Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-732/2024 02.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X4 və X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 12:40-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1605 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımış və 11 may 2023-cü il tarixdə saat 04:00 radələrində ünvan 3 ünvanının qarşısında özünü şübhəli aparmasına görə Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasına gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılan zaman əlində saxladığı bir ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1605 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Qaqaş” ləqəbli şəxsə 50 qram narkotik vasitə olan marixuana əldə etmək üçün 300 manat pul göndərmiş, öz avtomobili ilə 11 may 2023-cü il tarixdə saat 04:00 radələrində sonuncunun dediyi yerə, yəni Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsinə getmiş, avtomobilindən düşüb bir qədər aralandıqda Post patrul xidmətinin avtomobilini görmüş, polis əməkdaşlarının yaxınlaşmasından sonra 50 qram narkotik vasitə olan marixuana götürməyə gəldiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları həmin ərazidə olan ağacın altından 01 ədəd büküm gətirib ona məxsus olubolmadığını soruşduqda o, özünə məxsus olduğunu demiş, sonradan Əli adlı polis əməkdaşı gələrək ona 01 ədəd büküm əlavə narkotik vasitə təqdim edib ona məxsus olub-olmadığını soruşduqda o, bu qədər çox narkotik vasitənin özünə məxsus olmadığını bildirmiş, polis əməkdaşları onu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparıb 250 qram narkotik vasitə marixuananı boynuna götürməyə məcbur etmiş və ona ittihamı 1605 qram narkotik vasitə olan marixuana ilə irəli sürmüşlər. Polis əməkdaşları 4 saat fiziki zor tətbiq etdikdən sonra o, narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan vaxt əlində 50 qram narkotik vasitə olan marixuananın olmadığını, narkotik vasitənin olduğu yeri polis əməkdaşlarına göstərmədiyini, “Qaqaş” ləqəbli şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıdığını, “Qaqaş” ləqəbli şəxsdən 2-ci dəfə narkotik vasitə əldə etmək üçün getdiyini, ilk dəfə həmin şəxsə 35 qram narkotik vasitə marixuana əldə etmək üçün 230 manat pul ödədiyini, 50 qram narkotik vasitə marixuananı təxminən 45 günə istifadə etdiyini, onu saxlayan polis əməkdaşlarından ikisinin Post patrul xidmətinin əməkdaşları, digərinin isə mülki geyimli şəxs olduğunu, həmin mülki geyimli şəxsin gedib “Əli” adlı polis əməkdaşını çağırdığını, onu saxlayan polis əməkdaşlarının suallarına cavab olaraq səmimi şəkildə narkotik vasitə götürməyə gəldiyini dediyini, hadisə yerinə yaxın yerdə yaşayan tanımadığı şəxsin polis əməkdaşlarına onun həmin şəxsləri gördükdən sonra narkotik vasitəni yerə atdığını dediyini, polis əməkdaşlarının onun qulaq, qaraciyər və böyrək nahiyələrinə xəsarət yetirdiklərini, polis bölməsinə daxil olarkən ürəyi ilə bağlı probleminin olduğunu, narkotik vasitə istifadə etdiyini, polis əməkdaşlarının ona fiziki zor tətbiq etdikdən 1 gün sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aparıldığını, məhkəmədə hakimə də, prokurora da ona qarşı fiziki zor tətbiq edildiyini dediyini, Bakı İstintaq Təcridxanasında həkim müayinəsində olduğunu, daha sonra prokurorluqda araşdırma aparıldığını, ibtidai istintaq zamanı vəkilinin olmadığını, cinayət işinin materiallarında olan imzaların ona məxsus olduğunu, lakin həmin sənədləri təzyiq nəticəsində imzaladığını, ona verilən ittihamın mahiyyətini həmin vaxt bilmədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 21 ildən bəri narkotik vasitə olan marixuanadan istifadə edir. 11 may 2023-cü il tarixdə, gecə saatlarında şəxsi istifadəsi məqsədilə narkotik vasitə marixuana əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsinə gəlmiş, orada üzdən tanıdığı bir nəfər şəxsdən marixuana almaq istəmiş, həmin şəxs ona üzərində “Bravo” marketin əmtəə nişanı olan sellofan paket vermiş, sellofanın içərisinə baxıb orada marixuana olmasını gördükdən sonra həmin şəxsə 450 manat pul vermiş, torbanı götürüb oradan uzaqlaşmaq istəyərkən yolun kənarında polis avtomobilini görüb həyəcanlanmış və nisbətən iti addımlarla hərəkət etməyə başlamışdır. 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq həyəcanlı olmasının səbəbini və əlindəki torbada nə olduğunu soruşmuş, o, əlindəki torbada narkotik vasitə marixuana olduğunu bildirdiyinə görə polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmiş, həmin polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və baxış aparılmış, o, əlindəki torbanı polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə olan marixuana elektron tərəzi vasitəsilə çəkilmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüş, ona narkotik vasitəni satan şəxsin müəyyən olunmaması üçün polis əməkdaşlarına yalandan həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan “Qaqaş” adlı şəxsdən “Whatsapp” proqramı vasitəsilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 11 may 2023-cü il tarixdə, saat 04:00 radələrində həmin idarənin əməkdaşı, polis nəfəri Şahid2 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb, şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildikdən sonra sonuncunu ünvan 3 ünvanının yaxınlığında saxlayaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparıb təhqiqatçıya təhvil vermiş, həmin polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi məqsədilə tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, gecə saatlarında ünvan 3 ünvanının yaxınlığında xidməti avtomobillə xidmətdə olarkən saxladıqlarını, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu, sonuncuya məxsus “Chevrolet Cruze” markalı avtomobilin hadisə yerində olduğunu, Təqsirləndirilən şəxs məxsus avtomobilin kömək üçün çağırdığı digər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildiyini, kömək üçün gələn polis əməkdaşlarının adlarını xatırlamadığını, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini, qeyd olunan polis şöbəsində təhqiqatçıya təhvil verilən vaxt Təqsirləndirilən şəxs üzərində zorakılıq əlamətlərinin olmadığını, Təqsirləndirilən şəxs videoçəkilişdə təqdim etməsi üçün heç bir əlavə narkotik tərkibli maddə verilmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 11 may 2023-cü il tarixdə, saat 04:00 radələrində həmin idarənin əməkdaşı, polis nəfəri Şahid1 ilə birgə xidmət apararkən ünvan 3 ünvanının yaxınlığında 1 nəfər şəxsdən şübhələnmiş, xidməti avtomobildən düşüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra kim olduğunu, gecə vaxtı orada nə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs orada ona borcu olan bir maklerdən pulunu almağa gəldiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində “Bravo market” yazısı olan sellofan torba olmuş, içərisində nə olduğunu soruşduqda narkotik vasitə marixuana olduğunu, öz istifadəsi məqsədilə “Qaqaş” adlı İran İslam Respublikasının vətəndaşından “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq 450 manat qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb təhqiqatçıya təhvil verilmiş, həmin polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, aşkar olunan narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim edib həmin narkotik vasitəni haradan və necə əldə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs əvvəlcə orada olan maklerdən borcunu almaq üçün gəldiyini desə də, sonradan ayaqyoluna getmək məqsədilə orada olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs sözləri arasında olan uyğunsuzluqlardan şübhələndiklərini, Xətai Rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinə təxminən 7-8 dəqiqəyə çatdıqlarını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilərkən iştirak etdiyini, aşkarlanmış narkotik vasitənin tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs saxlayan vaxt orada Şahid1 və ondan başqa polis əməkdaşının olmadığını, Əli adlı polis əməkdaşının Təqsirləndirilən şəxs saxlanıldığı yerə gəlib-gəlməməsini xatırlamadığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə narkotik tərkibli maddə təqdim edilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Süleymanzadə Əİi Qəhrəman oğlu ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 11 may 2023-cü il tarixdə, saat 04:00 radələrində evdə olarkən, xidmət etdiyi 37-ci Polis Şöbəsinin növbətçi hissəsindən zəng edərək ona xidməti ərazisində bir nəfər şəxsin narkotiklə tutulması barədə məlumat verildiyindən, o da ünvan 6 ünvanının yaxınlığına getmiş, həmin ünvanın yaxınlığında post patrul xidməti əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqlarını görmüş, həmin şəxs onun xidməti ərazisində saxlanıldığı üçün digər polis əməkdaşları ilə birgə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid X7 Qasımovun saxlanıldığı ünvana “Niva” markalı avtomobillə tək getdiyini, hadisə yerinə əlavə post patrul xidmətinin əməkdaşlarının da gəldiklərini, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü dediyini, narkotik vasitənin bükümünün formasını xatırlamadığını, təhqiqatçının hadisə yerinə gəlib-gəlmədiyini xatırlamadığını, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verdikdən sonra həmin polis şöbəsində keçirilmiş heç bir prosessual hərəkətdə iştirak etmədiyini, saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində hər hansısa xəsarətin olub-olmamasının yadında olmadığını, sonuncuya qarşı polis əməkdaşları tərəfindən hər hansısa zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04:00 radələrində ünvan 8 ünvanının yaxınlığında özünü şübhəli apardığından Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid1 tərəfindən saxlanılıb Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu 1 ədəd üzərində “Bravo” supermarketin əmtəə nişanı olan şəffaf sellofan torbanı masanın üzərinə qoymuş, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofan torbadakı kütlənin el arasında nəşə kimi bilinən narkotik vasitə “marixuana” olduğunu, aşkarlanmış həmin maddəni “Qaqaş” adı ilə bildiyi İran İslam Respublikası vətəndaşından “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb, 450 manat pul müqabilində sonuncunun ona həmin maddənin olduğu yerin koordinatını bildirməsi üzrə 11 may 2023-cü il tarixdə saat 04:00 radələrində ünvan 3 ünvanından öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 24; 26-28; 45) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/680 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan boz rəngli sintetik bağlamadakı 01 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1605 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 1605 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 1604,8 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 34-36) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəli ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 46-47) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-327/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 66-68) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsi və müvafiq hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə cəzadən azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 78-80) Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Mənzil Təsərrüfat Kommunal Birliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnamasindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqə 108) Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə xx.xx.2023-cü il tarixli, 5289 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 117-118) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələri, sübut kimi qiymətləndirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1605 qram narkotik vasitə marixuana maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 1604,8 qram narkotik vasitə marixuana saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD-R disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 120-125) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8230/2023 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra müayinə zamanı onda hər iki qulağının təbil pərdəsinin perforiyası müşahidə olunmuşdur. (Cild 2, iş vərəqə 40-45) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-55/2-50352 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin polis idarəsinin MSY-ə qəbul olunmuş, daxil olan zaman onun üzərinə baxış keçirilərkən bədənində heç bir xəsarət aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 59) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 55-4/2-10769 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin polis idarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, həmin vaxt onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Bakı şəhəri Xətai rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqədar 233-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının ona zorakılıq etdikdən sonra təqdim etdikləri narkotik vasitəni videoçəkilişdə nümayiş etdirməsini ondan tələb etdiklərini desə də, şahid X2 məhkəmə baxışı zamanı, şahidlər Şahid1 və Şahid2 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə ona polis əməkdaşları tərəfindən zorakılıq edilməsi barədə məlumat verdiyini desə də, cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-327/2023 nömrəli qərarının təsviri hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilib əməlindən peşmanlıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları araşdırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Xətai rayon prokurorluğuna, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müvafiq sorğular verilmiş, cavabları alınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8230/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilib ilkin tibbi müayinədən keçirilən zaman onda “hər iki qulağın təbil pərdəsinin perforasiyası” müşahidə olunmuşdur. Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 55-4/2-10769 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin polis şöbəsinə gətirilərkən bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-55/2-50352 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarənin müvəqqəti saxlama yerinə qəbul olunmuş, üzərinə baxış keçirilərkən bədənində heç bir xəsarət aşkar edilməmişdir. Həmin məktuba əlavə olunmuş “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 499 nömrəli protokol xx.xx.2023-cü il tarixdə saat 12:30-da tərtib edilməklə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul olunan zaman xəsarət olmaması barədə qeyd aparılmış və həmin qeyd Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:00 radələrində saxlanılmış, həmin tarixdə saat 05:00-dan saat 05:15-dək Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitə marixuananı təqdim edib əldə etmə mənbəyi barədə təhqiqatçıya məlumat vermiş, bütün proses videoçəkilişlə qeydə alınmışdır. İstintaq hərəkətinə əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilməsi ilə bağlı məlumat vermədiyi müəyyənləşmiş, eləcə də vizual olaraq hər hansı xəsarət görünməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iştirakı aparılmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış, hər hansı pozuntu, hüquqazidd hal müəyyən edilməmişdir. Göründüyü kimi, müvafiq sənədlərə və işdə olan digər sübutlara əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməsi öz təsdiqini tapmamış, təqdim etdiyi narkotik vasitə ekspertizaya göndərildikdən sonra Təqsirləndirilən şəxs müvafiq ittiham irəli sürülmüşdür. Həmin sübutların zorakılıq nəticəsində əldə olunması müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılıq edilməsi şahid ifadələri, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, videoçəkiliş zamanı söylədiyi etirafedici mövqeyini ona fiziki və psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkəti aparılmazdan əvvəl ittihamda qeyd edilən narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə marixuananı təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hər hansı dəlillə möhkəmləndirməmiş, məhkəmə araşdırması zamanı həmin xüsusatlarla bağlı hər hansı hal aşkarlanmamışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 26-27-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu 01 ədəd şəffaf sellofan torbanı könüllü şəkildə masanın üzərinə qoyaraq həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş, aşkarlanan torba qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokoldan görünür ki, şəffaf sellofan torba “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/680 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153...” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan boz rəngli sintetik bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, boz rəngli sintetik bağlamadakı 01 ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1605 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə qeyd edir ki, müdafiəçi məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsinin, videogörüntünün və sübut kimi yol verilməz olan sənədlərin xaric edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırması zamanı sübutların toplanmasında hər hansı qanunsuz hərəkətlər aşkarlanmamış, sübut kimi yol verilməz hesab edilən sənəd və ya istintaq hərəkəti müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli, şahid Süleymanzadə Əİi Qəhrəman oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli və xüsusilə külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən, narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda 5 (beş) qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 1605 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs qurudulmuş marixuananın ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 321 dəfə çoxdur. Habelə, məhkəmə araşdırması zamanı cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Əbdül oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində “2 йешик кола” məzmununda yazışmanın olduğu müəyyən edilmişdir. Məhkəmədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs həmin mobil nömrənin ona məxsus olduğunu desə də, yazışmanın səbəbi və mənası barədə məlumat verə bilməmişdir. Həmin sms mətninin məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs “кола” adı altında narkotik tərkibli maddələrin satışı ilə bağlı yazışmalar etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox, yəni külli miqdarda olmasına, narkotik vasitələrin satışına dair mesaj mətninin mövcudluğuna və digər sübutlara əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, onun əməlində cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olduğundan ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1604,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 5289 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1604,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-732/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-732/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver