Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-733/2020 07.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xəzər Dəniz donanması Zığ gəmi tikinti və təmiri zavodunda mühəndis işləyən, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də qeydiyyatda olmuş və yaşamış, hazırda PX-nin 3 saylı İstintaq təcridxanasında saxlanılan ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, evdə uzanarkən qardaşı Zərərçəkmiş şəxs idmandan evə gəlmiş, paltarlarını dəyişib, mətbəx otağına keçib, masada yemək yeyərkən çörək olmadığı üçün, yəni çörək almadığı üçün, üstünə qışqırıb iradını bildirmiş, o isə, üstünə qışqırmamağı, iradını normal bildirməsini qardaşına demiş, bu zaman Anar onun üstünə gələrək sağ əli ilə onun sifətinin sol nahiyyəsindən bir sillə zərbəsi vurmuşdur. O, qardaşı ilə mübahisə edən zaman anası iradını bildirərək, mübahisə etməmələrini tələb etmişdir. Bundan sonra o, qonaq otağına keçərək, orada yerləşən divanda uzanmış, qardaşı isə həmin zaman mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başlamışdır. Bir müddətdən sonra əynini dəyişmək üçün mətbəxin içərisindən öz otağına keçmək istəyən zaman orada yemək yeyən qardaşı Anara iradını bildirərək, səbəbsiz yerə üstünə qışqırmamağı demiş, Anar isə onun sözlərinə məhəl verməyərək ayağa qalxaraq üstünə gəlmək istəyəndə o, sağ əli ilə qardaşının bıçaq olan sağ qolunun dirsək nahiyəsindən vuraraq itələmiş bu zaman Zərərçəkmiş şəxs əlində olan bıçaq onun (Zərərçəkmiş şəxs) döş qəfəsinə daxil olaraq sonuncuya kəskin qanitirməyə səbəb olan döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə Vİ qabırğanın üst hissəsini zədələyərək V-Vİ-ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin ön və arxa divarını dəlib keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarasına səbəb olaraq, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları evdə anası Şahid1 ilə birlikdə olmuşlar, atası İrza Ramazanov isə Mərdəkan qəsəbəsində yerləşən bağ evlərində olmuşdur. Axşam saat 19 radələrində o, evdə uzanarkən qardaşı Anar idmandan evə gəlmişdir. Qardaşı evə daxil olandan sonra paltarlarını dəyişib, mətbəx otağına keçib, masada yemək yeyərkən evdə çörək olmadığı üçün onu təhqir edərək, üstünə qışqırıb “evə niyə çörək almamısan” deyə öz iradını bildirmişdir. O isə, üstünə qışqırmamağı, iradını normal bildirməyini qardaşına demiş, bu zaman Anar onun üstünə gələrək sağ əli ilə onun sifətinin sol nahiyyəsindən bir sillə zərbəsi vurmuşdur. O, qardaşı ilə mübahisə edən zaman anası iradını bildirərək, mübahisə etməməklərini demişdir. Anar onun böyük qardaşı olduğu üçün sonuncuya qarşı heç bir hərəkət etmədən qonaq otağına keçərək, orada yerləşən divanda uzanmış, qardaşı isə həmin zaman mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başlamış o, isə mətbəxin yanında yerləşən otaqda uzanmışdır. Bir müddətdən sonra əynini dəyişmək üçün mətbəxin içərisindən öz otağına keçmək istəyən zaman orada yemək yeyən qardaşı Anara iradını bildirərək, səbəbsiz yerə üstünə qışqırmamağı demiş, Anar isə onun sözlərinə məhəl verməyərək ayağa qalxaraq üstünə gəlmək istəyəndə o, sağ əli ilə qardaşının bıçaq olan sağ qolunun dirsək nahiyəsindən vuraraq itələmiş və yataq otağına keçmişdir. Yataq otağında əynini dəyişən zaman qardaşının qışqırıq səsini eşitmiş, dərhal mətbəx otağına qayıtmış və qardaşının ürək nahiyəsində qan ləkələrinin olmasını görmüşdür. Bu zaman o, anası ilə birlikdə köməkləşərək qardaşı Anarın axan qanını saxlamaq üçün hamam otağından məhrabanı götürərək yarasının üstünü örtüb anası ilə birlikdə qardaşını yataq otağına apararaq yatağa uzatmışlar, sonra anası ilə bərabər qardaşına ilkin yardım göstərmişlər, lakin qanı dayandırmaq mümkün olmamışdır. O, dərhal mənzildən çıxaraq qonşulardan kömək istəmiş, lakin heç kim olmadığı üçün tez yaşadıqları bina ilə üzbəüz yerləşən 18-ci PŞ-yə yaxınlaşaraq polislərdən qardaşının vəziyyətinin yaxşı olmadığına görə köməklik göstərmələrini xahiş etmişdir. Polis əməkdaşları ilə birlikdə evə qayıtdıqda artıq səsə qonşuların yığışdığını və təcili tibbi yardıma məlumat verilməsini öyrənmişdir. Təcili tibbi yardımın gec gələcəyini düşündüyü üçün dərhal evlərinin yaxınlığında yerləşən “X12” gedərək oradan növbətçi həkimlərdən qardaşının vəziyyətinin yaxşı olmadığını bildirərək onlardan ilkin yardım göstərmələrini istəmiş, lakin həkimləri gözləmədən yenidən mənzilə qayıdaraq həmin zaman orada olan qonşuların və tanımadığı həkimin köməkliyi ilə qardaşını qaldıraraq tanışları Ruslan adlı şəxsin dövlət qeydiyyat nömrəsini xatırlamadığı şəxsi avtomobilinə mindirib 5 saylı şəhər klinik xəstəxanasına aparmışlar. 5 saylı şəhər klinik xəstəxanasında həkimlər qardaşını içəri aparıb onlara Anarın artıq öldüyünü bildirmişlər. Bu zaman orada olan 18-ci PŞ-nin əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. O qardaşına bıçaqla zərbə vurmamış, sadəcə onun bıçaq olan əlindən itələmişdir. Hətta bıçağın ona batmasını da görməmişdir. Hadisə zamanı Anarın əlində bıçaq görməmiş, hadisədən sonra qardaşı onu çağıranda onun yanına gedəndə onun əlində bıçağı görmüşdür. Qardaşı ondan kömək istəmiş, o da öz növbəsində dərhal yaşadıqları bina ilə üzbəüz yerləşən 18-ci PŞ-nə yaxınlaşaraq polislərdən kömək istəmişdir. Onun qardaşı Anarı öldürmək niyyəti olmamış, qardaşı ilə münasibəti həmişə yaxşı olmuşdur. Qardaşı Anar hadisə zamanı ona bıçaq çıxarmamışdır. Həmin vaxt bıçaq onun əlində meyvə doğramaq və ya başqa bir şey üçün olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları mənzil bina evi olmaqla, 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir və ev 3 otaqdan ibarətdir. Mənzilin otaqları iç-içə olmaqla qonaq otağı mətbəx otağı ilə üzbəüzdür. Qeyd edilən mənzildə arvadı Şahid1, böyük oğlu Zərərçəkmiş şəxs və kiçik oğlu Təqsirləndirilən şəxs yaşamışlar. Şahid1 ilə 1987-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladı olmuşdur. Evin böyük övladı olan Zərərçəkmiş şəxs 1989-cu il təvəllüdlü olmaqla, DİN-nin əməkdaşı olmuş və Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçi hissəsində məsul sürücü vəzifəsində işləmişdir. Anar uşaq vaxtı heç bir psixi xəstəlik keçirməmiş və bununla bağlı heç bir müəssisədə müalicə almamışdır. Kiçik oğlu Təqsirləndirilən şəxs 1992-ci il təvəllüdlü olmaqla, 2004-cü ildə Araz avtomobil qəzası keçirdiyi üçün hərbi xidmətə yararsız hesab edilərək müddətli hərbi xidmətə aparılmamışdır. Araz uşaq vaxtı heç bir psixi xəstəlik keçirməmiş və bununla bağlı heç bir müəssisədə müalicə almamış, X9 Zığ gəmi tikinti təmir zavodunda keyfiyyət mühəndisi vəzifəsində işləmişdir. Övladları Arazla Anarın münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir zaman mübahisə və problem yaşanmamış, bir qardaş kimi mehriban olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində işdən evə gəlmişdir. Evə gələndə arvadı Şahid1 bağa getməyi təklif etmişdir. Evləri kiçik olduğundan o, arvadı Sitarə ilə mütamadi olaraq Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gedirmişlər. Lakin həmin gün yəni, xx.xx.2020-ci il tarixdə arvadı Sitarə evdə qalmaq istədiyi üçün onunla bağa getməmişdir. O da, təxminən 10 dəqiqə evdə olduqdan sonra bağ evinə yola düşmüşdür. Bağa çatandan sonra onun mobil telefonuna arvadı Şahid1 zəng vuraraq övladları Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu deyərək, Anarın 5 nömrəli şəhər klinik xəstəxanasına aparıldığını bildirmişdir. O, dərhal bağdan çıxaraq öz şəxsi avtomobili ilə 5 nömrəli şəhər klinik xəstəxanasına getmişdir. Orada ona məlum olmuşdur ki, övladı Anar artıq ölmüş, lakin hadisənin hansı şəraitdə baş verdiyini bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində o, işdən evə gəlmişdir. Həmin zaman əri X7 qəsəbəsində yerləşən bağ evlərində olmuşdur. Təxminən yarım saat sonra evə Təqsirləndirilən şəxs gəlmişdir. Bundan sonra təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs idmandan evə gəlmiş və həmin vaxt o, qonaq otağında olan divanda uzanmışdır. Anar evə daxil olandan sonra paltarlarını dəyişib, mətbəx otağına keçib masada oturub yemək yeyərkən evdə yeni çörək tapmadığı üçün, Arazı təhqir edərək, uca səslə üstünə qışqırıb “evə niyə çörək almamısan” deyə öz iradını bildirmişdir. Araz isə Anara üstünə qışqırmamağı, iradını normal qaydada bildirməyini demişdir. Bu zaman Anar Arazın üstünə gələrək sağ əli ilə Arazın sifətin sol nahiyəsindən bir sillə zərbəsi vurmuşdur. Övladları mübahisə edən zaman o, ana kimi iradını bildirərək mübahisə etməməklərini demişdir. Anar böyük olduğu üçün Araz ona qarşı heç bir hərəkət etmədən qonaq otağına keçərək, orada yerləşən divanda oturmuş, Anar isə mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başlamışdır. Bir neçə dəqiqə sonra Araz əynini dəyişmək üçün mətbəxin içərisindən öz yataq otağına keçmək istəyən zaman orada yemək yeyən qardaşı Anara iradını bildirərək, səbəbsiz yerə onun üstünə qışqırmamağı demişdir. Anar isə əsəbi halda ayağa qalxmaq istəyən zaman Araz Anarın əlində bıçaq olan qolundan vuraraq itələmişdir. Bu zaman Anarın əlindəki bıçaq sonuncuya bataraq xəsarət yetirmiş, lakin o, həmin vaxt elə bilmişdir ki, bıçaq Anarın bədənini sadəcə olaraq cızmışdır. X14 yataq otağına keçmişlər və bir-neçə dəqiq sonra Araz onu yataq otağına çağıraraq bildirmişdir ki, Anarın sinəsindən qan gəlir. O, dərhal yataq otağına keçmiş, Anarın yataqda uzandığını və sonuncunun sinə nahiyəsində qan ləkələrinin olduqlarını görmüşdür. Bu zaman Araz Anardan təcili yardıma zəng edib-etməməyi soruşmuş və Anar buna ehtiyac olmadığını bildirmişdir. O, Anarın yarasına sarğı qoymaq istəyən zaman qəfildən həmin yarada güclü qanaxma başlamışdır. Araz Anarın yarasında axan qanı saxlamaq üçün hamam otağından məhrabanı götürərək sonuncunun yarasının üstünə sıxmış, lakin göstərilən yardımlara baxmayaraq qanı dayandırmaq mümkün olmamışdır. Bu zaman Araz «Funda» tibb mərkəzinə zəng edərək oradan köməklik göstərilməsini istəmişdir. Sonra Araz qışqıra-qışqıra dərhal mənzildən çıxaraq qonşulardan kömək istəmiş və onların yaşadığı bina ilə üzbə-üz yerləşən 18-ci polis şöbəsinə yaxınlaşaraq polislərdən qardaşı Anarın vəziyyətinin yaxşı olmadığına və təcili tibbi yardıma zəng edilməsini istəmişdir. O da, Anarın vəziyyətinin yaxşı olmadığını hiss edib həyəcanla binanın həyətinə düşərək köməklik edilməsini qonşulardan istəmiş, ilk olaraq qonşuları İlhamə xanımı görmüş və köməklik etməsi üçün evə çağırmışdır. Bundan sonra evlərinə polis əməkdaşları oğlu Arazla birlikdə gəlmişlər. Bu zaman artıq səsə qonşular yığışmışlar və həmin vaxt evə «Funda» tibb mərkəzinin anestezioloq həkimi Hicran xanım və orada fəhlə işləyən Ruslan gəlmişlər və Hicran Anarı müayinə edərək sonuncunun artıq öldüyünü bildirmişdir. Lakin onlar təkidlə Anarı xəstəxanaya aparmaq qərarına gəlmiş və köməkləşib Anarı Ruslanın dövlət qeydiyyat nömrəsini xatırlamadığı şəxsi avtomobilinə mindirib 5 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Anarı qəbul edərək müayinə edib sonuncunun artıq öldüyünü bildirmişlər. Şahid1 ifadəsində göstərmişdir ki, övladları Arazla Anarın münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir zaman mübahisə və problem yaşanmamış, bir qardaş kimi çox mehriban olmuşlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2002-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş və 2016-cı ildən «Funda» tibb mərkəzində həkimanestezioloq kimi işləyir və Şahid1 onun işlədiyi tibb mərkəzində işləyir. xx xxxxxx 2020-ci il tarixdə axşam təxminən saat 20 radələrində o, işlədiyi «Funda» tibb mərkəzində olmuş və yenicə əməliyyatdan çıxmışdır. Həmin vaxt ona həmin tibb mərkəzinin direktoru olan Asim müəllim daxili telefonla zəng edərək təcili olaraq xəstəni müayinə etmək lazım olduğunu bildirmiş və o, mərkəzin birinci mərtəbəsinə düşmüşdür. Bu zaman Asim müəllim ona təcili xəstələri olduğunu və yardım göstərilməli olduğunu bildirmişdir. Dərhal o, növbətçi həkimlərə təcili yardım çantasını götürüb qeyd edilən ünvana getmələrini demiş və Asimlə Ruslanın avtomobilinə minərək qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatanda ona məlum olmuşdur ki, hadisə Şahid1 evində baş vermişdir. Mənzilə daxil olanda Zərərçəkmiş şəxs yerə uzanmış vəziyyətdə olduğunu görmüşlər və mənzildə həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs olmuşlar, evdə digər şəxslər olmamışdır. O, dərhal Zərərçəkmiş şəxs müayinə edib sonuncunun artıq öldüyünü bildirmiş, lakin sonuncunun ailə üzvləri Zərərçəkmiş şəxs təcili olaraq xəstəxanaya aparmaları qərara almışlar. Onlar da, Anarı köməkləşərək Ruslanın avtomobilinə yerləşdirmişlər. Anarı avtomobilə yerləşdirəndən sonra o, qaçaraq qısa piyada yolla «Funda» Tibb Mərkəzinə getmişdir. O, «Funda» tibb mərkəzinin qarşısına çatandan sonra Ruslan həmin avtomobili mərkəzin önündə saxlamışdır. Həmin zaman o, avtomobildə Ruslandan başqa Təqsirləndirilən şəxs və uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs da görmüş, avtomobildə digər şəxslərin olub-olmamasını görməmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs artıq Zərərçəkmiş şəxs öldüyünü və sonuncunu harada yerləşdirəcəklərinə dair qərarı onların özlərinin verməsi lazım olduğunu bildirmiş və sonuncular dərhal 5 nömrəli ŞKXna yola düşmüşlər. Şahid2 suallara cavab olaraq göstərmişdir ki, mənzildə ona Anara təsadüfən bıçaq dəyməsini demişlər. Araz Zərərçəkmiş şəxs kömək edirmiş. Təqsirləndirilən şəxs Anarı vurduğunu deməmişdir. Zərərçəkmiş şəxsla qardaşı Təqsirləndirilən şəxs arasında hər hansı münaqişənin olmasına şahid olmamışdır. Təqsirləndirilən şəxs həm mənzildə, həm Anarı xəstəxanaya apararkən böyük səy göstərmişdir ki, Anar ölməsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2010cu ildən «Funda» tibb mərkəzində fəhlə kimi işləyir. Onun işi tibb mərkəzinin texniki işlərinin nəzarəti və təmirindən ibarətdir. O, Şahid1 və sonuncunun ailə üzvlərini tanıyır. Belə ki, Şahid1 onun işlədiyi tibb mərkəzində işləyir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında işlədiyi «Funda» tibb mərkəzində olmuşdur. Saatını dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs «Funda» Tibb mərkəzinə gələrək onlardan yardım istəmiş, evinə həkim getməli və tibbi yardım göstərməli olduğunu bildirmişdir. O, dərhal «Funda» tibb mərkəzində işləyən həkim Hicran xanımı və həmin gün növbətçi olan Asim adlı həkimi götürüb “Nissan Altima” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 yaşadığı Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 3, mənzil 1 ünvanına getmişlər. Şahid1 mənzilinə daxil olanda Zərərçəkmiş şəxs uzanmış vəziyyətdə görmüşlər. Mənzildə həmin zaman Şahid1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs olmuşlar. Həmin vaxt o, həyəcanlı olduğundan orada digər şəxslərin olub-olmamasını görməmişdir. Hicran Anarı müayinə edib artıq öldüyünü bildirmiş, lakin Anarın ailə üzvləri sonuncunu 5 nömrəli şəhər klinik xəstəxanasına aparılması qərara almışlar. Onlar da, Anarı onun şəxsi avtomobilinə uzadıb 5 nömrəli şəhər klinik xəstəxanasına aparmaq üçün yola düşmüşlər və avtomobildə onunla birlikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuşlar. Yolla gedərkən o, «Funda» Tibb mərkəzində avtomobili dayandırmış, lakin Hicran xanım Zərərçəkmiş şəxs öldüyünü bildirmişdir. Onlar da, dərhal 5 nömrəli ŞKX-na getmişlər. Orada həkimlər Anarı içəri aparıb sonuncunun müayinə edib artıq öldüyünü bildirmişlər. Şahid R.X13 arasında hər hansı bir münaqişənin şahidi olmamasını, onların bir-biri ilə mehriban olmalarını qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 və sonununcunun ailə üzvlərini tanıyır. Belə ki, Şahid1 ailəsi ilə birlikdə onunla qonşu olan Nərimanov rayonu, M.Nağıyev küçəsi ev 3 mənzil 1-də yaşayır. xx xxxxxx 2020-ci il tarixdə axşam təxminən saat 20 radələrində yaşadığı evdən gəzmək üçün çölə çıxmışdır. O, gəzərkən Şahid1 yaşadığı mənzilin önündən keçəndə, Sitarənin həyəcan içində Nərimanov RPİ-nin 18-ci PŞ-yə tərəf qaçdığını görmüşdür. Bu zaman Sitarə onu həyəcanla çağıraraq ondan köməklik etməsini xahiş etmişdir. O da, dərhal Sitarə ilə birlikdə sonuncunun yaşadığı mənzilə qalxmış və Zərərçəkmiş şəxs yerdə uzanmış huşsuz vəziyyətdə görmüş, lakin həyəcanlı vəziyyətində olduğundan evdə daha kimlərin olmasını xatırlamamışdır. O, dərhal Zərərçəkmiş şəxs nəbzini yoxlamış və artıq nəbzin sapvari olduğunu görmüşdür. Bu zaman Anara süni nəfəs verməyə başlamış və digər ilkin tibbi yardımları etmişdir. Həmin anda Təqsirləndirilən şəxs da yanında görmüş və Anara süni nəfəs verməsini xahiş etmişdir. Göstərilən yardımlara baxmayaraq ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs artıq ölmüşdür. Bundan sonra həmin mənzilə «Funda» tibb mərkəzində işləyən Şahid2 gəlmişdir. Şahid2 Zərərçəkmiş şəxs müayinə edib sonuncunu artıq öldüyünü bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs xəstəxanaya aparılması qərara alınmışdır. O, həmin mənzildən çıxıb düşünmüşdür ki, Zərərçəkmiş şəxs «Funda» tibb mərkəzinə aparmışlar və ona görə də oraya getmişdir. «Funda» tibb mərkəzində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 5 nömrəli şəhər klinik xəstəxanasına aparmışlar. Şahid İ. Balakişiyeva Ramazanovlar ailəsini 1998-ci ildən tanımasını bildirmiş, Araz və Anar arasında heç zaman mübahisə olduğunu görməmiş, həmişə bir-birilərini müdafiə etmələrini və birbirinə mehriban olmalarını qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şümşəd oğlu ifadəsində göstərmişdir ki, 2002-ci ildən DİO-da, 2019-cu ilin iyul ayından Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində axşam iclasından sonra 18ci PŞ-nin inzibati binasının qarşısında qışqırıq səsləri eşitmişlər. Bununla əlaqədar nə baş verdiyini öyrənmək üçün səs gələn tərəfə ünvan 2 ünvanı tərəfə o və Şahid6 yollanmışlar. Ora çatan zaman “Nissan Altima” markalı avtomobilin qabaq hissəsinə bir nəfər cavan oğlanın qışqıra-qışqıra mindiyini, avtomobilin arxa hissəsində təxminən 2 nəfər şəxsin olduğunu, avtomobilin oradan uzaqlaşdığını görmüşlər. Bundan sonra 18-ci PŞ-nin Ümid adlı əməkdaşı həmin avtomobilin arxası ilə təqib etmişdir. O və digər polis əməkdaşları isə Nərimanov rayonu, Murtuza Nağıyev ev 3, mənzil 1 saylı ünvana daxil olmuşlar. Bu zaman həmin ünvanda bir nəfər qadının uca səslə ağladığını, üst-başının qan içində olduğunu görmüşlər. Həmin qadına özünü təqdim etməsi deyildikdə, həmin qadın özünü təqdim edərək Şahid1 olduğunu bildirmişdir. Sonra Şahid1 Zərərçəkmiş şəxs onun oğlu olduğunu, oğlu Anarın çörək doğrayarkən ehtiyatsızlıqdan bıçağın bədəninin ürək nahiyəsinə xəsarət yetirdiyini, qardaşı Təqsirləndirilən şəxs Anarı avtomobil ilə xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra onlar mənzilə baxan zaman otağın birinin tamam qan içində olduğunu, koridorda və pilləkənlərdə qan damcılarının olduğunu görmüşlər. Bir az sonra 18-ci PŞ-nin Ümid adlı əməkdaşı telefonla zəng vuraraq həmin avtomobilin 5 saylı X2 gəldiyini, avtomobildən bir nəfər yaralı şəxsin xəxtəxanaya qaldırıldığını bildirmişdir. O və digər polis əməkdaşı Şahid6 avtomobilə əyləşərək 5 saylı X2 getmişlər. Yolda Ümid zəng vuraraq yaralı şəxsin öldüyünü bildirmişdir. Xəstəxanaya çatdıqda xəstəxanada boş otaqların birində Təqsirləndirilən şəxs şifahi sorğu-sual etmişlər. Araz ölən şəxsin doğma qardaşı Zərərçəkmiş şəxs olduğunu bildirmiş və qardaşı Zərərçəkmiş şəxsla arasında mübahisə yarandığını, mübahisə nəticəsində qardaşı Anarı yalnışlıqla vurduğunu bildirmişdir. Bir az sonra isə onların qohumları da xəstəxanaya gəlmişlər. Araz əvvəlki dediyini inkar etmiş və bildirmişdir ki, qardaşı Anar mətbəxdə bıçaqla nəyisə kəsərkən bıçaqla özünə səhvən xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışlar. Şahid5 proses iştirakçılarının suallarına cavab olaraq qeyd etmişdir ki, onlar hadisə yerinə gedib çatdıqda Arazın anasının ağladığını görmüşlər, Arazın anası olan Şahid1 hadisənin necə baş verməsini soruşanda o, oğlu Anarın əlində meyvə kəsərkən təsadüfən özünə xəsarət yetirdiyini bildirmişdir. Əvvəlcə Araz xəstəxanada özü onlara etiraf etmişdir ki, qardaşı Anarı aralarında düşən mubahisə zamanı bıçaqla vurub. Onlar Arazın ilkin ifadəsini və ya izahatını almamışlar, xəstəxanada olarkən hadisənin necə baş verməsini öyrənmək istəyərkən Araz onlara həmin sözləri demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, o 2017-ci ildən isə Nərimanov RPİ-nin 18-ci PŞ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hazırda hadisə günün tarixini tam olaraq xatırlamır. Həmin gün axşam saatlarında sıra düzülüşündən sonra 18-ci PŞ-nin inzibati binasının qarşısında səs-küy səsləri eşidib həmin yerə yollanmışlar. Ora çatan zaman “Nissan Altima” markalı avtomobilə bir nəfər şəxsin qoyulub aparıldığını görmüşlər. 18-ci PŞ-nin təhqiqatçısı Ümid öz avtomobili ilə həmin avtomobilin arxasınca sürüb getmiş, o isə Şahid5la hadisə olan mənzilə daxil olmuşlar. Həmin yerdə olan qadın xəsarət alan şəxs Zərərçəkmiş şəxs anası olduğunu, oğlu Anarın mətbəxdə çörək doğrayarkən ehtiyatsızlıqdan bıçağın öz bədəninə girdiyini demişdir. Sonra Ümid adlı əməkdaşı telefonla zəng vuraraq həmin avtomobilin 5 saylı X5 aparıldığını və şəxsin öldüyünü bildirmişdir. O, Anarla xəstəxanaya çatanda orada Təqsirləndirilən şəxs sorğu-sual etmişlər. Araz özü etiraf edərək demişdir ki, qardaşı Zərərçəkmiş şəxsla arasında mübahisə yaranmış bilmədən ona bıçaqla xəsarət yetirmişdir. Sonra onlar Arazı Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışlar. Şahid6 proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəlcə Araz onlara bildirmişdir ki, qardaşına xəsarəti istəmədən o yetirmişdir. Sonradan isə qardaşının mətbəxdə nəsə kəsərkən öz-özünə təsadüfən xəsarət yetirdiyini demişdir. Xəstəxanada olarkən polis əməkdaşı Şahid7 də yanlarında olmuşdur. Xəstəxanada koridorun yanında balaca otaq olmuş, onlar Arazı həmin otağa aparıb sorğu sual etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, Nərimanov RPİnin 18-ci PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. Tarixini xatırlamadığı gün axşam iclasından sonra 18-ci PŞ-nin inzibati binasının qarşısında qışqırıq səsləri eşitdikləri üçün nə baş verdiyini öyrənmək məqsədi ilə ünvan 2 ünvanı tərəfə getmişlər. Ora çatan zaman bir nəfər yaralının markasını xatırlamadığı avtomobilə qoyulub aparıldığını görmüşlər. O da öz avtomobili ilə həmin maşını təqib etmişdir. Həmin avtomobillə xəstəni 5 saylı ŞKX-na aparmışlar. Xəstəxanaya çatanda həmin yaralının öldüyünü bilmişdir. Hadisənin necə olduğunu orada olan cavan oğlandan soruşanda demişdir ki, qardaşı ilə arasında yaranan mübahisə zamanı bilmədən və istəmədən qardaşına xəsarət yetirmişdir. Digər polis əməkdaşları həmin yerə gəldiyi üçün o, xəstəxanadan çıxıb getmişdir. Şahid7 məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində Şahid7 bildirmişdir ki, həmin vaxt o, Təqsirləndirilən şəxsla ünsiyyətdə olmamış, Təqsirləndirilən şəxs ona hadisənin hansı şəraitdə baş verməsi haqqında məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, o 1997-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinində məhkəmə tibbi eksperti vəzifəsində işləyir. 2018-ci ildən isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X3 rayon şöbəsində məhkəmə tibbi eksperti vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə MTE və PA ETT birliyinin Nərimanov rayon şöbəsində Zərərçəkmiş şəxs meyitinə tərəfindən baxış keçirilmişdir. Bundan sonra meyitdən müvafiq hissəciklər götürülərək kimyəvi tədqiqat üçün göndərilmiş və nəticə üzrə xx xxxx 2020-ci il tarixli 20 nömrəli rəy tərtib edilmiş və istintaq orqanına təqdim edilmişdir. Zərərçəkmiş şəxs müayinə edilərkən onun bədən səthində müxtəlif xəsarətlər – Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə Vİ qabırğanın üst hissəsini zədələyərək V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin ön və arxa divarını dəlib keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət həyati olmuş, deşici-kəsici alətin təsirindən törənmişdi. Ekspertizaya təqdim edilmiş bıçağın (eləcədə o tip digər bıçaqların) tiyəsinin təsirindən əmələ gələ bilərmiş və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümlə birbaşa səbəbli əlaqəli olmuşdur. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər ölümündən az əvvəl olmaqla xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərmiş. Zərərçəkmiş şəxs göstərilən xəsarətlərdən başqa xəsarətlər aşkar edilməmişdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsindəki kimi qardaşı Zərərçəkmiş şəxs ayağa qalxaraq üstünə gəlmək istəyəndə özünün sağ əli ilə Zərərçəkmiş şəxs sağ əlində bıçaq tutduğu sağ qolunun dirsək nahiyəsindən sağ əlinin içi ilə itələməsi, həmin zaman qardaşının qolunun qatlanaraq bıçağın sinəsinə girməsi və xəsarət yetirməsi barədə göstərdiklərinin qeyd edilən şəraitdə yetirilməsi barədə suala düzgün cavabı Məhkəmə situasion ekspertizası vasitəsi ilə vermək mümkündür. Zərərçəkmiş şəxs bədənində olan yara kanalının dərinliyi təqribən 9-12 sm-ə qədərdir, istiqaməti isə öndən arxaya, soldan sağa, bir qədər aşağıdan-yuxarıya doğrudur. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid8 bildirmişdir ki, Prokurorluq orqanının ona təqdim etdiyi qərarda göstərilən şəraitdə mərhumun öz-özünə xəsarət yetirməsinin mümkün olmamasını qeyd etmişdir. Həmin rəydə "şərait" deyərkən, prokurorluq orqanının qərarında göstərilən şəraiti nəzərdə tutmuşdur. Verdiyi rəydə mərhumun bədənində olan yaranın dərinliyini qeyd edərkən, yaranın çöldən vizual olaraq enin 2.4 sm olmasını əsas götürmüşdür. Belə ki, həmin bıçağın eninin 2.4 sm olan hissəsində bıçağın uzunluğu 12 sm-dir. Amma bunu dəqiq demək mümükün deyil. Belə ki, bıçaq zərbə anında və ya yaradan çıxan zaman kənarlara hərəkət edərsə yara kanalının eni arta, enlənə bilər. Bu zaman yaranın dərinliyi barədə düzgün olmayan nəticə gəlinə bilər. Həmin rəydə kənar şəxsin təsiri olmadan mərhumun öz-özünə xəsarət yetirməsinin mümkün olmaması öz əksini tapmışdır. Lakin həmin rəydə kənar şəxsin təsiri olarsa, mərhumun öz-özünə xəsarət yetirə bilməsinin mümkün olub olmaması barədə suala cavab vermək mümkün deyildir. İbtidai istintaqda nə ilə bağlı dindirilməsini xatırlamır. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar da araşdırılmışdır; İstintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 20 saylı rəyinə görə, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarət aşkar edilmişdir – Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə Vİ qabırğanın üst hissəsini zədələyərək V-Vİ ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin ön və arxa divarını dəlib keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarət həyatidir, deşici kəsici alətin təsirindən törənmişdir, törənmə müddəti mərhumun ölümündən az əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə ekspertizaya təqdim edilmiş bıçağın (ələcədə o tip digər bıçaqların) tiyəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sol mədəciyinin ön və arxa divarını dəlib keçməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yara nəticəsində baş vermiş, kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir hansı ki, meyit əlamətlərinin inkişaf dərəcələrinə əsasən inkar edilmir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin əynində olan paltarlarda zədə izi aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitinin aşkar edilmiş döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə Vİ qabırğanın üst hissəsini zədələyib V-Vİ qabırğa arası nahiyədə 1 ədəd deşilmişkəsilmiş yaranın en keşiyinin ölçüsü 2,4x1 sm-dir, yara kanalının dərinliyi təqribən 9-12 sm-ə qədərdir, istiqaməti isə öndən arxaya, soldan sağa, bir qədər aşağıdan-yuxarıya doğrudur. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri alarkən bədənin ön səthi xəsarət yetirən şəxsə tərəf olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturmuş, uzanmış və.s.) ola bilərdi. Zərərçəkmiş şəxs meyitinin üzərindəki xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli, olması sualları məhkəmə-tibbi ekspertiza məvhumu deyil. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarət yetirildikdən sonra, o qısa müddət ərzində hər hansı bir aktiv hərəkət etmək iqtidarında olmuşdur. Bu müddət bir neçə saniyədən bir neçə dəqiqəyə qədər zaman müddəti ola bilərdi. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına, morfoloji xüsusiyyətlərini yara kanalının dərinliyini, istiqamətini hadisənin baş vermə şəraiti haqqında olan məlumatları nəzərə alaraq demək olar ki, qeyd olan xəsarətin şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 160 nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində xx.xx.2020-ci il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5489/6/39 saylı rəyinə görə, təqdim edilmiş paltarlar və yataq örtüyü üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1Ns-li cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan tünd boz rəngli gödəkcəsi üzərindən tapılmış açıq mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan maykanın tərkib liflərinə uyğun gəlir. Təqdim edilmiş çarpayı örtüyünün üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs idman şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən paltarlardan açıq mavi rəngli maykası üzərindən tapılmış tünd boz rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman gödəkcəsinin tərkib liflərinə uyğun gəlir. Tədqiqata Təqsirləndirilən şəxs məxsus geyim əşyaları təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində metala məxsus izlərin və mikrohissəciklərinin olub-olmamasını müəyyən etmək məqsədi ilə diffuziya-kontakt metodu tətbiq edildi. Analiz nəticəsində geyim əşyasının cib hissələrində dəmir birləşmələrinə məxsus izlər aşkar edildi. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərinin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin hansı dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizası üzrə xx xxxxx 2020-ci il tarixli, 167/2020-MTBŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın, Zərərçəkmiş şəxs məxsus jaket, idman şalvarı, mayka, kişi tumanı, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, 06 ədəd cubuqlu kosmetik pambıq tamponlar, bir ədəd pambıq tampon, adeyal və idman fınkası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanında müşayiətçi H antigeni varsa). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corablar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 92/2020-MTKŞ nömrəli rəyinə görə, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin və maykanın ön hissəsinin sol nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərindəki zədəyə əsasən zədənin yetirildiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, bir cüt corab və tuman üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: idman gödəkçəsinin ön və arxa sol nahiyələrində, hər iki qolunun üzərində; maykanın bütün səthi boyu; tumanın bel nahiyəsində daxildən fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. İdman şalvarının sol ayağının yuxarı hissəsində, sol cibinin ətrafında və sağ-yuxarı hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə- tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar:köynəyin ön və arxa hissəsində, hər iki qollarının üzərində; idman şalvarının sağ yan cibinin orta hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş adeyalın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərincə aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: adeyalın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar:bıçağın dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-ballistik-trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 5490/5491 saylı rəyinə görə, təqdim edilmiş 01 ədəd bıçağın səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş 01 ədəd dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik mətbəx bıçağıdır soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin, maykanın və üzərində “Təqsirləndirilən şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə təsvir edilən zədələr vardır. Üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin və maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş idman gödəkçəsinin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin, maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, alt tumanının, corabın və üzərində “Təqsirləndirilən şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində trasoloji zədə yoxdur. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin, maykanın, üzərində “Təqsirləndirilən şəxs məxsus.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin, üzərində “200066019 saylı cinayət işi üzrə polis əməkdaşı tərəfindən götürülmüş 01 ədəd bıçaq. Müstəntiq /imza var/ Orxan Hüseynov.” yazıları olan kağız bükülüdən aşkar edilmiş bıçağın (rəyin ballistik hissəsində göstərilmişdir) səthindəki qanabənzər maddənin ləkələri yayıldığından onların formasını və yaranma mexanizmini müəyyən etmək mümkün deyildir. Qərarda göstərilən Zərərçəkmiş xəsarət aldığı anda onun vəziyyəti necə olmuşdur? Paltarlar üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda bıçaqla zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilsin.” sualına istintaq eksperimenti keçirilməklə cavab vermək mümkündür. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 473 nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs hal-hazırda hərhansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş və psixiatrik müalicə almamışdır. Həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur, əqli və psixi fəaliyyətində gerilik əlamətləri müəyyən edilmədi. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Emosional-iradi sferasında, hərəkət və davranışını iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Emosionallıq, özünə qarşı hörmət tələb etmək, həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Müayinə gedişatında psixi-emosional vəziyyəti ilə əlaqədar şüurun daralması, intellektual imkanlarının enməsi halları müəyyən edilmədiyindən, o, hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. İstintaq zamanı təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 633 nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında" xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin "təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair" 4(005)-217/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixdə "həbs" qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İrza Ramazanov məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona qarşı heç bir şikayəti, tələbinin olmadığını, təqsirləndirilən şəxsin cəzalanmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sözügedən maddəsinin tərkibi yoxdur və onun əməli həmin Məcəllənin 120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürməsi ilə bağlı hər hansı birbaşa sübut müəyyən edilmədi. Zərərçəkmiş şəxs həm ibtidai araşdırma zamanı verdiyi həm də məhkəmədə verdiyi ifadəsindən məlum olur ki, həmin gün axşam saat 19 radələrində o, evdə uzanarkən qardaşı Anar idmandan evə gəlmişdir. Qardaşı evə daxil olandan sonra paltarlarını dəyişib, mətbəx otağına keçib, masada yemək yeyərkən evdə çörək olmadığı üçün onu təhqir edərək, üstünə qışqırıb “evə niyə çörək almamısan” deyə öz iradını bildirmişdir. O isə, üstünə qışqırmamağı, iradını normal bildirməyini qardaşına demiş, bu zaman Anar onun üstünə gələrək sağ əli ilə onun sifətinin sol nahiyyəsindən bir sillə zərbəsi vurmuşdur. O, qardaşı ilə mübahisə edən zaman anası iradını bildirərək, mübahisə etməməklərini demişdir. Anar onun böyük qardaşı olduğu üçün sonuncuya qarşı heç bir hərəkət etmədən qonaq otağına keçərək, orada yerləşən divanda uzanmış, qardaşı isə həmin zaman mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başlamış o, isə mətbəxin yanında yerləşən otaqda uzanmışdır. Bir müddətdən sonra əynini dəyişmək üçün mətbəxin içərisindən öz otağına keçmək istəyən zaman orada yemək yeyən qardaşı Anara iradını bildirərək, səbəbsiz yerə üstünə qışqırmamağı demiş, Anar isə onun sözlərinə məhəl verməyərək ayağa qalxaraq üstünə gəlmək istəyəndə o, sağ əli ilə qardaşının bıçaq olan sağ qolunun dirsək nahiyəsindən vuraraq itələmiş və yataq otağına keçmişdir. Yataq otağında əynini dəyişən zaman qardaşının qışqırıq səsini eşitmiş, dərhal mətbəx otağına qayıtmış və qardaşının ürək nahiyəsində qan ləkələrinin olmasını görmüşdür. Bu zaman o, anası ilə birlikdə köməkləşərək qardaşı Anarın axan qanını saxlamaq üçün hamam otağından məhrabanı götürərək yarasının üstünü örtüb anası ilə birlikdə qardaşını yataq otağına apararaq yatağa uzatmışlar, sonra anası ilə bərabər qardaşına ilkin yardım göstərmişlər, lakin qanı dayandırmaq mümkün olmamışdır. Onun Anarı öldürmək niyyəti olmamışdır. Anarın əlindəki bıçaq ehtiyatsızlıqdan Anara dəymişdir. Hadisənin sağ olan yeganə şahidi Şahid1 ifadəsindən məlum olur ki, hadisə baş verən gün saat 19 radələrində Zərərçəkmiş şəxs idmandan evə gəlmiş və həmin vaxt o, qonaq otağında olan divanda uzanmışdır. Anar evə daxil olandan sonra paltarlarını dəyişib, mətbəx otağına keçib masada oturub yemək yeyərkən evdə yeni çörək tapmadığı üçün, Arazı təhqir edərək, uca səslə üstünə qışqırıb “evə niyə çörək almamısan” deyə öz iradını bildirmişdir. Araz isə Anara üstünə qışqırmamağı, iradını normal qaydada bildirməyini demişdir. Bu zaman Anar Arazın üstünə gələrək sağ əli ilə Arazın sifətin sol nahiyəsindən bir sillə zərbəsi vurmuşdur. Övladları mübahisə edən zaman o, ana kimi iradını bildirərək mübahisə etməməklərini demişdir. Anar böyük olduğu üçün Araz ona qarşı heç bir hərəkət etmədən qonaq otağına keçərək, orada yerləşən divanda oturmuş, Anar isə mətbəxdə əyləşərək, mətbəx bıçağı ilə nəyisə doğramağa başlamışdır. Bir neçə dəqiqə sonra Araz əynini dəyişmək üçün mətbəxin içərisindən öz yataq otağına keçmək istəyən zaman orada yemək yeyən qardaşı Anara iradını bildirərək, səbəbsiz yerə onun üstünə qışqırmamağı demişdir. Anar isə əsəbi halda ayağa qalxmaq istəyən zaman Araz Anarın əlində bıçaq olan qolundan vuraraq itələmişdir. Bu zaman Anarın əlindəki bıçaq sonuncuya bataraq xəsarət yetirmiş, lakin o, həmin vaxt elə bilmişdir ki, bıçaq Anarın bədənini sadəcə olaraq cızmışdır. X14 yataq otağına keçmişlər və bir-neçə dəqiq sonra Araz onu yataq otağına çağıraraq bildirmişdir ki, Anarın sinəsindən qan gəlir. O, dərhal yataq otağına keçmiş, Anarın yataqda uzandığını və sonuncunun sinə nahiyəsində qan ləkələrinin olduqlarını görmüşdür. Hadisə vaxtı hadisə yerində yalnız üç nəfər Anar, Araz və Sitarə Ramazanovlar olmuşdur. Anar hadisə nəticəsində ölmüş, Araz və Sitarə Ramazanovların isə ifadələri bir-birinə uyğundur. Bundan başqa Anar və Arazı tanıyan və iş üzrə dindirilmiş bütün şahidlər onların çox mehriban olmalarını bildirmişlər. İşdə olan ekspertiza rəylərindən məlum olur ki, nə Anarın, nə də Arazın bədənlərində heç bir xəsarət (Anarda olan bıçaq xəsarətindən başqa) yoxdur. Bu da onlar arasında qarşılıqlı dava olmamasına dəlalət edir. İş üzrə ifadə vermiş Şahid5, Şahid6 və Ümid Nəmidovun ifadələrində guya Arazı sorğu sual edən zaman onun qardaşını bıçaqla vurması barədə dediklərinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, həmin vaxt onlar hər hansı rəsmi sənəd tərtib etməmişlər. Təqsirləndirilən şəxs “dediklərini” rəsmiləşdirməmişlər. Bundan başqa onların ifadələrində müəyyən ziddiyətlər də vardır. Ümid Həmidov istintaq zamanı bildirmişdir ki, həmin vaxt o, Təqsirləndirilən şəxsla ünsiyyətdə olmamış, Təqsirləndirilən şəxs ona hadisənin hansı şəraitdə baş verməsi haqqında məlumat verməmişdir. Məhkəmədə isə verdiyi ifadəsində bildirmişdir ki, hadisənin necə olduğunu orada olan cavan oğlandan soruşanda həmin oğlan demişdir ki, qardaşı ilə arasında yaranan mübahisə zamanı bilmədən və istəmədən qardaşına xəsarət yetirmişdir. Digər polis əməkdaşları həmin yerə gəldiyi üçün o, xəstəxanadan çıxıb getmişdir. Şahid6 proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəlcə Araz onlara bildirmişdir ki, qardaşına xəsarəti istəmədən o yetirmişdir. Sonradan isə qardaşının mətbəxdə nəsə kəsərkən öz-özünə təsadüfən xəsarət yetirdiyini demişdir. Xəstəxanada olarkən polis əməkdaşı Şahid7 də yanlarında olmuşdur. Xəstəxanada koridorun yanında balaca otaq olmuş, onlar Arazı həmin otağa aparıb sorğu sual etmişlər. Lakin Şahid7 bildirmişdir ki, digər polis əməkdaşları həmin yerə gəldiyi üçün o, xəstəxanadan çıxıb getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş tibbi ekspert Şahid8 ifadəsində göstərmişdir ki, iş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsindəki kimi qardaşı Zərərçəkmiş şəxs ayağa qalxaraq üstünə gəlmək istəyəndə özünün sağ əli ilə Zərərçəkmiş şəxs sağ əlində bıçaq tutduğu sağ qolunun dirsək nahiyəsindən sağ əlinin içi ilə itələməsi, həmin zaman qardaşının qolunun qatlanaraq bıçağın sinəsinə girməsi və xəsarət yetirməsi barədə göstərdiklərinin qeyd edilən şəraitdə yetirilməsi barədə suala düzgün cavabı Məhkəmə situasion ekspertizası vasitəsi ilə vermək mümkündür. Zərərçəkmiş şəxs bədənində olan yara kanalının dərinliyi təqribən 9-12 sm-ə qədərdir, istiqaməti isə öndən arxaya, soldan sağa, bir qədər aşağıdan-yuxarıya doğrudur. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid8 bildirmişdir ki, Prokurorluq orqanının ona təqdim etdiyi qərarda göstərilən şəraitdə mərhumun öz-özünə xəsarət yetirməsinin mümkün olmamasını qeyd etmişdir. Həmin rəydə "şərait" deyərkən, prokurorluq orqanının qərarında göstərilən şəraiti nəzərdə tutmuşdur. Verdiyi rəydə mərhumun bədənində olan yaranın dərinliyini qeyd edərkən, yaranın çöldən vizual olaraq enin 2.4 sm olmasını əsas götürmüşdür. Belə ki, həmin bıçağın eninin 2.4 sm olan hissəsində bıçağın uzunluğu 12 sm-dir. Amma bunu dəqiq demək mümükün deyil. Belə ki, bıçaq zərbə anında və ya yaradan çıxan zaman kənarlara hərəkət edərsə yara kanalının eni arta, enlənə bilər. Bu zaman yaranın dərinliyi barədə düzgün olmayan nəticəyə gəlinə bilər. Həmin rəydə kənar şəxsin təsiri olmadan mərhumun öz-özünə xəsarət yetirməsinin mümkün olmaması öz əksini tapmışdır. Lakin həmin rəydə kənar şəxsin təsiri olarsa, mərhumun öz-özünə xəsarət yetirə bilməsinin mümkün olub olmaması barədə suala cavab vermək mümkün deyildir. İbtidai istintaq zamanı nə ilə bağlı dindirilməsini isə xatırlamır. Eyni zamanda məhkəmədə və ibtidai araşdırma zamanı ifadə vermiş bütün şəxslər istisnasız olaraq bildirmişlər ki, hadisədən sonra Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs xilas etməyə çox cəhd etmiş lakin buna nail ola bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, belə olan halda Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürmək, yəni adamı qəsdən həyatdan məhrum etmək kimi qiymətləndirilə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilməli..., ...işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngülünə tövsif etmək hüququna malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, zərərçəkmiş şəxsin hüqüqi varisinin şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, bir ədəd qısaqol köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd alt tumanı, bir ədəd idman şalvarı, bir ədəd kapişonlu idman gödəkçəsi, bir cüt corab, hadisə yerindən götürülmüş bir ədəd bıçaq, bir ədəd adeyal, üzərində qanabənzər ləkələrin nümunəsi olan yeddi ədəd tampon maddi sübut kimi tanınaraq Nərimanov rayon prokurorluğunda saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 132.1.7-ci maddələrinə əsasən həmin maddi sübutlar məhv edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 440,5 (dörd yüz qırx, 50 qəpiq) manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxx 2020-cı il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - xx xxxxxx 2020-cı il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, bir ədəd qısaqol köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd alt tumanı, bir ədəd idman şalvarı, bir ədəd kapişonlu idman gödəkçəsi, bir cüt corab, hadisə yerindən götürülmüş bir ədəd bıçaq, bir ədəd adeyal, üzərində qanabənzər ləkələrin nümunəsi olan yeddi ədəd tampon hökm qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 440,5 (dörd yüz qırx, 50 qəpiq) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-733/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-733/2020
07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver