Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 23.02.1986-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyat olan və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 56,598 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi- 1,600 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təmiz çəkisi- 0,789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, psixotrop maddə metamfetaminin bir hissəsini təmiz çəkisi- 0,362 qramını 05 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində tanışı Şahid4 10 manata satmış, 05 sentyabr 2021- ci il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin, Narkotiklərlə mübarizə bölməsinin və Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, polis idarəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs aldığı bir ədəd kağız bükümün içərisində təmiz çəkisi- 0,362 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş, habelə Şahid4 səmimi etirafı ilə təsdiqlənmiş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, 06 sentyabr 2021-ci il tarixdə saat 00:50 radələrində Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ifşa edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 112 saylı “Azəripoçt” inzibati binasının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPİ-nə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının arxa sol cibindəki tünd qara rəngli portmonedən iyirmi ədəd polietilen bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,668 qram, 0,702 qram, 0,189 qram, 0,709 qram, 0,278 qram, 0,273 qram, 0,223 qram, 1,763 qram, 4,289 qram, 0,190 qram, 0,205 qram, 0,697 qram, 1,734 qram, 0,205 qram, 0,221 qram, 0,748 qram, 4,160 qram, 3,845 qram, 19,124 qram, 16,375 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 56,598 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, beş ədəd polietilen bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,238 qram, 0,245 qram, 0,255 qram, 0,238 qram, 0,262 qram olmaqla ümumilikdə cəmi 1,238 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd qızılı rəngli kağız bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,243 qram, 0,259 qram, 0,287 qram olmaqla ümumilikdə cəmi 0,789 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin, psixotrop maddələrin satışında istifadə olunan, səthində metamfetamin izləri olan bir ədəd qara korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir, bəzən isə narkotik vasitə marixuanadan da istifadə edir. Narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Suraxanı rayonu, Bülbülə qəsənəsi ərazisində adını və soyadını bilmədiyi, tanımadığı şəxsdən şəxsi istifadəm üçün 300 manata iyirmi ədəd sellofan bükümdə narkotik vasitə heroin, beş ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və üç ədəd qızılı rəngli kağız bükümdə marixuana almışdır ki, gələcəkdə istifadə etsin. Həmin gün tanışı X1 ilə Tovuz rayonuna getməli olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə təxminən saat 00:50 radələrində tanışı Ləman Abdullayeva ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 112 saylı “Azəripoçt’un inzibati binasının yaxınlığında görüşmüşlər, həmin vaxt 300 manata əldə etdiyi narkotik vasitələr və psixotrop maddə üzərində olmuş, onları özü ilə götürmüşdür ki, Tovuz rayonunda istifadə etsin. Lakin, bu zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək, onu idarəyə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman şalvarının cibindən tünd qara rəngli portmoneni portmonatı və “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi portmoneyə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı portmonedən istifadəm üçün aldığım içərisində narkotik vasitə heroin olan iyirmi ədəd sellofan bükümlər, içərisində psixotrop maddə metamfetamin olan beş ədəd sellofan bükümlər, içərisində marixuana olan üç ədəd qızılı rəngli kağız bükümlər və elektron tərəzi aşkar edildi. Mən həmin maddələri öz istifadəm üçün almışam, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsini daşıyır. 05 sentyabr 2021-ci il tarixində Şahid4 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə baglı məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilləri Şahid2, X5 və Şahid3, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X6 və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili X7 iştirakları ilə və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 05 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32- ci Polis Bölməsinin yaxınlığında idarə etdiyi “Vaz 21154” markalı, avtomobildə əyləşdiyini görüb ona yaxınlaşaraq, özlərini təqdim edib onlarla birlikdə Polis İdarəsinə getməsini təklif etmişlər. Şahid4 etiraz etməmiş və müdafiəçinin də iştirakı ilə videoçəkiliş keçirilmişdir. Şahid4 şalvarının cibindən bir ədəd kağız bükümünü təqdim etmiş və içəirsində psixotrop maddə metamfetamin olduğunu, 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanışı Təqsirləndirilən şəxs öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilləri X4 və Şahid3 iştirakı ilə və ondan ibarət əməliyyat qrupu təşkil edilmiş, 06 sentyabr 2021-ci il tarixdə saat 00:50 radələrində tərəfimizdən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 112 saylı “Azəripoçt’un inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs və yanında bir qadının piyada getdiklərini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onlara Sabunçu Rayon Polis İdarəsinə getmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Ləman Abdullayeva etiraz etməyərək onlarla birgə polis idarəsinə gəlmişlər. İdarənin inzibati binasında Ləman Abdullayevanın üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, lakin, qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, şalvarının cibindən bir ədəd tünd qara rəngli portmoneni təqdim etmişdir. Həmin portmoneyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı portmonedən bir ədəd elektron tərəzi, iyirmi beş ədəd polietilen büküm, üç ədəd qızılı rəngli kağız büküm və həmin bükümlərin içərisindən maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs iyirmi ədəd polietilen bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə heroin, beş ədəd polietilen bükümün içərisindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin və üç ədəd qızılı rəngli kağız bükümün içərisindən aşkar olunmuş maddənin isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanışdırlar, bu işlə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs o, heç bir narkotik vasitə və ya psixatrop maddə almamışdır. İttihamda yazılanların heç biri düzgün deyildir. Bölmədə onu döyüb izahatın alıblar ki, guya o narkotik vasitəni Rəcəbdən alıb. İsintaqda da bildirmişdir ki, məhkəmə var gələcəkdə orada belə olmayacaq hər şeyi olduğu kimi danışacaq. Onları Razin qəsəbəsində gölün yanında idman zalına aparmışlar. O özü psixiatrik xəstəxanada qeydiyyatdadır, onu döyüb məcbur ediblər ki, onda olan maddələr Rəcəbdəki maddələrlə düz gəldiyi üçün narkotik vasitəni Rəcəbdən aldığını deməsini demişlər. O, saxlanılanda da üzərində narkotik vasitə olmayıb, onun üzərinə də narkotik vasitə qoyulub hazırda barəsində cinayət işi aparılır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 18.01.2022-ci il tarixli, 625 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 6/3908 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №48” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən.., ” və s. yazılar, imzalar olan 02 ədəd kağız paketlərdən birində 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,668 qram, 0,702 qram, 0,189 qram, 0,709 qram, 0,278 qram, 0,273 qram, 0,223 qram, 1,763 qram, 4,289 qram, 0,190 qram, 0,205 qram, 0,697 qram, 1,734 qram, 0,205 qram, 0,221 qram, 0,748 qram, 4,160 qram, 3,845 qram, 19,124 qram, 16,375 qram, ümumi təmiz çəkiləri 56,598 qram qəhvəyi rəngli maddə kütlələri (1H) kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 20 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər paketdəki, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,238 qram, 0,245 qram, 0,255 qram, 0,238 qram, 0,262 qram, ümumi təmiz çəkiləri 1,238 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə (İM) -metamfetamin dir, 05 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, qara korpuslu elektron tərəzinin səthində metamfetaminin izləri müəyyən edildi. Tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs və X3 aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs və Şahid4 aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi- 56,598 qr., tədqiqata sərf edildi- 0,1 qr., qalıq - 56,498 qr. Metamfetaminin ümumi təmiz çəkisi- 1,238 qr., tədqiqata sərf edildi- 0,08 qr. qahq - 1,158 qr. Məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 7/895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş üç ədəd kağız bükülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,259 qram, 0,287 qram, ümumi çəkisi 0,789 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi- 0,789 qram, tədqiqata ümumi sərf edildi-0,06 qram, (hər obyektdən 0,02 qram), qalıq- 0,729 qramdır. Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 6/3907 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №48” möhür əksi, “Şahid4 üzərindən,.. ” və s. yazılar, imzalar olan kağız paketdəki təmiz çəkisi 0,362qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid4 və Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. X3 heroin kütlələri (maddələr barəsində 06.09.2021-ci il tarixli 6/3909 saylı ekspert rəyində məlumat verilmişdir) aşkar edildiyi üçün eyniləşdirmə üzrə tədqiqat aparılmır. Metamfetaminin təmiz şəkisi- 0,362qr., tədqiqata sərf edildi- 0,05qr. qalıq- 0,312qr. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Metamfetamin ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 20.12.2021-ci il tarixli, 5196 nömrəli rəyindən görünür ki, müayinə zamanı bağirov rəcəb cəbrayil oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təhqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd ədəd kağız paketin içərisində paketdəki iki ədəd kağız paketlərdən birinin içərisində 20 ədəd bükümdə ümumi təmiz çəkisi 56,598 qram olmuş narkotik vasitə heroin, digər paketin içərisində 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1,238 qram olmuş psixotrop maddə-metamfetamin, bir ədəd kağız paketin içərisində üç ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,789 qram olmuş narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara korpuslu elektron tərəzi 13 sentyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınaraq, heroinlərin tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 56,498 qram qalığı, metamfetaminlərin tədqiqata tədqiqata 0,08 qram sərf edilməsi nəzərə alınmaqla 1,158 qram qalığı və qurudulmuş marixuananın tədqiqata 0,06 qram sərf edilməsi nəzərə alınmaqla 0,729 qram qalığı elektron tərəzi ilə birlikdə saxlanılması üçün Sabunçu RPİ- nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş, üzərində üzərində Verbatim DVD-R yazıları olan olan disk 24 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edildikdən sonra özünü qismən təqsirli bilmişdir. O, ittihamın mahiyyəti üzrə göstərmişdir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün əldə etmişdir, tanışı Şahid4 psixotrop maddə metamfetamini stamaq məqsədi ilə verməmişdir, həmin psixotrop maddəni Azərə pay vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla razı olmadığını, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən təqsirli bildiyini bildirmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün əldə etdiyni bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddə metamfetamini satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün əldə etdiyini, eləcə də tanışı Şahid4 psixotrop maddə metamfetamin stamadığnı göstərmişdir. Lakin, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar şəxsi axtarış və götürmə aparılması barədə protokol, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video disk, onun özünün və şahidlərin ifadələri, üzləşmə protokolu, maddi sübutlar, ekspertiza rəyləri və işdə olan digər sübutlarla təkzib olunduğundan müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, fərqli ifadə verməklə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cinayət əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsüf edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 56,498 qram heroin, qalıq çəkisi 1,158 qram metamfetamin və qalıq çəkisi 0,729 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD –R yazıları olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 181,90 (yüz səksən bir manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 144 (yüz qırx dörd) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 56,498 qram heroin, qalıq çəkisi 1,158 qram metamfetamin və qalıq çəkisi 0,729 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD –R yazıları olan disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 181,90 (yüz səksən bir manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-738/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver