Məhkəmə qərarları › İş №1(101)-736/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-736/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-736/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ, E.Əliyev küçəsi 4, İnzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa “Əli” kimi məlum olan şəxsdən Bakı şəhəri, Sabunçu rayonu ərazisində istintaqla müəyyən edilməyən şəraitdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq, daşımış, 17 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, Nərimanov RPİ-nə gətirilmiş, polis idarəsinin xidməti otaqlarından birində üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən üzərində “ОАО «Борисовдоев» СПИЧКИ” yazıları olan 01 (bir) ədəd kibrit qutusunun içərisindən ümumilikdə 10 bükümdə olmaqla, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.816 qram, 1.235 qram, 0.739 qram, 0.794 qram,ümumu təmiz çəkisi 3.584 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.377 qram, 0.424 qram, 0.192 qram, ümumi təmiz çəkisi 0.993 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3(üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0.173 qram, 0.168 qram, 0.216 qram, ümumi təmiz çəkisi 0.557 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir və müalicə alır. Həkimi tərəfindən ona verilmiş resept vasitəsilə aptekdən metadon suyu alıb qəbul edirmiş. Saxlanıldığı gün, 16 noyabr 2021-ci il tarixdə saat 15 radələrində metadon suyu almaq üçün aptekə gedirmiş. Polis əməkdaşları tərəfindən də metrodan çıxarkən saxlanılmışdır. Saxlanılan zaman cibində 1,5 qram kakos və 0,2 qram metamfetamin var imiş. Həmin narktoik vasitələri Sabunçu rayonu, Balaxanı qəsəbəsində Əli adlı şəxsdən almışdır. Həmin narkotik vasitələri almağı həkimi ona tövsiyyə etmişdir. Artıq metadon suyu içməkdən bezmiş və sağalmaq istəyirmiş. Həkimi bildirmişdir ki, kakosdan istifadə etsin ki, narkomaniyadan sağalmağa kömək edəcək. Bu səbəbdən onları almışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Orada ailə üzvlərinə də zəng edib onları polis bölməsinə çağırmışlar. Əvvəlcə, polis əməkdaşları 234.1-ci maddə ilə məsuliyyətə cəlb olunduğunu bildirsələr də, daha sonra ona məlum olmuşdur ki, o narkotik vasitələrin satışında təqsirləndirilir. Halbuki o heç vaxt narkotik vasitə satmamışdır. Narkotikdən istifadə etməyində peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləyir. 17 noyabr 2021 -ci il tarixdə saat 18 radələrində xidməti zərurət ilə əlaqədar olaraq digər polis əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 3 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşdıqda o yayınmaq istəmişdir. Onlar həmin şəxsi saxlayıb Nərimanov rayon Polis İdarəsinə gətirərək, növbətçi hissəyə təqdim etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Bundan sonra Nərimanov rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqlardan birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni pulunu onlayn ödəmək üsulu ilə Əli adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən bükümlər təhiqaqtçı tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 17 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18.11.2021-ci il tarixli, 6/5104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44 dairəvi möhür əksləri olan Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd kibrit qutusunda 4(dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,816 qram, 1,235 qram, 0,739 qram, 0,794 qram, ümumi təmiz çəkisi 3,584 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3(üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,377 qram, 0,424 qram, 0,192 qram, ümumi təmiz çəkisi 0,993 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03(üç) ədəd bükümlərdə ayrı-ayrıhqda təmiz çəkisi 0,173 qram, 0,168 qram, 0,216 qram, ümumi təmiz çəkisi 0,557 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4(dörd) ədəd bükümlərdə olan tünd qəhvəyi rəngli və 3(üç) ədəd bükümlərdə olan qəhvəyi rəngli heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etmir.Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 4,577 qram, tədqiqata sərf edildi: 0,350 qram, qalıq: 4,227 qram, Metamfetaminin ümumi təmiz çəkisi: 0,557 qram, tədqiqata sərf edildi: 0,150 qram, qahq: 0,407 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 06 yanvar 2022-ci il tarixli 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, 17 noyabr 2021-ci il tarixdə saat 19:20-dən saat 19:50- dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin NMB-nin əmliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı, Şahid1, Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2 və onun iştirakı ilə Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Məmmədov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən, “Araz Supermarket” tərəfindən verilmiş bir ədəd bonus kartı, “Bazarstore” tərəfindən verilmiş bir ədəd bonus kartını, "xxxx" ASC tərəfindən verilmiş bir ədəd plastik kartı, öz adına verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, “Chevrolet Cruze minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və bir ədəd bir manatlıq pul əskinasını, həmin şalvarın sol yan cibindən isə, bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı mobil telefon cihazlarını çıxardıb təqdim etmişdir. Daha sonra isə əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd “ОАО «Borisovdoev» SPİÇKİ” yazıları olan 01 (bir) ədəd kibrit qutusunu, avtomobil açarının formasında hazırlanmış 01 (bir) ədəd elektron tərəzini və içərisində 13 (on üç) ədəd siqaret olan 01 (bir) ədəd Kent markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təqdim olunmuş kibrit qutusu təhqiqatçı Orxan Məmmədov tərəfindən açıldıqda, içərisində, hər biri ayrı-ayrılıqda şəffaf rəngli selofanlara bükülərək, başlıq hissələri yandırılmaq üsulu ilə bağlanmış 07 (yeddi) ədəd büküm və hər biri siqaretin qara rəngli kağızlarına bükülmüş 03 (üç) ədəd büküm olduğu aşkar edilmişdir. 07 (yeddi) ədəd büküm açıldıqda, hər birinin içərisində toz halında qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddələrin, 03 (üç) ədəd bükümün içərisində isə ağ rəngli, kristal hissəciklərdən ibarət, narkotik vasitə olan metamfetaminə bənzər maddələrin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 07 (yeddi) ədəd bükümün içərisində olan maddələrin “kakos”, 03 (üç) ədəd bükümün içərisində isə olan maddələrin metamfetamin olduğunu, həmin narkotik vasitəni 14.11.2021-ci il tarixdə axşam saatlarında, pulunu onlayn ödəmək üsulu ilə Əli adlı şəxsdən 110 (yüz on) manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 (on) ədəd büküm və 01 (bir) ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək baş təhiqaqtçı Orxan Məmmədov tərəfindən qablaşdırılmış və DİN-nin “44” nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, "xxxx" ASC tərəfindən verilmiş 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd Nokia markalı, 01 (bir) ədəd Samsung markalı mobil telefon cihazları və 01 (bir) ədəd Chevrolet Cruze markalı avtomobilə aid “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Orxan Məmmədov tərəfindən götürülmüş, 01 (bir) manat nağd pul vəsaiti, “Kent” markalı siqaret, “Araz Supermarket” və “Bazarstore” tərəfindən verilmiş 02 (iki) ədəd bonus kartları isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işində olan “Diskə baxış keçirilməsi” haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 21 dekabr 2021-ci il tarixli AZF/LGL-34326/21 nömrəli məktubla daxil olmuş, 01 sentyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, an ten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilərkən diskdə dörd fayl olduğu müəyyən edilmişdir. “Zənglərin_Detallaşması_**********2001__________ 773146075” adlı qovluğa baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. “SMS Tarixçəsi_**********1613_________ 773146075” adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMS-lər aşkar edilmişdir. 04-09-2021-ci il tarixdə saat 19:19:13-də **********75-dən **********00-a Темиз зад деме,ёхса догрудан чикли о лар 10-10-2021-ci il tarixdə saat 22;03:44-də **********75-dən **********00-a 70su..yarim kola 2 nlurem. Gel komek ele 24-10-2021-ci il tarixdə saat 22:49;39-də **********75-dən **********15-ə lah ola bilmez by sy кайф вермир'эеп içdiin az deıl sen min şei fıkirleşirsen 05-11-2021-ci il tarixdə saat 02:21:19-da **********75-dən **********15-ə Обойда ёл гелм ишем мени долайырсан , чох сагол 05-11-2021-ci il tarixdə saat 11:59:24-də **********75-dən **********15-ə Дуз 2 ,4 варды орда озум чекмишем ,сен дуз демирсен гече Зде гелмеими демирсен ,сен емеше беле деирсен 05-11-2021-ci il tarixdə saat 12:01:44-də **********75-dən **********15-ə Ахмедлие гедирем гел бираз су верим “SMS Tarixçəsi_**********1613_________ 773146075” adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMS-lər aşkar edilmişdir; 01-09-2021-ci il tarixdə saat 13;38;35-də **********00-dan **********75-ə İBRAHİM DAYİ BORCUMU AXSAMA SAXLA AXSAM VERECEM OGRASDİ 50M. İ Dİ 20M ALİM DUKANNAN MENE SU VERDE. 100Q VERSEN AXSAM OBSİ 70_80 VEREREM. HA DA 80Q VER AX 01-09-2021-ci il tarixdə saat 13:51:35-də **********00-dan **********75-ə 35 duzelmir. 20 tapa bildim. Eybi yox get gelersen 4_5ucun gorusub help ederik 04-09-2021-ci il tarixdə saat 1 l:30:59-da **********00-dan **********75-ə Gelirseb gel ehmedliye cay icek. 120q temiz su getir. Axir 2 defe verdiklerin hecne elemedi. 120 gotur gel 04-09-2021-ci il tarixdə saat 15:07:38-da **********00-dan **********75-ə YEKE KİSİSEN E NE USAQ HEREKETİ ELİYİRSEN. GORURSEN AĞRİYİRAM GEOMİSEM NE MENE NAZ ELİYİRSEN. HAVAYİ İSDEDİM SENNEN NESE? YAXSİ GOTUR BUNU 100Q НЕС OLMUYA VER. TEMİZ VER SEN ALLAH. KESMİR AĞRİMİ BASA DUS 04-09-2021-ci il tarixdə saat 18:59:14-də **********00-dan **********75-ə 24m qalib usdumde gelim tezden temiz lOOq verersen. ? Sen ver men sabah borxumu temiz bagliyim. Temiz baglamamis birde iademiyecem hecne. Puluynana da isdemiyecem 04-09-2021-ci il tarixdə **********00-dan **********75-ə Deyirem 24manatim qalib . Gelsen yene lOOsu vsrersen. Sen Allah deyirem sen balavin cani amma lOOden az ilnasin teniz olsin. Veziyetden cixartsin eni sabah sene deyirem bitoblv 70m verecen raset olaciyiq 04-09-2021-ci il tarixdə saat 19:25:31-də **********00-dan **********75-ə Gelirem yoldayam 5deq catiram. Sen Allah vere bilersen lOOden az yox. Temiz 100 olmuyanda kesmir e ona gore. Sen isimi gor sabah 70m ele bil cibindedi basqa hecne demirem 07-09-2021-ci il tarixdə 13:13:56-də **********00-dan **********75-ə isim cixdi bagisda saat 5de yigacam harda olsan gelecem. 150 su 2 suse duzelt saxla mene.pul hazirsi 09-09-2021-ci il tarixdə saat 16:18:38-də **********00-dan **********75-ə SEN CANİ AGRİDAN OLUREM. 100SU TAPA BİLERSENSE GEL DE EHMEDLİYE Amma lOOden az yox 09-09-2021-ci il tarixdə saat 19:09:57-də **********00-dan **********75-ə İBRAHİM DAYİ NOLAR AĞRİDAN OLUREM. 70Q SU VER MENE. ANA BACİSİNİ SİKİM YALAN DEYENİN SABAH SEN GEDENE KİMİ 50M VERECEM. MESAJİ DA SAXLA 11-09-2021-ci il tarixdə saat 00:06:32-də **********00-dan **********75-ə İMKAN VARSA 1 DENE DE SUSE QOY YANİNA. 130M SABAH SEN GETMEMİS VERİB SENEDİMİ ALACAM. TEMİZ RASET OLACİYİQ. CAVAB YAZ BİLİM 11-09-2021-ci il tarixdə saat 01:23:00-da **********16-dan **********75-ə İBİS TELFON XARABDİ SESim getmir, sende KOLA i PATİ VAR HER İKİSİNENDE? QURBAN SENE 20-MANATİM VAR. İBİS MENE PATİ VERMELİYDUN HARA GELİM EVDESEN? 12-09-2021-ci il tarixdə saat 13:56:09-da **********00-dan **********75-ə ibrahim dayi en az 120 su varsa temiz gotue yari kola 1 suse saat 4tamamda ehmedlide gorusek. ladeyem. 4de ehmeslise olacam 10-10-2021-ci il tarixdə saat 22:03:39-da **********00-dan **********75-ə 70su..yarim kola 2 normal suseni neciye verersen? 21-10-2021-ci il tarixdə saat 17:28:46-da **********15-dən **********75-ə 35m tapıb verecem. Sen balavin canı temiz lOOsu ver mene. Temiz. Onsu 2 saat sora bıhrem. 24-10-2021-ci il tarixdə saat 22:52:21-də **********15-dən **********75-ə Vallah kayf söhbeti deyil. Men o sıyun normalın ıcende lOOq seherıgyesin de men bilmirem 05-11-2021-ci il tarixdə saat 08:32:56-da **********15-dən **********75-ə YEKE KİSİSEN SONRA DA DEYİRSEN SUSE KOLA MNNN GOTURMURSEN. 2CET НЕС YOXDU BURDA. YARİM FANTANİN PULUN VERDİM NE QOYMUSAN SEN 06-11 -2021 -ci il tarixdə saat 13:38:04-də **********15-dən **********75-ə hardasan 2cet suse 5-10q su ver de . 15m var 10-11-2021-ci il tarixdə saat 08:25:57-də **********15-dən **********75-ə CİBİMDE 5MANAT BİR DENE DE FM40METADON VAR. ONLARİ VERSEM 2 CET NORMAL SUSE VERERSEN? METİNİ 15M RAHAT KİME İSDESEN VERERSEN 12-11-2021-ci il tarixdə saat 13:27:15-də **********15-dən **********75-ə ALLAHON ASİN VERSİM SEN BALAVİN CANİ DEYİREM SU ZAD HECNE QATMA 100QRAMNAN DA 1 DAMCİ AZ OLMASİN. AZ OLANDA YA TEMİZ OLMUYANDA ONSUZ BİLİREM TESİR ELEMİR MENE. 25M VERİM. 10M DA BUGUN SENESİ GOTURENDE 10ARTİQ VEREREM YAXŞİ. 2-3tustuluk de suse veraen vapse zor olar 15-11-2021-ci il tarixdə saat 23:27:48-də **********15-dən **********75-ə hardasan, havalanacam nolar menr pencereden 1 cet olsa da bir damci kola ha su otur olutrrm İbtahim fayi. kisi yolumu bagliyib. tezden cixa bilerem. evezinde telefonu da verim yaxsi. yarim kola 2 suse lOOq su ver. “Zənglərin_Detallaşması_**********2001J773146075” adlı qovluğa daxil olduq baxış keçirildə işüçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. -Zənglərin_Məxsusluq_Tarixçələri_**********2034_773146075_NAR adlı qovluğa daxil olnmuş, baxış keçirildiyi iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq 4,227 qram heroin və qalıq: 0,407 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, "xxxx" MMC-dən 21 dekabr 2021-ci il tarixli AZF/LGL-34326/21 nömrəli məktubla daxil olmuş, 01 sentyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk və“Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2021-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq 4,227 qram heroin və qalıq 0,407 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı disk, "xxxx" MMC-dən 21 dekabr 2021-ci il tarixli AZF/LGL-34326/21 nömrəli məktubla daxil olmuş, 01 sentyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk və“Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2021-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar