Məhkəmə qərarları › İş №1(101)-739/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-739/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-739/2021 22.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 3/5, mənzil 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 15.713 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 6 oktyabr 2020-ci il tarixdə saat 17:00-da ünvan 1 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, saat 18:00-da polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı iki ədəd şəffav rəngli sellofan bükümlərdə, hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 13,853 qram və 1.860 qram, ümumi təmiz çəkisi 15,713 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər 5 dəfə məhkum olunmuş, son 3 məhkumluğu narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. 06.10.2020-ci il tarixdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində kirayə yaşadığı evindən saat 17 radələrində çıxıb gəzişərkən ona “Esmira” şadlıq sarayının yaxınlığında 4 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq bir söz demədən onu avtobus dayanacağının yanına apararaq üst-başını axtarmışlar. Onun ciblərində telefon, siqaret , alışqan və 60 manat pul çıxmışdır. Üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onu saxlamış şəxslər onu qeyri-rəsmi nigah münasibətində olduğu X3 Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsindəki evinə aparmışlar. O, polis əməkdaşlarının «Niva» markalı maşını ilə Ayselin yaşadığı evin qarşısına gəlmiş, polis əməkdaşlarından biri maşında onunla qalmış, digərləri Ayselin evinə getmişlər. Aradan 5-10 dəqiqə keçmiş onu da mənzilə polislər aparmış və Ayselin özünün və uşağının olduğu evdə polis əməkdaşları ona 2 ədəd sellofan bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddəni göstərib, həmin maddənin narkotik vasitə heroin olduğunu və onu bu mənzildən aşkar etdiklərini bildirmişlər. Polis əməkdaşları ondan narkotiki əldə etdiyi şəxslərin adlarını bildirməyi tələb etmiş, o, narkotikin ona məxsus olmadığını, həmin narkotikin polis əməkdaşlarının özləri tərəfindən Ayselin mənzilinə qoyulduğunu dedikdə tələb etmişlər ki, təqdim etdikləri narkotik vasitənin özünə məxsus olmasını bildirsin, əks halda polislərin yanında olan 2 nəfər köməkçiləri bildirəcəklər ki, həm o, həm də ki, Aysel onlara narkotik vasitə satmışdır. Həmçinin polis əməkdaşlarından biri ona söz vermişdir ki, narkotik vasitənin istifadəçisi kimi əməli qiymətləndiriləcək və cəzası da ağır olmayacaqdır. Ayselin məsuliyyətə cəlb edilməməsi məqsədilə polislərin təklifini qəbul etmişdir. Bundan sonra onu Sumqayıt şəhər 4-cü PB-nə aparmışlar, lakin orada bildirmişlər ki, Kimyaçılar qəsəbəsi bu bölmənin ərazisi deyildir və polis əməkdaşlarını 2-ci PB-nə yönəltmişlər. 2-ci PB-də çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və o, polislərin ona tövsiyyə etdiyi qaydada izahat verməklə, əvvəlcədən polislərin onun cins şalvarının sağ yan cibinə qoyduqları 2 ədəd şəffaf sellofan bükümdəki maddələri çıxarıb masanın üzərinə qoyub həmin vasitənin heroin olduğunu, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində qramını 20 manata adını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Baxışın nəticələrinə dair protokolu imzalamışdır. Lakin bundan sonrakı ifadələrinə imza etməkdən imtina etmişdir. Onu 08 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə sanksiya verilməsi üçün apardıqda hakimə hal-hazırda bildirdiklərini desə də, hakim barəsində həbs qətimkan tədbiri seçmişdir. Onu da bildirir ki, ibtidai istintaq zamanı Sumqayıt şəhər prokuroruna etdiyi şikayətlər əsasında prokurorluğun əməkdaşı ondan izahat almış, lakin prokurorluğun araşdırmasının nəticəsinə dair hər hansı bir qərar ona təqdim olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkilidir. 06 oktyabr 2020-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Sumqayıt şəhəi, Kimyaçılar qəsəbəsində yaşayan Emin adlı şəxs narkotik vasitələrin əldə edilməsi və daşıması ilə məşğuldur. Narkotik vasitələrin satışına dair məlumat olmamışdır. Emin adlı şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra rəhbərliyin qərarı əsasında həmkarı Şahid2la elə həmin gün saat 17 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah etmişlər və onunla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişlər. Orada xidməti otaqlarının birində BMCMİ-nin təhqiqatçısı Aburşu Nəcəf Aydın oğlu videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmiş, sonuncu buna etiraz etmədən göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümlərdəki narkotik vasitəsi kokosdur, həmin kokosu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir qramını 20 manata əldə etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə onların 18 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hətta bildirmişdir ki, normalda kokosun bir qramının qiyməti 50 manatdır, ona kokos, yəni heroin ucuz qiymətə təqdim edildiyi üçün 18 qram əldə etmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitənin istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstər saxlanılan zaman, istərsə də bölmədə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı nə onun, nə də ki, həmkarı Şahid2 tərəfindən heç bir fiziki zor və təzyiqlər edilməmişdir. Tərtib edilmiş baxış protokolunu da Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkilidir. 06 oktyabr 2020-ci il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Sumqayıt şəhəi, Kimyaçılar qəsəbəsində yaşayan Emin adlı şəxs narkotik vasitələrin əldə edilməsi və daşıması ilə məşğuldur. Şahid1 rəhbərliyi ilə ikisi birlikdə həmin gün saat 17 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah etmişlər və onunla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişlər. Orada xidməti otaqlarının birində BMCMİ-nin təhqiqatçısı Aburşu Nəcəf Aydın oğlu videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmiş, sonuncu buna etiraz etmədən göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümlərdəki narkotik vasitəsi kokosdur, həmin kokosu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir qramını 20 manata əldə etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə onların 18 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hətta bildirmişdir ki, normalda kokosun bir qramının qiyməti 50 manatdır, ona kokos, yəni heroin ucuz qiymətə təqdim edildiyi üçün 18 qram əldə etmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitənin istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstər saxlanılan zaman, istərsə də bölmədə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı nə onun, nə də ki, həmkarı Şahid1 tərəfindən heç bir fiziki zor və təzyiqlər edilməmişdir. Tərtib edilmiş baxış protokolunu da Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq imzalamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 06.10.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroini satışı məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 06.10.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 06.10.2020-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürülmə aparılması haqqında» 06.10.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, saat 18:00-da polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı iki ədəd şəffav rəngli sellofan bükümlərdə, hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 13,853 qram və 1.860 qram, ümumi təmiz çəkisi 15,713 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs əyinində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 2 bükümdə “Kokos” adlandırılan heroinin özünə məxsus olduğunu, 6 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini, qramını 20 manata aldığını, narotik vasitələrinin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 06.10.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Sumqayıt şəhər məhkəməsinin 08.10.2020-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 6 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyavi ekspertizasının 07.10.2020-ci il tarixli, 6/2083 saylırəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,853 qr., 1,860 qr., ümumi təmiz çəkisi 15,713 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin üm. təmiz çəkisi – 15,713 qr., tədqiqata sərf edildi – 0,100 qr., qalıq – 15,613 qr. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.10.2020-ci il tarixli, 2178 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspertiza rəyinin təsviri hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ekspertin ona ittiham olunan əməli barədə soruşarkən ittihamla qismən razı olduğunu, onda aşkar olunan narkotik vasitələrin miqdarının çox göstərildiyini vurğulayır (i/v 142-144). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29.10.2020-ci il tarixli, 3029 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 07.01.021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan mobil nömrədən istifadə edən şəxslə “Bakcell” və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütəmadi olaraq telefon danışqları həyata keçirilmiş və SMS mətnləri göndərilmişdir. SMS mətnlərində narkotik vasitənin əldə olunması, qəbul edilməsi, bir-birlərinə verməklə yayılması qeyd edilmişdr. Məhkəməyə Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı İstintaq Təcridxcanasından daxil olmuş tibbi kartının surətindən müəyyən olunur ki, o 10.10.2020-ci il tarixdə təcridxanada tibbi müayinədən keçmiş, onda xəsarət əlamətləri aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 21.01.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 15,613 qram olan narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına ləavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən və hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03.04.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 25.05.2007-ci il tarixli qərarı ilə birinci instansiya Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən 13.04.2009-cu il tarixdə cəzadan azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 18.11.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 25.05.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23.09.2013-cü il tarixli qərarı ilə 04 ay 07 gün müddətinə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 27.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli qərarına əsasən 01 ay 16 gün müddətinə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı CÇM-nin 17/26-939 saylı, 18.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Sumqayıt şəhər mhkəməsinin 1(060)-239 nömrəli, 24.05.2012-ci il tarixli icra vərəqəsinə sasən həmin müəssisədən cəza çəkən Təqsirləndirilən şəxs 370 manat tutularaq dövlət nəfinə ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ilk 4 cinayətə görə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə görə müəyyən olunmuş müddət keçdiyinə görə məhkumluğu ödənilmş, lakin Sumqayıt şəhər məhkəməsinin 28.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş sonuncu cəza üzrə onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, axtarış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə 2005-ci il 28 iyun tarixlə Azərbaycan Respublikasının Qanunun 1-ci Siyahısına (Narkotik vasitələr) əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş heroinin miqdarı 15,713 qram külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətin residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 06 oktyabr 2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqatından sonra çəkisi 15,613 qram çəkidə heroin məhv eilməli, cinayət işinin materallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun nəfinə 180 AZN (yüz səksən) pul ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 15,613 qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pul Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Azər Paşayev Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar