Məhkəmə qərarları › İş №1(101)-739/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-739/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-739/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, X2, X3 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1964-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün İran İslam Respublikasının Təbriz şəhərində olarkən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərmə cinayəti törətmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib cinayət əlaqəsinə girmiş, sifarişi əsasında cinayətkar qrupun İran İslam Respublikasındakı üzvünün istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən 58,954 qram və 50,314 qram olmaqla, 2 bükümdə cəmi 109,268 qram, tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə ümumi təmiz çəkisi xeyli miqdarda, 1,392 qram təşkil edən kodein və morfin narkotik vasitələrini qanunsuz əldə etməsinə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 corab tayının içərisində gizlədərək İran İslam Respublikasından daşıyıcı şirkət vasitəsilə müxtəlif şəxslərin adına göndərilmiş 35 yerdən ibarət 31200 cüt corab yükündən ona məxsus corablar olan 4 yerdən ibarət bir ədəd kisədə yerləşdirib saxlamasına, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətlərin törədilməsindən məlumatı olmayan şəxsiyyəti istintaqa məlum olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Kamaz” markalı, **-BD-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənərək İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərilməsinə və bu yolla 27 aprel 2024-cü il tarixdə saat 23:50 radələrində Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, 01 may 2024-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda “Kamaz” markalı, **-BD-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına idxal edilmiş və **********5930 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş qarışıq yüklərə gömrük baxışı keçirilən zaman həmin narkotik vasitə bükümləri gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, beləliklə o, öz iradəsindən asılı olmayan səbəbdən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “Covid-19” virusu ilə əlaqədar pandemiya dövrü başlayanadək Bakı şəhərində yaşamış, 1992-ci ildən etibarən corab alqı-satqısı ilə məşğul olmuş, “Covid-19” virusu ilə əlaqədar karantin vəziyyəti elan olunduğundan sonra Bakı şəhərindəki mağazasını bağlayaraq, Masallı şəhərinə köçmüşdür. Ağır Onkoloji xəstə olmaqla yanaşı eyni zamanda hepatit-B xəstəliyinin aktiv formasından əziyyət çəkir. Həkimlərin dediyinə görə ömrünün son günlərini yaşayır. Xəstəliyi ilə əlaqədar İran və İsrail kimi ölkələrdə müalicə olunmuş, lakin həkimlər onun xəstəliyinin tam müalicə oluna bilməsinin mümkünsüz olduğunu bildirmişlər. Sonuncu dəfə İran İslam Respublikasında verdiyi qan analizlərinin cavabı müsbət çıxmamış, qanında kreatinin miqdarı həddən artıq çox olmuş, “RED” aparatında müayinə olunmuş, İrandakı həkim şiddətli ağrılarını kəsmək üçün rəsmi qaydada ağrıkəsici dərman resepti yaza bilməyəcəyini deyib şifahi şəkildə ona tiryək tərkibli vasitələrdən istifadə etməsini məsləhət görmüşdür. Təbriz şəhərində yaşayan dostu Kazım Nasiri adlı 30 ildir tanıdığı şəxs ona həmin tiryək tərkibli maddəni taparaq konteynerdə karqo vasitəsilə Bakıya göndərə biləcəyini demiş və bir dəfə ona həmin dərman pereparatlarını göndərmişdir. Bir müddət həmin dərmanlardan istifadə etmiş, bu dərmanlar onun səhhətində müsbət dəyişikliklər yaratmışdır. 2023-cü ilin dekabr ayında yenidən müayinə olunmaq üçün İran İslam Respublikasına getmiş, müayinə olunub analizlər vermişdir. Kazım Nasiridən 50 qram tiryək yağı tapmasını xahiş etmiş, həmin şəxs də qeyd olunan yağı tapıb karqo vasitəsilə Bakıya göndərəcəyini bildirmişdir. İrandan sifariş verdiyi corab yükünü İran İslam Respublikasından karqo deyilən yük daşınması vasitəsilə Bakı şəhərinə göndərəcəyini, Kazım Nasiri də tiryək tərkibli maddəni corab yüklərinin içərisinə yerləşdirib onun adına göndərəcəyini və bu barədə əvvəlcədən ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o Azərbaycana qayıtmış, Kazım da razılaşdıqları kimi ona lazım olan tiryək yağı tərkibli dərmanları irandan alıb ona məxsus corab yükünün içərisinə qoyub daşıyıcı karqo şirkəti vasitəsilə İrandan Azərbayacana yola salmışdır. Yük Azərbaycana çatıb gömrükdə yoxlanılmış, Bakı Baş Gömrük İdarəsindən onunla əlaqə saxlanılıb idarəyə dəvət olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda həkim resepti ilə yaşadığı Masallı rayonunda “tramadol” tərkibli ağrıkəsicilərdən istifadə edir. Masallı rayonunda Xəstəxanada xüsusi qeydiyyatda olmaqla “tramadol” tərkibli ağrıkəsiciləri onkoloji xəstə olduğu üçün əldə edə bilir. Məhkəmənin diqqətinə çatdırır ki, 61 yaşında, ömrünün son günlərində, səhv addım atmış, səhhəti ilə əlaqədar həkimin ona təyin etdiyi ağrıkəsici narkotik tərkibli dərmanları rəsmi qaydada deyil, qeyri rəsmi yolla əldə etmək fikrinə düşmüşdür. Məhkəmədən ona mərhəmət olunmasını, ömrünün son günlərini həbsxanada deyil, evində olması üçün günahının bağışlanmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Masallı şəhərində ailəsilə birlikdə yaşamış, hazırda heç bir yerdə işləməmiş, bəzən ticarətlə məşğul olmuşdur. 1992-ci ildən 2019-cu ilədək ticarətlə məşğul olmuş, Çindən, İrandan, Suriyadan başqa ölkələrdən corab məhsullarının, məişət mallarının Azərbaycan Respublikasına idxalı və satışı ilə məşğul olmuşdur. Ağır xəstəliklərdən əziyyət çəkmiş, ağır dərəcəli şəkər xəstəsi olmuş, 2017-ci ildə açıq ürək əməliyyatı keçirmiş, həmin vaxt ona xərçəng xəstəliyi diaqnozu qoyulmuşdur. Yoğun bağırsaqda və qara ciyərində xərçəng xəstəliyi aşkar olunmuş, qara ciyəri metastas vermişdir. 2 dəfə xərçəng xəstəliyi ilə bağlı əməliyyat keçirmiş, 1 dəfə ağ ciyər, 2 dəfə qara ciyər, 2 dəfə bağırsaq əməliyyatı keçirmişdir. Bunlar hər biri ağır əməliyyatlar olmuş, uzun proseslər nəticəsində əməliyyatlar baş tutmuş, əməliyyatlarını İsrail dövlətində keçirmiş, bununla bağlı sənədləri istintaqa təqdim etmişdir. Həmçinin sağlamlığının 61- 81% pozulmasına görə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İsraildə həkimi tərəfindən ona reseptlə ağrıkəsici dərman təyin edilmiş, həmin dərman məhlul şəklində olmuş, adını unutmuş, reseptlə İsraildə aptekdən almışdır. Şiddətli ağrıları olduğu zaman 5 qram həmin dərmandan su ilə qarışdırıb qəbul etmiş və ağrıları sakitləşmişdir. Son zamanlar İsrailə gedə bilməmiş, İranda xərçəng xəstəliyini müalicə edən yaxşı həkimlər olduğunu eşitmişdir. 2022-ci ilin avqust ayında Bakı-Tehran aviareysi ilə İİR-ə getmiş, oradan Təbriz şəhərinə gəlmiş və adını xatırlamadığı bir xəstəxanada və soyadının Nicati olduğunu zənn etdiyi bir həkimdə müayinə olunmuş, əvvəlki analizlərini, həkim arayışlarını göstərmişdir. Qanında kreatinin miqdarı çox olmuş, “RED” aparatında müayinə olunmuş, cavab yaxşı çıxmamışdır. Həkimdən müayinə nəticələrini ingilis dilində yazmasını xahiş etmişdir ki, Bakıda həkimlər oxuya bilsin. İsraildə həkimin ona yazdığı ağrıkəsici dərmanı həkimə göstərmiş və bu dərmandan tapa bilmədiyini, bu dərmandan ona yazmasını bildirmişdir. Həkim həmin dərmanın adına baxmış və bu dərmanın İranda satılmadığını bildirmişdir. Təbriz şəhərində yaşayan dostu Kazım Nasiri adlı corab fabriki olan, 1995-ci ildən tanıdığı şəxs olmuş, həmin şəxsin qardaşı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib vəfat etmişdir. Həmin şəxs məsləhət kimi, xüsusi bir maddə hazırladığını, ağrıkəsici kimi istifadə olunduğunu, öz qardaşının da bu maddədən istifadə etdiyini demişdir. O, qara ciyərindən əməliyyat olunduğunu, hepatit xəstəsi olduğunu və narkotik vasitə istifadə etməyin ona çox ziyan olduğunu bildirmişdir. Həmin şəxs bu maddənin adının tiryək yağı olduğunu, tiryəkdən hazırlansa da müxtəlif maddələrlə qarışdırılıb emal olunduğunu, bütün zəhərli maddələrinin xaric olunduğunu, ağrıkəsici kimi xəstələr, xüsusilə də onkoloji xəstələr tərəfindən istifadə olunduğunu, heç bir ziyanı olmadığını bildirmişdir. Ağrıları dəhşətli dərəcədə olduğu üçün o, əlacsız qalıb təklifi qəbul etmişdir. Kazım Nasiri onun üçün təxminən 25 qram bu maddədən tapmış, əvəzinə pul almamışdır. Həmin maddədən kiçik bir parça qoparıb çayın içərisinə atıb qəbul etmiş və ağrılarının azaldığını hiss etmişdir. Həmin vaxt Tehran-Bakı aviareysinə bilet olmadığı üçün Dubaya gedib oradan Bakı şəhərinə bilet alıb qayıtmış, tiryək yağı deyilən maddəni özü ilə gətirməmişdir. Kazım Nasiri həmin maddəni konteynerdə karqo vasitəsilə Bakıya göndərmiş, o, “Sədərək” bazarında İran karqosundan təhvil alaraq təxminən 3 ay həmin 25 qram yağı istifadə etmişdir. 2023-cü ilin dekabr ayında yenidən müayinə olunmaq üçün Bakı-istanbul-Təbriz aviareysi İran İslam Respublikasına getmişdir. Orada müayinə olunmuş və analizlər vermişdir. Kazım Nasiridən onun üçün 50 qram tiryək yağı tapmasını xahiş etmiş, həmin şəxs tapıb karqo ilə Bakıya göndərəcəyini bildirmişdir. Orada ona bu yağın hazırlanmasının çətin başa gələn, əziyyətli iş olması məlum olmuş, dostu Novruz Bayramından sonra hazır olacağını demiş, o da etiraz etməmişdir. Təbrizdə işlərini bitirib Bakı şəhərinə qayıtmış, cari ilin aprel ayında İrandan sifariş verdiyi corab yükü İran İslam Respublikasından karqo deyilən yük daşınması vasitəsilə Bakı şəhərinə göndərilmiş, Kazım Nasiri onun üçün hazırlatdığı tiryək yağını sifariş verdiyi corab yüklərinin içərisinə yerləşdirib onun adına göndərmiş və bu barədə əvvəlcədən ona məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsindən onunla əlaqə saxlanılmış və idarəyə dəvət olunmuşdur. O, çağırış üzrə gömrük idarəsinə getmiş, orada ona məxsus corab yüklərinin içərisindən 100 qramdan artıq çəkidə narkotik vasitə tərkibli maddə aşkar edildiyi bildirmişdir. O, bütün xüsusatları olduğu kimi BBGİ-də aparılan araşdırma ilə bağlı bildirmiş və xəstəliyi ilə bağlı sənədləri təqdim etmişdir.Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ilədək, yəni pandemiya dövrünədək işləmiş hazırda heç bir fəaliyyətlə məşğul olmamış, əlilliyə görə pensiya almış, oğlu, qardaşı işləyib ona kömək etmişdir. Son illərdə maddi imkanının pisləşdiyi üçün İsrailə gedə bilməmiş, orada müayinə, əməliyyat çox yüksək məbləğlərə başa gəldiyi üçün müayinəyə İran İslam Respublikasına getməyə qərar vermişdir. Dostunun adı Kazım Nasiri olmuş, uzun illər dostluq etdiyi, ailəvi münasibətləri olan, həmçinin corab fabriki sahibi şəxs olmuşdur. Həmin şəxs narkotik vasitələrindən, qanunsuz maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamış, qardaşı xərçəng xəstəliyindən vəfat etmiş, həkimləri, bu maddəni hazırlayan şəxsləri tanımışdır. Bu maddə üçün ondan heç bir pul almamış, sadəcə dost kimi köməklik etmişdir. Mobil telefonunun yaddaş kartını itirdiyi üçün həmin şəxsin nömrəsi telefonundan silinmiş, əzbərdən bilməmişdir. Kazım Nasiri tiryək yağını bu corabın içərisində şəkildə göndərməyin daha təhlükəsiz olacağını bildirmişdir. Həmin maddəni şiddətli ağrıları olduğu səbəbindən qəbul etmiş, ilk dəfə bu maddəni ona həkim qeyri-rəsmi formada məsləhət görmüş, İranda onkoloji xəstələrin ağrıkəsici kimi bu yağdan istifadə etdiklərini demişdir. O, Kazım Nasiridən əslində 50 qram göndərməsini istəmiş, bu miqdarın ona 6 ay bəs edəcəyini düşünmüşdür. Sonuncu dəfə İranda olduğu vaxt Kazım Nasirinin qaynı Həmid ona Bakı şəhərinə gəlib gəzmək istədiyini, lakin bu maddədən istifadə etdiyi üçün özü ilə gətirə bilmədiyini demiş və ona göndərdiyi corab yükünün içərisində özü üçün də bir qədər tiryək göndərmək istədiyini, Bakı şəhərinə gəldikdə özünün istifadə edəcəyini bildirmişdir. O, qəti etiraz edərək Həmidə onun yüklərinin içərisinə yalnız onun üçün tiryək yağı qoymalarını, başqa şey qoymamalarını bildirmişdir. Bu hadisə aşkar edildikdən sonra Kazım Nasiri ilə danışmış və 50 qram istədiyi halda nə üçün 115 qram göndərdiyini soruşmuş, həmin şəxs bu yağın çətin tapıldığını, tapmışkən uzun müddət istifadə etmək üçün göndərdiyini bildirmişdir. Heç kimin onun bu maddədən istifadə etdiyini bilməmiş, gizli şəkildə evdə saxlamış və ağrıları olduqda istifadə etmişdir. Bu maddələrin qadağan olunduğunu, gömrükdən keçərkən özü ilə gətirə bilməyəcəyini bilmiş, bu səbəbdən karqo ilə corabın içərisində göndərilmişdir. Lakin bu qədər ciddi məsələ olduğunu zənn etməmişdir. Bu barədə sürücünün, digər mal sahiblərinin, bəyannaməçinin məlumatı olmamışdır, yükün içərisində tiryək yağı olmasını yalnız o və iranlı dostu Kazım Nasiri bilmişdir. Bu maddəni heç kimə pul və ya təmənnasız olaraq verməmiş, onun üçün çox dəyərli olmuş, ağrıları olduqda istifadə etmişdir. Həmin maddəni 2022-ci ildən istifadə etmiş, bundan əvvəl 1 dəfə də Kazım Nasiri onun üçün İrandan konteynerin içində bu maddədən göndərmiş, təxminən 20 qram olmuş, bu maddəni qəbul etməyindən Azərbaycanda həkimlərinin, ailə üzvlərinin məlumatı olmamış, gizli istifadə etmişdir. Ağır onkoloji xəstə olmuş, bu maddəni məhz ağrıkəsici kimi istifadə etmək məqsədi olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, sürücü kimi müxtəlif şəxslərin yüklərini yük maşını ilə daşıyır, lakin yük maşını özünə məxsus deyil, onu etibarnamə əsasında idarə edir, yükləri isə İran İslam Respublikasından Azərbaycana gətirir. İran İslam Respublikasından Təqsirləndirilən şəxs adına göndərilmiş corab yükü digər yüklər kimi bağlı şəkildə təhvil verilmiş, həmin yüklərin içərisində nə olmasının ona məlum olmamışdır. Belə ki, yüklər Gömrük postunda X-Ray (rentgen) qurğusu ilə yoxlanıldığından özü yüklərin yoxlanılmasını həyata keçirmir. Hadisə günü Bakı şəhərində maşında yatdığı zaman gömrük işçiləri yüklərin içərisindən naməlum vasitənin aşkarlandığını ona xəbər vermis, o bundan məlumatının olmamasını və möhürlü yüklərə cavabdehlik daşımadığını bildirmişdir. Belə ki, yük yeri İran İR Gömrük postunda möhürlənmişdir. Gətirdiyi bağlamaların içərisində Firdovsinin neçə bağlama yükü olmasından xəbəri olmamışdır. Belə ki, İİR-dən Azərbayacana gətirdiyi yüklər ayrı-ayrı şəxslərə məxsus olmuşdur. Yoxlanılan bağlamalardan yalnız Firdovsinin yükündə problem çıxmışdır. Digər yüklərdə hər hansı problemli predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinə təhkim olunmuş inspektor vəzifəsində işləyir. Bakı Baş Gömrük İdarəsində xidməti vəzifəsini yerinə yetirən zaman 2024-cü ilin may ayında İran İslam Respublikasından Azərbaycan Respublikasına müxtəlif şəxslərə məxsus olan, adətən “karqo” yükü deyə adlandırılan qarışıq malları daşıyan nəqliyyat vasitəsi gömrük yoxlamasına daxil olmuş, onlar da “Hi- Scan” markalı rentgen qurğusu ilə həmin mallara gömrük nəzarətini həyata keçirmişlər. Lakin bu zaman corab yükünün içərisində olan əşya onlarda şübhə yaratdığından həmin əşyaya bu səbəbdən həmin bağlamalara fiziki yoxlama aparılmış və tərkibinin müəyyənləşdirilməsi üçün labaratoriyaya göndərilmişdir. Həmçinin bağlamalara fiziki baxış zamanı karqo şirkətinin nümayəndəsi də iştirak etmişdir. Narkotik vasitəyə oxşar maddə bağlamanın ortasında olan corab yükünün içində aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda “İpək Yolu” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. Bakı Baş Gömrük İdarəsində xidməti vəzifəsini yerinə yetirən zaman nəqliyyat vasitəsində daşınan mallara gömrük baxışı keçirilmiş, gömrük postunun anbarında quraşdırılmış “Hi- Scan” markalı rentgen qurğusu ilə həmin mallara gömrük nəzarəti həyata keçirilən zaman şübhəli cizgilər müəyyən edildiyi üçün mallara fiziki baxış keçirilmiş, daha sonra həmin maddə tərkibinin yoxlanılması üçün labaratoriyaya göndərilmiş və qablaşdırılaraq təhqiqat şöbəsinə göndərilmişdir. Yükün içərisində istənilən şübhəli maddə olduqda onlara işarə verildiyini və şübhəli əşyalara fiziki baxış keçirilərək tərkibinin müəyyən edilməsi üçün labaratoriyaya göndərildiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyir, əsasən, “Sədərək” ticarət mərkəzində çalışan sahibkarlar İİR-də əməkdaşlıq etdikləri şəxslərə öz mallarını sifariş verir və malları İİR-in Astara şəhərində yerləşən anbarlara göndərirlər, orada isə işçilər tərəfindən müştərilərin malları çeşidlənir və mallar yığıldıqdan sonra bir yük nəqliyyat vasitəsinə yüklənərək Azərbaycana göndərilir və Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçirilir, gömrük rəsmiləşdirilməsini isə şirkət həyata keçirir, mallar gömrükdən çıxdıqdan sonra mal sahibləri gəlib malları təhvil alırlar. “İpək Yolu” gömrük postunda İran İslam Respublikasından yük avtomobilində müştərilərə məxsus olan mallara gömrük əməkdaşları tərəfindən yoxlama keçirildiyini, malların boşaldılaraq rentgen aparatından keçirildiyini, həmçinin onun da nümayəndə kimi yükün açılmasında iştirak etdiyini, gömrük əməkdaşlarının da bir bağlamada şübhəli cizgilər müşahidə etdiklərini və baxış keçirməli olduqlarını bə şübhəli cizgilərin corab yükündən ibarət kisədə aşkar edildiyini qeyd etmişdirdir. Şübhəli cizgilər olan malın Masallı rayon sakini Təqsirləndirilən şəxs məxsus olduğunu müəyyən edilmişdir. Firdovsi xəstə olduğunu, məcbur İrandan bu qaydada narkotik tərkibli dərman gətirib istifadə etdiyini bildirmişdir. Firdovsinin malları Sənan adlı müştərinin olmuş, Sənan onun adına bəyannamə tərtib etməyə rəsmi qaydada icazə vermiş, həmin şəxsin aşkar edilmiş qanunsuz maddə ilə heç bir əlaqəsi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 01 may 2024-cü il tarixində 09:35 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42BD226/42ZA020 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsinin qoşqusundakı yüklərə “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşları Hacıyev Elşən, Şahid1 və Hüseynov Natiq tərəfindən gömrük yoxlaması aparılmış, avtomobilin yük hissəsində idxalatçı X8 adına **********5930 nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində qeyd olunan tekstil materiallarından corab yükündə, 1 bağlamada 1 cüt corabın içərisindən 2 ədəd təqribi çəkisi 115 qram olan şəffaf sellofana bükülmüş halda narkotik vasitəyə oxşar tünd rəngli maddə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “yoxlama aparılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı 1 bağlamada 1 cüt corabın 1 tayının içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitəyə oxşar tünd rəngli maddə aşkar edilmişdir. Həmin maddə tərəzidə çəkilərək çəkisinin 115 qram olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-100/1- 010360/24 saylı ekspert rəyindən görünür ki, İran İslam Respublikasından 42BD226/42ZA020 nömrəli nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına idxal olunan malların yoxlanılması zamanı aşkar edilən 1-ci növ naməlum maddədən təqdim edilmiş, çəkisi 3 qram olan bərk kütlənin ekspertizası aparılmış və İQ spektrofotometriya üsuluna əsasən asetominofen (CAS 103-90-2), kofein (CAS 58-08-2), X9 Spektrometriya üsuluna əsasən isə asetominofen (CAS 103-90-2), kofein (CAS 58-08- 2), kodein (CAS 76-57-3) və morfin (CAS 57-27-2) tərkibli olduğu müəyyən edilmişdir. 2-ci növ naməlum maddədən təqdim edilmiş, çəkisi 3 qram olan yumşaq kütlənin İQ spektrofotometriya üsuluna əsasən asetominofen (CAS 103-90-2), kofein (CAS 58-08-2), X9 Spektrometriya üsuluna əsasən isə asetominofen (CAS 103- 90-2), kofein (CAS 58-08- 2) və morfin (CAS 57-27-2) tərkibli olduğu müəyyən edilmişdir. Bu maddələrin tərkibində güclü təsir edən və zəhərli maddələr aşkar olunmadı. Lakin X9 Spektrometriya üsulu ilə aparılmış tədqiqat zamanı nümunələrin tərkibində aşkar edilmiş kodein (CAS 76-57-3) və morfin (CAS 57-27-2) maddələrinə əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanununun təsir dairəsinə aid olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:27-də Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getməsi və xx.xx.2023-cü il tarixdə saat 14:49-da İstanbul-Bakı aviareysi ilə zərbaycan Respublikasına qayıtdığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, kisənin içərisində 107 cüt “Karma” əmtəə nişanlı corab olduğu və üzərində fars dilində “irdovsi” və “corab” yazıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17 30 iyul 2024-cü il tarixli, 5201 nömrəli ambulator məcburi tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və Sedativ və ya yuxu gətirici vasitələrin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X17 narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda durmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X15 daxil olmuş xx.xx.2024-cü il tarixli, 694/KEŞ N°-li ekspert rəyində göstərilmişdir ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun “Düz bağırsağın xərçəngi. Qaraciyər metastazları olan rektal adenokarsinoma. Kimyaterpiya və radioterapiyanın birgə istifadəsi. Şəkərli diabet tip İİ. Koronar arteriya şuntlama əməliyyatı”: “Vis OD=0,1; VisOS=0,7. OU-Psevdofakiya. PPV sonrakı vəziyyət. Proliferativ diabetik retinopatiya” xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edildi.

2. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklər kəskin və şiddətli ağrılara səbəb ola bilər.

3. Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyəti ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür.

4. Tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə morfin və kodein olan maddələrin qəbulu kəskin və şiddətli ağrıların azalmasına səbəb ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X17 birgə ekspert komissiyasının verdiyi xx.xx.2024 tarixli, 6/3573 N°-li ekspert rəyinə əsasən: a) Təqdim olunmuş maddələr üzrə Məhkəmə Ekspertizası Mərkəzində 07 may 2024-cü il tarixdə 3-16/2-6/2511 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd bükümdəki tünd qəhvəyi rəngli kütlələrin tərkibində morfin, kodein, papaverin, kofein, mekonin və asetaminofen maddələri vardır. Morfin və kodein Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. b) X6 X17 Tibb və əczaçılıq vasitələrin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında aparılmış tədqiqatlar nəticəsində təqdim edilən kütlələrin tərkiblərində “kodein” adlı maddənin eyniliyi təsbit edilmişdir. Kütlələr üzərində aparılmış miqdar təyini sınağından alınan nəticələrin orta statistik dəyərinə əsasən çəkisi 49.0473 qr olan kütlənin tərkibindəki kodein adlı maddənin miqdarının ümumi kütləyə nisbətən 0.641 qr olduğu, çəkisi 55.6552 qr olan kütlənin tərkibindəki “kodein” adlı maddənin miqdarının ümumi kütləyə nisbətən 0.751 qr olduğu müəyyən edilmişdir. MEM-də və AEM-də “morfin” standart nümunəsi (referans) olmadığı üçün, miqdari analizin aparılması mümkün deyildir. Bununla da tədqiq olunan maddənin tərkibindəki kodein narkotik vasitəsinin ümumi miqdarının 1,392 qram təşkil etməsi müəyyən edilir. Aparılmış tədqiqatlardan sonra götürülmüş 2 bükümdə maddənin qalıq çəkiləri müvafiq olaraq 54,2140 qram və 47,6960 qram təşkil etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 sentyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 234.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Təqsirləndirilən şəxs məxsus olan corab yükünün içərisindən aşkar edilmiş tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə tərkibində xeyli miqdarda, 1,392 qram kodein və morfin narkotik vasitələri olan 2 bükümdə cəmi 109,268 qram çəkidə maddə və həmin maddənin aşkar edildiyi üzərində fars dilində “Firdovsi” və “Corab” yazısı olan kisə cinayət işi üzrə sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X4 tərəfindən qəbul edilmiş 29 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postunda tərtib edilmiş 01 may 2024-cü il tarixli yoxlanılması aparılması haqqında protokol, X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-100/1-010360/24 saylı ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2511 №-li ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi”X6” X17 06 iyun 2024-cü il tarixli, 3-28-1/2-17641-2024 nömrəli məktubu və əlavə edilmiş 289№-li ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X17 birgə ekspert komissiyasının verdiyi xx.xx.2024 tarixli 6/3573 №-li ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17 30 iyul 2024-cü il tarixli, 5201 №-li ambulator məcburi tibbi yoxlama rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X15 daxil olmuş xx.xx.2024-cü il tarixli, 694/KEŞ №-li ekspert rəyi, Təqsirləndirilən şəxs ifadələri, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları və digər sənədlər sübut kimi qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Təqsirləndirilən şəxs məxsus olan corab yükünün içərisindən aşkar edilmiş tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə tərkibində xeyli miqdarda, 1,392 qram kodein və morfin narkotik vasitələri olan 2 bükümün təmiz çəkiləri müvafiq olaraq 58,954 qram və 50,314 qram, cəmi çəkisi 109,268 qram hesab edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Təqsirləndirilən şəxs məxsus olan corab yükünün içərisindən aşkar edilmiş tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə tərkibində xeyli miqdarda, 1,392 qram kodein və morfin narkotik vasitələri olan 2 bükümdə cəmi 109,268 qram çəkidə madddə və həmin maddənin aşkar edildiyi üzərində fars dilində “Firdovsi” və “Corab” yazısı olan kisə cinayət işi üzrə maddi sübut kimi tanınması və aparılmış tədqiqatdan sonra qalıq çəkiləri 54,2140 qram və 47,6960 qram təşkil edən kodein və morfin narkotik vasitəsi tərkibli maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, üzərində fars dilində “Firdovsi” və “Corab” yazısı olan kisənin isə “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X27 Hospitalından daxil olmuş epikrizlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qalın bağırsaq mukozası - tubular adenoma diaqnozu qoyulmuş, Təqsirləndirilən şəxs mədəaltıvəzi xərçəngi, qaraciyərdə metastaz, xroniki böyrək çatışmazlığı xəstəlikləri aşkar olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs xəstə olduğu üçün qaçaqmalçılıq yolu ilə xeyli miqdarda narkotik vasitəni əldə etməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,234.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2-ci maddələrinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə öz iradəsindən asılı olmayan səbəbdən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini başa çatdıra bilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə kodein və morfin narkotik vasitələri olan maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, həcminə əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə törətdiyi əməli cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə törətdiyi əməli isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 234.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinməklə həmin ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 206.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, İİ dərəcə əlil olmasını və ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü hesab edilən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci madəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29,234.1-ci maddəsi ilə də azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 2 ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanı çəkdiyi dövr ərzində xüsusi elektron nəzarət vasitəsindən istifadə vəzifəsi qoyulmalı, eyni zamanda Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən qeydiyyatda olmaqla yaşadığı Masallı rayonunun hüdudlarını hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 308 manat (üç yüz səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 54,2140 qram və 47,6960 qram təşkil edən tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə kodein və morfin narkotik vasitələri olan maddələr məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X14 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29,234.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Masallı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qeyd olunan hissədə hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 54,2140 qram və 47,6960 qram təşkil edən tərkibində papaverin, kofein, mekonin, asetamonifen maddələri ilə qarışıq şəkildə kodein və morfin narkotik vasitələri olan maddələr məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X14 30 (otuz) manat məbləğində pul ödənilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 308 manat (üç yüz səkkiz) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar