bildirərək satmaq istədiyini bildirmişdir. O, həmin telefonu alıb baxdıqda “X8 7” markalı, saz halda olduğunu, ancaq üzərində mobil nömrəsi olmadığını görmüşdür. Telefonu satmaq istəyən oğlan mobil nömrəsini çıxararaq evdə qalan digər mobil telefonuna taxdığını demişdir. O, telefona baxıb, yoxladıqdan sonra ala biləcəyini bildirmiş və ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini almaq üçün ASAN xidmətə müraciət etdiyini demişdir. O, həmin şəxsə şəxsiyyət vəsiqəsi olmadan telefonu ala bilməyəcəyini bildirdikdə o, çıxıb getmişdir. Ancaq səhərisi gün yenidən gəlib, ona əmisinin razılığı ilə əmisinin şəxsiyyət vəsiqəsini gətirdiyini dedikdə o, razı olub, həmin şəxsin verdiyi şəxsiyyət vəsiqəsini alıb baxmışdır. Təqdim etdiyi vəsiqənin Astara rayon qeydiyyatı olduğunu və həmin şəxsində ləhcə ilə danışdığı görüb, vəsiqədəki şəxsi həqiqətən də onun əmisi olduğuna inanmış, lakin həmin şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus olduğunu görmüşdür. Təklif edilən mobil telefonu almağa özündə nağd pul olmadığından Bakı şəhəri “28 May” ərazisində telefon mağazasında satıcı işləyən tanışı Şahid5 zəng edərək, satılıq “X8 7” markalı mobil telefonu olduğunu bildirmiş, təxminən bir saat sonra Şahid5 onun işlədiyi mağazaya gəlmişdir. Şahid5 Ruslandan telefonu alıb baxdıqdan sonra biləcəyini deyərək, şəxsiyyət vəsiqəsini istəmiş, Ruslan da ona şəxsiyyət vəsiqəsini dəyişdirilməsi üçün ASAN xidmətə verdiyini, ona görə də təqdim edə bilməyəcəyini, lakin sənəd lazımdırsa əmisinin şəxsiyyət vəsiqəsini təqdim edə biləcəyini demişdir. Bundan sonra Ruslan cibindən Astara rayonun Artupa kənd sakini Zərərçəkmiş şəxs2 adına olan şəxsiyyət vəsiqəsini çıxarıb, Ağasəfə vermişdir. Şahid5 telefonu ondan 220 manata almış, həmin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq üzərinə telefonun modelini və imei kodunu yazmışdır. Ruslan çıxıb getdikdən sonra müştəri tapdığı üçün Ağasəf ona 10 manat vermiş və aldığı telefonu götürüb getmişdir. Təxminən mart ayının ortalarında Şahid5 ona zəng edərək, Binəqədi RPİ-nin 5-ci PŞ-dən zəng edilərək həmin telefonun oğurluq olması bildirildiyini və izahat vermək üçün Bİnəqədi RPİ-nin 5-ci PŞ-nə çağırıldığını demişdir. O, Şahid5la görüşüb, birlikdə Binəqədi RPİ-nin 5-ci PŞ-nə gedib izahat vermişlər. Sonradan yenə də Binəqədi RPİ-nə çağırılmışlar və mobil telefonu təqdim etməklə ifadə vermişlər. Lakin Ruslan adlı şəxsin ona satmaq istədiyi mobil telefon “X8 8” markalı yox, “X8 7” markalı olmuşdur. Həmin “X8 7” markalı mobil telefon Şahid5 tərəfindən Binəqədi rayon polis idarəsində ifadəsi alınarkən müstəntiqə təqdim edilmişdir. O, özü Ruslan adlı şəxsdən mobil telefon və ya əşya, mal almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “28 May” metrostansiyasının ərazisində telefon mağazasında satıcı işləyir. xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində tanışı Binəqədi rayonu Xocahəsən qəsəbəsində telefon mağazasında işləyən Rafael onun mobil telefonuna zəng edərək, “X8 7” markalı mobil telefonu satmaq istəyən şəxs olduğunu bildirmişdir. O, təxminən bir saat sonra Rafaelin işlədiyi Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən telefon mağazasında olmuşdur. Mağazada Rafael və bir nəfər şəxsi göstərərək, telefonu satan şəxs olduğunu və adının Ruslan olduğunu bildirmişdir. Telefonu alıb baxdıqda üzərində mobil nömrəsi olmayan, qara rəngli, işlək vəziyyətdə olan “X8 7” markalı mobil telefon olduğunu görmüşdür. Telefonu satan şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istədikdə, Ruslan ona şəxsiyyət vəsiqəsini dəyişdirilməsi üçün ASAN xidmətə verdiyini, ona görə də təqdim edə bilməyəcəyini, lakin sənəd lazımdırsa əmisinin şəxsiyyət vəsiqəsini təqdim edə biləcəyini demişdir. Bundan sonra Ruslan cibindən Astara rayonun Artupa kənd sakini Zərərçəkmiş şəxs2 adına olan şəxsiyyət vəsiqəsini çıxarıb, ona vermişdir. O, təqdim olunan şəxsiyyət vəsiqəsinin sahibinin cənub bölgəsindən olduğunu və telefon satan şəxsin də talış ləhcəsi ilə danışdığını görüb, həmin şəxsiyyət vəsiqəsinin əmisinin olmasına inanaraq, telefonu ondan 220 manata almışdır. Həmin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq üzərinə telefonun modelini və imei kodunu yazmışdır. Ruslan çıxıb getdikdən sonra müştəri tapdığı üçün Rafaelə 10 manat vermiş və iş yerinə qayıtmışdır. Həmin telefon qara rəngli, “X8 7” markalı mobil telefonunu və həmin şəxsin verdiyi şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. O, həmin telefonun cinayət yolu ilə əldə olunmasından heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi “20 Yanvar” metrostansiyansının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzində fəaliyyət göstərən “ELC telecom” mağazasını 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər kirayə götürməklə, mobil telefonların təmiri və istifadədə olmuş mobil telefonların alqısatqısı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin dekabr ayından tanıyırmış. Onların tanışlığı Ruslanın onun işlətdiyi telefon mağazasına gələrək, telefon satması olmuşdur. Ruslan onun işlətdiyi mağazaya gələrək özünə məxsus olan “Xiaomi Mİ9 SE” markalı mobil telefonun təcili olaraq satmaq və həmin pulla rayona getmək istədiyini bildirmişdir. O, Ruslandan şəxsiyyət vəsiqəsini istəsə də Ruslan yaş həddinə görə yeni şəxsiyyət vəsiqəsi almaq üçün köhnə şəxsiyyət vəsiqəsini ASAN xidmətə verdiyini demişdir. O da Ruslanın geyiminə və şəxsiyyətinə baxıb onun dediklərinə inanmışdır. Ruslanın ona satmaq istədiyi “Xiaomi Mİ9 SE” markalı mobil telefonu 150 manat müqabilində almışdır. Telofonu açıb baxdıqda içərisində heç bir məlumatın olmadığını görmüş, Ruslanın mobil telefonu ona satmamışdan qabaq telefonda olan bütün məlumatları sildiyini düşünmüşdür. Bundan sonra Ruslanı görməmişdir. Ruslanın ona satdığı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Ruslandan həmin “Xiaomi Mİ9 SE” markalı mobil telefondan başqa mobil telefon, mal və ya əşya almamışdır. Ruslanın sifəti yadında qaldığından asanlıqla tanıya bilərmiş. Ruslandan aldığı həmin “Xiaomi Mİ9 SE” markalı mobil telefonun sonrakı günlərdə adı yadında qalmayan tanımadığı bir nəfər kişi müştəriyə satmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4229 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Redmi by Xiaomi” markalı, M1901F7G” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. (cild 02, iş vərəqə 58-59) İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4154 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 02, iş vərəqə 66-67) İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 5/175- 9/1023 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiaomi” markalı, “Redmi Note7” modelli, “**********31727”, ”**********91729” İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan mobil smartfonda “Format” olması-yəni ki məlumatların köklü şəkildə silinməsi və zavod ayarlarının qaytarılması əməliyyatının izləri müəyyənləşdirilmişdir. (cild 03, iş vərəqə 50-53) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 548 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 60-61) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 411 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətlidir, o, öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. (cild 02, iş vərəqə 63-64) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, həmin protokolla Təqsirləndirilən şəxs bir ədəd “X8 7” markalı mobil telefon və Zərərçəkmiş şəxs2 adına olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi götürülmüşdür. (cild 01, iş vərəqə 15-17) İş materiallarında olan əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs protokol tərtib edilməklə götürülmüş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.2013-cü il tarixdə Astara RPŞ tərəfindən Seriya AZE № ******** nömrəsi ilə xx.xx.1977-ci il tarixdə Astara rayonu, Artura kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan Zərərçəkmiş şəxs2 adına verilməsi müəyyən olunmuşdur. Etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədəkdir. Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə şəxsin sifət cizgiləri aydın görünür, vəsiqədəki yazı və rəqəmlər aydın oxunur, möhürü aydın görünür. (cild 01, iş vərəqə 94) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, həmin protokolla Şahid5 bir ədəd qara rəngli “X8 7” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 adına olan şəxsiyyət vəsiqəsinin kserosurəti və ortada boş hissəsində “İMEİ: **********31727 NOT 7 XİOMİ” yazıları olan “A4” vərəqi götürülmüşdür. (cild 02, iş vərəqə 191) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 əmlakının talandığı yer ünvan 9 ünvanının qarşısıdır. (cild 01, iş vərəqə 8) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 əmlakının talandığı yer ünvan 10 ünvanının qarşısıdır. (cild 01, iş vərəqə 176-177) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 mobil telefonunun oğurlandığı yer Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 22 ünvanında fəaliyyət göstərən “Lion” trenajor zalının soyunub-geyinmə yeridir. (cild 01, iş vərəqə 200-202) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin oğurlandığı yer ünvan 12 A ünvanında yerləşən Şahid3 məxsus kirayəyə verdiyi fərdi yaşayış evidir. (cild 02, iş vərəqə 72-78) Nihad Məmmədli tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 əmlakının talandığı yer ünvan 13 ünvanında “Access bank”-ın qarşısıdır. (cild 02, iş vərəqə 170) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli əşyanın təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, həmin protokolla Təqsirləndirilən şəxs qara rəngli metaldan olan açılıb-qatlanan, ümumi uzunluğu 17,5 sm, tutacağının uzunluğu 10 sm, tiyəsinin uzunluğu 7,5 sm olan bir ədəd bıçaq götürülmüşdür. (cild 01, iş vərəqə 18) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa çalışır. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs3 qarşı ümumiyyətlə cinayət əməli törətmədiyini və onu əvvəllər görmədiyini bildirsə də, iş materiallarında olan şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Binəqədi RPİnin İŞ-də Zərərçəkmiş şəxs3 ona tanınması üçün təqdim edilmiş 5 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin xx xxxxxx 2020-ci il tarixdə onun Binəqədi rayonu İ. Dadaşov küçəsi 76 ünvanının yaxınlığında ona məxsus mobil telefonu zəng etmək adı ilə alan və qaytarmayan şəxs olduğunu göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 telefonunu əlindən alarkən ona bıçaqla hədə-qorxu gəlmədiyini qeyd etsə də, iş materiallarında olan fotoşəkillə tanınmaya təqdim etmə barədə protokoldan görünür ki, Şəki ŞRPŞ-nin İB-də Zərərçəkmiş şəxs5 ona tanınması üçün təqdim edilmiş fotocədvəldə əks olunan fotoşəkilləri nəzərdən keçirərək, əlilə fotocədvəldə 2 nömrə ilə nömrələnmiş fotoşəkli göstərərək həmin fotoşəkildə olan bıçağın xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri “Bakmil” metrostansiyasının yaxınlığında küçədə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyini, həmin bıçağın rəngindən, quruluşundan, ölçülərindən tanımasını bildirmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qeyd edilən Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin Plenum qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakın istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlak öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 17-ci bəndinin 1-ci abzasına əsasən CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusunu və işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 181.2.2 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 181.2.2 və 326.2-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hal-hazırda ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 14cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1-cı maddəsi ilə təqsirli bilinərək, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 02 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Gəncə Apellasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. (cild 01, iş vərəqə 114-115, 152-160) Azərbaycan Respublikası CM-nin 328.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Bununla belə, Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti ərzində az ağır və ağır cinayətlər törətdiyindən onun barəsində şərti məhkum etmə ləğv edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 19-cu bəndində qeyd olunur ki, Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Tərtər Hərbi məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü iləTəqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, ekspert rəyi ilə soyuq silah hesab edilməyən turist bıçağı hesab edilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs2 adına xx.xx.2013-ci ildə Astara RPŞ tərəfindən verilmiş, AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 geri qaytarılmalı, “X8 7” markalı üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonun Zərərçəkmiş şəxs4 qaytarılması, “X8 7” markalı mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılması alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş 1027,0 manat maddi ziyanla bağlı və Zərərçəkmiş şəxs5dəymiş maddi ziyanın ödənilməmiş hissəsi, yəni 417,0 manat məbləğində maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 236,34 (236 manat 34 qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-182/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 600 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 181.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 il müddətəazadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Tərtər Hərbi məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü iləTəqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, ekspert rəyi ilə soyuq silah hesab edilməyən turist bıçağı hesab edilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs2 adına xx.xx.2013-ci ildə Astara RPŞ tərəfindən verilmiş, AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 geri qaytarılsın, “X8 7” markalı üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonun Zərərçəkmiş şəxs4 qaytarılması, “X8 7” markalı mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 236,34 (236 manat 34 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsə göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 600 manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar