Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-737/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərçərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik X14 rayon Sukanal İdarəsinin baş mühəndisi vəzifəsində işləmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 311.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, o, "xxxx" ASC-nin Sukanal İdarəsinin, hazırki adı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxs üzrə xx.xx.2022-ci il tarixli 110/k nömrəli əmrlə Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təsdiq edilmiş Sukanal idarəsinin baş mühəndisinin vəzifə təlimatına əsasən müəssisənin texniki xidmətinə rəhbərlik etmək, istehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılması, avadanlıqların və qurğuların təhlükəsiz istismarına, yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil etmək, istehlakçıların suya və kanalizasiya xətlərinə olan ehtiyaclarının ödənilməsi üçün su təchizatının və kanalizasiya xətlərinin təşkili və tənzimlənməsinə nəzarət etmək, istehlakçıların su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması üçün texniki şərtlərə uyğun birləşmə işlərinin aparılmasına rəhbərlik etmək, idarənin balansında olan su anbarlarının, xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların istismarı, vaxtlıvaxtında cari və əsaslı təmirinə rəhbərlik etmək, qüvvədə olan qanunvericiliyin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə riayət etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi edəcəyi qanunsuz hərəkətə görə, yəni Şahid1 ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmasına köməklik göstərilməsi üçün 2024-cü ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 38A ünvanında yerləşən Suraxanı rayon Sukanal İdarəsinin inzibati binasında özünə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 3-cü maddəsinə və Şahid1 inşa etdiyi bina üçün verilmiş xx.xx.2023-cü il tarixli Texniki Şərtin 1ci maddəsinin tələbinə əsasən sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işləri razılaşdırılmaqla yerinə yetirilməsi şərtilə qoşulma haqqı ödənilməklə həyata keçirilməli olduğu halda həmin tələblərə əməl etməyərək Şahid1 tərəfindən inşa edilmiş yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulmasına görə sonuncudan edəcəyi həmin qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 11 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 38A ünvanında yerləşən Suraxanı rayon Sukanal İdarəsinin inzibati binasındakı xidməti otağında Şahid1 rüşvət qismində almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən 2016-cı ilədək Suraxanı rayon Sukanal İdarəsində müxtəlif vəzifələrdə, 2016-cı ildən 2024-cü ilin avqust ayının 27-nə kimi isə Suraxanı Sukanal İdarəsinin baş mühəndisi vəzifəsində çalışmış, həmin tarixdə isə öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi dövrdə dəfələrlə rəhbərlik tərəfindən təltif edilmiş, buna dair qramotaları məhkəməyə təqdim edir. Ona verilmiş ittihamla bağlı göstərir ki, baş mühəndis ilədiyi idarə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 38A ünvanında yerləşir. Şahid1 2024-cü ilin yaz aylarından tanıyır. Belə ki, Şahid1 Suraxanı rayonu, İlqar Musayev küçəsində apartman evlər tikmiş, 2024-cü ilin may ayında Sərxan ona müraciət edərək tikdiyi yaşayış binasına su və kanalizasiya xətti çəkilməsindən ötrü "xxxx" ASC-dən texniki şərt aldığını bildirmişdir. O da ona izah etmişdir ki, texniki şərtin icra olunması, yəni tikdiyi yaşayış binasına su və kanalizasiya xəttinin çəkilməsi müqabilində o, 3000 manat pul ödəməlidir. Həmin vəsait texniki işlərin görülməsinə və rəsmi ödənişlərə xərclənməli idi. Bu söhbətin olduğu gün Şahid1 onun yanına gələrək 1500 manat pul gətirdiyini, qalanını isə bir müddət sonra ödəyəcəyini demişdir. O da ona bildirmişdir ki, pul bütöv şəkildə verilməlidir. Belə də olmuşdur. 11 iyun 2024-cü il tarixdə xidməti otağında olarkən Şahid1 yenidən yanına gəlmiş və özü ilə gətirdiyi 3000 manat pulu sayaraq təqdim etmiş və su xəttinin nə vaxt çəkiləcəyini, mümkünsə həmin gün çəkilməsini bildirmiş, o da ona su xəttinin həmin gün çəkilməsinə çalışacağını bildirmişdir. Hətta Şahid1 ondan çay istəmiş, o da işçisindən çay gətirməyi xahiş etmişdir. Sərxan ona pulu saymağı təklif etmiş, lakin o, açıq şəkildə olan pulu saymadan dolabın üzərinə qoymuş, hətta Sərxanın hədiyyə kimi gətirdiyi spirtli içkini də Sərxandan qəbul etmişdir. Sərxan ondan verdiyi pulun müqabilində Hövsan qəsəbəsində olan obyektinə də su xəttinin qoşulmasını istəmiş, lakin o buna razı olmadğı üçün Sərxan onun iş yerinə gələrək bütün işləri özlərinin görəcəyini bildirib ona verdiyi pulu geri istəmişdir. O da həmin məbləği Sərxana qaytarmışdır. 2 aydan sonra onu Baş Prokurorluğun Korrupsiya İdarəsinə çağırıb ifadəsini alaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Qeyd etmək istəyir ki, işlədyi idarənin müdiri Şahid2 olmuş, onunla münasibətləri yaxşı olmuş, ona heç vaxt hər hansı məbləğdə pul verməmiş, həmçinin Şahid1 aldığı puldan heç bir məbləğ verməmişdir. Lakin ibtidai araşdırma zamanı ona dəstək olmayan rəhbərlikdən incidiyi üçün həqiqətə uyğun olmayan ifadə vermişdir ki, guya Şahid1 aldığı 3.000 manat puldan 2.000 manatını Şahid2 vermişdir. Belə bir hal olmamışdır. Ona görə məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Barəsində verilmiş ittihamla bağlı əlavə ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 3.000 manat pulu aldıqdan 78 gün sonra ona Korrupsiya idarəsindən zəng gəlmiş, zəng edən əməkdaş onu idarəyə dəvət etmiş, o da dərhal iş yerindən həmin idarəyə yollanmış, yollarda tıxac olduğu üçün həmin əməkdaş ona təkrarən zəng edərək harada olduğunu soruşmuş, o isə ona yolda olduğunu, idarəyə gəldiyini demişdir. İdarədə onu Kamal adlı əməkdaş yanında 2 nəfər başqa şəxslə xidməti otaqların birində qəbul etmiş, ondan Şahid1 tanıyıb-tanımadığını soruşmuş, o, həmin şəxsi tanıdığını təsdiq etmiş, bundan sonra Kamal müəllim ondan Şahid1 su xəttinin birləşməsinə görə 3.000 manat pul aldığını soruşmuşdur. O, buna etiraz etdikdə Kamal müəllim buna dair videogörüntünü ona təqdim etmiş, o isə Kamal müəllimə bildirmişdir ki, həmin pulu alıb Şahid1 özünə geri qaytarmışdır. Kamal müəllim isə bildirmişdir ki, pulun alınmasına dair görüntü var, lakin qaytarılmasına dair yoxdur. O, həmin pulun onun boynunda qaldığını görüb məcbur qalıb demişdir ki, aldığı həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Kamal müəllim ondan hətta rəisi olduğu şəxsin harada olduğunu soruşmuşdur. Həmin gün ona vəkil dəvət olunmuş, vəkil onunla heç bir ünsiyyət qurmamış, onu həmin idarədən Binəqədi RPİ-nə aparmışlar, sonra yenidən Korrupsiya idarəsinə gətirərək orada təklif etmilər ki, ifadəsində yazsın ki, Şahid1 3.000 manat pul almış, həmin pulun 2000 manatını rəisinə vermiş, 1.000 manatı isə özünə qalmışdır. O, belə ifadə verməkdən imtina etmişdir. Su xəttinin birləşdirilməsinə dair bildirir ki, Şahid1 bir nəfər şəxslə yanına gələcək, onun inşa etdiyi binaya müvəqqəti su birləşməsini versin. Binalara su və kanalizasiya xətlərinin birləşdirilməsi aşağıdakı qaydalara uyğun olaraq aparılmalıdır. Vətəndaş Asan Xidmətə və Azərsu ASC-yə müraciət etməli, Azərsu ASC-nin əməkdaşının iştirakı ilə binanın yerləşdiyi əraziyə baxış keçirilməlidir ki, hansı xəttə qoşmaq mümkündür. Bundan sonra bu xətlərin birləşməsi üçün Azrsu ASC-də texniki tapşırıq hazırlanır. Xəttin çəkilməsinə dair layihəni isə müraciət edən şəxs Layihə institutundan almalı və rayon Su-kanal idarəsinə təqdim etməlidir. Şahid1 su və kanalizayia xətlərinin binaya qoşulmasına dair texniki şərti almış, eskizini isə o vermişdir. Belə ki, texniki şərt alındıqdan sonra layihə alınmalı, həmin layihədə qeyd olunan xətlərin binaya qoşulma yerləri göstərilməlidir. Şahid1 isə xətlərin qoşulmasına dair texniki şərtləri aldıqdan sonra müstəqil şəkildə həmin xətləri binasına qoşmuşdur. O da bunu bildikdən sonra həmin xətti ləğv etmişdir. Məhz bundan sonra Şahid1 onun yanına gələrək su xəttinin birləşməsini xahiş etdi. O isə etiraz edərək onun sənədləşmə işlərinin hazır olmadığını, hazır olandan sonra birləşməni verə biləcəyini demişdir. Baş idarənin sədri Köçəri müəllim onu yanına çağırmış və Şahid1 inşa etdiyi binaya müvəqqəti birləşmə verilməsini tapşırmışdır. Bu tapşırığı Köçəri müəllim Şahid2 deyil, birbaşa ona vermişdir. Bu zaman Şahid1 iştirak etməmişdir. Layihə işini və birləşməni o təmin etməli idi, bu iş üçün Şahid1 bildirmişdir ki, 4.000 manat deyil, 3.000 manat verə biləcəkdir. Sərxan özü gedib sənədləşmə işlərini görməli idi. O isə rəhbərlik tərəfindən bu tapşırığı almışdır ki, o işləri özü görməlidir. Bu səbəbdən o, Şahid1 pulu qəbul etmiş, yəni işin görülməsi barədə tapşırığı yerinə yetirmişdir. Şahid1 müraciəti barədə öz müdiri olan Şahid2 məruzə etməmişdir. Belə ki, bu işlərin görülməsi onun səlahiyyətinə aiddir. Lakin Şahid1 məsələsi ilə bağlı baş idarənin rəisi Köçəri müəllimə məlumat verməmişdir. Su xətti Şahid1 inşa etdiyi binaya qoşulduqdan sonra xx.xx.2024-cü il tarixdə Şahid1 onun iş otağına gələrək 3.000 manat pulu ona verib pulu saymağını demiş, o isə ona cavab verərək sonra sayacağını demiş və Sərxan çay istədikdə çay gətizdirib ona vermişdir. Həmin vaxt Şahid1 bu pulun müqabilində başqa ünvanda yerləşən inşaat obyektinə də su xəttinin birləşməsini xahiş etmişdir. O isə ona bildirmişdir ki, o məsələnin bu məsələyə aidiyyatı yoxdur. Şahid1 çıxıb getmiş, lakin bir müddət sonra qayıdıb onun ikinci obyektə su xəttinin birləşdirilməməsindən narazı qalaraq pulunu geri istəmişdir. O da məcbur qalıb Şahid1 aldığı 3.000 manatı ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun müdiri işlədiyi Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi olmuşdur. 27 avqust 2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs ona heç vaxt pul verməmiş, onun Şahid1 3.000 manat rüşvət almasından məlumatı olmamış, Şahid1 tanımır, onu heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqələri yoxdur. O, inşaat işləri ilə məşğuldur. Tikintisini bitirdiyi Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsində yerləşən 4 mərtəbəli binanın su və kanalizasiya xətlərinə birləşməsi üçün "xxxx" ASC-dən texniki şərtləri əldə etmiş, həmin işləri Təqsirləndirilən şəxs baş mühasibi olduğu Suraxanı rayon Su-kanal idarəsi icra etməli idi. Təqsirləndirilən şəxs müraciət etdikdə sonuncu binanın həyətində su hovuzu tikilməsini bildirmiş, o isə ona izah etmişdir ki, Qaraçuxurdan gələn su xəttinin təzyiqi normal olduğu üçün su hovuzuna ehtiyac yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, tanıdığı podratçı təşkilata 13.000 manat ödəməklə kanalizasiya xəttini çəksin. Deyilən məbləğ yüksək olduğu üçün o, digər bir podratçı təşkilatın vasitəsilə 8.500 manat ödəməklə həmin xətti çəkdirmişdir. Bu isə Təqsirləndirilən şəxs acığına gəlmiş və onun göstərişi ilə işçiləri su və kanalizasiya xətlərini binadan ayırmışlar. Bundan sonra Suraxanı rayon Su-kanal idarəsinin inzibati binasına gələrək Təqsirləndirilən şəxsla görüşmüş, ondan xətlərin binaya qoşulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ondan bui şin görülməsi üçün 4.000 manat pul istəmişdir. O isə bu məbləğin çox olduğunu bildirərək 3.000 manat verə biləcəyini demişdir. Bundan sonra böyü qardaşı Orxan Mürsəlovla məsləhətləşərək bu məbləğin verilməsin qanunsuz olduğunu düşünərək və əvvəllər Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı olmaqla Siyəzən rayon prokurorluğunda işləmiş olduğu Baş Prokurorluğun Yanında Korrupsiya idarəsinə müraciət etmək qərarına gəlmişdir. Həmin idarəyə getmiş və şikayət ərizəsini təqdim etmişdir. Orada onun izahatı alınmış, əməliyyat tədbirinin keçirilməsinə razılıq verdikdən sonra protokolla ona 200 və 100 manatlıq əskinaslardan ibarət olmaqla 3.000 manat pul Təqsirləndirilən şəxs təqdim etmək üçün verilmiş, həmçinin üzərinə audio-video yazısı apparat quraşdırmış və o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Suraxanı rayonu Su-kanal idarəsinin inzibati binasına gedərək orada Təqsirləndirilən şəxs xidməti otağında sonuncu ilə görüşmüş və ona həmin 3.000 manat pulu əlbəəl təqdim etmiş, həmin proses audio-video apparatı vasitəsilə çəkilişi aparılmışdır. Elə həmin gün qeyd edilən aparatı yazısı ilə birlikdə Korrupsiya idarəsinin əməkdaşlarına təqdim etmişdir. Korrupsiya idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs rüşvət aldıqdan dərhal sonra saxlanılmamasının səbəbini bilmir. İnşa etdiyi binanın su və kanalizasiya xətləri isə elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə binaya qoşulmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı 3000 min manatı qaytarmamışdır.Belə hal olmamışdır. Şahid1 məhkəməyə 29 oktyabr 2024-cü il tarixli 6216 nömrəli müqavilə əsasında işlənmiş lahiyə məhsulunun “təhvil-təslim aktı”-nı və ona əlavə edilmiş rüsumun ödəniş qəbzini təqdim edərək göstərmişdir ki, bu aktla ödəniləcək məbləğ müqavilə üzrə nəzərdə tutulmuş işləri əhatə etmiş və 633,05 manat, üstəlik 18% ƏDV-113,95 cəmi 747,00 təşkil etmiş, qeyd olunan ödəniş “PashaPay” vasitəsilə 31 oktyabr 2024-cü il tarixdə ödənilmişdir, bu isə Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi gündən sonraki tarixə aiddir. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 qəbul etdiyi 3.000 manat pulu ümumilikdə su xəttinin çəkilməsi ilə bağlı malmaterialın əldə edilməsi, işi icra edən işçilərin əmək haqqının ödənilməsinə və digər xərclərə sərf etmişdir. Şahid1 ifadəsində göstərdiyi onun inşa etdiyi binaya qoşulmuş xətlərin kəsilməsini təsdiq edir. İşçilərinə bu göstərişi o vermişdir. Şahid1 şifahi xəbərdarlıq edilsə də xətlərin kəsilməsinə dair rəsmi akt tərtib edilməmişdir. Bu səhvini etiraf edir. Amma bildirir ki, Şahid1 qeyri-qanuni binaya su xətləri çəkmiş, o da həmin xəttin ayrılması barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(001)-890/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və qərarın icrası Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Dövlət Su X11 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik X14 rayon Sukanal İdarəsinin Baş Mühəndisi Təqsirləndirilən şəxs vətəndaş Şahid1 Qaraçuxur qəsəbəsində yerləşən yaşayış binasına istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtinin olmasına baxmayaraq 3000 manat tələb etməsi ilə bağlı vətəndaş Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə 10 (on) ədəd 200 manatlıq, 10 (on) ədəd 100 manatlıq pul əskinazları, cəmi 3.000 (üç) min manat məbləğində pul vəsaiti təqdim edilərək aşağıdakı kimi protokollaşdırılmışdır: Şahid1 təqdim edilmiş 200 manatlıq pul vəsaitinin seriya və nömrələri aşağıdakı kimidir: - A30574510, A13120914, A31118032, A09049013, A33989821, A01570922, A25715528, A23472411, A08167776, A27348462 Şahid1 təqdim edilmiş 100 manatlıq pul vəsaitinin seriya və nömrələri aşağıdakı kimidir: - C52727940, C40428118, C19238522, A09469158, D16173490, C75659530, C40597488, D02950895, C79081088, C3838406 Məhkəmədə elan edilib araşdırılmış xüsusi texniki vasitənin verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Dövlət Su X11 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik X14 rayon Sukanal İdarəsinin Baş Mühəndisi Təqsirləndirilən şəxs vətəndaş Şahid1 Qaraçuxur qəsəbəsində yerləşən yaşayış binasına istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtinin olmasına baxmayaraq tələb etdiyi 3000 manat pul vəsaitinin verilməsi ilə bağlı Şahid1 əməliyyat çəkilişinin aparılması üçün gizli kamera ilə təchiz olunmuş köynək verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixdə qeydə alınmış əməliyyat çəkilişi videogörüntülərinə xx.xx.2024-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, Şahid1 "xxxx" ASC-nin Suraxanı Sukanal İdarəsinin yerləşdiyi inzibati binaya yaxınlaşaraq Təqsirləndirilən şəxs qəbuluna gəldiyini növbətçiyə deyərək içəri daxil olaraq ikinci mərtəbəyə qalxır və Təqsirləndirilən şəxs otağına daxil olur. Təqsirləndirilən şəxs həmin vaxt işlə bağlı telefonla danışır. Telefonla danışıb qurtardıqdan sonra Şahid1la Təqsirləndirilən şəxs arasında aşağıdakı şəkildə dialoq müəyyən olundu: - Şahid1: necəsiniz Mehman müəllim? - Təqsirləndirilən şəxs: sağolun siz necəsiniz? - Şahid1: bir dənə çayınızdan olar içmək? - Təqsirləndirilən şəxs: olar niyə olmur - Şahid1: nə olar qızlara deyərdiz boğazım quruyub - Təqsirləndirilən şəxs: Əsmər, gəl görüm bala iki stəkan çay ver bala Bu vaxtı Təqsirləndirilən şəxs telefonuna zəng gəlir və telefonla danışıb qurtardıqdan sonra dialoq aşağıdakı şəkildə davam edir - Şahid1: işlər necədi Mehman müəllim? - Təqsirləndirilən şəxs: Şükür allaha siz nətərsiz? - Şahid1: üstünüzə sağlıq, ciyərlərim elə ağrıyır - Təqsirləndirilən şəxs: niyə? - Sərxan Mürəslov: bilmirəm nədi, sıxılıram ölürəm, 5, 6, 7, 8, 9, 10, elə gündəyəm, elə gündəyəm, Türkiyəyə gedəcəm ona görə (Şahid1 həmin vaxtı pulu sayır) - Təqsirləndirilən şəxs: Allah köməyiniz olsun - Şahid1: işlər necədi? - Təqsirləndirilən şəxs: Allah razı olsun sağol qardaş - Şahid1: bizim suyumuzu nə vaxt birləşdirirsiz? Bu günə birləşdirə bilirsiz? - Təqsirləndirilən şəxs: çalışaram - Şahid1: Bizim bir məsələmiz var Nəsib həll edir, - Təqsirləndirilən şəxs: kim həll edir? - Şahid1: Nəsib, Nəsib - Təqsirləndirilən şəxs: nə məsələdi? - Şahid1: sayğac qoyulmalıdı ona görə, rəis üçün içki almışam, ona vermək lazımdı, ya siz verin ya mən verim, - Şahid1: verərəm, problem yoxdu - Təqsirləndirilən şəxs: Nə sayğac məsələsi - Şahid1: Bizə hövsanda əlavə sayğac qoyulacaq, 6 dənə - Təqsirləndirilən şəxs: bəli - Şahid1: texniki şərt var, bir dənə əlavə prostu qoyulacaq - Təqsirləndirilən şəxs: Hə o Nordun ərazisində olan ev - Şahid1: Hövsan Hövsan, Sahil NDS-ində olan Daha sonra onlar arasında ümumi söhbət olur, söhbətin sonuna yaxın Şahid1 içkini idarənin rəisinin yanına özü aparmaq istədiyini bildirərkən, Təqsirləndirilən şəxs idarə rəisinə zəng edib danışdıqdan sonra Şahid1 yanında adamlar olduğunu, özünün daha sonra verəcəyini deyir, Şahid1 pulu Təqsirləndirilən şəxs uzadaraq özünün də saymasını bildirir, Təqsirləndirilən şəxs isə pulu götürərək stolunun çəkəcəyinə doğru aparıb qoyur və Şahid1 pulu saymağa ehtiyac olmadığını, pulda əksliklik olacağı təqdirdə belə bu barədə zəng edib deməyəcəyini, artıq olacağı təqdirdə isə zəng edib Şahid1 artıq olduğunu deyəcəyini, su xəttinin bu gün birləşdirilməsi üçün tapşırıq verdiyini, narahat olmaması bildirir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli texniki vasitənin təhvil alınması haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Dövlət Su X9 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik X14 rayon Sukanal İdarəsinin Baş Mühəndisi Təqsirləndirilən şəxs vətəndaş Şahid1 Qaraçuxur qəsəbəsində yerləşən yaşayış binasına istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtinin olmasına baxmayaraq tələb etdiyi 3000 manat pul vəsaitinin verilməsi ilə bağlı əməliyyat çəkilişi üçün şikayətçi-Şahid1 verilmiş gizli texnika ilə təchiz olunmuş köynəyi sonuncudan təhvil alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 ifadəsinə əlavə etdiyi CD diskə xx.xx.2024-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, CD diskin içərisində 1 ədəd –“ilk səs yazma xx.xx.2024” mp4 formatlı fayl vardır. Qeyd edilən fayla baxış zamanı aşağıdakı şəkildə dialoq müəyyən olunmuşdur: - Şahid1: sabahınız xeyir olsun - Təqsirləndirilən şəxs: sabahın xeyir, mən burda dəli olaram Təqsirləndirilən şəxs həmin vaxt başqa şəxslə işlə bağlı telefonla danışır. Danışıq qurtarır, ümumi söhbətdən sonra - Şahid1: Mehman müəllim, qardaşım göndərdi, dedi Mehman müəllimlə danış, biraz aşağı eləsin deyir, 4000 çoxdu, heç olmasa 3 eləsin, 1-ci gün 1500-ü verim xətti qoşsun onsuzda əlindədi, həftənin axırına da 1500-ü bir verəcəm, dedi danış, parkı da düzəltməliyik, asfalt vurulmalıdı, bütün işlər dayanıb, sizin üzərinizdədi, dedi danış özüylə 3000-ə razıdırsa həll eliyək, razı olmayacaqsa köhnə xətti bərpa edək - Təqsirləndirilən şəxs: get həftənin axırına gələrsən bütöv hamısını - Şahid1: hamısını? - Şahid1: Həftənin 4-cü ya 5-ci günü? - Şahid1: bu gün 5-ci gündü - Təqsirləndirilən şəxs: gələn həftənin axırı gələrsən - Şahid1: vsyo, birləşdirmək sizin boynunuza, mən usta zad gətirməyim, 3000 gətirəcəm ha sizə, oldu sağ olun Məhkəmədə elan edilib araşdırılmış Şahid1 ifadəsinə əlavə etdiyi CD diskə xx.xx.2024-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, baxış zamanı CD diskin içərisində 1 ədəd –“3000 söhbət görushden sonra” mp4 formatlı fayl vardr. Qeyd edilən fayla baxış zamanı aşağıdakı şəkildə dialoq müəyyən olunmuşdur: - Şahid1: alo, Mehman müəllim, Mehman müəllim - Təqsirləndirilən şəxs: eşidirəm qaqa - Şahid1: hə istəmirdim belə açıqla danışam, ona görə vatsapla rahatdı, Mehman müəllim sizdə bir xahişim var, nə olar - Təqsirləndirilən şəxs: Buyur qardaş - Şahid1: o şeyi nəsib verib də rəisdədi o iş, o Hövsanın - Təqsirləndirilən şəxs: bildim, bildim - Şahid1: o şeyi həll edin də o suyu 3000-nin içində hamısı həll olunsun da, 600 manat da belə vermişəm, Nəsibə vermişdim 600, nə olar onun hamısı həll olunsun da xahiş edirəm - Təqsirləndirilən şəxs: 2000 bir vermişdin indi 600 də bir vermisən də - Şahid1: yo 3000 indi verdim, 600 da Nəsibin kartına vurmuşdum - Təqsirləndirilən şəxs: Bunu ona qatmaginən də, o ayrı işdi, o ayrı işdi - Şahid1: Hə onda prosta bi dənə yoluna qoyaq da uzanmasın da xahiş edirəm - Təqsirləndirilən şəxs: mən nəzərinə çatdıracam, deyəcəm ki Nəsibə 600 verib, Nəsib də 600-ü gətirib verib, hə onda özü deyəcək narahat olma - Şahid1: öpürəm var ol, Allah razı olsun, tay indi dayı bala - Təqsirləndirilən şəxs: neçə mənzil idi orda Hövsanda - Şahid1: 6 dənə mənzilin sayğacı qoyulmalıdı - Təqsirləndirilən şəxs: Yaxşı oldu qardaş, oldu sağol - Şahid1: Sağol Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1398-4/1449 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 02 ədəd “Princo” markalı CD-R tipli diskdə olan audio və video fonoqramlarda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 02 ədəd “Princo” markalı CD-R tipli diskdə olan audio və video fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı məntlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış ünvan 5 ünvanında yerləşən yaşayış binası üçün verilmiş xx.xx.2023-cü il tarixli texniki şərtdən müəyyən olunur ki, həmin texniki şərt üçün layihə tələb olunur. Qeyd edilən texniki şərtin 1-ci bəndinə əsasən yaşayış binasının su və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri-istehlakçının supaylayıcı və kanalizasiya şəbəkələrinə qoşulma nöqtəsi, layihələndirmə işləri üçün əlavə olunan cizgiyə əsasən d200 mm su xəttindən yaşayış binasına qədər layihə hesabatına uyğun birləşmənin nəzərdə tutulması, yaşayış binasında yaranacaq tullantı sularının kənarlaşdırılması üçün əlavə olunan cizgiyə əsasən mövcud 200 mm təsərrüfat-məişət kanalizasiya xəttinə qədər layihə hesabatına uyğun kanalizasiya xəttinin layihələndirilməsi nəzərdə tutulmaqla su təchizatı bə kanalizasiya şəbəkələrinə qoşulmaların layihə razılaşdırıldıqdan və qoşulma haqqı STKM-ın bank hesabına ödənildikdən sonra həyata keçirilməsi şərtləndirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X15 Suraxanı rayon Sukanal İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektinə qoşulma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na əməl olunmamış, texniki şərt layihələndirilməmiş və qoşulma haqqı STKM bank hesabına ödənilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin Sukanal İdarəsinin, hazırki adı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxs üzrə xx.xx.2022-ci il tarixli 110/k nömrəli əmrdən müəyyən olunur ki, Haşımov X5 rayon Sukanal İdarəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin Sukanal İdarəsinin, hazırki adı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxs üzrə xx.xx.2024-cü il tarixli 773-k nömrəli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işcinin təşəbbüsü ilə xx.xx.2024 cü il tarixdən xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" Açıq Səmdar Cəmiyyətinin sədri tərəfindən 2013-cü ildə təsdiq olunmuş Sukanal idarələrinin baş mühəndisinin vəzifə təlimatından müəyyən olunur ki, baş mühəndisin vəzifəsi müəssisənin texniki xidmətinə rəhbərlik etmək, istehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılması, avadanlıqların və qurğuların təhlükəsiz istismarına, yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil etmək, istehlakçıların suya və kanalizasiya xətlərinə olan ehtiyaclarının ödənilməsi üçün su təchizatının və kanalizasiya xətlərinin təşkili və tənzimlənməsinə nəzarət etmək, istehlakçıların su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması üçün texniki şərtlərə uyğun birləşmə işlərinin aparılmasına rəhbərlik etmək, idarənin balansında olan su anbarlarının, xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların istismarı, vaxtlı-vaxtında cari və əsaslı təmirinə rəhbərlik etmək, qüvvədə olan qanunvericiliyin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə riayət etməkdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X6 daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış araşdırmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsin xasiətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1986- cıildən 2011-ci ilədək “Bakkanalizasiya” istehsal birliyində müxtəlif vəzifələrdə çalışmış, 2012-ci ildən “ Azərsu “ASC-min Bakı Sukanal İdarəsinin Suraxanı Rayonu Sukanal sahəsinin Kanalizasıya şəbəkələti qurğuların istismarı sahəsinin rəisi, X7 rəisi , Suraxanı Rayon Sukanalı idarəsinin baş mühəndisi, rəis müavini, Xəzər rayon Sukanal idarəsinin rəis müavini ,Sabunçu rayon Sukanalı idarəsinin rəis müavini, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Suraxanı Rayon Sukanalı idarəsinin rəis müavini və Suraxanı Rayon Sukanalı idarəsinin baş mühəndisi vəzifələrdə çalışmışdır.Təqsirləndirilən şəxs rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərək əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərinin icrasını həyata keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Haşimov Mehman yaşayış üzrə , 103 saylı MKİS-nin rəisi Y.Bayramov tərəfindən verilmiş xasiətnamədən müəyyən olunur ki , Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,Elman Qasımov küçəsi, ev 20a, mənzil 37 də qeydiyatdadır barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamış, qonşular arasında hörməti var, ərazidə olan tədbirlərdə yaxından iştirak edir, hörmətə və nüfuza malikdir.Tərbiyəli və savadlı ailə başçısıdır normal insandır, yaxşı ailə başçısıdır. Bundan savayı müdafiə tərəfinin məhkəməyə təqdim etidiyi Fəxri fərmanlardan müəyyən olunur ki, Haşımov X5 rayon İcra Hakimiyyəti tərəfindən rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə, həmçinin Azərbaycan Respublikasının su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə "xxxx" ASC-nin sədri tərəfindən təltif edilmiş, YAP Suraxanı rayon təşkilatının üzvüdür və yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onkoloji xəstəliyi ilə əlaqədar, yəni qalxanabənzər vəzin follikulyar adenoması diaqnozu ilə 7 il müddətində Endokrinoloji Mərkəzdə müalicə almış, 2015-ci İİR-da müayinə olunmuş, lakin cərahiyyə əməliyyatından imtina edərək Milli Onkoloji Mərkəzinə müraciət etmişdir, tutulduğu xx.xx.2024-cü il tarixədək müalicə almışdır, həmçinin Təqsirləndirilən şəxs 2 övladı olmaqla xx.xx.1992-ci il təvəllüdlü X12 İİİ dərəcəli əlil olmaqla ömürlük olaraq “Onurğanın döş və bel nahiyyəsində İV dərəcəli skoliroz” xəstəliyindən əzab çəkir, müalicəsini atası Təqsirləndirilən şəxs tutulanadək həyata keçirmişdir. Həmin uşaq Bakı şəhəri 318 orta məktəbin evdə fərdi təhsilə cəlb edilmiş, 11ci sinif şagirdi olmuşdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə verilmiş ittihama xitam verməsini təklif etmiş, bunu onunla əsaslandırmışdır ki, CM-nin 311.2 –ci maddəsinin dispozisiyası CM-nin 308.1- ci maddəsinin dispozisiyasını əhatə edir, təqsirləndirilən şəxsin əməllərinin əlavə olaraq CM-nin 308.1- ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1,314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumun 15 fevral 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CPM-nin 43.1.1- ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibinə imtina etdikdə məhkəmə təqsirləndirən şəxsə qarşı cinayət təqibinə xitam verilməlidir.Məhkəmə nəzərə alır ki,CPM-nin 43.1.1-ci maddəsində nəzərdə tutulan dövlət ittihamçısının ittihamının mudafiəsindən imtina etməsi ittihamdan həm tam, həmdə qismən imtina edilməsini ehtiva edir. Belə olan halda Təqsirləndirilən şəxs əməllərini yalnız Azərbaycan Respublikası CPM-nin 311.2-ci maddəsi ilə tövsif edilməklə ona bu maddə ilə cəza təyin edilməli, həmçinin bu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza kimi ona təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs onkoloji xəstəliyi ilə əlaqədar, yəni qalxanabənzər vəzin follikulyar adenoması diaqnozu ilə uzun müddət Milli Onkoloji Mərkəzində müalicə almasını, həmçinin Təqsirləndirilən şəxs 2 övladı olmaqla xx.xx.1992-ci il təvəllüdlü X8 İİİ dərəcəli əlil olmaqla ömürlük olaraq “Onurğanın döş və bel nahiyyəsində İV dərəcəli skoliroz” xəstəliyindən əzab çəkməsini, yaşayış və xidməti yer üzrə müsbət xarakterizə edilməklə dəfələrlə təltif olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü kimi şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən əməliyyat çəkilişini özündə əks etdirən bir ədəd CD disk, Şahid1 təqdim etdiyi içərisində səs yazıları olan bir ədəd CD disk, Şahid1 ünvan 5 ünvanında inşa etdiyi yaşayış binasına verilmiş texniki şərtin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin, təyin edilmiş əlavə cəza CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Sınaq müddətinin və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən əməliyyat çəkilişini özündə əks etdirən bir ədəd CD disk, Şahid1 təqdim etdiyi içərisində səs yazıları olan bir ədəd CD disk, Şahid1 ünvan 5 ünvanında inşa etdiyi yaşayış binasına verilmiş texniki şərtin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-737/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-737/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver