Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-733/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 6 saylı Vəkil Bürosının vəkili Müdafiəçi3 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx xxxxxx 1986-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 2009-cu il təvəllüdlü uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi, ev 17, mənzil 15-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yerləşən «AF» oteldə müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə
2. 05 oktyabr 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2011 və 2018-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Maarif küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rısa” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11,259 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 110,171 qram çəkidə psixotrop maddə metamfetamini, 106,606 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 11 qram çəkidə narkotik vasitə həşiş qətranını, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 19,2 qram olmaqla ümumilikdə 112 həbdən ibarət “Alyse 150 mg capsule Pregabaline” və 8 həbdən ibarət “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan güclü təsir edən preqabalin tərkibli dərman preparatlarını, təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram olmaqla ümumilikdə 23 həbdən ibarət “Methadone 40” əmtəə göstəriciləri olan narkotik vasitə metadon həblərini əldə edib Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı ünvan 1 ünvanda yerləşən «AF Hotel» otelinin 1716 saylı otağına daşıdıqdan sonra, istintaqa məlum olmayan vaxtda və yerdə narkotik vasitə heroinin 0,898 qram hissəsini, psixotrop maddə metamfetaminin külli miqdarda 7,379 qram hissəsini, 14 həbdən ibarət “Alyse 150 mg capsule Pregabaline” və 8 həbdən ibarət “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan güclü təsir edən preqabalin tərkibli dərman preparatlarını, 10 həbdən ibarət “Methadone 40” əmtəə göstəriciləri olan narkotik vasitə metadon həblərini və 1,274 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 verməklə narkotik vasitə heroinin qalan külli miqdarda 10,361 qram hissəsini, psixotrop maddə metamfetaminin külli miqdarda 102,792 qram hissəsini, narkotik vasitə qurudulmuş marixuananın 105,332 qram hissəsini, 11 qram narkotik vasitə həşiş qətranını, 98 həbdən ibarət “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan güclü təsir edən preqabalin tərkibli dərman preparatlarını, 13 həbdən ibarət “Methadone 40” əmtəə göstəriciləri olan narkotik vasitə metadon həblərini müvəqqəti yaşadığı ünvan 1 ünvanda yerləşən «AF Hotel» otelinin 1716 saylı otağında saxlamış, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 29 avqust 2022-ci il tarixdə saat 22:05də özünə məxsus «Renault Clio» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının ciblərindən 02 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,463 qram və 0,435 qram olmaqla ümumi təmiz çəkisi 0,898 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 07 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,916 qram, 1,037 qram, 0,830 qram, 0,900 qram, 0,765 qram, 0,498 qram, 0,442 qram olmaqla ümumi təmiz çəkisi 7,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram təşkil edən 8 həbdən ibarət “Preqabalin Krka 300” və 14 həbdən ibarət “Alyse 150 mg capsule Pregabaline” və əmtəə göstəriciləri olan güclü təsir edən preqabalin tərkibli həmin dərman preparatları, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 həbdən ibarət “Methadone 40” əmtəə göstəriciləri olan həmin narkotik vasitə metadon həbləri və 01 bükümdə 1,274 qram çəkidə həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş əşyaları xx.xx.2022-ci il tarixdə saat 21:45radələrində ünvan 4 ünvanda yerləşən “AF Hotelin” 7-ci mərtəbəsində 1716 saylı otaqdan tanıdığı “Gülü” adlı şəxsdən otelin yaxınlığında yerləşən “Unibankın” qarşısında tanımadığı şəxsə vermək məqsədilə götürülməsinə dair məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 30 avqust 2022-ci il tarixdə saat 02:30-da Təqsirləndirilən şəxs1 saxlanılaraq onun müvəqqəti yaşadığı “AF” otelin 1716 saylı otağında keçirilmiş baxış zamanı otaqda olan çarpayının üzərindən 05 bükümdə ayrı-ayrılıqda çəkiləri 7,253 qram, 1,026 qram, 0,856 qram, 0,852 qram, 0,374 qram olmaqla ümumi təmiz çəkisi 10,361 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 06 bükümdə ayrı-ayrılıqda 59,478 qram, 23,151 qram, 18,792 qram, 0,988 qram, 0,275 qram, 0,108 qram olmaqla ümumi təmiz çəkisi 102,792 qram təşkil dən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,404 qram, 13,340 qram, 5,465 qram, 23,304 qram, 4,485 qram, 14,258 qram, 6,411 qram, 16,415 qram, 1,235 qram olmaqla ümumi təmiz çəkisi 104,317 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd papirosun tərkibində 1,015 qram narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə 11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, təsiredici maddəsinin ümumi miqdarı 0,52 qram olan üzərində «Methadone 40» əmtəə göstəricisi həkk olunmuş 13 ədəd narkotik vasitə metadon dərman həbləri, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 14,7 qram təşkil edən 98 həbdən ibarət güclü təsir edən preqabalin həbləri və narkotik vasitəpsixotrop maddələrin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən «AF» oteldə yaşadığı otaqda saxlanılmışdır. Saxlanılan zaman onun üzərində uzağı 10 qram metamfetamin olan bir sellofan büküm olmuşdur. Digər Təqsirləndirilən şəxs2 2-3 il olar ki, taksi sürücüsü kimi tanıyır. O, oteldə saxlanılmış, Təqsirləndirilən şəxs2 isə aşağıda saxlanılmışdır. Onda aşkar olunmuş metamfetamini Rza adlı iranlıdan onlayn əlaqəsi vasitəsi ilə əldə etmiş, bundan əvvəl də Rzadan 2-3 dəfə narkotik vasitə əldə edib Rzanın bildirdiyi yerlərə qoymuş, qarşılığında Rza onun kartına pul köçürmüşdür. Polislər onu oteldən Nəsimi RPİ-nə aparmışlar. Orada təhqiqatçı vəkil dəvət edərək onun üzərinə qadın əməkdaşın iştirakı ilə baxış keçirmişdir. Ondan aşkar olunan psixotrop maddəni özü də istifadə edir. Olub ki, pul müqabilində başqalarına da veriblər. Əkbərə saxlanıldığı gün heç nə verməmişdir. Əkbər ona sadəcə telefon nömrəsi sifariş vermişdir. Nömrəsini dəyişib artıq bu işlə məşğul olmayacaqdı. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 müştəri kimi tanımışdır. Belə ki, o istifadəsində olan maşını ilə taksi fəaliyyəti ilə məşğul olmuş, məhz bu fəaliyyəti ilə bağlı Gülnarı tanımışdır. Gülnarı otelə o yerləşdirmiş, ondan əvvəl isə Gülnar Bakıda kirayədə qalırdı. Kirayədən çıxdığı üçün onu otelə yerləşdirmişdir. Saxlanılan günə qədər Gülnar həmin oteldə cəmi bir neçə gün yaşamışdır. O, Gülnarla heç bir cinayət əlaqəsinə girməmiş, Gülnarın sifarişi ilə otelə dönər gətirib Gülnara vermiş, Gülnarın sifarişi ilə telefon nömrəsi əldə etmək üçün aşağı düşmüş, bu zama onu polislər saxlamışlar. Onun üzərindən heç bir qanunsuz əşya çıxmamışdır. İbtidai istintaq zamanı təzyiqə məruz qalmış və xəsarət almışdır. Polislər üzərinə baxış keçirməmişdən qabaq üzərinə heroin, metamfetamin, marixuana, preqabalin qoymuşlar. Bu vasitələr ona məxsus deyildir. O, ümumiyyətlə narkotik vasitə və yaxud psixotrop maddələr istifadə etmir, döyülməsi ilə bağlı istintaq təcridxanasında həkimlərə və prokurorluq əməkdaşlarına məlumat vermişdir. Onu otelin qarşısında 4 nəfər polis saxlayaraq döyədöyə Bakı şəhəri, Nəsimi RPİ-nə aparmışlar. Bundan sonra 2-3 gün PB-də saxlanılmış, oradan isə İT-na aparılmışdır. Onun məhkəməyə təqdim etdiyi ərizəsi elan edildi. Ərizəsində göstərdiklərini təsdiq edir. Burada məhkəmədə göstərdiklərini ərizəsində ətraflı qeyd etmişdir. Məhkəmədən xahiş edir ki, ona qarşı edilən qanunsuz hərəkətlər araşdırılaraq qanuni qərar qəbul edilsin. Məhkəmə iclasında şahid qismində Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, idarəyə əməliyyat məlumatı daxil olmuşdur ki, Gülnar və Əkbər adlı şəxslər xidməti ərazidə narkotik vasitələrin satışı ilə məşğul olurlar. Məlumat əsasında araşdırma apararaq həmkarı Şahid2 ilə birlikdə 30 avqust 2022-ci il tarixdə axşam saat 8-9 radələrində ilk olaraq Təqsirləndirilən şəxs2 «AF» otelin qarşısında oturduğu maşında saxlayıb idarəyə aparmışlar. Orada onun üzərindən xatırladığı qədər 3-4 bükümdə heroin və metamfetamin aşkar etmişlər. Əkbər bildirmişdir ki, bu əşyaları həmin oteldə yaşayan Təqsirləndirilən şəxs1 almışdır. Dərhal əməliyyat qrupu həmin gün gecə «AF» otelə gedərək Təqsirləndirilən şəxs1 oteldə saxlayaraq idarəyə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Gülnar əlindəki kartı təqdim edərək həmin kartın qaldığı otelin otağının olmasını bildirdi. Bundan sonra əməliyyat qrupu Gülnarın yaşadığı otelə gedərək onun yaşadığı otağa baxış keçirmiş və baxış zamanı həmin otaqdan çarpayının üzərindən 5 ədəd bükümlərdə narkotik vasitə heroin, 6 ədəd bükümlərdə psixotrop maddə metamfetamin, 9 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd papirosda narkotik vasitə qurudulmuş marixuana, üzərində «Methadone 40» əmtəə göstəricisi həkk olunmuş 13 ədəd narkotik vasitə metadon dərman həbləri , 1 ədəd bükümdə narkotik vasitə həşiş qətranı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 7 ədəd konvolyutda 98 ədəd kapsulda olmaqla «preqabalin» dərman preparatları, bir ədəd elektron tərəzi, həmçinin 3 ədəd şüşə kolba aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitələrdən marixuananı öz şəxsi istifadəsi üçün əldə etmiş, digər narkotik vasitələri və psixotrop maddələri, o cümlədən dərman preparatlarını isə satmaq məqsədi ilə İran İslam Respublikasının vətəndaşından alaraq qaldığı otel otağında hissələrə bölərək satmaq məqsədi ilə saxlamışdır. Elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək məqsədi ilə əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı otaqdan aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə tərtib olunmuş protokola da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 imza etmişlər. İstər saxlanılan zaman, istərsə də idarədə təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Ona Təqsirləndirilən şəxs2 tibbi kartındakı məlumat elan edildi. Bildirir ki, Təqsirləndirilən şəxs2 saxladıqları xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun gözaltı nahiyyələrində heç bir qançır olmamış, ümumiyyətlə bədənində hər hansı bir xəsarət izləri olmamışdır. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onları əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 30 avqust 2022-ci il tarixdə həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Gülnar və Əkbər adlı şəxslər xidməti ərazidə narkotik vasitələrin satışı ilə məşğul olurlar. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1, o isə qrupun üzvü olmuşdur. Bundan sonra Şahid1lə ilə birlikdə həmin gün axşam saat 8-9 radələrində Təqsirləndirilən şəxs2 «AF» otelin qarşısında oturduğu maşında saxlayıb idarəyə aparmış, orada Əkbərin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən 3-4 bükümdə heroin və metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş əşyaları həmin oteldə yaşayan Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Dərhal əməliyyat qrupu həmin gün gecə «AF» otelə gedərək Təqsirləndirilən şəxs1 həmin oteldə saxlayıb idarəyə gətirmiş, idarədə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Gülnar əlindəki kartı təqdim edərək həmin kartın qaldığı otelin otağının olmasını bildirdi. Bundan sonra onlar Gülnarın yaşadığı otelə gedərək onun yaşadığı otağa baxış keçirmiş və baxış zamanı həmin otaqdan çarpayının üzərindən 5 ədəd bükümlərdə narkotik vasitə heroin, 6 ədəd bükümlərdə psixotrop maddə metamfetamin, 9 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd papirosda narkotik vasitə qurudulmuş marixuana, üzərində «Methadone 40» əmtəə göstəricisi həkk olunmuş 13 ədəd narkotik vasitə metadon dərman həbləri , 1 ədəd bükümdə narkotik vasitə həşiş qətranı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 7 ədəd konvolyutda 98 ədəd kapsulda olmaqla «preqabalin» dərman preparatları, bir ədəd elektron tərəzi, həmçinin 3 ədəd şüşə kolba aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitələrdən marixuananı öz şəxsi istifadəsi üçün əldə etmiş, digər narkotik vasitələri və psixotrop maddələri, o cümlədən dərman preparatlarını isə satmaq məqsədi ilə İran İslam Respublikasının vətəndaşından alaraq qaldığı otel otağında hissələrə bölərək satmaq məqsədi ilə saxlamışdır. Elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək məqsədi ilə əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı otaqdan aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə tərtib olunmuş protokola da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 imza etmişlər. İstər saxlanılan zaman, istərsə də idarədə təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Ona Təqsirləndirilən şəxs2 tibbi kartındaık məlumat elan edildi. Bildirir ki, Təqsirləndirilən şəxs2 saxladıqları xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun gözaltı nahiyyələrində heç bir qançır olmamış, ümumiyyətlə bədənində hər hansı bir xəsarət izləri olmamışdır. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Əkbər» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə saat 21:45 radələrində əldə etdikləri məlumat əsasında ünvan 5 ünvanın qarşısında olarkən saat 22:05 radələrində «Əkbər» adlı şəxsi idarə etdiyi «Reno Clio» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərkən görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, «Əkbər» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən «Əkbər» adlı şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis idarəsinə gəldikdə raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Təhqiqat şöbəsinin X6yə həvalə olunmuşdur. X6 tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 2 ədəd bükümlərdə narkotik vasitə heroin, 7 ədəd bükümlərdə psixotrop maddə metamfetamin, 22 ədəd kapsulda «preqabalin» dərman preparatları, üzərində «Methadone 40» əmtəə göstəricisi həkk olunmuş 10 ədəd narkotik vasitə metadon dərman həbləri aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri Gülnar adlı xanımdan dediyi şəxsəçatdırmağıüçün götürdüyünü, marixuana, preqabalin və metadonu isəşəxsi istifadəsiüçün götürdüyünü bildirmişdir. Sonra aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və dərman preparatları qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib olunmuş və hamı protokola imza etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, 2019-cu ildən ünvan 4 ünvanda yerləşən «AF» Hoteldə menecer vəzifəsində işləyir. Onun işi hotelə nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 24 avqust 2022-ci il saat 01 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədiyi «AF» Hotelə yaxınlaşaraq qalmaq üçün otaq istəmişlər. Həmin vaxtı işdə olmuşdur. Həmin şəxslər şəxsiyyətlərini təsdiq edən sənədlərin əsillərini təhvil verdikdən sonra Hoteldə yerləşən 1716 saylı otaq həmin şəxslər üçün ayrılmış, otağa dair Təqsirləndirilən şəxs2 adına qeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs1 kart vasitəsi ilə otağın ödənişini etdikdən sonra onlar otağa yerləşdirilmişdir. Həmin şəxslər otağa yerləşən zaman onların əlində paketlər olmuş, lakin şəxsi əşyaları olduqlarını zənn edib paketləri yoxlamamışlar. Həmin şəxslər 24 avqust 2022-ci il tarixdən etibarən 1716 saylı otaqda qalmışlar. Hər gün əlavə olaraq 40 manat ödəməklə qalma günlərini artırmışlar. Təqsirləndirilən şəxs1 demək olar ki, qaldığı otaqdan bayıra çıxmırmış, Əkbər adlı şəxs tez-tez oteli tərk edib bir neçə dəqiqədən-saatdan sonra geri qayıtmışdır. 29 avqust 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 hoteli tərk etmiş, 30 avqust 2022-ci il taritxdə təxminən saat 03 radələrində Təqsirləndirilən şəxs1 da otaqdan çıxaraq oteli tərk etmiş, onlar daha sonra geri qayıtmamışlar. 30 avqust 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1, polis əməkdaşları və digər tanımadığı şəxslərlə birlikdə otele gəlmişlər. Onlar birlikdə 1716 saylı otağa daxil olmuşlar, təxminən yarım saatdan çox otaqda baxış keçirmişlər. Lakin o, baxışda iştirak etməmişdir. Onlar getdlikdən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvəqqəti qaldığı AF Hotelin 1716 saylı otağında narkotik vasitələr, psixotrop maddələr və s əşyalar aşkar edilmişdir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmalarından heç bir xəbərim olmamış, əgər bu barədə xəbəri olsaydı həmin şəxslərin cinayət əməlləri barəsində polis əməkdaşlarına məlumat verərmiş. Həmin şəxslər oteldə qaldığı müddət ərzində ora heç bir kənar şəxs gəlməmişdir. Çünki otelin otaqlarını onlar sifariş verdiyinə görə həmin otelə 3-cü bir şəxs buraxıla bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, «Əkbər» adlı şəxsin ünvan 7 ünvanın qarşısında narkotik vasitələrin əldə edilməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə daxil olmuş məlumata əsasən “Əkbər” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 22:05 radələrində qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Renault Clio” markalı **-BR-*** dövlət qeydiyyat nömrəli maşında saxlanılaraq saat 22:15-də Bakı şəhəri Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 30 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 01:35-dən saat 02:00-dək videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 7 ədəd bükümlərdə psixotrop maddə metamfetamin, sağ yan cibindən 2 ədəd bükümlərdə narkotik vasitə heroin və 01 ədəd ağ kağıza bükülmüş narkotk vasitə hesab olunan marixuana, şalvarın arxa sol arxa cibindən isə 14 ədəd “Alyse 150 mg”, 08 ədəd “Preqabalin Krka 300 mq” adlı güclü təsir edən maddələr və 10 ədəd “Methadone 40” adlı narkotik vasilələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik maddəyə bənzər kütlələri və psixotrop həbləri xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində ünvan 7 ünvanda yerləşən “AF Hotel»in 7-ci mərtəbəsində 1716 saylı otaqdan tanıdığı “Gülü” adlı şəxsdən otelin yanında yerləşən “UniBankın” qarşısında tanımadığı şəxsə vermək məqsədi ilə götürdüyünü bildirmişdir. Bundan sonra həmin tarixdə saat 02:20-dən saat 02:30-dək Təqsirləndirilən şəxs2 məxsus “Renault Clio” markalı maşına baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsindən müəyyən olunur ki, o ara-sıra narkotik vasitələrdən istifadə etmiş, xx.xx.2022-ci il tarixdə saat 22:05-də ünvan 8 ünvanda idarə etdiyi “Renault Clio” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşən zaman, mülki geyimdə olan 2 nəfər polis əməkdaşı onu saxlayaraq Bakı şəhəri Nəsimi RPİ-nə aparmış, orada üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən şəxsi axtarış protokolunda qeyd olunan heroin, marixuana, metadon kimi narkotik vasitələr, metamfetamin kimi psixotrop maddə, 14 ədəd “Alyse 150 mg”, 08 ədəd “Preqabalin krka 300 mg” adlı güclü təsir edən maddələr aşkar olunmuş, həmin əşyalaı xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində ünvan 9 ünvanında yerləşən “AF Hotel”-in 7-ci mərtəbəsində 1716 saylı otaqdan tanıdığı “Gülü” adlı şəxsdən oteli yanında yerləşən “Unibank”-in qarşısında tanımadığı şəxsə vermək məqsədilə götürmüş, polis idarəsinə gətirildiyi zaman və polis idarəsində ona qarşı heç bir zorakılıq olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsindən müəyyən olunur ki, o təxminən il yarım olaraq narkotik vasitələrdən istifadə edir, onları çox vaxt tanışı Gülnar adlı xanımdan alırdı. Gülnarla münasibətləri yaxşı idi, onunla tez-tez əlaqə saxlayırdı.xx.xx.2022ci il tarixdə Gülnar ona mobil nömrələr sifariş etmiş, o özünə məxsus “Renault Clio” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Gülnarın istədiyi nömrələri əldə edib Gülnarın yaşadığı “AF Otelə” getmiş, Gülnar yaşadığı otağa qalxıb onun ona verdiyi 07 ədəd büküm heroin, 02 ədəd büküm “şüşə”, 01 ədəd kağız bükümdə olan marixuana, 14 ədəd “Alyse 150 mg” , 10 ədəd “Methadon 40” və 08 ədəd “Preqabalin Krka 300 mg” həblərini götürmüşdür. Marixuananı özü istifadə edəcək idi digər maddə, vasitə və həblərini isə “Unibankın” yanına gedib ona gələcək tanımadığı şəxsə verməyi demişdir. O oteldən çıxıb maşının sükanı arxasına əyləşdiyi zamanı polis əməkdaşları onu saxlayıb maşını ilə birlikdə idarəyə aparıb həmin əşyaları üzərinə baxış zamanı təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-444/2022 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin bu qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək məhkəməyə ona qarşı fiziki zor və psixi təzyiqlər olmasından heç bir şikayət və narazılıq təqdim etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 6/4633 saylı rəyində müyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddələr..saxlanılan şəxs: Təqsirləndirilən şəxs2-imza, iştirakçılar-iki imza, Tərtib etdi S.Salahzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 0,463 qram, 0,435 qram, ümumi təmiz çəkisi 0,898 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 07 (yeddi) ədəd bükümlərdəki təmiz çəkiləri 2,916 qram, 1,037 qram, 0,830 qram, 0,900 qram, 0,765 qram, 0,498 qram, 0,442 qram, ümumi təmiz çəkisi 7,379 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd üzərində “Preqabalin Krka 300” əmtəə göstərilər olan konvalyutun içərisində səkkiz ədəd üzərində P300 yazıəlavəli ağ-tünd qəhvəyi rəng kapsullar preqabalin tərkibli dərman preparatıdır və 8 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,4 qramdır. (üzərində qeyd olunmuş göstəricisinəəsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla), 01 ədəd üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan konvalyutun içərisində on dörd ədəd ağ rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qramdır. Preqabalinlərin təsiredici maddəsinin ümumi miqdarı 4,5 qramdır. 01 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutda içərisində on ədəd ddp yazıəlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 10 ədəd həbin təsiredici maddəsinin ümumi mıqdarı 0,4 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 30 avqust 2022ci il tarixli, 7/958 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş təmiz çəkisi 1,274 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 02:30 radələrində ünvan 7 ünvanında yerləşən «AF Hotel»də müvəqqəti olaraq qonaq qismində yaşayan Təqsirləndirilən şəxs1 saxlanılararq Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd üzərində 1716 yazısı olan plastik kartı təqdim etmiş, həmin kartın «AF Hotel»in 7-ci mərtəbəsində yerləşən otağın kart sistemli açarı oldığını, üzərində hər hansı bir əşya olmadığını, 29 avqust 2022-ci il tarixdə, saat 22 radələrində qaldığı otel otağında narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrdən Əkbər adlı şəxsə oteldə verdiyni və otel otağında da həmin maddələrdən saxladığın bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mənzilə baxış keçirilməsi haqqında» 30 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 55 saylı ünvanda yerləşən «AF Hotel» adlı otelin 1716 saylı otağındakı çarpayının üzərindən 5 ədəd bükümlərdə narkotik vasitə heroin, 6 ədəd bükümlərdə psixotrop maddə metamfetamin, 9 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd papirosda narkotik vasitə qurudulmuş marixuana, üzərində «Methadone 40» əmtəə göstəricisi həkk olunmuş 13 ədəd narkotik vasitə metadon dərman həbləri, 1 ədəd bükümdə narkotik vasitə həşiş qətranı, 7 ədəd konvolyutda 98 ədəd kapsulda «preqabalin» dərman preparatları, bir ədəd elektron tərəzi, 3 ədəd şüşə kolba və iki ədəd qeyd dəftəri, 2 ədəd “Samsung” markalı telefon aşkar olunaraq götürülmüşdür. Baxış videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında» 12 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunurr ki, Təqsirləndirilən şəxs1 Dilşəm qızının 30 avqust 2022-ci il tarixdə yaşadığı Nəsimi rayonu R.Behbudov küçəsi 55 ünvanında yerləşən «AF Hotel»in 1716 saylı otağından götürülmüş 02 ədəd mobil telefona baxış keçirilmin baxış zamanı işlək vəziyyətdə olan «Samsung» markalı mobil telefonun üzərində 070 ***-**-** saylı mobil nömrə olmuş, telefonun menyu hissəsində foto yerinə daxil olduqda narkotik vasitələrin və ya psixotrop maddələrin tərəzi üzərində olan fotoları aşkar olunmuşdur. Digər mobil «Samsung A 32» markalı mobil telef olmuş, mobil telefon işlək vəziyyətdədir, mobil teleonun üzərində hər hansı bir mobil nömrə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 06 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 30 avqust 2022-ci il tarixdə yaşadığı Nəsimi rayonu R.Behbudov küçəsi 55 ünvanında yerləşən « AF » Hotelin 1716 saylı otağından göütürmüş bir ədəd qeyd dəftərdə narkotik vasitələrin, psixotrop maddələrin və güslü təsir edən dərman həblərinin satışını təsdiq edən yazılar mövcüd olmuşdur. Həmin qeydlər yazılarla və rəqəmlərlə ifadə olunmuşdur. Qeyd dəftərində «10 list 300-lük verdi», «10 p qalmışdı», «8 list yolamışdı», «5p+2K», «4p=8», «1 M 40+preqabalin 300» sözləri yazılmışdır. Təqsirləndirilən şəxs1 məxsus 3 ədəd plasik kartlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kartların biri "xxxx" ASC-yə məxsus olmaqla üzərində «Bolkart Ailə» yazıları yazılmışdır. Digər 2 ədəd plastik kartın üzərində isə «Leo Bank» yazıları həkk olunmuşdur. «Leo Banka» məxsus plastik kartların 1 ədəd zədələnmiş haldadır və işlək vəziyyətdə deyil, digər «Leo Bank»a məxsus kart isə işlək vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-443/2022 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 30 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünün təqsirli hesab etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış X5 müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi 31 avqust 2022-ci il tarixli ifadəsindən müəyyən olunur ki, o narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin istifadəçisi olmuş, həmin maddələri, narkotik vasitələri və həbləri “Risa” kimi tanıdığı İİR-nin vətəndaşından əldə edir, yəni sonuncunun Bakı şəhərində ayrı-ayrı yerlərə qoydurur, həmin yerlərin şəkillərini onun telefonuna atır, o da həmin vasitə və maddələri götürüb müxtəlif şəxslərə satırdı, pulu isə “Paypoint” ödəmə vaxitəsilə “Risa” adlı şəxsin bildirdiyi bank kartına köçürürdü. Təqsirləndirilən şəxs2 bir neçə ay olar ki taksi sürücüsü tanımış, bir neçə dəfə ona narkotik vasitələr və ya psixotrop maddələr, həmçinin güclü təsir edən maddələr vermişdir ki, onlar aparıb bir yerə qoysun ki, başqa şəxslər, müştərilər gəlib götürsünlər. Sonuncu dəfə 29 avqust 2022-ci il tarixdə axşam saatlarında qaldığı “AF Otel”in otağında narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri Əkbərə vermişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Unibankın” inzibati binasının qarşısına harasa qoysun ki, müştəri gəlib onları götürsün. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 6/4634 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi və “...ünvan 10 ünvanda yerləşən AF Hotelin 7-ci mərtəbəsində 1716 saylı otaqda Vət. Təqsirləndirilən şəxs1 məxsus aşkar edilmiş maddələr..saxlanılan şəxs: Təqsirləndirilən şəxs1-imza, iştirakçılar: imza; vəkil-imza: Qablaşdırdı: Babək Mirzəyev-imza...” yazıəlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 05 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri-7,253 qram, 1,026 qram, 0,856 qram, 0,852 qram, 0,374 qram, ümumi təmiz çəkisi 10,361 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 06 (altı) ədəd bükümlərdəki təmiz çəkiləri 59,478 qram, 23,151 qram, 18,792 qram, 0,988 qram, 0,275 qram, 0,108 qram, ümumi təmiz çəkisi 102,792 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 07 ədəd üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan konvalyutun içərisində 98 ədəd ağ rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 98 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 14,7 qramdır. Üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisindəümumilikdə 13 ədəd ddp yazıəlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 13 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,52 qramdır. 01 (bir) ədəd elektron tərəzinin üzərində və 03 (üç) ədəd şüşə kolbalarda heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 30 avqust 2022ci il tarixli, 7/959 saylı rəyindən müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş 9 (doqquz) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 19,404 qram, 13,340 qram, 5,465 qram, 23,304 qram, 4,485 qram, 14,258 qram, 6,411 qram, 16,415qram, 1,235 qram, ümumi çəkisi 104,317 qram bitki mənşəli kütlələr, tərkibin dənar kotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,0 qram olan maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Təqdim edilmiş 3 (üç) ədəd papiroslarda tütün ilə qarışıqda təmiz çəkisi 1,015 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana vardır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 5724 saylı rəyindən müyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 6001 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 2683 saylı rəyindən müyyən olunur ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xaraktermi və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, G.D.Əhmədovəa ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Təqsirləndirilən şəxs1ünsiyyətçillik, adaptivlik, situativlik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək qabiliyyətinə, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməs haqqında” 12 senyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus iki ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, onlardan birinin menyu hissəsində foto yerində narkotik vasitələrin və ya psixotrop maddələrin tərəzi üzərində foto şəkilləri aşkar olunmuş, digər telefonda maraq doğuran hər hansı bir hal yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «telefon danışıqlarına baxış keçirilməsi haqqında» 19 dekabr 2022-ci il tarixli protokodan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çoxlu sayda narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə SMS mübadilələri aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatiriya Xəstəxanası» X14 xx.xx.2022-ci il tarixli, 11107 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına əsasən qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop maddə və dərman preparatlarını əldə etdiyi «Rısa» adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əlbir olmaqla narkotik vasitələrin, psixotrop maddələrin və dərman preparatlarının satışı ilə məşğul olmaları müəyyən olunmuşdur. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» xx.xx.2022ci il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitiə və psixotrop maddənin əldə etmə mənbəsini müəyyən etmək məqsədilə ayrıca icraat ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatlarından sonra narkotik vasitə heroinin 0,798 qram qalığı, psixotrop maddə metamfetaminin 7,239 qram qalığı, 13 ədəd preqabalin 150 mg kapsulu, 7 ədəd preqabalin 300 mg kapsulu, narkotik vasitə metadonun 9 ədəd həbi, narkotik vasitə qurudulmuş marixuananın 1,254 qram qalığı, narkotik vasitə həşiş qətranının 10,98 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın 105,132 qram qalığı, narkotik vasitə heroinin 10,111 qram qalığı, psixotrop maddə metamfetaminin 102,492 qram qalığı, Preqabalin 150mg 91 ədəd kapsulu, narkotik vasitə metadonun 12 ədəd həbini, 1 ədəd elektron tərəzi, 3 ədəd şüşə kolbaları, 16 ədəd narkotik vasitədən istifadə üçün nəzərdə tutulmuş truboçka çubuqlar, iş üçün əhəmiyyət kəsb edən bir ədəd Təqsirləndirilən şəxs1 məxsus «Samsung A-52» markalı mobil telefon və 02 ədəd bloknot saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş, həmin saxlanc otağına həmçinin iş üçün əhəmiyyət kəsb etməyən Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung A-32” markalı mobil telefon, bir ədəd "xxxx" ASC-yə və 2 ədəd “LeoBanka” məxsus plastik kartlar, pul kisəsi, 54 manat pul və 100 lari, “AF otelə” məxsus 1716 yazısı olan bir ədəd plastik qapı kartı da saxlanması üçün təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayonu prokurorluğu tərəfindən araşdırma aparılmaqla Təqsirləndirilən şəxs2 qarşı qanunsuz hərəkətlər öz təsdiqini tapmamış, barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1367 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 sağ gözaltı nahiyyəsində aşkar olunmuş qançır istintaq təcridxanasında baxış keçirilməsindən təxminən 3-5 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə və ondan sonra əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin başlanması prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə rədd edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunurn ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Renault Clio» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil qaynı X7 qaytarılmışdır. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung A-32” markalı mobil telefonu, bir ədəd "xxxx" ASC-yə və 2 ədəd “Leobanka” məxsus plastik kartları, pul kisəsi, 54 manat pul və 100 lari Gülnar Əhmədovun atası X4 qaytarılmalıdır. Məhkəmədə elan edilib araşdırılmış tələbnamələrdən müəyyən olunur ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvələr məhkum olmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs2 həmin maddələri üzərinə polis əməkdaşları tərəfindən qoyulması və fiziki zor və pisixi təzyiqə məruz qalması barədə ifadələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahat və ilkin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, “Samsung A-52” markalı mobil telefonda olan fotoşəkillərə baxış protokolları, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və cinayət işin digər materialları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rısa» adlı şəxslə və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək üçün razılaşmış, aralarında olan razılığa əsasən «Rısa» adlı şəxs narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla həmin yerlərin koordinatlarını Təqsirləndirilən şəxs1 bildirdikdən sonra sonuncu narkotik vasitəni və psixotrop maddəni qoyulmuş yerdən götürüb onların satışını Təqsirləndirilən şəxs2la birlikdə həyata keçirmişlər. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması iləəlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmişşəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Təqsirləndirilən şəxs1 istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rısa» adlı şəxsdən qanunsuz olaraq narkotik vasitə heroin, marixuana, metadon, həşiş qətranı, psixotrop maddə metamfetami və güclü təsir edən maddələri əldə etmiş, həmin maddələrin bir hissəsini satmaq üçün qrup üzvü Təqsirləndirilən şəxs2 vermiş, qalan maddələri isə müvəqqəti yaşadığı «AF» otelin otağında qanunsuz saxlamışdır. Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı “AF” otelin otağından aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, o cümlədən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin təmiz çəkiləri külli miqdar təşkil edir. Hər iki təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə ayrı-ayrı bükümlərə qablaşdırılmış vəziyyətdə olmuş, o cümlədən hər iki təqsirləndirilən şəxsdən ayrı-ayrı növlərdə narkotik vasitələr aşkar olunmuşdur ki, bu da təqsirləndirilən şəxslərin qeyd olunan narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə saxladıqlarını sübut edir. Həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilən zaman həmin mobil telefonun “Fotoşəkillər” bölməsindəki fotoşəkillərdə narkotik vasitələrin tərəzi üzərində çəkilmiş fotoşəkilləri aşkar olunmuşdur ki, bu da Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını, Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı otel otağından üzərində narkotik vasitənin izləri olan elektron tərəzinin də aşkar olunması narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2009-cu il təvəllüdlü uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2011 və 2018-ci il təvəllüdlü azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış - 0,798 qram narkotik vasitə heroin, 7,239 qram psixotrop maddə metamfetamin, 13 ədəd preqabalin 150 mg kapsulu, 7 ədəd preqabalin 300 mg kapsulu, narkotik vasitə metadonun 9 ədəd həbi, 1,254 qram narkotik vasitə qurudulmuş marixuana, 10,98 qram narkotik vasitə həşiş qətranı, 105,132 qram narkotik vasitə qurudulmuş marixuana, 10,111 qram narkotik vasitə heroin, 102,492 qram psixotrop maddə metamfetamin, Preqabalin 150mg 91 ədəd kapsulu, narkotik vasitə metadonun 12 ədəd həbi, 1 ədəd elektron tərəzi, 3 ədəd şüşə kolbaları, 16 ədəd narkotik vasitədən istifadə üçün nəzərdə tutulmuş trubuçka çubuqlar məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A-52» markalı mobil telefon və 02 ədəd bloknot cinayət işinin materiallarında saxlanılmalı, iş üçün əhəmiyyət kəsb etməyən “Samsung A32” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus 01 ədəd plastik kart və “Leobanka” məxsus iki plastik kart, pul kisəsi, 54 manat pul, 100 lari Gülnar Əhmədovun atası X4 “AF otelə” məxsus bir ədəd üzərində 1716 yazısı olan plastik qapı kartı həmin otelə qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Clio” markalı **-BR-*** dövlət qeydiyyat nömrəli avtomaşının xx.xx.2022-ci il tarixdə qəbzlə Təqsirləndirilən şəxs2 qaynı X7 təhvil verilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X8 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 üçün 360 AZN ( üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri 05 (beş) il müddətinə, CM-nin 240.3.2-ci maddəsi maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri 05 (beş) il müddətinə, CM-nin 240.3.2-ci maddəsi maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən saat 22:05-dən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış - 0,798 qram narkotik vasitə heroin, 7,239 qram psixotrop maddə metamfetamin, 13 ədəd preqabalin 150 mg kapsulu, 7 ədəd preqabalin 300 mg kapsulu, narkotik vasitə metadonun 9 ədəd həbi, 1,254 qram narkotik vasitə qurudulmuş marixuana, 10,98 qram narkotik vasitə həşiş qətranı, 105,132 qram narkotik vasitə qurudulmuş marixuana, 10,111 qram narkotik vasitə heroin, 102,492 qram psixotrop maddə metamfetamin, Preqabalin 150mg 91 ədəd kapsulu, narkotik vasitə metadonun 12 ədəd həbi, 1 ədəd elektron tərəzi, 3 ədəd şüşə kolbaları, 16 ədəd narkotik vasitədən istifadə üçün nəzərdə tutulmuş truboçka çubuqlar məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A-52» markalı mobil telefon və 02 ədəd bloknot cinayət işinin materiallarında saxlanılsın, iş üçün əhəmiyyət kəsb etməyən “Samsung A32” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus 01 ədəd plastik kart və “Leobanka” məxsus iki plastik kart, pul kisəsi, 54 manat pul, 100 lari Gülnar Əhmədovun atası X4, “AF otelə” məxsus bir ədəd üzərində 1716 yazısı olan plastik qapı kartı həmin otelə qaytarılsın, Təqsirləndirilən şəxs2 məxsus “Renault Clio” markalı **-BR-*** dövlət qeydiyyat nömrəli avtomaşının xx.xx.2022-ci il tarixdə qəbzlə qaynı X7 təhvil verilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin.
Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova