Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-739/2020 20.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə x xxxxxx 1986-cı ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nizami rayonu, O.Vəliyev küçəsi, ev 18də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı olan «Məhəmməd» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, bir ədəd sellofan paketin içərisində 4 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-9,685 qram, 60,861 qram, 144,454 qram, 4,223 qram; ümumi təmiz çəkisi- 219,223 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 1 ədəd sellofan paketin içərisində təmiz çəkisi-149,204 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etməklə daşımış və idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində, eləcə də üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 8 radələriııdə Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonu M.Əliyev küçəsində yerləşən dairənin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 saylı ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yaıı cibindən saxladığı bir ədəd sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi-4,223 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş və həmin gün saat 9:20 radələrində Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami rayon Polis İdarəsinin qarşısında baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd sellofan paketin içərisində 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 9,685 qram, 60,861 qram, 144, 454 qram, iimumi təmiz çəkisi-215,0 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 1 ədəd sellofan paketin içərisində təmiz çəkisi-149,204 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. xx xxxxxx 2020-ci il internetdə tanış olduğu Məhəmməd adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb, ona narkotik vasitə heroin və metamfetamin lazım olduğunu bildirmişdir. Narkotik vasitələrin qiyməti nisbətən ucuz olduğundan və həm də hər dəfə narkotik vasitə əldə edərkən polis tərəfindən saxlanılacağından ehtiyat etdiyindən sonuncuya bir neçə yüz qram narkotik vasitə sifariş vermişdir. Məhəmməd ona sifariş etdiyi narkotik vasitələrin Yasamal rayonu ərazisində yerləşən «Asan» xidmətin qarşısındakı avtomobilin təkərinin altına qoyulacağını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən o, narkotik vasitənin pulunu Məhəmmədin ona göndərəcəyi hesaba ödəməli olmuşdur. Belə ki, heroinin qramı 15 manat, metamfetaminin qramı isə 23 manat olmuşdur. Həmin gün, saat 12 radələrində deyilən yerə gedib, narkotik vasitələri götürüb avtomobilin saxlanc yerinə, heroindən təxminən 4 qramını isə istifadə etməsi üçün götürüb cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 8 radələrində Nizami rayonu M.Əliyev küçəsində idarə etdiyi avtomobildə olarkən iki nəfər polis əməkdaşı yaxınlaşıb, onu Nizami RPİ-nə dəvət etmişlər. İdarədə xidməti otaqların birində iki nəfər hal şahidinin iştirakı ilə üstündə gəzdirilməsi qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman əynindəki cins şalvarın sağ yan cibində saxladığı sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə heroin bükümü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan əlavə o, idarə etdiyi «Mercedes-Benz» markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerində də narkotik vasitə olduğunu bildirmişdir. Odur ki, idarənin qarşısında hal şahidlərinin iştirakı ilə avtomobilinə baxış keçirilmiş və avtomobilin saxlanc yerindən sellofan paketin içərisində 200 qramdan bir qədər artıq 3 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin və bir ədəd sellofan paketdə 149 qramdan bir qədər artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin heroin və metamfetamin bükümləri də zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona təsir-təzyiq göstərilməmişdir. Üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşıdır. xx xxxxxx 2020-ci il tarixdə idarəyə Bakı şəhəri Nizami rayonunda yaşayan «Taleh» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq üçün həmin gün onun və idarənin digər əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbir nəticəsində saat 8 radələrində Nizami rayonu M.Əliyev küçəsində yerləşən dairənin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Orada xidməti otaqların birində dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümündə olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, həmin heroini xx xxxxxx 2020-ci il tarixdə Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etmiş və özü üçün istifadə etməkdən ötrü üstündə və idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni avtomobilin salonunda olan saxlanc yerində saxladığını bildirmiş və həmin saxlanc yerindən bir ədəd şəffaf sellofan bükülüdə və üç ədəd bükümdə olan narkotik vasitələri təqdim etmişdir. Baxış zamanı bir ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetamin, digərlərində isə narkotik vasitə heroin olduğunu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Nizami RPİ-nin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşıb, Polis İdarəsində bir nəfər şəxsin üstünə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Razılaşıb polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. İdarədə xidməti otaqların birində başqa bir hal şahidinin də iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Sonuncu könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümündə olan kütləni çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx xxxxxx 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin vasitəsilə əldə etdiyini, şəxsi istifadəsi üçün bir qismini üstündə gəzdirdiyini, qalan hissəsini isə idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfə qoyularaq qablaşdırılmış və DİN-in 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilin salonunda saxlanc yerində saxladığı bir ədəd şəffaf sellofan bükülüdə və 3 ədəd bükümdə olan narkotik vasitələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonuncu təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetamin, digərlərində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə polis əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid P.A.Səliovun ifadəsinə oxşar ifadə verdi. İşin 13-14-cü vərəqələrindəki protokoldan görünür ki, videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı bir ədəd sellofan kəsiyi bükümündə bir ədəd içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni özü üçün istifadə etməkdən ötrü İran vətəndaşı Məhəmməd adlı şəxsin vasitəsilə əldə etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli, spesifik iyə malik olan maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd CD diskə köçürülmüşdür. İşin 15-16-cı vərəqələrindəki protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes CLS» markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən avtomobilin saxlanc yerindən bir ədəd sellofan paketin içərisində 3 ədəd sellofan bükümlərdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan maddə və 1 ədəd sellofan paketin içərisində olan ağ rəngli kristal maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroin və metamfetamindir. Həmin narkotik vasitəni özü üçün istifadə etməkdən ötrü İran vətəndaşı Məhəmməd adlı şəxsin vasitəsilə əldə etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən narkotik vasitənin aşkar edilməsinin videoçəkilişi bir ədəd CD diskə köçürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 4002 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən götürülmüş» sözlər və imzalar olan zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 9.685 qram; 60.861 qram; 144.454 qram, ümumi çəkisi-215.0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi-149.204 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-4.223 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 799 saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 85-86 və 139-146-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.4-cü maddəsinə tövsif edilərək cəzası 5 ilə endirilmiş, Suraxanı rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 6 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşin 152-158 və 175-ci vərəqələrindəki tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərar və qəbzdən qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki ədəd zərfdə təmiz çəkisi 219,223 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 219,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 149,204 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 149,154 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd CD disk maddi sübut kimi tanınmış, iki ədəd disk cinayət işi materiallarına əlavə edilmiş, narkotik vasitələr isə Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İşin 24-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 70-71-ci vərəqələrindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2013-cü il tarixli iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Əməlində cinayətlərin residivinin olmasının Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, həmin maddə ilə ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-ci maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki ədəd zərfdə təmiz çəkisi 219,223 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 219,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 149,204 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 149,154 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki ədəd zərfdə təmiz çəkisi 219,223 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 219,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 149,204 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 149,154 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-739/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-739/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver