Məhkəmə qərarları › İş №1(101)-74/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-74/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-74/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X10 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, “X11 Kömək” İctimai Birliyinin sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 yanvar 2024-cü il tarixdə, saat 10:00-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, hüquq verən rəsmi sənədi, habelə saxta möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

2. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxsi “X11 Kömək” İctimai Birliyi üzvlərinin ümumi yığıncağının 14 sentyabr 2016-cı il tarixli qərarı ilə üç il müddətinə, habelə həmin ümumi yığıncağın 28 sentyabr 2019-cu il tarixli qərarı ilə növbəti üç il müddətinə həmin Birliyin sədri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Birliyin 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, idarə heyətinə rəhbərlik etmək, Birliyi təmsil etmək, onun adından müqavilələr bağlamaq, etibarnamələr vermək, Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil etmək kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni Birliyin adından qanunsuz əsaslarla əmlak hüquqları əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 2016-cı ilin oktyabr ayından 2021-ci ilin may ayının ortalarınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Nizami Rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2000-ci il tarixli, A-134 nömrəli və Gürcüstan Respublikası Daimi Nümayəndəliyinin 14 aprel 2000-ci il tarixli 14 nömrəli məktublarının nəzərə alınması ilə Bakı şəhəri, Nizami rayonu, 2571-ci məhəllədə yüngül dəmir konstruksiyalı pavilyon quraşdırılması üçün 30 m² torpaq sahəsinin Qarabağ müharibəsi əlili Məcid Abbasova icarəyə verilməsi barədə hüquq verən rəsmi sənəd olan Bakı Şəhər İcra Hakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının məzmununda olan məlumatlardan istifadə etməklə bir ədəd vərəqdə yuxarı hissədə “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı” sözlərini, həmin yazıdan sol tərəfdə Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirini, bir qədər aşağıda “Sərəncam” sözünü, sənədin nömrəsi hissəsində “646” rəqəmlərini, tarixi hissəsində “xx.xx.2000 il” rəqəm və hərflərini, sənədin məzmununa dair hissədə kiril əlifbasının hərfləri ilə “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sözlərini, sərəncamın iki hissədən ibarət olan məzmun hissəsində, 1 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, A-134 №-li məktubu və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının xx.xx.2000-ci il tarixli 14 №-li məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 671 m² torpaq sahəsi Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs icarəyə verilsin” sözlərini, 2 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Pavilyon Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmışdır” sözlərini, sərəncamın imza hissəsinə kiril əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialını, inisialın qarşısına isə sonuncunun imza əksini həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə daxil edərək hüquq verən rəsmi sənəd olan sərəncamı qanunsuz saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədin saxtalığının gələcəkdə müəyyən edilməməsindən ötrü guya həmin sənədin özündə yalnız surətinin olmasına istinad etmək məqsədilə həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı, üzərində möhürlə həmin sənədi təsdiq etməklə, habelə həmin möhür əksinin üzərinə şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı X7 imzasına oxşatmaqla imza edilməsinə nail olmaqla, bundan başqa çap üsulu ilə “Əsli ilə düzdür:” yazısını həmin müddətdə istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq hazırlamış olduğu Bakı şəhər icra hakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının məzmununa vahid niyyətlə daxil edərək hüquq verən rəsmi sənəd olan həmin sərəncamın surətini saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, həmin sərəncamın surətini və digər zəruri sənədləri “X11 Kömək” İctimai Birliyinin sədri kimi birliyin nümayəndəsi olmaqla onu müxtəlif dövlət orqanlarında təmsil etməsi ilə əlaqədar 5 may 2021-ci il tarixli etibarnamə ilə səlahiyyətləndirdiyi, həmin Birlikdə ümumi məsələlər üzrə sədr müavini vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid2 verməklə sonuncunun vasitəsilə öz adından hüquq verən saxta sənəd olan Bakı Şəhər İcra Bakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının əsasında sədri olduğu “X11 Kömək” İctimai Birliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 600 m² torpaq sahəsinin həmin Birliyə 20 may 2021-ci il tarixdən 20 may 2023-cü il tarixədək icarəyə verilməsi barədə 20 may 2021-ci il tarixli 376 nömrəli müqavilənin bağlanmasına nail olmaqla bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə qanunvericiliyin tələbləri gözlənilməklə yerinə yetirilməsi ilə əlaqədar normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs 12 sentyabr 2012-ci il tarixdə tarixdə, təşkilati hüquqi forması dəyişdirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X26 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə həmin tarixdə təyin edilməklə qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşməklə faktiki istifadəsində olmasına baxmayaraq, hər hansı hüquqmüəyyənedici sənədinin olmadığı 0,06 hektar torpaq sahəsinin öz adına sənədləşdirilməsinə köməklik göstərməsinə dair cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayında ünvan 3 ünvanında yerləşən Bakı şəhər, Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında baş tutmuş görüşləri zamanı özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs2 Xəzər Rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən torpaq sahəsini onun adına rəsmiləşdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin icra hakimiyyətinin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla onunla sövdələşib, özünə, vəzifəsinə və əlaqələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 18 fevral 2022-ci il tarixdə, sədri olduğu “X11 Kömək” İctimai Birliyinə aid ünvan 5 ünvanında yerləşən ofisdə həmin pul vəsaitindən 5.000 (beş min) manatını Zərərçəkmiş şəxs2 şəxsən almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, 21 fevral 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət əməli üzrə şübhəli şəxs qismində tutulduğundan, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs2 həmin niyyətlə qalan pul vəsaitini almağa nail olmayaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

İşin halları və dəlilləri:

4. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “X11 Kömək” İctimai Birliyi 2007-ci ildə təsis edilmişdir. Həmin Birlik birinci və ikinci “Qarabağ Müharibəsi qazilərinin” dərman təminatı, onlara maddi yardım göstərilməsi, digər dövlət qurumları qarşısında yaranan promlemlərinin həll edilməsi, şəhid övladlarının və qazilərin işlə təmin edilməsi ilə məşğuldur. İctimai Birliyin əsas təşkilatı ünvan 5-də yerləşməklə Abşeron, Binəqədi və Samux rayonlarında, həmçinin Gəncə şəhərində filialları mövcuddur. Birliyin üç mindən bir qədər çox üzvü vardır. O, 2007-ci ildən ictimai birliyin sədr müavini, 2016-cı ildən isə sədridir. Birliyin sədr müavinlərindən biri qardaşı Məcid Məmmədovdur.

5. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 20 may 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti sədri olduğu üç mindən çox qazi və şəhid ailələrindən ibarət üzvü olan “X11 Kömək” İctimai Birliyinə (bundan sonra mətndə - VMƏKİB) kömək məqsədi ilə Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən açıq havada səyyar ticarət fəaliyyəti göstərmək üçün 600 kvadrat metr torpaq sahəsini, hər ay dövlət rüsumu 1100 manat olmaqla icarəyə vermişdir. Sonradan torpaq sahəsi “Magistral Ekspress" ASC adlı təşkilat tərəfindən 350.000 manata satın alınmaq istənilsə də, Birliyin idarə heyəti razılaşmamışdır. Torpaq sahəsi qanunsuz zəbt edilərək qeyri-qanuni olaraq başqa şəxslərə icarəyə verilmişdir. Birliyin qaziləri ilə icarəçilər arasında dəfələrlə mübahisələr olmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin və Bakı Kommersiya Məhkəməsinin onların xeyrinə çıxardığı qərar və qətnamələrinə, məhkəmə icraçılarına məhəl qoyan olmamışdır. Bu səbəbdən “Magistral Ekspress" ASC-nin rəhbərliyi inzibati xətalar məcəlləsinə görə 1200 manat məbləğində cərimə edilmişdir. “Magistral Ekspress" ASC-nin rəhbərliyi onun həbsi ilə bağlı öz yaxın adımlarının yanında 200.000 manat pul müqabilində hüquq-mühafizə orqanları ilə danışıqlar apardığını bildirmiş, sonuncular da Birliyin qazilərinə bu məlumatı çatdırmışlar. Belə ki, “Magistral Ekspress" ASC-nin rəhbərliyi onun əvvəllər dələduzluq əməlinə görə həbs olunduğunu və qısa vaxtda yenidən tezliklə həbs olunacağını, habelə birliyin adına olan icarə çıxarışının tezliklə Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra mətndə - ƏMDX) tərəfindən ləğv edilərək “Magistral Ekspress" ASC-nin öhdəsinə veriləcəyini bildirmişlər. “Magistral Ekspress" ASCnin rəhbərliyi əvvəllər onun barəsində dələduzluq maddəsi ilə qaldırılmış cinayət işini müxtəlif saytlarda və sosial şəbəkələrdə şəkillərini qoymaqla yaymağa başlamışlar. Onlar hüquq mühafizə orqanlarına sözü gedən torpaq sahəsinə heç bir sənədləri və sübutları olmadığı halda əsassız müraciətlər göndərmişlər. Bu hadisədən bir neçə vaxt sonra o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (bundan sonra mətndə - KQMBİ) çağrılmışdır. KQMBİ-də X17un birliyin adına verilmiş icarə çıxarışının ƏMDX-dən hansı sənədlər əsasında alındığı barədə sualına cavab olaraq çoxdan tanıdığı birliyin etibarnamə üzrə nümayəndəsi olan 2-ci qrup Qarabağ qazisi Şahid2 və bir neçə qazinin bu işlə məşğul olduqlarını bildirmişdir. O, əvvəllər Məmmədtağının vasitəsi ilə hüquqşünas kimi tanıdığı Cəlil adlı şəxsə sözü gedən torpaq sahəsinin sənədləşdirilməsində hüquqşünas olaraq köməklik göstərməsi üçün müharibə veteranı kimi sənədlərini vermişdir. Sonuncu da 2000-ci ildə onun adına Bakı Şəhər İcra Hakimiyyətindən sözü gedən torpaq sahəsinə icarə sərəncamı vermişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin arxiv idarəsindən əldə edilmiş məlumata əsasən həmin X21 adlı başqa bir qazinin adına qeydiyyatdan keçdiyi məlum olmuşdur. Onlar 2008-ci ildə yenidən onun adına yox, “X11 Kömək” İctimai Birliyinin adından dövlət qurumlarına müracət edərək, sözü gedən torpaq sahəsi ilə əlaqədar Birliyin qaziləri tərəfindən sənədlər toplamışlar. Toplanmış sənədlər əsasında ƏMDX-nin İcarə şöbəsinə Birlik tərəfindən müraciət edilmişdir. 20 may 2021-ci il tarixdə ƏMDX tərəfindən Birliyin etibarnamə üzrə nümayəndəsi olan Şahid2, VMƏKİB-nin adına hər ay 1100 manat olmaqla iki illik icarəyə verilməsinə dair çıxarış verilmişdir. KQMBİ-nin müstəntiqi H.Mahmudov apardığı isintaq zamanı, bu işdə ƏMDX-nin İcarə şöbəsinin məsuliyyətsizliyini, fiziki şəxs kimi onun adına 2000-ci ildə hüquqşünas Cəlil adlı şəxs tərəfindən, arxivi isə başqa bir qazi Məcid Abbasovun adına qeydiyyatdan keçmiş, sərəncamın arxiv qeydiyyatı araşdırılmadan, hüquqi şəxs sayılan VMƏKİB-nin 2008-ci ildən topladığı sənədlər toplusuna heç bir bağlılığının olmamasını etiraf etsə də, sonradan 2000-ci ildə yuxarıda göstərdiyi kimi hüquqşünas Cəlil adlı şəxs tərəfindən ona verilmiş lazımsız sərəncam ortaya atılaraq, dəlilsiz və sübutsuz elə onun tərəfindən hazırlandığı bildirilərək cinayət işi başlanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən ƏMDX-nin Dövlət əmlakının və torpaqlarının icarəyə verilməsi sektorunun müdiri Taleh Bağırov onun dedikləri ilə razılaşaraq, qeyd edilən sərəncamın arxivinin müəyyən səbəblərdən araşdırılmadığını, sərəncam olmadığı halda isə icarə çıxarışının verilməsinin mümkün olmadığını bildirmişdir. Lakin müstəntiq H.Mahmudov həmin lazımsız sərəncamı əsas tutaraq, 20 may 2021-ci il tarixdə ƏMDX-dən Birliyə verilən icarə çıxarışını ƏMDX tərəfindən ləğv edilərək, sözü gedən torpaq sahəsini əvvəlcədən danışdıqları kimi “Magistral Ekspress" ASC-yə verməklə həmin ASC-nin maraqlarına xidmət etmişdir. Sədri olduğu VMƏKİB ilə “Magistral Ekspress" ASC-nin rəhbərliyi arasında gələcəkdə məhkəmə mübahisələrinin olmaması üçün KQMBİ onun barəsində əməliyyat tədbiri hazırlamağa başlamışdır. KQMBİ bir müddət onun yanında işləmiş, sonra isə qovulan Birliyin üzvü əlil Ceyhun Paşayevlə əlaqə yaradaraq sonuncu ilə qeyri-rəsmi yaşayan Ayşən Abbasova və sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs2, eləcə də, Ceyhun Paşayevə görə tanıdığı Şahid1la əvvəlcədən planlı şəkildə əməliyyat tədbiri hazırlamağa başlamışdır. Belə ki, 2022-ci ilin fevral ayının ortalarında Şahid1 ona zəng edərək tanıdığı bir qadına fərdi yaşayış evi tikmək üçün sonuncuya məxsus olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinin yaxınlığındakı 600 kvadrat metr torpaq sahəsininin sənədləşdirilməsində ona köməklik göstərməsini istəmişdir. O isə bu barədə “maklerlik” fəaliyyəti ilə məşğul olan Aygün Nağıyeva adlı bir qadınla danışmış, sonuncu bu məsələ ilə əlaqədar Xəzər rayonunda öz tanışları ilə əlaqə yaratdıqdan sonra ona Xəzər rayonunda 1990-cı ildən 2000-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti və yaxud Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən fərdi ev tikintisi üçün sərəncamlar verildiyini və vətəndaşlar tərəfindən satıldığını bildirmişdir. Aygün ona hal-hazırda 9000 manata satılan ev olduğunu və əgər razılıq olarsa, bir həftəyə Mərdəkan notariusunda etibarnamə əsasında alıb verə biləcəyini bildirmişdir. Sonradan həmin sərəncam əsasında Xəzər Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən sözü gedən torpaq sahəsinə yerləşmə sxemi alınacağını da bildirmişdir. Daha sonra Samid və Vəfa ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində görüşdükdə o, Aygün Nağıyevanın dediklərini Samidlə Vəfaya bildirmişdir. Qiyməti isə 12000 manata danışmışdır. Belə ki, iş həll olunduqdan sonra 1000 manat işi gətirən Şahid1, 1000 manat Aygün Nağıyevaya, 1000 manat isə onun özünə qalmalı idi. O, ictimai fəaliyyətilə yanaşı, direktoru olduğu "xxxx" MMC-də Şəhərsalma və Arxitektura Komitəsindən alınan lisenziya əsasında memarlıq və dizayn fəaliyyəti ilə də məşğul olur. 18 fevral 2022-ci il tarixdə Samid və Vəfa həmin işlə əlaqədar Sabunçu rayonu ünvan 6 ünvanında yerləşən VMƏKİB-nin ofisinə gələrək ona 5000 manat pul vəsaiti vermiş, qalan 7000 manat pulu isə notariusda anasının və yaxud xalasının adına etibarnamə verildikdən sonra verəcəklərini bildirmişlər. Onlar gələcəkdə tikiləcək evin layihəsinin də veriləcək pulun içində olmasını və bir neçə gündən sonra gəlib çəkdirəcəklərini bildirərək getmişlər. X27 ofisə gəlmişdir. O, Vəfa və Samiddən aldığı 5000 manat pul vəsaitini direktoru olduğu "xxxx" MMC ilə Aygün Nağıyeva arasında müqavilə bağlayaraq, ona vermiş və qalan 7000 manat pulun notariusda etibarnamə verildikdən sonra veriləcəyini bildirmişdir. Sonradan 19 fevral 2022-ci il tarixdə onu Bakı şəhəri, Nizami Rayon 23-cü Polis Bölməsinə çağıraraq Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin rəisi Z.Əliyevin onunla görüşmək istədiyini demişlər, o isə rəislə görüşmək üçün 21 fevral 2022-ci il tarixdə, saat 10-11 radələrində idarənin qarşısına gələcəyini bildirərək getmişdir.

6. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 21 fevral 2022-ci il tarixdə o, Bakı şəhəri, Nizami Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq guya polisə müqavimət göstərməsi adı ilə bir ay müddətə inzibati həbs olunmuş, daha sonra Bakı şəhəri, Nizami RPİ-nin müvəqqəti saxlama yerinə aparılmışdır. Orada qanunsuz və əsassız olaraq guya üzərində bir kibrit qutusu marixuana aşkar edilməsi kimi sənədləşdirilərək həbs olunmuş, sonradan həmin məsələ ilə bağlı cinayət işi baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmədə onun barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılsa da, sonradan Bakı Apellyasiya Məhkəməsində ona tam bəraət verilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğu cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən əvvəlcə KQMBİ-nin əməliyyatçısı Eldar adlı şəxs onun yanına gəlmişdir. Eldar onun mobil telefon nömrələrinin dinlənildiyini, bir neçə müddətdir izlədiklərini bildirərək, sonuncu dəfə Vəfa və Samid adlı şəxslərdən 5000 manat aldığını bildirmişdir. O isə 18 fevral 2022-ci il tarixdə Samid və Vəfa adlı şəxslərin ona 5000 manat pul vəsaiti verdiyini, yerdə qalan 7000 manat pul vəsaitinin isə hələ veriləcəyini bildirmişdir. Qohumlarından aldığı məlumata görə, aldığı 5000 manat pul vəsaitini verən Vəfa və Samid həmin puldan imtina edərək, həmin pulun KQMBİ-nə məxsus olduğunu bildirmişlər. O ibtidai araşdırmanın ilkin mərhələsində Aygün Nağıyevanın bir qadın olaraq adının çəkilməsinə ehtiyac olmadığını düşündüyündən izahat və ifadələrində onun adını bildirməmişdir. Lakin sonradan ona həmin məsələ ilə əlaqədar rüşvət verməyə təhrik etmə maddəsi ilə də cinayət işi başlanılması məlum olmuşdur. Buna görə baş vermiş həqiqəti bildirərək istintaq orqanına Aygün Nağıyeva ilə bağlı danışmışdır. Aygün həmin məsələ ilə bağlı 2022-ci ilin sentyabr ayında polisə də müraciət etmiş, həmin vaxt o, başq aiş üzrə həbsdə olmuş, Aygünlə aralarında tərtib edilmiş müqavilə Aygündə olmuş, Hazırda "xxxx" MMC fəaliyyət göstərir, möhür də onun özündədir.

7. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, istintaq sənədlərinə görə guya Zərərçəkmiş şəxs2 KQMBİ-yə məlumat verməsinin səbəbi ona verdiyi 5000 manat pul vəsaitinin dövlət rüsumu yox, rüşvət ola bilməsi ehtimalı olmuşdur. Vəfa Həşimzadə guya qeyd edilən səbəbdən KQMBİ-dən 5000 manat pul vəsaiti götürərək ona vermişdir. Lakin sonradan işi görən X38 Adıgözəlova dəfələrlə zəng edərək, gətirdiyi Zərərçəkmiş şəxs2 Mərdəkan notariusunda sərəncamı satan vətəndaşla gözlədiyini bildirsə də, Samid Vəfanı tapa bilmədiyini bildirmişdir. X39 çox çətinliklə olsa da, sonradan Zərərçəkmiş şəxs2 ilə mobil telefonla danışa bilmiş, sonuncu isə həmin işlə KQMBİ-nin məşğul olduğunu, ona 2500 manat əlavə pul vəsaiti verildiyi halda şikayətini geri götürəcəyini bildirmişdir. Buna görə də Aygün Nağıyeva ondan aldığı 5000 manat pulu vəsaitini bacısı X8 qaytarmış, sonuncu isə həmin pul vəsaitini KQMBİ-nin bank hesabına ödəmişdir. Eyni zamanda Aygün Nağıyeva baş vermiş qanunsuzluqla əlaqədar müxtəlif hüquq mühafizə orqanlarına müraciətlər edərək həqiqəti bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 onun yanına gətirən Şahid1 hazırkı işin “qurama” olduğunu etiraf edərək, həmin məsələyə tanışları Ceyhun Paşayev və sonuncu ilə qeyri-rəsmi yaşayan Ayşən Abbasova tərəfindən cəlb edildiyini bildirmişdir. Samid müstəntiq H.Mahmudovun onu KQMBİ-nə çağırdığını, orada olan mühafizə polisinin yanında hansısa 4-5 vərəqəyə cəmi 3-5 dəqiqə ərzində ayaq üstü imza etdirdiyini bildirmişdir. X29 həmin işlə əlaqədar ona dəfələrlə zəng edərək işlərinin hazır olduğunu, sərəncamı satan vətəndaşla Mərdəkan notariusunda onları gözlədiyini, bir neçə gün sonra isə onda olan 5000 manat pul vəsaitini geri qaytarmaq ücün Vəfanı tələb etsə də sonuncunun tapılmadığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs2 hazırkı vaxtadək tapmaq və məhkəmədə dindirmək mümkün olmamışdır. Bu isə Zərərçəkmiş şəxs2 KQMBİ-nin “adamı” olması qənaətinə gəlməyə əsas verir.

8. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, onun Zərərçəkmiş şəxs2 aldatmaq fikri olmamışdır. Zərərçəkmiş şəxs2 guya ona pul verməmişdən bir gün əvvəl verməli olduğu dövlət rüsumunun rüşvət ola biləcəyini güman edərək ondan şikayət etmişdir. Halbuki, Zərərçəkmiş şəxs2 ibtidai istintaqda göstərdikləri tamamilə yalandır. O, Samidi və Vəfanı Ceyhun vasitəsilə tanımışdır. 1992-ci ildən 1996-cı ilə qədər Ağdamda N saylı hərbi hissədə zabir kimi döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı qapalı kəllə-beyin travması alaraq səhhəti ilə bağlı ordu sıralarından tərxis olunmuşdur. Eyni zamanda qazi olduğundan ictimai fəaliyyətlə məşğul olmuş, Şəhərsalma və Arxitektura Komitəsində lisenziya əsasında dizayn fəaliyyəti və evlərin sənədləşmə işləri ilə məşğul olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi 2000-ci ildən Birliyin istifadəsində olmuş, hər ay 1100 manat icarə haqqı ödənilmişdir. 2000-ci ildə sərəncamın arxivi olmamışdır. 2021-ci ildə təşkilatın adına sərəncam alınmış, sonradan "xxxx" ASC deyilən şirkət qanunsuz olaraq şikayət etdiyinə görə həmin torpaq sahəsinə çıxarış əldə edilmişdir. Hesab edir ki, hazırkı cinayət işi üzrə ona verilmiş bütün ittihamlar saxta olmaqla onunla torpaq münaqişəsi yaradan “Magistral Ekspress" ASC-nin rəhbərliyi tərəfindən həyata keçirilən sifariş edilmiş əməlidir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.

9. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan ittihamla özünü bilməyərək ifadə verməkdən imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 may 2022-ci il tarixdə şahid qismində ifadə verdiyindən, həmin ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2016-cı ildən hazırkı vaxtadək “X11 Kömək” İctimai Birliyinin sədri vəzifəsində işləyir. X16 2007-ci ildə təsis edilmişdir. Həmin Birlik birinci və ikinci Qarabağ Müharibəsi qazilərinin dərman təminatı, onlara maddi yardım göstərilməsi, digər dövlət qurumları qarşısında yaranan problemlərinin həll edilməsi, şəhid övladlarının və qazilərin işlə təmin edilməsi ilə məşğuldur. İctimai Birliyin əsas təşkilatı ünvan 5-də yerləşir. Abşeron, Binəqədi və Samux rayonlarında, həmçinin Gəncə şəhərində filialları mövcuddur. 3000-dən bir qədər çox üzvləri vardır. O, 2007-ci ildən ictimai birliyin sədr müavini, 2016-cı ildən isə sədridir. Birliyin sədr müavinlərindən biri qardaşı Məcid Məmmədovdur. Təqsirləndirilən şəxs qeyd edilən sərəncam, habelə sərəncam əsasında bağlanmış icarə müqaviləsi barədə verilən suala cavab olaraq göstərmişdir ki, o, İ Qarabağ müharibəsi əlili olaraq 2000-ci ildə fərdi qaydada Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və nəticədə 646 nömrəli sərəncamda qeyd olunan ərazidə ona 671 m2 torpaq sahəsi ayrılmışdır. Ümumiyyətlə 2000-ci illərdə, hətta ondan əvvəlki illərdə Bakı Şəhər İcra Hakimiyyətinin eyni sərəncamının müxtəlif şəxs və müxtəlif ərazi ilə bağlı olması halları çox olmuşdur. Bir neçə əlilin başına belə hadisə gəlmişdir. Barəsində olan 646 nömrəli sərəncamda qeyd olunmuş 671 m² torpaq sahəsindən hazırkı vaxtadək istifadə etməmişdir. Hazırda həmin 671 m² torpaq sahəsindən 600 m² hissə qanunsuz olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri kimi tanıdığı Şahin adlı şəxsin istifadəsindədir. 71 m² torpaq sahəsində isə “kafe” tipli tikinti olmaqla, tanımadığı şəxsin istifadəsindədir. Sonuncu torpaq sahəsindən onda olan məlumata görə Şahin adlı şəxs icarə pulu almır, çünki həmin sahə başqa şəxsin istifadəsindədir. 600 m² torpaq sahəsini Şahin adlı şəxs təxminən 11 qapıdan ibarət daş sexlərinə icarəyə vermişdir. Daş sexləri arxa hissədə tikili sahədən ibarət olsa da, məlum 646 nömrəli sərəncamla İctimai Birliklərinin istifadəsinə verilmiş açıq torpaq sahəsində qanunsuz olaraq üzlük daşlarının satışını həyata keçirmək məqsədilə oradan istifadə edirlər. 2021-ci ilin sonlarına qədər İctimai Birliklərinin adından ianə formasında yığılmış vəsaitdən icarə müqaviləsi üzrə aylıq 1100 manat ödənilsə də, o, qeyd etdiyi torpaq sahəsindən istifadə edə bilməmişdir. Bununla bağlı dəfələrlə “Magistral Ekspress" ASC ilə aralarında məhkəmə prosesləri keçirilsə də, hər dəfə xeyirlərinə qərarlar çıxarılmışdır. 2006-2007-ci illərdə özü bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib adına verilən xx.xx.2000-ci il tarixli, 646 nömrəli sərəncamın əslini tələb etsə də, həmin vaxt sənədin arxivdə müəyyən olunmaması ona izah edilmişdir. Bundan sonra o, bir neçə “Qarabağ” əlili ilə birgə Bakı Şəhər İcra Hakimiyyətinə, habelə Prezident Administrasiyasına qeyd edilən torpaq sahəsinin “X11 Kömək” İctimai Birliyinin icarəsinə verilməsinə dair müraciətlər etmişdir. Həmin yerin onların İctimai Birliyinin icarəsinə verilməsinə kömək olunması barədə Bakı ŞİHB Hacıbala Abutalıbov 10 sentyabr 2008-ci il tarixdə Nərimanov RİH-ə məktub göndərsə də, uzun müddət həmin məktub icra edilməmişdir. Bir neçə dəfə həmin məktubu Nərimanov RİH-ə göndərsələr də, yalnız 27 yanvar 2020-ci il tarixli məktublarına cavab verilməklə ƏMDX-yə müraciət etməli olmaları bildirildiyindən sonradan lazımı sənədləri hazırlamaqla ƏMDX-yə təqdim etmiş, nəticədə 2021-ci ilin may ayında həmin torpaq sahəsinin Birliyin icarəsinə verilməsi barədə icarə müqaviləsi bağlanmasına nail olmuşdur. Onun adına 671 m² torpaq sahəsinin icarə qaydasında ayrılması barədə 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamın həmin icarə müqaviləsi ilə heç bir bağlılığı yoxdur. Həmin sərəncamın arxivdə kötüyünün olmadığını bilmişdir. Sərəncamın yalnız onlarda surəti olmuş, əsli heç vaxt onlarda olmamışdır. 2021-ci ilin may ayında bağlanmış icarə müqaviləsinin əsası kimi Bakı ŞİHB-nın 2008-ci il tarixli məktubu çıxış etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 600 m² torpaq sahəsi ilə iki illik icarə müqaviləsi bağlanması üçün ilk olaraq adından etibarnamə verdiyi Şahid2 2021-ci il may ayının əvvəllərində rəsmi olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, hansı sənədlərin zəruri olduğu ona bildirilmiş, daha sonra toplanmış sənədləri ora təqdim etmişdir. Həmin ərəfədə o, bir dəfə bu məqsədlə həmin Xidmətdə olduğu zaman icarə şöbəsinin hazırda adını xatırlamadığı müdiri onu və onunla birlikdə həmin yerə getmiş qaziləri qəbul edib, sənədlərə baxaraq hər şeyin qaydasında olduğunu və qısa müddətdə icarə müqaviləsinin bağlanması barədə məlumat veriləcəyini bildirmişdir. Beləliklə, 20 may 2021-ci il tarixdə səlahiyyətli nümayəndəsi Şahid2 Əmlak Məsələləri Dövlət Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 600 m² torpaq sahəsi ilə 2 illik icarə müqaviləsinin bağlanmasında iştirak edərək onun əvəzindən müqaviləni imzalamış, 29 iyun 2021-ci il tarixdə isə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Əmlak Xidmətləri Məkanından çıxarışı götürmüşdür. Adına olan torpaq sahəsi 671 m² olsa da, yuxarıda bildirdiyi kimi 71 m² ərazidə tikili olduğundan, yalnız 600 m² torpaq sahəsi ilə bağlı icarə müqaviləsi tərtib edilmişdir. Müqavilə bağlandığı tarixdən növbəti ayın 10-dan gec olmayaraq 1100 manat icarə haqqını tam olaraq "xxxx" ASC-yə ödəmişdir. Qarabağ qaziləri ilə gedəcəyi halda işlərin daha tez bir zamanda həll ediləcəyini bildiyindən qazilərin müşayiəti ilə ƏMDX-yə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının ortalarında tanışı Şahid1 vasitəsilə ona müraciət edərək istifadəsində olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini sənədləşdirmək istədiyini bildirməsi, onun isə qeyd edilən 0,06 ha torpaq sahəsini Xəzər rayon İcra Hakimiyyəti və ya Bakı şəhər İcra Hakimiyyətininin rəhbər vəzifəli şəxsləri vasitəsilə sənədləşdirməyə söz verib Zərərçəkmiş şəxs2 12.000 manat pul tələb etməklə xx.xx.2022-ci il tarixdə həmin puldan ilkin olaraq 5.000 manatı alması barədə ifadəsində göstərdikləri, habelə qeyd edilənlərin Zərərçəkmiş şəxs2 istintaqa təqdim etmiş olduğu, özü tərəfindən qeydə alınmış səs yazısı, həmçinin 5.000 manat məbləğində pul vəsaitinin ona verilməsi barədə gizli aparılmış çəkilişə dair videogörüntü ilə təsdiq edilməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qeyd etdikləri doğrudur. Bundan başqa, 2019-cu ilin fevral ayının ortalarında Samid adlı şəxsin iştirakı ilə, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında, küçədə Vəfa ilə arasında baş tutmuş görüş zamanı qeydə alınmış səsyazma ilə tanış olmuşdur, həmin danışıqdakı müvafiq kişi səsləri (bəzi Samidə aid səslər istisna olmaqla) ona aiddir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə rəhbərlik etdiyi İctimai Birliyə məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən ofisdə Vəfadan Samidin iştirakı ilə 5.000 manat məbləğində pul vəsaitini qəbul etməyi ilə bağlı videogörüntü ilə tanış olmaqla bildirmişdir ki, həmin görüntüdə pul vəsaitini Zərərçəkmiş şəxs2 qəbul edən özüdür. Lakin həmin pul vəsaitini Vəfadan almazdan əvvəl, habelə alarkən sonuncuya yalandan qeyd edilən pul vəsaitini Bakı şəhər habelə Xəzər rayon icra hakimiyyətlərinin vəzifəli şəxslərinə, habelə sənədləşmə ilə bağlı digər orqanların vəzifəli şəxslərinə verəcəyini demişdir (Cild 2, iş vərəqi (bundan sonra mətndə- i.v.) 72-79)

10. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

11. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

12. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüquq Şöbəsinin Məhkəmələrlə işin təşkili sektorunda məsləhətçi vəzifəsində işləyir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş qanunazidd əməllər nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə zərər vurulması qənaətinə gəlindiyindən həmin Xidmət zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir. O isə etibarnamə üzrə həmin Xidmətin nümayəndəsi kimi tanınaraq işə buraxılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamla bağlı hallar ona ibtidai istintaq zamanı iş materialları ilə tanış olarkən məlum olmuşdur. Bununla əlaqədar hüquqlarını müdafiə etdiyi Xidmətin bir neçə əməkdaşları dindirilmişdir. İşlə bağlı başqa hər hansı məlumatı yoxdur. İzahatının sonunda Nümayəndə Təqsirləndirilən şəxs cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2020-ci ilin may ayından 2021-ci ilin dekabr ayına qədər ƏMDX-nin Dövlət əmlakının idarə edilməsi şöbəsinin Dövlət əmlakının və torpaqlarının icarəyə verilməsi sektorunun müdiri vəzifəsində, sonuncu tarixdən hazırkı vaxtadək isə ƏMDX-nin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsində işləyir. Hazırkı cinayət işi üzrə göstərilən hadisələr ƏMDX-nin Dövlət əmlakının idarə edilməsi şöbəsinin Dövlət əmlakının və torpaqlarının icarəyə verilməsi sektorunun müdiri vəzifəsində işlədiyi dövrdə baş vermişdir. Belə ki, 16 may 2021-ci il tarixdə “X11 Kömək” İctimai Birliyinin sədrini müvafiq etibarnamə əsasında təmsil edən Şahid2 ərizə və ərizəyə əlavə edilmiş Bakı ŞİHB-nın 20 iyun 2000-ci il tarixli, 646 nömrəli sərəncamı, Bakı ŞİHB-nın 10 sentyabr 2008-ci il tarixli, 7-5395/17 nömrəli məktubu, Nərimanov RİHB-nin müavini İlqar Mirzəyevin 5 fevral 2020-ci il tarixli 1/111 nömrəli məktubu, həmin Birliyi təmsil etməsi barədə 5 may 2022-ci il tarixədək etibarlı olan etibarnaməni, şəxsiyyət vəsiqəsinin surətini, İB-yə üzvlük vəsiqəsinin surətini, İB-nin dövlət reyestrindən çıxarışı, İB-nin dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surətini, İB-nin nizamnaməsinin surətini, bundan başqa 2008-ci ildə Nərimanov RİH-nin memarı tərəfindən təsdiq edilmiş həmin torpaq sahəsinin eskiz lahiyəsini, habelə 2020-ci il tarixdə ƏMDK yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidməti tərəfindən hazırlanmış yerquruluşu planını, həmçinin sərəncamla torpaq sahəsi Təqsirləndirilən şəxs verildiyindən sonuncunun nümayəndəsi Şahid2 tərəfindən onun adından Birliyin xeyrinə həmin torpaq sahəsindən imtina olunması barədə notarial ərizə ilə birgə ƏMDX-yə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 671 m2 torpaq sahəsinin “X11 Kömək” İctimai Birliyinə icarəyə verilməsini xahiş etmişdir. Həmin sənədlər qəbul edildikdən sonra əraziyə baxış üçün ƏMDX-nin Bakı ərazi şöbəsinə göndərilmiş, eyni zamanda dövlət reyestrindən çıxarışın alınması üçün ƏMDX-nin Dövlət əmlakının reyestri sektoruna təqdim edilmişdir. Müvafiq baxış aktı və çıxarış onlara təqdim edildikdən sonra sənədlərdə hər hansı problem müəyyən edilmədiyindən müvafiq icarə müqaviləsinin bağlanması barədə xidmətin rəisi tərəfindən qəbul edilən sərəncam əsasında 20 may 2021-ci il tarixdə İB ilə ƏMDX arasında qeyd edilən yerdə 600 m² torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlanmış, İB tərəfindən sədr Təqsirləndirilən şəxs adından Şahid2 həmin müqaviləni imzalamış, ƏMDX tərəfindən isə xidmət rəisinin müavini Elçin Yusubov tərəfindən müqavilə imzalanmışdır. Həmin torpaq sahəsinin Birliyə icarəyə verilməsinə əsas yalnız Bakı ŞİHB-nın 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamı olmuş, Bakı ŞİHB-nin 10 sentyabr 2008-ci il tarixli, habelə Nərimanov RİHB-nın müavini İlqar Mirzəyevin 5 fevral 2020-ci il tarixli məktublarının isə müqavilənin bağlanma əsası kimi heç bir hüquqi qüvvəsi olmamışdır. Müqavilənin bağlanma əsası olan Bakı ŞİHB-nın 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamı olmasa idi, Bakı ŞİHB-nin 10 sentyabr 2008-ci il tarixli, habelə Nərimanov RİHB-nın müavini İlqar Mirzəyevin 5 fevral 2020-ci il tarixli məktublarının olmasının heç bir əhəmiyyəti olmamışdır. Qeyd edilən sərəncam olmasaydı həmin müqavilə bağlanmazdı və ya qeyd edilən məktublar olmamış olsa idi belə sərəncam olduğu təqdirdə müqavilə bağlanacaqdı. Eyni zamanda həmin sərəncamın üzərində Bakı ŞİH-in müvafiq şöbəsinin möhürü olduğundan həmin sərəncamın saxta olması onlarda şübhə yaratmamışdır. Müqavilə bağlandıqdan bir neçə gün sonra həmin icarə müqaviləsinə dair çıxarış hazırlanmaqla İB-yə təqdim edilmişdir. 2021-ci ilin dekabr ayında, İB-nin icarəsinə verilən torpaq sahəsinə yanaşı torpaq sahəsinin istifadəsində olduğu "xxxx" ASC-nin nümayəndəsi müraciət edərək İB ilə icarə müqaviləsi bağlanmasının əsası olan sərəncamın saxta olması barədə məlumat verdikdən sonra onlar rəsmi olaraq Bakı ŞİH-ə müraciət edib həmin nömrə və tarixli sərəncamın Qarabağ müharibəsi əlili Məcid Abbasov adlı şəxsə başqa ərazidən 30 m² torpaq sahəsinin icarə qaydasında verilməsi barədə olmasını müəyyənləşdirib bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişlər. Həmin müqavilənin bağlanması ilə bağlı ƏMDX-yə müraciəti Birliyin səlahiyyətli nümayəndəsi Şahid2 etmiş, hər dəfə sonuncunu bir neçə nəfər qazi və əlil müşayiət etmiş, sonuncuların Şahid2la gəlməsində məqsəd onlara təzyiq edərək müqavilənin tez bir zamanda bağlanmasına nail olmaq olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs özü də bir neçə nəfər qazi və şəhid ailəsinin üzvləri kimi özlərini təqdim edən şəxslərlə xidmətin inzibati binasına yaxınlaşaraq çıxarış verilməsinin tezləşdirilməsini tələb etmişdir. Həmin dövrdə “2-ci Vətən Müharibəsi” ilə əlaqədar qazi, şəhid və müharibə iştirakçılarının müraciətlərinə daha həssas yanaşılması ilə əlaqədar qeyd edilən sərəncamın saxta ola biləcəyini düşünməmişlər və bu barədə daha ciddi və ətraflı araşdırma aparılmasına lüzum görülməmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 7 iyul 2023-cü il tarixli məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “X11 Kömək” İctimai Birliyinin sədri kimi tanımış, özü isə həmin cəmiyyətin ağsaqqalı olmuşdur. Təqsirləndirilən şəxs həmişə vətən müharibəsi iştirakçılarına və əlillərə humanitar yardım etmişdir. Bakı şəhəri İcra Hakimiyyətindən verilmiş 646 nömrəli sərəncamdakı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs adından ƏMDX-nə təxminən 10-12 nəfər birliyin üzvləri ilə birlikdə müəyyən sənədlər aparmışdır. Onunla birlikdə ƏMDX-nə gedən birlik üzvləri və əlillər könüllü olaraq həmin dövlət qurumuna getmişlər. ƏMDX-də Şahid3 adlı sektor müdiri ona təqdim edilmiş sənədləri qəbul etməyərək həmin sənədlərin cəmiyyətin adından təqdim olunmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən sərəncamda göstərilmiş torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı dövlət qurumuna getməmiş, ƏMDX-nə təqdim edilmiş müraciəti cəmiyyətin adından təqdim etmişlər. Cəmiyyət hər ay sənədləşdirilməsi üçün müraciət etdiyi torpağa görə dövlət büdcəsinə 1100 manat pul ödəmişdir. Torpaqla bağlı əlillərlə birlikdə əmlak komitəsinə getmişlər. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Cəmiyyətin adından iştirak edə bilməsi üçün ona etibarnmə vermişdi. Belə ki, Təqsirləndirilən şəxsla birlikdə notariusa getmiş və Təqsirləndirilən şəxs tərəfindən ona etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs heç vaxt onunla birlikdə ƏMDX-nə getməmiş, birinci yalnız notariusda ona etibarnamə verilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs onun adına etibarnamə verilməsi və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDX-nə getməsi ilə bağlı ona hər hansı məbləğdə pul verməmiş, ümumiyyətlə hər hansı maddi və ya sair marağı olmamışdır. ƏMDX-də müəyyən sənədlərlə bağlı müraciət edəndə həmin dövlət qurumu onları “eşitmədiyinə görə” diqqət göstərilməsi üçün 10-12 əlillərlə birlikdə getmişdir. Lakin həmin şəxslərin onunla birlikdə ƏMDX-nə getməsini Təqsirləndirilən şəxs təşkil etməmiş, həmin əlillər özləri könüllü olaraq getmişlər. Təqsirləndirilən şəxs onun vasitəsilə ƏMDX-nə təqdim etdiyi sərəncamın saxta olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona təqdim etdiyi sərəncamda birincinin adı olmasına baxmayaraq, ƏMDX onlardan məhz birliyin adından müraciət etmələrini izah etmiş və bu səbəbdən də onlar həmin torpaq sahəsinin birliyin adına sənədləşdirilməsi üçün müraciət etmişlər. ƏMDX-nə sərəncamı təqdim etdikdən sonra həmin sərəncamın geri qaytarılması üçün çoxsaylı əlillərlə birlikdə həmin quruma 3 dəfə müraciət etmişlər, lakin qeyd edilən sərəncam geri qaytarılmamışdır. İbtidai istintaq zamanı ifadəsinin sonunda olan yazılar, habelə ifadədəki imzalar özünə məxsusdur. Lakin həmin ifadəni oxumamış, müstəntiq KQMBİ-nin inzibati binasında yerləşən 1-ci mərtəbədəki otaqda həmin ifadənin altında əyazmanı yazdırmış və imzalatdırmışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona hər hansı fiziki, pisixi və sair təsir və ya təzyiq olmamışdır. Qurban özünün başqa işləri olduğuna görə ona etibarnamə verərkən birliyin adından müraciət edəcəyini izah etmişdir. Təqsirləndirilən şəxs özünün iştirak edə bildiyi halda, ƏMDX-nə müraciət etməməsinin səbəbi ilə maraqlanmamıış və bu barədə fikirləşməmişdir. Müstəntiqin ifadəsini düzgün yazmaması ona 19 avqust 2022-ci ildə məhkəmə iclasında ifadə verərkən məlum olmuşdur, lakin keçən müddət ərzində həmin halla bağlı hər hansı şikayət etməmişdir.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 7 iyul 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı, habelə 19 avqust 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadələri əsasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 həmin ifadəsi elan edilərək tədqiq edilmiş və sonuncu həmin ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsində iştirak edib yaralanmış, 13 dəfə əməliyyat olunmuşdur. 1995-ci ildən İİ dərəcə əlillik statusu əldə etmiş və bununla bağlı pensiya alır. “X11 Kömək” İctimai Birliyi 2007-ci ildə təsis edilmiş, həmin İctimai Birliyin reallıqda hansı fəaliyyətlə məşğul olması barədə geniş məlumatı olmasa da, Təqsirləndirilən şəxs ona həmin İctimai Birliyin İ və İİ Qarabağ Müharibəsi qazilərinin dərman təminatı, onlara maddi yardım göstərilməsi, digər dövlət qurumları qarşısında yaranan promlemlərinin həll edilməsi, şəhid övladlarının və qazilərin işlə təmin edilməsi ilə məşğul olmasını bildirmişdir. X22 sədri Təqsirləndirilən şəxsdur. Müavin sonuncunun qardaşı Məcid Qurbanovdur. O, Təqsirləndirilən şəxs 2010-cu ildən tanıyır, 2012-ci ildən həmin İctimai Birliyin üzvüdür, həmin vaxtdan Təqsirləndirilən şəxs ona müəyyən təşkilati işləri tapşırmışdır. 2020-ci ilin hazırda dəqiq xatırlamadığı tarixində Qurban ona özünü müəyyən dövlət orqanlarında təmsil etməsi barədə etibarnamə vermişdir ki, öz işləri ilə bağlı hansısa orqana özü gedə bilməyəndə o, Qurbanı təmsil etsin. Bundan başqa Qurban ona 4 may 2021-ci il tarixdə İctimai Birliyi təhqiqat-istintaq orqanlarında, bütün məhkəmə instansiyalarında təmsil etmək, Birliyin adından iddia qaldırmaq və sair barədə etibarnamə vermiş və etibarnamə 5 may 2022-ci ilədək qüvvədə olmuşdur. 2021-ci ilin may ayının ilk günlərində Təqsirləndirilən şəxs onu yanına çağıraraq söhbət əsnasında ona bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 671 m² torpaq sahəsi icarə qaydasında verilsə də hazırkı vaxtadək həmin torpaq sahəsindən müxtəlif səbəblərdən istifadə edə bilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsinin sədri olduğu Birliyin adına sənədləşdirib icarəyə vermək, əldə edilən gəliri Birliyin üzvü olan əlil və qazilərin sosial rifahına xərcləmək istəyir. O da təbii ki, belə bir xoşməramlı əməlinə görə Qurbana minnətdarlıq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işlərinin çox olduğuna görə ona etibarnamə verəcəyini, etibarnamə əsasında onun Birliyi təmsil edib həmin torpaq sahəsinin Birliyin adına rəsmiləşdirilməsində iştirak edəcəyini demiş, o da Qurbana etiraz etməmişdir. Təqsirləndirilən şəxs ətrafında onun, eləcə də digər müharibə veteranları, əlil və qazilərin toplaşmasının səbəbi Qurbanın hamıya maddi yardım göstərməsi olmuşdur. Qurban pandemiya dövründə ona hər ay 2-3 dəfə, eləcə də Birliyin üzvü olan əlil və qazilərə ərzaq yardımları etmişdir. Həmin yardımlara görə Qurbanın ona tapşırdığı işdən imtina edə bilməmişdir. Qurban ona görəcəyi işin qanunauyğun olduğunu bildirmişdir. Beləliklə, Qurbanla həmin danışıqlarından sonra sonuncu ona özünə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 671 m² kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi barədə Bakı ŞİHB-nın sərəncamının “əsli ilə düzdür” möhürü vurulmuş surətini verib həmin sərəncamla notariat kontoruna gedib onun adından qeyd edilən torpaqdan Birliyin xeyrinə imtina etməyi barədə notarial ərizə verməyini tapşırdığından o da etiraz etməmişdir. Hazırda ona surəti təqdim edilən 4 may 2021-ci il tarixli notarial təsdiq edilmiş ərizəni Bakıxanov qəsəbəsi ərazisindəki 16 saylı notariat kontorunda Qurbanın iştirakı ilə vermişdir. Sərəncamı ona verəndə Qurban özünün gəlməyəcəyini bildirsə də nədənsə özü də notariat kontoruna onunla birgə getmiş, həmin vaxt Qurban yanında olmuş, bütün məsələləri Qurban özü tənzimləmiş, o isə sadəcə ərizəyə imza etmişdir. Bundan bir neçə gün sonra Qurban VMƏKİB-nin ünvan 5 ünvanında yerləşən ofisində yuxarıda qeyd etdiyi Bakı ŞİHB-nin sərəncamından başqa bir neçə sənədləri ona verib həmin sənədlərlə birgə İctimai Birliyin adından ƏMDX-yə müraciət etməli olduğunu bildirmişdir. Qurbanın dediyi qaydada hazırda xatırlamadığı tarixdə ƏMDX-yə gedib ərizə ilə müraciət etməklə həmin sənədləri də ərizəsinə əlavə etmişdir. Həmin ərizədə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 671 m² kvadrat metr torpaq sahəsinin VMƏKİB-nin icarəsinə verilməsi göstərilmişdir. Həmin ərizəni özü yazmamış, bütün sənədləri Qurban özü hazırlayıb ona təqdim etmişdir. O, ƏMDX-yə gedəndə Qurban ona 10 nəfərə yaxın əlil və qaziləri də qoşub onunla birgə həmin yerə göndərmişdir. Həmin məsələ ilə bağlı ƏMDX-yə Qurbanın göstərişi ilə o, bir neçə dəfə getmiş, həmin gedişlərindən bir və ya ikisində Qurban özü də onu müşayiət etmiş, lakin Qurban gələndə də, həmçinin gəlməyəndə də Qurbanın göndərdiyi əlillər onu müşayiət etmişlər. Qurbanın həmin əlilləri dövlət orqanının vəzifəli şəxslərinə müqavilənin daha tez bağlanması üçün təzyiq məqsədilə onunla birgə ƏMDX-yə göndərməyini hesab edir. Onda olan məlumata görə Qurban onlara hər gəlişlərinə görə 50 manat məbləğində pul və ya ərzaq vermişdir. Onun özünə isə həbs edilənə qədər son iki il ərzində ayda 2-3 dəfə ərzaq vermişdir. Hazırda ona təqdim edilən 20 may 2021-ci il tarixli ƏMDX-nin rəis müavini X32 Məmmədovun şəxsində VMƏKİB-nin arasında bağlanmaqla müvafiq etibarnamə əsasında verilmiş səlahiyyət əsasında Qurbanın adından onun tərəfindən imzalanmış həmin müqavilə rəsmiləşdirilən gün Qurban özü bilavasitə orada olmasa da o, Qurbanın göstərişlərini icra etmişdir. Onun tərəfindən ƏMDX-yə təqdim edilmiş və əsasında həmin icarə müqaviləsi bağlanmış Bakı ŞİHB-nin 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamın saxta olması barədə onun məlumatı olmamışdır. Qurban daima özünü onlara xeyirxah adam kimi təqdim etmiş, Qurbanın saxta sənəddən istifadə edib torpaq sahəsinə yiyələnmək niyyətindən məlumatı olmamışdır. Həmin icarə müqaviləsi bağlandıqdan bir müddət sonra DƏDRX-nin 1 saylı Ərazi idarəsindən müvafiq çıxarışı Qurbanın tapşırığı ilə əldə edib sonuncunun özünə vermişdir. Bu xidmətləri müqabilində Qurban ona pul və sair maddi nemət verməmiş, qeyd etdiyi kimi ayda 2-3 dəfə ona ərzaq vermişdir (cild 3, i.v. 24-29).

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 19 avqust 2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 4).

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 19 may 2023-cü il tarixli məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ortaq tanışları Ceyhun vasitəsilə tanımışdır. Ceyhun ona Vəfa adlı xanımın torpaq məsələsi ilə bağlı sənədini düzəltmək lazım olduğunu və Vəfanı Qurbanla tanış etməsini dediyindən, o, Vəfanı Qurbanla tanış etmişdir. Vəfanı isə Ayşən adlı tanışı vasitəsilə tanımışdır. Vəfa ilə söhbət zamanı ona özünə məxsus olan torpaq sahəsinə sənəd almaq istədiyini bildirmişdi. X33 görüşüb söhbət etmiş, lakin Vəfa sonradan ona zəng edərək torpaq üçün sənəd düzəltdirmək istəmədiyini demişdir. Vəfanın Qurbanla görüşündən 5-10 gün sonra Aygün adlı bir qadın ona dəfələrlə zəng edərək Vəfanın sənədinin hazır olduğunu, həmin sənədi götürməsi üçün Vəfaya bu barədə məlumat verməsini bildirmişdir. O isə Vəfanın onda mobil telefon nömrəsinin olmadığını və Vəfanın Ceyhunun tanışı olmasını bildirərək Ceyhuna müraciət etməsini məsləhət görmüşdür. Vəfanın Qurbanla görüşməkdə məqsədi birincinin özünə məxsus torpaq sahəsinə sənəd düzəltdirmək istəməsi olmuşdur. Qurban hər kvadrat metr torpağa görə pulu hesablayıb təxminən 11-12 min manat xərc çıxacağını bildirmişdir. Vəfa isə Qurbana həmin sənədin düzəldilməsi üçün 5000 manat məbləğində pul verərək pulun qalan qalan hissəsini də sonra verəcəyini bildirmişdir. Qurban isə Vəfaya pulun qalan hissəsini torpağın sənədi hazır olanda verə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs Vəfaya məxsus torpaq sahəsinə lazım olan sənədi harada və kimin vasitəsilə hazırlayacağını, bilməmiş və Qurban onun yanında bununla bağlı hər hansı şəxsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs veteranlar cəmiyyətində işləmiş, onun hər hansı ərazi icra hakimiyyəti qurumunda və ya əmlak məsələləri dövlət xidmətində işləyibişləməməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı müstəntiq ona bir sıra sənədlər təqdim etmiş, həmin sənədləri 5-10 dəqiqə ərzində imzalatmışdır. Vəfa Qurbana 5000 manat məbləğində pulu verərkən orada olmuş, Qurban isə sənədlər hazır olanda qalan pulu verə biləcəyini bildirmişdir. İbtidai istintaq zamanı ifadəsində göstərilənlər doğru deyildir. Qurban Vəfa ilə söhbət edərkən torpağın hər sotunun 2000 manat olduğunu bildirsə də, sənədin harada, necə və kimin vasitəsilə hazırlanacağını deməmiş, ümumiyyətlə həmin vaxt bu barədə hər hansı söhbət olmamışdır. Müstəntiq ona hər hansı videogörüntü nümayiş etdirməmişdir. Həmçinin müstəntiq ona hər hansı səs yazısını dinlətməmişdir. İfadənin sonundakı imza ona məxsusdur. Lakin həmin ifadəsini oxumadan imzalamışdır. Qurbanla hər hansı şəxsə rüşvət verilməsi ilə bağlı danışıq aparılmasını eşitməmişdir. İfadəsində göstərilmiş “Aparıb qoyacam paketi icranın qabağına” cümləsini o ümumiyyətlə deməmişdir.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 21 dekabr 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və Şahid1 19 may 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi əsasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 həmin ifadəsi elan edilərək tədqiq edilmiş və sonuncu həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 adlı şəxsləri tanıyır. Vəfa ilə xeyli vaxtdır dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs da torpaq rəsmiləşdirmə, sənədlərin alınmasına kömək etmək imkanı olan şəxs kimi hazırda xatırlamadığı tanışı vasitəsilə tanıyaraq münasibət saxlamışdır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 ilə söhbət əsnasında sonuncu valideynlərinin uzun müddət Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Südçülük sovxozunda özlərinə məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşadıqlarını, bundan başqa X30nın Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında, Əli İsazadə küçəsində uzun müddət öz ailəsi ilə birgə yaşadığını, Vəfanın özünün də xeyli müddət həmin rəfiqəsinə məxsus evdə yaşadığını, rəfiqəsinin evinin qarşısında 0,06 hektar boş torpaq sahəsi olduğunu, həmin torpağı öz adına sənədləşdirib gələcəkdə özü üçün fərdi yaşayış evi inşa etdirmək istədiyini bildirmiş, ondan bu işə kömək edə biləcək bir şəxs tanıyıb-tanımadığını dəqiqləşdirəndə o da Zərərçəkmiş şəxs2 Qurban adlı bir şəxs tanıdığını bildirib, sonuncu ilə onları əlaqələndirmək qərarına gəlmiş, Vəfa da öz növbəsində bunu ondan xahiş etdiyindən 2022-ci ilin fevral ayının ortalarında hazırda xatırlamadığı tarixdə Qurbanla əlaqə saxlayıb sonuncuya Vəfanın dedikləri barədə məlumat verdikdə Qurban heç bir problem olmadığını, kömək edə biləcəyini, Xəzər rayon icra hakimiyyətinin vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələnin pul müqabilində müsbət həllinə nail ola biləcəyini bildirib Vəfa ilə görüşməyə razı olmuşdur. Sonradan o, bu barədə Zərərçəkmiş şəxs2 də məlumat vermişdir. Həmin gün və ya bir gün sonra Vəfa ilə birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında küçədə Təqsirləndirilən şəxsla görüşmüşlər. Söhbət zamanı Vəfa həmin 0,06 hektar torpaq sahəsini sənədləşdirmək istəməsilə bağlı Qurbana məlumat vermiş, bundan sonra Qurban özünün Bakı şəhər, habelə Xəzər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsi olan tanışlarının olduğunu, həmin tanışları vasitəsilə qeyd edilən torpaq sahəsini sonuncunun adına sənədləşdirmək, habelə yekun olaraq torpaq sahəsinə görə çıxarış verilməsini təmin etmək iqtidarında olduğunu bildirmişdir. Sözügedən vəzifəli şəxs olan tanışları vasitəsilə Vəfanın bir nəfər yaşlı tanışının adına həmin 0,06 hektar torpaq sahəsinə dair köhnə tarixə saxta ilkin hüquqmüəyyənedici sənədlər alacağını, həmin sənədləri əldə etdikdən sonra qeyd edilən torpaq sahəsinin çıxarışını əldə edəcəyini, bütün bu işlərə görə Vəfanın hər sotuna 2.000 manatdan olmaqla sonuncuya 12.000 manat pul verməli olduğunu, həmin pulun əsas hissəsini bu işin həllinə kömək edəcək Bakı şəhər, habelə Xəzər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsi olan tanışlarına verəcəyini bildirmiş, Vəfa da razılaşmışdır. Görüş zamanı Qurban pulun 6000 manatını sənədləşmədən əvvəl, yəni bir neçə gün sonra, qalan 6000 manatı isə sənədləşmədən sonra alacağını demiş, Vəfa bununla da razılaşmışdır. Ona təqdim edilən, ifadəsində qeyd etdiyi gün Qurban və Vəfa ilə ilk görüşləri zamanı qeydə alınmış səs yazısı ilə tanış olmaqla həmin danışıqlardakı səs yazılarının müvafiq hissələrindəki səslərin Qurbana, bəzi hissələrindəki səslərin ona, qadın səsinin isə Vəfa Zərərçəkmiş şəxs2 aid olmasını bildirmişdir. İlk görüşlərinə dair səsyazmanı dinləyərkən Qurbanın Xəzər rayon icra hakimiyyətindəki tanışları vasitəsilə bu işləri görəcəyini deməsini eşitməsə də, həmin görüşləri zamanı Qurban Vəfaya həmin sözləri konkret olaraq demişdir. İlk görüşlərindən bir neçə gün sonra Vəfa Qurbanın tələb etdiyi pulu hazır etməsi barədə ona məlumat vermiş, o, Qurbana telefonla bu barədə məlumat vermiş, sonuncu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ofisində olması barədə ona məlumat verib gələ biləcəyini demiş, bundan sonra o, Vəfa ilə birgə həmin ofisə getmişdir. Ofisdə olarkən Vəfa və onunla Qurban arasında qeyd edilən torpaq sahəsinin hansı formada rəsmiləşdirəcəyi ilə bağlı danışıqlar aparılmış, danışıqlar zamanı Qurban alacağı pul müqabilində Xəzər rayon icra hakimiyyətindən torpağa dair sərəncamın alınmasını, habelə sonradan “kupça”, yəni çıxarış alınmasını da təmin edəcəyini bildirmiş, Vəfanın qeyd edilən sənədləri hansı qaydada alacağı, icra hakimiyyətindən sonradan problem yaradılıbyaradılmayacağı barədə verdiyi suala isə Qurban “aparıb qoyacam paketi icranın qabağına” deməklə icra hakimiyyətinə aldığı puldan sərəncamın alınması məqsədilə rüşvət verəcəyini bildirmişdir. Bundan sonra Vəfa razılaşdıqları kimi tələb edilən 12.000 manat pulun yarısı, yəni 6.000 manat pulu hazırlaya bilmədiyini, yalnız 5.000 manat pul hazırlaya bildiyini demiş, qalan pulu da yaxın vaxtda çatdıracağını Qurbana izah etmişdir. Qurban da öz növbəsində heç bir problem olmadığını deyib 5.000 manatı Vəfadan alıb sayıb cibinə qoymuşdur. Bundan başqa X23 Məmmədova pul vəsaitini təqdim etdiyi görüşlərinin videgörüntüləri ilə tanış olaraq həmin görüntüdəki danışıqların real olduğunu, müvafiq səslərin ona, Qurbana və Vəfaya aid olmasını bildirmişdir (Cild 2, i.v. 93-97).

20. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 2 avqust 2023-cü il tarixli məhkəmə iclasında ifadəsində göstərdi ki, “maklerlik” fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs da “maklerlik” fəaliyyəti ilə bağlı 6-7 ildir tanımışdır. Zərərçəkmiş şəxs2 adlı şəxsi isə tanımır. Təqsirləndirilən şəxs "xxxx" MMC adlı layihə-smeta işləri ilə məşğul olan şirkəti olduğundan birinci ona torpaq və fərdi yaşayış evi ilə bağlı işlər olsa köməklik edə biləcəyini bildirmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Qurban ona bir nəfər qadının 6 sot torpaq sahəsinə sərəncam düzəltmək lazım olduğunu demişdir. Qurbanla həmin torpaq sahəsi barədə söhbət etdikdə birinci torpaq sahəsinə sərəncam düzəltmək üçün lazım olan arxiv sənədini torpaq sahəsinin sahibinin özünün həll edəcəyini bildirmişdir. O, qeyd edilən torpaq sahəsi ilə bağlı tanıdığı ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, sərəncam düzəldilməsi üçün lazım olan məbləğ barədə Qurbana məlumat vermişdir. Bir neçə gün sonra Vəfa adlı qadın Qurbanla görüşüb danışmış, sonuncu da onu nəzərdə tutaraq danışıb köməklik göstərəciyini bildirmişdir. O, Vəfanın qeyd etdiyi torpaq sahəsinin sənədləşdirilməsi üçün 12000 manat pul lazım olduğunu Qurbana bildirmiş, Vəfa sonuncuya 5000 manat məbləğində pul vermiş və Qurban həmin pulu 19 fevral 2022-ci il tarixdə gətirib ona vermişdir. Qurbanla razılaşmasına əsasən sənədləşdirmə işi həll edildikdən sonra Vəfa 7000 manat məbləğində pulu verməli olmuşdur. O, sənədləşdirmə işləri bağlı tanıdığı Bəhruz adlı şəxslə danışmış, sonuncuya həmin torpaq sahəsinin arxiv və digər sənədlərinin qaydasında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs pulu götürərkən bu barədə aralarında müqavilə bağlanılmış və müqavilə əsasında 5000 manatı götürmüşdür. Təqsirləndirilən şəxs bir həftə müddətində sənədləşdirilmə işlərinin həll ediləcəyini bildirmişdir. Lakin Qurbandan pulu götürdükdən və bu barədə aralarında müqavilə bağladıqdan üç gün sonra Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmişdir.

21. Verilmiş suallara cavab olaraq A.A.Nağıyeva ifadəsinə davam edərək göstərdi ki, o, Vəfanı tanımamış, sonuncunun istifadəsində olmuş mobil telefon nömrəsi də onda olmamışdır. Bir müddətdən sonra Bəhruz adlı tanışı ona zəng edərək sərəncamla bağlı torpaq sahəsinin sahibinin onunla görüşmək üçün gəlmədiyini bildirmişdir. O, bir ay Vəfanı axtarmış, lakin onu tapa bilməmişdir. Daha sonra Ayşən adlı qadınla əlaqə saxlamış, sonuncudan Vəfanın mobil telefon nömrəsini istəmiş, lakin Ayşən işə Vəfanı tanımadığını bildirmişdir. X42 adlı şəxsin tanıdığını bildirərək sonuncu ilə əlaqə saxlamasını demişdir. O, Samidlə əlaqə saxlamış, sonuncu isə Vəfa ilə onu görüşdürəcəyini bildirmişdir. Lakin sonradan Samirlə əlaqə saxlamağa çalışsa da, sonuncu mobil telefon zənglərinə cavab verməmişdir. Bir müddətdən sonra Ceyhun adlı tanışı ilə əlaqə saxlayarkən sonuncu Vəfa ilə bağlı torpaq məsələsinin Təqsirləndirilən şəxs üçün “qurulmuş iş” olduğunu, Vəfanın da KQMBİ ilə əməkdaşlıq etməsini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs Zinyət adlı bacısı ilə əlaqə saxlayaraq, hadisə barədə ona məluamt vermiş və Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulu ona verdiyini bildirmişdir. Bu səbəbdən həmin pulu Zinyətə qaytarmış, sonuncu isə 5000 manat məbləğində pulu Baş Prokurorluğun bank hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı aidiyyəti olmamış, işi o, gördüyünə görə Qurban pulu Vəfadan alaraq müqavilə əsasında ona vermişdir. Torpağın sənədləşdirilməsini o, həll etməli olmuş, Qurbandan maklerliklə bağlı iş olsa ona yönləndirməsini xahiş etdiyindən Qurban da Vəfanın torpaq sahəsinin sənədləşdirilməsini ona həvalə etmişdir. Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulu 18 fevral 2022-ci il tarixdə ona vermiş, həmin hadisədən üç gün sonra birinci həbs olunmuşdur. O, dəfələrlə Təqsirləndirilən şəxs şirkətində layihə çəkdirmiş və sonuncu onun etirbarlı şəxs olduğunu bilmişdir. Qurbanın Vəfanın torpaq sahəsinin sənədləşdirilməsində marağı həmin torpaq sahəsində ev tikilərkən Qurbanın şirkətində layihə-smeta çəkilərkən haqq almağı nəzərdə tutması olmuşdur. Qurban Vəfanın torpaq məsələsi ilə bağlı hər hansı şəxslə, o cümlədən hər hansı vəzifəli şəxslə danışmamışdır. Onun Vəfanı aldatmaq fikri olmamış, maklerlik fəaliyyəti ilə məşğul olduğundan Vəfanın torpaq sahəsini tanışları vasitəsi ilə sənədləşdirə biləcəyini nəzərdə tutmuşdur. Qeyd edilən torpaq sahəsi ilə bağlı layihə-smeta çəkilməli və müvafiq icra hakimiyyətindən cizgiçertyoj alınmalı olmuşdur. Təqsirləndirilən şəxs layihə-smeta işləri ilə məşğul olan şirkəti olduğundan onunla əvvəllər də işbirliyi olmuşdur.

22. Verilmiş suallara cavab olaraq A.A.Nağıyeva ifadəsinə əlavə edərək göstərdi ki, o, maklerlik fəaliyyəti ilə bağlı hər hansı dövlət və ya sair quruma müraciət etməmiş, həmin işlərlə əsasən Bəhruz adlı tanışı vasitəsilə edir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu ərazisində 6 sot torpağı olduğunu bildirmişdi. Torpaq sahəsi Xəzər rayonunda, 2 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında yerləşmişdir. Qurbanla razılaşmasına əsasən 9000 manat pul vəsaiti həmin torpağın sənədləşdirilməsinə sərf olunmalı, 3000 manat pul vəsaiti isə onların arasında bölünməli olmuşdur. Torpağın sənədləşdirilməsinə 12000 manat pul lazım olacağını Bəhruz ona bildirmişdi. Belə ki, 1000 manat Bəhruzla ona, 1000 manat Təqsirləndirilən şəxs, 1000 manat isə Samidə çatmalı olmuşdur. 9000 manat isə torpaq sahəsinin sənədləşdirilməsinə sərf olunmalı olmuşdur. Vəfanın torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Nürəddin adlı şəxsin adına sərəncam alınmalı olmuşdur. Nürəddini tanışı Bəhruz tapmışdı. Qurban Vəfadan pulu götürdükdən sonra ona zəng edərək pulu götürməsi barədə məlumat vermiş, o da pulu Qurbanın ofisinə gedərək təhvil almışdır. Əvvəllər də Qurbanla müxtəlif işlər görmüş, lakin həmin işlərin hansı olmasına dair konkret olaraq xatırlamır. "xxxx" MMC ilə Vəfa barəsində bağladığı müqavilədəki imza özünə məxsusdur. Həmin müqavilə qeyd edilən MMC-nin Sabunçu rayonunda yerləşən ofisində bağlanılmış, 2 nüsxədə tərtib olunmuş, biri özündə, digər nüsxəsi isə Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona 5000 manat pul vermiş, 7000 manat pul isə sonradan verməli olmuşdur. Həmin müqaviləni Təqsirləndirilən şəxs işçiləri tərtib etmiş, Təqsirləndirilən şəxs isə öz şirkətinin möhürünü vurmuşdur. Müqavilə ilə bağlı hansısa jurnalda qeydiyyat aparılmamışdır. Müqavilədə icraçı kimi özü qeyd edilmişdir. X1 etsə də, hər hansı yazılı ifadə tərtib etməmişdir. Həmin vaxt müstəntiqə müqavilə barədə məlumat verməmişdir. Müqavilənin əsli hazırda da ondadır.

23. Məhkəmə istintaqı zamanı məhkəmənin qərarı ilə zərərçəkmiş şəxs qismində tanınmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında dindirilməsi və iştirakının təmin edilməsi məhkəmə tərəfindən bütün mümkün tədbirlərin görülməsinə baxmayaraq mümkün olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və V.K.Həşimzadə həmin ifadəsində göstərmişdir ki, valideynləri uzun müddətdir Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Südçülük sovxozunda özlərinə məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. X30 Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında, Əli İsazadə küçəsində uzun müddətdir öz ailəsi ilə birgə yaşayır. O, özü də həmin rəfiqəsi ilə çox yaxın münasibət saxladığından xeyli müddət bir yerdə onların evində yaşamışdır. Rəfiqəsinin evinin qarşısında olan boş torpaq sahəsində həmin yerdə yaşadığı müddətdə həm o, həm də rəfiqəsi gül və digər bitkilər yetişdirmişlər. Son dövrlərdə işlə bağlı bağçaya vaxt ayırmadıqlarından bitkilər quruyub yararsız hala düşmüşdür. 2022-ci ilin əvvəlində rəfiqəsi ilə söhbət zamanı sonuncudan onların evinin qarşısındakı ərazinin kimə məxsus olmasını soruşduqda rəfiqəsi həmin torpağın boş torpaq olmasını ona bildirmiş, o da həmin vaxt bir qədər nağd pulu olduğundan torpaq sahəsi almaq istədiyini, əgər həmin sahə boşdursa, elə həmin sahəni alıb rəfiqəsi ilə qonşu olmaq istədiyini bildirdikdə rəfiqəsi də etiraz etməmişdir. Növbəti günlərdə o, bir neçə tanışı ilə həmin torpaq sahəsini hansı qaydada sənədləşdirəcəyi ilə bağlı söhbətlər aparsa da tanışlarından yalnız Şahid1 hansısa “X11 Kömək” X18 Məmmədov adlı sədri olmasını, sonuncunun Xəzər rayonu ərazisində torpaq sahələrinin sənədləşdirilməsinə hansısa vəzifəli şəxs olan tanışları vasitəsilə kömək etmək iqtidarında olduğunu ona demiş, o da sözügedən 0,06 hektar torpaq sahəsini sənədləşdirmək istədiyini bildirmiş, Samid də onu həmin Qurban adlı şəxslə görüşdürəcəyini demişdir. Beləliklə, hazırda tarixi dəqiq xatırlmasa da, 2022-ci ilin fevral ayının ortalarında Samid onunla əlaqə saxlayıb növbəti gün üçün özünün iştirakı ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisində Qurbanla görüşəcəyi barədə məlumat vermişdir. Növbəti gün həqiqətən Samidlə birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında küçədə Təqsirləndirilən şəxsla görüşmüşlər. Söhbət zamanı o, həmin 0,06 hektar torpaq sahəsini sənədləşdirmək istəməsi ilə bağlı Təqsirləndirilən şəxs məlumat vermiş, bundan sonra Qurban özünün Bakı şəhər, habelə Xəzər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsi olan tanışlarının olduğunu, həmin tanışları vasitəsilə qeyd edilən torpaq sahəsini onun adına sənədləşdirmək, habelə yekun olaraq torpaq sahəsinə görə çıxarış verilməsini təmin etmək iqtidarında olduğunu bildirmişdir. Sözügedən vəzifəli şəxs olan tanışları vasitəsilə bir nəfər yaşlı tanışının adına həmin 0,06 hektar torpaq sahəsinə dair saxta ilkin hüquqmüəyyənedici sənədlər alacağını, həmin sənədləri əldə etdikdən sonra qeyd edilən torpaq sahəsinə dair icra hakimiyyətindən sərəncam əldə edəcəyini, bütün bu işlərə görə hər sotuna 2.000 manatdan olmaqla ona 12.000 manat pul verməli olduğunu, həmin pulun əsas hissəsini bu işin həllinə kömək edəcək Bakı şəhər, habelə Xəzər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsi olan tanışlarına verəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan başqa görüş zamanı Qurban pulun 6000 manatını iş düzəlməzdən əvvəl, yəni bir neçə gün sonra, qalan 6000 manatı isə sənəd alındıqdan sonra alacağını demiş, o yenə də razılaşmışdır. Həmin gün Qurbanla görüşməzdən əvvəl gələcəkdə ola biləcək aldadılma ehtimalına qarşı özünə məxsus mobil telefondakı diktofon funksiyasını işlək vəziyyətə gətirib həmin danışıqları qeydə almışdır. Sonradan KQMBİ-yə müraciət edəndə həmin səs yazısını təqdim etmişdir. Səs yazısındakı qadın səsi ona, kişi səsi isə Samidlə Qurbana aiddir. Qurbanla görüşlərindən sonra sonuncunun ondan istədiyi vəsaitin qanunla tələb edilən pul vəsaiti deyil, rüşvət olmasını başa düşdüyündən vətəndaş borcunu yerinə yetirib bu barədə KQMBİ-yə məlumat vermək qərarına gəlmiş, sonrakı gün KQMBİ-yə müraciət edərək faktla bağlı məlumat vermişdir. Elə həmin gün KQMBİ-nin müvafiq əməkdaşı Qurbanla arasında baş tutacaq görüşdə sonuncuya verəcəyi 6.000 manatdan 5.000 manatı 50 ədəd 100 manatlıq nominalda əskinaslar formasında ona verməklə müvafiq kamera qurğusunu ona təqdim edib həmin qurğunu işlətmə qaydasını ona izah etmişdir. Qeyd etmişdir ki, həmin gün Samidlə yenidən görüşüb Qurbanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, rəhbərlik etdiyi İctimai Birliyə aid ofisinə getmişlər, ofisdə olarkən üzərində olan 5.000 manatı çıxarıb Qurbana vermişdir. Həmin vaxt həm videoçəkiliş aparılmış, həm də orada olan Samid buna şahid olmuşdur. Sənəd verilməzdən əvvəl razılıqlarına əsasən 6000 manat pul verməli olsa da, KQMBİ-nin əməkdaşları 5.000 manat verdiklərindən o, Qurbana 6 deyil 5 min manat gətirdiyini, 1000 manatı isə bir neçə gün sonra verəcəyini demiş, Qurban da razılaşmış, daha sonra Qurban pul vəsaitini ondan alıb özü sayıb onun 5000 manat olmasına əmin olmuşdur. Bundan sonra onlar həmin yeri tərk etmişlər. Həmin hadisə 18 fevral 2022-ci il tarixdə, səhər saat 11-12 radələrində baş vermişdir. Qurbanla ilk görüşləri isə bundan bir neçə gün əvvəl baş vermişdir. 5000 manat məbləğində pul vəsaitini Qurbana verəndə sonuncunun əvvəlcədən ondan istədiyi, saxta sənədi adına hazırlamaq üçün lazım olan yaşlı qohumlarından birinin, yəni Aybəniz Rəsulovanın şəxsiyyət vəsiqəsinin surətini də Qurbana vermiş, sonuncu da pulu və sənədi götürüb qısa vaxtda sənədləri hazır edəcəyini demiş, daha sonra onlar Samidlə birgə həmin yeri tərk etmişlər (Cild 2, i.v. 54-59).

24. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Y.N.Balakişiyeva həmin ifadəsində göstərmişdir ki, 1 aprel 2021-ci il tarixdən ƏMDX-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifə funksiyalarına məhkəmə instansiyalarında gedən proseslərdə tabeliyində olan hüquqşünasların iştirakının təmin edilməsi, vətəndaşların şikayətlərinin cavablandırılması, özəlləşdirmə və dövlət əmlakının icarəyə verilməsi barədə ƏMDX-nin sərəncamlarının qanuniliyinə nəzarət, qanunverciliklə bağlı təkliflərin verilməsi və sairdən ibarətdir. Yeganə Balakişiyeva ƏMDX tərəfindən torpaq sahələrinin icarəyə verilməsinin qayda və prosedurları barədə göstərmişdir ki, Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il 116 nömrəli Fərmanının 2.4-cü hissəsinə əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hal hazırda ƏMDX), həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Həmçinin, onu da qeyd etmişdir ki, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununda yalnız kənd təsərrüfatı torpaqları barədə torpaq icarəsi müqaviləsi bağlanan zaman tələb edilən sənədlərin siyahısı göstərilmiş, digər hallar nəzərdə tutulmamışdır. Belə ki, göstərilən Qanunun 10-1-ci maddəsində tələb olunan sənədlərin siyahısı dəqiq göstərilmişdir, digər hallarda isə hansı sənədlərin təqdim edilməsi, sənədlərin əslinin və ya surətinin tələb olunması göstərilməmişdir. ƏMDX-nin 20 iyul 2020-ci il tarixli 55 nömrəli əmrinin 2-ci bəndi ilə Xidmət tərəfindən bağlanılan icarə müqavilələrin nümunəvi forması, 5-ci bəndi ilə “Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsinə dair sənədlərin qəbulu, dövriyyəsi və ekspertizası Qaydaları” və daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsinə dair sənədlər təsdiq edilmişdir. Belə ki, “Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış sahələrinin) icarəyə verilməsinə dair sənədlərin qəbulu, dövriyyəsi və ekspertizası Qaydaları”na əsasən torpaq sahələrinin icarəyə verilməsi barədə fiziki və hüquqi şəxslərin ərizələri Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti ərazi şöbəsinə daxil olduqdan sonra torpaq sahəsinin icarəyə verilməsinin mümkünlüyü və göstərilən Qaydaların əlavədə göstərilmiş müvafiq sənədlərin mövcudluğu yoxlanılır. Daxil olmuş müraciətə əsasən ərazi şöbəsinin mütəxəssisləri tərəfindən müəssisənin (və ya obyektin) torpaq sahəsinə yerində baxış keçirilir və təsdiq olunmuş formalar əsasında sənədlər toplusu tərtib edilir. Sənədlər bu Qaydalara uyğun təqdim edilmədikdə ərazi şöbəsi sənədlərin daxil olduğu vaxtdan 2 (iki) iş günü ərzində onların geri qaytarılmasını təmin edir və ya sənədlər bu Qaydalara uyğun təqdim edildikdə ərazi şöbəsi tərəfindən həmin sənədlərə daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində baxılaraq ƏMDX-yə təhvil verir. Sənədlər toplusu Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinə obyektin ekspertizasının həyata keçirilməsi üçün verilir. Bundan sonra sənədlər toplusu əsasında obyektin reyestr məlumatlarının dəqiqləşdirilməsi məqsədilə ekspertizanı həyata keçirən şəxs sənədlər toplusunu çıxarış alınması üçün Dövlət əmlakının reyestri sektoruna təqdim edir. Dövlət əmlakının reyestr sektoru sənədlər toplusunu daşınmaz dövlət əmlakı haqqında reyestrdən çıxarışı əlavə etməklə ekspertizanı həyata keçirən şəxsə qaytarır. Bundan sonra sənədlər toplusu hüquqi ekspertiza üçün Hüquq şöbəsinə təqdim edilir. Hüquq şöbəsi tərəfindən sənədlər toplusu ekspertiza edilir və qeyd vərəqi imzalanır, iradlar olduğu halda yazılı şəkildə bildirilməklə sənədlər toplusu ekspertizanı həyata keçirən şəxsə qaytarılır. Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncam layihəsi hazırlayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq strukturlarına təqdim edir. Sərəncam imzalandıqdan sonra Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi tərəfindən icarə müqaviləsinin layihəsi tərtib edilir və imzalanmaq üçün təqdim edilir. Konkret olaraq 20 may 2021-ci il tarixdə ƏMDX ilə “X11 Kömək” İctimai Birliyi arasında Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 600 m² torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasınadək prosedur yuxarıda göstərilən Qaydalara uyğun həyata keçirilmişdir. Birliyin nümayəndəsi ilkin olaraq dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün Bakı ŞİHB-nin sərəncamını və Nərimanov RİH tərəfindən təsdiq edilmiş baş planı Xidmətin ərazi şöbəsinə təqdim etmişdir (digər zəruri səlahiyyət təsdiq edən habelə hüquqi şəxslə bağlı sənədlər də həmçinin). Qanunvericiliyə əsasən rayon bölgüsü olan şəhərlərdə müvafiq torpağın yerləşdiyi rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla şəhər icra hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsi icarəyə verilir. Lakin bu sərəncam ilkin sənəd olub icarə müqaviləsinin bağlanmasının əsası kimi çıxış etsə də, özü-özlüyündə müqavilə bağlanıb çıxarış əldə edilməyənə qədər torpaqdan istifadə hüququ vermir. Sərəncam alındıqdan sonra həmin torpaq sahəsinin lisenziyalı memar tərəfindən hazırlanmaqla möhür və imza ilə təsdiq edilmiş baş planı təsdiq edilmək üçün yerli rayon icra hakimiyyətinə, konkret bu halda Nərimanov RİH-ə təqdim edilir. Nərimanov RİH həmin baş planı təsdiq etdikdən sonra Birliyin nümayəndəsi təsdiq edilmiş plan və ilkin hüquqmüəyyənedici sənəd olan hazırkı işdə konkret olaraq 646 nömrəli sərəncamı təqdim etmişdir. Qeyd etmişdir ki, həmin Birlik tərəfindən təqdim edilən sərəncamda sözügedən torpaq sahəsində yüngül dəmir konstruksiyalı pavilyon quraşdırılmasına icazə verilməsi göstərildiyindən Birlik tərəfindən təqdim edilən eskiz layihələrində həmin yerdə tikilinin olması qeyd edilmiş, onda olan məlumata görə həmin tikilinin özləri tərəfindən tikilməsini Birliyin nümayəndəsi bildirmişdir. Qeyd etmişdir ki, reyestrdən çıxarış verilməzdən əvvəl ƏMDX-nin ərazi şöbələrinin əməkdaşları təqdim edilən sənədlərdə göstərilən məlumatları yerində yoxlayırlar. Bundan başqa vətəndaş özü Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinə müraciət edib həmin mərkəzdən yerquruşulu planı əldə edir. Qeyd edilən sənədlər Xidmətdə yoxlanıldıqdan sonra xidmət rəisi tərəfindən imzalanan icarə müqaviləsinin bağlanması barədə sərəncam verilir ki, həmin sərəncam əsasında sonradan icarə müqaviləsi bağlanılır. Qeyd etmişdir ki, Bakı ŞİHB-nin Birliyin nümayəndəsi tərəfindən təqdim edilən və əsasında icarə müqaviləsi bağlanmış sərəncamının saxta olması sonradan, yəni 2021-ci ilin sonlarında məlum olduğundan müqavilə bağlandıqdan sonra verilmiş çıxarış həmin vaxt ləğv edilmişdir. Bundan başqa sərəncamla torpağın Təqsirləndirilən şəxs icarəyə verilməsinə icazə verilməsinə baxmayaraq, həmin müqavilənin Birliklə ƏMDX arasında bağlanması Birlikdən təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin torpağın Birliyin icarəsinə verilməsinə etirazının olmaması barədə notarial ərizəsi ilə bağlı olmuşdur. Bundan başqa ona ünvanlanan “20 may 2021-ci il tarixdə ƏMDX ilə “X11 Kömək” İctimai Birliyi arasında Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində 600 m2 torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmasına əsas olmuş Bakı ŞİHB-nin 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamının həqiqətən mövcud olub-olmaması barədə Bakı ŞİH-ə sorğu verilərək cavab alınmışdırmı?” sualına cavab olaraq göstərmişdir ki, adıçəkilən icarə müqaviləsinin bağlanması zamanı 646 nömrəli sərəncam həqiqətən mövcud olub-olmaması barədə Bakı ŞİH-ə ƏMDX tərəfindən sorğu verilməmişdir. Çünki “X11 Kömək” İctimai Birliyinin sədri 646 nömrəli sərəncamın təsdiq edilmiş surətini təqdim etmişdir. Bundan başqa ona ünvanlanan “Şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, rəhbərlik etdiyi İctimai Birliklə ƏMDX arasında məlum icarə müqaviləsinin bağlanmasına Bakı ŞİHB-nin 646 nömrəli, 20 iyul 2000-ci il tarixli sərəncamı deyil, Bakı ŞİHB-nin Nərimanov RİH-ə ünvanlandığı 10 sentyabr 2008-ci il tarixli, habelə Nərimanov RİH-in 5 fevral 2020-ci il tarixli məktublarının əsas olmasını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, icarə müqaviləsi bağlanmasının əsası kimi yalnız Bakı ŞİHB-nin sərəncamı çıxış edə bilərdi ki, konkret olaraq sözügedən icarə müqaviləsinin bağlanma əsası kı ŞİHB-nin 646 nömrəli, 20 iyul 2000-ci il tarixli sərəncamı olmuşdur. Digər məktubların məzmunu ilə tanışdır, həmin məktublar icarə müqaviləsinin bağlanma əsası kimi çıxış etməmişdir (Cild 2, 98-104)

25. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və M.Ş.Həmidova həmin ifadəsində göstərmişdir ki, 1982-ci ildən hazırkı vaxtadək Bakı ŞİH-də sənədlərlə və vətəndaşlarla iş şöbəsində böyük məsləhətçisi vəzifəsində işləyir. Müxtəlif vaxtlarda vəzifənin adı fərqli olsa da mahiyyəti, yəni gördüyü iş eyni olub, ayrı-ayrı fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının müraciətləri əsasında Bakı ŞİH-in arxivi üzrə sənədləri axtarıb müəyyən etmək, tələb olunarsa surətlərini çıxarıb “əsli ilə düzdür” yazıb öz imzası ilə təsdiq etmək, tələb ediləndə arxiv arayışları hazırlamaqdan ibarət olmuşdur. Qeyd etmişdir ki, sənədlərdə əsasən əsli ilə düzdür sözləri əlyazma qaydasında yazılsa da Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdirində “əsli ilə düzdür” sözləri yazılmış möhür də vardır. Həm “əsli ilə düzdür” sözləri yazılmış möhür, həm də Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin möhürü həmişə şöbə müdirində olmuş, başqa şəxsə verilməmişdir. Şöbə müdiri arxiv işçisinin surəti çıxarılmış sənədə əsli ilə düzdür yazısını yazıb imzası ilə təsdiq etməsinə istinad edərək həmin sənədin əslini əksər hallarda görmədən sənədə şöbənin möhürünü vurur. Belə ki, sərəncamlar Bakı ŞİH-in arxivində tarix və nömrə ardıcıllığı ilə arxivləşdirilmişdir. Həmin arxiv topluları xeyli böyük olduğundan arxiv işçisi kimi o, həmin sənədlərin surətini çıxarıb əsli ilə düzdür sözlərini qeyd edib imzası ilə təsdiqləyir. Həmin topluları şöbə müdirinin otağına aparmaq və bunu hər dəfə təkrar etmək qeyri-mümkündür. Bundan başqa qeyd etmişdir ki, mümkün deyil ki, arxiv üzrə müəyyən olunmamış sərəncama o, imza edib əsli ilə düzdür sözlərini yazsın. Hazırda təqdim edilən Bakı ŞİHB-nin xx.xx.2020-ci il tarixli, 646 nömrəli sərəncamında əsli ilə düzdür sözləri çap üsulu ilə yazılmışdır. Heç bir halda onlarda təcrübədə həmin sözlərin çap üsulu ilə sənədə daxil edilməsi halı olmamışdır. Onlar əksər hallarda əl ilə həmin sözləri yazıb imzalayırlar. Son dövrlərdə isə bəzi hallarda “əsli ilə düzdür” möhürü ilə sənədlər möhürlənir. Təqdim edilən sərəncamın surətindəki imza onun imzasına oxşasa da uzun müddət sənədlərlə işləmək onda şəkli yaddaşın güclənməsinə səbəb olduğundan əminliklə bildirmişdir ki, həmin məzmunda sənədə imza etməmişdir. İmzasının həmin sənədə hansı formada daxil olunmasından məlumatı yoxdur (Cild 2, i.v.138-142).

26. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

27. “Cinayət işinin başlanması barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 mart 2022-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “X11 Kömək” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamını saxtalaşdıraraq Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmasına nail olması və Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 istifadəsində olan 0,06 hektar torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs ondan Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə 12.000 manat pul tələb etməsi ilə bağlı müraciətləri ilə əlaqədar toplanmış material əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.1 və 32.4,312.1-ci maddələri ilə cinayət işi başlanmış və həmin cinayət işi Baş İdarənin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X25 tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, i.v.4-5;).

28. “X11 Kömək” İctimai Birliyi ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 20 may 2021-ci il tarixli 376 nömrəli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında ƏMDX tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsi ünvanında 600 m² torpaq sahəsi İctimai Birliyə iki il müddətinə icarəyə verilmiş, ƏMDX tərəfdən müqaviləni Xidmət rəisinin müavini Elçin Yusubov, İctimai Birlik tərəfdən isə müqaviləni sədr Təqsirləndirilən şəxs adından müvafiq etibarnamə ilə səlahiyyətləndirilmiş Şahid2 imzalamışdır (Cild 1, i.v.18).

29. “X11 Kömək” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla həmin Birliyin möhürü ilə təsdiq edilmiş 5 may 2021-ci il tarixli etibarnamədən görünür ki, Birlikdə Ümumi məsələlər üzrə sədr müavini vəzifəsində işləyən Şahid2 Birliyin etibarnamə üzrə nümayəndəsi olmaqla, onun adından təhqiqat-istintaq orqanlarında, bütün məhkəmə instansiyalarında Birliyi təmsil etmək, adından iddia qaldırmaq, iddia ərizəsini və digər ərizələri imzalamaq və s. kimi səlahiyyətlər verilmişdir (Cild 1, i.v. 24; 128).

30. Bakı şəhəri 16 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən 5 may 2021-ci il tarixdə təsdiq edilmiş notarial ərizənin surətindən görünür ki, həmin tarixdə qeyd edilən notariat ofisinə müraciət etmiş Şahid2 10 noyabr 2020-ci il tarixli 7E-9121 reyestr nömrəli etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən istifadə edərək Təqsirləndirilən şəxs adından sonuncuya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 m² ərazinin “X11 Kömək” İctimai Birliyinə icarəyə verilməsinə etiraz etmədiyini ifadə etmişdir (Cild 1, i.v. 25; 129).

31. Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən imzalanmış 18 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Xidmətin 17 dekabr 2021-ci il tarixli 212 nömrəli Sərəncamına əsasən “X11 Kömək” İctimai Birliyinə icarəyə verilmiş torpaq sahəsinə dair bağlanılmış 20 may 2021-ci il tarixli, 376 nömrəli icarə müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən icazə hüquqlarına dair verilmiş çıxarış ləğv edilmişdir(Cild 1, i.v. 167).

32. Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2021-ci il tarixli 5(001)-314/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən 3 (üç) ay müddətinə texniki vasitələrdən istifadə edilməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir (Cild 1, i.v. 204-205).

33. Zərərçəkmiş şəxs2 18 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 AzərbaycanRespublikasının Baş Prokuroruna ərizə ilə müraciət edərək “X11 Kömək” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs ona məxsus olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı vəzifəli şəxsə verilməsi üçün ondan 12000 manat pul tələb etməsi barədə müraciət edərək qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (Cild 1, i.v. 209).

34. “Pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” 18 fevral 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilməsi üçün 50 ədəd 100 manatlıq nominalda pul əskinaslarını, həmin pul vəsaitinin verilməsi zamanı danışıqların audio və video qeydiyyatının aparılması məqsədilə xüsusi avadanlıqla təchiz edilmiş eynəyi vətəndaş Zərərçəkmiş şəxs2 verilməklə həmin avadanlıqdan istifadə qaydaları ona izah edilmişdir (Cild 1, i.v. 212).

35. Bakı Şəhər İcra Hakimiyyətindən daxil olan, 7-375/17 nömrəli, 26 yanvar 2022-ci il tarixli məktuba əlavə edilmiş BŞİHB-nin 2000-ci ilə aid sərəncamların qeydiyyatı kitabının iyul ayı üzrə çıxarışından görünür ki, həmin kitabda 646 nömrəsi ilə nömrələnmiş, 20 iyul 2000-ci il tarixli sərəncam Məcid Abbasova pavilyon quraşdırılmasına icazə verilməsi haqqında olmuşdur (cild 1, i.v. 247).

36. “Birgə istintaq qrupunun yaradılması haqqında” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə müstəntiq vəzifəsini icra edən Təqan Vəliyevin rəhbərliyi ilə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır (cild 2, i.v. 1-2).

37. “Cinayət işinin icraat qəbul edilməsi haqqında” 5 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X12 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (cild 2, i.v. 10).

38. “İstintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında” 7 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə X17un rəhbərliyi ilə polis müstəntiqi Məmmədhüseyn Əliyevdən ibarət tərkibdə birgə istintaq qrupu yenidən təşkil edilmişdir (cild 2, i.v.25-26).

39. Baş İdarənin Əməliyyat İdarəsindən daxil olmuş 11 mart 2022-ci il tarixli məktuba əlavə edilmiş, həmin idarənin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş videogörütülər olan 1(bir) ədəd DVD diskə baxış keçirilməsi haqqında 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, diskdəki videogörüntünün ilk saniyələrindən üzərinə gizli videokamera quraşdırılmış Zərərçəkmiş şəxs2 tanışı Şahid1 ilə birgə Təqsirləndirilən şəxs direktoru olduğu ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə daxil olmaları görünür. Zərərçəkmiş şəxs2 ofisə daxil olduqdan sonra görüntüdə Təqsirləndirilən şəxs görünür, sonuncu onları qarşılayır və söhbət başlayır. Görüntünün ilk saniyələrində şəxsiyyəti istintaqla müəyyən edilməyən orta yaşlı kişi cinsli şəxs otağı tərk edir. Görüntünün 1-ci dəqiqəsinin sonlarına qədər əhəmiyyət kəsb edən hər hansı danışıq aparılmır, 2-ci dəqiqənin ilk saniyələrindən etibarən aşağıdakı məzmunda danışıqlar aparılır: Təqsirləndirilən şəxs:Demək nə yerdə qaldı söhbətimiz? Zərərçəkmiş şəxs2: Mən də onu dəqiqləşdirmək istəyirəm. Verəcəyim pulun yarısını dediz də? Qurban: Bəli, bəli. Vəfa:Yarısını versəm indi, icradı nə bilim nədi, başqa bir problem olmayacaq ki? Qurban: Narahat olma, bütün hamısını elə eliyəcəm ki, zaborun da çəkdirib verəcəm sənin özünə. Xoşuna gəldi? Vəfa: Kupçası da olacaq? Qurban: İcradan sərəncamı olacaq, kupça üçün gərək tikəsən qurtarasan, sonra gedib kupça çıxaraq. Nə vaxt imkan olar tikərsən. Yəni mən axıra qədər sizin qulluğunuzda olacağam bu məsələ ilə bağlı. Vəfa: Bir də mamamda problem oldu, xalamın üstünə olar da yəqin ki, şəxsiyyət vəsiqəsinin kopyasın versəm? Qurban: Olar, olar. Vəfa:Yaşı çoxdu. Qurban: O, bizə bircə günlük lazım olacaq, mən sənə deyəcəm, həmin vaxt götürəcəksən, yarım saatlığa girəcəksən ora çıxacaq, keçirdəcik sənin adına, yarım saat çəkmiyəcək, ondan sonra həmin adama ehtiyacımız yoxdu, lap kənar adam olsun, bizə yarım saatlıq lazımdı, bir dənə zəng eliyirsən ki, gələ bilərsən notariusa, şəxsiyyətini götür gəl, götürəcəysən oturdacaqsan maşına beş dəyqəyə gətirəciyik o Mərdəkanda notarius varee, orda alğı-satqı eliyəciyik. Şahid1: Hansı sənədlər alınacaq? Qurban:Sərəncamı veriləcək, yerin layihəsi veriləcək, mən şeyin nömrəsin verirəm, vaxt təyin eləsinlər. Samid:Konumu var bizdə. Qurban: Bir konumnan əmələ gəlmir də orda yerin üstündə xanımın özünə də ehtiyac var, memarnan danışar ev hansı formada olacaq, necə olacaq, layihəsin zadın çəkəcək. İki günə, üç günə həll eliyərik. Gələn həftənin beşinci günü yox o biri həftənin beşinci günü alğı-satqıdayıq. Ayrı nə sualınız var verin. Qaranlıq qalmasın aramızda heç nə. Vəfa:Yəni gəlib problem yaratmıyacaqlar da, əsas ona görə şey eliyirəm ki, icradı nə bilim nədi. Qurban. Ürəyini buz kimi saxla, narahat olma. Sən qarışma bu məsələyə, sən qadınsan orda neyniyəcəksən, özümüz hamısını yoluna qoyacıq. Zaboruna kimi çəkib, darvazasın qoyacayıq, daha bu yer sizin yer olsun da. Vəfa: Yer özümüzündü. Qurban: Mən bi dənə ondan qorxuram ki, sabahı gün biri çıxıb deməsin ki, bura mənimdi. 4-cü dəqiqənin sonlarından 4:40-a qədər əhəmiyyətsiz danışıqlar aparılır, sonuncu saniyədən aşağıdakı məzmunda danışıqlar davam etirilir. Qurban:Gələcək adam xalandı da? Vəfa:Hə. Qurban:Gələcək yarım saat orda olub gedəcək. Samid:Burda əmlak verəcək sənədi? Qurban: Sərəncam olacaq, rayon icra hakimiyyətinin sərəncamı, cizgisi, filanı, yəni hər şey. Aparıb paketi qoyacam icranın qabağına.(04:50). Samid: Vsyo. Vəfa: Bir də nə deyəcəydim, pulun yarısını demişdiz, 12 min demişdiz pul hamısını, 5 mini indi versəm, 2 mini 2-3 günə versəm, qalanını da iş qutarandan sonra versəm olar? Qurban: Hə, olar. Vəfa: 5 mini indi versəm olar da? Qurban: Hə olar, amma o 2 mini iki-üç günə ver də Vəfa:Yaxşı.

40. Hökmün 39-cu bəndində qeyd edilmiş videogörüntünün 05:50-ci saniyəsində Vəfanın səsindən onun pul sayması hiss olunur, 06:05-ci saniyədə Vəfa Qurbana iki min manatı verdiyini deyir, Qurban da həmin pulu götürüb saymağa başlayır, eyni zamanda Vəfa da qalan pulu saymağa davam edir. Videogörüntüdən Qurbanın saydığı pul vəsaitlərinin 100 manatlıq əskinaslar olması müəyyən edilir. 06:20-ci saniyədə Vəfa daha 1000 manat pulu sayması üçün Qurbana verir, sonuncu həmin pul vəsaitini sayıb 1000 manat, cəmi 3000 manat olmasına əmin olur. 06:33-cü saniyədə Vəfa Qurbana daha 1000 manat verir, Qurban həmin pulu sayıb sonuncu verilən məbləğin 1000, cəmi 4000 olmasına əmin olur. 06:44-cü saniyədə Vəfa Qurbana daha 1000 manat verir, Qurban həmin pulu sayıb sonuncu verilən məbləğin 1000, cəmi 5000 olmasına əmin olur. Beləliklə, görüntünün 05:50-ci saniyəsindən 07:00-saniyəsinə qədər Vəfanın 5.000 manat pulu sayıb hissə-hissə Qurbana verməsi, sonuncunun da həmin vəsaiti sayıb qəbul etməsi müəyyən edilir. Daha sonra Qurbanın öz mobil telefon nömrəsi olan ***-***-**-** mobil telefon nömrəsini Vəfaya verməsi görünür. Daha sonra Qurban Vəfaya adını heç bir yerdə hallandırmaması barədə xəbərdarlıq edir. Bundan sonra Qurban Vəfa ilə Samidi yola salır (Cild 2, i.v. 29-32).

41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş 15 aprel 2022-ci il tarixli 3189 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, habelə xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək, sonuncu dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin PHŞ-nin gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur (Cild 2, i.v. 36-37).

42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞdən daxil olmuş 21 aprel 2022-ci il tarixli xx/xx-5851 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur (Cild 2, i.v. 44-45).

43. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, sonuncunun özü tərəfindən Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxsla aralarında baş tutmuş görüş zamanı qeydə alınmış səs yazısı olan 1 (bir) ədəd “CD” diskə baxış keçirilməsi haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilən diskdə 1(bir) ədəd səs faylı vardır. Səs faylı 15 dəqiqə 13 saniyədən ibarət olub baxış zamanı 02:40-cı saniyəyə qədər əhəmiyyət kəsb edən xüsusat müəyyən edilməmişdir. Daha sonra aşağıdakı məzmunda danışıqlar aparılması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs (bundan sonra Q.M): Salam Şahid1 (bundan sonra S.A): Salam Zərərçəkmiş şəxs2 (bundan sonra V.H): Salam S.A: Bir sakit yer yoxdur oturaq orda? Q.M: Heç nə olmaz, gəlin ofisə sakit söhbət edək. Burda sizdə nə məsələdi? Sabah gələrsiz ofisə nə məsləhətdi eləyərik. V.H: Yox, prosta bilmək istəyirdik ki, nədir nə deyil. S.A: Yer var 6 sot yarım. V.H: Hə, 6 sotdan çox olar biraz. Əvvəl bağ olubda, ağaclarım zadım quruyub hamısı, ağaclar var idi, hamısı quruyub. Q.M: Ay sağol, neçə sotdu orda? V.H: 6 sotdan çox olar. Q.M: Hansı rayondu? V.H: Binə Q.M: Xəzər S.A: Türmənin yanı V.H: İstəyirəm ki, oranı indi bağlayım, arxayın bilim ki, mənimdir heç kim şey eləməsin, evdəkilərə görə həm də. Q.M: Binədə hansı istiqamətə düşür? Bir dənə zəhmət olmasa onu təxmin elə. S.A: Türmənin dalı. Q.M: Türmənin arxasına düşür də? V.H: Hə, priyezdən içəri girirsən, ordadı. Q.M: “SOCAR”-ın zadın yerinə zada düşmür neftin zadın yerinə? V.H: Yox, yox, yaşayış yeridi ora. Hamı bilir, qonum-qonşu zad hamısı bilir ki, ora mənimdir. Prosta ki əhatəyə alıb bilmək istəyirəm ki, sənədim var əlimdə, evdən anam-atam da deyir ki, hanı sənəd, bir göstər görüm nəyin var? Q.M: Onda belə edək, biz oranın… Siz oranı nə eləmək istəyirsiniz, indi bax eləbil sənədləri hazırlanıb, sərəncamıdı, yerin layihəsidi, orda nə tikəcəksiz gələcəkdə? V.H: Hə, əsas indi sərəncamdı, başqa nə almaq olar oraki? əhatəyə alacam da, hasar çəkirəm. Q.M: Bildim də yəni əlinizdə sənəd olsun ki, siz göstərəsiniz ki, biz burda zaboru çəkəndən sonra evimizi də tikəcəyik, yəni bizim əlimizdə sənədimiz var da, belə başa düşdüm. V.H: Hə də. Q.M: Onda belə bir dənə iş eləyək, ora ilkin elə bilki, bax prosesləri danışım da hamısın bir-bir. Bax burda olacaq birinci, Bakı Şəhər İcra Hakimiyyətindən ora icazə verilməsi barədə, yəni sizin ev tikməyiniz, bu kimin adına olacaq, elə bil ki, biraz yaşlı adam olmalıdır. Çünki bəzi sənədlər var onu biz həll edəcəyik. Neçə ildir sizdədir ora? V.H: 10 ilə yaxındır məndədi, 10 ildən çoxdu bəlkə də. Q.M: Ay sağol 10 il var, yaşlı bir adamın adına eləmək lazımdır. V.H: Mənim öz adıma eləmək olmaz ki? 32 yaşım var mən də uşaq deyiləm ki. Q.M: Ananızın adına olmaz eləyək? V.H: Anamın adına eləyəcəm qardaşım çökəcək üstünə. Q.M: Yox, elə eləmirik, sənəd hazır olan kimi, dərhal mamanı da götürürsən zəng eləyirik sənə, mamanı da götürürsən gedirsiz notariusa, keçirdir mama sənin adına, o həmin yerdə elə, sənəd birinci hazır olanda mən sizə deyəcəm hazırdı, indi eləbil danışığımızdan əgər söhbətimiz alınsa sonra gedəcəyik eləbil sənədlərimizi şey eləməyə, sənədləri mamanın adından birbaşa sənin adına keçirəcəyik, qalanın özün bilərsən. V.H: Mamanı zadı qatmamaq olmaz ki, bəyəm? Q.M: Mümkün deyil. V.H: Niyə? Q.M: Yaşına görə də, yaş məsələsi var, elə olmalıdır ki, kimliyindən asılı olmayaraq kim olur olsun yaşlı adam lazımdır, həm o torpağın neçə ildi sizdə olmağı ilə əlaqədar o sənəddə göstərilməlidir, bildin nətər, orda yazacaqlar ki, 10 il, 15 ildir bu torpaq səndədir, sizin heç olmasa yaşınız olmalı imiş ki, 25-30 yaşından 15 ildir torpaq səndədir, 40 yaş 45 yaş olmalıdır ona görə də bir yaşlı insan lazımdır bizə, sizin yaxınınız. Yəni proses belədir. S.A: Ora nə sənəd lazımdır? Q.M: Sərəncamına qədər hamısı, hamısı elə bil ki, o vaxtdan verilib.(arxa tarixə saxta sənəd alınacağını bildirir) Onu da gedəcəyik notariusdan kimin adına idi, srazı keçiririk sənin adına. V.H: Sərəncamdan sonra nə almaq olur? Q.M: Sərəncamdı, layihədi, elə bil ki, çertyojdu çəkəssiz, siz nə tikəssiz orda gətirərsiz eləbil şeyə, gələrsiz lahiyə idarəsinə gətirərsən mənim o lahiyə idarəmə “Bakı torpağa”, gətirərsən orda nə istəyirsən cızma qara edərik, bir mərtəbə olacaq da? V.H: Hə, həyət evi. Q.M: Hə də yəni orda, memarın yanında, nə deyəssiz memar onu çəkəcək, gələcək sabah da yerin üstünə, elə bil yerin üstündə bütün hamısın cizgilərin zadın, hamısın götürəcək, siz nə istəyirsiz o, cızma qara elədi, siz təxmini başa düşdünüz, olmadı gələrsiniz ofisə, baxarsız, yəni ondan qırağa çıxsanız, belə deyək də, təsdiqlənmiş çertyojdu artıq, onda gəlib sizdə priçina tuta biləcəklər artıq, onun özəlləşməyidi odu, budu. Bildin nə deyirəmsə? Yəni bu problemlər yarancaq. Nə varsa lahiyədə o olmalıdır, indi 3 otaq deyərsiz, 3 otaq çəkdirərsiz, istəyərsiz 2 mərtəbə şey eləyərsiz, yəni onun fərqi varda qiymətlə əlaqədar, tikinti barəsində. V.H: Qiymət nə olacaq? Q.M: Yəni bir mərtəbəli ev olacaqsa, 3-4 otaqlı... V.H: Yox, əsas indi mənə sərəncam lazımdır, nə deyirlər ona, sənəd olsun ki, ora mənimdir. Q.M: Bildime, ora siz belə deyək da, ora sizin olmağı indi onsuzda... V.H: Hə də, sənəd olsun mənimdi yəni, ağzımı açanda deyim ki, bura mənimdir. Heç kim çökə bilməsin ora. Bilmək olmur kim kimin adına götürür ordan. Q.M: Düzdü. V.H: Nə qədər məsələn? Q.M: Açığı biz belə deyək, neçə sotdu sizdə? V.H: 6 sotdan biraz çoxdur. Təxminən neçəyə olar heç olmasa təkcə sərəncamı? Q.M: Olursa birdəfəlik hamısı olsun da, yoxsa sənədin biri olsun, biri olmasın, səhəri gün deyəcəklər o biri sənədin hardadır. V.H: Yaxşı, hamısı olsun. Q.M: Hamısı olmalıdır ki, bir dəfəlik sizin bütün sənədləriniz qaydasında olsun. V.H: Neçəyə olar təxmini? Ki biz də işimizi bilək. Q.M: Təxmini açığı, valla orda yenə də deyirəm, sənədlə əlaqədar sotu 2000-ə qədər ən azı xərciniz çıxacaq. V.H: Sotu 2000-dən? Q.M: Hə S.A: 6 sot nə qədər edir? 12000 Q.M: Çünki o elədir ki, elə vəziyyət yaranıb ki, məni düzgün başa düşün, icra hakimiyyətləri gəlirlər baxırlar bu yerin qiyməti 5-10 min manat deyil?, o qiymətə uyğun qiymət deyirlər. S.A: İndi haçan deyirsiz? Q.M: Nə vaxt məsləhətdir, indi özünüz bilin, məsləhətləşin. V.H: Heç olmasa yarı-yarı eləmək olar? Əvvəlcədən yarısını verək, yarısını da sonradan verək. Q.M: Yəni sənəd ola bilər bir həftəyə, ən geci 10 günə, iş prosesindən asılıdır, biz işi uzadan adamlar deyilik. Bildin necə? Bizdə təmiz budu bu vaxta hazırdı, gəlin götürün. Siz nə vaxt verə bilərsiniz? V.H: Yarısını indi verim, yarısını da iş qutarandan sonra. Q.M: 10 gündən sonra verə biləssiz? Mən sizə zəng elədim ki, gedirik notariusa, onda qalanını verə biləcəksiz? V.H: Hə. Q.M: Xeyirli olsun, vsyo, vəssalam. V.H: Səhər onda gələk görüşək, birdə dəqiqliyi ilə. Q.M: Saat elə 11-də gəlin ofisə. V.H: Sənəd nə lazımdır? Q.M: Şəxsiyyət vəsiqəsi. Mən söz danışıram sizlə, 10 gün sonra deyəndəki gedirik notairusa onda sizin əlinizdə paket hazır olmalıdır. S.A: Oldu V.H: Çox sağ olun, sağ olun (Cild 2, i.v. 60-64).

44. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 28 may 2022-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə təsdiq etmiş, Təqsirləndirilən şəxs isə V.Həşimzadənin üzünə qarşı deyilənləri təsdiq edərək göstərmişdir ki, Vəfanı Samid adlı şəxs vasitəsilə 2022-ci ilin fevral ayında tanımış, onunla aralarında qohumluq, düşmənçilik və ya ədavət olmamışdır. Vəfanın göstərdikləri doğrudur. 2019-cu ilin fevral ayının ortalarından Samid adlı şəxsin iştirakı ilə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında, küçədə Vəfa ilə görüşmüş, sonuncu ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində özünə məxsus evin qarşısında yerləşən 0,06 hektar torpaq sahəsinin sənədləşdirilməsi üçün müraciət etmiş, o da həmin torpaq sahəsinin bir sotunun 2000 manatdan olmaqla, cəmi 12000 manat müqabilində sənədləşdirilməsini söz vermiş, pulun ən azı yarısını iş görülməzdən əvvəl, qalan yarısını isə sənəd hazırlandıqdan sonra veriləcəyini bildirmişdir. Bundan başqa, 18 fevral 2022-ci il tarixdə rəhbərlik etdiyi ictimai birliyə məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən ofisdə Vəfadan Samidin iştirakı ilə 5000 manat məbləğində pul vəsaitini də götürmüşdür. Lakin həmin pul vəsaitini Bakı şəhər, habelə Xəzər rayon icra hakimiyyətlərinin vəzifəli şəxslərinə, habelə sənədləşmə ilə bağlı digər orqanların vəzifəli şəxslərinə verəcəyini demiş, əslində məqsədi rəsmi qaydada Xəzər rayon icra hakimiyyətinə müraciət edib, imtina cavabı aldıqdan sonra mülki qaydada məhkəməyə müraciət edib həmin torpağı məhkəmə qaydasında Vəfanın adına sənədləşdirmək olmuşdur (Cild 2, i.v. 80-83).

45. “X11 Kömək” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs şəxsində etibarnamə ilə səlahiyyətləndirilmiş Şahid2 tərəfindən imzalanmaqla Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 16 may 2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, həmin ərizədə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamına istinad edilməklə qeyd edilən sərəncam əsasında müvafiq icarə müqaviləsinin bağlanılması xahiş olunmuşdur (Cild 2, i.v. 110).

46. 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsi ünvanında 600 m² torpaq sahəsinin “X11 Kömək” İctimai Birliyinin icarəyə verilməsi barədə 20 may 2021-ci il tarixli 376 nömrəli müqavilədən irəli gələn icarə hüququ Daşınmaz əmlakın dövlət reyestrində 1027 nömrəli reyestr kitabının 102183 nömrəli vərəqində 29 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır (Cild 2, i.v.118).

47. "xxxx" MMC-dən daxil olmuş 14 iyun 2022-ci il tarixli, 10482 nömrəli məktuba əlavə edilmiş 1(bir) ədəd diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi arasında 17 fevral 2022-ci il tarixdə, saat 15:44-dən 19:58-ə qədər olan müddətdə 6 dəfə telefon danışığının aparılması müəyyən edildi. Bundan başqa həmin mobil telefon nömrələr arasında 18 fevral 2022-ci il tarixdə, saat 11:13-dən 12:33-ə qədər 5 dəfə telefon danışığı aparılması müəyyən edilmişdir ki, qeyd edilən danışıqlar aparılan müddətdə hər iki mobil telefon nömrənin istifadə edildiyi mobil telefonların Sabunçu rayonu, ünvan 12 ünvanında quraşdırılmış baza stansiyasının əhatə dairəsində olmaları müəyyən edildi (Cild 2, i.v. 154- 156).

48. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 iyun 2022-ci il tarixli tələbnamədən və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti hesab edilmiş, həmin cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Habelə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmiş, 11 oktyabr 2018-ci il tarixdə təyin edilmiş cərimə cəzasını tam ödəmiş, qeyd edilənlərlə bağlı hər iki məhkəmə hökmü üzrə məhkumluqları ödənilmişdir (Cild 1, i.v. 86-104; 179-205; Cild 2, i.v. 163-166).

49. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 11 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir (Cild 6).

50. Təqsirləndirilən şəxs bacısı X6 16 iyun 2022-ci il tarixli ərizəsindən, 16 iyun 2022-ci il tarixli ödəniş tapşırığından və “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Z.M.Məmmədova tərəfindən qardaşı Q.M.X37-zadədən aldığı 5.000 (beş min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və həmin pul vəsaitinin cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi kimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır (Cild 2, i.v. 171-178).

51. Bakı şəhəri, Nizami rayon məhkəməsindən daxil olan 16 iyun 2022-ci il tarixli 1(007)-258/2022 nömrəli məktuba əlavə edilmiş 21 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 2, i.v. 209-210).

52. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır(Cild 2, i.v. 231-234).

53. Ədliyyə Nazirliyindən daxil olmuş 17 iyun 2022-ci il tarixli, 05/1571/4-11 nömrəli məktuba əlavə edilmiş “X11 Kömək” İctimai Birliyinin nizamnaməsi və digər sənədlərdən görünür ki, həmin Birlik 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “X11 Kömək” İctimai Birliyi üzvlərinin ümumi yığıncağının 14 sentyabr 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üç il müddətinə, habelə həmin ümumi yığıncağın 28 sentyabr 2019-cu il tarixli qərarı ilə növbəti üç il müddətinə həmin Birliyin sədri vəzifəsinə təyin edilmişdir. Bundan başqa Birliyin 25 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, Təqsirləndirilən şəxs həmin Birliyin sədri kimi idarə heyətinə rəhbərlik etmək, Birliyi təmsil etmək, onun adından müqavilələr bağlamaq, etibarnamələr vermək, Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil etmək kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmişdir (Cild 3, i.v. 1-23).

54. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X26 qeydiyyatı idarəsindən daxil olmuş 20 iyun 2022-ci il tarixli **********230400 nömrəli məktuba əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnaməsi və digər sənədlərdən görünür ki, həmin MMC 12 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X26 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, həmin tarixdə Təqsirləndirilən şəxs qeyd edilən MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (Cild 3, i.v. 30-38).

55. “Kompleks sənədlərin məhkəmə-texniki və məhkəmə-xətşünaslıq ekspertizasının” 17 iyun 2022-ci il tarixli, 4/906, 5/687 nömrəli rəyinin məhkəmə-xətşünaslıq ekspertizasına dair nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” 646 nömrəli 20 iyul 2000-ci il tarixli Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamının kserosurətində möhür üzərindəki imza - X13 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəyin sənədlərin texniki ekspertizası üzrə nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamın surətindəki möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamın surətindəki möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Sənədlərlə və vətəndaşlarının müraciətləri ilə iş şöbəsinin möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” 20 iyul 2000-ci il tarixli 646 nömrəli sərəncamın surətində olan möhür əksinin üzərindəki imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş “Əlillərin maddirifahının yaxşılaşdırılması haqqında” xx.xx.2000-ci il tarixli 646 nömrəli sərəncamın surətində olan “R.Allahverdiyev” sözü və qarşısındakı imza ekspertizaya təqdim edilən eyni tarixli və nömrəli “Pavilyon quraşdırılmasına icazə verilməsi haqqında” sərəncamdakı “R.Allahverdiyev” sözü və qarşısındakı imza ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyərinin 112 (bir yüz on iki) manat olması müəyyən edilmişdir(Cild 3, i.v. 42-47).

56. Təqsirləndirilən şəxs tərəfindən, sədri olduğu İctimai Birliyin üzvü Şahid2 vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və əsasında ƏMDX ilə həmin Birlik arasında 20 may 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının surətindən görünür ki, sərəncamın məzmununda “Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, A-134 №-li məktubu və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının xx.xx.2000-ci il tarixli 14 №-li məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 671 m² torpaq sahəsi Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs icarəyə verilsin” sözləri, 2 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Pavilyon Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmışdır” sözləri qeyd edilmiş, sərəncamın imza hissəsində kiril əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialı, inisialın qarşısına isə sonuncunun imza əksi daxil edilmişdir. Bundan başqa qeyd edilən sərəncamın surətindən görünür ki, həmin surət Bakı Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dairəvi möhürü, habelə müvafiq surətin doğruluğunu təsdiq edən vəzifəli şəxsin imzası ilə təsdiq edilmiş, bir qədər kənarda çap üsulu ilə sənədə “Əsli ilə düzdür:” yazısı daxil edilmişdir (Cild 3, i.v. 48).

57. Bakı Şəhər İcra Hakimiyyətindən daxil olan, 7-2881/17 nömrəli, 14 iyun 2022-ci il tarixli məktuba əlavə edilmiş BŞİHB-nin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, sərəncamın məzmununda 1 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Nizami Rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2000-ci il tarixli, A-134 nömrəli və Gürcüstan Respublikası Daimi Nümayəndəliyinin 14 aprel 2000-ci il tarixli 14 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, 2571-ci məhəllədə yüngül dəmir konstruksiyalı pavilyon quraşdırılması üçün 30 m² torpaq sahəsi Qarabağ müharibəsi əlili Məcid Abbasova icarəyə verilsin sözləri, 2 rəqəminin qarşısında kiril əlifbasının hərfləri ilə “Pavilyon Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmışdır” sözləri qeyd edilmiş, sərəncamın imza hissəsində kiril əlifbasının hərfləri ilə “R.Allahverdiyev” inisialı, inisialın qarşısına isə sonuncunun imza əksi daxil edilmişdir (Cild 3, i.v. 50).

58. “Ambulator məhkəmə-psixiatriya ekspertizasına dair” 18 iyun 2022-ci il tarixli, 1591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu” F 07.0 müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməlləri törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan edildiyi halda o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir (Cild 3, i.v. 62-66).

59. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 147 saylı Mənzil kommunal istismar sahəsindən daxil olan 20 iyun 2022-ci il tarixli, 489 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır (Cild 3, i.v. 68).

60. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 147 saylı Mənzil kommunal istismar sahəsindən daxil olan 20 iyun 2022-ci il tarixli, 020 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (Cild 3, i.v. 69).

61. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata və Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gülçin Məmmədova ilə birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü Zəhra Məmmədova, xx.xx.2003-cü il təvəllüdlü Məhəmməd Məmmədov və xx.xx.2006-cı il təvəllüdlü Gülçin Məmmədova adlı biri yetkinlik yaşına çatmayan olmaqla üç uşağı vardır (Cild 3, i.v. 72-75; Cild 6).

62. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs 671 m² torpaq sahəsinin icarə qaydasında verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının təsdiq edilmiş surəti, Zərərçəkmiş şəxs2 tərəfindən qeydə alınmaqla istintaqa təqdim edilmiş səs yazıları olan 1 (bir) ədəd disk, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş, 11 mart 2022-ci il tarixli məktuba əlavə edilmiş, həmin idarənin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş videogörütülər olan 1 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 14 iyun 2022-ci il tarixli 10482 nömrəli məktuba əlavə edilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır (Cild 3, i.v. 85-121).

63. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” və “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında” 21 iyun 2022-ci il tarixli qərarlarla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş şəxs, həmin Xidmətin Hüquq şöbəsinin Məhkəmələrlə işin təşkili sektorunda məsləhətçi vəzifəsində işləyən Nümayəndə isə zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində tanınmışdır (Cild 3, i.v. 150-160).

64. Bakı şəhər 16 saylı Notariat ofisindən daxil olmuş 23 iyun 2022-ci il tarixli 565 nömrəli məktuba əlavə edilmiş 10 noyabr 2020-ci il tarixli 7E-9121 reyestr nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Şahid2 özünün bütün əmlakını idarə etməyi, əmlakı üzərində sərəncam verməyi, əqdlər bağlamağı, bütün dövlət orqanlarına adından müraciət etməyi və s. səlahiyyətləri, eləcə də ona verilən hüquqları başqa şəxsə etibar etməni də nəzərdə tutan etibarnamə vermişdir (Cild 3, i.v. 172).

65. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq H.F.Mahmudov tərəfindən 28 iyun 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 iyun 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 3, i.v.181-219).

66. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir(Cild 4).

67. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X24 6 sentyabr 2022-ci il tarixə Sabunçu RPİ-nə müraciət edərək "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 torpaq sahəsinin sənədləşdirilməsi üçün müqavilə bağladığını, bu məqsədlə 5000 manat pul aldığını, lakin Təqsirləndirilən şəxs tutulduğundan həmin işin alınmadığını və pul qaytarmaq istəməsinə baxmayaraq, Vəfa və Samid adlı şəxslərin imtina etdiklərini bildirmişdir(Cild 4; Cild 5).

68. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və bu barədə Təqsirləndirilən şəxs iltizam alınmışdır (Cild 6).

69. Müdafiə tərəfindən təqdim edilmiş 18 fevral 2022-ci il tarixli müqavilədə göstərilmişdir ki, “Sifarişçi” qismində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla “İcraçı” adlandırılmış X24 arasında sonuncu tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında yerləşən 600 kv.m torpaq sahəsinin sərəncamının vətəndaşdan alınmasına, “Sifarişçi” Təqsirləndirilən şəxs isə A.K.Nağıyevaya müqavilənin şərtlərinə görə həmin torpaq sahəsinin sərəncamının dəyəri kimi 12000 manat təşkil edən pul məbləğinin ümumi dəyərindən ilkin ödəniş kimi 5000 manat, qalıq kimi 7000 manat məbləğində haqqı ödəməyi öhdəsinə götürmüşdür(Cild 6).

70. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmaqla bu barədə məlumat və hüquq və vəzifələrinin izah edilməsinə dair bildiriş Zərərçəkmiş şəxs2 qeydiyyatda olan ünvanına göndərilmişdir(Cild 6).

71. “X11 Kömək” İctimai Birliyinin sədri Rəşad Qasımov tərəfindən 19 yanvar 2024-cü il tarixdə verilmiş xasiyyətnamədən göstərilmişdir ki, VMƏKİB-nin sədri vəzifəsini 2019- 2022-ci illərdə 2-ci qrup Qarabağ qazisi, Təqsirləndirilən şəxs icra etmişdir. Fəaliyyəti dövründə xüsusi fəallığı ilə seçilən Təqsirləndirilən şəxs birliyin fəaliyyətini təmin etməkdə ciddi səylər göstərmiş, ölkəmizdə şəhid ailələri və qazilər istiqamətində dövlət siyasətinə vətəndaş cəmiyyəti rəhbəri olaraq dəstək göstərmişdir. Bundan əlavə 44 günlük Vətən Müharibəsi dövründə arxa cəbhədə fəallıq nümayiş etdirən Təqsirləndirilən şəxs post müharibə dövründə də şəhid ailələri və Vətən müharibəsi əlillərinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərmişdir(Cild 6).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

72. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

73. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

74. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

75. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

76. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

78. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

79. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

80. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə görə CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

81. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

82. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29, 178.2.3 və 29,178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə törətdiyi əməllər düzgün tövsif edilmiş, həmin əməllər (Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsi və ona cəhd edilməsi ilə bağlı) qəsdən törədilmiş, 5000 (beş min) manat pul vəsaitinin ələ keçirilməsinə münasibətdə başa çatmış, 12000 (on iki min) manat pul vəsaitinə münasibətində isə cinayət etməyə cəhd mərhələsində başa çatmayan cinayət olmaqla, hər ikisi təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir.

83. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (qərarın 23-cü bəndi). CM-in 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-in eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-in müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir (qərarın 32-ci bəndi). Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir (qərarın 33-cü bəndi). Qeyd edilən qərarın 36-cı bəndinin 3, 4 və 10-cu abzaslarında göstərilmişdir ki, izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (qərarın 39-cu bəndi).

84. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.2.3, 29,178.2.3 və 29,178.2.4cü maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

85. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə CM-in 308.1, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamlarla bağlı qeyd edir ki, CM-in 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

86. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsi Plenumun 19 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Eyni zamanda, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

87. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi və əməllə nəticə arasında səbəbli əlaqənin olması kimi zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir.Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd).Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.

88. Cinayət qanunvericiliyində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur.

89. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun qərarında göstərilmişdir ki, CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

90. Həmin qərarda göstərilmişdir ki, göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma hərəkətləri vasitəsilə törədilə bilər. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Həmin cinayətin törədə biləcəyi nəticə isə şərh olunan cinayət tərkibindən kənarda qalır.Subyektiv cəhətdən cinayət birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

91. CM-in 320.1 və 320.2-ci maddələri ilə bağlı ittihamla bağlı məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə verilmiş ittihamın CM-in 320.1-ci maddəsi ilə tam əhatə olunduğu qənaətinə gəldiyini bildirərək ona verilmiş ittihamdan CM-in 320.1-ci maddəsi ilə olan rəqəm ifadəsinin xaric edilməklə əməlinin CM-in 320.2-ci maddəsi ilə tövsif edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

92. Eyni zamanda, CM-in 32.4,312.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

93. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir

94. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi – CM-in 32.4,312.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla).

95. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 308.1, 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə onun törətdiyi əməllərin məzmunu düzgün tövsif edilsə də, həmin əməllərin cinayət qanunvericiliyində ifadə olunan rəqəm ifadəsi düzgün göstərilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri həmin hissədə CM-in 308.1 və 320.1-ci maddələri ilə tövsif edilməli, həmin əməllər (müvafiq sahədə dövlət siyasətini həyata keçirən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması) qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-in 308.1-ci maddəsi ilə olan cinayət əməli az ağır, CM-in 320.1-ci maddəsi ilə olan cinayət əməli isə böyük ictimai təhlükə törətməyə cinayətlər kateqoriyasına aid edilir.

96. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

97. Başqa sözlə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi, habelə saxta möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

98. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

99. Məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi, habelə saxta möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

100. CM-in 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

101. CM-in 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

102. CPM-in 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

103. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

104. CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

105. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun qərarlarının tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

106. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

107. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

108. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

109. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir.

110. Məhkəmə hökmün 109-cu bəndində qeyd edilmiş Ali Məhkəmənin Plenum qərarında məhkəmə iclasında dindirilməmiş şəxslərlə bağlı göstərilənlərlə əlaqədar qeyd edir ki, ittiham tərəfindən təqsirləndirilən şəxsin əleyhinə olan sübut növü kimi təqdim edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında dindirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 olduğu yerin müəyyənləşdirilərək məhkəmədə dindirilməsi mümkün olmamışdır. Bununla əlaqədar Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, habelə onun iştirakı ilə həyata keçirilmiş digər istintaq və prosessual hərəkətlərin protokolları məhkəmə iclasında cinayət prosesi tərəflərinin fəal iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri qanunvericiliyin tələblərinə müvafiq qaydada sənədləşdirildiyindən, habelə sonuncunun həmin ifadəsində göstərdiklərinin Təqsirləndirilən şəxsla ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkətinin gedişində də bir daha təsdiq edərək sonuncunun üzünə qarşı bildirməsi, habelə Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 göstərdiklərini təsdiq etməsi, bundan əlavə, sonuncunun ifadəsində və üzləşdirmə istintaq hərəkəti zamanı göstərdiklərinin mötəbərliyi şübhə altına bilinməyən digər sübut növləri ilə (bax hökmün 23, 39-40, 43 və 44-cü bəndləri) də öz təsdiqini tapdığından Zərərçəkmiş şəxs2 həmin ifadə və üzləşdirmə protokolunda göstərdikləri ittiham hökmü çıxarılması zamanı nəzərə alına bilən sübut növlərindən biri kimi qəbul edilməlidir.

111. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

112. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

113. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə ifadələrində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını (Zərərçəkmiş şəxs2) ələ keçirib dələduzluq etmədiyini, habelə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını (Zərərçəkmiş şəxs2) ələ keçirib dələduzluq etməyə cəhd etmədiyini, Zərərçəkmiş şəxs2 ilə şifahi razılaşmasına əsasən sonuncudan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı 5000 manat məbləğində ilkin ödəniş alaraq, 7000 manat məbləğində pul vəsaitinin isə sonradan veriləcəyinə dair razılıq əldə etdiyini, həmin pulu qeyd edilən işlə məşğul olmalı olan Aygün Nağıyevaya sonuncu ilə aralarında müqavilə bağlanmaqla verdiyini, Aygün Nağıyeva ilə aralarındakı müqaviləyə əsasən sonuncu Zərərçəkmiş şəxs2 müraciət etdiyi torpaq sahəsi ilə bağlı sənədlərin toplanılması ilə bağlı öhdəlik götürdüyünü, lakin sonradan həbs olunması ilə əlaqədar qeyd edilən torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs2 ilə aralarında olan razılığa görə götürdüyü öhdəliyini yerinə yetirə bilmədiyini, həmçinin Zərərçəkmiş şəxs2 sonradan KQMBİ ilə əməkdaşlıq edən şəxs olmasını öyrəndiyini, KQMBİ tərəfindən Zərərçəkmiş şəxs2 vasitəsi ilə onun barəsində cinayət təqibinə nail olunması üçün həmin pulun ona verilməsinə sonuncunun təhrik edildiyini, bundan başqa, “X11 Kömək” İctimai Birliyinin sədri kimi hər hansı qanunsuzluq etmədiyini, Bakı Şəhər İcra Bakimiyyəti başçısı Rafael Allahverdiyevin 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının arxiv məlumatlarının olması barədə aidiyyəti üzrə məlumat verdiyini, qeyd edilən ictimai birliklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 600 m² torpaq sahəsinin həmin Birliyə 20 may 2021-ci il tarixdən 20 may 2023-cü il tarixədək icarəyə verilməsi barədə 20 may 2021-ci il tarixli 376 nömrəli müqavilənin bağlanması ilə bağlı hər hansı təşəbbüsünün ümumiyyətlə olmadığını, müqavilə bağlanması ilə hər hansı razılıq ərizəsi vermədiyini, birliyin qazi və şəhid ailə üzvlərinin təşəbbüsü ilə həmin müqavilənin bağlandığını, bununla əlaqədar hər hansı maddi və sair marağının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

114. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 müraciət etdiyi torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin həll edilməsi üçün Aygün Nağıyeva ilə bu barədə müqavilə bağlamasını, ümumiyyətlə, Aygün Nağıyevaya həmin məsələnin həvalə edilməsinə dair ibtidai araşdırma zamanı hər hansı məlumat verməmiş, həmin halı sonuncunun qadın olmasına görə adının çəkilməsini istəməməsi ilə əlaqələndirmişdir. Halbuki, işin faktiki halları ilə həmin hal tam inkar edilir. Məhkəmə qeyd edilən məsələ ilə bağlı vurğulayır ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında audio və videoyazılarla aparılmış danışıqların məzmunundan, keçirilmiş üzləşmə istintaq hərəkətindən və digər toplanmış mötəbər sübutlarla həmin hal tam inkar edilir.

115. Eyni zamanda, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Aygün Nağıyevanın ifadəsinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadədə göstərilənlər məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından inkar edilir. Belə ki, Aygün Nağıyevanın ifadəsində göstərilənlərdə bağlı məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanına müraciət etməsi, sonradan məhkəmə iclasında təqdim etdiyi müqavilənin mövcud olmasına dair hər hansı şəxsə məlumat verməsi və sair hallara dair hər hansı sübut müəyyən edilməmişdir. Hökmün 67-ci bəndində göstərilmiş qərardan da göründüyü kimi A.Nağıyeva Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 torpaq məsələsi ilə bağlı müqavilə bağlaması barədə uzun müddət sonra hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, A.Nağıyeva həmin halla Təqsirləndirilən şəxs xeyrinə gələcəkdə sübut görüntüsü yaratmağa cəhd etmişdir.

116. Məhkəmə eyni zamanda, Məmmədtağı Məmmədovun və Şahid1 məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq, həmin ifadələrdə Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş xüsusatların iş materialları ilə hər hansı sübutla təsdiq edilmədiyini qeyd edir.

117. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə, eləcə də cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, dələduzluqla bağlı əmələ münasibətdə həmin ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasını (Xidmətin fəaliyyətinin şəffaf və obyektiv prosedurlar üzrə qanunvericiliyin tələbləri gözlənilməklə yerinə yetirilməsi ilə əlaqədar normal fəaliyyətinin pozulması ilə vətəndaşlar, o cümlədən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri arasında narazılıqların yaranmasına, məhkəmə çəkişmələrinə səbəb olmasına və sair) hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməllərini CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələri ilə tövsif edir və hesab edir ki, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.

118. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün (CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4 və 308.1-ci maddələrinə münasibətdə) əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

119. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

120. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

121. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

122. Məhkəmə CM-in 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə, habelə fəaliyyət göstərdiyi qeyri-kommersiya qurumu üzrə müsbət xarakterizə olunduğunu, fəal ictimai fəaliyyətlə məşğul olaraq cəmiyyətin həssas təbəqələrinə (şəhid, müharibə iştirakçısı və sair) yardım göstərilməsində iştirak etməsini, 52 yaşında olmaqla hərbi qulluqçu kimi xidmət etdiyi dövrdə aldığı travma ilə əlaqədar müxtəlif xəstəliklərdən əziyyət çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

123. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

124. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır.

125. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

126. Həmçinin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və CPM-in 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir.

127. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

128. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 2 ünvanını saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

129. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

130. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.3, 29,178.2.3 və 29,178.2.4-ci maddələri ilə azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməklə yanaşı, həmin maddələr ilə CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməli, CM-in 66.2 və 66.4cü maddələrinə əsasən onun təqsirli bilindiyi maddələr ilə təyin ediləcək əsas cəzalar qismən toplanmaqla və əlavə cəza toplanmış əsas cəzaya birləşdirilməklə ona cinayətlərin məcmusu qaydasında qəti olaraq dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

131. Belə ki, CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

132. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

133. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi CM-in 178.2.3, 29,178.2.3, 29,178.2.4 və 308.1-ci maddələri üzrə cinayət əməlinə görə ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

134. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

135. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

136. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs 671 m² torpaq sahəsinin icarə qaydasında verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının təsdiq edilmiş surəti, Zərərçəkmiş şəxs2 tərəfindən qeydə alınmaqla istintaqa təqdim edilmiş səs yazıları olan 1 (bir) ədəd disk, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş, 11 mart 2022-ci il tarixli məktuba əlavə edilmiş, həmin idarənin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş videogörüntülər olan 1(bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 14 iyun 2022-ci il tarixli, 10482 nömrəli məktuba əlavə edilmiş 1(bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır.

137. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən əməliyyat tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsindən götürülməsi nəzərə alınmaqla həmin pul vəsaiti təyinatı üzrə istifadə olunması üçün Baş Prokurorluğa aid hesab edilməklə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin hesabına köçürülməlidir.

138. Eyni zamanda, Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır.

139. Belə ki, CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

140. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

141. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 112 (bir yüz on iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

142. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddianın olmaması nəzərə alınmalıdır.

143. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

144. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

145. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1(bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 2 ünvanını saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs 671 m² torpaq sahəsinin icarə qaydasında verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2000-ci il tarixli, 646 nömrəli sərəncamının təsdiq edilmiş surəti, Zərərçəkmiş şəxs2 tərəfindən qeydə alınmaqla istintaqa təqdim edilmiş səs yazıları olan 1 (bir) ədəd disk, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş, 11 mart 2022-ci il tarixli məktuba əlavə edilmiş, həmin idarənin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş videogörüntülər olan 1(bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 14 iyun 2022-ci il tarixli, 10482 nömrəli məktuba əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən əməliyyat tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Madditexniki təminat şöbəsindən götürülməsi nəzərə alınmaqla həmin pul vəsaiti təyinatı üzrə istifadə olunması üçün Baş Prokurorluğa aid hesab edilməklə Baş Prokurorluğun Madditexniki təminat şöbəsinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 112 (bir yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar