Məhkəmə qərarları › İş №1(101)-732/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-732/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-732/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 may 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2304,618 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq 5,281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 09 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında narkotik vasitə heroinin külli miqdarda 2,240 qram çəkidə hissəsini və 5,281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı aralarında olan razılaşmaya əsasən satışını həyata keçirib qazanc əldə etmək məqsədilə qrupun üzvü Təqsirləndirilən şəxs2 verdikdən sonra, narkotik vasitə heroinin bir bükümdə, külli miqdar təşkil edən 2,378 qram hissəsini üzərində, külli miqdar təşkil edən qalıq 2300 qram hissəsini isə yaşadığı ünvan 4 ünvanda saxlamış, həmin tarixdə Səbail rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:15-də ünvan 6 ünvanın qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə külli miqdarda təmiz çəkisi 2,378 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 13 iyul 2021-ci il tarixdə saat 12:55-də Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21, mənzil 46 ünvanında axtarış keçirilən zaman yataq otağında olan çarpayının altından satış məqsədilə əldə etdiyi külli miqdarda 2304,618 qram çəkidə narkotik vasitə heroinin bir ədəd sellofan bükümdə 2300 qram təşkil edən hissəsi və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21, mənzil 46 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,240 qram çəkidə narkotik vasitə heroini və bir bükümdə şəxsi istehlak miqdarından artıq 5,281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, həmin tarixdə Səbail Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:15-də ünvan 8 ünvanın qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindəki bir ədəd “Want” markalı siqaret qutusunun içərisindən satış məqsədilə əldə etdiyi bir bükümdə təmiz çəkisi 2,240 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi şəxsi istehlak miqdarından artıq 5,281 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Мəhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Əliyullu oğlu ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 9 ünvanda yaşayır. O, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. Lakin, son vaxtlar o, narkotik vasitədən istifadə etmir. Eləcə də o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 tanımışdır. Nəriman avtomobil dayanacağında işləmişdir. Lakin, onun Nərimanla heç bir münasibəti olmamışdır. 12 iyul 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21 ünvanında olarkən, bir neçə nəfər polis əməkdaşı evə gəlib onu Səbail Rayon Polis İdarəsinə aparmışlar. Onu apararkən onun əynində alt paltarları olmuş, polislər onun əyninə paltar belə geyinməyə imkan verməmişlər. Orada üzərinə baxış keçirilmişdir. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Бaxış keçirilərkən tanımadığı polis əməkdaşları üzərinə narkotik vasitə qoymuşlar. Eləcə də yaşadığı evə baxış keçirilən zaman da anasının yatdığı otaqda döşəyin altına narkotik vasitəni də adlarını bilmədiyi polis əməkdaşları qoymuşlar və demişlər ki, narkotik vasitəni üzərinə götürsün, yoxsa sonra ona və ailəsinə pis olacaq, o, məcbur olub kamera qarşısında narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. O, təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs2 ərəblərə satması üçün narkotik vasitə verməmiş, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs2lə telefon danışığı olmamışdır. Onun istifadəsində ***-***-**- ** nömrəli telefon olmuşdur. Onu polislər evdən apranda anası, qardaşı, arvadı evdə olmuşlar. Evdə axtarışda olanda polislər özləri anasının yatdığı otaqda döşəyin altına narkotik vasitə qoymuşlar. Elan olunmuş cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan telefon danışıqlarını əks etdirən diskə baxış protokoluna əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hal hazırda ona məlum olmuşdur ki, onunla Nəriman arasında telefon danışığı olmuşdur. Üzərinə baxış videoçəkilişlə olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 109-110-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasına oxşamır. O, istintaq zamaını hansısa sənədə imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 112-115 və 1-ci cild 156-159-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...12 iyul 2021-ci il tarixdə saat 20 radələrində yaşadığım Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanının yaxınlığında dayanan zaman iki nəfər əvvəllər tanımadığım şəxslər mənə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər və bir qədər söhbət etdikdən sonra məni Səbail RPİ-nə dəvət etdilər. Mən də etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyim Polis İdarəsinə gəldim və orada olan otaqların birində hüquqlarımı müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edildi, hüquq və vəzifələrim izah olunduqdan sonra üzərimə videoçəkilişdən istifadə edilməklə baxış keçirildi. Baxış zamanı mən könüllü olaraq əynimdə olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etdim və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdim. Bildirirəm ki, üzərimdən aşkar edilmiş həmin heroini 40 manata satmaq məqsədi ilə üzərimdə saxlamışdım. ...Mən bir neçə dəfə Nərimana narkotik vasitə olan heroin və adını şüşə kimi bildiyim psixotrop maddə satmışam. 09 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində mən özümə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Nərimanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, yaşadığım ünvana gəlməsini ona dedim. Az sonra Nəriman mənim yaşadığım ünvana gəldi və mobil telefonuma zəng edib bildirdi ki, yaşadığım binanın blokunun qarşısındadır. Bir neçə dəqiqədən sonra yaşadığım mənzildən çıxıb Nərimanın yanına gəldim və Nərimana psixotrop maddə lirika, narkotik vasitə olan heroin və marixuananı verib bildirdim ki, getsin işlədiyi yerə, ərəb turist gəlib həmin maddələri ondan götürəcəkdir. Həmin vaxt Nərimana dedim ki, bu işin əvəzində ona özünün istifadə etməsi üçün narkotik vasitə olan heroin verəcəyimi dedim. Nəriman da mənə öz razılığını bildirdi və ona verdiyim lirika, heroin və marixuananı götürüb işlədiyi dayanacağa tərəf getdi. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Azər Həsəniv bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminan 1 il olar ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni Kubinka deyilən yerdən tanımadığı şəxslərdən alıb özü istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 1-də yerləşən "Xəqani" bağının yaxınlığında dayanacaqda nəzarətçi işləmişdir. Orada dayanan avtomaşınlardan pul almış, yığılan pulları öz ehtiyaclarına xərcləmişdir. Gün ərzində təxminən 40 manat qazancı olurmuş. Həmin pulun 10-15 manatını narkotik vasitəyə verib istifadə edirmiş. Təqsirləndirilən şəxs1 da dayanacaqda işləmiş, lakin, onun Azərlə heç bir münasibəti olmamışdır. Azərdən narkotik vasitə almamış və narkotik vasitəni ərəblərə satmamışdır. 09 iyul 2021ci il tarixdə saat 20:00 radǝlərində üç nəfər şəxs mülki formada ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, onlarla birlikdə Pİ-nə getməyini bildirmişlər. O, həmin polis əməkdaşları ilə birgə Səbail RPİ-nə getmişdir. Üzərində həmin vaxt cəmi 0,2 qram heroin olmuşdur. Orada onun üzərinə videoçəkilişlə baxış keçirilmidir. Onun üzərində özündə olan 0,2 qram heroindən başqa digər narkotik vasitəni, adlarını bilmədiyi polis əməkdaşları qoymuşlar. O da videoçəkiliş zamanı həmin narkotik vasitələrin də ona məxsus olmasını bildirmişdir. Həmçinin, Pİ-də ona bildirmişlər ki, o, Təqsirləndirilən şəxs1oun adını deməlidir. O da ona görə Təqsirləndirilən şəxs1 adını demişdir. O, heç vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə götürüb ərəb turistlərinə satmamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1la telefon danışığı səhv etmirsə olmamışdır. O, ərəb turistlərinə narkotik vasitə satmamışdır. İstintaqda ona vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasını bilməmiş, onda elə bir məlumat olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, onda o qədər narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 49-51 və 1-ci cild 62-65-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...09 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində adını Azər bildiyim şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə mənim istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək mənə bildirdi ki, yaşadığı ünvana gəlim. Mən Azərin yaşadığı ünvana getdim. Həmin ünvanın mən dəqiq yerini bilməsəmdə lakin bilirəm ki, «Avtoş» dönərin yaxınlığında olan binadır. Mən orada olanda Azərə zəng etdim ki, mən blokun qarşısındayam. Bir neçə dəqiqədən sonra Azər oraya gəldi və mənə psixotrop maddə olan lirikanı və narkotik vasitə olan marixuana və heroini verib bildirdi ki, get işlədiyin yerə ərəb turist gəlib səndən götürəcək. Bu işin əvəzində Azər mənə bildirdi ki, sənə narkotik vasitə olan heroin verəcəm özün istifadə edərsən. Mən oradan ayrılıb işlədiyim dayanacağa gəldim. ...şəxsi axtarış zamanı mən könüllü olaraq əynimdə olan göy cins şalvarımın sol yan cibindən bir ədəd “Want” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və sellofan torbada olan həbləri çıxarıb masanın üzərinə qoydum. ...Mən təqdim etdiyim bir ədəd “Want” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümü çıxararaq bildirdim ki, həmin bükümdə narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan torbanın içərisində isə psixotrop maddə lirika həbləridir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, protokolları təsdiq etmir, protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 73-cü vərəqələrində olan telefon danışıqlarını əks etdirən diskə baxış protokoluna əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, halhazırda ona məlum olmuşdur ki, onunla Təqsirləndirilən şəxs1 telefon danışığı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili işləyir. 09 iyul 2021-ci il tarixdə Səbail RPİ-nə Bakı şəhəri, Nəsimi rayonu, Melissa Park yaşayış kompleksində kirayədə yaşayan Nəriman adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Səbail RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 09 iyul 2021-ci il tarixdə, saat 20:15-də ünvan 12 ünvanda yerləşən «Xəqani» bağının yaxınlığında saxlanılıb Səbail RPİ-nə dəvət edilmişdir. Səbail RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Want» markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və sellofan torbada olan həbləri, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər-hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret və kibrit qutusunun içərisində nə olması, bir ədəd sellofan torbada olan həblərin hansı növdə olması, həmin kütlələrin və təqdim etdiyi mobil telefonun kimə məxsus olması soruşulduqda, Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Want» markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümü çıxararaq bükümdə narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan torbanın içərisində isə psixotrop maddə olan «lirika» həbləri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlələri nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi bir ədəd kağız bükümdə olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi kibrit qutusunda olan qurudulmuş marixuananı və sellofan torbada olan "lirika" adlanan həbləri tanışı Azər adlı şəxsin ona 09 iyul 2021-ci il tarixdə 16:00 radələrində verdiyini və dayanacaq nəzarətçi işlədiyi yerdə özünə yaxınlaşacaq ərəbə, yəni turistə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbaya baxış keçirdikdə torbada olan həblərin sayının 7 ədəd olması, həblərin bir tərəfinin tünd qırmızı, digər tərəfinin isə sarı rəngli olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 təqdim etdiyi mobil telefona baxış keçirdikdə müəyyən edilmişdir ki, mobil telefon "BQ" markalıdır, üzərində "elegant" yazısı vardır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin mobil telefon özünə məxsusdur, telefonun üzərində özünə məxsus ***-***-**-** saylı mobil nömrə vardır. Narkotik vasitə heroinə bənzər kütlə bir ədəd kağız bükümdə olmaqla təqdim edilmiş "Want" markalı siqaret qutusunda, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təqdim edilmiş bir ədəd kibrit qutusunda "lirika" adlanan həblər təqdim edilmiş bir ədəd sellofan torbasında olmaqla bir ədəd "BQ" markalı mobil telefon digər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı "Panasonic" markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Azər adlı şəxsin tapılması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Azər adlı şəxs 12 iyul 2021-ci il tarixdə, saat 20:00 radalarində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlar tərəfindən Səbail RPİ-nə dəvət edilmişdir. Səbail RPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Səbail RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə aparmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs1 bu barədə qararla tanış edərək ehtimal olunan dövriyyəsi qadağan edilmiş, narkotik vasitə, psixotrop maddə və ya iş üzrə şübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq həmin vaxt əynində olan boz rəngli idman geyiminin sağ cibindən bir ədəd büküm çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir bükümün nə olması, kimə məxsus olması soruşulduqda, o, təqdim etdiyi bir ədəd bükümün özünə məxsus olması və narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir büküm narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir büküm narkotik vasitə boş zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı Səbail RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı X9 tərəfindən "Panasonic" markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığına dair ərizə yazmışdır. 13 iyul 2021 ci il tarixdə, saat 12:50 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda Təqsirləndirilən şəxs1 və vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin qonaq otağından mobil telefonlar, elektron tərəzi, mənzilin yataq otağında olan çarpayının altında selofana bükülmüş narkotik maddəyə bənzər büküm və hamam otağında olan güzgünün qarşısında olan rəfdən isə plastik qabın içərisində psixotrop maddəyə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş mobil telefonlar, elektron tərəzi və sellofana bükülmüş narkotik maddəyə bənzər büküm iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 baxış zamanı mənzilin yataq otağında aşkar edilən sellofan bükümdə olan maddədən xəbərinin olmamasını, elektron tərəzinin narkotik vasitələrin satışı ilə məşğul olduğundan yaşadığı mənzildə saxladığını bildirmişdir. Mənzildən aşkar edilmiş mobil telefonlar, elektron tərəzi və sellofana bükülmüş narkotik maddəyə bənzər büküm iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb qablaşdırılmışdır. Mənzilə baxış zamanı videoçəkiliş aparılmışdır. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalarla təsdiq edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Əvvəl saxlanılan Təqsirləndirilən şəxs2 deməsinə görə narkotik vasitəni Təqsirləndirilən şəxs1 əldə etmiş, məhz bundan sonra onlar Təqsirləndirilən şəxs1 saxlamışlar. Təqsirləndirilən şəxs2 saxalanılana qədər Təqsirləndirilən şəxs1 barədə onlara məlumat daxil olmamışdır. Nərimanın deməsinə görə Azər saxlanılmışdır. Təqsirləndirilən şəxs1 evdən aparmamışlar. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bidirmişdir. Bütün protokolları Təqsirləndirilən şəxs1 onların və vəkilin iştirakı ilə özü imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin NMB-nin rəisi, polis mayoru Çinar Nuriyevin 09 iyul 2021-ci il tarixli raportundan görünür ki, Nəriman adlı şəxsin Səbail rayonu, Xəqani küçəsi 1-də yerləşən Xəqani bağı ətrafında narkotik vasitələrin istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin NMB-nin rəisi, polis mayoru Çinar Nuriyevin 09 iyul 2021-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin NMB-nin rəisi, polis mayoru Çinar Nuriyevin 09 iyul 2021-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Want” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və sellofan torbada olan həbləri, bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş qutularda və sellofanda nə olması soruşulduqda, Təqsirləndirilən şəxs2 siqaret qutusunun içərisindən bir ədəd kağız bükümü çıxararaq həmin bükümdə heroin, kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, bir ədəd torbanın içərisində isə psixotrop maddə lirika həbləri olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 heroini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, marixuana və lirika həblərini tanışı Azər adlı şəxs ona 09 iyul 2021-ci il tarixdə 16-00 radələrində verdiyini və dayanacaq nəzarətçisi işlədiyi yerdə ona yaxınlaşacaq ərəbə, yəni turistə verməsini bildirmişdir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 37-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2021-ci il tarixli, 7/657 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələr» yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi -5,281 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cild 41-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2021-ci il tarixli, 6/2757 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələr»... yazısı olan zərfdəki, üzərində «Want» yazısı olan siqaret qutusunda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,240 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Həmin paketdəki 7 ədəd narıncı – qırmızı rəngli kapsuldakı ağ rəngli maddənin tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələrin komponentləri yoxdur və kapsullar –ampisillin tərkibli dərman preparatıdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cild 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, əynində olan boz rəngli idman geyiminin sağ cibindən bir büküm çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün ona məxsus olmasını, özü istifadə etmək üçün saxladığını, həmin bükümü İİR-nın vətəndaşından aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 116-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, 09 iyul 2021-ci ildə saat 16 radələrində Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə onun ***-***-**-** mobil nömrəsinə zəng edərək yaşadığı ünvana çağırdığını, ora getdikdə Azərin ona lirika, heroin və marixuana verib işlədiyi yerdə ərəb turistin ona götürəcəyini bildirirərək Təqsirləndirilən şəxs1 ifşa etmişdir. Həmçinin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 187-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə, həmçinin yaşadığı mənzildə baxış zamanı elektron tərəzi və sellofan bükümdə narkotik maddəyə bənzər büküm aşkar edildiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 193-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə, həmçinin yaşadığı mənzildə baxış zamanı elektron tərəzi və sellofan bükümdə narkotik maddəyə bənzər büküm aşkar edildiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 13 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21, mənzil 46 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyul 2021-ci il tarixli baxış, axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21, mənzil 46 ünvanına baxış keçirilən zaman, Təqsirləndirilən şəxs1 mənzilin hamam otağından plastik qutunu təqdim edərək, həmin qutunun içərisində limon duzu olduğunu bildirmişdir. Bundan sonra, mənzilin qonaq otağından 1 ədəd elektron tərəzi, 2 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Mənzilin yataq otağından çarpayının üzərindəki döşəyin alt hissəsindən 1 ədəd sellofan bükümdə kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 yataq otağından aşkar edilmiş kütlənin ona məxsus olmadığını və nə olduğunu bilmədiyini demişdir. Aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür. Baxış və axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 134-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2021-ci il tarixli, 6/2830 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş maddə...» sözləri və imzalar olan bir ədəd sellofan bağlamadakı təmiz çəkisi 2300,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə... » sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,378 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə... » sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd plastik qabda təmiz çəkisi - 11,685 qram ağ rəngli maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş maddə...» sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd qara rangli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, iz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən çəki analizinin və digər maddələrlə müqayisəli tədqiqatının aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən, yaşadığı mənzilindən aşkar edilib götürülmüş heroinlərlə Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası ərazisində «dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-1) daxildir. Cinayət işinin 2-ci cild 1-7-ci vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Ceyhun Mircavadlının 22 iyul 2021-ci il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri istintaqı aparılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan ********* nömrəli cinayət işi AR CPM-nin 216-cı maddəsinə əsasən ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilmişdir. Cinayət işinin 2-ci cild 70-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-dən daxil olmuş 07 yanvar 2022-ci il tarixli, 086-093-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur, ərazidə yaşayan qonşulardan və ictimai iaşə obyektlərindən daxil olmuş şifahi müraciətlər də sübut edir. Cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə aid telefon danışıqları və sms mətnlərini özündə əks etdirən diskə baxış keçirildikdə həmin diskdə 04 ədəd faylın olduğu aşkar edilmişdir. Həmin fayllardan Nəsimi RPİ-082- 3526-1222 SMS –statistika...adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs2 istifadəsində olan və X4 adına alınmış +**********71 mobil nömrəsindən digər mobil nömrələrə yazmış olduğu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərində hər hansı bir təqsirləndirici material aşkar edilməmişdir. Nəsimi RPİ-082-3526-1222 Zəng-statistika... adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs2 istifadəsində olan və X4 adına alınmış +**********71 mobil nömrəsindən digər mobil nömrələrə etdiyi və ona daxil olan zənglərin siyahısı aşkar edilmişdir. Həmin siyahı ilə tanış olduqda orada olan nömrələrin içərisində Təqsirləndirilən şəxs1 istifadə etdiyi və X2 adına alınmış +**********66 nömrəsi ilə mütəmadi danışıqlar aşkar edilmişdir. Həmin danışıqlar müxtəlif tarixlərdə və günün müxtəlif vaxtlarında mütəmadi xarakter daşıdığından Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında sıx əlaqə olduğuna dəlalət etmişdir. Cinayət işinin 2-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus iki ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus BQ markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 93-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mahmud Sarıvəllinin 19 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 öz ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət alması faktı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mahmud Sarıvəllinin 19 yanvar 2022-ci il tarixli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Want” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və sellofan torbada olan həbləri, bir ədəd mobil telefonu təqdim etmişdir. Daha sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 siqaret qutusunun içərisindən bir ədəd kağız bükümü çıxararaq həmin bükümdə heroin, kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, bir ədəd torbanın içərisində isə psixotrop maddə lirika həbləri olmasını qeyd etmiş, həmçinin, heroini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, marixuana və lirika həblərini tanışı Azər adlı şəxsin ona 09 iyul 2021-ci il tarixdə 16-00 radələrində verdiyini və dayanacaq nəzarətçisi işlədiyi yerdə ona yaxınlaşacaq ərəbə, yəni turistə verməsini bildirdiyini demişdir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli idman geyiminin sağ cibindən bir büküm çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün ona məxsus olmasını, özü istifadə etmək üçün saxladığını, həmin bükümü İran vətəndaşından aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özlərini təqsirli bilməyərək bildirmişlər ki, üzərlərində narkotik vasitə olmamış, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrdən xəbəri olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, narkotik vasitə qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 62-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 dekabr 2021-ci il tarixli 5344 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 2-ci cild 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Qarnizon Hərbi Tribunalının 28 oktyabr 1997-ci il tarixli hökmü ilə CM-nin 214-cü maddəsinin V bəndi, 88- 1, 40, 38, 42-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış; Nəsimi Rayon Məhkəməsinin 12 mart 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 mart 2003-cü ildə cəzasının sonu ilə azad olunmuş; Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 may 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı -11 iyun 2011-ci il təvəllüdlü X7 vardır. Cinayət işinin 2-ci cild 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 dekabr 2021-ci il tarixli 5355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan cinayət etməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 69-70-ci vərəqələrində olan Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 10 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmişdir. Cinayət işinin 1-ci cild 71-72-ci vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı X3 10 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 205-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Ceyhun Mircavadlının 15 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 210-cu vərəqəsində olan 16 iyul 2021-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq orqanına gəlib təslim olmuşdur. Cinayət işinin 1-ci cild 215-ci vərəqəsində olan 16 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyul 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 238-241-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 4(009)-376/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs2 09 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək olan 01 (bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 iyul 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 174- 177-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 4(009)-375/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 272,22 (iki yüz yetmiş iki manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin Növbətçi Hisəssində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,261 qram qurudulmuş marixuana, 2,140 qram heroin, Təqsirləndirilən şəxs1 oğlunun üzərindən və mənzilindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıqqalmış 2302,178 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 1959-cu il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 09 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 272,22 (iki yüz yetmiş iki manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin Növbətçi Hisəssində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,261 qram qurudulmuş marixuana, 2,140 qram heroin, Təqsirləndirilən şəxs1 oğlunun üzərindən və mənzilindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıqqalmış 2302,178 qram heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar