Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-732/2025 13.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 9,092 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,092 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 18:05-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 9,092 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-6/Ə244/24 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və həmin idarənin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi 25 ünvanında saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs müşayiət altında Baş İdarəyə aparılmışdır. (Cild 1, iş vərəqi 4; 5-6; 7-8; 9)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 50 manat pulu və 01 ədəd “İnfinix” markalı mobil telefon cihazını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, təqdim olunmuş 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə oxşar maddələrin olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün 6 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni iki gün əvvəl Suraxanı rayonu ərazisində, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat müqabilində alaraq öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, satmadığını, həmin maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Mobil telefonun iş üzrə əhəmiyyət kəsb etməsi nəzərə alınıb götürülmüş, 50 manat pul isə özünə qaytarılmışdır. (Cild 1, iş vərəqi 26-27)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3748 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üstündən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,092 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 9,092 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 9,042 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (Cild 1, iş vərəqi 35-38)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 62-63)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 9,092 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,042 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 93-94)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 5(005)- 1827/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixli qərarla “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqi 97)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İnfinix” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun qara rəngli olmaqla “İnfinix” markalı, işlək vəziyyətdə, plastmas-metal gövdəli, rəqəmsal fotokameralı, sensor dizaynlı və daxili antennalı olması müəyyən edilmiş, Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqi 102)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5012 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 127-129)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 2504/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 129-132)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 404/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Sağ dirsək oynağı, sağ said, bel və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan və müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə öz boyu hündürlüyündən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsində törənə bilmələri inkar edilmir, həm ümumilikdə və həm də ayrı-ayırlıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. - Sol saidin və döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, müayinə olunan şəxsin göstərdiyi şəraitdə törənə bilərdilər, həm ümumilikdə və həm də ayrıayırlıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. - Sol əlin İV barmağının çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. (Cild 1, iş vərəqi 133-136)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı "xxxx" MMC-dən 14361/24 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi ilə olan danışıqlarına baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 159)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini, eləcə də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 164)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli, 12965 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 165)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/4565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 166)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İnfinix” markalı mobil telefonun sonuncunun ailə üzvlərinə qaytarılması qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 167-177)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 180-181)
19. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 22 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra o, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu Baş İdarəyə dəvət etmişlər. Vəkili, təhqiqatçı və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə metamfetamin aşkarlanaraq götürülmüşdür. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilməmişdir. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılmış, həmin yerdə şərait olmadığına görə saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməmiş, Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddə olması ilə bağlı əməliyyat məlumatı ona daxil olmuş, Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra polis əməkdaşlarına özlərini təqdim etmiş və sonuncunu barəsində olan qərarla tanış etmişlər. Əməliyyat tədbirində istifadə etdikləri xidməti avtomobilin markası xatirində qalmamışdır. Hansı müddətdə Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı xəsarət olmamış, özlərini təqdim edərkən qaçmağa cəhd etdiyindən, yerə yıxıldığından hansısa nahiyəsində sıyrıq izi yaranmışdır. Həmin xəsarətlə bağlı xəstəxanaya məlumat verilməmiş, Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə metamfetamin, mobil telefon və pul aşkarlanmış, əməliyyat məlumatı ona Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxs kimi daxil olmuş, əlavə tapşırıq kimi narkotikin satıldığı şəxslərin dairəsinin müəyyən edilməsi ilə bağlı hər hansı tədbirdə iştirak etməmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması tam sübuta yetirilməmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 50 manat pulu sonuncuya qaytarmış, həmin pulu hər hansı şəxs şəxsi ehtiyacı üçün istifadə etməmiş, bədəni üzərində olan sıyrıq izi yüngül olduğundan, xəstəxanaya məlumat verməyə zərurət olmamış, həmin pul Təqsirləndirilən şəxs məxsus olmuş, Təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun yanında heç kim olmamışdır. Bədəni üzərində yaranmış xəsarətlər Təqsirləndirilən şəxs qaçdığına görə yerə yıxıldığından baş vermiş, sonuncu 1- 2 addım atmaqla qaçdıqdan sonra yerə yıxılmış, şəxsin qarşısında daş-kəsək olmuşdur.
20. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 22 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində həmin tarixdə saat 18 radələrində saxlanılaraq Baş İdarəyə aparılmışdır. Baş İdarədə olarkən təhqiqatçı tərəfindən müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik tərkibli maddə aşkar olunaraq qablaşdırılıb ekspertizaya göndərilmişdir. Şahid3 həmçinin bildirmişdir ki, əməliyyat məlumatı əməliyyat qrupunun rəhbəri Şahid1 daxil olmuşdur. Əməliyyat tədbirində 3 nəfər polis əməkdaşı iştirak etmiş, saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən sonuncuya heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirilməmiş, Baş İdarədə baxış keçirilərkən isə sonuncunun üzərində mobil telefon, pul vəsaiti və narkotik tərkibli maddə aşkarlanmış, Təqsirləndirilən şəxs üzərində olan əşyaların hamısı müvəqqəti saxlama yerinə təqdim edilmişdir. Qara rəngli xidməti avtomobillə əməliyyat tədbirində iştirak etmiş, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşlarından hər hansı qida məhsulu və ya tütün məmulatı almalarını istəməmişdir. O, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.
21. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid3 məhkəmədə verdiyi ifadələrinə oxşar məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd olunan növdə və çəkidə psixotrop maddə metamfetamin aşkar olunduğunu bildirmişdir.
22. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan zaman anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsə 50 manat pul verməklə sonuncudan öz istifadəsi üçün psixotrop maddə metamfetamin alıb bir ədəd bükümdə olan psixotrop maddəni şalvarının cibinə qoymuş, həmin maddəni almaqda məqsədi uyğun vaxt tapan kimi istifadə etmək olmuşdur. 22 iyul 2024-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləyib özünü təqdim etməsini tələb etdikdə, o, üzərində psixotrop maddə olduğundan qaçmaq istəyərkən yerə yıxılmışdır. Polis əməkdaşları onu saxlayıb bir daha özünü təqdim etməsini söylədiyindən, özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək üzərində psixotrop maddə “patı” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, o, etiraz etməyib polis əməkdaşları ilə birgə həmin Baş İdarəyə gəlmişdir. Daha sonra həmin Baş İdarədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş və o, şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah olunmuşdur. Ardınca videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman o, psixotrop maddə olduğunu bildirmiş, polis əməkdaşı ona üzərində olan bütün əşyaları çıxarıb təqdim etməsini söylədiyindən, o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefon bükümü, sol yan cibindən 50 manat pulu və 01 ədəd “İnfinix” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış həyata keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. 01 ədəd şəffaf büküm iştirakçıların şahidliyi ilə açıldıqda sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı o, qeyd olunan maddəni saxlanılmamışdan 2 gün öncə Suraxanı rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. 01 ədəd “İnfinix” markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüş, üzərindən aşkar edilmiş 50 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edən zaman üzərində psixotrop maddə metamfetamin olduğundan qaçmaq istəmiş, qaçaraq onlardan bir qədər aralaşan zaman ayağı sürüşüb yerə yıxılmışdır. Yıxılma nəticəsində sağ ayağında və sağ qolunda sıyrıqlar əmələ gəlmişdir.
23. Məhkəməyədək icraat dövründə 23 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə dindirilən zaman ifadəsində bildirmişdir ki, o, istintaqa verdiyi ilkin ifadələri təsdiq etmir. Psixotrop maddə metamfetamindən istifadə etməmiş və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmamışdır. Polis əməkdaşları Zabrat qəsəbəsində olduğu zaman ona yaxınlaşıb yerə yıxmaqla qoluna qandal vurmuşlar. Polis əməkdaşları onu idarə etdikləri “Toyota Prado” markalı avtomobilə oturdub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Polis İdarəsində onu otaqlardan birinə salıb “kişi kimi içəri getmək istəyirsən? yoxsa özümüz bildiyimiz tərzdə göndərək” ifadəsini işlətmişlər. Onu üç nəfər polis əməkdaşı saxlamış və həmin şəxslər artıq iş saatının başa çatdığını və tələsdiklərini söyləmişlər. O da kişi kimi “srok”-a getmək istədiyini, onunla söyüşlə danışmamalarını xahiş etmişdir. Polis əməkdaşları ona “patı” verəcəklərini və həmin maddənin guya üzərindən çıxmasını etiraf etməsini tələb etdikdə, o da bunun mümkün olmadığını, narkotik vasitədən istifadə edənlərə pis baxdığını demişdir. O, “yox” dediyinə görə polis əməkdaşı üzündən “sillə” ilə vurmuşdur. Bundan sonra hər üçü onun üzərinə düşüb yerə yıxmış və saçından tutub dartmağa başlamış, yerdə olan zaman ayağına və kürəyinə vurmuşlar. Təxminən 5-10 dəqiqə yerdə döymüşlər. Artıq o, dözməyib ürəyində qüsur olmasını və nəfəsinin çatmadığını demişdir. Həmin şəxslərdən su istədikdə qol çəkməyəcəyi halda heç bir güzəşt etməyəcəklərini və su da verməyəcəklərini söyləmişlər. Bundan sonra o, ayaqüstə dayanmışdır. Bu zaman otağın qabağından keçən bir nəfər onu döyənlərə “neyniyirsiz?, bu boynuna almır “patı”-nı?” ifadəsini işlətmişdir. Daha sonra həmin şəxs onun qarşısına gəlib 2 dəfə qarnına yumruqla zərbə vurmuş, o, həmin zərbədən sonra yerə oturmuşdur. Daha sonra nisbətən bədən quruluşuna görə digərlərindən fərqlənən şəxs otağa gəlib daha döyməmələrini tapşırmışdır. Həmin şəxs özü danışıb 01 ədəd büküm qoyacaqlarını və problem istəmirsə, həmin bükümü götürməsini söylədikdə o da razılaşmışdır. Bundan sonra ona 01 ədəd bükümdə psixotrop maddə metamfetamin verib cibinə qoymağını, çəkiliş zamanı həmin bükümü Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 50 manata aldığını söyləməyi tapşırdıqlarından, o da polis əməkdaşlarının sözlərinə əməl edib həmin bükümü cibinə qoymuşdur. Çəkilişdən öncə polis əməkdaşlarından biri ona vəkilin yanında 50 manat pul verib cibinə qoymasını, həmin pulu da çəkilişdə çıxarmasını söyləmişdir. O da polis əməkdaşlarının dediklərinə əməl edib verdikləri bükümü və 50 manat pulu cibinə qoymuşdur. Bundan sonra çəkiliş başlanmışdır. Çəkilişdə özü, vəkili, 3 nəfər polis əməkdaşı və təhqiqatçı iştirak etmişdir. Həmin bükümü o, öz istifadəsi üçün Suraxanı rayonunda anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını demişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, dəqiq xatırlamadığı tarixdə bir avtomobil gəlib onun qarşısını kəsdikdən sonra həmin avtomobildən polis əməkdaşları düşmüşlər. Səhv etmirsə, həmin polis əməkdaşlarının sayı 3 və ya 4 nəfər şəxs olmuşdur. Polis əməkdaşları avtomobildən düşüb onu yerə yıxdıqdan sonra qollarına qandal vurub avtomobilə əyləşdirmişlər. O, avtomobildə başı aşağı vəziyyətdə getmiş, hara getdiyini, yolu da görməmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqdan sonra polis əməkdaşlarından biri ona problem yaranmasını istəmirsə, dediklərini etməli olduğunu söyləmiş, o, tutulmasının səbəbini soruşduqda, ona həbs edilməli olması bildirilmişdir. O, bunun da səbəbini soruşduqda, polis əməkdaşı ona bir ədəd bükümdə narkotik verəcəyini və həmin narkotik vasitənin ona məxsus olduğunu söyləməli olduğunu demiş, o, razılaşmadığından, polis əməkdaşları onu yerdə yumruq, təpiklə, “dubinka” (dəyənək) ilə vurmuşlar. O, döyüldükdən sonra nəfəsi çatmadığına görə 1 stəkan su istəyib polis əməkdaşlarına ürəyində problem olduğunu desə də, ona su verilməmiş, təqdim edilmiş sənədləri imzaladıqdan, narkotik vasitənin özünə məxsus olduğunu söylədikdən sonra su veriləcəyi, köməklik göstəriləcəyi bildirilmişdir. Daha sonra təhqiqatçı otağa daxil olub tutulmasının və sənədləri imzalamamasının səbəbini soruşduqdan sonra ona 1-2 dəfə yumruq zərbəsi vurmuş və onu təhqir etmişdir. Vəziyyəti pis olduğundan, ayaq üstə dayana, qandal arxadan vurulduğundan tərpənə bilməmişdir. Polis əməkdaşlarından biri ona təqdim edəcəyi narkotik vasitənin kiçik həcmdə bir ədəd bükümdə olduğunu demiş, bundan sonra onu ayaqyoluna aparıb üstünü təmizləmiş, əl-üzünü yumuşlar. Videoçəkilişdə də görünür ki, üst-başı toz-torpaqdır, qolu qan içindədir. O, yerə bərk vurulduğundan, yerdə sürünmüşdür. Bundan sonra o, xidməti otağa gətirildikdə, orada təhqiqatçının yanında vəkil də olmuş, sonuncunun yanında videoçəkiliş aparılmağa başlamışdır. Ondan narkotik vasitənin özünə məxsus olub-olmadığını soruşduqda, inkar etdiyindən, videoçəkiliş müdafiəçisinin yanında dayandırılmış və o, həmin otaqdan çıxarılmışdır. Təhqiqatçı ondan narkotik vasitənin özünə məxsus olduğunu deməsini tələb etmiş və cibindən 50 manat məbləğində pulu çıxarıb cibinə qoymuşdur ki, narkotik vasitə və pulun ona məxsus olduğunu və narkotik vasitəni 50 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonundan əldə etdiyini bildirsin. O da çıxış yolunun olmadığını görmüş, o qədər döyülmüşdür ki, addım belə ata bilməmişdir. O, Bakı İstintaq Təcridxanasına həmin vəziyyətdə gətirilmiş, qan içində olmuş, yəni qolu, ayağı, dizi və çiynindən xəsarət almışdır. O, yenidən otağa qayıtmış, cibinə qoyulmuş 50 manat pulun da, narkotikin də özünə məxsus olduğunu dedikdən sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti saxlama yerinə aparılmışdır. Həmin yerdə ona ağrılarının azalması üçün xəsarətlərinin üstünə çəkməsi məqsədilə maz verilmiş, o da həmin şəxslərin yaxşı insan olduğunu düşünmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, həmin maz bədənində olan xəsarətlərin izlərinin getməsi məqsədilə təqdim edilmişdir. Daha sonra 2 nəfər başqa polis əməkdaşı gəlib onu xidməti otaqda qəbul etdikdən sonra ona rəisin “bu yaxşı uşaqdır, bu qədər döyülsə də, heç bir problem yaratmayıb. Sən mənə tanış gəlirsən, idmanla məşğul olubsan, döyüşlərdə olubsan” kimi sözlərini ona çatdırmış, bundan sonra təqdim edilmiş sənədləri imzalamağı ona təklif etmişdir. Orada ondan ailə üzvlərinin nömrəsini götürüb əlaqə saxlayaraq əmin etdikdən sonra o, təqdim olunmuş sənədləri imzalamış, Akif adlı müstəntiq gəldikdən sonra o, həmin şəxsə narkotik vasitənin özünə məxsus olmadığını, zorakılıq edildiyini, sənədləri imzalamağa məcbur edildiyini dedikdə, həmin müstəntiq ona bu barədə məhkəmədə danışmasını təklif etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik tərkibli maddələrdən istifadə etməmiş, tutularkən işləməmiş, təxminən 2 ay əvvəl işdən çıxmışdır. Əvvəlki iş yerinə başlayan zaman qanından analiz də vermişdir. Tutulmasından heç bir məlumatı olmamış, heç bir qanunsuz işlə məşğul olmamış, mübahisə etməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ona kiminsə onun haqqında danışdığını demişlər. O, hesab edir ki, onu “satan” şəxs Paşadır, o, Paşa ilə birgə olarkən tutulmuşdur. O, İntiqamgili də tanıyır, həmin şəxslər Bakı şəhəri, Suraxanı rayonunda yaşayır. O, Paşanın avtomobili ilə Baş İdarəyə aparılmış, döyülməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına daxil olarkən qeydlər edilmiş, onun mobil telefonunda hər hansı qeyriqanuni fəaliyyəti ilə bağlı məlumat aşkarlanmamış, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, 50 manat pul isə videoçəkilişdən dərhal sonra polis əməkdaşlarına geri qaytarılmış, o, barəsində həbs qətimkan tədbiri seçilərkən hər şeyi danışıb ona zorakılıq edildiyini, xəsarət yetirildiyini, narkotik vasitənin ona məxsus olmadığını demişdir. İşdən çıxdıqdan sonra heç bir yerdə işləməmiş, heç kimlə mübahisə etməmiş, heç nə olmadığına görə də o, narkotiklə “yüklənmiş”-dir. O, Vətən Müharibəsində iştirak etmiş, medalı olmasa da, fəxri fərmanı olmuşdur. O, xəsarət yetirən şəxslərin adlarını bilmir, ancaq üzdən tanıya bilər. Paşanın onun adını polis əməkdaşlarına nə üçün verdiyindən məlumatı yoxdur, bu barədə sonuncu ilə danışmağa şərait yaradılmamışdır. Onun heç vaxt narkotik vasitə ilə əlaqəsi olmamış, heç vaxt tutulmamışdır. Saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddənin çəkilməsi üçün tərəzi olmamışdır. O, axşam vaxtı saat 6-ya işləmiş Zabrat qəsəbəsində polis əməkdaşları tərəfindən tutulmuş, saxlanıldığı yerdə üzərinə baxış keçirilən zaman heç nə aşkarlanmamış, tutulduqdan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilənədək təxminən 1 saat 40 dəqiqə vaxt keçmiş, təxminən 20 dəqiqə müddəti döyülmüşdür. O, müdafiəçinin yanında narkotik vasitənin özünə məxsus olmadığını dedikdən sonra otaqdan çıxarılmış və orada biri onun yaxasından, digəri isə boynundan tutmuş, sonradan ona məlum olmuşdur ki, 9 qram çəkidə narkotik vasitəni təqdim etdiyi bükümün içərisinə qoymuşlar. Onun tutulması, zorakılıq edilməsi barədə qeydləri iş materiallarında var. O, həmin suyu içdikdən sonra “Semaşko”-ya (“X12” X9”) aparılmış, orada analizi götürən şəxsə “yaz, patı” kimi göstəriş verilmişdir. O, saxlanılan ərəfədə yerə yıxılmamış, polis əməkdaşları gələn kimi qandal vurub aparılmışdır.
25. Təqsirləndirilən şəxs bundan başqa verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər məhkum olunmamış, onu saxlayan polis əməkdaşlarını tanımamaqla, aralarında hər hansı qərəz mövcud olmamışdır. Hadisə günü Paşa Əliyevlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən “Hyundai” markalı, qara rəngli avtomobil ilə evə doğru gedərkən, həmin qəsəbədə yerləşən “AL” marketin yaxınlığında saxlanılmış, polis əməkdaşları onu tutsa da, Paşa Əliyevi sərbəst buraxmışlar. Həmin vaxt Paşa Əliyev də avtomobildə olmuş, həmin gündən 5 gün əvvəl sonuncu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Paşa Əliyevin yazdığı mesaja əsasən, sonuncu 10000 manat pul verib Baş İdarədən çıxmışdır. O, dəfələrlə polis əməkdaşlarına narkotik tərkibli maddə qəbul etmədiyini və heç bir zaman əlaqəsi olmadığını söyləməsinə baxmayaraq polis əməkdaşları onu dinləməmişlər. O, polis əməkdaşlarından qaçmağa çalışmamış, ibtidai istintaq zamanı müdafiəçisi onun hüquqlarını müdafiə etməmişdir. O, 23 iyul 2024-cü il tarixli ifadəsini güclü fiziki və psixi təsir nəticəsində verdiyini təsdiqləməmiş, həmin ifadədəki imzalar ona məxsus olmaqla, məcbur qalıb imzalamışdır. O, 23 sentyabr 2024-cü il tarixli ifadəsini isə təsdiqləməklə, həmin ifadədəki imzalar ona məxsusdur.
26. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ilə bir neçə ortaq dostları olmuş, tutulmamışdan öncə Salehlə olan ortaq dostları və o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Lakin baş vermiş cinayət hadisəsində onun heç bir təqsiri olmadığına görə o, sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən sərbəst buraxıldıqdan sonra ona polis əməkdaşlarının onu axtardığı deyildikdə, o, hansı əsasla polis əməkdaşları tərəfindən axtarıldığını, heç bir təqsirinin olmadığını bildirmişdir. Bir neçə gün sonra o və Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, yəni, o Salehi Zabrat qəsəbəsi ərazisindən götürməyə şəxsi avtomobili ilə getmişdir. Yolda olarkən tütün məmulatı almaq məqsədilə mağazaya düşdükdə, polis əməkdaşları hər ikisinə yaxınlaşıb ayrı-ayrılıqda polis idarəsinə aparmışlar. O, təqsiri olmadığından polis əməkdaşları tərəfindən sərbəst buraxılmış, lakin o, sonradan Saleh Kazımovun barəsində həbs qətimkan tədbirinin seçildiyini öyrənilmişdir. Şahid X8 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılma prosesində 4-5 nəfər polis əməkdaşı iştirak etmiş, o, Təqsirləndirilən şəxs görərkən sonuncu yerdə uzanmış vəziyyətdə olmuş, polis əməkdaşları onun özünü də saxladıqlarına görə, o, Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçıb-qaçmadığını görməmişdir. Təqsirləndirilən şəxs heç vaxt narkotik tərkibli maddə satmamış və istifadə etməmişdir. Polis əməkdaşları ilk öncə Təqsirləndirilən şəxs saxladıqda sonuncu polis əməkdaşlarına heç bir təqsirinin olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs ilə polis əməkdaşlarının arasında hansı dialoqun keçdiyini bilməmiş, o, saxlanılan vaxt üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur.
27. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-8077/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman açılmış tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir” qeydinin, 13cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “sağ diz və sağ dirsək nahiyəsində üzəri qərtməkli yara aşkar olundu” qeydinin yazılması müəyyən edilmişdir. (Cild 2, iş vərəqi 19-24)
28. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli, GQ-2-822-678-2025 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək "xxxx" şəbəkəsində istifadə olunmamışdır.
29. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilərkən həmin tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunan əməldə özünü təqsirli bilməyib, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik tərkibli maddənin ona aid olmadığını, 22 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitəni daşımadığını, Vətən Müharibəsi iştirakçısı olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki şiddət olmasa da, psixoloji təzyiqə məruz qaldığını bildirib barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O, Tovuz rayonu və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, sonuncu dəfə isə təxminən 2 ay əvvəl narkotik istifadə etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
30. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
31. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır.
32. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
33. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
35. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
36. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
37. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
38. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
39. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
40. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
41. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
43. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
44. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
45. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
46. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
47. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
48. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
49. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
50. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
51. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
52. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramdan yuxarı hissəsi cinayət məsuliyyəti yaratmaqla, 2 qramdan artıq olduqda külli miqdar hesab edilir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
54. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.
55. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
56. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
57. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
58. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
59. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
60. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
61. Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
62. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
64. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
65. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
66. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır.
67. Məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona edilmiş fiziki və psixoloji təsir nəticəsində xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini nümayiş etdirmişdir.
68. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən isə polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilmədiyini bildirsə də, psixi zorakılıq edildiyi barədə məlumat vermişdir.
69. Məhkəmə həmin xüsusatı araşdırmaq məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət olub-olmadığını aydınlaşdırmaq üçün həmin təcridxanaya müraciət etmişdir.
70. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-8077/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman açılmış tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir” qeydinin, 13cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “sağ diz və sağ dirsək nahiyəsində üzəri qərtməkli yara aşkar olundu” qeydinin yazılması müəyyən edilmişdir.
71. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 404/MEŞ nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində aşkarlanmış xəsarətlər yaranma dövrləri üzrə 3 hissəyə, yəni xx.xx.2024-cü il tarixdə, müayinədən (yəni xx.xx.2024-cü il tarixdən) təxminən 2-3 gün əvvəl və müayinədən 1-1,5 il əvvəldən artıq müddətdə əmələ gələn xəsarətlərə bölünmüşdür.
72. Təqsirləndirilən şəxs bədəni üzərində yaranmış xəsarətlərdən “sağ dirsək oynağı, sağ said, bel və sağ diz oynağı nahiyələrinin sıyrıqları”-nın həmin ekspert rəyinə əsasən onun tutulduğu tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilməmişdir, lakin əlavə edilmişdir ki, bu xəsarət öz boyu hündürlüyündən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsində törənə bilər.
73. Bununla bağlı, məhkəmədə dindirilərkən şahidlər Şahid1 Fərhad oğlu və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçarkən yerə düşməsi nəticəsində üzərində sıyrıqlar yarandığını bildirmişlər. Habelə, məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki zorakılıq edilməsi xüsusatı öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
74. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol saidin və döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları olduğunu inkar etmir, lakin müvafiq ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 20-21 iyul 2024-cü il tarixdə (23 iyul- 2 gün= 21 iyul və ya 23 iyul- 3 gün= 20 iyul) aldığı qənaətinə gəlir. Sol əlin İV barmağının çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlməsi nəzərə alınır.
75. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısında durarkən ona fiziki zorakılıq edilməsi barədə məlumat verməməsini, şahid ifadələrini, xx.xx.2024-cü il tarixli, 404/MEŞ nömrəli ekspert rəyini, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cinayət işinin materiallarını nəzərdən keçirib, habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları təhlil edib o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
76. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4-5 nəfər əməkdaşı tərəfindən saxlanıldığını bildirsə də, cinayət işinin materiallarında olan həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və həmin idarənin kiçik inspektoru Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha çox polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.
77. Bundan başqa, Təqsirləndirilən şəxs tutulduğu vaxtı mübahisələndirərək xx.xx.2024-cü il tarixdə axşam vaxtı saat 6-ya işləmiş, yəni saat 17 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanıldığını bildirmişdir.
78. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-13-6/2-7117/24 nömrəli raporta əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi 25 ünvanının yaxınlığında olarkən saxlanılması qeyd edilmiş, bu barədə şahidlər Şahid1 və Şahid3 da məhkəmədə verdiyi ifadələrində bildirmişlər. Təqsirləndirilən şəxs öz iddiasını hər hansı dəlillə möhkəmləndirməmiş, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cinayət işinin materialları və məhkəmə araşdırması zamanı əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin iddiası əsassızdır.
79. Bundan əlavə, təqsirləndirilən şəxs tutulduğu vaxtla üzərində şəxsi axtarış və baxış keçirilənək uzun müddət keçdiyini və həmin müddətdə ona fiziki və psixi zorakılıq edildiyini bildirdiyindən, məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi 25 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Həmin Baş İdarə ünvan 5 ünvanında yerləşir. İş materiallarından görünür ki, şəxs barəsində “Müdafiəçinin təyin edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərar icra olunması üçün göndərilmişdir. Təbii ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən yolda itirilən vaxt, müdafiəçinin təyin edilməsi üçün qərarın qəbul olunması, qərarın qeydiyyatdan keçirildikdən sonra icra edilməsi üçün müvafiq vəkil qurumuna göndərilməsi, həmin qurumdan növbətçi vəkilin ayrılması, vəkilin polis bölməsinə yol qət edib gəlməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edildiyi vaxtadək keçən müddət ağlabatandır, hər hansı qanun pozuntusu müəyyən olunmur.
80. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tanışı X6 görə polis əməkdaşları tərəfindən saxlanıldığını, sonuncu ilə birgə ayrı-ayrı avtomobillərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, daha sonra isə Paşa Əliyevin sərbəst buraxıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırmaqla, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 üzərində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək əhatə dairəsinin müəyyən edilməsi məqsədilə müvafiq mobil operatora müraciət edib cavabları əldə etmişdir.
81. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, GQ-2-822-678-2025 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək "xxxx" şəbəkəsində istifadə olunmamışdır.
82. Məhkəmə iclasında dindirilmiş X8 ifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobili saxlayıb mağazaya gedərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını və onun isə sərbəst buraxıldığını, Təqsirləndirilən şəxs hansı səbəbə saxlanıldığını bilmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin iddiası əsassız olmaqla, digər sübutlarla öz təsdiqini tapmır.
83. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə olmadığını bildirməsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd bükümdə narkotik tərkibli maddəyə bənzər kütlə aşkarlanmışdır. Həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətəuyğun olmayan hesab edir.
84. Bundan başqa, məhkəmə müdafiə tərəfindən dəvət edilmiş əlavə şahid X5 ifadəsini də təhlil edib o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs həmin şahidin tanışı olduğundan, X8 təqsirləndirilən şəxsin xeyrinə və onu məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədilə ifadə vermişdir. Bu səbəbdən, X5 məhkəmədə verdiyi ifadəsi sübut kimi qiymətləndirilməməlidir.
85. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetaminin olmaması, narkotik tərkibli maddəni müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi, X5 onunla birgə saxlanılması barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
86. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama da münasibət bildirməyi zəruri hesab edir.
87. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
88. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri, təqsirləndirilən şəxsin mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsinə dair hər hansı məlumatın mövcud olmaması, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubunun məzmunu, eləcə də cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır.
89. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 9,092 qram psixotrop maddə metamfetamini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.
90. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.
91. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi 23 iyul 2024-cü il tarixli ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
92. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
93. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.
94. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini, psixotrop maddənin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla daşımışdır.
95. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
96. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,092 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 18:05-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 9,092 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
97. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
98. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
99. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
100. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını, onun ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
101. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
102. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
103. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
104. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(005)-952/2024 nömrəli qərarı ilə həmin tarixdə barəsində əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 17; 88-90). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
105. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 22 iyul 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
106. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
107. İş üzrə maddi sübut olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 9,042 qram psixotrop maddə metamfetamin məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
108. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
109. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
110. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 9,042 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova