Məhkəmə qərarları › İş №1(101)-732/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-732/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-732/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi, Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Tapdıq oğlunun, zərərçəkmiş şəxslərin nümayəndəsi, “A.İ.M” Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1952-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, “xxxx” ASC-də sürücü vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya hesab edilən bıçaq tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən, habelə ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə zor tətbiq edib müqavimət göstərməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Məmədhəşim oğlu 26 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətinə gələrək həmin ünvanda ayrı mənzildə yaşayan və aralarında uzun müddət davamlı olaraq mülkiyyət mübahisəsində olan qohumu Zərərçəkmiş şəxs3 Tapdıq oğlu, onun qızı Zərərçəkmiş şəxs2 və arvadı Şahid1 ilə birgə yaşadıqları həyətdə yerləşən su kranının kanalizasiyasına çay tullantılarının tökülməsini bəhanə edib aralarında olan ədavətlə əlaqədar olaraq onda yaranmış ikrah və şəxsiyyətini ondan üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan mübahisə yaratmış, ucadan səs-küy salaraq sonuncuların ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq 20-30 dəqiqə ərzində səs-küy və narahatlıq yaratmış, həmin səsə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, bununla kifayətlənməyərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində mütəmadi gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, dəstəyinin uzunluğu 95 mm, tiyəsinin uzunluğu 75 mm olan məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs3 Tapdıq oğlunu zor tətbiq edəcəyi ilə hədələdikdə həmin vaxt orada olan və atası Zərərçəkmiş şəxs3 onun cinayətkar qəsdindən qorumaq istəyən, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan, bununla da ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs2 zor tətbiq edib müqavimət göstərməklə sonuncunun sağ əlinə həmin bıçaqla qəsdən bir dəfə vurub sağ əlinin V barmağının əsasının səthi kəsilmiş yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Şahid1 onunla münaqişə etmək istəməməsi səbəbindən yaşadıqları mənzilin eyvanına tərəf çəkilmiş, buna baxmayaraq qanunsuz hərəkətlərini davam edərək nalayiq ifadələr işlətdiyi üçün həmin ünvanda digər mənzildə yaşayan Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs1 ona haqlı iradlarını bildirib həmin hərəkətlərinə son qoymasını, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməməsini tələb etdikdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozmaqda davam edib əlində tutduğu həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol tərəfinə bir dəfə vurub döş qəfəsinin sol ön-yan səthində İV qabırğaarası səviyyədə yerləşmiş, plevra boşluğuna nüfuz edərək sol ağciyərin orta payını zədələyən, insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, onun hazırda 70 yaşı var, indiyənədək heç vaxt heç bir cinayət törətməmişdir. Qeyd etmək istəyir ki, onun Əkbərlə və onun ailə üzvləri ilə aralarnda uzun illərdir ki, mülkiyyət mübahisəsi olmuş, bu səbəbdən əvvəllər dəfələrlə polisə və məhkəmələrə düşmüşlər, yəni bir sözlə aralarında uzun illərdir ki, ədavət olmuşdur. Belə olduqda hər hansı xuliqanlıqdan söhbət gedə bilməz. O, əvvəlki məhkəmə sənədlərinin surətlərini də istintaq orqanına təqdim etmişdir. Hadisənin baş vermə səbəbi isə o olmuşdur ki, həmin günü səhər saat 07 radələrində Əkbərin bacısı Rəhilə onun ailəsinə aid su kranının kanalizasiyasına istifadə edilmiş çay dəmini ataraq kanalizasiya xəttinin tutulmasına səbəb olmuşdur. Buna onun həyat yoldaşı Xədicə etiraz etdikdə isə sonuncu ilə mübahisə etmişlər. Rəhilə onları nalayiq ifadələrlə söyüb təhqir etmiş, Xədicə şəkər və onkoloji xəstəsi olduğu üçün halı pisləşmişdir. O, çalışıb Xədicəni sakitləşdirmək istəmişdir ki, əsəbiləşməsin. Onların söz mübahisələri fasilələrlə axşama kimi davam etmişdir. Beləliklə də təxminən saat 20:30 radələrində o, Etibara bacısı Rəhilənin hərəkətləri ilə bağlı irad tutduğu zaman Etibar onu nalayiq ifadələrlə təhqir etmiş və onlar aralarında söz mübahisəsi baş vermiş, lakin aralarında dalaşma olmamışdır. Çünki Etibar evinə qalxan pilləkənlərin yuxarı tərəfində, o isə aşağısında olmuşdur. Sonra Etibarın arvadı Rəna və qızı Samirə Etibarı evinə tərəf, Xədicə isə onu sakitləşdirməyə çalışıb öz evlərinə tərəf çəkmişdir. Təxminən saat 21 radələrində Əkbər öz otağından bayıra çıxıb onu və həyat yoldaşını nalayiq ifadələrlə təhqir etməyə başlamış və aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Əkbər onun ağız nahiyəsindən yumruqla vurmuş, o da özünü müdafiə etmək üçün özünə məxsus açılıb-qatlanan meyvə bıçağı ilə Əkbərin döş qəfəsinin sol tərəfinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra həyətdəkilər onları aralamışlar və o, yaşadığı evə keçmişdir. Sonra ona məlum olmuşdur ki, Xədicənin də bel nahiyəsində xəsarəti vardır. Həyətə gələn təcili tibbi yardım həkimləri Xədicəni xəstəxanaya aparmışlar. O isə həyətdə qalmış və polisi gözləmişdir. O, xuliqanlıq etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, o, hadisə baş verdiyi gün içkili olmuşdur. Hadisə günü zərərçəkmiş şəxslər onu təhqir etmişlər. Zərərçəkmiş şəxs Samirənin barmağını o kəsməmişdir. Samirənin əlindəki bıçaq izi hadisədən əvvəl olmuşdur. Bunu ona Samirənin anası demişdir. O, Etibarı zərəçəkmiş şəxs olaraq qəbul etmir. Çünki o, Etibara fiziki zərər vurmamışdır, sadəcə mübahisə etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda valideynləri Etibar və Rəna Eyvazovlarla, bibisi Rəhilə və əmisi Zərərçəkmiş şəxs1la birlikdə yaşayır. Eyni zamanda, həmin həyətdə öz mənzillərində atası ilə ögey xalası oğlu olan Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı Şahid3 da yaşayırlar. Eyni zamanda, həmin həyətdə bir başqa ailə də, yəni Könül adlı qadın azyaşlı oğlu Əli ilə birlikdə yaşayırlar. Atası, anası və əmisi Əkbər müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və İİ qrup əlildirlər. Belə ki, əmisi Əkbərdə “debillik” diaqnozu var, atası onkoloji xəstədir, anasının isə beyinində iltihab vardır, mütəmadi olaraq təzyiq və sair problemləri olur. Əvvəllər həmin ümumi həyət babalarının olmuş, daha sonra, təxminən 2003-2004-cü illərdə Təqsirləndirilən şəxs ümumi baba mülkünə sahibliklə bağlı ailə üzvləri ilə dava etməyə başlamış və son nəticədə öz adına keçirə bilmişdir, onlarda yalnız bir pay qalmışdır. Ağaəli və arvadı Xədicə mütəmadi olaraq cüzi səbəblərə görə ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmiş, daim onlarla münaqişə etmiş və yaşadıqları həyətdən bezdirmək istəmişlər. Xədicə və Ağaəli bir neçə dəfə əmisi Əkbəri vurmuşlar, hətta 2019-cu ilin iyul ayının 12-də Ağaəli bıçaqla əmisi Əkbərin üz nahiyəsini kəsmişdir, lakin əmisi Əkbər şikayətçi olmadığı üçün həmin məsələnin üstünə düşməmişlər. 26 iyul 2020-ci il tarixdə axşam vaxtlarında o və ailə üzvləri evdə, əmisi Əkbər mətbəxdə olmuş, atası dəhlizdə əyləşib televizora baxmış, onunla anası isə iç otaqda namaz qılmağa başlamışlar. Təxminən saat 20:30-dan sonrakı vaxtlarda küçədən səs gəlmiş, həyətin qapısı bərkdən çırpılmış və Ağaəli uca səslə atasının ünvanına nalayiq ifadələr işlədib təhqir etməklə bayıra çıxmasını tələb edib qışqırmağa başlamışdır. Atası da durub qapıdan evin qarşısındakı meydançaya çıxmış, dalınca da anası çıxmışdır. O da namazı yarımçıq dayandırıb valideynlərinə tərəf yaxınlaşmışdır. Bu zaman Ağaəli çığıraraq atasını alçaldıcı söyüşlərlə təhqir etmiş və onunla söhbətinin olduğunu deyərək küçəyə çıxmasını tələb etmişdir. Ağaəlinin davranışından, sözlərindən və zahiri görünüşündən sərxoş olduğu açıq görsənmiş, onun əlində bıçaq olmuş və həmin bıçağı qarşısında oynadıb nümayiş etdirmişdir. Anası ona dönə-dönə “xalaoğlu, piyansan, get ayıl, sonra söhbət edərsən” desə də, Ağaəli buna cavab olaraq anasını da nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Atası da məcbur olaraq onun söyüşlərini özünə qaytarmışdır. Həmin zaman atası evlərinin pilləkənlərinin yuxarı tərəfində, Ağaəli isə bir neçə pillə aşağıda olmuş, aralarındakı məsafə təxminən yarım metr ilə bir metr arası olmuşdur. Ağəli əlindəki bıçaqla onun atasının qarşısında hədəqoxu hərəkətləri etmişdir. O da bunu görüb qorxduğu üçün dərhal atasını geriyə çəkib itələmiş və Ağaəli onu da nalayiq ifadələrlə təhqir edərək, niyə özünə mane olduğunu deyib bıçaqı boğaz nahiyəsinə tərəf hərəkət etdirdiyi üçün o, geriyə çəkilmiş və sağ əlini qabağa verərək əli ilə bıçağı geriyə itələmişdir. Həmin zaman bıçaq onun sağ əlinin çeçələ barmağının bayır səthini kəsmişdir. Anası atasını evin qapısından içəriyə salanda bayılmış və döşəməyə yıxılmış, dili qatlanmış, o da bunu görən kimi anasına kömək etməyə başlamışdır. Həmin zaman Xədicə də Ağaəlini sakitləşdirməyə çalışmışdır. Ağaəli ünvanlarına nalayiq ifadələri söyməyə davam etdiyi üçün əmisi Əkbər də Ağaəliyə tərəf yaxınlaşıb buna öz etirazını bildirmişdir. Lakin bundan sonra onun başı anasının vəziyyətinə qarışdığı üçün dayanmadan təcili tibbi yardıma və polisə zəng edib kömək istəmişdir. Həmin zaman Ağaəli həyətdə “arvadımın intqamını alacam, başına bir iş gəlsə, hamısını doğrayacam” deyə qışqırmışdır. Bir qədər sonra polis əməkdaşlarından gəlmələrini və kömək etmələrini istədiyi zaman onunla danışan 27-ci Polis bölməsinin əməkdaşı ona “Nizami” metrostansiyasının yaxınlığında da bir nəfərin bıçaq xəsarəti aldığını, həmin məsələ ilə məşğul olduqlarını, dərhal gələ bilməyəcəklərini demişdir. Bir qədər sonra polis əməkdaşları həyətlərinə gələrək əmisi Əkbərin nələri olduğunu soruşmuşlar və əmisi olduğunu bildikdən sonra Əkbərin bıçaqlandığı və təcili yardım maşını ilə Sabunçu xəstəxanasına aparıldığı barədə bildirmişlər. Eyni zamanda, məlum olmuşdur ki, Xədicənin də bıçaq xəsarəti aldığı, lakin çağırdıqları təcili yardım həkimləri sonuncunun xəsarətinin ciddi olmadığını bildirib ağır vəziyyətdə olan anasını xərəyin üzərinə qoyub işlədiyi “Real Hospital”a aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, əmisi Əkbərin döş qəfəsinin sol qabaq nahiyəsində daxilə nüfuz edən bıçaq yarası olduğu üçün çoxlu qan itirmiş və 3 saylı Şəhər Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı olunaraq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, o, anadan olduğu dövrdən ünvan 3 ünvanda yaşayır. Həmin həyətdə bir mənzildə lakin ayrı-ayrı otaqlarda o, bacısı Rəhilə, qardaşı Etibar, sonuncunun arvadı Rəna və qızı Samirə yaşayırlar. Digər mənzildə isə ögey xalasının oğlu Təqsirləndirilən şəxs və arvadı Şahid3 yaşayırlar. Həmin həyətdə ayrıca mənzildə Könül adlı qadın və Əli adlı azyaşlı oğlu yaşayırlar. Ağaəli həmişə onunla baba mülkiyyətləri üstündə münaqişəli olmuş, mütəmadi və davamlı olaraq onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. 2003-2004-cü illərdən Ağaəli onları məhkəmələrə salıb həyətin çox hissəsinə yiyələnmişdir. Lakin buna baxmayaraq, Ağaəli və Xədicə yenə də onları bezdirməyə davam etmişlər, ara-sıra aralarında mübahisələr və münaqişələr baş vermişdir. 26 iyul 2020-ci il tarixdə təxminən saat 20:30-dan sonrakı vaxtlarda o, qardaşı Etibar, sonuncunun arvadı Rəna və qızı Samirə evdə olduqları zaman həyətdən ünvanlarına söyüş söyüldüyünü eşitmişdir. Həmin zaman Ağaəli onları söyərək Etibarı həyətə çağırmış, Etibar da məcbur olub bayıra çıxdıqdan sonra aralarında mübahisə etmişlər və sonra o da dalınca çıxmışdır ki, qardaşı Etibar xəstə olduğu üçün Ağaəli Etibarı döyməsin. Həmin zaman Rəna ilə Samirə Etibarı dilə tutub evə qayıtmışar, o, həyətdə qalmışdır. Bu zaman Ağaəli ona tərəf hücum çəkmiş, Xədicə də ona yaxınlaşıb qolundan tutmuşdur. Həmin şəraitdə, o gözləmədiyi anda Ağaəli qəflətən döş qəfəsinin qabaq sol tərəfinə zərbə vurmuş, ağrı hiss etmiş, lakin fikir verməmiş, əvvəlcə bıçaqla vurulduğunu başa düşməmişdir. Həmin zaman qonşular Ağaəlini ondan kənara çəkmişlər, o, həyətdən küçəyə çıxanda əli ilə yoxlayıb döş qəfəsindən qan axdığını aşkar etmişdir. O, bir qədər ayaq saxlayıb, ciddi yara olmadığını fikirləşmiş, ona görə də oradan gəzə-gəzə “Nizami” metrostansiyasına tərəf getmişdir. Həmin yerdə halı pisləşmiş və orada yığılmış insanlar onun üçün təcili tibbi yardım çağırmışlar. Həkimlər ora gəldikdən sonra onu xəstəxanaya aparıb əməliyyat edərək reanimasiya şöbəsinə yerləşdirmişlər. O, 23 gün xəstəxanada müalicə almışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 Tapdıq oğlu məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda ailə üzvləri, yəni həyat yoldaşı Şahid1, qızı Zərərçəkmiş şəxs2, bacısı Şahid2 və qardaşı Zərərçəkmiş şəxs1la birlikdə yaşayır. Eyni zamanda, həmin həyətdə öz mənzillərində ögey xalasının oğlu Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı Şahid3 da yaşayırlar. Bundan başqa, həmin həyətdə bir başqa ailə də, yəni Könül Atamaliyeva adlı qadın öz azyaşlı oğlu Əli ilə birlikdə yaşayırlar. O, Rəna və qardaşı Əkbər müxtəlif xəstəliklərdən əziyyət çəkir və İİ qrup əlildirlər. O, onkoloji xəstədir, Rənanın baş beyinində iltihab vardır, mütəmadi olaraq təzyiq və sair problemlərdən əziyyət çəkirlər, qardaşı Əkbər isə “debillik” diaqnozu ilə əlildir. Sözügedən həmin ümumi həyət əvvəl ata mülkləri olmuş, daha sonra, yəni təxminən 2003-2004-cü illərdə Ağaəli ümumi mülkə sahibliklə bağlı onlarla məhkəmələrdə çəkişməyə başlamış və son nəticədə bir hissəsini öz adına keçirə bilmiş, onlarda yalnız bir pay qalmışdır. Ağaəli və arvadı Xədicə mütəmadi olaraq cüzi səbəblərə görə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmiş, daim onlarla münaqişə etmişlər. Həmçinin Xədicə və Ağaəli bir neçə dəfə Əkbəri vurmuşlar, hətta 2019-cu ilin iyul ayının 12-də Ağaəli bıçaqla Əkbərin üz nahiyəsini də kəsmiş, sonuncu X6 müraciət etmiş və yarasına tikişlər qoyulmuşdur, lakin Əkbər həmin zaman sonuncudan şikayətçi olmadığı üçün həmin məsələnin üstünə düşməmişlər. Buna baxmayaraq münaqişəli vəziyyət daha sonra da davam etmişdir. 26 iyul 2020-ci il tarixdə axşam vaxtlarında o və ailə üzvləri evdə olmuşlar, orucluq ayı olduğu üçün Rəna və Samirə axşam namazı qılmağa başlamışlar, Əkbər mətbəxdə olmuş, o da dəhlizdə əyləşib televizora baxmışdır. Bu zaman, təxminən saat 20:30 radələrində həyətin qapısı bərkdən çırpılmış və həyətdən söyüş səsləri gəlməyə başlamış, Ağaəli uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib təhqir etməklə onun bayıra çıxmağını tələb edib çığırmışdır. O, mənzildən evlərinin qarşısındakı meydançaya çıxmış və Ağaəliyə irad tutmuşdur ki, ağzının danışığına fikir versin. O, evlərinin pilləkənlərinin yuxarısında, Ağaəli isə aşağı tərəfində dayanıb mübahisə edən vaxt Rəna və dalınca Samirə də səs-küyə evdən çıxmışlar. Ağaəli onu alçaldıcı ifadələrlə təhqir edərək təkbətək söhbət etmək üçün küçəyə çıxmağını tələb etsə də, o çalışmışdır fikir verməsin, çünki Ağaəlinin davranışından və danışığından açıq sərxoş olduğu görünmüş, həmçinin əlində də bıçağı sağa-sola oynatmışdır. O, Ağaəlinin həmin zaman qaydasında olmadığını görüb ona yaxın getməmiş, lakin Ağaəli onu təhqir etməyə davam etdiyi üçün Rəna Ağəliyə üz tutub “xalaoğlu, piyansan, lazım deyil, xahiş edirəm get yat ayıl, sonra söhbət edərsən” deyə bildirmişdir. Buna cavab olaraq Ağaəli Rənanı da nalayiq ifadələrlə təhqir etmiş və o da məcbur olaraq onun söyüşlərini özünə qaytarmışdır. Həmin zaman Ağaəli daha da qızışmış və ona tərəf bir-iki pillə yuxarıya qalxıb yaxınlaşmışdır ki, onu vursun, lakin qızı Samirə özünü qabağa verib onu geriyə çəkmiş və Ağaəlinin qarşısını kəsmişdir. Həmin zaman Ağaəli Samirəni də təhqir etmiş və əlindəki bıçaqla qızının sağ əlini cızıb kəsmişdir. Bundan sonra Rəna qəflətən qapının önündə yerə yıxılıb bayılmış və yerdə qalmışdır. Ona görə də Samirə ilə o, daha Ağaəliyə fikir verməmiş və başları Rənaya qarışmış, Rənanı qaldırıb evdə uzatmışlar. Ağaəlinin arvadı Xədicə ərini nə qədər sakitləşdirməyə çalışsa da, Ağaəli Xədicəyə də fikir verməmiş, onları söyməyə davam etmişdir. Daha sonra onlar evdə olduqları zaman Ağaəli səs-küyə bayıra çıxmış, Əkbərlə həyətin içərisində sözlə mübahisə etməyə başlamışlar, çünki Əkbər Ağaəliyə tərəf yaxınlaşıb onların ünvanlarına söydüyü söyüşlərə görə narazılığını bildirib söyüşlərini cavablandırmış, oradan Xədicənin də səsi gəlmiş, lakin onların başları Rənaya qarışdığı üçün daha Ağaəliyə fikir verməmişlər, təcili tibbi yardıma və polisə zəng edib kömək istəmişlər. Ağaəli isə həyətdə qışqırıb hədə-qorxu gəlməyə davam etmişdir. Bir qədər sonra həyətə polis əməkdaşları gələrək Əkbərin nələri olduğu ilə maraqlandıqda onlara məlum olmuşdur ki, evdə başları Rənaya qarışdıqları zaman Ağaəli Əkbəri bıçaqla vurmuş və Əkbər yaralı vəziyyətdə bir tin aşağıya gedərək “Nizami” metrostansiyasının yanında qan içərisində yıxılmışdır. Sonra həyətə Xədicənin çağırışı ilə gələn həkimlər Xədicənin deyil, Rənanın ağır vəziyyətdə olduğunu görüb təcili yardım maşını ilə Samirənin işlədiyi “Real Hospital”a aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, Əkbəri və Xədicəni də xəsarətləri olduğu üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanadan isə ona məlum olmuşdur ki, qardaşı Əkbərin döş qəfəsinin sol qabaq nahiyəsində daxilə nüfuz edən bıçaq yarası olduğu üçün çoxlu qan itirmiş və cərrahiyyə əməliyyatı olunaraq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdir. Sonra Xədicə yalandan polisə güya özünün da onlardan kimsə tərəfindən bıçaqla vurulub xəsarət yetirildiyi barədə məlumat vermişdir. Lakin bu həqiqətə uyğun deyil, çünki onun ailə üzvlərindən heç kim Xədicəyə əlini belə vurmamış, çünki həmin münaqişə zamanı Ağaəlidən başqa heç kimin əlində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs3 Tapdıq oğlu məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Şahid2 Tapdıq qızı məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda qardaşları Əkbər və Zərərçəkmiş şəxs3larla, eləcə də sonuncunun həyat yodaşı Şahid1 və qızı Samirə ilə birlikdə yaşayır. Eyni zamanda, həmin həyətdə öz mənzillərində onun ögey xalası oğlu Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı Şahid3 da yaşayırlar. Eyni zamanda, həmin həyətdə bir başqa ailə də, yəni Könül adlı qadın azayaşlı oğlu Əli ilə birlikdə yaşayırlar. Qardaşları Əkbər və Etibar müxtəlif xəstəliklərdən əziyyət çəkir və əlillik dərəcələri vardır. Əvvəllər həmin ümumi həyətin yarısını onun atası öz pulu ilə almış, qalan yarısı isə ümumi baba mülkləri olmuşdur. Daha sonra, təxminən 2003-2004-cü illərdən Ağaəli ümumi baba mülkünə sahibliklə bağlı onlarla dava etməyə başlamış və son nəticədə Ağaəli öz adına keçirə bilmişdir, onlarda yalnız atasnın aldığı pay qalmışdır. Ağaəli və arvadı Xədicə mütəmadi olaraq cüzi səbəblərə görə onu və qardaşlarını nalayiq ifadələrlə təhqir etmiş, daim onlarla münaqişə etmiş və yaşadıqları həyətdən bezdirmək istəmişdir. Xədicə və Ağaəli bir neçə dəfə Əkbəri vurmuşlar, hətta 2019-cu ilin iyul ayının 12-də Ağaəli bıçaqla Əkbərin üz nahiyəsini kəsmişdir, xəstəxanada Əkbərin həmin yarasına tikişlər qoyulmuşdur, lakin Əkbər şikayətçi olmadığı üçün həmin məsələnin üstünə düşməmişlər. 26 iyul 2020-ci il tarixdə o, səhərdən iş yerində olmuş, axşam saat 21-dən sonrakı vaxtlarda qardaşı qızı Samirə ona zəng edərək telefonla “Ağaəli içkili vəziyyətdə Əkbər əminı bıçaqlayıb, hamımızı bıçaqla hədələyir, küçəyə çıxa bilmirik, qorxuruq, əmimi tanıyan insanlar gəlib səni axtarırlar ki, hardasan, Əkbər “Nizami” metrosunun yanında qan içində pis vəziyyətdədir” deyə xəbər vermişdir. O, işdən icazə alıb evə gələndə Etibarın yoldaşı Rənanın hüşsuz vəziyyətdə tibb işçləri tərəfindən xərəklə təcili tibbi yardım maşınına tərəf aparıldığını görmüşdür. Məlum olmuşdur ki, sonuncu hipertonik krizis keçirmişdir. O, nə baş verdiyi ilə maraqlandıqda ona məlum olmuşdur ki, bir qədər əvvəl Ağaəli sərxoş vəziyyətdə küçədə Etibarın ünvanına nalayiq ifadələr çığıra-çığıra həyətə daxil olmuş, həmin zaman evdə Əkbər, Etibar və arvad-uşaqları olmuşlar. Ağaəli ailə üzvlərini nalayiq ifadələrlə təhqir edərək bayıra söhbət etməyə çıxmalarını tələb edərək hədə-qorxu etdiyi üçün Etibar, dalınca da qalan evə olanlar həyətə çıxmışlar. Həmin zaman Ağaəlinin əlində bıçaq olmuş və sonuncu həmin bıçaqla Etibarı vurmaqla hədələmiş, ona görə də qızı Samirə atasını qorumaq üçün qabağa keçmişdir, Ağaəli isə bıçağı sonuncuya tərəf hərlədiyi zaman Samirə geriyə çəkildiyi üçün bıçaq boyun nahiyəsinə yaxın keçərək Samirəyə dəyməmişdir. Sonra arvadı Etibarı evə qaytarmış, lakin Ağaəli təhqir etməyə davam etmiş və həyətə çıxmağı tələb etmişdir. Ağaəli vəfat etmiş valideynlərinin ünvanına söyüşlər söydüyü üçün bu dəfə Əkbər həyətin qarşısına çıxmışdır. Daha sonra Ağaəli Əkbəri bıçaqla vurmuş və sonuncu çıxıb metroya tərəf getmişdir və digər insanlar bayırdan gələrək Əkbərin metronun yanında qan içində olduğunu bildirmişlər. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 1989-cu ildə el adəti ilə ailə qurmuş, lakin 2005-ci ildə dövlət orqanında nikahlarını rəsmiləşdirmişlər. O, Ağaəli ilə ailə qurduğu dövrdən onun yaşayıb-böyüdüyü ünvan 4 ünvanda yaşayır. Onlardan başqa həmin həyətdə Əkbər və Zərərçəkmiş şəxs3 qardaşları, sonuncunun bacısı Rəhilə, həyat yodaşı Şahid1 və qızı Samirə bir mənzildə, digər mənzildə isə Könül adlı qadın azyaşlı oğlu Əli ilə birlikdə yaşayırlar. Əri Ağaəli ilə Etibargil ögey xala oğludurlar, ona görə də həmin həyətdə mülkiyyətin bölünməsi ilə bağlı 2003-2004-cü ildən 2017-ci ilədək mütəmadi olaraq aralarında münaqişələr baş vermiş, məhkəmə çəkişmələri olmuşdur. Hətta 2005-ci ilin oktyabr ayının 10-da həmin ünvanda Etibargil ailəliklə üstlərinə düşərək onu döyərək xəsarət yetimişlər, işlərinə sonda məhkəmədə baxılaraq Ağaəliyə və Rəhiləyə cərimə kəsilmişdir. Beləliklə, həmin dövrlərdən hazıradək onlar daim münaqişə içərisindədirlər, daim onları nalayiq ifadələrlə təhqir edib təhdid etmişlər, yaşayışlarını qara etmişlər və əl çəkmək niyyətləri olmamışdır. 26 iyul 2020-ci il tarixdə saat 20:30-21:00 vaxtları arasında o, evdə olduğu zaman Ağaəli şahmat qutusunu qoltuğunda tutub evə gəlmiş, bir qədər də içkili olmuşdur. Həmin zaman Etibar bayırda oturmuşdur. Ağaəli Etibara irad tutmuşdur ki, ayıbdır, bəsdir də söyüş-təhqirlər edirsiniz, belə yaşamaq olmur, daha sonra aralarında sözlə mübahisə yaranmış, bir-birini təhqir etmişlər. Həmin zaman Etibarın qızı Samirə evdən çıxaraq Ağaəliyə hücum çəkib niyə atasına “oğraş” dediyini bildirib yumruqla başına vurmuş, bundan sonra orada münaqişə başlamışdır. O, Ağaəlini kənara çəkməyə başlamış, Etibarın arvadı və qızı sonuncunu öz evlərinə çəkmiş, həmin zaman Əkbər də Ağaəliyə hücum çəkib yumruqla ağız nahiyəsinə vurmuş, yerə yıxmaq istəmiş, o da aralarına girib aralaşdırmış, Ağaəlini kənara çəkəndə arxadan belinin aşağı sol hissəsinə zərbə dəydiyini hiss etmiş və həmin zaman arxasında Əkbər və Samirənin olduğunu görmüş, kimin vurduğunu bilməmiş, sonra görmüşdür ki, həmin yerdən qan axır. O, Ağaəlini evə çəkərək Əkbərin və ya digərlərinin hara getmələrinə fikir verməmişdir. Bundan sonra o, təcili yardım stansiyasına zəng edərək kömək istəmişdir. Sonra təcili yardım maşını ilə onu Sabunçu xəstəxanasına aparıb yarasına tikiş qoymuşlar. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs3, qızı Zərərçəkmiş şəxs2, baldızı Şahid2 və qaynı Zərərçəkmiş şəxs1la birlikdə yaşayır. Həmçinin həmin həyətdə öz mənzillərində ərinin ögey xalası oğlu olan Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı Şahid3, digər qonşu Könül adlı qadın azyaşlı oğlu Əli ilə birlikdə yaşayırlar. Əri Etibar və qaynı Əkbər müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və İİ qrup əlildirlər. Təxminən 2003-2004-cü illərdən Ağaəli əvvəllər böyüklərinin ümumi mülkü olmuş yaşadıqları həyətə sahibliklə bağlı onlarla məhkəmə çəkişmələrinə başlamış və sonda məqsədinə nail olaraq həyətin bir hissəsini öz adına keçirə bilmiş, onlarda yalnız bir pay qalmışdır. Könülə də yaşadığı mənzili sonra Ağaəli satmışdır. Həmin dövrdən Ağaəli və arvadı Xədicə mütəmadi olaraq cüzi səbəblərə görə onları nalayiq ifadələrlə təhqir etmiş, daim münaqişə yaratmışlar. Xədicə və Ağaəli bir neçə dəfə hətta Əkbəri də vurmuşlar, bir dəfə isə 2019-cu ilin iyul ayında Ağaəli bıçaqla Əkbərin üz nahiyəsinə xəsarət yetirmişdir, lakin Əkbər həmin zaman Ağaəlidən şikayətçi olmamışdır. Beləliklə də, münaqişəli vəziyyət sonra da davam etmiş və sonda ağır hadisəyə səbəb olmuşdur. Belə ki, 26 iyul 2020-ci il tarixdə axşam vaxtlarında o və ailə üzvləri evdə olmuşlar, orucluq ayı olduğu üçün iftar süfrəsini düzərək qızı Samirə ilə axşam namazını qılmağa başlamışlar. Həmin zaman Etibar dəhlizdə əyləşib televizora baxmış, Əkbər isə özünün qaldığı ayrı otağında olmuşdur. Təxminən saat 20:30-dan sonrakı vaxtlarda o, Samirə ilə namazı qılarkən, Ağaəlinin uca səslə ünvanlarına nalayiq ifadələr işələdib təhqir etdiyini eşitmişdir. Etibar Ağaəlinin sözlərinə görə mənzilin qapısının önündəki meydançaya çıxmış və Ağaəli ilə sözlə mübahisə etməyə başlamışlar. Ağaəli təhqiramiz söyüşlərlə Etibarı söyərək küçəyə çıxmasını tələb etmişdir. O, Samirə ilə birikdə tez duraraq sonunculara tərəf yaxınlaşmış və Ağaəlinin sərxoşluq vəziyyətdə dava axtardığını görmüşdür. Etibar Ağaəliyə baş qoşmaq istəməmiş və pilləkənlərin yuxarı hissəsində durduğu yerdən tərpənməmişdir. O, bunu görərək Ağaəlidən dönədönə xahiş etsə də ki, sərxoşdur, lazım deyil qanqaraçılıq salmağa, getsin evlərinə sonra Etibarla söhbət edərlər, buna cavab olaraq Ağaəli onu də təhqir etmiş və hamısını yortacağı ilə hədələmişdir. O, Xədicədən də dönə-dönə xahiş etmişdir ki, Ağaəlini sakitləşdirib evinə aparsın, lakin Xədicə də Ağaəlinin öhdəsindən gələ bilməmişdir. Həyacandan onun başı kəskin ağrımağa başlamış və Samirə də Etibarı geriyə çəkərək Ağaəlinin qarşısını kəsmişdir ki, Ağaəli əl çəksin. Ağaəli Samirəni də nalayiq ifadələrlə təhqir edərək hədə-qorxu gəlmiş, Samirəyə və Etibara əl-qol atmışdır. Lakin buna baxmayaraq Samirə ilə o, Etibarın qollarından tutaraq yaşadıqları mənzilin içərisinə salmağa başlamışlar. Bu zaman qəflətən o, hüşunu itirmiş və bir qədər sonra ağır vəziyyətdə uzanmış halda ayılmışdır. Bir qədər sonra təcili yardım həkim briqadası evə gələrək onu qızının işlədiyi “Real Hospital”a aparmışlar. Sonra ona məlum olmuşdur ki, Ağaəli həmin mübahisə zamanı bıçaqla Samirənin əlini də kəsmiş, daha sonra isə söyüşlərinə etiraz etməyə çıxmış Əkbəri də sinəsindən bıçaqla vurub xəsarət yetirmişdir. Həmin zaman keçirdiyi qorxu və stresdən təzyiqi qalxdığı üçün hüşunu itirdiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nə ilə və hansı şəraitdə xəsarət yetirdiyini görməmişdir. Şahid X3 məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanda ailə üzvləri ilə yaşayır. Cabbar Qaryağdıoğlu, yəni keçmiş Sereteli küçəsi, 31 saylı həyət onun yaşadığı ünvanın qonşuluğunda yerləşir. Həmin həyətdə Ağaəli kişi, Əkbər və Etibar qardaşları ailə üzvləri ilə birlikdə yaşayırlar. 26 iyul 2020-ci il tarixdə saat 20:00-21:00 arası o, evdə olduğu zaman həmin həyətdə səs-küy, münaqişə səslərini eşidərək ora yaxınlaşmış və Etibar kişi ilə Ağaəli kişinin arasında sözlə mübahisənin baş verdiyini görmüşdür. Həmin zaman Əkbəri orada görməmişdir. O, bir qonşu kimi Ağaəli kişini sakitləşdirməyə çalışmış, hətta onu kənara çəkmək istəmiş, lakin Ağaəli ona fikir vermədiyi üçün oradan çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Ağaəli kişi bıçaqla Əkbərə xəsarət yetirib. Həmin münaqişə zamanı o, kimin kimə xəsarət yetirdiyini şəxsən görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.07.2020-ci il tarixli sərxoşluq hallarınn bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 26.07.2020-ci il tarixli hadisə yerinə baxİş keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri - Təqsirləndirilən şəxs yaşıdığı ünvan 3 ünvanda yerləşir, həmin yaşayış sahəsindən üzərində qana bənzər ləkələr olan bir ədəd açılıb-qatlanan bıçaq götürülmüşdür (cild 1, iş vərəqi 14-20). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.07.2020-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 26.07.2020-ci il tarixdə hadisə yerindən, yəni Təqsirləndirilən şəxs yaşadığı ünvandan hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd açılıb-qatlanan bıçaq dəstək və tiyədən ibarət olmaqla ümumi uzunluğu 17 sm-dir, gümüşü rəngdə metaldandır, dəstəyinin uzunluğu 9,5 sm, eni 2,5 sm-dir, tiyəsinin uzunluğu 7,5 sm-dir, dəstəyə birləşən yerdə eni 2 sm oLmaqla ucu şişdir. Bıçaq prujinli düymə vasitəsilə açılır. Bıçağın dəstəyinin bir tərəfində qəhvəyi rəngdə plastik örtük vardır, əks tərəfində isə kəmərə taxmaq üçün nəzərdə tutulmuş metal detal bərkidilmişdir. Baxış zamanı bıçağın tiyəsinin üzərində uc hissəsində qana bənzər qurumuş ləkənin olduğu aşkar olunmuşdur. Baxışın iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bıçaq cib bıçağı olmaqla ona məxsusdur, 26.07.2020-ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı o, həmin bıçaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinə bir dəfə vuraraq xəsarət yetirmiş və tiyəsini yumadan kənara qoymuşdur ki, polis əməkdaşlarına təqdim etsin (cild 1, iş vərəqi 53-54). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.07.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, almış olduqları xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olduqdan sonra Zərərçəkmiş şəxs1 əynindən çıxarılmış, ön tərəfi qana bənzər maddəyə bulaşmış, ön sol səthinin orta səviyyəsində bir ədəd zədə (kəsik) müşahidə edilən bir ədəd qarışıq rəngli parçadan “Langzi” markalı qısaqol köynək və Şahid3 əynindən çıxarılmış arxa sol səthinin qurşaq hissəsinə yaxın səviyyədə qana bənzər ləkəsi və bir ədəd zədə (kəsik) müşahidə edilən bir ədəd qarışıq rəngli parçadan qısaqol don (xələt) həmin xəstəxanadan götürülmüşdür (cild 1, iş vərəqi 57-60). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 01.09.2020-ci il tarixli, 699 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – döş qəfəsinin sol ön-yan səthində İV qabırğaarası səviyyədə yerləşmiş plevra boşluğuna nüfuz edərək sol ağciyərin orta payını zədələmiş 1(bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən, ola bilsin ekspertizaya təqdim edilmiş bıçaqla va ya ona oxşar bıçaqla törənməsi mümkundür, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.07.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 175- 177). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 14.08.2020-ci il tarixli, 639 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - sağ əlin V barmağının əsasının səthi kəsilmiş yarası iti uca və ya kənara malik əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilməsi mümkündür, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26.07.2020-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət oldğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 156-158). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 27.08.2020-ci il tarixli, 640 saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Şahid3 Daxil qızının almış olduğu xəsarət - sol bel nahiyəsinin boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) tərəfindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26.07.2020-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 167-169). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 27.08.2020-ci il tarixli, 587 saylı rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs almış olduğu xəsarət – qarının ön səthinin səthi deşilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26.07.2020-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 171-173). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə tibbibioloji və tibbi-kriminalistik ekspertizasının 12.10.2020-ci il tarixli, 737/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus köynək, Şahid3 məxsus xalat üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda bıçaq, Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində ləkələrdə A,H antiqenləri alındı. Belə olan halda bu qan ləkələri A-beta/H/İT/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər (onun qanında müşayiətçi H antigeni olduğu halda). Ləkələrdə O/İ/ qruplu Şahid3 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür (cild 1, iş vərəqi 213-216). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə tibbibioloji və tibbi-kriminalistik ekspertizasının 20.10.2020-ci il tarixli, 474/2020-MTKŞ saylı ekspert rəyindən və fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön sol səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin bütün səthində qan ləkələri aşkar olundu. Bu qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş bıçağın sağ səthində, tiyəsinin iti kənarında qan ləkələri aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 218-221). İşdə olan 04.01.2005-ci il tarixli Ruhi-Əsəb xəstəlikləri dispanserinin arayışından görünür ki, Zərərçəkmiş şəxs1 1982-ci ildən dispanserdə konsultativ qeydiyyatdadır (cild 1, iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16.09.2020-ci il tarixli, 1831 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yüngül kəmağıllılıq (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Zərərçəkmiş şəxs1 ona qarşı törədilən hərəkətləri düzgün qiymətləndirmək və onları təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 210-211). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 29.09.2020-ci il tarixli,1944 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 231- 232). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 26.10.2020-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini, hadisə yerini əyani surətdə göstərməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 235-238). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.11.2020-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində göstərməklə əyani surətdə təsdiq etmişdir (cild 2, iş vərəqi 19-22). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.11.2020-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini, hadisə yerini əyani surətdə göstərməklə bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 41-44). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.10.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirlmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha Şahid3 üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 239-241). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.10.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirlmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 243-246). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.10.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirlmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha Şahid3 üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 248-250). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.10.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 2, iş vərəqi 1-3). İşdə olan 20.08.2020-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar (cild 1, iş vərəqi 132 cild 2, iş vərəqi 65, 78). İşdə olan maddi sübut kimi tanınması haqqında 05.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus köynək, Şahid3 Daxil qızına məxsus bir ədəd qadın donu və bir ədəd açılıb-qatlanan bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 107). İşdə olan 21.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisəyə, Zərərçəkmiş şəxs1 xahişi ilə CPM-nin 39.1.8-ci maddəsi ilə onun şikayəti cinayət təqibinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 143-144). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 162). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır, “xxxx” ASC-nin Avtonəqliyyat Xidmətində sürücü işləyir. İş yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 149-150, 152-153). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2002-ci il tarixli 1 saylı Qərarının 5-ci və 6-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq etməməsi, Zərərçəkmiş şəxs2 barmağını kəsməməsi, Samirənin əlindəki bıçaq izinin hadisədən əvvəl olması, bunu ona Samirənin anasının deməsi, onun Zərərçəkmiş şəxs3 Tapdıq oğlu ilə sözlə mübahisə edərək ona heç bir zərər vurmaması və sonuncunu zərəçəkmiş şəxs olaraq qəbul etməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya hesab edilən bıçaq tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən, habelə ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə zor tətbiq edib müqavimət göstərməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi, həmçinin xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır və ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27.07.2020-ci il tarixdə tutulmuş, 28.07.2020-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 41-42, 90-94; cild 2, iş vərəqi 35-38). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 27 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus köynək, Şahid3 Daxil qızına məxsus bir ədəd qadın donu və bir ədəd açılıb-qatlanan bıçaq məhv edilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 adından onların nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi və mənəvi zərərə görə təqsirləndirilən şəxsə qarşı 15000 (on beş min) manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 01.01.2021-ci il tarixli ilk baxış iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 isə mülki iddiaçı qismində tanınması haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə müəyyən edir ki, zərərçəkmiş şəxslərin nümayəndəsinin verdiyi mülki iddia qeyri-müəyyəndir, yəni tələb edilən 15000 (on beş min) manat məbləğin hansı hissəsinin maddi ziyana aid edilməsi, hansı hissəsinin çəkilmiş və ya çəkilməli xərclərə aid edilməsi ərizədə göstərilməmiş, həmçinin mənəvi ziyana aid hissəsi müəyyən edilməmiş, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Təqsirləndirilən şəxs etdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərin hər birinin maddi və mənəvi zərərə aid çəkmiş olduğu xərclər barədə məhkəməyə heç bir sənəd və ya qəbz, yəni sübut təqdim etməmişlər. Bu səbəbdən hazırkı icraatda mülki iddianın ədalətli şəkildə həll edilməsi mümkün deyildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslərin nümayəndəsinin bu iş üzrə verdiyi mülki iddiası baxılmamış saxlanılmalı və onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus köynək, Şahid3 Daxil qızına məxsus bir ədəd qadın donu və bir ədəd açılıb-qatlanan bıçaq məhv edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 adından onların nümayəndəsi, vəkil Nümayəndə vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Tapdıq oğlu və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi, vəkil Nümayəndə mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar