Məhkəmə qərarları › İş №1(101)-740/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-740/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-740/2023 04.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında (Qaradağ RPİ-nin inzibati binası) qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdar təşkil etməyən psixotrop maddəni əldə etmiş saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə anası X10 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılığa əsasən Lalə Ələkbərova istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədilə qanunsuz olaraq on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,440 qram, 3,446 qram, 2,414 qram, 0,220 qram, 0,029 qram, 0,025 qram, 0,017 qram, 0,016 qram, 0,012 qram və 0,013 qram olmaqla, ümumilikdə təmiz çəkisi 9,632 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1/4 hissə həbdə təsir maddəsinin miqdarı 0,01 qram təşkil edən narkotik vasitə hesab edilən metadonu əldə edib saxlayaraq qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 5-ci Buxta küçəsi, dalan 2-nin qarşısına daşımış, orada naməlum vaxtda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram və 0,013 qram olmaqla, ümumilikdə təmiz çəkiləri 0,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar sövdələşməyə əsasən anası Lalə Ələkbərovanın bildirdiyi ünvanda satışını həyata keçirib pulunu əldə etmək üçün sonuncudan qəbul etmiş, bu barədə daxil olmuş məlumata əsasən Səbail RPİ-nin X2 əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 5-ci Buxta küçəsi, dalan 2-nin qarşısında Lalə Ələkbərova ilə birlikdə saxlanılıb Səbail RPİ-nin inzibati binasına dəvət edilmiş, həmin gün saat 18:10-dan etibarən Lalə Ələkbərovanın üzərində şəxsi axtarış keçirilərkən əlində olan açıq çəhrayı rəngli pul qabının içərisindən səkkiz ədəd bükümdə təmiz çəkisi 9,607 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristalşəkilli ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1/4 hissə həbdə təsir maddəsinin miqdarı 0,01 qram təşkil edən narkotik vasitə hesab edilən metadon, həmin gün saat 19:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,012 qram və 0,013 qram olmaqla, ümumilikdə təmiz çəkiləri 0,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində anası Lalə Ələkbərova ondan Elnur adlı şəxsdən 02 bükümdə narkotik vasitə götürüb ona çatdırmasını xahiş etmişdir. O, anasının çölə çıxaraq narkotik vasitə almasından utandığı üçün onun bu xahişini yerinə yetirmişdir. O, Elnur adlı şəxsdən içərisində hansı növ narkotik vasitə olmasını bilmədiyi 2 ədəd bükümü götürüb anasına aparmaq istəyən zaman Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Səbail RPİ-nin əməkadaşları olduğunu bildirib onun narkotik vasitələrin və psixtotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar. Daha sonra polis əməkdaşları anası Lalənin olduğu “İlkin” adlı şəxsə məxsus Bayıl qəsəbəsində yerləşən evə gedərək, anasını da həmin ünvandan tutaraq onları Səbail rayon Polis İdarəsinə aparmışlar. Orada onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o, özü əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülü və 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülüdə qəhvəyi rəngli heroini və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon götürülmüşdür. O, özü narkotik vasitə istifadəçisi olmamış, eyni zamanda anasının da üzərində ittihamda qeyd edildiyi kimi külli miqdarda narkotik vasitə olmamış, cüzi miqdarda narkotik vasitə olmuşdur. Anasının üzərinə idarədə baxış keçirilən zaman videoçəkiliş bir neçə dəfə saxlanılmış və o, anasına təzyiq göstərildiyini eşitmişdir. “Eli Brom” adlı şəxs onun dostu olmuş, “Elgün Elmlər”, “Ləzgi Elnur”, “Araz əmi” kimi qeyd edilən şəxslər isə anasının tanışları olmuşdur. O və anası hər ikisi “Redmi” markalı telefonu ortaq şəkildə istifadə etmiş, anası Lalə Ələkbərova bundan sonra ciyərlərinin xəstə olması səbəbindən rəhmətə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X17 XTB-nin 2-ci Taborunun 3-cü Bölüyündə polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, o, 09 sentyabr 2022-ci il tarixdə təhkim olunduğu Səbail rayon Polis İdarəsində xidməti iş yerimdə olduğu zaman Səbail RPİ-nin Təhqiqat Şöbəsinə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş “Lalə” adlı qadının üzərində şəxsi axtarış və götürmə aparılması zamanı iştirak etmək üçün dəvət edilmiş, həmin tarixdə saat 18:10 radələrindən etibarən Səbail RPİ-nin Təhqiqat Şöbəsində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilməklə, şübhəli şəxs qismində tutulan X6 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. X6 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, sonuncu əlində olmuş 01 ədəd açıq çəhrayı rəngli pul kisəsini təqdim etmiş, pul kisəsi açıldıqda, içərisində 02 (iki) ədəd şprist, 01 ədəd avtomobil lampası, 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş içərisində həb olan bükülü, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, kristal formalı ağ rəngli maddə, 01 ədəd qızılı kağıza bükülmüş içərisində toz halında olan ağ rəngli maddə, 01 ədəd kiçik ölçülü plastik qabda içərisində 04 ədəd göy rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik olan maddə aşkar olunmuşdur. Sonra o, Lalə Ələkbərovanın üzərinə şəxsi axtarış keçirmiş və bu zaman o, Lalə Ələkbərovanın əynində olmuş büstqalterin sol hissəsindən 02 ədəd istifadə olunmamış şpristi aşkar edərək götürmüşdür. Daha sonra təhqiqatçı tərəfindən bükümlər barədə sorğu-sual edilmiş Lalə Ələkbərova, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, onları şəxsi istifadəsi üçün qramım 30 manatdan Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanışı “Elgün” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. X6 üzərindən aşkar olunub götürülmüş kütlələrin olduğu bükümlər, şpristlər və avtomobil lampası təhqiqatçı tərəfindən Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənib götürülmüş, bundan sonra zərfin üzərində bütün iştirakçılarla birlikdə o da, imza etmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və o da, protokola imza etmişdir. Daha sonra o, digər işləri ilə əlaqədar olaraq təhqiqatçının otağından çıxıb getmişdir. O, hadisədən əvvəl X7 tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Üzərinə baxış zamanı Lalə Ələkbərovaya hər hansı fiziki, psixi təsir göstərilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs təxminən 9-10 ildir ki, tanıyır, Ağa özünü hamıya “Nicat” ləqəbli şəxs kimi təqdim etmişdir. O, Ağa ilə birlikdə təxminən 10-15 dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmiş, lazım olduqca, Ağa ilə əlaqə yaradıb Bakı şəhəri Yasamal rayonu ərazisində “Sovetski” adlanan ərazidə Ağa ilə birlikdə metamfetamin qəbul etmişdir. O, təxminən keçən ayın əvvəllərində Ağa ilə sonuncunun yaşadığı evin yaxınlığında görüşüb 10 manat müqabilində metamfetamin almış və birlikdə istifadə etmişlər. Sonra o, təxminən 3-4 dəfə metamfetamin qəbul etmiş və Ağanı arabir görmüş, lakin Ağadan bir dəfə metamfetamin almışdır. O, təxminən bir ildir, psixotrop maddə olan metamfetamindən istifadə etmiş, lakin şəkər xəstəsi olduğuna görə 2022-ci ilin oktyabr ayının axırlarından etibarən qəbul etməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatsız olsa da, sonuncunun anası X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olmuş, bu barədə Təqsirləndirilən şəxs özü ona bildirmiş, X8 məxsus olmuş mobil telefonunun “whatsapp” tətbiqində 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla ona məxsus ***-***-**-** saylı mobil nömrə arasında narkotik vasitələr barədə söhbətlərin aparıldığı mesajlar onunla Təqsirləndirilən şəxs arasında olmuş və həmin tarixdə o, Təqsirləndirilən şəxsla narkotik vasitələr barədə söhbət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 09 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin NMB-nə “Lalə” adlı qadının “Ağa” adlı övladı ilə birlikdə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında yaradılan əməliyyat qrupunun tərkibində o da iştirak etmişdir. 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində “Lalə” adlı qadın yanında şəxsiyyəti sonuncunun oğlu “Ağa” adı ilə məlum olan şəxslə birgə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində müəyyən edilərək müşahidə altına alınmış, saat 17:20 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq, təxirə salınmadan həmin tarixdə saat 17:45 radələrində Səbail RPİ-nin inzibati binasına aparılmışdır. Polis İdarəsində olarkən, “Lalə” adlı qadının 28 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olan X10 olduğu, “Ağa” adlı şəxsin isə xx xxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu “Nərimanov” heykəlinin yanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Əvvəlcə Səbail RPİnin Təhqiqat Şöbəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulan X6 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, X6 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əlində olmuş 01 ədəd açıq çəhrayı rəngli pul kisəsini təqdim etmişdir. Pul kisəsi açıldıqda, içərisində 02 (iki) ədəd şprist, 01 ədəd avtomobil lampası, 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş içərisində həb olan bükülü, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, kristal formalı ağ rəngli maddə, 01 ədəd qızılı kağıza bükülmüş içərisində toz halında olan ağ rəngli maddə, 01 ədəd kiçik ölçülü plastik qabda içərisində 04 ədəd göy rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik olan maddə aşkar olunmuşdur. X12 üzərinə polis nəfəri Şahid3 tərəfindən şəxsi axtarış keçirilmiş, bu zaman Lalə Ələkbərovanın əynində olmuş büstqalterin sol hissəsindən 02 ədəd istifadə olunmamış şprist aşkar edilərək götürülmüşdür. Daha sonra Lalə Ələkbərova bükümlər barədə sorğu-sual edilmiş və L.Ələkbərova həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, onları şəxsi istifadəsi üçün qramını 30 manatdan Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanışı “Elgün” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. X6 üzərindən aşkar olunub götürülmüş kütlələrin olduğu bükümlər, şpristlər və avtomobil lampası təhqiqatçı tərəfindən Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra o, zərfin üzərində bütün iştirakçılarla birlikdə imza etmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və o da, protokola imza etmişdir. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncu əynində olmuş göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd qara rəngli siqaret kağızına və 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülünü, həmçinin əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “Xiomi RedMi” markalı mobil telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olanlar barədə təhqiqatçı tərəfindən sorğu-sual edilmiş və Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə olduğunu, anası Lalə Ələkbərova tərəfindən ona verildiyini və həmin narkotik vasitəni Bayıl qəsəbəsi 5-ci Buxta küçəsində yerləşən “Oba” marketin yaxınlığında anasının tanışlarına verəcəyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılmış, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükümlər bir ədəd boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması davam etdirmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənəd aşkar edilməmişdir. Bundan sonra zərfin üzərində bütün iştirakçılar kimi o da, imza etmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və protokola bütün iştirakçılar kimi imza etmişdir. Sonda isə toplanılmış materiallar ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, X10 və Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X13 göndərilmişlər. O, hadisədən əvvəl X7 və ya Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslərlə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs anası X1 rəhmətə getmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Səbail RPİ-nin X3 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin NMB-nə “Lalə” adlı qadının “Ağa” adlı övladı ilə birlikdə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında yaradılan əməliyyat qrupunun tərkibində o da iştirak etmişdir. 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində “Lalə” adlı qadın yanında şəxsiyyəti sonuncunun oğlu “Ağa” adı ilə məlum olan şəxslə birgə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində müəyyən edilərək müşahidə altına alınmış, saat 17:20 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq, təxirə salınmadan həmin tarixdə saat 17:45 radələrində Səbail RPİ-nin inzibati binasına aparılmışdır. Polis İdarəsində olarkən, “Lalə” adlı qadının 28 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olan X10 olduğu, “Ağa” adlı şəxsin isə xx xxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu “Nərimanov” heykəlinin yanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Əvvəlcə Səbail RPİ-nin Təhqiqat Şöbəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulan X6 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, X6 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əlində olmuş 01 ədəd açıq çəhrayı rəngli pul kisəsini təqdim etmişdir. Pul kisəsi açıldıqda, içərisində 02 (iki) ədəd şprist, 01 ədəd avtomobil lampası, 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş içərisində həb olan bükülü, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, kristal formalı ağ rəngli maddə, 01 ədəd qızılı kağıza bükülmüş içərisində toz halında olan ağ rəngli maddə, 01 ədəd kiçik ölçülü plastik qabda içərisində 04 ədəd göy rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik olan maddə aşkar olunmuşdur. X12 üzərinə polis nəfəri Şahid3 tərəfindən şəxsi axtarış keçirilmiş, bu zaman Lalə Ələkbərovanın əynində olmuş büstqalterin sol hissəsindən 02 ədəd istifadə olunmamış şprist aşkar edilərək götürülmüşdür. Daha sonra Lalə Ələkbərova bükümlər barədə sorğu-sual edilmiş və L.Ələkbərova həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, onları şəxsi istifadəsi üçün qramını 30 manatdan Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanışı “Elgün” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. X6 üzərindən aşkar olunub götürülmüş kütlələrin olduğu bükümlər, şpristlər və avtomobil lampası təhqiqatçı tərəfindən Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra o, zərfin üzərində bütün iştirakçılarla birlikdə imza etmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və o da, protokola imza etmişdir. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncu əynində olmuş göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd qara rəngli siqaret kağızına və 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülünü, həmçinin əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “Xiomi RedMi” markalı mobil telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olanlar barədə təhqiqatçı tərəfindən sorğu-sual edilmiş və Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə olduğunu, anası Lalə Ələkbərova tərəfindən ona verildiyini və həmin narkotik vasitəni Bayıl qəsəbəsi 5-ci Buxta küçəsində yerləşən “Oba” marketin yaxınlığında anasının tanışlarına verəcəyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılmış, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükümlər bir ədəd boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması davam etdirmişlər, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənəd aşkar edilməmişdir. Bundan sonra zərfin üzərində bütün iştirakçılar kimi o da, imza etmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və protokola bütün iştirakçılar kimi imza etmişdir. Sonda isə toplanılmış materiallar ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, X10 və Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X13 göndərilmişlər. O, hadisədən əvvəl X7 və ya Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslərlə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 6/5046 saylı, 10 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 51” dairəvi möhür əksi olan “X6 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd boz rəngli qabda bir ədəd pul kisəsində və plastik qabda və boz rəngli qabda 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,440 qram, 3,446 qram, 2,414 qram, 0,220 qram, 0,029 qram, 0,025 qram, 0,017 qram və 0,016 qram, ümumi təmiz çəkisi 9,607 qram qəhvəyi rəngli maddə kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 1/4 hissə həbdə metadonun təsir maddəsinin miqdarı 0,01 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş iki ədəd şprisdə, bir ədəd lampada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş təmiz çəkisi 0,229 qram olan ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən maddələr aşkar edilməmişdir. (iş vərəqə: 66-70) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 6/5042 saylı, 10 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 51” dairəvi möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,012 qram, 0,013 qram ümumi təmiz çəkisi 0,025 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş X5 aşkar edilmiş 8 ədəd bükümdə ümumi təmiz çəkisi 9,607 qram olan iki ədəd bükümdə ümumi heroin təmiz çəkisi 0,025 qram heroin kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (iş vərəqə: 74-78) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmənarkoloji ekspertizanın 7552 saylı, 13 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 236-237) İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:10-dan 18:25-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş X11ma üzərində qeyri-qanuni əşya, predmet və ya sənədləri varsa, təqdim etməsi təklif olunmuş, Lalə Ələkbərova əlində olmuş 01 ədəd açıq çəhrayı rəngli pul kisəsini təqdim etmiş, pul kisəsi açıldıqda, içərisində 02 (iki) ədəd şprist, 01 ədəd avtomobil lampası, 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş içərisində həb olan bükülü, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik maddəyə bənzər maddə, 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, kristal formalı ağ rəngli maddə, 01 ədəd qızılı kağıza bükülmüş içərisində toz halında olan ağ rəngli maddə, 01 ədəd kiçik ölçülü plastik qabda içərisində 04 ədəd göy rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik olan maddə aşkar olunmuş, bundan X12 üzərinə polis nəfəri Şahid3 tərəfindən şəxsi axtarış keçirilmiş və onun əynində olmuş büstqalterin sol hissəsindən 02 ədəd istifadə olunmamış şprist aşkar edilərək götürülmüşdür. Lalə Ələkbərova bükümlər barədə sorğu-sual edilmiş və o, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və onları şəxsi istifadəsi üçün qramını 30 manatdan “Elgün” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Bundan sonra L.Ələkbərovanm üzərindən aşkar olunaraq götürülmüş bükümlər bir ədəd boş zərfdə qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-in 51 saylı möhür əksləri ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və şəxsi axtarış və götürmənin əks olunduğu videoçəkilişin lentə alındığı disk də tərtib olunmuş protokola əlavə edilmişdir. (iş vərəqə: 29-31) İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:05-dən 19:20-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya, predmet və ya sənədləri varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd qara rəngli siqaret kağızına və 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülünü və əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “RedMi” markalı mobil telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olanlar barədə sorğu-sual edilmiş, o, həmin bükümlərin içərisində narkotik vasitə olduğunu, anası Lalə Ələkbərova tərəfindən ona verildiyini və narkotik vasitəni tanışlarına verəcəyini bildirmişdir. Sonra bükümlər açılmış, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə olduğu aşkar olunmuş və həmin bükümlər bir ədəd boş zərfdə qablaşdırılaraq, Azərbaycan Respubikası DİN-in 51 saylı möhür əksləri ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və şəxsi axtarış və götürmənin əks olunduğu videoçəkilişin lentə alındığı disk də tərtib olunmuş protokola əlavə edilmişdir. (iş vərəqə: 53-55) İş materiallarında olan «Xiaomi» markalı, «Redmi 8A» modelli mobil telefon aparatına baxış keçirilməsinə dair 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, «Xiaomi» markalı, «Redmi 8A» modelli mobil telefon aparatına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı ekranın şifrə bölməsinə sağdan sola “L” hərfi istiqamətində sürüşdürməklə, açılaraq zəng bölməsində *#06# kodu daxil edildikdə, telefonun c44b9a660506 seriya nömrəli, **********35670/01 və **********35688/01 İMEİ kodu vardır. Telefon aparatında *666# yes kodu daxil edilməklə, həmin mobil telefon aparatı üzərində +994-55-814-70-47 saylı nömrə olması müəyyən olunmuşdur. Bundan başqa, mobil telefon aparatının yaddaşında «WHATSAPP» ani mesajlaşma sistemini açdıqda, aşağıdakılar müəyyən edilmişdir: “Eli Brom - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə danışıqlar olması, “Elgün Elmlər - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “Ləzgi Elnur - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “Araz Əmi - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “***-***-**-**” nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “Yapon - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “***-***-**-**” nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “***-***-**-**” nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “G - ***-***-**-**” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “***-***-**-**” nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılmas,. “İran - +98-912-038-5141” ad və nömrəsi qeyd olunan şəxslə bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa, telefon aparatının «SƏKMƏR» bölməsinə daxil olduqda, elektron tərəzi üzərində içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlərin müxtəlif fotoşəkilləri, içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlərin müxtəlif fotoşəkilləri, "xxxx" ASC-yə aid “JAVİD GURBATOV”-a məxsus 4169-7413-2790-5814 saylı hesab kartının fotoşəkli və "xxxx" ASC-yə aid “RASHİD NACAFOV”-a məxsus 5167-5133-4430-1379 saylı hesab kartının fotoşəkli, "xxxx" ASC-yə aid “LEYLA SHAHBALAYEVA”-ya məxsus 4127-2093-0776- 0915 saylı “Tamkart” hesab kartının fotoşəkli və müxtəlif qəbzlərin fotoşəkilləri olması müəyyən olunmuşdur. Bundan başqa, mobil telefon aparatının yaddaşında müxtəlif fotoşəkillər və videogörüntülər aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır. Telefon aparatının «ŞƏKİLLƏR> bölməsində qeyd olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlərin, müxtəlif banklara aid plastik kartların və qəbzlərin şəkilləri çap edilərək protokola əlavə olunmuşdur. (iş vərəqə: 199- 210) İş materillarında olan diskə baxış keçirilməsinə dair 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə bir ədəd videofayl mövcud olması, həmin videofayl açıldıqda çəkilişin 12 dəqiqə 31 saniyə müddətində olması, çəkilişlər xidməti otaqların birində aparılması, çəkilişdə bir nəfər qadın cinsli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması, üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əlindəki açıq çəhrayı rəngli pul kisəsinin içərisindən 02 ədəd tibbi şprisi, 01 ədəd avtomobil lampasını, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan 02 ədəd gümüşü falqa bükümü, içərisində həb olan 01 ədəd qara rəngli bükümü, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükümü, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükümü, içərilərində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlələr olan 04 ədəd göy rəngli bükümlər olan 01 ədəd plastik qabı, içərisində kristalşəkilli maddələr olan 02 ədəd qızılı bükümləri və 01 ədəd “Bakubus” plastik kartını çıxarıb təqdim etməsi, bundan sonra qeyd olunan şəxsin üzərinə fiziki axtarış keçirilən zaman əynindəki alt paltarının sol hissəsindən 02 ədəd istifadə olunmamış tibbi şpris aşkar olunaraq götürülməsi, həmin şəxs qeyd olunan bükümləri Elgün adlı şəxsdən əldə etdiyini, qramını 30 manata aldığını, narkotik vasitələrdən tanışlarına pay verdiyini, tibbi şprislərlə narkotik vasitə inyeksiya etdiyini və avtomobil lampası ilə “şüşə” adlanan narkotik vasitə qəbul etdiyini bildirməsi, bundan sonra həmin şəxsin üzərindən aşkar edilmiş bükümlər, tibbi şprislər və avtomobil lampası zərfə qoyularaq qablaşdırılması, zərf möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilməsi və görüntünün sona çatması müşahidə edilir. (iş vərəqə: 163) İş materillarında olan diskə baxış keçirilməsinə dair 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə bir ədəd videofayl mövcud olması, həmin videofayl açıldıqda çəkilişin 09 dəqiqə 52 saniyə müddətində olması, çəkilişlər xidməti otaqların birində aparılması, çəkilişdə bir nəfər kişi cinsli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması, üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd ağ rəngli kağız bükümü, 01 ədəd qara rəngli bükümü, əynindəki şalvarın sağ yan cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etməsi, şəxsin təqdim etdiyi bir ədəd ağ rəngli kağız büküm və 01 ədəd qara rəngli büküm açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlələr olması müəyyən edilməsi, həmin şəxs qeyd olunan bükümləri anası Lalənin başqa bir şəxs çatdırması üçün ona verdiyini, həmin şəxslə görüşməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməsi, bundan sonra həmin şəxsin üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılması, zərf möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, şəxsin üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülməsi, bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilməsi və görüntünün sona çatması müşahidə edilir. (iş vərəqə: 164) İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən, hüquqi varisin ərizəsindən və 26 dekabr 2022-ci il tarixli sübutların qiymələndirilməsinə dair qərardan görünür ki, X6 ölməsi nəzərə alınaraq, onun barəsində AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. (iş vərəqə 221; 229; 239-255) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, anası Lalə Ələkbərovanın üzərində ittihamda qeyd edildiyi kimi külli miqdarda deyil, az miqdarda narkotik vasitənin aşkarlanması, özünün isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəməkimyəvi ekspertizanın 6/5046 saylı, 10 sentyabr 2022-ci il tarixli, məhkəmə-kimyəvi ekspertizanın 6/5042 saylı, 10 sentyabr 2022-ci il tarixli rəyləri, ambulator məcburinarkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizanın 7552 saylı, 13 dekabr 2022-ci il tarixli ekspert rəyi, 09 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, «Xiaomi» markalı, «Redmi 8A» modelli mobil telefon aparatına baxış keçirilməsinə dair 30 sentyabr 2022-ci il tarixli protokol, disklərə baxış keçirilməsinə dair 20 sentyabr 2022-ci il tarixli protokollar və digər mötəbər sübutlarla tam təkzib edilir. . Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, narkotik maddələrdən əvvəllər təxminən 1-2 dəfə istifadə etmişdir. Dünən yəni 09 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində anası Lalə Ələkbərova ona 02 bükümdə narkotik vasitə heroini adını xatırlamadığı şəxsə çatdırmağı üçün vermişdir. O, saat 17 radələrində anası ilə birlikdə ünvan 8 ünvanından çıxıb yaxınlıqda yerləşən “Oba” market tərəfə gedən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib Səbail RPİ-nin əməkadaşları olduğunu bildirib onların narkotik vasitələrin və psixtotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirirərək həmin idarənin inzibati binasına gətirmişlər. Orada onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona X4 müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O, heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o, özü əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd bükümdə ayrı- ayrılıqda 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülü və 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülüdə qəhvəyi rəngli heroini və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon götürülmüşdür. O, təxminən 7-8 ay bundan əvvəl təxminən 1-2 dəfə psixotrop maddə metamfetamin istifadə etmiş, lakin həmin vaxtdan sonra istifadə etməmişdir. Onun istifadəsində mobil nömrə yoxdur, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılan, Polis İdarəsinə aparılan zaman və üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona heç bir psixi və ya fiziki zor tətbiq etməmişlər. Onun üzərindən aşkar olunmuş 02 ədəd bükümləri anası ona vermişdir ki, dediyi şəxsə çatdırsın. O, bükümləri anasının dediyi şəxsə verib qarşılığında pul almayacaqmış, sadəcə anası həmin şəxsə bükümləri pay vermişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələrdən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X15 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X15 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 160) Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törətməsində ailədə yaranmış qeyri-normal münasibətlərin, ailə üzvünün, yəni anasının mütəmadi qanunsuz hərəkətlərinin, valideynin ona lazımi qayğı göstərməməsinin rolu olmuş və o, cinayət əməlini ağır həyat şəraiti nəticəsində törətmişdir. Beləliklə, Məhkəmə tərkibi AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, anasının vəfat etməsini, yaşının az olmasını, həmin Məcəllənin 59.1.5-ci maddəsinə əsasən, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə o, həbsdən azad olunaraq, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 131-132) İş materiallarında olan axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək icraat dayandırılmışdır. (iş vərəqə 168-170) İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq, Səbail RPİ-nin MSYə təhvil verilmişdir. (iş vərəqə 174) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (iş vərəqə 193-195) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün, həmçinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün, ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 7552 saylı, 13 dekabr 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail RPİnin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,025 qram olan narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,015 qram narkotik vasitə heroin, X5 aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 9,607 qram olan narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,527 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,032 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,022 qram psixotrop maddə metamfetamin, 1/4 hissə həbdə təsir maddəsinin miqdarı 0,01 qram olan metadondan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1/8 hissədə metadon, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan 02 (iki) ədəd şprist və avtomobil üçün lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi RedMi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun qohumu – nənəsi X9 qaytarılmalı, Təqsirləndirilən şəxs və X6 üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 02 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, götürülmüş “Xiaomi RedMi” markalı mobil telefona baxış zamanı mobil telefondan çıxarışları özündə əks etdirilən fotocədvəllər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,015 qram narkotik vasitə heroin, 9,527 qram narkotik vasitə heroin, 0,022 qram psixotrop maddə metamfetamin, 1/8 hissədə metadon, üzərində narkotik vasitə heroinin izləri olan 02 (iki) ədəd şprist və avtomobil üçün lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi RedMi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun qohumu – nənəsi X9 qaytarılsın, 02 ədəd DVD disk, mobil telefondan çıxarışları özündə əks etdirilən fotocədvəllər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar