Məhkəmə qərarları › İş №1(101)-734/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2020 01.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X94 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X28, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Hil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ilə əvvəllər bir sıra xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olan Qusar rayonunun Əvəcuq kənd sakini X21 2002-ci ilin may ayının ortalarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhəddinin Dağıstan Respublikası ərazisinin dağlıq hissəsindən qanunsuz keçib Əvəcuq kəndinə gəlib gizli yaşayaraq həmin kəndin sakinləri X72, X29, Şahid1, Qusar şəhər sakinləri Şahid2, X22 və Təqsirləndirilən şəxs ilə birlikdə müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup- banda yaratmış və onları silahla, döyüş sursatı və sair ilə təchiz etmişdir. 2002ci ilin sentyabr ayının əvvəllərində banda başçısı V.V.Muradov banda üzvləri Şahid2 və R.X.Salmanova məktub verib Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı şəxsdən odlu silah, döyüş sursatları və pul alıb gətirməyi tapşırmışdır. R.X.Salmanov Şahid2lə birlikdə öz arvadının qardaşı X7 ilə danışıb cinayət əlaqəsinə girərək onu bandanın cinayət fəaliyyətinə cəlb etmiş və V.V.Muradovun məktubunu ona verib Dağıstan Respublikasının Xasavyurt şəhərinə göndərmişlər. 2002-ci ilin sentyabr ayının əvvəllərində E.H.Məmmədov həmin məktubu Dağıstan Respublikasının Xasavyurt şəhərinə aparıb silahlı qrupun-bandanın Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı şəxsə çatdırmış və ondan 1.000 ABŞ dolları, 1 ədəd “Samsung” markalı videokamera və 2 ədəd ratsiya alıb Qusar rayonuna gətirib Şahid2 vasitəsilə videokameranı və ratsiyaları V.V.Muradova çatdırmışdır. E.H.Məmmədov ikinci dəfə xx xxxxxxxx 2002-ci il tarixdə silahlı qrupun-bandanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan üzvü “İslam” adlı şəxsdən Dağıstan Respublikasının ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdikləri 3 ədəd, 1 ədəd 1984-cü ildə istehsal olunmuş “AKSU-74” markalı 939600 nömrəli 5,45 mm çaplı, 1 ədəd 1984-cü ildə istehsal olunmuş “AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı, 1986-cı ildə istehsal olunmuş “AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı avtomat silahları, həmin avtomat silahlar üçün nəzərdə tutulmuş 16 ədəd sandıqçaları və döyüş sursatı olan 180 ədəd 5,45 mm çaplı patronları özünə məxsus olan “QAZ-3102” markalı “A 524 XT 05/RUS” dövlət nömrə nişanlı avtomaşını ilə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddinə gətirib avtomaşını “Samur” gömrük nəzarət məntəqəsi yaxınlığında saxlayaraq 10 ədəd boş avtomat silahının sandıqçalarını Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq sellofan torbada keçirib yaxınlıqdakı kolların arasında gizlətmiş, geri qayıdıb təkrarən 6 ədəd avtomat silahının sandıqçalarını içərisində 180 ədəd 5,45 mm çaplı avtomat patronları ilə birlikdə Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq keçirmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən yaxalanmış və onun avtomaşınından qanunsuz olaraq daşıyıb saxladığı 3 ədəd yuxarıda göstərilən avtomat silahlar aşkar edilərək götürülmüşdür. 2002-ci ilin sentyabr ayının axırı oktyabr ayının əvvəllərində V.V.Muradov özündə olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək saxlayıb gəzdirdiyi 1989-cu ildə istehsal olunmuş “AKSU” markalı 588177 nömrəli 5,45 mm çaplı avtomat silahla və 2 ədəd nömrəsiz “Makarov” tipli tapançalarla banda üzvləri X72, X29 və Şahid1 ilə Qusar rayonunun Xürel kəndi yaxınlığında meşədə təlimlər keçərək həmin təlimləri “Samsung” markalı videokamera ilə çəkmiş və həmin videokameranı, keçdikləri təlimi lentə aldığı videokaseti və 2 ədəd ratsiyaları saxlamaq üçün Şahid1 vasitəsilə ilə banda üzvü Şahid2 vermişdir. Təqsirləndirilən şəxs V.V.Muradovun təşkil etdiyi bandaya üzvlər cəlb edilməsinə və cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursat əldə edilməsinə köməklik etmiş, banda başçısı V.V.Muradova Qusar şəhəri, T.İsmayılov küçəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına silahlı basqın etməyi məsləhət görmüşdür. xx xxxxxx 2002-ci il tarixdə saat 11:00 radələrində X21 banda üzvü Şahid1 Əvəcuq kəndində onları gözləməyi tapşırıb banda üzvləri X72 və X29 ilə birlikdə “AKSU” markalı avtomat silahla, 2 ədəd “Makarov” tipli tapançalarla və həmin silahlara uyğun döyüş sursatı olan patronlarla silahlanmış vəziyyətdə Xaçmaz rayonunun Yalama qəsəbəsində Xaçmaz rayonunun Xudat qəsəbəsinə getmək adı ilə Xudat qəsəbə sakini X10 idarə etdiyi “VAZ- 2106” markalı “AZ **-BE-***” dövlət nömrə nişanlı avtomaşına əyləşib bir xeyli getdikdən sonra yolda özlərində olan odlu silahlarla V.V.Qasımova həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək onu sükanın arxasından düşürüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq avtomaşının arxa yük yerinə uzadıb yük yerinin örtüyünü bağlamaqla onu qanunsuz azadlıqdan məhrum edərək V.V.Muradov avtomaşının sükanı arxasına, M.M.İsayev onun yanında, N.Q.Əhmədov isə avtomaşının arxa oturacağına əyləşib hər üçü birlikdə V.V.Qasımovun idarə etdiyi avtomaşını talama məqsədi olmadan qanunsuz ələ keçirib gizli yollarla təxminən saat 13:00 radələrində Qusar şəhərinə gəlib özgənin əmlakını ələ keçirmək məqsədilə T.İsmayılov küçəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına silahlı basqın edərək tamah niyyəti ilə qəsdən öldürmək məqsədilə xüsusi amansızlıqla mağazada satıcı kimi işləyən X53 özlərində olan “Makarov” tipli tapançadan 2 dəfə atəş açaraq ona baş beyin toxumasının və sağ ağciyərin toxumasının zədələnməsi ilə müşayiət olunan ağır zərər vurmaqla qətlə yetirib mağazadan külli miqdarda - 171.090.831 manat məbləğində 334 sayıda müxtəlif çeşidli qızıl-zinət əşyalarını ələ keçirib gəldikləri avtomaşına əyləşərək sürüb hadisə yerindən getmiş və həmin avtomaşının arxa yük hissəsində V.V.Qasımovu əlləri, ayaqları və ağzı yapışqanlı lentlə bağlı vəziyyətdə Qusar rayonunun Hil kəndi yaxınlığında meşəlikdə atıb qaçmışlar. Həmin gün axşam saat 21:00 radələrində V.V.Muradov, M.M.İsayev və N.Q.Əhmədov Əvəcuq kəndinə banda üzvü Şahid1 evlərinə gələrək əvvəlcədən razılaşdıqları kimi onu bayıra çağırıb törətdikləri cinayətlər barədə ona bildirərək “Aygün” firma mağazasından ələ keçirdikləri qızıl-zinət əşyalarını əvvəlcə Şahid1 evlərinin həyətyanı sahəsində, sonra isə sonuncunun qardaşı X11 məxsus Əvəcuq kəndinin kənarında heç kimin yaşamadığı evin həyətyanı sahəsində torpağa basdırıb gizlətmişlər. Bundan başqa, o, ağır və xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olub Azərbaycan Respublikasının hüdudlarından kənarda həmin cinayətkar birliyin tərkibində terrorçuluq məqsədi ilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb və eyni məqsədlə belə təlimləri təşkil edib keçirməklə odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətləri (terror aktları) təkrarən törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin Azərbaycan Respublikasının hüdudlarından kənarda apardığı silahlı münaqişələrdə, ayrıayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşkil etdiyi hücumlarda iştirak etmiş, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 2002-ci il tarixli 1390 saylı qətnaməsi ilə terror təşkilatı kimi tanınmış “Əl-Qaidə” adlı cinayətkar birlikdə (təşkilatda) iştirak etmək məqsədi ilə 2003-cü ilin sonunda Azərbaycan Respublikasının ərazisini tərk edərək Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gəlib həmin cinayət cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Dağıstan” adlı qanunsuz silahlı birləşmənin tərkibinə “X75” dini təxəllüsü ilə daxil olmuş, cinayətkar birliyin üzvlərindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sonunadək olan müddət ərzində cinayətkar birliyə daxil olmuş yeni üzvlərə eyni məqsədlə belə təlimləri təşkil edib şəxsən keçirməklə Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətində və Əfqanıstan İslam Respublikasının həmin vilayətlə həmsərhəd bölgələrində müxtəlif vaxtlarda təkrarən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə qəsdən insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətlər (terror aktları) törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin həmin dövlətlərin ərazilərində apardığı silahlı münaqişələrdə, ayrı-ayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşkil etdiyi hücumlarda, həmin silahlı birləşmələrin partlayıcı qurğularla təchiz edilməsində iştirak etmiş, cinayət əməllərini davam etdirərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya Ərəb Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2017-ci ilin dekabr ayında Pakistan İslam Respublikasının ərazisini tərk edərkən həmin dövlətin təhlükəsizlik orqanları tərəfindən qanunsuz miqrant qismində saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə əkinçiliklə məşğul olmaq üçün Pakistan İslam Respublikasına getmişdir. 2006-cı ildə isə həyat yoldaşını Pakistana aparmış və 2014-cü ilə qədər orada yaşamışlar. 2014-cü ildə həyat yoldaşı ilə Əfqanıstana getmiş və 2017-ci ilə qədər də orada yaşamışlar. 2017-ci ildə həyat yoldaşı xəstələndiyindən onu Türkiyəyə aparıb müalicə etdirmək istəmişdir. Ancaq Pakistan ilə İran sərhəddində heç bir günahı olmadığı halda onu tutmuşlar. O, Pakistana və Əfqanıstana yalnız ticarətlə məşğul olmaq və pul qazanmaq üçün getmiş, Pakistana getdikdən 2 il sonra həyat yoldaşını da Pakistana aparmışdır. Heç bir cinayət törətməmişdir. O, Ləzgi, Azərbaycan və Rus dillərini bilir. Onu 2 il Pakistanda saxladıqdan sonra Azərbaycana təhvil vermişlər. Pakistanda onun barəsində araşdırılma aparılmış və günahsız olduğu sübut olunmuşdur. O, heç kəsi öldürməmişdir. “Abu İbrahim” onun ləqəbi olmuşdur. Onun İbrahim adlı oğlu var və “Abu İbrahim” İbrahimin atası deməkdir. O, Pakistan və Əfqanıstanda heç bir terror təşkilatının tərkibində olmamışdır. Pakistanda olan zaman ailəsi ona pul göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1994-cü ildə Türkiyə Respublikasına aid “Gəncliyə yardım fondu” adlı təşkilatdan onların kəndinə islam dinini təbliğ edən şəxslər gəlmiş və quran dərsləri keçib din təbliğatı ilə məşğul olmağa başlamışlar. Həmin şəxslərin adı Mehmet Sərt və Yaqub idi. Hazırda həmin şəxslərin harada olması ona məlum deyildir. X57 Qusar rayonunun Hil kəndinin baş mollası olduğundan bu şəxslər kənddəki evlərində yerləşib təxminən 2 aya yaxın onlarda qalmışlar. Məhz həmin tarixdən də, yəni 1994-cü ildən o, İslam dininin sünni qolunun şafi məzhəbinə uyğun olaraq ibadət etməyə başlamışdır. O vaxtlar yaşadığı kənddə ibadət edən şəxs çox az olmuş və sakinlərin çoxu onu düzgün başa düşməmiş, molla adlandırmışlar. Birgə ibadət etdiyi şəxslər arasında atası və bir neçə nəfər yaşlı kənd sakini olmuşdur. 1995-ci ildə atasının əvəzinə kəndin baş mollası kimi sakinlər Beybut adlı həmkəndlilərini seçmişlər. O, baş molla olduqdan sona kənddə cümə namazları dayandırılmışdır. Belə ki, məscidin açarları onda olmuş, molla isə cümə namazının vaxtı kənd ərazisində keçirilən hüzn mərasimlərində iştirak etdiyi üçün məscidin qapılarını aça bilməmişdir. Ona görə də cümə namazlarını məsciddə qılmaq üçün 1995-ci ildən başlayaraq kəndlərindən təxminən 8 km aralıda yerləşən Köhnə Xudat kəndinə getməyə başlamışdır. Cümə namazları zamanı orada həmin kənd sakini Mehman adlı şəxslə tanış olmuşdur. Bildiyinə görə ondan 9 yaş kiçik idi. Mehman alçaq boylu, kök bədən quruluşlu şəxs olmuşdur. Onun soyadı və ata adı ona məlum deyildir. Eşitdiyinə görə anası kənddən rayon mərkəzinə satmaq üçün meyvə gətirmişdir. Namaz yoldaşı kimi onlar arabir görüşüb dini mövzularda söhbət etmişlər. Ailə qurduqdan sonra 1998-ci ildə o, Qusar şəhərinə köçüb həyat yoldaşı ilə birlikdə kirayədə yaşamağa başlayıb bazarda meyvə- tərəvəz alveri ilə məşğul olub ailəsini dolandırmışdır. Bazarda işlədiyi müddətdə saqqal saxlamış və buna görə də çox adamdan fərqlənmiş və tez-tez qınanmışdır. Bazarda işlədiyi dövrdə ünsiyyətdə olduğu şəxslər onu kimi ibadət edənlər olmuşdur. Onlardan Əli, Abdurrahman, Abdulqafur, Abdurrəhim, Abduləziz və digərlərinin adlarını çəkə bilər. O, tez-tez eşitmişdir ki, polis və digər dövlət orqanları adını çəkdiyi şəxsləri və digər namaz qılıb saqqal saxlayanları müxtəlif bəhanələr gətirərək sıxışdırmışlar. 2001-ci ilin təxminən avqust ayında onu Qusar rayon Polis Şöbəsinə çağırmışlar. Orada adını xatırlamadığı polis əməkdaşı irad bildirmişdir ki, guya o, polis əməkdaşlarına müqavimət göstərmiş və rayon ərazisində saqqallı gəzərək rayon sakinlərinə dini ədəbiyyat paylamışdır. Sonra polis əməkdaşı qarşısına kağız qoyub onu imzalamağını tələb etmişdir. Polis əməkdaşının dediyinə görə orada yazılmışdır ki, guya o, Polis Şöbəsinə çağırılarkən hər hansı polis əməkdaşına müqavimət göstərmişdir. Lakin o, heç bir müqavimət göstərməmiş, buna baxmayaraq o, sənədə qol çəkmişdir. Çünki, polis ona demişdir ki, qol çəkməyəcəyi təqdirdə həbs cəzası alacaq, belə isə yüngül cərimə cəzası ilə canını qurtara bilər. Onu məhkəməyə apardıqdan sonra isə gözlədiyinin əksinə ona 7 gün inzibati həbs cəzası vermişlər. Həbsdən çıxdıqdan sonra onu Polis Şöbəsində rəis müavinin yanına aparmış və saqqalını qırxmağını tələb etmişlər. Lakin orada olduğu müddət ərzində heç kim ona qarşı zor tətbiq etməmişdir. Bununla belə o, artıq düşünmürdür ki, Qusarı tərk edib yaşamaq üçün Bakıya, qardaşının yanına Moskvaya və yaxud müsəlman ölkələrinin birinə köçər. Qusardakı bazarda işləyərkən o, meyvə-tərəvəzin topdan satış ticarəti ilə bağlı arabir Bakı şəhərinə gəlmiş və bir neçə gün orada qalmışdır. Bakı şəhərində olduğu zaman ibadətinə davam etmiş, o cümlədən, “Abu Bəkr” məscidi kimi tanınan məscidə gedib namaz qılmışdır. Moskvaya getməkdə əsas məqsədi isə ailəsini köçürüb orada daimi yaşamağın mümkün olub-olmayacağını müəyyən etmək olmuşdur. Lakin ailəvi yaşamaq üçün ora çox baha olmuş, yenidən Qusara qayıtmış, bir müddət sonra Elzəka adlı Qusar şəhər sakininin tutulması barədə xəbər eşitmişdir. Elzəkanı Qusar şəhərinə köçdükdən sonra tanımış, onlar tez-tez birlikdə cümə namazı qılmışlar. Eşitdiyinə görə X37 silah keçirərkən tutulmuşdur. O, qorxmuşdur ki, polis onu da tutar. Ehtiyat etmişdir ki, birgə namaz qıldığı şəxslər nəsə bir cinayət törədər və onlarla dini baxışları eyni olan bir şəxs kimi polis ondan da şübhələnər. O ərəfədə Qusar rayonunun Köhnə Xudat kənd sakini Mehmanla görüşmüş və narahatlığını ona danışıb məsləhət istəmişdir. Mehman bildirmişdir ki, o, İran İslam Respublikasına getməyə hazırlaşır. Belə ki, orada Zahidan adlı şəhərdə dini təlim almaq fikrindədir. Orada qalan şəxslərə mədrəsənin rəhbərliyi dini təhsil aldığı müddətlərdə maddi yardım göstərir, həmçinin ailələri ilə birlikdə yaşamaları üçün şərait yaradır. Ona da İran İslam Respublikasına getməyi təklif etmişdir. Mehman onu İbrahim və Abdullah adlı şəxslərlə tanış edəcəyini və İrana getmək niyyəti olarsa həmin şəxslərin ona kömək edəcəklərini demişdir. Mehman həmin şəxsləri ona dağıstanlı kimi təqdim etmişdir. Bir neçə gündən sonra Mehman onu Bakı şəhərində “Abu Bəkr” məscidində həmin şəxslərlə tanış etmişdir. Onlar Dağıstandakı “camaat” üzvlərinə İran və Pakistandakı dini təlim mərkəzlərinə getmələrinə köməklik göstərmişlər. Onlar ona öz mobil telefon nömrələrini verərək İrana getmək istədiyi halda onlarla əlaqə saxlaya biləcəyini bildirmişlər. Həmin ilin payız aylarında Mehman İrana getmişdir. Bir neçə aydan sonra xəbər tutmuşdur ki, Qusar şəhərində qızıl mağazasına silahlı basqın olmuş, sonradan isə xəbər yayılmışdır ki, həmin hadisəni törədən şəxslər Qusar rayonunun Əvəcuq kənd sakinləri Valeh, digəri ikisi isə adlarını xatırlamadığı şəxslərdir. Bildiyinə görə Valeh Çeçenistanda hərbi döyüşlərdə iştirak etmiş, sonradan isə rayona qayıtmışdır. Eşitmişdir ki, həmin basqınla bağlı rayonda bir çox adamları, o cümlədən, saqqal saxlayıb ibadət edən adamları tutmuşlar. Bir neçə gün sonra isə Qusar şəhərində polis əməkdaşları kirayədə yaşadığı evə gələrək onun polisə çağırıldığını həyat yoldaşına bildirmiş və ona çağırış vərəqəsi vermişlər. Polisə çağırılmağı ona məlum olduqdan sonra çox narahat olduğundan ölkəni tərk etmək qərarına gəlmişdir. O, telefonla Abdullah və İbrahimlə əlaqə saxlayıb Bakıya onların yanına getmişdir. Onlara mövcud vəziyyəti danışdıqdan sonra həmin şəxslər ona İrana getmək üçün ümumvətəndaş pasportunun lazım olacağını bildirmişlər. Polis tərəfindən tutulacağından qorxduğu üçün oraya qayıda bilməmiş və 5 ay İbrahimgilin Bakı şəhərindəki evlərində qalmışdır. Sonra isə Qusarın Hil kəndindəki ata evinə getmişdir. Həmin vaxt həyat yoldaşı və övladları da kirayədən çıxıb atasının yanına qayıtmışlar. Lakin pasportunu yoldaşı tapa bilməmişdir. Kirayədəki evdən köçüb gələrkən o, pasportunu itirmişdir. Şəxsiyyət vəsiqəni isə polis əməkdaşları gəlib yoldaşından götürmüşlər. Bir neçə gündən sonra o, yenidən Bakıya İbrahimgilin yanına qayıdıb pasportunu itirdiyini onlara demiş, İbrahim ilə Abdullah ona pasport əldə etməyə kömək edə biləcəklərini, bunun üçün 200 ABŞ dolları pul və 2 ədəd fotoşəkil lazım olduğunu bildirmişlər. Həmin məbləğdə pulu və fotoşəkillərini verdikdən sonra İbrahim təxminən 1 aydan sonra pasportunun hazır olacağını demişdir. Dağıstanda hansısa tanışları olduğunu və pasportunun orada hazırlanıb Bakıya gətiriləcəyini demişlər. Onlar əvvəldən məsləhət görmüşdülər ki, yeni pasportda öz ad və soyadı tam başqa olsun. Artıq ona aydın olmuşdur ki, pasport saxta yollarla hazırlanacaqdır. Pasportu ona Abdullah vermişdir. Bildiyinə görə həmin pasportu Dağıstandan Abdullahın tanışları gətirmişdir. Həmin pasport Rusiya Federasiyası vətəndaşının pasportu olmuşdur. Orada adı Hacıali kimi, ata adı Ferhadoviç kimi qeyd olunmuş, soyadı isə yadında qalmamışdır. Bu müddət ərzində Abdullah İbrahim və Mehmanla əlaqə saxlamağa çalışmış, lakin məlum olmuşdur ki, onları İran ərazisini tərk edib Pakistana getmişlər. Bundan sonra ona da təklif etmişdir ki, o, İrandan keçib Pakistanın Vəziristan əyalətinə getsin. Çünki, Mehman ilə İbrahim də orada idilər. Bundan başqa Abdullahın deməsinə görə o, həmin yerə sonradan ailəsini də apara bilər. Təxminən 1 aydan sonra Abdullah İrana getmişdir. Zahidanda tacik milliyətindən olan Umar adlı şəxslə görüşməli olmuş, 2003-cü ilin dekabr ayının əvvəllərində o, Azərbaycan Respublikasından İrana yola düşmüşdür. Orada soraqlaşaraq Umarı tapmış və onu Abdullahın göndərdiyini bildirib Pakistana keçməyə köməklik etməsini xahiş etmişdir. Umar cavab vermişdir ki, onun barəsində məlumatlıdır, Abdullah ona demişdir. Zahidandan 1 nəfər bələdçi onu həmin şəhərə kimi aparmalı, həmin şəhərdə isə başqa bir bələdçi onu Vəziristan əyalətinin Vanah qəsəbəsinə keçirməli idi. 2004-cü ilin yanvar ayının əvvəllərində o, İrandan Pakistana yola düşmüş, Abdullah adlı iranlı bələdçilik edərək onu dövlət sərhədindən kənar İrandan çıxarıb Pakistanın Dari-İsmayılxan şəhərinə gətirmişdir. Orada isə Həmzə adlı uyğur millətindən olan Qazaxıstan vətəndaşı “pikap” tipli avtomobillə Vəziristan əyalətinin Vanah qəsəbəsinə gətirmişdir. Ertəsi gün Həmzə onu tanımadığı yerli adam olan bir şəxsin avtomobili ilə Şikay qəsəbəsinə yola salmışdır. Həmzə ona əvvəlcədən izah etmişdir ki, orada onu bir mədrəsədə düşürəcəklər. Həmin mədrəsədən isə tanışı dağıstanlı Abdullah gəlib onu öz yanına, dağıstanlıların yaşadığı əraziyə aparacaq. Hələ Bakıda olarkən Abdullah ona Pakistanda nə işlə məşğul olacağını açıqcasına bildirmiş və o, buna razılıq vermişdir. Belə ki, o, bilmişdir ki, gedəcəyi ərazidə “Taliban” deyilən təşkilatın döyüşçüləri yaşayır. Buna kimi onun “Taliban” barədə məlumatı yalnız kütləvi informasiya vasitələrindən olmuşdur. Həmin torpaqlarda döyüşmək onun dini əqidəsi ilə üstüstə düşmüşdür. Bir müsəlman kimi islam torpaqlarını işğal etmiş xarici qüvvələrə qarşı mübarizə aparmalı və özünə bunu borc bilimişdir. Pakistana gəldikdən sonra döyüşlərdə iştirak etmək üçün döyüş təlimi keçməlidir. Vəziristanda o, “Abdullah Dağıstani” adlanan qrupun üzvü olmuşdur. Ona “Abu İbrahim” dini ləqəb verilmişdir. Həmin qrupa tanışları İbrahim və Abdullah rəhbərlik etmişlər. Qrupda təxminən 13 şəxs olmuşdur. Onlardan Abdullah, İbrahim, Xalid, Muhammad, Abdurrahman, sonuncunun oğulları Zeyd və Abdurrahim dağıstanlı, Abulqafur və Abubakr qaraçaylı, Yusuf və Həmzə uyğur, qonşu kənddən olan adını yuxarıda qeyd etdiyi Mehmanla o isə azərbaycanlı imişlər. 2004-cü ilin aprel ayında onu döyüş təlimlərinə cəlb etmişlər. Həmin təlimlər yaşadığı Şikay şəhərindəki evlərdə və tikililərdə keçirilmişdir. Təlimlərdə adətən 8-10 nəfər olmaqla “Taliban” adı altında birləşən digər qrupun üzvləri də iştirak etmişlər. Təlimlərdə olmuş silahlar - tapança, avtomat, pulemyot, qrantamyot, BM-1 və s. silahlardan istifadə və döyüş zamanı onların tətbiqi qaydaları onlara izah olunmuşdur. Eyni zamanda partlayıcı maddələrin hazırlanması, bombaların və minaların hazırlanması da öyrədilmişdir. 2005-ci ilin sonlarına kimi Vəziristan əyalətinin müxtəlif bölgələrində olmuşdur. Olduğu müddətdə növbəli qaydada avtomat tipli silahlarla silahlanaraq yaşadığı ərazinin mühafizəsində iştirak etmişdir. Orada qalmağının əsas məqsədi müvafiq təlim keçib imkan düşən kimi Əfqanıstan ərazisinə keçib islam torpaqlarını işğal etmiş “NATO” qüvvələrini məhv edib oradan çıxmalarına nail olmaq olmuşdur. 2005-ci ilin sonuna qədər o, 2 dəfə BM əməliyyatında, yəni “BM-1” markalı minaatandan istifadə etməklə gedən döyüşlərdə, 2 dəfə isə açıq döyüşə girmək üçün avtomat silahı ilə silahlanaraq pusqu əməliyyatında iştirak etmişdir. Atdığı atəş nəticəsində ölənlərin olması barədə məlumatı olmamışdır. 2005-ci ilin sonlarında Azərbaycana qayıdıb ailə üzvlərini, yəni arvadını və uşaqlarını oradan Pakistana öz yanına gətirməyi qərara almışdır. Bu məqsədlə Təhrib adlanan yolla Pakistanla İran sərhədini qanunsuz keçərək Zahidana, oradan isə Tehrana gəlmiş, Tehrandan avtobusla Astaraya gələrək saxta pasportu ilə Azərbaycan sərhədini nəzarət buraxılış məntəqəsindən keçib Bakıya yola düşmüş, Bakıdan isə tanımadığı taksi ilə Qusar rayonunun Hil kəndində yerləşən ata evinə getmişdir. Pakistanda olduğu müddətdə o, ailəsi ilə telefon və ya hər hansı digər formada əlaqə saxlaya bilməmiş, çünki buna icazə verilməmişdir. Qusarda qaldığı 15 gün ərzində o, arvadını onunla birlikdə ölkədən çıxaraq Pakistana getməyə razı salmışdır. Arvadı onun Pakistana cihada getdiyini, ibadət edən şəxs kimi onun fikirlərini və mövqeyini dəstəkləyərək onunla birlikdə olmaq istədiyini bildirmişdir. Arvadı ümumvətəndaş pasportunu əldə etdikdən sonra o, saxta pasportu əsasında İranın Zahidan şəhərinə gedib ailəsinin gəlməsini gözləmişdir. Təxminən 1 aya yaxın Zahidandakı mədrəsədə qalıb onları gözləməli olmuş və bu müddət ərzində mütəmadi olaraq arvadı ilə əlaqə saxlamışdır. Bir aydan sonra isə ailə üzvlərini İranın Astara şəhərində qarşılayaraq özü ilə birlikdə Zahidana aparmışdır. Arvadı və uşaqları Azərbaycan Respublikasının dövlət sərhəddini qanuni şəkildə keçmişlər. İrandan Pakistana qanunsuz keçdikləri üçün bələdçilər tərəfindən hər dəfə yeni yollar seçilmişdir. Ona görə də onlar təxminən 3 həftə gözləməli olmuş, sonra isə sərhədi keçib Vəziristan əyalətinin Mirali qəsəbəsinə gəlmişlər. Onlar həmin yerə çatanda 2006-cı ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəlləri olmuşdur. Qayıdandan sonra ona məlum olmuşdur ki, tanışı dağıstanlı Abdullah ailəsini gətirmək üçün Türkiyəyə getmişdir. Lakin həmin vaxtdan sonra onu bir daha görməmiş və bu günədək onun taleyi barədə onda heç bir məlumat yoxdur. Digər tanışları, yəni qrupun üzvləri İbrahim 2004-cü ildə, Zeyd 2005-ci ildə, Mehman isə 2008-ci ildə Əfqanıstan ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 2006-cı ilin payız aylarına kimi Mirəlidə yaşamış və bu müddət ərzində o, heç bir döyüşdə iştirak etməmiş, lakin döyüş yoldaşları ilə mütəmadi olaraq əlaqə saxlayıb görüşmüşdür. 2006-cı ilin payız ayında isə Hacı Sabir adlı ərəb mənşəli şəxsin göstərişinə əsasən ailəsini götürərək Vanah qəsəbəsinə getmişlər. X95 “Əl-Qaidə” təşkilatının üzvü olmaqla ailəli yaşayan mühacirlərə maddi yardım göstərmişdir. Ailəsini gətirənədək ona yalnız gündəlik yemək verilmiş, ailəsini gətirdikdən sonra isə əvvəllər 4.000 Pakistan rupisi, sonradan uşaqların sayı çoxaldıqca və inflyasiya artdıqca 22.000-ə kimi məbləğ artmışdır. O, həmin pulun onlara “Əl-Qaidə” təşkilatı tərəfindən verildiyini bilmişdir. Hacı Sabir ailə məsələlərində məsul şəxs kimi tanınmış, yəni yaşadığı ərazidə bütün ailəli mücahitlərə maddi yardım onun tərəfindən verilmişdir. 2008-ci ildə həmin şəxs şəhid olandan sonra isə onu Hacı Muhamməd adlı ərəb, 2011-ci ildə həmin şəxs şəhid olandan sonra isə onu Abdulvahid adlı ərəb əvəz etmişdir. 2014-cü ilin sonlarına kimi ailəsi ilə birlikdə Vəziristanda yaşamış, bu müddət ərzində onun daha 2 övladı dünyaya gəlmişdir. Hər 3-4 aydan bir onlar Vəziristan ərazisində yaşayış yerini dəyişmişdir. Buna səbəb isə onalara kirayə ev verən şəxslərin onlardan çəkinmələri, yaşadığı bölgədə Pakistan silahlı qüvvələri tərəfindən mücahitlərə qarşı hərbi təmizləmə əməliyyatlarının keçirilməsi olmuşdur. 2008-ci ilə qədər Şeyx Habbab adlı ərəbin yanında köməkçi işləyərək partlayıcı maddələrin hazırlanması işini öyrənmişdir. Şeyx Habbab bu sahədə “Əl-Qaidə” təşkilatının ən aparıcı mütəxəssislərindən biri olmuşdur. 2008-ci ilin sonunda Vannah qəsəbəsində NATO ordusunun bombardımanı zamanı Şeyx Habbab həlak olmuşdur. O, ailəsi gələnə qədər Abdullah Dağıstanlının rəhbərlik etdiyi qrupun tabeliyində olmuş, sonradan Abdullah Türkiyədən qayıtmadıqda isə o, Şeyx Habbabın təlim qrupuna keçmişdir. Təlimlər adətən hər ilin qış aylarında təxminən hər biri 10-12 nəfərdən ibarət olan 3-4 qrupda keçirilmiş, təlimin müddəti isə 15-20 gün davam etmişdir. O, partlayıcı maddələr üzrə ixtisaslaşdığından bu sahə üzrə təlim keçmişdir. Partlayıcı maddələrin hazırlanmasında məqsədindən asılı olaraq əsasən potasium-xlorad, selitra (ammonium-nitrat), yuriya, hidrogen-peroksid və digər maddələrdən istifadə olunmuşdur. Həmin partlayıcı maddə və qurğuların bir qayda olaraq məsafədən idarə olunması nəzərdə tutulmuşdur. Ailəsi qayıdandan sonra birbaşa əməliyyatlarda cəmi 2 dəfə iştirak etmiş, həmin əməliyyatlar da “BM-1” silahının tətbiqi ilə bağlı olmuşdur. Həmin əməliyyatlar zamanı “BM-1”-dən atılan mərmilər Pakistanla Əfqanıstanla olan sərhəd bölgəsində Anqora adlı ərazidən Əfqanıstan ərazisində yerləşən ABŞ silahlı qüvvələrinin hərbi düşərgələrinə istiqamətlənmişdir. Əməliyyatın birincisi 2007-ci ilin yaz aylarında, ikincisi isə 2008-ci ilin payız aylarında baş tutmuşdur. 2014-cü ilin sentyabr ayında onlar Vəziristanı tərk etmək məcburiyyətində qalmış, çünki Pakistan dövlətinin silahlı qüvvələri həmin bölgədə hərbi əməliyyatlar keçirərək oranı tamamilə öz nəzarəti altına almışdır. “Əl-Qaidə” təşkilatının üzvü olan Həmzə adlı ərəb ona Əfqanıstan talibanları onların Pakistanı tərk edib Suriya ərazisinə köçməklərini tələb etdiklərini bildirmişdir. 2014-cü ilin sentyabr ayında o, ailə üzvləri ilə birlikdə Pakistanı tərk edib Əfqanıstanın Nangarhar vilayətinə gəlmişlər. 2017-ci ilin avqust ayınadək o, Əfqanıstanın müxtəlif bölgələrində yaşamış, maddi dəstəyi ona Vəziristandan tanıdığı “Əl-Qaidə” təşkilatının üzvü olan və əmir kimi hesab etdiyi Fərrux adlı ərəb göstərmişdir. O, NATO və koalisiya qüvvələrinin Əfqanıstan ərazisini tezliklə tərk edəcəklərini, ona görə də ailə üzvləri ilə birlikdə burada məskunlaşıb yaşamaq barədə fikirləşmişdir. NATO qüvvələrinə qarşı hərbi əməliyyatları keçirməyi isə Əfqan talibanları onlara icazə verməmişlər. 2016-cı ilin sonlarında yaşadığı ərazi NATO qüvvələri tərəfindən atəşə tutulmuş və bir neçə kiçik qrupun əmirləri şəhid olmuşdur. Ona görə onlar Əfqanıstanı tərk etmək məcburiyyətində qalmışlar. Həmin dövrdə onun qızlarından ikisi - ən böyükləri misirli və Küveytdən olan mücahitlərlə ailə həyatı qurmuşlar. Misirlinin adı Abubəkr, Küveytdən olan şəxsin adı isə Səid olmuşdur. 2017-ci ilin təxminən sentyabr ayında ailəli olan qızları ərləri ilə birlikdə Suriyaya getmək qərarına gəlmişlər. Suriyaya getmək üçün isə onlar Pakistana, oradan isə İran ərazisinə daxil olmalı imişlər. O isə arvadı və digər övladları ilə birlikdə Türkiyəyə getmək istəmişlər. İrana kimi yolları bir olduğu üçün arvadı və uşaqları da kürəkənləri ilə birlikdə yola düşmüşlər, lakin onlarla birlikdə gedə bilməmişdir. Çünki, onlar yoxlanış məntəqələri olan əsas yolla Kabilə gedib, oradan Hilman vilayətinin Baramşah qəsəbəsinə, oradan Pakistana, Pakistandan da İrana getməli imişlər. Həmin yolda qadınları ciddi yoxlamamışlar, ona görə də onların keçməsi mümkündür. Bu yol daha qısa və daha təhlükəsizdir. Baramşaha çatdıqda onları yola salan Pakistan talibanları qayıdaraq ona ailəsinin artıq Baramşahda olduqları barədə məlumat vermişlər. Bundan sonra o da İrana getmək üçün yola düşmüş, lakin onun səfəri dağ yollarından keçdiyinə görə daha uzun və mürəkkəb olmuşdur. O, Əfqanıstanın 5 vilayətini keçdikdən sonra Baramşaha gəlmiş, ailəsigil həmin yola 2 gün sərf etmişdilərsə, o, 3 ay sərf etmişdir. Ona görə də kürəkənləri və arvadı onu gözləmədən İrana keçmişlər. Baramşahda “Taliban”-nın bələdçilik işlərinə nəzarət edən Abdurrəhim adlı iranlı şəxs ailə üzvlərinin İrana çatması barədə ona məlumat vermişdir. Baramşahda 2 həftə gözlədikdən sonra bələdçi onu və dağıstanlı X6 vilayətinin Küvetta şəhərinin ətrafında səhra ərazisi ilə apardığı zaman Pakistan Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və heç bir sənəd olmadan onların dövlət sərhədini qanunsuz olaraq keçdiyi ona məlum olmuşdur. O, Azərbaycandan gələn mücahitlərdən Qusar rayonunun Köhnə Xudat kənd sakini Mehman adlı şəxsin 2008-ci ilin sonlarında NATO qüvvələri tərəfindən Əfqanıstanda aparılan döyüşlərdə həlak olduğunu, Vəziristanda tanış olduğu Qusarlı Mayil adlı şəxsin isə 2013-cü ildə təlim zamanı bomba partlaması nəticəsində öldüyünü bildirmişdir. O, ölkə ərazisini tərk edərək Əfqanıstan və Pakistan ərazisində gedən döyüşlərdə iştirak etmək təklifini dağıstanlı İbrahim və Abdullah adlı şəxslər etmişlər. Həmin şəxslərlə onu Mehman tanış etmiş, silahlı qruplaşmalara qoşularaq orada gedən döyüşlərdə iştirak etməyi bilavasitə İbrahim və Abdullah təşkil etmişlər. Həmin şəxslər ona Əfqanıstan ərazisinin “NATO” və koalisiya qüvvələrinin işğalı altında olduğunu, həmin torpaqların müsəlman torpaqları olduğunu, ona görə də oraya gedib döyüşərək həmin işğalçılardan müsəlman torpağını azad etməli olduqlarını bildirmişlər. Bu müharibə cihad adlanmış, o, cavan yaşlarından ibadət etmiş, ona görə də həmin döyüşlərdə iştirak etmək bir müsəlman kimi onun borcu olmuşdur. Ona görə də təklif edilən kimi o, könüllü olaraq razılaşmış və Abdullahgilin vasitəsilə saxta pasport əldə edərək başqa ad altında ölkəni tərk edib İrana, oradan isə Pakistanın Vəziristan əyalətinə, daha sonra isə Əfqanıstan ərazisinə daxil olmuşdur. Bütün qruplaşmalara Əfqanıstan talibanları rəhbərlik etmiş, rəhbəri isə Molla Ömər olmaqla kənar dövlətlərdən gəlmə mücahitlər əsasən Pakistanın Vəziristan əyalətində yaşamışlar. Mücahitlər qruplara bölünmüş və həmin qruplara onların rəhbərləri tərəfindən yalnız inanılan və etibar olunan şəxslər qəbul edilmiş, qrup rəhbərləri isə əmir adlandırılmışdır. Hər bir məntəqədəki qruplar yerləşdiyi ərazinin ümumi əmirinə, Vannah şəhərində olanda oradakı qrupların hamısı Nazer adlı yerli talibanların əmirinə tabe olmuşdur. Yaşadığı Pakistan və Əfqanıstan ərazisindəki şəhər və qəsəbələrdəki şəxslərin bir çox hissəsi islam dininin hənəfi məzhəbinə uyğun ibadət etmiş, yerdə qalan digər bir hissəsi sələfi, hənbəli və safı məzhəbinə uyğun, özü isə islam dininin sünni qolunun şafi məzhəbinə uyğun ibadət etmişdir. Arvadı, övladları, eləcə də, kürəkənlərinin İran İslam Respublikasının ərazisinə daxil olduqları dövrdən, yəni 2017-ci ilin sentyabr ayından etibarən harada olmaları barədə heç bir məlumatı yoxdur (cild 2, iş vərəqə 96-105; 108-111). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2007-ci ildə hicrət məqsədi ilə Pakistan İslam Respublikasına getmiş və 2010-cu ilədək Vəziristan əyalətinin Miranşah qəsəbəsində yaşamışdır. Orada olduğu müddətdə dini ləqəbi “Səlahəddin” olmuşdur. 2011-ci il tarixdə Pakistandan Türkiyəyə gedərək 2015-ci il tarixədək orada yaşamışdır. 2015-ci ildə Azərbaycan Respublikasına qayıtdığı zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Dini ləqəbi “X75” olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah qəsəbəsində yaşadığı zaman bir neçə dəfə görmüş, onu bir azərbaycanlı dindar kimi tanımışdır. O, Miranşah qəsəbəsində yaşadığı müddətdə Adil, Laçın (dini ləqəbi “Seyfulla”) və Yəhya adlı azərbaycanlıları tanımış, onlardan Adil adlı şəxs Azərbaycana qayıtdıqdan sonra onun kimi cinayət məsuliyyətinə cəlb edilmiş, Laçın və Yəhya adlı şəxslərdən isə xəbəri olmamışdır. O, Pakistanı tərk edən zaman həmin şəxslər orada yaşamışlar. O, Təqsirləndirilən şəxs heç vaxt silahla görməmiş, onun hər hansı bir terror təşkilatınının tərkibində olduğunu eşitməmişdir. Məhkəmə istintaqında ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onun 4 qardaşı və 1 bacısı vardır. Belə ki, qardaşlarından Ülfət Güləliyev və Tehran Güləliyev hal-hazırda X9 şəhərində yaşayır, kiçik qardaşı Şahid6 Qusar rayonun Hil kəndində yaşayır, bacısı Cəmilə Güləliyeva isə evlidir, hal-hazırda Qusar rayonunun Cağarpalasa kəndində yaşayır. O, 1992-ci ildə işləmək məqsədilə X9 şəhərinə böyük qardaşı Ülfətin yanına getmiş, orada 2011-ci ilin sonunadək işləyib yenidən Qusar şəhərinə qayıtmışdır. Orada o, tikinti sahəsində çalışmışdır. 1998-1999-cu illərdə atası ona zəng edərək ortancıl qardaşı Təqsirləndirilən şəxs xəstə olduğunu, bu səbəbdən də qardaşları ilə birlikdə Qusar rayonunun Hil kəndinə qayıtmalarını xahiş etmişdir. O, qardaşları Ülfət və Tehranla birlikdə Qusar rayonunun Hil kəndinə qayıtmış, həmin vaxt Bəhram artıq təhsil aldığı Neft İnstitutunu bitirmiş, Bakı şəhərində neft daşlarında çalışırdı. Onlar Qusara qayıtdıqdan sonra Bəhramı bir neçə dəfə müalicə məqsədilə həkim yanına, daha sonra isə ziyarətgahlara aparmışlar. Bir müddət keçdikdən sonra Bəhramın vəziyyəti yaxşılaşmış və o, qardaşları ilə birlikdə yenidən Rusiya Federasiyasına qayıtmışlar. Təxminən 2003-cü ildə Bəhram böyük qardaşı Ülfətə zəng edərək Pakistan İslam Respublikasında olduğunu deməsinə baxmayaraq, hansı səbəbdən getdiyini deməmişdir. Bəhram getdikdən sonra arvadı Pərvanə və 3 övladı Qusar rayonunun Hil kəndində kirayədə yaşamış, lakin onların kirayədə yaşamasına razı olmadıqları üçün həmin kənddən ev alaraq oraya köçürtmüşlər. Bir müddət keçdikdən sonra Bəhramın arvadı Pərvanə və 3 övladı da Pakistan İslam Respublikasına Bəhramın yanına getmələri barədə xəbər tutmuşlar. Bəhram orada olduğu müddət ərzində böyük qardaşı Ülfətlə gec-gec də olsa əlaqə saxlayaraq ümumi şəraitləri, ailə vəziyyətləri barədə maraqlanmış, lakin orada nə məqsədlə qalması barədə heç bir söz deməmişdir. Sonuncu dəfə Bəhram qardaşı Ülfətlə təxminən 2013-2014-cü illərdə danışmış və ailə-məişət zəminində söhbət aparmışlar. Bu ilin oktyabr ayında da Bəhramın müdafiəçisi onlarla əlaqə saxlayaraq X58 Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunduğunu və hal-hazırda isə Dövlət Təhlükəsizliyi Xidmətində saxlanıldığını bildirmişdir (cild 2, iş vərəqə 146-148). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 2002-ci ilin oktyabr ayının axırlarında o, Arazın evində olarkən Arazın azyaşlı oğlu ona 2 nəfərin onun evinə gəlib onu axtardığını demiş, o, evə gələndə Qusar rayonunda yaşayan Əsəd və Bəhramın onlara gəldiyini görmüşdür. Bir az sonra o, Arazın evinə gedib X30ra gəldiyini demişdir. Valeh videokameranı, meşədə çəkdikləri videokaseti və ratsiyaları sellofan torbaya qoyub ona verərək aparıb Əsədə verməsini, sonra isə Əsəddən götürəcəyini demişdir. O da həmin sellofan torbanı ondan götürərək gətirib Əsədə verib ona Valehin həmin torbanı saxlaması üçün verdiyini, sonra isə ondan götürəcəklərini bildirmişdir. Əsəd ondan Valehi soruşduqda, o, X78 evində olduğunu, lakin yanına kimsənin gəlməsini istədiyini bildirmişdir. Əsədlə Bəhram göy rəngli “Moskviç” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla gəlmişlər. Əsəd sellofan torbada videokamaranı, meşədə çəkdikləri videokaseti və 2 ədəd ratsiyaları Bəhramla birlikdə götürüb aparmışlar. Bundan sonra Neman da bir neçə dəfə Valehin yanına gəlib-getmişdir. 2002-ci ilin noyabr ayının əvvəllərində Arazın evində Valeh, Nizam və Nemanla olanda Valeh Qusar rayonunda qızıl mağazasına silahlı basqın edib qızıl-zinət əşyalarını götürüb aparmaq lazım olduğunu bildirmişdir. Nizam 1-2 dəfə Qusara gedib qızıl mağazasına baxıb gəlmiş, sonra Valehin təklifinə əsasən onun özü, Nizam və Neman Yalamadan taksi götürüb taksi sürücüsünü silahla qorxudub maşının yük yerinə qoyub, sonra isə Qusarda qızıl mağazasına silahla basqın edib mağazadan qızıl-zinət əşyaları götürüb aradan çıxmaq qərarına gəlmişlər. xx xxxxxx 2002-ci il tarixdə təxminən saat 21:00 radələrində evdə yatmış, Valeh gedəndə ona qızıl mağazasını aparandan sonra gəlib onun evinin pilləkənini 3 dəfə döyəcəyini, onda evdən çıxmasını demişdir. Həmin gün saat 21:00 radələrində evdə olarkən evinin pilləkəninin 3 dəfə döyüldüyünü eşidib çölə çıxarkən Valeh, Nizam və Nemanın gəldiyini görmüşdür. Onlar artıq Qusarda qızıl mağazasına silahlı basqın edərək satıcını öldürüb qızıl-zinət əşyalarını götürmüşdülər (cild 1, iş vərəqə 3-10). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 13-25; 30-33; 89-92). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, ögey oğlu Təqsirləndirilən şəxs 1988-ci ildə Qusar rayonunun Hil kənd orta məktəbini bitirib həmin ildə də Bakı şəhərində yeləşən Neft-kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş, 1994cü ildə həmin ali təhsil müəssisəsini bitirərək yaşadığı Qusar rayonunun Hil kəndinə qayıdıb 1998-ci ilə qədər orada yaşamışdır. Bəhram Qusar rayonunun Hil kəndində yaşadığı müddətdə 1997-ci ildə Qusar rayonunun Əvəcuq kənd sakini X12 ilə ailə həyatı qurmuş, həmin nikahdan İbrahim, Fatimə və Xədicə adlı övladları anadan olmuşdur. Onun əri Qusar rayonunun Hil kənd məscidinin baş mollası olmuş, buna baxmayaraq kənddə çox az adam namaz qılmışdır. Lakin övladlarından heç biri də namaz qılmamışdır. 1994-cü ildə Türkiyə Respublikası vətəndaşlarından 2-3 müəllim onların kəndinə gələrək camaat arasında islam dininin təbliğatı ilə məşğul olmuşlar. Bu hal kənd camaatı tərəfindən xoş qarşılanmamış, lakin əri Tağıbəy molla olduğu üçün islam dininin türklər tərəfindən təbliğat edilməsində heç bir problem görməmiş və həmin şəxslərin onların evdə qalmalarına şərait yaratmışdır. Həmin türklər təxminən 2-3 ay onların evində qalmışdır. Onlar qaldığı müddətdə oğlu Bəhram namaz qılaraq ibadət etməyə başlamışdır. O vaxt oğlu Bəhramın onun əri Tağıbəy ilə aralarında ailə-məişət zəminində mübahisə olduğuna görə Bəhram onlardan küsmüş və Qusar rayonunun Hil kəndində əmisi Əlibəy Güləliyevin evində qalmağa başlamışdır. Əlibəy 2015-ci ildə vəfat etmiş, Bəhram Əlibəyin evində qaldığı müddət ərzində Əlibəy onu evləndirmişdir. O, 1998-ci ildə isə ailəsi ilə birlikdə Qusar şəhərinə köçmüşdür. Sonradan Bəhramın arvadı Pərvanə 3 övladı ilə birlikdə 2003-cü ildə Qusar rayonunun Hil kəndinə qayıtmış və oğlu Sahibə çarəsiz olduğunu, qalmağa yerinin olmadığını bildirmişdir. Sahib isə ona və əri Tağıbəyə Pərvanənin övladları ilə birlikdə gəldiyini, qalacaq yerinin olmadığını demişdir. Bundan sonra əri Tağıbəy onları qaldıqları evə çağırmış, söhbət zamanı Pərvanə onlara Bəhramın evdən getdiyini demişdir. Onlar Bəhramın hara getməsi barədə maraqlanmış, lakin Pərvanə Bəhramın da ona heç bir şey demədiyini, sadəcə evdən getdiyini bildirmişdir. Pərvanə bir müddət onlarla qaldıqdan sonra onlar Qusar rayonunun Hil kəndində Pərvanənin yaşaması üçün ev almış və Pərvanəgil orada yaşamağa başlamışlar. 2006-cı ildə isə qohum-qonşu onlara Pərvanə və övladlarının evdə olmadığını bildirmişdir. Onlar da həmin evə getdikdə həqiqətən də Pərvanə və uşaqlarının orada olmadığını görmüşlər. Pərvanəgil barədə qohum-qonşudan maraqlandıqda isə cavab olaraq haraya getmələri barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Kənd camaatı arasında isə onların kəndindən Suriya Ərəb Respublikasına gedən bir neçə şəxs olduğuna görə Bəhramın da oraya getməsi barədə şübhələr yaranmış, lakin X58 Respublikasında olmasını isə sonuncu tutulduqdan sonra eşitmişlər. O vaxta qədər isə nə Bəhramın, nə Pərvanənin, nə də ki onların övladlarının harada olması barədə heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqə 157-158). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Əhmədova (Güləliyeva) Cəmilə Tağıbəy qızının və Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər (cild 2, iş vərəqə 161-162; 164-165). Cinayət işinin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid7 şərti olaraq 1-dən 4-ə qədər nömrələnərək təqdim edilmiş fotoşəkillərdəki şəxsləri tanıyıb-tanımaması, müsbət halda həmin şəxslərlə nə vaxt, harada və hansı şəraitdə tanış olmağının halları barədə suala cavab olaraq ona təqdim edilmiş fotocədvəldəki 1 nömrə ilə işarələnmiş fotoşəkildə əks olunan şəxsi tanıdığını, həmin şəxsin dini ləqəbi “X75” olan Bəhram adlı şəxs olduğunu, onu Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah qəsəbəsində yaşayan zaman bir neçə dəfə həmin qəsəbədə gördüyünü bildirərək fotocədvəldəki digər şəxsləri tanımamışdır (cild 2, iş vərəqə 180-183). Cinayət işinin materiallarında olan xx xxxxxx 2002-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 2 ünvanında axtarış zamanı 1 ədəd kiçik ölçülü “Samsung” markalı videokamera aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 12). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qusar rayon Şöbəsinin xx xxxxxx 2002-ci il tarixli 678 m nömrəli məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən xx xxxxxx 2002-ci ildə Qusar şəhərindəki qızıl mağazasına edilmiş basqınla bağlı axtarışda olan Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl Qusar rayonunun Əvəcuq kəndində yerləşən piri dağıdan şəxslərdən biri olmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2010-cu il tarixli 7569 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuş Təqsirləndirilən şəxs 2002-ci ilin avqust ayından başlayaraq Qusar rayonunun Əvəcuq kənd sakini X2 rəhbərliyi altında təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış, Əvəcuq kənd sakinləri X72, X29 və Şahid1 ibarət sabit silahlı qrupa-bandaya üzvlər cəlb edilməsinə, cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursatın əldə edilməsinə köməklik etmiş, həmin bandanın xx xxxxxx 2002-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri, T.İsmayılov küşəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına basqın etməyə hazırlıq işlərində məsləhət və tövsiyələr verməklə iştirak etmişdir. Faktla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 39635 nömrəli cinayət işi başlanmış və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx xxxxxx 2002-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və Qusar RPŞ-də isə barəsində x xxxxxx 2003-cü il tarixdə 26379 nömrəli axtarış işi açılaraq dövlətlərarası axtarışa verilmişdir. Əldə olunmuş rəsmi məlumatdan aydın olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı xx xxxxxx 1980-cı ildə Qusar rayonun Əvəcuq kəndində anadan olmuş, milliyyətcə ləzgi, həmin kənd sakini X12 (xx.xx.2005-ci ildə P1514611 saylı ümumvətəndaş pasportu almışdır), baxmayaraq ki, onun İran və digər ərəb ölkələrində heç bir qohumluq əlaqəsi yoxdur, DİN BƏSİİ-nin “sərhəd nəzarəti və giriş-çıxışın məhdudlaşdırılması” İAMAS-in məlumatına görə 3 azyşalı uşaqları (oğlu - xx.xx.1998-ci il təvəllüdlü X13, qızı - xx.xx.2001-ci il təvəllüdlü X14, qızı - xx.xx.2003-cü il təvəllüdlü X15) ilə xx xxxxxx 2006-cı il tarixdə Astara sərhəd-nəzarət məntəqəsindən İran ərazisinə keçmiş və tanışlarının sözlərinə görə Pərvanə Muradova azyaşlı uşaqları ilə birlikdə həyat yoldaşı, axtarışda olan Təqsirləndirilən şəxslə görüşmək və daimi yaşamaq məqsədilə İran ərazisinə keçmiş, ancaq konkret olaraq onun hansı ölkəyə getməsini müəyyən etmək mümkün olmamışdır. Hal-hazırki vaxta kimi onlar Azərbaycan Respublikasına qayıtmamışlar (cild 1, iş vərəqə 148-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 149-2495-1218 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan 76649 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirləndirilən barəsində həbs qətimkan tədbiri seçilməklə x xxxxxx 2003-cü ildən Qusar RPŞ-si tərəfindən 26379 saylı axtarış işi üzrə axtarılan xx.xx.1971-ci il təvəllüdlü Qusar rayonunun Hil kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarında Pakistan İslam Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “İŞİD” terror təşkilatının üzvü kimi saxlanılması barədə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BCAİ-dən məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 198-205). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Baş İdarəsinin x xxxx 2018-ci il tarixli 8/1849 NQ nömrəli və xx xxxx 2018-ci il tarixli 08/2009 Ş.İ. nömrəli məktublarından görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində xx.xx.1971-ci il təvəllüdlü Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 208; 210). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X26 Baş İdarəsinin xx xxxxxxxx 2019cu il tarixli 5/5236 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 2003-cü il tarixdə qaçaq yolla Azərbaycanı tərk edərək İrana, oradan isə Pakistana getmişdir. X19 əyalətinə çatdıqdan sonra o, “Əl-Qaidə”-nin “Dağıstan” qrupuna qoşulmuş, sıravi döyüşçü olmuş və həmin qrup tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlim keçmişdir. Təqsirləndirilən şəxs özünə “X75” ləqəbini seçmiş, ətrafına əslən Dağıstandan olduğunu bildirmiş və Azərbaycandan gəldiyini gizlətmişdir. 2014-cü ildə X32 ordusunun nəzarəti altına keçmiş və Təqsirləndirilən şəxs “Əl-Qaidə”-nin digər üzvləri ilə birlikdə Əfqanıstan ərazisinə getmişdir. Lakin 2017-ci ildə “Taliban” hərəkatı bütün əcnəbi döyüşçülərə Əfqanıstanı tərk etməyə çağırmış və bundan sonra onun 2 ərəb kürəkəni İŞİD-ə qoşulmaq niyyəti ilə Suriyaya getmək üçün İrana getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs də Suriyaya getmək qərarına gəlmiş, lakin Pakistan ərazisinə keçdikdən sonra həmin ölkənin təhlükəsizlik orqanları tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxs 2 qızının həyat yoldaşları “Əl-Qaidə”-nin məsul üzvləridir, hazırda ehtimal ki, Suriyada və ya İranda fəaliyyətlərini davam etdirirlər (cild 2, iş vərəqə 17-18). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X26 Baş İdarəsinin xx xxxxxxxx 2019cu il tarixli 5/5245 180919 nömrəli məktubundan görünür ki, Səbail rayon məhkəməsinin qərarı ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs kimi barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi ilə əlaqədar tərəfdaşlarla aparılmış soraqlaşma tədbiri zamanı onun Pakitan İslam Respublikası ərazisində qanunsuz miqrant kimi yaşadığı təsbit edilmiş və yerli hüquqmühafizə orqanları tərəfindən xx xxxxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri üzrə təhvil verilənədək saxlanılması təmin edilmişdir (cild 2, iş vərəqə 43). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X26 Baş İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 5/5944 nömrəli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət işi açılaraq barəsində axtarış elan olunmuş “Əl-Qaidə” terrorçu təşkilatının üzvü sünni ekstremisti, xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs x xxxxxxx 2019-cu il tarixdə Pakistandan Azərbaycana gətirilməsi təmin olunmuşdur. Təqsirləndirilən şəxs 2002-ci ildə 1974-cü il təvəllüdlü X2 (hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərdiyi üçün 2003-cü ildə öldürülmüşdür) yaratdığı silahlı qruplaşmaya qoşularaq Azərbaycan Respublikası ərazisində terror aksiyaları törətmək niyyətində olmuşdur. Sonradan qruplaşmanın üzvləri -xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 mənzil 9 ünvanında qeydiyyatda olan Şahid2;xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 5 ünvanında qeydiyyatda olan X63;xx.xx.1975-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 6 ünvanında qeydiyyatda olan X23 həbs edilmiş, lakin Təqsirləndirilən şəxs 2003-cü ildə Azərbaycan Respublikasını qeyri-leqal yollarla tərk etmiş və barəsində Qusar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə (banditizm) cinayət işi açılmış, x xxxxxx 2003-cü il tarixdə ölkədaxili, xx xxxx 2005-ci il tarixdə dövlətlərarası və x xxxxxxx 2006-cı il tarixdə isə “İNTERPOL” xətti üzrə beynəlxalq axtarış elan olunmuşdur. Onun həyat yoldaşı - xx.xx.1980-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan X16 xx.xx.2006-cı il tarixdə 3 övladı - 10.11 1998-ci il təvəllüdlü X13; xx.xx.2001-ci il təvəllüdlü X17; xx.xx.2003-cü il təvəllüdlü X3r. xx xxxxxx 2007-ci il tarixdə Astara NBM-dən İran İslam Respublikasına getmiş və bu günədək geri qayıtmamışlar. Onların hazırda Suriya və ya İraq ərazisindəki qanunsuz silahlı birləşmələrin nəzarətində olan ərazilərdə məskunlaşdıqları ehtimal edilir. Təqsirləndirilən şəxs Vəziristanda olduğu müddətdə görüşdüyü azərbaycanlı ekstremistlərin olduqları “Tayfatul Mansura”, “Abu Hamza camaatı” və “Əli Azəri camaatı” adlı qruplaşmaların aşağıdakı üzvləri müəyyən edilmişlər. “Tayfatul Mansura” adlı qruplaşmanın üzvləri: “Abu Omar” - xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9 D, mənzil 8-də qeydiyyatda olan X4 (Əfqanıstanda həlak olmuşdur); “Abu Hamza” - xx.xx.1966-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş və orada qeydiyyatda olan X24 (hazırda həbsdədir); “Səlahəddin” - xx.xx.1984-cü ildə Qubadlı rayonunda anadan olmuş, məcburi köçkün, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 89/1 məskunlaşmış Şahid7 (hazırda Bakı şəhərində yaşayır); “Davud” - xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, yataqxana 4-də qeydiyyatda olan X64 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir); “Abu Ayka” - 4.06.1961ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 33, mənzil 65-də qeydiyyatda olan X40 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir); “Uzun Adil” - müəyyənləşdirilir; “Abu Tahir” - xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 69, mənzil 103-də qeydiyyatda olan X76 (Qubad) oğlu (Onun hazırda Suriya və ya İraqda olduğu güman edilir); “Zübeyir” - 1.12.1978-ci ildə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 51-də qeydiyyatda olan X41 (Suriyada həlak olduğu güman edilir); “Məhəmməd” - xx.xx.1980-ci ildə Ermənistanda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, S.Mustafayev-2 küçəsi, ev 227-də qeydiyyatda olan X65 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir). “Abu Hamza camaatı” adlı qruplaşmanın üzvləri: “Abu Həmzə” - xx.xx.1981-ci ildə Ukraynanın Donetsk şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 2 a, mənzil 86-da qeydiyyatda olan X34 (hazırda həbsdədir); “Abdurrəhim” - xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, mənzil 10-da qeydiyyatda olan X54 (Suriyada həlak olduğu güman edilir); “Seyfullah” xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 23, mənzil 79-da qeydiyyatda olan X66 (İraqda həlak olduğu güman edilir); “Həmzə” xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yataqxana 21 a-da qeydiyyatda olan X35 (hazırda Suriya və ya İraqda olduğu güman edilir). “Əli Azəri camaatı” adlı qruplaşmanın üzvləri: “Əli Azəri” - xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 14, mənzil 69-da qeydiyyatda olan X42 (Əfqanıstanda həlak olmuşdur); “Mahmud”- 8.11.1985-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Mahir Xasiyev (hazırda Suriyadadır).Əfqanıstan-Pakistan bölgəsində müstəqil fəaliyyət göstərmiş ekstremistlər: “İsa Azəri” - xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 11, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, məhəllə 3815, ev 15/2, mənzil 73-də yaşayan X73 (hazırda Bakı şəhərində yaşayır); Həsən - xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsi, ev 18, mənzil 65-də qeydiyyatda olan X67 (hazırda İranda olduğu güman edilir). Pakistan əsgərlərinə qarşı mina yerləşdirmə işi ilə məşğul olan “Abdulməcid” - 2.05.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenlı küçəsi, ev 47-də qeydiyyatda olan X43 (hazırda Suriya və ya İraqda olduğu güman edilir).Pakistan ərazisində çeçenlər tərəfindən yaradılmış “Abdullah Azzam” adlı qruplaşmadakı “Səlahəddin”, “Şəhidullah” dini ləqəbli şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır.Əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs qanunsuz fəaliyyətinə görə Pakistan İslam Respublikasında məhkum olunmamışdır (cild 2, iş vərəqə 150-153). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına olan x xxxxxxx 2019-cu il tarixli elektron biletdən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs x xxxxxxx 2019-cu il tarixdə saat 9:30-da TK-711 saylı İslamabad-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gəlmiş, həmin tarixdə saat 21:05-də TK-334 saylı İstanbul-Bakı aviareysi ilə X52 Aeroportuna gəlmişdir (cild 2, iş vərəqə 77-78). Cinayət işinin materiallarında olan x xxxxxxx 2019-cu il saat 21:35-də tərtib olunmuş 1360 nömrəli təhvil-təslim aktından görünür ki, X52 X38 Şöbəsinin sərnişin SNB-nin əməkdaşı X31 x xxxxxxx 2019-cu il tarixdə 334 saylı İstanbul-Bakı reysində İAMAS-da “Saxla” statusu ilə nəzarətə qoyulmuş Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1971ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində olan sənəd və əşyaları ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına təhvil verilmişdir (cild 2, iş vərəqə 83). Cinayət işinin materiallarında olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində xx xxxxxxx 2019-cu il tarixdə əldə olunmuş hesabatlardan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 850747 nömrəli pasport olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs x xxxxxx 2002-ci il tarixdə saat 11:03-də P0850747 nömrəli pasportla Samur sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk etmiş, həmin gün saat 16:54-də eyni pasportla həmin məntəqədən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs x xxxxxxx 2019-cu il tarixdə saat 21:50-də AA0075543 nömrəli qayıdış şəhadətnaməsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının ərazisinə daxil olaraq 1360 nömrəli aktla DTX əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, x xxxxxxx 2019-cu il tarixdə isə tutulmuşdur (cild 1, iş vərəqə 242-246). Cinayət işinin materiallarında olan “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə x xxxxxxx 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1980-cı il təvəllüdlü X12 xx.xx.2006-cı il tarixdə saat 10:06:28 dəqiqədə övladları - xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.2001-ci il təvəllüdlü X17 və xx.xx.2003-cü il təvəllüdlü X18 ilə birlikdə Astara sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycan Respublikasının ərazisini tərk etmişlər (cild 2, iş vərəqə 117-120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 4/15-1102/15/20 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin x xxxxxx 2020-ci il tarixli SİSL/1/045/20 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Güləliyev X5 məhkum olunmamış və qanunsuz miqrasiyaya görə Pakistandan Azərbaycana deportasiya olunmuşdur (cild 3, iş vərəqə 173-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2080 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 96-97). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X61-Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli 613 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 3, iş vərəqə 150-151). Cinayət işinin materiallarında olan Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin x xxxxxxxx 2003-cü il tarixli A-0757/2003 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup-banda yaratma, onları silahla, döyüş sursatı və sair ilə təchiz etmə və digər cinayət əməllərinin törədilməsinin iştirakçıları X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.1, 181.3.3, 185.3.1, 185.3.3, 145.2.4, 145.2.6 və 228.3-cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 206.4, 126.3, 168.1, 228.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3 və 228.3-cü maddələri ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 206.4, 228.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X63 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 168.1, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 168.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X44 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 168.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 168.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqə 6-37). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxx 2011-ci il tarixli 1(101)-565/11 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup- banda yaratma, onları silahla, döyüş sursatı və sair ilə təchiz etmə və digər cinayət əməllərinin törədilməsinin iştirakçısı X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 228.3, 279.1, 217.2, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 206.4, 29, 32.5, 206.4-cü maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 268-276). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 184). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinin tələbinə əsasən Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının ərazisində törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.2-ci və 12.1, 218.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə Pakistan İslam Respublikasının cinayət qanunvericiliyində müvafiq olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və əmlakı müsadirə edilməklə ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri həm Pakistan İslam Respublikasının, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə görə cinayət sayılır və o, törətdiyi əməllərə görə Pakistan İslam Respublikasında məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinin tələbinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinin tələbinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə tövsifini düzgün hesab etməklə yanaşı ona həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində Səbail rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarının surətindən görünür ki, həbsetmənin əvvəli tutulduğu gündən hesablanmışdır (cild 2, iş vərəqə 40-42). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “ağır” və “xüsusilə ağır cinayətlər” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni x xxxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3-ci maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar