Məhkəmə qərarları › İş №1(101)-734/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 01 avqust 1978-ci ildə Lerik rayonunun, Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Pirasora kəndində qeydiyyatda olan və Abşeron rayonu, Digah qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, 30 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 sentyabr 2003-cü il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını görüb arvadının ona xəyanət etməsindən şübhələndiyindən bu zəmində aralarında mütəmadi olaraq mübahisələr baş vermiş, həmçinin arvadını başqa kişilərlə ünsiyyətdə olub ona xəyanət etməkdə ittiham etdiyi üçün sonuncunun onun istifadəsində olan mobil nömrəni özünün mobil telefonunda blokladığı halda başqa kişilərin nömrələrini bloklamadığını görüb şübhələri daha da artmış, 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında olduqları vaxt, arvadı Zərərçəkmiş şəxs yaxınlaşaraq, bir gün əvvəl yıxılaraq sol qolunu sındırmış xx xxxxxxxx 2010-cu il təvəllüdlü azyaşlı övladları Şahid6 həkimə aparmaq lazım olduğunu desə də, arvadının ona kobud cavab verməsindən sonra sonuncuya intim əlaqədə olmağı təklif etmiş, lakin arvadının onun bu təklifi ilə razılaşmadığını görüb əsəbləşərək ondan mobil telefonunda yad kişi nömrəsi olub-olmadığını soruşduğu zaman onun şübhələri səbəbindən mütəmadi mübahisələrdən bezən arvadı Zərərçəkmiş şəxs nə etsə yaxşı elədiyini bildirib, onu boşanmaqla hədələməsindən arvadının ona başqa kişilərlə xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gələrək arvadını qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun xəbəri olmadan yataq otağından çıxaraq mətbəxə gedib, mətbəx mebelinin birinci siyirməsindən götürdüyü ümumi uzunlu 263 mm, tiyəsinin uzunluğu 144 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını sol əlində saxlayaraq evin dəhlizində olan azyaşlı oğlu Şahid6 yanından keçərək yataq otağına qayıdıb qapını içəridən açarla bağladıqdan sonra otaqdakı paltar şkafının qarşısında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb sol əlindəki həmin bıçaqla sonuncunun sağ said nahiyəsindən bir dəfə zərbə vurmuş, daha sonra müqavimət göstərərək bıçağı onun əlindən almağa çalışan Zərərçəkmiş şəxs imkan verməyərək sonuncunun bədən səthinin müxtəlif nahiyələrindən bıçaqla bir neçə dəfə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs müvazinətini itirib otağın döşəməsinə yıxılan vaxt o da, sonuncunun üzərinə yıxılmış, həmin vaxt arvadının ölmədiyini görüb, sonuncunu qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə müstəsna qəddarlıq nümayiş etdirib, ona xüsusi ağrı yetirdiyini dərk etməklə, məqsədyönlü şəkildə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrindən bıçaqla daha bir neçə zərbə vurduqdan sonra, Zərərçəkmiş şəxs ayağa qalxdığını görüb özü də ayağa qalxmış, lakin arvadının yenidən müvazinətini itirərək arxası üstə otaqdakı çarpayının üzərinə yıxıldığını və ölmədiyini görüb, həmin vaxt otağa giriş qapısının şüşəsini sındıraraq içəri baxan azyaşlı oğlu Şahid6 gözləri qarşısında, oğlunun hadisəni gördüyünü bilib, həm arvadı Zərərçəkmiş şəxs, həm də oğlu Şahid6 xüsusi əzab verdiyini dərk edərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrindən zərbələr vurmuş və bununla da sonuncunun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni boyun nahiyəsindən 2, döş qəfəsindən 14, sağ kürək nahiyəsindən 7, sağ bazu oynağı nahiyəsindən 1, bel nahiyəsindən 4, sağ saiddən 1, sol buddan 1 dəfə olmaqla, çoxsaylı - ümumilikdə 30 zərbə vurmaqla, habelə həmin bıçaqla boyun nahiyəsinin ön səthinin və sağ kürəkaltı nahiyənin kəsilmiş yaraları xəsarətlərini yetirməklə, sonuncuya boyun nahiyəsinin sol yan səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsinin sağ yan səthinin, sağ kürək nahiyəsinin bayır hissəsinin, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən sol yuxu arteriyasını, vidaci venanı və hər iki ağciyərləri yaralayaraq kəskin qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin sol yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 1 (bir) ədəd, sağ kürək nahiyəsinin bayır hissəsinin 3 (üç) ədəd, döş qəfəsinin sol yan səthinin 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, eləcə də sağ kürək nahiyəsinin iç hissəsinin 4 (dörd) ədəd, sağ bazu oynağı nahiyəsinin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin 8 (səkkiz) ədəd, bel nahiyəsinin sol yan səthinin 3 (üç ) ədəd və bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; sağ saidin orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd və sol budun yuxarı 1/3-nin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; boyun nahiyəsinin ön səthinin və sağ kürəkaltı nahiyənin kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, arvadı Zərərçəkmiş şəxs azyaşlı övladı Şahid6 gözləri önündə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində yaşadıqları evin yataq otağında çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirmişdir. Zərərçəkmiş şəxs ilə 2001-ci ildə ailə həyatı qurmuş, bu nikahdan iki övladı - 2003-cü il təvəllüdlü Şahid7 və 2010-cu il təvəllüdlü Şahid6 dünyaya gəlmişdir. 2011-ci ilədək ailəvi olaraq Lerik rayonu, Pirasora kəndində yaşamışlar. 2011-ci ildə isə ailəvi Bakı şəhərinə köçmüşlər. 2014-cü ildə Abşeron rayonu, Digah qəsəbəsi, X12 küçəsində yerləşən ikimərtəbəli ev tikdirmiş və ailəsi ilə birlikdə oraya köçmüşdür. Həmin vaxtdan hadisə olanadək həmin evdə yaşamışlar. Bu müddət ərzində müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırmışdır. Arvadı Sanara heç bir yerdə işləməməsinə baxmayaraq onların maddi sıxıntıları olmamışdır. Arvadı İslam dininə bağlı hicablı qadın olmuş və qeyriləri ilə çox da yaxın münasibət saxlamamışdır. Ailədaxili münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2019-cu ilin avqust ayında Sanaraya dini borclarını həyata keçirmək üçün Kərbəla şəhərinə birlikdə getməyi təklif etsə də, sonuncu cavabında “səninlə heç cəhənnəmə getmərəm” demişdir. Sanaranın bu sözlərinə o qədər də əhəmiyyət verməmiş və 05 oktyabr 2019-cu il tarixdə Sanaranı Kərbəla şəhərinə yola salmışdır. 22 oktyabr 2019-cu il tarixdə Sanara geri qayıtmış, geri qayıtdıqdan sonra onunla soyuq davranmağa başlamışdır. Bundan 10-15 gün sonra, yəni 2019-cu ilin noyabr ayının əvvəllərində arvadının kiminləsə mobil telefonda mesajlaşdığını görmüş, bunun nə məsələ olduğunu başa düşmək üçün arvadının telefonla danışığına qulaq asmış və onun başqa kişi ilə münasibət saxlayaraq ona xəyanət etməsindən şübhələnmişdir. O, Sanaranın telefonda “Rita” adlı kontaktla danışdığını görmüşdür. Həmin nömrə xarici nömrə olmuşdur. Həmin nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və onun yad bir kişi olduğunu başa düşmüşdür. Həmin şəxs ona “Ərəb dili” müəllimi olduğunu demişdir. O, Sanaraya hicablı qadının başqa kişi ilə danışmasının yaxşı qarşılanmayacağını desə də, sonuncu ona “əcəb edirəm” cavabını vermiş və bundan sonra arvadı öz telefonunda onun nömrələrini bloklamışdır. Bu səbəbdən hadisədən 5-6 ay qabaq sonuncunun “Samsung” markalı mobil telefonunu sındırmışdır. Bundan sonra arvadı yenidən başqa bir telefon almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun ailəsi «Böyükşor parkı»nda olan zaman qonşusu Nüsrət də onlarla birlikdə olmuş və Sanara Nüsrətlə tək qalmaq üçün bəhanə axtarmış, ona görə də onu aralıda olan uşaqların yanına göndərmişdir. Geri qayıtdıqda Sanara və Nüsrəti yan–yana görmüşdür. Bundan başqa Sanaranın Nüsrətin mobil telefon nömrəsini heç vaxt bloklamadığını öyrənmişdir. Arvadından onun nömrəsini blokladığı halda, Nüsrətin nömrəsini bloklamamasının səbəblərini soruşduqda arvadı ona “yaxşı eliyirəm” cavabını vermişdir. Ona görə də arvadının ona xəyanət etməsinə şübhəsi qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 30 oktyabr 2020ci il tarixdə, saat 10 radələrində arvadının yataq otağında mobil telefonu ilə məşğul olduğunu görmüş, ona “bir aydır ki, yaxın münasibətdə olmuruq” deyərək ona intim münasibət təklif etmişdir. Lakin arvadı bununla razılaşmamışdır. Arvadından mobil telefonunda kişi nömrələrinin olub-olmadığını soruşduqda, sonuncu mobil telefonunda kişi nömrələrinin olduğunu təsdiqləmiş və hətta yaxşı elədiyini demişdir. Ər-arvad problemlərini həll etmək məqsədi ilə Sanara ilə söhbət etsə də, sonuncu onu polisə verəcəyi və və boşanacağı ilə hədələmişdir. Bundan sonra o, arvadının özbaşına cavablarından əsəbləşmiş və mətbəxə gedib oradan bıçaq götürərək yataq otağına qayıtmışdır. Həmin vaxt oğlu Rəhman da dəhlizdə olmuşdur. Otağa daxil olmuş, otağın qapısını örtmüş və içəridən bağlamışdır. Həmin vaxt arvadı yataq otağında paltar şkafının yanında olmuşdur. İlk bıçaq zərbəsini o, Sanaranın qoluna vurmuşdur. Daha bir neçə zərbə vurduqdan sonra Sanara yerə yıxılmış və yerdə ikən sonuncuya yenə bıçaqla zərbələr vurmuşdur. Sanara yerdə olarkən ona “vurma, səndən boşanmayacam” deyərək ona müqavimət göstərmişdir. Sanara yenidən ayağa qalxmış və çarpayının üstünə düşmüşdür. Çarpayının üstündə də o, Sanaraya bıçaq xəsarətləri yetirmişdir. Konkret olaraq neçə bıçaq zərbəsi vurduğunu nə o vaxt bilmiş, nə də sonra xatırlamışdır. Həmin zərbələr nəticəsində bıçaq əyilərə qırılmaq üzrə olmuş, yəni bıçağın tiyəsi ilə dəstəyi bir birindən ayrılmaq üzrə olan zaman o özü bıçağın tiyəsi ilə dəstəyini qoparıb bir-birindən ayırmışdır. Hadisədən sonra isə bıçağı hara atdığını bilməmişdir. Bundan sonra evdən bayıra qaçaraq qonşulara Sanaranı bıçaqladığını və sonuncuya kömək lazım olduğunu demiş, sonra isə hadisə yerini tərk edərək Mehdiabad PB-nin əməkdaşı Aslana zəng edərək olanlar barədə bildirmək istəmişdir. Lakin Aslan mobil telefonuna cavab verməmişdir. Saat 11 radələrində isə Mehdiabad PB-nin başqa bir əməkdaşı ona zəng edərək harada olduğunu soruşduqda ona Digah qəsəbəsində, mərkəzi yolun kənarında dayandığını demişdir. Bir müddətdən sonra həmin polis əməkdaşı onu olduğu yerə gəlib onu götürərək Mehdiabad PB-nə aparmışdır. Orada o, hadisə yerini tərk edən zaman hələ Sanaranın ölmədiyini, arvadını çox sevdiyi və qısqandığı üçün o, bu hərəkətləri etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2018-ci ildə insult keçirmiş və Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Bu səbəbdən sağ əlini işlədə bilməmiş, hadisə zamanı da bıçaq onun sol əlində olmuşdur. Ailədaxili münasibətlərində 2019-cu ilin sentyabr ayından sonra problemlər yaranmağa başlamış, hətta Sanara ondan 2020-ci ilin may ayında Mehdiabad polis bölməsinə şikayət etmiş, lakin aralarında barışıq olduğu üçün işə xitam verilmişdir. O, arvadının ona konkret olaraq kiminlə xəyanət etməsini bilməmişdir. Sadəcə olaraq o, bundan şübhələnmişdir. Belə ki, Sanaranın mobil telefonla uzun-uzun danışmaları, üzü açıq şəkillərini başqa şəxslərə göndərməsi, mobil telefonla tez-tez mesajlaşmaları, parka getmək istədiklərində qonşuları Nüsrətin də onlarla birlikdə getməsini təklif etməsi, bəzənərək Nüsrətin evinə getməsi, ərinin nömrəsini bloklaması, son vaxtlar onunla cinsi əlaqədən yayınması və yaxud gec-gec olması, ona qadına yaraşmayan cavablar qaytarması, hətta «nə edirəm, yaxşı edirəm» kimi cavablar verməsi onun arvadına qarşı şübhələrini artırmışdır. Hadisə vaxtı oğlu Şahid6 onların yanıünda olmamış, evdə dəhlizdə olmuşdur. Hadisə vaxtı otağın qapısı bağlı olduğundan Rəhman qapının şüşə hissəsini sındırmış, hadisəni görmüş və qorxaraq küçəyə qaçmışdır. Hadisə vaxtı o, özü sol əlindən xəsarət almışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, sonuncunun ifadələri hadisə yerində yoxlanılmış və bu zaman o, sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ səh. 86-91). Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən zərər çəkmiş şəxsin hüquqi varisi X4 verdiyi ifadəsində göstərdi ki, 30 oktyabr 2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Rafiq Sanara ilə 2001-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların iki övladları dünyaya gəlmişdir. Sanaradan başqa bir bacısı və bir qardaşı vardır. Rafiqin Sanaranın ailə həyatı qurmasına ailələrində çox adam etiraz etmişdir. Lakin Sanaranın təkidləri nəticəsində ailələri onların evlənmələrinə xeyir-dua vermişdir. Çünki Sanara və Rafiq bir-birlərini sevdiklərindən böyükləri də buna mane olmamışlar. Ailəvi 2010-cu ildə Bakı şəhərinə köçmüş, bir il sonra yəni 2011-ci ildə Sanara və Rafiq də ailəvi Bakı şəhərinə köçmüşlər. Bakıya köçməmişdən əvvəl Lerik rayonu, Pirasora kəndində yaşamışlar. Rafiq və Sanara 2014-cü ildə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi tikmiş və oraya köçmüşlər. Rafiq və Sanaranın ailədaxili münasibətləri 2019-cu ilin sentyabr ayındadək normal olmuşdur. Lakin 2019-cu ilin sentyabr ayında X9 şəhərinə qızı Nərminin nişanlısı ilə göndərdikdən sonra Rafiqin qohumları tərəfindən sonuncuya müəyyən təzyiqlər başlamışdır. Belə ki, X10 şəhərindən qayıtdıqdan sonra qohumlarının təsiri altında qalaraq sonuncunu tez-tez döyməyə və təhqir etməyə başlamışdır. Bundan sonra onların ailəsində münaqişə yaranmışdır. Bu münaqişənin həll olunması üçün o da öz səylərini göstərərək, gah Rafiqi, gah da Sanaranı tənbeh etmişdir. Lakin Rafiq sözlərinə qulaq assa da, yenə də öz qohumlarının təsiri altında qalaraq Sanaranı incitmiş və tez-tez münaqişə yaratmışdır. 2020-ci ilin Novruz bayramı vaxtı Sanaraya öz ailəsi ilə birlikdə onların yaşadıqları Binə qəsəbəsinə köçməyi təklif etmişdir. Çünki Digah qəsəbəsində qaldıqda Rafiq öz qohumlarının təsiri altında qalaraq yenidən Sanara ilə münaqişə yaratmışdır. Lakin Sanara onun bu təklifini qəbul etməmiş və öz evindən heç bir yerə getməyəcəyini demişdir. Sonuncunun bu sözlərindən əsəbləşmiş və onun üzünə bir dəfə şillə vurmuşdur. Bundan sonra 2020-ci ilin sentyabr ayınadək Sanara ilə küsülü qalmışdır. Sentyabr ayında isə Rafiqin qardaşı Rizvan zəng edərək Rafiq və Sanara arasında münaqişənin yenidən kəskinləşdiyini demiş, bundan sonra atası Möhübbətlə birlikdə Rafiqgil yaşayan evə getmişdir. Rafiq həmin görüşdə atasına daha heç bir problem yaratmayacağını demişdir. Sanara ilə küsülü olduğu zaman sonuncunun əri Rafiqin hərəkətlərinə dözməyərək Abşeron RPİ-nin Mehdiabad PB-nə şikayət etdiyini öyrənmişdir. Bu səbəbdən də Rafiqin səmimiyyətinə inanmamışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində qardaşı Müqəddin zəng edərək Rafiqin evdə dava saldığını demiş və özünü ora çatdırmağını istəmişdir, çünki Müqəddin özü həmin vaxt Şamaxı rayonunda olmuşdur. Bundan sonra işdən çıxmış və təxminən 15-20 dəqiqə sonra “Koroğlu” metrostansiyası yaxınlığında olarkən Müqəddin yenidən zəng etmiş və Rafiqin Sanaranı bıçaqladığını və qonşuların onu Sabunçuda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırmaq istədiklərini demişdir. Bundan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş və orda 5-10 dəqiqə gözlədikdən sonra Müqəddinin verdiyi nömrəyə, yəni Sanaranı xəstəxanaya gətirən qadının nömrəsinə zəng etmişdir. Həmin qadın ağlayaraq Sanaranın öldüyünü demişdir. Bundan sonra Sanaragil yaşayan evə getmişdir. Oraya çatdıqda polis əməkdaşlarını orada görmüşdür. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmiş və Sanaranın meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təhvil verilmişdir. Sanaranın dəfnində Rizvan, onun atası İman da iştirak etmişlər. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsinin davamında göstərdi ki, mərhum bacısı Zərərçəkmiş şəxs əxlaqlı qadın olmuş, ərinə xəyanət etməmiş, başqa kişilərlə münasibət saxlamamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid6 ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 4 saylı tam orta məktəbin 5-ci sinfində təhsil alır. 30 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Ailə 4 nəfərdən ibarət olmuşdur. 2014-cü ildən hadisənin baş verdiyi yerdə, yəni Abşeron rayonu, Digah qəsəbəsi, X12 küçəsində yerləşən evdə yaşamışlar. 2018-ci ilədək ailədaxili münasibətləri normal olsa da, 2018-ci ildən atası anasını əsassız qısqanmağa və münaqişə yaratmağa başlamışdır. Bu münaqişələr zəminində atası anasını tez-tez yəni 2-3 gündən bir döyməyə başlamışdır. Bu münaqişələr vaxtı bacısı Nərminlə birlikdə anasının tərəfini tutmuşlar. Çünki atası anasını haqsız yerə döymüşdür. Şahid - yetkinlik yaşına çatmayan Şahid6 ifadəsinin davamında göstərdi ki, 2019-cu ildə onun bacısı Nərmin Zahir adlı oğlanla nişanlanmışdır. Zahirlə ailəsinin münasibətləri normal olmuş, hətta anası Zahirlə birlikdə 2019-cu ilin sonlarında Kərbəla ziyarətinə getmişdir. Atası da onların bu səfərinə icazə vermişdir. Təxminən bir neçə həftə sonra Zahir və Sanara qayıtmış, onlar qayıtdıqdan təxminən 2 həftə sonra anası və bacısı ilə birlikdə dini məclisə getmişdir. Həmin məclisdən qayıtdıqdan sonra həmin gün axşam anası həmin məclisi təşkil edən qadınla birlikdə çəkdirdiyi şəkli ona göndərdikdə atası anasına “sən niyə öz şəklini başqa qadına göndərirsən, bəlkə onun əri sənin şəklini gördü” deyə problem yaratmış və anasını döymək istəyəndə o, anasının qabağına keçmiş və atası həmin vaxt onu döymüşdür. Bacısı da həmin vaxt anasının tərəfini tutmuşdur. Atası onu vurduqdan sonra deyinə-deyinə uzaqlaşmışdır. Həmin hadisə evin mətbəxində baş vermişdir. Bu hadisədən sonra da demək olar ki, hər iki üç gündən bir atası anası ilə əsassız yerə münaqişə yaratmış və sonuncunu döymüşdür. Bu münaqəşilər zamanı elə vaxt olmuşdur ki, atası onu və bacısını da döymüşdür. Hətta 2020-ci ilin may ayında atası anasını döydüyü üçün anası bezərək polisə şikayət etmişdir. Lakin sonradan onların arasında barışıq olmuşdur. Atası və anası arasında münaqişə bundan sonra da davam etdiyi üçün babası Möhübbət, dayısı Müqəddəs və əmisi Rizvan bir gün gələrək atası və anasını barışdırmağa, ailədə baş alan söz-söhbətə son qoymağa çalışsalar da, bir nəticə verməmişdir. 2020-ci ilin yayından başlayaraq anası atasının hərəkətlərinə, onu döyməsinə dözməyərək ondan boşanacağını desə də, atası anasından boşanmayacağını demişdir. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, 29 oktyabr 2020-ci il tarixdə anası və bacısı ilə birlikdə Bakı şəhərində yaşayan xalası Fatmagilə getmiş, orada olarkən yıxılmış və sol qolu sınmışdır. Həmin gün dayısı Müqəddəs onu rentgenə aparmış və qoluna gips qoyulmuşdur. Həmin gün axşam atası gələrək onları evlərinə aparmışdır. Növbəti gün, yəni 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində anası onu yedizidirib geyindirdikdən sonra yataq otağında yatacaq yerləri yığışdırmaqla məşğul olmuşdur. O, bacısı və anası evin yataq otağında, atası isə digər otaqda yatmışdır. Həmin vaxt atası öz yatdığı otaqda televizora baxmış, o isə dəhlizdə pişiklə oynamışdır. Atası birdən yataq otağına anasının yanına girmiş və qapını içəridən bağlamışdır. Atası girən kimi onların arasında mübahisə yaranmışdır. Belə ki, anası atasına “səndən boşanacam” atası isə anasına “mən səndən boşanmayacam” sözlərini demələrini eşitmişdir. Atası və anası təxminən 5-10 dəqiqə mübahisə etmiş və onların danışıqları onun tam yadında qalmamışdır. Atası birdən otaqdan çıxmış və mətbəxə keçmişdir. Həmin vaxt o, yenə də dəhlizdə olmuşdur. Atası mətbəxə keçmiş, qapını örtmüş, o isə qapının açıq qalan yerindən atasına baxmışdır. Atası içəridə mətbəxin pəncərəsinə yaxınlaşmış, sonra isə mətbəx mebelinin çəngəl-bıçaq qoyulan siyirməsinin səsini eşitmişdir. Lakin atasının bıçaq götürməsini ağlına belə gətirməmişdir. Daha sonra atası mətbəxdən çıxmış və anasının olduğu yataq otağına getmiş, qapını örtmüş və açarla içəridən bağlamışdır. Qapı bağlandıqdan dərhal sonra anası hündürdən qışqırmağa başlamış, o, anasının qışqırtısını eşidən kimi özünü yataq otağının qapısına vuraraq açmağa çalışmış, lakin qapı açılmamışdır. Bir neçə dəfə özünü qapıya vursa da onu açmağı bacarmamışdır. Elə həmin vaxt qapının rəngli şüşəsinin yerində boşaldığını görmüş və sağ əli ilə ona bir zərbə vurduqda şüşə otağın içərisinə düşmüşdür. Otaqdan içəri baxdıqda anasını çarpayının üzərində, atasını isə anasının üzərində görmüşdür. Həmin vaxt atasının sol əlində bıçaq olmuş, hər ikisi, yəni həm ata və həm də anası onu görmüşlər. Anası atasına “səndən boşanmayacam, uşaq baxır, öldürmə məni” sözlərini demişdir. Atasının həmin vaxt anasına bir dəfə sinə nahiyəsindən vurduğunu görmüşdür. Bundan sonra çox qorxmuş və küçəyə qaçaraq qonşulara xəbər vermək istəmişdir. Qonşulara xəbər verib qaçaraq evə qayıdarkən atasının evdən çıxaraq uzaqlaşdığını görmüş, həmin vaxt atası da onu görmüşdür. Evə daxil olub yataq otağına qalxmış və anasını çarpayının yanında qan içində uzanmış vəziyyətdə görmüşdür. Dərhal anasının mobil telefonu ilə 102 xidmətinə zəng etmişdir. Həmin vaxt bacısı Nərmin də xəstəxanada olduğu üçün zəng edərək ona da məlumat vermişdir. Qonşulardan Samirə adlı qadın gəlmiş və o, Samirə ilə birlikdə anasına yardım etməyə çalışmışdır. Anası onlardan su istədiyindən sonuncuya su vermişlər və Samirə anasının yaralarından axan qanını kəsməyə çalışmışdır. Orada olanlardan kimsə təcili tibbi yardıma zəng etmişdir. Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları və bacısı Nərmin gəlmişlər. Təcili tibbi yardım avtomobili gec gəldiyi üçün anasını Samirənin adını bilmədiyi qardaşının “Mercedes” markalı avtomobilinin arxa hissəsinə qoymuş və bir neçə nəfərlə anasını yola salmışlar. Təxminən 10 dəqiqə sonra Nərmin anası ilə birlikdə gedənlərin birinə zəng etmiş və sonuncuya artıq anasının öldüyünü demişlər. Bir müddətdən sonra anasının meyitini evə gətirmişlər. Daha sonra isə evlərinə prokurorluq əməkdaşları gəlmiş və ondan videoçəkiliş vasitəsi ilə ilkin izahat almışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, 2014-cü ildən hadisənin baş verdiyi yerdə yəni Abşeron rayonu, Digah qəsəbəsi, X12 küçəsində yerləşən evdə yaşamağa başlamışlar. Atası fəhləlik edərək ailəsini dolandırmışdır. Özünü başa düşəndən ailələrində münaqişənin şahidi olmuşdur. Belə ki, atasının qohumları ailələrinə müdaxilə etmiş, atası da öz qohumlarının təsiri altında qalmışdır. 28 aprel 2019-cu il tarixdə Şahid10 adlı oğlanla nişanlanmışdır. Zahirlə onun da, ailəsinin də münasibətləri normal olmuşdur. Hətta anası Zahirlə birlikdə 2019-cu ilin sonlarına Kərbəla şəhərinə getmiş, atası da onların getməsinə icazə vermişdir. Təxminən bir neçə həftə sonra onlar qayıtmışlar. Təxminən 2020-ci ilin yanvar ayında anası və qardaşı ilə birlikdə dini məclisə getmişdir. Həmin məclisdən qayıtdıqdan sonra həmin gün axşam anası həmin məclisi təşkil edən qadınla birlikdə çəkdirdiyi şəkli ona göndərdikdə atası anasına “sən niyə öz şəklini başqa qadına göndərirsən, bəlkə onun əri sənin şəklini gördü” deyə problem yaratmışdır. O və Rəhman bu münaqişələrdə həmişə anasının tərəfini tutmuşlar. Son vaxtlar hər iki üç gündən bir atası anası ilə əsassız yerə münaqişə yaratmış və sonuncunu döymüşdür. Hətta anası dəstəmaz aldıqda və yaxud da başqa vaxt da belə hərəkətlər etmişdir. Bu münaqişələr zamanı elə vaxt olmuşdur ki, atası onu və qardaşını da döymüşdür. Hətta 2020-ci ilin may ayında atası anasını döydüyü üçün anası bezərək polisə şikayət etmişdir. Lakin sonradan onların arasında barışıq olmuşdur. Atası və anası arasında münaqişə bundan sonra da davam etdiyi üçün babası Möhübbət, dayısı Müqəddəs və əmisi Rizvan bir gün gələrək atası və anasını barışdırmağa, ailədə baş alan söz söhbətə son qoymağa çalışsalar da bu da bir nəticə verməmişdir. Hətta əmisi Rizvan atasını vurmuşdur. 2020-ci ilin yayından başlayaraq anası atasının hərəkətlərinə, döyməsinə dözməyərək tez-tez atasına boşanacağını demişdir. Lakin həmişə atası anasından boşanmayacağını demişdir. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində burnundan əməliyyat olunmaq üçün 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən xəstəxanaya gedərkən yolda olduğu vaxt Rəhman anasının mobil nömrəsi ilə zəng edərək atasının anasını bıçaqladığını demişdir. Dərhal geri qayıtmış və təxminən 10 dəqiqəyə evə çatmışdır. Zəng gələndə o, Mehdiabad qəsəbəsində olmuşdur. Evə daxil olduqda yataq otağında anasını qan içində görmüşdür. Həmin vaxt qonşuları Samirəni orada görmüşdür. O, anasının qanını kəsməyə çalışmışdır. Az sonra polis əməkdaşları da gəlmişlər. Təcili tibbi yardım avtomobili gec gəldiyi üçün anasını Samirənin adını bilmədiyi qardaşının “Mercedes” markalı avtomobilinin arxa hissəsinə qoymuş və bir neçə nəfərlə anasını yola salmışlar. Mətbəxin qapısının yanında dəhlizdə qanabulaşmış formada bıçaq tiyəsini görmüş və onu götürərək birinci mərtəbədə pəncərənin qabağına qoymuşdur. Təxminən 10 dəqiqə sonra anası ilə birlikdə gedən Samirəyə zəng etmişdir. Samirənin qardaşı telefonu götürmüş və anasının öldüyünü demişdir. Bir müddətdən sonra anasının meyitini evə gətirmişlər. Daha sonra evlərinə prokurorluq əməkdaşları gəlmiş, anasının meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təhvil verilmişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, atasının son vaxtlar iynə ilə özünə adını bilmədiyi dərman vurduğunu, o cümlədən atasının bir dəfə Zahirə “Sanaranı özündən keçirmək üçün dərman istəyirəm, mənə köməklik edə bilərsənmi?” məzmunlu mesaj yazdığını görmüşdür. Atasının istifadə etdiyi dərmanın adını bilməmişdir. Atası həmişə anasını əsassız yerə qısqanaraq sonuncu ilə münaqişə yaratmışdır. Atası son vaxtlar daha çox münaqişə yaratmış və sonda anasını öldürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 30 oktyabr 2020-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirən Təqsirləndirilən şəxs doğma qardaşıdır. Rafiq Sanara ilə 2001-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Rafiqdən başqa 4 qardaşı və 1 bacısı vardır. Rafiqin Sanara ilə ailə həyatı qurmasına atası İman və digər böyükləri etiraz etsələr də sonuncular bir-birilərini sevdiklərindən böyükləri “ayaqlayaraq” ailə həyatı qurmuşlar. Rafiq öz ailəsi ilə birlikdə 7-8 il əvvələdək Lerik rayonunda yaşamışdır. Lakin daha sonra onlar Abşeron rayonuna gəlmiş və təxminən 6 ay qardaşı Rövşəngilin evində yaşamışlar. Rafiqə Digah qəsəbəsində özünə 2 mərtəbəli ev tikməyinə hamısı köməklik etmiş və 2014-cü ildən Rafiq ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Rafiq daş sexində fəhləlik edərək ailəsini dolandırmışdır. Son vaxtlaradək Rafiqin ailəsinin maddi sıxıntısı olmamışdır. Rafiqgilin ailəsində 4-5 il əvvəl Sanaranın qızı Nərmini Rafiqin və digər şəxslərin məsləhəti olmadan tanımadıqları bir oğlana nişanlamasından sonra münaqişə yaranmışdır. Həmin vaxt Nərminin 12-13 yaşı olduğundan hamı bu nişana etiraz etmişdir. Bu hadisədən sonra Rafiqin ailəsində ciddi münaqişələr yaranmışdır. Rafiq bəzən bu münaqişələri həll etmək üçün qardaşlarına və atasına müraciət etmiş, lakin bütün bunlar Sanaraya heç bir təsir etməmişdir. Həmçinin Sanaranın qohumlarına da bu barədə müraciət edilsə də onlar da Sanaraya heç bir təsir edə bilməmişlər. Bu barədə öz narahatçılığını bir neçə ay əvvəl Sanaranın qardaşı Müqəddəsə və atası Möhübbətə bildirsə də sonuncuların da Sanaraya heç bir təsiri olmamışdır. Hətta Sanara bir dəfə heç kəsə qulaq asmadan Nərminin nişanlısı ilə birlikdə Kərbəla ziyarətinə getmişdir. Bu barədə Rafiqdən soruşduqda sonuncu özünün Sanaraya icazə verdiyini demişdir. Lakin Sanara və Rafiq arasında olan münaqişə yenə də davam etmişdir. Hətta Rafiqin qonşularından sonuncunun Sanara tərəfindən döyüldüyünü öyrənmiş, həmçinin Rafiqin boğazında da boğulma izləri də görmüşdür. Bütün bu hadisələr Rafiqin səhhətində ciddi problemlər yaratmış, sonuncu 2018-ci ildə insult keçirmiş və Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Müalicə aldığı dövrdə də Sanara Rafiqin yanına gəlməmişdir. Bu xəstəlikdən sonra Rafiqin sağ əli işləməmişdir. X11 asanlıqla döyə bilərdi. Lakin Rafiq bu barədə hər bir şeyi ondan gizlətmişdir. Rafiqgilin ailəsində Sanaraya görə normal tərbiyə olmamış və uşaqlar da normal təhsil almamışlar. Bu səbəbdən Rafiqgillə elə də çox gediş-gəlişi olmamışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində Sanaranın qardaşı Müqəddəs zəng edərək Rafiqin Sanaranı yaşadıqları evdə vurduğunu və sonuncunun xəstəxanaya aparılarkən yolda öldüyünü demişdir. Bundan sonra qardaşı Rövşənə bu barədə məlumat vermiş və onunla birlikdə Rafiqgilin yaşadığı evə getmişdir. Oraya çatdıqda Müqəddəsi, Rafiqgilin qonşularını, polis əməkdaşlarını orada görmüş, daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmiş və Sanaranın meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təhvil verilmişdir. O, böyük qardaşı Allahverən, qardaşı Rövşən və atası İman kişi Sanaranın dəfnində iştirak etmişlər. Zərərçəkmiş şəxs başqa kişi ilə münasibət saxlamağının şahidi olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamışdır. Belə ki, təxminən 5-6 il əvvəl o, hazırda yaşadığı ünvana köçdükdə Rafiq və Sanara artıq həmin evdə yaşamışlar. Rafiq və Sanara ilə bir qonşu kimi münasibəti həmişə yaxşı olmuşdur. Sanara və Rafiqin başqa qonşularla da yaxın münasibətləri olmamışdır. Hadisədən təxminən bir ay əvvəl Sanara və Rafiqi, onların uşaqlarını onların xahişi ilə istifadəsində olan “Mercedes Benz” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Böyükşor” parkına aparmışdır. Həmin gəzintidə onun və Sanaranın arasında heç bir yaxınlıq olmamışdır. Sadəcə olaraq onlara bir qonşu kimi köməklik göstərmişdir. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində işdə olarkən arvadı Sahilə Bəkirova ona zəng edərək Rəhmanın atasının anasını vurub öldürdüyünü demişdir. Saat 12 radələrində Rafiqgil yaşayan evə çatmış və orada polis və prokurorluq əməkdaşlarını görmüşdür. Daha sonra Sanaranın meyiti hadisə yerindən götürülmüşdür. Sanaranın dəfnində iştirak edə bilməmişdir. Zərərçəkmiş şəxs ilə yalnız qonşu kimi münasibəti olmuş, sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid12 ifadəsində göstərdi ki, 2016-cı ildən DİO-da, 2019-cu ildən isə Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində AR DİN-nin 102 zəng xidmətinə zəng edən vətəndaş qonşuluqlarında, yəni Abşeron rayonu, Digah qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində bıçaqlanma hadisəsi olduğunu bildirmişdir. Məlumatla bağlı Mehdiabad PB-nin digər əməkdaşları ilə dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdə vətəndaş Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirdiyini öyrənmişdir. Oraya çatdıqda Zərərçəkmiş şəxs ölməmişdir. Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili gələnədək qonşular xəstəxanaya aparmışlar. Rafiqt Hüseynovun hadisə vaxtı istifadə etdiyi bıçağın qanabulanmış dəstəyini hadisənin baş verdiyi evin ikinci mərtəbəsində yerləşən yataq otağında, çarpayının yanında, döşəmədə tapmışdır. Tiyəsini isə birinci mərtəbədə tapmışdır. Həmin vaxt prokurorluq əməkdaşları hadisə yerində olmadığından əsas maddi sübut olan həm bıçağın tiyəsini, həm də dəstəyini onların itməsindən ehtiyat edərək özü ilə götürmüş və Mehdiabad PB-nə gətirmişdir. Daha sonra hadisə yerinə geri qayıtmış və bıçağın dəstəyinin və tiyəsinin polis bölməsində olduğunu prokurorluq əməkdaşlarına bildirmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən yolda ölmüş və sonuncunun meyiti məhkəmə tibb ekspertinə təhvil verilmişdir. Bir neçə saat sonra hadisəni törətmiş Təqsirləndirilən şəxs, bıçağın dəstəyini və tiyəsini Abşeron rayon prokurorluğuna təhvil vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermək istəməyən atası Şahid1 və qardaşı Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduqları şahid ifadələri elan edilməklə tədqiq edildi. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirən Təqsirləndirilən şəxs onun oğludur. Rafiq Sanara ilə 2001-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Rafiqdən başqa 5 oğlu və 1 qızı da vardır. Rafiqin Sanara ilə ailə həyatı qurmasına etiraz etsə də sonuncular bir-birlərini sevdiklərindən ailə həyatı qurmuşlar. Təxminən 10-12 il əvvəl Abşeron rayonu, Digah qəsəbəsi, “Əliçıraq” yaşayış massivində ev tikdirmiş və Rafiqdən başqa digər oğulları da o, ev tikdirdikdən sonra Digah qəsəbəsinə gəlmişlər. Rafiq isə öz ailəsi ilə birlikdə bir neçə il Lerik rayonu, Pirasora kəndində yerləşən ata-baba evlərində qalmışdır. Rafiqin orada iki mağazası və hər cür şəraiti olan evi olmuşdur. Ata-baba evini Rafiqə vermək istəmişdir. Lakin Rafiq bir neçə il kənddə qaldıqdan sonra öz ailəsi ilə birlikdə Digah qəsəbəsinə gəlmiş və təxminən bir ilə yaxın onlarla yəni o, arvadı Xoşqədəm Kərimova və oğlu Rövşən və sonuncunun ailəsi ilə birlikdə yaşamışdır. Bu müddət ərzində köməkləşib Rafiqə Digah qəsəbəsində ikimərtəbəli ev tikmişlər. Hadisə də həmin evdə baş vermişdir. Rafiq müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırmış, yəni onların heç bir maddi sıxıntıları olmamışdır. Rafiqgilin ailəsində 4-5 il əvvəl Sanaranın qızı Nərmini Rafiqin məsləhəti olmadan tanımadıqları bir oğlana nişanlamasından sonra münaqişə yaranmışdır. Heç kimə məsləhət edilmədiyi üçün Nərminin nişan məclisində iştirak etməmişdir. Bu hadisədən sonra Rafiqin ailəsində ciddi münaqişələr yaranmışdır. Rafiq bəzən bu münaqişələri həll etmək üçün ona və digər böyüklərinə müraciət etmiş, lakin bütün bunlar Sanaraya heç bir təsir etməmişdir. Həmçinin Sanaranın qohumlarına da bu barədə müraciət edilsə də onlar da Sanaraya heç bir təsir göstərə bilməmişlər. Evdə arvadının sözü keçdiyi üçün Rafiqə iradlarını bildirmişdir. Lakin yenə də evdə Sanara Rafiqi saymamış və öz bildiklərini etmişdir. Bütün bu hadisələr Rafiqin səhhətinə mənfi təsir göstərmiş, sonuncu bir neçə il əvvəl insult keçirmiş və demək olar ki, sağ əlini işlədə bilməmişdir. Bu münaqişələrə görə Sanara bir neçə dəfə Rafiqi Mehdiabad PB-nə də şikayət etmişdir. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində Rafiq zəng edərək Sanaranı vurduğunu demişdir. Bundan sonra Rafiqgilin yaşadığı evə getmiş və Rafiqin Sanaranı öldürdüyünü öyrənmişdir. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs başqa kişi ilə münasibət saxlamağının şahidi olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirən Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Rafiq Sanara ilə 2001-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların iki uşağı olmuşdur. Rafiqdən başqa 4 qardaşı və 1 bacısı vardır. Rafiqin Sanara ilə ailə həyatı qurmasına atası İman və Sanaranın atası Möhübbət etiraz etsələr də onlar birbirilərini sevdiklərindən böyükləri “ayaqlayaraq” ailə həyatı qurmuşlar. Rafiq öz ailəsi ilə birlikdə 7-8 il əvvələdək Lerik rayonunda yaşamış, lakin daha sonra Abşeron rayonuna gəlmiş və təxminən 6 ay onun evində yaşamışdır. Bir müddətdən sonra Rafiq Digah qəsəbəsində özünə 2 mərtəbəli ev tikmiş və ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Rafiq fəhləlik edərək ailəsini dolandırmışdır, bəzən isə maddi sıxıntısı olduqda Rafiqə köməklik etmişdir. Rafiqgilin ailəsində 4-5 il əvvəl Sanaranın qızı Nərmini Rafiqin məsləhəti olmadan tanımadıqları bir oğlana nişanalmasından sonra münaqişə yaranmışıdr. Lakin bir qardaş kimi münaqişənin böyüməməsi üçün Nərminin nişan məclisində iştirak etmiş və maddi köməklik göstərmişdir. Bu hadisədən sonra Rafiqin ailəsində ciddi münaqişələr yaranmışdır. Rafiq bəzən bu münaqişələri həll etmək üçün qardaşlarına və atasına müraciət etmiş, lakin bütün bunlar Sanaraya heç bir təsir etməmişdir. Həmçinin Sanaranın qohumlarına da bu barədə müraciət edilsə də yenə də sonuncuya heç bir təsir göstərə bilməmişlər. Hətta bir dəfə Sanara ona Rafiqdən boşanmaq istədiyini demişdir. Rafiqə evdə arvadının sözü keçdiyi üçün iradlarını bildirsə də yenə də evdə Sanara Rafiqi üstələmişdir. Bütün bu hadisələr Rafiqin səhhətinə mənfi təsir göstərmiş, sonuncu bir neçə il əvvəl insult keçirmiş və demək olar ki, sağ əlini işlədə bilməmişdir. Bu münaqişələrə görə Sanara bir neçə dəfə Rafiqi Mehdiabad PB-nə şikayət etmişdir. Rafiqin iradəsizliyi ucbatından təxminən son 6 ay sonuncu ilə heç bir əlaqə saxlamamışdır. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində qardaşı Rizvan zəng edərək Rafiqgilin evində qətl hadisəsi olduğunu demiş, bundan sonra Rizvanla birlikdə Rafiqgilin yaşadığı evə getmiş, təcili tibbi yardım avtomobilini orda görmüş və Rafiqin Sanaranı öldürdüyünü öyrənmişdir. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs başqa kişi ilə münasibət saxlamağının şahidi olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs anası Şahid5 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid5 həmin ifadəsində göstərmişdir ki, o, Sanara ilə Rafiqin 2001-ci ildə ailə həyatı qurmalarına bir valideyn kimi etiraz etmişdir. X5 ailəsinə gəlin köçməyini istəməmişdir. Belə ki, Rafiqgilin ailəsində olan əvvəlki gəlinlərin də problemləri olduğundan Sanaraya bu barədə öz narahatçılığını bildirmişdir. Lakin Sanara və Rafiq bir birilərini sevdiklərindən və mərhum qaynatası Onbaşı Rafiq və Sanaranın bir birlərini sevdiklərini bildiyindən böyük kimi bu işə etiraz etməmişdir. Bundan sonra Rafiq və Sanara ailə həyatı qurmuşlar. 2010-cu ildə o və Möhübbət digər övladlarını Bakı şəhərinə köçürmüş və yenidən Pirasora kəndinə qayıtmışlar. 2011-ci ilədək Rafiq və Sanara öz övladları ilə birlikdə Lerik rayonunun Pirasora kəndində yaşamışlar. Kənddə Rafiqin iki mağazası olmuşdur və onunla ailəsini dolandırmışdır. Lakin 2011-ci ildə Rafiq və Sanara uşaqlarla birlikdə Bakı şəhərinə köçmüşlər. Onların ailədaxili münasibətləri normal olsa da 2019-cu ilin sentyabr ayında Sanara Kərbəla şəhərindən qayıtdıqdan sonra onların ailəsində sözsöhbət yaranmağa başlamışdır. Belə Rafiqin qohumları yəni atası və qardaşları Rafiqə Sanaranı nəyə görə yad bir kişi ilə, yəni qızı Nərminin nişanlısı ilə Kərbəla şəhərinə göndərməsi ucbatından təzyiq etməyə başlamışlar. Bundan sonra onların ailəsində ciddi problemlər yaranmağa başlamış, lakin o və əri Lerik rayonunda yaşadıqlarından bu işlərin içində olmamışlar. 2020-ci il Novruz bayramı ərəfəsində əri Möhübbətlə birlikdə Bakı şəhərində olarkən oğulları Müqəddəs və Müqəddinə Sanara zəng etmiş və Rafiqlə ciddi probleminin olduğunu bildirmişdir. Bundan sonra birlikdə saat 00 radələrində Rafiq və Sanaranın yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə getmişlər. Oraya çatdıqda Rafiqin Sanaranı döydüyünü və uşaqların da Sanaraya tərəf çıxdıqlarını və bu səbəbdən də Rafiqlə ciddi problemlərin yaşandığını öyrənmişlər. Həmin gecə Rafiq gözlərinin qabağında “Quran”a əl basaraq bir daha Sanaraya əl qaldırmayacağını demişdir. Lakin həmin gün axşam uşaqları və Sanaranı özü ilə birlikdə Müqəddəsin evinə aparmışdır. Bir neçə gündən sonra Rafiq gələrək üzr istəmiş və Sanaranı özü ilə aparmaq istədiyini bildirmişdir. O, bununla razılaşmış və Sanara Rafiqlə birlikdə getmişdir. Bundan sonra Sanaranı 28 oktyabr 2020-ci il tarixdə görmüşdür. Belə ki, Binə qəsəbəsində yaşayan 90-dan çox yaşı olan anası Mirəstəyə baş çəkmək üçün Bakı şəhərinə gəlmiş və bu zaman Sanaraya da baş çəkərək ona rayondan gətirdiyi payları vermişdir. Bundan sonra anasının yanına getmişdir. Həmin gün axşam Sanara uşaqlarla birlikdə Binəyə gələrək gec olduğu üçün bacısı Fatiməgildə qalmış, bir gün sonra isə Fatimə və uşaqlarla birlikdə anasına baş çəkmişdir. Saat 16 radələrində Sanara və Fatimə birlikdə Fatiməgilə getmişlər. Fatiməgildə olarkən Rəhman yıxılmış və sağ qolu sınmışdır. Bundan sonra ona tibbi yardım göstərilmiş və Sanara övladları ilə birlikdə 29 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadıqları evə getmişdir. 30 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində böyük qızı Fatimə zəng edərək Nərminin ona zəng vurduğunu və Rafiqin Sanaranı bıçaqladığını demişdir. Bundan sonra Fatimə və bacısı Amanə ilə birlikdə Rafiq və Sanarının yaşadığı evə getmişdir. Təxminən 40-45 dəqiqəyə ora çatmış və Sanaranın meyitini evin birinci mərtəbəsində arxası üstə qoyulmuş vəziyyətdə görmüşdür. Həmin vaxt polis və təcili tibbi yardım avtomobili orada olmuş, daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmişlər. Mərhum qızı dini təhsil görmüş bir qadın olduğundan hicablı olmuş, Sanara başqa kişilərlə münasibət saxlamamış və ərinə xəyanət etməmişdir (iş vərəqə: cild İ, səh. 168-172). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8, Şahid9 və Şahid10 ifadələrində məhkəmə baxışı zamanı şəxs qismində dindirilən Şahid6, Şahid7 və Şahid12 ilə oxşar məzmunlu ifadə verib onların göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 103 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir - kəskin qanitirmə ilə müşayiət olunan sol yuxu arteriyasının, vidaci venanın və hər iki ağciyərlərin yaralanmaları; boyun nahiyəsinin sol yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 1 (bir) ədəd, sağ kürək nahiyəsinin bayır hissəsinin 3 (üç) ədəd, döş qəfəsinin sol yan səthinin 4 (dörd) ədəd daxilə nüfuz edən, eləcə də sağ kürək nahiyəsinin iç hissəsinin 4 (dörd) ədəd, sağ bazu oynağı nahiyəsinin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin 8 (səkkiz) ədəd, bel nahiyəsinin sol yan səthinin 3 (üç) ədəd və bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; sağ saidin orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd və sol budun yuxarı 1/3-nin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; boyun nahiyəsinin ön səthinin və sağ kürəkaltı nahiyənin kəsilmiş yaraları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvəl ülgücü və qabırğaları kafi dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər; yaraların formasına və xaraketrinə əsasən demək olar ki, ekspertizaya təqdim olunmuş bıçaq və ona oxşar bıçaqlar təsirindən törənə bilərdi. Dərəcələrinə görə boyun nahiyəsinin sol yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 1 (bir) ədəd, sağ kürək nahiyəsinin bayır hissəsinin 3 (üç) ədəd, döş qəfəsinin sol yan səthinin 4 (dörd) ədəd daxilə nüfuz edən, sol yuxu arteriyasını, vidaci venanı və hər iki ağciyərləri yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları – həm ayrı-ayrılıqda həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər, ölümü ilə səbəbli əlaqədardır. Sağ kürək nahiyəsinin iç hissəsinin 4 (dörd) ədəd, sağ bazu oynağı nahiyəsinin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin 8 (səkkiz) ədəd, bel nahiyəsinin sol yan səthinin 3 (üç ) ədəd və bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; sağ saidin orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd və sol budun yuxarı 1/3-nin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; boyun nahiyəsinin ön səthinin və sağkürəkaltı nahiyənin kəsilmiş yaraları – dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb – boyun nahiyəsinin sol yan səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsinin sağ yan səthinin, sağ kürək nahiyəsinin və döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən, sol yuxu arteriyasını, vidaci venanı və hər iki ağciyərləri yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (30.10.2020-ci il tarixdə saat 14:30) təxminən 3-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 27-34). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 02 noyabr 2020-ci il tarixli, 2311 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin ovuc səthinin və sol əlin 1-ci barmağının orta falanqasının ovuc səthinin kəsilmiş yaraları iti kənara malik olan alətin (alətlərin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə, yəni 30.10.2020-ci il tarixə uyğun gəlir; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni əlindəki olan bıçaqla zərbə yetirən zaman əmələ gəlməsi istisna olunmur (iş vərəqə: cild İ, səh. 246-247). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 09 dekabr 2020-ci il tarixli, 885/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: B/H/(İİİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, bustqalter, mayka, boz rəngli tuman, çəhrayı rəngli tuman, cins şalvar, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, jaket, döşəküzü, dəsmal, iki ədəd kosmetik çubuqlu pambıq, dəstək və tiyə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda B və H antiqeni alındı. Həmin qan ləkələri B alfa/H (İİİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İİ, səh. 71-79). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kriminalistik ekspertizasının 24 noyabr 2020-ci il tarixli, 566-MTKŞ saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından – köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 03 (üç) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 08 (səkkiz) ədəd (cəmi 14 (on dörd) ədəd) deşilmiş kəsilmiş zədələr aşkar olundu. Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından – maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 04 (dörd) ədəd (cəmi 07 (yeddi) ədəd) deşilmişkəsilmiş zədələr aşkar olundu. Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından – şalvarın və boz rəngli (1 nömrəli) tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində, sağrı nahiyəsi üzərində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından – büstqalterin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bütün zədələr kafi itilikli, ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi bıçağın dəstəyindən tamamilə ayrıldığı, yəni kəskin deformasiyaya uğradığına görə mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində həmin bıçaqla eksperimental zədələrin yetirilməsi mümkün olmadığı üçün mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə hər hansı bir fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından çəhrayı rəngli (2 nömrəli) tumanın və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın tiyəsi və dəstəyi küt təsirdən sınmışdır. Təqdim edilmiş bıçağın üzərində heç bir düzəlişlər edilməmişdir (iş vərəqə: cild İİ, səh. 55-70). Məhkəmə baxışı zamanı tədqiq olunan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 2493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir, lakin Təqsirləndirilən şəxs müəyyən edilən Üzvi emosional-ləbil pozuntusu qeyri-psixotik pozuntularla təzahür etmiş və həmin qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional dayanaqsızlıq, dəyişkən əhval-ruhiyyəlik, emosional reaksiyalara meyillilik, hövsələsizlik, oynaqlılıq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (iş vərəqə: cild İİ, səh. 119- 123). Məhkəmə baxışı zamanı tədqiq olunan, Abşeron rayon Məhkəməsindən daxil olmuş 16 noyabr 2020-ci il tarixli, 22/01650/20-58 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində 2018-2020-ci illər üzrə cinayət, mülki iş və inzibati işlərə dair qeydiyyat kitabları yoxlanılmış və barələrində hər-hansı təqsirləndirici material müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 187-188). Məhkəmə baxışı zamanı tədqiq olunan, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 dekabr 2020-ci il tarixli, 1958 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Abşeron Rayon Poliklinikasının ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdurlar. Abşeron Rayon Mərkəzi Xəstəxanasına hər-hansı bir xəstəliklə bağlı müraciət etməyiblər (iş vərəqə: cild İİ, səh. 35-36). Məhkəmə baxışı zamanı tədqiq olunan, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş 07 dekabr 2020-ci il tarixli, 301-14212-1220 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə aparılmış araşdırmanın nəticəsi olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanılmış və Zərərçəkmiş şəxs 23.08.2020-ci il tarixli barışıq ərizəsi əsasında başlanmış inzibati icraata xitam verilmişdir. Eyni zamanda münaqişəli ailə kimi profilaktik qeydiyyata götürülmüşdür. Abşeron RPİ-nin Mehdiabad PB-də toplanmış material cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 1-26). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 01 dekabr 2020-ci il tarixli, 19/51-11610 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar (iş vərəqə: cild İİ, səh. 37-38). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 08 dekabr 2020-ci il tarixli, 8525 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (iş vərəqə: cild İ, səh. 250-251). Məhkəmə baxışı zamanı tədqiq olunan, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 03 dekabr 2020-ci il tarixli, 196 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyinə görə Lerik rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə müraciət etməmişlər və dispanser qeydiyyatında durmurlar (iş vərəqə: cild İ, səh. 248-249). Məhkəmə baxışı zamanı tədqiq olunan, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş 23 noyabr 2020-ci il tarixli, 301-13770-1220 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisə, münaqişə və ya düşmənçilik olmamış, Zərərçəkmiş şəxs hər-hansı psixi xəstəlikdən, narkomaniyadan, alkoqolizmdən əziyyət çəkməmişdir (iş vərəqə: cild İİ, səh. 117-118). Cinayət işinin ibtidai istintaqı zamanı hadisə yerinə keçirilmiş baxış vaxtı götürülmüş cinayətin aləti 01 ədəd bıçaq, qan ləkələrinin hopdurulduğu 02 ədəd pambıq tampon, 01 ədəd döşəküzü, 01 ədəd dəsmal, həmçinin istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olmaqla götürülmüş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boyun hissəsində “Yessica” sözü yazılmış qırmızı rəngli üzərində ağ rəngli naxışları olan uzunqol köynək, 01 ədəd çəhrayı rəngli bustqalter, 01 ədəd qara rəngli mayka, 01 ədəd boz rəngli, qabaq hissəsində qara rəngli xətləri olan qadın alt tumanı, 01 ədəd bel hissəsi ağ, qalan hissələri çəhrayı rəngli alt paltarı (trusik), barmaq və rezin hissələri qırmızı, qalan hissələri qara rəngli, üzərində naxışları olan 01 cüt corab, 01 ədəd qara rəngli alt paltarı (trusik), 01 ədəd “Xiaomi” markalı, “Redmi” modelli mobil telefon, Təqsirləndirilən şəxs məxsus olmaqla götürülmüş 01 ədəd qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, qabaq hissəsi zəncirbəndli, boz rəngli 01 ədəd uzunqol jaket, 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 27-31; 58-62; 130-152). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır, ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə həmin maddə ilə tövsif edilməli və o, Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının (burada: yetkinlik yaşına çatmayan oğulları Şahid6) yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu bu maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 209-210). İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh. 109). Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının qalmasını qüvvədə olan Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmadığını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə cəza təyin edilərkən təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunması, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi, həmçinin barəsində müəyyən olunan yüngülləşdirici hallar nəzərə alınmaqla ona müəyyən müddətə, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələ müzakirə olunarkən müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs baxılan iş üzrə 30 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2020-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 30 oktyabr 2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Abşeron rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boyun hissəsində “Yessica” sözü yazılmış qırmızı rəngli üzərində ağ rəngli naxışları olan uzunqol köynək, 01 ədəd çəhrayı rəngli bustqalter, 01 ədəd qara rəngli mayka, 01 ədəd boz rəngli, qabaq hissəsində qara rəngli xətləri olan qadın alt tumanı, 01 ədəd bel hissəsi ağ, qalan hissələri çəhrayı rəngli alt paltarı (trusik), barmaq və rezin hissələri qırmızı, qalan hissələri qara rəngli, üzərində naxışları olan 01 cüt corab, 01 ədəd qara rəngli alt paltarı (trusik); - Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, qabaq hissəsi zəncirbəndli, boz rəngli 01 ədəd uzunqol jaket; - hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 02 ədəd pambıq tampon, 01 ədəd döşəküzü, 01 ədəd dəsmal, 01 ədəd bıçaq məhv edilməlidir. - Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “Xiaomi” markalı, “Redmi” modelli mobil telefon Zərərçəkmiş şəxs yaxın qohumlarına təhvil verilməlidir. - məhkum Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Abşeron rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boyun hissəsində “Yessica” sözü yazılmış qırmızı rəngli üzərində ağ rəngli naxışları olan uzunqol köynək, 01 ədəd çəhrayı rəngli bustqalter, 01 ədəd qara rəngli mayka, 01 ədəd boz rəngli, qabaq hissəsində qara rəngli xətləri olan qadın alt tumanı, 01 ədəd bel hissəsi ağ, qalan hissələri çəhrayı rəngli alt paltarı (trusik), barmaq və rezin hissələri qırmızı, qalan hissələri qara rəngli, üzərində naxışları olan 01 cüt corab, 01 ədəd qara rəngli alt paltarı (trusik); - məhkum Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, qabaq hissəsi zəncirbəndli, boz rəngli 01 ədəd uzunqol jaket; - hadisə yerinə baxış zamanı götürülmüş qan ləkələrinin hopdurulduğu 02 ədəd pambıq tampon, 01 ədəd döşəküzü, 01 ədəd dəsmal, 01 ədəd bıçaq məhv edilsin. - Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “Xiaomi” markalı, “Redmi” modelli mobil telefon Zərərçəkmiş şəxs yaxın qohumlarına təhvil verilsin. - məhkum Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Hüseynov Raf iq İman oğluna isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar