Məhkəmə qərarları › İş №1(101)-734/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat:11: 05-də X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X3 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1988-ci il tarixdə Ucar rayonunda anadan olmu., Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının ərazisində yaşayan Bəhram adlı şəxs və digərləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirmiş, satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2024-ci ilin iyun ayında İran İslam Respublikasının ərazisində yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan Bəhram adlı şəxslə cinayət əlaqəsinə girərək sonuncuya satış məqsədilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuana sifariş vermişdir. Bəhram adlı şəxs 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək sifariş verdiyi külli miqdarda narkotik vasitəni İİR-dən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirdiyini bildirib həmin narkotik vasitənin Bakı şəhərində gizlədildiyi yerin ünvan məlumatlarını “whatsapp” mobil tətbiqi ilə Təqsirləndirilən şəxs1 göndərərək oradan götürməsini tapşırmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 narkotik vasitənin gizlədildiyi yerdən qanunsuz əldə edilərək daşınması barədə əvvəlcədən razılığa gəldiyi qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə Ucar rayonundan Ucar- Bakı-Ucar marşrutu üzrə fərdi qaydada sərnişin daşıma ilə məşğul olan Şahid1 Əfsələddin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı 99- EV-969 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə yola düşərək 19 iyul 2024-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivə çatmış, külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən qanunsuz əldə edib daşıyarkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, keçirilmiş baxış zamanı onlardan ümumi çəkisi 12338,04 qram təşkil edən narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının ərazisində yaşayan Bəhram adlı şəxs və digərləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirmiş, satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 2024-ci ilin iyun ayında İran İslam Respublikasının ərazisində yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan Bəhram adlı şəxslə cinayət əlaqəsinə girərək sonuncuya satış məqsədilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuana sifariş vermişdir. Bəhram adlı şəxs 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək sifariş verdiyi külli miqdarda narkotik vasitəni İİR-dən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirdiyini bildirib həmin narkotik vasitənin Bakı şəhərində gizlədildiyi yerin ünvan məlumatlarını “whatsapp” mobil tətbiqi ilə Təqsirləndirilən şəxs1 göndərərək oradan götürməsini tapşırmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 narkotik vasitənin gizlədildiyi yerdən qanunsuz əldə edilərək daşınması barədə əvvəlcədən Təqsirləndirilən şəxs2la razılığa gəlmiş və onunla birlikdə Ucar rayonundan Ucar-Bakı-Ucar marşrutu üzrə fərdi qaydada sərnişin daşıma ilə məşğul olan Şahid1 Əfsələddin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə yola düşərək 19 iyul 2024-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivə çatmış, külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən qanunsuz əldə edib daşıyarkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, keçirilmiş baxış zamanı onlardan ümumi çəkisi 12338,04 qram təşkil edən narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bəhram adlı şəxslə 3 il əvvəl narkotik vasitə olan marixuana almaq üçün sövdələşmişdir. Həmin 300 qram narkotik vasitəni əldə etmək üçün Bəhrama 2500 manat pul yollamışdır. Qeyd etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istəmiş, lakin, Bəhram adlı şəxs pulu alsa da narkotik vasitənin ona çatdırılmasını təmin etməmişdir. O, bununla bağlı Bəhramla dəfələrlə telefonla əlaqə saxlasa da, sonuncu hər dəfə nəyisə bəhanə edib narkotik vasitəni yollamamışdır. 2024-cü ilin İyul ayında Bəhram adlı şəxs ona zəng edərək, narkotik vasitəni Bakı şəhərinə gedib, İrandan gizli yolla göndərilən narkotik vasitəni götürə biləcəyini demişdir. İlk öncə ona inanmasa da, sonradan and içdiyi üçün inanmışdır. Bakı şəhərinə getmək üçün həmyerlisi Şahid1 müraciət etmiş, sonuncu onu Ucardan Bakıya özünün istifadəsində olan mercedes markalı avtomobillə aparıb gətirməyə razılıq vermişdir. Evdən çıxan zaman qonşusu Təqsirləndirilən şəxs2 görmüş, ona Bakıya getmək niyyətində olduğunu, tək getməmək üçün onunla birlikdə gedibgelməyi təklif etmişdir. İskəndər Zaurun avtomobili ilə onunla Bakıya gedib gəlməyə razılıq vermişdir. O, nə İsgəndərə, nə də ki, Zaura Bakı şəhərinə narkotik vasitə götürmək üçün getdiyini deməmişdir. Bəhram adlı şəxsin ona göndərdiyi məkan məlumatları əsasında qeyd edilən ünvana çatdıqdan sonra, o, maşından düşərək ağaclıq yerə doğru hərəkət etmiş, 20 metr məsafə getdikdən sonra 7-8 nəfər üzərinə gəlib ona güc tətbiq etmiş, səsküyə İsgəndər də onun yanına gəldikdə, hər ikisini DTX əməkdaşları həbs etmişlər. Təqsirləndirilən şəxs1 həmçinin, qeyd etmişdir ki, uzun müddətdir ki, narkotik vasitə marixuanadan gündəlik istifadə etmişdir. Bəhram adlı şəxslə İran İR mobil operatoruna məxsus nömrə ilə əlaqə saxlamışdır. Narkotik vasitəni adətən İsgəndərlə birlikdə istifadə etmişdir. Şahid1 Bakıya gedib-qayıtmaq müqabilində 100 manat pul verəcəyini demişdir. Bəhram adlı şəxs ona zəng edərək 300 qram narkotik vasitəni götürə biləcəyini bildirdikdə o, Ucar şəhərindəki evində olmuşdur. Qapıdan çıxan zaman İsgəndəri görmüş və yol yoldaşlığı etməsi üçün ona Bakıya gedib gəlməyi təklif etmişdir. Narkotik vasitəni tez-tez almamaq üçün günlük istifadədən daha çox almasını qərarlaşdırmışdır. Videoçəkiliş zamanı hüquq və vəzifələri elan olunduqdan sonra narkotik vasitə olan torbanı əməliyyatçılar özləri gətirmişlər. Həmin torbaya İsgəndərin və onun əlləri dəyməmişdir. Narkotik vasitənin dövlət sərhədindən keçirilməsi ilə bağlı danışıqlarda onun iştirakı olmamışdır. O, 300 qram narkotik vasitə götürmək üçün Bakıya gəlmiş, lakin, narkotik vasitənin miqdarının nə üçün çox olmasını bilməmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadə verərkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2005-ci ildən 2019-cu ilin aprel ayınadək Rusiya Federasiyasının Moskva şəhərində meyvə ticarəti ilə məşğul olmuş, sonra isə birdəfəlik Azərbaycana qayıtmış və işləməmişdir. 2018-ci ildən sinif yoldaşı olmuş Şahid2 narkotik vasitə sayılan marixuana əldə edib istifadə etmiş, 2021-ci ildə sonuncudan narkotik vasitəni kimdən əldə etməsi ilə maraqlandıqda Şahid2 həmin narkotik vasitəni İran İslam Respublikasında yaşayan Bəhram adlı şəxsdən əldə etdiyini bildirmiş və bir neçə dəfə Şahid2la birlikdə Bəhram tərəfindən göndərilmiş narkotik vasitəni gizlədildiyi yerdən əldə etmək üçün getmiş, həmçinin Rusiya Federasiyasının mobil operatoruna məxsus öz istifadəsində olmuş nömrə ilə qeydiyyatdan keçirdiyi “Whatsapp” tədbiqi vasitəsi ilə Şahid2 bir neçə dəfə Bəhramla əlaqə saxlayaraq narkotik vasitə sifariş vermiş, bu səbəbdən onun telefon nömrəsi Bəhrama məlum olmuşdur. 2021ci ilin yay aylarında Şahid2 narkotik vasitənin satışı ilə məşğul olduğu üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan təxminən 1 ay sonra Bəhram öz istifadəsində olan İran mobil rabitə operatoruna məxsus nömrəsi ilə onun istifadəsində olan Rusiya nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək Şahid2la maraqlanmış, o, sonuncunun polis tərəfindən narkotik vasitə satışına görə tutulduğunu bildirdikdə Bəhram narkotik vasitə lazım olacağı təqdirdə birbaşa özü ilə əlaqə saxlaya biləcəyini demişdir. Bundan sonra o, ətrafında olan tanışlarına satmaq məqsədilə 2021-ci ilin oktyabr və noyabr aylarında Bəhrama “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək 300 qram narkotik vasitə sayılan marixuana sifariş vermiş, sonuncu 300 qram marixuananın qiymətinin 2.500 (iki min beş yüz) manat təşkil etdiyini, pulu göndərdikdən sonra narkotik vasitəni bildirəcəyi məkandan götürə biləcəyini demişdir. O, Bəhramla razılaşaraq sonuncunun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi kart nömrəsinə “Milli Ön” ödəmə terminalı vasitəsi ilə həmin pul vəsaitini göndərməsinə baxmayaraq 1 il ərzində Bəhram onun telefon zənglərini və mesajlarını cavabsız qoymuşdur. 2022-ci ildə Bəhram ona zəng edərək tutulması səbəbindən sifariş verdiyi narkotik vasitəni göndərə bilmədiyini və tez bir zamanda söz verdiyi miqdarda marixuana göndərəcəyini vəd etmişdir. Həmin dövrdən 18 iyul 2024-cü il tarixədək mütəmadi olaraq hər ay təxminən 2-3 dəfə Bəhramla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitənin göndərilməsində israr edib mübahisələr etsə də, Bəhram onun sifariş verdiyi narkotik vasitəni göndərməmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Bəhram onunla əlaqə saxlayaraq yaxın günlərdə sifariş verdiyi narkotik vasitəni göndərəcəyini bildirmişdir. Bəhramla narkotik vasitənin göndərilməsi ilə bağlı danışıqları həmyerlisi olan uzun müddət demək olar ki, hər gün birlikdə narkotik vasitə istifadə etdiyi dostu Təqsirləndirilən şəxs2 yanında aparmış, Bəhram narkotik vasitəni göndərəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Bakı şəhərindən birlikdə gedib götürməyi təklif etmiş, buna görə narkotik vasitənin 5-10 qram çəkidə olan hissəsini istifadə etmək üçün verəcəyini vəd etmiş və sonuncu onun təklifi ilə razılaşmışdır. 18 iyul 2024-cü il tarixdə saat 23:00-23:30 radələrində Bəhram ona zəng edərək 500 qram çəkidə narkotik vasitə sayılan marixuananı Bakı şəhərində müəyyən yerə qoydurduğunu, buna görə Bakı şəhərinə gəlib əlaqə saxlamasını tapşırmışdır. O, Bəhrama 500 qram deyil 300 qram çəkidə marixuana sifariş etdiyini bildirdikdə, sonuncu ona 200 qram marixuananın pulunu imkanı olanda sonra göndərə biləcəyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2019-cu ildən tanıyır. Hər ikisi Ucar şəhərində yaşamışlar. Ara-sıra birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. O, 2022-ci ildə narkotik vasitə istifadə etdiyi üçün 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan 3-4 ay sonra Vəli ilə görüşmüşdür. Vəlidən narkotik vasitəsi olduqda istifadə etmək üçün onu da çağırmasını xahiş etmişdir. Bu səbəbdən bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. 18 iyul tarixində həyətə çıxan zaman həmyerlisi Zaurun maşınının Vəlinin evinin qarşısında olmasını görüb, Vəlidən hara getməsini soruşmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhərinə işi olduğu üçün getdiyini bildirərək, onunla yol yoldaşı olmasını təklif etmişdir. O, həmin vaxt bekar olduğu üçün Vəliylə Bakıya getməyə razılaşmışdır. O, yolda maşının ön oturacağında əyləşmiş və sürücüylə söhbətə başı qarışmışdır. Bakı şəhərində Vəli maşını saxladaraq tez düşüb gələcəyini bildirmişdir. O, da siqaret çəkmək üçün maşından aşağı enmişdir. Vəli bir qədər uzaqlaşdıqdan sonra səs-küy gəldiyini görüb Zaura: “deyəsən dava var” deyərək, Vəli getdiyi istiqamətə tərəf getmişdir. Zaur isə avtomobili sürərək uzaqlaşmışdır. O, Vəlinin yanına çatdıqda özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 həmçinin, qeyd etmişdir ki, o, saxlanılan zaman işləməmiş, belə ki,gadisədən cəmi 7-8 ay əvvəl idi ki, həbsdən çıxmışdı. Vəlidən narkotik vasitəsi olduqda istifadə etmək üçün onu da çağırmasını xahiş etmişdir. Bu səbəbdən bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. İbtidai istintaq zamanı yazılmış ifadə onun sözləri əsasında tərtib olunmamışdır. Belə ki, o, 5-10 qram narkotik vasitə əldə etmək üçün Vəliylə birlikdə Bakıya getməmişdir. Vəli ona, Bakıda işi olmasını demiş və ona yol yoldaşı olmasını təklif etmişdir. Onun yanında Təqsirləndirilən şəxs1 kiminləsə narkotik vasitələrin satışı və ya qanunsuz dövriyyəsi ilə danışıqlar aparmasına şahidlik etməmişdir. Bəhram adlı şəxsi tanımır. Vəliylə birlikdə yolda olan zaman maşında narkotik vasitə istifadə etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir, belə ki, həmin ifadənin bir çox hissəsi düzgün yazılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadə verərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən narkotik vasitələr marixuana və heroindən istifadə etmiş, Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, ittiham tərəfi hökmdən Şəki Apelyasiya Məhkəməsinə protest vermiş və 27 aprel 2022-ci il tarixdə cəzası dəyişdirilərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20 may 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən onun barəsində qalan 4 ay 25 gün azadlıqdan məhrum etmə cəzası şərti olaraq hesab edilmişdir. O, azadlığa çıxdıqdan sonra taksi sürücüsü və fəhlə işləmiş, narkotik vasitədən az istifadə etmişdir. O, əslən Ucar şəhərindən olan Təqsirləndirilən şəxs1 təxminən 5 ildir ki, tanımış, sonuncu ilə birlikdə mütəmadi olaraq narkotik vasitə istifadə etmişdir. Maddi cəhətdən imkanı zəif olduğu üçün demək olar ki, onu narkotik vasitə ilə təmənnasız olaraq Təqsirləndirilən şəxs1 təmin etmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Bəhram Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq yaxın günlərdə sifariş verdiyi narkotik vasitəni göndərəcəyini bildirmişdir. Bəhramla narkotik vasitənin göndərilməsi ilə bağlı danışıqları Təqsirləndirilən şəxs1 onun yanında aparmış, Bəhram narkotik vasitəni göndərəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 ona həmin narkotik vasitəni Bakı şəhərindən birlikdə gedib götürməyi təklif etmiş, buna görə narkotik vasitənin 5-10 qram çəkidə olan hissəsini istifadə etmək üçün ona verəcəyini vəd etmiş və o, bu təklifilə razılaşmışdır. 18 iyul 2024-cü il tarixdə İranlı Bəhram adlı şəxs Təqsirləndirilən şəxs1la narkotik vasitə ilə bağlı əlaqə saxladığı zaman sonuncunun yaşadığı evdə birlikdə olmuş, Təqsirləndirilən şəxs1 iranlı Bəhramın 500 qram narkotik vasitə göndərdiyini, birlikdə gedib Bakı şəhərindən götürmək lazım olduğunu demişdir. Onun və Təqsirləndirilən şəxs1 istifadələrində avtomobil olmadığı üçün Bakı şəhərinə tanış taksi ilə gedib narkotik vasitəni götürmək qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 **-EV-*** dövlət qeydiyyat nişanlı “Mercedes E-class” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan həmyerliləri Şahid1 Bakıya gedib-gəlmək lazım olduğunu və bunun əvəzində zəhmət haqqı olaraq 100 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə getməklərinin məqsədi barədə qətiyyən Zaur Abdullyevə hər hansı məlumat verməməsini tapşırmışdır. Həmin gün gecə 23-24 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 idarə etdiyi avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs1 hara getməli olduqları barədə sürücüyə istiqamət vermişdir. Saat 02:00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsinə çatmağa az qalmış Təqsirləndirilən şəxs1 Zaur Abdullyevə gedəcəyləri məkanın ünvan məlumatlarını mobil telefondakı “whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə göndərmiş oradan yolüstü şəxsi istifadəlik miqdarda narkotik vasitə götürəcəklərini demişdir. Onlar sürücü Şahid1 həmin məkana getməkdən imtina etməməsi üçün həqiqətdə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuana götürəcəkləri barədə hər hansı məlumat verməmişlər. Bu barədə yalnız Təqsirləndirilən şəxs1 və özü məlumatlı olmuşlar. Pirşağı qəsəbəsində yol kənarında olan yaşıllıq əraziyə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 bildirdiyi yerdə Zaur Abdullyev avtomobili saxlamış, orada o, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək zibil qablarının yanından keçib şam ağacının yanına yaxınlaşmış, ağacın yan tərəfinə qoyulmuş qara rəngli iri tutumlu torbanı götürmüş və avtomobilə tərəf qayıtmaq istədikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və əllərindəki torbaya baxış keçirərək 12 kq-dan artıq çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilmişdir. Onlar saxlanılan zaman Şahid1 avtomobili ilə ərazini tərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs1 ona zəng edərək, Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. O, Vəli ilə görüşmüş, birlikdə getməyə razılıq vermiş, yoldan İsgəndəri də götürüb Bakıya yola düşmüşlər. Gecə saatlarında Bakı şəhərinə çatmışlar. Bakı şəhərinə çatdıqda göndərilmiş məkan məlumatları əsasında istinad edilən yerə getmişlər. Təqsirləndirilən şəxs1 qonşu kimi tanıyır. Aralarında yalnız qonşuluq münasibətləri olmuşdur. Vəlinin bir neçə il Rusiya Federasiyasında yaşayaraq sonradan Azərbaycana qayıtdığından məlumatı olmuşdur. Narkotik vasitələrdən istifadə etməmişdir. O, Ucar rayonunda Gənclər İdman İdarəsində işləyir, ara-sıra gecələr taksi fəaliyyəti ilə də məşğul olur. Təqsirləndirilən şəxs1 Bakı şəhərinə getmək üçün müraciət etmiş, o da ödəniş müqabilində onu Bakıya aparıb gətirməyə razılaşmışdır. Vəlidən Bakı şəhərinə getməyinin səbəbini soruşmamışdır. Təqsirləndirilən şəxs2 həmyerlisi kimi tanıyır. Vəli, Bakı şəhərinə gedib-qayıtmaq üçün ona 100 manat pul verəcəyinə söz vermişdir. İranlı Bəhramın göndərdiyi məkan məlumatları onun telefonuna deyil, Təqsirləndirilən şəxs1 telefonuna göndərilmişdir. O, həmin məkanın hara olması ilə maraqlanmamışdır. Həmin yer qaranlıq yer olmaqla, ətrafda zibil qabları olmuşdur. Vəli və İsgəndər maşından düşüb uzaqlaşıb gözdən itmişlər. Vəli və İsgəndər düşüb getdikdən sonra səs-küy eşitdiyi üçün qorxub hadisə yerindən uzaqlaşmışdır. Maşında telefon qalmış, telefona kimsə dayanmadan zəng etmişdir. Bu səbəbdən narahat olaraq telefonu tullamışdır. Vəli və İsgəndərin maşında telefonla danışmalarına şahidlik etməmi, yolda heç bir yerdə dayanmamışdır. Vəlini götürdükdən sonra sonuncu İsgəndərin onlarla gedəcəyini bildirmişdir. Məkan məlumatları Bakı şəhərində Lökbatan qəsəbəsinə çatdıqda Təqsirləndirilən şəxs1 telefonuna göndərilmiş, onlar da həmin ünvana getmişlər. Vəli arxa oturacaqda, İsgəndər isə qabaq oturacaqda əyləşmişdir. Avtomobildən Vəli və İskəndər demək olar ki, ikisi də eyni vaxtda düşmüşlər. Təqsirləndirilən şəxs1la mütəmadi görüşmədiyi üçün onun marixuana istifadə etməsindən məlumatsız olmuşdur. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun Ucar rayonunda qonşusu olmuş, aralarında dostluq münasibəti olduğu üçün tez-tez görüşmüşlər. O, təxminən 2015-ci ildən narkotik vasitə marixuanadan mütəmadi olaraq istifadə etmiş, narkotik vasitəni Təqsirləndirilən şəxs1 təmənnasız almış, sonuncunun narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamışdır. 18 iyul 2024-cü il tarixdə saat 23:00-23:30 radələrində Təqsirləndirilən şəxs1 “Whatsapp” tədbiqi ilə istifadəsində olan Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Bakı şəhərinə təcili olaraq gedib-gəlmək lazım olduğunu və bunun əvəzində 100 manat zəhmət haqqı verəcəyini bildirmişdir. O, razılaşaraq Təqsirləndirilən şəxs1 və sonuncunun dostu kimi tanıdığı Təqsirləndirilən şəxs2 Abbas Səhhət küçəsindən istifadəsində olan **-EV-*** dövlət qeydiyyat nişanlı “Mercedes E-class” markalı avtomobillə götürərək Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatan zaman Təqsirləndirilən şəxs1 ona “Whatsapp” tədbiqi ilə gedəcəkləri ünvanın məlumatlarını göndərərək oraya getməli olduqlarını bildirmiş, o, həmin marşrut üzrə hərəkət etmiş və gecə saat 03:00 radələrində Pirşağıda ağaclıq bir əraziyə çatmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək ağaclıq əraziyə qaçaraq getmiş, ona isə avtomobildə gözləməsini bildirmişlər. Təxminən 1 dəqiqə sonra sonuncuların getdiyi ərazidən yüksək səslər gəlməyə başlamış, o, sonuncuların şəxsi münasibət zəminində kiminləsə münaqişə apardığını düşünərək ailəli olduğundan, 2 qız, 1 oğlan övladının olmasını nəzərə alıb xəta-bəladan uzaq olmaq üçün dərhal həmin ərazidən uzaqlaşmışdır. Oradan uzaqlaşan zaman Təqsirləndirilən şəxs1 telefonunun avtomobildə qaldığını görmüş, həmin telefona dəfələrlə zənglər gəldiyi üçün qorxaraq telefonu Bakı-Qazax yolu ilə Ucar rayonu istiqamətində hərəkətdə olarkən Sədərək Ticarət Mərkəzinin yaxınlığında olan “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında dərə kimi olan əraziyə tullamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir xeyli müddətdir ki tanıyır. 2022-ci ildə Vəlinin istifadəsində olan mobil telefondan istifadə edərək özünə narkotik vasitə sifariş etmişdir. Onun istifadəsində olan telefon köhnə telefon olduğu üçün Vəlinin istifadsində olan yeni nəsil smartfon tipli mobil telefondan istifadə edərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Bəhmən adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq özünə narkotik vasitə sifariş etmişdir. Lakin Vəlinin bundan məlumatı olmamışdır. Vəli ilə birlikdə bəzən narkotik vasitə marixuana qəbul etmişlər. Daha sonra məlumatı olmuşdur ki, Vəli və onun bir tanışı narkotik vasitə əldə edərkən DTX-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmışlar. Vəliyə Bəhmən barədə hər hansı bir məlumat verməmişdir. Vəli ilə birlikdə gedib marixuana götürüb bir yerdə qəbul etdikləri vaxtlar olmuşdur. Vəli ilə birlikdə marixuananı maşında qəbul etmişdir. Bəhməni çoxdan tanıyır, onunla Binə Ticarət Mərkəzində tanış olmuşdur. Vəli ilə marixuana qəbul etdikləri zamanlar əksər vaxtlarda sifarişi onun özü (Şahid2 nəzərdə tutulur) vermişdir. Daha sonra Vəli ilə əlaqə saxlayıb görüşürmüşlər. Təqsirləndirilən şəxs2 tanımır, onunla hər hansı bir əlaqəsi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyul 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, Bəhram adlı İİR vətəndaşının qaçaq yolla AR ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri gizli saxlanc yerindən götürəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(009)-378/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(009)-379/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 ilə Təqsirləndirilən şəxs1 19 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Şahid1 Ucar rayonundan Bakı şəhərinə yola düşən zaman əsil niyyətləri barədə, yəni külli miqdarda narkotik vasitəni əldə etməyə getmələri barədə hər hansı məlumat vermədiyini, Bakı şəhərinə çatana yaxın saat 01:58 dəqiqədə İranlı Bəhramın ona göndərdiyi məkan məlumatlarını Şahid1 göndərdikdə yolüstü getdikləri ünvandan şəxsi istifadəlik miqdarda narkotik vasitə olan marixuana götürəcəklərini bildirdiyini demiş, Şahid1 isə Təqsirləndirilən şəxs1 dediklərinin həqiqətə uyğun olmadığını, ümumiyyətlə Bakı şəhərinə getmələrinin səbəbini, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək niyyətlərinin olmasından məlumatsız olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyul 2024-cü il tarixli qərara əsasən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivə baxış keçirilməsi barədə 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik' vasitəni götürdükləri Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivdə üzərlərinə baxış zamanı ümumi çəkisi 12338,04 qram təşkil edən narkotik vasitə sayılan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 məxsus “Kapital Bank” plastik kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, “Samsung Galaxy A12” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “LeoBank” plastik kartı və 1 ədəd qol saatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən ilkin materiallarla birlikdə istintaqa təqdim olunan DTX Əməliyyat texniki baş idarəsinin mütəxəssisləri tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 9 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 12.338,04 qram (on iki min üç yüz otuz səkkiz tam yüzdə dörd) qalıq çəkisi 12.337,54 (on iki min üç yüz otuz yeddi tam yüzdə 54) qram olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizası təyin olunması haqqında 22 iyul 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1195 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli polietilen torbada 12 ədəd şəffaf yapışqan lentlə bərkidilmiş polietilen bağlamalarda təmiz halda qalıq çəkisi 12.337,54 (on iki min üç yüz otuz yeddi tam yüzdə 54) qram (0,6 qram maddə ekspert tədqiqatının aparılmasına sərf edilmişdir) olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “HUAWEİ EMUİ” markalı mobil telefona baxış keçirilməsi haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 və +**********27 saylı mobil telefon nömrəsi quraşdırılmış “HUAWEİ EMUİ” markalı mobil telefonun “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Bəhram adlı şəxsin istifadəsindəki +**********82 telefon nömrəsi ilə külli miqdarda narkotik vasitənin sifarişi ilə bağlı əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, +**********61, +**********19 mobil telefon nömrələri quraşdırılmış, 18 iyul 2024-cü il tarixdə saat 23:39- dəqiqədə Təqsirləndirilən şəxs1 həmin telefonla zəng edilmişdir. Mobil telefonun kontaktlar bölməsində iranlı Bəhram adlı şəxsin istifadəsindəki “+**********82” iran mobil operatoruna məxsus nömrənin “H” istifadəçi adı ilə qeyd edildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X9 istintaqa daxil olmuş 02 avqust 2024-cü il tarixli 3-39-9/1- 2290/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizası təyin olunması haqqında 22 iyul 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində 31 iyul 2024-cü il tarixli 5238 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizası təyin olunması haqqında 22 iyul 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 barəsində 31 iyul 2024- cü il tarixli 5237 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 istintaqa daxil olmuş 30 avqust 2024-cü il tarixli 3-39-9/1-2251/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən mərkəzdə müalicədə olmamışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 22 iyul 2024- cü il tarixli qərara əsasən istintaqa Təqsirləndirilən şəxs1 barəsində 31 iyul 2024-cü il tarixli N° 2233 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Beləki Təqsirləndirilən şəxs1 əvvəllər psxiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal- hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlləri törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 27 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində 31 iyul 2024-cü il tarixli, 2232 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Beləki Təqsirləndirilən şəxs2 əvvəllər psxiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona istinad edilən əməlləri törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ucar rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(063)-7/2022 saylı hökmündən, AR DİNin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 27 aprel 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, 30 may 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AR DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə normal xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə kafi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü qismən təqsirli bilməklə, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istəməsi, 300 qram narkotik vasitə götürmək üçün gəlməsi, ibtidai araşdırma zamanı ona təzyiq olunması barədə göstərdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürdükləri Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivdə üzərlərinə baxış zamanı ümumi çəkisi 12338,04 qram təşkil edən narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********90 və +**********27 saylı mobil telefon nömrəsi quraşdırılmış “HUAWEİ EMUİ” markalı mobil telefonun “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Bəhram adlı şəxsin istifadəsindəki +**********82 telefon nömrəsi ilə külli miqdarda narkotik vasitənin sifarişi ilə bağlı əlaqə saxlamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində qeyd etmişdir ki, ətrafında olan tanışlarına satmaq məqsədilə 2021-ci ilin oktyabr və noyabr aylarında Bəhrama “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək 300 qram narkotik vasitə sayılan marixuana sifariş vermiş, sonuncu 300 qram marixuananın qiymətinin 2.500 (iki min beş yüz) manat təşkil etdiyini, pulu göndərdikdən sonra narkotik vasitəni bildirəcəyi məkandan götürə biləcəyini demişdir.Bəhramla narkotik vasitənin göndərilməsi ilə bağlı danışıqları həmyerlisi olan uzun müddət demək olar ki, hər gün birlikdə narkotik vasitə istifadə etdiyi dostu Təqsirləndirilən şəxs2 yanında aparmış, Bəhram narkotik vasitəni göndərəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Bakı şəhərindən birlikdə gedib götürməyi təklif etmiş, buna görə narkotik vasitənin 5-10 qram çəkidə olan hissəsini istifadə etmək üçün verəcəyini vəd etmiş və sonuncu onun təklifi ilə razılaşmışdır. 18 iyul 2024-cü il tarixdə saat 23:00-23:30 radələrində Bəhram ona zəng edərək 500 qram çəkidə narkotik vasitə sayılan marixuananı Bakı şəhərində müəyyən yerə qoydurduğunu, buna görə Bakı şəhərinə gəlib əlaqə saxlamasını tapşırmışdır. O, Bəhrama 500 qram deyil 300 qram çəkidə marixuana sifariş etdiyini bildirdikdə, sonuncu ona 200 qram marixuananın pulunu imkanı olanda sonra göndərə biləcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməməklə, Vəliylə birlikdə Bakıya narkotik vasitə əldə etmək üçün getməməsi, Vəlinin ona sadəcə olaraq Bakıda işi olmasını deməsi, onun yanında Təqsirləndirilən şəxs1 kiminləsə narkotik vasitələrin satışı və ya qanunsuz dövriyyəsi ilə danışıqlar aparmaması, Bəhram adlı şəxsi tanımaması barədə göstərdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürdükləri Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə yol kənarında olan yaşıllıq massivdə üzərlərinə baxış zamanı ümumi çəkisi 12338,04 qram təşkil edən narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, +**********61, +**********19 mobil telefon nömrələri quraşdırılmış, 18 iyul 2024-cü il tarixdə saat 23:39 dəqiqədə Təqsirləndirilən şəxs1 həmin telefonla zəng edilmişdir. Mobil telefonun kontaktlar bölməsində iranlı Bəhram adlı şəxsin istifadəsindəki “+**********82” iran mobil operatoruna məxsus nömrənin “H” istifadəçi adı ilə qeyd edildiyi müəyyən olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində qeyd etmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində Bəhram Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq yaxın günlərdə sifariş verdiyi narkotik vasitəni göndərəcəyini bildirmişdir. Bəhramla narkotik vasitənin göndərilməsi ilə bağlı danışıqları Təqsirləndirilən şəxs1 onun yanında aparmış, Bəhram narkotik vasitəni göndərəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 ona həmin narkotik vasitəni Bakı şəhərindən birlikdə gedib götürməyi təklif etmiş, buna görə narkotik vasitənin 5-10 qram çəkidə olan hissəsini istifadə etmək üçün ona verəcəyini vəd etmiş və o, bu təklifilə razılaşmışdır. 18 iyul 2024-cü il tarixdə İranlı Bəhram adlı şəxs Təqsirləndirilən şəxs1la narkotik vasitə ilə bağlı əlaqə saxladığı zaman sonuncunun yaşadığı evdə birlikdə olmuş, Təqsirləndirilən şəxs1 iranlı Bəhramın 500 qram narkotik vasitə göndərdiyini, birlikdə gedib Bakı şəhərindən götürmək lazım olduğunu demişdir. Eləcə də, o, ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək zibil qablarının yanından keçib şam ağacının yanına yaxınlaşdığını, ağacın yan tərəfinə qoyulmuş qara rəngli iri tutumlu torbanı götürdüyünü və avtomobilə tərəf qayıtmaq istədikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarını, əllərindəki torbaya baxış keçirərək 12 kq-dan artıq çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuananın aşkar edildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxslərin təqsirlərinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxslərin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçiləri iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdırlar. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidləri dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün onlara şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd edilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Nəzərə almaq lazımdır ki, CM-in 206.2-ci maddəsinin dispozisiyasında bu normada göstərilən predmetlərin, o cümlədən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən “gömrük nəzarətindən kənar”, “gömrük nəzarətindən gizli”, “sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə”, “bəyan etməməklə” keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Məsələn, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittihamın faktiki məzmununu narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük nəzarətinin həyata keçirildiyi xüsusi yerlərdən kənarda (sərhəd-gömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi hərəkətlər təşkil etdiyi halda, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırılmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) qaçaqmalçılığı cinayətini törətməsi barədə ittihamın və bu ittiham üzrə şəxsin təqsirli bilinməsinə dair məhkəmə hökmünün CPM-in 7.0.20, 223.3.2 və 353.2.1ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün ittihamın (ittiham üzrə məhkəmə qənaətinin) konkret olması, cinayətin hansı üsulla törədilməsini, məkan və zaman barədə məlumatlar da daxil olmaqla müvafiq üsulu təşkil edən hərəkətləri və bu faktiki halların sübuta yetirilmiş hesab edilməsi barədə nəticə ilə uzlaşan sübutları əks etdirməsi tələb olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarının 1-ci Siyahısının 109-cu bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana 500 qramdan artıq və 50.000 qramadək çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə olan marixuananın həcminə, onların narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin cinayət əməlini törətmələri və əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs1 əməlində AR Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarix qərarından görünür ki, onun cəzası 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, 30 may 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. AR CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. AR CM-nin 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət hesab olunur. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayət əməli ilə bağlı məhkumluğu ödənilmədən o, ağır cinayətlər təsnifatına daxil olan cinayət əməlləri törətmişdir. AR Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla da, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin sadə residivi halı müəyyən olunur. Beləliklə, Təqsirləndirilən şəxs2 əməlində AR Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin sadə residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, onlardan aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, onlara təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. AR Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 cəza AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin olunmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. AR Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 4-cü bəndinin “d” yarımbəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxslər də əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına daxildir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi halı olduğundan ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 19 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat pul, Təqsirləndirilən şəxs1 36 manat (otuz altı) manat, Təqsirləndirilən şəxs2 36 manat (otuz altı) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən aşkar edilərək götürülmüş təmiz çəkisi 12.338,04 qram (on iki min üç yüz otuz səkkiz tam yüzdə dörd) narkotik vasitə olan qurudulmuş marixuananın ümumilikdə 1,1 qramı tədqiqatlara (0,5 qram - mütəxəssis tədqiqatı, 0,6 qram - ekspert tədqiqatı) sərf edildikdən sonra qalıq çəkisi 12.336,94 qram (on iki min üç yüz otuz altı tam yüzdə doxsan dörd) olan qurudulmuş marixuana məhv edilməlidir. 08 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd “HUAWEİ EMUİ” markalı mobil telefon və ona quraşdırılmış +**********90 və +**********27 nömrəli sim-kartlar, 08 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 ədəd «Samsung Galaxy A12” markalı mobil telefon, +**********61, +**********19 nömrəli sim-kartlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq qanuni sahiblərinə qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 31 iyul 2024-cü il tarixli 5238 nömrəli Ambulator X2 rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 31 iyul 2024-cü il tarixli 5238 nömrəli Ambulator X2 rəyinə əsasən, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən aşkar edilərək götürülmüş təmiz çəkisi 12.338,04 qram (on iki min üç yüz otuz səkkiz tam yüzdə dörd) narkotik vasitə olan qurudulmuş marixuananın ümumilikdə 1,1 qramı tədqiqatlara (0,5 qram - mütəxəssis tədqiqatı, 0,6 qram - ekspert tədqiqatı) sərf edildikdən sonra qalıq çəkisi 12.336,94 qram (on iki min üç yüz otuz altı tam yüzdə doxsan dörd) olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd “HUAWEİ EMUİ” markalı mobil telefon və ona quraşdırılmış +**********90 və +**********27 nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 ədəd «Samsung Galaxy A12” markalı mobil telefon, +**********61, +**********19 nömrəli sim-kartlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq qanuni sahiblərinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 manat (otuz altı) manat məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 30 (otuz) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar