Məhkəmə qərarları › İş №1(101)-74/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-74/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-74/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və X1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 14 iyun 1972-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə, xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 04 sentyabr 2018-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etdikdən sonra oğlu Təqsirləndirilən şəxs1 saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən digər oğlu Şahid15 avtomaşınların ticarəti üzrə keçmiş şəriki və idmançı kimi əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onun mobil telefonunu şəbəkədən icazəsiz ayırıb yükləyicini (adapteri) götürdüyünə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən yaşca özündən kiçik tanışı kimi ərklə vurmasından sonra sonuncu və dostları tərəfindən barışığa dəvət edilməsinə baxmayaraq, idarə etdiyi “Hyundai Qrandeur” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evlərinə gedib bu barədə atası kimi ona məlumat verməsindən sonra, məsələni qanuni, yəni hüquqmühafizə orqanlarına müraciət yolu ilə həll etmək əvəzinə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoymaqla ayırd etmək və Zərərçəkmiş şəxs1 kobud davranışını bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olduqları qrupda birləşərək bıçaqlarla silahlanmaqla birlikdə evdən çıxıb 05 sentyabr 2018-ci il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs1 dostları Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək müstəsna dərəcədə həyasızlıq və xüsusi azğınlıqla müşayiət olunan cinayətkar niyyətlərini həyata keçirmək üçün kobud ifadələrlə amiranə formada Zərərçəkmiş şəxs1 avtomaşına əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq qərarına gələn dostu Zərərçəkmiş şəxs2 onlarla getməsinə qəti etiraz etsələr də, sonuncunun israrla avtomaşının arxa oturacağında Zərərçəkmiş şəxs1 yanında əyləşməsindən sonra Zərərçəkmiş şəxs1la mübahisəyə başlamaqla istiqamət verməsi ilə Təqsirləndirilən şəxs1 avtomaşını Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırmanın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq, işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdən sonra isə oğlu Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 ona qarşı kobud rəftarını bəhanə etməklə əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə hər hansı səbəb olmadan həyatdan qəsdən məhrum etməkdə, yəni iki şəxsi xuliqanlıq niyyətilə qəsdən öldürməkdə ifadə olunan ümumi cinayətkar məqsədlərini reallaşdırmaq üçün özlərində olan bıçaqları tətbiq etməklə hücum edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idmançılar kimi ciddi müqaviməti ilə rastlaşdıqlarına baxmayaraq, özü tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə əlverişli şərait yaratmaq və Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan qəsdən öldürmək üçün Təqsirləndirilən şəxs1 özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 2 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs2 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və kürək nahiyələrinə 4 (dörd) dəfə zərbə endirib sonuncuya qəsdən sol qoltuqaltı və bel nahiyəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vuran 1,5x2 sm ölçüdə 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaradan, habelə sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, həyat üçün təhlükəli olmayan, sağlamlığa az ağır zərər vuran 1 (bir) ədəd 7 sm uzunluqda yaradan ibarət xəsarətlər yetirməklə müqavimətini qırmış, bundan istifadə edərək o da özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 5 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs1q həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və qarın nahiyələrinə 5 (beş) dəfə vuraraq sonuncuya qəsdən döş qəfəsinin sol yarısının daxilə keçib sol ağ ciyəri zədələyən 5,0x1,5 sm ölçüdə 1 (bir) ədəd, qarnının ön divarının daxilə keçib bağırsaq müsariqəsini və «S»-vari bağırsağı zədələyən 5,0x3,0 sm ölçüdə 1 (bir) ədəd, sağ bazunun orta üçdəbininin vena damarını və əzələ fassiyasını zədələyən 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin xəstəxanaya gedib intensiv tibbi yardımlar almalarına baxmayaraq, yetiridikləri xəsarətlər nəticəsində kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beynin və ağ ciyərlərin ödemindən 08 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən «Ege» klinikasında həyatının xilas edilməsi mümkün olmayan Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilmiş Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə ifadə olunan cinayətkar məqsədlərini özlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişlər. İttiham aktından, həmçinin görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 04 sentyabr 2018-ci il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən qardaşı Şahid15 avtomaşınların ticarəti üzrə keçmiş şəriki və idmançı kimi əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onun mobil telefonunu şəbəkədən icazəsiz ayırıb yükləyicini (adapteri) götürdüyünə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən yaşca özündən kiçik tanışı kimi ərklə vurmasından sonra sonuncu və dostları tərəfindən barışığa dəvət edilməsinə baxmayaraq, idarə etdiyi “Hyundai Qrandeur” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evlərinə gedib həmin tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etmiş atası Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermiş, məsələni qanuni, yəni hüquq-mühafizə orqanlarına müraciət yolu ilə həll etmək əvəzinə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoymaqla ayırd etmək və Zərərçəkmiş şəxs1 kobud davranışını bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olduqları qrupda birləşərək bıçaqlarla silahlanmaqla birlikdə evdən çıxıb 05 sentyabr 2018-ci il tarixdə, saat 00:30 radələrində idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs1 dostları Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək müstəsna dərəcədə həyasızlıq və xüsusi azğınlıqla müşayiət olunan cinayətkar niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxs2 kobud ifadələrlə amiranə formada Zərərçəkmiş şəxs1 avtomaşına əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq qərarına gələn dostu Zərərçəkmiş şəxs2 onlarla getməsinə qəti etiraz etsələr də, sonuncunun israrla avtomaşının arxa oturacağında Zərərçəkmiş şəxs1 yanında əyləşməsindən sonra Zərərçəkmiş şəxs1la mübahisəyə başlayan atası Təqsirləndirilən şəxs2 istiqamət verməsi ilə avtomaşını Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırmanın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdən sonra isə atası Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 ona qarşı kobud rəftarını bəhanə etməklə əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə hər hansı səbəb olmadan həyatdan qəsdən məhrum etməkdə, yəni iki şəxsi xuliqanlıq niyyətilə qəsdən öldürməkdə ifadə olunan ümumi cinayətkar məqsədlərini reallaşdırmaq üçün özlərində olan bıçaqları tətbiq etməklə hücum edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idmançılar kimi ciddi müqaviməti ilə rastlaşdıqlarına baxmayaraq, atası Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə əlverişli şərait yaratmaq və Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan qəsdən öldürmək üçün o, özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 2 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs2 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və kürək nahiyələrinə 4 (dörd) dəfə zərbə endirib sonuncuya qəsdən sol qoltuqaltı və bel nahiyəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vuran 1,5x2 sm ölçüdə 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaradan, habelə sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, həyat üçün təhlükəli olmayan, sağlamlığa az ağır zərər vuran bir ədəd 7 sm uzunluqda yaradan ibarət xəsarətlər yetirməklə müqavimətini qırmış, bundan istifadə edən atası Təqsirləndirilən şəxs2 özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 5 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və qarın nahiyələrinə 5 (beş) dəfə vuraraq ona qəsdən döş qəfəsinin sol yarısının daxilə keçib sol ağ ciyəri zədələyən 5,0x1,5 sm ölçüdə 1 (bir) ədəd, qarnının ön divarının daxilə keçib bağırsaq müsariqəsini və «S»-vari bağırsağı zədələyən 5,0x3,0 sm ölçüdə 1 (bir) ədəd, sağ bazunun orta üçdəbininin vena damarını və əzələ fassiyasını zədələyən 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd, sol saidin aşağı üçdəbirinin 5,0x1,0 sm ölçüdə bir ədəd kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin xəstəxanaya gedib intensiv tibbi yardımlar almalarına baxmayaraq, yetiridikləri xəsarətlər nəticəsində kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beyinin və ağ ciyərlərin ödemindən 08 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən «Ege» klinikasında həyatının xilas edilməsi mümkün olmayan Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilmiş Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə ifadə olunan cinayətkar məqsədlərini özlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslər Rasif ilə Samir əvvəllər onun böyük oğlu Nicatla dost olmuşlar və birlikdə maşın alveri ilə məşğul olmuşlar. Rasifgilin çətinlikləri olduqda o, Rasifgilə böyüklük etmişdir. Bir müddət sonra Nicatın Samir və Rasiflə münasibəti pozulmuşdur. Lakin o, oğlu Nicatın Rasifgili ilə münasibətlərinin hansı səbəbdən pozulmasını bilməmişdir. O, iki dəfə çayxanada Rasif və Samirlə oturub söhbət etmiş və sonunculara əgər Nicatla dostluq edirlərsə normal dostluq etmələrini, dostluq etmədikləri halda isə aralında incikliyin də olmamasını demişdir. Rasif də ona “baş üstə dayı, oldu” demişdir. Hadisə baş verən gün o, toya getmişdir. O, toyda heç bir saat da oturmamış və sonra evə gəlib yatmışdır. O, saat təxminən 22:00-da evdə yatdığı zaman oğlu Ramil gözünün içi qan dolmuş vəziyyətdə evə gələrək onu oyadıb demişdir ki, “Rasif oturduğum yerdə gəldi, məni döydü”. O da heç vaxt Rasifə əl qaldırmamış, bıçaqla vurmamış, nə də dava etmək məqsədilə ora getməmişdir. O, Rasif və Ramilin niyə dalaşdığını, Rasifin Ramili niyə vurduğunu aydınlaşdırmaq məqsədilə həyətə düşmüşdür. Sonra o, Ramillə birlikdə avtomobilə əyləşərək çayxanaya getmişdir. Onlar çayxanaya çatdıqda o, Rasifin çayxanada oturduğunu görmüşdür. Həmin vaxt çayxanada adam çox olduğundan o, Rasifə “Rasif, otur maşına 5 dəqiqə söhbət edək” demişdir. Həmin vaxt Rasifin yanında Samir və digər adlarını bilmədiyi şəxslər olmuşlar. Rasif gəlib avtomobilə oturmuşdur. Samir də gəlib avtomobilə oturmaq istədikdə, o, Samirə Rasiflə söhbət edəcəyini bildirmiş və Samirdən avtomobilə oturmamasını istəmişdir. Samir isə ona qulaq asmayıb avtomobilə oturmuşdur. Avtomobili Ramil idarə etmişdir. Rasif Ramilin arxasında, Samir də onun arxa tərəfində oturmuşdur. Ramil 20 metr qarşıya sürdükdən sonra avtomobili saxlamışdır. Sonra o, Rasifə demişdir ki, “Rasif, niyə vurmusan, nəyə görə vurmusan uşağı?”. Samir də ona hücum çəkərək “yaxşı eləmişik” demişdir. O da Samirə dinməməsini, Rasiflə danışdığını bildirmişdir. Samir onlara söhbət etməyə imkan verməmişdir. Samir Rasifə “düş, döyək” demişdir. Avtomobildən birinci Samir və Rasif düşmüşdür. Sonra o və Ramil avtomobildən düşmüşdür. Onlar avtomobildən düşəndən sonra avtomobilin qarşısına keçmişlər. Samir açıq-aşkar olaraq dalaşmaqlarını bildirmişdir. Bundan sonra Samir Ramilin üstünə qaçmış və Ramili vurub yerə yıxmışdır. Rasif də ona kəllə, yumruq vurub üzü üstə yerə yıxmışdır. O, üzü üstə yerə yıxılandan sonra Rasif onun başına və gözünə zərbələr endirmişdir. O, Rasifə bir neçə dəfə “Rasif day yaxşı, tanıyırıq da bir-birimizi, neçə ildir ki, çörək kəsmişik” demişdir. Rasif onu vurduğu vaxt Samir də gəlib onun başına təpiklə vurmuşdur. Onun sonradan bildiyinə görə həmin vaxt Ramil qaçıb avtomobildən bıçaq götürüb qayıdaraq Samirin qoluna zərbə endirmişdir. Bundan sonra Samir qaçmışdır. X35 də vurmuşdur. Rasif də Samirin arxasınca qaçmışdır. Rasif də qaçıb getdikdən sonra o, Ramillə birlikdə yaşadıqları evə getmişlər. Onlar evə çatdıqda o, Ramilin qolunda qan olduğunu görmüşdür. O, Ramildən nəsə olub-olmadığını soruşmuşdur. Ramil də ona demişdir ki, “gördüm səni döyürlər, mən də bıçağı götürdüm vurdum”. Sonra o, evə qalxmış və üst-başı qan olduğundan evdə yuyunmuşdur. Rasif onun üzünə başı ilə zərbə endirdiyinə görə onun burnu əzilmişdir. O, nəfəs ala bilmədiyindən xəstəxanaya getmişdir. O, xəstəxanaya getdikdə Rasif və Samirin də həmin xəstəxanda olduğunu öyrənmiş və sonuncuların xəstəxanada olması səbəbindən həkimə müraciət etmədən evə geri qayıtmışdır. Səhərisi gün o, Ramili özü aparıb polisə təhvil vermişdir. 15 gün keçdikdən sonra onu Sumqayıt şəhər prokurorluğuna çağırmışlar. Orada prokuror və müstəntiq hadisənin necə baş verməsini ondan soruşmuşlar. Prokuror onu dinlədikdən sonra müstəntiqə Samir və Rasifə qarşı xuliqanlıq maddəsi ilə cinayət işinin qaldırılması barədə göstəriş vermişdir. Bundan sonra Rasifə qarşı cinayət işi qaldırılmışdır. Lakin Rasif öldüyündən həmin cinayət işinə xitam verilmişdir. Samirə qarşı isə ümumiyyətlə cinayət işi qaldırılmamışdır. Ona qarşı da heç bir tədbir görülməmişdir. Lakin iki gündən sonra müstəntiq onu çağırıb demişdir ki, “sənə 1 aylıq sanksiya verirəm, əgər sənə 1 aydan artıq sanksiya versəm mən işdən çıxaram, işləmərəm”. Bir aydan sonra o, prokurorluğa getdikdə müstəntiqin dəyişildiyini görmüşdür. Sonra onun həbsdə saxlanılmağının bir ay da artırılması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edilmişdir. Lakin Sumqayıt şəhər Məhkəməsi onun həbsini uzatmamışdır. Həmin qərardan apellyasiya prostesti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsində onun həbsdə olma müddəti bir ay da artırılmışdır. Beləliklə, o, 1 il 2 ay müddət ərzində təqsiri və günahı olmadığı halda azadlıqdan məhrum olunmuşdur. Cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 onu da bildirmişdir ki, o, Ramilin bıçağı gedib götürməsini, Rasif və Samiri vurmasını görməmiş, bunları Ramil ona sonradan demişdir. Rasif onun sifətinə möhkəm zərbə endirdiyindən o, yerə yıxılmış və bundan sonra Rasif onu möhkəm döyməyə başlamışdır. O, həmin vaxt heç nə görməmişdir. Onun həmin vaxt bıçaq çıxarmaq və ya qaçıb bıçaq götürmək üçün fiziki cəhətdən heç bir imkanı olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, «Pleysteyşn» zalında olduqda yanında 2-3 nəfər də olmuşdur. Onun telefonunun zaryadkası qurtardığından o, oturduğu masanın qarşısında telefonunu zaryadkaya qoymuşdur. Bir qədər keçdikdən sonra o, onun olduğu yerə Rasifin gəldiyini görmüşdür. Rasif gəlib onun telefonunu götürmüşdür. O, Rasifdən nə etdiyini soruşduqda Rasif cavab verməmiş və adaptoru zaryadkadan çıxarıb onun telefonunu masanın üstünə atmışdır. O, Rasifdən yenə nə etdiyini soruşduqda, sonuncu ona “yaxşı eləyirəm” demiş və söyüş söymüşdür. O, Rasifdən onunla niyə belə danışdığını soruşmuş və Rasifə “söyüşlə danışma, mən sənə nə demişəm ki, mənimlə söyüşlə danışırsan” demişdir. Rasif həmin vaxt artıq «Pleysteyşn» zalından çıxıb gedirmiş. Rasif həmin vaxt çevirilib “yaxşı edirəm” deyərək onun üzündən vurmuşdur. O da aldığı zərbədən yerə yıxılmışdır. O, ayağa durduqdan sonra Rasifin üstünə gedib niyə belə etdiyini soruşmuşdur. Rasif onu yenə vurmuşdur. O, Rasifə gücünün çatmayacağını görmüşdür. Bundna sonra o, telefonunu götürüb çölə çıxmışdır. Həmin vaxt onun sağ gözü qan içində olmuşdur. O, «Pleysteyşn» zalından çıxdıqdan sonra evə getmişdir. Rasifin onun atası Əhəd ilə münasibəti çox yaxşı olduğundan və Rasif onun atasına ”dayı” deyərək müraciət etdiyindən o, düşünmüşdür ki, gedib baş vermiş hadisə barədə atasına məlumat versə, atası gedib Rasiflə danışacaq və onu Rasiflə barışdıracaq. Bundan sonra o, evə getmişdir. Evin qapısını anası açmış və o, içəri girib atasının yatdığını görmüşdür. O, evə girdikdə atası Əhəd qapının səsinə oyanmışdır. O, atasına heç nə etmədiyi halda Rasifin onu vurduğunu demişdir. Atası ondan Rasifin niyə onu vurduğunu soruşmuşdur. O da atasına «Pleysteyşn» zalında olan məsələni danışmışdır. Atası da ona demişdir ki, “sənə demişəm ki, gördün kimsə problem edir uzaqlaş”. O da atasına Rasifə hörmət etdiyini deyərək Rasiflə onu barışdırmasını xahiş etmişdir. Atası əynini geyindikdən sonra onlar birlikdə həyətə düşmüşlər və avtomobilə əyləşib «Pleysteyşn» zalına getmişlər. Sonra onlar Rasifin Samir, Aslan, Həsənağa və digərləri ilə «Pleysteyşn» zalının yanında olan çayxanada oturduğunu görmüşlər. O, avtomobili saxlamış və atası ilə birlikdə avtomobildən düşmüşdür. Atası Rasifə onlarla gəlməsini demişdir. Rasif onların yanına gəldikdə atası Rasifə avtomobilə minməsini və avtomobildə söhbət edəcəklərini demişdir. Rasif avtomobilə əyləşmişdir. Samir də həmin vaxt gəlmiş və avtomobilə oturacağını bildirmişdir. X38 “sən oturma, sən niyə oturursan, bir dəqiqə Rasiflə söhbət eləyib gəlirəm” demişdir. Samir razılaşmamış və avtomobilə əyləşmişdir. O da orada adamlar çox olduğundan və həmin şəxslərin onların söhbətinə müdaxilə etməsini istəmədiyindən avtomobili təqribən 20 metr irəliyə sürmüşdür. Onlar avtomobildə olarkən atası Rasifdən onu niyə vurduğunu soruşmuşdur. Rasif isə cavab verməmişdir. Bu vaxt Samir qışqırmağa başlamış və “vurub vurub da, uşaqdır, bu da böyükdür” deyə ifadələr işlətmişdir. Atası Samirdən danışmamağı istəmiş və Rasifə sual verdiyini bildirmişdir. O, avtomobili saxladıqda Rasif atasına “vapşe düş aşağı görüm e, başımı xarab edirsən” deyərək avtomobildən düşmüşdür. Sonra avtomobildən Samir düşmüşdür. Samirdən sonra isə avtomobildən o və atası düşmüşdür. Onlar avtomobildən düşdükdən sonra Rasif atasının qarşısına gəlib “başımı xarab edirsən” demişdir. Bundan sonra Rasif yumruqla və başı ilə atasına zərbə endirmişdir. O, atasigil tərəfə gedib aralaşdırmaq istədikdə, Samir onu sağ tərəfdən vurub yerə yıxmışdır. O, arxaya gedərək yerə yıxılmışdır. Samir də onun üstünə gələrək yumruqla ona zərbə endirməyə başlamışdır. O da müdafiə olunmaq üçün əlini üzünə tutmuşdur. Həmin vaxt o, atası ilə Rasifi görə bilməmişdir. Lakin o, atasının səsini eşitmişdir. Atası Rasifə “vurma, vurma” deyə qışqırmışdır. Samir onun qarşılıq vermədiyini görüb onun atasının üstünə getmişdir. O, ayağa duranda Rasif və Samirin atasını vurduqlarını görmüşdür. Atası həmin vaxt üzü üstə yerdə uzanıb başını tutmuşdur. O da Rasiflə Samirin onun atasını pis döydüklərini görüb avtomobilə yaxınlaşıb avtomobilin sürücü tərəfdən olan qapısından bıçağı götürmüşdür. Həmin bıçaq həmişə maşında olmuş və o, dənizə getdikdə həmin bıçaqla qarpız və sair əşyaları doğramaq üçün maşında saxlamışdır. O, avtomobilin qapısını örtəndə Samir qapının örtüldüyünü hiss etmiş və arxaya dönmüşdür. Samir onun ayağa durduğunu və özlərinə tərəf gəldiyini görmüşdür. O, Samirin yanına çatdıqda Samir onu yumruqla vurmuş və nəticədə o, yerə yıxılmışdır. Bu vaxt Samir əyilərək yenə ona yumruqla zərbə endirməyə başlamışdır. Sonra o, Samirin qoluna 1-2 dəfə bıçaqla zərbə vurmuşdur. Samir ayağa durmuş və “dejurnıy” deyilən tərəfə qaçmışdır. O, ayağa duranda Rasifin yenə atasını döydüyünü görmüşdür. Rasif atasına yumruqla və təpiklə zərbələr vurmuşdur. Atası isə üzü üstə yerdə uzanmış vəziyyətdə olmuşdur. O, Rasifin sol tərəfindən gəlib sonuncunu itələmişdir. Rasif ona tərəf çevrilmək istədikdə, o, Rasifi vurmuşdur. O, Rasifin qarın nahiyəsinə 2-3 dəfə bıçaqla zərbə vurmuşdur. Rasif də bıçağın dəyməsini hiss edib oradan qaçmışdır. Rasif qaçdıqdan sonra o, atasına kömək edib atasını yerdən qaldırmışdır. Atası şokda olduğundan həmin vaxt onun üzərində olan qanı görməmişdir. O, atasını avtomobilə mindirib evlərinə aparmışdır. O, avtomobili yaşadıqları evin həyətində saxladıqda atası onun üzərində qan olduğunu görmüş və ondan yaralanıb-yaralanmadığını soruşmuşdur. O da atasına yaralanmadığını, lakin Rasiflə Samirin atasını döydüklərini görüb avtomobildə olan bıçaqla Rasifə və Samirə xəsarət yetirdiyini bildirmişdir. Atası ona avtomobildən düşüb evə qalxmağını və üst-başını yumağını bildirmişdir. Lakin o, evə getməmiş və avtomobili sürüb dostu Nicat Məmmədəliyevin evinə getmişdir. O, Nicatgildə olduğu vaxt baş vermiş hadisə barədə Nicata danışmışdır. Sonra o, Nicatın evində üst-başını yumuşdur. Nicat ona köynək də vermişdir. Sonra o, Nicatın evindən çıxıb getmişdir. O, tutulduqdan sonra qardaşına Samirlə danışmağı, Samirə düzünü danışmasını və Samirin onun atasının günahsız olduğunu bilə-bilə yalan ifadə verməməsini deməsini bildirmişdir. Bundan sonra o, özü də təcridxanadan Samirə zəng vurmuşdur. O, Samirə hadisənin necə baş verdiyini bildiyini demiş və sonuncudan niyə yalan danışdığını soruşmuşdur. Samir də ona “birincisi içkili idim, hadisənin tam necə olduğunu bilmirdim, bilmədim necə danışdım, bir ay keçdikdən sonra yadıma düşdü ki, atanın günahı yoxdur, atan vurmayıb” demişdir. O da Samirə prokurorluğa da gedib belə ifadə verməsini bildirmişdir. Samir də ona vəkili ilə danışdıqdan sonra gedib ifadə verəcəyini bildirmişdir. 1-2 gün keçdikdən sonra o, yenidən Samirə zəng vurmuşdur. Samir ona vəkili ilə məsləhətləşdiyini və prokurorluqda gedib düz ifadə verdiyi təqdirdə özünün tutulacağını, ona görə də səbr etməyini, məhkəmədə gəlib düzgün formada ifadə verəcəyini bildirmişdir. Bundan başqa, Samir ona Vasiflə danışacağını, Vasifin və sonuncunun ailəsinin hadisənin necə baş verdiyini bilmədiyini, Vasiflə danışıb sonuncuya hadisənin necə baş verməsi barədə düzgün məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə təqsirli bilməsinə baxmayaraq, məhkəmədə son sözlə çıxış edərək əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 127.1 və 130.1-ci maddələrinə tövsif edilməsini və həmin maddələr üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Rasif və Əhədin böyük oğlu Nicatla birlikdə maşın alveri ilə məşğul olmuşdur. Onlar təxminən bir il maşın alveri ilə məşğul olmuşlar. Onların arasında yaxşı münasibətlər olmuşdur. Rasif illərlə Nicat və sonuncunun ailəsinin əziyyətini çəkmiş, Nicatın nə vaxt problemi olurdusa həmin problemləri Rasif həll etmişdir. X25 muğayat olmasını tapşırmışdır. Sonra Nicat bir qızla tanış olmuşdur. O və Rasif həmin qızın normal qız olmadığını, həmin qızdan ayrılmasını Nicata demişlər. Nicat da həmin qıza görə onlardan üz çevirmişdir. Nicatın bu hərəkəti Rasifin xoşuna gəlməmişdir. Çünki Rasif illərlə Nicatın əziyyətini çəkmiş və problemlərini həll etmişdir. Beləliklə Nicat ilə onların arasında münasibətlər soyumağa başlamışdır. Münasibətlər soyuduqdan sonra onların arasında 2-3 dəfə mübahisə yaranmışdır. Lakin Rasif heç vaxt Nicata əl qaldırmamışdır. Nicat və Ramil həmişə nəsə olan kimi gedib ataları Əhədə demişlər. Nicat və Ramil artıq atasında elə təəssürat yaratmışdılar ki, guya Rasif onlara gün verib, işıq vermir. Hadisədən əvvəl də Nicat maşın alveri ilə məşğul olan tanışlarından birini insanların arasında təhqir etmişdir. Həmin şəxs bu barədə Rasifə demişdir. Rasif də Nicatı çağırmışdır. Nicat da atasına zəng edib bu barədə demişdir. Bundan sonra Əhəd də Rasifi silahla hədələmişdir. Amma o, həmin vaxt orada olmamışdır. Əhədin Rasifi silahla hədələməsini Rasif ona demişdir. 04 sentyabr 2018-ci il tarixdə, təxminən saat 23:00 radələrində o, Rasif və digər şəxslərlər birlikdə Sumqayıt şəhərində «Dejurnıy» deyilən ərazidə yerləşən «Ovçular» kafesinin həyətində oturub çay içmişlər. Həmin vaxt Rasif öz telefonu ilə oynamışdır. Sonra Rasifin mobil telefonunun zaryadkası qurtarmışdır. Bu vaxt o, Rasiflə yaxınlıqda yerləşən «Pleysteyşn» salonuna getmişdir ki, Rasif öz mobil telefonunu zaryadkaya qoysun. Onlar həmin salonda vaxtaşırı oturub pleysteyşn oynamışlar deyə orada adaptor olduğunu bilmişlər. Onlar salona daxil olduqda orada işləyən şəxsdən Rasif adaptorun harada olduğunu soruşmuşdur. Həmin işçi də əli ilə Ramilin əyləşdiyi masanı göstərmişdir. Ramil telefonunu zaryadkaya qoymuşdur. Rasif Ramilin yanına gələrək sonuncunun mobil telefonunun tam zaryadka yığdığını görüb adaptoru Ramilin telefonundan çıxarıb özü ilə götürmüşdür. Rasif 2-3 addım atıb qayıtdıqda, Ramil Rasifə «görmürsən telefonumu zaryatkaya qoymuşam?» demişdir. Rasif də Ramilə “Kor deyiləm, görürəm. Sənin telefonun zaryadka yığıb. Mən də çıxartdım”. Ramil Rasifə nə demişdirsə Rasif geriyə qayıdıb Ramilə şapalaq vurmuşdur. O, bunu gördükdə tez Rasifgilə yaxınlaşmış və Rasif ilə Ramili aralamışdır. Orada ondan başqa Aslan və Həsənağa adlı dostları da olmuşdur. O, Aslan və Həsənağa ilə birlikdə Rasiflə Ramili aralaşdırmışdır. Sonra Ramil çölə çıxmışdır. Ramil çölə çıxdıqdan sonra o, çöldə səs-küy eşitmişdir. Onlar tez çölə çıxmışlar. Onlar çölə çıxdıqda bir nəfər şəxsin uşağını pleysteyşn oynamağa gətirdiyini və Ramilin həmin şəxsin uşağının yanında söyüş söydüyünə görə Ramili divara dirədiyini görmüşlər. Həmin şəxs Ramili vurmaq istəmişdir. Onlar tez həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsin Ramili vurmasına icazə verməmişlər və həmin şəxsə çıxıb getməsini bildirmişlər. Həmin şəxs də onları görüb çıxıb getmişdir. Bundan sonra Ramil də avtomobilinə doğru getmişdir. Bu vaxt o, Ramilin atasını çağırmaq üçün getdiyini başa düşmüşdür. Ona görə də o, Həsənağanı Ramilin arxasınca göndərib demişdir ki, “get Ramili sakitləşdir, yoxsa gedəcək atasını çağıracaq və ara dəyəcək”. Ramil artıq sükan arxasında əyləşmişdir. Həsənağa Ramilin yanına gedib avtomobilə əyləşmişdir. Həsənağa Ramilin maşınında Ramillə 5-6 dəqiqə söhbət etdikdən sonra gəlib Ramilin sakitləşmədiyini və Ramilin “o, görəcək” dediyini onlara bildirmişdir. Onlar da oradan çıxıb “Pleysteyşn” salonunun qarşısında yerləşən çayxanaya gedərək çöldə bir masanın ətrafında oturmuşlar. Təxminən 20 dəqiqə keçdikdən sonra Ramil yüksək sürətlə sürdüyü avtomobili onların yanında saxlamışdır. Əhəd avtomobilin qabaq oturacağında əyləşmişdir. Əhəd avtomobildən düşüb Rasifin üstünə qışqıraraq «Rasif, gəl otur maşına» demişdir. Əhəd Rasifi maşına çağıranda çox əsəbi olmuşdur. Rasif də sakit şəkildə Ramilin sürdüyü avtomobilə doğru getmişdir. O da Rasifin arxasınca avtomobilə doğru getmişdir. Rasif arxa oturacaqda, yəni Ramilin arxasında oturmuşdur. O da Rasifin yanında oturmuşdur. O, avtomobilə oturduqda Əhəd onun üstünə qışqıraraq “sən düş aşağı” demişdir. O, Əhədə fikir verməmişdir. Əhəd isə nalayiq ifadələrlə ona “sənə demədim, rədd ol aşağı”demidir. O, Əhədə Rasifin dostu olduğunu və avtomobili sürməsini demişdir. Əhəd yenə ondan avtomobildən düşməyini tələb etmişdir. O isə avtomobildən düşməmişdir. Bundan sonra Ramil avtomobili sürmüşdür. Ramil avtomobili “Yaşılmarket” adlanan mağazadan təxminən 100-150 metr irəliyə sürüb sola verib saxlamışdır. Əhəd öz qapısını açıb avtomobildən düşmüş və onunla Rasifə avtomobildən düşmələrini bildirmişdir. Əhədin ardınca avtomobildən Ramil düşmüşdür. Ramildən sonra isə o və Rasif düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra o, Əhədlə, Ramil isə Rasiflə üzbəüz dayanmışdır. Onunla Əhəd arasında avtomobildən düşməyə görə mübahisə yarandığından o, Əhəd ilə üzbəüz dayanmaq istəməmişdir. Çünki o, fikirləşmişdir ki, Əhəd ona söyüş söyəcək və onların arasında dava yaranacaq. O da Əhədə “əmi” dediyindən Əhədlə dalaşmaq istəməmişdir. Ona görə də o, Ramilin yanına getmişdir. Rasif də Əhədin yanına getmişdir. Bundan sonra onunla Ramil, Əhədlə isə Rasif üz-üzə dayanmışdır. Həmin vaxt o, Ramilə “Ramil, yekə oğlansan. Nə olmuşdu, getdin həmin dəqiqə atanı çağırdın? Yekə kişisən. İndi dava düşəcək” demişdir. Ramil də ona “yaxşı eləmişəm” demişdir. O, Ramillə danışan vaxt Əhəd və Rasifdən 2-3 metr aralanmışdır. Əhəd dayanmadan söyüş söydüyünə görə Rasif Əhədə “Artıq sən qatıqlayırsan. Belə getsə vuracam səni” demişdir. Rasif bu sözü Əhədə deyəndə o, arxaya çönmüş və Əhədin Rasifin qarnından vurduğunu görmüşdür. Lakin o, Əhədin Rasifi qarnından nə ilə vurmasını görməmişdir. Rasif də Əhədin bu hərəkətindən sonra Əhədə başı ilə güclü zərbə endirmişdir. Rasifin baş zərbəsindən sonra Əhəd arxa-arxaya getmişdir. Sonra o, Ramil tərəfə çevrilmiş və Ramilin ona əl-qol atdığını görmüşdür. O da Ramilə 1-2 dəfə yumruqla zərbə vurmuşdur. Onun zərbələrindən Ramil arxa-arxaya getmiş və ayağı ilişib yıxılmışdır. Ramil yıxılan kimi o, Ramilə tərəfə gedib sonuncuya yumruqla çoxlu zərbələr endirmişdir. O, Ramilə çoxlu sayda zərbə endirərkən birdən sol çiyninin boşaldığını hiss etmişdir. O, idmançı olduğundan tez-tez çiyni çıxmışdır. Onun sol çiyni boşalanda o, fikirləşmişdir ki, yenə çiyni çıxmışdır. O sağ qolu ilə Ramilə zərbələr vurmağa davam etmişdir. Lakin o, sağ qolunun da boşaldığını hiss etmişdir. Onun bədəni boşaldığından Ramil onun altından çıxaraq kolluq tərəfə qaçmışdır. O da tez Rasifə tərəfə çönmüş və bu vaxt görmüşdür ki, Əhəd dizi üstə çökmüş vəziyyət oturaraq, başını da yerə qoyub əlləri ilə başını qucaqlayaraq Rasifə “Rasif bəsdi, bəsdi. Rasif bəsdi” sözlərini demişdir. Rasif isə ayaqüstə dayanıb gücsüz vəziyyətdə Əhədə təpiklə zərbələr endirmişdir. Həmin vaxt o, heç özünün bıçaqlandığını bilməmişdir. O da çiynini darta-darta Rasifgil tərəfə getmişdir. Onun canı ağrıdığından o da bir dədə Əhədi təpiklə vurmuş və Rasifə demişdir ki, “Rasif gedək. Mənim çiynim çıxıb, özdə pis çıxıb. Sala bilmirəm çiynimi yerinə”. O, Rasif ilə yola çıxanda işıqlıq olduğundan qolundan qan axdığını görmüşdür. O, bunu gördükdə Rasifə “Rasif, Ramil məni bıçaqla vurub. Deyəsən damarım kəsilib” demişdir. Onlar elə iki addım atdıqdan sonra Rasif ona “ay da, Əhəd də məni vurub. Əhəd məni pis vurub” demişdir. Bundan sonra o, Rasifə tələsməsini demişdir. Onlar “Yaşıl” marketin yanına çatdıqda orada taksilər dayanmışlar. Onlar taksiyə minib xəstəxanaya getməyi fikirləşmişlər. Lakin həmin vaxt orada taksi olmamışdır. Rasif ona demişdir ki, “polis görəcək, gəl gedək məhəlləyə”. O, Rasiflə razılaşmamışdır. Biraz getdikdən sonra o, bir taksinin gəldiyini görmüşdür. Sonra o, Rasifə tez gəlməsini demişdir. Çünki bilmişdir ki, taksi sürücüsü onları yaralı olduqlarını görsə qorxacaq və maşını saxlamayıb qaçacaq. Həmin yerdə piyada keçidi də olmuşdur. Uşaqlar piyada yol keçidindən keçdiyindən taksi sürücüsü uşaqlara yol vermək üçün maşını saxlamışdır. O, tez taksiyə tərəf qaçıb qapını açmış və sürücüdən onları xəstəxanaya çatdırmasını istəmişdir. Orada olan Murad və tanımadığı şəxslər Rasifə kömək edib sonuncunu taksiyə otuzdurmuşlar. Həmin vaxt taksi maşınında arxada oturan qadın Rasifi elə vəziyyətdə görüb qorxduğundan maşından düşərək qaçmışdır. Yolda Rasif ona demişdir ki, “Samir və Əhəd məni pis vurub”. Yol boyu Rasif ancaq bunu ona demişdir. Taksi onları Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparmışdır. Onlar xəstəxanaya çatdıqda tez taksidən düşmüşlər. Onlar taksidən düşəndə o, Rasifin bağırsağının çölə çıxdığını görmüşdür. O, əvvəlcə nə olduğunu anlamamışdır. O, elə fikirləşmişdir ki, çölə çıxan Rasifin ciyəridir. O, bu barədə həkimlərdən soruşmuşdur. Həkimlər də ona narahat olmamağı və bağırsağın olduğunu bildirmişlər. Bundan sonra əməliyyat olunmaq üçün Rasifi aparmışlar. Həmçinin onu da reanimasiya şöbəsinə aparmışlar. Rasif əməliyyat olunmuşdur. Rasif əməliyyat olunsa da özünə gəlməmişdir. Bıçaq Rasifin ağciyərinə girdiyindən sonuncunun beyni dayanmışdır. Zərərçəkmiş şəxs X11 ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını bildirərək təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün axşam evdə oturub çay içmişdir. Həmin vaxt ona zəng gəlmişdir. O, zəng edən şəxsin kim olduğunu bilməmişdir. Telefonda ona demişlər ki, “Rasif yıxılıb və qolu sınıb, travmotologiyaya gətirmişik, gəl”. O da evdən heç kimə heç nə demədən çıxmış və taksiyə minib xəstəxanaya getmişdir. O, xəstəxanaya çatdıqda orada çox adamın olduğunu görmüşdür. Həmin vaxt o, başa düşmüşdür ki, bu adi qol sınması deyil. Ona Rasifə nə olduğunu deməmişlər. Lakin axırda o, bir nəfərdən Samirlə Rasifin bıçaqlandığını öyrənmişdir. Onu sakitləşdirərək Rasifin salamat olduğunu və narahat olmamağı demişlər. O da qaçıb içəri keçmiş və Rasifin əməliyyatda olduğunu görmüşdür. Ona demişlər ki, “Əhədgil edib”. O, Nicatın Rasifi bıçaqladığını düşünmüşdür. Uşaqlar ona hadisəni Nicatın yox, Əhəd və Ramilin törətdiyini bildirmişlər. Rasif əməliyyatdan çıxdığı günün səhərisi gün Rasifi "Ege" klinikasına aparmışlar. Rasifi klinikaya apardıqdan sonra o, hadisə barədə Samirdən soruşmuşdur. Samir də Əhəd və Ramilin maşınla onların oturduğu kafeyə gəlməsi, Əhədin Rasifə maşına oturmasını deməsini, Rasifin də sakitcə maşına oturduğunu, Samirin özü maşına oturmaq istədikdə Əhədin qoymadığını, lakin Samirin maşına mindiyini bildirmişdir. Samir ona Aslanın da maşına minmək istədiyini, lakin Ramilin maşını sürdüyündən Aslanın maşına minə bilmədiyini demişdir. Ramil maşını sürdükdən sonra “Kapital Bankın” yanından döndüklərini və hadisə baş verən əraziyə çatdıqlarını demişdir. Yolboyu və hadisə yerinə çatdıqdan sonra da Əhəd Rasif və Samiri söymüşdür. Hadisə baş verən yerə çatdıqdan sonra avtomobildən düşdüklərini, Əhədin yenə dayanmadan söyüş söydüyünü, səhv etmirsə Rasifin də Əhədə “biz sənə əmi deyirdik, amma sənin indi bizə dediklərin düzgün deyil” deməsini bildirmişdir. Samirin dediklərinə görə Samirgil avtomobildən düşdükdən sonra Samir ilə Ramil, Əhəd ilə Rasif üzbəüz dayanmışdır. Rasif Əhədin yenə söyüş söydüyünü görüb sonuncuya “həddini aşırsan demişdir. Bundan sonra Əhəd Rasifin qarnına zərbə endirmişdir. Rasif də Əhədə başı ilə zərbə vurmuşdur. Əhəd də arxa-arxaya getmiş və sonra Ramil Samirə zərbə endirmək istədikdə ayağı ilişib yıxılmışdır. Samir də Ramilin üzərinə gedib Ramili vurmuş, sonra Samir qolunun boşaldığını hiss etmiş, digər qolu ilə Ramilə zərbələr endirməyə başlamışdır. Sonra Samirin həmin qolu da boşalmışdır. Həmin vaxt Ramil də durub kolluğa tərəf qaçmışdır. Ramil kolluğa qaçdıqdan sonra Samir Əhəd ilə Rasif tərəfə çevrilmiş və Əhədin dizi üstə oturduğunu gördüyünü ona danışmışdır. Rasif sentyabr ayının 8-nə kimi komada olmuş və 8 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını bildirərək təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 04 sentyabr 2018-ci il tarixdə əri Əhəd saat 21:00 radələrində toydan evə gəlmiş və yorğun olduğundan yatmışdır. Həmin gün təxminən saat 24:00 radələrində oğlu Ramil həyətdən gəlib atasını soruşmuşdur. O da Ramilə Əhədin yatdığını bildirmişdir. Əhəd yatdığı otaqdan Ramildən nə baş verdiyini soruşmuşdur. Ramil isə atasına Rasifin onu (Ramili) vurduğunu deyərək atasından Rasiflə danışmasını istəmişdir. X12 (Ramili) vurubvurmadığını soruşmuşdur. Ramil isə atasına Rasifin onu vurduğunu demişdir. X23 içkili olub-olmadığını soruşmuşdur. Ramil də Rasifin içkili olduğunu bildirmişdir. Əhəd də Ramilə demişdir ki, “Ramil, bəlkə qalsın sabah gedək”. Ramil də Əhədə “ata, Rasif mənim gözümə vurub və mənim gözümə qan gəlib, bir də ki, Rasif məni uşaqların içərisində vurub “sındırdı” demişdir. Belə bir hadisə birinci dəfə baş verməmişdir. Əvvəllər də belə hadisə yaşandığından onun əri Əhəd gedib Rasifdən nə baş verdiyini öyrənmiş və sonuncuları barışdırıb gəlmişdir. Bu dəfə də X29 barışdırmaq üçün getmişdir. O da Əhədgillə getmək istədikdə Ramil ona getməyə icazə verməmişdir. Sonra o, Ramillə Əhədin gec gəldiyini görüb həyətə düşmüşdür. Çünki Ramil 5 dəqiqəyə qayıdacaqlarını ona demişdir. Lakin o, Ramili və Əhədi tapmayıb geri qayıdan zaman blokda ev telefonuna zəng gəldiyini eşitmişdir. O, təcili evə qalxıb telefona cavab verdikdə zəng edən şəxsin Əhəd olduğunu bilmişdir. Əhəd ondan harada olduğunu soruşmuş, o da Əhədgili axtarmaq üçün həyətə düşdüyünü demiş, eləcə də Əhəddən harada olduğunu soruşmuşdur. Əhəd ona evə gəldiyini bildirmiş və ona evdə olmağı tapşırmışdır. Bir neçə dəgigədən sonra Əhəd evə gəlmiş və hamam otağına keçib əl-üzünü yumağa başlamışdır. O, Əhəddən nə olduğunu soruşduqda Əhəd ona “Rasiflə Samir məni döydülər” demişdir. O, Əhəddən niyə döyüldüyünü soruşmuşdur. Əhəd də ona avtomobillə gedib Rasifi tapdığını, Rasifə “onu öz övladı olaraq gördüyünü, Ramilin də Rasifin kiçik qardaşı olduğunu” dediyini və Ramili niyə vurduğunu Rasifdən soruşduğunu ona demişdir. Əhəd belə dedikdə, Rasif Əhədə heç nə deməmişdir. X24 yanına gəlmiş və qarışıqlıq yaratmışdır. Samir həmişə belə əclaflıq etmişdir. Samir əvvəllərdə onun oğlu Nicatla Rasif arasındaki münasibətləri dəfələrlə pozmaq istəmişdir. Sonra Rasif və Samir Ramilin idarə etdiyi avtomaşına əyləşmişlər və birlikdə avtomobillə biraz getdikdən sonra Əhəd yenə danışanda Samir Rasifə “ala Rasif, çox oldu eee uje, bunlara nə üz verirsən” demişdir. Bundan sonra Ramil idarə etdiyi avtomobili saxlamış və avtomobildə olan bütün şəxslər düşdükdən sonra Samir və Rasif Əhəd ilə Ramili döymüşlər və bundan sonra qəflətən qaçmışlar. O, Əhəddən Ramilin harada olduğunu soruşmuşdur. Əhəd isə Ramilin özünü həyətdə düşürdüb getdiyini və Ramil sükanı tutduğu zaman sonuncunun qollarının qan olduğunu gördüyünü, Əhədin Ramildən nə baş verdiyini soruşduqda X36 də, Samiri də bıçaqladığını bildirdiyini ona demişdir. Əhəd evə gəldikdə Əhədin alnı batmış vəziyyətdə olmuş və burnundan xəsarət almışdır. Əhəd burnundan xəsarət aldığından nəfəs ala bilməmişdir. Ona görə də Əhəd xəstəxanaya getmişdir. Əhəd xəstəxanaya getdikdə həkim Əhəddən Əhədi döyənlər barəsində şikayət edib-etməyəcəyini soruşmuşdur. Əhəd də “yox, mən şikayət etmirəm, mən o uşaqlardan şikayət etmərəm, onlar da məndən etməz, onlar mənim öz balalarımdır” demişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2014-cü ildən etibarən Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyyə şöbəsində cərrah həkim işləmişdir. Hadisə baş verən gün Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olduqdan sonra Rasif cərrahiyyə üçün nəzərdə tutulmuş əməliyyat otağına qaldırılmışdır. Onlar xəstəni müayinə etmişlər. O, səhv etmirsə xəstənin döş qəfəsinin sol yarısında və qarının sol yarısında xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olduqda əvvəlcə özündə olmuş, lakin Rasifin həmin vaxt vəziyyəti ağır olmuşdur. Onları məqsədi Zərərçəkmiş şəxs1 həyatını xilas etmək olmuşdur. Ona görə də tibb işçiləri, o cümlədən o, Zərərçəkmiş şəxs1 hadisə və hansı şəraitdə yaralanması barədə heç nə soruşmamışlar. Onlar xəstəni müayinə etdikdən sonra təcili olaraq xəstəni əməliyyat etmişlər. Lakin sonra xəstənin yaxınları müalicənin xəstəxanada davam etdirilməsindən imtina etmişlər və Zərərçəkmiş şəxs1 Bakı şəhərində fəaliyyət göstərən “Ege” klinikasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, hadisə baş verən gün gecə saat 03:00 radələrində o, qardaşı Əhədin evinə getmişdir. O, qardaşının evinə getdikdə qardaşı Əhədin döyüldüyünü görmüşdür. Əhədin alnı içəri batmış vəziyyətdə olmuş, həmçinin Əhədin üz-gözü gömgöy olmuşdur, habelə Əhəd burnundan da xəsarət almışdır. O, Əhəddən nə baş verdiyini soruşduqda sonuncu ona demişdir ki, “Ramil kompüter zalında olanda Rasif Ramilin telefonunu zaryadkadan çıxarıb öz telefonunu zaryadkaya qoyduqda sonuncuların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Rasif Ramili vurmuş, Ramil də gəlib bunu Əhədə demişdir. X37 birlikdə Rasiflə söhbət etmək üçün sonuncunun olduğu yerə getmiş, həmin vaxt orada çoxlu sayda insan olduğundan Əhəd Rasifə maşına minməsini bildirmişdir. Rasif gəlib maşına əyləşəndə Samir də maşına əyləşmişdir. Əhədgil və Rasifgil yol gedərkən X17şdırmışdır. Ramil maşını biraz sürüb saxladıqdan sonra Əhədgil maşından düşmüşlər. Əhədgili maşından düşən kimi Samir və Rasif Əhədi döyməyə başlamışlar. Ramil atasına kömək etmək istədikdə Samir Ramilə idman fəndi işlədərək yerə yıxmış və yenidən Rasiflə birlikdə əhədi döyməyə davam etmişdir. Ramil də vəziyyətin belə olduğunu görüb maşında olan bıçağı götürərək Rasifgilin yanına getmiş və atasını Rasifgilin əlindən xilas etmək üçün Rasifi və Samiri bıçaqla vurmuşdur. Bu hadəsədən sonra Ramil həbs edilmişdir. Bir ay sonra isə Əhəd həbs edilmişdir. Qardaşı əhəd həbs edildikdən sonra o, müstəntiq Şahid18la görüşmüş və qardaşının niyə qanunsuz olaraq həbs edilməsini Faiqdən soruşmuşdur. Şahid18 da ona qardaşı Əhədin bir ay sonra işlərin yoluna qoyulmasından sonra həbsdən azad ediləcəyini bildirmişdir. O, müstəntiqdən bunun necə olacağını soruşmuşdur. Şahid18 da ona demişdir ki, “Rasif öldüyündən qardaşın Əhəd üçün təhlükə var və qardaşının təhlükəsizliyini təmin etmək məqsədilə Əhədi həbs etmək lazımdır”. Lakin qardaşı Əhəd həbs edildikdən sonra bir ay keçsə də Əhəd həbsdən azad olunmamışdır. O, yenidən Sumqayıt şəhər prokurorluğuna getdikdə Şahid18 bu işi apara bilməyəcəyini bildirib işi başqa müstəntiqə verdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, əvvəllər Rasif ilə çox yaxın dost olmuşdur. O, maşın alqı-satqısı ilə məşğul olmuşdur. Rasifin də maddi cəhətdən vəziyyəti daha yaxşı olsun deyə o, Rasiflə birgə maşın alqısatqısı ilə məşğul olmuşdur. O, Samiri isə hərbi xidmətdən gəldikdən sonra Rasif vasitəsilə tanımış və beləliklə onların arasında dostluq münasibətləri yaranmışdır. Onun Rasiflə münasibəti həmişə çox yaxşı olmuş. Onlar dəfələrlə bir-birinin evində qalmışlar. Lakin o, Samiri tanıdıqdan sonra aralarında söz-söhbət başlamışdır. Onların başqa bir dostu Rusiya Federasiyasında rəhmətə getdikdən sonra onlar qəbir daşının düzəldilməsi və digər işlərlə bağlı həmin dostunun evinə gedib gəlmişlər. Bundan bir müddət keçdikdən sonra rəhmətə gedən dostunun bacısı ərindən boşanmış və Rasiflə Samirin ümumi dostu olan Ruhin ilə münasibət qurmuşdur. Onun əri Kənan isə bir gün ona yaxınlaşıb demişdir ki, “xəbərin var da: dostların mənim ailəmi dağıtdı?”. Bu hadisədən sonra onunla Rasif və Samir arasında soyuqluq yaranmağa başlamışdır. Rasif maşın alqı-satqısı ilə məşğul olmaqdan əlavə Narkoloji Dispanserdə mühafizəçi kimi işləmişdir. Ona görə də bəzən elə olmuşdur ki, Rasif onunla və Samirlə bazara getməmişdir. Buna baxmayaraq o, əldə olunan qazancı aralarında üç yerə bölmüşdür. Qazancın üçü arasında bölünməsi Samirin xoşuna gəlməmişdir. Samir yalnız maşın alqı-satqısı ilə məşğul olduğundan onunla bazara getmişdir. Bir dəfə onlar 500 manat pul qazanmışlar. Həmin puldan o və Samir ayrıayrılıqda 200 manat məbləğində pul götürmüşlər. 100 manat məbləğində pulu isə o, Rasifə vermək üçün saxlamışdır. X31 iki yerdə işlədiyini, özünün isə bir yerdə işlədiyini və pula ehtiyacı olduğunu bildirərək həmin pulu ondan almışdır. Rasif bunu bildikdə Rasiflə Samirin arasında münasibətlər pozulmuşdur. Sonra o, Rasifi və Samiri birtəhər barışdırmışdır. Həmin hadisədən sonra Samir ondan acıq çıxmağa başlamış və Rasifə nə demişsə Rasifin onunla münasibətləri pozulmuşdur. Samir və Rasif ona salam vermək belə istəməmişlər. O da məcbur olub maşın bazarına tək getməli olmuşdur. Samir və Rasif isə maşın bazarına bir yerdə getmişlər. Beləliklə onların arasında olan münasibətlər daha da pisləşmişdir. Hadisə baş verən gün o, Gürcüstanda olmuşdur. Qardaşı Ramil ona zəng edib demişdir ki, “Samir və Rasif məni vurmuşdular, mən də getdim atanı çağırdım. Ata da gedib Rasiflə danışmaq istədi. Lakin Rasif və Samir atanı pis döyürdülər. Mən də məcbur qalıb maşından bıçağı götürüb ikisini də vurdum”. O da Ramilə “gərək vurmazdın” demişdir. Ramil isə atalarını pis döydüklərinə görə Rasiflə Ramili vurduğunu ona demişdir. O da tez Gürcüstandan Sumqayıta qayıtmışdır. Samir özü əvvəlcə Rasifi Ramilin vurduğunu demişdir. Lakin sonra nə baş vermişsə Samir Rasifin onun atası Əhəd tərəfindən vurulduğunu demişdir. Ramil tutulanda atası Əhəd hələ tutulmamışdır. Qardaşı Ramil tutulduğu gündən iki həftə keçdikdən sonra atası Əhəd də tutulmuşdur. Ramazan ayında Samir ona zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Samir görüşə gələndə özü ilə Quran da gətirmişdir. Onlar görüşəndə Samir ona demişdir ki, “əgər hadisə baş verən vaxt o, Rasifi qoyub qaçdığını söyləmiş olsaydı hamı onu qorxaq sayacaqdı və onun üstünə düşəcəkdi ki, niyə Rasifi qoyub qaçmısan”. Ona görə də Samir istintaqda məcburən Rasifin Əhəd tərəfindən vurulduğunu demişdir. Həm də Samir ona demişdir ki, “atan tutulan gündən bir gecəni belə rahat yata bilmirəm. Vicdanım məni incidir. İndi oruc tuturam, namaz qılıram, vicdan əzabı çəkirəm, belə yaşaya bilmirəm, mən izahatımı dəyişəcəm”. Samir hadisənin necə baş verdiyini də ona danışmışdır. Samirin ona dediyinə görə Samirgil maşından düşən kimi Rasif atası Əhədə kəllə atmış və atası kəllə zərbəsindən yerə yıxılmışdır. Bu vaxt Samir Ramili fənd vasitəsilə yerə yıxıb döyməyə başlamışdır. Samir Ramili döydükdən sonra atasını döyən Rasifə kömək etmək üçün sonuncunun yanına getmiş və atasını təpikləməyə başlamışdır. Rasifin atası Əhədi döydüyü, Samirin də Əhədin başından təpiklədiyi vaxt Ramil Samirgilə yaxınlaşmış və əvvəlcə Samiri bıçaqlamışdır. Samir bıçaqdan qorxub qaçdıqdan X35 bıçaqlamağa başlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, o, Rasif və Samirlə dost olmuşdur. Hadisə baş verən gün ona zəng etmişlər və Rasiflə Samirin bıçaqlandığını demişlər. Lakin onun şəxsi həyatında bəzi problemlər olduğundan o, Rasifin yanına xəstəxanaya gedə bilməmişdir. Rasif, Samir, Əhəd və Ramil Sumqayıt şəhər sakinləri olduqlarına görə bütün Sumqayıt baş vermiş hadisədən xəbərdar olmuşdur. O, Samir və Rasifin Ramilin gözü qarşısında atası Əhədi döydüklərini, ona görə də X20 bıçaqladığını eşitmişdir. Baş vermiş hadisədə Rasifin və Samirin haqsız olduqlarını hamı bilmişdir. Ona görə də o, Rasifin yasında iştirak etsə də, Samirlə həmin hadisədən sonra görüşməmişdir. Hadisədən 10 ay keçdikdən sonra o, bu məsələni aydınlaşdırmaq üçün Samirə zəng vurub görüşmək istədiyini bildirmişdir. Samir də razılıq vermiş və onlar görüşmüşlər. O, Samirlə görüşən kimi Samir ona demişdir ki, “Orxan, mən artıq belə yaşaya bilmirəm. Bu məsələdə Əhədin heç bir günahı yoxdur”. O, bunun qarşılığında Samirdən hadisənin hansı səbəbdən və necə baş verdiyini soruşmuşdur. Samirin deməsinə görə hadisə baş verən vaxt Samir və Rasif Əhədi möhkəm döymüşlər, Ramil də Samirgilin yanına gedib atasını vurmamaları üçün Samirə və Rasifə yalvarmışdır. Samir isə Ramili itələyib kənara atmışdır. Ramil də maşından bıçağı götürüb Samiri və Rasifi vurmuşdur. Samir də bıçaq zərbəsindən sonra qaçmışdır. Samir bunu ona dedikdən sonra o, Samirə bunu ona yox, hamıya deməsini bildirmişdir. Samir isə Rasifin anasının əsəbi olduğunu, Rasifin anasına Rasifi qoyub qaçdığını dediyi halda anasının və camaatın Samirə qarşı qəzəbli olacağını bildirmişdir. Rasifin anası hirsli olduğundan Samir Rasifin anasının istədiyi kimi ifadə verəcəyini ona demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 20-ci məhəllədə nənəsi və babası ilə birlikdə yaşayır. 05 sentyabr 2018ci il tarixdə o, evdə yatmışdır. Birdən qapı döyülmüş və evdəkilər onu oyadıb kiminsə onu çağırdığını demişlər. O, həyətə çıxdıqda onu çağıran şəxsin dostu Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Ramil köynəksiz və üst-başı qan içində olmuşdur. O, Ramildən kiminlə dalaşdığını soruşduqda Ramil ona üst-başını yuduqdan sonra hər şeyi danışacağını bildirmişdir. O, Ramili hamam otağına aparıb sonuncunun üst-başını yumuşdur. Sonra Ramil ona Samir və Rasiflə dalaşdığını demişdir. O, Ramildən niyə dalaşdığını soruşduqda sonuncu ona Samiri bıçaqla vurduğunu və bundan sonra Samirin qaçdığını, Samir qaçdıqdan sonra isə atasını Rasifin əlindən almaq məqsədi ilə Rasifi bıçaqla vurduğunu demişdir. O, Ramilə geyinmək üçün öz qara rəngli köynəyini vermişdir. Ramil köynəyi geyindikdən sonra Polis bölməsinə gedəcəyini demişdir. O Ramildən birlikdə getməyə ehtiyac olub-olmadığını soruşmuşdur. Ramil də ona Polis bölməsinə birlikdə getməyə ehtiyac olmadığını bildirmiş və özü çıxıb polisə getmişdir. Səhərisi gün o, Ramilin tutulduğunu eşitmişdir. Ramil və Əhədə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülən cinayət işi üzrə keçirilmiş məhkəmə iclasında o, ifadə verib evə getdikdən sonra Rasifin bibisi onu yolda görüb maşınına daş atmış və ona “sənə ev veriblər, pul veriblər, gəlib məhkəmədə şahidlik edirsən” sözlərini demişdir. Bu hadisədən əvvəl də bu günə kimi dəfələrlə Rasifin bibisi onu harada görsə qarğış etmişdir. Vasif ona zəng edib “Dejurniy” deyilən əraziyə tək gəlməyini demişdir. O, həmin əraziyə getmişdir. Bir neçə gün sonra Vasif ona zəng edərək bibisini söydüyünü bildirmiş və onunla görüşmək istəmişdir. O, Vasiflə görüşə gedəndə Vasifin yanında Samirin da olduğunu görmüşdür. Vasif ona bibisini söydüyünü bildirmişdir. O da Vasifə Vasifin bibisini söymədiyini demişdir Bundan sonra onların arasında mübahisə yaranmışdır. Samir və Vasif ona əl atmışlar və onu döymək istəmişlər. O, məhkəmədə “Ramil Samiri vurub, Samir qaçıb” deyə ifadə verdiyinə görə Samir onunla düşmənçilik aparmışdır. Ona görə də həmin vaxt Samir onu vurmuşdur. Samir onu vurduqdan sonra o, qaçaraq oradan uzaqlaşmışdır. O, qaçdıqda Samir də onun arxasınca qaçmış, lakin onu tuta bilməmişdir. Hətta Samir onun arxasınca “indi görürsən kim kimdən qaçır?” deyə qışqırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Sumqayıt şəhər şöbəsinin məhkəmə tibbi eksperti vəzifəsində çalışır. O, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasını 06 sentyabr 2018-ci il tarixdə keçirmişdir. O, 06 sentyabr 2018-ci il tarixli 1106 saylı rəyi təsdiq eedərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 döş qəfəsinin sol arxa səthinin, sol kürəkaltı nahiyənin, sağ kürəkaltı nahiyənin, sağ bel nahiyəsinin, hər iki dirsəyin, sağ əl barmaqlarının, sağ dizin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin yetirilməsi 05 sentyabr 2018-ci il tarixə uyğun gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi müəyyən edilməmişdir. Eyni zamanda o, 05 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizasını keçirmişdir. Təqsirləndirilən şəxs2 isə sol gicgah-təpə nahiyəsinin hematoması, sol bazunun, sol saidin, hər iki baldırın qançırları, sağ yanağın, üst dodağın, burnun qançırı, burun sümüyünün yerdəyişməyən sınığı aşkar edilmişdir. Həmin xəsarətlərin yetirilməsi 05 sentyabr 2018-ci il tarixə uyğun gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Bundan başqa, 12 sentyabr 2018-ci il tarixdə o, Zərərçəkmiş şəxs2 məhkəmətibbi ekspertizasını keçirmişdir. Zərərçəkmiş şəxs2 05 sentyabr 2018-ci il tarixdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 sağ saidin ön səthinin bükücü əzələni zədələyən kəsilmiş-deşilmiş yarası, sol qoltuqaltı və bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. O, Zərərçəkmiş şəxs2 təkrar məhkəmə-tibbi müayinə edərkən Samirin bükücü əzələsi zədələndiyinə görə dirsəkdə oynaq çətinliyi olmuşdur, buna görə də həmin xəsarət az ağır zərərvurmaya, digər xəsarətlər isə yüngül zərərvurmaya aid edilir. O, Zərərçəkmiş şəxs1 ilə bağlı qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 aid tibbi tarixçədən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi baş verdikdən və həmin hadisədə xəsarət aldıqdan sonra 05 sentyabr 2018-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xəstəxananın reanimasiya şöbəsinə daxil olduğu vaxt huşsuz olmuşdur. Zərərçəkmiş şəxs1 xəstəxanada həkimlər tərəfindən müayinə olunarkən döş qəfəsinin sol yarısının yan divarında orta qoltuq xətti üzrə 7-ci qabırğaarası sahədə təqribən 5,0x1,5 sm ölçüdə kənarları hamar iti bucaqlı yara qeyd olunmuş, yaradan tənəffüs zamanı qan və hava xaric olunmuş, həmçinin qarnının sol yarısının yan divarında təqribən 5,0x3,0 sm ölçüdə yara qeyd edilmiş, yaradan iki nazik bağırsaq ilgəyi və piylik xaric olunmuşdur. Həmçinin sağ bazunun iç səthində təqribən 5,0x1,0 sm yara olmuş, yaradan güclü qanaxma qeyd edilmiş, sol saidin iç səthində təqribən 5,0x1,0 sm ölçüdə kənarları hamar iti bucaqlı yaralar aşkar edilmiş və bu səbəbdən də müvafiq cərrahiyyə əməliyyatlarına başlanmışdır. O, Zərərçəkmiş şəxs1 meyitini müayinə edərkən sonuncunun artıq cərrahiyyə əməliyyatını keçirdiyini, həmin əməliyyat nəticəsində tikişlərin qoyulduğunu, Rasifin aldığı xəsarətlərin izlərinin və formalarının həmin cərrahiyyə əməliyyatları nəticəsində dəyişdiyini aşkar etmişdir. Şahid11 ifadəsində onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində kəskin qanitirmə olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı aldığı xəsarətlər digər Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərlə müqayisədə daha yüngül xəsarətlər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, Qubadlı rayonunda doğulub böyümüşdür. O, Təqsirləndirilən şəxs2 Qubadlı rayonundan olan şəxs kimi tanımışdır. O, 04 sentyabr 2018-ci il tarixdə Sumqayıt şəhərindəki «Xəlifə» şadlıq sarayında Əmrahın oğlu Şahinin toyunda iştirak etmişdir. Əhəd də həmin toyda iştirak etmişdir. Əhəd onunla eyni masada əyləşmişdir. Lakin o, masanın başlanğıcında, Əhəd isə masanın sonunda əyləşdiyindən Əhədin spirtli içki qəbul edib-etmədiyini bilməmişdir. O, həmin toyda yarım saat oturduqdan sonra çıxıb getmişdir. Onun cinayət hadisəsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün məhəllədə dostları ilə oturmuşdur. Birdən kimsə gəlib Ramil, Əhəd, Rasif və Samirin dava etdiklərini və Samir ilə Rasifin xəstəxanaya aparıldıqlarını demişdir. O və dostları bunu eşidib Sumqayıtda yerləşən xəstəxanaya getmişlər. Onlar xəstəxanaya çatdıqda orada çoxlu adamın olduğunu görmüşlər. Bir az keçdikdən sonra Əhəd də xəstəxanaya gəlmişdir. X14 normal münasibəti olduğundan Əhəd onu yanına çağırıb ondan nə baş verdiyini, Rasifin vəziyyətinin yaxşı olub-olmamasını soruşmış və nəsə lazım olsa köməklik göstərə biləcəyini bildirmişdir. O da Əhədə nahaq bura gəldiyini, xəstəxanada olan şəxslərlə Əhədin arasında dava yarana biləcəyini bildirmişdir. Bundan sonra o, Əhədi evə ötürüb yenidən xəstəxanaya qayıtmışdır. O, həmin vaxt Əhədin əlində və üzərində bıçaq görməmişdir. Sonradan o, eşitmişdir ki, bir tərəfdən Ramil və Əhəd, digər tərəfdən isə Samir və Rasif arasında dava baş vermişdir. Sonra Samir yüngül şəkildə, Rasif isə ağır şəkildə yaralanmışdır. Lakin o, Rasifin kimin tərəfindən bıçaqlanmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün Rasif, Samir və Aslanla birlikdə Sumqayıt şəhəri «Növbətçi» adlanan ərazidə yerləşən «Ovçular» kimi tanınan çayxanada oturub çay içmişdir. Bir qədər sonra Rasifin telefonunun zaryadkası qurtardığından Rasif yaxınlıqda yerləşən «PS-3» oyun salonunda telefonunu zaryadkaya qoymağı, həm də oraya yaxınlıqda yerləşən «Yaşıl çay evi» adlı digər çayxanada oturub çay içməyi təklif etmişdir. O, Rasif, Aslan və Samirlə birlikdə «PS-3» salonuna getmişdir. O, birinci oyun zalına daxil olub öz telefonunu soruşmuşdur. Oranın işçisi telefonu ona təqdim emtiş və adaptorun Ramildə olduğunu bildirmişdir. O da Rasifə adaptorun Ramildə olduğunu demişdir. Rasif Ramilin oturduğu yerə getmiş və bir qədər sonra o, Rasif ilə Ramilin dava etdiklərini görmüşdür. O, cəld Rasifgilin yanına gedib Rasifi Ramildən aralaşdırmışdır. Bundan sonra o, Ramilin gedib maşına oturduğunu görmüşdür. Həmin vaxt Samir və Rasif ona “get uşağın könlünü al, yaxşı deyil, uşaqdır” demişlər. O da Ramilin yanına gedib maşının qabaq oturacağına əyləşmiş və Ramili sakitləşdirməyə çalışmışdır. Lakin Ramil ona qulaq asmayıb avtomaşını sürətlə sürərək «Növbətçi dairəsi» adlanan istiqamətə getmişdir. O da Aslan, Rasif və Samirin yanına qayıtmışdır. Bir qədər keçdikdən sonra Ramil atası Əhədlə birlikdə onların yanəna gəlmişlər. Əhəd Ramilin maşınının qabaq oturacağında yarım çıxmış vəziyyətdə Rasifi əsəbi formada çağırmışdır. Rasif, ardınca isə Samir gedib maşına oturmuşdur. Bundan sonra Ramil maşını sürüb getmişdir. Bir müddət keçdikdən sonra o, xatırlamadığı şəxsdən “Əhədi gördüm, üst-başı qan idi, getdi məhəlləyə” deməsini eşitmişdir. Bundan sonra o, dərhal məhəlləyə tərəf qaçmışdır. O, orada Əhədin arvadınının yaşadıqları bloka tərəf gəldiyini görmüşdür. Lakin o, Əhədi görməmişdir. O, məhəllədən çıxdıqda Əhədin əlini divara vura-vura, söyüşlərlə piyada məhəlləyə gəldiyini görmüşdür. Əhədin üst-başı qan içində olmuşdur. Əhəd onu və Aslanı görüb “siz də gedin onların dalına düşün” demişdir. O da Əhədə söyüş söyməməsini bildirmişdir. Bundan sonra Əhəd getmişdir. O da Aslanla birlikdə Rasifi və Samiri tapmaq üçün mərkəzə tərəf getmişdir. Yolda kimsə “Rasifi vurublar” demişdir. O, bunu bilən kimi dərhal Təcili Tibbi Yardım xəstəxanasına getmişdir. O, orada tanımadığı şəxslərin əllərində boş xərəyin içərisində çoxlu miqdarda laxtalanmış qan və Rasifin cırılmış köynəyini görüb baş vermiş hadisə barədə soruşduqda, xəstəxananın işçiləri Rasifin əməliyyatda olduğunu, Rasifin bağırsaqlarının çölə çıxdığını demişlər. Bundan sonra o, Samiri tapıb nə baş verdiyini soruşmuşdur. Samir də “bizi Əhəd və oğlu Ramil bıçaqla vurdular” demişdir. Bundan sonra polislər onları xəstəxanadan çıxarmışlar. O, xəstəxananın həyətində Əhədin gəldiyini görmüş və Əhəddən niyə Rasifi bıçaqla vurduğunu soruşmuşdur. Əhəd isə “səs eləməyin, yoluna qoyun getsin” deyərək çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün uşaqlarla park istiqamətində gedirmiş. Onlar yolda səs eşidib geri qayıtmışlar. Onlar geri qayıdanda Rasif və Samirin qaça-qaça gəldiklərini görmüşlər. Rasifin qarın nahiyəsi qan içində olmuşdur. Lakin Rasif özü yerimişdir. Onlar Rasifin yıxıla biləcəyini düşünüb sonuncunun qoluna girmişlər. Həmin vaxt yoldan «Mersedes» markalı maşın keçirmiş. Maşın onları görüb saxlamışdır. Maşında qabaq oturacaqda bir cavan oğlan, arxa oturacaqda isə bir xanım əyləşmişdir. Oğlan maşından düşmüşdür. Lakin xanım hələ maşında oturmuşdur. Samirin qolundan qan axdığından Rasif ona “Samirə kömək edin otursun maşına” demiş və bundan sonra uşaqlar qapını açmışlar. Bundan sonra Samir qabaq oturacaqda oturmuşdur. Bunu görən xanım qışqıraraq demişdir ki, “gözləyin düşüm”. Sonra həmin qız maşından düşmüşdür. Həmin qadın maşından düşdükdən sonra onlar Rasifi arxa oturacaqda əyləşdirmişlər və sürücü maşını tələsik sürdüyündən onlar maşına minə bilməmişlər. Bu səbəbdən də onlar xəstəxanaya piyada getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləyərkən bu cinayət işi üzrə 1 (bir) ay ərzində ibtidai istintaq aparmışdır. Belə ki, səhv etmirsə 10 sentyabr 2018-ci il tarixdə o, əmək məzuniyyətdən qayıtdıqdan sonra ilk iş günündə axşam təxminən saat 17:00-18:00 radələrində ona cinayət işi təqdim olunmuşdur. Cinayət işinin materiallarında maddi sübutların toplanılması üçün tədbirlərin görülməsi ilə bağlı heç bir sənəd olmamışdır. Baş vermiş hadisədən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, cinayət işi üzrə polis orqanı tərəfindən ibtidai istintaq aparılan zaman demək olar ki, heç bir prosessual hərəkət aparılmamışdır. Cinayət işi ona təqdim edildikdən sonra o, Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis bölməsində əməliyyat müvəkkili işləyən X13 ilə əlaqə saxlamış və sonuncudan onu hadisə yeri ilə tanış etməsini xahiş etmişdir. Anar Ələkbərov ona işdə olmadığını, sabah onu hadisə yeri ilə tanış edə biləcəyini demişdir. Onlar növbəti gün səhər vaxtı görüşəcəkləri barədə razılaşmışlar. Ona görə də cinayət işi onun icraatına verildiyi gün o, heç bir prosessual hərəkət edə bilməmişdir. Növbəti gün səhər vaxtı o, Anar Ələkbərovla iş saatı başlamamışdan əvvəl, yəni saat 08:00 radələrində görüşüb hadisə yerinə yollanmışdır. Onlar saat 08:30 radələrində hadisə yerinə çatmışlar. O, eləcə hadisə yerinə çatmışdır ki, Sumqayıt şəhər prokuroru ona zəng edərək təcili işə gəlməyini demişdir. O isə hadisə yerində olduğunu və hadisə yerinə baxış keçirməli olduğunu bildirmişdir. Sumqayıt şəhər prokuroru isə ona təcili olaraq prokurorluğa gəlməyini demişdir. O da prokurorun dediyi kimi iş yerinə qayıtmışdır. O, Sumqayıt şəhər prokurorluğuna gəldikdə inzibati binanın qarşısına çoxu qadın olmaqla xeyli sayda insanın toplaşdığını görmüşdür. O, həmin şəxslərin Zərərçəkmiş şəxs1 yaxınları olduqlarını başa düşmüşdür. Zərərçəkmiş şəxs1 anası və qardaşı təkidlə ona Əhədi tutmağını bildirmişdirlər. O, həmin şəxsləri çətinliklə də olsa yola salmışdır. Sonra o, Əhədə zəng vurmuşdur. Əhəd ona Şamaxı rayonunda olduğunu, zərərçəkmiş şəxslər tərəfindən hədələndiyinə görə Sumqayıta gəlməyə qorxduğunu və Şamaxı rayonunda gizləndiyini bildirmişdir. O, Əhədə qorxmamağı və prokurorluğa gəlməsini bildirmişdir. 17 sentyabr 2018-ci il tarixdə Əhəd Sumqayıt şəhər prokurorluğuna gəlmişdir. Həmin gün Əhəd barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurorun təqdimatı ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. 17 sentyabr 2018-ci il tarixdən etibarən o, bütün şahidləri dindirməyə başlamış, mühüm ekspertizaların keçirilməsi barədə qərarlar qəbul etmiş, Təqsirləndirilən şəxs1 ifadəsini yerində yoxlamışdır. Ramil bıçağı dənizə atdığını bildirmişdir. Onlar Ramilin dediyi əraziyə baxış keçirsələr də, bir nəticə əldə edə bilməmişlər. Sonradan o, hadisə yerinə baxış keçirsə də, hadisədən çox vaxt keçdiyindən oradan cinayətin izlərinin tapılması mümkün olmamışdır. O, bir ay ərzində topladığı sübutların məcmusu əsasında Əhədin günahsız olduğu qənaətinə gəlmişdir. Çünki birincisi - zərərçəkmiş şəxslərin paltarlarının üzərində olan zədələr ekspert rəyinə görə eyni bıçaq və ya eyni konstruktiv əlamətlərə malik olan bıçaq tərəfindən yetirilmişdir. İkincisi - istintaqın sonrakı gedişində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 əlində bıçaq görmədiyini demişdir. Üçüncüsü - 01 oktyabr 2018-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə üzləşdirməsini keçirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 “yalançı belə-belə olsun, sən məgər Rasif vurulanda orada idin” deyə söyüş “qoyanda”, Samir bundan əməlli-başlı əsəbiləşmişdir. Hətta Zərərçəkmiş şəxs2 anidən ona məxsus silah qabını götürərək Əhədə tərəf atmışdır. Bütün bunların əsasında o, belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 bu cinayət işi üzrə heç bir təqsiri yoxdur. O, belə qənaətə gəlsə də, sonra cinayət işi ondan alınaraq başqa müstəntiqə verilmişdir. Əgər bu iş onun icraatında qalsaydı, o, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməməsi barədə nəticəyə gələcəkdir. İş üzrə şahid qismində çıxış edən Şahid1, Şahid3, Şahid8, Şahid9, Şahid12 və Şahid17 dəfələrlə rəsmi qaydada məhkəmə iclaslarına dəvət olunsalar da, habelə onların barəsində məcburi qaydada məhkəmə iclasına gətirilməsi barədə məhkəmə qərarı çıxarılıb dəfələrlə icra edilməsi üçün səlahiyyətli polis orqanlarına göndərilsə də, məhkəmədən asılı olmayan səbəblərdən qeyd edilən şəxslərin məhkəmə iclasında iştirakını və dindirilməsini təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə sözügedən şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqında tədqiq etmək məcburiyyətində qalmışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 04 sentyabr 2018-ci il tarixdə, saat 23:00 radələrində Rasif oyun salonunda adaptoru götürməyə gedəndə o, oyun zalında işçi olan Fəridin yanında olmuş və mübahisəni oradan eşitmişdir. Belə ki, Rasif adaptoru götürəndə Ramil ona «adaptoru qoy bura» demiş, Rasif buna əhəmiyyət verməyib «get işinlə məşğul ol» cavabını vermiş, bu zaman Ramil yenidən Rasifin üstünə qışqıraraq «adaptoru qoy bura dedim» sözlərini dedikdə, Rasif sillə ilə Ramilin sifət nahiyəsinə vurmuşdur. Münaqişədən sonra o və Həsən avtomaşında əyləşib "səbrli ol, böyük qardaşındır, bizi də əvvəllər tanımadığımız adamlar vurub, ində nə olsun, burda nə var?» deyərək Ramilin könlünü almağa çalışmışlar. X22 ilə çayxanaya gələndə avtomaşının qapısını açaraq aqressiv şəkildə Rasifə «Rasif, gəl otur maşına, gedək söhbət edək» demiş, o, «heç yerə getmək lazım deyil, elə burada söhbət edək» desə də, Rasif sakitcə gedib maşının arxa oturacağında əyləşmişdir. Rasifgil gedəndən az sonra yaxınlıqda olan obyektin Arif adlı sahibi «Əhəd gəlir, üst-başı qandır, deyəsən döyüblər» demişdir. O, bunu eşidən kimi məhəlləyə sarı gedib Əhədin «qudurğanlar, cındırlar, harınlamışlar» deyə söyərək gəldiyini görmüşdür. Əhədin əynindəki tünd mürəkkəb rəngli üç düyməli qısaqol köynəyin sol tərəfində qan ləkələri, sifətində şişkinlik olmuşdur. Əhəd gedəndən sonra yolda məhəllə uşaqları Murad və digərləri «Rasifgili bıçaqlayıblar, Rasifin vəziyyəti pisdir, taksiyə otuzdurub xəstəxanaya yola saldıq» demişlər. Xəstəxanada halsız vəziyyətdə olan Samir özünün Ramil tərəfindən, Rasifin isə Əhəd tərəfindən bıçaqlandığını demişdir. Daha sonra o, Əhədin də xəstəxananın həyətinə gəldiyini görmüşdür. Həsənağa Əhəddən niyə bıçaqla uşaqları vurduğunu soruşduqda Əhəd «yoluna qoyun getsin» sözlərini demişdir. Bu zaman o, Əhədin əlində bıçağın və yaxud digər bu kimi predmetin olduğunu görməmiş. O, ara söhbətlərindən Əhədin xəstəxanaya gələndə əlində bıçaq olmasını eşitmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, bir il əvvəl ərindən boşanmış və hazırda qızı Aysu ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşayır. O, 04 sentyabr 2018-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, «4 qardaş» adlanan şadlıq sarayında keçirilən böyük toy məclisindən evə gəlmiş və həmin gün saat 24:00 radələrində yatmağa hazırlaşarkən həyətdən, daha doğrusu evin arxa tərəfindən 2-3 nəfər cavan oğlanın söyüşlər işlədərək qarşıda olan şəxsi vurduqlarını eşitmişdir. Səslər dönər budkasının arxasından gəldiyindən o, həmin şəxsləri görə bilməmişdir. Eləcə də o, gecə paltarında olduğundan eyvanda çox qala bilməmişdir. O, nə isə ağır hadisə baş verə biləcəyini güman edib otağa qayıdaraq özünün ***-***-**-** saylı mobil telefonundan «102» xidmətinə məlumat vermiş və yenidən eyvana çıxanda həmin səs-küyün dayandığını, bir ağ rəngli xarici markalı avtomaşının eyvanın qarşısından keçib getdiyini görmüşdür. Hadisə təxminən 7-8 dəqiqə ərzində davam etmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında yaşayır. Onun yaşadığı mənzili binanın 3-cü, yəni sonuncu mərtəbəsində sağda yerləşir. Mənzilin eyvanı binanın həyətinə baxır. 04 sentyabr 2018-ci il tarixdə axşam saatlarından etibarən o, evdə olmuşdur. Həmin gün gecə saat 00:30 radələrində o, küçədən bir neçə kişinin qışqırıq və söyüş səslərini eşitmişdir. O, dərhal yerindən qalxıb qıcolma xəstəliyi olan oğlu Rüfətə su içirib Rüfətin bu səs-küyü eşitməsinə imkan verməmişdir. O, səhər işə gedəndə gecə taksi sürücü Asifin oğlunun bıçaqlanmasını eşitmişdir. Lakin o, bunun səbəbini anlamamışdır. O, Əhəd və Təqsirləndirilən şəxs1ları tanımamışdır. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2017-ci ilin iyun ayından ünvan 3 ünvanında yerləşən «PS-3» adlanan oyun salonunu icarəyə götürüb işlətmişdir. Salon bir zaldan və dörd kabinetdən ibarət olmuşdur. Zalda altı masa, hər kabinetdə isə bir masa quraşdırılmışdır. Zalın uzunluğu təxminən 10, eni isə 6 metrə yaxın olmuşdur. O, salonu hər gün günorta saat 12:00 radələrində açıb axşam saat 24:00-01:00 radələrinə kimi işlətmişdir. 04 sentyabr 2018-ci il tarixdə saat 23:30 radələrində daimi müştəri Ramil Əhəd oğlu iki uşaqla salona gəlib salona daxil olanda sağdan 1-ci masanın arxasında 2 pultla oyuna başlamışlar. O, Ramillə gələn uşaqlardan birinin adının Murad olduğunu bilmiş, 18-22 yaşlı digərini isə tanımamışdır. Masa arxasında arxadan baxdıqda soldan birinci Ramil, ortada Murad, sonra isə adını bilmədiyi uşaq oturmuşdur. Həmçinin Ramil zala daxil olanda ondan telefon yükləyicisini istəmiş, o da yükləyicinin birinci masada Həsənağanın telefonuna qoşulu vəziyyətdə olduğunu demişdir. Ramil gedib Həsənağanın mobil telefonuna baxmış və yükləyicini oturduğu masada öz telefonunu yükləməyə qoymuşdur. Təxminən 15 dəqiqədən sonra salona daimi müştəri kimi tanıdığı Rasif, Samir, Həsənağa və Aslan daxil olmuşlar. Həsənağa ondan telefonu yükləmədən kimin çıxardığını soruşduqda o, Ramilin apardığını bildirmişdir. Həsənağa Ramilə tərəf baxsa da sonuncuya heç nə deməmişdir. Bundan sonra Rasif ona yaxınlaşaraq yükləyicini soruşduqda o, yükləyicinin Ramildə olduğunu bildirmişdir. Rasif bu sözü eşitdikdən sonra Ramilə tərəfə getmiş, o, isə digər uşaqlarla birlikdə işçi barında olmuşdur. Bu zaman o, Ramilin oturduğu masanın yanında Rasif tərəfindən döyüldüyünü görüb orada olan uşaqlarla birlikdə Rasiflə Ramili aralaşdırmışdır. Bu hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Sonra Rasif və sonuncu ilə gələn uşaqlar, eləcə də Ramil və sonuncu ilə gələn uşaqlar salondan çıxmışlar. 2-ci masada olan kişi Ramilə zalda körpə uşaqlar olduğunu deyərək söyüş etməsinə görə iradını bildirmişdir. Aslan və Həsənağa da həmin kişiyə narahat olmamağı, Ramilin də məhəllə uşağı olduğunu bildirmişlər. Rasif, Ramil və sonuncularla gələn uşaqlar gedəndən təxminən 10-15 dəqiqə sonra Ramilin atası Əhəd salona gəlmiş, sakitcə ətrafa baxandan sonra heç nə soruşmadan çıxıb getmişdir. O, Əhədin hərəkətindən Rasifgili axtardığını anlamışdır. O, Əhədin əlində və üstündə hər hansı bir silah, o cümlədən bıçaq görməmişdir. O, salonda qeydə alınmış vidergörüntülərə baxanda salonun kamerasının vaxtı 24 dəqiqə gec göstərdiyini müəyyən etmişdir, yəni kamera Rasiflə Ramilin münaqişəsini saat 00:05-də qeydə alsa da, hadisə saat 23:41-da baş vermişdir. O, Rasifin vurması nəticəsində Ramilin bədəni üzərində qan izlərini görməmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 onun işlətdiyi salonda birlikdə oturub oynadıqlarını görmüşdür. Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1996-cı ildən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinin qəbulu şöbəsində tibb bacısı vəzifəsində işləyir. O, 04 sentyabr 2018-ci il tarixdə, saat 20:00-dan etibarən işdə növbədə olmuşdur. Saat 00:30 radələrində onun işlədiyi qəbul şöbəsinə iki nəfər cavan oğlan gəlmişdir. Samir olduğunu bildiyi şəxsin qolunda, Rasif olduğunu bildiyi şəxsin isə qarnında bıçaq yaraları olmuşdur. O, dərhal Samirin qolunu sarımış və sonuncudan nə baş verdiyini soruşmuşdur. Lakin həmin şəxslər hadisə barədə ona məlumat verməmişlər. Bundan sonra o, Samiri və Rasifi dərhal reanimasiya şöbəsinə apararaq Elməddin həkimə təqdim etmiş və polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Aradan uzun müddət keçdiyindən o, həmin oğlanların əynində olmuş paltarların əlamətlərini xatırlamamışdır. Şahid17 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Sumqayıt şəhərində doğulub böyümüş və 2011-ci ildə X7 ilə faktiki ailə qurmuşdur. Onların arasında rəsmi nikah olmasa da, onlar Novxanı qəsəbəsində Kənanın anasına məxsus evdə 6 (altı) il birlikdə yaşamışlar. Hazırda onların 7 (yedi) yaşında Əntiqə adlı qız övladı var. 2017-ci ilin oktyabr ayında Kənan narkotik vasitə aludəçisi olduğundan və onu mütəmadi döyüb incitməsi səbəbindən o, Kənandan ayrılaraq atası evinə qayıtmışdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X9 çoxdan tanımışdır. O, Rasiflə eyni orta məktəbdə oxumuşdur. Rasif, Samir və Ruhin onun mərhum qardaşı Elvinin yaxın dostları olmuşlar və həmin şəxslər həm də onun qardaşı ilə birlikdə əsgərlikdə olmuşlar. Onun qardaşı Elvin 31 iyul 2017-ci il tarixdə Moskva şəhərində göldə boğularaq rəhmətə getmiş və 02 avqust 2017-ci il tarixdə Corat qəbirstanlığında dəfn edilmişdir. O, qardaşının hüzr mərasimində Rasif, Samir, Ruhin ilə birlikdə iştirak edən, sonuncularla eyni məhəllədə yaşayan Nicat adlı oğlanı, Nicatın atası Əhədi tanımışdır. O, Nicatın maşın alveri ilə bağlı Rasif və Samirlə yaxın olduğunu bilmişdir. Qardaşının cümə axşamlarında Nicat da yaxından iştirak etmişdir. O, Nicatla Rasifgilin arasında hər hansı narazılığın, ziddiyyətin, mübahisənin olmasını müşahidə etməmişdir. O, 05 sentyabr 2018-ci il tarixdə Rasifin və Samirin gecə vaxtı Əhəd və Əhədin oğlu Ramil tərəfindən bıçaqlandıqlarını eşitmişdir. O, «Ege» xəstəxanasında Rasifə baş çəkmişdir. Həmçinin o, Rasifin yasında da ailəvi şəkildə iştirak etmişdir. Həmin vaxt Samirin danışmasına görə axşam saatlarında Rasif gəlib kompyuter oyun salonunda öz mobil telefonunu yükləmək üçün adaptoru götürmüş, həmin vaxt adaptor Ramilin telefonuna qoşulu olmuş və telefon artıq dolmuş olmuşdur. Rasif adaptoru götürəndə Ramil Rasifə ağır söz demiş, buna görə də Rasif öz kiçik qardaşı kimi Ramilə bir sillə vurmuşdur. Ramil də gedib toydan təzə qayıtmış atasına bu barədə danışmışdır. Əhəd isə Ramilin sözlərini eşidəndə qızışmış, xəncər kimi bir bıçağı götürərək Ramilin maşınında gedib Rasifi və Samiri çayxanada tapmış, pis söyüşlərlə Rasifgili maşına mindirib «Yaşıl market» tərəfə aparmış və orada dava-dalaş zamanı Əhəd Rasifi, Ramil isə Samiri bıçaqlamışdır. Onun ailə münasibətlərinə Rasif, Samir, Ruhin və qardaşının digər dost-tanışlarından heç kim və heç vaxt müdaxilə etməmiş, ərindən ayrılmağında heç bir kənar şəxsin təqsiri olmamışdır. Onun Samir, Rasif, Ruhin ilə heç bir yaxın münasibəti olmamışdır. Şahid15 bu barədə göstərdiyi məlumat yalan və iftiradır. Nicat guya Rasifin atası Əhəd tərəfindən deyil, qardaşı Ramil tərəfindən bıçaqlanmasına görünüş yaratmaq üçün onun şərəfini özlərinə müdafiə vasitəsi kimi seçmişdir. Nicatgil Samirə də ifadəsini Əhədin xeyrinə dəyişdirməsi üçün dəfələrlə təzyiq etməyə çalışmışlar. Lakin Samir bunu rədd etmişdir. Nicatgil yenə əl çəkməyib Samirin adından söz yaymışlar ki, guya Samir ifadəsini dəyişməyə söz vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 1099 nömrəli məhkəmə-tibbi ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 240-241) görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sol gicgah-təpə nahiyəsinin hematoması, sol bazunun, sol saidin, hər iki baldırın qançırları, sağ yanağın, üst dodağın, burunun qançırı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər 05 sentyabr 2018-ci il tarixdə küt əşya təsirindən törənməyə xarakterik olub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 1106 nömrəli məhkəmə-tibbi ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 243-244) görünür ki, Təqsirləndirilən şəxs1 bədənində döş qəfəsinin sol arxa səthində, sol və sağ kürəkaltı, sağ bel nahiyələrində, hər iki dirsəyində, sağ əl barmaqlarının, sağ dizin sıyrıqlarla ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənməyə xarakterik olub, müddəti müayinədən bir gün əvvəl olmaqla 05 sentyabr 2018-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 33-34) görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2020-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 05 yanvar 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 100 nömrəli məhkəmə-tibbi ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 249-256) görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının sol ağ ciyəri zədələyən yarası, qarnının ön divarının bağırsaq müsaqirəsini və “S”-vari bağırsağı zədələyən yarası, sağ bazunun orta 1/3-nin vena damarını və əzələ fassiyasını zədələyən yarası, sol saidin aşağı 1/3-nin yarası deşicikəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, həyatidirlər, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 04 sentyabr 2018-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin sol yarısının sol ağ ciyəri zədələyən yarası, qarının qarın boşluğuna keçərək bağırsaq və bağırsaq müsaqirəsini zədələyən yarası, sağ bazunun vena damarını və əzələ fassiyasını zədələyən yarası, sol saidin yarası nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beynin və ağ ciyərlərin ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 xəsarət alarkən zədə yetirənlə üzbəüz, yan-yana, arxası üstə yıxılmış və sair vəziyyətdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər xəstəxanada həkimlər tərəfindən tibbi mudaxiləyə məruz qaldıqlarından zədə yetirən alətin - bıçağın xarakterik xüsusiyyətləri barədə fikir söyləmək mümkün olmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olarkən onun adına açılmış xəstəlik tarixlərində spirtli içki və yaxud narkotik vasitə qəbul etməsi barədə qeydiyyat yoxdur və meyitin məhkəmə tibbi müayinəsi zamanı hadisədən çox vaxt keçdiyindən məhkəmə kimyəvi müayinə üçün qanı götürülməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2018-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 60-61) görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin döş qəfəsinin ön səthinin sol yarısında 1-ci və 2-ci qabırğalararası nahiyədə 1,8x0,8 sm ölçüdə tikiş qoyulmamış yara, sol döş qəfəsində 3,5 sm aşağıda 3 tikiş qoyulmuş 1,6 sm uzunluqda yara, sol qoltuqaltı nahiyədə döş qəfəsinin sol yarısına uyğun 1 tikiş qoyulmuş 2x0,3 sm, 7 tikiş qoyulmuş 13 sm və 1 tikiş qoyulmuş 1,5x0,3 sm ölçülü yaralar, sonuncu yaranın sol yan səthindən köndələn yerləşmiş və 6 tikiş qoyulmuş 6,7x0,8 sm ölçülü yara, qarnının ön xəttində göbəkdən solda cərrahi müdaxilədən sonrakı 20 ədəd tikiş qoyulmuş 21 sm uzunluqda kəsik, hər iki qasıq nahiyəsində drenaj yerləri, sağ bazunun iç səthinin orta üçdəbirində 6 ədəd tikiş qoyulmuş 8 sm uzunluqda, sol saidin iç səthində 5x1 sm ölçüdə yara müşahidə olunmuş, xəstəxanaya daxil olarkən mərhumun əynində olmuş göy rəngli cins şalvar, qısaqol köynək, bir cüt qara rəngli ayaqqabı və corablar, eləcə də Zərərçəkmiş şəxs2 əynində olmuş açıq-göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək, bir cüt qara rəngli ayaqqabı və corablar götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2018-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 54) görünür ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 1144 nömrəli məhkəmə-tibbi ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 246-247) görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ saidin ön səthinin bükücü əzələni zədələyən və sağ dirsəkdə bükücü hərəkətin çətinliyinə səbəb olan yarası, sol qoltuqaltı və bel nahiyyəsinin kəsilmiş deşilmiş yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir. Müddəti 05 sentyabr 2018-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağ saidin ön səthinin bükücü əzələni zədələyən və sağ dirsəkdə bükücü hərəkətin çətinliyinə səbəb olan yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya, sol qoltuqaltı və bel nahiyyəsinin kəsilmiş deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs2 bədəni üzərində xəstəxanaya daxil olarkən və məhkəmə tibbi müayinəsi zamanı bıçaq yaralarından başqa digər xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs2 xəsarət alarkən xəsarət yetirənlə müxtəlif qarşılıqlı münasibətdə (üzbə-üz, yan-yana, arxası zərəryetirənə doğru və s.) ola bilərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2018-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 122-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 17 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2018-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 170-173) görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi yeri, törətdiyi cinayətin üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2018-ci il tarixli 3 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 225-229) görünür ki, «Playstation» oyun zalının videogörüntülərinə aid «VTS_02_1» adlanan videofaylın 02:05-ci dəqiqəsindən (saat 00:03:05-dən) başlayaraq işçi barının yanında olan Şahid4 olduğu yerdən çıxıb giriş qapısına tərəf gəlməsi və Şahid1 yaxınlaşdıqda birlikdə hər ikisinin yenidən işçi barına tərəf getmələri müşahidə edilir. Şahid4 və Şahid1 işçi barına tərəf getdikdə 3-cü masanın arxasında Zərərçəkmiş şəxs1la rastlaşırlar, sonuncu həmin vaxt işçi barından çıxaraq Təqsirləndirilən şəxs1 oturduğu masaya tərəf gedir. Zərərçəkmiş şəxs1 videofaylın 02:22-ci dəqiqəsində Təqsirləndirilən şəxs1 oturduğu masaya çatır və yükləyicini gərginlikdən götürərək işçi barına tərəf gedir, onun yükləyicini çıxarıb özü ilə götürməsi və getməyə başlaması videofaylın 02:27-ci dəqiqəsində baş verir. Həmin vaxt oturaq vəziyyətdə olan Təqsirləndirilən şəxs1la işçi barına tərəf getməkdə olan Zərərçəkmiş şəxs1 arasında danışıq müşahidə olunur. Videofaylın 02:31-ci dəqiqəsində Zərərçəkmiş şəxs1 2-ci masanın arxasından keçərkən geriyə dönüb sol əli ilə Təqsirləndirilən şəxs1 sağ sifət nahiyəsindən iki dəfə vurması və oturduğu masaya yıxıb döyməsi, Təqsirləndirilən şəxs1la birlikdə oynayan gənc oğlanın, həmçinin Şahid4, sonra Şahid1, ardınca Zərərçəkmiş şəxs2 və digər şəxslərin gələrək onları aralaşdırdıqları, bu zaman Zərərçəkmiş şəxs2 daha fəal hərəkət etməsi, aralaşdırmadan sonra Təqsirləndirilən şəxs1 yenidən ayağa qalxıb Zərərçəkmiş şəxs1 tərəf getməsi və sonuncunun əli ilə Ramilin sifət və digər nahiyələrinə vurması, orada olan şəxslərin onları ayırdıqları müşahidə edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2018-ci il tarixli Sumqayıt ŞPİ-nin “Təhlükəsiz Şəhər” Xidmətinin “STŞ-007” nömrəli kamerası tərəfindən qeydə alınan görüntüləri əks etdirən DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 230) görünür ki, «Prokurorluq. TS-07.1 – çast 1 (2018-09-04 23-49-59 – 2018-09-05 00-04-19)» kimi qeyd olunan videofaylın 01:03-cü dəqiqəsində (saat 23:51:03-də) Təqsirləndirilən şəxs1 idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı «Hyundai Qrandeur» markalı avtomaşının kameranın əhatə dairəsinə düşərək Sumqayıt şəhəri, İzzət Sadıxov küçəsindən Heydər Əliyev prospektinə çıxıb qoşa xətti tapdalamaqla qayda pozuntusu edərək «Növbətçi dairəsi» istiqamətində hərəkət etməsi və videofaylın 01:07-ci dəqiqəsində (saat 23:51:07-də) kameranın əhatə dairəsindən çıxması müşahidə edilir. Videofaylın 12:47-ci dəqiqəsində (saat 00:02:17-də) həmin avtomaşının kameranın əhatə dairəsinə düşərək Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə «Növbətçi dairəsi» istiqamətindən hərəkət edib qoşa xətti tapdalamaqla qayda pozuntusu edərək İzzət Sadıxov küçəsinə daxil olması və videofaylın 12:57-ci dəqiqəsində (saat 00:02:51-də) kameranın əhatə dairəsindən çıxması müşahidə edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 545/2018 nömrəli maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqinə dair ekspert rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 258-268) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol qoltuqaltı nahiyəsində 1 (bir) ədəd və köynəyin arxa hissəsinin aşağı nahiyəsində 1 (bir) ədəd, Zərərçəkmiş şəxs1 məxsus tamlığı pozulmuş köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində aşağı 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir ki, həmin zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə və ya eyni konstruktiv xüsusiyyətə malik alətlə törədilməsi istisna olunmur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ diz nahiyəsində 1 (bir) ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyyəsinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus kəmər, 1 (bir) cüt ayaqqabı və 1 (bir) cüt corab, Təqsirləndirilən şəxs1 məxsus şalvar, Təqsirləndirilən şəxs2 məxsus köynək və şalvar, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) cüt ayaqabı, şalvar və 1 (bir) cüt corab üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynək və şalvara üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) cüt ayaqqabı, 1 (bir) ədəd şalvar və 1 (bir) cüt corab üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin və şalvarın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyridüz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar, b) Şalvarın demək olar ki, bütün səthi boyu və corabların üzərində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir, c) Ayaqqabıların və kəmərin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların məhkəmə tibbi bioloji tədqiqatı zamanı ona məxsus olan paltarların üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin bütün səthi boyu, şalvarın ön hissəsində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar, b) Şalvarın demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir, c) Ayaqqabıların üzərində fasilələrlə yerləşən qan ləkəiəri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 732/2018 nömrəli maddi sübutların məhkəmə-tibbi-bioloji tədqiqinə dair ekspert rəyindən (cild 1, iş vərəqə 279-284) görünür ki, ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd kəmər, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) cüt qara rəngli ayaqqabı, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd qısaqol köynək, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) cüt qara rəngli ayaqqabı, 1 (bir) cüt corablar, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmış, belə olan halda bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanlarının olması inkar edilir. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tədbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmış Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd şalvar və üçdüymə köynək, Zərərçəkmiş şəxs1 məxsus corablar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2018-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 15-19) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması haqqında Sumqayıt şəhər prokurorunun təqdimatı təmin edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2018-ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 60-61) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtinaya dair Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 17 noyabr 2018-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2018-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 2, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2018-ci il tarixli cinayət işi üzrə əməllərin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 110- 111) görünür ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 127.2.1 və 126.3-cü maddəsinə, Təqsirləndirilən şəxs2 əməlinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2018-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 126.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2018-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 150-151) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2018-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1752 nömrəli Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertiza rəyindən (cild 2, iş vərəqə 136-138) görünür ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuş, qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır, onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 emosionallıq, həssaslıq və qıçığa qarşı tez reaksiya vermək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında həyacan, gərginlik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji) affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2018-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1753 nömrəli Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertiza rəyindən (cild 2, iş vərəqə 139-142) görünür ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuş, qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır, onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 emosionallıq, ünsiyyətçilik, tez özündən çıxma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında həyacan, gərginlik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji) affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2018-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 174) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2018-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs1 Muxtar oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2018-ci il tarixli qərardan (cild 2, iş vərəqə 196-213) görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus paltarlar, yəni 1 (bir) ədəd rəngli cins şalvar (remenlə birlikdə), 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) cüt qara rəngli ayaqqabı, 1 (bir) cüt qara rəngli corab, Zərərçəkmiş şəxs2 məxsus paltarlar, yəni 1 (bir) ədəd açıq göy rəngli cins şalvar (remenlə birlikdə), 1 (bir) ədəd qara rəngli qısaqol köynək, 1 (bir) cüt qara rəngli ayaqqabı və 1 (bir) cüt qara rəngli corab, Təqsirləndirilən şəxs2 məxsus paltarlar, yəni 1 (bir) ədəd göy rəngli şalvar, 1 (bir) ədəd qısaqol üçdüymə köynək və Təqsirləndirilən şəxs1 məxsus paltar, yəni 1 (bir) ədəd tünd göy rəngli cins şalvarın maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş ittiham aktından (cild 2, iş vərəqə 254-276) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktı Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov tərəfindən təsdiq edilmiş və cinayət işinə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2018-ci il tarixli təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 3, iş vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəməyə verilməklə məhkəmə baxışı təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 4, iş vərəqə 119-120) görünür ki, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Fazil Nəhmətovun vəsatəti təmin edilmiş, Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorluğuna qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2019-cu il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 4, iş vərəqə 162-164) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 05 iyun 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2019-cu il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 4, iş vərəqə 165-167) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 05 iyun 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 4, iş vərəqə 185-208) görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.3 və 127.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 128 və 221.1ci maddələri ilə cinayət təqibinin başlanması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2019-cu il tarixli məktubdan (cild 5, iş vərəqə 2) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 5, iş vərəqə 20-24) görünür ki, 06 may 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.3 və 127.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 128 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması hissəsində ləğv edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 5, iş vərəqə 28-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1 və 127.2.1-ci maddələri ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 5, iş vərəqə 42-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamla razıalşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 5, iş vərəqə 81-83) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 05 sentyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 5, iş vərəqə 84-86) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 05 sentyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2019-cu il tarixli Sumqayət şəhər Polis İdarəsinin cavab məktubundan (cild 5, iş vərəqə 200) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Rasif Həbibobla və Zərərçəkmiş şəxs2 ilə ədavətlərinin olması, Təqsirləndirilən şəxs2 cinayətkar aləmdə, radikal dini təriqətlərlə hər hası əlaqəsinin olması müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 339/2019MTKŞ və 17758/2019 nömrəli maddi sübutların komission ekspertizası rəyindən (cild 5, iş vərəqə 215-217) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus köynəklərin üzərində aşkar edilmiş xəsarətlərin bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan oxşar konstruktiv xüsusiyyətlərə malik kəsici-deşici alətlərin təsiri nəticəsində yaranması mümkündür, lakin zədələrin kənarında zədə yetirən predmetin xüsusi əlaməti aşkar edilmədiyindən deşici-kəsici alətlərin konstruktiv xüsusiyyətlərini dəqiq təyin etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 5, iş vərəqə 225-226) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamlarla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 5, iş vərəqə 272-273) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamlarla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 6, iş vərəqə 100-102) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 07 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 6, iş vərəqə 109-111) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 07 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 sentyabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 6, iş vərəqə 140-176) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə yenidən ittihamın elan edilməsi, Zərərçəkmiş şəxs1 barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 6, iş vərəqə 177-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamlarla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 6, iş vərəqə 190-191) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham elan olunmuş və təqsirləndirilən şəxs həmin ittihamlarla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxslərin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, hər iki təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar, o cümlədən müxtəlif məsələlər barədə vəsatətlər vermişlər. Həmçinin təqsirləndirilən şəxslər seçdikləri müdafiəçiləri vasitəsilə və şəxsən onların əleyhinə olan sübutlara dair etirazlar edərək həmin sübutları, o cümlədən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı sübutetmə mərhələsində, yəni təqsirləndirilən şəxslərin əleyhinə sübutları əldə edərkən və həmin sübutları əldə etdikdən sonra onları ətraflı şəkildə yoxlamamış və nəticədə həmin sübutlara düzgün qiymət verməyərək təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin tövsifində kobud səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımışlar. Qeyd edilən şəxslərin arasında əvvəllər yaxşı münasibətlər olmuş, lakin sonradan həmin münasibətlər pozulmuşdur. Başqa sözlə, cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında “soyuq” münasibətlər olmuşdur. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 04 sentyabr 2018-ci il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən «PS-3» oyun zalında olarkən onun tanıdığı Zərərçəkmiş şəxs1 həmin oyun zalına daxil olaraq Ramildən icazə almadan sonuncunun mobil telefonunu şəbəkədən ayırıb yükləyicini (adapteri) götürmüşdür. Ramil Rasifə sonuncunun hərəkəti ilə bağlı haqlı iradını bildirmiş və bunun nəticəsində onların arasında sözlü mabahisə yaranmışdır. Sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sifətinə iki dəfə əli ilə sillə vurmuş və sonra Ramili döymüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bu hərəkətindən hirslənərək oyun zalını tərk etmiş və idarə etdiyi «Hyundai Qrandeur» markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərək atası Təqsirləndirilən şəxs2 Rasifin onu döyməsi barədə şikayət etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətlərindən atası Təqsirləndirilən şəxs2 şikayət edərək sonuncunu Zərərçəkmiş şəxs1la “haqq-hesab” etməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 da oğlu Təqsirləndirilən şəxs1 şikayəti əsasında Zərərçəkmiş şəxs1 oğlu Ramilə qarşı törətmiş olduğu zorakı hərəkətlərinin səbəbini aydınlaşdırmaq məqsədi ilə oğlu Ramillə birlikdə Rasifin olduğu yerə getmişdir. Məhkəmə qeyd edilən halları iş üçün çox əhəmiyyətli hallar hesab edir. Belə ki, cinayət hadisəsi baş verməmişdən bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı əsassız yerə zorakılıq edərək onu döymüşdür. Yəni faktiki olaraq Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında sonuncunun qanunsuz hərəkətləri nəticəsində əvvəlcə sözlü mübahisə yaranmış, sonradan isə bu sözlü mübahisə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı zorakılıqla müşayiət edilən hərəkətlərə çevrilmiş, Təqsirləndirilən şəxs1 bu məsələ ilə bağlı atası Təqsirləndirilən şəxs2 “qızışdırmış” və bundan sonra Əhəd Ramil ilə birlikdə Zərərçəkmiş şəxs1 sərgiləmiş olduğu qanunsuz hərəkətlərinə aydınlıq gətirmək məqsədi ilə sonuncunun olduğu yerə getmişlər. Eyni zamanda Əhəd Təqsirləndirilən şəxs1 İsmayılovla birlikdə Zərərçəkmiş şəxs1 olduğu yerə getməmişdən əvvəl hər hansı bir cinayəti törətmək barədə sövdələşməmişlər, öz aralarında cinayətlə bağlı rolları bölüşdürməmişlər. Təqsirləndirilən şəxs2 gecə vaxtı oğlu Ramilin Rasif tərəfindən döyülməsi səbəbindən bir valideyn kimi əsəbiləşərək oğlunu döymüş Rasiflə görüşüb sonuncunun qanunsuz hərəkətlərinin səbəbini aydınlaşdırmaq istəmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 əsəbi halda yaşadığı evi tərk edərək Rasifin yanına getmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 şikayət etməsindən qısa müddət X37 birlikdə Rasifin yanına getmişdir. Məhkəmə istintaqında Əhədin Ramillə birlikdə Zərərçəkmiş şəxs1 və qeyrilərinə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı cinayət törətməsi barədə sövdələşməsi qətiyyən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin qısa müddət ərzində cinayət törətmələri barədə razılaşmasını və sövdələşməsini ağlabatan və real hesab etmir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir sübut müəyyən edilməmişdir. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçaqla və ya silah qismində istifadə edilə biləcək digər predmetlə silahlanaraq Zərərçəkmiş şəxs1la görüşə getməsi müəyyən edilməmişdir. Bu hal da iş üçün kifayət qədər əhəmiyyət kəsb edir. Belə ki, əgər təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 qarşı hər hansı bir cinayət törətmək barədə sövdələşmiş və razılaşmış olsaydılar, onların və ya onlardan birinin evdən ən azından mətbəx bıçağını götürməsi üçün hər hansı bir maneə olmamışdır. Eyni zamanda məhkəmə bu hissədə xüsusilə qeyd edir ki, cinayət işi üzrə ümumiyyətlə maddi sübut qismində bıçaq və ya silah qismində istifadə edilə biləcək hər hansı bir predmet yoxdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Ramil və Əhəd birincinin idarə etdiyi avtomobillə həmin vaxt Zərərçəkmiş şəxs1 dostları ilə (Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2) birlikdə oturduğu «Yaşıl çay evi» adlananan çayxanaya getmişlər. Təqsirləndirilən şəxslər çayxanaya çatdıqda orada Zərərçəkmiş şəxs1 və sonuncunun dostlarını görmüşlər. Təqsirləndirilən şəxs2 orada Rasifi görüb sonuncunun üstünə qışqıraraq oğlunun idarə etdiyi avtomobilə əyləşməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 da avtomobilə minməyə razılıq verərək avtomobilə əyləşmişdir. Bu vaxt Zərərçəkmiş şəxs1 yanında olan dostu və bir qədər əvvəl oyun zalında Rasifin Ramili döyməsini görən Zərərçəkmiş şəxs2 heç bir əsas olmadan Rasiflə birlikdə avtomobilə minmişdir. İbtidai istintaq orqanı Zərərçəkmiş şəxs2 Rasifin mindiyi avtomobilə minməsini sonuncunu qorumaq məqsədi ilə etməsi nəticəsinə gəlsə də, məhkəmə bununla razılaşmır. Əksinə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Rasifdən sonra avtomobilə minməklə cinayət hadisəsi baş verməmişdən əvvəl Rasiflə Ramil arasında yaranmış mübahisəni daha da “qızışdırmaq” məqsədi güdmüşdür. Məhkəmə belə nəticəyə gələrkən Zərərçəkmiş şəxs2 avtomobilə mindikdən sonra etdiyi hərəkətləri əsas tutmuşdur. Belə ki, Ramil avtomobili həmin ərazidən bir qədər kənara sürərkən Əhəd Rasifə sonuncunun Ramilə qarşı sərgiləmiş qanunsuz hərəkətlərinə dair öz iradını bildirmişdir. Bu səbəbdən də Əhədlə Rasif arasında avtomobildə sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs2 isə həmin vaxt Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 sakitləşdirmək əvəzinə Rasifə “dəstək” verərək Ramillə və Əhədi təhqir edərək yaranmış mübahisəni daha da alovlandırmışdır. Bundan sonra Rasif də Əhədə qarşı kobudluq etmişdir. Bu hissədə məhkəmə xüsusilə qeyd edir ki, Rasiflə Əhədin arasında sözlü mübahisənin səbəbkarı məhz Zərərçəkmiş şəxs2 olmuşdur. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs1 özünü təmkinli aparsa da, Zərərçəkmiş şəxs2 yersiz müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs1 də hövsələdən çıxaraq Təqsirləndirilən şəxs2 qarşı daha aqressiv formada kobudluq etmişdir. Bundan başqa, Rasif və Samir Ramilin idarə etdiyi avtomobilə mindikdən sonra avtomobildə Ramil, Əhəd, Samir və Rasif olmuşdur. Ramil avtomobili idarə etmiş, Əhəd ön sərnişin oturacağında oturmuş, Əhədin arxasında arxa oturacaqda Samir oturmuş, Ramilin arxasında arxa oturacaqda isə Rasif oturmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan sonra Ramil avtomobili Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 nömrəli yaşayış binasının arxasına sürmüş və orada heç bir işıqlandırmanın və insanların olmadığı yerdə avtomobili saxlamışdır. Sonra onlar avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra yerlərini dəyişmişlər və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə üzbəüz, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1la üzbəüz dayanmışdır. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxslərin, Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri ilə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin hadisə yerində sonraki hərəkətlərinin ardıcılığını müəyyən etmək mümkün olmamışdır. İşin ən mürəkkəb tərəfi isə ondan ibarətdir ki, hadisənin iştirakçıları olmuş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa heç kəs həmin vaxt baş vermiş hadisələri görməmiş və həmin hadisələrin şahidi olmamışlar. Cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 bıçaq xəsarəti aldığından və bir neçə gündən sonra, yəni 08 sentyabr 2018-ci il tarixdə vəfat etdiyindən hazırda cinayət hadisəsinin iştirakçılarının sayı dörd nəfərdən üç nəfərə enmişdir. Bunlardan ikisi təqsirləndirilən şəxslər (ata-bala), üçüncüsü isə digər Zərərçəkmiş şəxs2dir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin verdikləri ifadələr ilə Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadə arasında kəskin ziddiyyət yaranmışdır. Məhkəmə həm təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda, həm də Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında vermiş olduqları ifadələrə tənqidi yanaşır və belə hesab edir ki, hər üç şəxs məhkəmə istintaqında ifadə verərkən əsl həqiqəti gizlətmişlər və yalnız öz maraqları naminə ifadələr vermişlər. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin və Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında vermiş olduqları ifadələri ətraflı şəkildə təhlil edilməsini zəruri hesab edir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadəsinə görə onlar maşından düşdükdən sonra o, Təqsirləndirilən şəxs1la üzbəüz durmuş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2la üzbəüz durmuş, sonra o, Ramilə atası Əhədi çağırdığına görə iradını bildirmiş və nəticədə o, Ramili döyməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 Rasiflə Əhədin arasında baş verənləri görməmişdir. Zərərçəkmiş şəxs2 Ramili döyərkən Ramili yerə yıxmış və sonuncunun üzərində tam üstünlük əldə etmiş, sonra birdən qollarının “boşaldığını” hiss etmişdir. Bundan sonra o, Ramili buraxmış və sonuncu yerdən qalxaraq həmin ərazidən kolluq ərazi tərəfə sürətlə qaçmışdır. Zərərçəkmiş şəxs2, həmçinin bildirmişdir ki, Ramil kolluq tərəfə qaçdıqdan sonra bir daha həmin yerə qayıtmamışdır. Ramil qaçdıqdan sonra o, Rasifin yanına getmiş və həmin vaxt Əhəd yerdə dizi üstə oturaraq Rasifə “bəsdir, bəsdir” demişdir. Bundan sonra o, özü də Əhədi təpiklə vurmuş və Rasiflə birlikdə oradan uzaqlaşmışdır. Onlar həmin yerdən uzaqlaşdıqda bir-birilərinə bıçaqlandıqlarını bildirmişlər. Onlar həmin ərazidən xəstəxanaya getmişlər və xəstəxanada onlara tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs1 ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə və onun üzərində bir neçə dəfə cərrahiyyə əməliyyalarının keçirilməsinə baxmayaraq, o, 08 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb - kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beynin və ağ ciyərlərin ödemi olmuşdur. Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dəfələrlə ifadə verməsinə baxmayaraq, hadisə vaxtı Əhədin əlində bıçağın olduğunu, eləcə də Əhədin Rasifi bıçaqladığını görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadə verərkən ehtimal etmişdir ki, həmin vaxt orada başqa şəxs olmadığından Rasifi məhz Əhəd vurmuşdur. Başqa sözlə, cinayət hadisəsi vaxtı Əhədin əlində bıçağın və ya digər silahın olmasını, eləcə də Əhədin Rasifə bıçaqla xəsarət yetirməsini görən şəxs olmamışdır. Zərərçəkmiş şəxs2 öz ehtimallarına əsasən belə hesab etmişdir ki, Rasifi məhz Əhəd bıçaqlamışdır. Halbuki, X33 bıçaqladığı anı görməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi həqiqəti əks etdirmir. Belə ki, Zərərçəkmiş şəxs2 ifadəsi mötəbər sübut hesab edilsə, o zaman belə nəticə hasil olunacaq ki, hadisə baş verən vaxt və hadisə yerində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la təması olmamış, X39n “nəzarəti” altında olduğundan Ramil Rasifə qarşı heç bir fəal hərəkət etməmiş, eləcə də xəsarət yetirməmişdir. Ramilin hərəkətləri ancaq Samirə qarşı yönəlmiş və ona görə də Ramilin törətmiş olduğu əməlləri ancaq Zərərçəkmiş şəxs2 nisbətdə qiymətləndirilməlidir. Bu nəticə isə ağlabatan deyil. Təəssüf ki, cinayət işi üzrə “açar” əhəmiyyətinə malik olan şəxsin, yəni Zərərçəkmiş şəxs1 ifadəsi ibtidai istintaqın ilkin mərhələsində alınmadığından cinayət işinin bu hallarına məhkəmədə hüquqi qiymət verilməsi çox mürəkkəb məsələyə çevrilmişdir. Bu hissədə məhkəmə ibtidai istintaqın ilkin mərhələsində prosessual hərəkətləri həyata keçirən polis əməkdaşı olan müstəntiqin fəaliyyətinə tənqidi yanaşır və onun tərəfindən aparılmış ibtidai istintaqı qüsurlu, eləcə də natamam sayır. Belə ki, cinayət hadisəsi baş verdikdən və fakta görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlandıqdan sonra, yəni 05 sentyabr 2018-ci il tarixdən etibarən müstəntiq tərəfindən iş üçün əhəmiyyət kəsb edən heç bir əsaslı prosessual hərəkətlər, yəni hadisə yerinə baxış, cinayətin aləti qismində çıxış edən alətlərin aşkar edilib tapılması, xəsarət almış Zərərçəkmiş şəxs1 izahat və ifadəsinin alınması, Zərərçəkmiş şəxs1 xəstəxanada qəbul edən tibb işçilərindən hadisə barədə məlumatın əldə edilməsi, o cümlədən təxirə salınmaz digər əməliyyat-istintaq hərəkətləri həyata keçirilməmişdir. İbtidai istintaqı həyata keçirən müstəntiqin qeyd edilənlərlə bağlı sərgilədiyi “passiv” mövqe məhkəməyə aydın deyil. Belə ki, cinayət hadisəsi baş verdiyi vaxtdan, yəni 05 sentyabr 2018-ci il tarixdən Zərərçəkmiş şəxs1 vəfat edənədək, yəni 08 sentyabr 2018-ci il tarixədək olan dövr ərzində heç bir əsaslı prosessual hərəkətlər aparılmamışdır. Məhz bu səbəbdən cinayət işi üzrə şahid qismində çıxış edən bütün şahidlər birbaşa hadisəni görən şahidlər deyillər. Məhkəmə istintaqında dindirilmiş şahidlərin heç biri cinayət hadisəsini görməmişlər və ifadələrində göstərmiş olduğu hallar faktiki olaraq onların eşitdiklərindən və “dildən-dilə” yayılan məlumatlardan ibarət olmuşdur. Bu səbəbdən də şahidlərin ifadələri təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsinə kifayət etmir. Məhkəmə cinayət işinin mürəkkəbliyini birbaşa olaraq cinayət işinin ibtidai istintaqını aparan və həmin vaxt Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi olmuş şəxsin hərəkətsizliyi ilə əlaqəli olduğunu hesab edir. Odur ki, cinayət işinin ilkin mərhələsində ibtidai istintaqı aparan və həmin vaxt Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi yuxarıda qeyd edilənlər bağlı məsələlərdə kobud pozuntulara yol verdiyindən onun barəsində CPM-nin müddəalarına əsasən xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxslərin ifadələrinə gəldikdə isə onlar ayrı-ayrılıqda ifadə verərək bildirmişlər ki, onlar hadisə yerinə çatdıqda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 döyərək yerə yıxmış və sonuncu yerə yıxıldıqdan sonra Samir Ramili yerdə döyməyə davam etmiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 zorakılıq edərək döymüşdür. Zərərçəkmiş şəxs2 Ramili yerdə zərərsizləşdirdikdən sonra Rasifin yanına gedərək sonuncu ilə birlikdə Əhədi döymüşdür. Bu səbəbdən də Ramil idarə etdiyi avtomobilə gedərək avtomobildə olan bıçağı götürüb cəld şəkildə atası Əhədi Rasifin və Samirin əlindən almağa cəhd etmişdir. Ramil atasına kömək etmək məqsədi ilə Rasifgilin yanına çatdıqda, onun ilk canlı təması Samirlə olmuşdur. X39 qorxutmaq üçün bıçağı ona tərəf istiqamətləndirmiş və nəticədə Ramil Samirə xəsarət yetirmişdir. Bundan sonra Samir peşəkar idmançı olmasına baxmayaraq, Ramilin əlindəki bıçaqdan və aldığı xəsarətdən qorxaraq hadisə yerindən qaçmışdır. Bundan sonra Ramil Rasifə yaxınlaşmış və sonuncunun əlindən atasını almaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 da peşəkar idmançı və fiziki cəhətdən Ramildən güclü olduğundan Rasif Ramilə atasını əlindən almağa imkan verməmişdir. Bunun nəticəsində Ramil Rasifə bıçaqla xəsarət yetirmişdir. Rasif isə bıçaqlandığını görüb Samir kimi oradan qaçmışdır. Göründüyü kimi təqsirləndirilən şəxslərin verdikləri ifadələr ilə Zərərçəkmiş şəxs2 ifadəsi arasında ciddi uyğunsuzluqlar var. Təqsirləndirilən şəxslərin ifadələri əsas götürüldüyü halda sözügedən uyğunsuzluqlar əsasında bir nəticə (Təqsirləndirilən şəxs2 törədilmiş cinayətə nisbətdə təqsirinin olmaması), Zərərçəkmiş şəxs2 ifadəsi əsas götürüldüyü halda isə tamamilə başqa nəticə (Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməldə təqsirli olması) hasil olur. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin və Zərərçəkmiş şəxs2 ifadələrini həqiqəti əks etdirən ifadələr kimi qəbul etmir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinin qiymətləndirilməsi cinayət işində olan və məhkəmə istintaqında ətraflı şəkildə tədqiq edilmiş sübutlar, o cümlədən ekspertiza rəyləri və baş vermiş nəticələrin təhlili əsasında hasil olunan nəticələr əsasında həyata keçirilməlidir. Bu uyğunsuzluqlara hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə hesab edir ki, qeyd edilən uyğunsuzuqlar təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini şübhə altına aldığına görə Cinayət Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən həmin şübhələr təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. Şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməsi isə onların göstərilən maddələrlə təqsirli bilinməsini istisna edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 05 sentyabr 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməmişlər. Lakin nəticə baxımından - Zərərçəkmiş şəxs1 hadisə vaxtı bıçaqlandığından, həmçinin çoxsaylı bədən xəsarəti aldığından, aldığı xəsarətlər dərəcəsinə görə ağır bədən xəsarəti sayıldığından, eləcə də həmin vaxt onun yanında həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqlanmışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 birbaşa cinayət hadisəsi nəticəsində deyil, kifayət qədər uzun müddətdən sonra (təxminən 3 gündən sonra) vəfat etdiyindən, habelə ona yetirilmiş bıçaq xəsarətləri dərəcəsinə görə ağır xəsarətlər hesab edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs1 bıçaqlandığını başa düşdükdən sonra hadisə yerindən özü uzaqlaşmış, hətta tibbi yardım almaq üçün xəstəxanaya getmişdir. Həmin vaxt, yəni Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşdıqda, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 təkrar bıçaq zərbəsi endirməsinin qarşısını ala biləcək heç bir hal olmamışdır. Yəni Rasif oradan uzaqlaşdıqda Əhəd Rasifə qarşı heç bir fəal hərəkət etməmiş, yəni növbəti dəfə bıçaqla zərbə endirməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 öldürmək kimi niyyəti və məqsədi olmuş olsaydı, bunu etmək üçün onun kifayət qədər imkanı olmuşdur. Lakin göründüyü kimi Rasif oradan uzaqlaşdıqda Əhəd Rasifə qarşı heç bir xəsarət yetirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmiş və nəticədə sonuncu bədən xəsarətləri almış, aldığı xəsarətlərdən ən ağırı dərəcəsinə görə az ağır bədən xəsarəti olmuşdur. Təqsirləndirilən şəxs1 gəldikdə isə məhkəmə belə heab edir ki, o da öz növbəsində Zərərçəkmiş şəxs1 qarşı bıçaqdan istifadə etməklə xəsarət yetirmiş, bundan başqa, digər Zərərçəkmiş şəxs2 də bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş bıçaq xəsarətlərini və onların hər birinin aldığı xəsarətlərin dərəcələrini nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin həm 126.3-cü maddəsi, həm də 127.1-ci maddəsinin tərkib əlamətləri var. Məhkəmə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə nəticəyə gələrkən həm də ona istinad etmişdir ki, cinayət işi başlandıqdan sonra 19 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlləri Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 127.2.1 və 126.3-cü maddəsinə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmişdir. 08 noyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxslərin göstərilən maddələrlə təqsirləndirilməsinə dair ittiham aktı həmin vaxt Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov tərəfindən təsdiq edilmiş və cinayət işinə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Fazil Nəhmətovun vəsatəti təmin edilmiş, Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorluğuna qaytarılmışdır. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorluğuna qaytarıldıqdan sonra 06 may 2019-cu il tarixdə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.3 və 127.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 128 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması qərara alınmışdır. 06 may 2019-cu il tarixdə sübutların qiymətləndirilməsi barədə qərar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, 14 may 2019-cu il tarixdə cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş və ibtidai istintaq orqanı əlavə sübutlar əldə etmədən, başqa sözlə, cinayət işinin materiallarında mövcud olan sübutlar əsasında 19 (on doqquz) gündən sonra yeni sübutların qiymətləndirilməsi barədə qərar qəbul etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi və Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 128 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması hissəsində 06 may 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərar ləğv edilmişdir. Bundan təxminən 3 ay sonra, yəni 14 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri, 19 avqust 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göstərilən hallardan görünür ki, ibtidai istintaqın davam etdiyi uzun müddət ərzində təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq tövsif edilmiş, lakin sonradan cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərildikdən sonra təqsirləndirilən şəxslərə tamamilə fərqli ittihamlar, yəni xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülmüşdür. Məhkəmə yuxarıda göstərilən və təhlil edilən halları bir daha məcmu halda qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməmişlər. Qeyd edilənlərin əksinə olaraq Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 127.1 və 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 bıçaqla xəsarəti sonuncunun xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar deyil, əksinə Zərərçəkmiş şəxs2 xoşagəlməyən hərəkətləri (zorakılıq və döyülmə) nəticəsində yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etməmişlər. Onların nə zaman, hansı qaydada cinayət törətməklə bağlı danışıqlar aparması, cinayətin törədilməsindəki rolları barədə razılaşmanın olması məhkəmə istintaqında müəyyən edilməmişdir. Belə ki, əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən adamöldürmə cinayətlərində qrupun hər bir üzvü obyektiv və subyektiv olaraq, hərəkətlərini zərəçəkmiş şəxsi həyatdan məhv etmək istiqamətində birləşdirilər. Burada adamöldürmədə hər bir qrupun üzvünün hərəkətlərində obyektiv və subyektiv cəhət eyni zamanda mövcud olmalıdır. Obyektiv cəhətdən qrupun hər bir üzvü zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsində bilavasitə icraçı kimi çıxış etməlidirlər. Bu hərəkələr bəzən bilavasitə zərərçəkmiş şəxsin ölümünə səbəb olmasa da, onun həyatdan məhrum edilməsinə birbaşa təsir etmiş olur. Məsələn, qrupun üzvü onu öldürən zaman, digər üzvü müxtəlif xarakterli xəsarətləri yetirir, fiziki müqavimətini zəiflədir, yəni əl-qolunu, bədənini, başını tutur, həmçinin ölümündən qabaq qrup üzvləri ilə birlikdə şəxsin döyülməsində iştirak edir və sairə bu kimi hərəkətlər edir. Məhkəmə istintaqında isə yuxarıda sadalanan hallar müəyyən edilməmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2012-ci il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Yuxarıda göstərilənləri bir daha məcmu halda təhlil edərək və qiymətləndirərək məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı formal mülahizələr və ehtimallar əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham irəli sürmüşdür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamlarla qəti şəkildə razılaşmır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 əməlində isə Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri tərkib əlamətləri var. Eyni zamanda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini məhz zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 qarşı Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilənlərdən başqa, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən ittihamı sübuta yetirmək və bununla bağlı mötəbər sübutları əldə etmək bilavasitə ittiham tərəfinin üzərinə düşür. Lakin cinayət işinin materiallarından və məhkəmə istintaqında müəyyən edilmiş hallardan görünür ki, ibtidai istintaq orqanı lazımı və mötəbər sübutları əldə etmədən, yalnız ehtimallar və mülahizələr üzərində ibtidai istintaqın sonunda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham irəli sürmüşdür. Cinayət Prosessual Məcəllənin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən bir kimi təsbit edilmişdir. Lakin cinayət işinin materiallarından da görünür ki, ibtidai istintaq orqanı qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməmiş və lazımı sübutları vaxtında əldə etmədən əsassız şəkildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə ittiham irəli sürmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə verilmiş ittiham məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrinndən həmin Məcəllənin 126.3-cü maddəsinə, Təqsirləndirilən şəxs1 isə əməlləri Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrinndən həmin Məcəllənin 126.3 və 127.1-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 əməllərində isə Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri mövcuddur, həmin cinayətlər həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin cinayət əməlinin törədildiyi gündən, yəni 05 sentyabr 2018-ci il tarixdən qanunla müəyyən edilmiş 2 (iki) illik cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən o, həmin maddə üzrə təqsirli bilinməli, lakin həmin maddə üzrə cəzalandırılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinməlidir, lakin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların təqsirli bilindikləri hər bir cinayət əməlini qəsdən törətmişlər. Onların törətdikləri hər bir əməl başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onların Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə nisbətdə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, hər bir cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın hər bir təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, onların eyni ailənin üzvləri olmalarını, Təqsirləndirilən şəxs1 cavan olmasını, Təqsirləndirilən şəxs2 evli olmasını, hər ikisinin yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini məhz zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Azərbaycan Respublikası Cinayət Məlləsinin 59-cu maddəsinə əsasən onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hüquq normalarının tələblərini, eləcə də təqsirləndirilən şəxslərin əməllərində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin cəza təyin etməyə dair müddəası yalnız Təqsirləndirilən şəxs2 şamil olunmalıdır. Həmçinin onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev düstaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onun həbs edildiyi vaxtdan, yəni 17 sentyabr 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs1 isə təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Baş prokurorluqda saxlanılan və hadisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əynində olmuş geyim əşyaları məhv edilməli, istintaqla əldə edilmiş 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 637 (altı yüz otuz yeddi) manat 63 (altmış üç) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 637 (altı yüz otuz yeddi) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun həbs edildiyi vaxtdan, yəni 17 sentyabr 2018-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2018-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə ona cəza təyin edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Baş prokurorluqda saxlanılan və hadisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əynində olmuş geyim əşyaları məhv edilsin. 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 637 (altı yüz otuz yeddi) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar