Məhkəmə qərarları › İş №1(101)-738/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işsiz, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:10-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, 2023-cü il aprel ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində Səid adlı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,209 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 2,174 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 25 manat müqabilində əldə edib, daşıyaraq üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol qolunun üzərində olan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 0,455 qram, 0,539 qram və 0,392 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 2,174 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə-metamfetamin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,362 qram, 0,801 qram, 0,973 qram və 1,073 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 4,209 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 26 aprel 2023-cü il tarixdə saat 16-17 radələrində yaşadığı evdən çıxıb dükana siqaret almağa getmiş, qayıdanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində sadəcə pul olmuş, qonşuları və anası da onun saxlanılmasını görmüşlər. O, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirildikdən sonra anası polis əməkdaşlarından onun üzərindən nə çıxdığını soruşduqda sonuncuya “sonra biləcəksən” məzmunlu cavablar verilmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitədən istifadə etdiyinə görə həmişə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları ona imzalaması üçün sənəd təqdim etmiş, o, imzalamayacağını dedikdə, polis əməkdaşları üzərindən 1 kiloqram narkotik vasitə çıxarmaqla hədələyib ona təzyiq göstərmişlər. Saxlanılarkən üzərində narkotik vasitə aşkar edilməmiş, onu Səyavuş və Anar adlı polis əməkdaşları saxlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis bölməsində şəxsi axtarış və baxışın videoçəkilişdən istifadə edilməklə aparıldığını, müdafiəçinin iştirak etmədiyini, psixi təzyiqə görə təqdim olunmuş bükümlərdəki heroin və metamfetaminin ona məxsus olduğunu təsdiqlədiyini, ona qarşı fiziki zor tətbiq edilmədiyini, saxlanılan zaman üzərində 22,3 manat pul, cib dəsmalı və “Samsung” markalı mobil telefonun olduğunu, pulun polis bölməsində anasına qaytarıldığını, 2008-ci ildən bəri narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərində olan bütün əşyaları çıxarıb polis əməkdaşlarına verdiyini, polis əməkdaşlarının mobil telefonunun kodunu açmağını istədiklərinə görə mobil telefonun kodunu açdığını, mobil telefonunda baxdıqları “sms” mətni barədə ona demədiklərini, mobil telefonuna dost-tanışlarından “sms” mətninin gəldiyini, onu polis əməkdaşlarının Çingiz Nəsirov küçəsində saxladıqlarını, həmin vaxt tək olduğunu, Anar və Səyavuş adlı polis əməkdaşlarından başqa digər şəxslərin adlarını bilmədiyini, üzərinə baxış keçirilən zaman müdafiəçisinin iştirak etmədiyini, metamfetamindən isə istifadə etmədiyini, ev ustası işlədiyini, aylıq gəlirinin təxminən ***- **** manat olduğunu, ayda təxminən 700-800 manat narkotik vasitəyə pul xərclədiyini, 1 qram narkotik vasitəni 25-30 manata aldığını, ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini, üzərinə baxış keçirilən zaman aşkarlanmış narkotik vasitə olan “kakos”, yəni heroin və psixotrop maddə olan “şüşə”, yəni metamfetamini polis əməkdaşlarının üzərinə qoyduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, məhkəmə araşdırması zamanı elan edilən ifadələrin ona məxsus olduğunu, onu saxlayan şəxslərin içində Şahid1 olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 27 aprel 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək onu şübhəli şəxs qismində Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Həmin polis bölməsinin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, həmin təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sol qolunun üzərində olan cibindən 04 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri və 04 ədəd içərisində kristal formalı ağ rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, 2,20 manat pulu, cib dəsmalını, əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən “Leo bank”-a məxsus bank kartını, ödəniş qəbzlərini, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kiçik cib bıçağını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 04 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin və 04 ədəd içərisində kristal formalı ağ rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitəni və psixotrop maddəni “Səid” adlı İran vətəndaşından onlayn üsulla qramını 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə, psixotrop maddə, mobil telefon və bir ədəd bıçaq, bank kartı və ödəniş çekləri polis əməkdaşları tərəfindən götürülərək kağız zərflərə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 27 aprel 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Qalib adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin istifadəsi və satışında şübhəli olduğunu bildirib sonuncunu Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 04 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm və 04 ədəd içərisində kristal formalı, ağ rəngli maddə olan şəffaf sellofan büküm aşkar edilərək götürüldükdən sonra qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxsdən onlayn yolla 25 manat müqabilində əldə etdiyini etiraf etdiyini, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq hərəkətlərinin edilmədiyini, əməliyyat qrupuna ondan başqa Şahid2 Abidin oğlunun daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılması və üzərinə axtarış və baxış keçirilməsi zamanı Anar adlı polis əməkdaşının iştirak etmədiyini bildirdi. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid2 Abidin oğlu həmin ifadəsində Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs siqaret və çörək almaq üçün ünvan 1 ünvanında yerləşən yaşadığı evdən çıxıb marketə gedərkən 2 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bu barədə qonşuları ona məlumat verdikdən dərhal sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerə gedərək sonuncunu saxlayan şəxslərdən nəyə görə saxladıqlarını soruşduqda polis əməkdaşları polis bölməsində aydınlaşacağını söyləmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs cibində olan 20 manat pulu, evin açarlarını və kartı çıxarıb ona vermiş, o da polis əməkdaşlarının avtomobilinə əyləşib Təqsirləndirilən şəxsla birgə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs saxlanılmasının səbəbinin sonra söyləniləcəyi deyilmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs bir neçə bükümdə narkotik maddə təqdim edib, özünə məxsus olmasını deməyə məcbur etmiş, əks halda yaşadığı evdən külli miqdarda narkotik maddə çıxarıb onu da tutacaqlarını dediklərindən, Təqsirləndirilən şəxs da razılaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar və əmrdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8, 9) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsində yaşadığı evin yaxınlığında saat 16:00 radələrində saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 14, 28) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” prokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qolunun üzərində olan cibindən 04 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri və 04 ədəd içərisində kristal formalı, ağ rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 2,20 manat pul, cib dəsmalı, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən “Leo Bank”-a məxsus 4098 5844 9762 0789 nömrəli bank kartı, ödəniş qəbzləri və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd cib bıçağını təqdim etmiş, sorğu zamanı təqdim etdiyi 04 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin və 04 ədəd içərisində kristal formalı, ağ rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, narkotik maddələri “Sədi” adlı İran vətəndaşından onlayn üsulla qramını 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. (Cild 1, iş vərəqə 33-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2459 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,788 qram, 0,455 qram, 0,539 qram, 0,392 qram, ümumi təmiz çəkisi 2,174 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,362 qram, 0,801 qram, 0,973 qram, 1073 qram, ümumi təmiz çəkisi 4,209 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 4,209 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 4,009 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 2,174 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 1,974 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 40-43) xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 57-58) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-187/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 82-87) xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs götürülmüş, içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 96-97) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətində baş verənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 106-107) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, xx/xx-8272 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-xx.xx.2008, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016xx.xx.2016, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə həmin mərkəzdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. (Cild 1, iş vərəqə 124) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli, 8206 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2014xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə həmin xəstəxanada müalicədə olmuşdur. (Cild 1, iş vərəqə 139) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 144) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 146-147) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 4540 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 148-149) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1093 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqə 154-155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator məhkəmə psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 1976 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 157-158) xx.xx.2023-cü il “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, son altı ayda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “qaqaş bi dənə patı var kola verən var dəyişmək olar dobrıdı gəl istəyən var”, ***-***-**-** saylı mobil nömrədən “qaqaş mən neyniyim çıxım gedim, dayanmışam yolun kənarında o yana keçən hamı mənə baxır alınmırsa mən gedim”, ***-***-**-** saylı mobil nömrədən “qaqaş çox uzanacaq hə yox denənki bilim Qalib”, ***-***-**-** saylı mobil nömrədən “arginal metadon tapmışam natura metidi Qalib inanıram ki deceysən nə cavab versə qoy özü öz diliynən kurs eləsin məni gözlüyürəm sroçnu ya hə desin yə yox desin”, ***-***-**-** saylı mobil nömrədən “qaqaş düzəlmədi mənim işim 100 % işim srvat oldu bizə hə yox denən”, ***-***-**-** saylı mobil nömrədən “Qalib qardaş heç gözləmirdim səndən, qərdeş yoxun idi daş deyərdin yaxudda kola verərdün qardeş Qalib atamcanı səndən heç gözləmirdim” məzmununda mesajların göndərilməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 166) xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid2 Abidin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (Cild 1, iş vərəqə 199-201) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qitmətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4,209 qram narkotik vasitə heroin, təmiz çəkisi 2,174 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,009 qram narkotik vasitə heroin və 1,974 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk sübut növü kimi qiymətdirilməklə, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 202-213) Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-54bb/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən keçirilmiş əməliyyat-axtarış tədbirində “Anar” adlı polis əməkdaşı iştirak etməmiş, eləcə də həmin bölmədə qeyd olunan adda polis əməkdaşı xidmət etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/2-9779/24 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq informasiyasının təqdim edilməsi mümkün olmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı, Şahid2 Abidin oğlu məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etməsi müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı psixi zorakılıq edilməsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, videoçəkiliş zamanı söylədiyi etirafedici ifadəsini ona psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə baxışı zamanı Şahid1 və Şahid2 Abidin oğlu tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri və vaxtı mübahisələndirməsə də, həmin vaxt üzərində hər hansı psixotrop maddə və narkotik vasitənin olmadığını, Səyavuş və Anar adlı polis əməkdaşları tərəfindən saxlanıldığını, hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 həmin əməliyyat tədbirində iştirak etmədiyini, polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkəti aparılarkən ittihamda qeyd edilən 4 bükümdə narkotik vasitə heroin və 4 bükümdə psixotrop maddə metamfetamini təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsinin yaxınlığında saxlanılarkən əməliyyat tədbirində o və Şahid2 başqa şəxslərin iştirak etmədiyini, habelə Şahid2 məhkəməyədək icraat zamanı oxşar məzmunda ifadə verdiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 8-ci vərəqində olan əmrdən görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid1 və Şahid2 Abidin oğlu olmuşdur. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-54bb/24 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən keçirilmiş əməliyyat-axtarış tədbirində “Anar” adlı polis əməkdaşı iştirak etməmiş, eləcə də həmin bölmədə qeyd olunan adda polis əməkdaşı xidmət etməmişdir. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cildinin 33-35-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 04 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokoldan görünür ki, sellofan torba “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2459 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 04 ədəd bükümdə ümumi təmiz çəkisi 2,174 qram psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ümumi təmiz çəkisi 4,209 qram narkotik vasitə heroin olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlərin ifadələri ayrı-ayrılıqda təhlil edilmiş, həmin ifadələrin sübut əhəmiyyəti daşıyıb-daşımaması araşdırılmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin təqdim etdiyi əlavə şahid X3 Təqsirləndirilən şəxs anası, yəni yaxın qohumudur. Şahid Sevda Bayramova məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasını bilavasitə görmədiyini, qonşularının məlumatından sonra həmin yerə yaxınlaşdığını, daha sonra polis əməkdaşları ilə birgə 31ci Polis Bölməsinə getdiyini, polis əməkdaşlarından Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkarlandığını öyrəndiyini bildirmişdir. Məhkəmə bir halı qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış, həmin istintaq hərəkətində təqsirləndirilən şəxsin anası iştirak etməmişdir. X6 Qoşqarovun üzərindən narkotik vasitə və psixotrop maddənin çıxma şəraitini görmədiyinə görə onun polis əməkdaşlarının Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı hədələnərək narkotik vasitə təqdim etməsinin tələb olunması barədə verdiyi ifadəsi hər hansı sübuta, dəlilə söykənməmiş, müdafiə xarakterli daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Bu səbəbdən, məhkəmə əlavə şahid X2 ifadəsini sübut kimi yolverilməz hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Abidin oğlunun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmiş, təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmə səmərəli tarazlaşdırıcı tədbirlər görmüşdür. Belə ki, məhkəmə şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasını bir neçə dəfə başqa vaxta keçirmiş, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edərək icra üçün göndərmiş, həmin qərarın icra edilməməsi səbəbləri məhkəmə tərəfindən yoxlanılmış, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atmış və digər zəruri hərəkətləri yerinə yetirmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin mövqeyini əsaslı qəbul etmir, Şahid2 Abidin oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini sübut kimi yol verilən hesab edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi, Şahid2 Abidin oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qaqaş bi dənə patı var kola verən var dəyişmək olar dobrıdı gəl istəyən var, “qaqaş mən neyniyim çıxım gedim, dayanmışam yolun kənarında o yana keçən hamı mənə baxır alınmırsa mən gedim, qaqaş çox uzanacaq hə yox denənki bilim Qalib”, “arginal metadon tapmışam natura metidi Qalib inanıram ki deceysən nə cavab versə qoy özü öz diliynən kurs eləsin məni gözlüyürəm sroçnu ya hə desin yə yox desin”, “qaqaş düzəlmədi mənim işim 100% işim srvat oldu bizə hə yox denən”, “Qalib qardaş heç gözləmirdim səndən, qərdeş yoxun idi daş deyərdin yaxudda kola verərdün qardeş Qalib atamcanı səndən heç gözləmirdim” məzmununda mesaj mətnləri göndərilmişdir. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola”, “patı”, “metadon”, “daş” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrəsinə yazmış, Təqsirləndirilən şəxs da narkotik vasitə və psixotrop maddələri satmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 4,209 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,174 qram psixotrop maddə metamfetamin aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 28,06 dəfə, metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 14,49 dəfə çoxdur. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, xırda bükümlərə bölünməsinə, üzərindən çıxan narkotik vasitə və psixotrop maddənin tərkibinin eyniliyinə, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına, narkotik vasitələrin satışına dair mesaj mətnlərinin mövcudluğuna əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olduğundan ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 144 (bir yüz qırx dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,009 qram narkotik vasitə heroin, 1,974 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, bir ədəd üzərində ***- ***-**-** saylı mobil nömrə olan “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 4540 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,009 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 1,974 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar