Məhkəmə qərarları › İş №1(101)-733/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-733/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-733/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi ev 164-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu 01 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 02 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,813 qram;0,564 qram;ümumi təmiz çəkiləri 1,377 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 07 (yeddi) ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkibinə görə eynilik təşkil edən ayrı ayrılıqda təmiz çəkiləri 0,835 qram, 1,287 qram, 0,694 qram, 0,440 qram, 0,809 qram, 0,562 qram, 0,628 qram, ümumi təmiz çəkiləri 5,255 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdar nakotik vasitə heroini müxtəlif şəxslərə satıb qazanc əldə etmək məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış və 01 noyabr 2021-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edərkən Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sağ əlində olan dəri materialdan hazırlanmış üzərində “Boer” yazısı həkk olunmuş qara rəngli əl çantasının içərisindən 02 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,813 qram; 0,564 qram;ümumi təmiz çəkiləri 1,377 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 07 (yeddi) ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkibinə görə eynilik təşkil edən ayrı ayrılıqda təmiz çəkiləri 0,835 qram, 1,287 qram, 0,694 qram, 0,440 qram, 0,809 qram, 0,562 qram, 0,628 qram, ümumi təmiz çəkiləri 5,255 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdar nakotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin – həm heroinin, həm də metafetaminin istifadəçisidir. Saxlanıldığı zaman bu maddələrdən üzərində hər birindən 0,1 qram olmaqla 2 büküm omuşdur. Lakin ona verilmiş ittihamda bu maddələrin həcmi daha çox göstərilmiş, bununla da razı deyildir. İttihamın qalan hissəsi ilə razıdır. Həqiqətən o, Bakı şəhəri, Yasamal rayonu Əhməd Cavad küçəsi ev 146 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda tək yaşamış, əvvəllər 5 dəfə narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmaqla məhkum olunmuş, sonuncu dəfə qanunsuz narkotik vasitə əldə edib, daşıyıb saxlamağına görə 2014-cü ildə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, cəzasını Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəsissəsində çəkən zaman cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətini pozduğuna görə Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. 14.10.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən gəldikdən sonra ünvan 3 ünvanda yaşamış, narkotik və psixotrop maddələrdən uzun müddət istifadə etdiyindən onda narkomaniyadan asılılıq yaranmış və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün heç bir yerdə işləyə bilməmiş, narkotik və psixotrop maddələri Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən təsadüfü tanış olduğu adamlardan əldə edib almış və istifadə etmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadəsi ona elan edildi, həmin ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş əşyaları 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan əraziyə gedərək orada adını bilmədiyi, lakin üzdən tanıdığı təxminən 50 yaşlarında bir kişidən 250 manat ödəyərək əldə etmişdir. Həmin şəxs ona bir ədəd sellofon torbada içərisində 09 bükümdə heroin və psixotrop maddə olan metafetamini satmışdır. Bundan sonra həmin işərisində heroin və metafetamin olan sellofon torbanı üzərində “Boer” yazılmış qara rəngli əl çantasına qoyaraq saat 18:30 radələrində Nəsimi rayonundan piyada Yasamal rayonuna gəlmiş və Şərifzadə küşəsi 323 ünvanın qarşısı ilə hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin X2 əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Yasamal RPİ-nə dəvət etmişlər. Orada Yasamal RPİ-də Təhqiqat Şöbəsinin təhqiqatçısı onu müdafiəçi ilə təmin etmiş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. O, da sağ əlində olan əl çantasının içərisində olan sellofon torbada 09 ədəd şəffaf sellofona bükülmüş bükümü, həmin bükümlərdən 07 ədədi narkotik vasitə olan heroini və 02 ədəd psixotrop maddə “Patı” adlanan metafetamıni polislərə təqdim etmişdir. Əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamış, özü istifadə etmək üçün almışdır.Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmiş, törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən peşiman olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edir, belə ki, onun üzərində tutulan zaman bir büküm heroin və bir büküm metafetamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 01 noyabr 2021-ci il tarixdə əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o təyin edilmiş, qrupun üzvü isə Yasamal RPİ-nin X2 kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 təyin edilmişdir. 01 noyabr 2021-ci il tarixdə saat 18:30-da Şahid2la birlikdə A.M.Şərifzadə küşəsi 323 ünvanın qarşısı ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin polis əməkdaşları kimi təqdim etmişlər. Sonuncu isə xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirərək ona Yasamal RPİ-nə getməsi təklif etmişdir. Təqsirləndirilən şəxs oğlu polis idarəsinə getməsinə etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmiş, onun saxlanılaraq polis idarəsinə gətirilməsi barədə tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin rəisinin göstərişinə əsasən zəruru təhqiqat tədbirlərinin keçirilməsi Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 təhvil verilmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra sağ əlində olan üzərində “Boer” yazılmış qara rəngli əl çantasının içərisindən 09 ədəd şəffaf sellofona bükülmüş bükümü təqdim edərək həmin bükümlərdən 07 ədəd bükümün içərisindəki narkotik vasitə heroinə bənzər maddələri və 02 ədəd bükümün içərisindəki narkotik vasitə metafetaminə bənzər maddələri təqdim etmiş, həmin maddələri 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində “Papanin”adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən protokol tərtib edilmiş və protokolu bütün iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, onun üzərindən cəmi 2 büküm deyil, 9 büküm qanunsuz əşyalar aşkar edilmişdir. Bu faktı o özü də baxış zamanı həmin bükümləri təqdim etməklə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin X2 kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 daxil olmuş məlumata əsasən o, əməliyyat qrupuna daxil edilmiş və Şahid1la birlikdə əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı yoxlamaq məqsədilə 01 noyabr 2021-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küşəsi 323 ünvanın qarşısı ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin polis əməkdaşları kimi təqdim etmişlər. Sonuncu isə xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirərək ona Yasamal RPİ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu polis idarəsinə getməsinə etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmiş və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin rəisinin göstərişinə əsasən zəruru təhqiqat tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 təhvil verilmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra sağ əlində olan üzərində “Boer” yazılmış qara rəngli əl çantasının içərisindən 09 ədəd şəffaf sellofona bükülmüş bükümü təqdim edərək həmin bükümlərdən 07 ədəd bükümün içərisindəki narkotik vasitə heroinə bənzər maddələri və 02 ədəd bükümün içərisindəki narkotik vasitə metafetaminə bənzər maddələri təqdim etmiş, həmin maddələri 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində “Papanin”adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən protokol tərtib edilmiş və protokolu bütün iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, onun üzərindən cəmi 2 büküm deyil, 9 büküm qanunsuz əşyalar aşkar edilmişdir. Bu faktı o özü də baxış zamanı həmin bükümləri təqdim etməklə təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mağazada xidmətçi işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu Əhməd Cavad küçəsi ev 146 nömrəli ünvanda yaşamışdır. Yaşayış evi mərhum atası X4 məxsus olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Qardaşı narkotik vasitələrdən istifadə etdiyi üçün narkomaniya xəstəliyindən əziyyət çəkmiş və heç bir yerdə işləməmişdir. Qardaşının xəstəliyi ilə bağlı ona daimi maddi yardım etmişdir. Qardaşı Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olarkən Yasamal RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasını ona polis əməkdaşları məlumat vermişlər. Qardaşı Fuadın narkotik vasitələrdən istifadə etməsini eşitmiş, lakin onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan 01.11.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 164-də yaşayan Təqsirləndirilən şəxs oğlunun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan 02.11.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 10 ünvanın qarşısnda Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəklişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan üzərində “Boer” yazılmış qara rəngli əl çantasının içərisindən 09 ədəd şəffaf sellofona bükülmüş bükümü təqdim etmiş, həmin bükümlərdən 07 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin və 02 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə metafetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış keçirilərkən 07 ədəd bükümün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesfik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd bükümün içərisindəki maddənin isə psixotrop maddə metamfetaminə bənzəməsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində “Papanin”adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 250 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 01.11.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03.11.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun barəsində həbsetmənin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 01.11.2021-ci il tarixdə şübhəli şəxs qismində və 03.11.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 01 noyabr 2021-ci il tarixdə bədənində ağrılar baş qaldırdığından narkotik almaq qərarına gəlmiş, həmin məqsəd üçün günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan əraziyə gedərək orada üzdən tanımadığı 50 yaşlarında bir kişidən 250 manat dəyərində narkotik vasitə və psixotrop maddə istəmişdir. Naməlum kişi ona bir ədəd sellofon torbada içərisində 09 bükümdə heroin və psixotrop maddə olan metafetamini ona satmışdır. Təqsirləndirilən şəxs Nəsurulla oğlunun ifadələri və üzərinə baxış keçirilən zaman verdiyi izahı üst-üstə düşdüy üçün və videoçəkilişlə keçirilmiş protokolla təsdiq olunduğu üçün məhkəmə bu sübut növlərini həqiqi və mötəbər hesab edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 6/4853 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün № 164” möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs Nəsurulla oğlunun üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz şəkiləri 0,813 qram, 0564 qram, ümumi təmiz şəkiləri 1,377 qram ağ rəngli, kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 07 ədəd bükümdə ayrı ayrılıqda təmiz şəkiləri 0,835 qram, 1,287 qram,0,694 qram, 0,440 qram, 0,809 qram, 0,562 qram, 0,628 qram,ümumi təmiz çəkiləri 5,255 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.07 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İ), Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ), daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 231 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 32 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlaməti qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 01.02.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs oğlunun üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş tədqiqat sonra qalıq çəkisi 1,277 qram psixotrop maddə metafetamin və 5,115 qram olan narkotik vasitə heroin saxlanc üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən video çəkilişlə köçürülmüş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Xalq Məhkəməsinin 27.11.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-4-cü maddəsinin İ hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 02.03.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixdə Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı ACDİÜ məhkəməsinin 05.06.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.07.2006-cı ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21.10.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.02.2011-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.12.2013-cü ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 66.5-ci maddəsi ilə 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14.10.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilməyə məhkum edilmiş şəxslər barədə -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 66.5-ci maddələri ilə 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və 14.10.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunması onun yeni cinayət əməlini törətdiyi günədək iki ildən çox müddət keçdiyindən, məhkumluğu ödənilmiş və məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız saxlanıldığı zaman üzərində hər birindən heroin və metafetamin 0,1 qram olmaqla 2 büküm olması və həmin maddələri şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərinə baxış protokolu, özünün ibtidai istintaq zamanı verdiyi ifadələri ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar, İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ilkin çəkisi 1,377 qram, psixotrop maddə metafetamin çəkisi isə 5,255 qram külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 1,277 qram psixotrop maddə metafetamin, 5,115 qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 1,277 qram psixotrop maddə metafetamin, 5,115 qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar