Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X16 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Bakı şəhəri “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-də mütəxəssis işləmiş, Yevlax şəhəri, Şəkili küçəsi, ev 28-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 5, mənzil 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında istintaqa məlum olmayan mənbədən külli miqdarda, təmiz çəkisi 10,162 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Xətai rayonu, “Xətai” metrostansiyasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən 37-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə 10,162 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı mənzildən çıxıb şəhərdə öz şəxsi işlərinin həlli ilə bağlı bir neçə yerə getmişdir. Şəhərdə olarkən o, Zamir həkimlə əlaqə saxlayaraq saat 14:00-da sonuncunun işlədiyi stomatoloji klinikaya dişini müalicə etdirmək məqsədi ilə gələcəyini bildirmişdir. Zamir həkim də, həmin gün günün ikinci yarısında işdə olacağını və bu səbəbdən saat 14:00-dan sonra stomatoloji klinikaya gəlməsini ona demişdir. O, stomatoloji klinikaya gəldikdən sonra məlumat şöbəsinə yaxınlaşmış və orada ona Zamir həkimin gecikdiyini bildirmişlər. Sonra o, Zamir həkimə zəng etmiş, Zamir həkim də, metroda olduğunu və biraz gecikəcəyini bildirmişdir. Zamir həkim gəldikdən sonra o, Zamir həkimin işlədiyi otağa daxil olduqda, sonuncu ona demişdir ki, “gözlə əynimi dəyişim, səni qəbul edəcəm”. Bir qədər gözlədikdən sonra Zamir həkim qapını açıb ona bildirmişdir ki, “bugün xəstəm olmasa da, qəbul şöbəsindən mənimlə əlaqə saxlayıb bildiriblər ki, xəstələr vardır, biraz gözlə, görüm qəbula yazılanlar kimlərdir”. Daha sonra 2 (iki) nəfər Zamir həkimə yaxınlaşaraq Zamir həkim olub-olmadığını soruşmuşlar. Həmin vaxt o, dəhlizdə oturub gözləmişdir. Sonra həmin 2 (iki) nəfər ona yaxınlaşaraq adını soruşmuşlar. O da, həmin şəxslərə bildirmişdir ki, “mənim adım Fədaimdir”. Bundan sonra 2 (iki) polis əməkdaşı onun qoluna girərək əllərini qandalla bağlayıb onu aşağı düşürtmüşlər. Aşağı düşdükləri zaman bir polis əməkdaşı pilləkanda, bir polis əməkdaşı da, maşında onları gözləmişdir. Həmin polis əməkdaşları onu maşına otuzdurduqdan sonra vurmağa başlamışlar. Əvvəlcə ondan siqaret çəkib-çəkmədiyini, sonra isə spirtli içki içib-içmədiyini soruşmuşlar. O da, polis əməkdaşlarına demişdir ki, “xeyr, nə siqaret çəkirəm, nə də ki, spirtli içki içirəm”. Sonra polis əməkdaşları ondan namaz qılıbqılmadığını soruşmuşlar. O da, əvvəllər namaz qıldığını, lakin hazırda namaz qılmadığını bildirmişdir. Həmin vaxt sol oturacaqda oturan polis əməkdaşı ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun şalvarının ciblərini yoxlamağa başlamışlar. Həmin vaxt onun cibində “Redmi Note 7” markalı telefon, 1 (bir) ədəd “airpods” markalı qulaqcıq və içində pulunun olduğu pulqabı olmuşdur. Polis əməkdaşları pulqabını götürərək içində olan 122 manat məbləğində pulu öz aralarında bölmüşlər, ona isə 5-6 manat saxlamışlar. Həmin vaxt maşında onun yanında oturan Vüsal adlı polis əməkdaşı ona ya narkotik vasitəni boynuna götürəcəyini, ya da onu “üzdən iraq” edib, yəni dəyənəyi (dubinkanı) onun arxa nahiyəsinə daxil edəcəyini bildirmişdir. O, polis əməkdaşlarından onu hara apardıqlarını soruşduqda, polis əməkdaşları ona “görərsən” deyə cavab vermişlər. Sonra o, polis əməkdaşlarına yaxın qohumlarının vəkil işlədiklərini və həmin qohumlarına zəng edərək əlaqə saxlamaq istədiyini bildirmişdir. Lakin polis əməkdaşları zəng vurub əlaqə saxlamağına icazə verməmişlər. Sonra polis əməkdaşları onu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinə gətirmişlər. O, 37-ci Polis bölməsində olduğu zaman polis əmədaşları onu məcbur etmişlər ki, narkotik vasitələri üzərinə götürsün. Lakin o, polis əməkdaşlarına narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları onu təxminən 30- 40 dəqiqə gözlətdirmişlər və öz aralarında onun qanunsuz həbsi ilə bağlı ssenari hazırlamağa başlamışlar. Bu zaman mayor rütbəli polis əməkdaşı otağa daxil olub otaqda olan digər polis əməkdaşlarına bildirmişdir ki, “zəng vurun narkotik vasitəni gətirsinlər”. Daha sonra polis əməkdaşları onu vurmağa başlamışlar və əgər narkotik vasitəni boynuna götürməsə, dəyənəyi (dubinkanı) onun arxa nahiyəsinə daxil edərək onu “üzdən iraq” edəcəkləri bildirmişlər. Əvvəlcə o, narkotik vasitəni üzərinə götürməmişdir. Lakin 30-40 dəqiqə sonra Vüsal adlı polis əməkdaşı narkotik vasitə olan bükümü gətirib onun cibimə qoyaraq ona “bu sənə Xomeyni babandan hədiyyədir” demişdir. O, Vüsal adlı polis əməkdaşının “bu sənə Xomeyni babandan hədiyyədir” deməsinin səbəbini başa düşə bilməmişdir. Çünki o, polis əməkdaşlarına təxminəm 8-9 aydır ki, namaz qılmadığını, restoranlarda barmen işlədiyini və Moskva şəhərində olduğunu bildirmişdir. Sonra videoçəkilişlə onun üzərinə baxış keçirmək üçün aparmışlar. Videoçəkilişə başlamaq üçün müdafiəçinin gəlməsini gözləmişlər. Sevdiyar adlı vəkil isə gecikmişdir. Mayor rütbəli polis əməkdaşı digər polis əməkdaşlarına həmin vəkilin gecikdiyini və bununla da işi yubatdığını bildirmişdir. Vəkil Sevdiyar otağa daxil olduqdan sonra videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Videoçəkilişlə onun üzərinə keçirilmiş baxış təxminən 5-6 dəqiqə çəkmişdir. Polis əməkdaşlarının ona təzyiq göstərərək “arxa nahiyəndən dəyənəyi salıb səni üzdən iraq edərik” deməklə hədələdikləri üçün o, bunu özünə sığışdırmayıb narkotik vasitə ona məxsus olmasa da, videoçəkilişlə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmək məcburiyyətində qalmışdır. O, əvvəl bilməmişdir ki, onun cibinə qoyduqları predmet narkotik vasitədir. Həmin predmetin narkotik vasitə olduğunu o, yalnız videoçəkilişlə üzərinə baxış keçirilən zaman cibindən çıxarıb masanın üstünə qoyduqda bilmişdir. Lakin o, narkotik vasitənin adını bilmir, sadəcə torpaq rəngində olduğunu deyə bilər. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunması ilə əlaqədar cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işi açıldıqdan sonra müstəntiqin qərarına əsasən Fədaimin barəsində narkoloji ekspertiza keçirilmiş və Fədaim müayinə edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Belə ki, müayinə zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı onlar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edibetmədiyini soruşsalar da, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini inkar etmişdir. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə ifadələri olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında onlar “Xətai” metrostansiyasının ətrafında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da, onlarla birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gəlmişdir. Sonra 37-ci Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Hadisənin üstündən uzun müddət keçdiyinə görə o, baş verənləri tam təfərrüatı ilə xatırlamır. Lakin o, cinayət işi ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman Fədaim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi barədə əməliyyat müvəkkili Vüsala şübhə doğurmayan mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün şöbə rəhbəri tərəfindən müvafiq əmr imzalanmış və 2 (iki) nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1, üzvü isə o, olmuşdur. Bundan sonra onlar Fədaim Cədərovun anket məlumatlarım müəyyən edib, sonuncunun qanunsuz əməlini ifşa etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində “Xətai” metrostansiyası yaxınlığına gəlib orada əməliyyat mövqeyində olarkən Təqsirləndirilən şəxs metronun yaxınlığında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib və üzərində narkotik maddə daşımaqda şübhəli olmasını bildirib 37-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs, cibindən çıxardığı həmin maddənin heroin adlanan narkotik vasitə olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, bir nəfər şəxs narkotik vasitələrin daşıması ilə məşğuldur. Sonra onlar əməliyyat məlumatında göstərilən yerə getmişlər. Onlar “Xətai” metrosunun yanında əvvəlcə həmin şəxsi müəyyən etmişlər, sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsi saxlamışlar. Bundan sonra onlar saxladıqları şəxsi Xətai RPİ-nin 37-ci Polis Bölməsinə dəvət etmişlər. Xətai RPİ-nin 37-ci Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Fədaim adlı şəxsdir. Həmin şəxsin üzərinə tədqiqatçının otağında vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Fədaim üzərində olan göy rəngli şalvarının cibindən qəhvəyi rəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içində narkotik vasitə olduğunu demişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, həkim-stomatoloqdur və Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılanadək ona stomatoloji avadanlıqlar satmışdır. Təqsirləndirilən şəxs ona stomatoloji avadanlıqlar satdığı müddət ərzində onun Təqsirləndirilən şəxsla dostluq əlaqələri formalaşmış və sözügedən münasibətlərdən dolayı Təqsirləndirilən şəxs bir neçə dəfə onun yanına xəstə olaraq gəlmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni günorta saatlarında o, sükan arxasında olub işə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs ona zəng edərək xəstə qismində onun yanına gəlmək istədiyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs yolda olduğunu bildirərək bir azdan işdə olacağını demişdir. O, işə çatan zaman Təqsirləndirilən şəxs artıq stomatoloji kabinetin qapısının önündə dayanmışdır. O, bu zaman Təqsirləndirilən şəxs işə yenicə gəldiyindən stomatoloji kabineti səliqəyə sala bilmək məqsədilə ona bir qədər vaxt verməsini və bununla da gözləməsini xahiş etmişdir. Sonra o, stomatoloji kabineti səliqəyə salmağa başlamış, Təqsirləndirilən şəxs isə bu müddət ərzində əllərini yumağa getmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs stomatoloji kabinetə gəlmişdir. Həmin vaxt o da, stomatoloji kabinetdə olmuşdur. Bu vaxt birdən stomatoloji kabinetin qapısı döyülərək içəri 2 (iki) nəfər mülki geyimli şəxs daxil olmuşdur. Həmin şəxslər stomatoloji kabinetə daxil olan zaman Təqsirləndirilən şəxs stomatoloji kabinetin içərisində əyləşmişdir. Kabinetə daxil olan şəxslər ondan Zamir həkim olub-olmadığını soruşmuşlar. O da, Zamir həkim olduğunu təsdiq etmişdir. Bundan sonra həmin şəxslərdən biri kabinetdə əyləşmiş Təqsirləndirilən şəxs qolundan tutaraq güclə ayağa qaldırmışdır. Sonra həmin şəxslər birbirilərinə baxaraq və bir qədər tərəddüd edərək ona və Təqsirləndirilən şəxs narahat olmamalarını tapşırıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, habelə şalvarlarının arxa ciblərində olan xidməti vəsiqələrini onlara təqdim etmişlər. O, həmin vaxt həyəcandan dolayı xidməti vəsiqələrdəki yazıları heç oxuya da bilməmişdir. O, ancaq xidməti vəsiqələrdəki Azərbaycan Respublikasının gerbini görmüşdür. Sonra həmin şəxslər heç bir söz demədən Təqsirləndirilən şəxs qollarına qandal vuraraq Təqsirləndirilən şəxs aparmışlar. Həmin şəxslər Təqsirləndirilən şəxs aparan zaman o, polis əməkdaşlarının arxasınca getməyə başlamışdır. Bu vaxt o, artıq binanın çölünə çıxmışdır. Həmin 2 (iki) şəxsdən biri onun qarşısını kəsərək ondan Təqsirləndirilən şəxs neçə müddətdir tanıdığını soruşmuşdur. O da, Təqsirləndirilən şəxs 2-3 ildir ki, tanıdığını bildirmişdir. Bundan sonra həmin şəxs ondan mobil nömrəsini götürərək lazım olduğu təqdirdə çağıracaqlarını demişdir. Onun hadisə ilə bağlı bşaqa məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Bakı şəhəri, Xətai rayonu, “Xətai” metrostansiyasının yaxınlığında Fədaim adlı şəxsin narkotik vasitələri əldə etməsi və istifadə etməsi barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün saat 15:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin vasitəni bir gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2769 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153, dairəvi möhür əksi Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,162 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, lakin telefonda narkotik vasitələr və psixotrop maddələrlə bağlı heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-330/2023 saylı qərarından (cild 1, iş vərəqə 100-104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 523 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 127-128) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 171) görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 3287 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 169-170) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon prokurorluğunun qərarından (cild 1, iş vərəqə 154-156) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 189-194) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,062 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 76) görünür ki, “Ford Fusion” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair vətəndaşlar X6 və Şahid2 yol vərəqələrinin verilməsinə dair məlumat mövcuddur. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına təhvil verilən zaman bədənində xəsarət izi aşkar edilməmiş, lakin sol qasıq nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs aid tibbi kitabçadan (cild 2, iş vərəqə 46-49) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. “Medi House” X11 tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 123) görünür ki, həmin tibbi mərkəzdə quraşdırılmış video qeydiyyatçının yaddaş toplusu 30 gün ərzində saxlanılır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixə, saat 14:50 radələrində müşahidə kameralarının görüntülərinin məhkəməyə təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılmış, müdafiəçinin iştirakı ilə orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə 10,162 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra əvvəlcə etirafedici ifadə versə də, seçdiyi müdafiəçilər ona təqdim edildikdən sonra ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək və ittiham üzrə özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitə əldə etmədiyini, həmin vasitədən istifadə etmədiyini, dindar olmasa da, dindar olması bəhanəsi ilə məsuliyyətə cəlb edildiyini, Xətai rayonu ərazisində saxlanılmadığını, bunun əksinə Yasamal rayonu ərazisində stomatoloji klinikada diş həkimin qəbulunda olduğu zaman saxlanıldığını, saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, 37ci Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşlarından biri onun cibinə narkotik vasitə qoyduğunu, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını, nəticədə məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda ibtidai istintaqın əvvəlində etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, şəxsi axtarış keçirilən zaman onun cibindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu və şəxsi axtarış zamanı könüllü şəkildə həmin narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını iddia etdiyindən ibtidai araşdırma zamanı bu barədə araşdırma aparılmış və həmin araşdırma ilə bağlı canlı şəxsin ekspertizası keçirilmişdir. Onun üzərində xəsarət izi aşkar edilmədiyindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən qərar qəbul edilmiş və həmin qərara əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığına görə polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə və sair formada qeyri-insani rəftara məruz qalması halları öz təsdiqini tapmamışdır. Eyni zamanda müdafiə tərəfi irəli sürdüyü dəlillərlə bağlı məhkəməyə bir neçə sübut təqdim etsə də, məhkəmə hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz sayılmasına kifayət etmir. Bu hissədə məhkəmə müdafiə tərəfinin təqdim etdiyi 3 (üç) sübuta dair münasibət bildirilməsini zəruri hesab edir və bunlar aşağıdakılardan ibarətdir: - 1 (bir) ədəd disk, - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair anten məlumatları, - məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən dindirilmiş şahidin (diş həkimi) ifadəsi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi diskdə olan görüntüdən bir neçə şəxsin bir nəfər şəxsi saxlayaraq avtomobilə mindirməsi görünsə də, saxlanılan şəxsin Təqsirləndirilən şəxs, saxlayan şəxslərin isə polis əməkdaşları olub-olmamasını müəyyən etmək mümkün deyil. Başqa sözlə, həmin diskdə müdafiə tərəfinin iddia etdiyi hallara uyğun görüntü olsa da, həmin görüntüdən saxlanılan şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmək mümkün deyil. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair əldə edilmiş anten məlumatlarına əsasən mobil nömrənin xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində qeydə alınması qeyd olunsa da, həmin gün mobil nömrənin həmçinin Xətai rayonu ərazisində qeydə alınması və məhkəmədə dindirilmiş polis əməkdaşlarının verdiyi məlumata əsasən onun məhz Xətai rayonu ərazisində saxlanılmasına dair məlumat vermələri onu göstərir ki, bu hissədə də müdafiə tərəfinin iddia etdiyi hallar ibtidai istintaq orqanı tərəfindən əldə edilib cinayət işinə əlavə edilmiş prosessual sənədlərlə uzlaşmır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılması nəticəsinə gəlmək üçün kifayət etmir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs məhkəmədə bildirdiyi və iddia etdiyi hallara uyğun ifadə versə də, həmin şahid Təqsirləndirilən şəxsla tanış olduğunu, aralarında tibbi avadanlıqlarla bağlı alış-veriş olduğunu bildirdiyindən məhkəmə belə nəticəyə gəlir ki, Şahid4 məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verməklə sonuncunun məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Ona görə də Şahid4 məhkəmədə verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə müdafiə tərəfinin iddia etdiyi halların həqiqiliyini təsdiq edə biləcək yeganə mötəbər sübut Şahid4 işlədiyi klinikada quraşdırılmış müşahidə kameraları vasitəsi ilə xx.xx.2023-cü il tarixdə baş verən hadisələrin qeydə alınmasına dair görüntülər çıxış edə bilərdi. Məhz bu səbəbdən də məhkəmə tərəfindən sübutun ələ keçirilməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün “Medi House” X8 göndərilmişdir. Sözügedən mərkəz tərəfindən isə məhkəməyə verilmiş cavabdan aydın olmuşdur ki, xx.xx.2023-cü il tarixə, saat 14:50 radələrinə aid müşahidə kameralarının görüntülərinin məhkəməyə təqdim edilməsi mümkün deyil. Başqa sözlə, müdafiə tərəfinin iddia etdiyi hallarla bağlı vəsatətlər məhkəmə tərəfindən təmin edilsə də, nəticədə Təqsirləndirilən şəxs iddia etdiyi halların həqiqət olması təsdiq olunmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, müdafiə tərəfinin iddia etdiyi hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs qeyd edilən hissədə gətirdiyi arqument yalnız onun subyektiv düşüncəsi ilə bağlı olmuşdur. Məhkəmə bu hissədə onun verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edərək şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinin aşkar edildiyini təsdiq etmişlər. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılması, müdafiəçinin iştirakı ilə orada üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə 10,162 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Fədaim Cəfəro külli miqdarda narkotik vasitə heroinin ona aid olmamasını, ümumiyyətlə həmin vasitədən heç vaxt istifadə etməməsini, həmin vasitənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulmasını iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də 1 (bir) ədəd bükümdə 10,162 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 10,162 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsonun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin vasitəlrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, ali təhsilli, evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli 3287 nömrəli narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,062 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,062 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-734/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver