Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-739/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, üzərində məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 17/51, mənzil 29-da qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə, günorta vaxtı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının “Abbas” adlı vətəndaşına 850 manat ödəməklə sonuncudan qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) ədəd bükümdə tərkibləri eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 16,956 qram və 5,780 qram, ümumi təmiz çəkisi 22,736 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,253 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd blister kəsiyində, ümumilikdə 4 (dörd) ədəd dərman tabletlərinin tərkibində 0,16 qram narkotik vasitə hesab edilən metodonu əldə edib üzərində saxlamaqla daşımış və 14 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,956 qram və 5,780 qram olan, ümumi təmiz çəkisi 22,736 qram təşkil edən ağ rəngli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,253 qram təşkil qəhvəyi rəngli külli miqdarda narkotik vasitə heroin və üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd blister kəsiyində ümumilikdə 4 (dörd) ədəd dərman tabletlərinin tərkibində 0,16 qram narkotik vasitə hesab edilən metodon onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən, eləcə də 1 (bir) ədəd “AOSAİ” markalı elektron tərəzi onun əynində olan qara rəngli idman şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs edilənədək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 17/51, mənzil 29-da ailə üzvləri ilə birlikdə yaşamışdır. O, evlidir və onun 1 (bir) qız övladı var. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmiş və uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitə heroini yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Eyni zamanda o, psixotrop maddə metamfetamindən və narkotik vasitə “Metadon” həbindən də istifadə etmişdir. O, ittiham aktında qeyd edilən narkotik vasitələrin çəkisi və bükümlərin sayı ilə razı deyil. Çünki o, tutularkən və onun üzərinə şəxsi axtarış aparılarkən ittiham aktında qeyd edilmiş çəkidə narkotik vasitələr onun üzərində olmamışdır. Polis əməkdaşları onu yaşadığı evdə tutaraq Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində qadağan edilmiş heç bir əşya və ya narkotik vasitə olmamışdır. Polis əməkdaşları onun evinə baxış keçirməmişlər. O, yaşadığı evin qapısının döyüldüyünü eşitmiş və gedib qapını açmaq istəyərkən, polislər evə daxil olaraq onu tutmuşlar. Sonra polislər onu Polis İdarəsinə aparmışlar. İttiham aktında göstərilmiş narkotik vasitələrə onun heç bir aidiyyəti yoxdur. O, həmin narkotik vasitələrin kimə məxsus olmasını, haradan əldə edilməsini, necə onun üzərindən aşkar edilməsini bilmir. Ona məxsus olmayan narkotik vasitələrin və psixotrop maddənin onun üzərindən aşkar edilməsinə o, özü də təəccüblənmişdir. O, tutularkən və Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində narkotik vasitələr olmamışdır. Polis İdarəsində ona demişlər ki, “bu narkotik vasitələr sənə məxsusdur və sən bunu etiraf etməlisən”. O da məcbur qalıb polislərin dediyi formada ifadə vermişdir. Lakin onun ittiham aktında göstərilmiş 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroindən, 2 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamindən və 5 (beş) ədəd “Metadondan” xəbəri olmamış, bu əşyalar ona məxsus olmamışdır. Onu Polis İdarəsinə gətirəndə artıq hər şey hazır olmuş, yəni həmin 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 5 (beş) ədəd “Metadon” polislər tərəfindən masanın üzərinə qoyulmuş və israrla həmin narkotik vasitələrin ona məxsus olmasını boynuna almağını ondan tələb etmişlər. O isə etiraf etmək istəməmişdir. Ona görə də sonra polislər ona təzyiq göstərməyə və döyməyə başlamışlar. İttiham aktında yazıldığına görə guya o, 07 sentyabr 2021-ci il tarixdə Maştağa qəsəbəsindəki bazarın yanından 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini, 2 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 5 (beş) ədəd “Metadon” həbini götürmüş və buna görə də 850 manat məbləğində pul vəsaitini İran İslam Respublikasının vətəndaşı olan Abbas adlı şəxsə göndərmişdir. Guya ki, polislər onu 14 sentyabr 2021-ci il tarixdə tutmuşlar. Polislərin yazdığından belə çıxır ki, o, həmin narkotik vasitələri 7 gün ərzində üzərində gəzdirmişdir. O, yenicə cəzaçəkmə müəssisəsindən çıxmışdır. Yəni onun narkotik vasitə əldə edib 1 (bir) həftə ərzində üzərində gəzdirməsi ağılasığmaz bir hərəkət olardı. O, Maşatağa qəsəbəsinə narkotik vasitələr əldə etmək üçün getmiş və bir neçə dəfə orada şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə əldə etmişdir. Lakin o, heç vaxt əldə etdiyi narkotik vasitələri heç kimə satmamışdır. Bundan başqa, o tutulmamışdan əvvəl yenicə cəzaçəkmə müəssisəsindən çıxmış və işsiz olmuşdur. Onun 850 manat məbləğində pulu olmamışdır. Polislər onu “şərləyərək” tutmuşlar və onu narkotik vasitələrlə “yükləmişlər”. Polis İdarəsində təhqiqatçının, vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və guya onun üzərindən narkotik vasitələr aşkar edilmişdir. Bunu polislər görüntü üçün belə sənədləşdirib kameraya çəkmişlər. Lakin bu belə olmamışdır. O, Polis İdarəsinə aparılan zaman əvvəlcədən narkotik vasitələr masanın üzərinə düzülmüşdür ki, onu “yükləsinlər”. O, videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Çünki o, narkotik vasitə xəstəsidir. Həmin vaxt da o, narkotik vasitənin təsiri altında olmuş və bədənində ağrılar olmuşdur. O, bu ağrılara dözə bilməmişdir. Ona görə də o, polislərin dediklərini təkrar etmiş və narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 17/51, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə işlədiyi İdarənin rəhbərliyinə raportla məruzə olunmuş və bundan sonra 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla yanaşı, digər polis əməkdaşları Şahid2 və Şahid3 daxil olmuşlar. Həmin gün təxminən saat 20:30 radələrində onlar birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanının qarşısına getmişlər. Onlar orada təxminən 25-30 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs oxşar bir nəfəri müəyyən etmişlər. Həmin şəxs piyada hərəkət etmiş və əlində balaca sellofan paket olmuşdur. Təqsirləndirilən şəxs onlara doğru hərəkət edərək onlara tərəf yaxınlaşdıqda, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs tərəf gedərək sonuncunu saxlamışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək üçün kim olduğunu soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdr. Bundan sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində saxlamasına dair əməliyyat məlumatının daxil olduğunu bildirmişlər və məsələni araşdırmaq məqsədi ilə saxladıqları şəxsi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməmiş və onlarla birlikdə 29-cu Polis şöbəsinə getmişdir. 14 sentyabr 2021-ci il tarixdə 29-cu Polis şöbəsində xidməti otaqların birində təhqiqatçının, dəvət edilmiş vəkilin, onun, digər polis əməkdaşları Şahid2 və Şahid3 və saxladıqları şəxs Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar, 2 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar, narkotik vasitə “Metadona” oxşar həbləri çıxararaq masanın üstün qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs barmağında olan 1 (bir) ədəd üzüyü, 1 (bir) ədəd qara rəngli tərəzini və 49 manat pulu, 1 (bir) ədəd mobil telefonu da təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərində başqa əşya və predmet olmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd üzük və 49 manat pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İçərisində narkotik vasitə və psixotrop maddənin olduğu 3 (üç) ədəd büküm təhqiqatçı tərəfindən açılmış və həmin bükümlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olduğunu, həmin bükümləri və 4 (dörd) ədəd “Metadon” adlı həbləri İran İslan Respublikasının vətəndaşı olan Abbas adlı şəxsin kart hesabına 850 manat pul ödəməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Abbas adlı İran İslam Respublikasının vətəndaşının kuryer vasitəsilə narkotik vasitələri Maştağa qəsəbəsinin ərazisinə qoydurduğunu və bundan sonra həmin yerə gedərək oradan həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr, 4 (dörd) ədəd narkotik vasitə tərkibli “Metadon” həbləri, 1 (bir) ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş və aparılmış prosessual hərəkətlə bağlı protokol tərtib edilmişdir. Sonra orada iştirak edən bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələrin çəkisini, həmin vasitə və maddənin olduğu bükümlərin sayını, eləcə də narkotik vasitə tərkibli “Metadon” həblərinin və 1 (bir) ədəd elektron tərəzinin ona məxsus olmasını mübahisələndirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 37-39) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd sellofan büküm, 1 ədəd üzük, 4 ədəd həb, sol yan cibindən 1 ədəd qara rəngli tərəzi, 49 manat pulu və əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkarlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4067 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 50-52) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan 1 ədəd kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,956 qram, 5,780 qram, ümumi təmiz çəkisi 22,736 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər, 1 ədəd bükümdə təmiz çəkisi 5,253 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40” göstəriciləri olan 1 ədəd blister kəsiyində ümumilikdə 4 ədəd dərman tabletlərinin tərkibində 0,16 qram təsiredici maddə metadon müəyyən edilmişdir. 1 ədəd “AOSAİ” markalı elektron tərəzinin üzərində heroinin izləri müəyyən edilmiş, tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində psixotrop maddə olan metamfetaminin 0.1 qramının tədqiqata sərf edilməsi və qalıq çəkisinin 22,636 qram, narkotik vasitə olan heroinin 0,05 qramının tədqiqata sərf edilməsi və qalıq çəkisinin 5,203 qram, təsiredici maddə olan metadonun 1 tabletinin tədqiqata sərf edilməsi və qalıq sayının 3 ədəd tablet şəklində qalması göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-785/2021 saylı qərarından (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 57-58) görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 özünü və xidməti otaqda olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühim İşlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və müdafiəçi X4 təqdim etdikdən sonra sonuncuların iştirakı ilə 14.09.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təhqiqatçı tərəfindən şəxsi axtarışın 14.09.2021-ci il tarixdə, saat 22.40-da aparıldığı və şübhəli şəxsə özünü təqdim etməsi bildirir. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilir və ona üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümü, 1 ədəd üzüyü, 4 ədəd həbi, sol yan cibindən 1 ədəd qara rəngli tərəzini, 49 manat pulu və əynində olan qara rəngli uzunqol idman gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxsin təqdim etdiyi 49 manat pulu və 1 ədəd üzüyü özünə qaytarılır, 1 ədəd "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər 2 bükümdən isə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə təhqiqatçı tərəfindən sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün təxmini çəkisi 6 (altı) qram, digər iki sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlələrin təxmini çəkilərinin isə 18 (on səkkiz) qram və 7 (yeddi) qram olması müəyyən edilir. Aşkar edilmiş bükümlər, eləcə də üzərində "Metadon-40" sözü yazılmış 1 ədəd kəsilmiş konvalyutdakı 4 ədəd həb və 1 ədəd elektron tərəzi ilə birlikdə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Həmin kağız zərfin üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri və 4 ədəd “Metadon” həblərini 1 həftə bundan öncə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən götürdüyünü, narkotik tərkibli maddəni həmin yerə təxminən 2 il bundan öncə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi "Abbas" adlı şəxsin atdırdığını, 2 il yarım narkotik vasitələrdən istifadə etdiyini, Maştağa qəsəbəsindən götürdüyü narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını, “Abbas" adlı şəxsin bildirdiyi karta ödəmə terminalından 850 manat pul göndərdikdən sonra həmin maddələri əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu fəaliyyətindən heç kimin məlumatının olmadığını, saxlanılan və 29-cu Polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini, heç bir şikayət və tələbini olmadığını bildirir. Təhqiqatşı tərəfindən şəxsi axtarış və götürmə prosesinin DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video çəkiliş aparıldığını, içərisində bükümlər, həb və tərəzi olan qablaşdırdığı zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını və videoçəkilişin də materiala əlavə olunacağını qeyd edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 67-68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-536/2021 saylı qərarından (cild 1, iş vərəqə 97-101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 14 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 125) görünür ki, X6 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 126-129) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanına baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 119-122) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 27 noyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona qəti olaraq 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, 06 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 185) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan smslərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 15.07.2021-ci il tarixdə, saat 21:55:00də **********81 saylı GSM nömrəsi “Gagash Gapidayam”, 17.07.2021-ci il tarixdə, saat 22:04:45-də **********63 saylı GSM nömrəsi “Atash Chatib 15 Man Sene”, 10.09.2021-ci il tarixdə saat 10:22:36-da **********68 saylı GSM nömrəsi “Makela klient odin prisol, yarbala mojno sdelat?” kimi Təqsirləndirilən şəxs sms göndərmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/1087 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 249-250) görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X11 9” markalı “M2003J15SS” modelli “**********62337, **********62334” imeı kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi” nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X11 9” markalı “M200J15SS” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (zənglər, “SMS” mesajlar, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış çat seansı, foto, video, audio və sairə fayllar) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 212-213) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində **********08 saylı GSM nömrəsi 07.09.2021-ci il tarixdə ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində Azerfon MMC-yə aid şəbəkənin antena dairəsində olmamışdır. Eyni zamanda qeyd edilən GSM nömrəsinin 14.09.2021-ci il tarixdə ümumiyyətlə istifadəsi aşkar edilməmişdir. Amma **********08 saylı GSM nömrəsi 24.07.2021-ci il tarixdə saat 23:24:52-dən 25.07.2021-ci il tarixdə saat 02:13:21-dək, eləcə də 30.08.2021-ci il tarixdə saat 06:30:46-dək olan müddətdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində (həmin tarixdə sadəcə bir dəfə 25.07.2021-ci il tarixdə saat 01:49:54-də ünvan 6 ünvanda) olmuşdur. Habelə GSM nömrəsinin son antena dairəsi 13.09.2021-ci il tarixdə, saat 23:18:52-də Bakı şəhəri, Zərdabi prospekti, 593-cü məhəllə olmuşdur. Sms bölməsinə baxış keçirilən zaman orada İran İslam Respublikasının vətəndaşı “Abas və Abbas” adlı şəxslə yazışma aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 03.08.2021-ci il tarixdə, saat 09:32:39-da **********68 GSM nömrəsi “Makela salam, odin yarim mojno? prosto Rafail zavtra otdast, sam toje uje vtoroy den nedelayu”, 23.08.2021-ci il tarixdə, saat 19:31:59-da **********08 GSM nömrəsi “Qaqaş salam, necesen? Şaşadı, brat daşdan qalıb? Na 10 mojno vzat?”, 31.08.2021-ci il tarixdə, saat 12:07:12-də **********17 GSM nömrəsi “Atam bu wakal borca gore vermir aqriyram gelim 2 de gotrum”, 02.09.2021-ci il tarixdə, saat 07:42:37-də **********58 GSM nömrəsi “Coni bu saat 8 də ishdə olmalidi deyir indi 15 m verim 0.5 Gotur, saat 9.30 da gel mektebe m lerin pulun verim”, 03.09.2021-ci il tarixdə, saat 05:58:12-də **********17 GSM nömrəsi “Ata pati lazimdi olurem gelirem, sen etaqa dur da pisdi xalim, 04.09.2021-ci il tarixdə, saat 05:03:15-də **********17 GSM nömrəsi “Qaqaw axwamin xeyr, ata metinin suyu var sende, bide ata mene 2 qram pati vererdin”, 07.09.2021-ci il tarixdə, saat 07:13:08-də **********17 GSM nömrəsi “Ata, atovun atamin qebri pulu gozdiyir xecne gotre bilmirem quru da qaib, tezede o birinen gelb, 600 mende var 400 de olsa 1000 verib goturerdim, Ozumde lomkadan yata bilmirem men yetim nece eliyim”, 07.09.2021-ci il tarixdə, saat 07:22:42-də **********17 GSM nömrəsi “Varda 600 de mende, 100 de birinen taparam verim tozu gotrum, ozumde aqriyram”, 13.09.2021-ci il tarixdə, saat 01:24:07-də **********13 GSM nömrəsi “VAR, Ulvi qaqamsan mene cavab deki meni gozdiyirler, Uvi qaqas basuva donerem adam gelib burda meni gozdiyire” kimi sms göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən göndərilən sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncu 25.08.2021-ci il tarixdə, saat 21:09:31-də **********33 GSM nömrəsinə “**********798872”, 31.08.2021-ci il tarixdə, saat 11:58:09-də **********17 GSM nömrəsinə “Axşam duzəldəcəm, atam alverim olmadi biraz rasxod”, 31.08.2021-ci il tarixdə, saat 12:09:45-də **********17 GSM nömrəsinə “Patı var, patım gutarıb bəlkə gələndə gətirəsən puluynan”, 07.09.2021-ci il tarixdə, saat 07:19:43-də **********17 GSM nömrəsinə “Ata adam lap utanır tel götürməyə, pulun hamsını hələ düzəltməmişəm” kimi sms göndərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5204 nömrəli rəyindən (cild 2, iş vərəqə 36-37) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 229) görünür ki, 14.09.2021 tarixdə, saat 21.42-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə +**********19 saylı İran İslam Respublikasının mobil operatoruna aid GSM nömrəsi tərəfindən zəng edilsə də, telefonun bağlı olmasına dair "xxxx" MMC-nin 777 xidmətindən xəbərdalıq sms-i gəlmişdir. Telefonun zənglər siyahısına baxış keçiriən zaman müəyyən edilmişdir ki, 14.09.2021-ci il tarixdə İran İslam Respublikasının mobil operatoruna aid digər +**********08 saylı mobil telefona KALBAS kimi adı qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna aid +**********19 saylı və Kanibal kimi adı qeyd edilən ***-***-**-** saylı GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə zəng etsələr də, zənglərə cavab verilməmişdir (“cavabsız çağrılar”). Eyni zamanda baxış zamanı orada 12.09.2021-ci il tarixdən 14.09.2021-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna aid +**********08 saylı, KALBAS kimi adı qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna aid +**********19 saylı, Kanibal kimi adı qeyd edilən ***-***-**-** saylı, Hakverdi kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Rovi 2 kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Liza kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Burundik 2 kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Faxri 3 kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Mişha (3) kimi adı qeyd edilmiş ***-***-**-** saylı, Balam kimi adı qeyd edilmiş ***-***-**-** saylı GSM nömrələri arasında danışıq aparılması, cavabsız zənglərin olması müşahidə edilmişdir. "WhatsApp" proqramına baxış keçirilən zaman orada “Kazino 2”, “Kanibal”, “Lizgino” və “Anar Kalbasa” yazılmış adlar olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs “X11 9” markalı mobil telefonun WhatsApp" proqramına baxış zamanı adı “Kalbas” kimi qeyd edilən şəxsin İran İslam Respublikasının mobil operatoruna aid +**********19 saylı GSM nömrədən 13.09.2021-ci il tarixdə, saat 23.44-də Təqsirləndirilən şəxs “pul vurduğun 1 saat olmayıb ki, yarım saatdı da pul vurmusan, 1-2 saata yerbə-yer edəcəm, darıxma” kimi səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə, saat 19.22-də “Kalbas” adlı şəxsə “hə qaqaş necəsən axşamın xeyir, nə vaxt düzqoş eləyirsən, xəbər elə mesaj at” kimi səs yazısı göndərmişdir. Adı “Kalbas” kimi qeyd edilən şəxs 14.09.2021-ci il tarixdə, saat 19.49-da Təqsirləndirilən şəxs “Hə, bunlar dayımla danışdığım səsdi ее, bugun gedib həll edəcəm, başuva dönüm sənin” kimi səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs WhatsApp" proqramında ***-***-**-** saylı GSM nömrəsi işlədən adı “Anar Kalbasa” kimi qeyd edilmiş şəxsin profilinə baxış keçirilən zaman orada sonuncu 13.09.2021- ci il tarixdə, saat 20:13-də başqa bir şəxsin səsləndirdiyi “Darıxma hazır olanda özüm sənə deyəcəm, gün batan çağı çəkəcək” səs faylını Təqsirləndirilən şəxs göndərilmişdir. Təqsirləndirilən şəxs da 13.09.2021-ci il tarixdə, saat 20:13-də başqa bir şəxsin səsləndirdiyi “Hə, bunlar dayımla danışdığım səsdi ее, bugun gedib həll edəcəm, başuva dönüm sənin” səs faylını “Anar Kalbasa” adlı şəxsə göndərilmişdir. Adı “Anar Kalbasa” kimi qeyd edilmiş şəxs 13.09.2021-ci il tarixdə, saat 20.13-də Təqsirləndirilən şəxs “sağ ol Ülvi, oğraşdı saat 20:10-da bayaq atmışam bu səsi, yarım saat bundan qabaq” səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs “WhatsApp" proqramında zənglər siyahısına baxış zamanı Təqsirləndirilən şəxs adı “Kalbas” kimi qeyd edilən şəxsin İran İslam Respublikasının mobil operatoruna aid +**********19 saylı GSM nömrəsi ilə 09.09.2021-ci il tarixdə, saat 19:32, 19:40, 19:52, 21:21, 23:27- də, 11.09.2021-ci il tarixdə saat 00:44-də, 13.09.2021 tarixdə saat 19:34, 20:19, 22:33, 23:51, 23:13-də və 14.09.2021-ci il tarixdə, saat 00:19-da audio və video zənglər edərək danışmaları müşahidə edilmişdir. Təqsirləndirilən şəxs “X11 9” markalı mobil telefonunda olan “provodnik” adlı proqrama baxış keçirilən zaman sonuncuya 01.09.2021-ci il tarixdə “WhatsApp" proqramı üzərindən naməlum kişi tərəfindən göndərilən (iranlı ləhçəsi ilə danışan şəxs tərəfindən) “Şahab darıxma həll edəcəm, adam çöldədi yollamışam bir yerə, əvvəl səninkini atdıracam, arxayın ol” audio yazı olması aşkar edilmişdir. Bundan başqa, “provodnik” adlı proqrama baxış keçirilən zaman sonuncuya 09.09.2021-ci il tarixdə “WhatsApp" proqramı üzərindən naməlum kişi tərəfindən göndərilən "deməli qardaş, şəhərdən gələndə Rahat marketin yanından Qavuya girirsən, düz gəlirsən, QAİ-ni keçəndən sonra birinci razvarotdan 50-60 metr qabağa yolun sağında “100” plakatı var, arxasında ağacdı, işarələdiyim ağacın düz dibində, üstünə bir daş qoymuşam, 80 torpaq, 20 dənə daşdı” audio yazı olması aşkar edilmişdir. Bundan başqa, eyni proqrama baxış keçirilən zaman sonuncuya qara rəngli avtomobildən qarşıda sürət həddinin “100” olmasını göstərən (torpağa basdırılan) lövhəni, onun yaxınlığındakı ağaclıq sahəni və həmin lövhədən bir qədər kənarda yerləşən 3-cü ağacın dibini “ox” işarəsi ilə göstərərək çəkilmiş 2 ədəd fotoşəkilin 09.09.2021-ci il tarixdə göndərilməsi aşkar edilmişdir. Bundan başqa, eyni proqrama baxış keçirilən zaman sonuncuya 12.09.2021-ci il tarixdə “WhatsApp" proqramı üzərindən göndərilən (iranlı ləhçəsi ilə danışan şəxs tərəfindən) “Şhaab qadan alım o pulu vurda, 2 gün demişdin 3 gün oldu, mən də ona pul vermişəm də, başuva dönüm” audio yazı olması aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında (cild 1, iş vərəqə 240-241) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,253 qram narkotik vasitə heron, 22,736 qram sixotop maddə metamfetamin, “Methadone 40” göstəriciləri olan 4 ədəd dərman tabletlərinin tərkibində 0,16 qram narkotik vasitə metadon, 1 ədəd “AOSAİ” markalı elekton tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,203 qram təşkil edən narkotik vasitə heroinin, 22,636 qram təşkil edən psixotop maddə metamfetaminin, 3 ədəd tablet metadonun, eləcə də 1 ədəd “AOSAİ” markalı elekton tərəzinin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 ədəd diskin, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd diskin, Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefonda aşkar edilmiş əhəmiyyətli məlumatların köçürüldüyü 1 ədəd diskin, həmçinin “X11 9” markalı mobil telefonun maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-17/2022 saylı qərarından (cild 2, iş vərəqə 18-21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında (cild 2, iş vərəqə 50-55) görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələri və psixotrop maddəni aldığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Abbas” adlı şəxsin barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 2, iş vərəqə 89-108) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 206, 234.4.1 və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,203 qram təşkil edən narkotik vasitə heronin, 22,636 qram təşkil edən psixotrop maddə metamfetaminin, 3 ədəd tablet metadonun, eləcə də 1 ədəd AOSAİ markalı elekton tərəzinin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 ədəd diskin, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd diskin, Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefonda aşkar edilmiş əhəmiyyətli məlumatların köçürüldüyü 1 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, “X11 9” markalı mobil telefonun ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılacaq ********* nömrəli cinayət işində saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-112/2022 saylı qərarından (cild 2, iş vərəqə 142-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni 06 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2008-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-119/2008 saylı hökmündən (cild 1, iş vərəqə 172-173) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona hər ay qazancının 20 faizi dövlət nəfinə keçirilməklə 1 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2009-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-207/2009 saylı hökmündən (cild 1, iş vərəqə 174-178) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2013-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-110/2013 saylı hökmündən (cild 1, iş vərəqə 152-171) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 177.3.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona həmin maddələr üzrə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 13-cü bəndlərinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, habelə narkotik vasitə metadonu və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə metadonu, eləcə də elektron tərəzini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 29-cu Polis şöbəsinin inzibati binasına aparılmışdır. Orada onun müdafiə hüququ təmin edilməklə (dəvət edilmiş müdafiəçinin iştirakı ilə) üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən onun qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,956 qram və 5,780 qram olan, ümumi təmiz çəkisi 22,736 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,253 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, əynində olan qara rəngli idman şalvarın sol yan cibindən üzərində “Methadone 40” yazısı əks etdirilmiş 1 (bir) ədəd blister kəsiyində, ümumilikdə 4 (dörd) ədəd dərman tabletlərinin tərkibində 0,16 qram narkotik vasitə metadon və 1 (bir) ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin, narkotik vasitə metadonun, psixotrop maddə metamfetaminin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitə və və maddələrin növünü, elektron tərəzinin Təqsirləndirilən şəxs məxsus olmasını mübahisələndirməmişlər. Əksinə şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu könüllü şəkildə imzalamaqla Təqsirləndirilən şəxs və onun müdafiəçisi yuxarıda sadalanan narkotik vasitələrin və psixotrop maddənin, elektron tərəzinin şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs məxsus olmasını təsdiq etmişlər. İbtidai istintaqın sonraki mərhələlərində də Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin çəkisini, bükümlərin sayını və növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək 14 sentyabr 2021-ci il tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin, eləcə də elektron tərəzinin ona məxsus olmadığını, həmin vasitələrin və maddənin, o cümlədən elektron tərəzinin onun üzərindən aşkar edilməsinə özünün də təəccübləndiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlif növdə olması, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, istifadə üçün yararlı olması, təqsirləndirilən şəxsin üzərində elektron tərəzinin aşkarlanması, o cümlədən onun istifadəsində olmuş mobil telefona baxış keçirilərkən narkotik vasitə və psixotrop maddələrin satışı məzmununda SMS mətnlərinin aşkar edilməsi onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş və 14 sentyabr 2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Eyni zamanda onun üzərindən müxtəlif növdə narkotik vasitələrin və psixotrop maddənin çəkisinə diqqət yetirdikdə, ümumilikdə 30 qrama yaxın kütlənin, başqa sözlə, uzun müddət ərzində narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin 1 (bir) aydan da çox müddət üçün nəzərdə tutulmuş istifadə dozasını qabaqcadan əldə etməsi inandırıcı olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə metadonu məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallara gəldikdə isə məhkəmə istintaqında ağırlaşdırıcı hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə ağır cinayət törətməyə görə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ona təyin edilmiş cəzanın 7 (yeddi) il 9 (doqquz) ay müddətə endirilməsinə və 06 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, cəzasını çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş 6 (altı) illik müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, cəzasını çəkib qurtardıqdan sonra üzərində ödənilməmiş məhkumluğu olduğu halda yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,203 qram təşkil edən narkotik vasitə heroin, 22,636 qram təşkil edən psixotrop maddə metamfetamin, 3 (üç) ədəd tablet metadon, eləcə də 1 (bir) ədəd “AOSAİ” markalı elekton tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk, Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefondan aşkar edilmiş əhəmiyyətli məlumatların köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “X11 9” markalı mobil telefonun başqa cinayət işində saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 169 (yüz altmış doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 169 (yüz altmış doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,203 qram təşkil edən narkotik vasitə heroin, 22,636 qram təşkil edən psixotrop maddə metamfetamin, 3 (üç) ədəd tablet metadon, eləcə də 1 (bir) ədəd “AOSAİ” markalı elekton tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk, Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefondan aşkar edilmiş əhəmiyyətli məlumatların köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “X11 9” markalı mobil telefonun başqa cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 169 (yüz altmış doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-739/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-739/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver