Məhkəmə qərarları › İş №1(101)-737/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-737/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-737/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - mütəxəssis X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Araz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdar çəkidə psixotrop maddəmetamfetamin və psixotrop maddə metamfetaminlə narkotik vasitə heroin qarışığının bir qismini özünə götürməsi müqabilində Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi 16 ünvanında yerləşən yaşayış binasının yanındakı çirkab suların axıdıldığı borunun altında gizlədilmiş yerdən Araz adlı şəxsin tapşırığı ilə götürüb yerini dəyişdirmək üçün üzərində saxlayaraq Araz adlı şəxsin «WhatsApp» sosial şəbəkə vasitəsilə ona deyəcəyi ünvana çatdırmaq məqsədi ilə daşıyaraq Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi 16 ünvanına gətirmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqda Nərimanov rayon Polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 06 mart 2023-cü il tarixdə, saat 19:20 radələrində həmin ünvanda Nərimanov RPİ-nin NMB-in əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli qismində saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu H.Məmmədov küçəsi-7 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilib həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin altında saxladığı «Polo» yazıları ilə olan polietilen bağlamada ümumi çəkisi külli miqdar olan 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 170,5 qram, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,749 qram cəmi 175,249 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-matamfetamin və 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 212,6 qram tünd qəhvəyi-ağ rəngli kristallardan ibarət, hissəcikləri bir-birinə hopmuş vəziyyətdə olduğu üçün ayrılması və ayrı-ayrılıqda təmiz çəkisini müəyyən etmək mümkün olmayan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qarışığı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs (Azərbaycan dilində sərbəst ifadə verərək) ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə satmamış, öz istifadəsi üçün almış, ittihamda göstərildiyi kimi, o qədər külli miqdarda narkotik vasitəni almağa onun pulu olmamışdır. Araz adlı şəxslə danışmış, öz istifadəsi üçün təxminən miqdarı 5 qrama yaxın olan narkotik vasitə almışdır. Narkotik alanda pulu karta atmışdır. 5 qramın pulu 125 manat olmuşdur. Pulu Arazın kartına bankomatdan vurmuşdur. 1 il yarım olar ki, narkotik vasitədən istifadə edir. Araz adlı şəxsi tanıyır. Araz onu tapmış, ona demişdir ki, nə vaxt narkotik vasitə lazım olsa onda var. Arazı üzdən tanımır. Narkotik vasitəni turbanın dalından, yerdən götürmüşdür. Polis əməkdaşları onu orada tutmuşlar. Onu 2 nəfər tutmuşdur. Miqdarı 5 qram olmuşdur. Bölməyə gətirəndən sonra həmişə elə olur, çəki artır. Məhkəməyə, sanksiyaya gedəndə də, onda cəmi 5 qram narkotik olduğunu demişdir. Video çəkiliş olmuş, müdafiəçi də olmuşdur. Ona polislər təzyiq göstərməmiş, onu döyməmişlər. Əlavə olaraq bildirmişdir ki, polislər onu döymüşlər. Polis əməkdaşı onu üz nahiyəsindən də vurub və üzündə iz qalmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin əvvəllərindən psixotrop maddə metamfetamini ara-ara istifadə edir, İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxsi bir neçə ay olar ki, instaqram sosial şəbəkəsi vasitəsi ilə tanımış və onunla istifadəsində olan ***-***-**-** (***-***-**-**) saylı vhatsap mobil nömrəsi ilə yazışır. Araz adlı şəxs 4 dəfə vhatsap vasitəsi ilə şəkillər ataraq psixotrop maddənin ünvanını işarə edib və o həmin psixotrop maddəni götürüb Arazın onun telefonuna göndərdiyi digər yerə aparıb qoyurmuş, qarşılığında bir neçə qram öz istifadəsi üçün psixotrop maddə götürüb gedirmiş. 06 mart 2023-cü il tarixdə, günorta saatlarında Arazla aralarında olan danışıqdan sonra Araz ona Bakı şəhəri Nərimanov rayonu, A.Molla Cümə küçəsində yerləşən yaşayış binasının yanındakı çirkab suların tullantısı su borusunun arasında gizlədilmiş psixotrop maddənin yerləşdiyi yerin şəklini ona göndərdikdən sonra, o, həmin gün təxminən saat 19:15 radələrində həmin yerə gedərək 1 ədəd qara rəngli torbanı götürmüşdür. Araz ona psixotrop maddəni hara aparıb qoyacağı yerin şəklini atmış və həmin maddəni ünvana qoyandan sonra torbanın içərisindən 5 qram psixotrop maddəni özü üçün götürməli imiş. O, xx.xx.2023-cü il tarixdə, saat 19:15 radələrində həmin ünvanı taparaq ağ rəngli «Polo» sözləri yazılmış sellofan torbanı götürmüş və təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. O həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunub. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o başqa çıxış yolu olmadığından əynimdə olan tünd yaşıl rəngli qış gödəkçəsinin içərisində gizlətdiyi psixotrop maddə olmasını ehtimal etdiyi ağ rəngli torbanı könüllü olaraq təqdim etmişdir. Bundan başqa o üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən istifadəsində olan 01 ədəd “Samsunq” markalı, mobil telefonu təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilib. Bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmayıb. Daha sonra Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Şahid3 tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçisi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürülmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. O, psixotrop maddə metamfetamini götürməyə hər dəfə tək getmişdir. O, psixotrop maddə metamfetamin aldığı şəxsi görməmişdir və Araz adı ilə İran İslam Respublikası vətəndaşı olaraq tanımışdır. O, Araz adlı şəxslə əlaqəni ancaq “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yaratmışdır. O psixotrop maddə metamfetamini çəkmək üsulu ilə qəbul edir. İstifadəsində yalnız ***-***-**-** (***-***-**-**) saylı mobil nömrəsi vardır. Əməlindən çox peşmandır. Araz ona WhatsApp sosial şəbəkəsi vasitəsi ilə xəritədə psixotrop maddəni qoyduğu yeri işarələyib göndərir, həmçinin psixotrop maddə metamfetaminin yerləşdiyi yerin şəklini göndərirmiş. O psixotrop maddənin satışı ilə məşğul olmayıb, sadəcə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün götürürmüş. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin daşınması ilə bağlı məlumat daxil olmuş, tərəflərindən əməliyyat qrupu yaradılmış, bəlli yerə getmiş, şəxsi Nərimanovda parkın yaxınlığında saxlamışlar. Raportla təhqiqata təhvil vermişlər. Müdafiəçinin iştirakı təmin olunmuş, üzərinə videoçəkilişlə baxış keçirilmiş, narkotik vasitə aşkar olunmuşdur. Üzərinə baxış təhqiqatda keçirilmişdir. Saxlanıldıqdan sonra, üzərinə baxış keçirilənədək təxminən 1 saat vaxt keçərdi. Narkotikin olduğu sellofan səhv etmirsə, ağ rəng olmuşdur. Məlumat deyəsən qrupun rəhbəri Qasım müəllimə daxil olmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması və onun saxlanması məqsədi ilə idarə rəhbərliyinə məruzə edib əmr hazırlamaqla o və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində Nərimanov rayonu, X18 küçəsi 16 ünvanına yaxınlıqda Təqsirləndirilən şəxs saxlayaraq gətirib Nərimanov RPİ-nin Növbətçi hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi gətirilməsi barədə raportla idarə rəhbərliyinə məruzə etdikdən sonra onun üzərində şəxsi axtarış və götürmə aparılması idarənin baş təhqiqatçısı, polis mayoru Şahid3 həvalə edilib. Təhqiqatçı tərəfindən şübhəli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirak etmək üçün 25 saylı Vəkil Bürosundan vəkil X10 idarəyə dəvət olunub və təhqiqatçının xidməti otağında onun, Şahid2, vəkilin iştirakları ilə şübhəli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılıb. Şəxsi axtarış və götürmənin gedişini Nərimanov RPİ-nin ƏRQ-nin inspektoru, polis serjantı X14 tərəfindən «Samsung» markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkilişi aparılıb və buna etiraz daxil olmayıb. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı, şübhəli şəxs kimi Təqsirləndirilən şəxs, onun Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, sonra təhqiqatçı şəxsi axtarışda iştirak edənləri elan etmiş, şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs kimliyini soruşmuş o Təqsirləndirilən şəxs olduğunu bildirib, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs azərbaycan dilində bilib-bilmədiyini, yaza bilib-bilmədiyini soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst yazıb oxuduğunu bildirib, sonra təhqiqatçı, onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş 25 saylı Vəkil bürosundan vəkil X7 etirazının olub-olmadığını soruşub, şübhəli şəxs K.Hüseyünov vəkilə etirazı olmadığını bildirib, sonra təhqiqatçı şübhəli şəxsdən nə vaxt, harada saxlanılmasını soruşub, şübhəli şəxs Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə, saat 19:20 radələrində Nərimanov rayonu, X18 küçəsi-16 ünvanının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib. Sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif etmiş ki, paltarında, əşyalarında və ya bədənində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü təqdim etsin. Təhqiqatçmın bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sol iç tərəfindən ağ rəngli, qızılı rənglə üzərində «Polo» sözləri yazılmış sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub, sonra əynində olan şalvarının sağ qabaq cibindən qara rəngli «Samsung» markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoyub, təhqiqatçının, şübhəli şəxs Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torbanın açması təklifi ilə həmin sellofan torbanın içərisindən qara rəngli sellofana bükülmüş bükümü çıxarmış və təhqiqatçının, həmin bükümdə nə olması sorğusuna şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, bükümdəki metamfetamindir, təhqiqatçı tərəfindən qələmlə sellofan bükümün baş tərəfi deşilməklə açılmış, içərisində ağ rəngli kristallardan ibarət, spesifik qoxuya malik kütlə olması görünürmüş, təhqiqatçı bükümdə olanları iştirakçılara göstərmiş və təqdim etdiyi bükümdəkinin nə olması, onu haradan, kimdən əldə etməsini soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, bükümdəki metamfetamindir, onu İran vətəndaşı Araz adlı şəxsdən almışdır, təhqiqatçının, Arazla necə tanış olmaları soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, Arazla «İnstaqram» sosial şəbəkəsi üzündən «WhatsApp» yazışmaları vasitələri ilə tanış olmuşdur, təqdim etdiyi metamfetamini də Arazın dediyi yerdən götürmüş və üzərində saxlamışdır. Arazla «WhatsApp» sosial şəbəkəsi üzərindən istifadə etdiyi ***-***-**-** (***-***-**-**) saylı mobil nömrəsi ilə yazışaraq onun metamfetamini qoyduğu yerin fotoşəklini göndərdiyi ünvanı taparaq təqdim etdiyi metamfetamini oradan götürdüyünü bildirib, şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, Arazın dediyi yerdən götürdüyü metamfetamini daha sonra Arazın ona fotoşəklini atdığı ünvana aparmalı imiş və bu işinə görə həmin metamfetamindən öz istifadəsi üçün 5 qram götürməli imiş, bu işdən onun qazancı olmayıb və həmin metamfetamini satmaq məqsədi olmayıb. Təhqiqatçının, neçə vaxtdır narkotik vasitə, psixotrop maddədən istifadə edirsiniz sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs, 2 aydır ki, narkotik vasitə qəbul etdiyini bildirib. Sonra təhqiqatçı tərəfindən, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan psixotrop maddəyə bənzər kütlə həmin qızılı rəngdə yazıları olan «Polo» sellofan torbasına qablaşdırılmış, bağlama skoçla sarıdılıb, sonra iştirakçıların adları qeyd edlilməklə onlar tərəfindən imzalanmış vərəq bağlamaya yapışdırılıb bağlama təhqiqatçı tərəfindən götürülüb. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarları, ayaqqabıları çıxarılmaqla içəriləri yoxlanılıb və hər hansı qanunsuz predmet aşkar olunmayıb. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, sübut əhəmiyyəti olduğu üçün ***-***-**-** (***-***-**-**) saylı mobil nömrəsi ilə işlədilən mobil telefonun da götürülməsi izah edildi və sonra şəxsi axtarışın sona çatması elan edilib. Bu barədə təhqiqatçmın tərtib etdiyi protokol iştirakçılara oxunduqdan sonra protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanıb. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 06 mart 2023-cü il tarixdə onlara Kəyan adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Onlar hazırlıq işləri görmək üçün həmin yerə əvvəlcə getmiş, saat 7-8 rədələrində Kəyanı görmüşlər. Onlar 2 nəfər olmuşlar. Yaxınlaşıb özlərini təqdim eləmişlər. O da səmimi etiraf eləmişdir. Narkotik vasitə kurtkasının altında sellofan torbada olmuş, sarı sellofanın içində, qara torbaya bükülmüşdür. Sonra onu idarəyə gətirib təhqiqata təhvil vermişlər. Paketin içində qara sellofanda metamfetamin olmuşdur. İran vətəndaşı Araz adlı əxsdən aldığını bildirmişdir. Pul müqabilində almamışdır. Həmin malı lazımi ünvana verdikdən sonra əvəzində 5 qram mal götürməli imiş. Müdafiəçinin iştirakı təmin olunmuşdur. Ona qarşı hər hansı təzyiq olmamışdır. Məhkəmə istintaqı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Rəfail oğlu ifadəsində bildirmişdir ki, 06 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilmiş, xidməti otaqda üzərinə baxış keçirilmişdir. Məlumat bölmə rəisinə daxil olmuşdur. Şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra ona izah etmişlər ki, üzərində nə qeyri-qanuni əşya varsa təqdim etsin. Baxış keçirilməzdən əvvəl müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, üzərindən yaşıl gödəkçənin altında qara rəngli sellofanda narkotik vasitə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitəni özü könüllü təqdim etmişdir. Maddi sübut qablaşdırılaraq məhkəmə ekspertizasına təqdim olunmuşdur. Sənədləşmədə tarix və saat qeyd olunub. Saxlanılan şəxsə qarşı hər hansı təzyiq olmamışdır. İbtidai araşdırma zamanı Şahid3 Rəfail oğlu bildirmişdir ki, 1997-ci ildən DİO-da, 2022-ci ildən isə hazırda tutduğu, Nərimanov RPİ-nin 17-ci PŞ-də baş təhqiqatçı vəzifəsində işləyir, 2023-cü ilin yanvar ayında Nərimanov RPİ-nin Təhqiqat şöbəsinə müvəqqəti ezam edilmiş və 06 mart 2023cü il tarixdə, saat 19:30 radələrində idarənin NMQ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin, psixotrop maddələri qanunsuz dövriyyəsində şübhəli kimi idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ona həvalə edildiyindən onun tərəfindən onun tutulması barədə qərar tərtib edilmiş və müdafiəçinin yardımından istifadə etmək hüququ izah edilməklə qərarla ərazi üzrə 25 saylı Vəkil bürosundan vəkil X10 dəvət olunmaqla vəkilin və NMQnin əməliyyat müvəkkilləri Şahid1 Bəhram oğlu, Şahid2 iştirakları ilə saat 20:30 dəqiqədə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıb, şəxsi axtarış və götürmənin gedişatı idarənin ƏRQ-nin operatoru, polis serjantı X14 tərəfindən «Samsung» markalı mobil telefon cihazının videokamerası vasitəsilə videoçəkilişi aparılıb və bu barədə şübhəli Təqsirləndirilən şəxs elan edilib, o videoçəkiliş aparılmasına etirazı olmadığını bildirib. Şəxsi axtarış aparılması barədə qərar şübhəli Təqsirləndirilən şəxs elan edildikdən sonra ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və sonra ona təklif olunub ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etsin. Bu təklifdən sonra şübhəli Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli zəncirbəndlə bağlanan qış gödəkçəsinin altında saxladığı, üzərində qızılı rənglə «Polo» sözləri yazılmış ağ rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş, həmin ağ rəngli torbanın içərisində qara rəngli selofana bükülmüş və şəffaf yapışqanlı lentlə sarınmış bağlama var imiş, həmin qara rəngli şəffaf yapışqanlı lentlə sarınmış bağlamanın içində nə olmasını soruşmuş, şübhəli Təqsirləndirilən şəxs bildirib ki, bükümdə psixotrop maddə vardır, büküm bütöv şəkildə olduğundan o bükümün baş tərəfindən qələmlə açmış və orada ağ rəngli kristallardan ibarət, spesifik iyə malik, psixotrop maddə metamfetaminə bənzər kütlə olmuşdur, o həmin bağlamada olan kütləni şəxsi axtarışın iştirakçılarına göstərmiş və həmin kütlənin nə olması, onu haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirib ki, bükümdəki psixotrop maddə-metamfetamindir, onu İnstaqram sosial şəbəkəsi üzündən «WhatsApp» yazışmaları vasitəsilə tanış olduğu Araz adlı şəxsdən almışdır. Bundan başqa şübhəli Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngdi «Samsung» markalı mobil telefon cihazını da çıxarıb təqdim edib, həmin telefon və iərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bağlama onun tərəfindən qablaşdırılaraq iştirakçıların imzaları ilə götürülüb və bu barədə tərtib etdiyi protokol iştirakçılara oxundüqdan sonra iştirakçılpar tərəfindən imzalanıb. Sonra onun tərəfindən şübhəli Təqsirləndirilən şəxs faktla əlaqədar izahatı alınıb və o izahatında həmin bükümdə olanın psixotrop maddə metamfetamin olmasını etiraf edərək onu İran vətəndaşı kimi adını bildiyi Araz adlı şəxsdən almasını etiraf etmişdir, sonra həmin götürülmüş büküm onun tərəfindən müvafiq ekspertiza qərarı təyin edilməklə ekspertizaya göndərilib və rəy alındıqdan sonra toplanmış materiallar Nərimanov RPİ-nin İŞ-nə göndərilib. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı götürülmüş qara rəngli sellofana bükülmüş və şəffaf yapışqanlı lentlə sarınmış bağlamanı bütöv hesab edib onu tam şəkildə açmamışdır, yapışqanlı lenti açmaqla bağlamada olan psixotrop maddənin dağılacağından ehtiyatlanıb onu tam açmamış və bükümün ekspertiza tədqiqatı zamanı açılacağı, dəqiqliklə rəy veriləcəyini nəzərə alaraq həmin bükümü açmamışdır, içində digər bükümlər olmasını düşünməmişdir. Həmin faktla əlaqədar ekspert rəyində göstərilən bükümlər və içindəkilər doğrudur, bunu həmin bükümü ekspertizaya verərkən ekspertlə birlikdə tərtib edilmiş «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursor larinin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi,. tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunələrin geri qaytarılmasına dair» aktdan da aydın görmək olar. Şübhəli Təqsirləndirilən şəxs bildirib ki, həmin psixotrop maddəni ona Araz adı ilə tanıdığı İran vətənldaşı vermişdir və həmin psixotrop maddəni Arazın sonradan göndərəcəyi məkana qoymalıdır, bununla əlaqədar və götürülmüş psixotrop maddənin mənbəyi ilə əlaqədar əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs mobil telefonunu əməliyyatçılar götürmüşlər, ola bilsin ki, əməliyyat tədbiri zamanı onlar Sumqayıt şəhəri üzrə aniten dairəsi ərazisində olublar. O, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon cihazım götürmüşdür, götürülmüş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə həmin telefon aparatını əməliyyat işçilərinə vermiş ki, yoxlasınlar, əməliyyatçılar da telefondakı məlumatları yoxlayıb məkan, fotoşəkil və ya zənglər barədə məlumatların telefondan silindiyini bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli zamokla bağlanan qış gödəkçəsinin altında saxladığı, 1 ədəd ağ rəngli qızılı rəngdə “Polo” sözləri yazılan ağ rəngli sellofanın içərisində, 1 ədəd qara rəngli sellofana bükülmüş şəffaf rəngli yapışqan lentlə bağlanmış 1 ədəd bağlamanı çıxardıb təqdim etmişdir. Həmin qara rəngli sellofana bükülmüş bağlama açıldıqda, içərisində spesifik qoxuya malik, ağ rəngli kristal hissəciklərdən ibarət maddələrin olduğu aşkar edilmişdir. Bundan başqa, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Samsunq” markalı mobil telefon cihazını çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlamada olan maddənin metamfetamin olduğunu bildirmişdir. O, həmin bağlamanı polislər tərəfindən saxlanıldığı yerin yaxınlığında ınstagram sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxsin dediyi yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Həmin bağlamanı İran İslam Respublikasının vətəndaşı olan Araz adlı şəxslə whatsapp sosial şəbəkəsi üzərindən istifadə etdiyi ***-***-**-** (***-***-**-**) saylı mobil nömrə ilə yazışaraq İran İslam Respublikasının vətəndaşının ona qoyduğu yerin fotoşəklini atmaqla tapdığını, daha sonra İran İslam Respublikasının vətəndaşının ona atdığı başqa fotoşəkildə olan yerə həmin bağlamanı qoyacağını, bunun müqabilində həmin bağlamanın içərisindən şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə götürəcəyini bildirmişdir. Həmin narkotik vasitəni satış məqsədi ilə götürmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli zamokla bağlanan qış gödəkçəsinin altında saxladığı, 1 ədəd ağ rəngli qızılı rəngdə “Polo” sözləri yazılan ağ rəngli sellofanın içərisində olan 1 ədəd qara rəngli sellofana bükülmüş şəffaf rəngli yapışqan lentlə bağlanmış 1 ədəd bağlama ağ rəngli qızılı rəngdə “Polo” sözləri yazılan ağ rəngli sellofanın içərisinə qoyulmaqla iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək şəffar rəngli yapışqan lentlə qablaşdırılmış və DİN-nin “44” nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 ədəd qara rəngli “Samsunq” markalı, üzərində ***-***-**-** (***- ***-**-**) saylı mobil telefon cihazı, cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “CD diskdə olan görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin nömrə vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış əməliyyatların Baksell MMCdən götürülmüş izahlı qaiməsinə baxış protokolundan görünür ki, diskdəki «SMS_Tarixçesi_**********2915_553628» səhifəsindəki qeydlər xx.xx.2023-cü il, saat 14:07:29-da ***-***-**-** mobil nömrəsinin ***-***-**-** mobil nömrəsi ilə «WhatsApp» yazışması ilə başlanır. Qaimədə xx.xx.2023-cü ildə ***-***-**-** mobil nömrəsinin ***-***-**-** mobil nömrəsi ilə 12 dəfə, xx.xx.2023-cü ildə 2 dəfə, xx.xx.2023-cü ildə 2 dəfə «WhatsApp» yazışması var. Diskdə olan «SMS_Tarixçesi_**********2918_553628» səhifəsində 6 dəfə ***-***-**-** mobil nömrəsinə gələn SMS-lər qeyd edilmişdir, həmin SMS-dən ikisi xx.xx.2023-cü ildə «WhatsApp»-dan daxil olan məlumatlardır, dördü xx.xx.2023-cü ildə ***-***-**-**-dən 2 dəfə, ***-***-**-** mobil nömrəsi vasitəsilə «911» taksi xidmətindən taksi çağırılması ilə əlaqədardır. Diskdə olan «Zenglerin_Detallaşdırılmaşı_**********5327» səhifəsində qeydlərin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ***-***-**-** mobil nömrəsinin anten dairələrinin siyahısı 699 səhifədə göstərilir. Qaimə ilk olaraq ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-də, saat 22:20:04-də Bakı şəhəri Biləcəri qəsəbəsi, Habil Süleymanov-99/ATS-30» ünvanında olması ilə başlanır. Sonrakı vaxtlarda Biləcəri, Sumqayıt, Xırdalan və sair ərazilərin anten dairəsində olması qeyd edilmişdir. Qaimədə ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il, saat 23:34:49-dan, həmin gün, saat 14:25:15-ə qədər Biləcəri və Xırdalan şəhəri ərazilərində, həmin gün, saat 14:25:53-də Sumqayıt BAKSELL OMC, saat 14:35:33-də və 14:43:41-də Bakı şəhəri Sumnayıt şossesi, Avtovağzal ərazisində, saat 18:40:28-dək Sumqayıt, Xırdalan, Biləcəri qəsəbəsi ərazilərində olması müəyyən edilir, hmin gün, saat 18:49:05-də Nərimanov rayonu, X18 küçəsi-38, Həsən Əliyev küçəsi, ev-82 və sair ünvanlarda olması qeyd edilir. 19:06:46-dan 19:13:50-dək Nərimanov rayonu, A.M.Cümə küçəsində olan «ABU MEDİSAL CENTER-də, 21:40:28-də Sumqayıt, Axərbaycan prospekti-15-də, xx.xx.2023-cü il, saat 23:47:59-dan 23:50:30-dək Nərimanov rayonu H.Məmmədov küçəsi-7 ünvanında-Nərimanov RPİ-nin inzibati binasında, xx.xx.2023-cü il tarixdə, saat 00:40:28-də və 03:40:28-də Sumqayıt AATŞ ərazisindəki anten dairəsində olması göstərilmişdir. Diskə köçürülmüş telefon məlumatlarına baxış keçirilməklə məlumatlar printer vasitəsilə çıxarılıb bu barədə tərtib edilmiş protokola əlavə edilib. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair Nərimanov RPİ-nin NMB-nin rəisi Qasım Hüseynov tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin rəis vəzifəsini müvəqqəti icra edən Arzu Heydərov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2023-cü il tarixli, 6/1385 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N 44» dairəvi möhür əksi, «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» sözlər, imzalar olan üzərində «Polo» yazılmış polietilen bağlamadakı 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 170,5 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,749 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 212,6 qram tünd qəhvəyi-ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qarışığıdır. Metamfetamin və heroin hissəcikləri birbirinə hopmuş vəziyyətdə olduğu üçün, onların ayrılması və ayrı-ayrılıqda təmiz çəkisini müəyyən edilməsi mümkün deyildir. 2 ədəd qara rəngli polietilen bağlamada ümumi təmiz çəkisi 1857,3 qram qəhvəyi rəngli tozşəkilli maddələrin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 4,649 qram və 170,3 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 212,4 qram olan psixotrop maddə metamfetaminlə narkotik vasitə heroin qarışığı maddi sübut kimi saxlanmasından ötrü Nərimanov RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3041 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “tərcüməçi təyin edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs lartın qrafikasında sərbəst yazıb-oxuya bilmədiyi üçün tərcüməçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, öz etirafedici ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin gedişatının videogörüntüləri və həmin görüntülərə baxış protokolu, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və MSY-dən onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müvəqqəti saxlama yerinə daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı qeyd olunmuşdur. İstintaq Təcridxanasına təqdim olunmuş məlumatlara isə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı sağ gözaltı nahiyədə bənövşəyi rəngli, kürək nahiyəsində 1 ədəd sarımtıl rəngli qançır izlərinin müəyyən edildiyi qeyd olunmuşdur. Bundan başqa, Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman (ibtidai araşdırma zamanı) polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ gözaltı nahiyənin, kürəyin qançırları küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd diskdə qeyd olunmuş video görüntülərə məhkəmə istintaqı zamanı baxış keçirilərkən təqsirləndirilən şəxsin gözaltı nahiyəsində - üzündə hər hansı bir xəsarətin olduğu müşahidə edilməmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxsin ibtiadi araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində qeyd etdiyi digər halları da nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respubİikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə xx.xx.2016cı il tarixli Amnistiya qərarının 1.2 bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 19 yanvar 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respubİikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əlavə cəzası xx.xx.2019-cu il tarixdə bitdiyindən icra və probasiya şəbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi zaman (əvvəlki cinayətə münasibətdə) məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 4,649 qram və 170,3 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 212,4 qram olan psixotrop metamfetamin və narkotik vasitə heroin qarışığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və mobil operatordan təqdim edilmiş (daxil olan və çıxan zəngləri, anten məlumatları özündə əks etdirən) 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 4,649 qram və 170,3 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 212,4 qram olan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qarışığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (daxil olan və çıxan zəngləri, anten məlumatları özündə əks etdirən) 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 manat ekspertiza xərci X3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar