Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-733/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2 noyabr 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, ev 9-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində 40 manat ödənişlə külli miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşadığı evində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,027 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, daşıyaraq üzərində saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3 ev 9-un qarşısında saxlanılıb ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki mavi rəngli cins şalvarın sol yan cibində bir ədəd bükümdə təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı ünvan 3 ünvanına baxış zamanı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,027 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, narkotik vasitələrin əksər növlərindən istifadə edir. Əvvəllər bir neçə dəfə müxtəlif cinayətlərə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2014-cü ildə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2016-cı ildə amnistiya qərarı ilə azadlığa çıxmışdır. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. 18 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 40 manata öz istifadəsi üçün 3 büküm heroin və bir büküm metamfetamin psixotrop maddəsi almışdır. Heroinin bir bükümünü cibində saxlamış, qalanlarını isə yaşadığı evdə şkafın içərisindəki sarı plastik qabın içinə qoymuşdur. Səhəri gün, yəni 19 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində evdə olarkən qapı döyülmüşdür. Aşağı düşüb qapını açmış və tanışı X2 qapının qarşısında görmüşdür. Eminlə görüşüb onu içəri dəvət etmək istəmişdir. Bu vaxt mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Suraxanı RPİ-yə dəvət etmişlər. Odur ki, polis əməkdaşları ilə birlikdə idarəyə getmişlər. Orada hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə otaqların birində üzərində şəxsi axtarış həyata keçirilmiş və bu zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş «kakos»u bir gün əvvəl aldığını, bundan başqa yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Aşkar edilən büküm qablaşdırılmış və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib edilmiş protokola da imza etmişdir. Bundan sonra vəkilinin iştirakı ilə yaşadığı evdə axtarış həyata keçirilmişdir. O, şkafda olan sarı plastik qutunun içərisindəki iki ədəd büküm çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər də qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Sonra isə evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə ünvan 3-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə, əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. 19 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında Şahid1 ilə birlikdə saxlayıb, Suraxanı RPİ-yə gətirmişlər. Xidməti otaqların birində üzərinə videoçəkilişlə baxış keçirilərkən zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü çıxardaraq təqdim etmiş və bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Sonuncu evdə olan şkafdan sarı rəngli plastik qabı götürmüş və içərisindən 2 ədəd şəffaf sellofanda olan bükümləri çıxardaraq təqdim etmiş, bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcədə Suraxanı RPİ-də olarkən ona qarşı hər hansı formada fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynıdır. Oktay uzun illər məhkumluq həyatı yaşamış və sonuncu dəfə beş il bundan əvvəl azadlığa çıxmışdır. Oktay Bakı şəhəri ünvan 5 ünvanda iki ev vardır, digər evdə isə oğlu Ülvi öz ailəsi ilə yaşayır. Hər gün narkotik istifadəçiləri Oktayın yaşadığı evə gəlib, sonuncudan narkotik vasitə almışlar. Buna görə də, o və bəzi qonşular Oktayın bu hərəkətlərinə son qoyulması üçün Suraxanı rayon prokuroruna müraciət etmişlər. Bundan sonra Oktay həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və X1 Şahid5 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 5 ildir ki, heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni mütəmadi olaraq Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yaşayan Oktay Əliyevdən alır. 19 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Oktayın yaşadığı Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən evinə getmişdir. Evə çatıb qapını döymüş və sonuncu küçəyə çıxmışdır. Bu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular narkotik vasitənin əldə edilməsi, saxlaması və istifadəsində şübhəli olduğunu bildirərək onu və Oktayı Suraxanı RPİ-yə dəvət etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, uzun illərdir ki, ünvan 6 ünvanında yaşayır. Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır. Oktay əvəllər dəfələrlə cinayət törətmiş və məhkumluq həyatı yaşamışdır. Son zamanlar narkotik istifadəçiləri Oktayın evində toplaşmış və narkotik vasitə istifadə etdikdən sonra şpris-iynələri küçənin müxtəlif yerlərinə atmışlar. Buna görə küçəyə çıxa bilməmişlər. Bir dəfə polis əməkdaşları Oktayı saxlamış, lakin 2 gündən sonra sonuncu evinə qayıdıb, öz işlərinə davam etmişdir. Buna görə də o və başqa qonşular Suraxanı rayon prokurorluğuna ərizə yazmışlar. Bundan sonra Oktay həbs olunmuşdur. İşin 35-ci vərəqindəki 19 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Qubarnəli oğlunun yaşadığı ünvanına daxil olduqda evin giriş hissəsinin sol tərəfində olan şkafın üst hissəsindən sarı rəngli plastik qabın içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim etmiş və təqdim etdiyi bükümlərin birində kakos kimi tanıdığı narkotik maddə, digərində isə şüşə kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. İşin 29-30-cu vərəqələrindəki 19 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun əynindəki mavi rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və həmin 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşin 83-cü vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyi, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirdiyi müəyyən edilmişdir. İşin 84-cü vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilinə baxış istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsinin sol tərəfində olan şkafın üst hissəsindən sarı rəngli plastik qabın içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim etdiyi, həmin bükümlərin birində kakos kimi tanıdığı narkotik maddə, digərində isə şüşə kimi tanıdığı narkotik maddə olduğunu bildirdiyi müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 28 dekabr 2020-ci il tarixli, 3567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli, 6/2218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə» yazısı olan zərfdə bir ədəd bükümdə, təmiz çəkisi 0,842 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə» yazısı olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,027 qr. qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,350 qr. ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinin ümumi çəkisi 2,869 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Amblator məhkəmə-psixiatriya ekspertizasının 8 dekabr 2020-ci il tarixli, 2322 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 178-185-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında»16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının təyin edilərək müvafiq rəy alınmış ümumilikdə təmiz çəkisi 2,869 qram, tədqiqata sərf edildikdən sonra qalıq 2,719 qr narkotik vasitə heroin və təmiz çəkisi 0,350 qr, tədqiqata sərf edildikdən sonra qalıq 0,3 qr psixotrop maddə metamfetamin, eləcə də, araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə və psixotrop maddə Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş DVD disk isə cinayət işinə əlavə edilmişdir. İşin 126-129-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 19 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli aministya qərarının 3-cü bəndinə əsasən azad edilmişdir. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 11-115-ci vərəqələrindəki Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir. İşin 116-118-ci vərəqələrindəki qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin zəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 140-143-cü vərəqələrindəki Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsində imtina edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı apelyasiya protestinə münasibətdə ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində tutulduğu iki gün nəzərə alınmaqla, 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs X3 məhkəmə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-cu maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 19 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suracanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,719 narkotik vasitə heroin və təmiz çəkisi 0,350 qr., tədqiqata sərf edildikdən sonra qalıq 0,3 qr. psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 19 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,719 narkotik vasitə heroin və təmiz çəkisi 0,350 , tədqiqata sərf edildikdən sonra qalıq 0,3 qr. psixotrop maddə metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, və mənzilinə keçirilmiş baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-733/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-733/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver