Məhkəmə qərarları › İş №1(101)-736/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-736/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-736/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X13 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X8, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, Təqsirləndirilən şəxs, müdafiəçilər, Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satışının həyata keçirilməsi məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 01 aprel 2024-cü il tarixdə saat 20 radələrində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Renault Megane” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə gedərək İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında qrupun digər üzvü tərəfindən həmin qəsəbə ərazisində gizlədilmiş və şərti işarələnərək “Whatsapp” mobil tətbiqi vasitəsilə istifadəsində olan mobil telefona göndərilmiş yerdən 1 (bir) ədəd sellofan bağlamada qablaşdırılmış 7,66 qram təmiz çəkidə, habelə 1 (bir) ədəd ağ rəngli kisəyə toplanmış 3 ədəd bağlamada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 1330 qram, 1005 qram, 1005 qram olmaqla, ümumilikdə 3347,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müəyyən edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib sellofan bağlamada qablaşdırılmış 7,66 qram təmiz çəkidə olan hissəsini geyindiyi şalvarın sağ yan cibinə, ağ rəngli kisəyə toplanmış ümumilikdə 3340 qram çəkidə olan hissəsini isə Şahid1 idarə etdiyi avtomobilin ön oturacağının qarşısında ayaqaltına qoyaraq satış məqsədilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlayaraq daşımış, həmin tarixdə saat 20:50 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı- Astara-İran sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 47-ci km-də yerləşən, Baş X23 İdarəsinin 719 nömrəli stasionar postunda saxlanılaraq müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən 7,66 qram və “Renault Megane” markalı, **- GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 3340 qram olmaqla ümumilikdə 3347,66 qram çəkidə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, səmimi etiraf edir ki, “nəşə” istifadə etmişdir. Hadisə günü taksi sürücüsü Elsevərə zəng etmiş, Elsevər də onu yaşadığı binanin önündən gəlib götürmüşdür. Elsevərlə birlikdə Qaradağ rayon X23 postu tərəfə getmişdir. Elsevərlə yola çıxmamışdan öncə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə danışmış, 10 qram “nəşə” üçün ödəniş etmiş, iranlı da ona narkotik vasitəni təhvil ala biləcəyi “konum”u göndərmişdir. Qaradağ rayon DYP postunu keçdikdən sonra birinci benzin stansiyasının önündə maşını saxlatmış və ayaqyoluna getmişdir. Geri qayıtdıqdan sonra yola davam etmişlər. Maşınla yolun digər tərəfinə keçmiş, çünki ona yollanılan “konum” elə göstərmişdir. Ünvana çatdıqdan sonra maşından düşüb bir büküm marixuananı təhvil alıb cibinə qoymuşdur. Geri qayıdıb maşına minmiş, yollarına davam etmişlər. Qaradağ rayon DYP postuna çatdıqda polis əməkdaşları tərəfindən süni tıxac yaradılmış, bir neçə polis əməkdaşı maşına yaxınlaşmış və onu maşından düşürtmüşlər. Sonra da posta aparmışlar və postda üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları maşına baxış keçirmək istəmiş, o da maşına baxış keçirməyə etirazı olmadığını bildirmişdir. Birlikdə maşının yanına getmişlər və baxış zamanı maşının ön hissəsindəki ayaqaltısından kisə aşkar edilmişdir. Polis əməkdaşlarına həmin kisənin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları ona postun zirzəmisində işgəncə vermiş, lakin yenə də həmin kisənin ona aid olduğunu qəbul etməmişdir. Postun yuxarı mərtəbəsindəki otaqların birinə aparılmış, orada da işgəncə vermişlər, lakin yenə də kisəni boynuna götürməmişdir. Bundan sonra onu maşının yanına aparmışlar. Maşının yanında olan zaman Anar adlı şəxsin gəldiyini, maşınını saxlayıb düşdüyünü görmüşdür. O, digər polis əməkdaşlarına yaxınlaşıb düzgün hərəkət etmədiklərini deyərək onun barəsində danışmağa başlamışdır. Daha sonra yaxınlaşıb əlindəki qandalları açmış, onu otaqların birinə aparmışdır. Orada ailəsinin, övladlarının canına and içərək məqsədinin ona kömək etmək olduğunu, Nazirlikdən ona kömək etməsi üçün yollanıldığını bildirmişdir. O da son çarə olaraq Anara güvənməyi seçmişdir. Ona “yaxşı polis, pis polis” oyunu oynanılmışdır. Anarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin birinə yollamışlar. Həmin günün səhərisi ona 04 ay müddətinə sanksiya verilmişdir. İttiham aktında şahidlər Anar və Elsevərin ifadələrində uyğunluq olsa da, yanlış ifadə vermişlər. Belə ki, ittiham aktında onun üzərində 11 qrama yaxın narkotik vasitə aşkar olunduğu qeyd olunmuşdur. Lakin faktiki olaraq baxış zamanı üzərindən 7,66 qram narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları Elsevərin gözünü qorxutduğu, hədələdiyi üçün Elsevər belə ifadə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 1-2 ilə yaxın müddət olar ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır, belə ki, onların heç birini üzbəüz görməmişdir. Tanımadığı şəxslərin içərisində iranlılar da, azərbaycanlılar da olmuşdur. “WhatsApp” istifadə etmişdir. Telefonunda iranlı ilə yazışmaları olmuşdur. Telefonundakı yazışmalar ona məxsus imiş. Həmin mesajları ondan başqa heç kəs yazmamışdır. İranlı ilə külli miqdarda narkotik vasitə almaqla bağlı yazışmaları olmamışdır. Narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı iranlı ilə yazışmamışdır. Narkotik almaq üçün yazdığı iranlıların çoxu az miqdarda narkotik vasitə üçün “konum” yollamamışdır. Bu səbəbdən iranlıları aldatmaq məqsədi ilə növbəti dəfə külli miqdarda narkotik vasitə alacağını deyərək ifadələr işlətmişdir. Hadisə günü narkotik vasitə almaq üçün iranlıya yazanda kiloqramla bağlı söhbət etməmişdir. Hadisə günü narkotik vasitəni təhvil almaq üçün göndərilən “konum”a gedəndə heç bir problem olduğunu sezməmişdir. Ona yollanılan “konum”dan əlavə narkotik vasitənin yerləşdirildiyi hissə də işarələnmiş şəkildə çəkilib göndərilmişdir. Həmin işarə sayəsində ünvandan narkotik vasitəni rahat şəkildə təhvil almışdır. İndiyə qədər heç kimə narkotik vasitə satmamışdır. Heç kimlə narkotik vasitələrin satışı ilə bağlı yazışmaları olmamışdır. Onun barəsində 8 ay müddətində istintaq davam etmişdir. Bu müddətdə 3 müstəntiq dəyişmişdir. Həmin müstəntiqlərin heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair əsaslı sübut müəyyən etməmişdir. Sadəcə sonuncu müstəntiq ona 5-6 ədəd şəkil təqdim edərək yazışmaları göstərmişdir. Həmin şəkillərdəki yazışmalarda belə onun narkotik vasitənin satışı ilə məşğul olduğunu təsdiq edən fakt yoxdur. Polis əməkdaşları onu postun zirzəmisində döyüb işgəncə vermişlər. Belə ki, onu yerə yıxmış, üzərinə stul qoymuşlar, həmin stulda polis əməkdaşlarından biri əyləşmişdir, digərləri onu boğmuş, vurmuş, boğazından sıxmışlar. İşgəncə zamanı onun halı pisləşmişdir, bu səbəbdən hava alıb özünə gəlməyi üçün həyətə çıxartmışlar. Həmin vaxt Anar adlı şəxs gəlmişdir. Yaxşı polis roluna girərək digər polis əməkdaşlarından onu qorumağa çalışmışdır. Baxış zamanı üzərindən şəxsi istifadəsi üçün olan “Kapital bank” kartı aşkar edilmişdir. Üzərindən aşkar olunan “Kapital bank” kartından İran İslam Respublikası vətəndaşına narkotik vasitə üçün ödəniş edilməmişdir. İran İslam Respublikası vətəndaşına narkotik vasitələr üçün ödənişi “Milliön” aparatı vasitəsilə etmişdir, təxminən 2-3 dəfə ödəniş olunmuşdur. X25 Respublikası vətəndaşı tərəfindən hər hansı məbləğdə ödəniş olunmamışdır. Ona əməliyyat qrupunda iştirak edən bütün polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq olunmuşdur. Əməliyyat qrupunda ən azı 7-8 nəfər polis əməkdaşı iştirak etmişdir. Hamısı onu döymüşdür. Əməliyyat qrupunda iştirak edən polis əməkdaşları 2-3 maşınla gəlmişdir. Şahid4 da əməliyyat tədbirində iştirak etmişdir. Ruslan da onu döymüşdür. Saxlanılan zaman o, tək olmuşdur. Şahid4 ifadəsində dediklərinin heç biri doğru olmamışdır. Şahid Elsəvər Usubov ifadəsində bəzi məqamları doğru danışmışdır, lakin bəzi məqamlar yalan olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında onun narkotik vasitələri əldə etməsi, sifariş verməsi barədə göstərilmişdir. Qeyd edilən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat tədbiri keçirilmişdir. İsmayıl sərnişin kimi əyləşdiyi avtomobillə hərəkətdə olarkən Qaradağ rayonu ərazisindəki X21 stasionar postunda saxlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Ələt qəsəbəsində sərnişin kimi avtomobilə əyləşib və şəhər istiqamətində gəldiyi müəyyənləşdirilmişdir. Sürücü də Ələt qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs təbii ehtiyaclarını ödəmək məqsədilə avtomobildən düşdüyünü və qayıdarkən əlində sellofan torba olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özü də sürücünün dediklərini etiraf etmişdir. Bundan sonra polis postunun inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücüsü, polis əməkdaşları, İdarənin təhqiqatçısı iştirak etmişdir. Baxış zamanı İsmayılın üzərindən 10-15 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldiyi avtomobildə də narkotik vasitə olduğunu etiraf etmişdir. Avtomobilə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobildə qabaqda oturduğu yerin ayaq altlığında 3 kiloqrama yaxın marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və “Whatsapp” proqramı vasitəsilə bir-biriləri ilə əlaqə saxlayaraq narkotik vasitəni iranlının dediyi yerlərə qoyacağını etiraf etmişdir. Bundan sonra narkotik vasitələr qablaşdırılaraq istintaq orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs qarşı tərəfindən heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid4 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş taksi sürücüsü işləyən Şahid1 ifadəsində göstərdi ki, o, “Sədərək” bazarından Lökbatan qəsəbəsinə bir manata sərnişin daşımaqla məşğul olmuş, İsmayıl da tez-tez onunla birlikdə yol getmişdir. Birlikdə yol gedəndə İsmayıl onu Ələt qəsəbəsinə neçə manata apara biləcəyini soruşmuş, o da 25 manata apara biləcəyini demişdir. Razılığa gələrək birlikdə Ələt qəsəbəsinə getmişlər. Qəsəbənin içərisinə daxil olmamışar, o, yol kənarında maşını saxlamış, İsmayıl telefonda yazışmış, yazışdıqdan sonra ona maşını irəli sürüb sonra geri qayıtmalı olduqlarını demişdir. Ünvana çatdıqdan sonra İsmayıla maşından düşüb işlərini həll etməsini bildirmiş, özü də kapotu açıb işıqların niyə işləmədiyinə baxmışdır. Tam kapotu açıb maşında nə nasazlıq olduğuna baxanda İsmayıl tez bir şəkildə avtomobilə minib geri qayıtmalı olduqlarını demişdir. O da sorğulamadan maşına minib sürməyə başlamışdır. Yol gedərkən iki nəfərin maşına əl etdiyini görmüş, İsmayıldan həmin şəxsləri maşına əyləşdirməyə razı olub-olmadığını soruşmuş, İsmayıl da etiraz etmədiyini bildirmişdir. Bir müddət yol getdikdən sonra İsmayılın oturacağının aşağısında çanta olduğunu görmüşdür. İsmayıl ünvana gedib qayıtdıqdan sonra əlində çanta olub-olmadığına diqqət yetirməmişdir. Çantanı görən kimi ondan içərisində nə olduğunu soruşmuşdur. İsmayıl da müəyyən ləvazimatlar olduğunu, mağazaya satdığını, yararsız olduğu üçün ona geri qaytarıldığını bildirmişdir. Qaradağ rayonu stasionar postuna yaxınlaşan zaman postun bağlandığını görmüşdür. Bu hal ona çox qəribə gəlmiş, maşını yol kənarında saxlamışdır. Həmin an iki nəfər onlara tərəf yaxınlaşmış, qapını açan kimi polis əməkdaşları onları maşından endirmişdir. Bundan sonra onları Qaradağ rayonu stasionar postunda xidməti otaqların birinə aparmışlar, orada videoçəkiliş vasitəsilə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində heç bir narkotik vasitə aşkar olunmamışdır, lakin İsmayılın üzərindən marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən sorğu-sual olunmuşlar. İsmayıl polis əməkdaşlarına üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı onun heç bir məlumatı olmadığını bildirmişdir. Daha sonra onları Baş İdarəyə gətirmişlər. Bir gün orada saxladıqdan sonra növbəti gün səhər saatlarında ona evə gedə biləcəyini demişlər. İdarədən çıxdıqdan sonra evinə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Qaradağ rayonu stasionar postu bağlı olduğu üçün maşını yol kənarında saxlamışdır. Polis əməkdaşları da onlara tərəf yaxınlaşmışdır. Qapını açan kimi İsmayılı da, onu maşından endirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. İsmayılın üzərində narkotik vasitə aşkar olunduqdan sonra adını bilmədiyi polis əməkdaşlarından biri İsmayılın üzünə iki şillə vurmuşdur, onu da çölə çıxartmışdır. İsmayılın polis əməkdaşları tərəfindən döyülmə səslərini eşitməmişdir. Polis əməkdaşları ilk olaraq maşına baxış keçirib narkotik vasitəni aşkar etmişdir, sonra da videoçəkiliş aparılmışdır. İsmayılın Ələt qəsəbəsində maşından düşdükdən sonra hansı istiqamətdə getdiyini, onun yanından nə qədər uzaqlaşdığını xatırlamır. Çünki həmin vaxt onda maşının kapotunu açmışdır, fikri İsmayılda olmamışdır. İsmayıl üzərində aşkar olunan narkotik vasitənin ona aid olmadığını demişdir, daha sonra polis əməkdaşları ona iki şillə vurmuşdur. Həmin şillələrdən sonra İsmayıl narkotik vasitənin ona aid olduğunu boynuna götürmüşdür. Baxış zamanı o da orada iştirak etmişdir. İsmayıl maşında olan çantanın içərisindəki narkotik vasitələri polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Maşında olan çantanı İsmayılın özü yerləşdirmişdir, könüllü şəkildə də polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı çantanın içərisində aşkar olunan narkotik vasitəyə heç bir narkotik vasitə əlavə edilməmişdir. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 8 ay olar ki, idarə etdiyi, “Renault Megane” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində 1 manatlıq taksi fəaliyyəti ilə məşğul olur. İsmayılı “Sədərək” ticarət mərkəzindən tanımışdır. İsmayıl “Sədərək” ticarət mərkəzində santexnik aksesuarları dükanında satıcı işləyir və bir neçə dəfə santexnik aksesuarları vermiş, o da bu malları deyilən ünvanlara çatdırmışdır. 01 aprel 2024-cü il tarixdə saat 18 radələrində İsmayıl istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək onu Ələt qəsəbəsinə neçəyə apara biləcəyini soruşduqda ona 25 manata apara bilcəyimi demişdir. İsmayıl razılaşaraq Xəyalın dairəsi adlananan yerdə gözləyəcəyini demişdir. Bundan sonra idarə etdiyi avtomobillə İsmayılın dediyi yerə gəlib onu götürmüş və Ələt qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Ələt istiqamətinə gedən zaman yolda olarkən İsmayılın telefon vasitəsilə kiminləsə yazışmasını görmüş, daha sonra İsmayıl telefonuna “konum”, yəni getməli olduğu yerin xəritədə gəldiyini deyərək həmin ünvanı telefonunda qoşub dəqiq hara getməyini ona bildirmişdir. İsmayılı telefona gələn “konum”la Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazisinə gətirdikdən sonra Ələt qəsəbəsi ərazisində hərəkətdə olan zaman İsmayıl ondan avtomobili yolun kənarında saxlamağını istəmiş, avtomobili saxladıqdan sonra ayaqyoluna gedib gələcəyini bildirərək avtomobildən düşmüş və yoldan əks tərəfə getmişdir. Avtomobilin yaxın işıq rejimi işləmədiyi üçün İsmayıla baxmaq məqsədilə düşmüş və kapotu açmış, bu zaman avtomobilin qapısının örtülmə səsini eşitmişdir. Salona baxan zaman İsmayılın avtomobildə olduğunu görmüş, kapotu örtüb avtomobilə qayıtmış və əyləşən kimi İsmayılın ayağının altında ağ rəngli kisə görmüşdür və həmin kisənin nə olduğunu soruşduqda İsmayıl həmin kisənin özünə məxsus olduğunu və kisədə satdığı santexnik əşyasının geri qaytarıldığını və qaytaran şəxsin onu bura qoyub getdiyini bildirərək avtomobili idarə etməyini istəmişdir. Bundan sonra avtomobili işə salıb Bakı şəhəri istiqamətinə idarə etməyə başlamışdır. Saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu Bakı-Astara-İran magistral yolun 47-ci km-də yerləşən 719 saylı stasionar postun yaxınlığında onları DYP əməkdaşları saxlamışlar. Daha sonra 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib İsmayılın narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Onlar İsmayıla barəsində əməliyyat tədbirləri keçirildiyini bildirib hər ikisini postun inzibati binasına dəvət etmiş və avtomobili postun həyətində saxlamağı tapşırmışlar. Daha sonra İsmayılın üzərində vəkilin, polis əməkdaşlarının və özünün iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İsmayıla üzərində olan qanunsuz əşya varsa onu təqdim etmək təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan torbada açıq yaşıl rəngli, narkotik vasitəyə bənzər kütlə, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd alışqan masanın üzərinə qoymuşdur. Sonra İsmayılın təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 11 (on bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri hamı tərəfindən imzalanmışdır. İsmayıla verilən suallara cavab olaraq cibindən çıxararaq təqdim etdiyi kütlənin marixuana olduğunu, özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını bildirmişdir. Eyni zamanda İsmayıl onun idarə etdiyi avtomobildə özünə məxsus narkotik vasitə olduğunu bildirmişdir. Sonra İsmayıl ilə birlikdə həmin avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmiş və baxışda iştirak edən şəxslər, o cümlədən İsmayılın və özünün iştirakı ilə video çəkiliş çəkilməklə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı bir qədər əvvəl İsmayılın avtomobilini dayandırıb ayaqyoluna gedib gələcəyini deyərək avtomobildən düşüb özü ilə gətirib avtomobilə ön oturacağının ayaq altına qoyduğu ağ rəngli kisə aşkar edilmiş, bundan başqa avtomobildən başqa heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı İsmayıl həmin kisədə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra kisəyə baxılan zaman kisənin içərisindən 3 (üç) ədəd bağlamada açıq yaşıl rəngli marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. İsmayıl kisədə olan həmin kütlənin də marixuana və özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü bildirdikdən sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana kütlələrinin çəkisi 3 (üç) kq 480 (dörd yüz səksən) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış tərtib edilmiş sənədləri hamı, o cümlədən onlar İsmayılla birgə imzalamışlar (cild 1, iş vərəqi 182-185). İfadəsi elan edildikdən sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 01 aprel 2024-cü il tarixdə saat 20:50 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara-İran magistral yolunun 47ci km-də yerləşən 719 saylı stasionar postun yaxınlığında Şahid1 idarə etdiyi “Renault Megane” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BDYPİ-nin 719 saylı stasionar postun inzibati binasına gətirilmiş, avtomobili isə BDYPİ-nin 719 saylı stasionar postunun həyətinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs yanında olan Şahid1 isə 719 saylı stasionar posta dəvət edilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan torbada açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan "Samsung" markalı mobil telefonu, hamin şalvarın sol yan cibindən 1 (bir) ədəd alışqanı masanın üzərinə qoydu. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 11 (on bir) qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, iştirakçı və müdafiəçi tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1(bir) ədəd alışqan isə şəxsin özünə qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi ilə götürdüyünü, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa sərnişini olduğunu “Renault Megane” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsla tanış olduğunu, bu gün İsmayılın ondan taksi kimi "Ələt" adlı əraziyə aparmasını istəməsini, bunun müqabilində ondan 25 (iyirmi beş) manat pul alacağını, "Ələt" adlanan ərazidə İsmayılın avtomobildən "ayaqyolu" bəhanəsi ilə düşdüyünü, daha sonra geri qayıdan zaman özü ilə 1 (bir) kisə gətirməsini, həmin kisənin nə olduğunu soruşduqda, İsmayılın həmin kisənin ona aidiyyatının olmamasını bildirərək avtomobili sürməsini deməsini bildirmişdir (cild 1, iş vərəqi 29-30). - avtomobilə baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərnişini olduğu "Renault Megane” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “avtomobilə baxış və götürmə aparılması haqqında” 01 aprel 2024-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Avtomobilə baxış zamanı sonuncunun avtomobilinin sağ ön oturacağının ayaq altında olan 1 (bir) ədəd ağ rəngli kisənin içərisindən 3 (üç) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrinin çəkisi 3 (üç) kq 480 (dörd yüz səksən) qram oldu. Daha sonra həmin kütlələr qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi və tərəfimdən imzalandı. Sonra Təqsirləndirilən şəxs sərnişini olduğu digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bu gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa yerə qoymaq məqsədi ilə götürdüyünü, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsla tanış olduğunu, bu gün İsmayılın ondan taksi kimi "Ələt" adlı əraziyə aparmasını istəməsini, bunun müqabilində ondan 25 (iyirmi beş) manat pul alacağını, "Ələt" adlanan ərazidə İsmayılın avtomobildən "ayaqyolu" bəhanəsi ilə düşdüyünü, daha sonra geri qayıdan zaman özü ilə 1 (bir) kisə gətirməsini, həmin kisənin nə olduğunu soruşduqda İsmayılın həmin kisənin ona aidiyyatının olmamasını bildirərək avtomobili sürməsini deməsini bildirmişdir (cild 1, iş vərəqi 34-35). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 7,66 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs ... sərnişin olduğu... avtomobildən...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 03 (üç) ədəd polietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri: 1330 qram; 1005 qram; 1005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 3347,66 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (cild 1, iş vərəqi 44-48). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 55-56). - elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (şübhəli şəxs kimi tutulan zaman) üzərinə baxış zamanı çəkilmiş videoyazı olan bir ədəd "CD" diskə baxış keçirilmişdir. Belə ki, həmin diskdə video görüntü vardır. Həmin diskə olan video görüntüyüə baxış keçirilən zaman müəyyən edildi ki, görüntü xx.xx.2024-cü il tarixdə qeydə alınıb və 10 dəqiqə 41 saniyədən ibarətdir və görüntü, Qaradağ rayonu 719 saylı stasionar postun inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində BNMİ-nin CA üzrə əməliyyat müvəkkiləri polis polkovnik-leytenantı Şahid4, polis mayoru X2, iştirakçı Şahid1 və müdafiəçi 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə BNMİ-nin təhqiqatçısı polis mayoru Anar Aslanovun tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu və 01 ədəd sellofana bükülü bükümdə, spesifik iyə malik olan özünün "nəşə" adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Həmçinin həmin maddə iştirakçıların gözü qarşısında açılır və tərəzi vasitəsi ilə çəkilir və zərfə qoyularaq qablaşdırılır. İştirakçılar tərəfindən etiraz olunmur. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bu gün tanımadığı İran İslam Respublikası vətəndaşı ilə telefonla əlaqə saxladıqdan sonra ona deyilən yeri bildirməsindən sonra Qaradağ rayonu ərazisindən şəxsi istifadəsi üçün götürdüyünü, həmçinin hal-hazırda da avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş maddə olduğunu bildirmişdir (cild 1, iş vərəqi 69). - əşyaya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 üzərinə baxış zamanı istifadəsində olan bir ədəd mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış keçirilən zaman orada olan "Whatsapp" ani mesajlaşma programında İran İslam Respublikası vətəndaşı olan şəxsin +**********47 saylı mobil nömrə ilə “Whatsapp" ani mesajlaşma proqramında onunla əlaqə saxlayaraq qeyd edilən şəxslə yazışmalarda səs yazıları mövcuddur, həmin səs yazılarında narkotik vasitələrin alımasından, göndərilməsindən və müştərilərilərə çatdırılmasından bəhs edilir, qeyd edilən səs yazıları yəni dialoqların İran vətəndaşı olduğu bildiriyi şəxsə və özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 70). - elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi Şahid1 taksi fəaliyyəti ilə məşğul olmaq üçün idarə etdiyi "RENAULT MEGANE" markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı çəkilmiş videoyazı olan bir ədəd "CD" diskə baxış keçirilmişdir. Belə ki, həmin diskdə video görüntü vardır. Həmin diskə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, görüntü xx.xx.2024cü il tarixdə qeydə alınıb və 13:18 dəqiqədən ibarətdir. Görüntü Qaradağ rayonu 719 saylı Postun inzibati binasının həyətində qeydə alınmışdır. Görüntüdə Şahid1 məxsus "RENAULT MEGANE" markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı maşının içərisində qanunla qadağan olunmuş maddəni harada saxladığı soruşulan zaman Təqsirləndirilən şəxs avtomobilin sağ ön qapısını (sərnişin əyləşən tərəf) açaraq 01 ədəd ağ sellofanın içərisində 03 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim edir və Təqsirləndirilən şəxs həmin bükümləri tanımadığı İran vətəndaşının göndərdiyini və ona bildirəcəyi yerə qoyacağını bildirir. Şahid1 isə həmin bükümlərdən xəbərsiz olduğunu bildirmişdir (cild 1, iş vərəqi 71). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və sərnişin kimi əyləşdiyi avtomobildən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 3347,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar iş üzrə maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 3347,26 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasına verilmişdir (cild 1, iş vərəqi 84). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 89). - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(002)-93/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 01 aprel 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 93-95). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 123-124). - Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şamaxı şəhəri, Ş.Ş.İbrahim küçəsi, 17 saylı evdə qeydiyyatda olan, xx.xx.1995-ci ildı anadan olmuş Təqsirləndirilən şəxs X5 (həyat yoldaşı – xx.xx.1997) və X3 (oğlu – xx.xx.2019) ibarət ailə üzvləri vardır. Vətəndaş Təqsirləndirilən şəxs barəsində qonşuları tərəfindən şifahi və ya yazılı şikayət olmamışdır (cild 1, iş vərəqi 135-138). - Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı şəhərində anadan olmuş, Ş.İbrahim küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Narkoloji və Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 153). - Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin harda əldə etməsi, daşıması, hər hansı şəxsə satıb satmaması, eləcədə mənbəyi ilə bağlı bir sıra tədbirlər keçirilməsinə baxmayaraq hər hansı bir müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 154). - əşyaya əlavə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş "Samsung" markalı mobil telefon ciihazına baxış keçirilmişfir. Baxış zamanı həmin telefonun "Telefon haqqında" menyusuna daxil olunarkən cihazın "Samsung Galaxy A32" markalı olmaqla İMEİ nömrələrinin İMEİ (giriş 1) **********67540, İMEİ (giriş 2) **********67549 olduğu müəyyən edildi. Baxış zamanı cihazın "Qalereya" bölümündə "Son" adlı qovluqda 921, "Kamera" adlı qovluqda 342, "Qısayollar" adlı qovluqda 92 "Yükləmələr " adlı qovluqda 27 "DCİM" adlı qovluqda 2 "Hair_salon" adlı qovluqda 8, "İnstagram" adlı qovluqda 14 "Status Saver" adlı qovluqda 45 "Twear" adlı qovluqda 1, "UklonDriver" adlı qovluqda 4, "WhatsApp İmages" adlı qovluqda 69, "(Phone) GalaxyA6_202210" adlı qovluqda 38 şəkil, habelə "(Phone) Galaxy A6_2022" adlı qovluqda 270 şəkil və 2 video fayllar aşkar edildi. Qeyd edilən qovluqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakılar müəyyən edildi. "Son" adlı qovluqda

1. 1-ci fotoşəkil - Üzərində “Ərazidə Yük Maşınları İşləyir” yazısı olan taxtadan quraşdırılmış dirəkdə nida işarəsi əks olunmuş yol hərəkəti nişanının tablosunun fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 01 aprel 2024cü il tarixdə saat 20:11 dəqiqədə göndərildiyi qeyd edilmişdir. Telefonun göndərilənlər qovluğuna baxış zamanı həmin fotoşəklin göndərilənlər bölümündə olduğu müəyyən edildi.

2. 2-ci fotoşəkil - Üzərində “Ərazidə Yük Maşınları İşləyir” yazısı olan taxtadan quraşdırılmış dirəkdə nida işarəsi əks olunmuş yol hərəkəti nişanının tablosunun fotoşəklində telefonda quraşdırılmış redaktə proqram təminatı ilə aşağı istiqaməti göstərən, əllə çəkilmiş ox işarəsinin fotoşəkli. Fotoşəklin “Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 01 aprel 2024-cü il tarixdə saat 19:56 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

3. 9-cu fotoşəkil - İçərisində iki siqaret və iki ədəd büküm olan siqaret qutusu. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 01 aprel 2024cü il tarixdə saat 10:59 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

4. 22-ci şəkil - Daşdan inşa edilmiş hasar yaxınlığında yerdə toplanmış, daşlar və telefonda quraşdırılmış redaktə proqram təminatı ilə istiqamət göstərən işarənin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitsəilə 29 mart 2024cü il tarixdə saat 23:39 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

5. 34-cü fayl VİD-20240327-WA0085 adlı video fayldır. Həmin video faylda qaranlıq saatda avtomobildə əyləşmiş, sifəti görünməyən, cins şalvar geyimində olan şəxs sellofan paketdə qablaşdırılmış, narkotik vasitə marixuanaya bənzər kütləni əlində oynadaraq "bax, hələ yoldayam, Allaha and olsun hələki açmamışam, dəyməmişəm. Sən Allah burda 20 qram tema var? Bax,... nolar, mən deyirəm insafla iş görək. Nə bilim, Allaha and olsun, mən güvənib etibar elədiyimdən tərəzi, falan heç nə eləmirəm, heç nəyim də yoxdur, çünki mən işlədiyim adamlar güvənib etibar elədiyim adamlardır. Nolar, xahiş eliyirəm, bu nədir mən ölüm? Bax, nətər blom var, bax elənçinədir" sözlərini deyir. Videofaylın "Təfərrüatlar" bölümündə həmin görüntünün “Whatsapp” vasitəsilə 27 mart 2024-cü il tarixdə saat 23:09 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

6. 40-cı fotoşəkil - Üzərində "10 tiryek durbanın dibində” sözləri yazılmış, qaranlıq yerdə şaquli basıdırılmış dirək və həmin dirəyi göstərən telefonda quraşdırılmış redaktə proqram təminatı ilə əllə çəkilmiş işarənin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 27 mart 2024-cü il tarixdə saat 20:31 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

7. 44-cü fotoşəkil - Üzərində qazpaylayıyıcının metal qutusuna bənzər qutunun və telefonda quraşdırılmış redaktə proqram təminatı ilə əllə çəkilmiş, həmin qutunu göstərən ox işarəsinin fotoşəkli. Fotoşəklin “Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 27 mart 2024-cü il tarixdə saat 18:26 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

8. 52-ci fotoşəkil - Üzərində sellofan paketdə qablaşdırılmış, narkotik vasitəyə bənzər kütlənin çəkisinin 20,1 qram olduğunu göstərən elektron tərəzinin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 26 mart 2024-cü il tarixdə saat 21:21 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

9. 55-ci fotoşəkil - Üzərində narkotik vasitəyə bənzər kütlə və çəkisinin 10,24 qram olduğunu göstərən elektron tərəzinin fotoşəkli. Fotoşəklin “Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 25 mart 2024-cü il tarixdə saat 22:45 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

10. 76-cı fotoşəkil - Ağ kağız üzərində narkotik vasitə marixuanaya yə bənzər kütlənin fotoşəkli. Fotoşəklin “Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024-cü il tarixdə saat 21:57 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

11. 80-ci fotoşəkil - Üzərində qazpaylayıcının metal qutusuna bənzər qutunun və telefonda quraşdırılmış redaktə proqram təminatı ilə əllə çəkilmiş, həmin qutunu göstərən ox işarəsinin fotoşəkli. Fotoşəklin “Təfərrüatlar” bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024-cü il tarixdə saat 14:00 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

12. 81-ci fotoşəkil - Qazpaylayıcının metal qutusunun telefonda quraşdırılmış redaktə proqram təminatı ilə əllə çəkilmiş, həmin qutunu göstərən ox işarəsinin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024cü il tarixdə saat 14:00 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

13. 83-cü fotoşəkil - Ağ rəngli siqaret qutusunun içərisində nartotik vasitəyə bənzər kütlənin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024-cü il tarixdə saat 13:49 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

14. 84-cü fotoşəkil - Çoxsaylı kəndirlə bağlanmış sallofan paketdə qablaşdırılmış, elektron tərəzidə çəkisinin 21,57 qram olduğu göstərilən kütlənin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024-cü il tarixdə saat 13:49 dəqiqədə göndərildiyi qeyd edilmişdir.

15. 84-cü fotoşəkil - Sellofan üzərində, elektron tərəzidə çəkisinin 30,1 qram olduğu göstərilən kütlənin fotoşəkli. Fotoşəklin "Təfərrüatlar" bölümündə həmin fotoşəklin “Whatsapp” vasitəsilə 23 mart 2024-cü il tarixdə saat 13:19 dəqiqədə göndərildiyi qeyd edilmişdir. Qeyd edilən fotoşəkillər və video fayl "Whatsapp İmages" adlı qovluqda da aşkar edildi. Aşkar edilmiş fotoşəkillər cinayət işinə əlavə edilməsi üçün ekran fotoşəkli çəkilmək yolu ilə çap edildi, video fayl isə dvd diskə yazıldı. Baxış zamanı "Qısayollar”, “Yükləmələr", "DCİM”, “Hair_salon", "İnstagram", "Status Saver", "Twear", "UklonDriver", "(Phone) GalaxyA6_202210" və "(Phone) GalaxyA6_2022" adlı qovluqlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı fayl aşkar edilmədi. Telefon cihazının yaddaşında olan kontaklar bölümündə İran İslam Respublikasının beynəlxalq telefon kodu olan +98 rəqəmləri ilə axtarış verilməklə baxış keçirilən zaman yaddaşda +98 914 4547631, "Bx" adı ilə +98 911 419 7836 "GX" adı ilə +98 991 419 7836 "İrani" adı ilə +98 914 590 2189 "Qaz İrani" adı ilə +98 902 552 8215 "Vat" adı ilə +98 910438 2619 mobil telefon nörmələrinin qeyd edldiyi aşkar olundu. Həmin kontaktlar ekran fotoşəkli çəkilmək yolu ilə cinayət işinə əlavə edilməsi üçün çap edildi. Telefonun qısa mesajlar bölümündə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Cihazda quraşdırılmış "Telegram" tətbiqinə baxış keçirilən zaman həmin tətbiqin tərkibində iş üçün əhəmiyyət kəsb edən yazışma və s. aşkar edilmədi. Telefon sihazının yaddaşına baxış zamanı "WhatsApp" mobil tətbiqinin media yaddaşında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ümumlikdə 642 ədəd "opus" formatlı səsli mesajlar olduğu müəyyən edildi. Həmin səslər dinlənilən zaman İran İslam Respublikası Cənubi Azərbaycan ləhcəsi ilə danışan şəxslə arasında çoxsaylı səsli mesaj mübadiləsi həyata keçirildiyi, səsli mesajların əksəriyyətinin "mal" adlandırılan narkotik vasitələrin müəyyən yerlərə qoyulması, götürülməsi, satılması və pul vəsaitinin həmin şəxsin hesabına köçürülməsi ilə bağlı olduqları müəyyən edildi. 01 aprel 2024-cü il tarixə aid səslərdə X24 Respublikası Cənubi Azərbaycan ləhcəsi ilə danışan şəxsin istintaqa məlum olmayan şəxsin rayondan çıxaraq gəldiyi, "malı" atacağını və götürmək lazım olduğunu, "Ələt tərəfə getməyi deməsinə dair, həmçinin həmin predmetin götürülməsinə dair səslərin olduğu müəyyən edildi. Qeyd edilən səsli mesajlardan cinayət işi üçün əhəmiyyət kəsb edən səslərdən 44 (qırx dörd) ədəd səsli mesaj faylları seçilib adlarına məzmunları barədə qısa məlumat əlavə edilərək cinayət işinə əlavə edilməsi üçün bir ədəd diskə ayrıca olaraq yazıldı. Telefon cihazının yaddaşında aşkar edilmiş VİD-20240327-WA0085 adlı video çəkiliş cinayət işinə əlavə edilməsi üçün həmin diskə yazıldı. Bundan başqa həmin mobil telefon cihazında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif vaxtlarda göndərilmiş səsli mesajlar olduğu müəyyən edildi. Mobil telefonun yaddaşında olan bütün səsli mesajlar ümumi olaraq "202412", "202413" və "202414" adları ilə 3 ədəd qovluqda həmin diskə yazılıb götürüldü. Mobil telefon cihazı qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 198-209). - ifadələrin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid1 hadisə yerində ifadəsi yoxlanılması məqsədilə sonuncunun dediyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə yollanılmış, Ələt qəsəbəsi ərazisinə daxil olunan zaman Şahid1 Bakı-Qazax avtomobil yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yolun üzərində quraşdırılmış tablonu göstərərək idarə etdiyi avtomobillə Bakı şəhərindən Ələt qəsəbəsi ərazisinə bu yolla gəldiyini qeyd etdi. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Bakı-Qazax avtomobil yolunun 70-ci km-də olan döngəni göstərərək 01 aprel 2024-cü il tarixdə idarə etdiyi "Renault Megane" markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin Təqsirləndirilən şəxsla Bakı şəhərindən həmin döngəyə gələrək oradan sola dönüb Ələt qəsəbəsi istiqamətində getdiyini göstərdi. Daha sonra Şahid1 Ələt qəsəbəsi ərazisində ikinci dərəcəli yolun kənarında olan mişar daşlarını göstərərək 01 aprel 2024-cü il tarixdə axşam saatlarında avtomobilini həmin yerdə saxladığını, Təqsirləndirilən şəxs həmin yerdə avtomobildən düşərək yoldan kənara tərəf gedib az sonra qayıdaraq avtomobilə əyləşdiyini göstərdi. Şahid1 daha sonra bildirdi ki, avtomobilə əyləşəndən sonra Təqsirləndirilən şəxs özü ilə avtomobilə gətirdiyi ağ rəngli kisəni gördüyünü qeyd etdi. Beləliklə ifadələrin yerində yoxlanması zamanı Şahid1 Təqsirləndirilən şəxs oğlunun 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyi yeri ifadələrinə uyğun olaraq əyani surətdə təsdiq etmişdir (cild 1, iş vərəqi 223-227). - təqsirləndirilən şəxsin üzləşmədən imtina etməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən iş üzrə şahid qismində dindirilən şəxslərlə üzləşməkdən imtina etmişdir (cild 1, iş vərəqi 234). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə 48/2-12876 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC tərəfindən AZF/LGL-9604/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş, üzərində "Nar” loqosu və “Sənə ən yaxın” devizi olan, qara rəngli flomasterlə əlyazma üsulu ilə "48/2-12876" rəqəmləri yazılmış bir ədəd diskə baxış keçirilmişdir. Baxış keçirilməsi üçün həmin disk "Windows-10" proqram təminatı ilə işləyən personal kompüterin diskötürücüsünə qoyularaq açıldıqda tərkibində "SMS detallashmasi_MSİSDN_708759998", "Zenglerin_Detallasmasi_**********0418_ 708759998_4" və Zenglerin_Mexsusluq_Tarixceleri_**********0437_708759998 _NAR_4" " adlı 3 (üç) ədəd PDF formatlı fayl olduğu aşkar edildi. "SMS detallashmasi_MSİSDN_708759998" adlı fayla baxış keçirilən zaman həmin faylda əks olunmuş məlumatların 40-cı səhifəsinin sonuncu sətrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil nömrə ilə işləyən mobil telefon cihazının xx.xx.2024-cü il tarixdə saat 20:29:54-də "Bakı şəhər, Qaradağ rayonu, Salyan şossesi 47-ci km 1"-də, 40.147xx/xx.45834 koordinatlarında qeyd alındığı barədə məlumat yerləşdirildiyi aşkar olundu. "Zenglerin_Detallasmasi_**********0418_708759998_4" adlı fayla baxış keçirilən zaman həmin faylda əks olunmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmadı. "Zenglerin_Mexsusluq_Tarixceleri_**********0437_708759998_NAR_4" adlı fayla baxış keçirilən zaman həmin faylda əks olunmuş məlumatların 13-cü sətrində ********* mobil telefon nömrəsinin AZƏRBAYCAN, Bhaktapur, 8, ŞAMAXİ şəh., Ş.Ş.İBRAHİM KÜÇ., ev.17 ünvanı və 08966572 İD nömrəsi ilə İSMAYİL İSGƏNDƏROV RAFİQ OĞLUnun adına rəsmiləşdirildiyi barədə məlumat əks olundğu aşkar edildi. "SMS detallashmasi_MSİSDN_708759998" adlı faylın 40-cı səhifəsi və "Zenglerin_Mexsusluq_Tarixceleri_**********0437_708759998_NAR_4" adlı faylda olan səhifə, habelə təqdim edilmiş koordinata dair xəritədən çıxarış cinayət işinə əlavə edilməsi üçün çap edilmişdir (cild 1, iş vərəqi 241-244). - ambulator məhkəmə-psixiatrik eksperizasının xx.xx.2024-cü il tarixli, 2946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara təhlükə kəsb etmir (cild 1, iş vərəqi 245-248). - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi, ünsiyyətdə olmuş İran İslam Respublikası Cənubi Azərbaycan ləhcəsi ilə danışan şəxsin, habelə aşkar edilmiş narkotik vasitəni şərti işarələnmiş yerə qoymuş şəxsin, eyni zamanda Fərid, Bəhruz və Dilarə adlı şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin əməliyyat və istintaq marağı kəsb edən məlumat əldə etmək mümkun olmamışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir (cild 1, iş vərəqi 252a). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 254-256). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş İMEİ (giriş 1) **********67540, İMEİ (giriş 2) **********67549 nömrəli, "Samsung Galaxy A32" markalı mobil telefon cihazı iş üzrə maddi hesab edilmiş və saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasına verilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş İMEİ (giriş 1) **********67540, İMEİ (giriş 2) **********67549 nömrəli, "Samsung Galaxy A32" markalı mobil telefon cihazına keçirilmiş baxış zamanı fotoşəkil, səs yazıları və digər məlumatlar köçürülmüş 1 (bir) ədəd, habelə axtarış və götürmə protokollarına əlavə edilmiş 2 (iki) ədəd disklər, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 257-268). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 271-272). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 275-276). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən yalnız üzərində narkotik vasitə marixuana olması, avtomobildən aşkar edilmiş marixuananın ona məxsus olmaması, polislər tərəfindən ona işgəncələrin verilməsi, daha sonra Anar adlı polis əməkdaşının onu aldatması nəticəsində ona deyilənlərə razı olması, narkotiklərin satışı ilə məşğul olmaması, narkotikdən yalnız istifadə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, iş materiallarından görünür ki, yol polisinin stasionar postunda tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o, tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana kütləsini çıxararaq masanın üzərinə qoymuş, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi ilə götürdüyünü, üzərindən başqa sərnişini olduğunu “Renault Megane” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sərnişini olduğu "Renault Megane” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə də müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ ön oturacağının ayaq altında olan 1 (bir) ədəd ağ rəngli kisənin içərisindən 3 (üç) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, kütlələr tərəzidə çəkilərkən kütlələrin çəkisinin 3 (üç) kq 480 (dörd yüz səksən) qram olması müəyyən edilmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa yerə qoymaq məqsədi ilə götürdüyünü, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Avtomobilin sürücüsü olan Şahid1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsla tanış olduğunu, həmin gün İsmayılın ondan taksi kimi "Ələt" adlı əraziyə aparmasını istəməsini, bunun müqabilində ondan 25 (iyirmi beş) manat pul alacağını, "Ələt" adlanan ərazidə İsmayılın avtomobildən "ayaqyolu" bəhanəsi ilə düşdüyünü, daha sonra geri qayıdan zaman özü ilə 1 (bir) kisə gətirməsini, həmin kisənin nə olduğunu soruşduqda İsmayılın həmin kisənin ona aidiyyatının olmamasını bildirərək avtomobili sürməsini deməsini bildirmişdir. Lakin, məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun həbs olunan zaman xəsarət almasını bildirməsi, hər iki biləyin ön səthində səthi kəsilmiş üzəri qərtməkli yaralar, sol budun orta üçdə birinin arxa səthində sarımtıl rəngli qançır aşkar olunduğu barədə qeyd aparıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumatla əlaqədar həmin idarədə araşdırma aparılmış, araşdırma zamanı izahatlar alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən o, CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olduğunu söyləmişdir. Məhkəmə qərarında təqsirləndirliən şəxsin döyülməsi ilə bağlı hər hansı iddia qaldırması barədə qeyd olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin avtomobildən aşkar olunmuş narkotikin ona məxsus olmaması barədə iddialarını qəbul etmir. Belə ki, narkotikin aşkar edildiyi avtomobilin sahibi Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadəsində narkotik yerləşdirilmiş kisənin məhz Təqsirləndirilən şəxs məxsus olmasını bildirmiş, həmin kisəni sonuncunun Ələt adlı ərazidən götürərək onun maşınına qoyduğunu, daha sonra məhz həmin kisənin polis əməkdaşları tərəfindən aşkar edildiyini göstərmişdir. Bundan başqa məhkəmədə dindirilmiş polis əməkdaşları olan digər şahidlər də həmin kisədə olan narkotikin məhz Təqsirləndirilən şəxs aid olduğu barədə ifadələr vermişlər. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs əlbirliklə bağlı verilmiş ittihamın əsaslı olması ilə bağlı qənaətə gəlmişdir. Təqsirləndirilən şəxsin qabaqcadan əlbir olduğu İran vətəndaşının şəxsiyyəti müəyyən olunmasa da, cinayət işinin materiallarında həmin əlbirliyi təsdiq edən aşkar sübutlar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs götürülmüş "Samsung" markalı mobil telefon ciihazına baxış keçirilən zaman həmin telefonun "Qalereya" bölümündə digər qovluqlarla yanaşı müəyyən edilmiş, onun başqa şəxslə apardığı yazışmalardan və fotoşəkillərdən aşkar müəyyən olunur ki, təqsirləndirilən şəxs mütəmadi olaraq digər şəxslə satış məqsədilə narkotiklərin ona göndərilməsi, “etibarlı müştərilərinin olması”, özünün də etibarlı şəxs olması barədə danışıqlar aparmış, narkotikləri göndərilən ünvanlardan qəbul etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsilə ittihamın əsaslı olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onun satışla bağlı apardığı yazışmaları, habelə iş üzrə toplanmış bütün sübutları nəzərə alaraq o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 79-82, 148-151, 192-197). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3347,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş İMEİ (giriş 1) **********67540, İMEİ (giriş 2) **********67549 nömrəli, "Samsung Galaxy A32" markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs istifadəsində olmuş "Samsung Galaxy A32" markalı mobil telefon cihazına keçirilmiş baxış zamanı fotoşəkil, səs yazıları və digər məlumatlar köçürülmüş 1 (bir) ədəd, habelə axtarış və götürmə protokollarına əlavə edilmiş 2 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, ümumilikdə 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 3347,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. - Təqsirləndirilən şəxs istifadəsində olmuş İMEİ (giriş 1) **********67540, İMEİ (giriş 2) **********67549 nömrəli, "Samsung Galaxy A32" markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar