Məhkəmə qərarları › İş №1(101)-738/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 3, mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 19-da müvəqqəti kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar XidmətininBakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinədaircinayətişinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 saylı ünvanda yerləşən kafedə olan zaman həmin yerə gəlmiş tanışı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edən zaman əvvəllər birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 142 nömrəli evin həyətində kirayədə yaşadıqları müddətdə Zərərçəkmiş şəxs onun barəsində ev sahibi Şahid6 Moylan oğluna şikayət edib evdən çıxarması hərəkətini sonuncuya irad bildirməsi səbəbindən aralarında olan narazılığa aydınlıq gətirmək məqsədilə birlikdə kafedən çıxıb Nəsimi rayonu, Salamzadə küçəsi 31 nömrəli ünvanda yerləşən “Hədiyyələr” adlanan mağazanın qarşı tərəfinə gəlmiş, həmin yerdə qeyd olunan cüzi səbəbdən aralarında yaranmış mübahisə zamanı o, xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd, bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları və sol dirsək çuxurunun bir ədəd kəsilmiş yaraları ilə nəticələnən qəsdən yüngül dərəcədə, qarının ön divarının daxilə nüfuz edən və böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs onaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elanolunmuşittiham üzrə özünüqismən təqsirli, yəni Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, dolanışıq məqsədilə Bakı şəhərində müxtəlif ünvanlarda aparılan təmir işlərində fəhləlik edərək zəhmət haqqı alır. Zərərçəkmiş şəxs hadisədən təxminən 1 ay əvvəl tanımış, onunla Bakı şəhərində “Papanin” adlanan ərazidə dəqiq bilmədiyi ünvanda yerləşən evdə birlikdə kirayədə yaşamışdır və həmin evdə kirayədə yaşadıqları müddətdə aralarında narazılıq yaranmışdır. Belə ki, 2 gün eyni evdə kirayədə yaşadıqdan sonra Zamiq ev sahibini öyrədib onu evdən çıxartdırmışdır və buna görə ondan narazı qalmışdır. O, mütəmadi işdən çıxdıqdan sonra axşamlar ünvan 4 saylı ünvanda yerləşən Şahid1 işlətdiyi kafeyə gedib yemək yeyib, spirtli içki qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında tək özü qeyd olunan kafeyə gəlib yemək yeyib, təxminən 0,5 litr həcmində araq içmişdir və sonra əlavə olaraq 2 bokal pivə içmişdir. İçdiyi spirtli içki onu sərxoş etmişdir. Kafedə olduğu müddətdə saat 21 radələrində Zərərçəkmiş şəxs yanında tanımadığı bir nəfər şəxslə kafeyə gəlmişdir və masalardan birinin arxasına əyləşib yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxt masalara qulluq edən ofisiant Aygül adlı qadın ona yaxınlaşıb 1 bokal pivə verərək, həmin pivəni ona Zamiqin göndərdiyini bildirmişdir. O, pivəni içməmiş və pivə masanın üzərində qalmışdır. Bir az keçmiş Zamiq onu çağırıb əyləşdiyi masaya oturmağını xahiş etmişdir. O, Zamiqin əyləşdiyi masanın arxasına əyləşdikdən sonra Zamiq ona bir yerdə çörək yeməyi təklif etmişdir. O, Zamiqə çörək yediyini bildirmiş, daha sonra Zamiq onunla söhbət edib bir müddət əvvəl aralarında olan narazılıq barədə danışaraq ona aydınlıq gətirməyə çalışmışdır. O, Zamiqə bu söhbəti kafedən çıxıb küçədə etməyi təklif etmişdir. Zamiq onun təklifini qəbul etmiş, saat 23 radələrində o və Zamiq birlikdə söhbət etmək məqsədilə kafedən küçəyə çıxıb təxminən 25-30 metr məsafəyə aralanıb Salamzadə küçəsində yerləşən “Hədiyyələr” adlanan mağazanın qarşısına gəlmişlər. Həmin yerdə o, Zamiqlə yenidən söhbət etmişlər və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zamiq onu təhqir edib əl-qol atmışdır. O, bundan əsəbləşib üstündə olan bıçağı şalvarın cibindən çıxarıb bıçağı açmışdır. Zamiq bıçağı onun əlində görüb onun ünvanına nalayiq söyüş söymüşdür. Zamiq söyüş söydüyünə görə o, bərk əsəbləşib bıçaqla bir dəfə Zamiqin sol əlindən, iki dəfə qarın nahiyəsindən vurmuşdur. O, Zamiqi bıçaqla vurarkən gecə vaxtı olmuş və hava qaranlıq olduğundan ətrafda kimsə olmamışdır. Bu səbəbdən kimsə onlara yaxınlaşmamışdır. Zamiqi bıçaqla vurduqdan sonra ondan aralanıb qaçaraq kafe istiqamətinə gedib kafenin içərisinə girmişdir. O, Zamiqin arxası ilə getməmiş və dərhal həmin yerdən aralanıb yaşadığı evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxıb Məhərrəmin işlətdiyi kafenin yaxınlığına gəlmişdir. Orada olan kafeyə mütəmadi gələn adlarını bilmədiyi şəxslərlə söhbət edib Zamiqin vəziyyəti barədə maraqlanmışdır. Ona bildirmişlər ki, Zamiqi bıçaqla vurmağı nəcəsində Zamiq ağır bədən xəsarəti alıb, buna görə tibbi yardım göstərmək üçün Zamiqi xəstəxanaya aparmışlar və hal-hazırda xəstəxanadadır. Bir az keçmiş həmin yerə polis əməkdaşları gəlmiş və ona yaxınlaşıb hadisə ilə bağlı onlarla birlikdə Nəsimi rayon 20-ci Polis bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının etdiyi təkliflə razı olub onlarla birlikdə qeyd olunan polis bölməsinə gəlmiş və orada hadisə ilə bağlı sorğu zamanı hadisəni olduğu kimi danışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, dolanışıq məqsədilə Bakı şəhərinə gəlib müxtəlif evlərdə kirayədə yaşayaraq, Bakı şəhərinin ərazisində təmir işləri aparılan müxtəlif şəxslərə məxsus evlərdə usta kimi təmir işləri görüb zəhmət haqqı alır. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “Papanin” adlanan ərazidə dəqiq bilmədiyi ünvanda yerləşən Baloğlan adlı şəxsə məxsus evin həyətində olan iki nəfər şəxsin yaşaması üçün nəzərdə tutulmuş 1 otaqlı tikilidə tək kirayədə yaşamışdır. Həmin ərəfədə ev sahibi Baloğlan ona demişdir ki, Canpolad adlı şəxs var və onunla bir otaqda kirayədə yaşayacaq. O, təklifə etiraz etməmiş və Canpolad onunla eyni otaqda kirayədə yaşamağa başlamışdır. Canpoladla birgə kirayədə yaşadıqları ilk gündə ev sahibi Baloğlanın Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsində inşa etdiyi məhlə evində təmir işləri aparmışlar və bunun qarşılığında Baloğlan ona 40 manat əmək haqqı, Canpolada isə 20 manat əmək haqqı pul vermişdir. Həmin gün evə qayıtdıqdan sonra diqqət yetirmişdir ki, Canpolad yaşayış evinə qarşı çox pintidir, arxasınca əşyaları tökdükdən sonra yığışdırmır və ümumilikdə Canpoladın hərəkətləri onu narahat etməyə başlamışdır. Buna görə Canpoladla 2 gün birlikdə kirayədə yaşadıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə o, işdən qayıtdıqdan sonra ev sahibi Baloğlana demişdir ki, Canpoladla birlikdə eyni otaqla kirayədə yaşaya bilmir və onu Canpoladın yanından çıxarmasını xahiş etmişdir. Buna görə onun Canpoladla aralarında narazılıq yaranmışdır, lakin özü evdən birinci çıxmışdır. Canpoladın bu məsələ ilə bağlı ona qarşı kini qalmışdır. Həmin gündən sonra o, Canpoladla görüşməmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində o, işdən çıxıb tanışı Şahid4 ilə birlikdə nahar yeməyini yemək üçün ünvan 4 saylı ünvanda yerləşən Şahid1 işlətdiyi kafeyə gəlmişlər. Həmin kafeyə daxil olub masalardan birinin arxasında əyləşib yemək yeyib araq içmişlər. Diqqət yetirmişdir ki, Canpolad da həmin kafedə masalardan birinin arxasında əyləşib pivə içir. Canpoladla bir müddət əvvəl aralarında narazılıq olduğundan onunla barışmaq qərarına gəlmiş və buna görə kafedə qulluq edən Aygül adlı qadına demişdir ki, Canpoladın əyləşdiyi masaya onun hesabına 1 bokal pivə versin. Aygül bir bokal pivəni Canpoladın əyləşdiyi masanın üzərinə qoymuşdur. Sonra o, Canpolada təklif etmişdir ki, onların əyləşdiyi masaya keçsin, birlikdə yemək yeyib araq içsinlər. Canpolad onun təklifindən imtina etmiş və bildirmişdir ki, yemək yeyib və onların əyləşdiyi masaya əyləşmək istəmir. Sonra Canpolad ona yaxınlaşmış və əvvəl aralarında baş vermiş narazılıqla bağlı söhbət etməyə başlamışdır. Canpolad ona təklif etmişdir ki, birlikdə küçəyə çıxıb söhbət etsinlər. O, Canpoladın etdiyi təkliflə razılaşmış, sonra Canpolad kafedən küçəyə çıxmış və o, yanında olan tanışı Zaurdan onu gözləməsini deyib Canpoladın arxası ilə küçəyə çıxmışdır. Canpoladla əvvəlki narazılıqla bağlı söhbət edərək kafedən təxminən 25-30 metr məsafəyə aralanıb, Nəsimi rayonu, Salamzadə küçəsi 31 nömrəli ünvanda yerləşən “Hədiyyələr” adlanan mağazanın qarşısına gəlmişlər və orada dayanıb söhbətlərini davam etmişlər. Söhbət zamanı Canpolad ona özünü evdən çıxartdırmaqda düz etmədiyini və buna görə ondan narazı qaldığını demişdir. O, Canpolada yenə masa arxasına çörək yeməyə dəvət etmiş, lakin Canpolad imtina etmişdir. Canpoladın bu sözlərindən sonra o, əlini Canpoladın sinəsinə qoyub artıq söhbət etmələrinin heç bir mənası olmadığını demiş, bu vaxt aralarında mübahisə yarandığına görə Canpolad üstündən bıçaq çıxarıb 3 dəfə ardıcıl onun qarın nahiyəsindən zərbə vurmuşdur, sonra Canpoladın əlindəki bıçaqla onun üzünə çəkmək istədiyini görüb sağ əlini qabağa vermiş və bıçağın tiyəsi onun sağ qolunun qatlanan hissəsini kəsmişdir. Canpolad onu bıçaqla vurduqdan sonra yaralandığı yerlərdən qan axdığını görüb, ondan aralanaraq kafeyə gəlib içəri girmişdir. Həmin vaxt Canpolad çıxıb hadisə baş vermiş yerdən gedərək aralanmışdır. Kafedə olan şəxslər ondan nə baş verdiyini, niyə yaralandığını soruşmuşlar. O, kafedə olan şəxslərə Canpoladla aralarında olan mübahisə zamanı Canpoladın bıçaqla onu vurub xəsarət yetirdiyini demişdir. Bundan sonra kafeni işlədən Məhərrəm və kafedə olan taksi sürücüsü Əsgər ona köməklik edib kafedən çıxarmışlar və sonra tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya aparmaq üçün Əsgərin idarə etdiyi BMW markalı **-GR-*** nömrəli avtomobilə əyləşdirib birlikdə onu Bakı şəhəri X8 gətirmişlər. Orada həkimlər onu qəbul edib hadisə zamanı aldığı xəsarətin ağır olduğunu görüb əməliyyat etmişlər. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Şahid1məhkəmədə ifadəsində göstərdi ki, o, dolanışıq məqsədilə ünvan 1 saylı ünvanda yerləşən adı olmayan kafeni icarəyə götürüb işlədir. Qeyd olunan kafeyə gələn müştərilərə müxtəlif növ yeməklər bişirilib verilməklə yanaşı, spirtli içkilər satılır. Təqsirləndirilən şəxs və adı sonradan ona məlum olun Zərərçəkmiş şəxs tanıyır, belə ki, həmin şəxslər mütəmadi olaraq işlədiyi kafeyə müştəri kimi gəlib yemək yeyib, spirtli içki qəbul edirlər. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında Canpolad işlədiyi kafeyə gəlib masalardan birinin arxasında əyləşib yemək yeyib, spirtli içkilərdən araq və pivə qəbul etmişdir. Bir az keçmiş kafeyə Zamiq və yanında bir nəfər şəxs müştəri kimi gəlib masalardan birinin arxasına əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Sonradan Canpolad digər müştəri Zamiqlə görüşüb nəsə barədə söhbət etmişlər. Onların hər ikisi spirtli içki qəbul etdikləri üçün sərxoş vəziyyətdə olmuşlar. Bir az keçmiş saat 23 radələrində Canpolad kafedən küçəyə çıxmış, bir neçə dəqiqədən sonra digər masada əyləşmiş müştəri Zamiq də onun arxası ilə küçəyə çıxmışdır. Zamiqin yanında olan tanışı kafedə qalmış və onların arxası ilə getməmişdir. Təxminən 10-15 dəqiqə keçmiş Zamiq üst geyim paltarı qanlı vəziyyətdə kafeyə daxil olmuşdur. Diqqət yetirmişdir ki, Zamiqin qarın nahiyəsində xəsarət var və həmin yerdən qan axır. O və kafedə olan digər şəxslər Zamiqdən nə baş verdiyini və niyə yaralandığını soruşmuşlar. Zamiq bildirmişdir ki, Canpoladla kənara gedib söhbət ediblər və aralarında yaranmış mübahisə zamanı Canpolad üstündə olan bıçaqla onun qarın nahiyəsindən vurub xəsarət yetirib. O, Zamiqin yaralı olduğunu görüb tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq məqsədilə Zamiqi kafedə olan dostu Şahid2 idarə etdiyi BMW markalı **- GR-*** nömrəli avtomobilə əyləşdirib Bakı şəhəri X9 gətirmişlər və orada həkimlər Zamiqi qəbul edib aldığı xəsarət ağır olduğundan əməliyyat etmək üçün cərrahiyyə şöbəsinə aparmışlar. Xəstəxanadan hadisə ilə bağlı polisə məlumat verildikdən bir az keçmiş xəstəxanaya Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər və onu hadisə ilə bağlı sorğu etmişlər. O, polis əməkdaşlarının suallarına cavab verdikdən sonra xəstəxanadan çıxıb işlədiyi kafeyə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Şahid5məhkəmədə ifadəsində göstərdi ki, o, dolanışıq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 saylı ünvanda yerləşən adı olmayan kafedə xidmətçi işləyir, kafeyə gələn müştərilərin əyləşdikləri masalara qulluq edir. Ondan başqa kafedə digər şəxs Ziyafət də qulluqçu kimi işləyir. Qeyd olunan kafeni son zamanlar Məhərrəm adlı şəxs icarəyə götürüb işlədir. Kafedə gələn müştərilərə müxləlif növ yeməklər bişirilib verilməklə yanaşı, spirtli içkilər satılır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, həmin şəxslər mütəmadi olaraq işlədiyi kafeyə müştəri kimi gəlib yemək yeyib, spirtli içki qəbul edirlər və o, dəfələrlə onların əyləşdikləri masalara qulluq elmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında Canpolad işlədiyi kafeyə gəlib masalardan birinin arxasında əyləşib yemək yeyib, araq və pivə qəbul etmişdir. Bir az keçmiş kafeyə Zamiq və yanında bir nəfər şəxs müştəri kimi gəlib masalardan birinin arxasına əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Sonradan Zamiq ondan Canpoladın əyləşdiyi masaya onun hesabına 1 bokal pivə verməyi xahiş etmiş, o da Zamiqin sifariş etdiyi 1 bokal pivəni Canpoladın əyləşdiyi masaya verdikdən sonra, Zamiq Canpolada təklif etmişdir ki, onların əyləşdiyi masaya əyləşib birlikdə yemək yesin. Lakin Canpolad onun təklifindən imtina etmişdir və masaya göndərilmiş pivəni içməmişdir. Bir az keçmiş Canpolad Zamiqin əyləşdiyi masaya yaxınlaşıb onunla görüşüb ayaq üstə dayanaraq nəsə barədə söhbət etmişlər. Onların hər ikisi spirtli içki qəbul etdikləri üçün sərxoş vəziyyətdə olmuşlar. Bir az keçmiş saat 23 radələrində Canpolad kafedən küçəyə çıxmışdır. Zamiq də onun arxası ilə küçəyə çıxmış və onlar küçədə nəsə barədə söhbət edərək kafedən aralanaraq yaxınlıqda yerləşən “Papanin” adlanan mağaza istiqamətinə getmişlər. Zamiqin yanında olan tanışı kafedə qalmışdır və onların arxası ilə getməmişdir. Təxminən 10-15 dəqiqə keçmiş Zamiq üst geyim paltarı qanlı vəziyyətdə kafeyə daxil olmuşdur. Diqqət yetirmişdir ki, Zamiqin qarın nahiyəsində xəsarət var və həmin yerdən qan axır. Kafedə olan şəxslər Zamiqdən nə baş verdiyini və niyə yaralandığının səbəbini soruşmuşlar. Zamiq bildirmişdir ki, Canpoladla kənara gedib söhbət ediblər və aralarında yaranmış mübahisə zamanı Canpolad üstündə olan bıçaqla onun qarın nahiyəsindən vurub xəsarət yetirib. Kafeni işlədən Məhərrəm adlı şəxs Zamiqi yaralı olduğuna görə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq məqsədilə kafedə olan taksi sürücüsü Şahid2 idarə etdiyi BMW markalı **-GR-*** nömrəli avtomobilə əyləşdirib Bakı şəhəri X7 aparışlar. Bir müddət keçdikdən sonra onların hər ikisi kafeyə qayıtmışlar. Onların sözlərindən məlum olmuşdur ki, xəstəxanaya apardıqdan sonra həkimlər Zamiqi qəbul edib aldığı xəsarət ağır olduğundan əməliyyat etmək üçün cərrahiyə şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Şahid4ibtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, o, dolanışıq məqsədilə Bakı şəhərinə gəlib müxtəlif evlərdə kirayədə yaşayaraq, Bakı şəhərinin ərazisində təmir işləri aparılan müxtəlif şəxslərə məxsus evlərdə usta kimi təmir işləri görüb zəhmət haqqı alır. Zərərçəkmiş şəxs ilə birlikdə müxtəlif yerlərdə təmir işləri görmüşdür, yaxşı münasibətdədirlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində o, işdən çıxıb tanışı Zərərçəkmiş şəxsla görüşüb söhbət etmək və şam yeməyi yemək üçün ünvan 4 saylı ünvanda yerləşən adını sonradan bildiyi Şahid1 işlətdiyi kafeyə gəlmişlər. Həmin kafeyə daxil olub masalardan birinin arxasında əyləşib yemək yeyib araq içmişlər. Kafedə olduqları zaman Zamiq ona digər masa arxasında əyləşmiş bir nəfər cavan oğlanı göstərib bildirmişdir ki, həmin şəxsin adı Canpoladdır, bir müddət əvvəl Zamiq Canpoladla birlikdə Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə dəqiq xatırlamadığı ünvanda kirayədə yaşadıqları müddətdə onların arasında narazılıqları və mübahisələri olmuşdur. Zamiq bildirmişdir ki, o, Canpoladla aralarında olmuş narazılığı aradan qaldırmaq istəyir. Bundan sonra Zamiq kafedə qulluq edən Aygül adlı qadına demişdir ki, Canpoladın əyləşdiyi masaya Zamiqin hesabına 1 bokal pivə versin. Aygül bir bokal pivəni Canpoladın əyləşdiyi masanın üzərinə qoymuşdur. X3rın əyləşdiyi masaya keçməyi, birlikdə yemək yeyib araq içməyi təklif etmişdir. Canpolad onun təklifindən imtina etmişdir. Sonra Canpolad əyləşdiyi masanın arxasından durub onların əyləşdiyi masaya yaxınlaşıb tanışı Zamiqlə aralarında bir müddət əvvəl baş vermiş narazılıqla bağlı söhbət etməyə başlamışdır. Zamiq yenə ona masanın arxasında əyləşməyi, rahat söhbət etməyi və aralarında olan incikliyi aradan qaldırmağı təklif etmişdir. Canpolad Zamiqə birlikdə küçəyə çıxıb söhbət etməyi demiş, Zamiq onun etdiyi təkliflə razılaşmış, sonra Canpolad kafedən küçəyə çıxmış və Zamiq Canpoladın arxası ilə küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra onlar nəsə barədə söhbət edərək kafedən aralaşaraq harasa getmişlər. O, kafedə qalıb onların arxası ilə getməmişdir. Təxminən 10-15 dəqiqə keçmiş Zamiq üst geyim paltarı qanlı vəziyyətdə kafeyə daxil olmuşdur. Diqqət yetirmişdir ki, Zamiqin qarın nahiyəsində xəsarət var və həmin yerdən qan axır. O və kafenin içərisində olan şəxslər Zamiqdən nə baş verdiyini, niyə yaralandığının səbəbini soruşmuşlar. Zamiq bildirmişdir ki, Canpoladla kənara gedib söhbət ediblər və aralarında yaranmış mübahisə zamanı Canpolad üstündə olan bıçaqla onun qarın nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt o, dərhal istifadəsində olan ***-***-**-** mobil nömrədən DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Tanışı Zamiq yaralı olduğundan kafeni işlədən Məhərrəm adlı şəxs ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq məqsədilə kafedə olan adını bilmədiyi şəxslə birlikdə BMW markalı **-GR-*** nömrəli avtomobilə əyləşdirib Bakı şəhəri X7 aparmışlar. Bir müddət keçmiş kafeyə polis əməkdaşları gəlmişlər və o, orada olan digər şəxslərlə birlikdə hadisə barədə polis əməkdaşlarına bildirmişlər. Sonra o, kafedən çıxıb kirayədə yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, xəstəxanaya getdikdən sonra həkimlər Zamiqi qəbul edib aldığı xəsarət ağır olduğundan onu əməliyyat etmişlər (cild 1, iş vərəqi 115-116). Şahid6 Moylan oğluibtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 142-də ailə üzvləri ilə birlikdə yaşayır, təqaüdçüdür. O, yaşadığı evin həyətində bir neçə 1 otaqlı kiçik ölçülü 2 nəfər şəxsin yaşaması üçün nəzərdə tutulmuş evlər tikmişdir və həmin evləri dolanışıq məqsədilə rayonlardan Bakı şəhərinə işləmək üçün gəlmiş müxtəlif şəxslərə günü 2 manata kirayə verir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, belə ki, onların hər ikisi 2020-ci ilin yanvar ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə yaşadığı evin həyətində yerləşən evlərdən birində kirayədə yaşamışlar. Qeyd olunan vaxtda Zamiq yaşadığı evə gəlib ona bildirmişdir ki, o, Lənkəran şəhərində yaşayır və iş tapmaq üçün Bakı şəhərinə gəlib, müvəqqəti onun evində kirayədə yaşamaq istəyir. O, evin həyətində yerləşən evlərdən birini müvəqqəti kirayədə yaşamaq üçün Zamiqə vermişdir. Sonra yaşadığı evə kirayədə yaşamaq iiçün Təqsirləndirilən şəxs gəlmişdir və razılığa əsasən Canpolad kirayədə yaşayan Zamiqlə bir evdə qalmışlar. Birgə kirayədə yaşadıqları müddətdə onların hər ikisi 1 gün müddətində onun Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində inşa etdiyi məhlə evində fəhlə işləri görmüşlər və işin sonunda onlara əmək haqqı vermişdir. Adları qeyd olunan şəxslər ikiüç gün müddətində yaşadığı evdə kirayədə yaşadıqları vaxtda, 2020-ci ilin yanvar ayının əvvəli dəqiq xatırlamadığı tarixdə Zamiq ona yaxınlaşıb onunla bir evdə yaşayan Canpoladın evi səliqəsiz saxlaması barədə şikayətlənib, ondan xahiş etmişdir ki, Canpoladı onun kirayədə yaşadığı evdən çıxarsın. O, Zamiqin sözlərini dəqiqləşdirib sonra Canpolada demişdir ki, onun evindən çıxıb özünə kirayədə yaşamaq üçün başqa ev tapsın. Həmin gün Canpolad onun evindən çıxıb getmişdir və buərəfədə Zamiqlə Canpoladın aralarında narazılıq olmuşdur. Həmin narazılıqdan bir gün sonra Zamiq evdən çıxıb yaşadığı Lənkəran şəhərinə getmişdir. Bir müddət keçmiş, yəni 2020-ci ilin fevral ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Zamiq yenidən Bakı şəhərinə qayıdıb onun evinə gələrək, evin həyətində yerləşən evlərdən birində kirayədə yaşamışdır. Kirayədə yaşadığı bir neçə gün müddətində Zamiq hər gün tezdən işə gedib, axşam işdən çıxıb kirayədə yaşadığı evə qayıtmışdır. Adəti olaraq xx xxxxxx 2020-ci il tarixdə Zamiq tezdən evdən çıxıb işə getmişdir, lakin həmin gün gecəni evə gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Zamiq telefon vasitəsi ilə onunla əlaqə saxlayıb bildirmişdir ki, o, hazırda xəstəxanadadır və bu səbəbdən kirayədə yaşadığı evə gəlməmişdir. O, Zamiqdən nə baş verdiyini və hansı səbəbdən xəstəxanada olduğunu soruşmuşdur. Zamiq ona bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında şam yeməyi etmək üçün kafeyə getmiş və həmin kafedə olduğu müddətdə əvvəllər onunla birlikdə kirayədə yaşamış Canpoladla rastlaşmışdır. Aralarında olmuş əvvəlki narazılıqla bağlı onların arasında mübahisə baş vermiş və mübahisə zamanı Canpolad üzərində olan bıçaqla Zamiqin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub xəsarətlər yetirmişdir (cild 1, iş vərəqi 121-122). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, üzləşdirmə, hadisə yerinə baxış keçirilməsi haqında protokolları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan və fotocədvəldən görünür ki, hadisə yeri kimi ünvan 6 nömrəli ünvanda yerləşən “Hədiyyələr” adlanan mağazanın qarşısı olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 9-15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədəistintaqa verdiyi ifadəsindəki xüsusatları əyani olaraq bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 68-72). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Nəsrulla oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 144-148). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli əşyanın götrülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs Nəsurulia oğlunu vurub ağır bədən xəsarəti yetirdiyi 1 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 62-63). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Nəsrulla oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli mayka və 1 ədəd jaket qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci tarixli, 420 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarının ön divarının daxilə nüfuz edən və böyük piyiliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin), sol dirsək çuxurunun 1 (bir) ədəd kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) kəsərinin təsirindən əmələ gəlmişdir, göstərilən xəsarətlər xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Qarnın ön divarının daxilə nüfuz edən və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və sol dirsək çuxurunun 1 (bir) ədəd kəsilmiş yarası dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər, deşilmiş-kəsilmiş yaralar bıçağın tiyəsinin, deşici-kəsici kəsilmiş yara isə tiyənin kəsərinin təsirindən əmələ gələ bilərdilər (cild 1, iş vərəqi 150-152). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizanın xx.xx.2020--ci il tarixli, 929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 163-164). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-ballistik və trassoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 3/453-473 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir; - tədqiqata təqdim edilmiş jaketin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan (jaketin ön hissəsində 240x170 mm ölçülü sahədə 6 ədəd zədə vardır. Ən böyüyünün ölçüsü 10 mm, ən kiçiyinin ölçüsü 02 mm-dir; jaketin arxa hissəsində 07 mm ölçülü 06 ədəd zədə vardır; jaketin sağ qolu üzərində 3 ədəd zədə vardır. Ən böyüyünün ölçüsü 08 mm, ən kiçiyinin ölçüsü 07 mm-dir. Tədqiqata təqdim edilmiş boz rəngli maykanın ön hissəsində 230x100 mm ölçülü sahədə 3 ədəd zədə vardır. Ən böyüyünün ölçüsü 08 mm, ən kiçiyinin ölçüsü 03 mm-dir; maykanın arxa hissəsində 200x80 mm ölçülü sahədə 2 ədəd 07 mm ölçüdə zədə vardır) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, həmçinin tədqiqata təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqatın dəyəri 210 (iki yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 184-186). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı 1 ədəd turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd jaket və 1 ədəd mayka iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 188-202). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Nəsrulla oğluzərərşəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 21). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun xuliqanlıq niyyətinin mahiyyətinə dair həmin tövsiyələri də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə təqsirli bilməsini, yəni cinayəti xuliqanlıq niyyəti ilə deyil, sadə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətməsini bildirməsini onun ifadəsi kimi qəbul edir və bu ifadələrə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxsin ifadələrinə əsasən belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cüzi səbəb üzündən, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən cinayəti xuliqanlıq niyəti ilə törətməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxsə qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 6 nömrəli ünvanda yerləşən “Hədiyyələr” adlanan mağazanın qarşı tərəfində cüzi səbəbdən, yəni xuliqanlıq niyyətilə üzərindəki gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, onun sağlamlığına qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin 44.1cimaddəsinintələbinəgörə, məhkəməbaxışıgedişindətədqiqolunmuşsübutlarınməcmusunaəsasəntəqsirləndirilənşəxsi ncinayətdətəqsirimüəyyənedilərsə, məhkəməittihamhökmüçıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. CinayətişinəəlavəedilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən eyni zamanda görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının XMMD Yuqra, X11 Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən RF-nın Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd edilən tələbnamədə X11 Məhkəməsinin həmin hökmünün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınması barədə heç bir qeyd yoxdur (cild 1, iş vərəqi 112-113). Qeyd edilənləri nəzərə alıb, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində məhkumluğu olmayan şəxs hesab edir, bununla barabər RFnin ərazisində məhkum olunmasını onu səciyyələndirən hal kimi nəzərə alır Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl müvafiq olaraq ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ona dəyən maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona dəyən maddi ziyanı ödənilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və işin digər halları nəzərə alaraq ona təqsirli bilindiyi cinayəti nəzərdə tutan maddənnin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən az olmayan həddində təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsindəxx.xx.2020-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 47-48, 105-106, 129-131). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı 1 ədəd turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd jaket və 1 ədəd mayka təyinatını itirdiyindən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş kompleks məhkəmə-ballistik və trassoloji ekspertizası ilə əlaqədar 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 1 ədəd turist bıçağı, 1 ədəd jaket və 1 ədəd mayka məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu(Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı ApellyasiyaMəhkəməsinəapellyasiyaşikayətivəapellyasiyaprotestiveriləbilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar