Məhkəmə qərarları › İş №1(101)-738/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2025 06.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs və qeyrilərinin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda metadon həbini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədlərinə əsasən həmin şəxslərin göndərdiyi külli miqdarda 5511,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 640 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan 297 ədəd metadon həbini istintaqa məlum olmayan tarixdə, yerdən və şəraitdə qanunsuz olaraq əldə edib Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsinə daşıyaraq tiryəki, metadon həblərini və qurudulmuş marixuananın 2530 qram olan hissəni həmin qəsəbədə yerləşən Yeni yaşayış massivi, ev 10, mənzil 14 ünvanındakı yaşadığı mənzildə saxlasa da, narkotik vasitə qurudulmuş marixuananın 36,92 qram çəkidə olan hissəsini satış üçün ayıraraq üzərində, 2945 qram çəkidə olan hissəsini isə satış üçün ayıraraq idarə etdiyi “Toyota Prius” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2024cü il tarixdə, saat 22:30-da ünvan 3 ünvanında saxlanılaraq qeyd olunan ünvanda dərhal üzəri yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi xeyli miqdarda 36,92 qram olan narkotik vasitə qurudulmuş marixuana, ardınca həmin gün saat 22:55-dən etibarən idarə etdiyi “Toyota Prius” markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ yan oturacağının üzərindən 01 ədəd sellofan torbanın içərisində olan 03 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 960 qram, 990 qram və 995 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2945 qram olan narkotik vasitə qurudulmuş marixuana və 03 avqust 2024-cü il tarixdə, saat 00:45-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin mətbəxində olan masanın alt hissəsindən 01 ədəd sellofan torbanın içərisində olan 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 995 qram, 520 qram və 515 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2530 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdrada 640 (altı yüz qırx) qram olan narkotik vasitə tiryək və külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan 297 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, onu polis əməkdaşları Alatava adlanan yerdə saxlamışlar. Saxlanıldığı vaxt avtomobillə olmuşdur. O, avtomobilini saxlamış və polis əməkdaşları onu saxlamışlar. Onu saxladıqdan sonra üzərinə 1 büküm qoymuşlar, 15-20 dəqiqə sonra isə avtomobilindən bükülü çıxartmışlar və videoçəkiliş aparmışlar. Polis əməkdaşları onda narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitənin olduğunu demiş və birlikdə yaşadığı evə getmişlər, qalan narkotik vasitələri də polis əməkdaşlarına vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları yolda üzərində şəxsi axtarış və götürmə həyata keçirtmişlər. Saxlanıldığı vaxt avtomobildə olmuşdur. Avtomobilinin markası Toyota Priusdur. Taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onu 3 və ya 4 nəfər polis əməkdaşları saxlamışlar. Saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitə istifadə edir. İstifadə etdiyi narkotik vasitələri sosial şəbəkələrdən əldə etmişdir. Narkotik vasitəni atılan məkanlardan gedib götürüb əldə etmişdir. Əldə etdiyi narkotik vasitənin ödənişini atılan kartın hesabına köçürürdü. Axırıncı dəfə istifadəsi üçün narkotik vasitə marixuana əldə etmişdir. Sonuncu dəfə əldə etdiyi narkotik vasitə marixuananın çəkisi 50 qram olmuşdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmir, çünki oxumağı bacarmır. Saxlanıldığı vaxt ittihamda qeyd olunan narkotik vasitələri üzərinə qoyduqdan sonra videoçəkiliş aparmışlar. Yolda saxlanılıb üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən müdafiəçisi olmamışdır. Müdafiəçi 2 gündən sonra yanına gəlmişdir. Aşkar olunanlar ona məxsus deyil. Saxlanıldığı vaxt avtomobilində də heç bir narkotik vasitə olmamışdır. Ona məxsus olan narkotik vasitələri, yəni evində olanları polis əməkdaşlarına könüllü təqdim etmişdir. Polis əməkdaşlarının özlərində narkotik vasitə olduğu üçün üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitələri özləri qoyub videoçəkiliş aparmışlar. Saxlanıldığı yerdə saxlanıldıqdan 15-20 dəqiqə sonra videoçəkiliş olmuşdur. Saxlanıldığı yerdə nə hal şahidi, nə də ki müdafiəçisi olmuşdur. Saxlanıldığı yerdə özü könüllü olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu dediyi üçün polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evə gediləndə videoçəkiliş aparılmış və həmin vaxtı evdə heç kim olmamışdır. Yaşadığı evə gedəndə çox adamla getmişlər. Yaşadığı evdən 2 kiloqram narkotik vasitə marixuana, tiryək və dərmanlar aşkar olunmuşdur. Yaşadığı evdə aşkar olunanları polis əməkdaşlarına könüllü təqdim etmişdir. Üzərindən və avtomobilindən aşkar olunanlar ona məxsus deyil. Yaşadığı evdə aşkar olunanlar, yəni ittihamda evində aşkar olunanları özü təqdim etmiş və səmimi etiraf etmişdir. Onu polis əməkdaşları saxladıqdan sonra dərhal videoçəkiliş olmamışdır. Videoçəkiliş üzərinə narkotik vasitələr qoyulduqdan sonra aparılmışdır. Evində aşkar olunanları təqdim edəndə videoçəkiliş aparılmışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadəsindən xəbəri yoxdur, polis əməkdaşları istədikləri kimi yazmışlar. Ona qarşı polis əməkdaşları tərəfindən heç biri fiziki, psixoloji təsir və ya təzyiq olmamışdır. Narkotik vasitə atılan yerə getmiş və atılan narkotik vasitənin çox olduğunu görmüş və çıxıb getmişdir. 50 qram narkotik vasitənin pulunu atılan kart hesabına göndərmişdir. Şahid3 onun saxlanmağında iştirak etməmişdir.Məhkəmə istintaqında ifadə verən şahidlərin heç biri saxlanmağında iştirak etməmişlər. Şübhəli şəxs qismində dindirmə protokolunda İran İslam Respublikasının Əli adlı vətəndaşı ilə bağlı qeyd olunanları təsdiq etmir, o, elə bir ifadə verməmişdir. İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil nömrələrin biri ilə danışığı olmuşdur. Həmin mobil nömrə ilə danışığı narkotik vasitə ilə bağlı olmuşdur. Mobil telefonunda aşkar olunmuş SMS mətnlərin nə olduğunu bilmir. Yaşlı və xəstə olmağının nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 ay əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Əli” adlı şəxslə tanış olmuş, iranlı ona iş birliyi təklif etmiş, mahiyyəti isə ondan ibarət olmuşdur ki, iranlının İran İslam Respublikasının ərazisindən narkotik vasitə və psixotrop maddələri göndərməli, o da narkotik vasitələri iranlının sonradan bildirdiyi koordinatlar üzrə daşıyıb tullamalı, bunun müqabilində isə müəyyən qram çəkidə nəşə və metadon götürməli olmuşdur. O da iranlının bu təklifi ilə razılaşmış, saxlanılana qədər 02 dəfə iranlının göndərdiyi narkotik vasitələri deyilən ünvana çatdırmış və qarşılığında az miqdarda narkotik vasitələr almışdır. O, 2 ildir ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə isə narkotik vasitələri saxlanılmazdan 3-4 gün qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir. O, 02 avqust 2024-cü il tarixdə, saat 22:30-da ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmiş, polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, sonra üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd avtomobil açarı, 01 ədəd 5239 1517 9780 nömrəli plastik bank kartı, 01 ədəd özünə aid şəxsiyyət vəsiqəsi və 61 manat pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 38 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd 5239 1517 9780 nömrəli plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, pul və avtomobilin açarı ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən başqa idarə etdiyi avtomobildə və yaşadığı ünvanda narkotik vasitə gizlətdiyini bildirmişdir. Bundan sonra o və polis əməkdaşları həmin ünvanda narkotik vasitəni gizlətdiyi “Toyota Prius” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişlər. Ona avtomobildə olan narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bundan sonra o, idarə etdiyi avtomobilin sağ yan oturacağının üzərində saxladığı 01 ədəd torbanın içərisində olan 03 bağlamada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana kütlələrini təqdim etmiş, sonra qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 115 qram olmuşdur. Aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüş, avtomobildən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına getmiş, ünvanın qarşısında ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bundan sonra o, mənzilin mətbəx otağındakı stolun altında gizlətdiyi 01 ədəd torbadan 04 ədəd bağlamada qurudulmuş marixuananı, 01 ədəd sellofanda tiryəki və 297 ədəd metadon həbi təqdim etmişdir. Sonra qurudulmuş marixuana və tiryək kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 2 kq 763 qram və tiryəkin çəkisi 642 qram olmuşdur. Aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmiş, baş idarədə o, ərizə ilə müraciət edərək dövlət hesabına vəkillə təmin olunmağını xahiş etmiş, daha sonra vəkil gəlmiş, ona hüquq və vəzifələri bir daha izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən ekspertiza qərarı qəbul olunmuş, o və vəkili həmin qərarla, daha sonra isə ekspertiza rəyləri ilə tanış olmuşdur. O, törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə, saat 22:30-da Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Yasamal rayonu və Qaradağ rayonu ərazisində külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. 02 avqust 2024-cü il tarixdə şəxs tərəflərindən ünvan 7 ünvanında saxlanılmışdır. Üzərinə baxış keçirilərkən əynində olan şalvarın cibindən marixuanaya bənzər kütləni təqdim etmişdir. Şahid1 tərəfindən çəkisi müəyyən edilən zaman həmin kütlənin çəkisinin 38 qram olduğu müəyyən edilmişdir. Şəxs həmçinin evində və avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. **-DZ-*** nömrəli “Prius” markalı avtomobilə baxış keçirilən zaman avtomobilin içərisində oturacaqda 3 ədəd bağlamada təxmini çəkisi 3 kq olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Müşfiq qəsəbəsindəki yaşadığı evinə yollanmışlar. Mətbəxdə stolun altında gizlətdiyi 1 ədəd sellofanın içərisində 4 ədəd bağlamada marixuanaya bənzər kütlə, həmçinin bir ədəd sellofanda tiryəkə bənzər kütlə və metadon həbləri təqdim etmişdir. Həmin narkotik vasitələrin çəkisi sayını dəqiq xatırlamadığı metadon həbləri, 2 kq marixuana, təxmini 600 qr tiryəkə bənzər kütlə müəyyən olunmuşdur. Haradan əldə etdiyini soruşduqda 3-4 gün öncə Yasamal rayonu ərazisindən İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsin vasitəsilə və sonuncunun göstərişi ilə götürdüyünü və deyilən ünvanlara qoyacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunun tərkibində Şahid1, Şahid3 və o olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Şəxsin üzərinə axtarış və götürülmə videoçəkilişlə aparılmışdır. Şəxsin üzərinə axtarış və götürülmə zamanı müdafiəçi də iştirak etmişdir. Təqsirləndirilən şəxsə heç bir fiziki təzyiqləri olmamışdır. Şəxs törətdiyi əməli səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxladıqları zaman üzərində narkotik vasitə aşkarlanmış və videoçəkilişlə üzərinə baxış aparmış və protokol tərtib etmişlər. Narkotik vasitəni şəxsi saxladıqları ərazidə avtomobilinin yanında tərəzi ilə çəkmişlər. Təqsirləndirilən şəxsi saxladıqları ərazidən Baş İdarəyə aparmışlar. Baş İdarədə videoçəkilişlə narkotik vasitəyə baxış və götürülmə keçirilmişdir. Həm yerində videoçəkiliş, həm də Baş İdarədə narkotik vasitəyə baxış zamanı videoçəkiliş olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 təqsirləndirilən şəxsin üzərində, avtomobilində və maşınında narkotik vasitə olmağı ilə bağlı məlumat olmuşdur. Şəxs özü onların evinin yerini və evində narkotik vasitənin olmağını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində təxminən saat 22:30 radələrində ünvan 8 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra üzərində şəxsi axtarış və götürmə həyata keçirərkən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifdən sonra üzərində olan narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Prius” markalı avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra isə yaşadığı Qaradağ rayonu, Müşfiq qəqəbəsindəki evdə də narkotik vasitənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdəki narkotik vasitəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri adını Əli kimi bildiyi İran İslam Respublikasının vətəndaşından 4 gün əvvəl Yasamal rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini və İran İslam Respublikasının vətəndaşının dediyi ünvanlara çatdıracağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı qrupun digər üzvünə daxil olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində piyada sonuncunun avtomobilinin yaxınlığında saxlamışlar. Saxladıqları şəxs barəsində məlumatlar əməliyyat qrupunun rəhbərinə daxil olduğu üçün sonuncu barəsində məlumatları digər əməkdaş bilir. Təqsirləndirilən şəxs özü səmimi olaraq avtomobilində və yaşadığı evdə də narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində baxışı saxladıqları yerdə videoçəkilişlə həyata keçirtmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra bütün prosessual hərəkətləri videoçəkilişlə həyata keçirtmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdən sonra sonuncunun yaşadığı mənzilə getmişlər, daha sonra isə BNMİyə yollanmışlar. Təqsirləndirilən şəxs saxladığıqları vaxt onlara qarşı heç bir tabesizlik göstərməmişdir, hər şeyi özü səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qapısını kimin açdığını dəqiq bilmir, səhv etmirsə sonuncunun özü açmışdır. BNMİ-də təhqiqatçının otağında Təqsirləndirilən şəxs videoçəkilişlə təhqiqatçı tərəfindən suallar verilmiş və sonuncu da eyni cavablar vermişdir. BNMİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirtməmişlər. BNMİ-də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən və digər aşkar olunanları təhqiqatçıya təqdim edirlər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və o daxil edilmişlər. 02 avqust 2024-cü il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün həmin yerə getmiş, saat 22:30-da həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin “Toyota Prius” markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu müşahidə etmişlər. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin də özünü təqdim etməsini xahiş etmiş və o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və üzərinin tərəflərindən videoçəkiliş vasitəsi ilə yoxlanılacağını bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmağa başlamışdır. Üzərini yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan şalvarın digər ciblərindən 01 ədəd mobil telefon, 01 ədəd avtomobil açarı, 01 ədəd plastik bank kart, 01 ədəd şəxsiyyət vəsiqəsi, 03 ədəd açar və 61 manat pul aşkar olunmuşdur. Sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon, 01 ədəd plastik bank kartı və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxin vasitəsi ilə 3-4 gün bundan qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, üzərindən başqa idarə etdiyi avtomobildə və yaşadığı ünvanda narkotik vasitə gizlətdiyini bildirmişdir. Bundan sonra onun idarə etdiyi “Toyota Prius” markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən həmin ünvanda videoçəkilişdən istifadə edilməklə yoxlanılmağa başlanılmış, əvvəlcə ona avtomobildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, idarə etdiyi avtomobilin sağ yan oturacağının üzərində saxladığı 01 ədəd torbanın içərisində olan 03 ədəd bağlamada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Avtomobilin yoxlanılması polis əməkdaşları tərəfindən daha sonra davam etdirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 2 ünvanında narkotik maddə saxladığını, həmin evə baxış keçiriləcəyi halda onları təqdim edə biləcəyini bildirmiş, Bundan sonra onlar birlikdə həmin ünvana gəlmiş, həmin ünvan videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən yoxlanılmağa başlanılmış, əvvəlcə Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, mənzilin mətbəx otağındakı stolun altında gizlətdiyi 01 ədəd torbadan 04 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər, 01 ədəd sellofanda tiryəkə bənzər və 297 ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti altında Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək aşkar edilmiş maddələrlə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal və Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Toyota Prius markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində və ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir. (l cild i.v. 5) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal və Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Toyota Prius markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində və ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 6-7) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon,1 ədəd avtomobil açarı, 1 ədəd 5239 1517 9780 nömrəli plastik bank kart,1 ədəd şəxsiyyət vəsiqəsi, 3 ədəd açar və 61 AZN pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 38 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd 5239 1517 9780 nömrəli plastik bank kart, 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, iş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxin vasitəsi ilə 3-4 gün bundan qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, üzərindən başqa idarə etdiyi avtomobildə və yaşadığı ünvanda narkotik vasitə gizlətdiyini bildirmişdir. (l cild i.v 9-11) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan oturacağının üzərində saxladığı 1 ədəd torbanın içərisində olan 3 bağlamada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 115 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxin vasitəsi ilə 3-4 gün bundan qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, yaşadığı ünvandada narkotik vasitə gizlətdiyini bildirmişdir. (l cild i.v 12-14) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilinə baxış keçirilməsinə dair protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin mətbəx otağındakı stolun altında gizlətdiyi 1 ədəd torbadan 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər, 1 ədəd sellofanda tiryəkəyə bənzər, 297 ədəd metadon həbinə bənzər kütlələrini təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya və tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 2 kq 763 qram, tiryəkə bənzər kütlənin çəkisi 642 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” “adlı şəxsin vasitəsi ilə 3-4 gün bundan qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırıb istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə əldə etdiyini, əvvəllər məhkum olunduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. (l cild i.v 15- 17) xx.xx.2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, təqdim olunan 1 ədəd ağ rəngli zərfə, 2 ədəd torbaya və 3 ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, Toyota Prius markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yazısı olan torbadan 3 ədəd bağlamada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr, üzərində Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan yazılı torbadan isə 4 bağlamada qurudulmuş marixuanaya, 1 sellofanda tiryəkə, 297 ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra üç ədəd DVD-yə baxış keçirilmiş DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. (l cild i.v 20-22) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:55-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 22:30-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1270 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bükülüdə təmiz çəkisi-36,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1№-li qara rəngli polietilen bağlamadakı 3 (üç) ədəd üzəriləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 960,0 qram, 990,0 qram, 995,0 qram, ümumi çəkisi - 2945,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 2№-li qara rəngli polietilen bağlamadakı 4 (dörd) ədəd üzəriləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 500,0 qram, 995,0 qram, 520,0 qram, 515,0 qram, ümumi çəkisi - 2530,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1 ədəd kağız paketdə və 2 ədəd qara rəngli polietilen bağlamalarda olan marixuanaların ümumi çəkisi - 5511,92 qramdır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidir. (İ cild i.v. 50-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3967 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş sellofan bağlamada üzərində “Methadone 40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 297 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 11,88 qram (1 həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər birbiri ilə eynilik təşkil edir. Digər bir ədəd bağlamada təmiz çəkisi 640,0 qram olan spesifik tiryək iyli, qətranabənzər maddə narkotik vasitə-tiryəkdir. (İ cild i.v. 55-60) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 77-79) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 992/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 101-106) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, SDS-4712 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik- leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 02 avqust 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild i.v. 111) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman telefonun “WhatsApp” bölməsində İran İslam Respublikasına məxsus olan, adı “Əli İstanbul” deyə qeyd edilmiş +98 914 452 7505, “Elik Bakinski” deyə qeyd edilmiş +98 914 *** **** və “Hikmat” deyə qeyd edilmiş +98 938 *** **** mobil telefon nömrələrinin olması müəyyən edilmişdir. Bundan başqa mobil telefona baxış keçirilən zaman telefonun “WhatsApp” bölməsində iş üzrə sübut əhəmiyyət kəsb edəcək aşağıdakı məzmunda mesajlaşmalar müəyyən edilmişdir: 01 avqust 2024-cü il tarixdə adı “Aliska” deyə qeyd edilmiş +994 55 *** ** ** mobil telefon nömrəsinə “Əli Nail qəbul etdiyi var e ondan var da məndə, əlim çatır, lazım olsa xəbər eləyərsən” 31 iyul 2024-cü il tarixdə adı “Sövqü” deyə qeyd edilmiş +994 99 *** ** ** mobil telefon nömrəsinə “Ay Şövqü sənin qadan alaram bir dənə yarım düzəlt. Yaxın qardaşdır, yaxşı qardaşdır. Yaxınlaşırlar indi, pilləkənin yanında gözləyər, sonra düşüb götürər”. (İ cild i.v. 135) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur, məcburi köçkündür. (İ cild i.v. 140) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Milli Məclisin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2008-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Xətai Rayon Məhkəməsinin qərarına əsasən 07 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 177.3.2, 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3, 93.1.4-cü maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-in 177.3.2-ci maddəsi CM-in 177.2.1, 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 il 10 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( İ cild, i.v. 142-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X7 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5674 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 160-161) xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan, xx.xx.2024cü il tarixdə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5511,52 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 639,9 qram qalmış tiryək, 282 ədəd qalmış metadon həb maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 107-109, 162-175) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 182-184) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, saxlanıldığı vaxt üzərində narkotik vasitə olmaması, onu saxladıqdan sonra üzərinə polis əməkdaşları 1 büküm qoymaları, üzərindən və avtomobilindən aşkar olunanların ona məxsus olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair protokol, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokol, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxin vasitəsi ilə 3-4 gün bundan qabaq Yasamal rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini səmimi etiraf edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı telefonun “WhatsApp” bölməsində müəyyən edilmiş mətn yazıları, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:55-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 22:30-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 137 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5511,52 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 639,9 qram qalmış tiryək, 282 ədəd qalmış metadon həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 66 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 66 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 66 saat hüquqi yardıma görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 396 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5511,52 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 639,9 qram qalmış tiryək, 282 ədəd qalmış metadon həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 66 (altmış altı) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar